Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-24/2021 09.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1985-ci il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Balakən Rayon Məhkəməsinin 08.01.2019cu tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 1 il 5 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 25.03.2020-ci il tarixli qərarı ilə cəzasının 3 ay 3 gün çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməyən, fərdi əməklə məşğul olan, Balakən şəhəri, Bülbül küçəsi 34 saylı ünvanda qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayonunda tikintidə fəhlə işlədiyi zaman, onunla birlikdə həmin tikintidə işləyən naməlum şəxsdən əvəzsiz olaraq götürüb qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,182 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təsir maddəsinin miqdarı 0,04 qram olan 01 həb sintetik narkotik vasitə metadonu öz istifadəsi üçün əldə edərək üzərində daşıyaraq, Balakən rayonuna gətirdikdən sonra 12 yanvar 2021-ci il tarixdə üzərindəki gödəkçəsinin sol yan cibində daşıyaraq saxlamışdır. 12 yanvar 2021-ci il tarixdə, saat 02 radələrində Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq satış məqsədi olmadan öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərindəki gödəkçəsinin sol yan cibində gümüşü rəngdə kağızın içərisindəki sellofan bükümdə daşıyaraq saxladığı 0,182 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təsir maddəsinin miqdarı 0,04 qram olan 01 həb sintetik narkotik vasitə metodon və saxladığı psixotrop maddə metamfetamindən istifadə etdiyi 01 ədəd şpris aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki,məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, Balakən şəhəri, Bülbül küçəsi 34 saylı ünvanda valideynləri və ailə üzvləriylə birlikdə yaşayır. İki azyaşlı övladı vardır. Fərdi əməklə məşğul olaraq, ailəsinə çörək pulu qazanır. 3 ildir ki, narkotik vasitə və psixotrop maddədən istifadə edir. Əvəllər Azərbaycan Respublikası CM-nin 234.2 və 234.1-ci maddələri ilə məhkum olunub. Sonuncu dəfə 08.01.2019-cu il tarixdə Balakən Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə 1 il 5 ay 20 gün müddətə azadlıqdan məhrum edilmişdir. Şəki Rayon Məhkəməsinin 25.03.2020-ci il tarixli qərarı ilə 3 ay 3 gün çəkilməmiş cəzadan şərti olaraq azad edilmişdir. 2020-ci ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayonunda olduğu zaman orada tikintidə fəhlə işlədiyi dövrdə tanımadığı bir nəfər şəxsdən şəxsi istifadəsi üçün 2 ədəd metadon tabletkası və 1 ədəd gümüşü kağız bükümün içərisindəki sellofan bükümdə olan psixotrop maddə metamfetamin götürmüşdür. Həmin narkotik vasitə metadon və metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Üzərində saxladığı narkotik vasitə və psixotrop maddədən bir az istifadə etmiş, qalanını isə üzərində saxlamışdır. 12.01.2021-ci il tarixdə, gecə saat 00:30 radələrində 2 nəfər polis əməkdaşı onu Balakən şəhəri, Ə.Ansuxski küçəsində saxlayıb, şəxsiyyətini müəyyən etmək istəmişlər. Bu zaman özünü bir az şübhəli apardığından, polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Balakən RPŞdə üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğundan şübhəli şəxs kimi tutulub, ona təqdim olunmuş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol yan cibində sellofanda saxladığı 1 ədəd gümüşü kağız büküm olan psixotrop maddə metamfetamini, 1 ədəd metadonu və 1 ədəd həmin narkotik vasitə və psixotrop maddəni qəbul etdiyi şprisi polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi 1 ədəd gümüşü kağız bükümdə selofanda saxladığı psixotrop maddə metamfetamini elektron tərəzidə çəkmiş, kağız bükümlə birlikdə çəkisi 0.26 qram olmuşdur. Sonra polis əməkdaşları təqdim etdiyi 1 ədəd narkotik vasitə metadon həbini elektron tərəzidə çəkmiş, həmin metadon həbin üzərindəki qoruyucu ilə birlikdə ümumi çəkisi 0,63 qram gəlmişdir. Polis əməkdaşları onun təqdim etdiyi 1 ədəd metadon həbini, 1 ədəd gümüşü kağız bükümdə olan psixotrop maddə metamfetamini və 1 ədəd şprisi kağız zərflərə qoyaraq, ayrı-ayrılıqda qablaşdırıb, möhürləyərək, götürmüşlər. Üzərində keçirilən şəxsi axtarış zamanı başqa hər hansı bir qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Ekspert rəyləri ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərində saxladığı 1 ədəd gümüşü kağız bükümdəki psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,182 qram, 1 ədəd metadonun çəkisi isə 0,04 qramdır. Üzərində saxladığı 1 ədəd gümüşü kağızın içərisindəki sellofan bükümdə olan psixotrop maddə metamfetamini və 1 həb narkotik vasitə metadonu 2020-ci ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayonunda tikintidə fəhlə işlədiyi zaman orada işləyən tanımadığı bir nəfər şəxsdən şəxsi istifadəsi üçün istəyib, götürmüşdür. Həmin saxladığı narkotikdən və psixotrop maddədən heç kimin xəbəri olmamışdır. Tanımadığı şəxsdən həmin narkotik vasitəni və psixotrop maddəni təmənnasız olaraq şəxsi istifadəsi üçün götürmüş, əvəzində həmin şəxsə heç nə verməmişdir. 1 ədəd şprisi narkotik vasitə və psixotrop maddə qəbul etmək üçün üzərində saxlamış, həmin şprisdən cəmi bir dəfə istifadə etmişdir. Yaşadığı evdə qanunsuz əşya, vasitə saxlamır. Bakı şəhərində olduğu zaman ona narkotik vasitəni və psixotrop maddəni verən şəxslə bir neçə gün tikintidə birlikdə fəhləlik etmiş, söhbət əsnasında o, onu narkotik vasitəyə qonaq etmiş və təmənnasız ona psixotrop maddə və narkotik vasitə vermişdir. Onun verdiyi metamfetamindən bir dəfə üzərindən aşkar edilmiş şprisə çəkib bədəninə vurmuş, metadon cəmi iki həb olmuş və birini həb şəklində qəbul etmişdir. Belə ki, ağrıları olanda metadon qəbul etdikdə yaxşı təsir edir. Cinayət əməli törətməsini səmimi olaraq etiraf edir və bu əməlindən peşmandır. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Özü xəstədir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPXB-nin (Post patrul xidməti bölüyü) pois nəfəri vəzifəsində xidmət edən, polis baş serjantı X2 ifadəsində göstərdi ki, 12.01.2021-ci il tarixdə, saat 00.30-da 2 nömrəli marşrut xətti üzrə polis nəfəri Şahid2la Balakən şəhəri, Əli Ansuxski küçəsində avtopatrul xidməti apardıqları zaman bir nəfər tanımadıqları şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsin şəxsiyyətini müəyyən etmək məqsədilə ona yaxınlaşıb, özlərini təqdim etmişlər. Ondan şəxsiyyətini təsdiq edən sənədini soruşduqda, həmin şəxs üzərində sənədinin olmadığını bildirmişdir. Həmin şəxs özünü qeyri-adi və şübhəli apardığı üçün onun narkotik vasitə istifadəçisi olmasından və üzərində narkotik vasitə saxlamasından şübhələnərək, onu Balakən RPŞyə dəvət edib, bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə etmişlər. Balakən RPŞ-də həmin şəxsin Balakən şəhər sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin tarixdə Balakən RPŞ-də şübhəli şəxs kimi tutulduqdan sonra ona təqdim edilmiş vəkilinin iştirakıyla videoçəkiliş aparılmaqla saat 02 radələrində üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılarkən iştirak etmişdir. Şəxsi axtarış başlanmazdan əvvəl təhqiqatçı Natiq Muradov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və ona üzərində qanunsuz olaraq saxladığı hər hansı bir əşya və ya vasitə varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibindən 01 ədəd şpris və 01 ədəd sellofan büküm çıxararaq, həmin sellofanın içərisindəki gümüşü rəngli kağız bükümdə olan metamfetaminə oxşar kütləni və 01 ədəd üzərində metadon yazılmış həbi təqdim edərək, bildirdi ki, öz istifadəsi üçün Bakı şəhərində olduğu zaman tanımadığı şəxsdən əvəzsiz olaraq götürüb, əldə edib, üzərində saxlayıb. Üzərində saxladığı şprisin isə narkotik vasitədən istifadə etmək üçün olduğunu bildirmişdir. Götürülmüş metamfetaminə bənzər kütlə və 01 ədəd üzərində metadon yazılmış həb elektron tərəzidə çəkildikdə, gümüşü bükümdəki metamfetaminə oxşar kütlənin təxmini çəkisi 0,26 qram, metadona oxşar 01 ədəd həbin çəkisi isə 0,63 qram olmuşdur. Götürülmüş 01 ədəd gümüşü kağızda olan büküm, 01 ədəd həb və 01 ədəd şpris ayrı-ayrılıqda 03 ədəd kağız zərflərdə qablaşdırılaraq, möhürlənmişdir. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol ucadan oxunduqdan sonra hər bir iştirakçı ilə yanaşı tərəfindən imzalanmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında qanunda nəzərdə tutulmuş qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahid-hadisə vaxtı Balakən RPŞ-nin PPXBnün polis nəfəri vəzifəsində xidmət edən Şahid2 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid2 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İşin 19-22-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 12 yanvar 2021-ci il tarixli şübhəli şəxsin üzərində axtarış keçirilməsi haqqında protokoldan görünür ki, 12 yanvar 2021-ci il tarixdə Balakən şəhəri, Bülbül küçəsi 34 saylı ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlaması barədə daxil olmuş məlumat əsasında 12.01.2021-ci il tarixdə, saat 01:35-dən 02:20-dək olan müddətdə şəxsi axtarış aparılmış və axtarış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindəki gödəkçəsinin sol yan cibində bir ədəd sellofanda gümüşü kağız bükümdə saxladığı psixotrop maddə metamfetaminə oxşar kütləni, 01 ədəd metadona oxşar həbi və 01 ədəd sprisi təqdim etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni və psixotrop maddəni özü üçün istifadə etmək məqsədi ilə 2020-ci ilin sentyabr ayında Bakı şəhərində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün təmənnasız olaraq götürdüyünü bildirmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar kütlə və narkotik vasitə metadona bənzər 01 ədəd həb elektron tərəzidə çəkilərkən metamfetaminə oxşar kütlənin təxmini çəkisi 0,26, metadona bənzər 01 ədəd həbin təxmini çəkisi isə 0,63 qram olmuşdur. Həmin metamfetaminə oxşar kütlə, 01 ədəd həb və 01 ədəd spris 03 ədəd kağız zərflərə ayrı-ayrılıqda qoyularaq, qablaşdırılıb, DİN-nin 185 nömrəli möhürü ilə möhürlənib, maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman qeyd olunanlardan əlavə qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Baxış “Sony” markalı videokamera ilə qeydə alınmış, baxış zamanı iştirakçılar tərəfindən hər hansı şikayət və vəsatət daxil olmamışdır. İşin 28-32-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 12 yanvar 2021-ci il tarixli, 17/22 nömrəli rəyində göstərilmişdir ki; -tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” sözləri yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd gümüşü-ağ rəngli kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 0,182 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd həbin və 01 (bir) ədəd şprisin tədqiqatı üçün zəruri olan labarotoriya cihazı olmadığından həmin obyektlərin tədqiqatını aparmaq mükün olmadı. Qeyd:1) metamfetaminin təmiz çəkisi-0,182 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq 0,132 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manat təşkil edir. İşin 112-118-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş materialların məhkəmə ekspertizanın 01 fevral 2021-ci il tarixli, 6/378 nömrəli rəyində göstərilmişdir ki;-tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üzərində “Metadon” yazılan narkotik vasitəyə oxşar tablet” yazı və imzalar zərfdə üzərində “F M40” yazılan dairəvi formalı, qəhvəyi rəngli həb sintetik narkotik vasitədirmetadondur.1 ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in siyahısına (Siyahı İİ) daxildir; tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şpris” yazı və imzalar olan zərfdə içərisi boş 3 ml-lik şprisin içərisində narkotik vasitənin, psixotrop maddənin izləri aşkar edilmədi. Qeyd: metadon 1 ədəd həb, tədqiqata sərf edilən miqdar-1/4, qalıq 3/4. Aparılmış ekspertiza tədqiqatının dəyəri 88,70 manat təşkil edir. İşin 123-cü vərəqində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizanın 19 fevral 2021-ci il tarixli, 143 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 13-cü vərəqində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 12 yanvar 2021-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma haqqında protokoldan görünür ki, 12 yanvar 2021-ci ildə, saat 01:15-də Təqsirləndirilən şəxs Nadir oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 61-65-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli, 4(019)-4/2021 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 12 yanvar 2021-ci il tarixdən hesablanmışdır. İşin 78-ci vərəqində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-nin Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 15.01.2021-ci il tarixli, 158 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu Balakən şəhəri, Bülbül küçəsi 34 ünvanında yaşayır. X1 və X6 adında iki qızı vardır. İşin 80-cı vərəqində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon VVADQ şöbəsi tərəfindən verilmiş 09 avqust 2007-ci il tarixli, AZ-İ seriyalı, 340156 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X11 arasında nikah 29 avqust 2007-ci il tarixdə 175 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Səyyar Asan 10 tərəfindən 04.04.2018-ci il tarixdə verilmiş AZE seriyalı 18348979 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Səyyar Asan 10 tərəfindən 04.04.2018-ci il tarixdə verilmiş AZE seriyalı 18348978 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 10.12.2007-cü il tarixdə anadan olmuş X10 və 21.03.2013-cü il tarixdə anadan olmuş X6 olmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə arayışdan, Balakən Rayon Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli, 1(019)-5/2019 nömrəli hökmündən və Şəki Rayon Məhkəməsinin 25 mart 2020-ci il tarixli, 7(075)-75/2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Nadir oğlu Balakən Rayon Məhkəməsinin 08.01.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən 1 il 5 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 25.03.2020-ci il tarxli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 3 günündən vaxtından əvvəl şərti azad olunmuş, 28.06.2020-ci ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. İşin 126-135-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 20 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 03 ədəd zərflərdə ayrı-ayrılıqda qablaşdırılmış, tədqiqata sərf edilən miqdar nəzərə alınmaqla qalıq olan 0,132 qram çəkidə psixotrop maddə metamfetamin, təsir maddəsinin miqdarı 3/4 qram olan 01 həb narkotik vasitə metadon və 01 ədəd 3 ml-lik şpris iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videoçəkilişi əks olunmuş 01 ədəd CD diski sübut kimi qiymətləndirilərək, cinayət işinə əlavə edilmişdir. Məhkəmə,iş üzrə şahidlərin ifadələrini, 12 yanvar 2021-ci il tarixli şübhəli şəxsin üzərində axtarış keçirilməsi haqqında protokolu, materialların məhkəmə ekspertizasının 12 yanvar 2021-ci il tarixli, 17/22 nömrəli rəyin, materialların məhkəmə ekspertizanın 01 fevral 2021-ci il tarixli, 6/378 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizanın 19 fevral 2021-ci il tarixli, 143 nömrəli rəyini, Balakən rayon VVADQ şöbəsi tərəfindən verilmiş 09 avqust 2007-ci il tarixli, AZ-İ seriyalı, 340156 №-li nikah haqqında şəhadətnaməni, Səyyar Asan 10 tərəfindən 04.04.2018-ci il tarixdə verilmiş AZE seriyalı 18348979 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətini və Səyyar Asan 10 tərəfindən 04.04.2018-ci il tarixdə verilmiş AZE seriyalı 18348978 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə arayışı, Balakən Rayon Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli, 1(019)-5/2019 nömrəli hökmünü, Şəki Rayon Məhkəməsinin 25 mart 2020-ci il tarixli, 7(075)-75/2020-ci il tarixli qərarını, Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 20 fevral 2021-ci il tarixli qərarını, ibtidai istintaq orqanının və məhkəmənin prosessual hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X3rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qəsdən, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar psixotrop maddə olan metamfetamin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə himayəsində iki azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır. Belə ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs oğlu Balakən Rayon Məhkəməsinin 08.01.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 1 bir il 5 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 25.03.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 3 ay 3 günündən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, cəzadan azad edildiyi vaxtdan iki il keçməmiş qəsdən hazırkı cinayət əməlini törətmişdir. Qanun normasının tələbinə görə onun əməlinin cinayətin residivini yaratması şübhəsizdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməli cinayətin residivini yaratdığından ona Azərbaycan Respublikası CM-nin 65.2-c maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri əsasında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratdığından və o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs 12 yanvar 2021-ci il tarixdən hazırki hökmün çıxarıldığı günədək həbsdə saxlandığı müddət ona təyin olunan cəza müddətinə daxil edilməklə onun cəza çəkməsinin əvvəli 12 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 19 fevral 2021-ci il tarixli, 143 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X13 Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış materialların məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyərini təşkil edən 160.64 (bir yüz altmış manat 64 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan 03 ədəd zərflərdə ayrıayrılıqda qablaşdırılmış 0,182 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,132 qramı, təsir maddəsinin miqdarı 0,04 qram olan və ekspertiza tədqiqatından sonrakı təsir maddəsinin miqdarı 3/4 qram təşkil edən 01 həb sintetik narkotik vasitə metadon və 01 ədəd 3 ml-lik şpris məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarında olan vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatda və ittiham aktında Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 12 iş saatı vaxt sərf etməsi göstərilmişdir. Məhkəmə hesabatı iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, həmin hesabat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, müdafiəçinin təqsirləndirilən şəxsə məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımın hesabatda göstərilən vaxtı ağlabatandır və əsaslıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 72 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat, cəmi 102 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs 12 yanvar 2021-ci il tarixdən hazırki hökmün çıxarıldığı günə kimi tutulub həbsdə saxlandığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli 12 yanvar 2021-ci il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X13 Şəxsinə göndərilsin. İş üzrə 160.64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan 03 ədəd zərflərdə ayrı-ayrılıqda qablaşdırılmış 0,182 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,132 qramı, təsir maddəsinin miqdarı 0,04 qram olan və ekspertiza tədqiqatından sonrakı təsir maddəsinin miqdarı 3/4 qram təşkil edən 01 həb sintetik narkotik vasitə metadon və 01 ədəd 3 ml-lik şpris məhv edilsin; Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 72 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat, cəmi 102 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Z.C.Tahirov
Məhkəmə qərarları › İş №1(019)-24/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-24/2021
09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver