Məhkəmə qərarları › İş №1(019)-26/2020

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-26/2020

24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-26/2020 24.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1976-cı ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum edilmiş, işləməyən, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayətişinəaçıqməhkəmə iclasındabaxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, o, 2019-cu ilin sentyabr ayında Balakən rayonu, Qullar kəndi ərazisində yerləşən dağlıq sahədə, yabanı halda bitən 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrini toplayıb qurudaraq, qəsdən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 42,46 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı evdə saxlamışdır. xx xxxx 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X3 yaşadığı evə öz könüllü razılığı və iştirakı ilə saat 12 radələrində baxış keçirilən zaman yaşayış evində olan yataq otağında pəncərənin üzərində rəngli selofan torbanın içərisində təmiz çəkisi 35,56 qram, həmin rəngli sellofan torbanın içərisində olan kağız bükümdə təmiz çəkisi 2,35 qram, həmçinin rəngli selofan torbanın içərisində olan göy rəngli sellofan torbanın içərisində təmiz çəkisi 4,55 qram, ümumi təmiz çəkisi 42,46 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadələrində göstərmişdir ki, Balakən rayonu Qullar kəndində yaşayır. Heç yerdə işləmir. xx xxxxxx 1999-cu ildə X10 ilə ailə həyatı qurmuşdur. Sədaqət Sahibova ilə evliliyindən 2 övladı dünyaya gəlmişdir. Övladlarından X11 2002-ci il təvəllüdlü, X8 isə 2009-cu il təvəllüdlüdür. X11 hazırda cəbhə bölgəsində hərbi xidmətdədir. O, 5 il əvvəl həyat yoldaşı X10 ilə boşanmışdır. Övladlarının hər ikisi anası Sədaqətin yanında qalmış, lakin Balakən Rayon Məhkəməsi tərəfindən onun öz hesabından kiçik oğlu X4 hesabına alimet tutulması barədə qərar qəbul edilmişdir. X8 onun himayəsindədir, o, uşağa maddi yardım göstərir və onunla mütəmadi görüşür, Zamirin tərbiyəsində və təhsilində iştirak edir. Əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum edilmiş, sonuncu dəfə xx.xx.2015-ci il tarixdə Balakən Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş, lakin Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 06 ay 10 gün cəzadan vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmişdir. 2019-cu ilin sentyabr ayında Balakən rayon Qullar kəndi ərazisində meşə sahəsində yabanı halda bitmiş bir ədəd çətənə bitkisi kolu görmüşdür. Bu zaman o, narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün həmin kolun üzərindən çətənə bitkisinin hissələrini çəkib istifadə etməsi üçün yığmışdır. Ayaqlarında və bədənində ağrılar olduğundan narkotik vasitə olan marixuanadan istifadə edir. Hal-hazırda həmin çətənə bitkisini gördüyü yeri xatırlamır, yadında qalmamışdır və həmin yeri göstərə bilmir. Həmin bir ədəd yabanı halda bitmiş çətənə bitkisinin üzərindən yığdığı bitkini yaşadığı evə gətirərək, evin çöl hissəsində gizli şəkildə qurutmuş, lakin həmin bitkini yığıb gətirməyi və qurutmağı barədə heç kimə bir söz deməmişdir. Həmçinin həmin bitkinin qurumuş hissələrindən hər hansı bir şəxsə pay olaraq verməmiş və ya satmamış, satmaq fikri də olmamışdır. Bitkini qurutmaqda məqsədi özü çəkib istifadə etmək olmuşdur. Həmin bitki kütləsi narkotik vasitə olan qurudulmuş marixuananı qurutduqdan sonra yaşadığı evdə olan bir ədəd rəngli sellofan torbaya yığmış və yaşadığı evdə olan yataq otağının üzərində olan pəncərənin üstünə qoymuşdur. Həmçinin həmin torbanın içərisindən bir az miqdarda götürərək, balaca göy rəngli sellofan torbaya bir ədəd də ağ rəngli kağız bükümdə bükmüşdür ki, lazım olanda həmin torbanı və yaxud kağız bükümü üstündə götürərək, həyətə düşüb orada çəkib istifadə etsin. xx xxxx 2020-ci ildə yaşadığı evdə olduğu zaman polis əməkdaşları yol qapısından onu çağırmışlar. O, ayağı ağrıdığını bildirərək, yerə düşə bilmədiyi barədə polis əməkdaşlarına səslənmiş və polis əməkdaşlarının yaşadığı evinə yaxınlaşmasını xahiş etmişdir. Polis əməkdaşları yaşadığı evə yaxınlaşmışlar. Həmin vaxt o, evin pilləkənlərindən aşağı düşmüşdür. Bu vaxt polis əməkdaşları evinə və həyatyanı sahəsinə baxış keçirəcəkləri barədə qərarı ona elan etmişlər. O, baxış keçirilməsinə hər hansı bir etiraz etmədiyini bildirmiş və bu barədə ərizə də yazmışdır. Baxış zamanı fasiləsiz videoçəklişdən istifadə edilmişdir. Daha sonra polis əməkdaşları evində hər hansı bir qeyri-qanuni əşya və yaxud predmet olub-olmadığını soruşmuşlar. Bu zaman o, polis əməkdaşlarına evində narkotik vasitə saxladığını bildirmişdir. Daha sonra isə rəngli sellofan torbanın içərisində saxladığı qurudulmuş narkotik vasitə olan marixuananı, həmçinin həmin rəngli torbanın içərisində olan bir ədəd göy rəngli torbanı və bir ədəd kağız bükümü polis əməkdaşlarına göstərmişdir. Həmçinin narkotik vasitə olan qurudulmuş marixuananı saxladığı rəngli sellofan torbanı polis əməkdaşlarına göstərdiyi zaman əlini rəngli torbanın içərisinə salaraq, orada olan narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini əlinə götürərək, həmin rəngli sellofan torbanın içərisində olan kağız bükümün içərisinə qoymuş, lakin təqdim etdiyi torbaya kənardan heç bir narkotik vasitə əlavə etməmişdir. Həmin hərəkəti isə həyəcanlı olduğundan etmişdir. Narkotik vasitə olan qurudulmuş marixuanadan uzun müddətdir ki, istifadə etdiyindən polis əməkdaşlarının narkotik vasitəni qablaşdıraraq, götürəcəyini fikirləşdikdə bir daha marixuana çəkə bilməyəcəyindən qorxmuşdur. Çünki narkotik vasitə marixuana çəkmədikdə bədənində, ayaqlarında ağrılar olur, buna görə də özünü itirmiş və həmin hərəkətə yol vermişdir. Həmçinin narkotik vasitə olan qurudulmuş marixuananı rəngli sellofan torbadan götürərək, kağız bükümün içərisinə bükməyi, polis əməkdaşlarına təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinə heç bir təsir etməmişdir. Belə ki, kənardan həmin sellofan torbaya narkotik vasitə qoymamışdır. Həmin narkotik vasitə olan qurudulmuş marixuana ümumilikdə rəngli sellofan torba, onun içərisindəki göy rəngli torba və içərisindəki kağız bükümlə birlikdə elektron tərəzi vasitəsilə çəkilərkən çəkisinin 90 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuana ağ rəngli kağız zərfdə qablaşdırılaraq, möhürlənmişdir. Məhkəməbioloji ekspertizasının rəyindən sonra ona məlum olmuşdur ki, yaşadığı evdə saxladığı və polis əməkdaşlarına təqdim etdiyi qurudulmuş marixuananın təmiz çəkisi, yəni rəngli sellofan torbada olan marixuananın çəkisi 35,56 qram, həmin torbanın içərisində olan kağız bükümdə olan narkotik vasitənin çəkisi 2,35 qram, həmin rəngli sellofan torbanın içərisində olan göy rəngli sellofan torbanın içərisində olan narkotik vasitə qurudulmuş marixuananın çəkisi isə 4,55 qram ümumilikdə isə təmiz çəkinin 42,46 qram olması müəyyən edilmişdir. Bundan başqa həmin gün Balakən RPŞ-də fasiləsiz videoşçəklişlə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində hər hansı bir qeyri-qanuni predmet, yaxud da narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı protokol tərtib edilmiş, ucadan oxunulmuş və iştirakçılarla birlikdə protokolu imzalamışdır. Əməlindən peşimandır. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Özü xəstədir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı Şahid3 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı vəzifəsində işləyir. xx xxxx 2020-ci ildə ünvan 2 Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxlaması barədə Balakən RPŞyə məlumat daxil olmuş, həmin məlumat əsasında polis şöbəsinin rəhbərliyinin qanuna müvafiq göstərişinə əsasən Balakən RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1, Şahid2 və RPŞ-nin kriminalisti X16 ilə birlikdə ünvan 1 Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yol qapısının qarşısında dayanaraq, yaşadığı evdən onu çağırmışlar. Lakin Təqsirləndirilən şəxs evdən səslənərək, ayaqlarında ağrılar olduğunu, yeriməkdə çətinlik çəkdiyini, yola çıxa bilmədiyini bildirirək, yaşadığı evə yaxınlaşmalarını xahiş etmişdir. Buna görə də Asluddinin yaşadığı evə yaxınlaşmış, həmin vaxt Təqsirləndirilən şəxs barəsində üzərində və yaşadığı evində narkotik vasitə saxlaması barədə Balakən RPŞ-yə məlumat daxil olduğunu və həmin məlumat əsasında yaşadığı evinə, həyətyanı sahəsinə, yardımçı tikililərinə baxış keçirəcəklərini, həmçinin üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Bu barədə qərarı Təqsirləndirilən şəxs elan etmiş, Təqsirləndirilən şəxs qərarla tanış olduqdan sonra heç bir etirazının olmadığını bildirərək, könüllü olaraq ərizə də yazaraq etirazının olmadığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətyanı sahəsində hər hansı bir qeyri-qanuni predmet, qanunsuz əşya, yaxud narkotik vasitə olubolmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs isə yaşadığı evində saxladığı narkotik vasitə olduğunu bildirmişdir. Bu zaman baxışda iştirak edən polis əməkdaşları və ev sahibi Təqsirləndirilən şəxsla birlikdə yaşadığı evinə daxil olmuşlar. Həmin vaxt fasiləsiz videoçəkilişdən istifadə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə olan yataq otağı kimi istifadə etdiyi otağa keçmişlər. Otağa keçdikdə Təqsirləndirilən şəxs pəncərənin üzərində olan rəngli torbanı göstərmiş, həmin rəngli sellofan torbanın içərisinə baxdıqda içərisində qurudulmuş bitki kütləsinin olması müəyyən edilmişdir. Bundan başqa həmin rəngli sellofan torbanın içərisində bir ədəd göy rəngli sellofan torba, həmçinin də bir ədəd kağız büküm olmuşdur. Həmin göy rəngli sellofan torbanın içərisində və kağız bükümün içərisində də qurudulmuş bitki kütləsi olması müəyyən edilmişdir. Bundan sonra rəngli sellofan torbanın içərisində olan qurudulmuş bitki kütləsi, həmin rəngli sellofan torbanın içərisindəki göy rəngli sellofan torbanın içərisində olan bitki kütləsi və həmin rəngli sellofan torbada olan kağız bükümün içərisində olan qurudulmuş bitki kütləsi sellofan torbalarla və kağız bükümlə birlikdə elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 90 qram olması müəyyən edilmişdir. Həmçinin həmin bitki kütləsi elektron tərəzi vasitəsilə çəkilməmişdən qabaq Təqsirləndirilən şəxs rəngli sellofan torbaya əlini salaraq, orada olan qurudulmuş bitki kütləsindən götürüb, sellofan torbanın içərisində olan kağız bükümün içərisinə tökmüş, lakin Asluddinin həmin hərəkəti qurudulmuş bitki kütləsinin ümümi çəkisinə heç bir təsir etməmişdir. Çünki Təqsirləndirilən şəxs tərəfindən torbaya kənardan heç bir narkotik vasitə, hər hansı bitki kütləsi qoyulmamışdır. Daha sonra Təqsirləndirilən şəxs həmin qurudulmuş bitki kütləsini özü çəkib istifadə etdiyini bildirmiş, həmçinin qeyd etmişdir ki, 2019-cu ilin sentyabr ayında Balakən rayon Qullar kəndində dağ ərazisinə gəzməyə getdiyindən, orada bir ədəd narkotik tərkibli çətənə bitkisi ağacı görmüş, narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün özü çəkib istifadə etmək məqsədilə çətənə bitkisi ağacının üzərindən lazımı yerlərini yığaraq, öz həyətinə gətirirək, həyətdə qurutmuş və yaşadığı evdə olan yataq otağında saxlamışdır. Bu barədə hər hansı bir şəxsə deməmiş, heç kimə həmin narkotik vasitədən satmamış, pay verməmiş, satmaq fikri olmamış, özü çəkib istifadə etmək üçün qurutmuşdur. Bundan sonra həmin bitki kütləsi ağ rəngli kağız zərfə qoyularaq, qablaşdırılmışdır. Daha sonra baxış protokolu tərtib etmiş, protokolu ucadan oxumuş, baxışda iştirak edən Təqsirləndirilən şəxs və digər polis əməkdaşları ilə birlikdə protokolu imzalamışlar. Bundan başqa qeyd edilən tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq Balakən RPŞ-yə gətirilmiş, onun müdafəçisinin və digər polis əməkdaşlarının iştirakı ilə fasiləsiz videoçəkilişdən istifadə edilərək, üzərində şəxsi axtarış aparılmışdır. Lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qeyri qanuni predmet, əşya, yaxud narkotik vasitə aşkar edilməmişdir. Bu barədə protokol tərtib etmiş, tərtib edilmiş protokol tərəfindən ucadan oxumuş, Təqsirləndirilən şəxs və digər iştirakçılarla birlikdə protokolu imzalamışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən evdən götürülmüş narkotik vasitə qurudulmuş marixuana elektron tərəzi vasitəsilə çəkilmiş, məhkəmə-bioloji ekspertizasının rəyindən sonra isə rəngli sellofan torbanın içərisindəki qurudulmuş marixuananın təmiz çəkisi 35,56 qram olması müəyyən edilmişdir. O, həmin bitkiləri çəkərkən kağız zərflə sellofan torbalarla birlikdə çəkmişdir. Ekspert isə bitkilərin təmiz çəkisini müəyyən etmişdir. Çünki eskpertizada istifadə edilən tərəzilər daha düzgündür. Bundan başqa onun istifadə etdiyi tərəzilər dəqiq işləməyə də bilər. Ekspertin tərəzisi dəqiq və təmiz çəkini verdiyi üçün ekspertin verdiyi çəki əsaslı götürülməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci ildə Balakən rayon Qullar kənd sakini Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxlaması barədə Balakən RPŞ-yə məlumat daxil olmuş və həmin məlumat əsasında polis şöbəsinin rəhbərliyinin qanuna müvafiq göstərişinə əsasən Balakən RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1, kriminalist X16, təhqiqat qrupunun təhqiqatçısı Şahid3 ilə birlikdə ünvan 2 Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yol qapısının qarşısında dayanaraq, yaşadığı evdən onu çağırmışlar. Lakin Təqsirləndirilən şəxs evdən səslənərək, ayaqlarında ağrılar olduğunu, yeriməkdə çətinlik çəkdiyini, yola çıxa bilmədiyini bildirərək, yaşadığı evə yaxınlaşmaqlarını xahiş etmişdir. Daha sonra Asluddinin evinə yaxınlaşmış və Təqsirləndirilən şəxs barəsində üzərində və yaşadığı evində narkotik vasitə saxlaması barədə Balakən RPŞ-yə məlumat daxil olduğunu və həmin məlumat əsasında yaşadığı evinə, həyətyanı sahəsinə, yardımçı tikililərinə baxış keçirəcəklərini, həmçinin üzərində şəxsi axtarış aparılacağını bildirərək, bu barədə qərarı Təqsirləndirilən şəxs elan etmişlər. Təqsirləndirilən şəxs da qərarla tanış olduqdan sonra heç bir etirazının olmadığını bildirmiş və könüllü olaraq ərizə yazaraq, etirazının olmadığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətyanı sahəsində hər hansı bir qeyriqanuni predmet, qanunsuz əşya, yaxud narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs isə yaşadığı evində saxladığı narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra baxışda iştirak edən polis əməkdaşları ev sahibi Təqsirləndirilən şəxsla birlikdə yaşadığı evinə daxil olmuşlar. Həmin vaxt fasiləsiz videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə olan yataq otağı kimi istifadə etdiyi otağa keçmişlər. Otağa keçdikdə Təqsirləndirilən şəxs pəncərənin üzərində olan rəngli torbanı göstərmiş, həmin rəngli sellofan torbanın içərisinə baxdıqda içərisində qurudulmuş bitki kütləsinin olması müəyyən edilmişdir. Bundan başqa həmin rəngli sellofan torbanın içərisində bir ədəd göy rəngli sellofan torba, həmçinin də bir ədəd kağız büküm olmuşdur. Həmin göy rəngli sellofan torbanın içərisində və kağız bükümün içərisində də qurudulmuş bitki kütləsi olması müəyyən edilmişdir. Bundan sonra rəngli sellofan torbanın içərisində olan qurudulmuş bitki kütləsi, həmin rəngli sellofan torbanın içərisindəki göy rəngli sellofan torbanın içərisində olan bitki kütləsi və həmin rəngli sellofan torbada olan kağız bükümün içərisində olan qurudulmuş bitki kütləsi sellofan torbalarla və kağız bükümlə birlikdə elektron tərəzi vasitəsilə çəkildikdə, çəkisinin 90 qram olması müəyyən edilmişdir. Eksper rəyində həmin marixuananın ümumi təmiz çəkisinin 42,46 qram olması müəyyən edilmişdir. Həmin bitki kütləsi elektron tərəzi vasitəsilə çəkilməmişdən qabaq Təqsirləndirilən şəxs rəngli sellofan torbaya əlini salaraq, orada olan qurudulmuş bitki kütləsindən götürüb, sellofan torbanın içərisində olan kağız bükümün içərisinə tökmüş, lakin onun bu hərəkəti qurudulmuş bitki kütləsinin ümümi çəkisinə heç bir təsir etməmişdir. Çünki Təqsirləndirilən şəxs tərəfindən kənardan heç bir narkotik vasitə, hər hansı bitki kütləsi torbaya qoyulmamışdır. Təqsirləndirilən şəxs həmin qurudulmuş bitki kütləsini özü çəkib istifadə etdiyini, həmçinin 2019-cu ilin sentyabr ayında Balakən rayonu Qullar kəndində dağ ərazisinə gəzməyə gedərkən orada bir ədəd narkotik tərkibli çətənə bitkisi ağacı gördüyünü, narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün özü üçün çəkib istifadə etmək məqsədilə çətənə bitkisi ağacının üzərindən lazımı yerlərini yığaraq, öz həyətinə gətirirək, həyətdə qurutduğunu və yaşadığı evdə olan yataq otağında saxladığını bildirmişdir. Lakin bu barədə hər hansı bir şəxsə heç nə deməmiş, heç kimə həmin narkotik vasitədən satmamış, pay verməmiş, satmaq fikri olmamış, özü çəkib istifadə etmək üçün qurutmuşdur. Bundan sonra həmin bitki kütləsi ağ rəngli kağız zərfə qoyularaq, qablaşdırılmışdır. Daha sonra baxış protokolu tərtib edilmiş, protokol ucadan oxunmuş və protokol baxışda iştirak edən Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan başqa qeyd edilən tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq, Balakən RPŞ-yə gətirilmiş, müdafəçisinin və digər polis əməkdaşlarının iştirakı ilə fasiləsiz videoçəkilişdən istifadə edilərək üzərində şəxsi axtarış aparılmışdır. Lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qeyri-qanuni predmet, əşya, yaxud narkotik vasitə aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərtəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X5 da Şahid2 ifadəsində göstərdiklərini təsdiq edərək, ifadəsinin məzmununa uyğun ifadə vermişdir. İşin 8-10-cu vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxxx 2020-ci ildə, saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə fasiləsiz videoçəkilişdən istifadə edilərək özünün könüllü razılığı və iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yaşayış evində yataq otağında pəncərənin üzərində protokolda qeyd olunan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana götürülmüş, həmin vasitə tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni özü çəkib istifadə etdiyini bildirməklə 2019-cu ilin sentyabr ayında Balakən rayon Qullar kəndində olan dağ ərazisində yabanı halda bitmiş narkotik tərkibli bir ədəd çətənə bitkisinin üzərindən yığaraq əldə etdiyini, yaşadığı evə gətirdiyini və həyətində gizli şəkildə qurutduğunu, bu barədə heç kimə bir söz demədiyini, həmin narkotik vasitədən heç kimə vermədiyini, satış məqsədi olmadığını, narkotik vasitə olan marixuanadan istifadə etdiyini, özü çəkib istifadə etmək məqsədilə qurutduğunu sonra isə 02 ədəd sellofan torbaya və kağız bükümə qoyduğunu, yaşadığı evdə yataq otağında olan pəncərənin üzərində saxladığını bildirmiş, aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana fasiləsiz videoçəkilişdən istifadə edilməklə ağ rəngli kağız zərfdə möhürlənərək götürülmüşdür. İşin 25-27-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin üzərində axtarış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X3 yaşadığı evə öz könüllü razılığı və iştirakı ilə saat 12 radələrində baxış keçirilən zaman yaşayış evində olan yataq otağında pəncərənin üzərində protokoda qeyd olunan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmçinin üzərində şəxsi axtarış aparılmış, protokol tərtib olunub videoçəkiliş çəkilməklə 02 ədəd CD diski, cinayət işi üzrə təyin edilmiş məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarını rəyləri, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları iş materillarına əlavə edilmişdir. İşin 33-36-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 149 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində vətəndaş Təqsirləndirilən şəxs Qullar kəndində yaşadığı evdə aşkar edilmiş sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd (bir) rəngli sellofan torbanın içərisində, təmiz çəkisi-35,56 qram, həmin rəngli sellofan torbanın içərisində olan 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi-2,35 qram və 01 (bir) ədəd göy rəngli sellofan torbada təmiz çəkisi-4,55 qram, ümumi təmiz çəkiləri- 42,46 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 02 (üç) ədəd sellofan torbada və 01 ədəd kağız bükümdə olam olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd:a) Marixuanaların ümumi təmiz çəkisi-42,46 qram, tədqiqata sərf edildi-0,06 qram (hər obyektdən 0,02 qram), qalıq-42,40 qram. İşin 121-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 187 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhər görülür. İşin 20-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxx 2020-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma haqqında protokoldan görünür ki,xx xxxx 2020-ci-ci ildə saat 12:10-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 74-75-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin qərarla Motuxov X6 RPŞ-nin MSY-dən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və qərarın icrası Balakən RPŞ-yə həvalə edilmişdir. İşin 89-cu vərəqində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, ünvan 2 Təqsirləndirilən şəxs şübhəli bilindiyi cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərini ifşa etmək məqsədi ilə onun Balakən rayonu Qullar kəndində yerləşən yaşadığı binaya, o cümlədən yaşayış yerinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olmaqla baxış keçirilməsi barədə Balakən Rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı, polis baş leytenantı Şahid3 əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşin 102-ci vərəqində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-nin Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Motuxov X6 rayonu Qullar kəndində yaşayır. Himayəsində təqaüdçü anası, işləməyən qardaşı, 2002 və 2009-ci il təvəllüdlü iki oğlu vardır. İşin 101-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-in Qullar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 90-92-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsilə təqsirli bilinərək, 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 3186 saylı Əfv Fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1 maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 6 ay 10 gün vaxtından əvvəl şərti azad edilmişdir. İşin 94-99-cui vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 1(019)-52/2015 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 127.2.3-cü maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.2.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 7 (075)-182/2018 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək, o, cəzadan şərti olaraq 06 ay 10 gün vaxtından əvvəl azad edilmişdir. İşin 129-140-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin İB-nin sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, ibtidai istintaq zamanı Balakən RPŞ-nin TQ-nun təhqiqatçısı, polis baş leytenantı Şahid3 və Balakən KTQ-nin kriminalisti X16 şahid qismində dindirilərkən ifadələrində narkotik vasitə qurudulmuş marixuananın çəkisinin elektron tərəzi vasitəsilə çəkilərkən 0,09 kq, yəni 90 qram olmasına baxmayaraq texniki səhv olaraq 9 qram qeyd etmələrini bildirmələri və buna görə də Təqsirləndirilən şəxs yaşadığı evdən özünün iştirakı ilə götürülmüş narkotik vasitə qurudulmuş marixuananın elektron tərəzidə göstərilən ekspert rəyindən əvvəlki faktiki çəkisinin 90 qram olmasının nəzərə alınması qərara alınmış, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 42,46 qram çəkidə və məhkəmə-bioloji ekspertizasının rəyindən sonra faktiki çəkisi 42,40 qram olan narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən, həmçinin yaşayış evinə baxış keçirilərkən aparılmış videoçəkilişlər əks olunmuş 02 ədəd CD diski sübut kimi qiymətləndirilərək, cinayət işinə əlavə edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsinin doğum haqqında akt qeydindən xx xxx 2020-ci il tarixli, 432 №-li çıxarışından görünür ki, X8 xx xxxxxx 2009-cu il tarixdə doğulmuş, atası Təqsirləndirilən şəxs, anası Sahibova Sədaqət Ömər qızı göstərilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon X9 Hüquqi Şəxsinin xx.xx.2020-ci il tarixli, 164 №-li məktub-arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən 27.09.20-19-cu il tarixə qədər Balakən MRX-nın cərrahiyyə şöbəsində stasionar müalicədə olmuşdur. Diaqnoz:sağ bud sümüyünün aşağı 1/3-nin açıq qəlpəli yerdəyişən sınığı, sol incik sümüyünün başının yerdəyişən sınığı, sol diz oynağının lateral bağlarının üzülməsi, bud arteriyasının zədələnməsi, QKBT baş beyin silkələnməsi, hepatit C. Xəstə xx.xx.2019-cu il tarixdə ET Topçubaşov adına Cərrahiyyə İnstitutuna əlavə müalicə üçün göndərilmişdir. Hazırki cinayət işi üzrə məhkəmənin sorğusu əsasında qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki,

1. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1 və 9-cu maddələrində təsbit olunmuş ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 18 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma kimi qəbul oluna bilməz. Belə cəza əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymət olmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinin “heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz” tələbini pozmur. 2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qəsdən, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkünsübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar,təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsindəbu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumunislah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə himayəsində bir azyaşlı uşağın olmasını və sağ bud sümüyünün aşağı 1/3-nin açıq qəlpəli yerdəyişən sınığı, sol incik sümüyünün başının yerdəyişən sınığı, sol diz oynağının lateral bağlarının üzülməsi, bud arteriyasının zədələnməsi, QKBT baş beyin silkələnməsi, hepatit C xəstəliklərinin olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» xx xxx 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3. 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər bir təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. İş materiallarından görünür ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fərdi yaşayış evində narkotik vasitə əldə edilib saxlanması xx xxxx 2020-ci il tarixdə aşkar edilərkən onun yuxarıda istinad olunan ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsilə məhkum edilməsi ilə bağlı məhkumluq müddəti ödənilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istinad edilən narkotik vasitənin əldə edilib, daşınıb, saxlanmasının sonuncu dispozitiv hərəkəti olan saxlanma cinayət əməli məhz xx xxxx 2020-ci il tarixdə müəyyən edilməklə həmin tarixdə başa çatmışdır. Əks hal, yəni narkotik vasitənin əldə edilməsi və daşınması əməlinin başa çatması anından həmin vasitənin əldə edilib, daşınıb və saxlanması dispozitiv hərəkətlərinin cəmində ifadə edilən cinayətin başa çatma vaxtının müəyyən olunması təbii ki, təqsirləndirilən şəxsin vəziyyətinin ağırlaşdırılmasına səbəb olardı ki, bu da yolverilməzdir. Şübhəsiz, belə mövqe şəxsə ağır cəza verilməsinə səbəb olacaqdır ki, bu da qanunsuz cəzalandırmadır. Qanun isə hüquqi müəyyənlik prinsipinə cavab verməyən qanun normalarının tətbiqində aradan qaldırılmamış şübhələrin təqsirləndirilən şəxsin ziyanına şərh olunmasını və bu xüsusda onun qanunsuz cəzalandırılmasını qadağan edir. Birmənalı şəkildə qanunun tələbinə görə cinayət qanunvericiliyinin tətbiqində aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən bu Məcəllənin müddəalarına uyğun surtədə müvafiq hüquqi prosedura daxilində ittihamın sübutu yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və ya cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 7-ci maddəsinin 1-ci bəndinə (qanunsuz cəzalandırılmamaq hüququ) əsasən heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Habelə cinayət əməlinin törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətin təhlükəli residivini deyil, cinayətin residivini yaradır. Belə ki, iş materiallarından göründüyü kimi, Motuxov X6 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 06 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, yəni cəzadan azad edildiyi vaxtdan 2 il keçməmiş hazırkı cinayət əməlini törətmişdir. Qanun normasının tələbinə görə onun əməlinin cinayətin residivini yaratması şübhəsizdir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratdığından ona Azərbaycan Respublikası CM-nin 65.2-c maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri əsasında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin onun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi tutulub həbsdə saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratdığından və əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə uyğun olaraq o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alınacağı hazırki hökmün çıxarıldığı gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 187 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müa6licəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məxcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon X9 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri olan 34.55 (otuz dörd manat 55 qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan 42,46 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 42,40 qramıməhv edilməli, Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən və yaşayış evinə baxış keçirilərkən aparılmış videoçəkilişlər əks olunmuş 02 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0.2-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Azərbaycan Respublikası CPM-nin 132.0.5-ci maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlınılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarında olan vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatda və ittiham aktında fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 23 iş saatı vaxt sərf etməsi göstərilmişdir. Məhkəmə hesabatı iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, həmin hesabat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, müdafiəçinin təqsirləndirilən şəxsə məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımın hesabatda göstərilən vaxtı ağlabatandır və əsaslıdır. İş materiallarından həmçinin görünür ki, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 138 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat, cəmi 186 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********,kod 200695,Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqimüəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla onun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon X9 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə 34.55 (otuz dörd manat 55 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan 42,46 qram çəkidə narkotik vasitəqurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 42,40 qramı məhv edilsin; Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən və yaşayış evinə baxış keçirilərkən aparılmış videoçəkilişlər əks olunmuş 02 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 138 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat, cəmi 186 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********,kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Z.C.Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar