Məhkəmə qərarları › İş №1(019)-3/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-3/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-3/2023 18.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3,müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx.xx.1962-ci il tarixdə Balakən rayonu Xalatala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu Xalatala kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Abduyev X5 rayonu Xalatala kənd bələdiyyəsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdıqdan sonra ağac kəsməli olduğu halda, bunları etməyərək həmin bələdiyyəyə məxsus torpaq sahəsindən qəsdən, tamah niyyəti ilə qanunsuz olaraq ağac kəsmək qərarına gəlmiş, bu məqsədlə 2020-ci ilin noyabr ayının əvvəllərində Xalatala kəndi ərazisindən keçən “Mazımçay” adlı çayın kənarındakı, qeyd olunan bələdiyyəyə məxsus 0,56 hektar ərazidə yerləşən, Xalatala kənd bələdiyyəsinin mülkiyyətində olan 1 ədəd 21 sm diametrində 200 manat dəyərində, hər biri 200 manat olmaqla 2 ədəd 22 sm diametrində ümumilikdə 400 manat dəyərində, hər biri 200 manat olmaqla 2 ədəd 23 sm diametrində ümumilikdə 400 manat dəyərində, 1 ədəd 24 sm diametrində 200 manat dəyərində, hər biri 250 manat olmaqla 2 ədəd 25 sm diametrində ümumilikdə 500 manat dəyərində, hər biri 250 manat olmaqla 4 ədəd 26 sm diametrində ümumilikdə 1000 manat dəyərində, hər biri 250 manat olmaqla 3 ədəd 27 sm diametrində ümumilikdə 750 manat dəyərində, hər biri 250 manat olmaqla 5 ədəd 28 sm diametrində ümumilikdə 1250 manat dəyərində, 1 ədəd 29 sm diametrində 300 manat dəyərində, hər biri 300 manat olmaqla 3 ədəd 30 sm diametrində ümumilikdə 900 manat dəyərində, hər biri 300 manat olmaqla 3 ədəd 31 sm diametrində ümumilikdə 900 manat dəyərində, hər biri 300 manat olmaqla 3 ədəd 32 sm diametrində ümumilikdə 900 manat dəyərində, 1 ədəd 35 sm diametrində 350 manat dəyərində, 1 ədəd 37 sm diametrində 400 manat dəyərində olan cəmi 32 (otuz iki) ədəd yaş, köküstə qızılağac ağaclarını özününkü kimi təqdim edərək həmin ağacların 220 manata satılmasına dair Şahid2 ilə razılaşaraq sonuncunun sifarişi ilə Şahid4 və Şahid3 tərəfindən kəsilməsinə nail olaraq Xalatala kənd bələdiyyəsinə külli miqdarda, yəni 8450 (səkkiz min dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qəsdən, tamah niyyəti ilə qanunsuz olaraq ağac kəsmə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, işdə olan və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayon Xalatala kəndində ailə üzvləri ilə birlikdə yaşayır.Əvvəllər məhkum olunmamış, lakin psixi xəstəlik olan paranoid şizofreniyadan müalicə almışdır.Sovet dövründən yaşadığı Xalatala kəndi ərazisində yerləşən evindən təxminən 100 metr yuxarı tərəfdən keçən Mazımçayın sahilində olan boş torpaq sahəsini otlaq sahəsi kimi , daha sonra isə qurd baxımı üçün ağacların yarpaqlarından istifadə etmişdir. Təxminən 1970-1980-cı illərdə kolxoz tərəfindən həmin sahələrə əkilərək istifadə edilmişdir. Kolxoz dağıldıqdan sonra iş yeri olmadığı üçün o, həmin torpaq sahəsində tütün əkmək üçün təxminən 1997-ci illərdə hazırda da kənd bələdiyyə sədri işləyən Osif Zalxayevdən icazə istəmişdir. Çünki o, həmin sahənin bələdiyyə mülkiyyətinə aid olduğunu bilirdi. Osif onun həmin sahədən istifadə etməyinə şifahi olaraq razılıq vermişdir. Həmin təxminən 0,80 hektar olan torpaq sahəsinin kənarlarını çəpərləyərək tütün əkmişdir. Bir neçə il həmin sahədə o, tütün əkini ilə məşğul olmuşdur. Lakin bir müddət sonra təxminən 2000-ci illərin əvvəllərində tütünün qiyməti olmadığı üçün həmin sahədə qarğıdalı əkini etmişdir. Həmin vaxt qarğıdalı əkdiyi torpaq sahəsinin yan tərəfindən axan “Mazımçay” adlı çaya sel gəldiyi üçün çay daşaraq torpağın bir hissəsini, yəni təxminən 0,40 hektar hissəsini sel yuyaraq aparmışdır. Geriyə qalan torpağın yuyulmaması məqsədilə həmin torpaq yuyulub gedən hissədə traktorla kanal qazdırmış və sel aparmış hissəyə yəni 40 sotluq əraziyə təxminən 200-300 ədəd qızılağac ağaclarını əkmişdir. Həmin sahə çaylaq olduğu üçün başqa növ ağaclar bitmədiyindən həmin sahəyə yalnız qızılağac ağaclarını əkmişdir. Həmçinin geriyə qalan 40 sotluq sel aparmayan boş sahədə də quraq olmuş və heç bir bitki bitməmişdir. Yalnız ot bitərək inkişaf etmişdir. Həmçinin də torpaq sahəsinin kənarlarına 10-15 ədəd akasiya ağacları əkmişdir. Həmin sahədə artıq bitkilər bitmədiyi üçün iribuynuzlu mal qara salaraq otlaq sahəsi kimi istifadə etmişdir. 2015-ci ildə isə həmin sahənin kənarlarına tut ağacları əkmişdir ki, ağaclar böyüdükdən sonra budaqlarından kənd təsərrüfatında istifadə etsin. Təxminən 2017-2018-ci illərdə 3-4 sotluq ərazidə 30 ədəd xurma ağacları da əkmişdir. Həmçinin otlaq sahəsinin boş qalmaması üçün kənardan torpaq daşıyaraq həmin sahəni yararlı hala gətirib fındıq ağacları da əkmişdir. Əkmiş olduğu ağaclara mütəmadi olaraq qulluq etmişdir. Həmin ağaclardan bəziləri isə qurumuşdur. 2020-ci ilin noyabr ayında xəstə olduğu zaman həmkəndlisi Şahid3 görmüşdür. Xəstə olduğu üçün ona pul lazım olduğundan Şahid3 istifadəsində olan torpaq sahəsində özünə məxsus olan qızılağac ağaclarını satdığını bildirmişdir. Bir neçə gün sonra Şahid3 onun yaşadığı ünvana gələrək ünvan 1 və Tofiqin daimi olaraq ağac aldığını, birazdan onun evinə gələcəyini və Qızılağacaq ağaclarına baxmaq istədiyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Tofiq adlı şəxs idarə etdiyi avtomobillə onun yaşadığı evin qarşısına gəlmişdir.Tofiq onunla və Şahid3lə salamlaşdıqdan sonra Mazımçayın sahilində yerləşən sahədə əkmiş olduğu qızılağac ağaclarını satıb-satmadığını soruşmuşdur. O da xəstə dolduğu üçün və pul lazım olduğu üçün həmin ağacları da özü əkdiyindən satdığını bildirmişdir. Həmçinin ağaclar özünün olduğunu, yəni özünə məxsus olduğunu bildirmişdir. Daha sonra isə Tofiq, Zakir və o, qızılağacların olduğu sahəyə getmişlər. Həmçinin bu zaman Zakir sahəyə onun həmkəndlisi olan Şahid4 da sahəyə çağırmışdır. Tofiq Asifə motorlu mişarla ağacları doğramasını təklif etmişdir. Asif də Tofiqlə razılaşmışdır.Tofiq ağaclara baxdıqdan sonra 2 maşın ağac kəsəcəklərini, hər maşın üçün 110 manat pul verə biləcəyini bildirmişdir. O da Tofiqlə iki maşın qızıllağac ağaclarının qarşılığında 220 manata razılaşmışdır. Bir neçə gün sonra o, xəstə olduğu üçün Tofiqə ağaclar olan sahəyə gələ bilməyəcəyini, həmin ağacları özünün kəsməsini bildirmişdir. Bundan sonra isə Tofiq onun əkmiş olduğu qızılağac ağaclarını kəsib iki dəfə olmaqla UAZ maşını ilə aparmışdır. Tofiq bir neçə gün sonra da ona həmin kəsmiş olduğu ağacların qarşılığında verməli olduğu 220 manat məbləğində pulu Qabaqçöl qəsəbə mərkəzində yerləşən yanacaqdoldurma məntəqəsinə qoyduğunu bildirmişdir.O da pulu həmin yerdən götürmüşdür. Tofiq adlı şəxsin kəsmiş olduğu, sonradan 32 ədəd olaraq bildiyi qızılağac ağaclarının Tofiqin aparmadığı hissələrini o, oduncaq edərək iki dəfə doldurmaqla at arabası vasitəsilə yaşadığı evə aparmışdır. Həmin oduncağın təxminən bir at arabasını qış fəslində sobada yandıraraq istifadə etmişdir. Həmçinin qalan oduncaqları sonradan sobada yaxud həyətdə ocaq yandırarkən istifadə etmişdir. Həmçinin ona sonradan məlum olmuş ki, həmkəndlisi olan Şahid1 həmin ağacların kəsilməsi ilə bağlı DİN-in 102 xidmətinə məlumat vermişdir. Daha sonra isə həmin yerə polis əməkdaşları gələrək baxış keçirmişlər. Əməlindən peşimandır,bir daha belə əməllərə yol verməyəcəkdir.O, vurulmuş ziyandan 1100 manat ödəmişdir.Qalan hissəni də az-az ödəyəcəkdir.Ailə vəziyyətini, xəstə olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Balakən Rayon Xalatala Bələdiyyəsinin nümayəndəsi qismində dindirilən Nümayəndə göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq Balakən Rayon Xalatala Bələdiyyəsində 2006-ci ildən etibarən vergi müfəttişi vəzifəsində işləyir. 2021-ci ilin yanvar ayında Xalatala kənd sakini Şahid1 kənd bələdiyyəsinə şifahi olaraq müraciət edib kənd ərazisindən axan Mazımçayın yaxınlığında yerləşən ərazidən digər kənd sakini olan Təqsirləndirilən şəxs çoxlu sayda Qızılağac ağaclarını kəsdiyini bildirmişdir. Şahid1 eyni zamanda DİN-nin 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs tərəfindən ağacların qanunsuz kəsilməsini bildirmişdir. Bununla bağlı 23 yanvar 2021-ci il tarixdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilərək həmin ərazidən 32 ədəd Qızılağac ağaclarının kəsilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən kənd bəəldiyyəsinə dəvət edilərək hansı səbəbdən bələdiyyǝ mülkiyyətində olan torpaq sahəsindən ağacları kəsdiyini soruşduqda həmin ağacları özünün əkdiyini, buna görə də özü istədiyi kimi istifadə edə biləcəyini, yəni kəsəcəyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs ağacların kəsilməsinin qanunsuz olduğunu bildirmişlər. O,həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında yerləşən Mazımçay adlı çayın ətrafında yerləşən torpaq sahəsindən istifadə üçün şifahi icazə almışdır. Kənd bələdiyyə sədri də həmin torpaq sahəsini faktiki olaraq bələdiyyə istifadə etmədiyindən həmçinin çay ətrafında yerləşdiyindən çaya gələn sel sularının torpaq sahələrini yumaqdan qorunması üçün heç bir sənədləşmə aparılmadan torpaq sahəsindən istifadə edilməsinə, həmçinin həmin torpaq sahəsinə ağacların əkilməsinə icazə verilmişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi torpaq sahəsi Maqsudun yaşadığı evin yaxınlığında olduğundan kolxoz dövründən Təqsirləndirilən şəxs həmin torpaq sahələrini istifadə etmiş, sonradan isə həqiqətən də Mazımçay adlı çaya sel gəlib çay ətrafında yerləşən torpaq sahələrini yuduğundan Təqsirləndirilən şəxs də həmin sel aparan torpaq sahəsinə Qızılağac ağaclarını əkərək digər torpaq sahəsinin yuyulmasının qarşısını almışdır. Buna görə də Təqsirləndirilən şəxs həmin torpaq sahəsindən istifadəsi ilə bağlı tərəflərindən hər hansı bir şikayət və irad olmamışdır.Təqsirləndirilən şəxs vurulmuş ziyanın bir hissəsini ödəmişdir.Qalan hissəni də aza-az ödəyəcəyinə söz vermişdir. Onların təqsirləndirilən şəxsdən şikayətləri yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi müfəttişi vəzifəsində işləyir.23 yanvar 2022-ci il tarixdə Balakən rayon Xalatala kənd sakini Şahid1 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət edərək Balakən rayon Xalatala kəndi ərazisində olan torpaq sahəsindən qanunsuz olaraq ağac kəsilməsi barədə verdiyi məlumat əsasında Balakən rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X4 Balakən rayon Xalatala kəndi ərazisində olan ağacların kəsildiyi əraziyə baxış keçirilməsi və baxış zamanı kəsilmiş ağacların növünün, cinsinin həmçinin təbiətə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə ekologiya sahəsində xüsusi biliyi olan mütəxəssisin iştirakı zəruri olduğundan müvafiq qərarına əsasən o, mütəxəssis qismində dəvət edilərək hadisə yerinə baxış keçirilən zaman orada iştirak etmişdir. Baxış keçirilən ərazi Balakən rayonu Xalatala kəndində Mazımçay çayının ərazisində olan torpaq sahəsi olmuşdur. Baxış zamanı həmin torpaq sahəsindən bir ədəd 21 sm diametrli qızılağac ağacının, iki ədəd 22 sm diametrli qızılağac ağacının, iki ədəd 23 sm diametrli qızılağac ağacının, bir ədəd 24 sm diametrli qızılağac ağacının, iki ədəd 25 sm diametrli qızılağac ağacının, dörd ədəd 26 sm diametrli qızılağac ağacının,üç ədəd 27 sm diametrli qızılağac ağacının,beş ədəd 28 sm diametrli qızılağac ağacının,bir ədəd 29 sm diametrli qızılağac ağacının,üç ədəd 30 sm diametrli qızılağac ağacının,üç ədəd 31 sm diametrli qızılağac ağacının,üç ədəd 32 sm diametrli qızılağac ağacının,bir ədəd 35 sm diametrli qızılağac ağacının,bir ədəd 37 sm diametrli qızılağac ağacının kəsilməsi müəyyən edilmişdir. Baxışda iştirak edən Balakən rayon Xalatala kənd sakini Şahid1 həmin ağacları Balakən rayon Xalatala kənd sakini Təqsirləndirilən şəxs kəsdirərək satdığını bildirmişdir. Daha sonra isə həmin torpaq sahəsində kəsilmiş ağaclar barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli “Yaşılıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası” haqqında 421 nömrəli qərarının 1 nömrəli əlavəsinə əsasən dəymiş ziyan hesablanmış və qızılağac ağaclarının kəsilməsi nəticəsində təbiətə 8450 manat ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olaraq ailəsinin dolanmasını təmin edir. Uzun illərdir ki, ayrı-ayrı şəxslərə məxsus ağacların alınıb kəsilərək taxta materialı üçün satışını təşkil edir. 2020-ci ilin noyabr ayının əvvəllərində o, həmişə olduğu kimi alaraq kəsmək üçün ağac axtardığı zaman tanışlarına kim isə ağac satarsa xəbər etmələrini bildirmişdir. 2020-ci ilin noyabr ayının əvvəllərində hazırda xatırlamadığı tarixdə Qabaqçöl qəsəbəsinin mərkəzində yerləşən yanacaqdoldurma məntəqəsində Xalatala kənd sakini əvvəllər uzaqdan tanıdığı Zakir adlı şəxsin olduğunu görmüşdür. Zakirlə söhbət əsnasında ona həmkəndlisi olan əvvəllər tanımadığı Maqsud adlı şəxsin özünə məxsus qızılağac ağaclarını satmaq istədiyini bildirmişdir. O da əgər yararlı qızılağac ağacları varsa almaq istədiyini bildirmişdir. Zakirə bir müddətdən sonra xəbər edib Balakən rayon Xalatala kəndinə Təqsirləndirilən şəxs yaşadığı evə gələcəyini demişdir. Zakirlə sağollaşıb ayrıldıqdan sonra yaşadığı evə gəlmişdir. Bir müddətdən sonra isə evdən Şahid3 mobil telefonuna zəng edərək Maqsud Abdyev adlı şəxsin Balakən rayon Xalatala kəndində yerləşən evinə gələcəyini və ağaclara baxmaq istədiyini bildirmişdir. Zakir də ona Maqsudun yaşadığı evə getdiyini və onu Maqsudla birlikdə gözləyəcəklərini demişdir. Bundan sonra o, idarə etdiyi avtomobillə Balakən rayon Xalatala kəndinə getmiş və orada Təqsirləndirilən şəxs yol qapısının qarşısında Şahid3lə Təqsirləndirilən şəxs onu gözlədiklərini görmüşdür. Avtomobildən düşüb onlarla görüşmüşdür. Həmin vaxt Maqsud ona özünün xəstə olduğunu, həmçinin oğlunun həbsdə olduğunu, bunun üçün də pul lazım olduğundan özünə məxsus qızılağac ağaclarını satdığını bildirmişdir. Həmin zaman əlini uzadaraq təxminən evindən 100 metr kənarda yerləşən Mazımçayın yaxınlığındakı sahəni göstərərək özünün əkmiş olduğu qızılağac ağacları olduğunu və həmin ağacları satdığını demişdir. Sonra isə onlar üçü, yəni o, Təqsirləndirilən şəxs və Şahid3 həmin sahəyə getmişlər.Sahəyə çatdıqda Maqsud orada olan qızılağacları göstərək satmaq istədiyi qızılağac ağaclarının həmin ağaclar olduğunu bildirmişdir. O, qızılağac ağaclarına baxmış və Maqsuda ağacları almaq istədiyini bildirərək iki UAZ maşın ağac almaq istədiyini, hər maşın üçün 110 manat olmaqla ümumilikdə iki maşın qızılağac ağacları üçün 220 manat məbləğində pul verə biləcəyini demişdir. Maqsud da onunla razılaşmışdır. Həmçinin orada olan Zakir adlı şəxs də özünün motorlu mişarı olan Asif adlı tanışının olduğunu ağacların kəsimini edə biləcəklərini demişdir. Sonra isə Zakir həmin yerə Asif adlı şəxsi çağırmışdır. Ağacların kəsilməsindən ötrü Asif adlı şəxsə hər maşın üçün 15 manat, həmçinin Zakirə də kəsilmiş ağacları maşına yükləməsi üçün hər maşına 15 manat olmaqla razılaşmışlar. Həmin zaman o, ağacları taxta hazırlayan şəxslərdən satmaq üçün müştəri tapa bilmədiyindən həmin vaxt kəsim etdirmədən oradan uzaqlaşaraq geriyə qayıtmışdır. Lakin bir neçə günə gələcəyini bildirmişdir. Təxminən 3-4 gün sonra özünə məxsus UAZ markalı maşınla qonşuluğunda yaşayan Rəsul adlı şəxsi fəhlə kimi işləməsi üçün özü ilə birlikdə aparıb Maqsudun göstərdiyi əraziyə getmişdir. Həmin zaman Zakir və Asif adlı şəxslərə də xəbər etdiyi üçün onlar həmin sahədə olmuşdurlar. Daha sonra onlar orada taxta materialı üçün yararlı olan biraz qalın olan qızılağac ağaclarının kəsiminə başlamışlar. Ağacları Asif adlı şəxs özünə məxsus motorla kəsmiş, həmçinin Zakir də ağacların kəsilməsində ona kömək etmişdir. Ağaclar kəsildikdən sonra hər birini xatırladığı qədəri ilə 63 sm olmaqla hissələrə bölərək UAZ markalı maşına yükləmişlər. Bir maşın dolduqdan sonra yaşadığı evə apararaq boşaldıb geri qayıtmış və yenidən bir maşın da kəsilmiş ağaclardan doldurub yaşadığı evə aparmış ki, müştəri tapa bilsə satar. Bir müddət sonra isə Maqsuda verməli olduğu 220 manat məbləğində pulu Qabaqçöl qəsəbə mərkəzində yerləşən yanacaqdoldurma məntəqəsinə vermiş və Maqsuda pulu oradan götürməsini bildirmişdir. Bundan sonra isə yaşadığı evə apardığı iki UAZ maşın olan qızılağac ağaclarını satmaq üçün müştəri tapa bilmədiyindən həmin vaxtlar da qış fəsli olduğundan ağacları oduncaq kimi doğrayıb sobada yandırmaqla istifadə etmişdir. Həmçinin geri qalan oduncaqlara isə polis təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Həmin oduncaqları isə baxışdan sonra sobada yandırmaqla istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır.Daimi iş yeri yoxdur. Fərdi kənd təsərrüfatı işləri həmçinin gündəlik fəhləlik işləri olduqda həmin fəhləlik işlərini görməyə gedir. Balakən rayon Qaysa kənd sakini Şahid2 tanıyır. Tofiqlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Həmçinin Balakən rayon Xalatala kənd sakini Təqsirləndirilən şəxs və Şahid3 tanıyır. Həmin şəxslərlə də əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Əksinə həmkəndli və qonşu olaraq yaxşı münasibətləri var. 2020-ci ilin noyabr ayının əvvəllərində qonşusu Şahid3 onun mobil telefonuna zəng edərək onu Təqsirləndirilən şəxs torpaq sahəsi kimi bildiyi sahəyə çağırmışdır. O, həmin sahəyə gəldikdə sahədə Təqsirləndirilən şəxs, Şahid3 və Şahid2 olduğunu görmüşdür. O, həmin şəxslərlə görüşdükdən sonra Şahid2 ona Təqsirləndirilən şəxs məxsus Qızılağac ağaclarını alıb və həmin ağacları kəsmək lazım olduğunu bildirmişdir.Onun motorlu mişarı var və pul qarşılığında ağac kəsməklə və budamaqla məşğul olur.O,ağacların Təqsirləndirilən şəxs məxsus olmasını və Maqsudun icazəsi ilə kəsilməsini nəzərə alaraq ağacları kəsməyə razı olmuşdur. Şahid2 ona ağacların kəsilməsində hər maşın üçün 15 manat pul verəcəyini bildirmişdir. O da Tofiqlə razılaşmışdır. Həmçinin Şahid2 Maqsudla bir Uaz avtomobilinə yüklənmiş ağac materialı üçün 110 manat olmaqla iki maşını 220 manata razılaşmışdır. Sonra isə Tofiq bir neçə gündən sonra gələcəyini, ağacların kəsimini edəcəyini bildirmişdir. Təxminən 3-4 gün sonra, yəni 2020-ci ilin noyabr ayının əvvəllərində Tofiq idarə etdiyi Uaz markalı avtomobillə yanında Şahid5 adlı şəxslə gəlmişdir. Şahid2 əvvəldən Şahid3 məlumat verdiyi üçün Şahid3 bu barədə ona bildirmişdir və Zakirlə birlikdə Qızılağacların olduğu sahəyə gəlmişlər. Daha sonra onlar sahədə taxta materialı üçün yararlı olan Qızılağac ağaclarının kəsiminə başlamışlar. Ağacları o, özünə məxsus motorlu mişarla kəsməyə başlamışdır. Zakir isə bir neçə ağacı kəsməklə ona kömək etmişdir. Lakin kəsilmiş ağacların dəqiq sayını deyə bilmir. Ağaclar kəsilib qurtardıqdan sonra kəsilmiş ağac hissələrini köməkli şəkildə Şahid2 Uaz markalı avtomobilinə 2 dəfə yükləməklə işlərini başa çatdırmışlar. X11 məxsus həmin sahədən Uaz markalı avtomobili 2 dəfə yükləməklə 2 maşın Qızılağac aparmışdır. Həmçinin əvvəldən razılaşdıqları kimi Zakirlə onun zəhmət haqlarını da vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır.Daimi iş yeri yoxdur. Fərdi kənd təsərrüfatı işləri həmçinin gündəlik fəhləlik işləri olduqda həmin fəhləlik işlərini görməyə gedir. Balakən rayon Qaysa kənd sakini Şahid2 tanıyır. Tofiqlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Əksinə bir həmkəndli olaraq həmçinin qonşu olaraq yaxşı münasibəti var. Həmçinin də sonradan adını bildikləri Balakən rayon Xalatala kənd sakini Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4 əvvəllər tanımamış və həmin şəxlərlə də əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təxminən 2020-ci ilin noyabr ayının əvvəllərində qonşusu Şahid2 ona zəng edərək, Xalatala kəndi ərazisindən Qızılağac ağacları aldığını, həmin ağaclar doğrandıqdan sonra avtomaşınına doldurmağını ondan xahiş etmişdir. Onun fəhləlik işləri gördüyünü Şahid2 bilirdi. Buna görə də fəhləlik işləri olduqda ona müraciət etmişdir. O, Tofiqlə razılaşmış və görəcəyi işin qarşılığında fəhlə pulu olaraq Tofiqdən 10 manat pul alacağını bildirmişdir. Tofiq də işi görməyinin qarşılığında ona 10 manat pul verməyə razılaşmışdır. Həmin gün Şahid2lə birlikdə Tofiqin idarə etdiyi "Uaz" markalı avtomaşınla Balakən rayon Xalatala kəndinə getmişlər.Sonra isə Qızılağac ağaclarının kəsildiyi yerə gəlmişlər. Onlar Şahid2lə birlikdə həmin yerə getdikləri zaman sonradan adını bildiyi Balakən rayon Xalatala kənd sakinləri Şahid3 və Şahid4 da orada olmuşdur. Təqsirləndirilən şəxs icazəsi əsasında həm Şahid4 və həmdə Şahid3 köməkli şəkildə motorlu mişarla qızılağac ağaclarını kəsmişlər. Ağaclar kəsilib qurtardıqdan sonra kəsilmiş ağacları o, Zakir və Asif adlı şəxslə Şahid2 məxsus Uaz markalı avtomaşınına yükləmişlər, 2 dəfə avtomaşını dolduraraq kəsilmiş ağacları Tofiqin həyətinə daşımışlar. Daha sonra Şahid2 gördüyü işin qarşılığında ona 10 manat məbləğində pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır.Ali təhsillidir və pensiyaçıdır. Balakən rayon Xalatala kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Maqsudla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Onların yaşadıqları Balakən rayon Xalatala kəndinin ərazisində Mazımçay çayının sahilində Maqsudun evinin yaxınlığında dövlət mülkiyyətinə aid torpaq sahəsi var. Həmin torpaq sahəsini Maqsud istifadə etmiş, həmçinin torpaq sahəsi Təqsirləndirilən şəxs mülkiyyətində olmasa da Maqsud həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Həmin sahədə çoxlu sayda qızılağac ağacları əkilmişdir. Həmin qızılağac ağaclarının əkilməsinin səbəbi ondan ibarət olmuşdur ki, ağaclar çay kənarında sel olduğu zaman yəni çayın səviyyəsinin qalxaraq ətrafı yuyub aparmasının qarşısını alır. O, 2021-ci ilin noyabr ayının əvvəllərində həmin sahədə dörd nəfər adamın olduğunu və motorlu mişarla qızılağac ağaclarını kəsdiyi görmüşdür. Buna görə də o, 23 yanvar 2021-ci il tarixdə ağacların kəsilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Həmçinin bu barədə Balakən rayon polis şöbəsinə də ərizə də vermişdir ki, müvafiq araşdırma aparılsın və qərar qəbul edilsin. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq,iş üzrə Şahid3 məhkəmə iclasına gəlməmişdir. Balakən rayon İH-nin Xalatala kənd İƏD üzrə nümayəndəsinin 13 may 2022-ci il tarixli 31 nömrəli məktubundan görünür ki, Şahid3 hal-hazırda Rusiya Federasiyasındadır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid3 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır.Daimi iş yeri yoxdur. Fərdi kənd təsərrüfatı işləri ilə həmçinin gündəlik fəhləlik işləri olduqda həmin fəhləlik işlərini görməyə gedir. Balakən rayon Qaysa kənd sakini Şahid2 tanıyır. Tofiqlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Əksinə yaxşı münasibəti var. Həmçinin Balakən rayon Xalatala kənd sakini Təqsirləndirilən şəxs və Şahid4 tanıyır. Həmin şəxslərlə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Əksinə həmkəndli və qonşu olaraq yaxşı münasibətləri var. Təxminən 2020-ci ilin noyabr ayının əvvəllərində o, Balakən rayon Qabaqçöl qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsində əvvəldən tanıdığı Balakən rayon Qaysa kənd sakini ağac alışı ilə məşğul olan Şahid2 görmüşdür. Həmin vaxt Tofiqin ağac alqı-satqısı ilə məşğul olduğunu bildiyindən Şahid2 yaxınlaşaraq görüşmüş və həmkəndlisi Balakən rayon Xalatala kənd sakini Təqsirləndirilən şəxs özünün qızılağac ağaclarının olduğunu və Təqsirləndirilən şəxs həmin ağacları satdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs xəstə olduğundan Maqsuda pul lazım olduğunu, buna görə də özünə məxsus qızılağac ağaclarını satmaq istədiyini ona bildirmişdir. Tofiq də ona Təqsirləndirilən şəxs satdığı qızılağac ağaclarını almaq istədiyini və buna görə də gün ərzində Təqsirləndirilən şəxs Balakən rayon Xalatala kəndində yerləşən yaşadığı evinə gələcəyini bildirmişdir. O, evə qayıtdıqdan bir müddətdən sonra Tofiq ona zəng edərək kəndə Maqsudun yaşadığı evin ünvanına gələcəyini və daha sonra isə ağaclara baxmaq üçün getmək istədiyini bildirmişdir. O, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə getmiş və Maqsuda bildirmişdir ki, Şahid2 onun satdığı Qızılağac ağaclarına baxmaq üçün gələcək. O, Maqsudla birlikdə Maqsudun evinin qarşısında dayandıqları zaman bir müddətdən sonra Şahid2 gəlmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs, Şahid2 və o, birlikdə Təqsirləndirilən şəxs torpaq sahəsinə getmişlər. Həmin torpaq sahəsinə çatdıqda Təqsirləndirilən şəxs həmin torpaq sahəsi özünə məxsus olduğunu və həmin torpaq sahəsində olan özünə məxsus olan Qızılağac ağaclarını satdığını bildirmişdir.Şahid2 də ağaclara baxmış və ağacları alacağını bildirmişdir. Həmçinin buna görə iki dəfə doldurulmaqla, yəni iki Uaz avtomobil ağacı hər maşını 110 manat olmaqla 220 manat pulu Təqsirləndirilən şəxs verə biləcəyini bildirmişdir. Maqsud da Şahid2lə razılaşmışdır.Həmçinin o, orada Tofiqə bildirmişdir ki, onun həmkəndlisi həmçinin tanışı olan Şahid4 motorlu mişarı var. Həmin mişarla Qızılağac ağaclarının kəsimini edə bilərlər. Sonra isə həmkəndlisi Şahid4 çağırmış, Asiflə Şahid2 ilə odunların doğranması üçün hər maşın üçün 15 manat məbləğində pula razılaşmışlar. Həmçinin Tofiq onunla hər maşına odun yükləməsi üçün 15 manata razılaşmışdır. Bundan sonra isə Tofiq bir neçə gündən sonra gələcəyini və ağacların kəsimini edəcəyini bildirmişdir.Təxminən 3-4 gün sonra, yəni 2020-ci ilin noyabr ayının əvvələrində Şahid2 idarə etdiyi Uaz markalı avtomobillə yanında Şahid5 adlı şəxslə gəlmişdir.Şahid2 əvvəldən ona məlumat verdiyi üçün o, Şahid4la birlikdə Qızılağacların olduğu sahəyə gəlmişdir. Daha sonra onlar sahədə taxta materialı üçün yararlı olan Qızılağac ağaclarının kəsiminə başlamışlar. Ağacları həmkəndlisi Şahid4 özünə məxsus moturlu mişarla kəsməyə başlamışdır. O da bir neçə ağacı kəsməklə Asifə kömək etmişdir. Lakin kəsilmiş ağacların dəqiq sayını deyə bilmir. Ağaclar kəsilib qurtardıqdan sonra kəsilmiş ağac hissələrini köməkli şəkildə Şahid2 Uaz markalı avtomobilinə 2 dəfə yükləməklə işlərini başa çatdırmışlar. İşin 13-35-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş 23 yanvar 2021-ci il tarixdə saat 17:30 dəqiqədən saat 18:15 dəqiqəyədək baxış keçirilməsi haqqında protokoldan görünür ki, Balakən rayon Xalatala kənd sakini Şahid1 23 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə həmçinin Balakən RPŞ-yə müraciət edərək 50 ədəd ağacların qanunsuz kəsilməsi barədə məlumat vermişdir.Qeyd edilən müraciətlə bağlı Şahid1 ağacların kəsildiyini göstərdiyi Balakən rayon Xalatala kəndində yerləşən Mazımçay çayının kənarındakı torpaq sahəsinə baxış keçirilmişdir.Həmin torpaq sahəsi Mazımçay çayının sağ hissəsində yerləşir. Kənarları hasarlanmamışdır.Baxış zamanı həmin torpaq sahəsindən 35, 37, 32, 31, 31, 21, 32, 26, 23, 29, 22, 30, 32, 28, 30, 27, 26, 28, 30, 23, 25, 26, 24, 22, 27, 28, 25, 28, 31, 27, 28, 26 santimetr diametrində ümumilikdə 32 (otuz iki) ədəd ağacların kəsilməsi müəyyən olunmuşdur. Mazımçay çayından ağacların kəsildiyi əraziyə 25 metr məsafə vardır. Şahid1 kəsilmiş ağacların hamısının qızılağac ağacları olduğunu, həmin ağacları 2021-ci ilin yanvar ayının əvvəllərində həmkəndlisi Təqsirləndirilən şəxs qanunsuz olaraq kəsdiyini və satdığını bildirmişdir. Baxış keçirilən ərazidə əlavə olaraq çoxlu sayda ağaclar olması müəyyən edilmişdir.Baxış zamanı fotoşəkillər çəkilmiş və tərtib edilmiş protokola əlavə olunmuşdur. Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, hər hansı əlavə şikayət və vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 55-59-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş 29 yanvar 2021-ci il tarixdə saat 17:30 dəqiqədən saat 17:50 dəqiqəyədək baxış keçirilməsi haqqında protokoldan görünür ki, Balakən rayon Xalatala kənd sakini Şahid1 23 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Balakən RPŞ-yə müraciət edərək Balakən rayon Xalatala kəndi ərazisində 50 ədəd ağacın qanunsuz olaraq kəsildiyini bildirmişdir.Şahid1 qeyd etdiyi Balakən rayon Xalatala kəndində yerləşən Mazım çayının kənarındakı torpaq sahəsinə baxış keçirilən zamanı oradan 32 ədəd müxtəlif diamertli ağacların kəsildiyi müəyyən olunmuşdur. Şahid1 kəsilmiş 32 ədəd ağacları həmkəndlisi Təqsirləndirilən şəxs qanunsuz olaraq kəsdirərək satdığını bildirmişdir. İzahatı alınmış Balakən rayon Xalatala kənd sakini Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayının əvvəllərində Mazımçay çayının kənarında olan torpaq sahəsinə 20 il əvvəl əkdiyi ağaclarından 32 ədədini Tofiq adlı şəxsə satdığını, Tofiq adlı şəxsin ona bunun əvəzində 220 manat məbləğində pul verdiyini bildirərək satdığı qızılağac ağaclarının yerdə qalan hissələrini oduncaq kimi yandırmaq məqsədi ilə yaşadığı evin həyətinə daşıdığını bildirmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs yaşadığı Balakən rayon Xalatala kəndində yerləşən həyətyanı sahəsinə onun öz razılığı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Balakən rayon Xalatala kəndində yerləşən yaşadığı evin həyətinin sağ hissəsində yerləşən taxta hasarın yanına düzdüyü və yerə boşaltdığı oduncaq şəklində doğranmış odunları, ağac hissələrini göstərərək həmin ağacların Şahid2 satdığı ağacların yerdə qalan qalıqları olduğunu, yandırmaq məqsədi ilə yaşadığı evin həyətinə daşıdığını bildirmişdir.Baxış zamanı fotoşəkillər çəkilmiş və tərtib edilmiş protokola əlavə olunmuşdur.Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, hər hansı əlavə şikayət və vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 61-64-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş 29 yanvar 2021-ci il tarixdə saat 18:10 dəqiqədən saat 18:35 dəqiqəyədək baxış baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 23 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək Balakən rayon Xalatala kəndi ərazisində 50 ədəd ağacın qanunsuz olaraq kəsildiyini bildirmişdir. Şahid1 qeyd etdiyi Balakən rayon Xalatala kəndində yerləşən Mazım çayının kənarındakı torpaq sahəsinə baxış keçirilən zamanı oradan 32 ədəd müxtəlif diamertli ağacların kəsildiyi müəyyən olunmuşdur. Şahid1 kəsilmiş 32 ədəd ağacları həmkəndlisi Təqsirləndirilən şəxs qanunsuz olaraq kəsdirərək satdığını bildirmişdir. Təqsirləndirilən şəxs isə evinin yaxınlığında yerləşən Mazımçay çayının kənarındakı torpaq sahəsindən Tofiq adlı şəxsə ümumilikdə 220 manat qarşılığında iki maşın ağac materialı dolduraraq aparması üçün qızılağac ağaclarını satdığını, Tofiqin isə iki maşın dolduraraq apardığı qızılağac ağaclarını onun icazəsi ilə kəsildiyini bildirmişdir. İzahatı alınmış Balakən rayon Qaysa kənd sakini Şahid2 Təqsirləndirilən şəxs iki maşın olmaqla, 220 manata Qızılağac ağaclarını kəsərək alması barədə razılaşdıqlarını, ağacları kəsdirdiyini, lakin kəsdirdiyi ağacların dəqiq sayını bilmədiyini bildirmiş, Təqsirləndirilən şəxs aldığı Qızılağac ağaclarının kəsilmiş hissələrini, əvvəlcə satmaq fikri olduğunu, lakin ağacları alan olmadığı üçün, oduncağa çevirirək özü yandıraraq istifadə etdiyini, hal-hazırda həmin oduncaqların bir hissəsinin yaşadığı evin həyətində olduğunu bildirmişdir.Bununla bağlı Şahid2 yaşadığı Qaysa kəndində yerləşən evinin həyətyanı sahəsinə onun öz razılığı əsasında baxış keçirilmişdir.Baxış zamanı Şahid2 yaşadığı evin həyətinə yol qapısından daxil olduqda sol tərəfdə yerləşən kənarları altıaçıq sarayın sağ kənarına yığılmış oduncaqları göstərərək həmin oduncaqların bir hissəsinin Təqsirləndirilən şəxs aldığı ağacların qalan hissəsi olduğunu, qalan hissəsini isə yaşadığı evdə yandırdığını bildirmişdir.Baxış zamanı Tofiq Gənəcəyevin həyətyanı sahəsində başqa kəsilmiş ağac hissələri aşkar edilməmişdir.Baxış zamanı fotoşəkillər çəkilmiş və gələcəkdə tərtib edilmiş protokola əlavə olunmuşdur.Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, hər hansı əlavə şikayət və vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 161-162-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2021-ci il tarixli 9/4789 nömrəli ekspert rəyində göstərilmişdir ki: Aparılmış ekspert tədqiqatı nəticəsində, qərarın təsviri hissəsində olan məlumatlara və 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş ziyanın hesablanması cədvəlinə əsasən, 2020-ci ilin noyabr ayının əvvəllərində Balakən rayonu Xalatala Bələdiyyəsinin mülkiyyətində olan kollu örüş sahəsində 32 ədəd Qızılağac ağaclarının qanunsuz kəsilməsində təbiətə dəymiş, maddi ziyanın məbləği nəzəri hesablama yolu ilə 8450,00 manat müəyyən edilir.O cümlədən -bir ədəd 21 sm diametrli yaş qızılağac ağacı 200,00 manat -iki ədəd 22 sm diametrli yaş qızılağac ağacı 400,00 (200,00 m x2) manat -iki ədəd 23 sm diametrli yaş qızılağac ağacı 400,00 manat -bir ədəd 24 sm diametrli yaş qızılağac ağacı 200,00 manat -iki ədəd 25 sm diametrli yaş qızılağac ağacı 500,00 manat -dörd ədəd 26 sm diametrli yaş qızılağac ağacı 1000,00 manat -üç ədəd 27 sm diametrli yaş qızılağac ağacı 750,00 manat -beş ədəd 28 sm diametrli yaş qızılağac ağacı 1250,00 manat -bir ədəd 29 sm diametrli yaş qızılağac ağacı 300,00 manat -üç ədəd 30 sm diametrli yaş qızılağac ağacı 900,00 manat -üç ədəd 31 sm diametrli yaş qızılağac ağacı 900,00 manat -üç ədəd 32 sm diametrli yaş qızılağac ağacı 900,00 manat -bir ədəd 35 sm diametrli yaş qızılağac ağacı 350,00 manat -bir ədəd 37 sm diametrli yaş qızılağac ağacı 400,00 manat İşin 163-164-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserinin 26 iyul 2021-ci il tarixli 404 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İşin 223-229-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Elspertiza Mərkəzi” X10 Kompleks Stasionar Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2021-ci il tarixli 112 saylı rəyində göstərilmişdir: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən onda “Paranoid şizofreniya” kimi xroniki psixi xəstəlik olmuşdur. Hal-hazırda onda həmin xəstəliyə xas əlamətlər aşkar edilir. Lakin Təqsirləndirilən şəxs aşkar olunan xroniki psixi xəstəlik öz ifadə dərəcəsinə görə onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir.Bununla yanaşı Təqsirləndirilən şəxs müəyyən edilən “Paranoid şizofreniya” xəstəliyi ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə idarə etmək iqtidarından məhrum etmişdir.Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarında olmamışdır.Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs hesab edilməlidir.Onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Bununla yanaşı qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs qarşı tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasada, xəstəliyin xroniki gedişə malik olması, törətdiyi əmələ formal tənqidi münasibət bəsləməsi, əhval ruhiyyəsinin aşağı olması və anemnezində intihar cəhdlərinin qeydə alınması səbəbindən həmin şəxsin daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixatrın müşahidəsi altına verilməsi tövsiyyə edilir. İşin 126-128-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin 02 iyul 2021-ci il tarixli **********26 nömrəli məktuba əlavə edilmiş arayışında göstərilmişdir ki, Elektron Kadastr məlumat bazasına əsasən kəsilmiş müxtəlif diametrli 32 ədəd ağacların yerləşdiyi torpaq sahəsi 0,56 hektar olmaqla Balakən rayon Xalatala bələdiyyəsinin mülkiyyətində olan kollu örüş ərazisidir. İşin 78-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 80-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Xalatala kənd İHB-ın kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 222 nömrəli arayışdan görünür ki, Abduyev X5 rayonu Xalatala kəndində yaşayır. İşin 81-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Xalatala kənd İHB-ın kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 223 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində arvadı, oğlu və qızı vardır. İşin 82-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Xalatala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunması qeyd edilmişdir. Barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmaması göstərilmişdir. İşin 199-200-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 18 avqust 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 100.00 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 50.00 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 70.00 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 80.00 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 625.00 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 75.00 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 100.00 manat ödəniş edilmişdir. Məhkəmə, zərərçəkmiş hüquqi şəxs-Balakən Rayon Xalatala bələdiyyəsinin nümayəndəsi Nümayəndə, iş üzrə şahidlər- Şahid1, Şahid2,Şahid3 Nurəddin oğlunun,Şahid4,X3 və Şahid6 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) külli miqdarda ziyan vurmaqla törədildikdə - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Məhkəmə təqsirləndirilən şəxsin,zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs vurulmuş ziyanı qismən ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən haldır və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, xəstə olmaqla xəstəliyin xroniki gedişə malik olmasını, anemnezində intihar cəhdlərinin qeydə alınması səbəbindən daim nəzarət altında saxlanmalı olmasını və zərurət yarandığı təqdirdə həkim-psixatrın müşahidəsi altına verilməli olmasını,əvvəllər məhkum olunmamasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə xarakterizə olunmasını, kəslimiş ağaclar bələdiyyə mülkiyyətində olsa da həmin ağacların onun tərəfindən əkilməsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamındakı tövsiyyələri, hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Zərərçəkmiş hüquqi şəxs Balakən Rayon Xalatala Bələdiyyəsinə izah olunur ki, vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 15 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, “KAPİTALBANK” X6 Rekvizitləri: VÖEN **********, kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına 90 manat köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə 50 ( əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş hüquqi şəxs Balakən Rayon Xalatala Bələdiyyəsinə izah olunur ki, vurulmuş zərərin ödənməmiş qalan hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, “KAPİTALBANK” X6 Rekvizitləri: VÖEN **********, kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına 90 manat köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar