Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-24/2025 21.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən,İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx.xx.2002-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, subay, natamam orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, FİN-xxxxxxx olan, məhkum olunmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1; TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx.xx.1975-ci il tarixdə Balakən rayonu Meşəşambul kəndində anadan olmuş,dul, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, FİN-xxxxxxx olan, məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1, qardaşı Şahid2 xx.xx.2023-cü il tarixdə saat 16-17 radələrində yaşadıqları ünvan 1 ünvanında atası X3 qəsdən öldürməsindən sonra Cavidin cinayət məsuliyyətindən yayınmasını təmin etmək üçün cinayəti gizlətmək məqsədi ilə anası Təqsirləndirilən şəxs2 ilə birlikdə cinayətin izlərini itirmək qərarına gəlmiş, həmin gün saat 20 radələrində ilk öncə Qəhrəmanın meyitini Cavidlə birlikdə qara sellafon torbaya keçirərək ədyala bükmüş, daha sonra qana bulaşmış əşyaları qara sellafon torbaya yığıb əlcəklərdən və yuyucu vasitələrdən istifadə edərək köhnə geyimlərlə qana bulaşmış yerləri silmiş, Təqsirləndirilən şəxs2 cinayətin aləti olan baltanı yuyaraq tiyəsini eyvanda gizlədib sapını isə həyətə tulladıqdan sonra, Arzu və Cavidlə birlikdə “AzSamand” markalı “**-BJ- ***” dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonu ərazisində dövr edərək meyiti gizlətmək üçün yer axtarıb tapmadıqdan sonra yaşadığı evə gələrək bir neçə saat yatmış, xx.xx.2023-cü il tarixdə gecə saat 02-03 radələrində meyiti Mazımçay çayının Balakən rayonu İsaxlıgirmə kəndi ərazisindən keçən hissəsində yerləşən körpüdən atmaq qərarına gələrək bu niyyətlə Cavidlə birlikdə meyiti yaşadıqları evdən çıxarıb “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobilin oturacağına yerləşdirmiş, daha sonra cinayətin izlərini itirmək üçün istifadə edilmiş və qana bulaşmış əşyaların yığıldığı sellafon torbanı avtomobilin yük yerinə qoyub yola düşmüş, saat 03-04 radələrində İsaxlıgirmə kəndində yerləşən körpünün üzərinə çatdıqdan sonra Arzu və Cavidlə birlikdə meyiti maşından çıxarıb körpünün üzərinə uzadaraq meyiti bükdükləri ədyalı və sellafonları çıxarıb körpüdən Mazımçay çayına atmış, meyiti bükmək üçün istifadə etdikləri, eləcə də körpüdə olan zaman qana bulaşmış əşyaları maşının yük yerində olan qara sellafon torbaya qoyduqdan sonra həmin torbanı əvvəllər yaşadıqları rayonun Qazma-Şambul kəndində yerləşən evdə gizlətmək məqsədi ilə yola düşmüş, saat 04 radələrində oraya çatdıqda evin qapısı bağlı olduğuna görə evin arxa pəncərəsinə bitişik yarımtikilidən içəri daxil olan Cavidə qara sellafon torbanı verib gizlədilməsinə nail olaraq qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti hüquq-mühafizə orqanlarından gizlətmişdir. Təqsirləndirilən şəxs2, oğlu-Şahid2 xx.xx.2023-cü il tarixdə saat 16-17 radələrində yaşadıqları ünvan 1 ünvanında əri X3 qəsdən öldürməsindən sonra Cavidin cinayət məsuliyyətindən yayınmasını təmin etmək üçün cinayəti gizlətmək məqsədi ilə oğlu- Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayətin izlərini itirmək qərarına gəlmiş, həmin gün saat 20 radələrində X9 meyitini qara sellafon torbaya keçirərək ədyala büküb qana bulaşmış əşyaları qara sellafon torbaya yığıb əlcəklərdən və yuyucu vasitələrdən istifadə edərək köhnə geyimlərlə qana bulaşmış yerləri sildikdən sonra cinayətin aləti olan baltanı mətbəxdə yumuş, həmin baltanın tiyəsini eyvanda gizlədərək tapılmaması üçün sapını həyətə tullamış, İlyas və Cavidlə birlikdə “AzSamand” markalı “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonu ərazisində dövr edərək meyiti gizlətmək üçün yer axtarıb tapmadıqdan sonra yaşadığı evə gəlmiş, bir neçə saat sonra, yəni xx.xx.2023-cü il tarixdə gecə saat 02-03 radələrində meyiti Mazımçay çayının Balakən rayonu İsaxlıgirmə kəndi ərazisindən keçən hissəsində yerləşən körpüdən atmaq qərarına gəlib Cavidlə İlyasın meyiti yaşadıqları evdən çıxarıb “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobilin oturacağına yerləşdirdikdən, eləcə də İlyas cinayətin izlərini itirmək üçün istifadə edilmiş və qana bulaşmış əşyaların yığıldığı sellafon torbanı avtomobilin yük yerinə qoyduqdan sonra İlyas və Cavidlə birlikdə yola düşmüş, saat 03-04 radələrində İsaxlıgirmə kəndində yerləşən körpünün üzərinə çatdıqdan sonra İlyas və Cavidlə birlikdə meyiti maşından çıxarıb körpünün üzərinə uzadaraq meyiti bükdükləri ədyalı və sellafonları çıxarıb körpüdən Mazımçay çayına atmış, İlyas və Cavid meyiti bükmək üçün istifadə etdikləri, eləcə də körpüdə olan zaman qana bulaşmış əşyaları maşının yük yerində olan qara sellafon torbaya qoyduqdan sonra həmin torbanı əvvəllər yaşadıqları rayonun Qazma- Şambul kəndində yerləşən evdə gizlətmək məqsədi ilə yola düşmüş, saat 04 radələrində oraya çatdıqdan sonra “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobildə gözləmiş və cinayətin izlərini itirmək üçün istifadə edilmiş, eləcə də qana bulaşmış əşyaların yığıldığı sellafon torbanın gizlədilməsinə nail olaraq qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti hüquq-mühafizə orqanlarından gizlətmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməlini törətmələri məhkəmə iclasında özlərinin səmimi etirafedici ifadələri, şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 14-15 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən evdən çıxıb idarə etdiyi “AZ SAMAND” markalı “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobili ustaya aparmışdır. O, ustada olan vaxt axşam təxminən 17-18 radələrində anası Arzunun ona zəng edib söndürdüyünü görmüş, geri zəng edib danışan zaman anasının səsindən ağladığını hiss etmişdir. Arzu ona təcili evə gəlməyini, qardaşı Cavidlə binanın qarşısında onu gözləyəcəyini bildirmişdir. O, binanın qarşısına gəlmiş və anası Arzu ilə Cavid maşına əyləşmişlər. Arzu həmin vaxt ağladığından o, sonuncudan nə olduğunu soruşmuş, anası Arzu ona atası Qəhrəmanın onu təhqir etdiyini, şərlədiyini, bıçaqla boğazını kəsəcəyi ilə bağlı hədələdiyini və Cavidin bunu görüb Qəhrəmanın başının arxasında balta ilə vurub öldürdüyünü bildirmişdir. O, Arzu ilə Cavidə çox əsəbiləşmiş və Qəhrəmanı tez xətəxanaya aparmalı olduqlarını, Cavidin 15 yaşlı uşaq olduğundan Qəhrəmanı öldürə bilməyəcəyini, bu səbəbdəndə vaxt itirmədən xəstəxanaya getməli olduqlarını bildirmişdir.Cavid də ona Qəhrəmanın öldüyünü, yaşamadığını, təslim olacağını, etdiyi əmələ görə cəzasını çəkəcəyini bildirmişdir. Arzu bu vaxt Cavidə təslim olacağı təqdirdə özünü öldürəcəyini demişdir.O,həmin vaxt həyəcanlı olduğundan mağazadan siqaret almaq qərarına gəlmiş və ailə üzvləri ilə birlikdə idarə etdiyi avtomobillə mağazaya getmişdir. O, siqaretini aldıqdan sonra birlikdə evə qayıtmışdır. Evə gələr-gəlməz mətbəxə daxil olmuş və Qəhrəmanın həqiqətən öldüyünü görmüşdür. Arzu qorxduğundan mətbəxə daxil ola bilməmiş, Cavidin yaşı az olduğundan sonuncunun tutulmasını istəməmişlər.Buna görə evi təmizləyib meyiti gizlətmək qərarına gəlmişlər. Təxminən saat 19 radələrində cinayətin izlərini itirmək üçün əlcək, sellefon torba və sair şeylər əldə etmək üçün Balakən şəhəri ərazisində yerləşən “Kamil” marketə getmişdir.Onun marketə gedib gəlməyi təxminən 20-25 dəqiqə çəkmişdir. Təxminən saat 20 radələrində cinayətin izlərini itirmək üçün real hərəkətlərə başlamışlar. Belə ki, ilkin olaraq Cavidlə o, Qəhrəmanın meyitini qara sellafon torbalara keçirib ədyala bükərək kənara qoymuşlar. Daha sonra mətbəxdə qana bulaşmış əşyaları, yəni xalçanı, süfrələri və sair əşyaları qara torbaya qoyub, yuyucu vasitələrdən istifadə edərək istifadəsiz köhnə geyimlərlə qana bulaşmış yerləri silməyə başlamışlar. Onlar bunları edərkən anası Arzu onlara heç bir kömək etməmişdir. Yerləri təmizlədikdən sonra X14 öldürdüyü baltanı götürərək mətbəxdə yumağa başlamışdır. Onlar birlikdə köməkləşərək izləri mümkün qədər tez itirməyə və cinayətin üstünün açılmamasına çalışmışlar. Arzu baltanı yuduqdan sonra baltanın tiyəsini eyvanda gizlətmiş və tapılmaması üçün sapını həyətə tullamışdır. Onlar evi təmizlədikdən sonra istifadə etdikləri əşyaları qara sellafon torbaya yığmış və meyiti gizlədəcəkləri yeri tapmaq üçün rayon ərazisində maşınla gəzməyə başlamışlar. Həmin vaxt meyit və cinayətin izlərini itirmək üçün istifadə edilmiş əşyalar evdə olmuşdur. Lakin onlar bir qərara gələ bilməmiş və geri dönmüşlər. Bir qədər evdə yatdıqdan sonra xx.xx.2023-cü il tarixdə gecə 02-03 radələrində yuxudan ayılmış və yenidən meyiti harada gizlədə biləcəklərini fikirləşmişdir. Bundan sonra o, meyitin tapılmaması üçün Mazımçay çayının Balakən rayonu İsaxlıgirmə kəndi ərazisindən keçən hissəsində yerləşən körpüdən atmaq qərarına gəlmişdir. X10 kəndində yaşadığından həmin əraziləri yaxşı tanımış və meyiti oradan atacağı təqdirdə tapılmayacağını fikirləşmişdir. Bu barədə fikrini ailə üzvləri ilə bölüşdükdə onunla razılaşmışlar. Gecə 03 radələrində o, meyitin baş tərəfindən, Cavid isə ayaq tərəfindən tutaraq “**-BJ-***” dövlət qeydiyyat nişanlı maşına yerləşdirmişlər. Bundan başqa evdəki qanı sildikləri əskilərin, yuyucu vasitələrin, istifadə etdikləri əlcəklərin və sair əşyaların yığıldığı sellofanı avtomobilin yük yerinə qoymuşdur. Meyitin baş tərəfini sürücünün arxasındakı oturacağa, ayağını isə ön oturacağın başlıq hissəsinə keçirmişlər. Anası Arzu onun yanında, Cavid isə arxada əyləşmişdir. Təxminən 03-04 radələrində İsaxlıgirmə kəndində yerləşən körpünün üzərində maşını saxlamışdır. Həmin körpüyə o qəbiristanlıq tərəfdən daxil olmuşdur. Onlar meyiti avtomobildən düşürüb körpünün üzərinə uzatmışlar. Həmin vaxt meyitin ayağı qəbirsanlıq tərəfə başı isə körpünün digər istiqaməti tərəfə olmuşdur. Təxminən 10 dəqiqə ərzində meyitə keçirdikləri sellofanları çıxarıb və cinayətin izlərini itirmək üçün Arzu meyitin ayağından o, başından Cavid isə ortadan tutaraq Qəhrəman Bayramovun meyitini çayın axarı istiqamətində sol hissədən atmışlar. Bundan sonra Qəhrəmanın meyitini bükdükləri əşyaları, eləcə də meyiti körpüdən atan zaman qana bulaşmış ayaqqabılarını cinayətin izlərini itirmək üçün istifadə etdikləri əşyaları yığdıqları qara rəngli torbanın içinə qoymuş və həmin əşyaları əmisi Bayrama məxsus, hazırda heç kəsin yaşamadığı Qazma-Şambul kəndində yerləşən evinə qoymaq qərarına gəlmişlər. Təxminən gecə 04 radələrində həmin evə çatmışlar. Cavidlə o, həmin qara rəngli torbanı maşından götürdükdən sonra qapı bağlı olduğundan birlikdə evin arxa pəncərəsinə bitişik yarımtikiliyə daxil olmuşlar. Onlar əvvəllər orada yaşadığından və onlardan sonra orada heç kim yaşamadığından illərdir ki, yarımtikiliyə bitişik olan evin pəncərəsinin qırıq olduğunu bilmişlər. Daha sonra Cavid arxa pəncərədən evin yataq otağına daxil olmuş, o, pəncərədən həmin sellofanı Cavidə vermiş və gizlədərək üzərini örtməsini tapşırmışdır.Cavid onun dediklərini etdikdən sonra oradan çıxmışdır. Sonra aralarında qərara gəlmişlər ki, nənəsi ilə birlikdə yaşayan əmisi arvadı Aytənə guya Qəhrəmanın evdən çıxıb qayıtmadığını, sonuncunun harada olmasını bilmədiklərini deyib oraya gəlib-gəlmədiyini soruşsunlar.Həmin evə gedib əmisi arvadı Aytənə Qəhrəmanın oraya gəlib-gəlmədiyini soruşmuşlar. Qəhrəmanın evdən çıxıb hara getdiyini bilmədiklərini və nigaran qaldıqlarını bildirmişlər. Aytən Qəhrəmanın digər əmisi İlqargilə gedə biləcəyini dediyi üçün onlar İlqargilə getmişlər. Lakin İlqargilin evində heç kim olmadığı üçün gecə evə qayıtmışlar.Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16-17 radələrində oğlu Şahid2 əri X3 öldürdükdən sonra təxminən saat 17-18 radələrində böyük oğlu Təqsirləndirilən şəxs1 məlumat vermək üçün ona zəng etmişdir. İlyas onun zənginə cavab verməsə də dərhal geri ona zəng etmişdir.O,İlyasa dərhal evə gəlməyini,Cavidlə birlikdə həyətdə gözləyəcəklərini bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra İlyas binanın qarşısına gəlmiş və Cavidlə o, maşına əyləşmişlər. O, X11 öldürdüyünü dedikdən sonra İlyas onlara əsəbiləşərək Qəhrəmanı dərhal xəstəxanaya aparmalı olduqlarını, Cavidin uşaq olduğunu,sonuncunun vurduğu zərbədən Qəhrəmanın ölə bilməcəyini demişdir. Həmin vaxt X13 artıq öldüyünü, təslim olmaq istədiyini desə də,o,buna icazə verməmiş və təslim olacağı təqdirdə özünü öldürəcəyini bildirmişdir.Bu söhbətlərdən sonra İlyas həyəcanlı olduğundan siqaret almaq üçün maşını evin yaxınlığındakı mağazaya sürmüş, oradan özünə siqaret aldıqdan sonra birlikdə evə qayıtmışlar.Onlar evə gələr-gəlməz İlyasla Cavid yenidən mətbəxə daxil olsa da, o, qorxduğundan həmin otağa keçməmişdir.Cavidin yaşı az olduğundan sonuncunun tutulmasını istəməmişlər. Buna görə də qərara gəlmişlər ki, evi təmizləsinlər və meyiti gizlətsinlər.Təxminən saat 19 radələrində İlyas cinayətin izlərini itirmək üçün əlcək, sellefon torba və sair şeylər əldə etmək üçün Balakən şəhəri ərazisində yerləşən “Kamil” marketə gedəcəyini bildirərək evdən çıxmış və 25-30 dəqiqə sonra geri qayıdan zaman İlyasın qara sellafon torba və əlcəklər aldığını görmüşdür.Təxminən saat 20 radələrində cinayətin izlərini itirmək üçün real hərəkətlərə başlamışar. İlyasla Cavid teztez otaqdan çıxaraq yerdəki qanları təmizləmək üçün istifadəsiz köhnə geyimləri götürüb yuyucu vasitələrdən istifadə edərək yerləri təmizləmişlər.Bundan başqa otaqda qana bulaşmış əşyaları qara sellafon torbaya yığmışlar.Lakin o,Qəhrəmanın meyitini necə sellafon torbaya keçirdiklərini,ədyala necə bükdüklərini görməmişdir.Cavidlə İlyas yerləri sildikdən sonra kömək etmək məqsədi ilə mətbəxə keçmiş və Cavidin Qəhrəmanı öldürdüyü baltanı yumağa başlamışdır. Daha sonra cinayətin üstünün açılmasından ehtiyat edərək baltanın sapı ilə tiyəsini bir-birindən ayırmış, tiyəsini eyvanda gizlədib sapını isə həyətə tullamışdır. Daha sonra meyiti gizlədəcəkləri yeri tapmaq üçün rayon ərazisində maşınla gəzməyə başlamışdır. Həmin vaxt meyit və cinayətin izlərini itirmək üçün istifadə edilmiş əşyalar evdə olmuşdur. Lakin meyiti gizlədə biləcəkləri bir yer tapa bilmədiklərindən evə qayıtmışlar. Cavidlə İlyas bir qədər yatdıqdan sonra hər ikisi xx.xx.2023-cü il tarixdə gecə 02-03 radələrində yuxudan ayılmış və İlyas onlara meyitin tapılmaması üçün Mazımçay çayının Balakən rayonu İsaxlıgirmə kəndi ərazisindən keçən hissəsində yerləşən körpüdən ata biləcəklərini bildirmiş və onlar İlyasla razılaşmışlar. Gecə 03 radələrində İlyas meyitin baş tərəfindən,Cavid isə ayaq tərəfindən tutaraq “**-BJ-***” dövlət qeydiyyat nişanlı maşına yerləşdirmişlər. Bundan başqa İlyas evdəki qanı sildikləri əskilərin, yuyucu vasitələrin, istifadə etdikləri əlcəklərin və sair əşyaların yığıldığı sellofanı avtomobilin yük yerinə qoymuşdur. Meyitin baş tərəfini sürücünün arxasındakı oturacağa, ayağını isə ön oturacağın başlıq hissəsinə keçirmişlər.O,İlyasın yanında,Cavid isə arxada əyləşmişdir.Təxminən 03-04 radələrində İsaxlıgirmə kəndində yerləşən körpünün üzərinə çatmışlar.Həmin körpüyə onlar qəbiristanlıq tərəfdən daxil olmuş, onlar meyiti avtomobildən düşürüb körpünün üzərinə uzatmışlar.Həmin vaxt meyitin ayağı qəbirsanlıq tərəfə başı isə körpünün digər istiqaməti tərəfə olmuşdur. Təxminən 10 dəqiqə ərzində meyitə keçirdikləri sellofanları çıxarmışlar və cinayətin izlərini itirmək üçün o, meyitin ayağından İlyas başından Cavid isə ortadan tutaraq Qəhrəman Bayramovun meyitini çayın axarı istiqamətində sol hissədən atmışlar. Bundan sonra X9 meyitini bükdükləri əşyaları, eləcə də meyiti körpüdən atan zaman qana bulaşmış ayaqqabılarını cinayətin izlərini itirmək üçün istifadə etdikləri əşyaları yığdıqları qara rəngli torbanın içinə qoymuşlar və həmin əşyaları qaynı Bayrama məxsus hazırda heç kəsin yaşamadığı Qazma-Şambul kəndində yerləşən evinə qoymaq qərarına gəlmişlər. Təxminən gecə 04 radələrində həmin evə çatmışlar. İlyasla Cavid qapı bağlı olduğundan torbanı gizlətmək məqsədi ilə birlikdə evin arxa pəncərəsinə bitişik yarımtikiliyə getmişlər. O,həmin vaxt maşında oturduğundan torbanı harada gizlətdiklərini görməmişdir. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki,xx.xx.2023-cü il tarixdə evdə olan zaman anası Arzu ilə Qəhrəmanın mübahisə etdiklərini eşitmişdir.Belə ki, sonuncu anası Arzunu əxlaqsızlıqda, polislərə məlumat verməkdə günahlandırmışdır.Hətta bir neçə dəfə atası əlini mətbəxdəki stola çırpmışdır.Anasının üstünə qışqıra-qışqıra danışmışdır.Saat təxminən 16-17 radələri olmuşdur. O, eyvandakı baltanı götürüb Məryəmə geri vermək üçün mətbəxə, oradan da eyvana çıxmışdır. Həmin vaxt anası balığı bişirir, atası isə araq içə-içə Arzu ilə mübahisə edir, qışqırırdı. O, baltanı götürüb yenidən mətbəxdən keçməklə evdən çıxmağı planlaşdırırmış, lakin atasının daha da əsəbləşdiyini, əvvəlkinə nisbətən çox qışqırdığını görüb evdən çıxmaq fikrindən yayınmış və baltanı qonaq otağına qoyub sonuncuların danışığına qulaq asmışdır. Atası anasına nəsə edər deyə evdən çıxmamışdır.O,evin dəhlizinin mətbəx görünən hissəsində durub sonunculara baxmış və görmüş ki, Qəhrəman Arzuya təpik atmış və əlinə bıçaq götürüb sonuncunun boğazına dirəmişdir. Atasının arxası ona tərəf olmuşdur. O, bunu görüb anasını öldürəcəyindən qorxub qonaq otağına qoyduğu baltanı götürüb anasını xilas eləmək üçün mətbəxə keçmişdir. O, atasına arxa tərəfdən yaxınlaşıb Qəhrəmanın nisbətən sol tərəfindən yaxınlaşıb başının arxasından balta ilə vurmuşdur. Bu zaman atası arxası üstə yerə yıxılmışdır. Anası bunu görüb qorxmuş və onu Qəhrəmandan uzaqlaşdırmağa çalışsa da, o, əlindəki balta ilə atasının sifətinin əvvəlcə sağ, daha sonra sol tərəfindən vurmuşdur. Bundan sonra anasını sakitləşdirib mətbəxdən qonaq otağına çıxarmışdır. Həmin vaxt atası yerdə azacıq tərpənsə də, tam hərəkət edə bilməmişdir. O, anasını sakitləşdirməyə çalışmış və anasına izah etmişdir ki, bunu etməsə Qəhrəman sonuncunu öldürəcəkdi. Təxminən 10 dəqiqə sonra o, mətbəxə keçib görmüşdür ki, atası yerini təxminən 1 metr eyvan istiqamətinə getməklə dəyişmişdir. Həmin vaxt Qəhrəman tam hərəkətsiz olmuşdur. Sonuncu nəfəs almamışdır. O, artıq başa düşmüş ki, atası ölmüşdür.O, bunu görüb anasına gedib polisə təslim olacağını demişdir. Arzu isə buna imkan verməmişdir. Əgər təslim olsa özünü öldürəcəyini bildirmişdir. Sonra anası qardaşı İlyasa zəng edərək evə gəlməsini tapşırmışdır. Sonra binanın həyətinə düşüb qardaşını gözləmişlər. Təxminən 10- 15 dəqiqə sonra qardaşı binanın həyətinə idarə etdiyi “AZ SAMAND” markalı “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Onlar avtomobilə oturaraq qardaşına hər şeyi danışmış, qardaşı polisə gedib təslim olmağı təklif etmişdir. Lakin anası buna imkan verməmiş və qardaşına da əgər o təslim olsa özünü öldürəcəyini bildirmişdir. Qardaşı avtomobili yaxınlıqdakı mağazaya tərəf sürərək mağazadan özünə siqaret almış və onlar birlikdə evə qayıtmışlar.Hər üçü evə qalxmışdırlar. Qardaşı da mətbəxdə Qəhrəmanın meyitinə baxmışdır. Belə qərara gəlmiş ki, meyiti kənara qoyub evi təmizləsinlər. Ona görə də qardaşı marketə gedib meyiti qoymağa sellofan almışdır. Anası ilə o evdə qalmışdır. Qardaşı evə qayıtmış və aldığı sellofanların birini meyitin baş tərəfindən, digərini isə ayaq tərəfindən keçirib meyiti tam bağlamışdır. Sonra onlar meyiti mətbəxdə bir kənara qoyub qana bulaşmış yerləri evdəki əskilərlə silib sellofana yığmışdırlar. Bundan sonra qərara gəlmişlər ki, meyiti aparıb uzaq bir yerə atsınlar. Ona görə də meyiti müvəqqəti evdə qoymaqla qardaşı, anası və özü birlikdə evdən çıxıb avtomobilə minməklə meyiti atacaqları yeri axtarmağa başlamışdırlar. Həmin vaxt artıq gecə saat 12 radələri olmuşdur. Onlar bir neçə yerə 2 saat ərzində baxsa da o, yolu tanımadığı üçün hara baxdıqlarını bilməmişdir. Bundan sonra evə qayıtmışlar. Evdə olarkən qardaşı fikirləşib nənəsi Xanımın yaşadığı İsaxlıgirmə kəndindəki körpüdən çaya atmağı qərara almışdır. Saat təxminən 03 radələrində o, qardaşı ilə birlikdə atasının meyitini götürüb həyətə düşürmüşdürlər.Qardaşı meyitin baş tərəfindən, o isə ayaq tərəfindən qaldırmaqla Qəhrəmanın meyitini həyətə düşürüb avtomobilin arxa oturacağına əyləşdirmişdir. Bundan başqa evdəki qanı sildikləri əskilərin yığıldığı sellofanı avtomobilin yük yerinə qoymuşdur. Meyitin baş tərəfini sürücünün arxasındakı oturacağa, ayağını isə ön oturacağın başlıq hissəsinə keçirmişdir. Bunu elə etmişlər ki, arxada ona oturmağa yer olsun. Anası sürücünün yanındakı oturacaqda əyləşmiş və qardaşı avtomobili idarə edərək yola düşmüşdürlər.Onlar körpüyə qəbiristanlıq tərəfindən çıxmışlar.Qardaşı avtomobili körpünün yanında saxlamışdır.Anası, qardaşı və özü meyiti avtomobildən düşürüb körpünün üzərinə uzatmış və təxminən 10 dəqiqə ərzində meyitə keçirdikləri sellofanları çıxarıb meyiti körpünün dəmir qoruyucularının üzərindən körpünün altındakı çaya atmışdırlar. Meyitin üzərindən çıxardıqları sellofanları avtomobilin yük yerindəki sellofanın içinə qoymuşdurlar. Bundan sonra həmin sellofanları əmisi Bayrama məxsus, hazırda heç kəsin yaşamadığı Qazma kəndindəki evinə qoymaq üçün həmin evə getmişdirlər. Həmin evə çatıb o, pəncərədən evə keçmiş və qardaşı İlyas pəncərədən həmin sellofanı ona vermişdir.O da onu otağın bir küncünə qoyub həmin otaqdakı yorğanların birini üzərinə salmışdır. Sonra aralarında qərara gəlmişlər ki, nənəsi ilə birlikdə yaşayan əmisi arvadı Aytənə guya atasının evdən çıxıb qayıtmadığını, Qəhrəmanın harada olmasını bilmədiklərini deyib Aytəngilə gəlibgəlmədiyini soruşsunlar.Həmin evə gedib əmisi arvadı Aytənə atasının buraya gəlibgəlmədiyini soruşmuşdurlar. Qəhrəmanın evdən çıxıb hara getdiyini bilmədiklərini və nigaran qaldıqlarını bildirmişdirlər. X8 gedə biləcəyini dediyi üçün onlar əmisi İlqargilə də getmişdir. Lakin sonuncuların evində heç kim olmadığı üçün gecə evə qayıtmışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, X5 onun qardaşıdır. Sonuncu, arvadı və iki oğlu ilə birlikdə Balakən şəhərində yaşamışdır. Qəhrəman dəfələrlə qanunsuz olaraq narkotik vasitə istifadə etdiyindən məhkum edilmişdir. Sonuncu dəfə isə ölməmişdən təxminən bir həftə əvvəl məhkəmə tərəfindən ev dustaqlığına buraxılmışdır. Qəhrəmanın evə qayıtmasından xəbəri olmamışdır. 23 dekabr 2023-cü il tarixdə saat 2- 3 radələrində qardaşı Rəsul Bayramovun arvadı Aytən ona zəng edərək Qəhrəmanın arvadı Arzunun yaşadıqları evə gələrək Qəhrəmanın evdən çıxıb getdiyini, sonuncunu tapa bilmədiklərini dediyini bildirmişdir.O da saat gec olduğundan səhəri gözləmiş və tezdən digər bacı və qardaşlarına zəng edərək Qəhrəmanın harada olmasını soruşmuşdur.Lakin qohumları Qəhrəmanın harada olduğunu bilmədiklərini demişdirlər.Onlar da düşünmüş ki,yəqin hansısa dostuna və ya qohumuna gedib orada qalmışdır. Daha sonra 23 dekabr 2023-cü il tarixdə günorta saatlarında qardaşı Qəhrəmanın meyitinin İsaxlıgirmə kəndindən keçən çayda tapıldığını öyrənmişdir.O da tez Balakən rayon Mərkəzi xəstəxanasına getmişdir. O gedəndə qardaşının meyiti artıq morqda olmuşdur. O daha sonradan eşitmişdir ki, Qəhrəman arvadı Arzu ilə mübahisə etdiyi vaxt sonuncuların kiçik oğlu Cavid balta ilə Qəhrəmanı vurmuşdur. Qəhrəmangilin yaşadıqları ev onun yaşadığı evdən uzaqda yerləşdiyindən o,sonuncugilə tez-tez gedib-gəlməmişdir. Buna görə də Qəhrəmangilin evində hansısa bir mübahisənin olubolmamasını bilməmişdir. İşin 1-ci cild, 8-15-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X2 meyitinin tapıldığı yer Mazımçay çayının Balakən rayonu İsaxlıgirmə kəndindən keçən hissəsindəki körpünün aşağısıdır. İşin 1-ci cild, 60-73-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli baxış keçirlməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən Qəhrəman Bayramova məxsus fərdi yaşayış evidir. İşin 1-ci cild, 20-29-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli meyitə xarici və paltarlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Qəhrəman Bayramovun meyitinin əynində qara rəngli uzunqol gödəkçə, qana bulaşmış ağ mayka, qara idman şalvarı, qara tursiyi və qara corabları olmuşdur. Meyitin ənsəsinin yuxarı hissəsində 6.0x0.5 sm ölçüdə, sağ qaşının bayır bucağından üst dodağın sağ tərəfinə doğru gedən 7.5x3.0 sm ölçüdə, alnının sol aşağı hissəsindən sol qaşın üstündən başlayıb almacıq nahiyəsində qurtaran 8.5x1.5 sm ölçüdə yaralar vardır. Bundan başqa meyitin alnının sol tərəfindən başlayaraq sol gicgah önünə qədər 11.0x3.5 sm ölçüdə sıyrıq və boynunun sol orta yan səthində 6.5x 0.1 sm-dan 2.0x.0.1 sm-ya qədər 08 ədəd sıyrıqlar vardır. İşin 1-ci cild, 74-81-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki,Şahid2 Qəhrəman Bayramovu öldürdükdən sonra qardaşı Təqsirləndirilən şəxs1la və anası Təqsirləndirilən şəxs2 ilə birlikdə cinayətin izlərini itirmək üçün istifadə etdikləri əşyaları gizlətdiyi yer Balakən rayonu Qazmaşambul kəndində yerləşən köhnə yarımtikilidir. İşin 1-ci cild, 173-182-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 ifadəsini qısaca danışaraq atası Qəhrəman Bayramova balta ilə zərbələr vurduğunu, sonuncunun meyitini Mazımçay çayının Balakən rayonu İsaxlıgirmə kəndindən keçən hissəsindəki körpüdən atdıqlarını və cinayətin izlərini itirmək üçün istifadə etdikləri əşyaları gizlətdikləri yeri şərti olaraq əyani göstərmişdir. İşin 1-ci cild, 193-201-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Qəhrəman Bayramovun meyitini daşımaq üçün istifadə etdikləri maşın “Xəzər Azsamand” markalı **-BJ-*** qeydiyyat nömrəli maşındır. İşin 1-ci cild, 210-214-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baltanın tiyə hissəsi dəmirdəndir. Kəsici-ağız hissəsinin eni 9.5 sm olmaqla qövsvari itidir. Tiyənin hündürlüyü 14 sm-dır. Tiyənin arxası, sapa girən hissəsi kütdür. Arxasının eni 4.5 sm-dır. Sapın uzunluğu 47.5 sm, eni 4.5-smdır. İşin 1-ci cild, 215-230-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Balakən rayonu Qazmaşambul kəndində yerləşən köhnə daxmadan götürülmüş qara rəngli torbanın içərisindən cinayətin izlərini itirmək üçün istifadə etdikləri əşyalar çıxmışdır. İşin 2-ci cild, 35-50-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 50/2024-MTBŞ saylı rəyində göstərilmişdir ki, Qəhrəman Bayramovun ABO sistemi üzrə qan qrupu: Abeta/H//ll/. Ekspertizaya təqdim edilən sonuncuya məxsus bir cüt ayaqqabı, bir cüt başmaq, Şahid2 məxsus bir cüt uzunboğaz çəkmə, hadisə yerindən götürülmüş təmizləyici vasitə qabı, 05 ədəd qara rəngli böyük polietilen paket, 01 ədəd ağ rəngli polietilen paket, polietilen paket daxilində maddə kütləsi, 05 cüt əlcək, kiçik balış üzü, 02 ədəd toxuma parçası, 02 ədəd müşəmbə, ədyal, xalça, xalça kəsiyi, avtomobilin arxa oturacaq üzlüyünün bir hissəsi, 02 ədəd alt şalvarı, papaq, köynək, idman şalvarı, qısaqol köynək, qadın koftası, trusik, meyitin üzərindən götürülmüş idman şalvarı, qolsuz mayka, bir cüt corab, papaqlı idman gödəkcəsi, trusik, Şahid2 məxsus kofta, Təqsirləndirilən şəxs2 məxsus jaket, kofta üzərindəki ləkələrdə və hadisə yerindən 05 ədəd flakondakı çubuqlu pambıq tampon üzərinə və 03 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/H//ll/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Qəhrəman Bayramova məxsus ola bilər. Təqdim olunan Təqsirləndirilən şəxs1 məxsus digər bir cüt rezin başmaq, balta dəstəyi, baltanın işçi metal hissəsi üzərində qan, əlcək qablaşdırmaq üçün nəzərdə tutulmuş 6 ədəd paket, bir ədəd idman şalvarı, qara rəngli polietilen paket rulonu, avtomobilin arxa oturacaq üzlüyünün ayrılmış digər hissəsi, Şahid2 məxsus gödəkcə, cins şalvar, qısaqol köynək, Təqsirləndirilən şəxs1 məxsus gödəkcə, sviter, vilvet şalvar, Təqsirləndirilən şəxs2 məxsus lasin, bir cüt idman ayaqqabısı üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. İşin 2-ci cild, 27-34-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə ballistik və trasoloji ekspertizasının 22 fevral 2024-cü il tarixli, 3- 16-16/2-3/151, 3/152 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş predmetlər bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik olan məişət-təsərrüfat təyinatlı baltanın hissələridir dəstəyidir-tiyəsidir, soyuq silah hesab edilmir, tiyəsi zavod, dəstəyi isə kustar üsulla hazırlanmışdır,üzərlərində təyinatı dəyişən düzəlişlər edilməmişdir.Təqdim edilmiş üzərində “X1..." yazı qeydləri olan bağlamalardan aşkar edilmiş bir ədəd idman gödəkçəsinin, bir ədəd maykanın, bir ədəd idman şalvarının, bir ədəd tumanın, bir cüt corabın, üzərində “Şahid2...” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş bir ədəd gödəkçənin, bir ədəd uzunqol köynəyin, bir ədəd qısaqol köynəyin, bir ədəd cins şalvarın, üzərində “Təqsirləndirilən şəxs1..." yazı qeydləri olan bağlamalardan aşkar edilmiş bir ədəd uzunqol köynəyin, bir ədəd gödəkçənin, bir ədəd şalvarın, üzərində “Təqsirləndirilən şəxs2...” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş bir ədəd jaketin, bir ədəd qısaqol köynəyin, bir ədəd şalvarın bir cüt ayaqqabının səthində trasoloji zədə yoxdur. Təqdim edilmiş tiyə və dəstəyin əvvəlki vəziyyətində vahid bütövlük təşkil edərək, eyni bir tamın (baltanın) hissəsi olması istisna edilmir. İşin 2-ci cild, 15-26-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Materialların məhkəmə ekspertizasının 21 fevral 2024-cü il tarixli, 3-16-16/2- 6/513 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Qəhrəman Bayramov, Şahid2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 geyim paltarlarının üzərində, iki ədəd xalçanın, avtomobilin arxasındakı sərnişin oturacaqların üzlüklərinin (dəst) və ədyalın üzərlərində kənar lif mikrohissəcikləri vardır.Tərkib və kənar lif mikrohissəciklərinin rəngi və təbiəti 1 saylı cədvəldə göstərilmişdir. Qəhrəman Bayramovun əynində olmuş geyim paltarlarının üzərində Cavid, İlyas və Arzunun geyim paltarlarının tərkib liflərindən yoxdur. Cavidin əynində olmuş uzunqol köynəyinin üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Qəhrəmanın gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. İlyasın əynində olmuş şalvarının üzərindən aşkar edilmiş qara rəngli hamarpoliester kimyəvi liflər cinsi əlamətlərinə görə Qəhrəmanın şalvarının tərkib liflərinə uyğun gəlirlər.Arzunun əynində olmuş jaketinin üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Qəhrəmanın gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. Sonuncunun meyitini qoyduqları 2 ədəd sellofan torbada kənar lif mikrohissəcikləri, həmçinin Qəhrəman Bayramovun geyim paltarlarının tərkib liflərindən yoxdur.Sonuncunun meyitini qoyduqdan sonra bükdükləri ədyalın üzərindən aşkar edilmiş qara rəngli hamar-poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Qəhrəmanın şalvarının tərkib liflərinə uyğun gəlirlər. Sonuncunun meyitini qoyduqdan sonra bükdükləri ədyalın üzərindən aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə təqsirləndirilən şəxs Cavidin şalvarının tərkib liflərinə uyğun gəlirlər. Qəhrəmanın meyitini qoyduqdan sonra bükdükləri ədyalın üzərindən aşkar edilmiş qara rəngli poliakrilonitril kimyəvi liflər cinsi əlamətlərinə şahid İlyasın sviterinin tərkib liflərinə uyğun gəlirlər. Qəhrəmanın meyitini qoyduqdan sonra bükdükləri ədyalın üzərində şahid Arzunun geyim paltarlarının tərkib liflərindən yoxdur. Qəhrəmanın meyitini qoyduqdan sonra bükdükləri ədyalın üzərindən aşkar edilmiş açıq-qəhvəyi rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Xəzər AZ Samand markalı **-BJ-*** dövlət qeydiyyat nömrəli avtomobilin arxasındakı sərnişin oturacaqların üzlüklərinin (dəst) tərkib liflərinə uyğun gəlirlər. Hadisə yerindən götürülmüş böyük və kiçik ölçülü xalçaların üzərindən aşkar edilmiş qara rəngli hamar-poliester kimyəvi liflər zərərçəkmiş Qəhrəmanın şalvarının tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş bir ədəd baltada kənar lif mikrohissəcikləri, həmçinin zərərçəkmiş şəxs Qəhrəmanın qərarın təsviri hissəsində qeyd olunmuş geyim paltarlarının tərkib liflərindən yoxdur. İşin 2-ci cild, 112-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli, 353 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxananın dispanser müşahidəsində olmamışlar. İşin 2-ci cild, 134-154-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(091)-27/2025 nömrəli hökmündən görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 2-ci cild,185-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş 25 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 25 fevral 2025-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 2-ci cild, 120-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin 2-ci cild,123-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 01 may 2024cü il tarixdə verilmiş 708 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanda yaşayır, onun ailə üzvüləri atası Qəhrəman, anası Arzu, bacısı Gülsüm və qardaşı Caviddir. İşin 2-ci cild, 127-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 2-ci cild,212-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş 03 mart 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 mart 2025-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 2-ci cild, 119-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin 2-ci cild,124-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 01 may 2024cü il tarixdə verilmiş 710 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanda yaşayır, onun ailə üzvüləri yoldaşı Qəhrəman, qızı Gülsüm və oğlanları İlyas və Caviddir. İşin 2-ci cild, 128-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 2-ci cild, 181-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 1-3381 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2717 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs1 “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 1-38278 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikasının Baş Nazirinin 2022-ci il 21 aprel tarixli 250 s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı “ medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137.Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144.Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1.Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə,eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları əməldə öz təqsirini etiraf etmələrini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmişdirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Repsublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin töfsifi törədilən kokret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin töfsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Töfsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan inan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli örənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət hadisəsi baş vermişdir.Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər həmin cinayətin törədilməsində təqsirlidirlər, onların cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdikləri əmələ görə cəzalanmalıdırlar. Cinayət Məcəlləsinin 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olmasa da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlini etiraf etməklə əməlindən səmimi peşiman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqın əvvəlindən cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını bildirmişdir. Bunlar isə onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd edilənlərə əsaslanaraq məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf etməklə əməlindən səmimi peşiman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini,əvvəllər məhkum olunmamasını,yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını,Vətən müharibəsi iştirakçısı olmaqla, göstərdiyi şücaətlərə görə medallarla təltif edilməsini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda təqsirli bilindiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrumetmə növündə cəzanın nəzərdə tutulmasını, barəsində CM-in 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxslərinin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o,azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin ediləcəyindən,onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli,onun barəsində həbs qətimkan tədbiri seçilməli,məhkəmə iclas zalında həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olmasa da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlini etiraf etməklə əməlindən səmimi peşiman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır.Belə ki,Təqsirləndirilən şəxs2 ibtidai istintaqın əvvəlindən cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını bildirmişdir. Bunlar isə onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd edilənlərə əsaslanaraq məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf etməklə əməlindən səmimi peşiman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq,törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini,əvvəllər məhkum olunmamasını,yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını,cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda təqsirli bilindiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrumetmə növündə cəzanın nəzərdə tutulmasını, barəsində CM-in 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxslərinin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o,azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin ediləcəyindən,onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli,onun barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəzaçəkmə müddətinin əvvəli 21 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin,onun barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəzaçəkmə müddətinin əvvəli 21 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin,onun barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan 03 ədəd disk cinayət işinin materiallarında saxlansın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-24/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-24/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver