Məhkəmə qərarları › İş №1(019)-25/2020

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-25/2020

05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-25/2020 05.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X17 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 iştirakları ilə Təqsirləndirilən şəxs2-xx xxxxxx 1982-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə; Təqsirləndirilən şəxs1 - xx xxxxxx 1993-cü il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər Balakən Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmuş, məhkumluğu ödənilməyən, işləməyən, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə; TƏQSİRLƏNDLİRİLƏN ŞƏXS Təqsirləndirilən şəxs3 - xx xxxxxx 1970-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə saat 23 radələrində həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs3 ilə qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Balakən rayonu Tülü kəndində yaşayan vət. Zərərçəkmiş şəxs1 qeyd olunan ünvanda yerləşən, saxlanc yeri hesab edilən evinə, ev sahiblərinin evdə olmadıqları müddətdə evin plastik pəncərəsindən qanunsuz olaraq daxil olub evdən sonuncunun mülkiyyətində olan dəyəri 450,0 (dörd yüz əlli manat) olan “Phılıps” markalı 140 diaqanal plazma televizoru gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs1 cəmi olaraq 450 (dörd yüz əlli manat) məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs1 ilə qəsdən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Balakən rayonu Sarıbulaq kəndində yaşayan vət. Zərərçəkmiş şəxs2 qeyd olunan ünvanda yerləşən, saxlanc yeri hesab edilən evinə ev sahiblərinin evdə olmadıqları müddətdə evin pəncərəsindən qanunsuz olaraq daxil olub evdən sonuncunun mülkiyyətində olan dəyəri 260,0 (iki yüz altmış) manat olan “Hauser” markalı, 102 diaqanal Alman istehsallı plazma televizoru və evin yataq otağındakı servantda 02 ədəd şüşə qablarda saxlanılmış təxminən 880 (səkkiz yüz səksən) manat məbləğində qəpik pulları, servantın içərisində asılı vəziyyətdə olan pençəyin cibində saxlanılmış 120 (bir yüz iyirmi) manat məbləğində, ümumilikdə təxminən 1000 (bir min manat) məbləğində nəğd pul vəsaitini və həmin servantdakı qabın içərisində saxlanılmış 01 ədəd 3,0 (üç) manat dəyərində sarı rəngli metaldan ibarət zəncir toxunuşlu, 78,12 qram çəkidə bijuteriya boyunbağını, ümumilikdə 1263 (bir min iki yüz altmış üç) manat dəyərində əmlakını gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 cəmi 1263 (bir min iki yüz altmış üç) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində ünvan 4 olan Zərərçəkmiş şəxs3 qeyd olunan ünvanda yerləşən saxlanc yeri hesab edilən evinə, ev sahiblərinin evdə olmadıqları müddətdə evin pəncərəsindən qəsdən tamah niyyətilə qanunsuz olaraq daxil olub evdən sonuncunun mülkiyyətində olan dəyəri 280 (iki yüz səksən) manat olan “Şhıvaki” markalı 110 diaqanal plazma televizoru gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs3 cəmi 280 (iki yüz səksən) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs2 ilə qəsdən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Balakən rayonu Sarıbulaq kəndində yaşayan vət. Zərərçəkmiş şəxs2 qeyd olunan ünvanda yerləşən, saxlanc yeri olan evinə, ev sahiblərinin evdə olmadıqları müddətdə evin pəncərəsindən qanunsuz olaraq daxil olub evdən sonuncunun mülkiyyətində olan dəyəri 260,0 (iki yüz altmış) manat olan “Hauser” markalı 102 diaqanal Alman istehsallı plazma televizoru və evin yataq otağındakı servantda 02 ədəd şüşə qablarda saxlanılmış təxminən 880 (səkkiz yüz səksən) manat məbləğində qəpik pulları, servantın içərisində asılı vəziyyətdə olan pençəyin cibində saxlanılmış 120 (bir yüz iyirmi) manat məbləğində, ümumilikdə təxminən 1000 (bir min manat) məbləğində nəğd pul vəsaitini, həmin servantdakı qabın içərisində saxlanılmış 01 ədəd 3,0 (üç) manat dəyərində sarı rəngli metaldan ibarət zəncir toxunuşlu, 78,12 qram çəkidə bijuteriya boyunbağını, ümumilikdə təxminən 1263 (bir min iki yüz altmış üç) manat dəyərində əmlakını gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 cəmi olaraq 1263 (bir min iki yüz altmış üç) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs3 xx.xx.2019-cu il tarixdə saat 23 radələrində həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs2 ilə qəsdən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Balakən rayonu Tülü kəndində yaşayan vət. Zərərçəkmiş şəxs1 qeyd olunan ünvanda yerləşən saxlanc yeri hesab edilən evinə, ev sahiblərinin evdə olmadıqları müddətdə evin plastik pəncərəsindən qanunsuz olaraq daxil olub evdən sonuncunun mülkiyyətində olan dəyəri 450,0 (dörd yüz əlli manat) olan “Phılıps” markalı 140 diaqanal plazma televizoru və Təqsirləndirilən şəxs2 ilə ümumi niyyətlə əhatə olunmayan təxminən 500 (beş yüz manat) dəyərində “Karaca” adda Türkiyə istehsallı qab-qacaq dəstini, yəni 12 ədəd dərin, 12 ədəd dayaz boşqabları, 02 ədəd çayniki, 01 ədəd salfetka qabını, 06 ədəd iri, 06 ədəd xırda dövrələri, 02 ədəd qənd qablarını və 01 ədəd şüşə qazanı gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs1 cəmi olaraq 950 (doqquz yüz əlli manat) məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrilə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayonu Tülü kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, iki azyaşlı övladı var. Fərdi əməklə məşğul olaraq ailəsinə çörək pulu qazanır. Təxminən 2019-cu ilin dekabr ayının ilk günlərində həmkəndlisi və bir yerdə fəhləlik elədiyi Təqsirləndirilən şəxs1 ilə görüşüb qərara gəlmişlər ki, Sarıbulaq kəndində qohumunun toyu olduğu üçün həmin toy olan evə girib oğurluq etsinlər. Həmin fikirlə Pərvizlə birlikdə Eşqin adlı həmkəndlisinin VAZ-2107 markalı avtomaşını ilə Sarıbulaq kəndinə getmişlər. Eşqin onları orada uzaq qohumu olan Şahid4 evinin yaxınlığında avtomaşından düşürmüşdür. Hava tam qaralmadığı üçün bir qədər yaxınlıqda yubanmışlar ki, axşam olsun ki, onları görən olmasın və sonra evə girib oğurluq etsinlər. Bir qədər sonra hava qaralmış və saat təxminən 19 radələrində Pərvizlə evə yaxınlaşmışlar. Evdə heç kimin olmadığı hiss olunmuş, Pərviz evin pəncərəsindən içəri evə daxil olmuş, özü isə, bir qədər kənarda dayanmışdır ki, gələn olsa Pərvizə xəbər versin. Pərvizlə birlikdə Asifin evindən təxminən 400-500 manat şüşə qablarda olan xırda qəpik pulları oğurlamışlar, 20 manatlardan ibarət 120 manat pulu görməmişdir. Sonra Pərviz təkrar olaraq evə girib evdən bir ədəd Plazma televizor çıxartmışdır. Sonra oradan uzaqlaşmışlar. Oğurladıqları televizoru qonşuluqdakı yaşayış olmayan evin altına qoymuşlar ki, sonra götürüb oradan aparsınlar. Sonra həmkəndliləri olan taksi sürücüsü Ənvəri oraya çağırıb ki, onları yaşadıqları Tülü kəndinə aparsın. Ənvərin avtomaşını ilə kəndə qayıtmışlar. Oğurladıqları xırda pulları Pərvizlə bölmüşlər. Hərəsinə təxminən 60 manat xırda pul düşmüşdür. Həmin oğurladıqları televizoru gizlətdikləri yerdən götürə bilməmişlər.Sonradan eşitmişdir ki, həmin oğurladıqları televizor ev sahibləri tərəfindən tapılıb götürülmüşdür. 2019-cu ilin noyabr ayının 28-də Təqsirləndirilən şəxs3 kənddə ona bildirmişdir ki, onda satdıq plazma televizor var və 200 manata satmaq istəyir. Həmin tarixdə axşam saat təxminən 23 radələrində Mehmanın yaşadığı evinin yaxınlığına gedib onu evdən çağırmış, Mehman çölə çıxıb ona bildirmişdir ki, televizor bacısı Pərvinə məxsusdur və onlar evdə olmadıqları üçün həmin televizoru onların evindən oğurlayıb satmaq istəyir. Mehman ondan xahiş etmişdir ki, küçədə diqqətli olsun ki, gələn olsa ona xəbər versin. Mehman qonşuluğunda yaşayan bacısı qızı Pərvinin evindən 01 ədəd geniş ekranlı plazma televizoru gətirib ona vermişdir. Həmin televizoru götürdükdən sonra ona bildirmişdir ki, televizoru satdıqdan sonra onunla görüşəcək, televizorun pulunu ona vərəcəkdir. Həmin televizoru ondan götürüb 200 manata Anar adlı tanışına satmışdır. Mehman ona həmin 200 manatdan 50 manat pul vermişdir. Mehmandan televizoru götürərkən tək olmuş, Təqsirləndirilən şəxs1 yanında olmamışdır. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında tək özü həmkəndlisi Zərərçəkmiş şəxs3 evinə nəzər salıb və görmüşdür ki, evdə heç kim yoxdur. Onun evinin plastik pəncərəsini itələyib açdıqdan sonra evə daxil olub və evdən barıya bərkidilmiş vəziyyətdə olan 01 ədəd Plazma televizoru oradan çıxarıb oğurlayıb evdən çıxmışdır. Sonra Anara zəng edib çağırıb televizoru 200 manata Anara satmışdır. Anar adlı şəxsə televizorların özünə məxsus olduğunu bildirmişdir, televizorları oğurlamağı haqda ona heç bir söz deməmişdir. Bu əməlləri maddi imkanı ağır olduğundan törətmişdir və əməlindən peşmançılıq çəkir. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəmişlər. Ziyanın əksər hissəsini o ödəmişdir. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Himayəsində azyaşlı və yetkinlik yaşına çatmamış uşaqları vardır, ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd etdiklərini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən-Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilərək göstərdi ki, Balakən rayonu Tülü kəndində anası və qardaş-bacıları ilə birlikdə yaşayır, subaydır, fərdi işlərlə məşğul olaraq çörək pulu qazanır. 2015-ci ildə Balakən Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmuş, 2019-cu ilin fevral ayında azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs2 həmkəndlisidir, onunla bir həmkəndli kimi yaxşı münasibəti var. Təxminən 2019-cu ilin dekabr ayının ilk günlərində evdə olduğu zaman Təqsirləndirilən şəxs2 həyət darvazalarına gələrək ona bildirmişdir ki, “kasıbçılıqdır oğurlamalı ev var”. Zamiqə oğurluq etməklərinə razılıq verməsə də, yekunda onunla oğurluq etmək qərarına gəlmişlər. Çünki Zamiq onu əminliklə arxayın etmişdir ki, həmin oğurluq edəcəkləri ev Balakən rayonu Sarıbulaq kəndində yerləşir, həmin ev onun qohumunun evidir və ev sahiblərinin hamısı toydadırlar, həmin fürsətdən istifadə edib oğurluq etsinlər. Həmin tarixdə saat təxminən 17 radələrində Tülü kənd sakini olan adını bildiyi Eşqinin VAZ-2107 markalı, nömrə nişanını bilmədiyi qara rəngli avtomaşını ilə Sarıbulaq kəndinə getmişlər. Eşqin Zamiqə bildirmişdir ki, oğurluq edəcəkləri toy evindən adam aparmalıdır. Eşqin onları Sarıbulaq kəndində yerləşən toy evinin yaxınlığında avtomaşından düşürmüşdür. Zamiq sürücü Eşqinə bildirmişdir ki, soruşan olsa onları görməyibdir. Sürücü Eşqin onlardan hara getdiklərini soruşduqda Zamiq bildirmişdir ki, dostunun evinə dəyməlidirlər. Həmin oğurluq edəcəkləri evin yerləşdiyi ərazidə bir qədər gözləmişlər ki, hava qaralsın, onları görən olmasın və sonra evə girib oğurluq etsinlər. Həmin tarixdə saat 19 radələrində Zamiqin göstərdiyi qohumunun bağının hasarından aşaraq evin həyətinə girmişlər. Evdə sakitçilik və heç kimin olmadığı hiss olunmuşdur. Zamiq evin pəncərə gözlüyündən əliylə daxildən pəncərənin cəfdəsini açdıqdan sonra hər ikisi evə daxil olmuşlar. Ev qaranlıq olsa da, Zamiqdə olan alışqanın işığından istifadə edib evi axtarmağa başlamışlar. Evin yataq otağındakı servantın yuxarı gözündə saxlanılan iki ədəd içərisində xırda qəpik pullar olan şüşə balonlarını tapmışlar. Həmin şüşə qabların biri böyük olmuş və içərisində 50 qəpiklər olmuşdur. Digər qab isə, bir qədər xırda olmaqla içərisində 20 və 10 qəpiklər olmuşdur. Həmin içərisində qəpiklər olan şüşə qabları və servantda asılmış vəziyyətdə olan pencəyin cibində olan 6 ədəd 20 manatlıq, cəmi 120 manat pulu oradan oğurlamışlar. Evdən çıxmaq istədikləri vaxt Zamiq evdə olan Plazma televizoru götürmək istədiyini bildirmişdir. Zamiqə bildirmişdir ki, televizor qalsın. Ancaq Zamiq həmin Plazma televizoru da, oradan götürdükdən sonra hər ikisi evə daxil olduqları pəncərədən geriyə çıxmışlar. Zamiq həmin oğurladıqları televizoru yaxınlıqdakı yaşayış olmayan köhnə evin altına qoyaraq bildirmişdir ki, bir neçə gündən sonra gəlib apararlar. Sonra Zamiq həmkəndliləri olan taksi sürücüsü Şahid7 zəng vurub ona bildirmişdir ki, Sarıbulaq kəndindən gəlib onları aparsın. Zamiq Ənvərlə 5 manat yol haqqı verəcəyi ilə razılaşmışdır. Bir qədər sonra Ənvər öz avtomaşını ilə gəlib onları aparmışdır. Zamiqlə onun evində oğurladıqları xırda qəpikləri və 120 manatı öz aralarında bölmüşlər. Özünə həmin puldan cəmi 160 manat pul düşmüşdür. Bundan sonra Zamiqlə ayrılmışlar. Bundan başqa o nə tək, nə də digər təqsirləndirilən şəxslərlə oğurluq etməmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la 2019-cu ilin noyabr ayının sonlarında Mehmanın bacısı Pərvinin evindən bir ədəd böyük ölçülü plazma televizorun oğurlanmasında iştirak etməmişdir. O, istintaq zamanı da bunu bildirmişdir. Buna baxmayaraq həmin oğurluğa görə də ona ittiham verilmişdir. Bu isə əsassızdır. Oğurluq etməyinin səbəbi maddi imkansızlığı olmuşdur. Əməlindən peşimandır. Zərərçəkmiş şəxsə ziyanı tam ödəmişlər. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayonu Tülü kəndində anadan olub böyüyüb və hazırda orada anası X5 ilə birlikdə yaşayır. Fərdi işlərlə məşğul olaraq çörək pulu qazanır. Evli olub ayrılıb, övladı yoxdur. Zərərçəkmiş şəxs1 onun bacısı qızıdır. O, ailəlikcə qonşuluqda yaşayır. Bacısı qızı Pərvin ailəsi ilə birlikdə tez-tez Bakı şəhərinə gedib-gəlir. 2019-cu ilin noyabr ayında bacısı qızı Pərvin ailəlikcə Bakı şəhərində olmuşlar. Təqsirləndirilən şəxs2 həmkəndlisidir, onunla bir həmkəndli kimi yaxşı münasibəti var. xx xxxxxx 2019-cu il tarixdə axşam saat təxminən 23 radələrində Zamiq onu evdən çağırmış, küçəyə çıxdıqda darvazalarında Zamiqi görmüşdür. Zamiq ona təklif edərək bildirmişdir ki, “bacısı qızı Pərvin evdə yoxdur və onun evindəki televizoru yaxşı qiymətə satmaq olar”. Əvvəl onun bu təklifi ilə razılaşmaq istəməsə də, sonradan pula ehtiyacı olduğu üçün Zamiqin təklifi ilə razılaşmışdır. Pərvinin evi bağlı olduğu üçün evin birinci mərtəbəsinin açıq vəziyyətdə olan plastık pəncərəsindən evə daxil olub evin ikinci mərtəbəsinə qalxmışdır. Evin ikinci mərtəbəsindəki təmir olunmuş otaqdakı divara bərkidilmiş “Phılıps” markalı plazma televizoru və evin təmirsiz hamamında saxlanılmış bir neçə dəst qab-qacağı özü ilə gətirdiyi əl çantasına yığaraq evin birinci mərtəbəsinə düşürmüşdür. Televizoru və içərisinə qab-qacaq yığdığı çantanı evə daxil olduğu pəncərədən çölə çıxarmışdır. Televizorla çantanı götürüb öz həyətinə keçdikdən sonra televizoru Zamiqə vermişdir. Ancaq çantadakı qab-qacaqdan Zamiqin xəbəri olmamışdır. Zamiq oğurladıqları televizoru Pərvizlə aparacağını ona dediyi üçün fikirləşmişdir ki, Pərviz də, Zamiqlə bir yerdədir. Ancaq həmin vaxtı Pərvizi orada görməmişdir. Zamiq televizoru satdıqdan sonra ona 100 manat verəcəyini bildirdikdən sonra oradan uzaqlaşmışdır. Bundan bir neçə gün sonra Bakı şəhərinə işləməyə getmişdir. Bakı şəhərində 8-ci kilometr bazarında alver etdiyi zaman Pərvinin evindən oğurladığı qab-qacağı xatırladığına görə 40 manata tanımadığı qadına satmışdır. Bundan bir müddət keçsə də, Zamiqi tapa bilməmiş və Zamiq televizoru satıb ona verməli olduğu 100 manat pulu verməmişdir. Ona sonradan məlum olmuşdur ki, X18 rayonunda oğurluq etdikləri üçün tutulublar. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində yaxalanıb Balakən rayon polis şöbəsinə gətirilmişdir. Əməlindən peşimandır. Əməlini səmimi olaraq etiraf edir və törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxsə ziyanı tam ödəmişlər. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərdi ki, Balakən rayonu Tülü kəndində 12 yaşlı qızı X11 ilə yaşayır. Əri X13 vəfat edibdir. Özü Balakən rayonu “X15” texniki işçi işləyir. Böyük qızı Billurə ailəlikcə Gəncə şəhərində yaşayır. xx.xx.2019-cu il tarixdə yeni il bayramı ilə əlaqədar olaraq kiçik qızı ilə birlikdə Gəncə şəhərində yaşayan qızıgilə getmişlər. Gəncə şəhərinə gedərkən evinin giriş qapısını və pəncərələrini bağlamışdır. Gəncə şəhərinə gedərkən həyət-bacaya və toyuqcücəyə baxmasını qonşu Məyrəm xalaya xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarına evə qayıtmışlar. Həmin tarixdə səhər saatlarında qonşusu Məryəm ona zəng vuraraq bildirmişdir ki, evin pəncərəsi açıqdır və pəncərənin üzərindəki tor yerdədir. Ona bildirmişdir ki, günortaya evə catacaq, çünki həmin vaxtı Gəncə şəhərindən Balakən rayonuna yol gəlirdilər. xx.xx.2020-ci il tarixdə günorta saatlarında evə çatmış və evin qapısını açıb evə nəzər saldıqda görmüşdür ki, evin zal otağındakı divara bərkidilmiş “Şvaki” markalı, 109 diaqanal plazma televizor yerində yoxdur. Başa düşmüşdür ki, evdə olmadıqları müddətdə evinə girən naməlum şəxslər evindən televizorunu oğurlayıblar. Evinə plastik pəncərəni açma yolu ilə girmişlər. Həmin tarixdə bu barədə Balakən rayon pois şöbəsinə müraciət etmişdir. Evindən yalnız yuxarıda qeyd etdiyi televizor oğurlanmışdır. Həmin televizoru 2019-cu ilin yay ayında dükandan 660 manata almışdır. Televizor 109 diaqanal olmaqla “Şvaki” markalı plazma televizor olmuşdur. Evindən əlavə heç bir əşya oğurlanmamışdır. Ona dəymiş ziyan tam ödənmişdir. Təqsirləndirilən şəxslərdən şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Balakən rayonu Tülü kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evdar qadındır, bir azyaşlı övladı var. 2019-cu ilin noyabr ayının ortalarında əri Şahid2 Rəfail oğlu ilə birlikdə Bakı şəhərinə getmişlər ki, orada yaşayan qohumlarına baş çəksinlər. Evlərində heç kim qalmamışdır. Evləri bağlı olmuşdur. Noyabr ayının sonlarında evə qayıtdıqları zaman məlum olmuşdur ki, tam təmir olunmayan evlərinin yaşadıqları otağında divara bərkidilmiş “Phılıps” markalı 140 diaqanallı plazma televizor yerində yoxdur. Bundan başqa evə nəzər saldıqda ona məlum olmuşdur ki, evin təmirsiz hamam otağında saxlanılmış “Karaca” adda qab-qacaq dəstinin bir hissəsi yerində yoxdur. Məlum olmuşdur ki, evinə girən şəxslər evdən qeyd etdiyi televizoru və qab-qacağı oğurlamışlar. Bununla bağlı xx.xx.2019-cu il tarixdə Balakən rayon polis şöbəsinə müraciət etmişdir. Ona məxsus evdən 2019-cu ilin noyabr ayının sonlarında evdə olmadıqları müddətdə evin birinci mərtəbəsinin plastık pəncərəsindən daxil olan şəxslər evin 2-ci mərtəbəsinə qalxaraq qapısı açıq olan otaqdan bir ədəd təxminən 1000 manat dəyərində 140 diaqanallı “Phılıps” markalı plazma televizoru və evin təmirsiz hamam otağında saxlanılmış “Karaca” adda bahalı qab-qacaq dəstinin çox hissəsi, yəni 12 ədəd dərin, 12 ədəd dayaz boşqabları, 02 ədəd çaynikləri, 01 ədəd salfetka qabını, 06 ədəd iri və 06 ədəd xırda dövrələri, 02 ədəd qənd qablarını və 01 ədəd şüşə qazanı oğurlamışlar. Televizorun bir neçə ildir ki, istifadə edilməsi nəzərə alınmaqla hazırda təxmini qiyməti 1000 manat olar, oğurlanmış qab-qacağın təxmini qiyməti isə 500 manatdır. Oğurluq nəticəsində ona təxminən 1500 manat məbləğində maddi zərər vurulmuşdur. Ona dəymiş ziyan tam ödənmişdir. Təqsirləndirilən şəxslərdən şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İş üzrə şahid olan Şahid4 oğlu-Asif X1, ona dəyən zərərin tam ödəndiyini bildirərək Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanın tam ödənməsi, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmaması barədə ərizəsini məhkəməyə təqdim etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Məhkəmə cinayət prosesi tərəflərini dinləyib, işdə olan sənədlərə baxaraq Zərərçəkmiş şəxs2 cinayət işində olan ifadəsini elan etməklə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Balakən rayonu Sarıbulaq kəndində atası Rəfail və anası Meysaratla birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq dolanırlar. xx xxxxxx 2019-cu ildə saat təxminən 18 radələrində ailəlikçə əmisi oğlunun Balakən şəhərində keçirilən toy məclisinə getmişlər. Evlərində heç kim qalmamışdır və giriş qapısını kilidləmişlər. Toydan sonra evə gəldikdə saat təxminən 00 radələri olmuşdur. Evə girib nəzər saldıqda görmüşlər ki, evdə bəzi əşyalar dağıdılıbdır. Həmin səbəbdən evdə ailəyə məxsus olan pul saxladıqları şkafin dolablarına baxmışlar və görmüşlər ki, pulları yoxdur. Başa düşmüşlər ki, evə girən şəxslər pulu oğurlayıblar və həmin səbəbdən 102 xidmətinə məlumat verib və xx.xx.2019-cu il tarixdə Balakən RPŞ-nə ərizəylə müraciət etmişlər. Evdən şkafda pencəyin cibində saxladıqları 120 manat-06 ədəd 20 manatlıq əskinazlar, 3 kq şüşə balonda yığdıqları 50 qəpiklər və 2 kq tutumu olan şüşə balonda olan 10, 20, 50 qəpikliklər olan balonlar, həmçinin 01 ədəd anasına məxsus olan servantdakı qabda saxlanılmış qızılı rəngdə 50 manata alınmış boyunbağı və qonaq otağında olan “Hauser” markalı plazma televizor oğurlanmışdır. Nəticədə ona təxminən 2000 manat məbləğində maddi zərər vurulmuşdur. Qeyd etdiyi əşyaları evin ağac pəncərəsini açmaqla evə daxil olub oğurlamışlar. Əvvəlcə evdə olan pulun hamısının oğurlandığını guman edib 3000 manat pulun oğurlandığını qeyd etmişdir. Ancaq polis işçiləri gəlib evə baxış keçirdikləri zaman evdə şkafda parça materiala bükülü vəziyyətdə saxlanılmış 1500 manat pulu tapılmışdır. Həyəcanlı olduğu üçün evdən boyunbağı və televizor oğurlandığın ilk olaraq qeyd etməmişdir. Oğurluqdan təxminən 3-4 gün sonra yaxın qonşuluqda yerləşən yaşayış olmayan köhnə evin sahibinin qohumu olan həmkəndlisi Şahid3 Muxdar oğlu oğurlanmış televizoru evin zirzəmisindən taparaq onlara vermişdir. Diqqətlə fikirləşdikdən sonra ona aydın olmuşdur ki, evdən şüşə balonlara yığılmış qəpik pullarla birgə, 120 manat pencəyin cibində olan kağız pullar da, daxil olmaqla cəmi təxminən 1000 manat məbləğində nəğd pul oğurlanmışdır. Ona dəymiş ziyan tam ödənmişdir. Təqsirləndirilən şəxslərdən şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 atası Şahid4 və anası Şahid5 Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən şəhəri N.Nərimanov küçəsi ev 19 mənzil 6-da valideynləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq çörək pulu qazanır. Əvvəllər məhkum olunmamışdır. ünvan 4 olan Təqsirləndirilən şəxs2 təxminən 3-4 ildir ki, tanıyır. Təxminən 2019-cu ilin dekabr ayının ortalarında Zamiq onunla əlaqə saxlayıb özlərinə gəlməyini xahiş etmişdir. Onların Balakən rayonu Tülü kəndində yerləşən evlərinə getdikdə Zamiq ona bildirmişdir ki, evdə satlıq televizoru var və həmin televizoru ona satmağı təklif etmişdir. Zamiq bildirmişdir ki, həmin televizoru qohumu ona Rusiyadan göndərmişdir. Zamiqə inandığı üçün fikirləşimişdir ki, Zamiqlə razılaşsa həmin onun satmaq istədiyi televizoru öz otağına qoyub istifadə edər. Zamiqin satmaq istədiyi televizor “Phılıps” markalı geniş ekranlı plazma televizor olmuşdur. Zamiq həmin televizoru 600 manata satmaq istədiyini bildirmişdir. Onunla 400 manata razılaşıb həmin televizoru ondan alıb evlərinə aparmışdır. Ancaq borcu olduğu üçün sonradan həmin televizoru satmaq qərarına gəlmiş, təxminən 10 gün sonra həmin Zamiqdən aldığı televizoru tanıdığı Elman adlı şəxsə 600 manata satmışdır. Bundan sonra təxminən 2020-ci ilin yanvar ayının ilk günlərində Zamiq onunla təkrar əlaqə saxlayıb bildirmişdir ki, onda yenə satdıq televizor var. Fikirləşmişdir ki, əvvəl Zamiqdən aldığı televizoru pula ehtiyacı olduğu üçün satıb və hazırda Zamiqin satdığı televizoru alıb evə otağına qoyar. Həmin vaxtı Zamiqin evinə getmiş və Zamiq ona demişdir ki, özünə məxsus olan və satmaq istədiyi “Şhivaki” markalı plazma televizoru pula ehtiyacı olduğu üçün satır. Zamiq həmin televizoru 250 manata satmaq istədiyini bilıdirsə də, onunla razılaşıb həmin televizoru 200 manata alıb Gərəkli kəndində yaşayan dayısı evinə aparıb orada saxlamışdır ki, sonra evə aparar. Çünki bilmişdir ki, həmin televizoru aldığı üçün atası Fərman onu danlayacaq, ona görə ki, ikinci dəfədir ki, televizor alırdı, həmdə evdə ümumi televizorları vardır. Birinci aldığı televizoru evə aparsa da, evdə ailə üzvlərindən həmin televizoru heç kim görməmişdir. Zamiqdən televizorları alarkən yanlarında əlavə heç kim olmamışdır. Həmin televizorların kimə məxsus olması və hansı səbəbə görə satmasını Zamiqdən soruşduqda o, bildirmişdir ki, televizorlar özünə məxsusdur, böyük “Phılıps” markalı televizoru qohumunun ona Rusiyadan göndərdiyini, ikinci “Şhivaki” markalı televizorun isə, özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Həm də Zamiq ona əminliklə demişdir ki, nəsə problem olarsa özü cavab verəcəkdir. Həmin televizorların oğurluq yoluyla əldə olunduğunu televizorları alarkən, yəni əvvəlcədən bilməmiş, yalnız bu haqda xx xxxxxx 2020-ci il tarixdə Balakən rayon polis şöbəsində bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Balakən rayonu Sarıbulaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olaraq ailəsini saxlayır. Şahid4 onun həmkəndlisi və uzaq qonşudur. Rəfailin evi ilə üzbəüz bacısı İradənin köhnə və təmirsiz evi yerləşir, həmin evdə heç kim yaşamır. Bacısı İradə ailəlikcə Bakı şəhərində yaşayır. Onun həmin evinə baxıb nəzarət edir. xx xxxxxx 2019-cu il tarixdə Rəfailin evindən oğurluq olunması haqqında eşitmişdir. Həmin hadisədən təxminən 3-4 gün sonra bacısı İradənin evinə baş çəkmək üçün oraya getdikdə evin zirzəmisində bir ədəd markasına fikir vermədiyi plazma televizor görmüşdür və bu barədə qonşuluqda yaşayan Şahid4 xəbər vermişdir. Onlar gəlib həmin televizora baxıb görmüşlər ki, televizor onlara məxsus olan və evlərindən oğurlanmış televizordur. Rəfail həmin televizoru oradan götürüb evlərinə aparmışdır. Bundan başqa oğurluq haqda heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, Balakən rayonu Tülü kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmkəndliləridir, onlarla bir həmkəndli kimi münasibəti olubdur. xx xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində özünə məxsus olan avtomaşınla Sarıbulaq kəndinə toya getdiyi zaman Tülü kəndinin girişində Zamiqlə Pərvizi görüb avtomaşını saxlayıb onları avtomaşına mindirib aparmışdır. Onlar Sarıbulaq kəndində toy evindən bir qədər kənarda avtomaşınından düşmüşlər. Sonradan bilmişdir ki, onlar toy evinin qohumunun evindən oğurluq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, Balakən rayonu Tülü kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Bir neçə il olar ki, özünə məxsus olan VAZ- 21011 markalı, ** BX *** qeydiyyat nömrə nişanlı avtomaşınla sərnişin daşıyaraq ailəsinə çörək pulu qazanır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmkəndliləri kimi tanıyır, onlarla bir həmkəndli kimi münasibəti var, aralarında heç vaxtı düşmənçilik və ədavət olmayıbdır. Təxminən 2019-cu ilin dekabr ayının ilk günlərində dəqiq xatırlamadığı tarixdə axşam saatlarında həmkəndlisi Zamiq onun mobil telefonuna zəng vuraraq Sarıbulaq kəndində qohum evində olduğunu bildirərək xahiş etmişdir ki, onu oradan götürərək evlərinə aparsın. Onu gətirməyinin müqabilində 5 manat yol haqqı verməli olacağını ona bildirmişdir. Zamiq buna razı olduqdan sonra hava yağmurlu olduğu üçün tez gəlməyini xahiş etmişdir. Zamiqin dediyi Balakən rayonu Sarıbulaq kəndi ərazisinə çatdıqda görmüşdür ki, Zamiqin yanında həmkəndlisi Təqsirləndirilən şəxs1 də var. Pərviz avtomaşının ön oturacağına, Zamiq isə, arxada əyləşmişdir. Onlarla salam-kalamdan başqa heç bir söhbəti olmamışdır. Onların əlində hər-hansı bir yük görməmişdr. Onları Balakən şəhərinə çatdırdıqdan sonra danışdıqları kimi yol haqqı olaraq 5 manat pulunu aldıqdan sonra evə getmişdir.Onları dedikləri Balakən şəhərinə çatdırdıqdan sonra onlar öz aralarında danışaraq yol haqqı olaraq 3 ədəd 1 manatlıq və 4 ədəd 50 qəpikliklər, cəmi 5 manat pul vermişlər. Bundan sonra onları avtomaşınından düşürərək yaşadığı evə qayıtmışdır. Onların oğurluq etmələri haqqında Balakən rayon polis şöbəsinə dəvət edildikdən sonra bilmişdir. İşin 1-ci cild 6-13-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş hadisə yerinə baxış protokolundan görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış vət. Zərərçəkmiş şəxs1 yaşayış evinə baxış keçirilərkən müəyyən edilmişdir ki, təmirsiz iki mərtəbəli evin ikinci mərtəbəsinə qalxmaq üçün şərait vardır. Baxış zamanı Zərərçəkmiş şəxs1 evinin yaşayış olan otağında divara bərkidilərək yerləşdirilmiş televizor yerində olmadığı müəyyən edilmişdir. Həmçinin evin təmirsiz hamam otağındakı qab-qacaq yığılmış kağız qutuların bəziləri boş və dağınıq şəkildədir. Hadisə yerinə baxış keçirilərkən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşin 1-ci cild 48-53-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri olan Balakən rayonu Tülü kəndində yerləşən, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış vət. Zərərçəkmiş şəxs3 yaşayış evinə baxış keçirilərkən müəyyən edilmişdir ki,bir mərtəbəli evin qarşıdan sağ tərəfində yerləşən pəncərəsi açıq vəziyyətdədir. Baxış zamanı Zərərçəkmiş şəxs3 evinin yaşayış olan otağında küncdə divara bərkidilərək yerləşdirilmiş televizor yerində yoxdur. Zərərçəkmiş şəxs3 həmin yeri əyani şəkildə göstərmişdir. Evin açıq vəziyyətdə olan pəncərəsindən yataq otağına daxil olub oradan evin digər otaqlarına keçmək üçün şərait vardır. Hadisə yerinə baxış keçirilərkən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşin 1-ci cild 58-63, 97-100-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri olan Balakən rayonu Sarıbulaq kəndində yerləşən, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış vət. Zərərçəkmiş şəxs2 yaşayış evinə baxış keçirilərkən müəyyən edilmişdir ki, bir mərtəbəli evin qarşıdan sol tərəfdə yerləşən pəncərəsi açılmış vəziyyətdədir və evin səliqəsi pozulmuşdur. Baxış zamanı müraciətdə oğurlandığı guman edilən 1500 manat pul baxış zamanı evdən aşkar edilmişdir. Həmçinin evdə televizor yerləşdirilmiş hissədə televizor yeri boşdur. Keçirilmiş təkrar baxış zamanı hadisədən bir neçə gün sonra qonşuluqda yerləşən yaşayış olmayan köhnə evin zirzəmisindən tapılaraq evə gətirilmiş 01 ədəd “Hauser” markalı plazma televizor aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən həmin televizor maddi sübut kimi götürülmüşdür. Hadisə yerinə baxış keçirilərkən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşin 1-ci cild 106-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 saat 16.45-də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 1-ci cild 120-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 saat 20.50-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 01-ci cild 204-207-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı verilmiş vəsatət təmin olunmamış, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşin 02-ci cild 45-49-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2020-ci il tarixli Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, həmin qərarla Balakən rayon prokuroru Qoşqar Əhmədov tərəfindən verilimiş apellyasiya protesti təmin edilməmiş, xx.xx.2020-ci il tarixli Balakən Rayon Məhkəməsinin qərarı öz qüvvəsində saxlanmışdır. İşin 01-ci cild 209-212-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İşin 2-ci cild 94-97-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş kompleks məhkəmə-əmtəəşunaslıq və kimyəvi ekspertizanın xx xxxxxx 2020-ci il tarixli 3158/3159 nömrəli rəyində göstərilmişdir ki; Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən ticarət şəbəkələrində, internet saytlarında və eləcə də, Mərkəzdə olan məmulatlardan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilmiş və qərarda qeyd edilən, təqdim olunmayan malların 2019-cu ilin dekabr ayına olan orta (pərakəndə satış) bazar qiyməti ilə ümumi dəyəri təxminən 993,00 manat müəyyən olunur. O, cümlədən: 1.1 ədəd “Philips” markalı, 140 diaqanal “Çin” istehsallı, 2015-ci ildən istifadədə olan plazma televizor nəzəri qaydada-450,0 manat; 2.1 ədəd “Hauser” markalı, 102 diaqanal “Alman” istehsallı, 2018-ci ildən istifadədə olan plazma televizor nəzəri qaydada-260,0 manat; 3.1 ədəd 110 diaqanal “Şhıvaki” markalı, “Yapon” istehsallı, 2019-cu ilin iyul ayından istifadədə olan plazma televizor nəzəri qaydada-280,0 manat; 4.Təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan, zəncir toxunuşlu boyunbağı-metal dəmir əsaslı ərintidən hazırlanmış bijuteriyadır, çəkisi 78,12 qramdır-3,0 manat; Qərarda qeyd edilən digər mallar (“Karaca” adda 12 ədəd dərin, 12 ədəd dayaz boşqabların, 02 ədəd çaynikin, 01 ədəd salfetka qabının, 06 ədəd iri, 06 ədəd xırda dövrələrin, 02 ədəd qənd qabının və 01 ədəd şüşə qazan) ekspetiza tədqiqatına təqdim edilmədən, onlar üzrə qiymətləndirmə aparmaq mümkün deyil. İşin 2-ci cild 137-155-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxs X6 məxsus olan və xx xxxxxx 2019-cu il tarixdə onun yaşadığı evindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən talanmış, istintaq zamanı götürülmüş 01 ədəd “Phılıps” markalı 140 diaqanal plazma televizor, Zərərçəkmiş şəxs2 məxsus olan və xx xxxxxx 2019-cu il tarixdə onun yaşayış evindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən talanmış, istintaq zamanı götürülmüş 01 ədəd “Hauser” markalı 102 diaqanal plazma televizor və 01 ədəd sarı metaldan ibarət zəncir formalı boyunbağı, Zərərçəkmiş şəxs3 məxsus olan və xx xxxxxx 2020-ci il tarixdə onun yaşadığı evindən Təqsirləndirilən şəxs2 tərəfindən talanmış, istintaq zamanı müəyyən edilib götürülmüş 01 ədəd “Şhıvakı” markalı 110 diaqanal plazma televizor, ümumilikdə 993,0 (doqquz yüz doxsan üç) manat dəyərində əmlak maddi sübut kimi tanınmaqla saxlanması üçün sahiblərinə qaytarılmışdır. İşin 02-ci cild 12-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli il şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə saat 23.55-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır İşin 02-ci cild 34-35-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Balakən RPŞ-nin MSY-dən azad edilərək sərbəst buraxılması qərara alınmışdır. İşin 2-ci cild 72-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin 2-ci cild 74-76-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Umudov X8 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 1777.2.3-cü maddələri ilə təqsirlə bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 4 il 3 aya endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 3 il 9 aya endirilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşin 2-ci cild 77-78-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunsa da məhkumluğu ödənmiş, məhkumluğu olmayan şəxsdir. İşin 2-ci cild 105-106-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə olan cinayət təqibinə cinayət qanunu müddəalarının qüvvəsinə görə cinayət tərkibi olmaması əsası ilə xitam verilmiş, Təqsirləndirilən şəxs3 cəzadan və cinayət məsuliyyətindən azad edilmişdir. İşin 2-ci cild 108-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Tülü İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli 406 nömrəli arayışından görünür ki, Osmanov X9 rayonu Tülü kəndində yaşayır, himayəsində 2004-cü il təvəllüdlü Akşin və 2008-ci il təvəllüdlü Sevər adında iki uşaqları vardır. İşin 2-ci cild 109-cu vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Tülü kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət cəhətdən xarakterizə olunur, barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət ərizəsinin daxil olmadığı göstərilmişdir. İşin 2-ci cild 118-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2020-ci il tarixli 404 nömrəli arayışdan görünürki, Umudov X4 sakinidir, himayəsində işləməyən anası, bacısı və qardaşı vardır. İşin 2-ci cild 118-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur, onun haqqında inzibati ərazi dairəsinə yazılı və şifahi şikayət daxil olmadığı göstərilmişdir. İşin 2-ci cild 115-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2020-ci il tarixli 402 nömrəli arayışdan görünürki, Sabirov X7 sakinidir. İşin 2-ci cild 116-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur, onun haqqında inzibati ərazi dairəsinə yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, xx.xx.2019-cu il tarixdə saat 23 radələrində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qəsdən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Balakən rayonu Tülü kəndində yaşayan vət. Zərərçəkmiş şəxs1 saxlanc yeri hesab edilən evinə qanunsuz olaraq daxil olub evdən sonuncunun mülkiyyətində olan dəyəri 450,0 (dörd yüz əlli manat) olan “Phılıps” markalı 140 diaqanal plazma televizoru gizli yolla talayıb oğurlamışlar. Təqsirləndirilən şəxs2 təkrarən Təqsirləndirilən şəxs1 ilə xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində qəsdən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Balakən rayonu Sarıbulaq kəndində yaşayan vət. Zərərçəkmiş şəxs2 saxlanc yeri hesab edilən evinə qanunsuz olaraq daxil olub evdən sonuncunun mülkiyyətində olan ümumilikdə 1263 (bir min iki yüz altmış üç) manat dəyərində əmlakını gizli yolla talayıb oğurlamışlar. Həmçinin Təqsirləndirilən şəxs2 təkrarən xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində ünvan 4 olan Zərərçəkmiş şəxs3 saxlanc yeri hesab edilən evinə qəsdən tamah niyyətilə qanunsuz olaraq daxil olub sonuncunun mülkiyyətində olan dəyəri 280 (iki yüz səksən) manat olan “Shıvaki” markalı 110 diaqanal plazma televizoru gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs3 280 (iki yüz səksən) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019cu il tarixdə saat 23 radələrində Balakən rayonu Tülü kəndində yaşayan Zərərçəkmiş şəxs1 mülkiyyətində olan dəyəri 450,0 (dörd yüz əlli manat) olan “Phılıps” markalı 140 diaqanal plazma televizorun oğurlanmasında iştirak etməmişdir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı sonuncu dəfə təqsirləndirilən şəxs qismində verdikləri ifadələrində (i/v- 2-ci cild 163-164 və i/v- 2-ci cild 183-184) həmçinin məhkəmə iclasında verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Balakən rayonu Tülü kəndində yaşayan Zərərçəkmiş şəxs1 mülkiyyətində olan dəyəri 450,0 (dörd yüz əlli manat) olan “Phılıps” markalı 140 diaqanal plazma televizorun oğurlanmasında iştirak etməmişdir və hadisə yerində olmamışdır. Təqsirləndirilən şəxs1 da həm ibtidai istintaq zamanı (i/v-2-ci cild 171-172) həm də məhkəmə iclasında göstərdi ki, o, xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Balakən rayonu Tülü kəndində yaşayan Zərərçəkmiş şəxs1 mülkiyyətində olan dəyəri 450,0 (dörd yüz əlli manat) olan “Phılıps” markalı 140 diaqanal plazma televizorun oğurlanmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs1 sözügedən cinayət əməlinin törədilməsində iştirak etməsinə dair iş materiallarında heç bir mötəbər sübut yoxdur və məhkəmə istintaqı zamanı hər hansı sübut aşkar olunmadı. Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların məyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübut etmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Əfsər Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, əsaslı şübhə yeri qoymayan sübutlar kifayət qədər güclü, aydın və uzlaşan nəticələrin və ya faktlara dair eyni cür təkzibedilməz ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası CPM-nn 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nn 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə işin hallarını, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, həmin cinayət əməlinin törədilməsinə görə Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham qanunsuz və əsassızdır, ona görə də həmin əməlin törədilməsi və Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ona verilmiş ittihamdan xaric edilməlidir. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində, təkrar törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd , əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməllərində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər həmin cinayətlərin törədilməsində təqsirlidirlər, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdiyi əməllərə görə cəzalanmalıdırlar. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxslərlə barışması, cinayət nəticəsində dəymiş ziyanın tam ödənməsi Azərbaycan Respublikası CM-in 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzanı yüngülləşdirən hallardır. Onun əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Vurulmuş ziyanın tam ödənməsi, zərərçəkmiş şəxslərlə barışması cinayət nəticəsində dəymiş ziyanın tam ödənməsi Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallardır. Onun əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Zərərçəkmiş şəxslərlə barışması,cinayət nəticəsində dəymiş ziyanın tam ödənməsi Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallardır. Onun əməlində CM-in 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal cinayətlərin residividir. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi Umudov X8 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. O, həmin məhkumluğu ödənmədən hazırkı cinayət əməlini törətdiyindən onun hazırkı əməli cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-65.2-ci maddələrinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmamasını, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə, Cinayət Məcəlləsinin 65.1-65.2-ci maddələrinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilikdərəcəsini,onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, himayəsində azyaşlı uşağı ilə yanaşı yetkinlik yaşına çatmayan uşağının da olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, vurulmuş zərərin əksər hissəsinin onun tərəfindən ödənməsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulub saxlanıldığı, ondan sonrakı müddətdə isə ev dustaqlığında olduğu üçün həmin müddət cəza müddətinə daxil edilməli və CM-in 69.3-cü maddəsinə əsasən tutulub saxlandığı və ev dustaqlığında olduğu müddətin hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 tərəfindən təyin edilmiş cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətnamə ilə xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir. Onun xx xxxxxx 2020-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs3 tərəfindən təyin edilmiş cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 109,50 (bir yüz doqquz manat əlli qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Az. MEM; VÖEN**********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Phılıps” markalı plazma televizor, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Hauser” markalı plazma televizor və 01 ədəd sarı metaldan ibarət zəncir formalı boyunbağı, Zərərçəkmiş şəxs3 məxsus olan 01 ədəd “Shvaki” markalı plazma televizor, ümumilikdə 993,0 (doqquz yüz doxsan üç) manat dəyərində maddi sübut kimi tanınmış əmlakların özgəninkiləşdirilmədən saxlanması üçün sahiblərinə qaytarılması, qalan maddi ziyanın məhkəmə istintaqı dövründə tam ödənilməsi nəzərə alınmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 23 saat vaxt sərf etmişdir. Məhkəmə icraatı zamanı Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi5 Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsinə 17 saat, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 isə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, dövlət büdcəsi vəsaitindən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına 138 manat, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 hesabına 72 manat, Təqsirləndirilən şəxs3 göstərilən hüquqi yardıma görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi5 hesabına 102 manat köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X2rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi tutulub saxlandığı və ev dustaqlığında olduğu 7 (yeddi) ay 1 (bir) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə mülki iddiavə xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 109.50 (bir yüz doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Az. MEM; VÖEN**********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. Dövlət büdcəsi vəsaitindən məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına 138 manat, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 hesabına 72 manat, Təqsirləndirilən şəxs3 göstərilən hüquqi yardıma görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi5 hesabına 102 manat köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar