Məhkəmə qərarları › İş №1(019)-30/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-30/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-30/2023 11.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs,müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.2000-ci il tarixdə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evlihimayəsində 1 (bir) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan,barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 177.2.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs X12 qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, X12 qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 24 sentyabr 2022-ci il tarixdə səhər saat 10 radələrində Balakən rayonu Tülü kənd sakini Zərərçəkmiş şəxs məxsus olan həmin kənddə yerləşən saxlanc yeri olan fərdi yaşayış evinə pəncərədən girmək yolu ilə qanunsuz daxil olaraq oradan 150 kiloqram çəkidə, 600 manat dəyərində fındığı, bir ədəd 60 manat dəyərində «Samsung S4» markalı mobil telefonu, 20 manat məbləğində qəpik pulları gizli yolla ələ keçirib talayaraq ümumilikdə Zərərçəkmiş şəxs 680 (altı yüz səksən) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, işdə olan digər sübutların bilavasitə tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər məhkum olunmamış və psixi xəstəliklər keçirməmişdir. Balakən rayonu Qazma kəndində qeydiyyatdadır, hazırda ailəsi ilə birlikdə həmin ünvanda nənəsinin yanında yaşayır. Fəhləliklə dolanır. 2018-ci ildən Bakıda yaşamışdır. Aradabir Balakən rayonu Qazma kəndində yerləşən mərhum atasının evinə nənəsinə və əmisinə baş çəkməyə gəlmişdir. Hər dəfə rayona gələndə anasının Balakən rayonu Tülü kəndində yaşayan xalası Rənaya da baş çəkmişdir. xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində “Rent a Car” şirkətindən kirayə götürdüyü “Shevrolet Kruz» markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə Balakən rayonu Qazma kəndində yaşayan nənəsi və əmisi Abdullayev Cəmilgilə qonaq gəlmişdir. xx.xx.2022-ci il tarixdə səhər 06 radələrində Balakən rayonuna çatmışdır. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə səhər saat təxminən 10 radələrində Rəna xalagilə getdikdə onları evdə tapmamışdır. Rəna xalagilə gələrkən qonşu evin həyət qapısında qıfıl olduğunu görərək, həmin evdə heç kimin olmadığını başa düşmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Rəna xalagilin həyətindən kubik hasarı aşaraq, həmin qapısında qıfıl olan evin həyətinə daxil olmuşdur. Həmin evin mətbəxinin pəncərəsi açıq olmuşdur. Pəncərəyə milçəkdən qorunmaq üçün tor vurulmuşdu. Həmin toru da dartıb çıxartmışdır. Mətbəxdən çıxdıqda səhv etmirsə, sağ tərəfdəki otaqda yerə sərilmiş vəziyyətdə fındıq görmüşdür. Həmin fındığın yanında da yerdə bir neçə dənə sintetik kisələr olmuşdur. Yerdəki fındığı üç ədəd sintetik kisələrə doldurmuşdur. Kisələri həmin yerdə qoyub başqa otaqlara keçmişdir. Mətbəxdən çıxdıqda sağa dönən yerdə balaca “tumboçka”nın üzərində bir ədəd “Samsung S4” markalı telefon görmüş və həmin telefonu götürmüşdür. Digər otağa keçdikdə həmin otaqda stolun üstündə üzərində dollar şəkli olan balaca dəmir kassa görmüşdür. Həmin kassanın içində qəpiklər olmuşdur. Kassanı da stolun üstündən götürmüşdür. İçərisində qəpik pullar olan bir ədəd dəmir kassanı, həmin 3 ədəd içərisinə fındıq doldurduğu kisələri və “Samsung S4” markalı mobil telefonu götürüb elə gəldiyi yerdən pəncərədən həyətə düşmüş və hasardan aşdığı yerdən geri Rəna xalagilin həyətinə gəlmişdir. Oradan da oğurladığı əşyaları idarə etdiyi avtomobilə yükləyib Balakən şəhər bazarına gəlib, bazarda 4-cü və ya 5-ci “toçka”da dayanan, adını bilmədiyi, tanımadığı, hazırda əlamətlərini xatırlamadığı fındıq alıcısına 150 kiloqram çəkidə olan fındığı satmışdır. Bazarın içərisində olan qırmızı rəngli yanacaqdoldurma məntəqəsinə oğurladığı həmin qəpik pulları verib maşına benzin vurmuşdur. Qəpik pullar cəmi 20 manat eləmişdir. Həyat yoldaşını uşaqla birlikdə əslində rayona qaynanasıgilə iki günlük gətirmişdi. Lakin oğurluq etdikdən sonra, fındığı da satıb maşına benzini vurduqdan sonra kəndə gəlmiş və uşaqla həyat yoldaşını maşına mindirib nahardan sonra geri Bakıya qayıtmışdır. Həyat yoldaşına da təcili işinin çıxdığını bildirmişdir. “Samsung S4” markalı telefonu isə Bakı şəhərinə çatdıqdan iki gün sonra “Neftçilər” metrostansiyasının yanındakı telefon mağazalarının birinə 25 (iyirmi beş) manat pula satmışdır. Hazırda hansı mağazaya satdığını xatırlamır. Oğurluq etdiyi zaman tək olmuşdur. Başqa heç bir yerdən oğurluq etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş rəylə tanış olduğu zaman törətdiyi oğurluq nəticəsində Zərərçəkmiş şəxs 680 manat məbləgində ziyan vurduğu ona aydın olmuşdur. Ekspert rəyi ona izah olunmuşdur, ekspert rəyi ilə razıdır. Özü vərəm xəstəsidir və daim xəstəxana və ev şəraitində müalicə olunur. Himayəsində bir azyaşlı uşaq vardır. Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində vurduğu ziyanı könüllü şəkildə tam ödəmiş və Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayəti yoxdur. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Balakən rayonu Tülü kəndində həyat yoldaşı ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. 24 sentyabr 2022-ci il tarixdə saat 09:30 radələrində həyat yoldaşı X8 özünü yaxşı hiss etmədiyinə görə onu Balakən MRX-ya həkim müayinəsinə aparmışdır. Həyat yoldaşı Zinyət həkim müayinəsindən keçdikdən sonra təxminən saat 10:30 radələrində Balakən rayonu Tülü kəndində yerləşən evə qayıtmışlar. Evin qapısını açarla açmış, evə daxil olduqda mətbəxin pəncərəsindəki torun yerində olmadığını görmüşdür. Pəncərəni evdən çıxdıqları zaman özləri açıq qoymuşlar. Mətbəxdə ayaq izlərini gördükdə evə kiminsə daxil olduğunu başa düşmüşdür. Yataq otağına keçdikdə isə yatağın dağıdıldığını, balkonda yerləşən şkafların açıq olduğunu, digər otaqlarda yerləşən rəflərin və şkafların da açıq olduğunu görmüşdür. Bundan sonra evin içindəki kassaya baxdıqda orada olan 20 manat qəpik pulun və digər otaqlarda yerləşən stolun üstündəki qiyməti 100 manat olan işlənmiş köhnə «Samsung S4» markalı mobil telefonun oğurlandığını aşkarlamışdır. Bundan başqa yataq otağına yerə qurumaq üçün sərdiyi 150 kiloqram çəkidə fındığın da oğurlandığını aşkarlamışdır. Bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Sonradan onun evində oğurluğun X6 tərəfindən edildiyini bilmişdir. Ümumilikdə təqsirləndirilən şəxs X6 tərəfindən yaşadığı evdən ona məxsus olan qurutmaq üçün yerə sərdiyi 150 kiloqram çəkidə fındıq, 2019-cu ildə qohumundan işlənmiş vəziyyətdə 100 manata aldığı 2012-ci ildə istehsal olunmuş 01 (bir) ədəd Samsung S4 markalı mobil telefon və 20 manat qəpik pullar oğurlanmış və ona cəmi 680 manat məbləgində ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs X6 tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan könüllü şəkildə tam olaraq ona ödənilmiş və onunla barışıq əldə edilmişdir. X1 qarşı heç bir tələb və şikayəti yoxdur. X4 yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Balakən rayonu Tülü kəndində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Xəstəliyinə görə təqaüd alır. Heç bir yerdə işləmir. 24 sentyabr 2022-ci il tarixdə saat təxminən 09:30 radələrində xəstə olduğuna görə həyat yoldaşı onu Balakən MRX-ya həkim müayinəsinə aparmışdır. Həkim müayinəsindən keçdikdən sonra təxminən saat 10:30 radələrində Balakən rayonu Tülü kəndində yerləşən evlərinə qayıtmışlar. Evə darvazadan daxil olmuşlar. Evin qapısını açarla açmış, evə daxil olduqda həyat yoldaşı Zərərçəkmiş şəxs mətbəxin pəncərəsindəki torun yerində olmadığını görmüşdür. Pəncərəni evdən çıxdıqları zaman özləri açıq qoymuşlar. Mətbəxdə ayaq izlərini gördükdə evə kiminsə daxil olduğunu başa düşmüşlər. Yataq otağına keçdikdə isə yatağın dağıdıldığını, balkonda yerləşən şkafların açıq olduğunu, digər otaqlarda yerləşən rəflərin və şkafların da açıq olduğunu görmüşlər. Bundan sonra evin içindəki kassaya baxdıqda orada olan 20 manat qəpik pulun və digər otaqlarda yerləşən stolun üstündəki köhnə «Samsung S4» markalı mobil telefonun oğurlandığını aşkarlamışlar. Bundan başqa yataq otağına yerə yoldaşının qurumaq üçün sərdiyi 150 kiloqram çəkidə fındığın da oğurlandığını müəyyən etmişlər. Yoldaşı Fəxrəddin bu barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonradan ibtidai istintaq zamanı evlərində olan oğurluğun X6 tərəfindən törədildiyi məlum olmuşdur. Oğurluq nəticəsində həyat yoldaşı Zərərçəkmiş şəxs ümumilikdə 680 manat ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs vurduğu ziyanı könüllü şəkildə tam olaraq ödəmiş və zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış Balakən RPŞ-nin TB-nin təhqiqatçısı Ruslan Quliyev tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11:15-dən 11:40-dək olan müddət ərzində Balakən rayonu Tülü kəndində keçirilmişdir. Baxış zamanı aşagıdakılar aşkar edilmişdir: Balakən rayonu Tülü kənd sakini Zərərçəkmiş şəxs Əhməd oğluna məxsus evin darvaza qapısından daxil olduqda qarşı tərəfdə birmərtəbəli ev, sol tərəfdə yarımtikili dam vardır. Zərərçəkmiş şəxs müraciətində qeyd etdiyi və göstərdiyi naməlum şəxsin evə daxil olduqları pəncərə evin sağ tərəfindədir. Naməlum şəxs həmin pəncərədən daxil olaraq mətbəxdən içəri otaqlara keçmişdir. Evin içərisinə baxdıqda ətraf dağınıq vəziyyətdə olmuş, bütün qapalı yerlər axtarılmış və evdən Zərərçəkmiş şəxs qeyd etdiyinə görə yataq otağına qurumaq üçün yerə sərdiyi 150 kq fındıq,1 ədəd Samsung S4 markalı mobil telefon və 20 manat məbləgində pul oğurlanmışdır. Hadisə yerinə baxış keçirilərkən kriminalist tərəfindən əl-barmaq izləri götürülmüşdür. Hadisə yerində çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 noyabr 2022-ci il tarixi 9/7346 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur:- 01 ədəd 2012-ci il istehsalı olan “Samsung S4” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq – 60,0 manat;- 150 kq fındıq – 600,0 (150x4 man) manat. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 011-11612-1222 nömrəli məktubda tədqiqat materiallarına əsasən göstərilmişdir ki, Balakən RPŞ-nin xx.xx.2022-ci il tarixli 109-24010 nömrəli məktubu vasitəsilə xx.xx.2022-ci il tarixdə Balakən rayonu Tülü kənd sakini Zərərçəkmiş şəxs evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri və vət. Zərərçəkmiş şəxs, vət. X5 adına çıxarılmış 02 ədəd daktiloskopik xəritə xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur; tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (Balakən RPŞ-dən daxil olan) xx.xx.2000-ci il tarixdə Balakən rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin baş barmağının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 09 avqust 2021-ci il tarixdə verilmiş AZ-İV 617771 nömrəli doğum haqında şəhadətnamədən görünür ki, 23 iyun 2021-ci il tarixdə doğulmuş X7 olmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır. İş materiallarında olan Bakı şəhəri 4 saylı X13 05 oktyabr 2022-ci il tarixdə verilmiş 890 nömrəli xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs sağ ağciyərin vərəmi xəstəliyi diaqnozu qoyulmaqla ona müalicə təyin edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə saat 21.45-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə şübhəli şəxs qismində tutulmuş və 16 oktyabr 2022-ci il tarixdə saat 18.30-da Balakən RPŞ-nin MSY-dən azad edilərək, barəsində polsin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamə üzrə xx.xx.2022-ci il tarixli 7 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 06 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyan 680 manat məbləğində qiymətləndirilmişdir. İşə əlavə olunmuş Zərərçəkmiş şəxsunun məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi və mənəvi ziyanı tam olaraq ona ödəmiş və onunla barışıq əldə etmişdir. Onun təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iş üzrə Zərərçəkmiş şəxs və şahid X5 ifadələrini, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 noyabr 2022-ci il tarixi 9/7346 nömrəli rəyini, Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 011-11612- 1222 nömrəli məktubu və tədqiqat materiallarını, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və yuxarıda göstərilən və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas və onun şəxsiyyətini xarakterizə edən hal kimi qəbul edir. Bu xüsusda İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X3rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya və təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hal kimi dəyərləndirilə bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Oğurluğun, yəni özgənin əmlakını gizli olaraq talamanın yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və CM-nin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə işin hallarına və göstərilən qanun normalarına istinad edib, himayəsində bir azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödəməsini, ilk dəfə cinayət əməli törətməsini, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini və vərəm xəstəsi olmasını X2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də ilk dəfə cinayət əməli törətməsi, bununla da psixikasında kriminogen meyllərin model davranışa çevrilməməsi, vurduğu ziyanı tamamilə ödəməsi və zərərçəkmiş şəxslə barışlıq əldə etməsi konteksində onu davamlı kriminogen davranışa malik cinayət törətmiş digər şəxslərdən fərqləndirmək üçün nəzərə alınmalıdır. Belə yanaşma təqsirləndirilən şəxsin törətdiyi əmələ və onun şəxsiyyətinə ədalətli münasibətdən başqa onun islah olunması və qanunlara hörmət etmə yoluna qayıtması üçün də bir stimul rolunu oynayacaqdır. Ona görə də işin faktoloji halları və hüquqi qiymətləndirmə baxımından təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsinin cəzasını yüngülləşdirən hal qismində nəzərə alınması əsaslıdır. Məhkəmə eyni zamanda bildirir ki, Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə səmimi peşman olduğunu bildirməsi, onun öz əməlinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bununla bağlı diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (AR CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstünyalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi məhz onun istinad olunan Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Həm də təqsirləndirilən şəxsin cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə səmimi peşman olması onun zərərçəkmiş şəxsə vurduğu ziyanı könüllü şəkildə tamamilə ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi konteksində də əsaslıdır və qəbul olunmalıdır. İşin faktoloji halları və hüquq normalarının tələbləri baxımından təqsirləndirilən şəxsin vərəm xəstəsi olmasının cəzasını yüngülləşdirən hal qismində nəzərə alınması isə ona qarşı hümanist yanaşmanın və digər cəzasını yüngülləşdirən halların xüsusunda onun əməlinə və şəxsiyyətinə adekvat hüquqi qiymət olmaqla əsaslı və ədalətlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və onun şəxsiyyətini xarakterizə edən hallar, o cümlədən cəzasını yüngülləşdirən halların mövcud olması və cəzasını ağırlaşdıran halların olmaması, vurulan ziyanın məbləğinin az olması və həmin ziyanın könüllü şəkildə tamamilə ödənilməsi və zərərçəkmiş şəxslə barışıq əldə edilməsi ilə bağlı əməlinə və şəxsiyyətinə adekvatlıq, islah olunmasına və ailəsinin həyat şəraitinə mənfi təsir edəcəyi xüsusunda ədalət prinsipinə zidd olardı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, himayəsində bir azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödəməsi, ilk dəfə cinayət əməli törətməsi, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi və vərəm xəstəsi olması kimi cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmasını, onun barəsində daha ciddi cəzanın təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təqsirləndirilən şəxs X2 14 oktyabr 2022-ci il tarixdən 16 oktyabr 2022ci il tarixədək tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla təyin olunacaq cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraat aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayət məsuliyyətindən azad edilməsi və habelə barəsində CM-in 70-ci maddəsinin təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Qazma kəndində yerləşən yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X17 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 8 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 14 oktyabr 2022-ci il tarixdən 16 oktyabr 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Qazma kəndində yerləşən yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X17 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmün icrası və Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrasına nəzarət edən Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Z.C.Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar