Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-23/2024 20.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, tərcüməçi X3, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Türkiyə Respublikasının Gaziantep şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikası, Gaziantep şəhəri, Şahin Bəy rayonu, Yedditəpə məhəlləsi, küçə 98, Burak binası, mənzil 18 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2 və 234.1-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Türkiyə Respublikasında istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən xeyli miqdarda, 1,569 qram metamfetamin psixotrop maddəsini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, gümüşü rəngli falqa kağızına bükərək əyninə geyindiyi gödəkçənin içəri sağ cibinə yerləşdirib saxlamış, idarə etdiyi “Scania” markalı, 27YP535/27ALK84 qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasından Gürcüstana, oradan isə Azərbaycan Respublikasına daşımış, 26 noyabr 2023-cü il tarixdə saat 13 radələrində Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin Balakən rayonu inzibati ərazisində yerləşən “Mazımqara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün ifadəsi, şahidlərin ifadələri, bilavasitə tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndlirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.2-ci və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki,41 yaşı var, həyatında birinci dəfədir ki, narkotik vasitədən istifadə edir. Ailəsinə ondan başqa baxan kimsə yoxdur. Keçən il yaşadığı yerdə zəlzələ olmuşdu, hələ də onun təsiri altındadır. İki uşağı var. Narkotik vasitəni satmaq niyyəti olmayıb. Əvvəllər Azərbaycan Respublikasına gəlmişdir, ancaq heç vaxt belə bir hal olmayıb. Azərbaycan Respublikasında narkotik vasitənin qadağan olunduğunu bilirdi. Ailəsində Azərbaycan vətəndaşı yoxdur. O, heç vaxt həbs olunmadığı üçün bu qramda metamfetaminin qadağan olunduğunu bilmir. Metamfetamini Tükiyədə çayxanada qarşılaşdığı tanımadığı şəxsdən əldə etmişdir. Metamfetamini özü istifadə etmək məqsədilə əldə etmişdir. ibində olmuş, gizlətməmişdir. Əməlindən peşmandır, əvvəllər məhkum olunmamışdır. İlk dəfədir ki, cinayət törədir. Cinayət törətməsini etiraf edib bundan səmimi peşmançılıq hissi keçirir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid1 dindirildikdən sonra ona sual veriləndə Təqsirləndirilən şəxs psixotrop maddəni özünün təqdim etdiyini bildirmişdir. İbtidai istintaqda təqsirləndlirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.2-ci və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini təsdiq edir. Türkiyə Respublikası vətəndaşıdır, təxminən 2 ildir ki, yük nəqliyyat vasitələri ilə xarici ölkələrə müxtəlif təyinatlı yüklərin daşınması ilə məşğul olur. Bundan əvvəl bir neçə dəfə Azərbaycan Respublikasına yük gətirmişdir. Sonuncu dəfə, xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “SCANİA” markalı, 27YP535/27ALK84 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasının Antalya şəhərindən “kənd təsərrüfatı gübrəsi” yükünü götürüb Qazaxıstan Respublikasının Çimkənd şəhərinə aparmaq üçün yola çıxmışdır. Qazaxıstan Respublikasına getmək üçün Gürcüstan, Azərbaycan və Rusiya Federasiyasından tranzit qaydada keçməli idi. Yükü götürüb Türkiyə-Gürcüstan sərhədinə doğru irəliləmişdir. Türkiyə-Gürcüstan sərhədində yerləşən Aktaş gömrük postu Türkiyə Respublikasının Ardahan vilayətində yerləşir və onun yaşadığı Qaziantep şəhəri də həmin yolun üzərindədir. Qaziantep şəhərinə çatan zaman uzaq yol gedəcəyi üçün evə dönmək istəmişdir. Qaziantep şəhərinin yaxınlığında nəqliyyat vasitəsini saxlayıb, taksi ilə yaşadığı evə getmişdir. İki gün Qaziantepdə qalmışdır. Qaziantepdə olan zaman boş vaxtında çayxanaya getmiş və orada əvvəlcədən tanımadığı bir şəxslə həmsöhbət olmuşdur. Həmin şəxs “ateş buz” deyilən maddənin satışını həyata keçirdiyini və həmin maddənin insanda yüksək əhval-ruhiyyə yaratdığını bildirmişdir. Ondan həmin maddənin qiymətini soruşmuş o, isə onda 1.8 qram həmin maddədən olduğunu və 500 Türk lirəsinə satdığını bildirmişdir. 500 Türk lirasına həmin maddəni almışdır. Həmin maddə gümüşü rəngli falqa kağıza bükülmüş vəziyyətdə idi. Həmin vaxt o, maddədən istifadə etməmiş, səhəri gün yenidən nəqliyyat vasitəsinin yanına qayıtmış və yola düşmüşdür. Təxminən 2 gündən sonra Ardahan vilayətində yerləşən Aktaş gömrük məntəqəsinə çatmış, burada nəqliyyat vasitəsinin qeydiyyat işləri görüldükdən sonra Gürcüstana daxil olmuşdur. Gürcüstanda olarkən yemək və istirahət üçün oradakı tır parklarının birində dayanmış, Tır parkında olarkən Qaziantepdə aldığı maddədən çox az miqdarda götürüb “Coco Cola” içkisinə qataraq içmiş, qalanını isə falqaya bükülü halda üzərindəki gödəkçənin içəri sağ cibinə qoymuşdur. Sözügedən maddəni istifadə etdikdən sonra satan şəxsin dediyi kimi onda xoş əhval-ruhiyyə yaratmışdır. Orada 1 gün qalaraq istirahət etdikdən sonra yola davam etmişdir. xx.xx.2023-cü il tarixdə Gürcüstan-Azəbaycan sərhədinə çatmış, Gürcüstan tərəfdə gömrük postundan keçdikdən sonra, həmin gün, təxminən saat 13 radələrində Azərbaycan Respublikası tərəfdə Mazımqara gömrük postuna daxil olmuşdur. Burada nəqliyyat vasitəsinin qeydiyyat işləri görüldükdən sonra postun idxal gömrük nəzarəti xəttinə daxil olmuşdur. Gömrük işçisi yaxınlaşaraq üzərində və nəqliyyat vasitəsində olan malları gömrük nəzarətinə bəyan etməyini təklif etmiş, o isə şifahi formada üzərində və nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmayan hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşı tanımadığı 2 nəfər kənar şəxsi oraya dəvət edərək nəqliyyat vasitəsini yoxlamağa başlamış, yoxlama zamanı nəqliyyat vasitəsindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra gömrük əməkdaşı üzərində şəxsi yoxlama keçiriləcəyini bildirmiş və onu postun şəxsi yoxlama otağına dəvət etmişdir. Postun şəxsi yoxlama otağında əvvəlki 2 nəfərin iştirakı ilə üzərində şəxsi yoxlama həyata keçirildi. Şəxsi yoxlamaya başlamazdan əvvəl gömrük işçisi üzərində olan əşyaları çıxarıb təqdim etməsini təklif etmişdir. O, şalvarın ciblərindən pul qabını və 1 ədəd “OPPO” markalı “CPH2325” model mobil telefonunu çıxarıb təqdim etmiş, gömrük əməkdaşı həmin pul qabına baxış keçirmiş və içərisində 905 türk lirası, 1000 ABŞ dolları, 80 gürcü larisi məbləğində pul vəsaitlərinin və ona məxsus şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, beş ədəd pul kartının, nəqliyyat və alış-veriş kartlarının olduğunu müəyyən etmişdir. Bundan sonra gömrük əməkdaşı tərəfindən üzərində şəxsi yoxlama aparmış, şəxsi yoxlama zamanı, üzərindəki gödəkcənin içəri sağ cibindən bir ədəd gümüşü rəngli falqaya bükülmüş həmin maddə aşkar edildi. Gömrük əməkdaşı həmin bükülüdəki maddənin psixotrop maddə olan metamfetaminə oxşadığını bildirdi və həmin maddəni elektron tərəzidə çəkdi. Daha sonra gömrük əməkdaşı tərəfindən müəyyən sənədlər tərtib edilərək üzərindən aşkar edilmiş və içərisində metamfetaminə oxşar kütlə olan bir ədəd bükülü, həmçinin şəxsi yoxlamadan əvvəl təqdim etdiyi mobil telefon, pul vəsaitləri, plastik kartlar və şəxsiyyətini təsdiq edən sənədlər protokolla götürülmüş, o da həmin protokolun müvafiq yerlərində imzalar etmişdir. Şəxsi yoxlama zamanı ondan protokol əsasında götürülmüş 1 ədəd “OPPO” markalı “CPH2325” model mobil telefon, 905 türk lirasi, 1000 ABŞ dolları, 80 gürcü larisi məbləğində pul vəsaitləri və ona məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, beş ədəd pul kartı, nəqliyyat və alış-veriş kartları ərizəsi əsasında atası Ahmet Uğura qaytarılmışdır. Şəxsi yoxlama zamanı üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər maddə ona məxsusdur, ondan istifadə etməyi üçün almışdır. Müntəzəm olaraq narkotik vasitə və ya psixotrop maddələr istifadə etmir. Həmin maddəni alan zaman narkotik vasitə və ya psixotrop maddə olduğunu bilirdi, belə ki, yaşadığı ölkədə bunların hamısına el arasında “uyuşdurucu maddə” deyilir, həmin maddənin hər hansı bir şəxsə satmaq niyyəti olmamış, şəxsi istifadəsi üçün almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsini təsdiq edib, həmin ifadəyə istinadən verdiyi ifadəsində göstərmişdir ki, o, 2006-cı ilin iyun ayında Dövlət Gömrük Komitəsində xidmətə qəbul olunmuşdur və Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunun baş müfəttişi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Mazımqara gömrük postunda xidmətdə olarkən təxminən saat 13:10 radələrində Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “SCANİA” markalı, 27YP535/27ALK84 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə “Mazımqara" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olduqdan sonra üzərində və avtomobildə gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmalı hər hansı bir predmet olub-olmadığı bardə sorğu-sual aparmış, sürücü isə cavabında heç bir predmetin olmadığını bildirmişdir. Bundan sonra “SCANİA” markalı, 27YP535/27ALK84 nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirmiş və avtomobildən qanunla qadağan edilmiş heç bir şey aşkar olunmamışdır. Lakin maşını yoxlayarkən Təqsirləndirilən şəxs özünü şübhəli aparması diqqətini cəlb etmiş və onun üzərində şəxsi yoxlama aparılması məqsədi ilə rəhbərliyə raportla məruzə etmişdir. Keçiriləcək şəxsi yoxlamada iştirak etmək üçün iki hal şahidi dəvət edərək Təqsirləndirilən şəxsı şəxsi yoxlama otağılna dəvət etmiş, şəxsi yoxlamaya başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif etmişdir. O, da üzərindəki şalvarın ciblərindən pul qabısını və 1 ədəd “OPPO” markalı “CPH2325” modelli mobil telefonu çıxarıb təqdim etmişdir. Pul qabıya baxış keçirilən zaman, içərisində 905 türk lirası, 1000 ABŞ dolları, 80 gürcü larisi məbləğində pul vəsaitləri və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsigəsi, sürücülük vəsigəsi, beş ədəd pul kartı, digər nəqliyyat və alış-veriş kartları olduğu məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi yoxlama aparmış, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindəki gödəkcənin içəri sağ cibindən gümüşü rəngli falqa kəsiyinə bükülmüş 1 (bir) ədəd büküm aşkar etmişdir. Həmin bükülünü açıb baxarkən bükülünün içərisində ağ rəngli və kristal halında predmetin olduğunu görmüşdür. Bundan sonra Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar etdiyi içərisində metamfetaminə oxşar kütlə olan bir ədəd bükülü “Qosmetr BT 3000” markalı tərəzidə çəkmiş və çəkisinin təxminən 2 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində metamfetaminə oxşar kütlə olan bir ədəd bükülü və özünün təqdim etdiyi mobil telefon, pul vəsaitləri, həmçinin digər plastik kartlar və şəxsiyyətini təsdiq edən sənədlər götürülərək bu barədə protokol tərtib etmişdir. Bir daha bildirir ki, Təqsirləndirilən şəxs üstündə çıxan psixotrop maddəni könüllü şəkildə özü təqdim etməmişdir. Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün onun yoxlama otağına aparıb yoxlamış və həmin vaxt psixtrop maddə Təqsirləndirilən şəxs üstündən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, gömrük postunun qarşısında fəhlə kimi işləyir, yük olarsa, daşıyır. Orada ona dedilər ki, belə bir şübhəli vətəndaş var. Üzərinə axtarış aparılacaqdır, hal şahidi kimi iştirak etməsini xahiş etdilər. Şəxsi axtarış otaqda aparılıb. Axtarışda o və əlavə iki nəfər iştirak etmişlər. Yoxlamaq istəyən zaman Təqsirləndirilən şəxs özü çıxarıb təqdim etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Balakən rayonunun Gərəkli kəndində yaşayır. Daimi iş yeri olmadığı üçün müvəqqəti olaraq “Mazımqara” gömrük postunun çıxışında dayanaraq oradan keçən şəxslərin əl yüklərini müəyyən haqq müqabilində daşıyaraq dolanışığını təmin edir. Bu məqsədlə xx.xx.2023-cü il tarixində, təxminən saat 13:15 radələrində postun qarşısında olarkən bir nəfər şəxs ona və orada onun kimi fəhləlik edən Şahid3 yaxınlaşaraq özünü təqdim etdi və gömrük əməkdaşı olduğunu bildirərək onlardan Mazımqara gömrük postunda vətəndaşın idarə etdiyi nəqliyyat vasitəsinə keçiriləcək gömrük yoxlamasında və vətəndaşın üzərinə keçiriləcək şəxsi yoxlamada hal şahidi qismində iştirak etmələrini xahiş etdi. Buna etiraz etməyərək gömrük əməkdaşı ilə birlikdə posta daxil olmuşlar. Posta daxil olduqdan sonra orada adı onlara sonradan məlum olan Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinə keçirilən gömrük yoxlamasında iştirak etmişlər. Nəqliyyat vasitəsinə keçirilən gömrük yoxlaması zamanı nəqliyyat vasitəsindən qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar edilməmişdir. Sonra gömrük əməkdaşı sürücü Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçiriləcəyini bildirmiş, sürücünü və digər hal şahidi ilə onu şəxsi yoxlama otağına dəvət etmişdir. Şəxsi yoxlama otağına daxil olduqdan sonra Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi yoxlamada iştirak etmişlər. Şəxsi yoxlamaya başlamazdan əvvəl gömrük əməkdaşı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif etmiş, o, da üzərindəki şalvarın ciblərindən pul qabısını və 1 ədəd “OPPO” markalı “CPH2325” modelli mobil telefonu çıxarıb təqdim etmişdir. Pul qabıya baxış keçirilən zaman içərisində 905 türk lirası, 1000 ABŞ dolları, 80 gürcü larisi məbləğində pul vəsaitləri və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsigəsi, sürücülük vəsigəsi, beş ədəd pul kartı, digər nəqliyyat və alış-veriş kartları olduğu məlum oldu. Bundan sonra gömrük işçisi Təqsirləndirilən şəxs üzərindəki gödəkcənin içəri sağ cibindən gümüşü rəngli falqa kəsiyinə bükülmüş 1 (bir) ədəd büküm aşkar etdi. Həmin bükülü gömrük işçisi tərəfindən açılaraq içərisinə baxış keçirildi. Bükülünün içərisindəki kütlə ağ rəngli və kristal halında idi. Gömrük işçisi bildirdi ki, həmin kütlə psixotrop maddəmetamfetaminə bənzəyir. Həmin maddə psixotrop maddə - metamfetamin olması ehtimalı ilə gömrük əməkdaşı tərəfindən götürüldü. Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində metamfetaminə oxşar kütlə olan bir ədəd bükülü “Qosmetr BT 3000” markalı tərəzidə çəkildi və çəkisinin təxminən 2 qram olduğu müəyyən edildi. Daha sonra gömrük işçisi tərəfindən müəyyən sənədlər tərtib edilərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində metamfetaminə oxşar kütlə olan bir ədəd bükülü və özünün təqdim etdiyi mobil telefon, pul vəsaitləri, həmçinin digər plastik kartlar və şəxsiyyətini təsdiq edən sənədlər götürülmüş və onlar da yoxlama və şəxsi yoxlama protokollarının müvafiq yerlərində imzalar etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, hal şahidi qismində Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışda iştirak etmişdir. Otaqda aparılan axtarış zamanı psixtrop deyilən madd Təqsirləndirilən şəxs kurtkasının sağ cibindən falqaya bükülü halda çıxmışdır. Müdafiəçinin sualına cavabında həmin şahid Təqsirləndirilən şəxs psixotrop maddəni özünün çıxarb təqdim etdiyini göstərmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 Şahid2 ibtidai istintaqda verdiyi ifadəsinə uyğun ifadə verərək, onun həmin ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 26.11.203-cü il tarixli “şəxsi yoxlama aparılması haqqında” qərar əsasında Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda tərtib edilmiş 26 noyabr 2023-ci il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokoldan görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin içəri sağ cibindən bir ədəd bükümdə gümüşü rəngli falqa kəsiyinə bükülmüş metamfetaminə oxşar predmet, 1 ədəd “OPPO” markalı “CPH2325” model mobil telefon, 905 türk lirası, 1000 ABŞ dolları, 80 gürcü larisi məbləğində pul vəsaitləri və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, beş ədəd pul kartı, nəqliyyat və alış-veriş kartları aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2023-cü il tarixli 17/810 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “№ 207553 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi 3-33-\3-1- 001775\2023 №-li iş üzrə maddi sübut” yazısı olan bir ədəd polietilen paketin içərisindəki bir ədəd gümüşü rəngli falqa kağızı bükümündə, təmiz çəkisi 1,569 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metmfetamindir; Metamfetamin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin syahısı”na daxildir.Qeyd: Metamfetaminin təmiz çəkisi-1,569 qram, tədqiqata sərf edildi-0,050 qram; qalıq-1,519 qram. Ekspertiza tədqiqatının dəyəri 69,10 manat təşkil edir. İş materiallarında olan 13 dekabr 2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, fakt üzrə aşkar edilərək götürülmüş 1 (bir) ədəd gümüşü rəngli falqa kağızı bükümündə təmiz çəkisi 1,569 qram olan metamfetamin maddi sübut kimi tanınmış və aparılmış tədqiqatlardan sonra qalıq qalmış 1,519 qram metamfetamin Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına saxlanca verilmişdir. İş materiallarında olan 09 dekabr 2023-cü il tarixli, 8088 nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 12 dekabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X1 Sistemindən əldə edilmiş məlumatlarla Təqsirləndirilən şəxs idarə etdiyi “SCANİA G410” markalı, 27YP535 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 13:08-də Gürcüstandan Azərbaycan Respublikasına gəlməsi,“Mazımqara” X6 Məntəqəsindən keçməklə Rusiya Federasiyasına getmək istəyərkən saxlanılması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə verilmiş əməliyyat tapşırığına cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs aşkar olunmuş metamfetamin psixotrop maddəsini haradan, kimdən və hansı məqsədlə əldə etməsi, qeyd olunan cinayət əməlinin törədilməsində başqa şəxslərin iştirakının olub-olmaması, o cümlədən Təqsirləndirilən şəxs da daxil olmaqla onların əvvəllər də ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq psixotrop maddələrin gətirib-gətirməmələri və iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnamə üzrə verdiyi xx.xx.2024-sü il tarixli 8 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarından həmçinin görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X9 və xx.xx.2018-ci il tarixdə doğulmuş X8maqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokol əsasında götürülmüş 1 ədəd “OPPO” markalı “CPH2325” model mobil telefon, 905 türk lirası, 1000 ABŞ dolları, 80 gürcü larisi məbləğində pul vəsaitləri, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, beş ədəd pul kartı, nəqliyyat və alış-veriş kartları Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsi əsasında xx.xx.2023-cü il tarixli qəbzlə atası Ahmet Uğura təhvil verilmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs fiziki azadlığı faktiki olaraq 26 noyabr 2023-cü il tarixdə saat 22.00-da məhdudlaşdırılmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli qərarı ilə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 26 noyabr 2023-cü il tarixdən saat 13.55-dən hesablanmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 1,569 qram olan metamfetaminin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 1,519 qramı maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokol əsasında götürülmüş 1 ədəd “OPPO” markalı “CPH2325” model mobil telefon, 905 türk lirası, 1000 ABŞ dolları, 80 gürcü larisi məbləğində pul vəsaitləri, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, beş ədəd pul kartı, nəqliyyat və alış-veriş kartlarının Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsi əsasında xx.xx.2023-cü il tarixli qəbzlə atası Ahmet Uğura təhvil verilməsi, Təqsirləndirilən şəxs məxsus TUR seriyalı, U30712802 nömrəli pasportun isə cinayət işinin materiallarındla saxlandığı nəzərə alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs Şahid1 dindirildikdən sonra ona sual veriləndə psixotrop maddə metamfetamini özünün təqdim etdiyi barədə bildirdiyinə və onun müdafiəçisinin təqsirləndirilən şəxsin psixotrop maddəni könüllü surətdə təqdim etməsi üçün onun cinayət məsuliyyətindən azad edilməli olması ilə bağlı mövqeyinə hüquqi qiymət verərək, hesab edir ki, bu ehtimallar əsassızdır və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün faktoloji və hüquqi əsaslara malik deyildir. Belə ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin «Qeyd» hissəsində o cümlədən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən şəxsin cinayət məsuliyyətindən azad edildiyi göstərilir. Lakin iş materiallarından görünür ki, hazırki işdə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasına əsas verən bu hal mövcud deyildir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində və şahidlər Şahid1, Şahid2 və Şahid3 ibtaidi istintaqda şahid qismində verdiyi ifadələrində psixotrop maddə metametaminin gömrük əməkdaşı tərəfindən hal şahidlərinin iştirakı ilə şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üstündə aşkar edildiyi göstərilmişdir. Yəni həmin şəxslərin bu ifadələrinə görə həmin psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs özü könüllü şəkildə gömrük əməkdaşına təqdim etməmişdir. Bu hal Şahid1 məhkəmədə verdiyi ifadəsində də təsdiq olunmuşdur. Eyni zamanda məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs da özünü ona CM-nin 206.2 və 234.1-ci maddələrilə elan olunmuş ittiham üzrə təqsirli bildiyini bildirmişdir. Qeyd olunanların konteksində məhkəmə bu xüsusda şahidlər Şahid2 və Şahid3 ibtidai istintaqda şahid qismində verdiyi ifadələrini və bu xüsusat üzrə Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini daha mötəbər sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, istinad olunan cinayətlərin predmetini (hazırki halda psixotrop maddə olan metamfetamini) könüllü surətdə təhvil vermə dedikdə, şəxsin həmin predmet barəsində başqa cür sərəncam verməyə real imkanı olmasına baxmayaraq, onların hakimiyyət orqanlarına, əsasən də hüquq mühafizə orqanlarına verməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il № 2 qərarının 23-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların könüllü surətdə təhvil verilməsi dedikdə həmin vasitələrlə real surətdə istənilən kimi sərəncam vermə imkanına malik olan şəxsin bu vasitələrin hakimiyyət nümayəndəsinə könüllü təhvil verilməsi başa düşülməlidir. Məhkəmələrə izah olunmuşdur ki, şəxs tutulan zaman, habelə narkotik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi məqsədi ilə istintaq hərəkətləri aparılarkan bu hərəkətləri aparan müvafiq vəzifəli şəxsin təklifi ilə və artıq bu hərəkətlərlə əlaqədar təqsirkarın narkotik vasitələrə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində narkotik vasitələrin təhvil verilməsi təqsirkara CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin tətbiq edilməsinə əsas vermir. Həmin qeydin məzmununa və mənasına görə qeyddə göstərilən hərəkətlərin edilməsi narkotik vasitənin və ya psixotrop maddənin əldə edilməsinin və saxlanılmasının məqsədindən asılı olmayaraq (satış məqsədi və ya belə məqsəd olmadan) şəxsin cinayət məsuliyyətindən azad olunmasına əsas verir (səbəb olur). Eyni zamanda şəxsin əldə edib saxladığı narkotik vasitə və ya psixotrop maddənin, yaxud prekursorların bir hissəsini satdığı, qalan hissəsini isə qeydə uyğun qaydada təhvil verdiyi halda, həmin şəxs yalnız satdığı narkotik vasitənin, psixotrop maddənin və ya prekursorların satışına görə məsuliyyət daşımalıdır. Cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında, qeyd olunan cinayətləri törətmiş şəxslərin aşkar edilməsində fəal iştirak etmə dedikdə, təkcə bu cinayətin predmetlərinin saxlandığı, hazırlandığı və satıldığı yer haqqında deyil, onların qanunsuz dövriyyəsindən əldə edilən əmlakın olduğu yer haqqında hüquq-mühafizə orqanlarına məlumat vermə başa düşülməlidir. İşdəki sübutlardan görünür ki, Təqsirləndirilən şəxs onün üstündə şəxsi yoxlama aparılarkən gömrük əməkdaşı tərəfindən ondan üstündə qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuş, lakin o, gömrük əməkdaşınının sorğusuna əsasən belə bir əşyanın olmadığını bildirmiş və gömrük əməkdaşına üstündə olan psixotrop maddə metamfetamini könüllü şəkildə təhvil verməmişdir. Qanunla qadağan olunmuş psixotrop maddə metamfetamin yalnız gömrük əməkdaşı tərəfindən hal şahidlərinin iştirakı ilə keçirilən şəxsi yoxlama (faktiki şəxsi axtarış) zamanı onun üstündə aşkar edilərək götürülmüşdür. Belə olan halda burada psixotrop maddə metamfetaminin könüllü təhvil verilməsindən söhbət belə gedə bilməz. Hətta hipotetik olaraq Təqsirləndirilən şəxs azadlığı faktiki məhdudlaşdırılarkən üstündə şəxsi yoxlama (şəxsi axtarış) aparılan zaman onun psixotrop maddə metamfetamini öz cibindən çıxarıb təqdim etməsi halı qəbul olunsa belə (hərçənd ki, bu belə olmamış və bu xüsusda işin faktiki halları yuxarıda göstərilmişdir) bu, həmin psixotrop maddəni könüllü sürətdə təhvil vermə kimi qiymətləndirilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt artıq otağa salınıb hal şahidlərinin iştirakı ilə şəxsi yoxlamaya məruz qalmaqla onun fiziki azadlığı faktiki məhdudlaşdırılmış və üstündə psixotrop maddə metamfetamini aşkar etmək üçün prosessual hərəkət aparılmışdır. Yəni bu zaman Təqsirləndirilən şəxs həmin predmet barəsində başqa cür sərəncam verməyə faktiki real imkanı olmamışdır. Onun həmin psixotrop maddəyə sərəncam vermək imkanında olmadığını dərk etməklə həmin vasitəni təhvil verməsi qəbul olunsa belə, bu hal yuxarıda göstərilənlərə əsasən onun barəsində CM-nin 234.1-ci maddəsinin qeyd hissəsinin tətbiq edilməsinə əsas vermir. Ona görə də qeyd olunanlara əsasən hazırki işdə Təqsirləndirilən şəxs psixotrop maddəni könüllü şəkildə təhvil verməsi halı olmadığından onun cinayət məsuliyyətindən azad olunması üçün də faktoloji və hüquqi əsaslar mövcud deyildir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımqara gömrük postunda tərtib edilmiş xx.xx.2023-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokolu, maddi sübutu, materialların məhkəmə ekspertizasının 26 noyabr 2023-cü il tarixli 17/810 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının 09 dekabr 2023-cü il tarixli 8088 nömrəli rəyini, Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnamə üzrə verdiyi xx.xx.2024-cü il tarixli 8 saylı arayışı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarını, sübutların qiymətləndirilməsi haqqında 12 yanvar 2024-cü il tarixli qərarı, işdə olan və məhkəmə tərəfindən tədqiq edilən sair sənədləri, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını ziddiyyət olmadan işin faktiki hallarını əlaqəli şəkildə təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərdə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı,təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikasında istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən xeyli miqdarda, 1,569 qram metamfetamin psixotrop maddəsini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, gümüşü rəngli falqa kağızına bükərək əyninə geyindiyi gödəkçənin içəri sağ cibinə yerləşdirib saxlamış, idarə etdiyi “Scania” markalı, 27YP535/27ALK84 qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasından Gürcüstana, oradan isə Azərbaycan Respublikasına daşımış, 26 noyabr 2023-cü il tarixdə saat 13 radələrində Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin Balakən rayonu inzibati ərazisində yerləşən “Mazımqara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları» üzrə İİ siyahısına görə cinayət məsuliyyətinə səbəb olan psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır; 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə münasibətdə tətbiq edilmir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməllərdə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə göstərilən qanun normalarının tələbinə və işin faktoloji hallarına əsasən himayəsində iki azyaşlı uşağın olmasını, ilk dəfə cinayət əməlləri törətməsini və cinayət əməlləri törətməsini etiraf edib bundan səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət törətməsi Təqsirləndirilən şəxsı kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət törətməsini etiraf edib əməllərinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, onun öz əməllərinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməlləri törətməsini etiraf edib cinayət əməlləri törətməsindən peşmançılıq çəkməsi məhz onun istinad olunan Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə təəssüflənməklə bu əməllərə tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, ədalət və humanizm prinsipləri və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğu nəzərə alınmaqla, cəza təyin edərkən onu da bildirir ki, qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki,cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz.Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir.Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır.Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir.Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Həmçinin cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək,fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Bu xüsusda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır, o, ilk dəfə cinayət əməlləri törətmişdir, cinayət törətməsindən səmimi peşmançılıq hissi keçirir. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Ona görə də bu hallar cəzanın məqsədlərinə nail olunması baxımından ona cəza təyin edilməsində mütləq nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində iki azyaşlı uşağın olması, ilk dəfə cinayət əməlləri törətməsi və cinayət əməlləri törətməsini etiraf edib bundan səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid etməklə cəzanın məqsədlərinə nail olunması mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunacaq bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun 26 noyabr 2023-cü il tarixdən hazırki günədək həbsdə saxlandığı müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 26 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasə n barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 8088 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs müayinə zamanı psixostimulyatorlardan istifadə etmə hallarının olduğunun, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmadığının, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyinin və narkomaniyadan məcburi müalicəyəyə ehtiyacının olmadığının və ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmasının müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxsın ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən Rayon Mərkəzi X5 Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 69,10 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 1,569 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 1,519 qramı məhv edilməli, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokol əsasında götürülmüş 1 ədəd “OPPO” markalı “CPH2325” model mobil telefon, 905 türk lirası, 1000 ABŞ dolları, 80 gürcü larisi məbləğində pul vəsaitləri, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, beş ədəd pul kartı, nəqliyyat və alış-veriş kartlarının Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsi əsasında xx.xx.2023-cü il tarixli qəbzlə atası Ahmet Uğura təhvil verilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs məxsus TUR seriyalı, U30712802 nömrəli pasport əsas cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın təyin edilməsi məsələsinə də baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə; 52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə; 52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ dərəcə əlilliyi olan şəxs olan şəxslərə; 52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olmasını, ona dair Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmə, iş materiallarına istinad edib, tərcüməçinin hazırki iş üzrə bütün məhkəmə proseslərində iştirakını, onun gündəlik və nəqliyyat xərclərini, həmçinin ədalət və ağlabatanlıq prinsiplərini nəzərə alaraq, həmçinin hesab edir ki, hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X4 hazırki iş üzrə çağırışa və gündəlik xərclərə görə 100 manat ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən o cümlədən pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşafirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) məhkəmənin ittiham hökmünün nəticə hissəsində göstərilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun 26 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq hazırki vaxtadək həbsdə saxlandığı müddət təyin edilən azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 26 noyabr 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1, 52.1-1 və 58.3-cü maddələri tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 1,569 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 1,519 qramı məhv edilsin; Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokol əsasında götürülmüş 1 ədəd “OPPO” markalı “CPH2325” model mobil telefon, 905 türk lirası, 1000 ABŞ dolları, 80 gürcü larisi məbləğində pul vəsaitləri, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, beş ədəd pul kartı, nəqliyyat və alış-veriş kartlarının Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsi əsasında xx.xx.2023-cü il tarixli qəbzlə atası Ahmet Uğura təhvil verilməsi nəzərə alınsın; Təqsirləndirilən şəxs məxsus TUR seriyalı, U30712802 nömrəli pasport əsas cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən Rayon Mərkəzi X5 Şəxsinə göndərilsin. İş üzrə 69,10 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X4 çağırışa və gündəlik xərclərə görə 100 manat ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən bu qərarın surətinin ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-23/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-23/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver