Məhkəmə qərarları › İş №1(019)-3/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-3/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-3/2021 06.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs Ramiz oğlunun iştirakı ilə xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada sürücü işləyən, məhkum olunmamış, Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq massivi, ev 9 ünvanında qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Ramiz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayının əvvəllərində X1 şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,280 qram metamfetamin psixotrop maddəsini kağız bükümün içərisinə qablaşdırılmış halda əldə edib əyninə geyindiyi gödəkçənin sağ cibindəki pul əskinaslarının arasına yerləşdirərək saxlamış, Gürcüstandan tranzit keçməklə Türkiyə Cumhuriyyətindən Azərbaycan Respublikasına daşımış və 10 fevral 2020-ci il tarixdə, saat 11 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri, bilavasitə tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndlirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Ramiz oğlu ona Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrilə elan olunmuş ittiham özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, ünvan 1 ünvanında daimi qeydiyyatdadır, lakin özü müvəqqəti olaraq Binəqədi rayonu, Binəqədi kəndində kirayə tutduğu fərdi yaşayış evində yaşayır. Ailəlidir, himayəsində iki azyaşlı övladı vardır. Orta təhsillidir. Uzun müddətdir ki, müxtəlif yük avtomobilləri idarə etməklə ailəsini dolandırmışdır. Hər dəfə Türkiyə Respublikasına gedib-qayıtdıqda, avtomobilin sahibi ona 250 ABŞ dolları ödəyir. Son dövrdə “Mercedes-Benz Actros” markalı, 99C0757 qeydiyyat nişanlı yük avtomobilində sürücü kimi çalışır. Əsasən Türkiyədən Azərbaycana “tekstil” yükü gətirmişdir. 01 fevral 2020-ci il tarixdə yenə də yük maşınının sahibinin sifarişi ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, fevral ayının 6-da isə yük dolu maşınla geri qayıtmaq üçün yola çıxmışdır. 10 fevral 2020-ci il tarixdə, saat 11 radələrində Gürüstan ərazisindən keçməklə “Mazımçay” gömrük postuna daxil olmuşdur. Maşını yük avtomobilləri üçün nəzərdə tutulmuş talvarın altında saxladıqdan sonra gömrük əməkdaşları yaxınlaşaraq avtomobilə baxış keçirmiş, avtomobildən qanunla qadağan olunmuş heç bir predmet aşkar olunmamışdır. Bundan sonra gömrük əməkdaşı üzərində şəxsi yoxlama keçiriləcəyini bildirərək, onu otağa dəvət etmişdir. Yoxlama başlamazdan əvvəl onunla üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin, o cümlədən, narkotik vasitələrin olub-olmadığı barədə sorğu-sual aparılaraq, ona üzərində gömrük nəzarətinə təqdim edilməyən malları könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. O da üzərində gizlədilmiş və bəyan olunmalı heç bir şeyin olmadığını bildirərək, əynindəki qolsuz gödəkcənin sağ cibindən mobil telefonu, siqaret qutusunu, avtomobilə məxsus açarları və eyni zamanda kağız əskinasları çıxarmış, lakin kağız əskinasları ovcunda saxlayaraq, digər predmetləri stolun üzərinə qoymuşdur. Gömrük əməkdaşı kağız pulları da təqdim etməyini tələb etmişdir. Bundan sonra məcbur olub kağız pulları da stolun üstünə qoymuşdur. Daha sonra gömrük əməkdaşı kağız pullara baxarkən arasında bükülü kağız olduğunu görmüş, aşkar olunmuş kağız bükülünü açıb baxdıqda, içərisində kiçik qırıntılar halında “şüşə” deyilən maddə olduğu məlum olmuşdur. “Qosmetr VT 3000” markalı tərəzidə çəkildikdə bükümlə birlikdə çəkisinin təxminən 0.8 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş bir ədəd kağız bükülü 207557 saylı paketdə qablaşdırılaraq, protokol əsasında götürülmüş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. 10 fevral 2020-ci il tarixdə, saat 11 radələrində DGK Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan tranzit keçməklə Türkiyə Cümhuriyyətindən Azərbaycan Respublikasına idarə etdiyi “Mercedes- Benz Actros” markalı, ** SO *** dövlət nömrə nişanlı yük maşını ilə gələrkən üzərində keçirilmiş şəxsi yoxlama zaman əyninə geyindiyi gödəkçənin sağ cibindəki pul əskinaslarının arasında bir bükümdə gömrük orqanına bəyan etmədiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, 0,280 qram metamfetamin psixotrop maddəsini ilk dəfə 2019-cu ilin dekabr ayında Türkiyənin İstanbul şəhərində olduğu vaxt yük maşınına mal yüklənərkən əslən Suriyadan olduğunu zənn etdiyi fəhlələrin biri ilə həmsöhbət olduğu zaman, ondan əldə etmişdir. Belə ki, həmin vaxt o, şəxsə demişdir ki, çox yorğundur, depodan çıxan kimi maşını saxlayıb yatacaqdır. O da bildirmişdir ki, onda bir dərman var, çəkdikdən sonra yuxu gəlmir, özünü gümrah hiss edirsən. O da ona hazırda xatırlamadığı miqdarda pul verərək, “şüşəni” almışdır. Yolda həmin maddəni çəkmiş və həqiqətən də yuxusunun gəlmədyini və özünü daha gümrah hiss etdiyini görmüşdür. Beləliklə, Türkiyənin İstanbul şəhərinə həmin əraziyə getdikə orada qeyd etdiyi fəhlədən bir-iki dəfə “şüşə” alıb istifadə etmiş, lakin həmin maddəni Azərbaycana gətirməmişdir. Sonuncu dəfə yenə də yük daşımaq üçün İstanbula getmiş, orada fəhlə kimi işləyən həmin suriyalını görmüş, onunla bir az söhbətləşmiş və söhbət əsnasında ona istifadəsi üçün yenə “şüşə”, yəni psixotrop maddə istədiyini demişdir. O, bir az gözləməsini demiş, özü isə olduqları yeri naməlum istiqamətdə tərk etmişdir. Bir müddətdən sonra qayıdıb gəlmiş və ona bir bükümdə “şüşə” vermişdir. O da bunun müqabilində həmin şəxsə 50 türk lirası vermişdir. O, metamfetamin psixotrop maddəsini Azərbaycan Respublikası ərazisinə gətirən zaman həmin maddənin ölkə ərazisinə gətirilməsinin qadağan olunduğunu bilmişdir. Belə ki, mütəmadi olaraq digər ölkələrə getmiş, ona görə də sərhədkeçmə və gömrük nəzarəti prosedurların bilmişdir. Həmin maddənin ölkəyə gətirilməsinin qadağan olduğunu bildiyindən, qorxduğu üçün, bəlkə də gömrük əməkdaşının gözündən yayınacağını fikirləşmişdir. Bunun nəticəsində də pulun arasında bükülünün olduğundan, pulu gömrük əməkdaşına təqdim etmək istəməmişdir. Ondan aşkar olunmuş psixotrop maddəni ölkə ərazisinə gətirərkən maddəni kiməsə satmaq və ya hədiyyə etmək kimi niyyəti olmamışdır. Belə ki, Türkiyədə olan zaman şəxsi istifadəsi üçün aldığı psixotrop maddəni, istifadə etdikdən sonra artıq qaldığından kağız bükülü içərisində gizlətmişdir ki, daha sonra istifadə etsin. Həmçinin onların həmin maddəni ölkə ərazisinə gətirmək barədə aralarında heç bir söhbətləri olmamışdır. Əməlindən peşmandır.Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay” gömrük postunun təlimçi kinoloqu Şahid1 ifadəsində göstərdi ki, o, 2015-ci il tarixindən gömrük orqanlarında xidmət edir. 10.02.2020-ci il tarixdə, saat 11 radələrində Əməliyyat-Təhqiqat İdarəsindən daxil olmuş əməliyyat məlumatını yoxlamaq üçün Gürcüstan Respublikası istiqamətindən "Mazımçay” gömrük postuna daxil olan Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes- Benz Actros” markalı, 99C0757 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə "Mazımçay” gömrük postunda xidmət aparan Şahid4la birlikdə "Lyama” ləqəbli kinoloji xidməti iti tətbiq etməklə baxış keçirmişlər. Lakin avtomobildən qanunla qadağan olunmuş heç bir predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılması üçün şəxsi yoxlama otağına dəvət olunmuşdur. Şəxsi yoxlama başlamazdan əvvəl Ramillə üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmadığı barədə sorğu-sual aparılmış və o, üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin olmadığını bildirmişdir. Bundan sonra Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs geyindiyi qolsuz gödəkcənin sağ cibindən mobil telefonu, siqaret qutusunu, avtomobilə məxsus açarları və eyni zamanda kağız əskinasları çıxarmış, lakin kağız əskinasları ovcunda saxlayaraq, digər predmetləri stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs ovcunda saxladığı pulları təqdim etməyi tələb etdikdən sonra Təqsirləndirilən şəxs pulları da gömrük nəzarətinə təqdim etmişdir. Pul əskinaslara baxış zamanı arasından bir ədəd kağız bükülü aşkar olunmuşdur. Aşkar olunmuş kağız bükülünü açıb baxarkən içərisində kiçik qırıntılar halında metamfetaminə oxşar predmet olduğu məlum olmuşdur. Aşkar edilmiş içərisində metamfetaminə oxşar predmet olan kağız bükülü "Qosmetr BT 3000” markalı tərəzidə çəkildikdə bükümlə birlikdə çəkisinin təxminən 0.8 qram olduğu müəyyən olunmuş, içərisində metamfetaminə oxşar predmet olan bir ədəd kağız bükülü 207557 saylı paketdə qablaşdırılaraq protokol əsasında götürülmüş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında qanunda nəzərdə tutulmuş qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahid-hadisə vaxtı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay” gömrük postunun mühafizəçisi işləmiş Şahid4 məhkəmə iclasına gəlməmişdir. Şahid4 məhkəməyə teleqramla müraciət edərək, hal-hazırda Bakı şəhərində işlədiyi üçün məhkəmsə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiq etdiyini və heç bir əlavəsinin olmadığını bildirərək, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid4 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid4 da Şahid1 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, xx.xx.1989-cu il tarixdə Balakən rayonunda anadan olmuşdur və Balakən rayonunun Gərəkli kəndində yaşayır. Daimi iş yeri olmaığı üçün, ailəsini dolandırmaqdan ötrü “Mazımçay” gömrük postunun qarşısında gedib-gələnlərin əl yüklərini daşımaqla fəhləlik edir. Elə bu məqsədlə də, 10 fevral 2020-ci il tarixdə burada olarkən, saat təqribən 12 radələrində bir nəfər gömrük əməkdaşı ona və onun kimi burada fəhləlik edən Şahid3 yaxınlaşaraq, “Mazımçay” gömrük postunda keçirilən yoxlamada hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Onlar da gömrük əməkdaşına etiraz etməmiş və birlikdə posta daxil olmuşlar. Əvvəlcə gömrük əməkdaşı ona və Nadirə hal şahidi kimi hüquqlarının və vəzifələrinin nədən ibarət olduğunu izah etmiş, bundan sonra adı onlara sonradan məlum olan Azərbaycan Respubklikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes- Benz” markalı, 99C0757 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan olunmuş heç bir predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs şəxsi yoxlama otağına dəvət olunmuşdur. Şəxsi yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmadığı barədə sual verilmiş, Ramil isə üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs geyindiyi qolsuz gödəkcənin sağ cibindən mobil telefonu, siqaret qutusunu, avtomobilə məxsus açarları və eyni zamanda kağız əskinasları çıxarmış, lakin kağız əskinasları ovcunda saxlayaraq, digər predmetləri stolun üstünə qoymuşdur. Gömrük əməkdaşı kağız əskinasları da təqdim etməyi tələb etdikdən sonra Təqsirləndirilən şəxs ovcunda saxladığı pulları da gömrük nəzarətinə təqdim etmişdir. Əskinaslara baxış zamanı arasından bir ədəd kağız bükülü aşkar olunmuşdur. Aşkar olunmuş kağız bükülünü açıb baxarkən içərisində kiçik qırıntılar halında metamfetaminə oxşar predmet olduğu məlum olmuşdur. Aşkar edilmiş içərisində metamfetaminə oxşar predmet olan kağız bükülü "Qosmetr VT 3000” markalı tərəzidə çəkildikdə bükümlə birlikdə çəkisinin təxminən 0.8 qram olduğu müəyyən olunmuş, içərisində metamfetaminə oxşar predmet olan bir ədəd kağız bükülü 207557 saylı paketdə qablaşdırılaraq protokol əsasında götürülmüş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay” Gömrük postunda tərtib edilmiş 10 fevral 2020-ci il tarixli «şəxsi yoxlama aparılması haqqında» protokolundan görünür ki,Təqsirləndirilən şəxs geyindiyi qolsuz gödəkcənin sağ cibindən mobil telefonu, siqaret qutusunu, avtomobilə məxsus açarları və eyni zamanda kağız əskinasları çıxarmış, lakin kağız əskinasları ovcunda saxlayaraq, digər predmetləri stolun üzərinə qoymuşdur. Gömrük əməkdaşı kağız əskinasları da təqdim etməyi tələb etdikdən sonra Təqsirləndirilən şəxs ovcunda saxladığı pulları da gömrük əməkdaşına təqdim etmişdir. Əskinaslara baxış zamanı arasından bir ədəd kağız bükülü aşkar olunmuşdur. Aşkar olunmuş kağız bükülünü açıb baxarkən içərisində kiçik qırıntılar halında metamfetaminə oxşar predmet aşkar olunmuşdur. Aşkar edilmiş içərisində metamfetaminə oxşar predmet olan bir ədəd kağız bükülü tərəzidə çəkilmiş və bükümlə birlikdə çəkisinin təxminən 0.8 qram olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay Gömrük postunda tərtib edilmiş 10 fevral 2020-ci il tarixli «nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, həmin gün saat 11 radələrində Gürcüstan Respublikasından tranzit keçməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına yük gətirən Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “ Mercedes- Benz Actros” markalı, 99C0757 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilmiş və avtomobildən qanunla qadağan olunmuş heç bir predmet aşkar olunmamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs sərhədkeçmə hesabatından görünür ki, o, sonuncu dəfə 01 fevral 2020-ci il tarixində, saat 18:40-da “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstan istiqamətinə ölkəni tərk etmiş, 10 fevral 2020-ci il tarixdə, saat 15:06-da “Balakən” sərhəd nəzarət məntəqəsindən keçməklə ölkə ərazisinə geri qayıtmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının 10 fevral 2020-ci il tarixli, 84 nömrəli rəyindən və bildirişdən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «AR DGK Qərb Ərazi Baş Gömrük İdarəsi...34/013/001495№-li iş üzrə maddi sübut...» sözləri yazılmış 01 (bir) ədəd polietilen paketin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi - 0,280 qram olan maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan- metamfetamindir. Qeyd : a) Metamfetaminin təmiz çəkisi - 0,280 qr., tədqiqata sərf edildi- 0,050 qr., qalıq - 0,230 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manat təşkil edir. İş materiallarında olan 13 fevral 2020-ci il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin tədqiqat zamanı 0,280 qram olmuş, tədqiqata 0,050 qram sərf edildikdən sonra qalıq 0,230 qram olan metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınmış, məhkəmənin hökmünə və ya yekun qərarınadək saxlanması üçün Əməliyyat- İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 24.06.2020-ci il tarixli, 1715 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrdən istifadə etmə halları aşkar olunmamışdır. Müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş təkrar ambulator məhkəmə-narkoloji ekspertizasının 10.03.2021-ci il tarixli, 715 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Müayinə zamanı abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını, öz vəziyyətinə tənqidi münasibətinin formalaşmasını nəzərə alaraq, həmçinin narkomaniya xəstəliyinə xas olan xarakterik klinik təzahürlərin sönməsi ilə əlaqədar olaraq, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş 26.02.2020-ci il tarixli, 9 saylı arayışdan görünür ki, Cahangirov Ramil Ramiz oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 10 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Cahangirov Ramil Ramiz oğlu 10 fevral 2020-ci il tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2020-ci il tarixdə həbsdən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 fevral 2013-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən və 15 avqust 2013-cü il tarixli, AZ-İİİ seriyalı, 150316 nömrəli və 30 iyul 2015-ci il tarixli, AZ-İİİ seriyalı, 563289 nömrəli nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Ramiz oğlu və X4 12 fevral 2013-cü il tarixdə nikah bağlamış, onların birgə nikahından 01 avqust 2013-cü il tarixdə Cahangirli Kübra Ramil qızı və 06 iyul 2015-ci il tarixdə X6 adlı uşaqları doğulmuşdur. İş materiallarından olan 10 fevral 2020-ci il tarixli aktdan və ümumən iş materiallarından görünür ki, 10.02.2020-ci il tarixində Təqsirləndirilən şəxs bir ədəd «Samsung Galaxy J2» markalı mobil telefon, AZE C00010529 seriyalı pasport, 99 CO757 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 574744 seriyalı qeydiyyat şəhadətnaməsi, AE034009 seriyalı sürücülük vəsiqəsi, 200 ABŞ dolları, 10 Gürcüstan larisi və 40 manat pul istintaqa təhvil verilməsi üçün götürülmüşdür və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılır. Məhkəmə işdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 24.06.2020-ci il tarixli, 1715 nömrəli rəyi ilə təkrar ambulator məhkəmə-narkoloji ekspertizasının 10.03.2021-ci il tarixli, 715 nömrəli rəyi arasında Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacınını olub-olmaması xüsusunda ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, bu konteksdə müasir tədqiqat metodları əsasında Təqsirləndirilən şəxs daha son müayinə vəziyyətini əks etdirdiyi üçün, təkrar ambulator məhkəmə-narkoloji ekspertizasının 10.03.2021-ci il tarixli, 715 nömrəli rəyini daha mötəbər sayır və həmin təkrar ambulator məhkəmə-narkoloji ekspertizasının 10.03.2021-ci il tarixli, 715 nömrəli rəyini mötəbər sübut kimi qəbul edir. Ona görə də məhkəmə təkrar ambulator məhkəmənarkoloji ekspertizasının 10.03.2021-ci il tarixli, 715 nömrəli rəyində müayinə zamanı abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını, öz vəziyyətinə tənqidi münasibətinin formalaşmasını nəzərə alaraq, həmçinin narkomaniya xəstəliyinə xas olan xarakterik klinik təzahürlərin sönməsi ilə əlaqədar olaraq, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmasına zərurət olmaması barədə gəlinən nəticəni əsaslı hesab edir və qəbul edir. Məhkəmə,iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 10 fevral 2020-ci il tarixli «şəxsi yoxlama aparılması haqqında» protokolu, materialların məhkəmə ekspertizasının 10 fevral 2020-ci il tarixli, 84 nömrəli rəyini, təkrar ambulator məhkəmə-narkoloji ekspertizasının 10.03.2021-ci il tarixli, 715 nömrəli rəyini, maddi sübutu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş 26.02.2020-ci il tarixli, 9 saylı arayışı, Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 fevral 2013-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnaməni, 15 avqust 2013-cü il tarixli, AZ-İİİ seriyalı, 150316 nömrəli və 30 iyul 2015-ci il tarixli, AZ-İİİ seriyalı, 563289 nömrəli nömrəli doğum haqqında şəhadətnamələri, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X2rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayının əvvəllərində X1 şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,280 qram metamfetamin psixotrop maddəsini kağız bükümün içərisinə qablaşdırılmış halda əldə edib əyninə geyindiyi gödəkçənin sağ cibindəki pul əskinaslarının arasına yerləşdirərək saxlamış, Gürcüstandan tranzit keçməklə Türkiyə Cumhuriyyətindən Azərbaycan Respublikasına daşımış və 10 fevral 2020-ci il tarixdə, saat 11 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları» üzrə İİ siyahısına görə psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması,gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır; 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə münasibətdə tətbiq edilmir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməllərdə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Ramiz oğlunun himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 10 fevral 2020-ci il tarixdən 12 fevral 2020-ci il tarixə kimi tutularaq həbsdə saxlandığı 02 gün müddət ona qəti olaraq təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Ramiz oğlu təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli hazırki hökmün çıxarıldığı 06 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, təkrar ambulator məhkəmə-narkoloji ekspertizasının 10.03.2021-ci il tarixli, 715 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mualicə olunmasına zərurət olmadığının və ərazi narkoloji dispanserində qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq,hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X11 Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 (yetmiş bir manat 94 qəpik) manat Təqsirləndirilən şəxs Ramiz oğlundan tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan ilkin tədqiqat zamanı 0,280 qram olmuş, tədqiqata 0,050 qram sərf edildikdən sonra qalıq 0,230 qram olmuş metamfetamin psixotrop maddəsi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan və Azərbaycpan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan bir ədəd «Samsung Galaxy J2» markalı mobil telefon, AZE C00010529 seriyalı pasport, 99 CO757 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 574744 seriyalı qeydiyyat şəhadətnaməsi, AE034009 seriyalı sürücülük vəsiqəsi, 200 ABŞ dolları, 10 Gürcüstan larisi və 40 manat pul Təqsirləndirilən şəxs qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş materiallarında olan vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatda Bakı şəhəri Mərkəzi Vəkil bürosunun vəkili Mirzəyev Ramiz Məmməd oğlunun məhkəməyədək icraat zamanı Cahangirov Ramil Ramiz oğlunun hüquqlarının müdafiəsinə 25 iş saatı vaxt sərf etməsi göstərilmişdir. Məhkəmə hesabatı iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, həmin hesabat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, müdafiəçinin təqsirləndirilən şəxsə məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımın hesabatda göstərilən vaxtı ağlabatandır və əsaslıdır. Həmçinin iş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 8 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Bakı şəhəri Mərkəzi Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri Mərkəzi Vəkil Bürosunun Kapital Bank ASC-nin Cəfər Cabbarlı filialında olan AZ41AİİB******************** hesablaşma hesabına (kod-200048. VÖEN-**********) və Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs Cahangirov Ramil Ramiz oğluna məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə onu da diqqətə çatdırır ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll etdiyindən Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilisin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 10 fevral 2020-ci il tarixdən 12 fevral 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs Ramiz oğlunun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı 06 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Ramiz oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X11 Şəxsinə göndərilsin. İş üzrə 71,94 (yetmiş bir manat 94 qəpik) manat ekspertiz xərci Təqsirləndirilən şəxs Ramiz oğlundan tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan ilkin tədqiqat zamanı 0,280 qram olmuş, tədqiqata 0,050 qram sərf edildikdən sonra qalıq 0,230 qram olmuş metamfetamin psixotrop maddəsi məhv edilsin; Təqsirləndirilən şəxs məxsus olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan bir ədəd «Samsung Galaxy J2» markalı mobil telefon, AZE C00010529 seriyalı pasport, 99 CO757 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 574744 seriyalı qeydiyyat şəhadətnaməsi, AE034009 seriyalı sürücülük vəsiqəsi, 200 ABŞ dolları, 10 Gürcüstan larisi və 40 manat pul Təqsirləndirilən şəxs qaytarılsın. Bakı şəhəri Mərkəzi Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri Mərkəzi Vəkil Bürosunun Kapital Bank ASC-nin Cəfər Cabbarlı filialında olan AZ41AİİB******************** hesablaşma hesabına (kod-200048. VÖEN-**********) köçürülsün. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Zamin Tahirov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar