Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-25/2023 11.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X5 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində DİMÜŞ-nin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS -xx xxx 1979-cu ildə Balakən rayonu Meşəşambul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Balakən rayonu Meşəşambul kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayının sonlarında Balakən rayonu Gərəkli kəndində dağlıq ərazidə tapıb qəsdən, qanunsuz olaraq, əldə etdiyi 01 ədəd nömrəsi silinmiş “BROWNİNG*S*” modelli, 7.65 mm kalibrli, zavod üsulu ilə istehsal edilmiş, yivliodlu döyüş silahı hesab edilən tapançanı, 01 ədəd 7.65 mm kalibrli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patronu və 01 ədəd tapançanın komplekt hissəsi olmaqla 07 ədəd 7.65 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış, “BROWNİNG*S*” modelli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçanı (darağı) üzərində daşıyaraq əvvəlcə yaşadığı Balakən rayonu Meşəşambul kəndində yaşadığı ünvana gətirərək həyətdə torpağa basdırıb gizlədərək saxlamış, daha sonra isə 04 noyabr 2022-ci il tarixdə saat 19 radələrindən başlayaraq əynindəki göy rəngli cins şalvarın kəmər taxılan yerin qabaq sağ iç hissəsində daşıyıb saxlamaqla üzərində gəzdirmişdir. 04 noyabr 2022-ci il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs rayon polis şöbəsinin Qabaqçöl PB-nə dəvət edilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdə saat 20:08-dən saat 20:30-dək üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, qanunsuz olaraq, əldə edib daşıyaraq əvvəlcə yaşadığı evin həyətində torpağa basdıraraq saxladığı, daha sonra isə 04 noyabr 2022-ci il tarixdə saat 19 radələrindən başlayaraq üzərində daşıyıb saxlamaqla gəzdirdiyi 01 ədəd nömrəsi silinmiş “BROWNİNG*S*” modelli, 7.65 mm kalibrli, zavod üsulu ilə istehsal edilmiş, yivli-odlu döyüş silahı hesab edilən tapança, 01 ədəd 7.65 mm kalibrli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patron və 01 ədəd tapançanın komplekt hissəsi olmaqla 07 ədəd 7.65 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış, “BROWNİNG*S*” modelli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqça (daraq) Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın kəmər taxılan yerin qabaq sağ iç hissəsindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, hal hazırda Balakən rayonu Meşəşambul kəndində ailəsi ilə birlikdə yaşayır.Onun bir azyaşlı uşağı vardır və arvadı hazırda hamilədir. Arvadının əvvəlki nikahdan olan iki azyaşlı uşağı da onun yanında yaşayırlar. Bundan başqa himayəsində 74 yaşlı anası vardır.O, 2020-ci ilin avqust ayının sonlarında Balakən rayonu Gərəkli kəndində dağlıq əraziyə evdə yandırmaq üçün quru ağac budaqlarını yığmaq məqsədilə getmiş, ağac budaqları yığdığı zaman budaqların altında bir ədəd qara rəngli sellofan torbanın olmasını görmüş, həmin sellofan torbanı açıb içərisinə baxdıqda bir ədəd tapançanın olmasını, həmin tapançanın sandıqçasını çıxardıqda sandıqçada bir ədəd patronun da olduğunu görmüş, sandıqçanı geri keçirərək tapançanı tapdığı sellofan torbaya bükərək geri yerinə qoymuş, həmin gün axşama qədər quru ağac budaqlarını topladıqdan sonra tapançanın olduğu sellofan torbanı götürüb özü ilə yaşadığı evə aparmış və tapança olan sellofan torbanı həyətdə torpağa basdıraraq gizlətmişdir. 04 noyabr 2022-ci il tarixdə axşam saat 19 radələrində həyətdə basdıraraq gizlətdiyi tapançanı tullamaq üçün şalvarının kəmərinə qabaq hissədən taxaraq Xalatala kəndi ərazisində meşəlik əraziyə getdiyi zaman polis əməkdaşları onu saxlayaraq üzərində qanunsuz silah saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək Balakən rayon polis şöbəsinin Qabaqçöl polis bölməsinə dəvət etmişlər. O da polis əməkdaşlarına heç bir etiraz etmədən polis şöbəsinə gəlmişdir. Qabaqçöl PB-də ona təqdim edilmiş vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi iştirakı ilə üzərində silah saxlamağında şübhəli olduğundan şübhəli şəxs kimi tutulmuş və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz olaraq saxlanılan əşya olub-olmadığı soruşulmuş, o da əynindəki göy rəngli cins şalvarın kəmər taxılan yerin qabaq sağ hissəsində saxladığı 1 ədəd nömrəsi silinmiş tapançanı çıxarıb təqdim etmişdir. Həmçinin tapançaya baxıldıqda da içərisində bir ədəd patron olan bir ədəd sandıqça da aşkar edilmişdir. Daha sonra polis əməkdaşları onun təqdim etdiyi 01 ədəd tapançanı, 01 ədəd sandığı və 01 ədəd patronu 01 ədəd kağız zərfdə qablaşdırmış, üzərini möhürləmiş və maddi sübut kimi götürmüşlər. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Daha sonra isə üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunmuş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra da 05 noyabr 2022-ci il tarixli 17/823 saylı ekspert rəyi ilə tanış olduğu zaman üzərində saxladığı 01 ədəd nömrəsi silinmiş, “BROWNİNG*S*” modelli, 7.65 mm kalibrli, zavod üsulu ilə istehsal edilmiş, yivli-odlu döyüş silahı hesab edilən tapança, 01 ədəd 7.65 mm kalibrli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən istifadəyə(atəşə) yararlı 01 ədəd patron və 01 ədəd tapançanın komplekt hissəsi olmaqla 07 ədəd 7.65 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış “BROWNİNG*S*” modelli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqça olduğunu bilmişdir. Onun tapdığı tapançanı evə apararaq gizlətməkdə heç bir məqsədi olmamışdır. Əməlindən peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Ailə vəziyyətini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır.04 noyabr 2022-ci il tarixdə Balakən rayonu Meşəşambul kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini saxlaması,daşıması və gəzdirməsi barədə Balakən RPŞ-nin Qabaqçöl PB-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə onun tərəfindən Balakən RPŞ-nin Qabaqçöl PB-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra müvafiq göstəriş əsasında həmin gün saat təxminən 19 radələrində Təqsirləndirilən şəxs Balakən rayonu Xalatala kəndi ərazisində saxlanılaraq Balakən RPŞ-nin Qabaqçöl PB-nə gətirilmiş və barəsində tədbir görülməsi məqsədilə RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs da əynindəki göy rəngli cins şalvarın kəmər taxılan yerin qabaq sağ hissəsindən nömrəsi silinmiş bir ədəd tapançaya oxşar predmeti təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi nömrəsi silinmiş bir ədəd tapançaya oxşar predmetə baxılmış və bir ədəd patrona oxşar predmetin bir ədəd sandıqçaya oxşar predmetin içərisində olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin tapançaya oxşar predmeti haradan əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs da tapançanı 2020-ci ilin avqust ayının sonlarında Balakən rayonu Gərəkli kəndində dağlıq əraziyə evdə yandırmaq üçün quru ağac budaqlarını yığmaq məqsədilə getdiyi zaman oradan tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd tapançaya oxşar predmet, bir ədəd patrona oxşar predmet və bir ədəd sandıqçaya oxşar predmet bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılaraq DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, ucadan oxunmuş və protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin Qabaqçöl PB-nin PPXT-nın polis nəfəri Şahid2 Şahid1 Rasul oğlu ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşin 23-26-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 04 noyabr 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki,Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silah və onun komplekt hissələrini saxlaması, daşıması və gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs həmin gün saat 20:08-dən 20:30-dək olan müddətdə üzərində şəxsi axtarış aparılması üçün dəvət edilərək Balakən rayon vəkillər bürosunun adlı siyahısından seçdiyi vəkil Müdafiəçi iştirakı ilə hüquq vəzifələri izah edildikdən sonra Balakən rayon polis şöbəsinin Qabaqçöl PB-də şübhəli şəxs qismində tutularaq Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predmet, olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın kəmər taxılan yerin qabaq sağ hissəsində saxladığı 01 ədəd nömrəsi silinmiş tapançaya oxşar predmet, həmin tapançaya oxşar predmetə baxıldıqda içərisində 01 ədəd patrona oxşar predmet olan sandıqçaya oxşar predmetin olduğu müəyyən edilmişdir. Daha sonra da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tapançaya oxşar predmetin haradan əldə edildiyi soruşulmuş, Təqsirləndirilən şəxs həmin predmeti 2020-ci ilin avqust ayının sonlarında Balakən rayonunun Gərəkli kəndi ərazisindəki dağlıq sahədən tapdığını bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tapançaya oxşar predmet 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış,üzəri möhürlənmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən iştirakçılar tərəfindən üzəri imzalanaraq götürülmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən hər-hansı qanunsuz əşya, predmet, vasitə aşkar edilməmişdir. Şəxsi axtarış Balakən RPŞnin PPXB-nün polis nəfəri, polis serjantı X7 tərəfindən videokamera vasitəsi ilə qeydə alınmış və həmin videoçəkiliş disk formasında protokola əlavə olunmuşdur. Daha sonra da şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunmuş, ucadan oxunmuş, əlavə qeydlər, vəsatətlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. İşin 32-35-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şəki Regional bölməsindən alınmış 04 noyabr 2022-ci il tarixli 17/823 nömrəli ekspert rəyində göstərilmişdir ki: Tədqiqata təqdim edilmiş bir ədəd tapança 01 ədəd nömrəsi silinmiş, “BROWNİNG*S*” modelli, 7.65 mm kalibrli, zavod üsulu ilə istehsal edilmiş tapançadır, yivli-odlu döyüş silahı istifadəyə yararlıdır. - Tədqiqata təqdim edilmiş bir ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 7,65 mm kalibrli, tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilir, istifadəyə(atəşə) yararlıdır. - Tədqiqata təqdim edilmiş bir ədəd predmet 07 ədəd 7,65 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış “BROWNİNG*S*” modelli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçadır (daraqdır), həmin sandıqça (daraq) tədqiqata təqdim edilmiş tapançanın komplekt hissəsidir. İşin 93-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 011-13343-1222 saylı məktubdan görünür ki, 01 ədəd patron 7,65 mm kalibrli, nömrəsi silinmiş “BROWNİNG*S*” modelli tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir İşin 16-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 04 noyabr 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 04 noyabr 2022-ci ildə saat 19:40-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 69-73-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(019)-66/2022 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsində imtina edilmişdir və məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İşin 74-75-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 06 noyabr 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 98-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Meşəşambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli 430 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Meşəşambul kəndində yaşayır, himayəsində pensiyaçı anası və xx.xx.2009-cu il təvəllüdlü oğlu-X2 vardır. İşin 99-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Meşəşambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 94-96-cı vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, iş üzrə şahidlər- Şahid1 Rasul oğlu və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Döyüş sursatını qanunsuz əldə etmə, saxlama, daşımağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki,istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər,ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, himayəsində bir nəfər azyaşlı uşağı ilə yanaşı 74 yaşlı anasının olmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamındakı tövsiyyələri, hazırkı məhkəmə təcrübəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri,bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzalarının nəzərdə tutulmasını, eyni zamanda Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 04 noyabr 2022-ci il tarixdən 06 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30.60 (otuz manat 60 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X6, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Balakən rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış 1 ədəd nömrəsi silinmiş “BROWNİNG*S*” modelli, 7.65 mm kalibrli, zavod üsulu ilə istehsal edilmiş, yivli-odlu döyüş silahı hesab edilən tapança, 1 ədəd 7.65 mm kalibrli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patron və1 ədəd tapançanın komplekt hissəsi olmaqla 07 ədəd 7.65 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış, “BROWNİNG*S*” modelli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqça (daraq) hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının DİN-in silah sursat anbarına təhvil verilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 01(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun 04 noyabr 2022-ci il tarixdən 06 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın.Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 11 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə 30.60 (otuz manat 60 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X6, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış 1 ədəd nömrəsi silinmiş “BROWNİNG*S*” modelli, 7.65 mm kalibrli, zavod üsulu ilə istehsal edilmiş, yivli-odlu döyüş silahı hesab edilən tapança, 1 ədəd 7.65 mm kalibrli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patron və 1 ədəd tapançanın komplekt hissəsi olmaqla 07 ədəd 7.65 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış, “BROWNİNG*S*” modelli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqça (daraq) hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının DİN-in silah sursat anbarına təhvil verilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-25/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-25/2023
11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver