Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-24/2023 25.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçilər-Balakən rayon Vəkil Bürosunun vəkilləri- Müdafiəçi2 və Müdafiəçi1 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə xx.xx.1998-cı il tarixdə Balakən rayonu Gərəkli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrilə və xx.xx.1996-cı il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1ində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci madddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə narkotik vasitəni əldə edib daşıyaraq saxlama və satma, eləcə də qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, 2022-ci ilin iyul ayının əvvəllərində Balakən rayonu Gərəkli kəndi ərazisindən keçən Humbul çayınının kənarındakı kolluq sahədə aşkar etdiyi bir ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin yararlı hissələrini yığıb qurudaraq əldə etdiyi ümumi təmiz çəkisi 20,19 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə edib üzərində daşıyaraq yaşadığı evin yaxınlığında yolun kənarındakı daşın altında saxlamış, 19 avqust 2022-ci il tarixdə saat 15 radələrində həmin narkotik vasitə qurudulmuş marixuananın 7,96 qram olan hissəsini 01 ədəd şəffaf sellofan bükümdə rayonun Püştətala kəndi ərazisində 60 manat müqabilində tanışı Təqsirləndirilən şəxs1 satmış, geriyə qalan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 12,23 qram olan hissəsini 01 ədəd şəffaf sellofan bükümdə qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün əynindəki göy rəngli cins şalvarın sağ yan cibində daşıyaraq üzərində saxlamışdır. 20 avqust 2022-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 15 radələrində qəsdən, qanunsuz olaraq tamah niyyəti ilə Təqsirləndirilən şəxs1 60 manat müqabilində satdığı 01 ədəd şəffaf sellofan bükümdəki təmiz çəkisi 7,96 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 20 avqust 2022-ci il tarixdə saat 22:45-dən 23:15-dək aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən, eləcə də Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi üçün əldə edib daşıyaraq əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf sellofan bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 12,23 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana xx.xx.2022-ci il tarixdə saat 00:35-dən saat 01:05-dək aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 19 avqust 2022-ci il tarixdə saat 15 radələrində Balakən rayon Gərəkli kənd sakini Təqsirləndirilən şəxs2 Balakən rayonu Püştətala kəndi ərazisində qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd şəffaf sellofan bükümdəki təmiz çəkisi 7,96 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 60 manat pul ödəyib alaraq öz istifadəsi məqsədi ilə əldə edib üzərində daşıyaraq əynindəki boz rəngli cins şalvarın sağ yan cibində saxlamışdır. 20 avqust 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində onun Təqsirləndirilən şəxs2 19 avqust 2022-ci il tarixdə saat 15 radələrində qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, 60 manat pul müqabilində öz şəxsi istifadəsi üçün alaraq əldə edib, daşıyaraq üzərində saxladığı 01 ədəd şəffaf sellofan bükümdəki şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 7,96 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 20 avqust 2022-ci il tarixdə saat 22:45-dən 23:15-dək aparılmış şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə elan olunmuş ittiham üzrə isə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. 1 ildir ki, narkotik vasitədən az miqdarda istifadə edir. 2022-ci ilin iyul ayının əvvəllərində Balakən rayonu Gərəkli kəndindən keçən Humbul çayının kənarındakı kolluq sahədə yabanı halda bitən 1 ədəd narkotik tərkibli çətənə bitkisinin olmasını görmüşdür. Həmin bitkinin yararlı hissələrindən yığaraq qurutmuş və sellofan torbaya dolduraraq şəxsi istifadəsi üçün yaşadığı küçədə daşın altında saxlamışdır. Həmin narkotikdən cəmi 1-2 dəfə istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə tanışı ünvan 1 sakini Təqsirləndirilən şəxs1 ona zəng edərək ondan şəxsi istifadəsi üçün narkotik vasitə olan marixuana istəmişdir. O da həmin gün saat təxminən 15 radələrində həmkəndlisi Akif adlı şəxsin idarə etdiyi və taksi kimi fəaliyyət göstərən Vaz 2106 markalı avtomaşın ilə Balakən rayonu Püştətala kəndinə gedərək orada Təqsirləndirilən şəxs1lə avtomaşından kənarda görüşmüşdür. O, Təqsirləndirilən şəxs1a 60 manata narkotik vasitə qurudulmuş marixuana satmamışdır. Onun 60 manata Təqsirləndirilən şəxs1 narkotik vasitə satmasını polis əməkdaşları düzüb-qoşmuşlar. Polis əməkdaşları tərəfindən ona psixoloji təzyiq edilərək onun güya narkotik vasitə olan marixuananı Təqsirləndirilən şəxs1 60 manata satması barədə sənədlərə imza etdirilmişdir. CM-nin 234.1-ci maddəsilə özünü təqsirli bilir, CM-nin 234.2-ci maddəsilə isə özünü təqsirli bilmir. Polisdə üstündə çıxan narkotik vasitə ona məxsus olmuşdur. İlk dəfədir ki, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmişdir. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələrilə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 1 ildir ki, narkotik vasitədən az miqdarda istifadə edir. 2022-ci ilin iyul ayının əvvəllərində Balakən rayonu Gərəkli kəndindən keçən Humbul çayının kənarındakı kolluq sahədə yabanı halda bitən 1 ədəd narkotik tərkibli çətənə bitkisinin olmasını görmüşdür. Həmin bitkinin yararlı hissələrindən yığaraq qurutmuş və sellofan torbaya dolduraraq şəxsi istifadəsi üçün yaşadığı küçədə daşın altında saxlamışdır. Həmin narkotikdən cəmi 1-2 dəfə istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə tanışı ünvan 1 sakini Təqsirləndirilən şəxs1 ona zəng edərək ondan şəxsi istifadəsi üçün narkotik vasitə olan marixuana istəmişdir. O da həmin gün saat təxminən 15 radələrində həmkəndlisi Akif adlı şəxsin idarə etdiyi və taksi kimi fəaliyyət göstərən Vaz 2106 markalı avtomaşın ilə Balakən rayonu Püştətala kəndinə gedərək, orada Təqsirləndirilən şəxs1lə avtomaşından kənarda görüşmüşdür. O, Ramazana küçədə daşın altında 1 ədəd sellofan bükümdə saxladığı narkotik vasitə marixuananın bir hissəsini 60 manata satmış, sonra isə gəldiyi taksiyə əyləşərək yaşadığı evə qayıtmışdır. Küçədə daşın altında saxladığı narkotik vasitə marixuananın qalan hissəsini isə sellofan bükümə dolduraraq, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə Balakən rayonu Gərəkli kəndi ərazisində olduğu zaman Balakən RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağında və satmağında şübhəli olduğundan onu Balakən RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində ona təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi2 iştirakı ilə onu şübhəli şəxs kimi tutmuş, daha sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl ondan üzərində qanunsuz saxlanılan nə isə olub-olmaması, həmçinin üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. Bu zaman o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra təqdim etdiyi 1 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş, üzərindəki sellofanla birlikdə ümumi çəkisi 12,94 qram təşkil etmişdir. Həmin bir ədəd sellofan bükümdə olan narkotik vasitə bir ədəd ağ rəngli kağız zərfə qoyulub möhürlənərək götürülmüşdür. Onun üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Həmçinin üzərindən aşkar edilmiş 01 ədəd West yazısı olan siqaret qutusu və 01 ədəd alışqan ona geri qaytarlımışdır. Bundan sonra şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Həmçinin ekspertiza rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 12,23 qram, Təqsirləndirilən şəxs1 satdığı və Ramazanın üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi isə 7,96 qramdır. 2022-ci ilin iyul ayının əvvəllərində o, Humbul çayının Balakən rayonu Gərəkli kəndi ərazisindən keçən hissəsində çayın kənarındakı kolluq sahədə yabanı halda bitən 1 ədəd narkotik tərkibli çətənə bitkisinin olmasını görmüşdür. Həmin bitkinin yararlı hissələrindən yığaraq qurutmuş və sellofan torbaya doldurub şəxsi istifadəsi üçün yaşadığı küçədə daşın altında saxlamışdır. Təqsirləndirilən şəxs1 60 manata satdığı narkotik vasitə də küçədə daşın altında saxladığı narkotik vasitədən götürdüyü narkotikin bir hissəsi olmuşdur. Həmin saxladığı narkotik vasitədən heç kimin xəbəri olmamışdır. Narkotik vasitəni əldə etdiyi yeri hazırda dəqiq xatırlamır. Çünki həmin yer çay kənarındakı kolluq sahə olmuşdur. Həmçinin o, əvvəllər narkotik vasitənin alqı-satqısı ilə məşğul olmamışdır. Akif adlı taksi sürücüsünün onun Təqsirləndirilən şəxs1lə hansı məqsədlə görüşməyə getdiyini və Ramazana narkotik vasitə satacağını bilməmişdir. Çünki o, Akifə Ramazanla şəxsi işi olduğunu, bunun üçün Ramazanla görüşmək üçün Püştətala kəndinə getdiyini bildirmişdir. Həmçinin o, Püştətala kəndi ərazisində olduğu zaman Ramazanla görüşəcəyi yerə təxminən 100 metr qalmış Akifə maşını saxlamasını bildirərək, maşından düşüb piyada Ramazanın yanına gedib, narkotiki Ramazana verib, müqabilində də 60 manat məbləğində pulu götürüb geriyə maşına gəlib oturmuşdur. Həmin zaman Akif onun nə etdiyini görməmiş və bilməmişdir. Ramazan Qalaçiyevə satmış olduğu narkotik vasitənin müqabilində əldə etdiyi 60 manat məbləğində pulu elə həmin gün, yəni 19 avqust 2022-ci il tarixdə öz şəxsi ehtiyaclarına xərləmişdir. Ramazan Qalaçiyevlə təxminən 6-7 ildir ki, münasibəti var, həmçinin normal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs1lə əvvəllər narkotik vasitə istifadə etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 əvvəllər narkotik vasitə istifadə etdiyini bilməmiş, sadəcə həmin gün Ramazan ona istifadə etmək üçün narkotik vasitə istədiyini bildirmiş, o da Ramazana narkotik vasitə satmışdır. Əvvəllər o, heç vaxt Ramazana narkotik vasitə verməmişdir. Ramazanın narkotik vasitə istifadə etməsindən də onun məlumatı olmamışdır. Ramazan da onun narkotik vasitə istifadə etdiyini bilməmişdir. Həmçinin ona qarşı Balakən RPŞ-də hər hansı bir psixi və ya fiziki təsir göstərilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəliklər keçirməmişdir. 8 ildir ki, narkotik vasitədən istifadə edir. 2022-ci ilin avqust ayının 19-da tanışı Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs2 zəng edərək, Ruslandan şəxsi istifadəsi üçün narkotik vasitə marixuana istəmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində tanımadığı avtomaşınla tək gələrək, Balakən rayonu Püştətala kəndi ərazisində ona 1 ədəd selofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı 60 manata ona satmışdır. O, Ruslana 60 manat pulu həmin yerdə vermişdir. Sonra Ruslan çıxıb avtomaşınla getmişdir. O, həmin narkotik vasitədən bir dəfə istifadə etmiş, qalanını da gələcəkdə şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə ünvan 1i ərazisində olduğu zaman Balakən RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağında şübhəli olduğundan onu Balakən RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində ona təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi1 iştirakı ilə onu şübhəli şəxs kimi tutmuş, daha sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl ondan üzərində qanunsuz saxlanılan nə isə olub-olmaması soruşulmuş, həmçinin üzərində olan əşyaları təqdim etmək bildirilmişdir. Bu zaman o, əynindəki boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş, üzərindəki sellofanla birlikdə ümumi çəkisi 9,28 qram təşkil etmişdir. Həmin bir ədəd sellofan bükümdə olan narkotik vasitə bir ədəd ağ rəngli kağız zərfə qoyulub möhürlənərək götürülmüşdür. Onun üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Həmçinin üzərindən aşkar edilmiş 30 manat pul və 1 ədəd qara rəngli bir bank yazısı olan plastik bank kartı ona geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Həmçinin ekspertiza rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 7,96 qram, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi isə 12,23 qramdır. Təqsirləndirilən şəxs2lə əvvəllər narkotik vasitə istifadə etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitə istifadə etdiyini bilməmiş, sadəcə həmin gün o, Ruslandan istifadə etməyi üçün narkotik vasitə təşkil etməsini xahiş etmişdir. Ruslan da ona narkotik vasitənin özündə olduğunu və sata biləcəyini demişdir. Bundan sonra o, Ruslanla razılaşaraq Ruslandan narkotik vasitəni 01 ədəd sellofan bükümdə 60 manat müqabilində almışdır. Həmçinin ona qarşı Balakən RPŞ-də hər hansı bir psixi və ya fiziki təsir göstərilməmişdir. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 20 avqust 2022ci il tarixdə Balakən rayon Kortala kənd sakini Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə Balakən RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 tərəfindən RPŞ-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra müvafiq göstəriş əsasında həmin gün saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı Kortala kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirimişdir. Daha sonra Təqsirləndirilən şəxs1 barəsində tədbir görülməsi məqsədilə RPŞ-nin rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılması təhqiqatçı Natiq Muradova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Balakən rayon Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs1 seçmiş olduğu vəkil Müdafiəçi1 iştirakı ilə şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 də əynindəki boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilən zaman başqa qanunsuz heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirildikdə içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd sellofan büküm elektron tərəzidə çəkildikdə içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə ilə birlikdə sellofan bükümün çəkisi 9,28 qram olmuşdur. Daha sonra bir ədəd sellofan bükümün içərisindəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə sellofan bükümlə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyulub qabılaşdırılmış, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 30 manat pul və 1 ədəd qara rəngli bir bank yazısı olan plastik bank kartı ona geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Həmçinin Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəni Balakən rayonu Gərəkli kənd sakini Ruslan adlı şəxsdən xx.xx.2022-ci il tarixdə rayonun Püştətala kəndi ərazisində 60 manat müqabilində aldığını bildirdiyi üçün keçirilmiş tədbirlər nəticəsində Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs2 21 avqust 2022-ci il tarixdə saat təxminən 00:05 radələrində polis şöbəsinə gətirilmiş və barəsində tədbir görülməsi məqsədilə RPŞ-nin rəhbərliyinə NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi2 iştirakı ilə şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmişdir. Daha sonra da tərəfindən aparılan fasiləsiz videoçəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs2 üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs2 də üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilən zaman üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni yaşadığı Gərəkli kəndi ərazisindən axan Humbul çayın kənarındakı kolluq sahədə yabanı halda bitmiş 01 ədəd çətənə bitkisinin üzərindən yığdığını bildirmişdir. Həmçinin əldə etdiyi narkotik vasitənin bir hissəsini 19 avqust 2022-ci il tarixdə rayonun Püştətala kəndi ərazisində tanışı Təqsirləndirilən şəxs1 60 manat müqabilində satdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirildikdə içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 ədəd sellofan büküm elektron tərəzidə çəkildikdə içərisindəki bitki kütləsi ilə birlikdə sellofan bükümün çəkisi 12,94 qram olmuşdur. Daha sonra bir ədəd sellofan bükümün içərisindəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə sellofan bükümlə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Həmçinin Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd West markalı siqaret qutusu və 01 ədəd alışqan maddi sübut kimi əhəmiyyəti olmadığından Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 da Şahid1 ifadəsinə uyğun ifadələr verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişlər. İş materiallarında olan 20 avqust 2022-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Balakən rayon Kortala kəndində pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs1 polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutularaq həmin gün saat 22:45-dən 23:15-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini təqdim edərək, həmin bitki kütləsini şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini xx.xx.2022-ci il tarixdə Balakən rayonu Gərəkli kənd sakini Ruslan adlı şəxsdən 60 manata aldığını, Ruslanın tanımadığı bir taksi sürücüsü ilə gələrək Balakən rayonu Püştətala kəndi ərazisində ona narkotik vasitə satdığını, 8 ildir ki, narkotikdən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi üzərindəki sellofanla birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 9,28 qram təşkil etmişdir. Aşkar edilmiş bitki kütləsi 1 ədəd kağız zərfdə qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən əlavə olaraq aşkar edilmiş 30 manat pul və 1 ədəd qara rəngli bir bank yazısı olan plastik bank kartı özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 Balakən RPŞ-də ona qarşı hər hansı bir psixi və fiziki təsir göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış Panasonic markalı videokamera vasitəsi ilə qeyd alınmış, videogörüntülərin olduğu disk protokola əlavə olunmuşdur. İş materiallarında olan 21 avqust 2022-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Balakən rayonu Gərəkli kəndində pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə saxlaması və narkotik vasitə satması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs2 polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutularaq həmin gün saat 00:35-dən 01:05-dək olan müddətdə vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi2 və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini təqdim edərək, həmin bitki kütləsini təxminən 1 ay əvvəl Balakən rayonu Gərəkli kəndi ərazisində olan Humbul çayının kənarından kolluq sahədə bitən 1 ədəd yabanı çətənə bitkisindən yığaraq öz şəxsi istifadəsi üçün üzərində saxladığını, arabir narkotikdən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 əvvəldən tanıdığını, Ramazana xx.xx.2022-ci il tarixdə ünvan 1i ərazisində 1 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuananı 60 manata satdığını, həmin yerə həmkəndlisi Akif adlı şəxsin idarə etdiyi taksi ilə getdiyini, lakin Akifin bundan xəbəri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş, sellofanla birlikdə ümumi çəkisi 12,94 qram təşkil etmişdir. Aşkar edilmiş kütlə 1 ədəd kağız zərfə qoyularaq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 qutu West markalı siqaret və 1 ədəd alışqan özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 Balakən RPŞ-də ona qarşı hər hansı bir psixi və fiziki təsir göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış Panasonic markalı videokamera vasitəsi ilə qeyd alınmış, videogörüntülərin olduğu disk protokola əlavə olunmuşdur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 21 avqust 2022-ci il tarixli 17/666 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş..." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 7,96 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş..." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 12,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; tədqiqata təqdim olunmuş 02 (iki) ədəd şəffaf sellofan bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: 1) Marixuanaların ümumi çəkisi -20,19 qram, cəmi tədqiqata sərf edildi-0,10 qram (hər ob. 0,05qram), qalıq-20,09 qram. Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İş materiallarında olan Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 21 avqust 2022-ci il tarixli aktdan görünür ki, 21 avqust 2022-ci il tarixli qərara əsasən tədqiqata təqdim edilən 02 ədəd sellofan bükümdə bitki mənşəli kütlələr CAS/CAS-MWP300/ CAS-CUW 420H markalı tərəzidə çəkildi. 7,96 12,13 qram/ml maddə (kütlə) qəbul olundu, tarix xx.xx.2022 saat 12.30; 0,05 005 qram/ml nümunə götürüldü, 7,91 12,18 qram/ml maddə (kütlə) geri qaytarıldı, tarix xx.xx.2022 saat 13.30. İş materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının 09 sentyabr 2022ci il tarixli 1338 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının 06 sentyabr 2022ci il tarixli 1307 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 sentyabr 2022ci il tarixli 552/188 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən və hal-hazırki psixoloji vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik-psixoloji ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4 (019)- 63/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs2 stasionar məhkəmə-psixiatrik ekspertizasından keçirilməsindən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X1 stasionar məhkəmə psixiatrik ekspertizası şöbəsinə yerləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi» X16 Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2022-ci il tarixli 128 saylı kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə-yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 halhazırda nevrasteniya (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F48.0) müəyyən edilir; yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 ona ittiham edilən cinayət əməlini törədərkən nevrasteniya psixi pozuntusandan əziyyət çəkmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi nevrasteniya onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir; yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 22.1-ci maddələrinin təsiri altına düşmür. X6 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs2 hal-hazırki hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü və 22.2-ci maddələrinin təsiri altına düşmür; məhkəmə psixoloji ekspertizası üzrə yekun nəticə-yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 xarakterik xüsusiyyətlərində özündən uydurmağa, təlqinə qapılmağa meyillilik əlamətləri müşahidə edilmədi; Təqsirləndirilən şəxs2 əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri qeydə alınmadı; Təqsirləndirilən şəxs2 yaddaş funksiyalarında bir qədər zəifləmə qeydə alınsa da, onda yaddaş pozuntusu müəyyən edilmir. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarında olan 20 avqust 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 20 avqust 2022-ci il tarixdə saat 22:35-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs1 Murtuzəli oğlu barəsində 22 avqust 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, 22 avqust 2022-ci il tarixdə saat 22.35-də Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 21 avqust 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 21 avqust 2022-ci il tarixdə saat 00.25-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş, Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş və barəsində ev dustaqdlığı qətimkan tədbiri seçilmişdir. Alqayev Murtuzəli oğlu xx.xx.2022-ci il tarixli 4(019)-63/2022 nömrəli qərarla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X1 stasionar məhkəmə psixiatrik ekspertizası şöbəsinə yerləşdirilməklə həmin şöbədə müşahidə altında ev dustaqlığı müddətində olmuş, Balakən Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır və o, hal-hazıradək ev dustaqlığındadır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında 24 oktyabr 2022-ci il tarixli qərarından və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş iki ədəd kağız zərfdə qablaşdırılmış ümumi çəkisi 20,19 qram olan narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 20,09 qramı maddi sübut kimi tanınaraq Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində aparılan şəxsi axtarışların videogörüntüləri əks olunmuş cəmi 02 ədəd DVD diski sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, həmçinin məhkəmənin təşəbbüsü ilə "xxxx" MMC-dən alınmış telefon danışıq məlumatlarını əks etdirən 1 ədəd CD diski iş materiallarına əlavə olunmuşdur. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, təqsirləndirilən şəxslərin 20 avqust 2022-ci il tarixli və 21 avqust 2022-ci il tarixli şəxsi axtarış protokollarını, maddi sübutları, şəxsi axtarışların videogörüntüləri əks olunmuş 02 ədəd DVD diskini, Azersell» MMC-dən alınmış 1 ədəd CD diskini, məhkəmə-bioloji ekspertizasının 21 avqust 2022-ci tarixli 17/666 nömrəli rəyini, kompleks stasionar məhkəmə psixatirik və psixoloji ekspertizasının 13 oktyabr 2022-ci il tarixli 128 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının 06 sentyabr 2022-ci il tarixli 1307 nömrəli və 09 sentyabr 2022-ci il tarixli 1338 nömrəli rəylərini, Balakən Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərarını, təqsirləndirilən şəxslər barədə verilmiş tələbnamələr üzrə Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6 saylı arayışları, Balakən RPŞ-nin İB-nin müstəntiqinin 24 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarını, məhkəmənin və ibtidai istintaq orqanının işdə olan digər qərarlarını və hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadəsi və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyətə işdəki mötəbər sübutlarla müqayisəli şəkildə hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi daha mötəbər sayılmalı və qəbul olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində ibtidai istintaqda verdiyi ifadəsində özünü CM-nin 234.1 və 234.2-ci maddələrilə təqsirli bilmiş, 2022-ci ilin iyul ayının əvvəllərində Balakən rayonu Gərəkli kəndindən keçən Humbul çayının kənarındakı kolluq sahədə yabanı halda bitən 1 ədəd narkotik tərkibli çətənə bitkisinin olmasını gördüyünü, həmin bitkinin yararlı hissələrindən yığaraq qurutduğunu, sellofan torbaya dolduraraq şəxsi istifadəsi üçün yaşadığı küçədə daşın altında saxladığını, Təqsirləndirilən şəxs1 küçədə daşın altında 1 ədəd sellofan bükümdə saxladığı narkotik vasitə marixuananın bir hissəsini 60 manata satdığını, küçədə daşın altında saxladığı narkotik vasitə marixuananın qalan hissəsini isə sellofan bükümə dolduraraq şəxsi istifadəsi üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirildiyini, sonra üzərində şəxsi axtarış aparıldığını, bu zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etdiyini, daha sonra təqdim etdiyi 1 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuananın elektron tərəzidə çəkildiyini, üzərindəki sellofanla birlikdə ümumi çəkisinin 12,94 qram təşkil etdiyini, ekspertiza rəyi ilə tanış olduqdan sonra üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisinin 12,23 qram, Təqsirləndirilən şəxs1 satdığı və Ramazanın üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisinin isə 7,96 qram olduğunu, Ramazan Qalaçiyevə satmış olduğu narkotik vasitənin müqabilində əldə etdiyi 60 manat məbləğində pulu elə həmin gün, yəni 19 avqust 2022-ci il tarixdə öz şəxsi ehtiyaclarına xərclədiyini, ona qarşı Balakən RPŞ-də hər hansı bir psixi və ya fiziki təsir göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 Murtuəzli oğlu ibtidai istintaqdakı bu ifadəsini müdafiəçisinin iştirakı ilə vermiş və bu ifadə alınan zaman ona fiziki və ya psixi təsirin göstərilməsi müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs2 heç bir əsaslı səbəb göstərmədən məhkəmə istintaqında tamamilə fərqli ifadə vermiş, bu ifadəsində özünü CM-nin 234.2-ci maddəsilə təqsirli bilmədiyini, Təqsirləndirilən şəxs1 60 manata narkotik vasitə-qurudulmuş marixuana satmadığını və polis əməkdaşları tərəfindən ona psixoloji təsir edilərək narkotik vasitənin satışı ittihamının “düzülüb qoşulduğunu”, narkotik vasitəni yalnız özünün şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini nəyə görə dəyişməsini, ibtidai araşdırmada təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində CM-nin 234.2-ci maddəsilə təqsirli olduğunu etiraf etdiyini, 19 avqust 2022-ci il tarixdə narkotik vasitə olan qurudulmuş marixuananı 60 manata Təqsirləndirilən şəxs1 satdığını və həmin 60 manatı elə həmin gün öz şəxsi ehtiyaclarına xərclədiyini, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və psixi təsirin olunmadığını bildirdiyi təqdirdə, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bu xüsusatları nəyə görə inkar etdiyini tutarlı əsaslar göstərmədən və mötəbər sübutlar təqdim etmədən ağlabatan formada izah edə bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilən bu hallar iş üzrə mötəbər sübutlarla, o cümlədən onun ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, digər Təqsirləndirilən şəxs1 ibtidai isttintaqda və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, Təqsirləndirilən şəxs1 20 avqust 2022-ci il tarixli şəxsi axtarış protokolu, 21 avqust 2022-ci il tarixli Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarışın protokolu, bu şəxsi axtarışların videogörüntüləri əks olunmuş 02 ədəd DVD diski, maddi sübutlar, şahid ifadələri, məhkəməbioloji ekspertizasının 21 avqust 2022-ci tarixli 17/666 nömrəli rəyi, kompleks stasionar məhkəmə psixatirik və psixoloji ekspertizasının 13 oktyabr 2022-ci il tarixli 128 nömrəli rəyi, ambulator məhkəmə-narkoloji ekspertizasının 06 sentyabr 2022-ci il tarixli 1307 nömrəli və 09 sentyabr 2022-ci il tarixli 1338 nömrəli rəyləri, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokolları və sair sübutlarla tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində CM-nin 234.2-ci maddəsilə özünü təqsirli bilməməsi, narkotik vasitə olan qurudulmuş marixuananı 60 manata Təqsirləndirilən şəxs1 satmaması, ona polis şöbəsində psixoloji təsirinin olması və ona narkotik vasitələrin satışı ittihamının polis tərəfindən üzərinə qoyulması barədə göstərdiyi bu məlumatları özünümüdafiə kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 19 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 60 manata narkotik vasitəqurudulmuş marixuana satmaması, ona polis şöbəsində psixoloji təsirinin olması və ona narkotik vasitələrin satışı ittihamının polis tərəfindən üzərinə qoyulması barədə göstərdiyi bu xüsusatlar Azərbaycan Respublikası Konstitusiyasının 63, İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ konteksində nəzərə alınmalıdır. Belə ki, özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 19 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 60 manata narkotik vasitə-qurudulmuş marixuana satmaması, ona polis şöbəsində psixoloji təsirinin olması və ona narkotik vasitələrin satışı ittihamının polis tərəfindən üzərinə qoyulması barədə göstərdiyi bu hallar nə həmin cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsilə ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı CM-nin 234.1-ci maddəsilə ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün ona CM-nin 234.1-ci maddəsilə verilən ittihamın əsası kimi qəbul edilməklə yanaşı, Təqsirləndirilən şəxs1 əxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Avropa Konvensiyasının 6-cı maddəsilə əlaqədar X4rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə narkotik vasitəni əldə edib daşıyaraq saxlama və satma, eləcə də qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmiş, həmçinin Təqsirləndirilən şəxs1 qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə,daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra-nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Yenə də Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qanunla təsdiq olunmuş İ Siyahıda bu miqdar qurudulumş marixuana üçün 5 qram müəyyən edilmişdir. Həmin Qərarın 8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin qərarın 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət erərək, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini, təqsirləndirilən şəxs X2 isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrin tərkibi, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 cinayət əməli isə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif edilmişdir. Əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinə görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-591.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin tələbinə istinad edib nevrasteniya xəstəsi olmasını və ilk dəfə cinayət əməli törətməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs2 kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Eyni zamanda kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 128 saylı rəyi ilə Təqsirləndirilən şəxs2 nevrasteniya xəstəliyindən əziyyət çəkməsi müəyyən olunmuşdur. Ona görə də işin faktiki hallarının düzgün qiymətləndirilməsi və iş üzrə ədalətli və qanuni yekun qərarın qəbul edilməsi, bu zaman humanizm prinsipinin də xüsusi olaraq nəzərə alınması baxımından Təqsirləndirilən şəxs2 nevrasteniya xəstəsi olması onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs1 kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə eyni zamanda nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs1 cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, ona istinad olunan əmələ tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 cinayət törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona istinad olunan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosialpsixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilməsi zamanı onların xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş əməllər, həmçinin Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Digər tərəfdən cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar vardır və cəzasını ağırlaşdıran hallar yoxdur. Həmçinin Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar vardır və cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, 21 avqust 2022-ci il tarixdə şübhəli şəxs kimi tutularaq 22 avqust 2022-ci il tarixədək həbsdə saxlandığı və 22 avqust 2022-ci il tarixdən hazırki günədək ev dustaqlığında saxlandığı (həmçinin ev dustaqlığı müddətində stasionar məhkəmə psixiatrik ekspertizasının keçirilməsi üçün stasionar psixiatriya müəssisəsində olduğu müddət) müddət də daxil olmaqla X3 həbsdə saxlandığı müddət 8 ay 4 gün təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, nevrasteniya xəstəsi olması və ilk dəfə cinayət əməli törətməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 21 avqust 2022-ci il tarixdən 22 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 01 (bir) gün və 22 avqust 2022-ci il tarixdən hazırkı günədək ev dustaqlığında saxlandığı 08 ay 03 gün olmaqla cəmi 08 ay 04 gün həbs müddəti təyin olunacaq həmin cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 21 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2.ev dustaqlığında saxlanıldığı müddət, 158.2.3.məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs2 Murutzəli oğlu Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyi üçün Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2022-ci il tarixli 1338 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X12 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən hallları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 20 avqust 2022-ci il tarixdən 22 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə ünvan 1i ünvanında yerləşən yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün Təqsirləndirilən şəxs1 münasibətdə icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 06 sentyabr 2022-ci il tarixli 1307 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə hallarının olduğunun, narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacının olmadığının və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X12 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə cəmi 34,55 manat ekspertiza xərcinin 17,28 manatı Təqsirləndirilən şəxs2 və 17,28 manatı Təqsirləndirilən şəxs1 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X5, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş iki ədəd kağız zərfdə qablaşdırılmış ümumi çəkisi 20,19 qram olan narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 20,09 qramı məhv edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində aparılan şəxsi axtarışların videogörüntüləri əks olunmuş cəmi 02 ədəd DVD diski və "xxxx" MMC-dən alınmış telefon danışıq məlumatlarını əks etdirən 1 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə iş materialları əsasında baxaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 15 saat vaxt və Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçisi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili X9 ödənilməsi üçün 90 manat və Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili X11 ödənilməsi üçün 90 manat, cəmi 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 21 avqust 2022-ci il tarixdən 22 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 01 (bir) gün və 22 avqust 2022-ci il tarixdən hazırkı günədək ev dustaqlığında saxlanıldığı 08 ay 03 gün müddət olmaqla cəmi 08 ay 04 gün həbs müddəti həmin cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 21 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınsın; onun narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X12 Hüquqi Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 20 avqust 2022-ci il tarixdən 22 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə ünvan 1i ünvanında yerləşən yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X12 Hüquqi Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs1 münasibətdə hazırki hökmün icrası onun yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə cəmi 34,55 manat ekspertiza xərcinin 17,28 manatı Təqsirləndirilən şəxs2 və 17,28 manatı Təqsirləndirilən şəxs1 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X5, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş iki ədəd kağız zərfdə qablaşdırılmış ümumi çəkisi 20,19 qram olan narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 20,09 qramı məhv edilsin; Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində aparılan şəxsi axtarışların videogörüntüləri əks olunmuş cəmi 02 ədəd DVD diski və "xxxx" MMC-dən alınmış telefon danışıq məlumatlarını əks etdirən 1 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 90 manat və Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili X11 ödənilməsi üçün 90 manat, cəmi 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-24/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-24/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver