Məhkəmə qərarları › İş №1(019)-25/2025

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-25/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-25/2025 23.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi,dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən,İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı,Təqsirləndirilən şəxs, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx.xx.1979-cu ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,FİN-xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 01 ay 13 gün əvvəl cəzasının çəkilməmiş hissəsindən şərti azad edilmiş, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanda yaşamış, Balakən Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan xeyli miqdarda-13,50 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 yanvar 2025-ci il tarixdə saat 17:33-də Balakən şəhəri 28 May küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üstü yoxlanılan zaman həmin tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana bir ədəd sellofan bükümdə olmaqla əynindəki qış gödəkçəsinin sol iç cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib,ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyini bildirsə də, ifadəsində göstərdi ki,onun təqsiri yoxdur.O, narkotik vasitə qəbul etmir, satmır. xx.xx.2025-ci il tarixdə də onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları ondan kömək etməsini istəmişlər. O, da razılaşmış, həmin narkotik vasitənin özünün olduğunu bildirmişdir. Həmin narkotik vasitə onun deyildir. Saxlanılan zaman və ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi zorakılıq tətbiq edilməmişdir.Barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib və həmin ifadəsinə uyğun ifadə verərək göstərdi ki,Balakən RPŞ-nin Qabaqçöl PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 yanvar 2025-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə Balakən RPŞ-yə məlumat daxil olmuşdur.Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitə, psixotrop maddələrin və cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz tədbir görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi üçün RPŞ rəhbərliyinə həmin tarixdə raportla məruzə etmişdir. 07 yanvar 2025-ci il tarixdə gündüz saat 17:33 radələrində Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və RPŞ-nin Qabaqçöl PB-nin polis nəfəri, polis kiçik serjantı Şahid3 ilə birgə keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olan Əhmədov X4 şəhəri 28 May küçəsində X2rşısında aşkarlanaraq onların tərəfindən saxlanılmışdır və ona hüquq və vəzifələri izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya narkotik vasitə varsa təqdim etməsini təklif etmişdir.Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin sol iç cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxardıb təqdim etmişdir, həmin sellofan bükümdə narkotik vasitə – nəşə olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm üzərindəki sellofanla birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 14,57 qram olduğu müəyyən edilmişdir.Daha sonra həmin sellofan büküm içərisindəki kütlə ilə birlikdə qablaşdırılmışdır və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür.Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış nəşə kimi tanıdığı həmin kütləni Balakən rayonunda zibil atmaq üçün getdiyi çay qırağından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, kiməsə satma və vermək niyyətinin olmadığını,onda əlavə olaraq narkotik vasitənin olmadığını bildirmişdir.Təqsirləndirilən şəxs üzərindəki bir ədəd alışqanı da təqdim etmişdir. Həmin alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı başqa heç bir şey aşkarlanmamışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı RPŞ-nin Qabaqçöl PB-nin polis nəfəri Şahid3 tərəfindən “Honor 9B” markalı mobil telefonun kamerası ilə videoçəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmadığından Balakən RPŞ-nin inzibati binasında tərtib edilmişdir.Protokol iştirakçılara ucadan oxunmuşdur,doğruluğu imzalarla təsdiq edilmişdir və protokola Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 (bir) ədəd DVD disk əlavə olunmuşdur. Daha sonra toplanmış material və maddi sübut təhqiqatçı Vasif Əliyevə təhvil verilmişdir və onun tərəfindən maddi sübuta və Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu DVD diskə baxış keçirilmişdir. O,həmçinin göstərdi ki, üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması,polis əməkdaşlarının xahişinə görə, onlara kömək etmək üçün bu cinayəti törətdiyini etiraf etməsi barədə Təqsirləndirilən şəxs göstərdikləri yalandır. Həmin narkotik vasitə Təqsirləndirilən şəxs üzərində olmuş,özü təqdim etmişdir. Məhkəmə iclasında Şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və Balakən RPŞ-nin Qabaqçöl PB-nin polis nəfəri, polis kiçik serjantı Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək,ifadələrində onun göstərdiklərini təsdiq etmişlər. İşin 9-11-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, 07 yanvar 2025-ci il tarixdə saat 17:33 radələrində Balakən RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamasında,daşımasında şübhəli bilinən Əhmədov X4 şəhəri 28 May küçəsində yerləşən Balakən rayon X2rşısında dayanan zaman saxlanılmış, sonuncuya hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olma hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə, Balakən şəhəri 28 May küçəsində yerləşən Balakən rayon X2rşısında üzəri yoxlanılan zaman əynindəki qış gödəkçəsinin sol iç cibindən 01 (bir) bir ədəd şəffaf rəngli sellofan bükümü çıxardaraq təqdim etmişdir və bükümün içində “nəşə” kimi tanıdığı narkotik tərkibli marixuananın olduğunu,özü istifadə etdiyini bildirmişdir.Həmin büküm elektron tərəzidə çəkildikdə çəkisi 14, 57 qram olmuşdur. Sonra həmin büküm qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür.Üstünü yoxlama zamanı Balakən RPŞ-nin Qabaqçöl PB-nin polis nəfəri Şahid3 tərəfindən mobil telefonun kamerası ilə videoçəkiliş aparılmışdır.Üstünü yoxlama zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuşdur, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir.Üstünü yoxlama zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı videogörüntünün qeydə alındığı diskə məhkəmə iclas zalında baxış keçirilmiş və protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən olunmuşdur. İşin 16-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 07 yanvar 2025-ci il tarixdə Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən tərtib olunmuş “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 07 yanvar 2025-ci il tarixdə saat 17:33 radələrində ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda və gəzdirməkdə şübhəli bilindiyi üçün, 11 yanvar 2025-ci il tarixdə saat 20:18 dəqiqədə Balakən şəhəri 28 May küçəsində yerləşən Balakən rayon X2rşısında dayanan zaman saxlanılaraq üstü yoxlanılmış, bu zaman onun əynindəki qış gödəkçəsinin sol iç cibindən 01 (bir) bir ədəd şəffaf rəngli sellofan bükümdə ümumi çəkisi 14,57 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuana (narkotik tərkibli bitkiyə bənzər kütlə)” yazılı zərfin içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan 1 (bir) ədəd şəffaf rəngli sellofan büküm aşkar olunmuşdur.Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra 1 (bir) ədəd DVD-yə LG markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması əksini tapmışdır.Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı “Panasonic” markalı videokamera vasitəsi ilə Balakən RPŞ-nin KTQ-nin baş inspektoru polis mayoru X7 tərəfindən video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol imzalarla təsdiq edilərək protokola 1 (bir) ədəd DVD əlavə olunmuşdur. Məhkəmə iclas zalında diskə baxış keçirilmiş,protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən olunmuşdur. İşin 41-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Məhkəmə-bioloji ekspertizasının 08 yanvar 2025-ci il tarixli 17/9 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş,üzərində“vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər narkotik vasitə.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-13,50 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İşin 103-105-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 43 nömrəli ekspert rəyinin “yekun hissəsi”ndə göstərilmişdir: Məhkəmə-psixiatrik ekspertizası üzrə ekspert komissiyası cinayət işinin materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin,toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırki ambulatorməhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜKƏSMƏLƏRLƏ XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o,cinayət əməlini törədərkən ANLAQLİ olmuşdur,cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini tam dərk etmişdir və ya öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur, onun məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur, onun hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21 və 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik,hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi – psixi xüsusiyyətlərə malikdir, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir,özündən uydurmağa meyilli deyildir,emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur,cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur, cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İşin 98-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Məhkəmə-Narkoloji ekspert komissiyasının 10 fevral 2025-ci il tarixli 184 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir.Hal hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İşin 26-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “şübhəli şəxsi tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə saat 20:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır.Onun azadlığının faktiki olaraq xx.xx.2025-ci ildə saat 17:33-də məhdudlaşdırıldığı qeyd edilmişdir. İşin 69-70,71-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş 09 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan və aktdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 yanvar 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və 09 yanvar 2025-ci il tarixdə saat 16:30-da Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. İşin 77-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 01 ay 13 gün əvvəl cəzasının çəkilməmiş hissəsindən şərti azad edilmiş, məhkumluğu ödənilməmişdir. İşin 89-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 17 yanvar 2025-ci il tarixdə verilmiş 98 nömrəli arayışdan görünür ki, Əhmədov X4 şəhəri S.Vurğun küçəsi dalan 3, ev 5-də yaşayır. İşin 90-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17 yanvar 2025ci il tarixli 99 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvüləri atası və bacısı olmuşdur. İşin 91-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137.Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144.Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1.Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə şahidlər- Şahid1, Şahid2 və Şahid3 Etibar oğlunun ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Narkotik vasitə qəbul etməməsi,xx.xx.2025-ci il tarixdə təqdim etdiyi narkotik vasitənin ona məxsus olmaması,polis əməkdaşlarının xahişinə görə təqdim etdiyi narkotik vasitənin özünə aid olmasını bildirməsi barədə Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi xüsusatlar iş materialları ilə (ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələr, şübhəli şəxs qismində üzəri yoxlanılarkən qeydə alınmış video görüntülər, şahidlərin ifadələri və s. ilə ) təkzib olunduğundan məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində göstərmişdir ki,ünvan 3 ünvanında yaşayır, fərdi əməklə məşğul olur. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə və oğurluq etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. xx.xx.2025-ci il tarixdə saat 17:33 dəqiqədə Balakən şəhəri 28 may küçəsində Balakən rayon İdman Kompleksinin qarşısında olduğu zaman 3 nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər.Onun narkotik vasitələri saxlamaqda şübhəli olduğunu bildirərək,üzərində narkotik vasitə olub olmadığını,varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra əynindəki qış gödəkçəsinin sol iç cibində saxladığı bir ədəd sellofan bükümü təqdim etmişdir. Həmin bükümün içərisindəki kütlə nəşə olmuşdur. Bir müddətdir ki, narkotik vasitə olan nəşədən istifadə edir. Həmin nəşəni də özü istifadə etmək üçün üzərində saxlamışdır. Sonra polis əməkdaşı üzərinə baxdıqda üzərində bir ədəd alışqandan başqa heç nə aşkar olunmamışdır. Polis əməkdaşları üzərində aşkar olunmuş nəşəni elektron tərəzidə çəkdikdə ümumi çəkisi 14,57 qram olmuşdur. Polis əməkdaşları həmin bükümü bir ədəd kağız zərfə qoyaraq qablaşdırmışlar. Qablaşdırmanın üzəri imzalanmışdır. Sonra polis əməkdaşları ilə polis şöbəsinə gəldikdə ona təqdim edilmiş siyahıdan seçdiyi vəkil Müdafiəçi qismində dəvət edilərək təyin edilmişdir. Hüquqlarını müdafiə edən vəkil Müdafiəçi da iştirakı ilə ekspert rəyi ilə tanış olarkən ona məlum olmuşdur ki, üzərindən bir ədəd sellofan bükümdə aşkar edilmiş kütlə 13,50 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuanadır.Ekspert rəyi mahiyyəti üzrə ona izah edilmişdir, rəylə razıdır. Bir həftə əvvəl, yanvar ayının əvvəlində Balakən rayon İdman Kompleksinin yaxınlığında yerləşən zibilliyə zibil atdığı zaman içərisində nəşə olan həmin sellofan bükümü tapmışdır.Həmin nəşəni istifadə etmək üçün üzərində saxlamışdır. Həmin nəşədən tapdıqdan sonra 2 dəfə istifadə etmişdir. Üzərində narkotik vasitə saxlaması barədə heç kimə deməmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona heç bir zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materialları ilə təsdiq olunduğundan məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini sübut kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr,psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq,Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 08 nömrəli qərarının 4-cü bəndinə görə narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 05 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir,təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur, onun cəzanı ağırlaşdıran hal cinayətlərin residividir. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə çəkdiyi cəzadan 01 ay 13 gün vaxtından əvvəl azad edilmiş, o, məhkumluğu ödənilmədən, yəni cəzadan azad edildiyi vaxtdan 6 il keçməmiş hazırkı cinayət əməlini törətmişdir. Ona görə də onun əməli cinayətlərin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-65.2-ci maddələrinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, xəstə olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını,cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq ona Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 07 yanvar 2025-ci il tarixdən 09 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs hazırkı əməli cinayətlərin residivini yaratdığından və əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq o,cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 09 aprel 2025ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və onun qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X5 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan,Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 13,40 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 08 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 48 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin,1(bir) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin.Onun 07 yanvar 2025-ci il tarixdən 09 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 1 il 9 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəza çəkmə müddətinin əvvəli 09 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın, onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X5 Şəxsinə göndərilsin. 34.55 (otuz dörd manat əlli beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan,Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 13,40 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 48 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X6 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar