Məhkəmə qərarları › İş №1(019)-29/2020

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-29/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-29/2020 26.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X14 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs1-xx xxxxxxxx 1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə; Təqsirləndirilən şəxs2 -xx xxxxxx 1993-cü il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Balakən şəhəri H.Əliyev prospekti 7A ünvanında yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs2 2019-cu ilin dekabr ayının əvvəllərində Balakən rayonu Poştbinə kəndi ərazisində yolun kənarından tapdığı, qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1.587 qramdan artıq miqdarda psixotrop maddə olan metafetamini daşıyaraq yaşadığı Balakən şəhəri H.Əliyev prospekti 7A ünvanında yerləşən evinin yataq otağına gətirmiş, həmin 1.587 qram psixotrop maddəmetafetamini 01 ədəd kibrit qutusunun içərisində bir ədəd sellofan bükümdə stolun üzərində saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində sonuncunun yaşadığı evə baxış zamanı həmin ümumi təmiz çəkisi 1.587 qram olan psixotrop maddəmetamfetamin yataq otağındakı stolun üzərindən 1 ədəd kibrit qutusunun içərisindəki 1 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə etdiyi 1,587 qramdan artıq çəkidə psixotrop maddə metamfetamini üzərində daşımaqla müvəqqəti yaşadığı Zaqatala şəhəri S.Qocayev 59 A ünvanına gətirib, orada şkafın içərisindəki gödəkcəsinin cibində saxlamış, daha sonra 2020-ci ilin yanvar ayının əvvəllərində həmin 1,587 qramdan artıq çəkidə psixotrop maddə metamfetamini daşıyaraq Balakən rayonu Katex kəndi ərazisində Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 500 manata satmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 yaşadığı evə sonuncunun razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 satdığı metamfetaminin qalan hissəsi, yəni təmiz çəkisi 1,587 qram olan psixotrop maddə metamfetamin yataq otağındakı stolun üzərindən 1 ədəd kibrit qutusunun içərisindəki 1 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 5 ildir ki, məişət texnikasını Zaqatala- Balakən rayonlarına gətirərək səyyar satışı ilə məşğul olur. Buna görə də Zaqatala şəhərində kirayə ev tutaraq müvəqqəti orada yaşayır. Son bir neçə ayda tanışı olan Natiq də onunla işləmişdir. Narkotik vasitələrin adını eşitsə də görməmiş, tanımamış və istifadəçisi olmamışdır. Həmin səyyar satışlarını edərkən Balakən şəhəri ərazisindəki “Azpetrol” yanacaq doldurma məntəqəsinin arxa tərəfində olan küçələrdən birində Elçin adlı şəxslə tanış olmuş və Elçinə saç üçün ütü feni (saç düzləşdirən) kreditlə sənədləşməni edərək satmışlar. Həmin vaxt Elçinlə aralarında söhbət edərək tanış olmuşlar. Söhbət zamanı Elçin onlara narkotik vasitə “kakos” təşkil edə biləcəyini demişdir. Həmin vaxtı Elçinlə razılaşmışlar. Daha sonra Elçin onların avtomaşınına əyləşib Balakən şəhəri istiqamətinə sürmələrini demişdir. Bundan sonra Balakən şəhəri istiqamətində “Laqodexi” dayanacağı adlanan yerdən bir qədər irəliyə getdikdə yolun sağ tərəfində çörək sexini keçib saxlamaqlarını bildirmişdir. Həmin vaxtı o, çörək sexini keçib maşını saxlamış, Elçin bu zaman “kakos”un yarım çetini 35 manata verəcəyini bildirmişdir. O da Natiqlə razılaşmış və pul özündə olduğuna görə cibindən 35 manatı çıxardıb Elçinə vermişdir. Bundan sonra Elçin maşından düşərək sonradan adını Anar olaraq bildiyi şəxsin yaşadığı evin həyətinə daxil olmuşdur. Həmçinin Elçin həmin vaxtı onlara Anarla tanış edə bilməyəcəyini demişdir. Buna görə o, maşının aynasından Elçinin hara getməsinə baxdıqda sarı rəngli taxta qapıdan içəriyə daxil olduğunu görmüşdür. Bir neçə dəqiqə sonra Elçin oradan çıxaraq maşına gəlmiş və cibindən çıxardıb balaca sellofanda baş tərəfi yandırılıb bükülmüş formada olan “kakos”u vermişdir. Həmçinin həmin vaxt Elçin “kakos”un üzərindən az miqdarda çəkmək üçün özünə də götürmüşdür. Daha sonra onlar Elçini Balakən rayon icra hakimiyyətinin qarşısında maşından düşürmüşlər. Bundan sonra Natiqlə birlikdə Balakən rayonundakı kəndlərin birinə gedərək əvvəlcədən ərzaq mağazasından aldıqları konfetin falqasından istifadə etməklə həmin “kakos”u çəkmişlər. Təxminən 3-4 gün sonra Elçinə zəng edərək yenə də 1 qram “kakos” istəmişdir. Bu zaman Elçin ondan “kakos” almaq üçün 60 manat, həmçinin özünə də borc olaraq 60 manat, ümumilikdə isə 120 manat pul istəmiş və həmin gün saat 19 radələrinə kimi qaytaracağına söz vermişdir. Bundan sonra 120 manatı gətirib Elçinə vermiş və həmin gün Elçinə zəng etsələr də Elçin onlara cavab verməmişdir. Buna görə də Elçinin yaşadığı evinə getmişlər. Həmin vaxtı qapıya Elçinin ailəsi çıxmış, bu zaman onlar Elçinə kreditlə saç üçün ütü feni (saç düzləşdirən) satdıqları və həmçinin 120 manat pul verdiklərini demişdir. Həmin vaxtı Elçinin ailəsi isə “bizə nə” deyərək onları yaşadıqları evin qarşısından qovmuşlar.Bundan sonra Elçini nə qədər axtarsalar da tapa bilməmişlər, telefonlarına zəng etsələr də anası cavab vermişdir. Daha sonra 2019-cu ilin dekabr ayının sonlarına kimi Balakən və Zaqatala rayonlarında səyyar satışlarını davam etdirmişlər. 2019-cu ilin dekabr ayının sonunda isə Gəncə şəhərinə getmişlər. Təxminən 4-5 gün Gəncədə qaldıqdan sonra yenidən Gorandan səyyar satışını etmək üçün əşyalar götürüb Zaqatalaya qayıtmışlar. Zaqatalada olan zaman yenidən Anardan “kakos” almaq istəmişlər. Buna görə də Anarın yaşadığı evinə getmişlər. Evin qarşısına çatdıqdan sonra gedib qapını döyüb Anarı çağırdıqda evdən qadın çıxmış, bu zaman Elçinin Anarı yanında telefonla yığdığı üçün nömrənin sonunun 70-77 olduğunu gördüyünü, buna görə də həmin qadına Anarın nömrəsinin son rəqəmlərini demiş, amma əvvəlini xatırlamadığını bildirmişdir. Həmin qadın ona Anarın nömrəsinin ***-***-**-** olduğunu demişdir. Bundan sonra Anarla əlaqə saxlamış və “kakos” istəmişdir. Anar da düzələcəyini və yarım saat gözləməsini demişdir. Daha sonra bir müddət gözləsələr də Anar onları yığmamışdır. Onlar Anarı bir neçə dəfə yığdıqda telefona da cavab verməmişdir. Saat təxminən 18 radələrində Anar əlaqə saxlayaraq onlara getmələrini, özü Zaqatalaya gətirəcəyini bildirmişdir. Bir müddət sonra isə Anar yenidən zəng edərək Balakən rayonu ərazisindəki Qazbinə kəndinə gəlmələrini demişdir. Bundan sonra onlar Anarla Balakən rayonu Qazbinə kəndi ərazisində görüşmüşlər. Həmin vaxt Anar onlara yarım qram “kakos”, təxminən 2 siqaretlik bükümdə marixuana və az miqdarda “şüşə” olaraq bildirdiyi maddəni də vermişdir. Onlar da bunun müqabilində Anara 35 manat pul vermişlər. Həmin zaman Anar onlara “kakos”un pulunu götürdüyünü, marixuana və şüşə az miqdarda olduğu üçün pul lazım olmadığını bildirmişdir. Yəni sadəcə olaraq “kakos” üçün Anara 35 manat pul vermişlər. Daha sonra onlar yenidən Zaqatalada yaşadıqları evə qayıtmışlar. Bundan təxminən 3-4 gün sonra isə Anarın yaşadığı evin qarşısına gəlmiş, Anar həmin vaxt kənarda olan şəxslər şübhələnməsin deyə maşının baqajını açmağını bildirmişdir. Buna görə də o, maşının baqajını açmış və Anar evə gedərək yarım çet “kakos” gətirmiş, bunun müqabilində isə Anara 30 manat pul vermişdir. Daha sonra Anara yanacağı olmadığını bildirmiş, Anar da həmin puldan geriyə 5 manatını qaytarmışdır. Təxminən 3-4 gün sonra isə Anar onlarla əlaqə saxlayaraq Zaqatalaya gəldiyini, əgər lazım olarsa yenə “kakos” gətirəcəyini demişdir. Həmin gün axşam Anar onların olduğu Zaqatala rayonundakı evə gəlmiş, həmin vaxt Anara evin ünvanını telefonda başa salmış və Anar da yaşadığı ünvana gəlmişdir. Həmin vaxtı Anar özü ilə qızıl çəkən elektron tərəzi də gətirmişdir. Daha sonra Anar özü ilə gətirdiyi “kakos”u tərəzinin üstünə qoymuş və çəkisi 1 qram olmuşdur. Bunun müqabilində də onlardan 65 manat pul götürüb getmişdir. Bundan sonra bir neçə dəfə Anara zəng etsələr də onlara cavab verməmiş və Anarla əlaqə saxlaya bilməmişlər. 2020-ci ilin yanvar ayının sonlarında isə Anarla əlaqə saxladıqda heç nə olmadığını, olanda əlaqə saxlayacağını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Balakən Rayon Polis Şöbəsinin rəis müavini Şahid8, əməliyyat müvəkkili Şahid12, Şahid1 və əlavə beş nəfər polis əməkdaşları onların yaşadıqları evə gəlmişlər. Şahid12 evə pəncərədən daxil olmuş, digər polis əməkdaşları isə qapıdan daxil olmuşlar. Şahid12 onu döyərək “şüşəni”metafetamini harada gizlətdiyini soruşmuşdur. O, özündə narkotik vasitə olmadığını bildirmiş, buna baxmayaraq Şahid12 və digər polis əməkdaşları onu və Natiqi döyməkdə davam etmişlər. Sonra yaşadıqları evdə axtarış aparılmış, bütün evi axtarsalar da heç nə aşkar olunmamışdır. Bundan sonra iki nəfər polis əməkdaşını yaşadığı evdə saxlayıb onu və onunla qalan Şahid4 polis şöbəsinə gətirmişlər.Polis şöbəsində ona Təqsirləndirilən şəxs2 metamfetamin satdığı bildirilmiş, o isə Təqsirləndirilən şəxs2, nədə digər şəxsə narkotik satmadığını demişdir. Bundan sonra rəis müavini Şahid9 və adını bilmədiyi əməliyyat müvəkkilləri onu döymüş, onu biabırçı vəziyyətə salıb sonra şəklini çəkib rüsvay edəcəklərini bildirərək Təqsirləndirilən şəxs2 psixotrop maddə satmasını etiraf etməsini tələb etmişlər. Həmin vaxt bütün bədəni ağrımış, hətta sol gözünün altına qan sızmışdır. O, işgəncəyə və psixoloji təzyiqə davam gətirə bilməyib, məcbur olub düzgün olmayaraq Təqsirləndirilən şəxs2 metamfetamin satdığını bildirmişdir. Bundan sonra onu təhqiqatçı Şahid10 yanına aparmışlar. Orada rəis müavini Şahid8 və digər əməliyyatçıların yanında ona yazdırmışlar ki, Təqsirləndirilən şəxs2 5 qram metamfetamin satmışdır. Həmin 5 qram metamfetamini isə Gəncə şəhər sakini Qədir adlı şəxsin borc əvəzinə ona verdiyini bildirmişdir. Halbuki Qədir adlı şəxs olmamış və elə bir şəxsdən alacağı pul olmamışdır. Eyni zamanda elə bir şəxsdən narkotik vasitə də almamışdır. Sadəcə olaraq polis şöbəsində döyüldüyünə və psixoloji təsir göstərildiyinə görə elə ifadə vermişdir. Barəsində həbs seçilməsi üçün onu məhkəməyə apararkən qan sızan yerə krem vurmuşlar ki, bilinməsin və yenə də onu hədələmişlər ki, əgər məhkəmədə döyüldüyünü desə, narkotik satmadığını bildirsə onu daha çox incidəcəklər və onu rüsvay edəcəklər. Ona görə də məhkəmədə çinayət əməlini törətdiyini bildirmişdir. Ailə üzvüləri yeni vəkillə müqavilə bağladıqdan sonra o, həqiqəti müstəntiqə söyləmiş, lakin müstəntiq onun dediklərinə əhəmiyyət verməmişdir. O,heç bir cinayət əməli törətməmişdir, Anara Qarayevə, nə də başqa şəxsə narkotik vasitə, psixotrop maddə satmamışdır. Ona əsassız olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Balakən şəhəri H.Əliyev prospekti 7A ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 1 ildir ki, narkotik vasitələrdən istifadə edir. 2019-cu ilin dekabr ayının əvvəllərində Balakən rayonu Poştbinə kəndi ərazisində “Gömrük” postunun yaxınlığında yolun kənarında “Vinston” markalı siqaret paketi olduğunu görmüşdür. Həmin paketi götürüb içərisinə baxdıqda içərisində sellofana bükülü formada “kakos” adlandırılan narkotik vasitə heroin və “şüşə” adlandırılan metamfetamin olduğunu görmüşdür. Həmin vaxtı “kakos”u və “şüşə”ni özü ilə götürüb yaşadığı evə gətirib saxlamışdır ki, istifadə edər. Kakosu istifadə etmiş, metamfetamin isə qalmışdır. xx xxxxxx 2020-ci ildə polis əməkdaşları yaşadığı evə gəlmiş və ondan yaşadığı evdə narkotik vasitə və ya psixotrop maddə saxlayıb-saxlamadığı soruşulmuşdur. Həmin vaxtı o da polis əməkdaşlarına yaşadığı evin özünə məxsus yataq otağındakı stolun üzərindəki əşyaların arxasında saxladığı metamfetaminin olduğunu demişdir. Daha sonra polis əməkdaşları onun iştirakı ilə baxış keçirərək həmin sellofan bükümdə olan “şüşə”ni götürərək qablaşdırmışlar. Bundan sonra isə baxışın nəticələrinə dair protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra protokola imza etmişdir. Onu Polis şöbəsinə gətirdikdən sonra metamfetamini haradan aldığını soruşmuş, o da tapdığını bildirmişdir. Lakin onu döyərək bildirmişlər ki, metamfetamini ona Fuadın satdığını deməlidir. Onu çoxlu döydükdən sonra elə ifadə verməyə razı olmuşdur. İş məhkəməyə keçdikdən sonra hər məhkəmə iclasından əvvəl onu polis şöbəsinə çağırıb qorxutmuşlar ki, istintaqda olan kimi ifadə verməlidir. Əks halda onun üçün yaxşı olmayacaqdır. Ona görə də məhkəmə iclasının əvvəlində düzgün ifadə verməmişdir.O,özündən aşkar olunmuş metamfetamini yoldan tapmışdır. Təqsirləndirilən şəxs1 ona narkotik vasitə satmamışdır. O, Fuadı və Natiqi məişət əşyalarının səyyar satışı ilə məşğul olan şəxs kimi tanımışdır. Onlara narkotik vasitə də satmamışdır. İstintaq zamanı və məhkəmə istintaqının əvvəlində verdiyi ifadələr həqiqətə uyğun deyildir. Həmin ifadələri polis şöbəsinin əməkdaşlarının hədə-qorxusu altında vermişdir. Tutduğu əməldən çox peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, təxminən 1 ildir ki, uzun müddət tanıdığı Gəncə şəhər sakini Təqsirləndirilən şəxs1la birlikdə Fuada məxsus “Ford” markalı avtomaşınla məişət texnikasını Zaqatala, Balakən rayonlarına gətirərək səyyar satışı ilə məşğul olurlar. Buna görə də Zaqatala şəhərində kirayə ev tutaraq müvəqqəti orada yaşayırlar. Həmin bir il ərzində Rusiyaya işləmək üçün getmiş, təxminən 2 ay əvvəl, yəni 2019-cu ilin dekabr ayının əvvəllərindən qayıdaraq yenə də Fuadla işləməyə başlamışdır. Bir neçə aydır ki, narkotik vasitənin metadon növündən istifadə edir. Fuadla da bir neçə dəfə birlikdə “kakos” adlanan narkotik vasitədən istifadə etmişlər. Həmçinin “şüşə” adlanan narkotik vasitədən istifadə etdiyi üçün sonradan adını metamfetamin olaraq bildiyi psixotrop maddəni də tanımışdır. 2019-cu ilin dekabr ayının əvvəllərində Fuadla birlikdə Zaqatala rayonuna gəlmişlər. Zaqatala rayonunda tutduqları kirayə evdə qalaraq həmişə olduğu kimi Fuada məxsus olan “Ford tranzit” markalı avtomaşınla Zaqatala və Balakən rayonlarında kəndləri gəzərək özlərində olan məişət texnikasının səyyar satışı ilə məşğul olmağa başlamışlar. 2019-cu ilin dekabr ayının əvvəllərində Balakən şəhəri ərazisindəki “Azpetrol” yanacaq doldurma məntəqəsinin arxa tərəfində olan küçələrdə satışlarını edərkən orada Elçin adlı şəxsə saç üçün ütü fenini (saç düzləşdirən) kreditlə sənədləşmə edərək satmışlar. Həmin vaxt Elçinlə aralarında söhbət edərək onunla tanış olmuşlar. Söhbət zamanı isə Elçin onlara “kakos” təşkil edə biləcəyini demişdir. Bundan sonra Elçin onların maşınına əyləşmiş və onlara avtomaşını Balakən şəhəri istiqamətinə sürmələrini demişdir. Daha sonra Balakən şəhəri istiqamətində avtomaşını bir xeyli hərəkət etdirdikdən sonra yolun sağ tərəfində çörək sexini keçib maşını saxlamalarını demişdir. X23 adlı şəxsdən “kakos”u alacağını və yarım çet üçün 35 manat lazım olduğunu demişdir. Pul Fuadda olduğu üçün Fuad 35 manatı həmin vaxtı Elçinə vermişdir. Bundan bir az keçmiş Elçin yarım çet “kakos”u gətirib onlara vermiş və üstündən çəkmək üçün bir qədər özünə də götürmüşdür. Daha sonra Elçini yaşadığı evin yaxınlığına aparıb düşürmüşlər. Özləri isə Balakən rayonundakı kəndlərin birinə gedib əvvəlcədən ərzaq mağazasından aldıqları konfetin falqasında həmin “kakos”u çəkib istifadə etmişlər. Təxminən 2019-cu ilin dekabr ayının sonlarına yaxın Elçinə zəng edərək yenə də 1 qram “kakos” istəmişlər. Həmin vaxtı Elçin “kakos” almaq üçün 60 manat, özünə də borc olaraq 60 manat, ümumilikdə isə 120 manat pul istəmişdir. Bundan sonra onlar 120 manatı gətirib Elçinə vermişlər. Daha sonra həmin gün Elçinə zəng etsələr də Elçin telefona cavab verməmişdir. Buna görə də Elçinin yaşadığı evinə getmişlər. Həmin vaxtı qapıya Elçinin ailəsi çıxmışdır. Onlar Elçinə kreditlə saç üçün ütü feni (saç düzləşdirən) satdıqlarını, həmçinin 120 manat pul verdiklərini bildirmişlər. Elçinin ailəsi isə “bizə nə” deyərək onları yaşadıqları evin qarşısından qovmuşlar. Bundan sonra Elçini nə qədər axtarsalar da tapa bilməmiş, telefonuna zəng etsələr də anası cavab vermişdir. Daha sonra 2019-cu ilin dekabr ayının sonlarına kimi Balakən və Zaqatala rayonlarında səyyar satışlarını davam etdirmişlər. 2019-cu ilin dekabr ayının sonunda isə Gəncə şəhərinə getmişlər. 2020-ci ilin yanvar ayının əvvəllərində Balakən rayonuna gəlmişlər. Həmin vaxtlarda Elçinə yenə zəng vursalar da Elçin cavab verməmişdir. Buna görə də Anarın yaşadığı evinə getmişlər. Evin qarşısına çatdıqda o, maşında dayanmış, Fuad isə maşından düşüb evin yol qapısını döyüb Anarı çağırdıqda evdən qadın çıxmış, bu zaman Elçin adlı şəxs Anarı yanlarında telefonla yığdığı üçün Anarın nömrəsinin sonunun 70-77 olduğunu gördüklərini, buna görə də Fuad həmin qadına Anarın nömrəsinin son rəqəmlərini demiş, lakin əvvəlini xatırlamadığını bildirmişdir. Həmin qadın Anarın nömrəsinin ***-***-**-** olduğunu demişdir. Bundan sonra Fuad ona məxsus ***-***-**-** nömrəsi ilə Anara zəng vurub danışaraq Anarla salamlaşmış, sonra isə Elçinin ondan “kakos” götürdüyünü, “bəlkə sənə deyibdi Gəncəlidi danışan, Ford sürən oğlandır” demişdir. Həmçinin Anardan “kakos” olub-olmadığını soruşmuşdur. Anar isə yarım saata olacağını və özü yığacağını demişdir. Həmin gün bir müddət gözləsələr də Anar onları yığmamış, lakin onlar Anara bir neçə dəfə yığsalarda Anar “gözləyin olacaq” demişdir. Həmin gün axşam təxminən saat 18 radələrində Anara yenidən zəng vuraraq artıq gec olduğunu və Zaqatalaya getdiklərini demişlər. Anar isə onlara getmələrini və özü Zaqatalaya gətirəcəyini, yada ki, yarı yola gəlmələrini və orada görüşə biləcəklərini demişdir. Həmin gün axşam təxminən saat 20 radələrində Anar onlara zəng edərək Zaqatala-Balakən rayonları arasında yerləşən DYP postunu keçərək Balakən istiqamətinə gəlmələrini bildirmişdir. Bundan sonra Anarla Balakən rayonunun Qazbinə yaşayış məntəqəsi ərazisində görüşmüşlər. Anar yarım çet “kakos”u onlara vermiş və onlar isə bunun müqabilində Anara 35 manat pul vermişlər. Bundan sonra onlar Zaqatala rayonuna qayıdıb kirayə qaldıqları evdə Fuadla həmin “kakos”u çəkmişlər. Səhərisi gün isə işlərinə davam etmişlər. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında kirayədə qaldıqları evdə olarkən Balakən rayon Polis Şöbəsinin əməkdaşları onların yaşadığı evə gələrək Fuaddan metamfetamini harada gizlətdiyini soruşmuşlar. Fuad onda metamfetamin olmadığını bildirdikdə onu döyüb evdə axtarış aparmışlar. Lakin heç bir narkotik vasitə tapmamışlar. Bundan sonra polis əməkdaşları onu və Fuadı döymüş, sonra Balakən rayon polis şöbəsinə gətirmişlər. Onu da şübhəli şəxs kimi iki gün tutub saxlamış, zorakılıq, təzyiq və təsir nəticəsində o ifadə vermişdir ki, Fuadla Gəncə şəhərində olarkən Qədir adlı şəxs borcun yerinə Fuada 5 qram metamfetamin vermiş, o da həmin metamfetamini Anara Qarayevə satmışdır. Sonradan şahid qismində dindirilərkən o istintaqa düzgün ifadə verərək göstərmişdir ki, X21 adlı şəxslə görüşməmiş, həmçinin Qədir adlı şəxsdən metamfetamin götürməmişdir. Fuad Anara metamfetamin satmamışdır. Həmçinin Elçinə metamfetamin satmağı təklif etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 yaşadığı evində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Balakən RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmişdir. Bundan sonra müvafiq tədbir görülməsi məqsədilə RPŞ rəhbərliyinin göstərişi əsasında Təqsirləndirilən şəxs2 yaşadığı evə təxirəsalınmadan baxış keçirilməsi üçün təhqiqatçı Şahid10 tərəfindən qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs2 yaşadığı ünvana getmişlər. Anarı yaşadığı evin qarşısına dəvət etdikdən sonra evində təxirəsalınmaz qərar əsasında yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Anar isə buna heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı evdə narkotik vasitə olub-olmaması soruşulmuş, Anar isə şəxsi istifadəsi üçün narkotik saxladığını və təqdim edə biləcəyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs2 yaşadığı evə daxil olduqlarında evin ikinci mərtəbəsində yerləşən özünün yataq otağında olduğunu bildirmişdir. Bundan sonra isə Anar yataq otağındakı stolun üzərindən bir ədəd kibrit qutusunu götürüb təqdim etmiş, həmçinin kibrit qutusunun içərisində 1 ədəd kiçik sellofan bükümdə olan maddənin metamfetamin olduğunu demişdir. Həmçinin həmin stolun üzərindəki qabın içərisində 01 ədəd 1 manatlıq F38793160 nömrəli pul əksinazı və stolun üzərində elektron tərəzinin olması da aşkar edilmişdir. Baxış zamanı 01 ədəd 1 manatlıq F38793160 nömrəli pul əksinazının üzərində narkotikin izlərinin olması görünmüşdür. Daha sonra kibrit qutusunun içərisində olan 01 ədəd sellofan bükümdəki psixotrop maddə olan matemfetaminə oxşar maddə elektron tərəzidə çəkildikdə sellofan bükümlə birlikdə çəkisi 2,02 qram olmuşdur. 01 ədəd 1 manatlıq F38793160 nömrəli pul əskinazı isə elektron tərəzidə çəkildikdə çəkisi 0,89 qram olmuşdur. Bundan sonra 01 ədəd sellofan bükümdəki psixotrop maddə olan matemfetaminə oxşar maddə və 01 ədəd 1 manatlıq F38793160 nömrəli pul əskinazı bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılaraq DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzəri də digər iştirakçılarla birlikdə imzalanmışdır. Həmçinin 01 ədəd elektron tərəzi də bir ədəd ağ rəngli kağız zərfə qoyulub qabılaşdırılaraq DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzərini isə digər iştirakçılarla birlikdə imzalamışlar. Bundan sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs2 polis şöbəsinə dəvət edilərək polis şöbəsində şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunsuz saxlanılan əşya predmet və sairə aşkar edilməmişdir. Şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs2 həmin psixotrop maddəyə oxşar maddəni Balakən rayon ərazisində məişət texnikasının səyyar satışı ilə məşğul olan Gəncə şəhər sakinləri Fuad və Natiq adlı şəxsdən aldığını bildirdiyindən tərəflərindən əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı Fuad adlı şəxsin Təqsirləndirilən şəxs1, Natiq adlı şəxsin isə Şahid4 olduğu, Zaqatala şəhərində yaşadıqları müəyyən edilmişdir. Rəis müavini Şahid8 rəhbərliyi ilə onlar Zaqatala şəhərinə Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişlər. Daha sonra həmin şəxsləri polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs1 polis şöbəsində şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunsuz saxlanılan əşya, predmet və sairə aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra isə Şahid4 polis şöbəsində şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Şahid4 üzərində qanunsuz saxlanılan əşya, predmet və sairə aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşları Şahid2, Şahid3 Şahid1lə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2019cu ilin dekabr ayının əvvəllərində Balakən şəhəri H.Əliyev prospektində yaşadığı evin qarşısında olduğu zaman məişət texnikasının səyyar satışı ilə məşğul olan şəxslər olduğunu görmüşdür. Bu zaman həmin şəxslərə yaxınlaşıb saç üçün ütü feni olubolmadığını soruşduqda həmin şəxslər fenin olduğunu və kreditlə verdiyini bildirmişlər. Daha sonra həmin şəxslərlə tanış olmuş və onların Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Şahid4 olduğunu bilmişdir. Həmin vaxtı o, Fuadgildən saç ütüsünü kreditlə sənədləşdirib götürmüşdür. Təxminən 5-6 gün sonra həmin şəxslər yaşadığı evin qarşısından keçən zaman yenə də həmin şəxslərə yaxınlaşmış və uşağının xəstə olduğunu bildirərək 120 manat borc pul istəmişdir. Fuad həmin vaxt 120 manat pulu vermiş və həmin pulu qaytarmaq üçün iki gün vaxt vermişdir. İki gündən sonra Fuad zəng edərək pulunu istəmişdir. O, isə Fuada həmin vaxtı pulunun olmadığını, bir həftə sonra pulunu verəcəyini demişdir. Bundan bir həftə sonra Fuad yaşadığı evinə gələrək pulunu istəmişdir. Həmin vaxtı yenə də pul olmadığından Fuada pulunun olmadığını və imkanı olduğunda pulunu qaytaracağını demişdir. Həmin vaxtı Fuad ona imkanı yoxdursa birlikdə iş görmələrini və həmçinin ona köməklik edəcəyini demişdir. Bu zaman Fuaddan köməkliyin necə olacağını soruşduqda Fuad ona 35 qram metamfetamin gətirəcəyini, həmin metamfetamini satmasını və həm ona, həm də özünə pul olsun demişdir. Həmçinin evinin yaxşı olmadığını,evini də düzəltdirər demişdir. Həmin vaxtı o, Fuada “narkotik satmaq mənlik deyil” demişdir. Fuad isə təkidlə ona yenə də narkotik satmağa vadar etmək istəmişdir. Həmçinin Fuad ona özündən qorxursa Balakən şəhər sakini “Botik” ləqəbli Anar adlı şəxsdən özünü soruşmasını demişdir. Lakin o, yenə də lazım olmadığını bildirmişdir. Daha sonra anası da yaşadıqları evin qarşısına çıxmış və Fuadgili oradan qovmuşdur. Həmin vaxtdan sonra Fuadı, həmçinin Fuadla birlikdə gələn Natiq adlı şəxsi görməmişdir. 2020-ci ilin fevral ayının əvvəllərində həmin şəxslərin tutulduğunu bilmişdir. O,həmçinin göstərdi ki, Fuadgilə heç vaxt kakos təşkil edəcəyini bildirməmiş, həmçinin onlara Anar adlı şəxsdən kakos alıb verməmişdir. Əksinə olaraq Fuad ona narkotik satmağı təklif etmişdir. O, heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Bir neçə il bundan əvvəl narkotik vasitədən istifadə etsə də artıq narkotik vasitələrdən istifadə etmir. Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 isə tanısa da onunla yaxın münasibəti olmamışdır. Sadəcə olaraq Anarı Balakən şəhər sakini kimi tanıyır. Həmçinin Təqsirləndirilən şəxs2lə aralarında narkotik vasitələrin alqı-satqısı ilə bağlı hər hansı bir münasibəti olmamışdır və ya Təqsirləndirilən şəxs2 narkotik vasitə götürərək kiməsə verməmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs2lə heç vaxt yaxın münasibəti olmayıb, buna görə də Anarla heç vaxt bu barədə söhbət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Balakən şəhəri H.Əliyev prospekti 7A ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Şahid6 ilə 1992-ci ildə ailə həyatı qurmuş, həmin evlilikdən 1993-cü il təvəllüdlü Anar və 1997-ci il təvəllüdlü Amil adlı övladları olmuşdur. Amil Qarayev bərbər işləyir, bir neçə müddətdir ki, Rusiya Federasiyasında olur, Təqsirləndirilən şəxs2 isə fərdi əməklə məşğul olaraq ailələrinin dolanmasına köməklik edir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində arvadı Cəmilə zəng edərək yaşadıqları evə polis əməkdaşlarının gəldiklərini bildirmişdir. Buna görə də bir qədər sonra yaşadığı evə gəlmişdir. Yaşadığı evinə gəldikdə polis əməkdaşlarının oğlu Təqsirləndirilən şəxs2 iştirakı ilə yaşadıqları evə baxış keçirdikləri və baxış zamanı oğlu Təqsirləndirilən şəxs2 yataq otağında stolun üzərindən bir ədəd kibrit qutusunun içərisində 1 ədəd kiçik sellofan bükümdə, polis əməkdaşlarının deməsinə görə narkotik vasitəyə oxşar maddə aşkar edildiyi ona məlum olmuşdur. Həmçinin həmin stolun üzərindəki qabın içərisində 01 ədəd 1 manatlıq pul əksinazı və stolun üzərində elektron tərəzi də aşkar edilmiş və qeyd olunanlar qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Anarın yataq otağından aşkar edilmiş elektron tərəzini o, təxminən 10 il əvvəl toyuq alveri etdiyi zaman həmin toyuq cücələrə dərman çəkib vermək üçün almışdır. Həmin vaxtdan etibarən də tərəzini yaşadıqları evdə saxlamışlar. Aşkar edilmiş 01 ədəd 1 manatlıq pul əskinazı isə oğlu Anara məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid7lə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, Balakən rayon polis şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Balakən rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamin satması ilə bağlı daxil olmuş məlumat əsasında bir qrup polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs1 Zaqatala şəhərində kirayədə yaşadığı evə getmiş, Təqsirləndirilən şəxs1 və onunla birlikdə yaşayan Şahid4 Balakən rayon Polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs1 Polis şöbəsinə gətirilərək təhqiqat qrupuna təhvil verilmiş və bundan sonra özü oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs1 Zaqatala şəhərində olarkən, nə də rayon polis şöbəsində heç bir zor tətbiq etməmiş və döyməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Balakən rayon Polis şöbəsində əməliyyat üzrə rəis müavini vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs2 deməsinə görə həmin gün saat 23 radələrində 4-5 nəfər polis əməkdaşları ilə birlikdə Zaqatala şəhərinə gedərək orada kirayədə yaşayan Təqsirləndirilən şəxs1 rayon Polis şöbəsinə dəvət edərək gətirmişlər. Təqsirləndirilən şəxs1 dindirilərkən Təqsirləndirilən şəxs2evin evində aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamini Anara özü satdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 nə Zaqatalada olarkən, nə də rayon polis şöbəsində heç bir zor tətbiq olunmamış və o döyülməmişdir. Təqsirləndirilən şəxs1 evində axtarış aparmamışlar. Məhkəmə icasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid9 Namiq oğlu ifadəsində göstərdi ki, o, rayon polis şöbəsində xidmət üzrə rəis müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 rayon Polis Şöbəsinə gətirilməsindən və dindirilməsindən heç bir məlumatı yoxdur. Bu sahə onun xidməti işi deyildir.O, Təqsirləndirilən şəxs1 heç bir zor tətbiq etməmiş və onu döyməmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, o Balakən rayon polis şöbəsinin CAB-nin rəisi vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Balakən rayon Polis şöbəsində keçirilmiş hər hansı bir əməliyyat-axtarış tədbirində iştirak etməmiş və Təqsirləndirilən şəxs1 rayon Polis şöbəsinə gətirilməsi üçün Zaqatala rayonuna getməmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Balakən rayon polis şöbəsində təhqiqatçı vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs2 axtarış zamanı yaşadığı evin yataq otağından aşkar olunaraq götürülmüş 2,02 qram olan metamfetaminə oxşar kütləni Zaqatala şəhərində kirayədə yaşayan Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs1 rayon Polis şöbəsinə gətirilməsi üçün rayon polis şöbəsinin rəhbərliyinə müraciət etmişdir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 rayon Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanılmış və vəkilin iştirakı ilə dindirmişdir. Dindirmə zamanı Təqsirləndirilən şəxs1 onun döyülməsi və ona hər hansı bir zor tətbiq edilməsi ilə bağlı şikayəti olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki o, rayon Polis şöbəsinin İB-də baş müstəntiq vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirləndirmələrinə dair cinayət işinin istintaqı özü tərəfindən aparılmışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər törətdikləri əməlləri etiraf etmişlər. İstintaq zamanı Təqsirləndirilən şəxs1 heç bir zor tətbiq edilməmişdir. İşin 1-ci cild 7-8-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxxxx 2020-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun yaşadığı evə, evin həyətyanı sahəsinə və yardımçı tikililərə öz könüllü razılığı və iştirakı ilə həmin gün saat 15:40-dan 16:30-dək olan müddətdə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evdə narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat barədə məlumat verərək yaşadığı evə baxış keçiriləcəyini bildirdikdə o, yaşadığı evdə öz yataq otağında narkotik vasitə saxladığını, evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Evdə narkotik vasitəni saxladığı yeri göstərə biləcəyini bildirmiş və 3 mərtəbəli yaşayış evinin 2- ci mərtəbəsində yerləşən öz yataq otağında 1 ədəd kibrit qutusunun içərisində olan 1 ədəd kiçik sellofan torbada ağ rəngli maddəni göstərmişdir. Psixotrop maddə hesab edilən metamfetaminə oxşar həmin maddə elekton tərəzi vasitəsi ilə çəkildikdə çəkisinin 2,02 (iki tam yüzdə iki) qram olduğu məlum olmuşdur. Həmçinin həmin maddənin qoyulduğu yerdə 1 ədəd 1 manatlıq F38793160 nömrəli pul əsginasında papiros formasında düzəldilmiş iç tərəfində narkotik vasitəyə oxşar yanmış bulaşıq olan büküm aşkar edilmişdir. Həmin büküm çəkildikdə bükümlə birlikdə çəkisi 0,89 (sıfır tam yüzdə səksən doqquz) qram gəlmişdir. Aşkar edilmiş 2,02 qram olan metamfetaminə oxşar kütlə və 1 ədəd pul əskinasından düzəldilmiş büküm 1 ədəd kağız zərfə, həmçinin aşkar edilmiş 1 ədəd elektron tərəzi, digər 1 ədəd ağ rəngli zərfə qoyulub maddi sübut kimi götürülmüşdür. Vət. Təqsirləndirilən şəxs2 psixotrop maddəyə aid metamfetaminə oxşar maddəni şəxsi istifadəsi üçün evində saxladığını bildirmişdir. Baxış davam etdirilərkən əlavə olaraq qanunsuz əşya vasitə aşkar edilməmişdir. Bununla baxış başa çatdırılmışdır. Baxış zamanı heç bir şikayət, vəsatət daxil olmamışdır. Baxış zamanı videokamera ilə qeydə alınan görüntülər videodiskə köçürülərək protokola əlavə olunmuşdur. Bu barədə protokol tərtib olunub iş materiallarına əlavə edilmişdir. İşin 1-ci cild 74-77-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şəki Regional Bölməsindən alınmış xx xxxxxx 2020-ci il tarixli 61 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində "Vət Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş ..." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi – 1,587 qram olan maddə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (İ siyahı, İİ bənd, sıra №27) daxil olanmetamfetamindir. Həmin zərfin içərisindəki 01 (bir) ədəd 1 manatlıq əskinasın üzərində olan izlər narkotik vasitə olan heroin izləridir.Tədqiqata təqdim edilmiş metamfetamin psixotrop maddələrə, heroin izləri isə narkotik vasitələrə aid olduğundan onların müqayisəli tədqiqatı aparılmadı.Qeyd: Metamfetaminin təmiz çəkisi-1,587 qr., tədqiqata sərf edildi- 0,100 qr. qalıq- 1,487 qramdır. İşin 2-ci cild 79-81-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şəki Regional Bölməsindən alınmış xx xxxx 2020-ci il tarixli 17/167 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində "Vət Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş elektron tərəzi ..." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd elektron tərəzinin üzərindəki maddə hissəcikləri psixotrop maddə metamfetamin hissəcikləridir. İşin 2-ci cild 35-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş X13 Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasından alınmış xx xxxxxx 2020-ci il tarixli 62 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhətə görülür. İşin 2-ci cild 36-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş X13 Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasından alınmış xx xxxxxx 2020-ci il tarixli 64 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cild 17-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Cinayət işi başlanana kimi şəxsi tutma haqqında” protokoldan görünür ki, xx xxxxxx 2020-ci ildə saat 15:50-də Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 1-ci cild 39-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Cinayət işi başlanana kimi şəxsi tutma haqqında” protokoldan görünür ki, xx xxxxxx 2020-ci ildə saat 00:20-də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 1-ci cild 165-168-ci vərəqələrində olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cild 150-158-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş müstəntiqin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cild 54-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Cinayət işi başlanana kimi şəxsi tutma haqqında” protokoldan görünür ki, 01 fevral2020-ci ildə saat 01:30-da Şahid4 oğlu Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 1-ci cild 88-90, 127-130, 174-176-cı, 178-182-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində verdiyi ifadəsində, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində, Təqsirləndirilən şəxs2lə üzləşməsində bildirmişdir ki, təxminən 5 ildir ki, məişət texnikasını Zaqatala-Balakən rayonlarına gətirərək səyyar satışı ilə məşğul olur. Buna görə də Zaqatala şəhərində kirayə ev tutaraq müvəqqəti orada yaşayır. Son bir neçə aydır ki, özü ilə tanışı olan Natiq şərik işləyirlər. Həmçinin qeyd etmişdir ki, bir neçə il əvvəl narkotik vasitə olan qurudulmuş marixuananı tanımış, çünki yaxınlığında olan tanışları istifadə etmişdir. O, isə təxminən 1 aydır ki, narkotik vasitənin heroin olan növündən istifadə etmişdir. Həmçinin psixotrop maddə olan metafetamini də əldə etdiyi üçün onu da tanımışdır. 2019-cu ilin dekabr ayının əvvəllərində Natiqlə birlikdə Zaqatala rayonuna gəlmişlər. Həmişə olduğu kimi özünə məxsus olan Ford tranzit markalı avtomaşınla Zaqatala və Balakən rayonlarında kəndləri gəzərək özlərində olan məişət texnikasının səyyar satışı ilə məşğul olmuşlar. Həmin vaxtlarda Balakən şəhəri ərazisindəki Azpetrol yanacaq doldurma məntəqəsinin arxa tərəfində olan küçələrdə satışlarını edərkən Elçin adlı şəxsə kreditlə sənədləşməni edərək saç üçün ütü feni(saç düzləşdirən) satmışlar. Həmin vaxt isə Elçinlə aralarında söhbət edərək tanış olmuşlar. Söhbət zamanı Elçin onlara kakos təşkil edə biləcəyini demişdir. Bu zaman onlar da Elçinlə razılaşmışlar. Bundan sonra isə Elçin onların avtomaşınına əyləşib Balakən şəhəri istiqamətinə sürməyini demişdir. Daha sonra Balakən şəhəri istiqamətində laqodexi dayanacağı adlanan yerdən bir qədər irəliyə getdikdə yolun sağ tərəfində çörək sexini keçib saxlamaqlarını bildirmişdir. Həmin vaxtı da o, çörək sexini keçib maşını saxlamış, bu zaman Elçin isə kakosun yarım çetini 35 manata verəcəyini bildirmişdir. Həmin vaxtı pul onda olduğuna görə cibindən 35 manat çıxardıb Elçinə vermiş, Elçin də maşından düşərək sonradan adını Anar olaraq bildiyi şəxsin yaşadığı evin həyətinə daxil olmuşdur. Həmçninin həmin vaxtı Elçin onları Anarla tanış edə bilməyəcəyini demişdir. Bundan sonra o, maşının aynasından Elçinin hara getməsinə baxdıqda sarı rəngli taxta qapıdan içəriyə daxil olduğunu görmüşdür. Bir neçə dəqiqə sonra Elçin oradan çıxaraq maşına gəlmiş və cibindən çıxardıb balaca sellofanda baş tərəfi yandırılıb bükülmüş formada olan kakosu vermişdir. Həmçinin həmin vaxtı Elçin kakosun üzərindən az miqdarda çəkmək üçün özünə də götürmüşdür. Bundan sonra Elçini Balakən rayon icra hakimiyyətinin qarşısında maşından düşürmüşlər Natiqlə birlikdə Balakən rayonundakı kəndlərin birinə gedərək əvvəlcədən ərzaq mağazasından aldıqları konfetin falqasından istifadə etməklə həmin kakosu çəkmişlər. Təxminən 3-4 gün sonra Elçinə zəng edərək yenədə 1 qram kakos istəmişlər. Həmin vaxtı Elçin kakos almaq üçün 60 manat, həmçinin özünə də borc olaraq 60 manat pul, yəni ümumilikdə 120 manat pul istəmişdir. Bundan sonra 120 manatı gətirib Elçinə vermişlər. Həmin gün isə Elçinə zəng etsələr də Elçin cavab verməmişdir. Buna görə də Elçinin yaşadığı evinə getmişlər, həmin vaxtı isə qapıya Elçinin ailəsi çıxmışdır. Bu zaman onlar Elçinin ailəsinə Elçinə kreditlə saç üçün ütü feni(saç düzləşdirən) satdıqlarını, həmçinin 120 manat da pul verdiklərini demişdirlər. Elçinin ailəsi isə “bizə nə” deyərək onları yaşadıqları evin qarşısından qovmuşdurlar. Bundan sonra onlar Elçini nə qədər axtarsalarda tapa bilməmişlər və həmçinin telefonuna zəng etsələr də anası cavab vermişdir. Daha sonra onlar 2019-cu ilin dekabr ayının sonlarına kimi Balakən və Zaqatala rayonlarında səyyar satışlarını davam etdirmişlər. 2019-cu ilin dekabr ayının sonunda isə Gəncə şəhərinə getmişlər. Təxminən 4-5 gün Gəncədə qaldıqdan sonra Nizami rayonu Bala Bağban adlanan yerdə yaşayan Qədir adlanan şəxsdən ona borcu olan 3600 manat pulu istəmək üçün Natiqlə Gəncə çayının kənarına getmiş, orada Qədirlə görüş yerinə az qalmış Natiqi maşından düşürmüş, özü isı gedib Qədirlə görüşmüşdür. Həmin vaxtı Qədir ona pul verə bilməyəcəyini lakin pulun müqabilində 300 manat dəyərində 5 qram şüşə el arasında patı adlanan psixotrop maddə olan metafetamini vermişdir. Bundan sonra onlar Natiqlə Zaqatala rayonuna gəlmək üçün yola düşmüşlər. Yolda gələrkən Natiqlə razılaşmışlar ki, Elçinin onlara kakos təşkil etdiyi Anar adlı şəxsi taparaq şüşəni Anara satıb həmçinin ondan kakos götürərlər. 2020-ci ilin yanvar ayının əvvəllərində Balakən rayonuna gəlmişlər. Həmin vaxtı yenə də Elçinə zəng vursalar da Elçin cavab verməmişdir. Buna görə də xatırladığı qədəri ilə Anarın yaşadığı evinə getmişlər. Həmin vaxtı evin qarşısına gedib qapını döyüb çağırdıqda evdən qadın çıxmış, bu zaman o, Elçinin Anarı onun yanında telefonla yığdığı üçün nömrənin sonunun 70-77 olduğunu görmüş, buna görə də həmin qadına Anarın nömrəsinin son rəqəmlərini demiş, lakin əvvəlini xatırlamadığını bildirmişdir. Həmin qadında ona Anarın nömrəsinin ***-***-**-** olduğunu demişdir. Bundan sonra Anara Natiqə məxsus ***-***-**-** nömrəsi ilə zəng vurub salamlaşmış, sonra isə Anara Elçin ondan kakos götürdüyünü, bəlkə sənə deyibdi Gəncəlidi danışan ford sürən oğlandır demişdir. Daha sonra isə onda kakos olubolmadığını soruşmuşdur. Həmin vaxtı Anar da yarım saata olacağını və ona zəng edəcəyini demişdir. Bunda sonra bir müddət gözləsələr də Anar onlara yığmamışdır. Buna görə də bir neçə dəfə Anara zəng etmişlər, Anar isə gözləyin olacaq demişdir. Həmin gün axşam təxminən saat 18 radələrində Anara yenidən zəng vurmuş artıq gec olduğunu, Zaqatalaya getdiklərini demişdir. Anar isə Zaqatalaya gətirəcəyini yada ki, yarı yola gəlmələrini və orada görüşərlər demişdir. Bundan sonra axşam təxminən saat 20 radələrində Anar zəng edərək Zaqatala Balakən rayonları arasında yerləşən DYP postunu keçerək Balakən istiqamətinə gəlmələrini bildirmişdir. Buna görə də Anarla Balakən rayonunun Qazbinə yaşayış məntəqəsi ərazisində görüşmüşlər. Orada Anar yarım çet kakosu onlara vermiş və bunun müqabilində Anara 35 manat pul vermişlər. Həmin vaxt onlar Anara özlərində şüşə olduğunu bildirmişlər. Anar isə ondan şüşə istəyənlər olduğunu və həmin şüşəni sata biləcəyini demişdir. Bundan sonra onlar Zaqatala rayonuna qayıdıb kirayə qaldıqları evdə Natiqlə həmin kakosu çəkmişlər. Səhərisi gün isə işlərinə davam etmişlər. Bundan bir neçə gün sonra Anar zəng edərək şüşənin lazım olduğunu və Balakənə gələ bilərlərmi soruşmuşdur. Həmin vaxtı o, Anara evdə olduqlarını dedikdə Anar özü gələcəyini demişdir. Daha sonra telefonla danışa-danışa evin ünvanını Anara başa salmışlar. Bir müddət sonra Anar onların olduğu evə gəlmişdir. Həmin vaxtı Anar özü ilə qızıl çəkən elektron tərəzidə gətirmişdir. Bundan sonra o, Natiq və Anar hər üçü otaqda oturmuşlar. Həmin vaxtı Anar şüşəyə baxmaq üçün istəmiş, onlar da şüşəni Anara vermişdirlər. Daha sonra Anar şüşəni tərəzinin üstünə qoymuş və çəkisi 5 qram olmuşdur. Həmin vaxtı onlar Anara həmin şüşənin qramını 100 manata satacaqlarına razılaşmışlar. Anar həmin şüşədən 1.2 qramını götürüb əvəzində onlara 1 çet kakos vermiş və həmin kakosun 60 manat dəyərində olduğunu deyərək oradan çıxıb getmişdir. Bir gün sonra yenidən Anar zəng vuraraq həmin şüşəyə müştəri olduğunu deyərək şüşəni istəmişdir. Buna görə də həmin gün axşam Anar onların olduğu Zaqatla rayonundakı evə gəlmişdir. Həmin vaxtı şüşəni Anara vermişlər. Əvvəlcədən isə Anar onlara 60 manatlıq kakos verdiyi üçün geriyə 440 manat qalmış və həmin pulu da yanvar ayının sonuna kimi verəcəyini, eyni zamanda istəsələr yenə də kakos verəcəyini bildirmişdir. Bunda sonra təxmiən 26-28 yanvar tarixlərində Anara zəng etsələrdə Anar cavab verməmişdir. Həmçinin qeyd etmişdir ki,Anarla daha çox “Watsaap” vasitəsilə danışmışdırlar. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında polis əməkdaşları onu və Natiqi saxlayaraq polis şöbəsinə gətirmişlər. İşin 1-ci cild 84-87,107-111,195-199-cu vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid4 şübhəli şəxs qismində verdiyi ifadəsində, şübhəli şəxs qismində Təqsirləndirilən şəxs2lə üzləşməsində göstərmişdir ki, təxminən 1 ildir ki, uzun müddət tanıdığı Gəncə şəhər sakini Təqsirləndirilən şəxs1la birlikdə Fuada məxsus Ford markalı avtomaşınla məişət texnikasını Zaqatala Balakən rayonlarına gətirərək səyyar satışı ilə məşğul olurlar. Buna görə də Zaqatala şəhərində kirayə ev tutaraq müvəqqəti orada yaşayırlar. Həmin bir il ərzində Rusiyaya işləmək üçün getmiş, təxminən 2 ay əvvəl yəni 2019-cu ilin dekabr ayının əvvəllərindən qayıdaraq yenədə Fuadla işləməyə başlamışdır. Həmçinin qeyd etmişdir ki, bir neçə aydır ki, narkotik vasitənin metadon növündən istifadə edir. Fuadla da bir neçə dəfə birlikdə kakos adlanan narkotik vasitədən istifadə etmişlər. Həmçinin şüşə istifadə etdiyi üçün sonradan adını metamfetamin olaraq bildiyi psixotrop maddəni də tanımışdır. 2019-cu ilin dekabr ayının əvvəllərində Fuadla birlikdə Zaqatala rayonuna gəlmişlər. Zaqatala rayonunda tutduqları kirayə evdə qalaraq həmişə olduğu kimi Fuada məxsus olan Ford tranzit markalı avtomaşınla Zaqatala və Balakən rayonlarında kəndləri gəzərək özlərində olan məişət texnikasının səyyar satışı ilə məşğul olmağa başlamışlar. 2019-cu ilin dekabr ayının əvvəllərində Balakən şəhəri ərazisindəki Azpetrol yanacaq doldurma məntəqəsinin arxa tərəfində olan küçələrdə satışlarını edərkən orada Elçin adlı şəxsə saç üçün ütü fenini(saç düzləşdirən) kreditlə sənədləşmə edərək satmışlar. Həmin vaxt Elçinlə aralarında söhbət edərək onunla tanış olmuşlar. Söhbət zamanı isə Elçin onlara kakos təşkil edə biləcəyini demişdir. Bu zaman onlar Elçinlə razılaşmışlar və həmin gün 35 manatın qarşılığında Elçin yarım çet kakosu Balakən şəhəri ərazisində gətirib onlara vermişdir. Bundan sonra həmin gün axşam qaldıqları evə gedərək evdə həmin kakosu çəkmişlər. Bundan bir neçə gün sonra Elçinlə yenidən əlaqə saxlayaraq özlərinə kakos təşkil etməsini xahiş etmişlər. Elçin isə həmin vaxtı gəlib özünü götürmələrini bildirmişdir. Bundan sonra Elçini yaşadığı evin yaxınlığında götürmüşlər və onlara avtomaşını Balakən şəhəri istiqamətinə sürmələrini demişdir. Daha sonra Balakən şəhəri istiqamətində avtomaşını bir xeyli hərəkət etdirdikdən sonra yolun sağ tərəfində çörək sexini keçib maşını saxlamalarını bildirmişdir. X23 adlı şəxsdən kakosu alacağını və 1 qram üçün 60 manat lazım olduğunu demişdir. Pul Fuadda olduğu üçün 60 manatı həmin vaxtı Elçinə vermişdir. Bundan bir az keçmiş Elçin 1 qram kakosu gətirib onlara vermiş və üstündən çəkmək üçün bir qədər özünə də götürmüşdür. Daha sonra Elçini yaşadığı evin yaxınlığına aparıb düşürmüşlər. Özləri isə Balakən rayonundakı kəndlərin birinə gedib əvvəlcədən ərzaq mağazasından aldıqları konfetin falqasında həmin kakosu çəkib istifadə etmişlər. Təxminən 2019-cu ilin dekabr ayının sonlarına yaxın Elçinə zəng edərək yenədə 1 qram kakos istəmişlər. Həmin vaxtı Elçin kakos almaq üçün 60 manat, özünə də borc olaraq 60 manat ümumilikdə isə 120 manat pul istəmişdir. Bundan sonra onlar 120 manatı gətirib Elçinə vermişlər. Daha sonra həmin gün Elçinə zəng etsələr də Elçin telefona cavab verməmişdir. Buna görə də Elçinin yaşadığı evinə getmişlər. Həmin vaxtı qapıya Elçinin ailəsi çıxmışdır. Bu zaman onlara Elçinə kreditlə saç üçün ütü feni(saç düzləşdirən) satdıqlarını, həmçinin 120 manat pul verdiklərini bildirmişlər. Elçinin ailəsi isə “bizə nə” deyərək onları yaşadıqları evin qarşısından qovmuşdurlar. Bundan sonra Elçini nə qədər axtarsalar da tapa bilməmişlər, telefonuna zəng etsələr də anası cavab vermişdir. Daha sonra 2019-cu ilin dekabr ayının sonlarına kimi Balakən və Zaqatala rayonlarında səyyar satışlarını davam etdirmişlər. 2019-cu ilin dekabr ayının sonunda isə Gəncə şəhərinə getmişdirlər. Təxminən 4-5 gün Gəncədə qaldıqdan sonra 2020-ci ilin yanvar ayının əvvəllərində Zaqatalaya qayıtmağa az qalmış Fuad Nizami rayonu Bala Bağban adlanan yerdə yaşayan Qədir adlı şəxsdən özünə borcu olan 3600 manat pulu istəmək üçün oraya gedəcəklərini bildirmişdir. Bundan sonra Fuad Qədirdən özünə borcu olan pulu götürmək üçün Gəncə çayının kənarına getmişlər. Həmin yerə çatmağa az qalmış o, maşından düşmüşdür. Fuad isə Qədirlə görüş yeriunə getmişdir. Bir müddət sonra Fuad geri qayıdıb onu götürmüş və maşında olduqları zaman Fuad cibindən qara sellofan torba çıxarıb demişdir ki, Qədir pulu olmadığını deyərək borcunun əvəzinə 300 manat kimi qiymətləndirərək 5 qram şüşə el arasında patı adlanan psixotrop maddə olan metafetamini vermişdir. O, Fuadın əlində olan həmin sellofana baxdıqda içərisində balaca paketdə şüşə olduğunu görmüşdür. Daha sonra Fuad sellofanı əynindəki gödəkcədə saxlamışdır. Daha sonra Fuadla birlikdə Zaqatala rayonuna gəlmək üçün yola düşmüşlər. Yolda gələrkən Fuadla razılaşmışlar ki, Elçinin kakos təşkil etdiyi Anar adlı şəxsi taparaq şüşəni Anara verib yerinə istifadə etmək üçün kakos götürərlər. 2020-ci ilin yanvar ayının əvvəllərində Balakən rayonuna gəlmişlər. Həmin vaxtlarda Elçinə yenə zəng vursalar da Elçin cavab verməmişdir. Buna görə də Anarın yaşadığı evinə getmişlər. Evin qarşısına çatdıqda o, maşında dayanmış, Fuad isə maşından düşüb evin yol qapısını döyüb Anarı çağırdıqda evdən qadın çıxmış, bu zaman Elçin adlı şəxs Anarı yanlarında telefonla yığdığı üçün Anarın nömrəsinin sonunun 70-77 olduğunu gördüklərini, buna görə də Fuad həmin qadına Anarın nömrəsinin son rəqəmlərini demiş, lakin əvvəlini xatırlamadığını bildirmişdir. Həmin qadın Anarın nömrəsinin ***-***-**-** olduğunu demişdir. Bundan sonra Fuad ona məxsus ***-***-**-** nömrəsi ilə Anara zəng vurub danışaraq Anarla salamlaşmış, sonra isə Elçinin ondan kakos götürdüyünü, bəlkə sənə deyibdi Gəncəlidi danışan Ford sürən oğlandır demişdir. Həmçinin Anardan kakos olub-olmadığını soruşmuşdur. Anar isə yarım saata olacağını və özü yığacağını demişdir. Həmin gün bir müddət gözləsələr də Anar onları yığmamış, lakin onlar Anara bir neçə dəfə yığsalarda Anar gözləyin olacaq demişdir. Həmin gün axşam təxminən saat 18 radələrində Anara yenidən zəng vuraraq artıq gec olduğunu və Zaqatalaya getdiklərini demişdirlər. Anar isə onlara getmələrini və özü Zaqatalaya gətirəcəyini, yada ki, yarı yola gəlmələrini və orada görüşə biləcəklərini demişdir. Həmin gün axşam təxminən saat 20 radələrində Anar onlara zəng edərək Zaqatala Balakən rayonları arasında yerləşən DYP postunu keçerək Balakən istiqamətinə gəlmələrini bildirmişdir. Bundan sonra Anarla Balakən rayonunun Qazbinə yaşayış məntəqəsi ərazisində görüşmüşlər. Anar yarım çet kakosu onlara vermiş və onlar isə bunun müqabilində Anara 35 manat pul vermişdirlər. Həmin vaxtı Fuad Anara onda 5 qram şüşə olduğunu,qramını 100 manata verdiyini həmçinin istəsə onun yerinə də kakos verə biləcəyini yəni kakosla dəyişə biləcəyini demişdir. Anar isə özündən şüşə istəyənlər olduğunu və həmin şüşəni sata biləcəyini demişdir. Bundan sonra onlar Zaqatala rayonuna qayıdıb kirayə qaldıqları evdə Fuadla həmin kakosu çəkmişlər. Səhərisi gün isə işlərinə davam etmişlər. Bir neçə gün sonra Anar zəng edərək şüşənin lazım olduğunu və onlardan Balakənə gələ bilərlərmi deyə soruşmuşdur. Onlar isə evdə olduqlarını dedikdə Anar özü gələcəyini demişdir. Həmçinin Fuad telefonla danışa-danışa evin ünvanı Anara başa salmışdır. Bir müddət sonra Anar onların olduğu evə gəlmiş və özü ilə qızıl çəkən elektron tərəzidə gətirmişdir. Həmin vaxtı evdə o, Fuad və Anar otaqda oturmuşlar. Daha sonra Anar şüşəyə baxmaq istəmişdir. Fuad şüşəni saxladığı gödəkcəsinin cibindən götürüb Anara vermişdir. Anar şüşəni tərəzinin üstünə qoymuş və çəkisi 5 qram olmuşdur. Anar həmin şüşədən təxminən 1.2 qramını götürüb əvəzində onlara 1 çet kakos vermişdir və həmin kakosun 60 manat dəyərində olduğunu deyərək Anar oradan çıxıb getmişdir. Bir gün sonra Anar onun telefonuna zəng vuraraq Fuadla danışıb həmin şüşəyə müştərin olduğunu deyərək şüşəni istəmişdir. Anar həmin gün axşam onların olduğu Zaqatala rayonundakı evə gəlmişdir. Fuad şüşəni Anara vermiş, Anar 60 manatlıq kakos verdiyi üçün geriyə 440 manat qaldığını və həmin pulu da yanvar ayının sonuna kimi verəcəyini, eyni zamanda istəsə yenə də kakos verəcəyini bildirmişdir. Təxminən bir neçə gün sonra o yenidən Anarla əlaqə saxlayaraq Balakən rayonu Qazbinə yaşayış məntəqəsi ərazisində görüşüb ondan 35 manatın müqabilində istifadə etmək üçün yarım qram kakos götürmüşdür. Həmin vaxt Fuad evdə dincəldiyi üçün o tək gəlmişdir. O, götürdüyü kakosu evə apararaq Fuadla birlikdə çəkmişlər. Bundan sonra təxminən 26-28 yanvar tarixlərində onlar Anara zəng etsələrdə onlara cavab verməmişdir. Onu da qeyd etmişdir ki, onlar Anarla daha çox “Watsaap” vasitəsilə danışmışlar. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında polis əməkdaşları onu və Fuadı saxlayaraq Balakən rayon polis şöbəsinə gətirmişlər. O, da polis şöbəsində olduğu zaman etdiyi əməli səmimi etiraf etmişdir.Şahid4 əlavə olaraq göstərmişdir ki, O, əvvəllər narkotik vasitə və ya psixotrrop maddələrin satışı ilə məşğul olmamış. narkotik vasitəni bir neçə ay istifadə etmiş, həmin vaxta qədər narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Ona polis şöbəsində nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Fuadla Gəncədə olduqları zaman Fuad Qədirin ona borcu olan 3600 manatı əvvəllər olduğu kimi yenə də istəmək üçün gedəcəyini bildirmişdir. Qədirlə görüşə gedəndə də Fuad ona Qədir görməsin deyə yolda maşından düşüb gözləməsini bildirmişdir. Fuadın ona bildirməsinə görə Qədirə pul lazım olub Fuaddan borc istəyib Fuadda bankdan 3600 manat kredit götürüb Qədirə vermişdir. Fuad onun yanında telefonla danışıb bir neçə dəfə pulu istəmişdir. Onun bildiyi qədəri ilə həmin şüşəni verənə qədər Fuada pul və ya başqa nəsə verməmişdir. Onun bildiyinə görə Fuad borcun əvəzinə götürmüşdür, çünki Fuad bilirdi ki, nəyinsə əvəzinəı də vermək olar satmaq da olar. Mənim marağım əgər Fuad şüşəni kakosla dəyişsə kakosdan çəkmək idi. Çünki kakosu da pul verib almağa düşürdüm. Qədirin yanından qayıdıb gələndə Fuad ona olan borcunun 300 manatının əvəzinə 5 qram şüşəni verdiyini demişdir. O, Fuada niyə pulu yox da şüşəni götürdüyünü soruşduqda Fuadda Qədirin pulu olmadığını ona görə də şüşəni götürdüyünü həmdə ki, onsuzda kakos alıb çəkdiklərini elə dəyişsələr şüşəni verib kakosu götürüb çəkəcəklərini bildirmişdir. Fuad maşına gələndən sonra o sellofana baxmış və şüşə olduğunu görmüşdür sonra isə Fuada sellofanı əynindəki gödəkcənin cibində saxlamışdır. Zaqatalaya çatdıqlarında isə Fuad sellofanı evə gətirərək yataq otağındakı şkafda asılmış gödəkcəsinin cibində saxlamışdır. Onlar Anardan kakos alıb çəkmiş, əgər həmin pulu Anar vermiş olsaydı pulu Fuad götürəcəkmiş çünki pulun ona aidiyyatı olmamışdır. X15 borcun əvəzinə şüşəni vermişdir. Həmin pulun ona heç bir aidiyyatı olmamışdır. Onu da qeyd edir ki, əgər Fuad həmin pulun əvəzinə kakos götürsəydi o da həmin kakosdan istifadə edəcəkdi çünki bir yerdə yaşadıqları üçün o bilmişdir ki, Fuad nə alsa o da istifadə edəcəkdir, həmçinin o da nə alsa Fuad istifadə edəcəkdir. Belə ki, yaşadıqları evə bir gün o ərzaq və ya gündəlik hər hansı istifadə üçün nəsə alsa Fuadda istifadə etmişdir. Həmçinin Fuad kakos yox başqa nə isə alsaydı o də Fuadın aldığından istifadə edəcəkdi. Həmçinin bir daha qeyd etmişdir ki, Fuad Zaqatalada yaşadıqları evdə istirahət etdiyi zaman o Balakən rayonu ərazisində Təqsirləndirilən şəxs2lə görüşərək ondan kakos almış və həmin kakosu Zaqatalaya apararaq orada yaşadıqları evdə Fuadla birlikdə istifadə etmişlər. Çünki bəzi hallarda Fuad kakos alanda o da həmin kakosdan istifadə etmişdir. Bir daha qeyd etmişdir ki, 440 manat pulun ona aidiyyatı olmamışdır. Balakən rayonu ərazisində Təqsirləndirilən şəxs2 narkotik vasitə heroini Fuad da orada olmadığından özü pul verib almışdır. Elçinin hazırda kokret ünvanını bilməsədə Balakən şəhərində yerləşən Azpetrol yanacaq doldurma məntəqəsinin arxasındakı küçələrin birində yaşadığını bilir. Elçinin telefon nömrəsi ***-***-**-** və ***-***- **-**-dır. Onun tutulana qədər istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Onlar Elçin və Anarla Fuada məxsus ***-***-**-** saylı mobil nömrə və ona məxsus ***-***-**-** saylı mobil nömrələr ilə əlaqə saxlamışlar. Həmçinin danışıqların çoxu onun telefonu ilə olub danılşıqların hamısını da Fuad eləmiş, o bircə dəfə özü tək gəlib Balakəndən Anardan kakosu götürəndə Anarla danışmış, geri qalan vaxtlarda Fuad Anarla telefonda danışmışdır. Onun telefonu ilə da ona görə danımışdır ki, Fuadın istədiyi qız var idi. Fuad buna görə də öz telefon ilə danışmırdı ki, birdən istədiyi qızın yanında olanda ona zəng və ya mesaj gələr. Çünki Fuad çoxu vaxt vatsapla danışmışdır. İşin 1-ci cild 91-93, 115-117, 140-142, 178-182, 195-199, 2-ci cild 155-157-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs2 şübhəli şəxs,təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində, Təqsirləndirilən şəxs1 və Şahid4la üzləşməsində bildirmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitələrdən istifadə edir. 2019-cu ilin dekabr ayının əvvəllərində Balakən rayonu Poştbinə kəndi ərazisində yolun kənarında Vinston markalı siqaret paketi olduğunu görmüşdür. Həmin paketi götürüb içərisinə baxdıqda içərisində sellofana bükülü formada kakos olduğunu görmüşdür. Həmin vaxtı kakosu özü ilə götürüb yaşadığı evə gətirib saxlamış ki, istifadə edər. Həmçinin həmin kakosu özündə olan elektron tərəzidə çəkdikdə 1,5 qram olduğunu bilmişdir. Həmin kakosun 0,5 qramını özü istifadə etmişdir. 2019-cu ilin dekabr ayında yaşadığı ünvana məişət texnikasının satışı ilə məşğul olan iki nəfər şəxs gəlmiş. Həmin vaxt həmin şəxslərdən nəsə almasa da onlarla tanış olmuşdur. Həmin şəxslərin isə Gəncə şəhər sakinləri Fuad və Elçin adlı şəxslər olduğunu bilmişdir. Daha sonra həmin şəxslərə özünə məxsus ***-***-**-** saylı mobil nömrəsini vermiş və onların nömrələrini də öz telefonuna qeyd etmişdir. Bu zaman həmin şəxslər ona elektriklə işləyən sok çəkən maşın gətirməyi söz vermişlər. Bundan sonra o, həmin şəxslərdən bir neçə dəfə zəng edərək həmin maşının necə olduğunu soruşmuş, onlar isə maşının hələ olmadığını, olanda gətirəcəklərini bildirmişlər. 2020-ci ilin yanvar ayının əvvəllərində Fuadla əlaqə saxladığı zaman Fuad ona kakos lazım olduğunu bildirərək özündə də şüşə yəni metafetamin olduğunu bildirmişdir. Bu zaman o, taparaq evdə saxladığı kakos olduğu üçün Fuada özündə də kakos olduğunu demişdir. Bundan sonra Fuad və Natiqlə rayonun Katex kəndi ərazisində görüşmüşlər. Həmin yerə Fuadla Natiq özlərinə məxsus ford marakalı avtomaşınla gəlmişlər. Oraya çatanda Fuad maşından aşağı düşmüş və maşının arxa tərəfində 5 qram şüşəni 500 manat dəyərində olduğunu deyərək sellofan bükümdə ona vermişdir. Həmin vaxtı o da özündə olan 1 qram kakosu Fuada vermiş və həmin puldan nə çıxırsa çıxsın demişdir. Fuad isə həmin puldan 60 manat çıxacağını bildirmişdir. Bu zaman o, Fuada geriyə qalan 440 manat pulu 1 ay yarımdan sonra verəcəyini demişdir. Bundan sonra evə qayıtmış və şüşəni özü az-az istifadə etməyə başlamışdır. Həmin şüşədən geriyə qalan təxminən 1,5 qramını da yaşadığı evin özünə məxus yataq otağındakı stolun üzərindəki əşyaların arxasında saxlamışdır. xx xxxxxx 2020-ci ildə polis əməkdaşları yaşadığı evə gəlmiş və ona yaşadığı evdə narkotik vasitə və ya psixotrop maddə saxlayıb saxlamadığı soruşulmuş, həmin vaxtı o da polis əməkdaşlarına yaşadığı evin özünə məxus yataq otağındakı stolun üzərindəki əşyaların arxasında saxladığı metafetaminin olduğunu demişdir. Daha sonra polis əməkdaşları onun iştirakı ilə baxış keçirərək həmin sellofan bükümdə olan şüşəni götürərək qablaşdırmışlar. Bundan sonra isə baxışın nəticələrinə dair protokol tərtib edilmş, ucadan oxunduqdan sonra ptorokola imza etmişdir. İşin 1-ci cild 219-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Bayan küçəsi 116 saylı ünvanda yaşayır, himayəsində, atası, anası və bacıları vardır. İşin 1-cicild 220-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Gəncə şəhəri Nizami rayonu 43 nömrəli ev üçlüyü tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. İşin 1-ci cild 229-230-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin 2-ci cild 7-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən şəhəri nzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ciil tarixli arayışdan görünür ki, Qarayev X12 şəhəri N.Nərimano vküçəsi bina 19, mənzil 6 ünvanında yaşayır. Himayəsində işləməyən, atası,anası və qardaşıvardır. İşin 2-ci cild 8-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən şəhər inzibati ərazidairəsi üzrə üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur, barəsində şikayət daxil olmadığı göstərilir. İşin 1-ci cild 228-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu əvvəllər məhkum olunmamışdır. İşin 2-ci cild 23-cü vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Polis Şöbəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Şahid13 müstəntiq Şahid11 ünvanlandığı xx xxxx 2010-ci il tarixli, 109-4281-1220 nömrəli məktubda göstərilmişdir ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 qeyd etdiyi xüsusiyyətlərə,yəni xarici görkəminə,yaşayış tərzinə və yaşadığı ünvana uyğun olaraq Təqsirləndirilən şəxs1la əlaqəsi olan Qədir adlı şəxsi müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon prokuroru Rasim Musayevin xx xxxx 2020-ci il tarixli, 1181 nömrəli cavab məktubundan görünür ki, Balakən RPŞ-in əməkdaşlarının xx xxxxxx 2020-ci il tarixdə Zaqatala şəhərində Təqsirləndirilən şəxs1 evində əməliyyat keçirmələri barədə Zaqatala rayon prokurorluğuna məlumat daxil olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş X3 rəisinin xx xxxxxx 2020-ci il tarixli xx/xx-3329 nömrəli məktubu ilə Balakən rayon məhkəməsinə göndərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən Təqsirləndirilən şəxs1 adına tərtib edilmiş ********* nömrəli məhkumun tibbi kitabçasında görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə X5 daxil olmuş, ilk tibbi baxış zamanı sol göz qapağında qançır izi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin xəsarəti həbs edilməmişdən əvvəl yıxılaraq aldığını bildirmişdir. Balakən rayon polis Şöbəsində Təqsirləndirilən şəxs1 adına tərtib olunmuş tutulan şəxsin tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci i tarixdə Balakən Rayon Polis Şöbəsinə gətirilmiş, tutulmazdan əvvəl heç bir xəsarəti olmamış, sağlam olmuşdur. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Balakən RPŞ-nin İB-də istintaqı aparılan ********* nömrəli saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs-xx.xx.1993-cü il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 9 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Balakən şəhəri, H.Əliyev prospekti 7A ünvanında yaşayan Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs2 həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, xx xxxx 2020-ci il tarixdə Balakən rayonu Gərəkli kəndi ərazisindəki Mazım çayının kənarından 1 ədəd West markalı siqaret qutusunun içərisində 1 ədəd sellofan bükümdə külli miqdar hesab edilən təmiz çəkisi 4,842 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və külli miqdar hesab edilən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 6,175 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini taparaq satış məqsədi ilə qəsdən, qanunsuz olaraq əldə edibüzərində saxlamaqla daşıyıb Balakən şəhəri H.Əliyev prostpektində yerləşən Qəfəs adlı kafeyə gətirmiş, həmin tarixdə saat 01 radələrində RPŞ-nin əməkdaşları tərəfindən karantin rejimi qaydaları ilə əlaqədar keçirilən tədbir zamanı polis əməkdaşları Təqsirləndirilən şəxs2 olduğu otağa daxil olan zaman sonuncu üzərində saxlamış olduğu həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan 1 ədəd West markalı siqaret qutusunu stolun altına atmışdır. Daha sonra saat 01 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qəsdən, qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyıb Balakən şəhəri H.Əliyev prostpektində yerləşən Qəfəs adlı kafeyə gətirib oradakı stolun altına atmış olduğu 1 ədəd West markalı siqaret qutusuna baxış keçirilərkən siqaret qutusunun içərisindən, 01 ədəd sellofan bükümdə külli miqdar hesab edilən təmiz çəkisi 4,842 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və külli miqdar hesab edilən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 6,175 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Balakən rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən Rizvan Eminovun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxx 2020-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 döyülməsi barədə müraciəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan, qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə isə Cinayət Məcəlləsinin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli 02 nömrəli qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl onun tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs2 həmin cinayətin törədilməsində təqsirlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlinin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur,o, törətdiyi əmələ görə cəzalanmalıdır. Eyni zamanda məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 istintaq orqanı tərəfindən ona ittiham elan edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir ki, istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə etdiyi 1,587 qramdan artıq çəkidə psixotrop maddə metamfetamini üzərində daşımaqla müvəqqəti yaşadığı Zaqatala şəhəri S.Qocayev 59 A ünvanına gətirib, orada şkafın içərisindəki gödəkcəsinin cibində saxlamış, daha sonra 2020-ci ilin yanvar ayının əvvəllərində həmin 1,587 qramdan artıq çəkidə psixotrop maddə metamfetamini daşıyaraq Balakən rayonu Katex kəndi ərazisində Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 500 manata satmışdır. İstintaq orqanı gəldiyi bu nəticəni Təqsirləndirilən şəxs1 şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ibtidai istintaq zamanı verdiyi ifadələri, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi və şahid qismində dindirilmiş Şahid4 şübhəli şəxs qismində verdiyi ifadələri ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 124.1, 124.1.1 və 124.1.2-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar:cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın Konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırılmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olubolmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 124.2, 124.2.1, 124.2.2, 124.2.3, 124.2.4 və 124.2.5-ci maddələrinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların məyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübut etmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. X19 Avropa Məhkəməsi Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Əfsər Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, əsaslı şübhə yeri qoymayan sübutlar kifayət qədər güclü, aydın və uzlaşan nəticələrin və ya faktlara dair eyni cür təkzibedilməz ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası CPM-nn 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə iş materiallarında olan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair istintaq orqanının sübutlarının hər birinə ayrı-ayrılıqda hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 124.2, 124.2.1, 124.2.2, 124.2.3, 124.2.4 və 124.2.5-ci maddələrinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların məyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübut etmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. X19 Avropa Məhkəməsi Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Əfsər Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, əsaslı şübhə yeri qoymayan sübutlar kifayət qədər güclü, aydın və uzlaşan nəticələrin və ya faktlara dair eyni cür təkzibedilməz ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası CPM-nn 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə iş materiallarında olan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair istintaq orqanının sübutlarının hər birinə ayrı-ayrılıqda hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 124.2, 124.2.1, 124.2.2, 124.2.3, 124.2.4 və 124.2.5-ci maddələrinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların məyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübut etmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. X19 Avropa Məhkəməsi Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Əfsər Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, əsaslı şübhə yeri qoymayan sübutlar kifayət qədər güclü, aydın və uzlaşan nəticələrin və ya faktlara dair eyni cür təkzibedilməz ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası CPM-nn 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə iş materiallarında olan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair istintaq orqanının sübutlarının hər birinə ayrı-ayrılıqda hüquqi qiymət verməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixə kimi şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə istintaqının əvvəlində verdiyi ifadələri və Şahid4 şübhəli şəxs qismində verdiyi ifadələri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. X19 Avropa Məhkəməsi Con X8rşı iş üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə iclasında müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən psixi və fiziki zorakılığa məruz qaldıqları üçün düzgün ifadə verməmişlər. Təqsirləndirilən şəxs1 5 qram psixotrop maddə metamfetamini Gəncə şəhərində borc verdiyi pulun 300 manatının əvəzinə Qədir adlı şəxsin ona verdiyini bildirmiş, lakin həmin şəxsin mövcudluğu müəyyən edilməmişdir. Şəxsin psixi və fiziki zorakılıq olmadan mövcud olmayan şəxsin ona narkotik verməsi, özünün həmin narkotiki digər şəxsə satması barədə düzgün olmayan ifadə verməsi inandırıcı deyildir. Eyni zamanda məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə Balakən rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerinə təhvil verilərkən onda heç bir xəsarət olmamış, xx xxxxxx 2020-ci il tarixdə X5 təhvil verilərkən isə onun sol gözündə qançır olmuşdur. Bununla da təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki və psixi zorakılıqlara məruz qalmış, o qeyd edilən etirafedici ifadələrini fiziki və psixi zorakılıqla bağlı vermişdir. xx xxxx 2020-ci il tarixdən sonra isə o,əvvəl verdiyi ifadələrin fiziki və psixoloji zorakılıqlara məruz qaldığına görə verdiyini bildirərək Qədir adlı şəxsi tanımadığını, bu adlı şəxsin ona borclu olmadığını, 300 manat borcun əvəzinə ona 5 qram metafetamin vermədiyini, Təqsirləndirilən şəxs2, nə də digər şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında təkrar ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs1 ona psixotrop maddə metamfetamin satmamışdır. O, özündən aşkar olunub götürülmüş metamfetamini 2019-cu ilin dekabr ayında yol kənarından tapmışdır. Balakən rayon Polis Şöbəsinin əməkdaşları onu döyərək yazdırmışlar ki, guya narkotik vasitəni ona Təqsirləndirilən şəxs1 satmışdır. Habelə şahid qismində dindirilən Şahid4 ibtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi ifadəsində Qədir adlı şəxsin 5 qram metamfetamini Fuada borclu olduğu 300 manatın əvəzinə verməsini, həmin metamfetamini Fuadın 500 manata Anara satmasını göstərsə də xx xxxx 2020-ci il tarixdə şahid qismində dindirilərkən şübhəli şəxs qismində dindirilərkən düzgün ifadə vermədiyini, göstərdiyi halların olmadığını göstərərək X20 adlı şəxslə görüşmədiyini, ondan metamfetamin götürmədiyini, Təqsirləndirilən şəxs2 500 manata metamfetamin satmadığını bildirmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, istintaq orqanının Təqsirləndirilən şəxs1 qarşı elan edilmiş ittihamın təsdiq edilməsinə dair istinad etdiyi sübutların hamısı Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının Təqsirləndirilən şəxs1 və digər şəxslərə qarşı etdikləri qanunsuz psixi və fiziki zorakılıqlar əsasında alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2, 125.2.1, 125.2.2.125.2.3, 125.2.4, 125.2.7, 125.2.9 və 125.3-cü maddələrinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixə kimi şübhəli və təqsirləndirilən şəxs qismində veridiyi ifadələrin, Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə istintaqının əvvəlində verdiyi ifadələrin və Şahid4 şübhəli şəxs qismində verdiyi ifadələrin zorakılıq, hədə-qorxu, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alındığını nəzərə alaraq həmin ifadələri hüquqi qüvvəsi olmayan hesab edir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Eyni zamanda şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin əməkdaşları- Şahid8, Şahid1, Şahid2,Şahid9 və Şahid13 Təqsirləndirilən şəxs1 və digərlərinə qarşı qanunsuz psixi və fiziki zorakılıqlar edilməməsi barədə ifadələri işin faktiki hallarına uyğun olmadığından məhkəmə tərəfindən qəbul edilmir. Həmçinin şahid qismində dindirilmiş Şahid1, Şahid2, X6 ifadələrində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 metafetamin satması barədə xüsusatlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 fiziki və psixi zorakılıq nəticəsində verdikləri ifadələrə əsasən verildiyindən, Şahid5 ifadəsi digər sübutlarla təkzib edildiyindən məhkəmə tərəfindən qəbul edilmir. Habelə məhkəmə Balakən rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən Rizvan Eminovun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxx 2020-ci il tarixli qərarını əsaslı hesab etməyərək həmin məsələ ilə bağlı yenidən araşdırma aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna müraciət olunmasını zəruri hesab edir. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, Balakən rayon polis Şöbəsinin 7-8 nəfər əməkdaşı “X7 haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin və Azərbaycan Respublikası CPM-nin 178, 242 - 243-cü maddələrinin tələblərini kobud surətdə pozaraq heç bir qərar olmadan, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora xəbər vermədən Təqsirləndirilən şəxs1 yaşadığı Zaqatala şəhəri S.Qocayev 59 A ünvanında axtarış keçirtmişlər, sonra isə Təqsirləndirilən şəxs1 və Şahid4 məcburi qaydada Balakən rayon Polis Şöbəsinə gətirmişlər. Belə ki, “X7 haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci hissəsinin əsasən: Əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər: 1) vətəndaşların sorğusu; 2) soraqlaşma; 3) telefon danışıqlarına qulaqasma; 4) poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; 5) texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması; 6) məhkumların məktublarının yoxlanılması; 7) nəqliyyat vasitələrinə baxış keçirilməsi; 8) binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə; 9) binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi 10) insanların güdülməsi; 11) şəxsiyyətin eyniləşdirilməsi; 12) nəzarət qaydasında mal alınması; 13) əşya və sənədlərin tədqiqi; 14) müqayisəli tədqiq üçün nümunələrin toplanılması; 15) nəzarətli göndəriş; 16) cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi; 17) hüquqi şəxsin yaradılması; 18) əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi. Həmin Qanunun İİİ hissəsinə əsasən bu maddənin İ hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin İV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. Həmin Qanunun İV hissəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Həmin Qanunun 11-ci maddəsinin İİİ hissəsinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 1) məhkəmənin (hakimin) qərarları; 2) istintaq orqanlarının qərarları; 3) əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları. Аzərbaycan Respublikası CPM-nin 178-ci maddəsinə əsasən : 178.1. Məcburi gətirilmə şəxsin cinayət prosesi aparan orqana məcburi çatdırılmasından, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında onun iştirakının məcburi təmin edilməsindən ibarətdir. 178.2. Məcburi gətirilmə cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağırılan şəxsə yalnız aşağıdakı hallarda tətbiq edilə bilər: 178.2.1. cinayət prosesini həyata keçirən orqanın məcburi çağırışlarına üzürlü səbəb olmadan gəlmədikdə; 178.2.2. cinayət prosesini həyata keçirən orqanın çağırışlarını almaqdan boyun qaçırdıqda; 178.2.3. cinayət prosesini həyata keçirən orqandan gizləndikdə; 178.2.4. daimi yaşayış yeri olmadıqda. 178.3. 14 yaşınadək olan şəxslərin, hamilə qadınların, ağır xəstələrin, habelə xüsusi ittihamçının məcburi gətirilməsinə yol verilmir. 178.4. Məcburi gətirilmə cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı və ya cinayət prosesi iştirakçılarının vəsatəti ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. 178.5. Məcburi gətirilmə barədə qərar təhqiqat orqanı və ya qanunla üzərinə bu vəzifə qoyulmuş digər orqan tərəfindən icra olunur. Həmin Məcəllənin 242.1-ci maddəsinə əsasən əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər. Həmin Məcəllənin 243.1-ci maddəsinə əsasən axtarış və ya götürmə, bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və ya götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. Axtarış və ya götürmə bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. Məhkəmə Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının yuxarıda qeyd olunan həmin qanunsuz hərəkətləri ilə bağlı xüsusi qərar çıxarılaraq tədbir görülməsi üçün DİNnin rəhbərliyinə göndərilməsini zəruri hesab edir. Məhkəmə onu da bildirməyi vacib hesab edir ki, Avropa Məhkəməsinin bir sıra presedentlərində (Andondonskininişi, Bıkov Rusiyaya qarşı iş və sair) Avropa Məhkəməsinin qeyd etdiyi kimi, ibtidai istintaqın gedişində toplanmış sübutlar şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirlibilinməsi üçün deyil, şəxsin həmin ittiham üzrə məhkəmə qarşısına çıxarılması üçün əsas kimi qəbul oluna bilər. Şəxsin ittiham olunduğu əməldə təqsirli bilinməsi məsələsi yalnız məhkəmə iclasında tədqiq olunmuş və hüquqi cəhətdən qiymətləndirilmiş sübutlar əsasında həll olunur. Azərbaycan Respublikasının qanunuvericiliyidə məsələyə məhz bu mövqedən yanaşır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin fəlsəfəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu verdikt tamamilə əsaslı və ədalətlidir. Belə ki, Avropa Məhkəməsinin bəzi presedentlərinə görə Avropa Konvensiyasının 6cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) təkcə işin məhkəmə mərhələsinə deyil, məhkəməyə qədərki mərhələyə də (hazırkı işdə ibtidai araşdırma mərhələsinə) tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" x xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə, “Hoanq Fransaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. X19 Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Beləliklə məhkəmə işin qeyd edilən hallarına əsasən belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 münasibətdə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və ona qarşı ittihamın əsasını təşkil edən sübutlar cinayətprosessual qanunvericiliyi normalarının pozulması ilə əldə edilmişdir. Ona görə də bu sübutlar hüquqi qüvvəsi olmayan hesab edilirlər. Məhkəmə iclasında tədqiq olunmuş digər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetamin satmamışdır, yəni o, CM-in 234.2-ci maddəsindənəzərdə tutulan cinayət əməlini törətməmişdir. Beləliklə məhkəmə işin qeyd edilən hallarna əsasən belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 münasibətdə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və ona qarşı ittihamın əsasını təşkil edən sübutlar cinayət-prosessual qanunvericiliyi normalarının pozulması ilə əldə edilmişdir. Ona görə də bu sübutlar hüquqi qüvvəsi olmayan hesab edilirlər. Məhkəmə iclasında tədqiq olunmuş digər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetamin satmamışdır, yəni o, CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməmişdir. Beləliklə məhkəmə işin qeyd edilən hallarna əsasən belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 münasibətdə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və ona qarşı ittihamın əsasını təşkil edən sübutlar cinayətprosessual qanunvericiliyi normalarının pozulması ilə əldə edilmişdir. Ona görə də bu sübutlar hüquqi qüvvəsi olmayan hesab edilirlər. Məhkəmə iclasında tədqiq olunmuş digər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetamin satmamışdır, yəni o, CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması üçün bir neçə hallar mövcuddur ki, həmin hallardan da ən azı birinin mövcud olması bəraət hökmü çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 42.1.1-ci maddəsinə əsasən, cinayət hadisəsi olmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 42.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda məhkəmə bəraət hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən,məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Cinayət qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə bəraət verilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Təqsirləndirilən şəxs2 isə təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti , o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının müddətinə daxil edilməklə həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Cəzaçəkmə müddətinin əvvəli hökm çıxarıldığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə “Balakən Rayon Mərkəzi Xəstəxanası” X17 göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 138.20 (bir yüz otuz səkkiz manat 20 qəpik) manat Təqsirləndirilən şəxs2 tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************,Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs2 yaşadığı aşkar edilərək götürülmüş ekspert rəyindən sonra təmiz çəkisi 1,487 qram olan psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd 1 manatlıq F38793160 nömrəli pul əskinazı Azərbaycan Respublikasının xəzinəsinə verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir.Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 hazırkı cinayəti törətdikləri zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Onun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilən azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə “Balakən Rayon Mərkəzi Xəstəxanası” X17 göndərilsin. Təqsirləndirilən şəxs1 cinayət hadisəsinin olmamasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138.20 (bir yüz otuz səkkiz manat iyirmi qəpik) manat Təqsirləndirilən şəxs2 tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************,Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabaköçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan ekspert tədqiqatından sonra ümumi təmiz çəkisi 1,487 qram olan psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin. 01 ədəd 1 manatlıq F38793160 nömrəli pul əskinazı dövlət xəzinəsinə verilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar