Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-27/2021 18.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X17 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, müdafiəçilər-Balakən rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə Təqsirləndirilən şəxs2 - xx xxxxxx 1997-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər Balakən Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsilə 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməyən, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs1-xx xxxx 1995-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Balakən Rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan, hazırda cəza çəkən, 14 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu gündən cəzasının icrası dayandırılmış, Balakən şəhəri Heydər Əliyev prospekti ev 35 mənzil 10-da qeydiyyatda olan, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qəsdən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 yanvar 2021-ci il tarixdə saat 21 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 məxsus saxlanc yeri hesab edilən evinin pəncərəsindən qanunsuz daxil olub evin birinci mərtəbəsində yerləşən otaqdan sonuncunun mülkiyyətində olan bir ədəd dəyəri 70 (yetmiş) manat olan 12 bölümlü elektriklə işləyən qızdırıcı radiatoru (yağ), bir ədəd 40 (qırx) manat dəyərində plastik boru yapışdıran elektrik ütüsünü və bir ədəd 50 (əlli) manat dəyərində hidroforlu su mühərrikini gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs3 cəmi olaraq 160 (bir yüz altmış) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa onlar təkrarən 06 yanvar 2021-ci il tarixdə saat 23 radələrində qəsdən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri hesab edilən evinə ev sahiblərinin evdə olmadıqları müddətdə evin pəncərəsindən qanunsuz olaraq daxil olub evin birinci mərtəbəsində yerləşən otaqdan sonuncunun mülkiyyətində olan bir ədəd 130 (bir yüz otuz) manat dəyərində 5 litr su tutumu olan latun materialdan ibarət üzəri naxışlarla bəzədilmiş odun samovarını və bir ədəd 15 (on beş) manat dəyərində nikel materialdan ibarət elektriklə işləyən tefal çayniki gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 cəmi olaraq 145 (bir yüz qırx beş) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təkrarən 08 yanvar 2021-ci il tarixdə saat 22 radələrində qəsdən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ünvan 5 ünvanda yerləşən X3 məxsus, saxlanc yeri hesab edilən evinin həyətinə ev sahiblərinin evdə olmadıqları müddətdə qanunsuz olaraq daxil olub həyətdəki hamam otağından Zərərçəkmiş şəxs4 mülkiyyətində olan bir ədəd 50 (əlli) manat dəyərində göy rəngli hidroforlu su mühərrikini, evin pəncərəsindən evə daxil olmaqla yataq otağından bir ədəd 70 (yetmiş) manat dəyərində ağ rəngli “Termal” adda qazla işləyən su qızdırıcısını (pitiminutka) və qonaq otağından bir ədəd 250 (iki yüz əlli) manat dəyərində, 2020-ci ilin noyabr ayında alınmış “107” sm. diaqanal “Eurolux” markalı plazma televizoru gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs4 cəmi olaraq 370 (üç yüz yetmiş) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən 04 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Balakən rayonu Kortala kənd sakini X2 məxsus olan və ünvan 6 ünvanda yerləşən saxlanc yeri hesab edilən evinin həyətinə və evin pəncərəsindən mənzilin içərisinə ev sahiblərinin evdə olmadıqları müddətdə qəsdən tamah niyyətilə qanunsuz olaraq daxil olub Zərərçəkmiş şəxs1 mülkiyyətində olan həyətdəki 01 ədəd dəyəri 50 (əlli) manat olan hidroforlu su nasosunu, evdən 01 ədəd 70 (yetmiş) manat dəyərində su qızdırıcısını (pitiminutka), 01 ədəd 150 (bir yüz əlli) manat dəyərində 8-10 litr su tutumlu latun materialdan olan köhnə odun samovarını, 01 ədəd 50 (əlli) manat dəyərində elektron təzyiq ölçən aparatı və 10 (on) manat dəyərində 1 kq. tutumda şüşə qabda olan qoz mürəbbəsini gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs1 cəmi olaraq 330 (üç yüz otuz) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən cinayət əməllərini törətmələri məhkəmə iclasında özlərinin səmimi etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sənədlərin tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrilə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən şəhəri Rəsul Rza küçəsi 24 saylı ünvanda atası X19, anası X8 və 14 yaşlı bacısı Havva ilə birlikdə yaşayır, hazırda heç bir yerdə işləmir. Balakən Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə məhkum olunmuş və ona 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. 26.10.2020-ci il tarixdə cəzası başa çatmışdır. Təqsirləndirilən şəxs1 qonşu küçədə yaşayır və onunla yaxın münasibəti var. 2021-ci ilin yanvar ayının 5-də küçədə görüşdükləri zaman ona təklif etmişdir ki, uzaq qonşuluqda yaşayan Kifayət adlı qadının evində heç kim yoxdur və onun evindən oğurluq etsinlər. Hər ikisinin xərclik pulu olmadığından Elçin onunla razılaşmışdır.Həmin məqsədlə 2021-ci ilin yanvar ayının 5-də saat təxminən 21 radələrində hər ikisi Kifayətin hasarından onların həyətinə girmişlər. Sonra onun evinin plastik pəncərəsini əvvəlcədən özləriylə götürdükləri dəmir alətlə açaraq hər ikisi evə daxil olublar. Evdə alışqanın işığıyla bir qədər ətrafa nəzər salıblar. Kifayətin evindən bir ədəd elektrik qızdırıcısını (radiator), bir ədəd boru yapışdıran santexnik ütüsünü və bir ədəd su motorunu oğurladıqdan sonra evi tərk etmişlər. Oğurladıqları əşyaları yaxınlıqdakı dağın kənarında gizlətmişlər ki, gələcəkdə müştəri tapıb satsınlar. Sabahı gün 06 yanvar 2021-ci il tarixdə Elçinlə birlikdə uzaq qonşuluqda yaşayan Ayşə xalanın evindən oğurluq etmək qərarına gəlmişlər. Həmin fikirlə gecə saat 23 radələrində hasardan aşıb Ayşə xalanın həyətinə girmişlər və eyni üsulla, yəni özlərində olan dəmir açarla evin plastik pəncərəsini açmaqla evə daxil olub oradan 1 ədəd od samovarını və 1 ədəd tefal çayniki oğurladıqdan sonra evi tərk etmişlər. Oğurladıqları samovarı Balakən avtovağzalının qarşısında ərzaq dükanı işlədən Sevda xalaya 14 manata satmışdır. Yəni həmin dükana olan 5 manat borcunun və əlavə götürdüyü 10 manat dəyərində ərzağın əvəzinə samovarı ona vermişdir. Oğurladıqları samovara görə Elçinə 7 manat pul vermişdir. Bundan iki gün sonra uzaq qonşuluqda yaşayan Xuraman kimi tanıdıqları, evində hazırda heç kimin yaşamadığını bildikləri qadının evinə eyni üsulla, yəni hasardan aşaraq evin ağac pəncərəsinin şüşəsini çıxarmaqla evə daxil olmuşlar və evdən 1 ədəd “Eurolux” markalı plazma televizoru, 1 ədəd su qızdırıcısını (pitiminutka) və həyətdəki hamamdan 1 ədəd su motorunu (gidrafor) oğurladıqdan sonra həyətdən çıxmışlar. Oğurladıqları televizor Elçinin payına, su qızdırıcısıyla, su motoru isə, özünün payına düşmüş, Elçinlə bölüşərək razılaşmışlar. Oğurladıqları su qızdırıcısını və su motorunu sabahı gün yalnız adını bildiyi Balakən şəhər sakini olan İlqar adlı şəxsə 40 manata satmışdır. İlqara həmin əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğunu bildirərək satmışdır. Pulunu isə, öz tələbatı üçün xərcləmişdir. Elçinlə ilk olaraq Kifayətin evindən oğurlayaraq dağın yaxınlığında gizlətdikləri su motorunu, elektrik qızdırıcısını və boru yapışdıran elektrik ütüsünü razılaşıb bölmüşlər. Həmin əşyalardan özünə düşən elektrik qızdırıcısını (radiator) və kapron boru yapışdıran elektrik ütünü götürmüş, elektrik kapron boru yapışdıran ütünü Balakən şəhərində Süleyman adlı su idarəsində işləyən şəxsə 20 manata, elektrik qızdırıcısını, yəni radiatoru oğurladıqları samovarı satdığı avtovağzalın yaxınlığında dükanda işləyən Sevdaya 30 manata satmışdır.Elçin özünə düşən oğurladıqları əşyaları hara etdiyini bilmir. Elçinlə birlikdə 2021-ci ilin yanvar ayının 5-dən 8-nə kimi olan müddətdə, yəni başqa-başqa tarixlərdə ilk olaraq Kifayətin evindən 1 ədəd qızdırıcı radiatoru, 1 ədəd boru yapışdıran elektrik ütüsünü və 1 ədəd su motorunu (gidrafor), bundan sonra Ayşə xalanın evindən 1 ədəd od samavarını və 01 ədəd elektrik çaynikini (Tefal), Xuraman adlı qadının evindən isə 1 ədəd “Eurolux” markalı geniş ekranlı plazma televizoru, 1 ədəd su qızdırıcısını (pitiminutka) və həmin evin həyətindəki hamamdan 1 ədəd su motorunu (gidrafor) oğurlamışlar. Başqa oğurluqlar etməyib. Oğurluq etməkdə məqsədi imkansızlıq ucbatından pul əldə etmək olmuşdur. Həmin oğurluqları etdikləri evlərdə yaşayış olmadığını bildikləri üçün gecə saatlarında evlərə girərək oğurluq etmişlər. Elçinin Ramazan adlı şəxsin qızının evindən oğurluq etməsi haqda heç bir məlumatı olmayıb, Elçin özü bu haqda ona bildirməyibdir. Törətdiyi əməllərindən peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxslərlə barışmışlar,onlara dəymiş ziyanı tam ödəmişlər. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayətləri və tələbləri yoxdur. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən şəhəri Heydər Əliyev prospekti ev 35 mənzil 10-da qeydiyyatda olsa da, hazırda ünvan 2 ünvanda özlərinə məxsus olan evdə anasi X9, arvadı X6 və 3 yaşlı qızı X12yla birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir. Əvvəllər Balakən Rayon Məhkəməsinin 28.07.2020ci il tarixli hökmüylə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub, həbs edilənə kimi cəza çəkmişdir. Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır, qonşu küçədə yaşayır. Onunla aralarında heç vaxt düşmənçilik və ədavət olmamışdır. Təxminən 2021-ci ilin yanvar ayının ilk günlərində Təqsirləndirilən şəxs2lə küçələrində görüşdükləri zaman Fərid təklif etmişdir ki, pulsuzduqdur və evlərə girib oğurluq etsinlər. Maddi imkanı olmadığı üçün Fəridin təklifiylə razılaşaraq oğurluq etmək qərarına gəlmişlər. İlk dəfə 2021-ci ilin yanvar ayının 5-də uzaq qonşuluqda yaşayan Kifayətin evinə girib oğurluq etmək qərarına gəlmişlər. Çünki biliblər ki, Kifayətin evində heç kim olmur. Həmin tarixdə saat təxminən 21 radələrində Kifayətin həyətinin daş hasarından aşıb keçməklə onun həyətinə girmişlər. Sonra o, özləriylə götürdükləri dəmir açarla evin plastik pəncərəsini açmış və hər ikisi evin pəncərəsindən evin 1-ci mərtəbəsinə daxil olmuşlar. Sonra özlərində olan alışqanın işığında evə nəzər salaraq evdən bir ədəd elektrik qızdırıcısını (radiator), 1 ədəd boru yapışdırmaq üçün nəzərdə tutulan elektrik ütüsünü və 1 ədəd su motorunu oğurlayıb evi tərk etmişlər. Oğurladıqları əşyaları evlərinə yaxın olan dağın kənarında gizlətmişlər ki, gələcəkdə müştəri tapıb satsınlar. Sonrakı gün, 06 yanvar 2021-ci il tarixdə birlikdə uzaq qonşuluqda yaşayan Ayşə xalanın evindən oğurluq etmək qərarına gəlmişlər. Həmin fikirlə gecə saat 23 radələrində hasardan aşıb Ayşə xalanın həyətinə girib özlərində olan dəmir açarla evin plastik pəncərəsini açmaqla evə daxil olub oradan 1 ədəd od samovarını və 01 ədəd elektrik çaynikini (Tefal) oğurladıqdan sonra evi tərk etmişlər.Oğurladıqları samovarı Fərid Balakən avtovağzalının qarşısında ərzaq dükanı işlədən Sevda xalaya 14 manata satdığını ona bildirmişdir. Həmin pulu öz aralarında bölmüşlər. Fərid ona samovarın pulundan 7 manat pul vermişdir. Bundan iki gün sonra, 08 yanvar 2021-ci il tarixdə saat 22 radələrində uzaq qonşuluqda yaşayan Xuraman kimi tanıdıqları, evində yaşayış olmadığını bildikləri qadının evinə hasardan aşaraq həyətə keçib evin ağac pəncərəsinin şüşəsini çıxarmaqla evə daxil olub evdən 1 ədəd “Eurolux” markalı plazma televizoru, 1 ədəd su qızdırıcısını və həyətdəki hamamdan 1 ədəd su motorunu oğurladıqdan sonra evdən çıxmışlar. Oğurladıqları televizor onun payına, su qızdırıcısıyla su motoru isə Fəridin payına düşmüşdür. Səhəri günü oğurladıqları televizoru 52 manata tanımadığı Balakən rayonu Hənifə kənd sakininə satmışdır.Bundan əlavə tək özü Fəridə bildirmədən uzaq qonşuluqda yaşayan Ramazan adlı şəxsin qızının yaşayış olmayan evinə girərək oğurluq etmişdir. Ramazanın evində heç kimin olmadığını bildiyi üçün qərara gəlmişdir ki, onun evindən oğurluq etsin. 04 yanvar 2021-ci il tarixdə axşam saat 23 radələrində Ramazanın həyət hasarından aşaraq onun həyətinə keçib evin plastik pəncərəsini özüylə əvvəlcədən götürdüyü vintaçan ilə açdıqdan sonra evə daxil olub. Əlindəki alışqanın işığından istifadə etməklə evdən 1 ədəd od samovarını, 1 ədəd su qızdırıcısını, 1 ədəd təzyiq ölçən aparatı və 1 ədəd xırda şüşə qabda olan qoz mürəbbəsini oğurladıqdan sonra evin həyətinə düşüb və həyətdəki su çəninin yaxınlığındankı 1 ədəd su motorunu oğurladıqdan sonra oranı tərk edib. Həmin oğurladığı əşyaları evlərinə yaxın olan dağın kənarında gizlədib. Oğurladığı mürəbbəni küçədə yeyib şüşə balonu atıb. Ancaq həmin oğurladığı əşyaları sata bilməyib. Dağın yaxınlığında özü tək Ramazanın qızının evindən oğurlayaraq gizlətdiyi əşyalara baxdıqda görüb ki, həmin əşyalar gizlətdiyi yerdə yoxdur. Fəridlə ilk olaraq Kifayətin evindən oğurlayaraq dağın yaxınlığında gizlətdikləri su motorunu, elektrik qızdırıcısını və boru yapışdıran elektrik ütünü Fəridlə razılaşıb bölmüşlər. Həmin əşyalardan ona düşən su motorunu götürüb Balakən şəhərində Süleyman adlı su idarəsində işləyən şəxsə 23 manata satıb. Fərid özünə düşən oğurladıqları əşyaları hara etdiyini bilmir. Fəridlə birlikdə 2021-ci ilin yanvar ayının 5-dən 11-nə kimi olan müddətdə başqa-başqa tarixlərdə ilk olaraq Kifayətin evindən 1 ədəd qızdırıcı radiatoru, 1 ədəd boru yapışdıran elektrik ütünü və 1 ədəd su motorunu, bundan sonra Ayşə xalanın evindən 1 ədəd od samovarını və 1 ədəd elektrik çaynikini “Tefal”, Xuraman adlı qadının evindən isə, 1 ədəd “Eurolux” markalı plazma televizoru, 1 ədəd su qızdırıcısını və 1 ədəd su motorunu oğurlamışlar. 04 yanvar 2021-ci il tarixdə isə, özü tək Ramazanın evindən 1 ədəd od samovarını, 1 ədəd su qızdırıcısını, 1 ədəd təzyiq ölçən aparatı, 1 balon qoz mürəbbəsini və 1 ədəd su motorunu oğurlayıb. Başqa oğurluqlar etməyib. Oğurluq etməkdə məqsədi pul əldə etmək olmuşdur. Oğurluq etdikləri evlərdə yaşayış olmadığını bildikləri üçün gecə saatlarında evlərə girərək oğurluqlar etmişlər. Törətdiyi əməllərindən peşmandır.Bir daha belə əməllərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxslərlə barışmışlar,onlara dəymiş ziyanı tam ödəmişlər. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlər və tələbləri yoxdur. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, ünvan 3 ünvanda qeydiyyatda olsa da, uzun müddətdir ki, övladları ilə birlikdə Bakı şəhərində yaşayır. ünvan 3 ünvanda yerləşən evləri bağlı olur, evlərində heç kim yaşamır. 14 yanvar 2021-ci il tarixdə Balakən rayon polis şöbəsindən ona məlumat verilmişdir ki, evindən oğurluq ediblər. 15 yanvar 2021-ci il tarixdə Balakən rayonuna gəlib evinə baxdıqda ona məlum olmuşdur ki, evinin plastik pəncərəsindən evə daxil olan şəxslər evin birinci mərtəbəsində olan otaqdan bir ədəd təxmini 100 (bir yüz) manat dəyərində qızdırıcı elektrik radiatoru, bir ədəd 200 (iki yüz) manat dəyərində kapron boru yapışdıran elektrik ütüsünü və bir ədəd 50 (əlli) manat dəyərində su motorunu oğurlayıblar. 15.01.2021-ci il tarixdə Balakən rayon polis şöbəsinə gəlib ərizəylə müraciət edərək evindən oğurluq edən şəxslərin müəyyən edilib barələrində qanuni tədbir görülməsini xahiş etmişdir. Polis şöbəsində ona məlum olmuşdur ki, evindən oğurluq edən şəxslər uzaq qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1dur. Evindən hansı tarixdə oğurluq olunduğunu dəqiq bilmir, ancaq oğurluq olunması barədə ona 14 yanvar 2021-ci il tarixdə məlumat verilmişdir. Ona məxsus evin birinci mərtəbəsindən bir ədəd təxmini 100 (bir yüz) manat dəyərində qızdırıcı elektrik radiatoru, bir ədəd 200 (iki yüz) manat dəyərində kapron boru yapışdıran elektrik ütü və bir ədəd 50 (əlli) manat dəyərində su motoru oğurlanıb. Oğurluq nəticəsində ona 350 (üç yüz əlli) manat məbləğində maddi zərər vurulmuşdur. Ona dəymiş zərər tam ödənmişdir. Onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərdi ki, ünvan 9 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda Türkiyə Respublikasında yaşayan bacısı X3 məxsus olan və Balakən şəhəri Qafqaz küçəsində yerləşən ev qonşuluqda yerləşir. Həmin evdə hazırda yaşayış olmadığı üçün evə özü baxıb nəzarət edir. Evin həyətinə qonşu Vidadi nəzarət edir. 11 yanvar 2021-ci il tarixdə səhər saatlarında bacısı Xuramanın evinin həyətinə baxan Şahid4 ona bildirmişdir ki, evin pəncərəsi açıq vəziyyətdədir. Vidadi ilə birgə həyətə baxdıqda görmüşdür ki, evin bir pəncərəsi açıq vəziyətdədir, həmçinin həyətdəki hamam otağının qapısının cəfdəsi yerindən çıxmış haldadır. Hamam otağına nəzər saldıqda görmüşdür ki, orada olan su motoru (gidrafor) yerində yoxdur. Həmin motor bərkidilmiş hissədən açılaraq oğurlanmışdır. Evin pəncərəsi açıq olduğu üçün bacısı Xuramanın qudası Şahid5 çağırıb, çünki evin açarı onda qalmışdır. Zamir gəldikdən sonra evə baxdıqda görmüşlər ki, evin qonaq otağında divara bərkidilmiş 01 ədəd 107 diaqanal “Eurolux” markalı plazma televizor və evin digər otağında olan su qızdırıcısı (pitiminutka) yerində yoxdur. Bu barədə dərhal 102 xidmətinə məlumat verib, sonra bu barədə Balakən rayon polis şöbəsinə şikayət ərizəsiylə müraciət etmişdir. Evin pəncərəsindən daxil olan şəxslər evin qonaq otağında divara bərkidilmiş 01 ədəd 107 diaqanal “Eurolux” markalı, 2020-ci ilin noyabr ayında 730 manata alınmış plazma televizoru və evin digər otağında kağız qutuda saxlanılmış 01 ədəd 135 manat dəyərində “Termal” adda qazla işləyən su qızdırıcısı (pitiminutka) və bir il əvvəl 95 manata alınmış, hamam otağında istifadə edilən su motoru (gidrafor) oğurlanmışdır. Oğurluq nəticəsində cəmi 960 manat məbləğində maddi zərər vurulmuşdur. Sonra məlum olmuşdur ki, oğurluq edən şəxslər qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1dir. Bacısı Xuraman 2020-ci ildə Türkiyəyə getməzdən əvvəl evi və evdə olan əşyaları ona tapşırmışdır. Həm də, bacısı Xuramanla razılaşmışlar ki, evdən və evin əyalarından istifadə edə bilər. Bu səbəbdən evə və əşyalara dəymiş zərəri bacısı ondan tələb edəcəkdir. Həmin səbəbdən oğurluq barədə rəsmi müraciət etmişdir. Xuramanın qudası Zamir evdən Bakı şəhərində yaşayan qızının, yəni Xuramanın gəlininin əşyalarını götürmək üçün 2020-ci ilin dekabr ayının sonlarında ondan evin açarlarını istəmişdir. Həmin dövrdən açar Zamirdə qalmışdır, özü də, ona bildirmişdir ki, əşyaları evdən götürdükdən sonra açarı geriyə qaytarar. Həmin vaxtdan sonra Zamiri görə bilmədiyi üçün evin açarı bir müddət onda qalmışdır. Evdən oğurluğun hansı tarixdə olunduğunu dəqiq bilmir, ancaq evdən oğurluq olması haqda 11 yanvar 2021-ci il tarixdə bilmişdir. Onlara dəymiş zərər tam ödənmişdir. Onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, ünvan 10 ünvanda nəvələri ilə birlikdə yaşayır. Əri uzun müddətdir ki, vəfat edibdir. ünvan 4 ünvanda yerləşən şəxsi evləri var. Hazırda həmin ev tam təmir edilmədiyindən orada heç kim yaşamır.14 yanvar 2021-ci il tarixdə qeyd olunan evə gedib orada təmizlik işləri apardığı zaman evin birinci mərtəbəsinin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Bu hal ona təəccüblü gəldiyi üçün evə nəzər salmış və görmüşdür ki, evin birinci mərtəbəsində olan, ona məxsus 5 litr tutumda qədim samovarı yerində yoxdur. Sonradan bilmişdir ki, həmçinin evindən su qaynatmaq üçün nəzərdə tutulan elektriklə işləyən çaynik (tefal) yerində yoxdur. Başa düşmüşdür ki, evin pəncərəsindən daxil olan şəxslər evin birinci mərtəbəsində olan samovarı və çayniki oğurlayıblar. Həmin tarixdə o, evindən oğurluq olunması haqqında Balakən rayon polis şöbəsinə ərizəylə müraciət etmişdir. Ona sonradan məlum olmuşdur ki, oğurluq edən şəxslər uzaq qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1dir. Evindən 2021-ci ilin yanvar ayının əvvəlində oğurluq edilib, ancaq bu barədə 14 yanvar 2021-ci il tarixdə bilmişdir. Evindən 01 ədəd 5 litr tutumda təxmini qiyməti 140 manat olan qədimi od samovarı və 01 ədəd nikkelli 15 manat dəyərində su qaynadan çaynik (Tefal) oğurlanmış və nəticədə ona 155 manat məbləğində maddi zərər dəymişdir. Ona dəymiş zərər tam ödənmişdir. Onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, Balakən rayonu Kortala kəndində ailə üzvləri ilə birlikdə yaşayır.X1 uzun müddətdir ki, ailəsiylə birlikdə Rusiya Federasiyasının Çita şəhərində yaşayır. Onlara məxsus olan və ünvan 6 ünvanda yerləşən evlərinə o, baxıb nəzarət edir. Adətən yay mövsümündə həmin evdə qalırlar, qışda isə, yaşadıqları Kortala kəndində olurlar. Ancaq tez-tez evə baş çəkirlər. 06 yanvar 2021-ci il tarixdə qızı Kənanənin evinə gəldikdə görmüşlər ki, evin plastik pəncərəsi acıq vəziyyətdədir. Evə və həyətə nəzər saldıqda görmüşlər ki, həyətdəki su çənində olan 01 ədəd su nasosu (gidrafor), evdən 1 ədəd qazla işləyən su qızdırıcısı (pitiminutka), 01 ədəd 10 litr tutumda qədimi odun samovarı, 1 ədəd təzyiq ölçən aparat və 1 kq. tutumda şüşə qabda olan qoz mürəbbəsi oğurlanmışdır. Bu barədə həmin tarixdə Balakən RPŞ-nə ərizə ilə müraciət etmişdir. İlkin olaraq dəqiq bilmədən ərizəsində 1 ədəd su nasosu və 1 ədəd su qızdırıcısının oğurlandığını göstərmişdir. Ancaq sonradan diqqətlə evə baxdıqda məlum olmuşdur ki, həyətdəki su çənində olan 01 ədəd su nasosu (gidrafor), evdən 1 ədəd qazla işləyən su qızdırıcısı (pitiminutka), 01 ədəd 10 litr tutumda qədimi odun samovarı, 1 ədəd təzyiq ölçən aparat və 1 kq. tutumda şüşə qabda olan qoz mürəbbəsi oğurlanmışdır. Bu barədə əri Ramazan əlavə olaraq ərizəsində göstərmişdir. Qızına məxsus evdən 1 ədəd 100 manat dəyərində qazla işləyən su qızdırıcısı (pitiminutka), 1 ədəd 100 manat dəyərində su nasosu (gidrafor), təxmini qiyməti 200 manat olan 10 litr tutumda qədimi odun samovarı, 1 ədəd 100 manat dəyərində elektron təzyiq ölçən aparat və 1 kq. tutumda 10 manat dəyərində şüşə qabda qoz mürəbbəsi oğurlanmış və nəticədə təxminən 510 manat dəyərində maddi zərər vurulmuşdur. Qızı Kənanə 2019-cu ilin yayında Rusiyaya getməzdən əvvəl evini və ev əşyalarını ona tapşırmışdır və bildirmişdir ki, evdən və əşyalardan tam şəkildə istifadə edə bilər. Ancaq qızı Kənanə ona bildirmişdir ki, evə və əşyalara cavabdeh olacaq, yəni evə və əşyalara hər-hansı bir zərər dəyərsə qızına özünün ödəyəcəyi ilə razılaşmışlar. Həmin səbəbdən oğurluq barədə bildikdə dərhal Balakən rayon polis şöbəsinə müraciət etmişdir. Onlara dəymiş zərər tam ödənmişdir. Onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Şərəbuddun qızının əri Şahid7 Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək ifadəsində onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Zərərçəkmiş şəxs4 ilə eyni məzmunlu ifadə verərək ifadəsində onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Balakən rayonu Hənifə kəndində valideynləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq çörək pulu qazanır. Təxminən 10 yanvar 2021-ci il tarixdə Balakən şəhərində olduğu zaman, sonradan adını bildiyi Elçin adlı şəxslə görüşdükdə sonuncu ona bildirmişdir ki, özünə məxsus plazma televizoru ucuz qiymətə satmaq istəyir, pula ehtiyacı var. Ona bildirmişdir ki, televizor lazımdır, almaq istəyir. Elçin bildirib ki, televizoru 70 manata satır. Ona bildirmişdir ki, cəmi 50 manat pulu var. Elçin 50 manatın ucuz olduğunu demişdir. Ona bildirmişdir ki, üstündə cəmi 53 manat pulu var. Belə dediyi halda Elçin onunla razılaşıb və onu tanımadığı evlərinə apararaq televizoru 53 manata ona satmışdır.Televizoru evinə aparmış, evdə televizor olmağına görə valideynləri onu danlayıblar və bildiriblər ki, televizoru geriyə qaytar. Ancaq həmin Elçin adlı şəxsi tapıb televizoru ona qaytara bilməmişdir. Bir neçə gün sonra ona məlum olmuşdur ki, həmin Elçin adlı şəxs ona satdığı televizoru oğurlayıb. Həmin televizoru Balakən rayon polis şöbəsinə gətirib təhvil vermişdir.O, televizoru aldıqda oğurluq yoluyla əldə olunan televizor olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Balakən rayonu Qullar kəndində ailə üzvləriylə birlikdə yaşayır. 1 ildən artıq müddətdir ki, Balakən şəhəri Heydər Əliyev prospektində Balakən avtovağzalıyla üz-üzə ərazidə yerləşən “Nuray” marketdə ticarətlə məşğul olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, onlar işlətdiyi marketin yaxınlığında yaşayırlar və hərdən dükandan alver edirlər. 2021-ci ilin yanvar ayının əvvəllərində xatırlamadığı tarixdə gündüz saatlarında Təqsirləndirilən şəxs2 dükana gələrək əlindəki, özünə məxsus istilik radiyatorunu satdığını bildirimişdir. İşlədiyi dükanda soyuq olduğu üçün istifadə etmək məqsədilə Fəriddən həmin radiatoru 30 manata almışdır. Bir neçə gün sonra Fərid dükana 1 ədəd köhnə od samovarını gətirərək dükana borclu olduğu 5 manatın əvəzinə və əlavə götürdüyü 10 manatlıq ərzağın əvəzinə vermişdir. Həmin samovarı Fərid 15 manata ona vermişdir. Fəriddən dönə-dönə samovarın və radiatorun kimə məxsus olmasını soruşmuşdur. Fərid isə, cavabında bildirmişdir ki, özlərinə məxsusdur, narahat olmasın. Onun belə dediyinə inanaraq radiatoru və samovarı Fəriddən almışdır. Ancaq sonradan ona məlum olub ki, Fəridlə Elçin həmin samovarı və qızdırıcı radiatoru oğurlayıblar, ancaq haradan oğurladıqlarını bilmir. Bu səbəbdən radiatoru və samovarı aparıb polis şöbəsinə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, ünvan 11 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, müvəqqəti olaraq işləmir.Təqsirləndirilən şəxs2 Balakən şəhər sakini kimi tanıyır, onunla yalnız salam-kalamı var, başqa münasibəti yoxdur. 2021ci ilin təxminən yanvar ayının əvvəllərində xatırlamadığı tarixdə Fəridlə Balakən şəhər ərazisində rastlaşdıqları zaman o, bildirmişdir ki, ehtiyacı olduğu üçün özünə məxsus olan su qızdırıcısını (pitiminutka) və su motorunu (gidrofor) satmaq istəyir. Ondan qeyd etdiyi əşyaların kimə məxsus olduğunu və hansı səbəbdən satmasını soruşduqda Fərid ona cavab olaraq bildirmişdir ki, özünə məxsusdur və imkansızlıq ucbatından, pula ehtiyacı olduğu üçün satmaq istəyir. Fərid ona bildirmişdir ki, həmin əşyaları sərfəli qiymətə verəcəkdir. Fəridi tanıdığı üçün ona inanıb ondan 1 ədəd su qızdırıcısını (pitiminutka) və 1 ədəd su motorunu (gidrafor) cəmi 40 manat pula razılaşaraq almışdır. Həmin əşyaları evdə gərək olar deyə saxlamışdır. Bir neçə gün sonra polis əməkdaşları onu soruşub bu barədə maraqlandıqda hər bir halı olduğu kimi danışmış və Fəriddən aldığı su qızdırıcısı və su motorunu gətirib təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, ünvan 12 ünvanda ailə üzvləriylə birlikdə yaşayır, 3-cü qrup Qarabağ müharibəsi əlilidir. “Azərsu birləşmiş Balakən rayonu 6 saylı su-kanal idarəsində” kanalizasiya ustası vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Balakən səhər sakini kimi çoxdan tanıyır, onlarla yalnız şəhər sakini kimi münasibəti vardır.Balakən şəhəri ərazisində çox insanların evlərində və həyətlərində su-kanalizasiya və santexnika təmiri işləri görür. 2021-ci ilin təxminən yanvar ayının əvvəllərində xatırlamadığı tarixdə Elçinlə şəhər ərazisində rastlaşdıqları zaman o, bildirmişdir ki, ehtiyac ucbatından özünə məxsus olan su motorunu (gidrofor) satmaq istəyir. Həmin sahənin mütəxəssisi olduğu üçün ondan xahiş etmişdir ki, həmin su motorunu ondan alsın. Fikirləşmişdir ki, həmin motor ona təmir işlərində lazım olar. Ancaq Elçinə bildirmişdir ki, hazırda pulu yoxdur. Elçin ona bildirmişdir ki, aşağı qiymətə motoru ona satacaq. Ondan motoru hansı qiymətə satmaq istədiyini maraqlandıqda Elçin bildirmişdir ki, motoru 30 manata sata bilər. Elçindən motorun kimə məxsus olmasını soruşduqda Elçin qətiyyətlə bildirmişdir ki, motor özünündür, pula ehtiyacı olduğu üçün satmaq istəyir. Elçinə üstündə cəmi 23 manat pul olduğunu demiş,Elçin onunla razılaşaraq həmin su motorunu (Gidrafor) 23 manata ona satmışdır. Həmin motorun işlək olub-olmamasını Elçindən soruşduqda Elçin demişdir ki, motor saz və işlək vəziyətdədir. Həmin motoru yoxlamadan ondan almışdır. Ancaq bir neçə gün sonra Elçindən aldığı motoru yoxladıqda bilmişdir ki, motor yararsız vəziyətdədir, nasazdır. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, özünə məxsus kapron boru yapışdıran ütünü satmaq istəyir. Fərid ona həmin ütünü almağını təklif etmişdir. Ona bildirmişdir ki, ütü özünündürsə və yaxşı vəziyətdədirsə razılaşsalar alar. Fərid bildirmişdir ki, ütü özünündür və yaxşı vəziyyətdədir. Onunla razılaşdıqdan sonra həmin ütünü ondan 20 manata almışdır. Ancaq sonradan ütüyə diqqətlə baxdıqda bilmişdir ki, ütü suda çox qalıb. Ütünü yoxlamaq üçün cərəyana qoşduqda ütü yağış sularında çox qaldığı üçün tüstüləyərək yanmışdır. Sonra bir neçə gün Elçinlə Fəridi axtarmışdır ki, onlardan aldığı su motoru və kapron boru yapışdıran ütünü geriyə qaytarıb onlardan pulunu geriyə istəsin. Ancaq onları tapa bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Elçin və onun dostu Fərid oğurluq etdikləri üçün polis tərəfindən saxlanılıblar. Başa düşmüşdür ki, Elçin və Fərid ona satdıqları su motorunu və ütünü oğurlayıblar. İşin 1-ci cild 7-18-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 11 yanvar 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, ünvan 5 ünvanda yerləşən, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış vət. Zərərçəkmiş şəxs4 Türkiyə Respublikasında yaşayan bacısı X3 məxsus yaşayış evinə baxış keçirilərkən müəyyən edilmişdir ki, yaşayış evi bir mərtəbəli olmaqla iki otaqdan ibarətdir. Yaşayış evi küçə qapısından daxil olduqda solda yerləşir. Evin sol tərəfdən dördüncü pəncərəsi və pəncərənin üzərində olan jalyüz açıq vəziyyətdədir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs4 evin həyətində yerləşən hamam otağını göstərərək qapı qıfılını sındırmaq yolu ilə daxil olan şəxsin hamamdan 1 ədəd su matorunu oğurladığını bildirdi. Baxış zamanı hamam otağının qapısındakı qıfılın bağlamaq üçün olan dəmirin yerindən qoparıldığı aşkar edildi. Evə baxış zamanı pəncərədən daxil olan naməlum şəxs tərəfindən evin sağ hissəsində yerləşən qonaq otağındakı 1 ədəd “Eurolux” markalı plazma televizorun və evin sol hissəsindəki yataq otağında saxlanılan 1 ədəd su qızdırıcısının oğurlandığını bildirdi. Yaşayış evində və evin həyətyanı sahəsində eləcə də, küçədə kamera müşahidə sistemi yoxdur. Hadisə yerinə baxış zamanı 5 ədəd əl-barmaq izləri götürülmüşdür. Zərərçəkmiş şəxs4 evdən və evin həyətindən başqa hər hansı bir əşyanın oğurlanmadığını demişdir. Hadisə yerinə baxış keçirilərkən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İştirakçılar tərəfindən baxış zamanı vəsatət və şikayət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 1-ci cild 47-50-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 14 yanvar 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki,ünvan 4 ünvanda yerləşən, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış vət. Zərərçəkmiş şəxs2 məxsus olan yaşayış evinə baxış keçirilərkən Zərərçəkmiş şəxs2 bildirib ki, 14.01.2021-ci il tarixdə yaşayış olmayan evində səhər saatlarında təmizlik işləri gördüyü zaman evin birinci mərtəbəsinin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görüb evə baxdıqda evin birinci mərtəbəsində olan 01 ədəd 140 manat dəyərində olan odun samovarının oğurlandığını bilib bu barədə Balakən RPŞ-yə ərizəylə müraciət etmişdir. Evin həyətinə küçədən daxil olduqda sağda iki mərtəbəli yaşayış evi yerləşir. Evin dəmir qapısı açılaraq birinci mərtəbəyə daxil olduqda evin təmirsiz və səliqəsiz olduğu müşahidə edilir. Zərərçəkmiş şəxs2 bildirmişdir ki, evin yan pəncərəsindən daxil olan şəxslər birinci mərtəbədə olan ona məxsus 01 ədəd 5 litr tutumda olan latun materialdan ibarət samovarı oğurlamışlar. Evdən əlavə hər hansı bir əşya oğurlanmamışdır.Hadisə yerinə baxış keçirilərkən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Əlavə iş üçün əhəmiyyət kəsb edə biləcək hallar müəyyən edilməmişdir. Həmçinin baxış zamanı hər hansı bir əhəmiyyət kəsb edə biləcək əşya və ya predmet aşkar edilib götürülməmişdir.Baxış keçirilməsi barədə protokol tərtib edildikdən sonra ucadan oxunmuş, iştirakçılar tərəfindən protokolun tərtibatı ilə bağlı əlavə və qeydlər olunmamışdır. Protokolun doğru olması hər bir iştirakçı tərəfindən imzalanmışdır. İşin 1-ci cild 83-88-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 06 yanvar 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanda yerləşən, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış vət. Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasında yaşayan qızı X2 məxsus yaşayış evidir. Evin həyətyanı sahəsinə küçə qapısından daxil olunduqda həyətdə sol tərəfdə su hovuzu, su çəlləyi, sağ tərəfdə isə bir mərtəbəli 5 otaqdan ibarət yaşayış evi yerləşir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirib ki, evin arxa pəncərəsindən daxil olan şəxslər mətbəxdə saxlanılan su qızdırıcısını, evin həyətyanı sahəsində olan 1 ədəd su matorunu oğurlayıblar. Evin açıq pəncərəsindən əl-barmaq izləri götürülmüşdür. Hadisə yerinə baxış keçirilərkən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Əlavə iş üçün əhəmiyyət kəsb edə biləcək hallar müəyyən edilməmişdir. Həmçinin baxış zamanı hər hansı bir əhəmiyyət kəsb edə biləcək əşya və ya predmet aşkar edilib götürülməmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edildikdən sonra ucadan oxunmuş, iştirakçılar tərəfindən protokolun tərtibatı ilə bağlı əlavə və qeydlər olunmamışdır. Protokolun doğru olması hər bir iştirakçı tərəfindən imzalanmışdır. İşin 1-ci cild 99-103 vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 15 yanvar 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanda yerləşən, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış vət. Zərərçəkmiş şəxs3 məxsus yaşayış evidir. Evin həyətyanı sahəsinə küçə qapısından daxil olduqda sağda 2 mərtəbəli yaşayış evi yerləşir. Evin qarşıdan sağ hissəsində yerləşən plastik pəncərəsi açıq vəziyyətdədir. Evin dəmirdən olan giriş qapısından daxil olduqda birinci mərtəbədə təmir işləri aparıldığı müşahidə edilir. Baxışda iştirak edən ev sahibi Zərərçəkmiş şəxs3 qeyd edərək bildirib ki, evdə müvəqqəti olaraq yaşayış yoxdur. 14.01.2021-ci il tarixdə evin plastik pəncərəsindən birinci mərtəbəyə daxil olan şəxslər evdən 01 ədəd elektriklə işləyən qızdırıcı radiatoru, 01 ədəd elektrik boru yapışdıran ütünü və 01 ədəd su matorunu (gidrafor) oğurlamışlar. Baxış zamanı Zərərçəkmiş şəxs3 qeyd olunan əşyaların saxlanıldığı evin birinci mərtəbəsini göstərərək bildirib ki, əşyalar evin birinci mərtəbəsində olub və evin qapıları kilidli vəziyyətdə idi. Evin birinci mərtəbəsində digər əşyalar da, olmasına baxmayaraq əlavə əşyaları oğurlanmayıb. Hadisə yerinə baxış keçirilərkən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Əlavə iş üçün əhəmiyyət kəsb edə biləcək hallar müəyyən edilməmişdir. Həmçinin baxış zamanı hər hansı bir əhəmiyyət kəsb edə biləcək əşya və ya predmet aşkar edilib götürülməmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edildikdən sonra ucadan oxunmuş, iştirakçılar tərəfindən protokolun tərtibatı ilə bağlı əlavə və qeydlər olunmamışdır. Protokolun doğru olması hər bir iştirakçı tərəfindən imzalanmışdır. İşin 2-ci cild 45-48-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş iş üzrə təyin olunmuş məhkəmə-əmtəəşunaslıq ekspertizanın 12 mart 2021ci il tarixli 9/1342 nömrəli rəyində göstərilmişdir ki; Ekspertiza tədqiqatına fotoşəkilləri (sənədləri) təqdim edilmiş və təqdim edilməyən malların orta istismar intevsivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1005,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin cədvəlində göstərilmişdir. Zərərçəkmiş şəxs3 yaşayış evindən oğurlanmış mallar; 1.12 bölümlü elektriklə işləyən 01 ədəd radiator (yağ)- 70 manat. 2.Plastik boru yapışdıran 01 ədəd elektrik ütüsü- 40 manat. 3.Hidroforlu 01 ədəd su mühərriki -50 manat. Cəmi 160,00 manat. Zərərçəkmiş şəxs2 yaşayış evindən oğurlanmış mallar; 1.5 litr su tutumu olan latun materialdan ibarət üzəri naxışlarla bəzədilmiş 01 ədəd odun samovarı- 130 manat. 2.Nikel materialdan ibarət elektriklə işləyən 01 ədəd Tefal çayniki -15 manat. Cəmi 145,0 manat. Zərərçəkmiş şəxs4 yaşayış evindən oğurlanmış mallar; 1.Göy rəngli hidroforlu 01 ədəd su mühərriki-50 manat. 2.Ağ rəngli “Termal” adda qazla işləyən 01 ədəd su qızdırıcısı (pitiminutka) -70 manat. 3.2020-ci ilin noyabr ayında alınmış “107” sm diaqanal “Eurolux” markalı 01 ədəd plazma televizor- 250 manat. Cəmi 370 manat. Zərərçəkmiş şəxs1 yaşayış evindən oğurlanmış mallar; 1.01 ədəd su qızdırıcısı (pitiminutka) -70 manat. 2.8-10 litr su tutumlu latun materialadan olan 01 ədəd köhnə odun samovarı-150 manat. 3.Hidroforlu 01 ədəd su nasosu- 50 manat. 4.Elektron təzyiq ölçən 01 ədəd aparat- 50 manat. 5.Şüşə qabda 1 kq qoz mürəbbəsi- 10 manat. Cəmi 330 manat. İşin 1-ci cild 59-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 14 yanvar 2021-ci il tarixli tutma protokolundan görünür ki,Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün şübhələnməyə əsas verən kifayət qədər dəlillər olduğundan sonuncu 14 yanvar 2021-ci tarixdə 15:30-də şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cild 74-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 14 yanvar 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün şübhələnməyə əsas verən kifayət qədər dəlillər olduğundan sonuncu 14 yanvar 2021-ci tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cild 172-174-cü vərəqələrində olan Balakən Rayon Məhkəməsinin 16 yanvar 2021-ci il tarixli 4(019)-8/2021-ci nömrəli təqsirləndirilən şəxs barəsində həbs növündə prosessual məcburiyyət tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 14 yanvar 2021-ci il tarixdən hesablanmışdır. İşin 1-ci cild 168-170-ci vərəqələrində olan Balakən Rayon Məhkəməsinin 16 yanvar 2021-ci il tarixli 4(019)-7/2021-ci nömrəli təqsirləndirilən şəxs barəsində həbs növündə prosessual məcburiyyət tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətə həbs qətiimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 14 yanvar 2021-ci il tarixdən hesablanmışdır. İşin 1-ci cild 238-239-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Elman oğlu Balakən Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 26.10.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İşin 1-ci cild 243-250-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli 1(019)-56/2020 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin 1-ci cild 240-241-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Yusifov X14 Rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinib, 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşldırılması cəzasına məhkum edilmişdir. İşin 1-ci cild 250-256-cı vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 28.07.2020-xci il tarixli 1(019)-56/2020 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşldırılması cəzasına məhkum edilmişdir. İşin 2-ci cild 43-cü vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra və Probasiya Şöbəsinin 157 nömrəli 12 mart 2021-ci il tarixli məktubundan görünür ki, Balakən Rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli 1(019)-56/2020 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 24 avqust 2020-ci il tarixdən məhkum kimi Balakən Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatına alınmışdır. Məhkum Təqsirləndirilən şəxs1 məhkəmə hökmü üzrə təyin edilmiş cəzanın müddətinin axımı onun saxlanıldığı və barəsində həbs qətimkan tədbirinin seçildiyi vaxtdan dayanmışdır. İşin 1-ci cild 214-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27.01.2021-ci il tarixli 271 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 13 ünvanda yaşayır, himayəsində işləməyən atası, anası, bacısı vardır. İşin 1-ci cild 215-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. İşin 1-ci cild 218-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 27.01.2021-ci il tarixli 269 nömrəli arayışdan görünür ki, Yusifov X14 şəhəri Qafqaz küçəsi 35 saylı ünvanda yaşayır, himayəsində işləməyən anası, bacı və qardaşları vardır. İşin 1-ci cild 221-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 06.01.2018-ci ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası X6 qeyd edilmişdir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 Möhmə qızının, Zərərçəkmiş şəxs4,şahidlər-Şahid1, Şahid2, Şahid3, Şahid4, Süleyman Müsalimovun və Şahid7 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllərdə öz təqsirlərini etiraf etmələrini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək saxlanc yerinə qanunsuz daxil olmaqla, təkrar özgənin əmlakını gizli olaraq talama cinayət əməllərini törətmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində, təkrar törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər həmin cinayətlərin törədilməsində təqsirlidirlər, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə cəzalanmalıdırlar. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və aradan qaldırılması Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs1 himayəsində br azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və aradan qaldırılması Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,eyni zamanda onun əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini, məhkumluğu ödənmədən hazırkı cinayət əməllərini törətməsini, yenidən ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 14 yanvar 2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda onun əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini, məhkumluğu ödənmədən hazırkı cinayət əməllərini törətməsini, yenidən ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Balakən Rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 14 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxslərə təyin edilmiş cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxslərin şəxsiyyətini, onların cəzadan azad edilmələri, barələrində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin ediləcək cəzanı çəkməlidirlər. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Az. MEM; VÖEN**********; AZ34CTRE********************, X5, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə vurulmuş ziyanın tam həcmdə ödənməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan, Zərərçəkmiş şəxs3 məxsus olan 01 ədəd elektriklə işləyən 12 bölümlü, 70 manat dəyərində qızdırıcı radiatorun, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 5 lirt tutumlu 130 manat dəyərində odun samovarının, Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 50 manat dəyərində göy rəngli hidroforlu su mühərrikinin, 01 ədəd 70 manat dəyərində qazla işləyən “Termal” adda su qızdırıcısının və 01 ədəd 250 manat dəyərində “Eurolux” markalı 107 sm diaqanal plazma televizorun sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 hazırki cinayət işi üzrə məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 12 iş saatı, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 15 iş saatı sərf etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-in 193.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 72 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 90 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, 2(iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 14 yanvar 2021-ci il tarixdən hazırki hökmün çıxarıldığı günə kimi tutulub həbsdə saxlandığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli 14 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, 2(iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin.Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Balakən Rayon Məhkəməsinin 28.07.2020ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 5 ay 05 günü CM-in 69.3-cü maddəsinə əsasən iki günə bir gün hesabı ilə azadlıqdan məhrumetmə cəzasına hesablanmaqla -9 ay 17 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və üzərində qəti olaraq 2(iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 14 yanvar 2021-ci il tarixdən hazırki hökmün çıxarıldığı günə kimi tutulub həbsdə saxlandığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli 14 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan, Zərərçəkmiş şəxs3 məxsus olan 01 ədəd elektriklə işləyən 12 bölümlü, 70 manat dəyərində qızdırıcı radiatorun, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 5 lirt tutumlu 130 manat dəyərində odun samovarının, Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 50 manat dəyərində göy rəngli hidroforlu su mühərrikinin, 01 ədəd 70 manat dəyərində qazla işləyən “Termal” adda su qızdırıcısının və 01 ədəd 250 manat dəyərində “Eurolux” markalı 107 sm diaqanal plazma televizorun sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli ) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Az. MEM; VÖEN: **********; AZ34CTRE********************,X5, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 72 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 90 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-27/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-27/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver