Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-3/2022 10.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1989-cu il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, Balakən Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə polis nəfəri vəzifəsində, polis serjantı xüsusi rütbəsində xidmət edən, Balakən şəhəri, M.Əsədov küçəsi ev 11 mənzil 1-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 263.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs avtomobil nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətmişdir. Belə ki, o, 27.12.2020-ci il tarixdə saat 13:20 radələrində 14.04.2020-ci il tarixli, ƏN- Vİİ 199358 blank nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə əsasında idarə etdiyi, qara metallik rəngli, “VAZ 21074” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən-Gürcüstan avtomagistral yolunun Balakən şəhəri Heydər Əliyev prospekti ərazisindən keçən hissəsi ilə Balakən rayonu Qullar kəndi istiqamətində, sol zolaqla, 50-60 km/saat surətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin-yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar tələbini və həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin-1.3 üfüqi nişanlanma xəttini (əks istiqamətli nəqliyyat axınını ayıran qoşa bütöv ağ xətti) kəsib keçmək qadağandır tələbini pozaraq, ondan qarşıda, kifayət qədər aralı məsafədə, həmin zolaqla, eyni istiqamətdə sürücü Şahid5 idarə etdiyi “NİSSAN SUNNY” markalı **-BE-***- dövlət qeydiyyat nişanlı avtomobili həmin yolu sağdan sola keçmək istəyən piyada, ünvan 1 ünvanında yaşayan, xx.xx.1958-ci il təvəllüdlü Zərərçəkmiş şəxs görə tormozloma əməliyyatı apararaq avtomobili sağa istiqamətləndirməsi, onun isə piyada Zərərçəkmiş şəxs vurmamaq üçün avtomobili sola istiqamətləndirərək, qoşa bütöv ağ xətti kəsərək avtomobili qarşı sol hərəkət hissəsinə çıxarması nəticəsində ehtiyatsızlıqdan piyada-Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə qarşı sol hərəkət zolağında, qoşa bütöv xətdən sola doğru 1 metr məsafədə vuraraq, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən ağır kəllə beyin travması, başın alın, təpə, hər iki gicgah, yuxarı ənsə nahiyələrində bütovlükdə qansızmaaz hematoma, ənsə nahiyəsində şişkinlik-yara, burun üstündə, sifətində, alt çənədə arakəsməli sıyrıqlar, sağ dizində ön səthdə sıyrıq, sağ baldırın orta 1/3-də ön səthdə sıyrıq, sol mil-biləkdə bayır səthdə sıyrıq, mil-dirsək sümüyündə yerdəyişməli sınıq, baş beynin yumşaq qişalarında qansızma, əzilmə, baş beyin maddəsində ödem xəsarətləri yetirərək, nəticədə Zərərçəkmiş şəxs müalicə olunması üçün çatdırıldığı Zaqatala Rayon Mərkəzi Xəstəxanasında həmin gün saat 16:00 radələrində aldığı baş beyində əzilməqansızma və ödem xəsarətlərindən ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ailə üzvləriylə birlikdə yaşayır, evlidir, 1 azyaşlı övladı vardır. 2009-cu ildən etibarən daxili işlər orqanlarında, 2018-ci ildən etibarən isə Balakən RPŞ-nin İTB-nin polis sahə nəfəri vəzifəsində xidmət edir, polis serjantı xüsusi rütbəsindədir. Onun “VAZ 21074” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Belə ki, o, həmin avtomobili təxminən 2019-cu ilin aprel ayında 6600 manata almışdır. Həmin avtomobili etibarnamə əsasında idarə etsə də, avtomobil faktiki onun mülkiyyətindədir. Belə ki, o avtomobili alqı-satqı yolu ilə almış, mülkiyyət hüququnu qeydiyyata aldırmaqla bağlı sənədləşməyə və gediş-gəlişə görə vaxt itirməmək üçün avtomobili etibarnamə əsasında əldə etmiş, lakin öz adına qeydiyyatdan keçirməyə vaxtı olmamışdır.Ona görə də həmin avtomaşını etibarnamə əsasında idarə edir və avtomaşını idarə etmək üçün müvafiq sürücülük hüququ vardır. 3 ildən artıqdır ki, sürücülük təcrübəsi vardır. 27 dekabr 2020-ci il tarixdə saat təxminən 13:20 radələrində idarə etdiyi “VAZ 21074” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri Heydər Əliyev prospektiylə Balakən rayonu Qullar kəndi istiqamətində 60 km/saat sürətlə hərəkət edərək, xidmətdən çıxıb polisin xüsusi geyim formasında evə nahar fasiləsinə getmiş, avtomaşınında başqa sərnişin olmamışdır. Yolda telefonuna zəng gəldiyi üçün maşını sağa çəkib saxlayıb bir neçə saniyə telefonla danışmış, bundan sonra yenidən hərəkətinə davam etmiş, H.Əliyev prospekti ilə rayon İcra Hakimiyyəti istiqamətində hərəkət etdikdə birinci işiqforda dayanmış, işıqforun yaşıl işığında yenidən hərəkətə davam etmişdir. O, işıqforu keçdikdən sonra yolun sağında avtomaşınlar dayandıqları üçün sol zolaqla hərəkətinə davam etmiş, həmin vaxt qarşıda eyni istiqamətdə, eyni zolaqda ondan kifayət qədər aralıda markasını və nömrəsini xatırlamadığı digər ağ rəngli nəqliyyat vasitəsi də hərəkət etmiş, həmin vaxt öndə hərəkətdə olan nəqliyyat vasitəsi qəfil tormozlama edərək, sürətini azaltmaqla heç bir dönmə işığını yandırmadan avtomaşını bir qədər yolun gah sol, gah da kı, sağ kənarına çəkməyə başlamış, o isə həmin avtomaşının yolun sağında dayanacağı üçün belə etdiyini fikirləşdiyindən, onunla toqquşmayacağına tam əmin olduğu üçün tam dayanma etmədən bir qədər sükanı sola çəkmişdir ki, qarşısındakı maşını eyni zolaqda, qarşı hərəkət zolağına çıxmadan sol tərəfdən keçsin. Həmin vaxtı qarşısına piyda keçidi olmayan yerdə qəflətən piyada çıxmışdır. O, həmin piyadanı əvvəlcədən görməmiş, piyada ilə onun arasında bir maşın uzunluğunda məsafə olmuş, həmin piyadanı vurmamaq üçün tormozlama etsə də, avtomaşınla piyada arasında məsafə çox az olduğundan maşının tormozlamanı başa çatdırmayacağını görüb, refleksiv olaraq reaksiya verərək idarə etdiyi avtomaşının sükanını sola çəkərək, piyadanı vurmaqdan yayınmağa çalışmış, lakin piyada yenə də yolun qarşı tərəfinə doğru qaçışını davam etdirdiyi üçün avtomaşının ön hissəsinin sağ farasının küncü piyadaya dəymiş və piyada idarə etdiyi avtomaşının ön şüşəsinə dəyərək, bir qədər yuxarıya qalxıb yolun əks tərəfinə səkinin yanında yerə düşmüşdür. O isə yolun əks tərəfində avtomaşını tam saxlaya bilmişdir. O, tez avtomobilindən düşüb sonradan adını bildiyi piyada Zərərçəkmiş şəxs tibbi yardım göstərmək üçün ona yaxınlaşmış, həmin vaxt ora yol patrul xidmətinin əməkdaşları və digər şəxslər gəlmişlər. O, onlarla köməkləşib Zərərçəkmiş şəxs həmin vaxt oradan keçən qırmızı rəngli “VAZ 21011” markalı avtomaşının arxa oturacağına qoyub, onu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yola salmış və sonra özü ona yardım göstərilməsi üçün başqa nəqliyyat vasitəsi ilə xəstəxanaya getmişdir. Xəstəxanada onu və Zərərçəkmiş şəxs sərxoşluq müayinəsindən keçirmişlər. Müayinənin nəticəsində o bilmişdir ki, Zərərçəkmiş şəxs sərxoşdur. Zərərçəkmiş şəxs 3 saatdan sonra xəstəxanada ölmüşdür. Hadisə piyadanın qəflətən yolun piyadalar üçün keçid nəzərdə tutulmayan hissəsindən yolun hərəkət hissəsinə qaçaraq çıxması nəticəsində baş vermişdir. Belə ki, qarşısındakı hərəkət edən avtomaşın da tam dayanmadığı, maşınını nisbətən sola və sağa tərəf hərəkət etdirdiyi və qəza siqnalı yandırmadığı üçün o, piyadanın qarşı tərəfə keçdiyini görməmiş və bundan şübhələnməmişdir. Orada piyadalar üçün heç bir keçid nəzərdə tutulmamış, həmin yerdən təxminən 30 metr arxada və təxminən 70-80 metr irəlidə iki ədəd yerüstü piyada keçidi olmuşdur. Hadisə 27.12.2020-ci il tarixdə saat təxminən 13:20 radələrində Balakən şəhəri Heydər Əliyev prospektində “Nərmin” şadlıq sarayı ilə üzbəüz yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında baş vermişdir, hadisənin hansı şəkildə baş verməsini kənardan kimlərin görməsini bilmir. Hadisədən sonra ora çoxlu adamlar yığışmış, bildiyinə görə prospektdə kamera görüntüləri olmuş, o, həmin prospektlə rayonun Qullar kəndi istiqamətində maksimum 50-60 km/saat surətlə hərəkət etmişdir. Çünki avtoqəzanın baş verdiyi yerdən 100-150 metr arxadan o, işıqforun qırmızı işığında dayanıb yaşıl işığında normal qaydada, yüksək surətlə idarə etmədən hərəkətə yenidən başlamışdır. Ona görə də 100-150 metrlik qısa məsafədə yüksək surət yığa bilməsi və ona görə də avtomobili yüksək surətlə idarə edə bilməsi qeyri-mümkündür. Bir daha bildirir ki, o, hadisənin qarşısını almaq üçün, yəni öndə onunla eyni istiqamətdə hərəkətdə olaraq qəfil tormozlama edərək gah sol, gah da ki, sağ tərəfə meyillənmiş, lakin tam dayanmamış avtomaşının yanından keçərək, eyni zolaqla hərəkətinə davam etmək və toqquşmadan yayınmaq üçün bir qədər sükanı sola yönəltmiş və həmin avtomobililə toqquşması olmamışdır. Lakin həmin an gözlənilmədən, piyadalar üçün keçid olmayan yerdə qəfil qarşısına qaçan piyada çıxmışdır. O, piyadanı vurmamaq üçün, yəni hadisənin qarşısını almaq üçün tormozlama etsə də, maşını sola çəksə də, piyada hərəkətini davam etdirdiyi üçün heç cürə hadisənin qarşısını ala bilməmişdir. O, həmin piyadanı demək olar ki, çox yaxın məsafədə qarşısında tormozloma edərək sağa tərəfə yönəlmiş ağ rəngli avtomaşının arxasından çıxdıqdan sonra qəflətən yolun hərəkət hissəsində qarşısında bir maşın uzunluğu məsafəsində təxminən 2-3 metr irəlidə görmüş, o həmin piyadanı gördükdən sonra artıq hadisə baş vermişdir. Həmin səbəbdən o, hadisənin qarşısını ala bilməmiş, çünki həm qarşısında avtomobil tam tormozloma edərərk dayanmamışdır ki, o, hər hansı təhlükədən şübhələnsin, həm də ki, piyada qəfil qarşısına çıxmışdır. O, qarşısında hərəkət edən ağ rəngli avtomaşınla kifayət qədər ara məsafəsi saxlamışdır. Hətta həmin ağ rəngli maşın qəfil tormozlama edəndə o, həmin avtomobillə toqquşumamış və onunla toqquşmanın qarşısını almışdır. Lakin piyada çox gözlənilməz qarşısına çıxdığından və qarşısında maşın olduğu üçün onu görə bilməmişdir. Məsafə isə çox az olmuş, o piyadanı demək olar ki, vuranda görmüşdür. O, piyada Zərərçəkmiş şəxs qəflətən yolun hərəkət hissəsində görəndə piyada onun hərəkət zolağında olmuş, piyadanı vurmamaq üçün avtomobili nisbətən sola çəkmişdir ki, onu vurmasın. Bu zaman avtomobilin sol təkərləri olan hissəsi qoşa xəttin üzərinə çıxmışdır. Həmin anda da o, piyadanı vurmuş, o piyadanı əks zolaqda deyil, qoşa xəttin tam üzərində olarkən vurmuşdur. Həmin hallar hadisə yerinin videogörüntülərində də qeydə alınmışdır. Göründüyü kimi, piyada Zərərçəkmiş şəxs vurmamaq üçün heç bir texniki imkanı olmamışdır. Belə ki, hadisə zamanı Şahid5 məxsus avtomaşın onun qarşısını kəsmiş, qəfildən ani şəkildə onun qarşısından sağa dönmüş, nəticədə qarşısını və sağ və sol tərəfini görməmiş və piyada Zərərçəkmiş şəxs da görməmişdir, həmin vəziyyətdə görə də bilməzdi. Həmçinin Zərərçəkmiş şəxs yolu piyada keçidi olmayan hissədə ani olaraq qaçaqaça keçmiş və onun qarşısına çıxmışdır və bu zaman onun piyadanı vurmaması üçün sadəcə ara məsafəsi və texniki imkanı mövcud olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tamamilə könüllü şəkildə ödəmiş və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. O, cinayət əməli törətməsində özünü təqsirli bilmir, onun əməlində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin tərkibi yoxdur. Onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun doğma qardaşı olmuşdur. Bəxtiyarın sağlığında onunla münasibətləri yaxşı olmuşdur. Bəxtiyarın iki qızı və bir oğlu vardır. Mərhum Bəxtiyarın uşaqlarının hamısı yetkinlik yaşına çatmışlar və hər üçü ali təhsil alır. Mərhumun ailə üzvləri, yəni arvadı Gülcahan Əliyeva və övladları Bakı şəhərində yaşayırlar. Bəxtiyar sağlığında həm “MV DENT” stomatoloji klinikasında, həm də Balakən RMX PHŞ-də həkim-stomatoloq vəzifəsində işləmişdir. 27.12.2020-ci il tarixdə təxminən saat 14:10 radələrində o, Balakən rayonu Qazbinə kəndində olarkən qonşusu ona zəng edərək, qardaşını maşın vurduğunu demişdir. Bundan sonra o, qardaşının aparıldığı Zaqatala RMX-ya getmiş, ora çatandan təxminən 15-20 dəqiqə sonra həkimlər demişlər ki, qardaşı artıq rəhmətə getmişdir. O, sonradan öyrənmişdir ki, qardaşı, tanışı Mustafa adlı şəxsin “NİSSAN TEANA” markalı avtomaşınından düşüb yolun qarşı tərəfinə keçmək istəyərkən orada Balakən RPŞ-nin əməkdaşı Faiq adlı şəxs avtomaşınla onu vurmuşdur. Mustafa ilə birlikdə orada Balakən rayonu Bedağar kənd sakini olan Ramazan adlı şəxs də olmuşdur. O, eşitdiyinə görə qardaşı avtoqəza baş verən gün spirtli içki qəbul etmişdir. Bundan başqa onun həmin avtoqəza ilə bağlı heç bir məlumatı yoxdur. Həmin gün səhər saat 9 radələrində sonuncu dəfə qardaşını evdə görərkən qardaşı Bəxtiyar içkili olmamışdır. Qardaşı həmişəki kimi saat 9-da çıxıb evdən getmişdir. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanı könüllü şəkildə tam olaraq zərərçəkmiş şəxsin hüquqi varisi kimi ona ödəmiş və onunla barışıq əldə etmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Təqsirləndirilən şəxs yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 27.12.2020-ci il tarixdə saat təqribən 11:30 radələrində Balakən şəhəri Ə.Ansuxski küçəsi 10-da yerləşən ofisində işdə olarkən ofisinə tanışları mərhum Zərərçəkmiş şəxs və Şahid2 gəlmişlər. O, həmin vaxt Ramazanın əmlak tələbi ilə bağlı iddia ərizəsi hazırlamışdır. Onlar gəldikdə onlara iddia ərizəsini yazıb qurtarmaq üçün bir qədər gözləmələrini bildirmişdir. Onlar ofisdə bir qədər gözləmiş, orada qəlyanaltı eləmişlər. Lakin heç bir spirtli içki qəbul etməmişlər. Həmin vaxt mərhum Zərərçəkmiş şəxs ondan xahiş etmişdir ki, onu maşınla aparsın. O, gedəcəkləri yeri soruşmadan onunla getmişdir. Balakən şəhərində “Nərmin” şadlıq sarayının yerləşdiyi binanın birinci mərtəbəsindəki şərab evindən araq alıb gəlmiş və onun maşınına qoymuşdur. Bəxtiyar maşına minəndə bir azdan Ramazangilə gedəcəklərini, orada kabab eləyib yeyib-içəcəklərini demişdir. Sonra onlar yenidən işə qayıtmış, o sənədlərini tamamlamaq üçün işinə davam etmiş, bir qədər sonra onlar “Heydər parkı»nda gəzmişlər. Daha sonra o, kompüteri sondürmək üçün yenidən iş yerinə qayıtmaq məqsədilə Balakən şəhəri H.Əliyev prospekti ilə Balakən rayonu Qullar kəndi istiqamətində özünə məxsus “NİSSAN TEANA” markalı XX280WW Gürcüstan qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən mərhum Bəxtiyar ona maşını saxlamığını demişdir. O, Bəxtiyarın saxla deməyini ilk əvvəl eşitməmiş, çünki maşında səsgücləndirici vasitəsilə telefonla danışmışdır. Sonradan Bəxtiyarın “saxla” səsini eşidib, Balakən şəhəri H.Əliyev prospektindəki “Nərmin” şadlıq sarayının qarşısında yavaş-yavaş maşını saxlamağa başlayıb yolun sağına çəkmiş və maşını yolun kənarında olan beşmərtəbəli binanın qurtaracağında saxlamışdır. Bu vaxt Bəxtiyar oturduğu maşının arxa sağ qapısından düşmüş, o, Bəxtiyarın nə üçün düşdüyünü bilməmiş, telefonla danışdığı üçün heç ondan hara getməsi barədə də soruşmamışdır. Bəxtiyar maşından düşüb maşının arxasından keçmiş, qısa müddət sonra o, telefonla danışdığı zaman qəflətən guppultu səsi eşitmiş, sola çönüb maşının şüşəsindən baxanda görmüşdür ki, kimsə havada fırlanıb yolun digər tərəfinə düşmüşdür. O, qarşısına baxdığı üçün həmin toqquşmanın necə baş verdiyini görməmişdir. Onlar tez maşından çıxıb adamın düşdüyü yerə-yolun qarşı tərəfinə getmiş və səkinin qırağındakı maşınla vurulan şəxsin Bəxtiyar olduğunu görmüşlər. Bəxtiyarı maşını ilə vuran polis əməkdaşı da maşınından düşüb ora gəlmişdir. O, həmin polis əməkdaşından adamın keçdiyini necə görməməsi barədə soruşmuş, polis əməkdaşı da cavabında görməməsini demişdir. Bundan sonra ora bir dəqiqə ərzində yol-patrul xidməti əməkdaşları və oradan keçən şəxslər yığışmış, həmin vaxt Bəxtiyarı oradan keçən qırmızı rəngli “VAZ 21011” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşının arxa oturacağına qoyub, Zaqatala RMX-ya aparmışlar. Bəxtiyarı maşını ilə vuran polis əməkdaşı da Zaqatalaya, xəstəxanaya gəlmişdir. Xəstəxanada olarkən Bəxtiyar onlarla hətta danışmışdır. Lakin 1-2 saatdan sonra həkimlər demişlər ki, Bəxtiyar rəhmətə getmişdir. Hadisə baş verən gün- 27.12.2020-ci il tarixdə mərhum Zərərçəkmiş şəxs onlarla olduğu müddətdə spirlti içki qəbul etməmişdir. Onlar spirtli içki qəbul etməyə hazırlaşmış və bunun üçün mərhum özü araq da almışdır. Lakin mərhumun onun yanına gəldiyi saat 11:30-dək spirtli içki qəbul edib-etməməsini bilməmiş, həmin gün onlar bir yerdə olduqları müddətdə Bəxtiyarın spirtli içki qəbul etdiyini hiss etməmişdir. Bəxtiyardan spirtli içkilərə məxsus qoxu gəlməmişdir. Bəxtiyar özü də ona spirtli içki qəbul etməsi barədə heç nə deməmişdir. Mərhum son vaxtlar ailə məsələlərinə görə çox fikir çəkmiş və daim fikirli olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 27.12.2020-.ci il tarixdə təxminən saat 13:20 radələrində o, özünə məxsus ağ rəngli “LADA PRİORA” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomaşını Balakən şəhəri H.Əliyev prospektində yerləşən ofisinin qarşısından keçən yolun qarşı tərəfində, yəni Balakən rayonu “Bayraq meydanı” istiqamətində yolun sağ tərəfində saxlamış, həmin vaxt maşında onunla birlikdə Şöyüb adlı şəxs də olmuşdur. Onlar maşının içərisində söhbət etdikdən sonra bir anlıq sakitlik olmuş, həmin vaxt maşının ön şüşəsindən yola baxanda görmüşdür ki, bir nəfər piyada onun maşınının durduğu yolun əks tərəfindən əlləri əynindəki gödəkçənin ciblərində yolu qarşı tərəfə keçmək istəmiş, həmin piyada bir müddət yolun hərəkət hissəsində durub yolu keçməmiş, daha sonra yolu qarşı tərəfə keçməyə başlayanda onun olduğu yol ilə ona tərəf gələn tanımadığı ağ rəngli maşını görüb bir anlıq tərəddüd eləyib, sonra iti addımlarla yolu qarşı tərəfə keçməyə başlamış, həmin vaxt ağ maşının arxasınca qara rəngli “VAZ 21074” markalı avtomaşın gəlmişdir. Həmin qara rəngli “VAZ 21074” markalı avtomaşın ağ rəngli avtomaşınla eyni xətdə deyil, öz hərəkət zolağında ağ rəngli maşına nisbətən sol tərəfdə, qoşa xəttə nisbətən yaxın hərəkət etmiş, bu zaman ağ rəngli maşın piyadanı vurmamaq üçün qəflətən dayanmağa başlamış və piyadanı vurmaması üçün ağ rəngli maşının sürücüsü maşını bir azca sağ tərəf çəkmiş, bu vaxt piyada arxadan gələn qara rəngli maşının qarşısına çıxmışdır. Qara rəngli maşının sürücüsü maşını sola çəkmək istəsə də, piyada qaçaraq yolu keçmək istədiyi üçün maşının sürücüsü onu vurmaqdan yayına bilməmiş və maşının sağ fara işığı olan hissəsindən piyada ilə toqquşmuşdur. Piyada qara rəngli maşının ön şüşəsinə dəydikdən sonra göydə fırlanaraq onun maşınının qarşısında yerə düşmüşdür. “VAZ 2107” markalı avtomaşının sürücüsü isə maşına tormoz vermiş və maşın təxminən 3-4 metr sonra qoşa xətti keçib yolun hərəkət hissəsinin qarşı tərəfində dayanmışdır. Bundan sonra o, maşından düşmüş və yerə yıxılan piyadanın diş həkimi olan Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Bəxtiyar həkimin başından qan axmış, onu maşını ilə vuran qara rəngli “VAZ 2107” markalı maşının sürücüsü isə polis əməkdaşı olan Təqsirləndirilən şəxs adlı şəxs olmuşdur. Faiq maşından düşüb piyadaya yaxınlaşmış, bir qədər sonra ora yığışmış şəxslər Bəxtiyar həkimi yoldan keçən qırmızı rəngli “Jiquli” markalı avtomaşına qoyub onu oradan xəstəxanaya aparmışlar. Həmin vaxt “VAZ 21074” markalı avtomaşının qarşısında gedən markasını və nömrəsini xatırlamadığı avtomaşın qəflətən dayanıb nisbətən sağa çəkdiyi üçün qara rəngli “VAZ 21074” markalı avtomaşının sürücüsü Bəxtiyar həkimi vurmamışdan 1 saniyə qabaq görmüşdür. Çünki piyada qaçaraq onun qabağına qəflətən çıxmış, bu hadisə çox qısa zamanda baş vermişdir. “VAZ 21074” markalı avtomaşının sürücüsü onu görən kimi cəld maşını sola çəksə də, piyada onun qarşısına tərəf qaçdığından onlar toqquşmuşlar. Ehtimal edir ki, Bəxtiyar həkim qaçmasaydı, Faiq maşını sola çəkəndə Bəxtiyar həkim hər iki maşının arasındakı boşluqda qalıb maşınla toqquşmayacaqdı. “VAZ 21074” markalı avtomaşın elə də surətlə hərəkət etməmiş, maşın maksimum 50-60 km/saat surətlə hərəkət etmişdir, surəti bundan çox olmazdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 27.12.2020-ci il tarixdə təxminən saat 13:20 radələrində o, özünə məxsus ağ rəngli “NİSSAN SUNNY” markalı avtomaşınla Balakən şəhəri Heydər Əliyev prospekti ilə Qullar kəndi istiqamətində yaşadığı evə getmiş, H.Əliyev prospektindəki Hənifə kəndinə gedən yolda olan “Hənifə yolu” adlanan yerdəki işıqforun qırmızı işığında dayanıb yaşıl işığı yandıqdan sonra hərəkətə davam etmişdir. Təxminən 150-200 metr getdikdə qarşıda yolun sağ tərəfində hərəkət hissəsində, sağ hərəkət zolağının qırıq-qırıq xətlərinin üzərində, piyadalar üçün keçid nəzərdə tutulmayan yerdə bir nəfər kişi cinsli şəxsin dayandığını görmüş, həmin şəxs olduğu yerdə dayandığı üçün o da həmin istiqamət üzrə sol zolaqla hərəkətinə davam etmişdir. Belə ki, qarşıda yolun sağında həmin adamın durduğu yerdən bir qədər irəlidə maşın dayanmışdır. O, həmin şəxsə yaxınlaşdıqda onun olduğu yerə çatmağa təxminən 10-15 metr qalmış həmin şəxs qəflətən iti addımlara yolun qarşı tərəfinə hərəkət etməyə başlamışdır. O, piyadaya iki dəfə səs siqnalı versə də, piyada hərəkətini saxlamamış və surətini artıraraq qaçmışdır. O, qəflətən tormozloma eləmiş, lakin məsafə çox yaxın olduğundan avtomobili saxlaya bilməmişdir. O, həmin şəxslə toqquşmağa azca, təxminən 10-15 sm qalmış maşını qəflətən sağa tərəf çəkməklə həmin şəxsi vurmaqdan yayınmşdır. O, piyadanı keçdiyi üçün tormozlamanı davam etdirməmiş və hərəkətinə davam etmişdir ki, elə bu an qəflətən bərk səs gəlmişdir. O, avtomaşını elə hərəkət etdiyi yerdə saxlayıb, yola boylandıqda yerdə maşın detalı görmüşdür. Daha sonra maşınını bir qədər irəlidə yolun hərəkət hissəsinin sağ tərəfində saxlayıb maşından düşdükdə, həmin piyada şəxsin yerdə yolun əks tərəfində uzanıqlı olduğunu görmüşdür. Ora getdikdə həmin şəxsin burnundan qan gəlmişdir. Elə həmin dəqiqə ora yol-patrul xidmətinin əməkdaşları gəlmiş və qısa müddətdə sürücü Təqsirləndirilən şəxs da kömək etməklə yoldan keçən qırmızı rəngli “VAZ 21011” markalı avtomaşına yerdə olan şəxsi qoyub aparmışlar. Orada olanda öyrənmişdir ki, həmin şəxsi onun arxasınca gələn qara rəngli “VAZ 2107” markalı avtomaşının polis əməkdaşı olan sürücüsü Təqsirləndirilən şəxs vurmuşdur. Onun avtomaşınında videoregistrator vardır. Həmin hadisənin videogörüntüsü registrator vasitəsilə qeydə alınmışdır. Həmin piyadanı vurmuş avtomaşınla o, eyni küçə ilə, biri irəlidə, digəri arxada olmaqla hərəkət etmişlər. Belə ki, Səttar Gözəlov küçəsində H.Əliyev küçəsinə Bayraq meydanı adlanan yerdəki dairəvi yoldan daxil olanda həmin qara rəngli “VAZ 2107” markalı avtomobil onun qarşısında gedirdi. H.Əliyev prospektində həmin maşının surücüsü 1-ci işıqfora çatmamış maşını sağa çəkib saxlamış, o isə işıqforun qırmızı işığında stop xəttinin qarşısında sağ zolaqda dayanmışdır. Həmin vaxt qara rəngli “VAZ 2107” markalı avtomaşın gəlib onun arxasında saxlamış, o, arxa güzgüdən bunu görmüşdür. İşıqforun yaşıl işığında o, sol zolağa keçmiş, bu zaman “VAZ 2107” markalı maşın bir az arxada qalmış, onun hərəkət surəti 50 km/saat olmuşdur. Ona görə də arxasınca gələn həmin avtomaşının hərəkət surəti də çox deyildi. 27.12.2020-ci il tarixdə qeyd edilən avtoqəza baş verən zaman avtomobilinin hərəkət surəti heç 50 km/saat olmazdı, çünki həmin yerdən təxminən 150- 200 metr arxada o, işıqforda dayanmışdır. Ona görə də işıqforun yaşıl işığında hərəkət başlayandan sonra 150-200 metr uzunluğundakı qısa məsafədə o, yüksək surət yığa bilməzdi. Ona görə də avtomobili heç 50 km/saat surətlə idarə etməmiş, hərəkət surəti 50 km/saatdan az olmuşdur. Həmin hadisə çox tez bir zamanda baş vermiş, belə ki, piyada qarşı tərəfə qaçmağa başlayandan heç 2-3 saniyə keçməmişdir ki, o, piyadaya çatmış, tomozloma eləsə də, maşını saxlaya bilmədiyindən piyadaya dəyməyə azca qalmış sükanı sağa çəkməklə piyadanı vurmaqdan yayına bilmişdir. Həmin 2-3 saniyə ərzində piyadaya iki dəfə səs siqnalı versə də, piyada heç bir reaksiya verməmiş, sanki özündə olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunda nəzərdə tutulmuş qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Şahid4 məhkəmə iclasına gəlməmiş və gətirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid4 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında şahid qismində ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid4 ifadəsində bildirmişdir ki, 27.12.2020-ci il tarixdə təxminən saat 13:20 radələrində o, Balakən rayonu ərazisində əmlak agenti kimi fəaliyyət göstərən Azər adlı şəxsin Balakən şəhəri H.Əliyev prospektində yerləşən ofisinin qarşısından keçən yolun qarşı tərəfində, yəni Balakən rayonu “Bayraq meydanı” istiqamətində yolun sağ tərəfində Azərə məxsus ağ rəngli “LADA PRİORA” markalı avtomaşında qabaq sağ oturacaqda oturub Azərlə söhbət etmişdir. Həmin vaxt qəflətən tormoz səsi eşitmiş və baxanda görmüşdür ki, oturduqları maşının qarşısına adam düşmüşdür. Onların qarşısında ön şüşəsinin sol tərəfi çatlamış qara rəngli “VAZ 21074” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşın dayanmış, o, maşından düşüb baxanda görmüşdür ki, bir nəfər orta yaşlı şəxs oturduğu maşının qarşısında beli üstə yerdə uzanıqlı vəziyyətdədir. Onun sifətindən qan axmışdır. Sonradan öyrənmişdir ki, həmin şəxsin adı Bəxtiyar olmuşdur. O, anlamışdır ki, Bəxtiyarı həmin qara rəngli “VAZ 21074” markalı avtomaşın vurmuşdur. Həmin avtomaşının sürücü oturan qapısından polis əməkdaşının xüsusi geyim formasında olan bir nəfər cavan oğlan düşmüş, həmin qara rəngli maşında başqa heç kim olmamışdır. Qısa müddət sonra ora qırmızı rəngli sovet maşını gəlmiş, ora yığışmış şəxslərin köməkliyi ilə yerdə olan Bəxtiyar həmin qırmızı rəngli maşının arxa oturacağına qoyulub xəstəxanaya yola salınmışdır. O, hadisə baş verən vaxt Azərlə söhbət etdiyi və yolun qarşısına baxmadığı üçün hadisəsin hansı şəraitdə baş verdiyini görməmişdir, ona görə də bu barədə başqa məlumatı yoxdur. O, yalnız qəflətən tormozlama səsi eşidəndən və eyni zamanda içərisində oturduğu maşının qarşısında Bəxtiyar adlı şəxsin yerə düşməsini görəndən sonra bu hadisə barədə xəbəri olmuşdur. Buna qədər baş verənləri görməmişdir. İş materiallarında olan Balakən RPŞ-nin məsul növbətçisi əvəzi, polis mayoru X1 RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Mehman Əliyevə ünvanlandığı 27.12.2020-ci il tarixli raportdan görünür ki, 27.12.2020-ci il tarixdə, saat 14:10 radələrində Zaqatala RMXnın tibb bacısı Manqayeva məlumat verərək bildirmişdir ki, 1958-ci il təvəllüdlü Balakən şəhəri Cirinqov küçəsi ev 2-də yaşayan Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması xəsarəti ilə xəsatəxanaya müraciət etmişdir. Deməsinə görə avtoqəzada xəsarət alıb. İş materiallarında olan Balakən RPŞ-nin məsul növbətçisi əvəzi, polis mayoru X1 RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Mehman Əliyevə ünvanlandığı 27.12.2020-ci il tarixli raportdan görünür ki, 27.12.2020-ci il tarixdə, saat 16:10 radələrində Zaqatala RMXnın tibb bacısı Manqayeva məlumat verərək bildirmişdir ki, 1958-ci il təvəllüdlü Balakən şəhəri Cirinqov küçəsi ev 2-də yaşayan Zərərçəkmiş şəxs həmin tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərin təsirindən xəstəxanada vəfat etmişdir. İş materiallarında olan 27.12.2020-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Balakən şəhər H.Əliyev prospektində Qazbinə kəndindən həmin prospekt istiqamətindədir. Hadisə yerində asfaltbeton örtüklü yol düz və qurudur. Yol örütüyünün eni 15 metrdir. Hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 7.5 metrdir. Hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayıran qoşa xətt vardır. Hərəkət hissəsinə sağdan və soldan hər biri 0.6 m enində düz sarı xətt və 2 metr enində səki birləşir. Yolun hər iki kənarı ticarət obyektləridir. Piyada Qazbinə-Balakən şəhəri avtomobil yolunun H.Əliyev prospektindən keçən hissədə H.Əliyev prospekti istiqamətində əks tərəf zolağında yolun hərəkət hissəsində qoşa xətdən 1 metr məsafədə yerləşir. Piyada Qazbinə-Balakən şəhəri avtomobil yolunun H.Əliyev prospekti istiqamətində yolu sağdan sola keçmişdir. “VAZ 21074” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobil Qazbinə-Balakən şəhəri avtomobil yolunun H.Əliyev prospekti ilə keçən hissəsində əks hərəkət zolağında yolun hərəkət hissəsində qoşa xətdən 4.6 metr məsafədə dayanmışdır. Hadisə yerində Qazbinə-Balakən şəhəri yolunun H.Əliyev prospekti hissəsində əks hərəkət zolağında tək tərəfli 8.1 m uzunluğunda tormoz izi vardır. “VAZ 21074” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobil Balakən RPŞ-nin mühafizə olunan duracağına yerləşdirilmişdir. Hadisədən əvvəl “VAZ 21074” markalı **- HO-*** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə olmuşdur. Hadisə yerinə keçirilmiş baxış zamanı baş vermiş avtonəqliyyat hadisəsi yerinin fotoşəkilləri və plan sxemi çəkilərək yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmişdir. İş materiallarında olan 27.12.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Estee Dior” mağazasında qeydə alınmış videomüşahidə kamerlarındakı görüntüyə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, videogörüntünün müddəti 00:01:16 dəqiqədir. Videogörüntüdən görünür ki, 27.12.2020-ci il tarixdə saat 13:21:22-də Balakən şəhəri H.Əliyev prospektində avtomobil yolunun kənarında aşağı surətlə hərəkət edərək dayanan avtomobildən Zərərçəkmiş şəxs düşərək yolun hərəkət hissəsində dayanır.13:21:45-dən 13:21:54-dək yolun hərəkət hissəsində dayanır. Həmin müddətdə hərəkət hissəsində avtomobilin yaxınlaşdığını görüb Zərərçəkmiş şəxs iti addımlarla yolun əks tərəfinə keçməyə çalışır. Qoşa xətti keçən zaman 13:21:56-da Zərərçəkmiş şəxs ağ rəngli arxası ilə gələn “VAZ 2107” markalı avtomobil tərəfindən vurulur. İş materiallarında olan AE ******* seriya nömrəli Azərbaycan Respublikası sürücülük vəsiqəsinin surətindən görünür ki, 16.08.2017-ci il tarixdə Təqsirləndirilən şəxs etibarlılıq müddəti 16.08.2027-ci il tarixədək olan “B C” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir. İş materiallarında olan 14.04.2020-ci il tarixli, ƏN-Vİİ 199358 blank nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, “VAZ 21074” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyətçisi tərəfindən Təqsirləndirilən şəxs 14.04.2021-ci il tarixindək avtomobilini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər etmək üzrə səlahiyyətlər verilmişdir. İş materiallarında olan ibtidai istintaqı zamanı şahd qismində dindirilmiş Şahid5 ifadəsinə əlavə olaraq təqdim etdiyi ona məxsus ağ rəngli, “Nissan Sunny” markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomaşına quraşdırılmış videoregistrator vasitəsilə 27.12.2020-ci il tarixdə qeydə alınmış videogörüntünün əks olunduğu 1 ədəd “DVD” diskə keçirilmiş baxışdan müəyyən edilmişdir ki, diski kompüterin prosessoruna daxil etdikdə PİCT0002 (1).AVİ adlı 1 ədəd fayl açılır. Fayla daxil olduqda videogörüntü başlanır. Videogörüntü avtomaşının videoregistratoru vasitəsilə avtomobilin ön şüşəsindən qeydə alınmışdır. Görüntünü qeydə alan kameranın tarixi 1904.01.09 03:21:04-dür. Bu isə real vaxtı əks etdirmir. Görüntü günün işıqlı vaxtı qeydə alınmışdır. Görününün 54-cü saniyəsində Balakən şəhəri “Bayraq meydanı” adlanan ərazidə görüntünü qeydə alan avtomobilin qarşısında dairəvi yola daxil olmağa hazırlaşan qara rəngli “VAZ 21074” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomaşın görünür. Hər iki avtomobil dairəvi yola daxil olaraq sol tərəfə H.Əliyev prospekti ilə Qullar kəndi istiqamətində hərəkəti davam etdirirlər. İrəlidə gedən qara rəngli “VAZ 21074” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomaşın görüntünün 01:35 saniyəsində avtomaşını yolun hərəkət hissəsinin sağına çəkərək hərəkəti dayandırır. Görüntünün 02:00 dəqiqəsində Şahid5 idarə etdiyi avtomaşını sağ hərəkət zolağında işıqforun qırmızı işığında saxlayır və 02:18 saniyədə hərəkətə sağ zolaqla davam edərək 02:22 dəqiqədə hərəkət zolağını sol zolağa dəyişib hərəkətə davam edir. 02:29 dəqiqədə yerüstü piyada zolağının üzərindən keçdikdən sonra bir qədər irəlidə, yolun sağ tərəfində, 5 mərtəbəli binanın qarşısında dayanmış avtomaşnın yola tərəf olan arxa yan tərəfində 1 nəfər piyada dayanmış vəziyyətdə görünür. Əynində göy rəngli cins şalvar, qara rəngli gödəkçə və qara rənli papaq olan həmin piyada dərhal sonra əlləri gödəkçəsinin cibində, qəflətən yolun qarşı tərəfinə doğru nisbətən iri adddımlarla keçməyə başlayır. Ardınca Şahid5 iki dəfə ard-arda səs siqnalı verir. Bu zaman piyada surətini nisbətən artıraraq hərəkətini davam etdirir, Şahid5 avtomobili nisbətən sağa tərəf çəkməklə piyadanı özündən sağ tərəfdən keçməklə görüntünün 02:32 saniyəsində piyada ilə toqquşamdan yayınır. Görüntüdə piyadanın yol ayrıcı zolağa çatmadığı görsənir. Eyni saniyədə də arxa tərəfdən ilk əvvəl sərt tormozlama, daha sonra uzanan zəif tormozlama səsi eşidilir. 02:36 saniyədə görüntünü qeydə alan Şahid5 avtomobili tam dayanır və avtomobil nisbətən irəlidə yolun sağ tərəfinə çəkilərək saxlanır. Videogörüntünün davamiyyəti 02:51 saniyədir və həmin vaxt görüntü başa çatır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X7” X12 Balakən rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 04.01.2021-ci il tarixli, 19 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: ağır kəllə-beyin travması, başın alın, təpə, hər iki gicgah, yuxarı ənsə nahiyələrində bütövlükdə qansızma-az hemotoma, ənsə nahiyəsində şişkinlik-yara, burun üstündə, sifətində, alt çənədə arakəsməli sıyrıqlar, sağ dizində ön səthdə sıyrıq, sağ baldırın orta 1/3-də ön səthdə sıyrıq, sol mil-biləkdə bayır səthdə sıyrıq, mil-dirsək sümüyündə yerdəyişməli sınıq, baş beynin yumşaq qişalarına qansızma-əzilmə, baş beyin maddəsində ödem. Yuxarıda qeyd edilmiş xəsarətlərin hamısı müxtəlif cür bərk- küt əşyanın (əşyaların) dəyməsi təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 27.12.2021-ci ildə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin vurması nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilirlər. Mərhum Osmanovun ölümünün səbəbi baş beyində əzilmə-qansızma, ödem olmuşdur. Mərhum Osmanovun ölümü meyit əlamətlərinə görə meyitin müayinəsindən 3-5 saat əvvəl baş verməyə uyğun gəlir. Məhkəmə-Tibbi Ekspertiza və X4 Kimya Şöbəsindən mərhum Zərərçəkmiş şəxs Əmrullah oğlunun meyitindən götürülmüş qanın kimyəvi müayinəsinə dair verilmiş 08.01.2021-ci il tarixli 3573/k saylı aktda qeyd edilənlərə görə, onun qanında 1,5 % etil spirti tapılmışdır. Bu da onun ölümündən əvvəl orta dərəcədə sərxoş olmasını göstərir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin, tiryək qrupu) fenotiazin, pirazolon, l,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 19.03.2021-ci il tarixli 8/554 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən yolu sağdan sola keçən piyada “NİSSAN SUNNY” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmadığından, yəni “NİSSAN SUNNY” markalı avtomobil mövcud yol-nəqliyyat hadisəsinin iştirakçısı olmadığından həmin avtomobilin sürücüsü Şahid5 hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir; istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “VAZ 21074” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; mövcud metodiki vəsaitin tələblərinə əsasən piyada məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətlərinə aid deyildir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Zaqatala RMX PHŞ tərəfindən verilmiş 08.01.2021-ci il tarixli, 11 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs və Həşimov X6 RMX PHŞ-nın konsultativ poliklinika şöbəsinin vərəm, psixiatrik və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdurlar; 27.12.2020-ci il saat 13:50-də mərhum Zərərçəkmiş şəxs xəstəxanaya hadisə yerindən başqa minik maşını ilə gətirilib. Xəstənin deməsinə görə, piyada yolu keçərkən maşın vurub, başından xəsarət almışdır. Gətirilərkən vəziyyəti çox ağır olmuş, verilən suallara çətinliklə cavab vermişdir; Həşimov X6 RMX PHŞ-ya hər hansı xəstəliklə bağlı müraciət etməmişdir. İş materiallarında olan 27.12.2020-ci il tarixli 511 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs 27.12.2020-ci il tarixdə saat 14.00-da alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan 27.12.2020-ci il tarixli 512 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs 27.12.2020-ci il tarixdə saat 15:05 radələrində müayinə olunan vaxt onda alkoqol qəbulu aşkar edilməmişdir. İş materiallarında olan Balakən RMX PHŞ tərəfindən verilmiş 27.12.2020-ci il tarixli, 374 nömrəli insan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27.12.2020-ci il tarixdə saat 16:20 radələrində müayinə olunan vaxt ayıq olmuşdur. İş materiallarında olan Balakən RMX PHŞ tərəfindən verilmiş 29.03.2021-ci il tarixli 104 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs və Həşimov X8 RMX-nın poliklinika şöbəsində psixiatriya və narkoloji kabinetdə qeydiyyatda yoxdurlar. Onların hər hansı bir xəstəliklə əlaqədar müraciət etməsi ilə bağlı qeydiyyat tapılmamışdır. İş materiallarından həmçinin görünür ki, 11.06.2016-cı il tarixdə doğulmuş X10 olmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş 09.04.2021-ci il tarixli 2 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 30 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq zamanı cinayət hadisəsinin predmeti olan Balakən RPŞ-nin mühafizə olunan duracağına yerləşdirilmiş qara rəngli VAZ 21074 markalı **-HO- *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmışdır. İş materiallarından görünür ki, hazırki ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi barədə videogörüntüləri əks etdirən 1 ədəd CD diski və Şahid5 təqdim etdiyi 1 ədəd DVD-R diski cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 5 oktyabr 2021-ci il tarixli 8/1905-4/1148 nömrəli rəyindən görünür ki, 1a, 2a, 3a. Ekspertizaya təqdim olunmuş 1 saylı diskdə qeydə alınmış “PİCT0002’’ və 2 saylı diskdə qeydə alınmış “VİD-20201227-WA0004” adlı videoyazılara görə NİSSAN SUNNY markalı nəqliyyat vasitəsinin AN məsafəsindəki orta sürəti VAn = 57,7 km/saat, piyadanın vurulmasına yaxın KN məsafəsində isə Vkn = 58 km/saat olmuşdur; 1 saylı diskdə olan “PİCT0002” adlı videoyazıdakı görüntülərdə VAZ 21074 markalı nəqliyyat vasitəsi və piyadanın vurulması görüntüləri qeydə alınmadığından bu videoyazı üzrə VAZ 21074 markalı avtomobilin sürətini müəyyən etmək mümkün olmadı; 2 saylı diskdə olan “VİD- 20201227-WA0004” adlı videoyazı üzrə aparılmış müqayisəli tədqiqatlar VAZ 21074 markalı nəqliyyat vasitəsinin sürətinin NİSSAN SUNNY markalı nəqliyyat vasitəsinin sürətinə nisbətən böyük olduğunu (Vvaz 21074 > 58 km/saat) göstərsə də, “VİD- 20201227-WA0004” adlı videoyazının keyfiyyətinin aşağı olması səbəbindən bu videoyazıya görə VAZ 21074 markalı avtomobilin orta sürətini və piyadanın vurulması anındakı ani sürətini dəqiq müəyyən etmək mümkün olmadı; 4a. Ekspertizaya təqdim olunmuş 1 saylı diskdə qeydə alınmış “PİCT0002” və 2 saylı diskdə qeydə alınmış “VİD- 20201227-WA0004” adlı videoyazılara görə piyadanın, NİSSAN SUNNY və VAZ 21074 markalı nəqliyyat vasitələrinin hərəkətlərinin xronologiyası rəyin tədqiqi hissəsində verilmişdir. VAZ 21074 markalı nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs baş vermiş yol nəqliyyat hadisəsi anında avtomobilini sola istiqamətləndirməsə, hadisənin qarşısını başqa cür ala bilib-bilməməsi məsələsi videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından sualın bu hissəsi üzrə tədqiqat aparılmadı;
5. Ekspertizaya təqdim olunmuş 1 saylı diskdə qeydə alınmış “PİCT0002” və 2 saylı diskdə qeydə alınmış “VİD-20201227-WA0004” adlı videoyazılara görə NİSSAN SUNNY markalı avtomobil (orta sürətinin 58 km/saat olduğunu nəzərə almaqla) piyadanın yolun hərəkət hissəsinə çıxdığı anda hadisə yerindən S=228 m məsafədə, piyada 1-ci hərəkət zolağının təxminən ortasında dayandığı anda S=179 m məsafədə, piyada 1-ci hərəkət zolağında dayandığı yerdən hərəkətə başladığı anda S=61 m məsafədə, piyada 1-ci və 2-ci hərəkət zolaqlarını ayıran xəttin üzərində olduğu zaman S=21 m məsafədə olmuşdur; ekspertizaya təqdim olunmuş videoyazılara görə VAZ 21074 markalı nəqliyyat vasitəsinin sürətini müəyyən etmək mümkün olmağından yuxarıda qeyd olunan anlarda bu nəqliyyat vasitəsinin hadisə yerindən hansı məsafədə olmasını müəyyən etmək mümkün olmadı; 6,7. Ekspertizaya təqdim olunmuş 1 saylı diskdə qeydə alınmış “PİCT0002” və 2 saylı diskdə qeydə alınmış “VİD-20201227-WA0004” adlı videoyazılara görə piyadanın VAZ 21074 markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün görüş dairəsinə hansı anda düşməsi məsələsi videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmayıb, istintaq eksperimenti ilə həll olunan məsələdir. Ona görə də ekspert qarşısında qoyulmuş 6-cı və 7-ci suallar üzrə tədqiqat aparılmadı; 8. Ekspertizaya təqdim olunmuş 1 saylı diskdə qeydə alınmış “PİCT0002” və 2 saylı diskdə qeydə alınmış «VİD-20201227-WA0004»adlı videoyazılara görə piyadanın, NİSSAN SUNNY və VAZ 21074 markalı nəqliyyat vasitələrinin hərəkətlərinin xronologiyası rəyin tədqiqi hissəsində verilmişdir. Videyazılardakı görüntülərə görə iş materiallarında olan piyadanın vurulma yerinin sxeminin videoyazılardakı görüntülərə uyğun tərtib edilibedilməməsinin yoxlanılması videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir; 9. Ekspertizaya təqdim olunmuş 1 saylı diskdə qeydə alınmış “PİCT0002” və 2 saylı diskdə qeydə alınmış “VİD-20201227-WA0004” adlı videoyazılara görə piyada NİSSAN SUNNY markalı, 08BE225 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısından çıxdığı anda həmin nəqliyyat vasitəsi və VAZ 21074 markalı, **- HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə piyada arasında olan məsafəni tədqiqi hissədə göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı; 1b.Məhkəmə tərəfindən təqdim olnan məlumatlara əsasən yolu sağdan sola keçən piyada Nissan Sunny markalı 08BE225 dövlət qeydiyyta nişanlı avtomobil ilə vurulmadığından, yəni Nissan Sunny markalı avtomobil mövcud yol-nəqliyyat hadisəsinin iştirakçısı olmadığından həmin avtomobilin sürücüsü Şahid5 hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir; 2b.3b.4b. Məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21074 markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; 10. Mövcud metodikanın tələblərinə əsasən piyada məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətlərinə aid deyildir. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X2 Balakən Rayon Məhkəməsinə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi və mənəvi ziyan tam olaraq ona ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti yoxdur. Ona cəza verilərkən onun bu mövqeyinin nəzərə alnmasını xahiş edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsinin əsası kimi hadisənin baş verməsinə mərhum piyada Zərərçəkmiş şəxs onun hərəkət zolağına piyadalar üçün keçid nəzərdə tutulmayan yerdə anidən çıxması, qarşısında hərəkət edən Şahid5 məxsus avtomaşının da tam dayanmaması, nisbətən sola və sağa tərəf hərəkət etdiyi və qəza siqnalı yandırmadığı üçün onun piyadanın qarşı tərəfə keçdiyini görməməsi, bundan şübhələnməməsi, piyada-mərhum Zərərçəkmiş şəxs əks hərəkət zolağında deyil, hərəkət axını ayıran qoşa xəttin üzərində vurması, qarşısında hərəkət edən ağ rəngli, “NİSSAN SUNNY” markalı avtomobilin arxasına vurmamaq üçün bir qədər sükanı sola yönəltməsi və həmin an qəfil qarşısına piyada çıxması hallarını göstərmiş, ibtidai istintaqdakı sonrakı ifadələrində avtomobili sola yönləndirməyinin səbəbini qarşısındakı avtomobili vurmamaq üçün deyil, nisbətən sola keçməklə hərəkətini davam etdirmək istəməsi ilə izah etmişdir. Məhkəmə istintaqında verdiyi ifadəsində də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə özünü təqsirli bilməmiş, piyada Zərərçəkmiş şəxs vurmasını Şahid5 məxsus avtomaşının onun qarşısını kəsməsi, qəfildən ani şəkildə onun qarşısından sağa dönməsi və nəticədə qarşısını, sağ və sol tərəfini görməməsi nəticəsində piyada Zərərçəkmiş şəxs da görməməsi və görə bilməməsi, Zərərçəkmiş şəxs ani olaraq qaça-qaça onun qarşısına çıxması və onun piyadanı vurmaması üçün sadəcə ara məsafəsinin və texniki imkanının olmaması, həmçinin Zərərçəkmiş şəxs özünün yolun həmin hissəsində piyada keçidi olmadan yolu qaça-qaça keçməsi ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə istintaqında bir-birinə zidd olan ifadələr vermiş, onun istinad olunan cinayət əməlinin törədilməsini müxtəlif şəkildə əsaslandırmağa çalışmış, lakin müdafiə tərəfi onun istinad etdiyi halların həqiqətən mövcud olmasını və onun CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olmamasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İşdə olan mötəbər sübutlar Təqsirləndirilən şəxs istinad etdiyi bu halların mövcudluğunu təkzib edir və onun həmin əməlin törədilməsinə aidiyyətini təsdiq edir. Belə ki, iş materiallarında olan mötəbər sübutlarla, o cümlədən təqsirləndirilən şəxsin özünün izahatı, hadisə yerinə baxış protokolu, hadisənin sxemi, 19.03.2021-ci il tarixli 8/554 nömrəli ekspert rəyi, baş vermiş hadisənin videogörüntüləri, şahid ifadələri, təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında təyin edilmiş təkrar məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 5 oktyabr 2021-ci il tarixli 8/1905-4/1148 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs bildirdikləri tam təkzib olunur, sürücü Təqsirləndirilən şəxs piyadanı əks istiqamətli hərəkət zolaqlarını ayıran xətdən (qoşa xətdən) 1 metr sol tərəfdə vurduğu, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulana kimi yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs həmin avtomobilin hərəkət zolağını tam boşaltması, eyni zamanda Şahid5 idarə etdiyi “NİSSAN SUNNY” markalı avtomobilin hadisənin qarşısını almaq üçün ona mane olmaması tam təsdiq olunmuşdur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs göstərilən xüsusatla bağlı bildirdiklərini özünümüdafiə kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, bu xüsusat Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ konteksində nəzərə alınmalıdır. Belə ki, özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi bu məlumatlar nə cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs avtomobil nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsinə baxaraq, qeyd edir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Azçərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü tarixli, 5 №-li qərarının 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün hallar, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq, zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsində cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Məhkəmə istinad olunan bu qanun normalarının tələbinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşağın olmasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsi yoldan keçən avtomaşına mindirib, dərhal xəstəxanaya aparılmasına kömək etməklə həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün yardım göstərməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsin hüquqi varisinə ödəməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır və ehtiyatsızlıqdan törədilən cinayətdir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət əməli törətmişdir, himayəsində azyaşlı uşaq vardır. O, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsi yoldan keçən avtomaşına mindirib, dərhal xəstəxanaya aparılmasına kömək etməklə həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün yardım göstərmiş, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etmiş və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsin hüquqi varisinə ödəmişdir. Məhkəmə hesab edir ki, bu hallar, onun ictimai təhlükəliliyini azaldan hallar sayılmaqla, eyni zamanda onun, cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olmasına, ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması istəyinə dəlalət edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli davamlı antisosial yönümün nəticəsi olmamış, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq baş vermişdir. Ona görə də şərh olunan bu hallar cəzanın məqsədlərinə nail olunması baxımından Təqsirləndirilən şəxs cəza təyin edilməsində mütləq nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, himayəsində azyaşlı uşağın olması, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsi yoldan keçən avtomaşına mindirib, dərhal xəstəxanaya aparılmasına kömək etməklə həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün yardım göstərməsi, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsin hüquqi varisinə ödəməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsində cəzasının icrası müddətinin məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasının müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ibtidai istintaq zamanı cinayət hadisəsinin predmeti olan qara rəngli VAZ 21074 markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, hazırki ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi barədə videogörüntüləri əks etdirən 1 ədəd CD diski və Şahid5 təqdim etdiyi 1 ədəd DVD-R diski hazırki cinayət işi ürə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə 300 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********;AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 25 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 150 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İbtidai istintaq zamanı cinayət hadisəsinin predmeti olan qara rəngli VAZ 21074 markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın; hazırki ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi barədə videogörüntüləri əks etdirən 1 ədəd CD diski və Şahid5 təqdim etdiyi 1 ədəd DVD-R diski hazırki cinayət işi ürə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. İş üzrə 300 (üç yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 150 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Zamin Tahirov