Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-23/2023 08.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, tərcüməçi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx.xx.1989-cu ildə Türkiyə Respublikasının Qaziantep şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, Türkiyə Respublikası Qaziantep şəhəri, Humanız məhəlləsi, 146180 nömrəli küçə, ev 11, mənzil 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi Təqsirləndirilən şəxs Türkiyə Respublikasında istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda dörd ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,964 qram, 0,154 qram, 0,70 qram və 0,016 qram olmaqla ümumi çəkisi -1,834 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini və şəxsi istehlak miqdarında, iki bükümdə, biri kiçik ölçülü şəffaf sellofanın içərisində,digəri isə gümüşü qarışıq rəngli kağız bükümdə qablaşdırılmaqla, ayrı-ayrılıqda təmiz çəkiləri 1,06 qram və 0,13 qram, ümumi çəkiləri 1,19 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib,onlardan iki büküm metamfetamin və bir büküm qurudulmuş marixuananı idarə etdiyi “DAF” markalı, 27US415/27US416 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinasında olan külqabının içərisindəki dəmir pulların arasında, digər iki büküm metamfetamin və bir büküm qurudulmuş marixuananı isə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əyninə geyindiyi alt paltarının içərisində gizlətməklə saxlamış və Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Gürcüstandan Rusiya Federasiyasına gedərkən 07 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə daşıyaraq qəsdən keçirmiş, həmin vaxt Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən “Mazımqara” gömrük postunda qeyd edilən avtomobilə keçirilən baxış zamanı iki büküm metamfetamin və bir büküm qurudulmuş marixuana, həmin gün saat 19 radələrində isə üzərində keçirilmiş şəxsi axtarış-götürmə zamanı digər iki büküm metamfetamin və bir büküm qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs sözügedən cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və bilavasitə tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki,ailəlidir, himayəsində 2015-ci ildə və 2019-cu ildə anadan olmuş iki azyaşlı uşağı vardır.Təxminən 10 ildir ki,yük nəqliyyat vasitələri ilə xarici ölkələrə müxtəlif təyinatlı yüklər daşımaqla məşğul olur.Lakin ilk dəfədir ki,Azərbaycan Respublikasına gəlmişdir.Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “DAF” markalı, 27US415/27US416 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasının İstanbul şəhərindən “plastik qablar” yükünü götürüb Rusiya Federasiyasının Moskva şəhərinə aparmaq üçün yola düşmüşdür.Rusiya Federasiyasına getmək üçün Gürcüstan və Azərbaycan Respublikalarından tranzit qaydada keçməli idi. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Gürcüstan-Azərbaycan dövlət sərhəddinə çatmış, orada bir neçə saat dincəlib yemək yedikdən sonra Gürcüstan tərəfdə gömrük postuna daxil olmuş, burada bir neçə saat növbədə gözlədikdən sonra növbə ona çatmış və nəqliyyat vasitəsinin qeydiyyat işləri görülərək postdan buraxılışına icazə verilmişdir. Gürcüstan tərəfdə gömrük postunu keçdikdən sonra Azərbaycan Respublikası tərəfdə Mazımqara gömrük postuna daxil olmuş, burada nəqliyyat vasitəsinin qeydiyyat işləri görüldükdən sonra postun idxal gömrük nəzarəti xəttinə daxil olmuş, gömrük işçisi ona yaxınlaşaraq üzərində və nəqliyyat vasitəsində olan malları gömrük nəzarətinə bəyan etməyini təklif etmiş, o isə gömrük əməkdaşına şifahi formada üzərində və nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmayan hər hansı bir predmet olmadığını bildirmişdir. Bundan sonra digər gömrük əməkdaşı xidməti iti tətbiq etməklə nəqliyyat vasitəsinə gömrük yoxlamasını həyata keçirtməyə başlamışdır. Xidməti it nəqliyyat vasitəsinin kabinasına yaxınlaşan zaman hürərək reaksiya verməyə başlamış, bundan sonra gömrük əməkdaşı tanımadığı 2 nəfər kənar şəxsi oraya dəvət edərək nəqliyyat vasitəsini yoxlamağa başlamışdır.Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında cihazlar panelinə birləşik vəziyyətdə olan külqabının içərisində olan dəmir pulların arasından 2 ədəd falqaya bükülü halda metamfetamin və 1 ədəd falqaya bükülü halda marixuana aşkar edilərək elektron tərəzidə çəkilmiş, 2 ədəd falqaya bükülü halda metamfetaminin birlikdə ümumi təqribi çəkisinin 0,5 qram olduğu, 1 ədəd falqaya bükülü halda marixuananın isə təqribi çəkisinin 0,5 qram olduğu müəyyən edilmişdir. Bundan sonra gömrük işçisi tərəfindən yoxlama davam etdirilmiş və sürət ötürücüsünün ön tərəfində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdəki parça üzlüyün altından yarım çəkilmiş siqaret formasında kağıza bükülmüş halda marixuana aşkar edilmiş və elektron tərəzidə çəkilərək təqribi çəkisinin 1 qram olduğu müəyyən edilmişdir. Daha sonra gömrük əməkdaşı yoxlamanı davam etdirmiş və kabinada yataq yerinin üzərindəki əşya cibliyinə qoyduğu fərdi külqabısından da 3 ədəd çəkilmiş siqaret formasında kağıza bükülü halda marixuana aşkar edilmişdir. Onlar da elektron tərəzidə çəkilmiş və birlikdə ümumi təqribi çəkilərinin 1,5 qram olduğu müəyyən edilmişdir. Müəyyən sənədlər tərtib edilərək gömrük işçisi tərəfindən nəqliyyat vasitəsindən aşkar edilmiş narkotik vasitələr götürülmüşdür. Bundan bir qədər, yəni təxminən 1 saat sonra həmin gömrük əməkdaşı ona üzərində şəxsi yoxlama keçiriləcəyini bildirmiş və onu postun şəxsi yoxlama otağına dəvət etmişdir. Postun şəxsi yoxlama otağında yuxarıda qeyd etdiyi 2 nəfərin iştirakı ilə üzərində şəxsi yoxlama həyata keçirilmiş, lakin şəxsi yoxlamaya başlamazdan əvvəl gömrük işçisi ona üzərində olan əşyaları çıxarıb təqdim etməyini bildirmişdir. Bundan sonra o, aşağı alt paltarının içərisində olan bükülü vəziyyətdəki 1 ədəd qara rəngli sellofan paketi çıxarıb gömrük işçisinə təqdim etmiş, gömrük əməkdaşı həmin paketi açaraq içərisinə baxış keçirtmiş və içərisində 2 ədəd falqaya bükülmüş vəziyyətdə metamfetamin və 1 ədəd kiçik ölçülü şəffaf sellofan paketdə marixuana olduğunu gömrük əməkdaşına məlum olmuşdur. Bundan sonra sözügedən 2 ədəd falqaya bükülmüş vəziyyətdə metamfetamin və 1 ədəd kiçik ölçülü şəffaf sellofan paketdə marixuana da elektron tərəzidə çəkilmiş və 2 ədəd falqaya bükülmüş vəziyyətdə metamfetaminin birlikdə ümumi təqribi çəkisinin 2 qram, həmçinin 1 ədəd kiçik ölçülü şəffaf sellofan paketdə marixuananın da 2 qram olduğu müəyyən edilmişdir. Bundan sonra gömrük işçisi ona üzərində olan digər əşyaları da çıxarıb təqdim etməyini təklif etmiş və o, üzərindəki şalvarın cibindən içərisində 2760 ABŞ dolları, 105 Türk lirası, 25 Avro və 100 Gürcü larisi məbləğində pul vəsaitlərinin və 5 ədəd plastik nəqliyyat karları, 1 ədəd plastik pul kartı və 2 ədəd də sürücü kartının olduğu pulqabını və 1 ədəd Redmi Note 9 markalı mobil telefonunu çıxarıb gömrük əməkdaşına təqdim etmişdir. Bundan sonra gömrük işçisi tərəfindən müvafiq sənədlər tərtib edilərək üzərindən aşkar edilmiş narkotik vasitələr götürülmüş və o, həmin sənədlərdə imzalar etmişdir. İdarə etdiyi nəqliyyat vasitəsindən və üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr ona məxsusdur. O, müntəzəm olaraq narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Sözügedən narkotik vasitə və psixotrop maddələri Türkiyə Respublikasının İstanbul şəhərində tanımadığı bir şəxsdən almışdır. Narkotik istifadəçisi olduğu üçün onları özü istifadə edəcəkdi, yəni kimsəyə satmayacaqdı. Təxminən 5-6 ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Bir dəfəlik istifadə zamanı təxminən 2-2,5 qram marixuana istifadə edir. Metamfetamini bir dəfəlik istifadə zamanı isə təxminən 0,2-0,3 qram istifadə edir. Daşıdığı yükü Rusiya Federasiyasına apardığı üçün, yəni yolu çox uzaq olduğu üçün Türkiyəyə qayıtmağı bir müddət çəkəcəkdi. Gedib-qayıdana qədər çatsın deyə aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri elə çox almışdır. Əməlindən peşimandır.Bir daha belə əməllərə yol verməyəcəkdir.Onun olduğu Qazientep şəhərində də dəhşətli zəlzələ olmuşdur. Ailə üzvüləri küçələrdə qalmış, evlərinə gedə bilmirlər. Qeyd etdiklərini, ailə vəziyyətini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2019cu ildən gömrük orqanlarında xidmət edir. 2021-ci ildən Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdə Mazımqara gömrük postunda xidmətdə olarkən təxminən saat 17 radələrində Gürcüstan istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan “DAF” markalı, 27US415/27US416 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs ilə şifahi sorğu-sual aparmış və Təqsirləndirilən şəxs üzərində və nəqliyyat vasitəsində olan əşyaları gömrük nəzarətinə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində və nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmalı hər hansı bir predmet olmadığını bildirmişdir. Dövlət Gömrük Komitəsi X8 Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara" gömrük postuna təhkim olunmuş böyük təlimçi-kinoloq Şahid2 tərəfindən kinoloji xidmət itinin tətbiq edilməsi ilə gömrük yoxlaması keçirilən zaman, kinoloji xidmət itinin nəqliyyat vasitəsinin kabinasına reaksiya verməsindən sonra 2 nəfər hal şahidi dəvət edərək nəqliyyat vasitəsinin kabinasına ətraflı gömrük yoxlaması həyata keçirmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında maşının külqabısının içərisində olan dəmir pulların arasına baxış keçirən zaman oradan 2 ədəd falqaya bükülü halda narkotik vasitə metamfetaminə bənzər maddə və 1 ədəd falqaya bükülü halda narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki aşkar etmiş, bundan sonra aşkar etdiyi bükülüləri elektron tərəzidə çəkmiş və 2 ədəd falqaya bükülü halda narkotik vasitə metamfetaminə bənzər maddənin birlikdə ümumi təqribi çəkisinin 0,5 qram olduğunu, 1 ədəd falqaya bükülü halda narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitkinin isə 0,5 qram olduğunu müəyyən etmişdir. Daha sonra kabinaya gömrük yoxlaması davam etdirmiş, yoxlamaya davam edərkən sürət ötürücüsünün ön tərəfində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdəki parça üzlüyün altından yarım çəkilmiş siqaret formasında kağıza bükülmüş halda narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki aşkar etmiş və onu da elektron tərəzidə çəkmişdir. Nəticədə təqribi çəkisinin 1 qram olduğunu müəyyən etmişdir. Yoxlamanı davam edərkən kabinada yataq yerinin üzərində olan əşya cibliyindəki fərdi külqabının içərisindən də 3 ədəd çəkilmiş siqaret formasında kağıza bükülü halda narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki aşkar etmişdir. Sonuncuları da elektron tərəzidə çəkərək birlikdə ümumi təqribi çəkisinin 1,5 qram olduğunu müəyyən etmişdir. Bundan sonra yoxlama və götürmə haqqında protokol tərtib edərək aşkar etdiyi predmetləri götürmüşdür. Daha sonra aşkar etdiyi fakt barədə, eləcə də şəxsin üzərində yoxlama keçirilməsinin zəruriliyi barədə rəhbərliyə məlumat vermiş, müəyyən sənədlər yazıldıqdan sonra Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçiriləcəyini bildirmiş və Təqsirləndirilən şəxsı Mazımqara gömrük postunun şəxsi yoxlama otağına dəvət edərək hal şahidlərinin iştirakları ilə şəxsi yoxlamanı həyata keçirmişdir. Şəxsi yoxlamaya başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs artıq çıxılmaz vəziyyətdə qalaraq və üzərində olan əşyaların bir qədər sonra aşkar ediləcəyini dərk edərək üzərində olan aşağı alt paltarının içərisindən 1 ədəd bükülü halda qara rəngli sellofan paketi çıxarıb ona təqdim etmiş, bundan sonra həmin sellofan paketi açaraq içərisinə baxış keçirmiş və paketin içərisində 2 ədəd falqaya bükülmüş halda narkotik vasitə metamfetaminə bənzər maddə və 1 ədəd kiçik ölçülü şəffaf sellofan paketin içərisində isə narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki olduğu məlum olmuşdur. Bundan sonra 2 ədəd falqaya bükülmüş halda narkotik vasitə metamfetaminə bənzər maddəni elektron tərəzidə çəkmiş və birlikdə ümumi təqribi çəkisinin 2 qram olduğunu müəyyən etmişdir. Daha sonra 1 ədəd kiçik ölçülü şəffaf sellofan paketin içərisində isə narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitkini də elektron tərəzidə çəkmiş və təqribi çəkisinin 2 qram olduğunu müəyyən etmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan digər əşyaları da təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs da üzərindəki şalvarın cibindən pul qabısını və Redmi Note 9 markalı mobil telefonunu çıxarıb təqdim etmişdir. Pulqabıya baxış keçirilən zaman içərisində 2760 ABŞ dolları, 105 Türk lirəsı, 25 Avro və 100 Gürcü larisi məbləğində pul vəsaitləri, 5 ədəd plastik nəqliyyat kartları, 1 ədəd plastik pul kartı və 2 ədəd də sürücü kartının olduğu məlum olmuşdur. Bundan sonra şəxsi yoxlama haqqında protokol tərtib edərək Təqsirləndirilən şəxs şəxsi yoxlama zamanı təqdim etdiyi 2 ədəd falqaya bükülmüş halda birlikdə ümumi təqribi çəkisi 2 qram olan narkotik vasitə metamfetaminə bənzər maddə və 1 ədəd kiçik ölçülü şəffaf sellofan paketin içərisindən isə təqribi çəkisi 2 qram narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitkini götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində qeyd etmişdir ki, o, 2016-cı ildən Dövlət Gömrük Komitəsi İtçilik Klubunda xidmətə qəbul olunmuş və həmin tarixdən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara" gömrük postuna böyük təlimçikinoloq vəzifəsinə təhkim olunmuşdur. xx.xx.2022-ci il saat 09:00-dan xx.xx.2022-ci il saat 09:00-dək Mazımqara gömrük postunda növbədə olmuş, növbədə olduğu gün, yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində Gürcüstan istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan “DAF” markalı, 27US415/27US416 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 keçirdiyi gömrük yoxlamasında iştirak etmişdir.İştirakı nəqliyyat vasitəsinə kinoloji xidmət itinin tətbiq edilməsi ilə yoxlanılmasından ibarət olmuşdur. Şahid1 qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs ilə şifahi sorğu-sual aparmış və Təqsirləndirilən şəxs üzərində və nəqliyyat vasitəsində olan əşyaları gömrük nəzarətinə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində və nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmalı hər hansı bir predmet olmadığını bildirmiş, bundan sonra Kinoloji xidmət itini tətbiq edərək gömrük yoxlamasına başlamış, yoxlama zamanı it nəqliyyat vasitəsinin kabinasına reaksiya vermiş, bundan sonra Şahid1 tərəfindən 2 nəfər hal şahidi dəvət edilərək nəqliyyat vasitəsinin kabinasına ətraflı gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında maşının külqabısının içərisində olan dəmir pulların arasına baxış keçirən zaman oradan 2 ədəd falqaya bükülü halda narkotik vasitə metamfetaminə bənzər maddə və 1 ədəd falqaya bükülü halda narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki aşkar edilmiş, bundan sonra aşkar edilən bükülülər elektron tərəzidə çəkilmiş və 2 ədəd falqaya bükülü halda narkotik vasitə metamfetaminə bənzər maddənin birlikdə ümumi təqribi çəkisinin 0,5 qram olduğu, 1 ədəd falqaya bükülü halda narkotik vasitəyə marixuanaya bənzər qurudulmuş bitkinin isə 0,5 qram olduğu müəyyən edilmişdir. Bundan sonra kabinaya gömrük yoxlaması davam etdirilmiş, yoxlamaya davam edərkən sürət ötürücüsünün ön tərəfində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdəki parça üzlüyün altından yarım çəkilmiş siqaret formasında kağıza bükülmüş halda narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki aşkar edilərək elektron tərəzidə çəkilmişdir. Onun da təqribi çəkisinin 1 qram olduğu müəyyən edilmişdir. Davam edən yoxlama zamanı kabinada yataq yerinin üzərində olan əşya cibliyindəki fərdi külqabının içərisindən də 3 ədəd çəkilmiş siqaret formasında kağıza bükülü halda narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki aşkar edilmişdir. Sonuncular da elektron tərəzidə çəkildikdə birlikdə ümumi təqribi çəkisinin 1,5 qram olduğu müəyyən edilmişdir. Bundan sonra baş əməliyyat müvəkkili Şahid1 tərəfindən yoxlama və götürmə haqqında protokol tərtib olunaraq aşkar edilmiş predmetlər götürülmüş və o da həmin protokolun müvafiq yerlərində imzalar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3h oğlu ifadəsində göstərmişdir ki, o, Balakən rayonunun Gərəkli kəndində yaşayır, daimi iş yeri olmadığı üçün müvəqqəti olaraq Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postunun çıxışında dayanaraq oradan keçərək gedən və gələn şəxslərin əl yüklərini Şahid4la birlikdə müəyyən haqq müqabilində daşıyaraq dolanışığını təmin edir. Bu məqsədlə xx.xx.2022-ci il tarixində, təxminən saat 17:00-17:30 radələrində postun qarşısında olarkən bir nəfər şəxs onlara yaxınlaşaraq özünü təqdim etmiş və gömrük əməkdaşı olduğunu bildirərək Mazımqara gömrük postunda yük nəqliyyat vasitəsinə keçiriləcək gömrük yoxlamasında hal şahidi qismində iştirak etməklərini xahiş etmişdir. Onlar gömrük əməkdaşına etiraz etməyərək onunla birlikdə posta daxil olmuşlar. Posta daxil olduqdan sonra adı onlara sonradan məlum olan Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 27US415/27US416 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə keçirilən gömrük yoxlamasında iştirak etmişlər. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında maşının külqabısının içərisində olan dəmir pulların arasından 2 ədəd falqaya bükülü halda narkotik vasitə metamfetaminə bənzər maddə və 1 ədəd falqaya bükülü halda narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitkinin aşkar edildiyinin şahidi olmuşdur. Bundan sonra aşkar edilmiş 2 ədəd falqaya bükülü halda narkotik vasitə metamfetaminə bənzər maddə gömrük işçisi tərəfindən elektron tərəzidə çəkilmiş və birlikdə ümumi təqribi çəkisinin 0,5 qram olduğu, 1 ədəd falqaya bükülü narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitkinin isə təqribi çəkisinin 0,5 qram olduğu məlum olmuşdur. Bundan sonra sürət ötürücüsünün ön tərəfində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdəki parça üzlüyün altından yarım çəkilmiş siqaret formasında kağıza bükülmüş halda narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki aşkar edilmiş, həmin bükülü də elektron tərəzidə çəkilmiş və təqribi çəkisinin 1 qram olduğu məlum olmuşdur. Daha sonra kabinada yataq yerinin üzərində olan əşya cibliyindəki fərdi külqabının içərisindən 3 ədəd çəkilmiş siqaret formasında kağıza bükülü halda narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki aşkar edilmiş, həmin bükülülər də elektron tərəzidə çəkilmiş və birlikdə ümumi təqribi çəkisinin 1,5 qram olduğu müəyyən edilmişdir. Bundan təxminən 1 saat sonra gömrük işçisi tərəfindən postun şəxsi yoxlama otağında Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama həyata keçirilmişdir. Şəxsi yoxlamaya başlamazdan əvvəl gömrük işçisi Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçiriləcəyini bildirmiş və üzərində olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs da aşağı alt paltarının içərisindən 1 ədəd qara rəngli sellofan paketi çıxarıb təqdim etmiş, həmin paketə baxış keçirilən zaman paketin içərisində 2 ədəd falqaya bükülmüş halda narkotik vasitə metamfetaminə bənzər maddə və 1 ədəd kiçik ölçülü şəffaf sellofan paketin içərisindən narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki olduğu məlum olmuşdur. Həmin maddələr elektron tərəzidə çəkilmiş və 2 ədəd falqaya bükülmüş halda narkotik vasitə metamfetaminə bənzər maddənin birlikdə ümumi təqribi çəkisinin 2 qram olduğu və narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitkinin də təqribi çəkisinin 2 qram olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindəki şalvarın cibindən pul qabısını və Redmi Note 9 markalı mobil telefonunu çıxarıb təqdim etmişdir. Pulqabıya baxış keçirilən zaman içərisində 2760 ABŞ dolları, 105 Türk lirası, 25 Avro və 100 Gürcü larisi məbləğində pul vəsaitləri olduğu və 5 ədəd plastik nəqliyyat karları, 1 ədəd plastik pul kartı və 2 ədəd də sürücü kartı olduğu məlum olmuşdur. Daha sonra gömrük işçisi tərəfindən müəyyən sənədlər tərtib edilərək nəqliyyat vasitəsindən və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr götürülmüş və onlar da həmin sənədlərin müvafiq yerlərində imzalar etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq,iş üzrə şahid- Şahid4 məhkəmə iclasına gəlməmişdir. Balakən rayon İcra hakimiyyəti Gərəkli kənd İƏD üzrə nümayəndəsinin 09 yanvar 2023-cü il tarixli arayışından görünür ki, İsmayılov X6 Respublikasındadır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid4 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Balakən rayonunun Gərəkli kəndində yaşayır, daimi iş yeri olmadığı üçün müvəqqəti olaraq Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postunun çıxışında dayanaraq oradan keçərək gedən və gələn şəxslərin əl yüklərini Şahid3la birlikdə müəyyən haqq müqabilində daşıyaraq dolanışığını təmin edir. Bu məqsədlə xx.xx.2022-ci il tarixində, təxminən saat 17:00-17:30 radələrində postun qarşısında olarkən bir nəfər şəxs onlara yaxınlaşaraq özünü təqdim etmiş və gömrük əməkdaşı olduğunu bildirərək Mazımqara gömrük postunda yük nəqliyyat vasitəsinə keçiriləcək gömrük yoxlamasında hal şahidi qismində iştirak etməklərini xahiş etmişdir. Onlar gömrük əməkdaşına etiraz etməyərək onunla birlikdə posta daxil olmuşlar. Posta daxil olduqdan sonra adı onlara sonradan məlum olan Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 27US415/27US416 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə keçirilən gömrük yoxlamasında iştirak etmişlər. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında maşının külqabısının içərisində olan dəmir pulların arasından 2 ədəd falqaya bükülü halda narkotik vasitə metamfetaminə bənzər maddə və 1 ədəd falqaya bükülü halda narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitkinin aşkar edildiyinin şahidi olmuşdur. Bundan sonra aşkar edilmiş 2 ədəd falqaya bükülü halda narkotik vasitə metamfetaminə bənzər maddə gömrük işçisi tərəfindən elektron tərəzidə çəkilmiş və birlikdə ümumi təqribi çəkisinin 0,5 qram olduğu, 1 ədəd falqaya bükülü narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitkinin isə təqribi çəkisinin 0,5 qram olduğu məlum olmuşdur. Bundan sonra sürət ötürücüsünün ön tərəfində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdəki parça üzlüyün altından yarım çəkilmiş siqaret formasında kağıza bükülmüş halda narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki aşkar edilmiş, həmin bükülü də elektron tərəzidə çəkilmiş və təqribi çəkisinin 1 qram olduğu məlum olmuşdur. Daha sonra kabinada yataq yerinin üzərində olan əşya cibliyindəki fərdi külqabının içərisindən 3 ədəd çəkilmiş siqaret formasında kağıza bükülü halda narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki aşkar edilmiş, həmin bükülülər də elektron tərəzidə çəkilmiş və birlikdə ümumi təqribi çəkisinin 1,5 qram olduğu müəyyən edilmişdir. Bundan təxminən 1 saat sonra gömrük işçisi tərəfindən postun şəxsi yoxlama otağında Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama həyata keçirilmişdir. Şəxsi yoxlamaya başlamazdan əvvəl gömrük işçisi Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçiriləcəyini bildirmiş və üzərində olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs da aşağı alt paltarının içərisindən 1 ədəd qara rəngli sellofan paketi çıxarıb təqdim etmiş, həmin paketə baxış keçirilən zaman paketin içərisində 2 ədəd falqaya bükülmüş halda narkotik vasitə metamfetaminə bənzər maddə və 1 ədəd kiçik ölçülü şəffaf sellofan paketin içərisindən narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki olduğu məlum olmuşdur. Həmin maddələr elektron tərəzidə çəkilmiş və 2 ədəd falqaya bükülmüş halda narkotik vasitə metamfetaminə bənzər maddənin birlikdə ümumi təqribi çəkisinin 2 qram olduğu və narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitkinin də təqribi çəkisinin 2 qram olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindəki şalvarın cibindən pul qabısını və Redmi Note 9 markalı mobil telefonunu çıxarıb təqdim etmişdir. Pulqabıya baxış keçirilən zaman içərisində 2760 ABŞ dolları, 105 Türk lirası, 25 Avro və 100 Gürcü larisi məbləğində pul vəsaitləri olduğu və 5 ədəd plastik nəqliyyat karları, 1 ədəd plastik pul kartı və 2 ədəd də sürücü kartı olduğu məlum olmuşdur. Daha sonra gömrük işçisi tərəfindən müəyyən sənədlər tərtib edilərək nəqliyyat vasitəsindən və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr götürülmüş və onlar da həmin sənədlərin müvafiq yerlərində imzalar etmişlər. İşin 19-20-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş “Mazımqara” gömrük postunda tərtib edilmiş 07 sentyabr 2022-ci il tarixli “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı “27US415/27US416” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində aparılmış yoxlama zamanı kinoloji xidməti itin nəqliyyat vasitəsinin kabinasına verdiyi reaksiya əsasında kabinaya ətraflı gömrük yoxlaması keçirilmiş və yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında maşının külqabısının içərisində olan dəmir pulların arasında 2 ədəd falqaya bükülü halda birlikdə ümumi təqribi çəkisi 0,5 qram olan narkotik vasitə metamfetaminə bənzər maddə və 1 ədəd falqaya bükülü halda təqribi çəkisi 0,5 qram olan narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki, sürət ötürücüsünün ön tərəfində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdəki parça üzlüyün altından təqribi çəkisi 1 qram olan yarım çəkilmiş siqaret formasında kağıza bükülmüş halda narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki və yataq yerinin üzərində olan əşya cibliyindəki fərdi külqabının içərisindən 3 ədəd çəkilmiş siqaret formasında kağıza bükülü halda birlikdə ümumi təqribi çəkisi 1,5 qram olan narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki aşkar edilmişdir. İşin 34-36-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş “Şəxsi yoxlama aparılması haqqında” 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postunun şəxsi yoxlama otağında Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçirilmiş, yoxlama başlamazdan əvvəl ona üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmadığı barədə sorğu-sual aparılaraq üzərində gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində olan aşağı alt paltarının içərisindən 1 ədəd bükülü halda qara rəngli sellofan paketi çıxarıb təqdim etmiş, həmin qara rəngli sellofana baxış zamanı paketin içərisində 2 ədəd falqaya bükülmüş halda birlikdə ümumi təqribi çəkisi 2 qram olan narkotik vasitə metamfetaminə bənzər maddə və 1 ədəd kiçik ölçülü şəffaf sellofan paketin içərisində isə təqribi çəkisi 2 qram olan narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki olduğu məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindəki şalvarın cibindən pul qabısının və Redmi Note 9 markalı mobil telefonunu çıxarıb təqdim etmişdir. Pulqabıya baxış keçirilən zaman içərisində 2760 ABŞ dolları, 105 Türk lirəsi, 25 Avro və 100 Gürcü larisi məbləğində pul vəsaitləri, 5 ədəd plastik nəqliyyat kartları, 1 ədəd plastik pul kartı və 2 ədəd sürücü kartı olduğu məlum olmuşdur. İşin 87-91-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2022-ci il tarixli, 17/708 nömrəli ekspert rəyində göstərilmişdir ki, təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük İdarəsi №107053” sözləri, adlar və imzalar yazılmış 1 ədəd sellofan torbanı açdıqda, içərisindəki: - 1 (bir) ədəd kiçik ölçülü şəffaf sellofanın içərisində və 01 (bir) ədəd gümüşü-qarışıq rəngli kağız bükümdə ümumi təmiz çəkisi – 1,19 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - 01 (bir) ədəd kiçik ölçülü şəffaf sellofan paketin içərisində 04 (dörd) ədəd papirosda olan 0,75 qram tünd sarımtıl-qəhvəyi rəngli bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. 04 (dörd) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi–1,834 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir.Marixuana (kannabis) 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). İlkin tədqiqat zamanı marixuana narkotik vasitəsinin ümumi təmiz çəkisi 1,19 qram, metamfetamin psixotrop maddəsinin isə ümumi təmiz çəkisi 1,834 qram təşkil etmiş, aparılmış tədqiqatlardan sonra marixuana narkotik vasitəsinin qalıq çəkisi 1,09 qram, metamfetamin psixotrop maddəsinin isə qalıq çəkisi 1,784 qram təşkil etmişdir. İşin 199-201-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X9 26 sentyabr 2022-ci il tarixli, 5487 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən və psixostimulyatorlardan periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşin 96-99-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş X1 Sistemindən əldə edilmiş məlumatlarla Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, “27US415/27US416” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə saat 16:48-də “Mazımqara” gömrük postundan keçməklə Gürcüstandan Azərbaycan Respublikasına gəlməsi müəyyən edilmişdir. İşin 182-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 158-59-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 07 sentyabr 2022-ci il tarixdə saat 13:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin 153-155-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 07 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş, doğum şəhadətnamələrindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildə anadan olmuş Helin Eslem və 12.10 2019-cu ildə anadan olmuş Abdullah adlı uşaqları vardır. Məhkəmə iş üzrə şahidlər- Şahid1, Şahid2, Şahid3h oğlunun və Şahid4 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərdə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikasında satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda dörd ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,964 qram, 0,154 qram, 0,70 qram və 0,016 qram olmaqla ümumi çəkisi -1,834 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini və şəxsi istehlak miqdarında, iki bükümdə, biri kiçik ölçülü şəffaf sellofanın içərisində, digəri isə gümüşü qarışıq rəngli kağız bükümdə qablaşdırılmaqla, ayrı-ayrılıqda təmiz çəkiləri 1,06 qram və 0,13 qram, ümumi çəkiləri 1,19 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib, onlardan iki büküm metamfetamin və bir büküm qurudulmuş marixuananı idarə etdiyi “DAF” markalı, 27US415/27US416 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinasında olan külqabının içərisindəki dəmir pulların arasında, digər iki büküm metamfetamin və bir büküm qurudulmuş marixuananı isə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əyninə geyindiyi alt paltarının içərisində gizlətməklə saxlamış və Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Gürcüstandan Rusiya Federasiyasına gedərkən 07 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə daşıyaraq qəsdən keçirmiş, həmin vaxt Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən “Mazımqara” gömrük postunda qeyd edilən avtomobilə keçirilən baxış zamanı iki büküm metamfetamin və bir büküm qurudulmuş marixuana, həmin gün saat 19 radələrində isə üzrərində keçirilmiş şəxsi axtarış-götürmə zamanı digər iki büküm metamfetamin və bir büküm qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların,Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsiyə görə Cinayət Məcəllənin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması,gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür.Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır.Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyildir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 05 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir,həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətlərin törədilməsində təqsirlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən haldır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs əməlini etiraf etməklə əməlindən səmimi peşiman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən könüllü olaraq üzərində olan narkotik vasitəni çıxarıb təqdim etmiş, istintaqın ilk günündən cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını bildirmişdir. Bunlar isə onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd edilənlərə əsaslanaraq məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməklə əməlindən səmimi peşiman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamındakı tövsiyyələri, hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin ediləcək az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 102.12 (bir yüz iki manat 12 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan xx.xx.2022-ci il tarixdə DGK QƏBGİ-nin Mazımqara gömrük postunda Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş və DGK Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan və aparılmış tədqiqatlardan sonra həmin predmetdən qalıq qalmış 1,784 qram metamfetamin psixotrop maddəsi, 1,09 qram qurudulmuş marixuana narkotik vasitəsi və narkotik vasitələrə aid olmayan 0,75 qram bitki mənşəli kütlə hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə götürülmüş 2760 ABŞ dolları, 105 Türk lirası, 25 Avro və 100 Gürcü larisi məbləğində pul vəsaitləri və “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli “Redmi” markalı mobil telefon, 5 ədəd plastik nəqliyyat kartları, 1 ədəd plastik pul kartı, 2 ədəd sürücü kartı və 1 ədəd pul qabı Təqsirləndirilən şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir.Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə onu da diqqətə çatdırır ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll etdiyindən Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, CM-nin 206.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 07 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən qüvvəsində saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1 və 58.3-cü maddələri tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 102.12 (bir yüz iki manat 12 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut olan xx.xx.2022-ci il tarixdə DGK QƏBGİ-nin Mazımqara gömrük postunda Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş və DGK Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan və aparılmış tədqiqatlardan sonra həmin predmetdən qalıq qalmış 1,784 qram metamfetamin psixotrop maddəsi, 1,09 qram qurudulmuş marixuana narkotik vasitəsi və narkotik vasitələrə aid olmayan 0,75 qram bitki mənşəli kütlə hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə götürülmüş 2760 ABŞ dolları, 105 Türk lirəsı, 25 Avro və 100 Gürcü larisi məbləğində pul vəsaitləri və “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli “Redmi” markalı mobil telefon, 5 ədəd plastik nəqliyyat kartları, 1 ədəd plastik pul kartı, 2 ədəd sürücü kartı və 1 ədəd pul Təqsirləndirilən şəxs qaytarılsın. Hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 90(doxsan) manat tərcüməçi X5 ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-23/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-23/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver