Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-29/2021 08.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X8, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş-Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 1 il 7 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla təkrar oğurluq və oğurluğa cəhd cinayət əməllərini törətmişdir. Belə ki, o, qəsdən,qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizi yolla talamaq məqsədi ilə 03 dekabr 2020-ci il tarixə keçən gecə istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Balakən şəhəri, H.Əliyev prospektində yerləşən “Arzum cehizlik» mağazasının tavanını əlində olan vintaçanla və əlləri ilə sındırıb, saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq, oradan bir ədədinin qiyməti 140 manat olmaqla cəmi 2 ədəd ümumi qiyməti 280 manat dəyərində Türkiyənin «Altınbaşak» firmasının istehsalı olan yataq dəstlərini gizlli yolla ələ keçirib talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 280 (iki yüz səksən) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən,qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 03 dekabr 2020-ci il tarixə keçən gecə istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs10 icarə əsasında işlətdiyi Balakən şəhəri, H.Əliyev prospektində yerləşən “xxxx” mağazasının tavanını əlində olan vintaçanla və əlləri ilə sındırıb, saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq, oradan Çin istehsalı olan 08 GB həcmli hər birinin qiyməti 10 manat olmaqla 100 manat dəyərində 10 ədəd, 16 GB həcmli hər birinin qiyməti 14 manat olmaqla 140 manat dəyərində 10 ədəd, 32 GB həcmli hər birinin qiyməti 18 manat olmaqla 90 manat dəyərində 05 ədəd olmaqla cəmi 25 (iyirmi beş) ədəd mobil telefon üçün nəzərdə tutulan mikroyaddaş kartlarını gizlli yolla ələ keçirib talayaraq, Zərərçəkmiş şəxs10 ümumilikdə 330 (üç yüz otuz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 03 dekabr 2020-ci il tarixə keçən gecə istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs5 icarə əsasında işlətdiyi, Balakən şəhəri, H.Əliyev prospektində yerləşən mobil telefonların satışı mağazasına orada olan 200-300 manat pulu oğurlamaq məqsədilə mağazanın tavanını əlində olan vintaçanla və əlləri ilə sındırıb, saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq, həmin mağazada pul axtarıb tapmamış, ona görə də öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəldilmiş hərəkətini başa çatdıra bilməyərək, oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 03 dekabr 2020-ci il tarixə keçən gecə istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs11 icarə əsasında işlətdiyi Balakən şəhəri, H.Əliyev prospektində yerləşən qadın geyimləri mağazasına orada olan 100, 200 və ya 300 manat pulu oğurlamaq məqsədilə mağazanın tavanını əlində olan vintaçanla və əlləri ilə sındırıb, saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq, həmin mağazada pul axtarıb tapmamış, ona görə də öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəldilmiş hərəkətini başa çatdıra bilməyərək, oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 03 dekabr 2020-ci il tarixə keçən gecə istintaqa məlum olmayan vaxtda X8 icarə əsasında işlətdiyi, Balakən şəhəri, H.Əliyev prospektində yerləşən məktəb ləvazimatları və bijuteriya satışı mağazasına orada olan 300 manat pulu oğurlamaq məqsədilə mağazanın tavanını əlində olan vintaçanla və əlləri ilə sındırıb, saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq, həmin mağazada pul axtarıb tapmamış, ona görə də öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəldilmiş hərəkətini başa çatdıra bilməyərək, oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 03 dekabr 2020-ci il tarixə keçən gecə istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs6 icarə əsasında işlətdiyi Balakən şəhəri, H.Əliyev prospektində yerləşən «ST butik» mağazasına orada olan 300 manat pulu oğurlamaq məqsədilə mağazanın tavanını əlində olan vintaçanla və əlləri ilə sındırıb, saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq, həmin mağazada pul axtarıb tapmamış, ona görə də öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəldilmiş hərəkətini başa çatdıra bilməyərək, oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 03 dekabr 2020-ci il tarixə keçən gecə istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi Balakən şəhəri, H.Əliyev prospektində yerləşən «Hicran» qadın və uşaq geyimləri mağazasına orada olan 300 manat pulu oğurlamaq məqsədilə mağazanın tavanını əlində olan vintaçanla və əlləri ilə sındırıb, saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq, həmin mağazada pul axtarıb tapmamış, ona görə də öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəldilmiş hərəkətini başa çatdıra bilməyərək, oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 03 dekabr 2020-ci il tarixə keçən gecə istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Balakən şəhəri, H.Əliyev prospektində yerləşən «Təzə ət» mağazasının tavanını əlində olan vintaçanla və əllərilə sındırıb, saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq, oradan 1 kiloqramının qiyməti 9 manat olan 18 (on səkkiz) kq dişi iribuynuzlu heyvanın (dananın) ətini gizlli yolla ələ keçirib talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 162 (yüz altmış iki) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən,qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 10 dekabr 2020-ci il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs9 icarə əsasında işlətdiyi Balakən şəhəri, H.Əliyev prospektində yerləşən “Dostluq” kafesinə orada olan 200-300 manat pulu oğurlamaq məqsədilə kafenin tavanını əlində olan vintaçanla və əlləri ilə sındırıb, saxlanc yeri olan kafeyə qanunsuz daxil olaraq, həmin kafedə pul axtarıb tapmamış, ona görə də öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəldilmiş hərəkətini başa çatdıra bilməyərək, oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən, qəsdən,qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 10 dekabr 2020-ci il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs7 icarə əsasında işlətdiyi Balakən şəhəri, H.Əliyev prospektində yerləşən “Ana Market” mağazasının arxa divarını əvvəlcədən özü ilə hadisə yerinə gətirdiyi dəmir mismarçıxaranla və əllərilə ucurub, saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq, orada satış rəflərində olan 1 qutusunun qiyməti 3 manat 50 qəpik olmaqla 1680 manat dəyərində 480 ədəd «Kent-nano 4» markalı siqaret qutularını, 1 qutusunun qiyməti 3 manat 20 qəpik olmaqla 192 manat dəyərində 60 ədəd «Winston XStyle Silver» markalı siqaret qutularını, 1 qutusunun qiyməti 3 manat 70 qəpik olmaqla 666 manat dəyərində 180 ədəd «Sobranie KS White» markalı siqaret qutularını, 1 qutusunun qiyməti 2 manat 50 qəpik olmaqla 150 manat dəyərində 60 ədəd «Rothmans silver» markalı siqaret qutularını, 1 qutusunun qiyməti 2 manat 50 qəpik olmaqla 225 manat dəyərində 90 ədəd «X23» markalı siqaret qutularını, yəni 2913 (iki min doqquz yüz on üç) manat dəyərində müxtəlif növ siqaretləri və piştaxtanın siyirməsində olan 1000 (min) manat məbləğində qəpik və 80 manat məbləğində kağız pulları gizli yolla ələ keçirib talayaraq, Zərərçəkmiş şəxs7 ümumilikdə 3993 (üç min doqquz yüz doqsan üç) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən,qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 21 dekabr 2020-ci il tarixdə, saat 04 radələrində Şahid2 icarə əsasında işlətdiyi Balakən şəhəri, H.Əliyev prospektində yerləşən “Teyyub Elektronika” mağazasının tavanını əvvəlcədən özü ilə gətirdiyi dəmir mismarçıxaranla və əlləri ilə uçurub, saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq, orada olan «xxxx» MMC şirkətinə məxsus saxlanc yeri olan “E-Manat” ödəmə terminalını qeyd olunan dəmir mismarçıxaranla sındırıb, içərisində olan 1 ədəd 120 manat dəyərində pul qabını (kaset) oğurlayaraq, Balakən şəhəri ərazisindən keçən Balakən çayına aparıb, orada olan iri daşlardan istifadə edib, sındıraraq, içərisindən 5427 (beş min dörd yüz iyirmi yeddi) manat məbləğində, yəni xeyli miqdarda pulları gizlli yolla ələ keçirərək, talayıb, «xxxx» MMC şirkətinə ümumilikdə 5547 (beş min beş yüz qırx yeddi) manat məbləğində ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən,qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 10 yanvar 2021-ci il tarixdə, saat 05 radələrində Zərərçəkmiş şəxs8 icarə əsasında işlətdiyi Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən “Meqa Araz” mağazasının tavanını əvvəlcədən özü ilə gətirdiyi dəmir mismarçıxaranla və əlləri ilə uçurub, saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq, mağazanın anbarında (deposunda) olan müşahidə kamerasının yaddaş blokunu gizlli yolla ələ keçirib talamaqla, Zərərçəkmiş şəxs8 350 (üç yüz əlli) manat məbləğində ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 10 yanvar 2021-ci il tarixdə, saat 05 radələrində Zərərçəkmiş şəxs8 icarə əsasında işlətdiyi Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən “Meqa Araz” mağazasının tavanını əvvəlcədən özü ilə gətirdiyi dəmir mismarçıxaranla və əlləri ilə uçurub, saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq orada olan «xxxx» şirkətinə məxsus saxlanc yeri olan “Milli Ön” ödəmə terminalını qeyd olunan dəmir mismarçıxaranla sındırıb, içərisində olan 1 ədəd 200 manat dəyərində pul qabını (kaset) oğurlayaraq, Balakən şəhəri ərazisindən keçən Balakən çayına aparıb orada olan iri daşlardan istifadə edib sındıraraq, içərisindən 3411 (üç min dörd yüz on bir) manat məbləğində pulları gizlli yolla ələ keçirərək, talayıb, «xxxx» şirkətinə ümumilikdə 3611 (üç min altı yüz on bir) manat məbləğində ziyan vurmaqla, oğurluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, işdə olan digər sübutların bilavasitə tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Balakən rayonu Qazma kəndində valideynləri ilə birlikdə yaşayır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib, 1 il 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 19.11.2020-ci il tarixdə məhkəmə zalından azad edildikdən sonra yaşadığı Balakən rayonu Qazma kəndinə gəlmişdir. Cəza çəkməyi ilə əlaqədar olaraq Balakən rayonuna qayıtdıqdan sonra Balakən rayon İcra və Probasiya Şöbəsinə getsə də, hələ müvafiq sənədlərinin şöbəyə daxil olmadığı ona bildirilmişdir. Evə qayıtdıqdan sonra maddi vəziyyəti yaxşı olmadığından rayon ərazisində yenidən oğurluqlar etmək qərarına gəlmişdir. Balakən şəhəri, H.Əliyev prospektində sıra ilə müxtəlif mağazaların yerləşdiyini bilmiş və həmin mağazalardan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 01 dekabr 2020-ci il tarixdə, saat təxminən 21:30 radələrində özü ilə bir ədəd vintaçan da götürərək, yaşadığı evdən çıxıb, heç kimin onun şəhərə gəldiyini görməməsi üçün çay yolu ilə piyada olaraq tək Balakən şəhərinə gəlmişdir. Vintaçanı götürməkdə məqsədi mağazalara daxil olduğu zaman ondan oğurluq etmək üçün istifadə etmək olmuşdur. Gecə saat 12-dən sonra artıq 03.12.2020-ci il tarixdə birinci olaraq H.Əliyev prospektində yerləşən “xxxx” mağazasından oğurluq etmək qərarına gəlmişdir. “xxxx” mağazasının tavanı hündür olduğundan onun yanında olan “Arzum” mağazasına daxil olaraq, həm həmin mağazadan pul oğurlamaq, həm də həmin mağazadan “xxxx” mağazasına daxil olaraq oradan pul oğurlamaq istəmişdir. Balakən şəhəri Nizami adına 1 saylı tam orta məktəbinin həyəti H.Əliyev prospektində yerləşən mağazaların arxa hissəsinə düşür. Nizami adına məktəbin həyətinə daxil olub, “Arzum” mağazasının arxa tərəfinə keçib, oradakı qaz borusunun üzəri ilə mağazanın çardağına çıxmışdır. Əvvəlcə mağazanın çardağına çıxıb, tavanı vintaçanla deşib, sonra əlləri ilə plastik lambiri qırıb, mağazaya daxil olmuşdur. Həmin mağazanın içərisində 200-300 manat pul olacağını fikirləşsə də, pul tapmamışdır. Bu səbəbdən də mağazadan pul oğurlaya bilməmişdir. Mağazadan 2 ədəd yataq dəstini oğurlayıb, onlardan qonşuluqdakı “xxxx” mağazasına keçmək üçün istifadə etmək qərarına gəlmişdir. Mağazadan yenidən çardağa çıxaraq, orada yataq dəstlərinin içərisində olan yorğan üzlərini bir-birinə bağlamışdır ki, “xxxx” mağazasına rahat düşə bilsin. Eyni qaydada “xxxx” mağazasının tavanını da vintaçanla deşib, daha sonra plastikdən olan tavanı əlləri ilə qırdıqdan sonra bir-birinə bağladığı yorğan üzləri ilə içəriyə düşmüşdür. Həmin mağazadan pul oğurlamaq fikri olmuş, lakin pul tapmadığına görə oğurlaya bilməmişdir. Mağazadakı şkafın siyirməsində olan təxminən 20 ədəddən çox (dəqiq sayını xatırlamır) mobil telefonun yaddaş kartlarını götürüb, əynindəki şalvarın sol cibinə qoymuşdur. “xxxx” mağazasından yorğan üzlərinin vasitəsi ilə yenidən geriyə, tavana qalxmış və həm “Arzum” mağazasından, həm də “xxxx” mağazasından pul tapa bilmədiyinə görə həmin cərgədə olan başqa mağazalara girib, oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də həmin mağazaların sırasında olan mobil telefon satışı mağazasının tavanına tərəf irəliləyərək, tavanı eyni qaydada sındırmış və pul oğurlamaq üçün həmin mağazaya daxil olmuşdur. Mağazada heç olmasa 200-300 manat pul olacağını fikirləşmiş, həmin pulu oğurlamaq istəmiş, lakin mağazada pul olmadığından oğurlaya bilməmişdir. Həmin mağazadan pul tapa bilmədiyinə görə yenidən çardağa çıxmışdır. Orada olan digər adını xatırlamadığı qadın geyimləri mağazasının çardağına tərəf getmiş və həmin mağazanın tavanını da eyni qaydada sökərək, içəri daxil olmuşdur. Həmin mağazadan nə qədər pul axtarsa da, tapa bilməmişdir. Qeyd etdiyi mağazada da 100, 200 və ya 300 manat pul ola biləcəyini fikirləşmişdir. Əgər tapsa, həmin pulu oğurlamaq fikri olmuşdur. Lakin pulu tapa bilmədiyinə görə, yəni mağazada pul olmadığından oğurlaya bilməmişdir. Yenidən çardağa çıxıb, tavan ilə hərəkət edərək, həmin sırada olan məktəb ləvazimatları və bijuteriya əşyaları satılan mağazaya tərəf gəlib, həmin mağazanın tavanını da sındıraraq, mağazanın içərisinə daxil olmuşdur. Həmin mağazada heç olmasa 300 manat pul olacağını fikirləşmiş, lakin nə qədər axtarsa da, pul tapa bilməmişdir. Həmin mağazada pul tapa bilmədiyinə görə oğurlaya bilməmişdir. Mağazaya düşdüyü yerdən geriyə, tavana, yəni mağazanın çardağına çıxmışdır. Daxil olduğu mağazalardan pul tapa bilmədiyinə görə əsəbləşərək, hər hansı bir mağazadan pul tapıb oğurlamağı qarşısına məqsəd qoymuşdur. Bu məqsədlə bundan sonra həmin cərgədə olan “ST Butik” mağazasının çardağına doğru gəlmiş və tavanı sındıraraq, içəri daxil olmuşdur. Nə qədər pul axtarsa da, həmin mağazadan pul tapa bilməmişdir. Həmin mağazada da heç olmasa 150-200 manat pul tapacağını fikirləşmiş və tapsa, həmin pulu oğurlamaq fikri olmuşdur. Lakin qeyd etdiyi mağazadan da pul tapmadığından oğurlaya bilməmişdir. Mağazaya düşdüyü yerdən tavandan yenidən geri, mağazanın çardağına çıxmış və sonra həmin sırada olan “Hicran” uşaq və qadın geyimləri mağazasının tavanına doğru gəlmişdir. Eyni qaydada tavanı sökərək,içəri daxil olmuşdur. “Hicran” mağazasından nə qədər axtarsa da, pul tapa bilməmişdir. Həmin mağazadan da 200-300 manat pul tapsa, oğurlayacaqdı. Nə qədər pul tapsa,oğurlamaq fikri olmuş, lakin pul tapa bilmədiyinə görə oğurlaya bilməmişdir. Mağazaya daxil olduğu yerdən geri, çardağa çıxaraq, “xxxx” mağazasına tərəf qayıtmış və həmin mağazanın yanında olan qəssab dükanının çardağına keçmişdir. Eyni qaydada qəssab dükanının tavanını qırıb, içəri daxil olmuşdur. Həmin dükandan da pul axtarmış, lakin tapa bilməmişdir. Dükandan asılı vəziyyətdə olan təxminən 15 kiloqramdan çox əti həmin yerdən götürdüyü sellofan torbaya qoyaraq, tavandan çardağa çıxartmışdır. Mağazanın arxa tərəfinə düşərək, gəldiyi çay yolu ilə evə tərəf getməyə başlamışdır. Yolla gəldiyi zaman üstünə küçə itləri hücum etdiyindən, əlindəki oğurladığı əti onlara atmışdır. Ertəsi gün “xxxx” mağazasından oğurladığı mobil telefonun yaddaş kartlarını sata bilməyəcəyini fikirləşərək, onları yaşadığı evin bağındakı tonqalın üstünə ataraq, yandırmışdır. Həmin gecə oğurluqdan pul əldə edə bilmədiyinə görə başqa yerlərdən oğurluq edərək, pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə də 09.12.2020-ci il tarixdə, günorta saat 15 radələrində gecə oğurluq edəcək mağazanı seçib, həmin mağazadan necə oğurluq edəcəyini planlaşdırmaq üçün Balakən şəhərinə gəlmişdir. Balakən bazarının yaxınlığında olduğu zaman həmin ətrafda olan “Ana market” mağazasına daxil olaraq, oradan oğurluq edəcəyini qərarlaşdırmışdır. Daha sonra isə yaşadığı evə qayıtmış və həmin gecə saat 22 radələrində yaşadığı evdən çıxaraq, yenə də heç kim görüb, şübhələnməsin deyə, çay yolu ilə Balakən şəhərinə gəlmişdir. Xeyli müddət çayın içərisində gözləmiş və gecə saat 03 radələrində “Ana market” adlandırılan həmin mağazanın arxasına gələrək, mağazaya daxil olmaq üçün yollar axtarmağa başlamışdır. Əvvəlcə həmin mağazanın yanında olan “Dostluq” kafesinin yan hissəsində olan dəmir boru ilə kafenin tavanına, yəni çardağına orada olan nəfəslikdən kafeyə daxil olmaq üçün çıxmışdır. Həmin nəfəslikdən kafeyə daxil olmuşdur. Kafenin içərisində də 200-300 manat pul ola biləcəyini fikirləşərək, oradan pul axtarmışdır. Lakin həmin kafedən pul tapa bilmədiyinə görə oğurlaya bilməmişdir. Kafenin tavanında olan plastik örtüyü bir qədər əyərək, baxan zaman mağazanın üstünün və yanının beton olduğunu görmüşdür. Oradan mağazaya daxil ola bilməyəcəyini başa düşmüşdür. Bundan sonra həmin nəfəslikdən çölə çıxmış və mağazaya daxil olmaq üçün yeni yol axtarmağa başlamışdır. Qeyd etdiyi mağazanın yanında olan, lakin təmiri hələ yekunlaşmamış magazadan həmin mağazaya daxil ola biləcəyini fikirləşmişdir. Həmin mağazanın tavanına qalxaraq, hələ tam örtülməmiş tavandan mağazanın içərisində divara söykənmiş nərdivanla mağazanın içərisinə düşmüşdür. Lakin həmin mağazanın içərisindən də digər mağazaya yol olmadığını gördüyü üçün, yenidən həmin nərdivanla tavana, oradan da çardağa qalxmışdır. Həmin vaxt daxil olmaq istədiyi mağazanın çardağına keçmiş və əvvəlcədən evdən özü ilə gətirdiyi dəmir mismarçıxaranla mağazanın nəfəsliyinin üstünə bərkidilmiş dəmir barmaqlıqları qırmağa başlamışdır. Həmin vaxtı nəfəsliyin üstündəki mişar daşlarının tərpəndiyini görmüşdür. Bundan istifadə edərək, həmin mişar daşlarını yerlərindən daha bərk tərpədərək, onların yerə düşməsinə nail olmuşdur. Bundan sonra həmin açılmış yerdən mağazanın içərisinə daxil olmuşdur. Həmin mağazanın içərisində pul axtarmağa başlamışdır. Əvvəl kağız pulları tapa bilməsə də, orada torbalarda çoxlu qəpik pullar olduğunu görmüşdür. Həmin qəpik pullar dörd ədəd sellofan torbalara yığılmışdır. Həmin qəpik pulları əlinə götürüb yoxlamış və həmin torbalarda qəpik pullar olduğuna əmin olmuşdur. Həmin qəpik pullar yığılmış 4 ədəd torbanı bir ədəd sellofan torbanın içərisinə qoymuşdur. Sonra isə oradan müxtəlif adda çoxlu siqaret oğurlamışdır. Dəqiq neçə blok siqaret götürdüyünü xatırlamır. Oğurladığı çox sayda müxtəlif adda siqaretləri də sellofan torbalara yığmışdır. Mağazadakı stolun siyirməsinə baxdıqda, orada da az miqdarda qəpiklərin və kağız pulların olduğunu görüb, həmin pulları da oğurlayıb, cibinə qoymuşdur. Daha sonra qəpik pulları və siqaretləri orada olan bir ədəd kisənin içərisinə yığıb, özü ilə götürüb, yaşadığı evə tərəf çay yolu ilə getməyə başlamışdır. Yaşadığı evə çatdıqdan sonra həmin kisəni həyətyanı sahələrinin bağ hissəsində gizlətmişdir. Oğurluqdan bir neçə gün sonra qəpik pulları götürüb, Zaqatala şəhərinə getmiş və orada müxtəlif mağazalarda həmin qəpik pulları kağız pula dəyişmişdir. Oğurladığı siqaretlərin bir hissəsini hazırda xatırlamadığı şəxs vasitəsi ilə hərbi xidmətdə olan əsgərlərə göndərmiş, bir hissəsini isə Zaqatala rayonuna apararaq, orada olan mağazalara satmışdır. Qalan siqaretləri isə özü çəkmişdir. 21.12.2020-ci il tarixdə Balakən şəhərində olduğu zaman şəhərin H.Əliyev prospektində yerləşən “Teyyub elektronika” mağazasına mobil telefonların qiymətləri ilə maraqlanmaq üçün girmişdir. Həmin vaxt mağazada piştaxtanın arxasında oturan satıcının əlində olan pulları siyirməyə qoymasını və oradan pul götürməsini görmüşdür. Bu, onun nəzərini cəlb etmiş və həmin mağazaya daxil olub, oradakı piştaxtanın siyirməsində olan pulları oğurlamaq qərarına gəlmişdir. Həmin mağazadan çıxaraq, yaşadığı evə gəlmişdir. Evdə olduğu müddətdə həmin mağazadan həmin gecə oğurluq etmək qərarına gəlmişdir. Elə həmin gecə saat 23 radələrində yaşadığı evdən çıxıb, şəhərə gəlmişdir. Şəhərdə olan parkda oturaraq, gecə saat 04 radələrinədək gözləmiş və bundan sonra həmin mağazanın arxasına keçərək, mağazaya daxil olmaq üçün çardağa çıxmışdır. Həmin mağazanın tavanını əvvəlcədən özü ilə evdən gətirdiyi dəmir mismarçıxaranla qıraraq, mağazanın içərisinə daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra birinci növbədə piştaxtanın siyirməsini açıb baxmış və orada pul olmadığını görmüşdür. Həmin vaxt mağazanın içərisində olan “E Manat” ödəmə terminalı nəzərini cəlb etmiş və həmin ödəmə terminalının içərisində pul ola biləcəyini fikirləşərək, terminalı qırıb, içərisindəki pulu oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə də həmin terminalı olduğu yerdən tərpədib sürüyərək, mağazanın arxa hissəsinə tərəf aparmışdır. Orada əlində olan mismarçıxaranla terminalı qırıb, içərisində olan pul kasetini götürmüşdür. Həmin pul kasetini mağazanın içərisində sındırmağa cəhd etsə də, bunu bacarmamışdır. Bu səbəbdən də həmin pul kasetini götürərək, mağazanın arxa qapısında olan açarla qapını açıb, oradan çıxaraq, birbaşa çaya getmişdir. Çayda iri çay daşlarını götürüb, pul kasetinin üstünə ataraq, pul kasetini sındırmağa nail olmuşdur. Bundan sonra pul kasetinin içərisində olan 5427 (beş min dörd yüz iyirmi yeddi) manat pulu götürərək, cibinə qoymuşdur. Pul kasetini isə orada ataraq, yaşadığı evə qayıtmışdır. Həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmiş və bir müddət sonra pulu qurtardığına görə yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 09.01.2021-ci il tarixdə, saat təxminən 12:30 radələrində şəhər ərazisinə gələrək, mağazaları gəzməyə başlamışdır. Şəhərin R.Səmədov küçəsində yerləşən “Meqa Araz” marketində olan “Milli ön” ödəmə terminalı nəzərini cəlb etmişdir. Həmin mağazaya daxil olaraq, yenə də oğurluq etmək qərarına gəlmişdir. Mağazadan çıxaraq, yaşadığı evə qayıtmış və axşam saat 23:45 radələrində yaşadığı evdən çıxıb, şəhərə gəlmişdir. Yenə də heç kimin diqqətini cəlb etməmək üçün çay yolu ilə piyada gəlmişdir. Bir müddət çayın içində gözlədikdən sonra təxminən səhərə yaxın 05 radələrində həmin mağazaya yaxınlaşaraq, mağazanın arxa tərəfinə keçmişdir. Mağaza üçmərtəbəli olduğundan, çardaqdan içəri daxil ola bilməyəcəyini başa düşmüşdür. Bu səbəbdən də əvvəlcədən evdən özü ilə gətirdiyi yenə həmin dəmir mismarçıxaranla mağazanın arxasında olan nəfəsliyin üzərində olan dəmir barmaqlıqları sındırmağa başlamışdır. Dəmir barmaqlıqları sındırandan sonra mismarçıxaranla nəfəsliyi açmış və oradan mağazanın içərisinə daxil olmuşdur. “Milliön” ödəmə terminalına yaxınlaşıb, həmin terminalı mağazanın arxa hissəsinə tərəf sürüyərək, orada həmin terminalı sındıraraq, içərisindəki pul kasetini götürmüşdür. Mağazada müşahidə kamerasının olduğunu görüb, həmin görüntülərin qeydə alındığı bloku oğurlamaq qərarına gəlmişdir. Mağazanın deposundakı müşahidə kamerasının görüntülərinin qeydə alındığı yaddaş qurğusunu, yəni “diviar”ı söküb götürmüşdür. Daha sonra nəfəslikdən geri çıxıb, birbaşa çaya tərəf gəlmişdir. Əlindəki müşahidə kamerasının yaddaş qurğusunu çayın içinə atmışdır. Oradan yenə də iri çay daşlarını götürüb, əvvəlki qaydada pul kasetinin üzərinə ataraq, pul kasetini sındırmışdır. Bundan sonra pul kasetinin içərisində olan 3411 (üç min dörd yüz on bir) manat pulu götürərək, cibinə qoymuşdur. Pul kasetini isə çayda sındırdığı yerdə ataraq, yaşadığı evə qayıtmışdır. Həmin pulların bir hissəsini öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin hadisədən iki gün sonra Balakən rayon İcra və Probasiya Şöbəsinə gəldiyi zaman polis əməkdaşları ora gələrək, onu polis şöbəsinə dəvət etmişlər. Heç bir etiraz etməyərək, onlarla birlikdə Balakən Rayon Polis Şöbəsinə gəlmişdir. Polis əməkdaşları ondan oğurluq edib-etmədiyini soruşduqda, onlara törətdiyi oğurluqları etiraf etmişdir. Həmin vaxt “Milli ön” ödəmə terminalından oğurladığı 3411 (üç min dörd yüz on bir) manat puldan üzərində olan 383 (üç yuz səksən üç) manat və yaşadığı evdə saxladığı 650 (altı yüz əlli) manat pulları könüllü təqdim etmişdir. Həmçinin oğurluqlar törətdiyi zaman mağazalara daxil olmaq və ödəmə terminallarını sındırmaq üçün istifadə etdiyi və qəbirstanlıqda gizlətdiyi bir ədəd dəmir mismarçıxaranı, çaya atdığı iki ədəd pul kasetlərinin yerlərini könüllü olaraq polis əməkdaşlarına göstərmiş və həmin əşyaların polis əməkdaşları tərəfindən götürülməsində iştirak etmişdir. Yuxarıda qeyd etdiyi oğurluqları özü tək etmişdir. Həmin cinayətləri törətməkdə ona heç kim kömək etməmiş və heç kim göstəriş verməmişdir. Törətdiyi oğurluqlar barədə heç kimin məlumatı olmamışdır. İfadəsində göstərdiyi oğurluqlardan başqa heç bir yerdə oğurluq törətməmişdir. Törətdiyi əməllərə görə peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Balakən rayonu Mahamalar kəndində ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin may ayından etibarən Balakən şəhəri, H.Əliyev prospektində yerləşən “Təzə ət” kimi adlandırdığı mağazanı icrarəyə götürüb, iribuynuzlu heyvan alıb kəsərək, ətinin satılmasını təmin edir. Təxminən 2 aydır ki, iribuynuzlu heyvan (dananın) ətinin hər bir kiloqramını 9 manata satır. Hər gün səhər saat 08 radələrində mağazanı açıb, ət satışı ilə məşğul olur, təxminən saat 14-15 radələrində isə mağazanı bağlayır. Həmişə olduğu kimi 02 dekabr 2020-ci il tarixdə də saat təxminən 14 radələrində mağazanı bağlayaraq, yaşadığı evə getmişdir. 03 dekabr 2020-ci il tarixdə, səhər saat 08:30 radələrində mağazanın qarşısına gəlib, qapını açıb içəri daxil olmuşdur. Mağazaya daxil olan kimi ət satışı zamanı əyninə geyindiyi isti gödəkçənin yerdə olduğunu, yəni hər gün mağazanı bağladıqdan sonra asdığı yerdə olmadığını görmüşdür. Həmçinin tavan hissədə olan lambirin sallaq vəziyyətdə olduğunu və tavanda olan taxtaya sarılmış vəziyyətdə mələfə olduğunu görmüşdür. Bu zaman mağazaya kiminsə daxil olduğunu və oğurluq etdiyini bilmişdir. Daha sonra isə yanında fəaliyyət göstərən “xxxx” mağazasına və digər mağazaların içərisinə baxdıqda, tavan hissələrinin dağınıq olduğunu görmüşdür. Buna görə də “xxxx” mağazasını işlədən Zərərçəkmiş şəxs10, daha sonra isə məktəb ləvazimatları mağazasını işlədən dayısı qızı Rəisət Xəlilovaya zəng edərək, onların mağazasında da oğurluq ola biləcəyi barədə xəbər vermişdir. Daha sonra isə mağazada olan dəmir asılqana asmış olduğu dişi cinsli iribuynuzlu heyvana (danaya) məxsus sağ qol əti və çiyin ətinin bir hissəsinin oğurlandığını aşkar etmişqdir. Bu barədə polisə məlumat vermişdir. Polis əməkdaşları da gələrək, hadisə yerini müayinə edib, protokol tərtib etmişlər. O da həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Oğurlanmış sağ qol əti və çiyin əti dişi cinsli iribuynuzlu heyvana (danaya) məxsus olmuşdur. Sağ qol əti 11 kq, ciyin əti isə təxminən 7 kiloqram ollmuşdur. Yəni hər iki hissə xalis ət olmuşdur. Həmçinin dişi cinsli iribuynuzlu heyvana (danaya) məxsus 11 kiloqram olan sağ qol əti 7 kiloqram olan çiyin ətinin hər bir kiloqramını 9 manata satmışdır. Ümumilikdə 18 kiloqram ətin qiyməti 162 manat təşkil etmişdir. Həmin vaxt mağazasına daxil olaraq oğurluq edən şəxslərin kimlər olduğunu bilməmişdir. Mağazanın tavanı içəri daxil olan şəxs tərəfindən sökülməsi nəticəsində ona 20 manat məbləğində ziyan dəymişdir. Polisdə aparılan istintaq zamanı ondan oğurluq edənin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında tək yaşayır. Gürcüstan vətəndaşı olsa da, Azərbaycan dilini sərbəst bilir. Azərbaycan dilində yazıb oxuya bilir. 2017-ci ildən etibarən Balakən şəhəri, Heydər Əliyev prospektində yerləşən “Arzum cehizlik” kimi adlanan cehizlik malları mağazasını icarəyə götürərək, işlədir. Həmin mağazada cehizlik əşyaların satışı ilə məşğul olur. Hər gün səhər təxminən saat 09 radələrində mağazanı açır, təxminən saat 19 radələrində isə mağazanı bağlayır. Həmişə olduğu kimi, 02 dekabr 2020-ci il tarixdə də saat təxminən 19 radələrində mağazanı bağlayaraq, yaşadığı evə getmişdir. 03 dekabr 2020-ci il tarixdə, səhər saat 09 radələrində yaxınlıqda ət mağazasını işlədən Zeynəddin adlı şəxs ona zəng edərək, mağazasında oğurluq ola biləcəyini qeyd etmişdir. Tez mağazaya gəldikdə mağazanın tavan hissəsinin deşildiyini və mağazanın içərisinin də dağınıq olduğunu görmüşdür. Bundan sonra mağazaya baxdıqda, “Altınbaşak» firmasına məxsus 2 ədəd 2 nəfərlik yataq dəstinin (hər birinin içərisində 2 ədəd yastıq üzü, bir ədəd çexol (yorğan üzü) bir ədəd mələfə) oğurlandığını müəyyən etmişdir. Daha sonra mağazaya baxdıqda, başqa nəyinsə oğurlanmadığını bilmişdir. Bu barədə polisə məlumat verildiyi üçün polis əməkdaşları da gələrək, hadisə yerini müayinə edib, protokol tərtib etmiş, o da həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Ona məxsus olan oğurlanmış Türkiyənin “Altınbaşak” firmasının istehsalı olan 2 ədəd 2 nəfərlik yataq dəstinin hər birinin içərisində 2 ədəd yastıq üzü, bir ədəd yorğan üzü, bir ədəd mələfə vardır. Ona məxsus olan oğurlanmış “Altınbaşak» firmasının istehsalı olan 2 ədəd 2 nəfərlik yataq dəstinin hər birinin qiyməti 150 manat olmaqla, ümumilikdə 300 manata satmışdır. Polisdə aparılan istintaq zamanı mağazasından oğurluq edənin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Balakən şəhəri, H. Əliyev prospekti ev-3 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2016-cı ildən etibarən Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Hicran” uşaq və qadın geyimləri mağazasını işlədir. Həmin mağazada uşaq və qadın geyimlərinin satışı ilə məşğul olur. Hər gün səhər saat təxminən 09 radələrində mağazanı açır, təxminən saat 17 radələrində isə mağazanı bağlayır. Həmişə olduğu kimi 02 dekabr 2020-ci il tarixdə də saat təxminən 17 radələrində mağazanı bağlayaraq, yaşadığı evə getmişdir. 03 dekabr 2020-ci il tarixdə, səhər saat təxminən 09 radələrində mağazanın yaxınlığında qəssab işləyən Zeynəddin ona zəng edərək, işlətdiyi mağazada oğurluq ola biləcəyini demişdir. Buna görə tez mağazaya gəlmişdir. Mağazaya gəlib, qapını açıb, içəri daxil olduqda, mağazanın içərisinin dağınıq olduğunu görmüşdür. Həmçinin mağazanın içərisindəki kassanın siyirməsi açıq vəziyyətdə olmaqla, tavan hissədə dəlik olduğunu görmüşdür. Bu zaman kiminsə mağazasından oğurluq etmək məqsədi ilə mağazasına daxil olduğunu bilmişdir. Mağazaya baxdıqda, nəyinsə oğurlanmadığını aşkar etmişdir. Hər gün mağazanı bağlayıb gedəndə, mağazada olmuş alverin pulunu özü ilə aparır. Buna görə mağazada pul da olmamışdır. Ümumiyyətlə mağazasından hər hansı bir əşya oğurlanmamışdır. Həmçinin bildirmək istəyir ki, mağazasına daxil olan şəxs tavan hissədə dəlik açmaqla, ona ümumilikdə 100 manat ziyan vurmuşdur. Belə ki, tavan hissədə olan taxta və dəmirin sındırılması, elektrik xətti və işıq lampasının yararsız hala düşməsi nəticəsində, həmçinin təmir xərci ilə birlikdə ona ümumilikdə 100 manat məbləğində maddi ziyan dəymişdir. Mağazasından oğurluq etmiş şəxsin Qazma kənd sakini Təqsirləndirilən şəxs olduğunu sonradan bilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Balakən rayonu Mahamalar kəndində ailəsi ilə birlikdə yaşayır. 2019-cu ildən etibarən Balakən şəhəri, H.Əliyev prospektində yerləşən məktəb ləvazimatları və bijuteriyalar mağazasını icarəyə götürüb, həmin mağazada məktəb və ofis ləvazimatlarının və bijuteriyaların satışı ilə məşğul olur. Hər gün səhər saat təxminən 10 radələrində mağazanı açır, təxminən saat 17 radələrində isə mağazanı bağlayır. Həmişə olduğu kimi, 02 dekabr 2020-ci il tarixdə də saat təxminən 17 radələrində mağazanı bağlayaraq, yaşadığı evə getmişdir. 03 dekabr 2020-ci il tarixdə, səhər saat 09 radələrində mağazasının yaxınlığında qəssabxana işlədən Zərərçəkmiş şəxs1 ona zəng edərək, mağazasından oğurluq olmasına şübhələr olduğunu bildirmişdir. Tez mağazaya getmiş, mağazaya daxil olduqda, tavan hissədə olan lambirin sınıb yerə töküldüyünü görmüşdür. Daha sonra isə mağazaya baxdıqda, mağazada olan əşyaların və kassa aparatında olan sənədlərin yerdə olduğunu görmüşdür. Bu zaman kiminsə mağazasına oğurluq məqsədi ilə daxil olduğunu bilmişdir. Mağazaya baxdıqda, nəyinsə oğurlandığını aşkar etməmişdir. Bundan başqa tavan hissədə olan lambirin sökülməsi nəticəsində və təmir xərci ilə birlikdə ona təxminən 25 manat məbləğində maddi ziyan dəymişdir. Ona başqa ziyan vurulmamışdır. Hadisə baş verdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlib, hadisə yerini müayinə edib protokol tərtib etmiş, o da həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. İcarəyə götürüb işlətdiyi mağazaya oğurluq üçün daxil olan şəxsin Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs olduğunu sonradan bilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Balakən rayonu Qazma kəndində ailəsi ilə birlikdə yaşayır.01 sentyabr 2020-ci il tarixdən etibarən Balakən şəhəri, H.Əliyev prospektində yerləşən telefon aksessuarları mağazasını işlədir. Həmin mağazanı hər gün səhər təxminən 09 radələrində açır, təxminən saat 17 radələrində isə bağlayır. Həmişə olduğu kimi 02 dekabr 2020-ci il tarixdə də saat təxminən 17 radələrində mağazanı bağlayaraq, yaşadığı evə getmişdir. 03 dekabr 2020-ci il tarixdə, səhər saat 09 radələrində onun mağazasının yanında “Arzum Cehizlik” mağazasını işlədən Arzu adlı şəxs ona zəng edərək, mağazasında oğurluq olmasında şübhələr olduğunu ona bildirmişdir. Tez mağazaya getmiş, mağazaya daxil olduqda, tavan hissədə olan lambirin sökülüb, yerə töküldüyünü görmüşdür. Daha sonra isə mağazada olan şkafların siyirmələrinin açıq vəziyyətdə, mağazanın digər yerlərinin də dağınıq olduğunu görmüşdür. Mağazaya baxdıqda, nəyinsə oğurlandığını aşkar etməmişdir. Tavan hissədə olan lambirin sökülməsi nəticəsində ona 50 manat məbləğində maddi ziyan dəymişdir. Ona başqa ziyan vurulmamışdır. Hadisə baş verdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlib, hadisə yerini müayinə edib, protokol tərtib etmiş, o da həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Mağazasına daxil olub oğurluq etmək istəyən şəxsin Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. 01 iyun 2019-cu ildən etibarən Balakən şəhəri, H.Əliyev prospektində yerləşən “ST Butik” mağazasını icarəyə götürüb, həmin mağazada qadın geyimlərinin satışı ilə məşğul olur. Hər gün səhər saat təxminən 09 radələrində mağazanı açıb, təxminən saat 17 radələrində isə mağazanı bağlayır. Həmişə olduğu kimi, 02 dekabr 2020-ci il tarixdə də saat təxminən 17 radələrində mağazanı bağlayaraq, yaşadığı evə getmişdir. 03 dekabr 2020-ci il tarixdə, səhər saat 09 radələrində xatırlamadığı şəxs ona zəng edərək, mağazasında oğurluq olmasında şübhələr olduğunu bildirmişdir. Tez mağazaya getmiş, mağazaya daxil olduqda, tavan hissədə olan lambirin sınıb, yerə töküldüyünü görmüşdür. Daha sonra isə mağazaya baxdıqda, mağazada olan əşyaların qeydiyyatını apardığı kitabçanın oğurlandığını görmüşdür. Həmin kitabçanın hansı məqsədlə oğurlandığını bilməmişdir. Çünki həmin kitabçanın hər hansı bir maddi dəyəri olmamışdır. Belə ki, həmin kitabçanı almış olduğu təxminən 5 manat dəyərində qiyməti olmuşdur. Başqa xüsusi bir əhəmiyyəti olmamışdır. Bundan başqa isə mağazaya baxdıqda, nəyincə oğurlandığını aşkar etməmişdir. Tavan hissədə olan lambirin sökülməsi nəticəsində ona təxminən 30 manat məbləğində maddi ziyan dəymişdir. Ona başqa ziyan vurulmamışdır. Hadisə müəyyən edildikdən sonra polisə məlumat verilmişdir. Polis əməkdaşları da gələrək, hadisə yerini müayinə edib, protokol tərtib etmiş, o da həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Sonradan icarəyə götürərək, işlətdiyi mağazasına daxil olaraq, oğurluq etmək istəyən şəxsin Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, Balakən rayonu Qullar kəndində ailəsi ilə birlikdə yaşayır. Təxminən 3 ildir ki, Balakən şəhəri, Heydər Əliyev prospekti Bayraq Meydanı yaxınlığında yerləşən mağazanı icarəyə götürərək, işlədir. Həmin mağazada ərzaq məhsullarının satışı ilə məşğul olur. Mağazanı hər gün təxminən 12 radələrində açaraq, gecə saat təxminən 02- 03 radələrinə kimi işlədir. Həmçinin mağazasında onunla yanaşı Səbinə adıl qız da satıcı kimi işləmişdir. 09.12.2020-ci il tarixdə, saat təxminən 12 radələrində mağazaya gələrək, açmış və həmin gün gecə saat 03 radələrinə kimi mağazanı işlətmişdir. Həmişə olduğu kimi, gündəlik ərzaq mallarının satışı ilə məşğul olmuşdur. Gecə saat 03-də mağazanı bağlayaraq, yaşadığı evə getmişdir. 10.12.2020-ci il tarixdə hazırda xatırlamadığı şəxs ona zəng edərək, mağazasının arxa divarının dağıdılaraq, mağazanın içərisində oğurluq edilməsində şübhələr olduğunu ona bildirmişdir. Tez Balakən şəhəri ərazisində icarəyə götürərək, işlətdiyi mağazaya gəlmişdir. Mağazaya gələrək, qapını açıb, içəri daxil olduqda, siqaret yığılan piştaxtaların və mağazanın dağıdıldığını, bir neçə gün əvvəl alaraq yığmış olduğu siqaret qutularının içərisinin boş olduğunu görmüşdür. Həmçinin mağazanın içərisində özü yorğun olanda istirahət etmək üçün plastiklə kəsilərək divan qoyulmuş otağa daxil olduqda, mağazanın arxa divarının bir hissəsinin dağıdıldığını görmüşdür. Bu zaman bilmişdir ki, mağazasına daxil olan şəxs oğurluq etmişdir. Həmçinin dağıdılan yerdən çıxan mişar daşının da divanın üstünə düşdüyünü görmüşdür. Həmin plastikdən kəsilmiş yerdə olan seyfdəki kağızlar da yerə dağılmışdır. Bir neçə blok siqaret də orada qalmışdır. Ona məxsus “Ana market” adlı ərzaq mağazasından oturduğu stolun altından 4 ədəd sellofan torbada hər birində 250 manat olmaqla ümumilikdə 1000 manat məbləğində olan qəpik pullar oğurlanmışdır. Həmçinin oturduğu stolun siyirməsində olan qəpik və kağız pullar ümumilikdə 80 manat nəğd pul, daha sonra isə mağazadan hər birinin qiyməti 03 manat 06 qəpik olan 1468 manat 80 qəpik (min dörd yüz altmış səkkiz manat səksən qəpik) dəyərində 480 ədəd “Kent nano-4” markalı siqaret, hər birinin qiyməti 2 manat 88 qəpik olan 172 manat 80 qəpik dəyərində 60 ədəd “Winston XStyle Silver» markalı siqaret, hər birinin qiyməti 3 manat 33 qəpik olan 599 manat 40 qəpik dəyərində 180 ədəd “ Sobranie KS White” markalı siqaret, hər birinin qiyməti 02 manat 07 qəpik olan 144 manat 90 qəpik dəyərində 60 ədəd “Rothmans silver” markalı siqaret və hər birinin qiyməti 02 manat 07 qəpik olan 186 manat 30 qəpik dəyərində 90 ədəd “X23” markalı siqaretin oğurlandığını müəyyən etmişdir. Ümumilikdə ona 3993 manat ziyan dəymişdir. Mağazasından oğurluq edənin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, ünvan 5 ünvanında “Mega Araz” adlı mağazanı işlədir. 10.01.2021ci il tarixdə, saat 08:30 radələrində mağazaya daxil olan zaman mağazanın kassa bölməsinin qarşısında yerləşdirilmiş “Milli ön” ödəniş terminalının yerində olmadığını görmüşdür. Mağazanın içərisinə baxan zaman həmin ödəniş terminalını içkilər bölməsində yerə yıxılmış vəziyyətdə görüb, oraya yaxınlaşmış və terminalın pul vurulan hissəsinin açıq olduğunu görmüşdür. Həmin hissəyə xarici müdaxilə olunduğunu və pulların götürüldüyünü aşkar etmişdir. Bu vaxt həmin bölmədə pəncərənin açıq olduğunu görmüş və videokameranın qeydə aldığı görüntülərə baxmaq üçün həmin videokameranın blokunun olduğu mağazanın deposuna daxil olmuşdur. Depodan videogörüntülərin qeydə alındığı blokun, yəni “diviar”ın oğurlandığını aşkar etmişdir. Həmin “diviar”ın qiyməti 350 manatdır. Eyni zamanda qeyd etmək istəyir ki, mağazaya oğurluq etmək üçün daxil olmuş şəxsin qanunsuz hərəkətləri nəticəsində mağazada 14 manat dəyərində 1 litrlik “Mamedof” arağı, 6 manat 50 qəpik dəyərində “Mamedof” markalı 1 ədəd şampan içkisi qırılaraq və 2 kiloqram çəkidə olan hər birinin qiyməti 2 manat 40 qəpik olan, ümumilikdə 28 manat 80 qəpik dəyərində “Doymak” markalı cəmi 12 ədəd un qutuları yararsız vəziyyətə düşmüşdür. Həmçinin mağazada yerləşdirilmiş “xxxx” şirkətinə məxsus olan “Milli ön” ödəmə terminalı da mağazaya daxil olmuş oğru tərəfindən dağıdılaraq, onun içərisindəki 3411 manat pul və terminalın pul kaseti oğurlanmışdır. Mağazada baş vermiş oğurluq barədə polisə müraciət etmişdir. Polis əməkdaşları gələrək, mağazaya baxış keçirmişlər. Protokol tərtib edilmiş və onun tərəfindən imzalanmışdır. Sonradan mağazadan oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edildiyi ona məlum olmuşdur. O, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti yoxdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, Balakən şəhəri, M.Müşfiq küçəsi, bina 2, ev 5-də anası ilə birlikdə yaşayır. 2 ildən artıqdır ki, Balakən şəhəri, Heydər Əliyev prospekti “Bayraq Meydanı” adlanan ərazinin yaxınlığında “Dostluq” kafesini icarəyə götürərək, işlədir. Kafeni səhər saat 09 radələrində açır, axşam isə 21 radələrində bağlayaraq, evə gedir. 09.12.2020-ci il tarixdə, saat 21 radələrində kafeni bağlayaraq, evə getmişdir. Səhər saat 10 radələrində kafeyə gələrək, qapını açmışdır. Qapıdan daxil olanda görmüşdür ki, sol tərəfdə küncdə tavan hissədə 50 smx60 sm yerin lambiri qoparaq, yerə düşmüşdür. Həmin yerə yaxınlaşanda ,yerdə tozlu ayaqqabı izlərinin olduğunu görmüşdür. Oradan arxa tərəfə keçdikdə, ayaqyolunun nəfəsliyinin çərçivəsinin çöl tərəf balkonunun da yerdə olduğunu görmüşdür. Kafenin içərisində olan maqnitafona, dəmir, aliminium qablara baxanda görmüşdür ki, hamısı yerindədir. Onun işlətdiyi kafedən heç nə oğurlanmamışdır. Polis əməkdaşları gələrək, onun işlətdiyi kafeyə baxış keçirmiş və fotoşəkillər çəkərək, sənədləşmə aparmışlar. Sonradan onun mağazasına girən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Balakən rayonu Qullar kəndində ailəsi ilə birlikdə yaşayır. 2017ci ildən etibarən Balakən şəhəri, H.Əliyev prospektində “xxxx” MMC-nin rəsmi diller mağazasını icarəyə götürərək, işlədir. Mağazada telefon aksessuarları, telefon və nömrə satışı ilə məşğul olur. Mağazanı hər gün saat 09 radələrində açıb, axşam saat 18 radələrində bağlayır. Həmişə olduğu kimi, 02.12.2020-ci il tarixdə də axşam saat təxminən 18 radələrində mağazanı bağlayaraq, yaşadığı evə getmişdir. 03 dekabr 2020-ci il tarixdə, səhər saat 08 radələrində işlətdiyi mağazanın yanında qəssabxana işlədən Zeynəddin adlı şəxs ona zəng edərək, özünün mağazasına və yanında olan mağazalara naməlum şəxslərin daxil olaraq, oğurluq etdiklərini bildirmişdir. O da tez mağazaya gəlmişdir. Mağazaya gəldikdə, tavan hissəsinin dağıdıldığını, şkafların siyirmələrinin açıq və dağınıq vəziyyətdə olduğunu görmüşdür. Mağazaya tam baxdıqda, 10 ədəd 8 GB həcmli telefon üçün nəzərdə tutulan mikroyaddaş kartlarının, 10 ədəd 16 GB həcmli telefon üçün nəzərdə tutulan mikroyaddaş kartlarının, 5 ədəd 32 GB həcmli telefon üçün nəzərdə tutulan mikroyaddaş kartlarının oğurlandığını müəyyən etmişdir. Daha sonra bu barədə polisə məlumat vermişdir. Polis əməkdaşları da gələrək, hadisə yerini müayinə edib, protokol tərtib etmişlər. O da həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Həmçinin bildirmək istəyir ki, 10 ədəd 8 GB həcmli telefon üçün nəzərdə tutulan mikroyaddaş kartı, 10 ədəd 16 GB həcmli telefon üçün nəzərdə tutulan mikroyaddaş kartları və 5 ədəd 32 GB həcmli telefon üçün nəzərdə tutulan mikroyaddaş kartları Çin istehsalı olmaqla, qara rəngli orijinal yaddaş kartları olmuşdur. 10 ədəd 8 GB həcmli telefon üçün nəzərdə tutulan mikroyaddaş kartlarını hər biri 12 manat olmaqla ümumilikdə 120 manat, 10 ədəd 16 GB həcmli telefon üçün nəzərdə tutulmuş mikroyaddaş kartının hər biri 13 manat olmaqla ümumilikdə 130 manat və 5 ədəd 32 GB həcmli telefon üçün nəzərdə tutulan mikroyaddaş kartının hər biri 20 manat olmaqla ümumilikdə 100 manat, ümumilikdə isə 25 ədəd yaddaş kartının oğurlanması nəticəsində ona 350 manat məbləğində ziyan dəymişdir. Sonradan ondan oğurluq edənin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Zərərçəkmiş şəxs11 məhkəmə iclaslarına təkrarən gəlməmişdir. Qeyd olunanları nəzərə alaraq, həmçinin ittiham və müdafiə tərəfləri hazırki cinayət işi üzrə məhkəmə proseslərinin Zərərçəkmiş şəxs11 iştirakı olmadan keçirilməsinə razı olduğundan, məhkəmə hazırki cinayət işinə Zərərçəkmiş şəxs11 iştirakı olmadan baxılmasını və onun ibtidai istintaqda verdiyi ifadəsinin elan olunmasını mümkün hesab edir. Bununla bağlı məhkəmə onu da bildirir ki, qüvvədə olan qanunvericilik zərərçəkmiş şəxsin cinayət işi üzrə məhkəmə prosesində iştirak etmək vəzifəsini deyil, iştirak etmək hüququnu tanıyır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 315.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Bü xüsusda məhkəmə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Əfəndiyev Azərbaycana qarşı iş üzrə qərarına istinad etməyi zəruri hesab edir. Həmin qərarda Avropa Məhkəməsi iş üzrə şahidin (o cümlədən zərərçəkmiş şəxsin) məhkəməyə gətirilməsi üçün bütün səylərin göstərilməli olmasını, bu səylər nəticə vermədikdən sonra məhkəmə proseslərinin həmin şəxsin iştirakı olmadan keçirilməsinin mümkünlüyünü, belə olan hallarda İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozulmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2018-ci ildən etibarən Balakən şəhəri, H.Əliyev prospektində yerləşən qadın geyimləri mağazasını icarəyə götürərək, işlədir. Həmin mağazada qadın geyimlərinin satışı ilə məşğul olur. Mağazanı hər gün səhər təxminən 10 radələrində açır, təxminən saat 18 radələrində isə bağlayır. Həmişə olduğu kimi, 02 dekabr 2020-ci il tarixdə də saat təxminən 18 radələrində mağazanı bağlayaraq, yaşadığı evə getmişdir. 03 dekabr 2020-ci il tarixdə, səhər saat 09 radələrində hazırda xatırlamadığı şəxs ona zəng edərək, mağazasında oğurluq olmasında şübhələr olmasını bildirmişdir. Tez mağazaya getmişdir. Mağazaya daxil olduqda tavan hissədə olan lambirin sınıb, yerə töküldüyünü görmüşdür. Daha sonra isə mağazaya baxdıqda, mağazada olan əşyaların yerdə olduğunu görmüşdür. Bu zaman kiminsə mağazasına oğlurluq məqsədi ilə daxil olduğunu bilmişdir. Bundan başqa isə mağazaya baxdıqda, nəyinsə oğurlandığını aşkar etməmişdir. Hadisə baş verdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlib, hadisə yerini müayinə edib, protokol tərtib etmiş, o da həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. İcarəyə götürüb işlətdiyi mağazaya oğurluq üçün daxil olan şəxsin Qazma kənd sakini Təqsirləndirilən şəxs olduğunu hazırda bilmişdir. İşlətdiyi mağazanın tavan hissəsində olan lambirin sökülməsi nəticəsində ona maddi ziyan dəyməmişdir. Çünki tavan hissədə olan lambiri elə geri yerinə qoymuşlar. Buna görə də ona ziyan dəyməmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində tanınmış hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi X9 ifadəsində göstərdi ki, ünvan 7 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq “xxxx” MMC şirkətinin Qəbələ Regional Xidmət Mərkəzinin rəhbəri vəzifəsində işləyir. Bununla da regional xidmət mərkəzinin iş rejiminin təmin edilməsini təşkil edir. Belə ki, “Komtec” şirkətinin respublika ərazisində istifadəyə verilmiş “Milli ön” ödəmə terminallarının müəyyən yerlərə yerləşdirilməsi, inkassasiyası, o cümlədən texniki xidmətini həyata keçirirlər. Balakən rayonu ərazisində təxminən 14 ədəd “Milli ön” ödəmə terminalını müxtəlif nöqtələrdə yerləşdirərək, əhalinin istifadəsinə vermişlər. Həmçinin həmin ödəmə terminallarından biri olan 01889 saylı ödəmə terminalını da Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən “Mega Araz” market mağazasına yerləşdirmişlər. Hazırda xatırlamadığı şəxs 10 yanvar 2021-ci il tarixdə, səhər saatlarında ona zəng edərək, Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən “Mega Araz” market mağazasında olan ödəmə terminalının naməlum şəxs tərəfindən sındırılaraq, pul kasetinin içərisində olan pulla birlikdə oğurlandığını bildirmişdir. Tez həmin vaxt Balakən rayonuna gəlmişdir. Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən “Mega Araz” mağazasındakı həmin terminal aparatına baxış keçirdikdə, aparatın inkassasiya aparatının qapısının və daxili kilidinin, 516 manat dəyərində əskinasqəbuledicinin, 300 manat dəyərində pul kasetinin içərisində olan 3411 manat məbləğində nəğd pulla birlikdə oğurlanaraq, aparıldığını bilmişdir. Həmçinin aparatın təmiri üçün 200 manat məbləğində nəğd pul xərclənmişdir. Beləliklə, sonradan adı ona Təqsirləndirilən şəxs kimi məlum olan şəxs Balakən şəhəri, R.Rüstəmov küçəsində yerləşən “Mega Araz” market mağazasında olan 01889 saylı ödəmə terminalı aparatının 300 manat məbləğində pul kaseti ilə birlikdə içərisində olan 3411 manat məbləğində nəğd pulu oğurlamış, həmin pulun oğurlanması üçün terminal aparatını zədələyərək, 766 manat məbləğində ziyan vurmuşdur. Bu ziyandan 1033 manat ödənilmişdir. Hazırda ödənilməyən ümumi ziyan məbləği 3344 manat təşkil edir ki, bunun da 2578 manatı oğurlanan əmlak, 766 manat isə əmlakın zədələnməsi nəticəsində vurulmuş ziyan məbləği məbləğ təşkil edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində tanınmış hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərdi ki, “xxxx” MMC-nin Təhlükəsizlik Şöbəsinin rəisi və səlahiyyətli nümayəndəsidir. 21 dekabr 2021-ci il tarixə keçən gecə naməlum şəxslər Balakən şəhəri, Heydər Əliyev prospekti 69 ünvanında yerləşən “Teyyub Elektronika” mağazasına daxil olaraq, orada yerləşdirilmiş “xxxx” MMC-yə məxsus olan İD nömrəsi 1806 olan “E Manat” ödəniş terminalının qapısını sındırmış və daxilində olan 5427 manat pulu kasetlə birlikdə oğurlamışlar. Terminala dəymiş texniki ziyanın müəyyənləşdirilməsi məqsədi ilə terminal “xxxx” MMC şirkətinə gətirilərək, ona baxış keçirilmiş və baxış nəticəsində həmin terminala 1241 manat texniki ziyanın dəydiyi müəyyən edilmişdir. Ümumilikdə isə “xxxx” MMC-yə 6788 manat məbləğində ziyan dəymişdir ki, bu məbləğin 5547 manatı maddi ziyan və 1241 manatı əmlakın zədələnməsi nəticəsində vurulmuş ziyan təşkil edir. O, sonradan “xxxx” MMC-dən oğurluq edənin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 9 ünvanında ailəsi ilə birlikdə yaşayır. Balakən şəhəri, H.Əliyev prospektində “Bayraq Meydanı” adlanan ərazinin yaxınlığında Qazaxıstanda yaşayan qudası Elçinə məxsus mağazaya nəzarət edir. Həmin mağazanı ayı 750 manata icarəyə vermişdir. Mağazanın içərisi tam sökülərək,yenidən düzəldilmişdir. Tavanı lambirlə, döşəməsi kafel ilə yenidən işlənmişdir. Mağazanın içərisində yeni piştaxtalar yığılmış, həmin piştaxtaların düzəldilməsi ilə Söhrab adlı usta məşğul olmuşdur. Mağazanın arxa tərəfində 2,5 metr enində yeni lambir ilə kəsilərək, arxada otaq və sanitar qovşağı düzəldilmişdir. 10.12.2020-ci il tarixdə, günorta saatlarında mağazanı icarəyə götürən Arzu adlı xanım ona zəng edərək, mağazanın arxa otağının tavan hissəsindən 50 sm enində və 2 metr uzunluğunda lambirin sökülərək, içəri kiminsə daxil olmasını və oradan çıxmasını bildirəndən sonra mağazaya getmişdir. Baxanda görmüşdür ki, arxa tərəfdə tavandan 2 lambir çıxarılmış, divara isə Söhrabın qapı üçün ağacdan yığdığı çərçivə söykənilmiş və oradan kimsə qalxmışdır. Divarda onun ayaqqabısının sürüşən izləri də qalmışdır. Bu zaman oraya polis əməkdaşları gələrək, baxış keçirmiş və fotoşəkillər çəkərək, sənədləşdirmə aparmışlar. Mağazada hər hansı bir əşya olmadığına görə oğurluq da olmamış, daxil olan şəxslər və ya şəxs oradan heç nə oğurlamamışdır. Mağazadan oğurluq olmadığına görə şikayəti də yoxdur. Sonradan mağazasına girən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ünvan 11 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Balakən şəhəri, H.Əliyev prospekti 69 ünvanında yerləşən qardaşı Teyyub Mamedovla birgə “Teyyub Elektronika” mağazasını işlədirlər. Həmin mağazada telefonların, telefon aksessuarlarının, həmçinin digər elektronika əşyalarının satışı ilə məşğul olurlar. 21.12.2020-ci il tarixdə, səhər saat 09 radələrində mağazaya gələrək, açdığı zaman arxa qapı açılmış, mağazanın küncündə tavanın sökülmüş vəziyyətdə, mağazada olan “e-Manat” ödəniş terminalının yerinin dəyişdirilərək, mağazanın arxa tərəfinə aparılaraq, dağılmış vəziyyətdə olduğunu görmüşdür. Mağazaya oğurluq məqsədi ilə daxil olunduğunu bilmişdir. Mağazada olan elektron mallara və digər mallara baxdıqda görmüşdür ki, hər hansı əşya oğurlanmamışdır. Daha sonra bu barədə polisə məlumat vermiş, polis əməkdaşları hadisə yerinə gəlmiş və baxış keçirmişlər. Məlum olmuşdur ki, mağazaya daxil olmazdan əvvəl mağazanın arxasında söl tərəfdə yerləşən sayğacdan mağazanın müşahidə kameralarına aid elektrik xətti kəsilmişdir. Ona görə də mağazaya naməlum şəxsin daxil olması, orada ödəniş terminalını dağıdaraq, pul çıxarması qeydə alınmamışdır. Mağazaya naməlum şəxsin tavandan daxil olan zaman tavanı sökməsi nəticəsində yalnız ona 50 manat məbləğində ziyan dəymişdir. Mağazadan əlavə heç nə oğurlanmamışdır. Sonradan “e–Manat” ödəniş terminalının sahibi olan “xxxx” MMC şirkətinin rəhbərliyi tərəfindən oğurluq zamanı terminaldan 5427 manat pulun oğurlandığı bildirilmişdir. Bu barədə ona terminaldan oğurlanmış pula dair çıxarış “vatsapp” vasitəsi ilə şirkət tərəfindən göndərilmişdir. Sonradan həmin oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məlum olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin materiallarına əlavə edilmiş təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında müstəntiq Tural Mahatov tərəfindən tərtib edilmiş 12.01.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.1994-cü ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan Xəlilov X16 şəhərinin daxilindən keçən Balakən çayının içərisindəki yerdə olan bir ədəd sarı rəngli tutacağı olan, boz rəngli qalın plastmas materialdan, üzərində qırmızı rəngli 0245 yazısı olan əşyanı və bir ədəd gümüşü metal rəngli dəmir yayı, alt hissəsində qara rəngli qalın plastmas olan əşyaları könüllü göstərib, təqdim edərək, bildirmişdir ki, həmin əşyalar izahatında göstərdiyi 10.01.2021-ci il tarixdə Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən “Meqa-Araz” marketinin içərisində olan “Milli Ön” ödəmə terminalını sındıraraq, oğurladığı içərisində 3411 (üç min dörd yüz on bir) manat pullar olan ödəmə terminalının pul qabıdır. Həmin pul qabını oğurladıqdan sonra çayın içərisinə gətirərək, orada sındırıb, içərisində olan pulları götürdükdən sonra həmin pul qabını oraya atmışdır və ona görə də həmin pul qabını könüllü təqdim edir. Bundan sonra istintaq hərəkətinə başlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara müstəntiq Tural Mahatov tərəfindən baxış keçirilən zaman bir daha müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş əşyalar bir ədəd sarı rəngli tutacağı, boz rəngli qalın plastmas materialdan, üzərində qırmızı rəngli 0245 yazısı olan və bir ədəd gümüşü metal rəngli dəmir yay, alt hissəsində qara rəngli qalın plastmas olan əşyalardır. Təqdim edilmiş əşyalar icraatda olan HK-1/14 saylı material üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi zamanı qeydə alınmış videogörüntü protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin materiallarına əlavə edilmiş təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında müstəntiq Tural Mahatov tərəfindən tərtib edilmiş 12.01.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.1994-cü ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan Xəlilov X16 şəhərinin daxilindən keçən Balakən çayının içərisindəki yerdə olan bir ədəd sarı rəngli tutacağı olan, boz rəngli qalın plastmas materialdan, üzərində ağ rəngli T 230 yazısı olan, içərisində bir ədəd gümüşü metal rəngli dəmir yay, alt hissəsində qara rəngli qalın plastmas olan əşyaları könüllü göstərib, təqdim edərək, bildirmişdir ki, həmin əşyalar izahatında göstərdiyi 21.12.2020-ci il tarixdə Balakən şəhəri, H.Əliyev prospektində yerləşən “Teyyub Elektronika” marketinin içərisində olan “E Manat” ödəmə terminalını sındıraraq, oğurladığı içərisində 5427 (beş min dörd yüz iyirmi yeddi) manat pullar olan ödəmə terminalının pul qabıdır. Həmin pul qabını oğurladıqdan sonra çayın içərisinə gətirərək, orada sındırıb, içərində olan pulları götürdükdən sonra həmin pul qabını oraya atmışdır və ona görə də həmin pul qabını könüllü təqdim edir. Bundan sonra istintaq hərəkətinə başlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara müstəntiq Tural Mahatov tərəfindən baxış keçirilən zaman bir daha müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş əşyalar bir ədəd sarı rəngli tutacağı, boz rəngli qalın plastmas materialdan, üzərində ağ rəngli T 230 yazısı olan, içərisində bir ədəd gümüşü metal rəngli dəmir yay, alt hissəsində qara rəngli qalın plastmas olan əşyalardır. Təqdim edilmiş əşyalar icraatda olan HK-1/14 saylı material üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi zamanı qeydə alınmış videogörüntü protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin materiallarına əlavə edilmiş təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında müstəntiq Tural Mahatov tərəfindən tərtib edilmiş 12.01.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.1994-cü ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan Xəlilov X1 şəhəri, Babək küçəsində yerləşən köhnə qəbirstanlığın içərisindəki yerdə olan bir ədəd tünd qəhvəyi rəngli qalın dəmir materialdan, üzərində döymə “COLT” yazısı olan, bir tərəfi əyilmiş yastı haçalı, digər tərəfi isə yarıəyilmiş yastı formalı mismarçıxaranı könüllü göstərib, təqdim edərək, bildirmişdir ki, həmin dəmir mismarçıxaranı izahatında göstərdiyi oğurluq hadisələrini törətmək üçün mağazalara daxil olan və ödəmə terminallarını sındıraraq, içərisindən pulları götürən zaman dəmir alət kimi istifadə etdiyi mismarçıxarandır. Həmin oğurluq hadisələrini törətdikdən sonra həmin dəmir mismarçıxaranı oraya atmışdır və ona görə də könüllü təqdim edir. Bundan sonra istintaq hərəkətinə başlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaya müstəntiq Tural Mahatov tərəfindən baxış keçirilən zaman bir daha müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş əşya bir ədəd tünd qəhvəyi rəngli qalın dəmir materialdan, üzərində döymə “COLT” yazısı olan, bir tərəfi əyilmiş yastı haçalı, digər tərəfi isə yarı əyilmiş yastı formalı mismarçıxaran əşyadır. Təqdim edilmiş dəmir mismarçıxaran icraatda olan HK-1/14 saylı material üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi zamanı qeydə alınmış videogörüntü protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin materiallarına əlavə edilmiş təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında müstəntiq Tural Mahatov tərəfindən tərtib edilmiş 12.01.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.1994-cü ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşadığı evində qaldığı yataq otağında olan yatağı göstərərək, həmin yatağın döşəyinin altından 650 (altı yüz əlli) manat, yəni 5 (beş) ədəd 100 (yüz) manatlıq, 2 (iki) ədəd 50 (əlli) manatlıq, 2 (iki) ədəd 20 (iyirmi) manatlıq və 1 (bir) ədəd 10 (on) manatlıq pul əskinaslarını könüllü təqdim edərək, bildirmişdir ki, həmin pullar izahatında göstərdiyi 10.01.2021-ci il tarixdə Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən “Meqa-Araz” marketinin içərisində olan “Milli Ön” ödəmə terminalını sındıraraq, oğurladığı 3411 (üç min dörd yüz on bir) manat pulların qalıqlarıdır və ona görə də həmin pulları könüllü təqdim edir. Bundan sonra istintaq hərəkətinə başlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi pullara müstəntiq Tural Mahatov tərəfindən baxış keçirilən və həmin pullar sayılan zaman bir daha müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş pullar 5 (beş) ədəd 100 (yüz) manatlıq, 2 (iki) ədəd 50 (əlli) manatlıq, 2 (iki) ədəd 20 (iyirmi) manatlıq və 1 (bir) ədəd 10 (on) manatlıq pul əskinaslarıdır. Təqdim edilmiş pullar icraatda olan HK-1/14 saylı material üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sinayət işinin materiallarına əlavə edilmiş təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında müstəntiq Tural Mahatov tərəfindən tərtib edilmiş 12.01.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.1994-cü ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçəsinin sol qolu üzərində olan zamokla bağlanan cibindən 200 (iki yüz) manat, yəni 2 (iki) ədəd 50 (əlli) manatlıq, 5 (beş) ədəd 20 (iyirmi) manatlıq və həmin gödəkçənin içəri sol döş cibindən 183 (bir yüz səksən üç) manat, yəni 30 (otuz) ədəd 5 (beş) manatlıq və 33 (otuz üç) ədəd 1 (bir) manatlıq pul əskinaslarını könüllü təqdim edərək, bildirmişdir ki, həmin pullar izahatında göstərdiyi 10.01.2021-ci il tarixdə Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən “Meqa-Araz” marketinin içərisində olan “Milli Ön” ödəmə terminalını sındıraraq, oğurladığı 3411 (üç min dörd yüz on bir) manat pulların qalıqlarıdır və ona görə də həmin pulları könüllü təqdim edir. Bundan sonra istintaq hərəkətinə başlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi pullara baxış keçirilən və həmin pullar sayılan zaman bir daha müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş pullar 2 (iki) ədəd 50 (əlli) manatlıq, 5 (beş) ədəd 20 (iyirmi) manatlıq, 30 (otuz) ədəd 5 (beş) manatlıq və 33 (otuz üç) ədəd 1 (bir) manatlıq pul əskinaslarıdır. Təqdim edilmiş pullar icraatında olan HK-1/14 saylı material üzrə əhəmiyyət kəsb etdiyi üçün müstəntiq Tural Mahatov tərəfindən götürülmüşdür. Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi zamanı qeydə alınmış videogörüntü protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 mart 2021-ci il tarixli 9/1507 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs7 məxsus malların 2020-ci ilin dekabr ayına cəmi qiyməti 2913,0 manat; Zərərçəkmiş şəxs2 məxsus malların 2020-ci ilin dekabr ayına cəmi qiyməti 240 manat; Zərərçəkmiş şəxs10 məxsus malların 2020-ci ilin dekabr ayına cəmi qiyməti 330 manat; Zərərçəkmiş şəxs1 məxsus malların 2020-ci ilin dekabr ayına qiyməti 162 manat; Şahid2 Məmməd oğluna məxsus malların cəmi qiyməti 120 manat; Zərərçəkmiş şəxs8 Ramazan qızına məxsus malların cəmi qiyməti 200 manat; ekspertiza təyini haqqında qərarda göstərilən malların orta bazar qiyməti ümumi dəyəri nəzəri qaydada təxminən 3965,00 manat müəyyən edilir; Qeyd: Ekspertiza təyini haqqında qərarda qeyd edilən mallar tədqiqata təqdim edilmədiyindən müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir; qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 12 yanvar 2021-ci il tarixli tutma protokolundan görünür ki, 12 yanvar 2021-ci ildə saat 20:00-da Təqsirləndirilən şəxs Mürşüd oğlu Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsininin 14 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Xəlilov Mehdi Mürşüd oğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 12 yanvar 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsininin 31 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 27.04.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə arayışdan və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli, 1 (001)-300/2020 saylı hökmündən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.03.2020-ci ildən 19.11.2020-ci il tarixədək həbsdə olduğu 8 ay 2 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 1 il 7 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan 17 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istintaqa könüllü olaraq təqdim edilmiş və müstəntiq Tural Mahatov tərəfindən götürülmüş 1033 manat pul Təqsirləndirilən şəxs Balakən şəhəri, R.Səmədov küçəsində yerləşmiş “Meqa Araz” mağazasında quraşdırılmış “xxxx” MMC-yə məxsus “Milli Ön” ödəmə terminalından oğurladığı 3411manat pulun qalığı olduğundan iş üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmış “xxxx” MMC-nin pul vəsaiti kimi qiymətləndirilməklə, həmin pul vəsaitinin (1033 manat məbləğində) zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi X2 qaytarılması nəzərə alınmış, Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən “Meqa Araz” mağazasındakı “Milli Ön” ödəmə terminalının pul qabı, Balakən şəhəri, H.Əliyev prlospekti-69 ünvanında yerləşən “Teyyub Elektronika” mağazasındakı “E-Manat” terminalının pul qabı, dəmir mismarçıxaran iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, aparılmış ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 05 ədəd DVD diski iş üzrə protokola əlavə kimi tanınmış və cinayət işində saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Balakən rayon İcra və Probasiya Şöbəsinin 07.06.2021-ci il tarixli, 343/2 №-li məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli hökmünə əsasəsən 1 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 12.01.2020-ci il tarixdən məhkum kimi Balakən rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edimiş iş üzrə Zərərçəkmiş şəxs8 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir tələbi və şikayəti yoxdur. Nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edimiş iş üzrə Zərərçəkmiş şəxs9 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı tələb və şikayəti yoxdur. İş matieriallarına əlavə edimiş iş üzrə Zərərçəkmiş şəxs10 oğlunun məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə bğarışmışdır. Ondan heç bir tələb və şikayəti yoxdur. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla təkrar oğurluq və oğurluğa cəhd cinayət əməllərini törətmişdir. Oğurluq, yəni özgənin əmlakının gizli olaraq talanmasının təkrar törədilməsinə görə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində, oğlurluğun xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik) şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2 və 29.177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər, həmin əməllərdə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2 və və 29,177.2.3-cü maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2 və və 29,177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməlidirlər, onun cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.2 və və 29,177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və CM-nin 59.1.14-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Məhkəmə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10 ilə barışıq əldə edilməsini və zərərçəkmiş şəxs «xxxx» MMC-yə cinayət nəticəsində vurulmuş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yünglləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 16.3-cü maddəsnə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Qeyd olunan qanun normalarına istinad edən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3cü maddələrilə təqsirli bilənərək, qəti olaraq 1 il 7 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi ilə bağlı məhkumluq onun əməlində cinayətin təkrar törədilməsini və cinayətin residivini yaratmır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair» 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda «məhkum» anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş ürə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 17-ci bəndində göstərilmişdir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanədək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanədək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədlilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun hökmlərin məcmusu üzrə qəti cəza təyin edilir. Məhkəmə qeyd edir ki, davam edən cinayətlər ümumi məqsədin həyata keçirilməsinə yönələn və öz məcmusuna görə vahid cinayət olan bir neçə eyni cinayət əməlinin cəmidir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyində davam edən cinayət vahid məqsədin həyata keçirilməsinə yönəlməklə, bir neçə cinayət əməlinin cəmində ehtiva olunan bir cinayət kimi xarakterizə olunur. Azərbaycan Respublikası CPMnin 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona inkriminə olunan cinayətlərin bir hissəsini birinci iş üzrə məhkum olunduğu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli hökmünün qanuni qüvvəyə minməsindən əvvəl, cinayətlərin digər hissəsini isə həmin hökm qanuni qüvvəyə mindikdən sonra törətmişdir. Yəni o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli hökmünün qanuni qüvvəyə minməsinə qədər törətdiyi cinayət əməllərini həmin hökm qanuni qüvvəyə mindikdən sonra da davam etdirmiş və ona istinad olunan məcmu cinayət əməllərinin 4-nü həmin hökm qanuni qüvvəyə mindikdən sonra törətmişdir. Burada davam edən cinayətlə bağlı hüquqi mövqedən də görünür ki, bir neçə cinayətin cəmində ifadə olunan sonuncu əməlin törədilməsi ilə davam edən cinayət başa çatdığı kimi, məcmu qaydasında Təqsirləndirilən şəxs ittiham verilən sonuncu cinayət əməlləri də onun tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli hökmü qanuni qüvvəyə mindlikdən sonra törədilmişdir. Həmçinin qanunvericiliyin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 17-ci bəndində ifadə olunmuş hüquqi mövqeyə görə də belə hallarda təqsirləndirilən şəxsə son olaraq CM-nin 67.1-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Qəbul olunmuş məhkəmə praktikası da məsələyə bu mövqedən, yəni belə hallarda CM-nin 67.1-ci maddəsinin tətbiqi zərurətindən yanaşır ki, bu da qanuni və ədalətlidir. Belə ki, vahid cinayət işi üzrə verilən ittihamla bağlı birinci hökmdən əvvəlki cinayət epizodlarına görə cəzanın CM-nin 66.5-ci maddəsi ilə, həmin hökmdən sonrakı cinayət hadisələrinə görə isə CM-nin 67.1-ci maddəsi ilə təyin edilməsi, bundan sonra isə məcmu qaydasında qəti cəzanın təyin edilməsi üçün hansı qanun normasının tətbiq olunmasının nəzərdə tutulmaması qanun tətbiqetmə praktikasında qeyri-müəyyənlik yaradır və son nəticədə təqsirləndirilən şəxsin vəziyyətinin ağırlaşdırılmasına yol açır. Ancaq belə hallarda təqsirləndirilən şəxsə CM-nin 67.1-ci maddəsinin tələbləri qaydasında qəti cəzanın təyin edlilməsi cəza təyinatında bu qeyri-müəyyənliyi aradan qaldırır və təqsirləndirilən şəxsə cinayət hüququnun ümumi prinsipləri nöqteyi-nəzərindən daha ədalətli və qanuni cəzanın təyin edilməsinə şərait yaradır. Bu xüsusda nəzərə çatdırılmalıdır ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci il və 22 iyul 2004-cü il tarixli qərarları). Vorbanov Bolqarıstana qarşı iş üzrə qərarda Avropa Məhkəməsi bildirmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn məhdudlaşdırılması şərtlərinin qanunda aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasında qanunun eyni cür və dürüst təfsirinə əsaslanmanı, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqində ardıcıllığı, qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını ehtiva edir. Şokin Ukraynaya qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər daxili qanunvericilik iki bir-birinə zidd olan qanun normaları ilə hüquq və vəzifələrə, hüquqi nəticələrə, həmçinin dövlət orqanlarının səlahiyyətinə dair müxtəlif yanaşmalara yol açırsa, onda vətəndaşın vəziyyətini yaxşılaşdıran qanun norması tətbiq edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu cəzaya Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrilə təqsirli bilənərək, qəti olaraq təyin olunmuş 1 il 7 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinin tələbləri qaydasında azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla hesablandığı 9 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.3-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası CM-nin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun 12 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq hazırki vaxtadək həbsdə saxlandığı müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 12 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN**********; AZ34CTRE********************, X7, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən “Meqa Araz” mağazasındakı “Milli Ön” ödəmə terminalının pul qabı zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə, Balakən şəhəri, H.Əliyev prospekti-69 ünvanında yerləşən “Teyyub Elektronika” mağazasındakı “E-Manat” terminalının pul qabı zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə qaytarılmalı, dəmir mismarçıxaran məhv edilməli, aparılmış ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 05 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs «xxxx» MMC-nin Təqsirləndirilən şəxs qarşı maddi ziyan tələbinə dair iddia ərizəsindən görünür ki, həmin hüquqi şəxs Təqsirləndirilən şəxs 4477 manat maddi ziyan tələb edir. İş materiallarında olan «xxxx» MMC-nin nümayəndəsinin, X3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs10 Balakən Rayon Polis X10 müstəntiqi X5 ünvanladığı ərizələrindən görünür ki, onlar müvafiq olaraq «xxxx» MMC-yə vurulmuş 6688 manat ziyanın, Zeynəddin Canıyevə vurulmuş 162 manat ziyanın, Zərərçəkmiş şəxs2 vurulmuş 240 manat ziyanın, Zərərçəkmiş şəxs7 vurulmuş 3993 manat ziyanın, Zərərçəkmiş şəxs8 vurulmuş 350 manat ziyanın və Zərərçəkmiş şəxs10 vurulmuş 330 manat ziyanın ödənilməsini və onların mülki iddiaçı qismində tanınmasını xahiş etmişlər. Balakən Rayon Polis X10 müstəntiqi X4 müvafiq qərarları ilə «xxxx» MMC, «xxxx» MMC, X11, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs10 mülki iddiaçı qismində tanınmışlar. İş materiallarından həmçinin görünür ki, ancaq «xxxx» MMC-nin mülki iddiası qanunun tələblərinə uyğun tərtib edilmişdir. «xxxx» MMC-nin, X3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs10 ziyan tələbi barədə ərizələri mülki iddia ilə bağlı qanunun tələblərinə uyğun tərtib edilməmişdir və ona görə də Təqsirləndirilən şəxs cinayət işi üzrə onlara vurulan maddi ziyanın ödənilməsi barədə mülki iddia kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara əsasən «xxxx» MMC-nin mülki iddiası baxılmamış saxlanmalı, «xxxx» MMC-yə, X6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs10 ziyan tələbi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun həll edilir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikası CPM-nin 83.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası CPM-nin 183.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Azərbaycan Respublikası CPM-nin 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. Azərbaycan Respublikası CPM-nin 188-ci maddəsinə əsasən cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə sənədlər və sübutlar buna imkan verirsə, müstəsna hallarda məhkəmə baxışı zamanı şəxs verilmiş mülki iddianı şəxsən müdafiə etmək imkanından məhrum olduqda məhkəmə öz təşəbbüsü ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi barədə qərar qəbul etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının tələbi və öz tələbini əsaslandırdığı hallar, həmin Məcəllənin 149.2.5 və 150.0.5-ci maddələrinə əsasən isə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırki işdə mülki iddiaçı «xxxx» MMC Təqsirləndirilən şəxs qarşı 4477 manat maddi ziyan tələbi irəli sürsə də, bu tələblərin əsaslandırdığı halları göstərməmiş və həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, müəyyən edilmiş müddətdə mülki iddianın mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmamışdır. «xxxx» MMC Təqsirləndirilən şəxs ona məhz 4477 manat məbləğində maddi ziyan vurmasını təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etməməklə, bu iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə bu vəzifə onun üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı hallara dair sübutların məhkəməyə təqdim edilməsi vəzifəsi iddiaçının üzərinə düşür. Mülki iddiaçının bu tələbi iş materialları ilə də ziddiyyət təşkil edir. Belə ki, ittiham aktında Təqsirləndirilən şəxs tərəfindən «xxxx» MMC-yə 3611 manat ziyan vurulması göstərilmiş, ittiham aktına əlavə edilmiş arayışda isə «xxxx» MMC-yə vurulmuş ziyanın məbləği 3344 manat göstərilmişdir. Göründüyü kimi, «xxxx» MMC-yə vurulmuş ziyanla bağlı iddia tələbi dəqiq deyildir və müvafiq sübutlara əsaslanmır. Həmçinin «xxxx» MMC, X11, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Tağıyev X12 Mehdi Mürşüd oğluna qarşı maddi ziyan tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etməmiş, ərizələrində cavabdehin adını (soyadını, adını və atasının adını) və poçt ünvanını, ərizədə iddia tələbini və ərizəyə əlavə edilmiş sənədlərin siyahısını göstərməmiş, hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsini göstərməmiş, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahişləri öz əksini tapmamış, tələblərinin əsaslandırıldığı hallara dair müvafiq sənədləri məhkəməyə təqdim etməmişlər. Yəni onların ziyan tələbləri barədə ərizələri mülki iddia ilə bağlı qanunun tələblərinə cavab vermir. Bundan başqa Zərərçəkmiş şəxs2 müstəntiqin adına yazılmış ərizədə 240 manat ziyanın ona ödənilməsini xahiş etsə də, ittiham aktında ona 280 manat məbləğində maddi ziyanın vurulması göstərilmişdir. Zərərçəkmiş şəxs2 da ona məhz 240 manat maddi ziyanının vurulması barədə tələbinin əsaslandırıldığı halları göstərməmiş və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eynilə Zərərçəkmiş şəxs7 da məhz Təqsirləndirilən şəxs vurulmuş 3993 manat maddi ziyanı mülki iddia qaydasında tələb etməmişdir. Digər tərəfdən Zərərçəkmiş şəxs8 və Tağıyev X12 Mehdi Mürşüd oğluna qarşı ondan müvafiq olaraq 350 manat və 330 manat ziyan tələbi ilə bağlı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişlər. Həmçinin Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs10 işin məhkəmə baxışı zamanı yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və Təqsirləndirilən şəxs qarşı tələb və şikayətlərinin olmadığını bildirmişlər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, «xxxx» MMC-nin Təqsirləndirilən şəxs qarşı maddi ziyan tələbinə dair mülki iddiası baxılmamış saxlanmalı, «xxxx» MMC-yə, «xxxx» MMC-yə, X6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs10 ziyan tələbi ilə bağlı mülki icraat qaydasında yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 354.1.3-cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, o cümlədən iddianın baxılmamış saxlanması haqqında qərar əks etdirilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri qaydasında iş materiallarına istinad edərək, hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materialları ilə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəməyədək icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 15 iş saatı vaxt sərf edilməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, həqiqətən də müdafiəçi tərəfindən şübhəli və təqsirləndirilən şəxsin müdafiəsinə məhkəməyədək icraata zamanı 15 saat vaxt sərf edilməsi işin həcmi və keçirilən prosessual hərəkətlərin sayına və vaxtına görə ağlabatan və əsaslıdır. Eyni zamanda iş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat olmaqla cəmi 150 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X18 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. Məhkəmə onu da diqqətə çatdırır ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll etdiyindən Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu cəzaya Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrilə təqsirli bilənərək, qəti olaraq təyin olunmuş 1 il 7 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinin tələbləri qaydasında azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla hesablandığı 9 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun 12 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq hazırki vaxtadək həbsdə saxlandığı müddət ona təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 12 yanvar 2021-ci il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN**********; AZ34CTRE********************, X7, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən “Meqa Araz” mağazasındakı “Milli Ön” ödəmə terminalının pul qabı zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə, Balakən şəhəri, H.Əliyev prospekti-69 ünvanında yerləşən “Teyyub Elektronika” mağazasındakı “E-Manat” terminalının pul qabı zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə qaytarılsın; dəmir mismarçıxaran məhv edilsin; aparılmış ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 05 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. «xxxx» MMC-nin Təqsirləndirilən şəxs qarşı maddi ziyan tələbinə dair mülki iddiası baxılmamış saxlansın; «xxxx» MMC-yə, «xxxx» MMC-yə, X6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs10 ziyan tələbi ilə bağlı mülki icraat qaydasında yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat olmaqla cəmi 150 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X18 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-29/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-29/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver