Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-28/2023 07.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, tərcüməçi X4, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə 7 iyul 1983-cü ildə Türkiyə Respublikasının Ankara şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, evli-himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, sürücü işləyən, məhkum olunmamış, Türkiyə Respulikası, Ankara şəhəri, Sincan ilçəsi, Ertoğrul Qazi yaşayış sahəsi, bina 3, mənzil 6 üvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda həbsdə saxlanılan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2 və 234.1-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, yerdən və mənbədən 2 ədəd sellofan bükümə qablaşdırılmış, şəxsi istehlak miqdarından artıq miqdarda, 1 bükümdə 3,33 qram həşiş qətranını və 14,75 qram qurudulmuş marixuana narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq qəsdən əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əynindəki alt paltarının ön tərəfinin içərisində yapışqanlı lentlə yapışdırıb saxlamış, idarə etdiyi “Volvo” markalı, 33EMU84/33EMU85 nömrə nişanlı yük avtomobili ilə Azərbaycan Respublikasına gələrkən özü ilə daşımış və 5 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən rayonunun inzibati ərazisində yerləşən “Mazımqara” gömrük postunda Azərbaycan Respublikasınin gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün ifadəsi, şahidlərin ifadələri, bilavasitə tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndlirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrilə elan olunmuş ittiham özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, Türkiyə Respublikasının vətəndaşıdır, arvadı və 2 azyaşlı uşaqları ilə birlikdə yaşayır. Təxminən 2 ildir ki, yük nəqliyyat vasitələri ilə xarici ölkələrə müxtəlif təyinatlı yüklər daşımaqla məşğul olur. Lakin ilk dəfədir ki, Azərbaycan Respublikasına gəlmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Volvo” markalı, 33EMU84/33EMU85 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Hollandiyadan “dərman” yükünü götürüb Azərbaycan Respublikasına gəlmək üçün yola düşmüş, yola düşməzdən əvvəl yük avtomobilləri üçün nəzərdə tutulan dayanacaqda Henk adlı hollandiyalı sürücü ilə tanış olmuş, iki gün yükü gözləmiş, həmin müddətdə Henklə münasibəti yaranmış, bir iki dəfə marixuana çəkmiş, sonra avtomobil yüklənmiş, Henk ona 2 bükümdə narkotik vermişdir. O, həmin yükü Bakı şəhərində yerləşən Ələt limanına aparırmış, Avropa ölkələrini maneəsiz və şəxsi yoxlama aprılmadan keçdikdən sonra, Türkiyə və Gürcüstan Respublikarını da keçib Azərbaycan Respublikasına gəlmək üçün «Mazımqara» gömrük postuna daxil olmuş, postun idxal gömrük nəzarəti xəttinə daxil olduqdan sonra nəqliyyat vasitəsinin sənədlərinin qeydiyyat işləri aparılmış, gömrük əməkdaşı tərəfindən it vasitəsilə nəqliyyat vasitəsinin çöl hissəsi yoxlanılmışdır. Sonra gömrükçü ona üzərində və nəqliyyat vasitəsində olan malları bəyan etməsini təklif etmiş, o, gömrükçüyə üzərində və nəqliyyat vasitəsində gizlədilmiş və bəyan olunmayan hər hansı bir əşya olmadığını bildirmiş, sonra gömrük əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin kabinasına gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı kabinada tullantıları yığmaq üçün istifadə etdiyi sellofan paketin içərisindən adətən kristal halda olan narkotik vasitələrin qəbul olunması zamanı istifadə olunan şüşə kolba aşkar edilmiş, gömrükçü həmin kolbanın nə üçün istifadə edildiyini ondan soruşmuş, həmin kolbanın kristal halda olan narkotik vasitələrin qəbulu zaman istifadə olunduğunu bildirmişdir. Həmin kolbanı Bolqarıstanda tır parkında olarkən nəqliyyat vasitəsinin yanında olan digər nəqliyyat vasitəsinin Bolqar əsilli sürücüsü ilə birlikdə nahar etdikdən sonra həmin sürücünün verdiyini bildirmiş, ona maraqlı gəldiyi üçün həmin kolbanı sürücüdən götürmüş, gömrükçü tərəfindən müəyyən sənədlər tərtib edilərək həmin kolba götürülmüşdür. Gömrükçü onu gömrük postunun şəxsi yoxlama otağına dəvət etmiş, üzərində şəxsi yoxlama keçiriləcəyini söyləmişdir. Şəxsi yoxlamaya başlanılmazdan əvvəl gömrükçü ona üzərində olan əşyaları çıxarıb təqdim etməsini təklif etmiş, o, üzərindəki şalvarın ciblərindən pul qabını və “Samsung Galaxy A 21” markalı mobil telefonunu çıxarıb təqdim etmiş, gömrükçü tərəfindən pul qabına baxış keçirilmiş, içərisində 2575 Türkiyə lirəsı, 750 ABŞ dolları, 115 Avro, 130 Gürcüstan larisi məbləğində pul vəsaitləri, 1 ədəd plastik nəqliyyat kartı, 2 ədəd plastik pul kartı, 1 ədəd sağlamlıq kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi olduğu məlum olmuş, sonra hal şahidlərinin iştirakı ilə gömrükçü tərəfindən onun üzərində şəxsi yoxlama həyata keçirilmişdir. Yoxlama zamanı alt paltarının ön tərəfinin içərisində ağzı yapışqanlı sellofan paket aşkar edilmiş, həmin paketdə gizlətdiyi narkotik vasitə marixuana və narkotik vasitə həşiş qətranı olmuş, sonra gömrükçü tərəfindən həmin narkotik vasitələr çəkilmiş, narkotik vasitə marixuananın qablaşması- sellofan paketlə birlikdə çəkisinin təqribən 19 qram olduğu, narkotik vasitə həşiş qətranının isə qablaşması-sellofan paketlə birlikdə çəkisinin təqribən 4 qram olduğu məlum olmuşdur. Gömrükçü tərəfindən müəyyən sənədlər tərtib edilərək üzərindən aşkar edilmiş narkotik vasitələr və yoxlamadan əvvəl onun təqdim etdiyi pul vəsaitləri, plastik kartlar və şəxsiyyətini təsdiq edən sənədlər götürülmüşdür. Saxlanılarkən, o cümlədən istintaq orqanında ona qarşı hər hansı fiziki və ya psixi zorakılığa yol verilməmişdir. Himayəsində iki azyaşlı uşağı vardır. İlk dəfədir ki, cinayət törədir. Cinayət törətməsini etiraf edib bundan səmimi peşmançılıq hissi keçirir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2022-ci ilin iyul ayında Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks Birliyində xidmətə qəbul olunmuş və həmin ilin avqust ayından Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postuna təhkim olunmaqla inspektor vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdə “Mazımqara” gömrük postunda xidmətdə olarkən təxminən saat 14 radələrində Gürcüstan istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan, adı sonradan ona məlum olan Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, 33EMU84/33EMU85 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə Dövlət Gömrük Komitəsi X11 Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara" gömrük postuna təhkim olunmuş böyük təlimçi-kinoloq Şahid4 iştirakı ilə videoçəkilişdən istifadə edərək gömrük yoxlamasını həyata keçirmiş, gömrük yoxlamasına başlamazdan əvvəl Şahid4 tərəfindən nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilmiş, kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinasına reaksiya verdiyi üçün kabinaya əsaslı gömrük yoxlamasını həyata keçirmişdir. Yoxlamaya başlamazdan əvvəl nəqliyyat vasitəsinin sürücüsü Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərində və nəqliyyat vasitəsində olan əşyaları gömrük nəzarətinə təqdim etməsi təklif etmiş, Təqsirləndirilən şəxs üzərində və nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmalı hər hansı bir predmet olmadığını bildirmişdir. Sonra nəqliyyat vasitəsinin kabinasına ətraflı gömrük yoxlaması həyata keçirmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında içərisində tullantılar olan sellofan torbadan üzərində yanıq izləri olan kiçik həcmli şüşə kolba aşkar etmişdir. O, sürücüdən həmin kolbanın nə üçün istifadə olunduğunu soruşmuş, sürücü həmin kolbadan adətən kristal halda olan narkotik vasitələr qəbul edən zaman istifadə edildiyini bildirmiş, buna görə də şəxsin üzərində narkotik və ya psixotrop maddələr olmasını ehtimal edib, sürücünün üzərində şəxsi yoxlama keçirilməsi zərurətinin olması barədə rəhbərliyə məruzə etmiş, bu barədə protokol tərtib edərək nəqliyyat vasitəsindən aşkar etdiyi şüşə kolbanı götürmüşdür. “Mazımqara” gömrük postunun qarşısında fəhləlik edən 2 nəfərdən Təqsirləndirilən şəxs üzərində keçiriləcək şəxsi yoxlamada hal şahidi qismində iştirak etmələrini xahiş edərək, hal şahidlərini posta dəvət etmiş, şəxsi yoxlama barədə müəyyən sənədlər yazıldıqdan sonra Təqsirləndirilən şəxsı postun şəxsi yoxlama otağına dəvət edərək kinoloq Şahid4 və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparmışdır. Şəxsi yoxlamaya başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynindəki şalvarın ciblərindən pul qabını və Samsung Galaxy A21 markalı mobil telefonunu çıxarıb təqdim etmiş, həmin pulqabına baxış keçirən zaman içərisində 2575 Türkiyə lirəsı, 750 ABŞ dolları, 115 Avro, 130 Gürcüstan larisi məbləğində pul vəsaitləri, 1 ədəd plastik nəqliyyat kartı, 2 ədəd plastik pul kartı, 1 ədəd sağlamlıq kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi olduğu məlum olmuş, sonra şəxsi yoxlamaya başlamış, sürücünün əynindəki şalvarı aşağı endirməsini istəmiş, bu zaman alt paltarının rezin hissəsinin şişkin olduğunu görmüş, alt paltarını aşağı endirərkən alt paltarının içərisində ağzı yapışqanlı sellofan paket olunduğunu aşkar etmişdir. Həmin paketə baxış keçirmiş, paketin içərisində narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki və əlavə olaraq 1 ədəd qırmızı rəngli sellofana bükülmüş tünd rəngli, kəskin qoxuya malik olan narkotik vasitə tiryəkə bənzər maddə olduğunu görmüşdür. Narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki kütləsini və narkotik vasitə tiryəkə bənzər maddəni elektron tərəzidə çəkmiş, nəticədə narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki kütləsinin qablaşması-sellofan paketlə birlikdə təqribi çəkisinin 19 qram olduğu və narkotik vasitə tiryəkə bənzər maddənin də qablaşması-sellofan paketlə birlikdə təqribi çəkisinin 4 qram olduğu məlum olmuşdur. Sonra şəxsi yoxlama haqqında protokol tərtib edərək Təqsirləndirilən şəxs şəxsi yoxlama zamanı üzərindən aşkar etdiyi qablaşması-sellofan paketlə birlikdə təqribi çəkisi 19 qram olan narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitkini, qablaşması-sellofan paketlə birlikdə təqribi çəkisi 4 qram olan narkotik vasitə tiryəkə bənzər maddəni və Təqsirləndirilən şəxs şəxsi yoxlamadan əvvəl təqdim etdiyi içərisində 2575 Türkiyə lirəsı, 750 ABŞ dolları, 115 Avro, 130 Gürcüstan larisi məbləğində pul vəsaitləri, 1 ədəd plastik nəqliyyat kartı, 2 ədəd plastik pul kartı, 1 ədəd sağlamlıq kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi pul qabı və Samsung Galaxy A 21 markalı mobil telefon qablaşdıraraq götürürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2016-cı ildən Dövlət Gömrük Komitəsi İtçilik Klubunda xidmətə qəbul olunmuş və həmin tarixdən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara" gömrük postuna böyük təlimçi-kinoloq vəzifəsinə təhkim olunmuşdur. xx.xx.2022-ci il tarixdə Mazımqara gömrük postunda növbədə olduğu gün, yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində Gürcüstan istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan “Volvo” markalı, 33EMU84/33EMU85 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımqara» gömrük postuna təhkim olunmuş X1-İqtisad Şöbəsinin inspektoru Şahid1 keçirdiyi gömrük yoxlamasında iştirak etmiş, iştirakı nəqliyyat vasitəsinə kinoloji xidmət itinin tətbiq edilməsi ilə yoxlanılmasından ibarət olmuşdur. Yoxlamaya başlamazdan əvvəl, qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü, adını sonradan bildiyi Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxsı şifahi sorğu-sual edtlərək, ona üzərində və nəqliyyat vasitəsində olan əşyaları gömrük nəzarətinə təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində və nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmalı hər hansı bir predmet olmadığını bildirmişdir. Sonra kinoloji xidmət iti tətbiq edilərək, gömrük yoxlamasına başlanılmış, yoxlama zamanı it nəqliyyat vasitəsinin kabinasına reaksiya vermişdir. Sonra videoçəkilişdən istifadə edərək Şahid1 ilə birlikdə nəqliyyat vasitəsinin kabinasına ətraflı gömrük yoxlaması həyata keçirmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında içərisində tullantılar olan sellofan torbadan üzərində yanıq izləri olan kiçik həcmli şüşə kolba aşkar edilmişdir. Sonra sürücüdən həmin kolbanın nə üçün istifadə olunduğu soruşulmuş, sürücü həmin kolbadan adətən kristal halda olan narkotik vasitələr qəbul edən zaman istifadə edildiyini bildirmiş, buna görə də şəxsin üzərində narkotik və ya psixotrop maddələr olmasını ehtimal edib, sürücünün üzərində şəxsi yoxlama keçirilməsi zərurətinin olması barədə Şahid1 rəhbərliyə məruzə etmiş, sonra inspektor Şahid1 tərəfindən yoxlama və götürmə haqqında protokol tərtib olunaraq aşkar edilmiş şüşə kolba götürülmüş, o da həmin protokolun müvafiq yerlərində imzalar etmişdir. Daha sonra Şahid1 tərəfindən «Mazımqara» gömrük postunun qarşısında fəhləlik edən 2 nəfər hal şahidi qismində posta dəvət edilərək, onun və hal şahidlərinin iştirakı ilə postun şəxsi yoxlama otağında Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama da həyata keçirilmiş, şəxsi yoxlamaya başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində olan şalvarın ciblərindən pul qabını və Samsung Galaxy A21 markalı mobil telefonunu çıxarıb təqdim etmiş, Şahid1 tərəfindən həmin pulqabıya baxış keçirən zaman içərisində 2575 Türkiyə lirəsi, 750 ABŞ dolları, 115 Avro, 130 Gürcüstan larisi məbləğində pul vəsaitləri, 1 ədəd plastik nəqliyyat kartı, 2 ədəd plastik pul kartı, 1 ədəd sağlamlıq kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi olduğu məlum olmuş, sonra şəxsi yoxlama həyata keçirilmişdir. Təqsirləndirilən şəxs şalvarını aşağı endirən zaman alt paltarının rezin hissəsinin şişkin olduğu görülmüş, alt paltarını da aşağı endirərkən alt paltarının içərisində ağzı yapışqanlı sellofan paket olunduğu aşkar edilmiş, sonra həmin paketə baxış keçirilmiş, paketin içərisində narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki və əlavə olaraq da 1 ədəd qırmızı rəngli sellofana bükülmüş tünd rəngli, kəskin iyə malik olan narkotik vasitə tiryəkə bənzər maddə olduğu müəyyən edilmişdir. Şahid1 tərəfindən narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki kütləsi və narkotik vasitə tiryəkə bənzər maddə elektron tərəzidə çəkilmiş, nəticədə narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki kütləsinin qablaşması-sellofan paketlə birlikdə təqribi çəkisinin 19 qram olduğu və narkotik vasitə tiryəkə bənzər maddənin də qablaşması-sellofan paketlə birlikdə təqribi çəkisinin 4 qram olduğu məlum olmuşdur. Şahid1 tərəfindən şəxsi yoxlama haqqında protokol tərtib edilərək Təqsirləndirilən şəxs şəxsi yoxlama zamanı üzərindən aşkar edilmiş qablaşması-sellofan paketlə birlikdə təqribi çəkisi 19 qram olan narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki və qablaşması-sellofan paketlə birlikdə təqribi çəkisi 4 qram olan narkotik vasitə tiryəkə bənzər maddə və Təqsirləndirilən şəxs şəxsi yoxlamadan əvvəl təqdim etdiyi içərisində 2575 Türkiyə lirəsi, 750 ABŞ dolları, 115 Avro, 130 Gürcüstan larisi məbləğində pul vəsaitləri, 1 ədəd plastik nəqliyyat kartı, 2 ədəd plastik pul kartı, 1 ədəd sağlamlıq kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi pul qabı və Samsung Galaxy A21 markalı mobil telefon götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Balakən rayonunun Gərəkli kəndində yaşayır. Daimi iş yeri olmadığı üçün müvəqqəti olaraq Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postunun çıxışında dayanaraq, oradan keçərək gedən və gələn şəxslərin əl yüklərini müəyyən haqq müqabilində daşıyaraq dolanışığını təmin edir. Bu məqsədlə xx.xx.2022-ci il tarixində təxminən saat 15 radələrində postun qarşısında olarkən bir nəfər şəxs ona və orada onun kimi fəhləlik edən Şahid3 yaxınlaşaraq, özünü təqdim edib gömrük əməkdaşı olduğunu bildirmiş, ondan “Mazımqara” gömrük postunda vətəndaşın üzərinə keçiriləcək şəxsi yoxlamada hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. O da gömrükçünün bu təklifinə etiraz etməyib posta getmiş, posta daxil olduqdan sonra şəxsi yoxlama otağına getmiş, otaqda adını sonradan öyrəndiyi Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi yoxlamada iştirak etmişdir. Şəxsi yoxlamaya başlamazdan əvvəl gömrük əməkdaşı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs şalvarının ciblərindən pul qabını və Samsung Galaxy A21 markalı mobil telefonunu çıxarıb təqdim etmiş, gömrükçü tərəfindən həmin pulqabına baxış keçirilən zaman içərisində 2575 Türkiyə lirəsı, 750 ABŞ dolları, 115 Avro, 130 Gürcüstan larisi məbləğində pul vəsaitləri, 1 ədəd plastik nəqliyyat kartı, 2 ədəd plastik pul kartı, 1 ədəd sağlamlıq kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi olduğu məlum olmuş, sonra əynindəki şalvarı aşağı endirmiş, alt paltarının rezin hissəsinin şişkin olduğunu görmüş, sonra gömrükçü Təqsirləndirilən şəxs alt paltarını aşağı endirməsini istəmişdir. Təqsirləndirilən şəxs alt paltarını aşağı endirərkən alt paltarının içərisindən ağzı yapışqanlı sellofan paket aşkar olduğunun şahidi olmuş, sonra gömrükçü tərəfindən həmin paketə baxış keçirilərkən paketin içərisində narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki və əlavə olaraq da 1 ədəd qırmızı rəngli sellofana bükülmüş tünd rəngli, kəskin iyə malik olan narkotik vasitə tiryəkə bənzər maddə olduğu müəyyən edilmişdir. Gömrükçü tərəfindən narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki kütləsi və narkotik vasitə tiryəkə bənzər maddə elektron tərəzidə çəkilmiş, narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki kütləsinin qablaşması-sellofan paketlə birlikdə təqribi çəkisinin 19 qram olduğu və narkotik vasitə tiryəkə bənzər maddənin də qablaşması-sellofan paketlə birlikdə təqribi çəkisinin 4 qram olduğu məlum olmuşdur. Sonra gömrük işçisi tərəfindən müəyyən sənədlər tərtib edilərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr və özünün təqdim etdiyi pul vəsaitləri, həmçinin digər plastik kartlar və şəxsiyyətini təsdiq edən sənədlər götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımqara» gömrük postunda tərtib edilmiş 5 oktyabr 2022-ci il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs əynindəki alt paltarının içindən 2 bükümdə, birində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə və digər bükümdə tünd rəngli kəskin iyli narkotik vasitə tiryəkə oxşar maddələr aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində marixuanaya oxşar bitki olan bir ədəd sellofan bükülü «Qosmetr BT 3000» markalı tərəzidə çəkildikdə təxminən 19 qram olduğu və tiryəkə oxşar predmetin isə sellofan bükümlə birlikdə çəkisinin təxminən 4 qram olduğu müəyyən edilmişdir. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərindəki şalvarın ciblərindən pul qabını və «Samsung Galaxy A21» markalı mobil telefonunu çıxarıb təqdim etmişdir. Pulqabına baxış keçirilən zaman içərisində 2575 Türkiyə lirəsı, 115 Avro, 750 ABŞ dolları, 130 Gürcüstan larisi məbləğində pul vəsaitləri, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, sağlamlıqla bağlı vəsiqə, iki ədəd pul kartı, 1 ədəd nəqliyyat kartı olduğu məlum olmuşdur. Aşkar olunmuş bitki kütləsi 207564 saylı, tiryəkə oxşar predmet isə 207563 saylı, Samsung Galaxy A21 markalı mobil telefon, pulqabı içərisində 2575 Türkiyə lirəsı, 115 Avro, 750 ABŞ dolları, 130 Gürcüstan larisi məbləğində pul vəsaitləri və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, sağlamlıqla bağlı vəsiqə, iki ədəd pul kartı, 1 ədəd nəqliyyat kartı 207579 saylı paketdə qablaşdırılaraq Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.3-cü maddəsinə əsasən götürülmüşdür. İş materiallarında olan 05 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımqara» gömrük postunun təlimçi kinoloqu Şahid4 Təqsirləndirilən şəxs məxsus avtomaşının kabinəsindən gömrük yoxlaması zamanı aşkar edilmiş kiçik həcmli şüşə kolbanı qablaşdırmaq məqsədilə götürən zaman əlindən yerə düşərək sınmışdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/774 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə «Qərb Ərazi Baş Gömrük İdarəsi Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs barəsində 11000-3535/22 №li iş üzrə…» sözləri, adlar və imzalar yazılmış sellofan paketin içərisindəki digər sellofan paketdə təmiz çəkisi-14,75 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; marixuana (kannabis) 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respulikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (İ siyahı). Qeyd:Marixuananın təmiz çəkisi- 14,75 qr., tədqiqata sərf edildi-0,05 qr., qalıq-14,70 qr. Ekspertiza tədqiqatının dəyəri 51,06 manat təşkil edir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/775 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə «Qərb Ərazi Baş Gömrük İdarəsi Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs barəsində 11000-3535/22 №li iş üzrə…» sözləri, adlar və imzalar yazılmış sellofan paketin içərisindəki qırmızı rəngli sellofan bükümdə təmiz çəkisi-3,33 qram olan maddə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır; təqdim olunmuş, üzərinə «Qərb Ərazi Baş Gömrük İdarəsi Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs barəsində 11000-3535/22 №-li iş üzrə qırılmış kolba…» sözləri, adlar və imzalar yazılmış sellofan paketin içərisindəki sellofan bükülüdə olan 01 ədəd şüşə kolbada narkotik maddə qalıqları aşkar edilmədi. Qeyd: Həşiş qətranının təmiz çəkisi-3,33 qr., tədqiqata sərf edildi-0,05 qr., qalıq-3,28 qr. Ekspertiza tədqiqatının dəyəri 51,06 manat təşkil edir. İş materiallarında olan 7 oktyabr 2022-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki,aparılmış tədqiqatdan sonra qalıq qalmış 14,70 qram qurudulmuş marixuana və 3,28 qram həşiş qətranı narkotik vasitələri cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6982 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnamə üzrə verdiyi xx.xx.2022-ci il tarixli 7 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarından görünür ki, xx.xx.2011-ci il tarixdə doğulmuş X14 və xx.xx.2016-cı il tarixdə doğulmuş Önalan Efe olmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır. İş materiallarından görünür ki, Mila beynəlxalq yükdaşımaçılıq MMC-nin baş direktoru X12 Şöbəsinin rəis müavini Mehdi Qurbanovdan 33 EMU 84 nömrəli dartıcını 33 EMU 85 nömrəli qoşqunu saz və tam vəziyyətdə, avtomobilə aid sənədləri, həmçinin Təqsirləndirilən şəxs götürülmüş 750 ABŞ dolları və 2575 Türkiyə lirəsini təhvil almışdır, 115 Avro və 130 Gürcüstan larisi pul qabı isə Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs fiziki azadlığı faktiki olaraq 05 oktyabr 2022-ci il tarixdə saat 16.00-da məhdudlaşdırılmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən saat 16.00-dan hesablanmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 23 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 14,75 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 14,70 qramı və təmiz çəkisi 3,33 qram olan narkotik vasitə həşiş qətranının ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 3,28 qramı maddi sübut kimi tanınmış, həmin narkotik vasitələr, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin kabinasından götürülmuüş 1 ədəd sınmış şüşə kolba Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şahidlərin ifadələrini, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımqara gömrük postunda tərtib edilmiş 5 oktyabr 2022-ci il tarixli şəxsi yoxlama aparılması haqqında protokolu, maddi sübutları, məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/774 nömrəli rəyini, məhəkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/775 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6982 nömrəli rəyini, Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnamə üzrə verdiyi xx.xx.2022-ci il tarixli 7 saylı arayışı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarını, sübutların qiymətləndirilməsi haqqında 23 noyabr 2022-ci il tarixli qərarı, işdə olan və məhkəmə tərəfindən tədqiq edilən sair sənədləri, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını ziddiyyət olmadan işin faktiki hallarını əlaqəli şəkildə təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərdə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X2rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, yerdən və mənbədən 2 ədəd sellofan bükümə qablaşdırılmış, şəxsi istehlak miqdarından artıq miqdarda, 1 bükümdə 3,33 qram həşiş qətranını və 14,75 qram qurudulmuş marixuana narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq qəsdən əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əynindəki alt paltarının ön tərəfinin içərisində yapışqanlı lentlə yapışdırıb saxlamış, idarə etdiyi “Volvo” markalı, 33EMU84/33EMU85 nömrə nişanlı yük avtomobili ilə Azərbaycan Respublikasına gələrkən özü ilə daşımış və 5 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən rayonunun inzibati ərazisində yerləşən “Mazımqara” gömrük postunda Azərbaycan Respublikasınin gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları» üzrə İ siyahısına görə cinayət məsuliyyətinə səbəb olan narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, həşiş qətranının şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi isə 0,4 qram müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır; 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə münasibətdə tətbiq edilmir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməllərdə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə göstərilən qanun normalarının tələbinə və işin faktoloji hallarına əsasən himayəsində iki azyaşlı uşağın olmasını, ilk dəfə cinayət törətməsini və cinayət törətməsini etiraf edib bundan səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət törətməsi Təqsirləndirilən şəxsı kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət törətməsini etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, onun öz əməlinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də təqsirləndirilən şəxsin cinayət törətməsini etiraf edib cinayət törətməsindən peşmançılıq çəkməsi məhz onun istinad olunan Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə təəssüflənməklə bu əməllərə tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, ədalət və humanizm prinsipləri və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğu nəzərə alınmaqla, cəza təyin edərkən onu da bildirir ki, qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Həmçinin cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Bu xüsusda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır, o, ilk dəfə cinayət törətmişdir, cinayət törətməsindən səmimi peşmançılıq hissi keçirir. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Ona görə də bu hallar cəzanın məqsədlərinə nail olunması baxımından ona cəza təyin edilməsində mütləq nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində iki azyaşlı uşağın olması, ilk dəfə cinayət törətməsi və cinayət törətməsini etiraf edib bundan səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid etməklə cəzanın məqsədlərinə nail olunması mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun 5 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq hazırki günədək həbsdə saxlandığı müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 5 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6982 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs müayinə zamanı kannabinoidlərdən istifadə etmə hallarının olduğunun, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmadığının, halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyinin və narkomaniyadan məcburi müalicəyəyə ehtiyacının olmadığının müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 102,12 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 14,75 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 14,70 qramı, təmiz çəkisi 3,33 qram olan narkotik vasitə həşiş qətranının ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 3,28 qramı və Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin kabinasından götürülmüş 1 ədəd sınmış şüşə kolba məhv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs məxsus **********2 nömrəli Türkiye Cumhuriyeti pasportu, Samsung Galaxy A21 markalı mobil telefon, 1 ədəd Türkiye Cumhuriyeti kimlik kartı, 1 ədəd Türkiye Cumhuriyeti sürücülük vəsiqəsi, 2 ədəd plastik pul kartı (parakard), 1 ədəd plastik nəqliyyat kartı və 1 ədəd sağlamlıq kartı Təqsirləndirilən şəxs qaytarılmalı, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş 33 EMU 84 nömrəli dartıcının, 33 EMU 85 nömrəli qoşqunun, avtomobilə aid sənədlərin, 750 ABŞ dollarının və 2575 Türkiyə lirəsininin onun xahişi ilə Mila beynəlxalq yükdaşımaçılıq MMC-nin baş direktoru Cihan Kılıca qaytarılması və 115 Avro və 130 Gürcüstan larisinin pul qabı ilə Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzanın təyin edilməsi məsələsinə də baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə; 52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə; 52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ dərəcə əlilliyi olan şəxs olan şəxslərə; 52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olmasını, ona dair Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından o da görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən işin məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. Məhkəmə, iş materiallarına istinad edib, tərcüməçinin hazırki iş üzrə bütün məhkəmə proseslərində iştirakını, onun gündəlik və nəqliyyat xərclərini, həmçinin ədalət və ağlabatanlıq prinsiplərini nəzərə alaraq, həmçinin hesab edir ki, hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X5 hazırki iş üzrə çağırışa və gündəlik xərclərə görə 100 manat ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən o cümlədən pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşafirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) məhkəmənin ittiham hökmünün nəticə hissəsində göstərilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun 5 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq hazırki günədək həbsdə saxlandığı müddət təyin edilmiş cəza müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 5 oktyabr 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1, 52.1-1 və 58.3-cü maddələri tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 14,75 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 14,70 qramı, təmiz çəkisi 3,33 qram olan narkotik vasitə həşiş qətranının ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 3,28 qramı və Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin kabinasından götürülmüş 1 ədəd sınmış şüşə kolba məhv edilsin. Təqsirləndirilən şəxs məxsus **********2 nömrəli Türkiye Cumhuriyeti pasportu, Samsung Galaxy A21 markalı mobil telefon, 1 ədəd Türkiye Cumhuriyeti kimlik kartı, 1 ədəd Türkiye Cumhuriyeti sürücülük vəsiqəsi, 2 ədəd plastik pul kartı (parakard), 1 ədəd plastik nəqliyyat kartı və 1 ədəd sağlamlıq kartı Təqsirləndirilən şəxs qaytarılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş 33 EMU 84 nömrəli dartıcının, 33 EMU 85 nömrəli qoşqunun, avtomobilə aid sənədlərin, 750 ABŞ dollarının və 2575 Türkiyə lirəsininin onun xahişi ilə Mila beynəlxalq yükdaşımaçılıq MMC-nin baş direktoru Cihan Kılıca qaytarılması və 115 Avro və 130 Gürcüstan larisinin pul qabı ilə Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə 102,12 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X5 çağırışa və gündəlik xərclərə görə 100 manat ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən bu qərarın surətinin ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-28/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-28/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver