Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-29/2023 03.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində DİMÜŞ-nin prokuroru vəzifəsini icra edən , İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri- Balakən rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS–xx.xx.1986-cı ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ümumi orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1; TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx.xx.1987-ci ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2; TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx.xx.1981-ci ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs1 qəsdən, vahid məqsəd və tamah niyyəti ilə Balakən rayonu Talalar kənd sakinləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, Balakən rayonu X15 ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdıqdan sonra ağac kəsməli olduğu halda bunları etməyərək, 03 avqust 2022-ci il tarixdə sübh radələrində və 07 avqust 2022-ci il tarixdə sübh radələrində Balakən rayonu X10 mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kolluq ərazidən motorlu mişardan istifadə edərək meşə fonduna daxil olmayan bir ədəd köküstə yaş 18 sm diametrli 180 manat dəyərində qovaq ağacını, bir ədəd köküstə yaş 30 sm diametrli 300 manat dəyərində qovaq ağacını, beş ədəd köküstə yaş 40 sm diametrli hər biri 400 manat dəyərində olmaqla, cəmi 2000 manat dəyərində qovaq ağaclarını, bir ədəd köküstə yaş 42 sm diametrli 500 manat dəyərində qovaq ağacını, bir ədəd köküstə yaş 50 sm diametrli 900 manat dəyərində qovaq ağacını, bir ədəd köküstə yaş 52 sm diametrli 1000 manat dəyərində qovaq ağacını, bir ədəd köküstə yaş 54 sm diametrli 1100 manat dəyərində qovaq ağacını, bir ədəd köküstə yaş 55 sm diametrli 1150 manat dəyərində qovaq ağacını, iki ədəd köküstə yaş 62 sm diametrli hər biri 1500 manat dəyərində olmaqla, cəmi 3000 manat dəyərində qovaq ağaclarını, iki ədəd köküstə yaş 66 sm diametrli hər biri 1700 manat dəyərində olmaqla, cəmi 3400 manat dəyərində qovaq ağaclarını, yəni cəmi 16 (on altı) ədəd qovaq ağaclarını qanunsuz olaraq kəsərək Balakən rayonu X15 külli miqdarda, yəni ümumilikdə 13530 (on üç min beş yüz otuz) manat məbləğində maddi zərər vurmaqla qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qəsdən, vahid məqsəd və tamah niyyəti ilə Balakən rayonu Talalar kənd sakinləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, Balakən rayonu X15 ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdıqdan sonra ağac kəsməli olduğu halda bunları etməyərək, 03 avqust 2022-ci il tarixdə sübh radələrində və 07 avqust 2022-ci il tarixdə sübh radələrində Balakən rayonu X10 mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kolluq ərazidən motorlu mişardan istifadə edərək meşə fonduna daxil olmayan bir ədəd köküstə yaş 18 sm diametrli 180 manat dəyərində qovaq ağacını, bir ədəd köküstə yaş 30 sm diametrli 300 manat dəyərində qovaq ağacını, beş ədəd köküstə yaş 40 sm diametrli hər biri 400 manat dəyərində olmaqla, cəmi 2000 manat dəyərində qovaq ağaclarını, bir ədəd köküstə yaş 42 sm diametrli 500 manat dəyərində qovaq ağacını, bir ədəd köküstə yaş 50 sm diametrli 900 manat dəyərində qovaq ağacını, bir ədəd köküstə yaş 52 sm diametrli 1000 manat dəyərində qovaq ağacını, bir ədəd köküstə yaş 54 sm diametrli 1100 manat dəyərində qovaq ağacını, bir ədəd köküstə yaş 55 sm diametrli 1150 manat dəyərində qovaq ağacını, iki ədəd köküstə yaş 62 sm diametrli hər biri 1500 manat dəyərində olmaqla, cəmi 3000 manat dəyərində qovaq ağaclarını, iki ədəd köküstə yaş 66 sm diametrli hər biri 1700 manat dəyərində olmaqla, cəmi 3400 manat dəyərində qovaq ağaclarını, yəni cəmi 16 (on altı) ədəd qovaq ağaclarını qanunsuz olaraq kəsərək Balakən rayonu X15 külli miqdarda, yəni ümumilikdə 13530 (on üç min beş yüz otuz) manat məbləğində maddi zərər vurmaqla qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 qəsdən, vahid məqsəd və tamah niyyəti ilə Balakən rayonu Talalar kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, Balakən rayonu X15 ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdıqdan sonra ağac kəsməli olduğu halda bunları etməyərək, 03 avqust 2022-ci il tarixdə sübh radələrində və 07 avqust 2022-ci il tarixdə sübh radələrində Balakən rayonu X10 mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kolluq ərazidən motorlu mişardan istifadə edərək meşə fonduna daxil olmayan bir ədəd köküstə yaş 18 sm diametrli 180 manat dəyərində qovaq ağacını, bir ədəd köküstə yaş 30 sm diametrli 300 manat dəyərində qovaq ağacını, beş ədəd köküstə yaş 40 sm diametrli hər biri 400 manat dəyərində olmaqla, cəmi 2000 manat dəyərində qovaq ağaclarını, bir ədəd köküstə yaş 42 sm diametrli 500 manat dəyərində qovaq ağacını, bir ədəd köküstə yaş 50 sm diametrli 900 manat dəyərində qovaq ağacını, bir ədəd köküstə yaş 52 sm diametrli 1000 manat dəyərində qovaq ağacını, bir ədəd köküstə yaş 54 sm diametrli 1100 manat dəyərində qovaq ağacını, bir ədəd köküstə yaş 55 sm diametrli 1150 manat dəyərində qovaq ağacını, iki ədəd köküstə yaş 62 sm diametrli hər biri 1500 manat dəyərində olmaqla, cəmi 3000 manat dəyərində qovaq ağaclarını, iki ədəd köküstə yaş 66 sm diametrli hər biri 1700 manat dəyərində olmaqla, cəmi 3400 manat dəyərində qovaq ağaclarını, yəni cəmi 16 (on altı) ədəd qovaq ağaclarını qanunsuz olaraq kəsərək Balakən rayonu X15 külli miqdarda, yəni ümumilikdə 13530 (on üç min beş yüz otuz) manat məbləğində maddi zərər vurmaqla qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin cinayət əməlini törətmələri məhkəmə iclasında özlərinin səmimi etirafedici ifadələri, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, işdə olan və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayonu Talalar kəndində ailəsi ilə birlikdə yaşayır. “Qazel” markalı ** BE *** dövlət qeydiyyat nişanlı yük maşını var. Həmin yük maşını ilə yük daşıyaraq qazanc əldə edir. Ağac emalı ilə məşğul olur və Balakən rayonu Talalar kəndində yerləşən yaşadığı evin həyətyanı torpaq sahəsində elektrik mişarı işlədir. Həmin elektrik mişarı ilə ağac emal edərək satmaqla məşğul olur. 2022-ci ilin avqust ayının əvvəllərində həmkəndlisi Təqsirləndirilən şəxs3 ona yaxınlaşaraq şəhid olmuş əmisi oğlunun ailəsi olan Şahid5 ailəsinə odun tapmaq üçün kömək istəmişdir. O, da İntiqama maraqlanacağını demişdir. Yeni Şərif kənd sakini olan İlhamın mobil telefon nömrəsinə zəng etmişdir və özünə odun lazım olduğunu İlhama bildirmişdir. İlham ona ertəsi günü mal bazarına gedəcəyini bildirdiyinə görə həmin günü görüşməyi təklif etmişdir. X22 kəndində görüşmüşdür və İlham ona qovaq ağacları olan yeri göstərərək həmin ərazinin yarısının əvvəldən özünə məxsus olduğunu, yarısını isə sonradan başqa şəxsdən aldığını bildirmişdir. İlham ona həmin torpaq sahəsindəki qovaq ağaclarını kəsməyə icazə verdiyini bildirmişdir. İlhama şəhid ailəsinə odun aparmaq məqsədilə ağacları kəsmək istədiyini dediyinə görə İlham da ona ağacları təmənnasız kəsməyə icazə vermişdir, yəni əvəzində pul istəməmişdir. İlhama neçə ağac kəsəcəyini bildirməmişdir. İlham da bu barədə heç nə deməmişdir. Təxminən xx.xx.2022-ci il tarixdə “Qazel” markalı ** BE *** dövlət qeydiyyat nişanlı yük maşınını idarə edərək həmkəndlisi Təqsirləndirilən şəxs3 ilə birlikdə Balakən rayonu Yeni Şərif kəndindəki Şahid4 ona əvvəlki günlərdə göstərdiyi qovaq ağacları olan həmin torpaq sahəsinə gedərək oradan bir ədəd qovaq ağacını özünə məxsus olan motorlu mişarla kəsmişdir. Yerdə də bir neçə ədəd kəsilmiş qovaq ağacı olmuşdur. Dəqiq sayını bilmir. Təqsirləndirilən şəxs3 isə kəsib doğradığı ağacları anbarlamağa, yəni bir yerə yığmağa kömək etmişdir. Həmin günü işlətdiyi motorlu mişar ağacları kəsdiyi zaman xarab olduğundan işi yarımçıq qoyub evə qayıtmışlar. Həmin vaxtdan bir neçə gün sonra xx.xx.2022-ci il tarixdə yenidən özünə məxsus olan “Qazel” markalı ** BE *** dövlət qeydiyyat nişanlı yük maşınını idarə edərək həmkəndliləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə birlikdə əvvəldən qovaq ağaclarını kəsdiyi həmin əraziyə getmişdir. Təqsirləndirilən şəxs2 kömək üçün aparmışdır. Şəhid ailəsinə odun gətirilməli olduğundan Təqsirləndirilən şəxs2 da təmənnasız köməyə gəlmişdir. Qeyd edilən əraziyə səhər neçədə getdiklərini xatırlamır, lakin səhər açılmışdı. Yeni Şərif kəndinin ərazisindəki əvvəldən də qovaq ağaclarını kəsdiyi həmin ərazidən səhər tez radələrində yenidən özünə məxsus olan motorlu mişarla qovaq ağaclarını kəsmişdir. O,ümumilikdə 16 ağac kəsmişdir.O, ağacları kəsib doğramış, Namiqlə İntiqam da həmin kəsilmiş ağacları ona məxsus olan “Qazel” markalı yük maşınına doldurmuşlar. Bu zaman X10 sədri Nümayəndə həmin əraziyə gələrək ağacları niyə kəsdiklərini və kimin buna icazə verdiyini soruşmuşdur. Nümayəndə həmin ərazini ona Şahid4 göstərdiyini bildirmişdir. Öz telefonu ilə İlhama zəng edib Nümayəndə vermişdir, İlham Nümayəndə mal bazarında olduğunu və gələcəyini bildirmişdir. Lakin orada olduqları müddətdə Şahid4 ora gəlməmişdir. Həmin vaxtı bələdiyyə sədri Nümayəndə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Paşa adlı əməkdaşını həmin yerə çağırmışdır. Bir müddət sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahid1 adlı əməkdaşı həmin yerə gəlmişdir. Ağacların kəsilməsi ilə əlaqədar olaraq sənəd tərtib etmişlər, həmin sənəddə kəsilmiş 16 ədəd qovaq ağaclarının diametrləri yazılmışdı. Ekologiyanın əməkdaşı tərəfindən yazılmış sənədi o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Ekologiyanın əməkdaşı olan Şahid1 özü, bələdiyyə sədri Nümayəndə, Yeni Şərif kənd icra nümayəndəliyindən gəlmiş Ruslan Lokov adlı şəxs imzalamışlar. Şahid1 ondan ağacların kəsilməsi barədə izahat almışdır. Şahid1 xx.xx.2022-ci il tarixdə 05 ədəd qovaq ağacını, xx.xx.2022-ci il tarixdə 11 ədəd olmaqla cəmi 16 ədəd qovaq ağacını kəsdiyini bildirmişdir. Şahid1 verdiyi həmin izahat yaxşı yaza bilmədiyinə görə onun sözlərinə əsasən Təqsirləndirilən şəxs2 tərəfindən yazılmışdır, o da izahatını imzası ilə təsdiq etmişdir. “Qazel” markalı yük maşınının içinə təxminən yarısına qədər odun doldurmuşlar. Maşının içindəki həmin odunu elə həmin gün Balakən rayonu Talalar kəndinə Şahid5 həyətinə gətirib boşaltmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Şahid5gilə çatmamış yolda maşından düşmüşlər. Odunu Şahid5gilə o özü aparmışdır. O, əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. O, vurulmuş ziyanın bir hissəsini ödəmişdir. Qalan hissəsini də az-az ödəyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayonu Talalar kəndində ailəsi ilə birlikdə yaşayır. Fəhləlik etməklə ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmkəndliləridir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə heç bir ədavəti, düşmənçiliyi yoxdur və olmamışdır. Təqsirləndirilən şəxs1 həyətyanı torpaq sahəsində ağac emalı ilə məşğul olur, qapısında sexi var. X18 rayonunun müxtəlif kəndlərində ağac kəsən zaman pul müqabilində fəhlə kimi ona köməyə getmişdir.Ondan başqa Təqsirləndirilən şəxs1 pul müqabilində fəhlə kimi Təqsirləndirilən şəxs3 və başqa həmkəndliləri də köməyə gediblər. Balakən rayonun Kortala, Yeni Şərif, Talalar və hazırda xatırlamadığı başqa kəndlərinə də pul müqabilində fəhlə kimi Təqsirləndirilən şəxs1la ağac kəsməyə getmişdir.2022-ci ilin avqust ayının əvvəllərində (dəqiq tarixini xatırlamır) həmkəndlisi və tanışı olan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 şəhid atası olan Şahid5 odun gətirmək üçün kömək lazım olduğunu bildirmişlər. Şahid5 həm də Təqsirləndirilən şəxs3 əmisidir. Şəhid ailəsi olduğuna görə təmənnasız olaraq kömək etmək üçün razılaşmışdır. Ağas kəsmək üçün getdikləri ərazinin kimə məxsus olduğunu Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs3 soruşmamışdır, Elmarla İntiqam da ona bu barədə heç nə deməmişlər. 2022-ci ilin avqust ayının əvvəllərində Yeni Şərif kəndinə gedib səhər lap tezdən kimə məxsus olduğunu bilmədiyi çöllük ərazidən Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 qovaq ağaclarını kəsməyə başlamışlar. Təqsirləndirilən şəxs1 motorlu mişar ilə ağacları kəsmiş, Təqsirləndirilən şəxs3 isə kəsilən hissələri kənara atmaqla ona kömək etmişdir. Təqsirləndirilən şəxs1 həm əvvəldən kəsilərək yerdə olan qovaq ağaclarını doğramış, həm də yeni qovaq ağaclarını kəsmişdir. Ağacları kəsib qurtarandan sonra Təqsirləndirilən şəxs1 məxsus olan “Qazel” markalı ** BE *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə Təqsirləndirilən şəxs3lə birlikdə odunları doldurduqları zaman Yeni Şərif kəndinin bələdiyyəsi olan Nümayəndə ora gəlib çıxmışdır. Bələdiyyə sədri ağacları niyə kəsdiklərini soruşduqda Təqsirləndirilən şəxs1 ona həmin ərazinin İlham adlı şəxsə məxsus olduğunu və həmin şəxs tərəfindən göstərildiyinə görə ağacları kəsdiyini bildirmişdir. Bələdiyyə sədri həmin ərazinin İlham adlı şəxsə deyil, bələdiyyəyə aid olduğunu deyərək Ekologiya və Təbii Sərvətlər İdarəsinə zəng etmişdir. O, ağacları kəsdikləri ərazinin İlham adlı şəxs tərəfindən Təqsirləndirilən şəxs1 göstərildiyini həmin vaxtı, yəni Təqsirləndirilən şəxs1 bu barədə bələdiyyə sədrinə dediyi zaman öyrənmişdir. Həmin vaxta qədər ağacları kəsdikləri ərazinin kimə məxsus olması barədə məlumatı olmamışdır. Təxminən 30 dəqiqəyə Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı da gəlmişdir. Ağacların kəsilməsi ilə əlaqədar olaraq sənəd tərtib etmişlər, həmin sənəddə kəsilmiş 16 ədəd qovaq ağaclarının diametrləri yazılmışdı. Ekologiyanın əməkdaşı tərəfindən yazılmış sənədi o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Ekologiyanın əməkdaşı olan Şahid1 özü, bələdiyyə sədri Nümayəndə, həmin vaxtı Nümayəndə çağırışı ilə ağacları kəsdikləri yerə Yeni Şərif kənd icra nümayəndəliyindən gəlmiş Ruslan Lokov adlı şəxs imzalamışlar. Şahid1 Təqsirləndirilən şəxs1 izahat yazmalı olduğunu bildirdikdə Elmar ona yaza bilmədiyini demişdir. Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Şahid1 xahişi ilə Təqsirləndirilən şəxs1 dediklərinə əsasən izahatı o yazmışdır və Təqsirləndirilən şəxs1 tərəfindən imza olunaraq həmin izahat təsdiqlənmişdir.Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə 05 ədəd qovaq ağacı və xx.xx.2022-ci il tarixdə 11 ədəd qovaq ağacı olmaqla cəmi 16 ədəd qovaq ağacını kəsdiyini, əməlinə görə peşman olduğunu bildirmişdir və o da Elmarın dediklərini izahata yazmışdır. X15 aid olan qeyd edilən ərazidən qovaq ağaclarını özünə məxsus olan motorlu mişarla Təqsirləndirilən şəxs1 kəsib doğramışdır, Təqsirləndirilən şəxs1 ağacları kəsəndən sonra Təqsirləndirilən şəxs3 həmin ağacları kənara çəkirdi, ağaclar kəsilib qurtardıqdan sonra isə Təqsirləndirilən şəxs3lə o həmin kəsilmiş ağac hissələrini Təqsirləndirilən şəxs1 məxsus “Qazel” markalı yük maşınına yükləmişlər. Həmin əraziyə getdikləri zaman yerdə də kəsilmiş və yarpaqları solmuş qovaq ağacları olmuşdur. Təqsirləndirilən şəxs1 həm həmin yerdə əvvəldən kəsilmiş vəziyyətdə olan ağacları motorlu mişarla doğramış, həm də köküstə olan qovaq ağaclarını kökündən motorlu mişarla kəsib doğramışdır. Cəmi neçə ədəd ağac olduğunu saymamışdır, lakin tərtib edilmiş sənədlərdə həmin ərazidən 16 ədəd qovaq ağacının kəsildiyi qeyd edilmişdir.Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və ya hər hansı başqa bir şəxsdən ağacların hansı ərazidən kəsiləcəyini soruşmamışdır. X10 sədri ağacları kəsdikləri əraziyə gəldikdən sonra Təqsirləndirilən şəxs1 həmin ərazini ona İlham adlı şəxsin özünün pay torpaq sahəsi olduğunu dediyini bildirmişdir. Həmin vaxtı o da həmin ərazinin Elmara İlham adlı şəxs tərəfindən göstərildiyini öyrənmişdir. Həmin vaxta qədər ağacları kəsməyə getdikləri ərazinin kimə məxsus olduğunu bilməmişdir. Həmin əraziyə getdikləri zaman artıq səhər açılırdı. İşi tez qurtarıb geri də tez qayıtmaq məqsədi ilə səhər tezdən həmin əraziyə getmişlər. Həmin əraziyə ağacları kəsmək üçün cəmi bir dəfə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs3lə birlikdə getmişdir. Ondan əvvəl həmin əraziyə ağac kəsmək üçün getməmişdir. Bələdiyyə sədri gəldikdə Təqsirləndirilən şəxs1 məxsus olan «Qazel» markalı yük maşınına bir cərgə və ya bir cərgə yarım kəsilmiş odun hissələrini yükləmişdilər. Dəqiq nə qədər olduğunu hazırda xatırlamır. Sonradan həmin odun yüklənmiş “Qazel” markalı maşına minib Elmarla və İntiqamla birlikdə Talalar kəndinə qədər gəlmişdir. Talalar kəndinə çatdıqda yaşadığı evin qarşısında maşından düşmüşdür. Həmin vaxtı Təqsirləndirilən şəxs3 maşında olmuşdur. Sonradan həmin odun hissələrini Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 hara apardıqlarını görməmişdir. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayonu Talalar kəndində ailəsi ilə birlikdə yaşayır. Fəhləlik etməklə ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmkəndliləridir. Onlarla heç bir ədavəti, düşmənçiliyi yoxdur və olmamışdır. Təqsirləndirilən şəxs1 həyətyanı torpaq sahəsində ağac emalı ilə məşğul olur, qapısında elektrik mişarı işlədir. X18 rayonunun müxtəlif kəndlərində ağac kəsən zaman pul müqabilində fəhlə kimi ona köməyə getmişdir. Ondan başqa Təqsirləndirilən şəxs1 pul müqabilində fəhlə kimi Təqsirləndirilən şəxs2 və rayonun başqa sakinləri də köməyə gediblər. Balakən rayonun Kortala, Yeni Şərif, Talalar və hazırda xatırlamadığı başqa kəndlərinə də pul müqabilində fəhlə kimi Təqsirləndirilən şəxs1la ağac kəsməyə getmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində əmisi Şahid5 ona qışa özünə odun lazım olduğunu bildirmişdir. Həm əmisi olduğuna görə, həm də şəhid ailəsi olduğuna görə əmisinə odun gətirmək üçün həmkəndlisi Təqsirləndirilən şəxs1 müraciət etmişdir. Elmar odun tapdığını bildirdikdə Təqsirləndirilən şəxs1 işini bilən adam olduğuna görə daha ondan nə hara gedəcəklərini, nə də hansı ərazidən odun kəsəcəklərini soruşmamışdır. 03 avqust 2022-ci il tarixdə səhərə yaxın Elmarla birlikdə Elmarın idarə etdiyi “Qazel” markalı, hazırda nömrəsini xatırlamadığı yük maşınına minib Balakən rayonun Yeni Şərif kəndinə getmişlər. Səhər hava işıqlaşan vaxtı Yeni Şərif kəndindəki kimə məxsus olduğunu bilmədiyi ərazidən Təqsirləndirilən şəxs1 yerdə kökündən kəsilmiş vəziyyətdə olan qovaq ağaclarını motorlu mişarla doğramağa başlamışdır. Həmin əraziyə Təqsirləndirilən şəxs1la birlikdə getdikdə sayını xatırlamadığı qovaq ağacları kökündən kəsilmiş vəziyyətdə artıq yerdə olmuşlar. Təqsirləndirilən şəxs1 həmin gün onun yanında kökündən ağac kəsməmişdir. Elmar motorlu mişarla yerdə olan həmin qovaq ağaclarını doğrayarkən o da Elmarın yanında olmuşdur. Motorlu mişar xarab olduğundan işlərini yarımçıq qoyub geri kəndə qayıtmışlar. Həmin günü ağacları doğradıları ərazinin kimin mülkiyyətində olduğunu bilməmişdir, bu barədə heç bir məlumatı olmamışdır. 07 avqust 2022-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs2 də köməyə götürərək səhərə yaxın onunla birlikdə Təqsirləndirilən şəxs1 idarə etdiyi «Qazel» markalı, hazırda nömrəsini xatırlamadığı yük maşınına minərək yenidən Yeni Şərif kəndinə getmişlər. 2022-ci ilin avqust ayının 7-də səhər işıqlaşan vaxtı Yeni Şərif kəndində çöllük ərazidən Təqsirləndirilən şəxs1 özünə məxsus olan motorlu mişarla qovaq ağaclarını kəsməyə başlamışdır, o da Elmara kömək edirdi. Həmin vaxtı cəmi neçə ağacın kəsildiyini bilmir. Ağaclar kəsildikdən sonra Təqsirləndirilən şəxs1 məxsus olan “Qazel” markalı yük avtomobilinə Namiqlə birlikdə odunları doldurmuşlar. Həmin vaxti Yeni Şərif kəndinin bələdiyyəsi olan Nümayəndə ora gəlib çıxmışdır. Bələdiyyə sədri gəlib çıxdığına görə qalan ağacları kəsə bilməmişlər. Bələdiyyə sədri ağacları niyə kəsdiklərini soruşduqda Təqsirləndirilən şəxs1 ona həmin ərazinin İlham adlı şəxsə məxsus olduğunu və həmin şəxs tərəfindən göstərildiyinə görə ağacları kəsdiyini bildirmişdir. Bələdiyyə sədri həmin ərazinin İlham adlı şəxsə deyil, bələdiyyəyə aid olduğunu deyərək Ekologiya və Təbii Sərvətlər İdarəsinə zəng etmişdir.O da həmin vaxtı bilmişdir ki, İlham adlı şəxs Elmarı aldadaraq ona həmin ərazini pay torpağı kimi göstərmiş, buna görə də Elmar həmin sahədən ağacları kəsmişdir. Elmar İlham barədə bələdiyyə sədrinə deyənə qədər bu barədə məlumatı olmayıb. Təxminən 30 dəqiqəyə Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı da gəlmişdir. Ağacların kəsilməsi ilə əlaqədar olaraq sənəd tərtib etmişlər, həmin sənəddə kəsilmiş 16 ədəd qovaq ağaclarının diametrləri yazılmışdı. Ekologiyanın əməkdaşı tərəfindən yazılmış sənədi o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Ekologiyanın əməkdaşı olan Şahid1 özü, bələdiyyə sədri Nümayəndə, həmin vaxtı Nümayəndə çağırışı ilə ağacları kəsdikləri yerə Yeni Şərif kənd icra nümayəndəliyindən gəlmiş Ruslan Lokov adlı şəxs imzalamışlar. Şahid1 Təqsirləndirilən şəxs1 izahat yazmalı olduğunu bildirdikdə Elmar yaza bilmədiyini demişdir. Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Şahid1 xahişi ilə Təqsirləndirilən şəxs1 dediklərinə əsasən izahatı Təqsirləndirilən şəxs2 yazmışdır və Təqsirləndirilən şəxs1 tərəfindən imza olunaraq həmin izahat təsdiqlənmişdir. xx.xx.2022ci il tarixdə Təqsirləndirilən şəxs1la birlikdə qeyd edilən əraziyə getdikləri zaman həmin ərazidə yerdə kökündən kəsilmiş vəziyyətdə sayını dəqiq bilmədiyi bir neçə qovaq ağacı olmuşdur. Həmin yerdə kəsilmiş vəziyyətdə olan qovaq ağaclarını Təqsirləndirilən şəxs1 özünə məxsus olan motorlu mişarla doğradığı zaman mişar xarab olduğundan işi yarımçıq qoyub geri qayıtmışlar. Geri qayıdarkən maşına ağac yükləməmişlər, maşın boş gəlmişdir. Ağacların kəsildiyi əraziyə bələdiyyə sədri gəldikdə və həmin ərazinin bələdiyyəyə məxsus olduğunu bildirdikdə Təqsirləndirilən şəxs1 ona həmin ərazinin İlham adlı şəxsin göstərdiyini bildirmişdir. Həmin ərazinin Elmara İlham tərəfindən göstərildiyini elə həmin vaxtı öyrənmişdir. Qeyd edilən ərazidən qovaq ağaclarını özünə məxsus olan motorlu mişarla Təqsirləndirilən şəxs1 kəsib doğramışdır, Təqsirləndirilən şəxs1 ağacları kəsəndən sonra o və Təqsirləndirilən şəxs2 həmin ağacları yük maşınına yükləmişlər. Onlar həmin əraziyə xx.xx.2022-ci il tarixdə getdikləri zaman yerdə də kəsilmiş və yarpaqları solmuş qovaq ağacları olmuşdur. Təqsirləndirilən şəxs1 həmin yerdə əvvəldən kəsilmiş vəziyyətdə olan ağacları motorlu mişarla doğrayarkən motorlu mişar xarab olmuşdur. xx.xx.2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs1 həmin ərazidən köküstə olan qovaq ağaclarını kökündən motorlu mişarla kəsib doğramışdır. Cəmi neçə ədəd ağac olduğunu bilmir. Ekologiyanın əməkdaşı sənədləşdirmə aparan zaman həmin sənədə 16 ədəd qovaq ağacının kəsildiyi yazılmışdı. Təqsirləndirilən şəxs1 ağacların hansı ərazidən kəsiləcəyini soruşmamışdır. Bələdiyyə sədri ağacları kəsdikləri əraziyə gəldikdən sonra Təqsirləndirilən şəxs1 həmin ərazini ona İlham adlı şəxsin özünün pay torpaq sahəsi olduğunu dediyini bildirmişdir. Həmin vaxtı o da həmin ərazinin Elmara İlham adlı şəxs tərəfindən göstərildiyini öyrənmişdir. Yay vaxtı olduğundan səhər tezdən işləməyə getmişlər.Həmin əraziyə çatdıqda hava işıqlaşırdı. Meşənin kənarından keçən traktorların səsi də gəlirdi. Həmin əraziyə ağacları kəsmək üçün cəmi iki dəfə getmişdir. Birinci dəfə ağacları kəsmək üçün xx.xx.2022-ci il tarixdə qeyd olunan əraziyə Təqsirləndirilən şəxs1la birlikdə, ikinci dəfə isə həmin əraziyə Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs2lə birlikdə ağacları kəsmək üçün getmişdir. Bələdiyyə sədri gəldikdə Təqsirləndirilən şəxs1 məxsus olan “Qazel” markalı yük maşınına bir cərgədən artıq kəsilmiş odun hissələrini yükləmişdilər. Sonradan həmin odun yüklənmiş “Qazel” markalı maşına minib Elmarla və Namiqlə birlikdə Talalar kəndinə qədər gəlmişdir. Talalar kəndinə çatdıqda Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısında maşından düşmüşdür. Həmin vaxtı onun mobil nömrəsinə də zəng gəldiyindən o da Talalar kənd icra nümayəndəliyinin yanında maşından düşmüşdür. Təqsirləndirilən şəxs1 idarə etdiyi, içərisinə odun yüklənmiş “Qazel” avtomobilini sürüb əmisi Şahid5 yaşadığı ünvana odunu boşaltmağa getmişdir. Odun əmisinin həyətinə boşaldılan vaxtı orada olmamışdır. Əməlindən peşimandır,bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxs Balakən rayonu X10 nümayəndəsi Nümayəndə göstərdi ki, Balakən rayonu Yeni Şərif kəndində ailəsi ilə birlikdə yaşayır. 2000-ci ildən X10 sədri vəzifəsində işləyir. 03 avqust 2022-ci il tarixdə X10 ərazisindəki “Mahaçöl” adlanan sahədən keçərkən kəsilmiş ağac budaqlarını gördükdə həmin sahəyə baxmağa getmişdir. “Mahaçöl” sahəsinə baxış keçirdikdə həmin sahədən qovaq cinsindən olan 05 ədəd ağacın kəsildiyini aşkar etmişdir. Həmin ağacların kökündən kəsilərək budanaraq oduncaq vəziyyətinə salındığını görmüşdür. Kəsilmiş ağacların bir hissəsi doğranaraq aparılmış, az hissəsi isə yerdə qalmışdı. Bu barədə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına zəng edərək məlumat vermişdir və həmin idarənin əməkdaşları gələrək sahəyə baxmışlar. Ağacları kəsmiş şəxsi və ya şəxsləri müəyyən edə bilmədiklərinə görə həmin şəxsi və ya şəxsləri tapmaq məqsədi ilə bir neçə gün həmin sahədə gözləməyə başlamışdır. Ekologiyanın əməkdaşları da ona gözləməyi məsləhət görmüşlər. Ağacların kəsildiyini aşkar etdiyi vaxtdan sonra hər gün və gecə də oraya gedib gözləmişdir. 7 avqust 2022-ci il tarixdə səhər saat 06:30 – 07:00 radələrində yenidən ağacların kəsildiyi sahəyə getdikdə həmin sahədə üç nəfər şəxsin kəsilmiş ağacların budaqlarını başqalarının görməməsi üçün ağaclıq əraziyə atdıqlarını, kəsilmiş ağacların kötüklərini isə maşına yüklədiklərini görmüşdür. Həmin vaxtı daha 11 ədəd qovaq ağaclarının kəsildiyini aşkar etmişdir. Həmin şəxslərdən ağacları kimin kəsdiyini soruşduqda Təqsirləndirilən şəxs1 olduğunu öyrəndiyi şəxs ona “mən kəsmişəm, bilməmişəm, səhv etmişəm” demişdir. Digər şəxslərdən biri Təqsirləndirilən şəxs3, o biri isə Təqsirləndirilən şəxs2 olmuşdur. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 adlı şəxslər isə “biz sadəcə kömək edirdik” deyə ona bildirmişlər.O,Elmardan kəsilmiş ağacları neçə maşına doldurub apardığını soruşduqda Elmar ona ikinci maşın olduğunu bildirmişdir. Elmara həmin ağacları hesabladıqda 4-5 maşın odun olacağını bildirdikdə, Elmar ona “vallah ikinci maşındı” demişdir. Hadisə yerində olan həmin ikinci maşın yarımçıq olduğundan Elmardan hətta “siz bu maşını yarımçıqmı doldurub aparasıydınız” deyə soruşmuşdur. Dərhal baş vermiş hadisə barədə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına mobil telefon vasitəsi ilə zəng edərək məlumat vermişdir. Həmin vaxtı operativ olaraq 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gəlmişlər. Həmin idarənin əməkdaşı Şahid1 ondan və orada ağacları kəsən şəxslərdən biri olan Təqsirləndirilən şəxs1 izahat almışdır. Təqsirləndirilən şəxs1 özü yaza bilmədiyini dediyinə görə onun sözlərinə əsasən Təqsirləndirilən şəxs2 adlı şəxs izahatı yazmış, izahat Elmara ucadan oxunmuş və Təqsirləndirilən şəxs1 tərəfindən imzalanaraq təsdiqlənmişdir. İzahat verərkən Təqsirləndirilən şəxs1 03 avqust 2022-ci il tarixdə 05 ədəd qovaq ağacı və 07 avqust 2022-ci il tarixdə 11 ədəd qovaq ağacı olmaqla cəmi 16 ədəd qovaq ağacını kəsdiyini etiraf etmişdir. 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının yanında Təqsirləndirilən şəxs1 həmin ağacları kəsdiyi ərazinin bələdiyyə ərazisi olduğunu bilmədiyini, ona həmin ərazini Şahid4 adlı şəxsin özünün pay torpağı olduğunu bildirdiyini demişdir. 08 avqust 2022-ci il tarixdə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ağacların kəsilməsi barədə rəsmi məktub göndərmişdir. Ümumilikdə X15 aid olan “Mahaçöl” adlı ərazidən köküstə yaş 16 ədəd qovaq ağacları kəsilmişdir. Həmin kəsilən ağacların diametrlərini tam xatırlamır, qeyd edilən ağacların diametrləri 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş aktda qeyd edilmişdir. 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən ona gələn rəsmi cavab məktubuna əsasən 16 ədəd qovaq cinsindən olan köküstə yaş ağacların kəsilməsi nəticəsində təbiətə 13130 manat məbləğində ziyanın dəydiyi ona məlum olmuşdur. Bələdiyyə mülkiyyətində olan ağac və kolların götürülməsi üçün ilkin olaraq vətəndaş ərizə ilə bələdiyyəyə müraciət edərək həmin ağac və kolun tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar olduğunu, yaşayış və qeyri-yaşayış binalarında işıqlanma rejimini pozduğunu, texnogen və ya təbii xarakterli fövqəladə hallar baş verdiyinə görə onların nəticələrinin aradan qaldırılması üçün və sairə halları göstərir. Həmin ərizə əsasında bələdiyyə tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq sənədlər təqdim olunur və ayrılmış mütəxəssis tərəfindən həmin əraziyə baxış keçirilir və müvafiq rəy tərtib edilir. Rəydə həmin ağacların və ya kolların götürülməsi əsaslandırılır, bundan sonra həmin yaşıllığın götürülməsinə müvafiq icazə verlir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 adlı şəxslər qeyd edilən 16 (on altı) ədəd ağacları kəsmək üçün X15 hər hansı rəsmi müraciət etməmişlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 maşının içinə doldurduqları ağac hissələrini aparıb getmişlər.Həmin kəsilmiş qovaq ağacları bələdiyyəyə təhvil verilməmişdir.Təqsirləndirilən şəxslər bələdiyyəyə vurulmuş ziyanın bir hissəsini ödəmişlər.Qalan hissəsini də gələcəkdə ödəməyə söz vermişlər. X10 təqsirləndirilən şəxslərdən şikayəti yoxdur. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən rayonu Meşəşambul kəndində ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. 2022-ci ilin avqust ayının 03-də Balakən rayon X10 sədri Nümayəndə mobil telefon vasitəsi ilə zəng edərək 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verərək bildirmişdir ki, X10 ərazisində “Mahaçöl adlanan sahədən qanunsuz olaraq qovaq cinsindən olan ağaclar kəsilmişdir. 03 avqust 2022-ci il tarixdə idarənin digər əməkdaşları Şahid2 və Şahid3 ilə qeyd edilən əraziyə baxmağa getdikdə ərazidən 05 ədəd qovaq cinsindən olan ağacların kəsildiyini, kəsilmiş ağacların bir hissəsinin aparıldığını, bir hissəsinin isə yerdə qaldığını aşkarlamışlar. Ağacları kəsmiş şəxsi və ya şəxsləri müəyyən edə bilmədiklərinə görə X10 sədri Nümayəndə həmin şəxsləri tapmaq məqsədi ilə bir neçə gün gözləməyini məsləhət görmüşlər. xx.xx.2022-ci il tarixdə səhər saat təxminən 07 radələrində Nümayəndə mobil telefon vasitəsi ilə zəng edərək 03 avqust 2022-ci il tarixdə 05 ədəd qovaq ağaclarının kəsildiyi ərazidən yenidən ağacların kəsilməsi barədə məlumat vermişdir. Həmin zəngə əsasən xx.xx.2022-ci il tarixdə səhər saat 07 radələrində əvvəl o, bir müddət sonra isə idarənin əməkdaşları olan Şahid2 və Şahid3 qeyd edilən sahəyə getdikdə X15 aid olan “Mahaçöl” adlı ərazidən xx.xx.2022-ci il tarixdə 05 ədəd, xx.xx.2022-ci il tarixdə 11 ədəd olmaqla, ümumilikdə 16 ədəd qovaq cinsli ağacların kəsildiyini müəyyənləşdirmişlər. xx.xx.2022-ci il tarixi həftənin bazar günü olduğundan həmin vaxtı yaşadığı Meşəşambul kəndində olmuşdur.Yeni Şərif kəndinə daha yaxın ərazidə yaşadığından 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin digər əməkdaşlarından tez hadisə yerinə çatmışdır. Həmin vaxtı ağacları kəsmiş şəxslər hadisə yerində olmuşlar.Həmin vaxt ağacları kəsən şəxslərin Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 olduğu aşkar edilmişdir. Hadisə yerində Təqsirləndirilən şəxs1 məxsus olan “Qazel” markalı, dövlət qeydiyyat nişanını hazırda xatırlamadığı yük maşınına yarım cərgə kəsilmiş qovaq ağaclarının hissələri yığılmışdı. Həmin ağac hissələri təxminən 0,5 kubmetr təşkil edərdi. Həmin kəsilmiş ağac hissələri təxminən ən xırda diametrli bir ədəd kəsilmiş qovaq ağacının oduncaq hissələri idi. Nümayəndə Təqsirləndirilən şəxs1 neçə maşın ağacı apardığını soruşduqda Elmar həmin maşının ikinci maşın olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə 05 ədəd və xx.xx.2022-ci il tarixdə 11 ədəd olmaqla Balakən rayonu X15 aid «Mahaçöl» adlı ərazidən cəmi 16 ədəd qovaq ağaclarını kəsdiyini və gələcəkdə bir də belə səhvə yol verməyəcəyini deyərək həmin məzmunda izahat vermişdir. Təqsirləndirilən şəxs1 yaza bilmədiyini dediyinə görə onun dediklərini Təqsirləndirilən şəxs2 öz xətti ilə yazmışdır və izahat Təqsirləndirilən şəxs1 tərəfindən imzalanaraq təsdiqlənmişdir. Təqsirləndirilən şəxs1 şifahi olaraq həmin ərazinin bələdiyyə ərazisi olduğunu bilmədiyini, həmin ərazini ona pay torpağı olduğunu bildirərək adını hazırda xatırlamadığı bir nəfər şəxsin göstərdiyini demişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin torpaq sahəsinin hər hansı başqa bir şəxs tərəfindən onlara pay torpağı olaraq göstərildiyini bildirməmişlər. Onlar da həmin ərazinin başqa bir şəxs tərəfindən pay torpağı olaraq göstərildiyini Təqsirləndirilən şəxs1 həmin yerdə öyrənmişlər. Təqsirləndirilən şəxs3 də Təqsirləndirilən şəxs1la birlikdə ağacları kəsdiyini bildirmiş, lakin izahat verməkdən imtina etmişdir. 10 avqustda həmin ərazidə yoxlama apararaq idarənin əməkdaşları olan Şahid3 və Şahid2 ilə birlikdə ağacların diametrlərini ölçüb akt tərtib edilmişdir, kəsilmiş ağacların diametrlərini hal-hazırda xatırlamasa da 10 avqust 2022-ci il tarixdə tərtib edilmiş aktda ağacların diametrləri qeyd edilmişdir. Həmçinin Şahid1 ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 yaza bilmədiyini dediyinə görə həmin izahatı onun dediklərinə əsasən Təqsirləndirilən şəxs2 yazmışdır. Həmin izahat Təqsirləndirilən şəxs1 ucadan oxunduqdan sonra Təqsirləndirilən şəxs1 tərəfindən imzalanaraq təsdiqlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Balakən rayonu Püştətala kəndində ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi- müfəttişi vəzifəsində işləyir. 2022-ci ilin avqust ayının 03-də Balakən rayon X10 sədri Nümayəndə mobil telefon vasitəsi ilə zəng edərək 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verərək bildirmişdir ki, Balakən rayon X10 ərazisində “Mahaçöl” adlanan sahədən qanunsuz olaraq qovaq cinsindən olan ağaclar kəsilmişdir. 03 avqust 2022-ci il tarixdə idarənin digər əməkdaşları Şahid1 və Şahid3 ilə qeyd edilən əraziyə baxmağa getdikdə ərazidən 05 ədəd qovaq cinsindən olan ağacların kəsildiyini, kəsilmiş ağacların bir hissəsinin aparıldığını, bir hissəsinin isə yerdə qaldığını aşkarlamışlar. Ağacları kəsmiş şəxsi və ya şəxsləri müəyyən edə bilmədiklərinə görə X10 sədri Nümayəndə həmin şəxsləri tapmaq məqsədi ilə bir neçə gün gözləməyini məsləhət görmüşlər. xx.xx.2022-ci il tarixdə səhər saat təxminən 07 radələrində Şahid3 ona zəng edərək 03 avqust 2022-ci il tarixdə 05 ədəd qovaq ağaclarının kəsildiyi Balakən rayonu X15 aid olan ərazidən yenidən ağacların kəsilməsi barədə məlumatın daxil olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə qeyd edilən sahəyə getdikdə idarənin əməkdaşı Şahid1 artıq həmin ərazidə olmuşdur. X15 aid olan “Mahaçöl” adlı ərazidən xx.xx.2022-ci il tarixdə 05 ədəd, xx.xx.2022-ci il tarixdə 11 ədəd olmaqla, ümumilikdə 16 ədəd qovaq cinsli ağacların kəsildiyini müəyyənləşdirmişlər. Həmin vaxtı ağacların kəsildiyi əraziyə baxış keçirərək kəsilmiş 16 ədəd ağacların diametrlərini dəqiqləşdirmişlər. Şahid3 ilə birlikdə qeyd edilən əraziyə həmin gün təxminən saat 09 radələrində gəlib çatdıqlarına görə onlar hadisə yerinə çatdıqda ağacları kəsmiş şəxslər orada olmamışlar. 10 avqustda həmin ərazidə yoxlama apararaq idarənin əməkdaşları olan Şahid1 və Şahid3la birlikdə ağacların diametrlərini ölçüb akt tərtib edilmiş, kəsilmiş ağacların diametrlərini hal-hazırda xatırlamasa da 10 avqust 2022-ci il tarixdə tərtib edilmiş aktda ağacların diametrləri qeyd edilmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdiyi xüsusatları iş üzrə şahid qismində dindirilmiş Şahid3 da eyni məzmunlu ifadəsi ilə tam təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmalarına, məhkəmə iclasında iştirakılarının təmin edilməsi üçün bütün zəruri tədbirlərin görülməsinə baxmayaraq iş üzrə şahidlər- Şahid5 və Şahid4 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə şahidlər- Şahid5 və Şahid4 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Balakən rayonu Talalar kəndində ailəsi ilə birlikdə yaşayır. Balakən şəhəri Texniki və Humanitar təmayüllü Liseydə mühafizəçi vəzifəsində işləyir. X1 atasıdır. Təxminən iki aydır ki yaşadığı ünvana qaz çəkilib. Əvvəllər yaşadığı ünvanda qaz olmayıb, odundan istifadə etmişlər. 2022-ci ilin yayında qardaşının oğlu Təqsirləndirilən şəxs3 özünə odun lazım olduğunu bildirmişdir. İntiqam ona odun tapacağını bildirmişdir. İntiqam ona bir maşın odun gətirməli idi. 2022-ci ilin avqust ayının əvvəllərində (dəqiq tarixini tam xatırlamır) İntiqam, Təqsirləndirilən şəxs1 və Natiq Mahamayev ona “Qazel” markalı yük avtomobilinə yüklənmiş odun gətirmişlər. Odun maşının yarısına qədər olmuşdur. Şəhid ailəsi olduğuna görə ondan pul götürməmişlər. Odunu Qabaqçöldən gətirdiklərini bildirmişlər, lakin konkret hansı ərazidən gətirdiklərini ona deməmişlər. Bu barədə heç özü də soruşmamışdır. Ona gətirilmiş odunun bələdiyyəyə məxsus ərazidən kəsildiyini sonradan prokurorluqdan öyrənmişdir. Ona gətirilmiş odun qovaq cinsli ağacdan olmuş, həmin ağaclar onun tərəfindən və ailə üzvləri tərəfindən həm evdə istilik yaratmaq məqsədi ilə, həm də hava isti olan vaxtı yemək bişirmək məqsədilə yandırılmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki,Balakən rayonu Yeni Şərif kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 tanıyır. Bir neçə il əvvəl Təqsirləndirilən şəxs1 özünə məxsus olan pay torpağı sahəsindən bir neçə ağac satmışdır. 2022-ci ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs1 onunla görüşərək şəhid ailəsinə odun lazım olduğunu bildirərək yenə ondan ağac istəmişdir. Elmara şəhid ailəsinə odun lazımdırsa təmənnasız olaraq ağac verəcəyini bildirmiş və ona aid olan həmin pay torpağından ağacları kəsə biləcəyini Təqsirləndirilən şəxs1 demişdir. Sonradan ona məlum olmuşdur ki,Təqsirləndirilən şəxs1 X15 məxsus olan torpaq sahəsindən qovaq ağaclarını kəsmişdir. Təqsirləndirilən şəxs1 özünə məxsus olan pay torpaq sahəsindən ağacları şəhid ailəsinə görə təmənnasız kəsə biləcəyini bildirmişdir. Özünə məxsus olan pay torpaq sahəsini Təqsirləndirilən şəxs1 bir neçə il əvvəl ağacları aldığı zaman göstərmişdir. Elmar həmin yeri tanıyırdı. Təqsirləndirilən şəxs1 ağacları kəsdiyi zaman özü həmin ərazidə olmamışdır. Əgər həmin ərazidə olmuş olsaydı ona həmin ərazinin özünə məxsus olmadığını, bələdiyyəyə məxsus olduğunu bildirərdi. Təqsirləndirilən şəxs1 həm ona məxsus olan pay torpaq sahəsinin olduğu yeri, həm də ümumiyyətlə Yeni Şərif kəndinin ərazisini yaxşı tanıyır. Şahid4 həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Yeni Şərif kəndinin ərazisindəki özünə məxsus pay torpaq sahəsini bir neçə il əvvəl göstərmişdir, Təqsirləndirilən şəxs1 həmin yeri yaxşı tanıyır. 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxs1 özünə məxsus olan pay torpaq sahəsini və yaxud başqa bir torpaq sahəsini göstərməmişdir. İzahatında həmin pay torpaq sahəsini 2022-ci ildə yox, bir neçə il əvvəl göstərdiyini bildirmişdir. İşin 1-ci cild 26-39-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş 03 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış xx.xx.2022-ci il tarixdə saat 10:05-dən 11:20-dək olan müddət ərzində Balakən rayonu Yeni Şərif kəndində keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ağacların kəsildiyi yer Balakən rayonu X10 ərazisində “Mahaçöl” adlanan sahədir. Ağacların kəsildiyi əraziyə gəldikdə baxış iştirakçısı Nümayəndə ağacların kəsildiyi ərazinin bələdiyyəyə məxsus olduğunu bildirmişdir. Nümayəndə kəsilmiş ağacları bir-bir göstərmişdir. Kəsilən ağaclar kolluq ərazidədir. Baxış zaman 16 ədəd qovaq cinsindən olan ağacların kəsildiyi müəyyən edilmişdir. Kəsilmiş 16 ədəd ağacdan 14-nün kötük hissələri tam aydın göründüyündən mütəxəssis Şahid1 iştirakı ilə diametrləri ölçülmüşdür. Kəsilmiş 02 ədəd qovaq cinsindən olan ağacların kötük hissələri isə tamamilə ağacların kəsilmiş budaqlarının altında qalmışdır. Lakin mütəxəssis Şahid1 xx.xx.2022-ci il tarixdə yoxlama aparan zaman 16 ədəd qovaq cinsindən olan ağacların diametrlərini ölçdüyünü və tərtib etdiyi aktda qeyd etdiyini bildirmişdir. Beləliklə, baxış zamanı diametri 18 sm. olan 01 ədəd, 30 sm. olan 01 ədəd, 40 sm. olan 05 ədəd, 42 sm. olan 01 ədəd, 50 sm. olan 01 ədəd, 52 sm. olan 01 ədəd, 54 sm. olan 01 ədəd, 55 sm. olan 01 ədəd, 62 sm. olan 02 ədəd, 66 sm. olan 02 ədəd qovaq cinsindən olan ağacların kəsildiyi təsbit edilmişdir. Baxış iştirakçısı Nümayəndə həmin ağacların 5-nin xx.xx.2022-ci il tarixdə, 11 ədədinin isə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən kəsildiyini bildirmişdir. Bununla da baxış başa çatmışdır.«HUAWEİ» markalı telefonla şəkillər çəkilib protokola əlavə olunmuşdur.Protokol oxunmuş,baxış iştirakçıları tərəfindən əlavə,düzəliş daxil olmamışdır, protokol düzgün tərtib edilmişdir. İşin 1-ci cild 191-198-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş 01 dekabr 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış xx.xx.2022-ci il tarixdə saat 17:05-dən 17:35-dək olan müddət ərzində Balakən rayonu Talalar kəndində keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Balakən rayonu Talalar kənd sakini Baradov X6 sakinləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Balakən rayonu X10 mülkiyyətində olan «Mahaçöl» adlı ərazidən 16 (on altı) ədəd köküstə yaş qovaq ağaclarını kəsərək təbiətə 13530 (on üç min beş yüz otuz) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqda şübhəli olduğundan xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-də AR CM-nin 259.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İbtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi ifadəsində Balakən rayonu Talalar kəndində yerləşən yaşadığı evin həyətyanı torpaq sahəsində elektrik mişarı işlətdiyini, həmin elektrik mişarı ilə ağac emal edərək satmaqla məşğul olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə istintaqa ərizə ilə müraciət edərək Balakən rayonu Talalar kəndində yerləşən yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Qeyd edilənlər əsasında, Balakən RPŞ-də AR CM-nin 259.3-cü maddəsi ilə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 Balakən rayonu Talalar kəndində yerləşən yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir.Şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evi Balakən rayonu Talalar kəndinin ərazisində yerləşmişdir. Həyət qapısından içəri daxil olduqda sol tərəfdə altıaçıq talvar, həyət qapısı ilə üzbəüz isə birmərtəbəli yaşayış evi yerləşmişdir. Altıaçıq talvarın altında “Qazel” markalı ** BE *** dövlət qeydiyyat nişanlı yük maşını saxlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 ağac emalı “sexinin”, yəni elektrik mişarını evin arxa hissəsində yerləşdirdiyini bildirərək evin arxa hissəsinə keçmişdir.Yaşayış evinin arxa hissəsindəki ərazi üç tərəfdən hasarlanmışdır. Evin arxa hissəsi ilə üzbəüz, orta hissədə altıaçıq talvar yerləşmişdir. Talvarın qarşısında, yerdə kəsilmiş ağac hissələri anbar şəklində yığılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 həmin kəsilmiş ağac hissələrinin yalanqoz ağacına aid olduğunu və emal edərək satmaq üçün həmin yerə gətirib boşaltdığını, qeyd edilən yalanqoz ağaclarını Zaqatalanın Danaçı kəndindən tanımadığı şəxsin həyətindən kəsib gətirdiyini bildirmişdir. Altıaçıq talvarın altına elektrik mişarı quraşdırılmışdır. Elektrik mişarının quraşdırıldığı masanın üzərində taxta məmulatı, altında isə taxta qırıntıları vardır. Talvarın altındakı dirəkdən müxtəlif ölçüdə mişarlar asılmışdır. Talvarın altına elektrik xətləri çəkilmişdir, talvarın bir tərəfinə emal üçün hazırlanmış taxtalar yığılmışdır. Təqsirləndirilən şəxs1 həmin taxta hissələrinin yeşik hazırlamaq üçün yığıldığını bildirmişdir. Evin arxasındakı həyətyanı torpaq sahəsinin müxtəlif yerlərində artıq taxta hissələri yığılmışdır. Baxış tutqun hava şəraitində, gündüz işığında keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək başqa heç bir əşya, predmet aşkarlanmamışdır. Baxış iştirakçılarından qeydlər, şikayət və vəsatət daxil olmamışdır. Protokol tərtib olunmuşdur, ucadan oxunmuşdur və baxış iştirakçıları tərəfindən imzalanmışdır. Baxış zaman çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İşin 1-ci cild 11-13-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 10 avqust 2022-ci il tarixli 68513 nömrəli aktda göstərilmişdir: 10 avqust 2022-ci il tarixdə Balakən rayonu X10 ərazisində yerləşən “Mahaçöl” adlanan ərazidə aşağıdakılar aşkar edilmişdir: Balakən rayonu X10 sədri Nümayəndə adından «Mahaçöl» adlanan ərazidən ağacların kəsilməsi barədə müraciət idarənin xx.xx.2022-ci il tarixli 74 nömrəli sərəncamına əsasən şikayətçinin iştirakı təmin olunmaqla tərəfimizdən yerində araşdırılmışdır.Araşdırma zamanı “Mahaçöl” adlanan ərazidən qovaq cinsindən olan köküstə yaş diametri 18 sm – 1 ədəd, 30 sm. – 1 ədəd 40 sm.- 5 ədəd, 42 sm.-1 ədəd, 50 sm.-1 ədəd, 52 sm -1 ədəd, 54 sm -1 ədəd, 55 sm - 1 ədəd, 62 sm-2 ədəd, 66 sm- 2 ədəd: cəmi 16 (on altı) ədəd ağacların kəsilib aparıldığını müəyyən etdik.Araşdırma zamanı o da məlum oldu ki, özbaşına kəsilmiş ağaclar (icazəsiz kəsilmiş) Balakən rayonu Talalar kənd sakini Təqsirləndirilən şəxs1 tərəfindən kəsilərək daşınmışdır.Bu barədə Təqsirləndirilən şəxs1 verdiyi rəsmi izahatında ağacların özü tərəfindən kəsdirildiyini səmimi etiraf etmişdir. Faktla bağlı qanunsuz kəsilmiş ağacların 16 (on altı) ədədinin fotoşəkilləri və izahatlar, çöl hesabının həcm qiymətləndirmə cədvəli akta əlavə olunur. Akt 02 (iki) nüsxədə tərtib olunmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 10 avqust 2022-ci il tarixli 68513 nömrəli akta əlavə edilmiş “ziyanın hesablanması cədvəli”ndə Balakən rayonu X10 mülkiyyətinə aid olan köküstə yaş 16 (on altı) ədəd müxtəlif diametrlərdə olan qovaq ağaclarına görə təbiətə dəymiş ziyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli Qərarına əsasən cəmi 13130 (on üç min bir yüz otuz) manat təşkil etdiyi qeyd edilmişdir. İşin 1-ci cild 121-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********03 nömrəli məktubda göstərilmişdir ki, Balakən Rayon Polis X7 AR CM-nin 259.2.4-cü maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işi üzrə istintaq zərurəti ilə əlaqədar olaraq Balakən rayonu Talalar kənd sakini Təqsirləndirilən şəxs1 tərəfindən Balakən rayonu Yeni Şərif kəndinin ərazisində meşə fonduna daxil olmayan yaş köküstə bioloji inkişafda olan müxtəlif diametrli ümumlikdə 16 ədəd qovaq cinsli ağacların kəsilməsi ilə bağlı həmin ərazinin müəyyənləşdirilməsi üçün mütəxəssisin ayrılmasına köməklik göstərilməsi barədə məktubunuza “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Sözügedən torpaq sahəsinə Balakən Rayon Polis Şöbəsinin əməkdaşının iştirakı ilə yerli baxış keçirilmiş və mübahisə predmeti olan torpaq sahəsinin GPS aləti vasitəsi ilə sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin olunmuşdur.Çöl-ölçmə işlərinin nəticəsinə və məlumat bazasına əsasən məlum olmuşdur ki, Balakən rayonu Yeni Şərif kəndinin ərazisində müxtəlif diametrli ümumilikdə 16 ədəd qovaq cinsli ağacların yerləşdiyi torpaq sahəsi Balakən rayonu X10 mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kolluq ərazidir. İşin 1-ci cild 105-106-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli 9/7243 nömrəli ekspert rəyinin “tədqiqatın nəticəsi” hissəsində göstərilmişdir: Ekspertiza təyini haqqında qərarda göstərilən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 68513 №-li aktından istifadə etməklə 16 ədəd müxtəlif diametrli, qovaq ağacların qanunsuz kəsilməsinə görə (tikinti və abadlaşdırma) istisna olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 13530,00 manat müəyyən edilir. İşin 1-ci cild 14-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş Balakən rayon X10 sədri Nümayəndə tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 25 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bələdiyyə mülkiyyətinə aid torpaqlardan 16 (on altı) ədəd müxtəlif diametrlərdə köküstə yaş ağaclar kəsilərək oduncaq hissələri aparılmışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 06:30 radələrində şəxsən özü qanun pozanları aşkar etmişdir və dərhal idarənin əməkdaşlarına məlumat vermişdir. İdarənin əməkdaşları operativ surətdə hadisə yerinə gəlmişlər və qanunamüvafiq sənədləşmə işlərinə başlamışlar. İşin 2-ci cild 55-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş Balakən rayonu X10 mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kolluq ərazidən 16 (on altı) ədəd köküstə yaş qovaq ağaclarının kəsilməsi nəticəsində Balakən rayonu X15 dəymiş ziyan ekspert rəyinə uyğun olaraq 13530 (on üç min beş yüz otuz) manat kimi qiymətləndirilmişdir. İşin 1-ci cild 80-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cild 82-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Talalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 830 nömrəli arayışdan görünür ki, Baradov X13 rayonu Talalar kəndində yaşayır. İşin 1-ci cild,83-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Talalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 830 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində arvadı, xx.xx.2014-cü il təvəllüdlü oğlu X16 və xx.xx.2020-ci il təvəllüdlü qızı Mələk vardır. İşin 1-ci cild 84-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Talalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət cəhətdən xarakterizə olunması qeyd edilmişdir. Barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmaması göstərilmişdir. İşin 1-ci cild 140-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş 30 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 30 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cild 13-14-cü vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş 02 dekabr 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. İşin 1-ci cild 211-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cild 125-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Talalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 973 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Balakən rayonu Talalar kəndində yaşayır. İşin 1-ci cild,124-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Talalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 974 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində anası, arvadı, xx.xx.2009-cu il təvəllüdlü qızı Şəhanə, xx.xx.2012-ci il təvəllüdlü qızı Leyla və xx.xx.2018-ci il təvəllüdlü oğlu Sadiq vardır. İşin 1-ci cild 127-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Talalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 müsbət cəhətdən xarakterizə olunması qeyd edilmişdir. Barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmaması göstərilmişdir. İşin 1-ci cild 145-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş 30 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 30 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cild 18-19-cu vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş 02 dekabr 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o,MSY-dən azad edilmişdir. İşin 1-ci cild 212-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cild 126-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Talalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 970 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Balakən rayonu Talalar kəndində yaşayır. İşin 1-ci cild,123-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Talalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 971 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində anası, arvadı, xx.xx.2013-cü il təvəllüdlü oğlu İsa və xx.xx.2019-cu il təvəllüdllü qızı Zəhra vardır. İşin 1-ci cild 128-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Talalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs3 müsbət cəhətdən xarakterizə olunması qeyd edilmişdir. Barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmaması göstərilmişdir. İşin 1-ci cild 156-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş 30 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 30 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cild 23-24-cü vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş 02 dekabr 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən 600.00 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən 500.00 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən 20.00 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən 20.00 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən 50.00 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən 50.00 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən 50.00 manat ödəniş edilmişdir Məhkəmə iş üzrə zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, şahidlər- Şahid1,Şahid2, Məhərrəmov Kəmaləddin Şahid oğlunun,Şahid4 və Şahid5 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı,məntiqli olduqları,ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduğu əməldə öz təqsirini etiraf etmələrini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qəsdən, vahid məqsəd və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsi cinayət əməlini törətmişdirlər. Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə -Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Məhkəmə təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçlərin çıxışlarını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduğu cinayət hadisəsi baş vermişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər həmin cinayətin törədilməsində təqsirlidirlər, onların cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdiyi əmələ görə cəzalanmalıdırlar. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaqlarının olması və cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi onun cəzasını yüngülləşdirən hallardır, onun cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halı , habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 30 noyabr 2022-ci il tarixdən 02 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşaqlarının olması və cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi onun cəzasını yüngülləşdirən hallardır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq,törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını , habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 30 noyabr 2022-ci il tarixdən 02 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs2 ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşaqlarının olması və cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi onun cəzasını yüngülləşdirən hallardır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs3 hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını , habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 30 noyabr 2022-ci il tarixdən 02 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs3 ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X8 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X5 tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Zərərçəkmiş Balakən rayonu X15 izah olunmalıdır ki, vurulmuş zərərin ödənməmiş qalan -12240 manata aid hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. İş üzrə maddi sübut yoxdur. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yerləri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 14 iş saatı, Balakən rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 13 iş saatı sərf etmişlər. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 06 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 84 manat tutulub vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 78 manat tutulub Müdafiəçi3 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 30 noyabr 2022-ci il tarixdən 02 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla təyin ediləcək cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 3(üç) il 8(səkkiz ) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 30 noyabr 2022-ci il tarixdən 02 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla təyin ediləcək cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 11 (on bir ) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 30 noyabr 2022-ci il tarixdən 02 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla təyin ediləcək cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 11 (on bir ) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə 50 ( əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yerləri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş Balakən rayonu X15 izah olunur ki, vurulmuş zərərin ödənməmiş qalan - 12240 manata aid hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 84 manat tutulub vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 78 manat tutulub Müdafiəçi3 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, “KAPİTALBANK” X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-29/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-29/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver