Məhkəmə qərarları › İş №1(019)-31/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-31/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-31/2023 30.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1992-ci il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Balakən Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli amnistiya aktı tətbiq edilmə qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və Şəki Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərarı ilə 01 ay 25 gün vaxtından əvvəl şərti azadlığa buraxılmış və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İ. Verilmiş ittihamın mahiyyəti İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, 13 noyabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evə gedən zaman H.Əliyev prospektində yolun kənarından taparaq qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,71 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı həmin sellofan bükümdə cibinə qoyub üzərində daşıyaraq öz şəxsi istifadəsi məqsədi ilə yaşadığı evə aparıb narkotik vasitəni ailə üzvləri görməsin deyə öz yataq otağındakı şəxsi əşyalarının arasında gizlədib saxlamış, daha sonra 17 noyabr 2022-ci il tarixdə saat 16 radələrində qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan bükümdəki təmiz çəkisi 5,71 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi yerdən götürərək əynindəki qara rəngli gödəkçənin sol yan cibinə qoyub öz şəxsi istifadəsi məqsədi ilə daşıyaraq üzərində saxlamış,17 noyabr 2022-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əzizov X15 RPŞ-nin X16 dəvət edilib təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq saat 16:50 dəqiqədən saat 17:30 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun Balakən şəhəri H.Əliyev prospektində yol kənarından taparaq qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, əldə edib öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxladığı 01 ədəd sellofan bükümdəki şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,71 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun əynindəki qara rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. İİ. Tərəflərin arqumentləri. A)Təqsirləndirilən şəxs ifadəsi Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 17 noyabr 2022-ci il tarixdə saat 12-13 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu avtomaşınına orta yaşlarında bir qadın oturmuş, Balakən şəhərinin Heydər Əliyev prospektində «Bazarbaşı» adlanan ərazidə həmin qadın çörək almaq üçün avtomaşından düşmüşdür. Bu zaman Balakən RPŞ-nin əməliyyatçıları olan iki nəfər şəxs avtomaşının qapısını açıb, onu avtomaşından düşürmüş və onlarla polis şöbəsinə gəlmədiyi təqdirdə arvadını tutacaqları, evinə isə külli miqdarda kiloqramlarla narkotik vasitə qoyacaqları ilə hədələmişlər. Polis əməkdaşları onu zorla öz avtomaşınlarına mindirib Balakən rayonu Qabaqçöl qəsəbəsinə aparmışlar. Bu zaman polis əməkdaşları söyləmişlər ki, braslet verilməklə o, məhkəmədən buraxılacaqdır. O, Balakən rayonu Sarıbulaq kəndində tutulmamışdır. Onun guya Sarıbulaq kəndində tutulması həqiqətə uyğun deyildir. Onu tutarkən polis əməkdaşları tutmanın səbəblərini, hüquq və vəzifələrini ona izah etməmiş, hər hansı qərar təqdim etməmiş və bu barədə soruşduqda polis şöbəsində ona deyiləyəcəyini bildirmişlər. Tutulduğu Balakən şəhərindən təxminən 30 dəqiqə ərzində Balakən RPŞ-nin X16 gətirilmişdir. Belə ki, taksi kimi işlədiyi üçün Balakən şəhərindən Qabaqçöl qəsəbəsində yerləşən polis bölməsinə qədər məsafənin təxminən 30 dəqiqə olmasını bilir. Burada bir neçə saat saxlanılmış, nə tutulan zaman, nə də X12 saxlanılan zaman ona hüquqları izah edilməmiş, müdafiəçi ilə təmin edilməmişdir. Polis əməkdaşları tərəfindən tutulana qədər onun üstündə, gödəkçəçinin cibində heç bir narkotik vasitə, o cümlədən qurudulmuş marixuana olmamışdır. X12 əməliyyatçıların otağına aparılmış, orada möhkəm döyülmüş və polis əməkdaşları onun cibinə narkotik vasitə qoymuş və vəkilin iştirakı ilə şəxsi axtarış aparılanda bu narkotik vasitənin ona aid olmasını söyləməsini bildirmişlər. Polis əməkdaşları əks təqdirdə onun cibinə kiloqamlarla narkotik vasitə qoyacaqlarını, narkotiklərin satışı ilə cinayət məsuliyyətinə cəlb olunacağını və ona ağır cəza veriləcəyini, həmçinin arvadını da məsuliyyətə cəlb edəcəklərini demişlər. O, bütun bu hədələrdən bərk qorxmuş və polis əməkdaşlarına cibinə az miqdarda marixuana qoymalarını xahiş etmişdir ki, ona cinayət işi açılmasın. Tutulmasından bir neçə saat sonra polis bölməsinə Afər adlı vəkil gəlmiş və əməliyyatçılarla səmimi qaydada öpüşüb görüşmüşdür. Vəkil onunla təklikdə görüşməmiş və hadisənin mahiyyətini ondan soruşmamışdır. Vəkil ondan arvadının telefon nömrəsini istəyəndə, o, vəkilə etibar etməmiş və nömrəni verməmişdir. Sonra kameranın qarşısında ona cibində narkotik vasitə varsa təqdim etməsini təklif etmiş, o da polis əməkdaşlarının X3 gödəkçəsinin cibinə qoyduqları içində narkotik vasitə qurudulmuş marixuana olan sellofan bükümü polis əməkdaşlarına təqdim etmiş, həmçinin onların suallarına cavab vermişdir. Polis əməkdaşlarının onun cibinə külli miqdarda narkotik vasitə qoyacaqlarından, özünün narkotiklərin satışı ilə və həmçinin arvadının cinayət məsuliyyətinə cəlb edəcəklərindən qorxaraq, fiziki və psixi təzyiqlər altında iradə ifadəsinin əleyhinə həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Axtarış başlamışdan əvvəl təhqiqatçı və ya digər polis əməkdaşları tərəfindən ona özünə qarşı ifadə verməmək hüququ izah edilməmiş, vəkil də ona polis əməkdaşlarının suallarına cavab verməməsi, yəni özünə qarşı ifadə verməməsi hüququna malik olduğunu ona bildirməmiş və ona keyfiyyətli hüquqi yardım göstərməmiş, polis əməkdaşlarına hər hansı irad bildirməmişdir. Sonra polis əməkdaşları ona məzmununu bilmədiyi sənədlərə imzalatdırmışlar. O, faktiki tutularkən tutulma haqqında protokol tərtib olunmamış, şübhəli şəxs qismində tutulması barədə protokol ona təqdim olunmamış, tutulmanın səbəbləri, nədə ittiham olunması ona bildirilməmiş, hüquqları və vəzifələri izah olunmamış, müdafiəçi ilə təmin edilməmişdir. Tutulduğu vaxt və axtarışdan əvvəl onun vəkillə təklikdə ünsiyyət saxlamaq, görüşmək, onunla birlikdə müdafiəsini hazırlamaq üçün heç bir imkan yaradılmamışdır. Eyni zamanda ona bu axtarışa etiraz etmək, qeydlərini yazmaq və sair hüquqları təmin edilməmişdir. İstintaq zamanı onun prosessual hüquqları izah edilməmişdir. Tutulan zaman, yəni polisin nəzarəti altına keçəndən sonra, tam sarsılmış vəziyyətdə olmuş, nə edəcəyini bilməmişdir. Həmin vaxt müdafiəçinin olmaması da bu mənəvi sarsıntılarını daha da artırmışdır. Belə ki, polisin əsassız olaraq onu narkotik vasitələrin küllü miqdarda saxlanması və satışı ittihamı ilə cinayət məsuliyyətinə cəlb edəcəyindən çox qorxmuşdur. Tutulması onun ailə üzvlərinə də xəbər verilməmiş, həmçinin tutulan zaman üstündə axtarış aparmamışlar. O, tutulana qədər üstündə narkotik vasitənin olmamasını və üstündə «aşkarlanan» narkotik vasitənin polis tərəfindən onun cibinə qoyulmasını təhqiqatçıya, sonradan isə müstəntiqə və prokurora bildirmiş, lakin onun dindirilmə protokollarında və cinayət işinin digər materiallarında bunlar əks olunmamış, bununla bağlı ibtidai istintaq orqanı tərəfindən heç bir araşdırma aparılmamış, təhqiqatçı, müstəntiq və prokuror tərəfindən bu hallara heç bir hüquqi qiymət verilməmişdir. O, polislərin təzyiqi nəticəsində, dediklərinə razılaşmadığı təqdirdə, ona külli miqdarda narkotik vasitənin saxlanması və satışı ittihamı veriləcəyindən və arvadının da cinayət məsuliyyətinə cəlb ediləcəyindən qorxub, guya narkotik vasitəni tapması barədə yalan ifadə vermişdir. Polis bölməsində döyüldüyü üçün guya narkotik vasitəni əvvəl Qaradağda həbsxana yoldaşı olduğu Ruslanla birlikdə istifadə etməsini bildirmiş, ibtidai istintaqda bu barədə yalan ifadə vermiş, 10-15 gün sonra ifadəsini dəyişmək üçün ibtidai istintaqa çağrılmış, narkotiki Ruslanla birlikdə istifadə etməsi barədə ifadəsini dəyişlərək, həmin narkotik vasitəni yerdən tapdığını söyləməli olduğunu bildirmişlər. O da belə məzmunda yazılmış ifadəyə imza etmişdir. Onun ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri həqiqəti əks etdirmir. Onun məhkəmə iclasında verdiyi ifadəsi isə doğrudur. Polis əməkdaşları həmçinin həyat yoldaşının iş yerinə gedib şikayətləri davam edəcəyi təqdirdə onu cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə bağlı təhdid ediblər. İbtidai araşdırma aparılan zaman hüquqları pozulmuş və ona qarşı sübutlar qanunsuz yolla əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinin əsasında polis tərəfindən onun cibinə qoyulan narkotik vasitə olan qurudulmuş marixunanan üstündə «tapılması» durmuşdur ki, bütün digər «sübutlar» da bunun əsasında əldə edilmişdir. Belə ki, ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə verilmiş ittiham üzrə ekspertizaların rəyləri, şahid ifadələri və digər sənədlər yalnız onun cibinə polis tərəfindən qoyulan narkotik vasitə ilə, yəni qanunsuz yolla əldə edilən maddi sübutla bağlı olmuşdur. Ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə verilən ittiham üzrə ibtidai istintaqda ifadə verən şahidlər onun tutulmasında iştirak edən polis əməkdaşları olmuşlar. Onun barəsində azadlıq hüququ və ədalətli araşdırma hüququ pozulmuşdur. O, qanunsuz yolla əldə edilmiş sübutlarla məhkum oluna bilməz. Ona görə də barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə bəraət hökmünün çıxarılmasını xahiş edir. B) Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsi Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərimşdir ki, Təqsirləndirilən şəxs arvadıdır. Balakən şəhərində «İstanbul» paltar mağazasındla satıcı işləyir. 17 noyabr 2022-ci il tarixdə uşağının ad günü olmuşdur. Həmin gün saat 10.30-da Təqsirləndirilən şəxs zəng edib, gedib tortu götürməsini ondan xahiş etmişdir. Sonra saat 12-yə işləmiş İslam onun iş yerinə gəlmiş və evə gedib əynini dəyişəcəyini bildirmişdir. Bundan sonra bir dəfə də İslamın işlədiyi mağazanın qarşısından avtomobillə keçdiyini görmüşdür. 17 noyabr 2022-ci il tarixdə saat 12 radələrində İslama zəng etdikdə, onun telefonuna zəng çatmamışdır. Bir qədər gözlədikdən sonra polisdən İslamın harada olması ilə bağlı maraqlanmışdır. Buna səbəb bir gün öncə İslamın tanışı Nicat Sultanovun onun polis çağrılıb İslamın üzünə durmasını tələb etdiklərini bildirməsi olmuşdur. Axşam vəkil Afər zəng edib İslamı tutduqlarını bildirmiş və onu öz ofisinə dəvət etmişdir. O, Afərə şikayət edəcəyini demişdir. Səhəri gün polis əməkdaşları Elnur və Elvin iş yerinə onun yanına gəlib, İslamı axtarmaq üçün kimə zəng etməsini soruşmuş, cavabında «Nafko» ayamalı adını bilmədiyi şəxsə zəng etdiyini söyləmişdir. Sonra onlar onun mobil telefonunu götürüb baxış keçirmişlər. 48 saat tutulma müddəti bitdikdən sonra İslam evə gəlmişdir. Təqsirləndirilən şəxs ona bildirdiyinə görə İslam 17 noyabr 2022-ci il tarixdə saat 12-13 radələrində polis əməkdaşları tərəfindən Balakən şəhərinin «Bazarbaşı» adlanan ərazisində heç bir əsas olmadan tutulmuş və oradan Balakən RPŞ-nin X17 aparılmış, burada polis əməkdaşları ona zor tətbiq etmiş, həmçinin narkotik vasitə olan qurudulmuş marixuananı onun cibinə qoymuşlar. Polis əməkdaşları həmin narkotik vasitənin ona məxsus olmasını bildirmədiyi halda İslamı külli miqdarda narkotik vasitə saxlaması və satışı ilə, həmçinin arvadının cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələmiş, nəticədə İslam ona tətbiq edəln fiziki və psixi təzyiqlərə davam gətirməyərək, iradəsinin əleyhinə həmin narkotik vasitənin ona məxsus olması ilə bağlı yalan ifadə vermişdir.

2. İttiham tərəfinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ittiham olunması ilə bağlı təqdim etdiyi sübutlar- şəxsi axtarışın keçirilməsinə dair 17 noyabr 2022-ci il tarixli protokol, həmin axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski, 12 dekabr 2022-ci il tarixli qərarla tanınmış maddi sübut, polis əməkdaşları-Şahid1 və Şahid2 ifadələri, məhkəməbioloji ekspertizasının 17 noyabr 2022-ci il tarixli 17/847 nömrəli rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 dekabr 2022-ci il tarixli 1847 nömrəli rəyi və Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı «tapılması» göstərilən maddi sübutla bağlı istintaq hərəkətlərinin nəticələri təşkil edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin X12 əməliyyat müvəkkili vəzifəsində çalışır və polis leytenantı rütbəsini daşıyır. 17 noyabr 2022-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, daha sonra həmin məlumat onun tərəfindən raportla Polis Bölməsinin rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə həmin tarixdə Balakən RPŞ-nin TH-nin inspektoru polis serjantı Şahid2 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı saat 16:00 radələrində Təqsirləndirilən şəxs Balakən rayonu Sarıbulaq kəndi ərazisində saxlanılaraq X16 dəvət olunmuşdur. Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. Polis Bölməsinə gəldikdən sonra xidməti otaqların birində Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Ruslan Quliyev tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş, onun vəkillər siyahısından seçdiyi Müdafiəçi1 PB-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Ruslan Quliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Ruslan Quliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi təhqiqatçı Ruslan Quliyev tərəfindən elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə ümumi çəkisi 5,9 qram təşkil etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzəridən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini haradan əldə etməsi barədə sual verildikdə, Balakən rayonu Talalar kənd sakini «Ruslan” adlı şəxsdən 05 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi təhqiqatçı Ruslan Quliyev tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış prosesi Balakən RPŞ-nin PPXB-nin pols nəfəri, polis baş serjantı Arif Ağcayev tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda təhqiqatçı Ruslan Quliyev tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əzizov X15 rayonu Sarıbulaq kəndində tutulduqdan sonra 10-15 dəqiqə ərzində nəzarətləri altında X16 aparılmışdır. Tutulduqdan və Balakən RPŞ-nin X16 aparıldıqdan sonra Təqsirləndirilən şəxs təxminən bir saat vəkilsiz polis əməkdaşlarının nəzarəti altında olmuşdur. Lakin tutulduqdan sonra və X18 polis nəzarətində olduğu zaman Təqsirləndirilən şəxs cibinə narkotik vasitə qoyulmamış, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsini boynuna alması təklif edilməmiş, əks təqdirdə onun CM-nin külli miqdarda narkotik vasitə saxlanması, narkotiklərin satışı maddəsilə cinayət məsuliyyətinə cəlb ediləcəyi və arvadının da cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə hədələnməmiş, ona polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təzyiqlər edilməmişdir. Təqsirləndirilən şəxs tutulma prosesi videoya çəkilməmiş, tutulma ilə üstündə şəxsi axtarışın aparılması arasında təqribən 50 dəqiqə vaxt məsafəsi olmuşdur. Təqsirləndirilən şəxsovun tutulması ilə üstündə şəxsi axtarışın aparılması arasında olan 50 dəqiqə vaxt ərzində Təqsirləndirilən şəxs polis əməkdaşlarının tam nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxs haqqında üstündə narkotik vasitə olması və narkotiklərdən istifadə etməsi barədə əməliyyat məlumatı olmuş, bu əməliyyat məlumatı əsasında da Təqsirləndirilən şəxs həbs olunmuş və üstündə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olması, o cümlədən narkotik vasitələri saxlaması, üstündə gəzdirməsi və istifadə etməsi ilə bağlı onlarda hər hansı sübutlar; gizli videogörüntülər, telefon danışıq məlumatları, agent məlumatları, cinayətin izləri, maddi sübutlar, şahid ifadələri və sair sübutlar olmamışdır. Həmçinin Balakən RPŞ-də və həmin şöbənin X12 Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar olmamış və əməliyyat qeydiyyat işi açılmamışdır. Onlarda əməliyyat məlumatından başqa, Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə heç bir fakt, məlumat və sübutlar olmamışdır. Həmçinin onların Təqsirləndirilən şəxs Sarıbulaq kəndində tutulduqdan dərhal sonra onun üstündə şəxsi axtarış keçirmək üçün texniki imkanları olmamışdır. Bu əməliyyət məlumatının kimdən daxil olması və onun qeydə alınıb-alınmaması barədə onda məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin TH-nin inspektoru, polis serjantı Şahid2 da şahid-Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan 17 noyabr 2022-ci il tarixdə saat 16.30-da Qabaqçöl qəsəbəsində tərtib olunması göstərilən şübhəli şəxsi tutma protokolunda Təqsirləndirilən şəxs Balakən rayonu Qabaqçöl qəsəbəsində 17 noyabr 2022-ci il tarixdə saat 16.30-da tutulması qeyd edilərək, tutulmanın əsası kimi onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yaranması göstərilmişdir. İş materiallarında olan 17 noyabr 2022-ci il tarixdə tərtib olunması göstərilən şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolda 17 noyabr 2022-ci il tarixdə saat 16.50-dən saat 17.30-dək olan müddətdə Təqsirləndirilən şəxs üstünə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümdə olan narkotik vasitə olan marixuanaya oxşar spesifik iyə malik kütlənin aşkar olunması, həmin kütlənin elektron tərəzidə çəkilməsi, çəkisinin sellofan bükümlə birlikdə 5,90 qram olduğunun müəyyən olunması və qeyd olunan kütlənin zərfə qoyulub möhürlənərək götürülməsi göstərilmişdir. Protokolda onu tərtib edən şəxsin Balakən RPŞnin təhqiqat qrupunun təhqiqatçısı Ruslan Quliyev olması, şəxsi axtarışda iştirak edən şəxslərin polis əməkdaşları Şahid1 və Şahid2 olması (hazırki iş üzrə şahidlər) qeyd olunmuşdur. İş materiallarında olan 18 noyabr 2022-ci il tarixli şübhəli şəxsi dindirmə protokolundan (iş vərəqi 52-54) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmasının göstərildiyi vaxtdan bir gün sonra şübhəli şəxs kimi dindirilmişdir. Belə ki, protokolla onun 17 noyabr 2022-ci il tarixdə, saat 16.30-da tutulmasının qeyd olunmasına, polis əməkdaşlarının ifadələrinə görə 17 noyabr 2022-ci il tarixdə saat 16 radələrində, Təqsirləndirilən şəxs məhkəmədə bildirdiyinə görə isə 17 noyabr 2022-ci il tarixdə saat 12-13 radələrində tutulmasının göstərilməsinə baxmayaraq, o, dərhal sonra deyil, bir gün sonra, yəni 18 noyabr 2022-ci il tarixdə saat 17.06-dan saat 17.45-dək şübhəli şəxs qismində dindirilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 17 noyabr 2022-ci il tarixli, 17/847 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində «Vət.Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümdə…» sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-5,71 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi-5,71 qram, tədqiqata sərf olundu-0,05 qram, qalıq-5.66 qram. Ekspertiza tədqiqatının dəyəri 35,97 manat təşkil edir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 12 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarından görünür ki, 5,71 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 dekabr 2022-ci il tarixli 1847 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindlən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Balakən RPŞ-nin rəis müavini X19 Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-13-66/2-1082/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə Təqsirləndirilən şəxs barəisndə olan cinayət işi üzrə sorğuya cavab olaraq bildirilir ki, «Viator Mikrokredit MMC» Bank olmayan kredit təşkilatının Balakən rayon filialının Balakən şəhəri H.Əliyev prospektində yerləşən binasının videomüşahidə kameralarının yaddaş saxlama müddətinin 15 gün olması ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə saat 12.00-dan saat 13.00-dək olan müddəti əks etdirən görüntülərin götürülməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Balakən RPŞ-nin rəis müavini X19 Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-13-66/2-1083/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə Təqsirləndirilən şəxs barəsində Balakən Rayon Polis Şöbəsində əməliyyat-qeydiyyat işi açılmamışdır. xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən şəhəri H.Əliyev prospekti ev 35, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli bilinərək X16 dəvət olunmuş və üzərində şəxsi axtarış aparılarkən 1 ədəd sellofan bükümdə 5,71 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. xx.xx.2022-ci il tarixdə faktla bağlı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ********* nömrəli cinayət işi başlanmış, Balakən RPŞ-nin İstintaq Bölməsində istintaqı aparılmış və xx.xx.2022-ci il tarixdə istintaqı yekunlaşdırılaraq ittiham aktı ilə birgə baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin Balakən filialının 01 fevral 2023-cü il tarixli BA/34 nömrəli məktubundan görünür ki, məhkəmənin 11 yanvar 2023-cü il tarixli 1(019)—31/2023 nömrəli soruğusuna cavab olaraq bildirilir ki, filialda quraşdırılmış videokameraların görüntü saxlama müddəti yaddaşından asılı olaraq 15 gün təşkil edir. Bu səbəbdən də sorğuda qeyd olunmuş 17 noyabr 2022-ci il tarixdə olan görüntülərin təqdim edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş «Azersell MMC»-nin Balakən Rayon Məhkəməsinə ünvanladığı 06 iyun 2023-cü il tarixli 12593 nömrəli məktubdan görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli, 1 (019)-31/2023 saylı məktubunun icrası olaraq bildirilir ki, qeyd edilən nömrədə xx.xx.2022-ci il saat 11.00-dan 15.00-dək zəng və sms qeydə alınmamışdır. İşin digər zəruri halları halları Balakən RPŞ-nin X13 əməliyyat müvəkkili Şahid1 həmin bölmənin rəisi Vilayət Allahverdiyevə tarixi xx.xx.2022-ci il göstərilən raportla müraciət edərək, xx.xx.2022-ci il tarixdə Balakən şəhəri H.Əliyev prospekti, ev 35-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatının daxil olduğunu qeyd etmiş və yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edilən məlumatın yoxlanılması üçün aidiyyəti üzrə göstəriş verilməsini ondan xahiş etmişdir. Balakən RPŞ-nin X13 əməliyyat müvəkkili Şahid1 həmin bölmənin rəisi Vilayət Allahverdiyevə tarixi xx.xx.2022-ci il göstərilən raportla müraciət edərək, xx.xx.2022-ci il tarixdə Balakən şəhəri H.Əliyev prospekti, ev 35-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan tərəfindən Polis Bölməsinə gətirildiyini bildirərək, yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsini xahiş etmişdir. İş materiallarına əsasən işin faktoloji halları olaraq həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Balakən RPŞ-də əməliyyat-qeydiyyat işi açılmamış, buradan da onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı məlumat əməliyyat-qeydiyyat işinə daxil edilməmiş, həmçinin Balakən RPŞ-də Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair sanksiyalaşdırılmış heç bir qərar qəbul edilməmiş, hər hansı əməliyyat qrupu yaradılmamış və Təqsirləndirilən şəxs barəsində polis əməkdaşı Şahid1 ehtimal etdiyi məlumatla bağlı heç bir əməliyyat-axtarış tədbiri həyata keçirilməmiş və ya araşdırma aparılmamış, onun tutulması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmamış, ibtidai araşdırma orqanı tərəfindən də bu xüsusatlara heç bir hüquqi qiymət verilməmişdir. İş materiallarında hər hansı əməliyyat-axtarış tədbirlərinə və bu barədə qəbul edilən hər hansı qərara məhkəmə və ya prokuror nəzarətinin həyata keçirilməsi, məhkəmə və ya prokuror tərəfindən həmin tədbirlərin və qərarın qanuni və ya qanunsuz hesab edilməsi barədə heç bir məlumat, fakt və sübut yoxdur və ittiham tərəfi də bu barədə hər hansı bir sübut təqdim etməmişdir. Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısının 18 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə cinayət işi başlanmışdır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdən 19 noyabr 2022-ci il tarixədək həbsdə olmuş, o, Balakən RPŞ-nin İB-nin müstəntiqinin qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə 19 noyabr 2022-ci il tarixdə həbsdən buraxılmışdır. İİİ.Müvafiq Daxili və Beynəlxalq Qanunvericilik və Təcrübə A) Azərbaycan Respublikasının Konstitusiyası Maddə 12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 28, İ, İİ və İİİ hissələr. Hər kəsin azadlıq hüququ vardır; azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər; qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Maddə 61, İİİ hissə. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Maddə 63, İİ və İV hissələr. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Maddə 66. Heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən olunur. Maddə 67, İ hissə. Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir. Maddə 71, İ və İİ hissələr. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Maddə 127, İV hissə. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. İşlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmalıdır. Maddə 148, İİ hissə. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Maddə 151. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativhüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. B) İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 5-ci madddəsi (azadlıq hüququ): 1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz: (a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra, şəxsi qanuni həbsə almaq; (b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması; (c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması; (d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn qanuni həbsə alınması; (e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların, səfillərin qanuni həbsə alınması; (f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədilə və ya barəsində deportasiya yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması.

2. Tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir.

3. Bu maddənin İ bəndinin «c» alt bəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəmədə iştirak etmə təminatlarının təqdim edilməsilə şərtləndirilə bilər.

4. Tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılmaq hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.

5. Bu maddənin müddəalarının pozulması ilə tutulmadan və ya həbsə almadan zərər çəkmiş hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ var. Maddə 6 (ədalətli məhkəmə araşdırması hüququ):

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin, yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.

2. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.

3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir: (a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq; (b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; (c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək; (d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq; (e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə tərcüməçinin pulsuz köməyindən istifadə etmək. Avropa Konvensiyasının 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir Avropa Konvensiyasının 46-cı maddəsinin 1-ci hissəsinə əsasən hər bir razılığa gələn yüksək tərəf istənilən anda bildirə bilər ki, o, məhkəmənin bu Konvensiyanın şərhinə və tətbiqinə dair bütün məsələlər üzrə məcburi olan yurisdiksiyasını xüsusi saziş olmadan və ipso-facto tanıyır. «Beynəlxalq müqavilələrin bağlanması, dəyişdirilməsi və denonsasiyası haqqında» 1969-cu il Vyana Konvensiyasının 3-cü maddəsində deyilir ki, beynəlxalq müqavilələr onların tətbiqi təcrübəsi ilə birlikdə məcburi xarakter daşıyır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqlarının və X8 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəalarının rəhbər tutulması və bu zaman İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməsi tövsiyyə olunmuşdur. C) X1 Azərbaycan Respublikasının Qanunu Maddə 1.İİİ hissə. Əməliyyat-axtarış fəaliyyətinin vəzifələri:1) hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi; məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itkin düşən şəxslərin axtarılması; naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi. Maddə 4, İİ hissə. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır. Maddə 11, İİ hissə. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblər aşağıdakılardır: 1) fiziki şəxslərin ərizələri; 2) müəssisə, idarə, təşkilatların vəzifəli şəxslərinin müraciətləri; 3) mediada dərc olunmuş məlumatlar; 4) əməliyyat-axtarış fəaliyyəti subyektlərinin bilavasitə əldə etdikləri məlumatlar; 5) əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin yazılı sorğuları; 6) Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanlarını və xüsusi obyektlərini mühafizə edən orqanlarının yazılı sorğuları; 7) cinayət işləri üzrə təhqiqatı və ya istintaqı aparan şəxslərin yazılı tapşırıqları; 8) xarici dövlətlərin hüquq-mühafizə orqanlarının və ya müvafiq beynəlxalq təşkilatlarının rəsmi sorğuları; 9) kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin yazılı sorğuları. Maddə 11, İİİ hissə. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 1) məhkəmənin (hakimin) qərarları; 2) istintaq orqanlarının qərarları; 3) əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları. Maddə 11, İV hissə. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə məhkəmənin (hakimin), istintaq orqanının və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektinin qərarı yalnız aşağıdakı hallarda qəbul oluna bilər: 1) başlanmış cinayət işi mövcud olduqda: 2) (Çıxarılıb); 3) cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayət hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda; 4) dövlət təhlükəsizliyinə və ya müdafiə qabiliyyətinə təhlükə yaradan hadisə baş verdikdə, yaxud onun qarşısı alındıqda; 5) şəxs məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizləndikdə, cəza çəkməkdən boyun qaçırdıqda, yaxud itkin düşdükdə; 6) naməlum meyit aşkar edildikdə. Maddə 12, İ, İİ və İİ hissələr: Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar, yazılı tapşırıq və ya rəsmi sorğu yalnız Azərbaycan Respublikasının qanunvericiliyinin əsasında belə səlahiyyətə malik olan şəxs tərəfindən verilə bilər; əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda, yazılı tapşırıqda və ya rəsmi sorğuda belə tədbirin zəruriliyi əsaslandırılmalıdır; bu Qanunun 10-cu maddəsinin İ hissəsinin 3 - 5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda bundan başqa aşağıdakılar mütləq öz əksini tapmalıdır: 1) müvafiq tədbir keçirmək təklifi verən əməkdaşın soyadı, adı, atasının adı və vəzifəsi; 2) haqqında tədbir keçirilməsi təklif edilən şəxsin soyadı, adı, atasının adı və ya obyektin təsviri; 3) müdaxilə xarakterli üsul və vasitələrin tətbiq olunması haqqında tələbi əsaslandıran faktlar; 4) adi təhqiqat üsulu vasitəsi ilə zəruri məlumatın alınmasının qeyri-mümkünlüyünün əsaslandırılması; 5) müdaxilə xarakterli üsul və vasitələrin tətbiqinin nəzərdə tutulan müddəti; 6) tədbir keçirməsi ilə əlaqədar əldə edilə bilən nəticə… Maddə 15, İ. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi olduqda bu qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyatqeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır; İİ. Əməliyyat-axtarış fəaliyyətinin subyektində məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənilən, cəza çəkməkdən boyun qaçıran, cinayət törətməkdə şübhəli olan və ya itkin düşən şəxslər haqqında eyni hüquqazidd hərəkətlərə görə yalnız bir əməliyyat-qeydiyyat işi aparılmalıdır; İİİ. Əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat işində əks edilməli və sistemləşdirilməlidir; İV. Əməliyyatqeydiyyat işi onu aparan əməliyyat-axtarış fəaliyyətinin subyektində saxlanılır; V. Ədalət mühakiməsi naminə hallar istisna olunmaqla, cinayətin törədilməsində qanunla müəyyən olunmuş qaydada təqsiri sübuta yetirilməyən şəxs haqqında əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş materiallar bir il müddətində saxlanılır, sonra isə məhv edilir. Maddə 16, İ.Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər; İİ. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəticəsində əldə edilmiş məlumatlar bu tədbirlərin məqsədlərinə uyğun olmadıqda onların aşkar edilməsi və ya hüquqi və fiziki şəxslərin əleyhinə istifadə edilməsi qadağandır; İİİ. Şəxs haqqında xüsusi texnikanın köməyi ilə əldə edilmiş məlumat açıqlandıqda həmin şəxs bu məlumatın qanunsuz əldə edilməyinə və ya əməliyyataxtarış tədbirinin həyata keçirilməsində xüsusi texnikanın tətbiqinə icazə alınmamasına əsaslanaraq ifadələrindən imtina və məhkəməyə şikayət edə bilər. Belə vəziyyətdə məhkəmə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qanuniliyini araşdırıb mübahisəli məlumatların qanuni yolla əldə edilməsini və ya hüquqi baxımdan qüvvəsiz hesab olunmasını elan edir; İV. Bu qanunun tələblərinə riayət olunmadan əldə edilmiş məlumatlar dərhal məhv edilməlidir; V. İnsanın şəxsi və ailə həyatına, şərəfinə və ya ləyaqətinə aid olan, lakin tərkibində qanunla qadağan edilməmiş hərəkətlərin törədilməsindən xəbər verən əməliyyat-axtarış tədbirlərinin nəticəsində əldə edilmiş məlumatlar saxlanıla bilməz və onlar məhv edilməlidir; Vİ. Açılmamış cinayətlər üzrə insanların təhlükəsizliyinə və ya istintaqa ziyan vura biləcək əməliyyat-axtarış tədbirlərin nəticəsində əldə edilmiş məlumatları yaymaq qadağandır; Vİİ. Hər hansı cinayətin törədilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlarla tanış olmaq hüququ məlumatların mənbəyini aşkarlamamaq şərti ilə yalnız həmin cinayət işi üzrə istintaqı aparan şəxsə, prokurora və ya məhkəməyə verilir. Maddə 19-1. Əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirlir. V) Azərbaycan Respublikasının CPM Maddə 9.2. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Maddə 10.1. Məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Maddə 10.3. Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Maddə 10.5. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Maddə 11.1 Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Maddə 12.1. Cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Maddə 14.1. Hər kəsin azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada və hallarda onun tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi ilə məhdudlaşdırıla bilər. Maddə 14.2. Bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunu ilə müəyyən edilmiş əsaslar olmadan heç kəs tutula və həbs edilə bilməz. Maddə 14.4. Hər bir tutulmuş və həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquq yardım almaq hüquqları ona aydın olan dildə bildirilməlidir. Maddə 14.5. Təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunsuz tutulmuş, yaxud həbsdə saxlanılan şəxsi dərhal azad etməldir. Maddə 20.1. Heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Maddə 20.2. İbtidai araşdırma və ya məhkəmə baxışı zamanı özünü, yaxud yaxın qohumlarını cinayət törətməkdə ifşa edən məlumatları verməsi təklif olunan şəxs bunun özü üçün hər hansı mənfi hüquqi nəticə verə biləcəyindən qorxmadan ifadə verməkdən imtina etməyə haqlıdır. Maddə 19.1. Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərərçəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Maddə 19.4.1 və maddə 19.4.2. Cinayət prosesini həyata keçirən orqan tutulduğu, həbsə alındığı və ya müvafinq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməli; hüquqlarını izah etməlidir. Maddə 21.1 Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Maddə 21.1. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Maddə 21.3. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 32.1.Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Maddə 33.1 və maddə 33.2. Hakimlər və andlı iclasçılar cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirir; cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-nin 125, 144, 146-cı maddələrinin müddəlarının pozulması yolverilməzdir. Maddə 124.1. Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «X1» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Maddə 147.1. Cinayət prosesində tutulma yalnız aşağıdakı şəxslərə tətbiq oluna bilər: 147.1.1. cinayəti törətməkdə şübhəli olan şəxsə; 147.1.2. ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə; 147.1.3. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma. Maddə 147.2. Tutulma aşağıdakı hallarda tətbiq edilir: 147.2.1. şəxsin cinayət törətməsinə şübhə yarandıqda; 147.2.2. bu Məcəllənin 147.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda; 147.2.3. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həllinədək məhkumun tutulması barədə məhkəmənin qərarı olduqda. Maddə 147.3. Şəxsin qanunsuz tutulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Maddə 147.4. Barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Maddə 147.5. Tutulma haqqında protokolda aşağıdakılar göstərilməlidir: 147.5.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt; 147.5.2. protokolu tərtib edən və tutulmanı aparan şəxsin soyadı, adı, atasının adı və vəzifəsi; 147.5.3. tutulan şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduğu yer, şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat; 147.5.4. tutulmanın aparıldığı yer, tarix və vaxt; 147.5.5. tutulmanın səbəbi, şübhənin və ya ittihamın mahiyyəti; 147.5.6. tutulan şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi haqqında qeyd. Maddə 147.6. Tutulma haqqında protokol onu tərtib edən vəzifəli şəxs, tutulan şəxs və tutulma haqqında protokolun imzalanması üçün tutulan şəxsə təqdim edilməsində iştirak etmiş müdafiəçi qismində dəvət edilmiş vəkil tərəfindən imzalanır. Maddə 148.1. Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. Maddə 148.2. Şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını aşağıdakı hallarda tətbiq edə bilər: 148.2.1. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; 148.2.2. zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; 148.2.3. şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda. Maddə 148.3. Şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduqda, o, təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror tərəfindən aşağıdakı hallarda tutula bilər: 148.3.1. hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərdikdə; 148.3.2. daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda; 148.3.3. şəxsiyyəti müəyyən edilmədikdə. Maddə 148.4. Bu Məcəllənin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. Maddə 148.5. Cinayət törətməkdə şübhəli olduğu üçün tutulmuş şəxsin müvəqqəti saxlama yerində saxlanılması cinayət prosesini həyata keçirən orqanlar tərəfindən tərtib edilmiş tutulma haqqında protokol əsasında həyata keçirilir. Maddə 153.1. Cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Maddə 153.2. Tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları aşağıdakıları etməlidirlər: 153.2.1. tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək; 153.2.2. tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirmək, tutulma faktını qeydə almaq, protokollaşdırmaq və onu tutulma protokolu ilə tanış etmək; 153.2.3. hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat vermək (bu məlumat yazılı və tutulma anından sonra 12 saat müddətində verilir); 153.2.4. tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək hüququnu təmin etmək (qocaların, yetkinlik yaşına çatmayanların və psixi vəziyyətinə görə imkanı olmayan tutulmuş şəxslərin ailə üzvlərinə müvəqqəti saxlama yerlərinin müdiriyyəti öz təşəbbüsü ilə xəbər verir); 153.2.5. şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq; 153.2.6. tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq; 153.2.7. tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq; 153.2.8. tutulmuş şəxs vəkildən imtina etdikdə, bu barədə onun yazılı ərizəsini almaq (ərizə yazmaqdan boyun qaçırıldıqda, həmin faktla əlaqədar vəkil və müvəqqəti saxlama yerinin nümayəndəsi tərəfindən müvafiq protokol tərtib olunur); 153.2.9. cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin tərcüməçinin xidmətindən pulsuz istifadə etmək hüququnu təmin etmək; 153.2.10. tutulmuş şəxslə davranışda onun şəxsiyyətini və ləyaqətini alçaltmamaq, qadınlara, yetkinlik yaşına çatmayanlara, qocalara, xəstələrə və əlilliyi olan şəxslərə isə xüsusi diqqət yetirmək; 153.2.11. tutulmuş şəxsin barəsində həbs qətimkan tədbiri seçmək, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələlərinin həlli üçün bu Məcəllənin 148, 150-152-ci maddələrində nəzərdə tutulmuş müddətlərə riayət edilməsi məqsədi ilə tutulmuş şəxsi qabaqcadan məhkəməyə gətirmək;153.2.12. bu Məcəllənin 153.3-cü maddəsində nəzərdə tutulmuş hallarda tutulmuş şəxsi dərhal azad etmək. Maddə 204.1. Törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Maddə 204.2. İstintaq hərəkətlərinin aparılması və ya məhkəmə baxışı zamanı, törədilmiş və ya hazırlanan cinayət haqqında verilmiş şifahi məlumat müvafiq olaraq istintaq hərəkəti və ya məhkəmə iclası protokoluna yazılır. Belə məlumat məhkəmə baxışı zamanı verildikdə, həmçinin məhkəmə iclasında elan olunur. Digər hallarda ayrıca protokol tərtib edilir. Protokolda məlumatı verən şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış və ya iş yerinin ünvanı, onun cinayətə münasibəti, məlumatı aldığı mənbə, habelə onun təqdim etdiyi vətəndaşın şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd haqqında məlumatlar qeyd edilməlidir. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs tərəfindən vətəndaşın şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd təqdim edilmədikdə onun şəxsiyyəti haqqında məlumatların yoxlanılması üçün digər tədbirlər görülməlidir. Maddə 204.3. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs on altı yaşına çatmışsa, ona bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilir və həmin şəxs bunu öz imzası ilə təsdiq edir. Maddə 204.4. Törədilmiş və ya hazırlanan cinayət haqqında və məlumat verən şəxsə onların məlum olduğu hallar barədə məlumatlar protokolda birinci şəxs adından qeyd olunur. Maddə 204.5. Protokolu törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs və məlumatı qəbul edən vəzifəli şəxs imzalayırlar. Maddə 204.6. Törədilmiş və ya hazırlanan cinayət haqqında imzalanmamış və ya saxta imza ilə imzalanmış, yaxud uydurma fiziki şəxs adından yazılmış ərizə və ya digər anonim məlumat cinayət işinin başlanması üçün səbəb ola bilməz. Maddə 207.1. Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir: 207.1.1. törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və mediada əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq; Maddə 207.1.2. Zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq; 207.1.3. törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək. Maddə 207.4. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Maddə 207.5. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul etməlidir: 207.5.1. cinayət işi başlamaq; 207.5.2. cinayət işinin başlanmasını rədd etmək; 207.5.3. məlumatı istintaq aidiyyəti üzrə göndərmək; 207.5.4. xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək. Maddə 243.1. Axtarış və ya götürmə bir qayda olaraq məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və ya götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prposessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. Axtarış və ya götürmə bu Məcəllənin 177.2- 177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. Maddə 246.1. Müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Maddə 246.2. Məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: 246.2.1. şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; 246.2.2. təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; 246.2.3. axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. Maddə 246.3. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Maddə 247.1. Axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair aşağıdakıları əks etdirən protokol tərtib edir: 247.1.1. axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt; 247.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 247.1.3. axtarış və ya götürmədə iştirak etmiş digər şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları yer; 247.1.4. barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd; 247.1.5. hal şahidlərinin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü, yaşadığı və qeydiyyatda olduqları yer (yalnız hal şahidlərinin iştirak etdiyi halda); 247.1.6. hal şahidlərinin hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibəti haqqında məlumat (yalnız hal şahidlərinin iştirak etdiyi halda); 247.1.7. hal şahidlərinin hər birinə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd (yalnız hal şahidlərinin iştirak etdiyi halda); 247.1.8. axtarış və ya götürmənin xüsusiyyətləri, axtarış, yaxud götürmənin aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd; 247.1.9. axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri. Maddə 247.2. Axtarış və ya götürmə protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır. Maddə 247.3. Axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Maddə 445.2. «X1» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qrarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyəli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyəli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Maddə 446.1.3. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinin məhkəmədə baxılması üçün əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaüya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasdır. İV.Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin, Azərbaycan Respublikası CPM-nin 14-cü maddəsinin və Avropa Konvensiyasının 5-ci maddəsinin iddia edilən pozuntusu 1.Tərəflərin gətirdiyi əsaslar A)Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsin heç bir qanuni əsas olmadan tutulmasını göstərməklə ona qarşı Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin, Azərbaycan Respublikası CPM-nin 14-cü maddəsinin və Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin pozuntusuna yol verildiyini göstərirlər. B).İttiham tərəfi Təqsirləndirilən şəxs qanuni əsaslarla tutulduğunu göstərir və tutulmanın onun narkotiv vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün həyata keçirilməsini qeyd edir. 2.Məhkəmənin qiymətləndirməsi İlk əvvəl işdəki sübutlara əsasən faktoloji hal olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Balakən RPŞ-də əməliyyat-qeydiyyat işi açılmamış, buradan da onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı iddia edilən məlumat əməliyyat-qeydiyyat işinə daxil edilməmiş, həmçinin Balakən RPŞ-də Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair sanksiyalaşdırılmış heç bir qərar qəbul edilməmiş, hər hansı əməliyyat qrupu yaradılmamış, Təqsirləndirilən şəxs barəsində polis əməkdaşı Şahid1 ehtimal etdiyi məlumatla bağlı «X1» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş heç bir əməliyyat-axtarış tədbiri həyata keçirilməmiş və ya araşdırma aparılmamış, onun tutulması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmamış, istintaq orqanı tərəfindən də də bu xüsusatlara heç bir hüquqi qiymət verilməmişdir. İş üzrə ehtimal edilən əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşuğ olması və bu xüsusda onun tutulması barədə hər hansı sübut (telefon danışıq məlumatları, müşahidə məlumatları, baxış keçirmə, videomüşahidə nəticəsində əldə edilmiş məlumatlar və sair) əldə edilməmişdir. Belə olan halda Balakən RPŞ-nin rəis müavinin məhkəmənin sorğusu əsasında təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubda göstərilən Təqsirləndirilən şəxs polis tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulması məlumatı əsassızdır və həqiqətə uyğun deyildir. Digər tərəfdən o da qeyd olunmalıdır ki, «X1» Qanunda şəxsin tutulması əməliyyat-axtarış tədbiri kimi nəzərdə tutulmamışdır. Məhkəmə nəzərə çatdırır ki, şəxsin şübhəli şəxsin qismində tutulması Azərbaycan Respublikası CPM ilə tənzimlənir. Belə ki, şübhəli şəxsin tutulmasının və hüquqi əsasları və qaydası Azərbaycan Respublikası CPM-nin 147-148-ci maddələrində öz əksini tapmışdır. Qanun şübhəli şəxsin tutulmasının qanunvericilikdə dəqiq ifadə olunmuş əsaslar nəticəsində həyata keçirilməsini təsbit etmişdir. Ən əvvəl qanuna görə (CPM-nin 147.4-cü maddəsi) şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Qanunvericiliyə əsasən (CPM-nin 148-ci maddəsi) şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda, zərərçəkmiş şəxs, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə, həmçinin şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunquda ona qarşı tutulma tətbiq edilir. Eyni zamanda şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduqda o, hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərdikdə, daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda və şəxsiyyəti müəyyən edilmədikdə o, tutulmaya məruz qala bilər. Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində isə şəxsin tutulmasının (həbs olunmasının) tam əsasları göstərilmişdir və həmin əsaslardan kənar şəxsin həbsə məruz qalması Konvensiyasının 5-ci maddəsinin pozuntusu kimi qiymətləndirilir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin (c) yarımbəndində nəzərdə tutulmuş şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınmasını hüquq pozuntusunun törədilməsində əsaslı şübhə meyarı ilə əlaqələndirir. Belə ki, «Lukanov Bolqarıstana qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, hüquq pozuntusunun törədilməsində əsaslı olaraq şübhəli bilinən şəxsin tutulması və həbsi üçün 3 əsas mövcud olmalıdır: 1-si, həmin hüquq pozuntusu həbsin əsası kimi daxili hüquqda faktiki olaraq nəzərdə tutulmalıdır. 2-si, hüquq pozuntusunun törədlilməsində şübhəli bilinən şəxsin tutulması onun səlahiyyətli məhkəmə orqanı qarşısında durması məqsədilə həyata keçirilməlidir. 3-sü, hüquq pozuntusunun törədilməsi barədə şübhə əsaslı olmalıdır. «X7rşı» işdə Avropa Məhkəməsi xüsusi vurğulamışdır ki, şəxsin hüquq pozuntusu törətməsində şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhə şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması və üstündə şəxsi axtarışın aparılması üçün polis əməkdaşlarının əlində qanunda nəzərdə tutulmuş heç bir əsas, o cümlədən keçirilmiş hər hansı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş sübutlar olmamışdır. Təqsirləndirilən şəxs tutulması və üstündə şəxsi axtarışın aparılması qanunun tələblərinə uyğun olmadan qanun pozuntusu ilə həyata keçirildiyi üçün bu zaman ondan həqiqətən də narkotik vasitənin «tapılması» da əsaslı şübhə yaradır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi ilə bağlı əsaslandırılmış məlumat olduğu təqdirdə əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektinin qərarı əsasında onun haqqında əməliyyat-qeydiyyat işi başlanmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalı idi. Həmçinin həmin əməliyyataxtarış tədbirlərinin nəticələri əməliyyat- qeydiyyat işində əks edilməli və sistemləşdirilməli idi («X1» Qanunun 15-ci maddəsinin İ və İİ hissələri). Eyni zamanda həmin əməliyyat məlumatı yoxlanmalı, bunun üçün əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmalı, bu fəaliyyət həmin orqanın rəhbərliyi tərəfindən sanksiyalaşdırılmalı,bu xüsusda əməliyyat qrupu yaradılmalı, bu məlumatla bağlı təxirəsalınmaz əməliyyattədbirləri həyata keçirilməli idi. «X1»Qanunun 11-ci maddəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi əsasları olaraq 1) məhkəmənin (hakimin) qərarları; 2) istintaq orqanlarının qərarları; 3) əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları qeyd edilmişdir. Qanunvericiliyin tələbinə görə bu qərarlar, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektinin qərarı olmadan hər hansı əməliyyat-axtarış tədbirinin keçirilməsi qadağandır. İş materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs barəsində müvafiq qərar əsasında əməliyyat-qeydiyyat işi açılmamış, bu iş əməliyyat-axtarış subyekti tərəfindən qeydiyyata alınmamış, həmçinin onun qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə ehtimal olunan məlumat əməliyyat-qeydiyyat işinə daxil edilməmiş və onun barəsində əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat işində əks edilməmiş və sistemləşdirilməmişdir. Eyni zamanda onun barəsində səlahiyyətli əməliyyat-axtarış subyektinin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair heç bir qərarı olmamışdır. Məhkəmənin əks nəticəyə gəlinməsi üçün ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat-qeydiyyat işinin açılması və qeydiyyata alınması, əməliyyat məlumatı olmaqla həmin məlumatın əməliyyat-qeydiyyat işində əks olunması (qeydiyyata alınması) və həmin ehtimal olunan məlumatın yoxlanması üçün səlahiyyətli əməliyyat-axtarış subyektinin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın olmasını və ümumiyyətlə bu məlumatın yoxlanmasını və yoxlama nəticəsində bu xüsusatla bağlı mötəbər sübutların əldə edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bununla da «X1» Qanunun 15-ci maddəsinin İ və İİ hissələrinin tələbləri pozulmuşdur. Digər tərəfdən, Təqsirləndirilən şəxs üzərində ehtimal olunan məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün haqqında başlanmış cinayət işi olmamış, həmçinin onun narkotik vasitə əldə etməsi, daşıması və saxlaması, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi və ya törədən şəxs olmasında şübhəli olması barədə heç bir tutarlı əsas və faktlar mövcud olmamışdır. İşdəki sübutlara əsasən Balakən RPŞnin X13 əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə etməsi, daşıması və saxlamasında şübhəli olması barədə raportunda verdiyi məlumat heç bir sübutla, etimad doğuran, məlum və qərəzsiz mənbədən əldə edilən məlumat olmaqla və ya digər əsaslı faktla əsaslandırılmamış və yalnız ehtimal xarakteri daşımışdır. Əməliyyat müvəkkilinin hansı cinayət işinə, fakta, məlum, qərəzsiz və etimad doğuran mənbəyə istinadən belə nəticəyə gəlməsi məlum deyildir. İşdə həmin məlumatın belə bir cinayət işinə, fakta, məlum, qərəzsiz və etimad doğuran mənbəyə istinadən verilməsi və əsaslı olması barədə heç bir mötəbər sübut yoxdur. İttiham orqanı tərəfindən də ehtimal edilən bu halla bağlı cinayət işinin, faktın, məlum, qərəzsiz və etimad doğuran mənbənin olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi olmadığından, səlahiyyətli əməliyyat-axtarış fəaliyyəti subyektinin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair sanksiyalaşdırılmış qərarı oldmadığından, iş üzrə hər hansı əməliyyat-axtarış tədbirləri həyata keçirilmədiyindən Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əmələ aidiyyətinin təsdiqi ilə bağlı digər sübutlar (telefon danışıqlarına qulaq asılma, hərəkətlərinin müşahidəsi, baxış, müşahidə kamerasından götürülən videogörüntülər və sair) əldə olunmadığından, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib, daşıması və saxlaması ehtimalı bu xüsusda qanunda nəzərdə tutulmuş fakt və ya qərəzsiz və etimad doğuran mənbə hesab edilə bilməz. Göstərilənlər də «X1» Qanunun 11-ci maddəsinin İV hissəsinin 1 və 3-cü bəndlərinə ziddir və onların pozuntusudur. Belə ki, qeyd olunduğu kimi, həmin qanun normalarında o cümlədən başlanmış cinayət işi olduqda və cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayəti hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətili subyekti qərar qəbul edə bilər. Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, daşıması və saxlaması barədə məlumat heç bir sübuta və əsaslı fakta istinad olunmadığı və qanuni yolla əldə olunmuş sübutlarla (o cümlədən «X1» Qanunda nəzərdə tutulmuş və məhkəmə və prokuror nəzarəti qaydasında qanuniliyi təsdiq olunmuş sübutlarla) təsdiq olunmadığı halda onun tutulması və üstündə şəxsi axtarışın aparılması onun Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində, Azərbaycan Respublikası CPM-nin 14-cü maddəsində və Avropa Konvensiyasının 5-ci maddəsində nəzərdə tutulmuş azadlıq hüququnun, həmçinin Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun (aşağıda bu hal əsaslandırılacaqdır) və qanunda göstərilmiş sair hüquqlarının kobud pozuntusudur. Eynilə iş materiallarında Təqsirləndirilən şəxs tutulması və üstündə şəxsi axtarışın aparılması üçün törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən adı, soyadı, atasının adı, doğulduğu il, yaşayış və iş yerinin ünvanı, cinayətə münasibəti, məlumat aldığ mənbə və şəxsiyyətini təsdiq edən sənədi bəlli olan fiziki şəxsin yazılı və ya protokola daxil edilmiş və imzası ilə bilə-bilə yalandan xəbərçilik etmə məsuliyyəti barədə xəbərdarlıq edilməsi təsdiq olunan şifahi şəkildə verilən məlumatları, hüquqi şəxsin məlumatları, kütləvi informasiya vasitələrində dərc olunan məlumatlar olmamış, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs və məlumatı qəbul edən vəzifəli şəxsin imzaları olan protokol tərtib olunmamış, törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və mediada əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumat qeydə alınmamış, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlar verilməsi təqdirdə bu ərizəçinin izahatı alınmamış, əlavə sənədlər tələb edilməmiş və müvafiq prosessual hərəkətlər həyata keçirilməmişdir. Bu onu deməyə əsas verir ki, hazırki işdə Təqsirləndirilən şəxs aid törədilmiş və hazırlanan cinayət haqqında adı, soyadı, atasının adı, yaşayış yeri və sair məlumatları bilinən hər hansı fiziki və ya hüquqi şəxsdən məlumatlar alınmamış, Təqsirləndirilən şəxs tutulması, polis şöbəsinə gətirilməsi və üstündə şəxsi axtarışın aparılması belə məlumatların yoxlanılmasının nəticəsi olaraq həyata keçirilməmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət-prosessual qanunvericiliyi qaydasında tutulması, polis bölməsinə gətirilməsi və üstündə şəxsi axtarışın aparılması üçün qanuni əsaslar mövcud olmamışdır. Yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 148.2-ci maddəsində nəzərdə tutulmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalanmamış, zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin onun tərəfindən törədilməsini birbaşa göstərməmiş, tutulmamışdan əvvəl onun bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunmamışdır. Eyni zamanda iş materiallarına əsasən Təqsirləndirilən şəxs tutulması üçün Azərbaycan Repsublikası CPM-nin 148.3-cü maddəsində göstərilən hallar da mövcud olmamış, onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar (əməliyyat-qeydiyyat işində qeydə alınmış məlumatlar, hazırlanan və törədilmiş cinayətlər haqqında fiziki şəxsin şifahi və yazılı məlumatları, hüquqi şəxsin verdiyi məlumatlar, kütləvi informasiya vasitələrindən verilmiş məlumatlar, cinayət prosesini həyata keçirən orqanın bilavasitə aşkar etdiyi məlumatlar) qeydə alınmamış, o, hər hansı hadisə yerindən qaçıb gizlənməmiş, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərməmiş, daimi yaşayış yerinə malik olmuş və ya başqa ərazidə yaşamamış, şəxsiyyəti hüquq-mühafizə orqanlarına bəlli olmuşdur. X5 5-ci maddəsinin 1-ci bəndinin (c) yarımbəndinin tələbləri baxımından Təqsirləndirilən şəxs hüquq pozuntusunu törətməsində əsaslı şübhə olmamış, yəni onun güman edilən cinayətlə əlaqəsi olduğu obyektiv olaraq kənar müşahidəçini qane edəcək dərəcədə mövcud olan hər hansı faktlara və etibarlılığı şübhə doğurmayan informasiyaya əsaslanmamışdır. İşdəki sübutlardan aydın görünür ki, Təqsirləndirilən şəxs hələ şübhəli şəxs qismində prosessual statusu müəyyən olunmadan real olaraq CPM-də nəzərdə tutulmuş əsaslar olmadan tutulmuş, bu zaman onun tutulmasının səbəbi, şübhənin mahiyyəti, tutulmanın vaxtı və yeri göstərilməmiş və tutulma real olaraq sənədləşdirilməmişdir. Təqsirləndirilən şəxs tutulması, yəni fiziki azadlığının məhdudlaşdırılması və polis bölməsinə aparılması, tutulmanın sonradan polis şöbəsində müəyyən vaxt keçdikdən sonra qeydə alınması əslində onun tutulmasının vaxtı və yerinin, həmçinin şübhənin mahiyyətinin real olaraq düzgün qeydə alınmamasını göstərir. Bu da faktdır ki, onun tutulmasının səbəbi, şübhənin mahiyyəti, tutulma yeri və vaxtı göstərilməməklə faktiki tutulması sənədləşdirilməmiş və müvafiq qaydada qeydə alınmamış, bu zaman onun prosessual hüquqları izah edilməmiş və onların həyata keçirilməsinə şərait yaradılmamışdır. Bu xüsusda Təqsirləndirilən şəxs prosessual statusu müəyyən edilmədən bir müddət əsassız saxlanılmaqla, onun tutulmasını həyata keçirən orqana münasibətdə olduqca əlverişsiz vəziyyətə salınmışdır. Bu xüsusda qeyd edilməlidir ki, tutulma ilə həbs edilmə eyni mahiyyət daşıyır və şəxsin azadlığının məhdudlaşdırılmasını özündə ehtiva edir.Tutulmanın vaxtı ilə bağlı daxili hüquqla Avropa Konvensiyasının 5-ci maddəsi arasında müyyən ziddiyyət olmuş, lakin Azərbaycan Respublikasının 04 noyabr 2015-ci il tarixli qanunu ilə Azərbaycan Respublikası CPM-nə dəyişiklik edilməklə, bu hal müəyyən qədər aradan qalxmışdır. Belə ki, Avropa Məhkəməsinin Avropa Konvensiyasının 5-ci maddəsi ilə bağlı presedentləri tutulmanı, həbsə almanı o cümlədən şəxsin konkret olaraq polisin nəzarəti altına keçməsi, bu zaman onun hərəkət sərbəstliyinin məhdudlaşdırılması vaxtı ilə bağlayırsa, Azərbaycan Respublikası CPM-də əvvəl tutulmanın və həbsin vaxtı cinayət prosesini həyata keçirən orqanın-təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin onun barəsində müvafiq qanuni əsaslar olduqda tutulma və həbs barədə protokol tərtib edilməsi və ya prosessual qərarın çıxarılması ilə şərtləndirilirdi. Lakin 04 noyabr 2015-ci il tarixli Qanunla CPM-də müvafiq dəyişiklik edilmiş, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsində tutulma vaxtı barəsində tutulma tətbiq edilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesab edilmişdir. Məhkəmə nəzərə çatdırır ki, Avropa Konvensiyası tutulma, həbs və azadlıqdan məhrum etmə anlayışlarına eyni məna verirsə, milli qanunvericilikdə xarakteri və prosessual əsasları müxtəlif olmaqla, bu anlayışlar eyni məna daşımır. Bununla bağlı milli qanun normaları yuxarıda göstərilmişdir. Ancaq hər bir halda Avropa Konvensiyası Azərbaycan Respublikasının qoşulduğu dövlətlərarası müqavilə olduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən o, Azərbaycan Respublikası CPM-dən daha üstün hüquqi qüvvəyə malikdir və onlar arasında ziddiyyət olduqda Avropa Konvensiyasının normaları tətbiq olunmalıdır. Avropa Məhkəməsi özünün qərarlarında dəfələrlə bildirmişdir ki, istənilən azadlıqdan məhrum etmə daxili hüquqa, habelə Avropa Konvensiyasının normalarına tam uyğun olmaqla həyata keçirilməlidir. Başqa sözlə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, Avropa Konvensiyasının 5-ci maddəsinin konkret tələblərinə əməl edilməsini, hətta onlar daxili hüquqda nəzərdə tutulmasa belə, təmin etmək zəruridir. Azadlıqdan məhrum edilmə Avropa Konvensiyasının təmin etdiyi digər hüquq və azadlıqlara müdaxilə məqsədilə və ya əsassız olaraq tətbiq edilən qanun əsasında həyata keçirilibsə, yaxud bu tədbirin xarakterində qüsur varsa, o, etiraza səbəb olacaqdır. Kurt Türkiyəyə qarşı məhkəmə işində Avropa Məhkəməsi qərara aldı ki, hər bir azadlıqdan məhrum etmə təkcə milli hüququn əsas prosessual normalarına uyğun həyata keçirilməməli, həm də 5-ci maddənin məqsədinə, yəni fərdi hakimiyyət orqanlarının zorakılığından qorumaq məqsədinə cavab verməlidir. Avropa Məhkəməsinin mövqeyinə görə, hüquq-mühafizə orqanının əməkdaşı (faktiki gücün tətbiq edilib-edilməməsindən asılı olmayaraq) aydın şəkildə bildirsə ki, şəxs bu və ya digər yeri tərk edə bilməz, yaxud onun ardınca hər hansı başqa bir yerə getməlidir, bu artıq şəxsin tutulması, həbsə alınması deməkdir. Beləliklə, bu anlayış şəxsin küçədə saxlanılaraq, ondan polis məntəqəsinə getməyin tələb edildiyi hallara da şamil olunur. Burada məcburiyyət amilinin olması önəmlidir. De Vilde, Qoms və Versip Belçikaya qarşı məhkəmə işində Avropa Məhkəməsi bildirdi ki, şəxsin könüllü gəlməsi heç bir əhəmiyyət daşımır. Bundan başqa, azadlıqdan məhrum edilmiş şəxsin azadlıqdan məhrum edildiyindən xəbərsiz olması xüsusi əhəmiyyətə malik deyil; əgər şəxs konkert yeri sərbəst tərk edə bilmirsə, bu kifayətdir. Azadlıq ifrat dərəcədə məhdudlaşdırılırsa və bu tədbirə məruz qalan şəxs istər küçədə, istərsə də, hər hansı digər açıq məkanda müəyyən yeri tərk edə bilmirsə, yaxud hər hansı nəqliyyat vasitəsinin içərisində və ya binada (bunun kamera olması vacib deyil) qalmağa məcbur edilirsə, 5-ci maddənin müddəaları tətbiq edilməlidir. Bununla belə, şəxs müəyyən yerdə olarkən müəyyən dərəcədə azadlığa malikdirsə, bu mütləq o demək deyil ki, 5-ci maddə tətbiq edilə bilməz (məsələn X2rşı, Qutsardi İtaliyaya qarşı, Mantsoni İtaliyaya qarşı, Kipr Türkiyəyə qarşı işlər). Avropa Konvensiyası tutulan şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsini tələb edir və əks halı Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin pozuntusu kimi qiymətləndirir. Hazırki iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs faktiki tutulan zaman (polis əməkdaşlarının ifadələrinə görə 17 noyabr 2022-ci il tarixdə saat 16 radələrində, təqsirləndirilən şəxsin məhkəmədə bildirdiyinə görə 17 noyabr 2022-ci il tarixdə saat 12-13 radələrində) hansı saatda, dəqiqədə və yerdə, hansı əsasa və şübhəyə görə və hansı məqsədlər üçün polis əməkdaşları tərəfindən tutulması sənədləşdirilməmişdir. Halbuki qanunun tələbinə görə tutulmanın dərhal sənədləşdirilməsi, bu zaman onun vaxtının, yerinin, hansı məqsədlər üçün və hansı şübhə və əsaslarla həyata keçirilməsinin qeyd edilməsi mütləq vacibdir. Bu, şəxsin onun tutulmasını aparan orqanın özbaşınalığından qorunma vasitəsi olmaqla, həm də tutulmuş şəxsin hüquqlarının həyata keçirilməsi üçün bir başlanğıc məqamdır. Qeyd edildiyi kimi, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində şəxsin azadlıq və şəxsi toxunulmazlıq hüququna təminat verilməklə, a)-f) yarımbəndlərində hər kəsin qanunla müəyyən olunmuş hallarda və qaydada azadlıqdan məhrum edilməsi (tutulması və ya həbsə alınması) üçün nəzərdə tutulan halların tam siyahısı göstərilmişdir. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin c) yarımbəndində şəxsin azadlıqdan məhrum edilməsi (o cümlədən həbs edilməsi) üçün hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin tutulması və ya həbsə alınması əsası qeyd edilmişdir. Avropa Konvensiyasının 2,3,4 və 5-ci bəndlərində isə tutulmuş şəxsin hüquqları göstərilir ki, həmin hüquqlara da tam təminat verilməklə, bu təminatın məhkəmə nəzarəti təsbit edilir. Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 9-cu maddəsində də birbaşa qeyd olunur ki, heç kim qanunsuz həbs edilə və ya həbsdə saxlanıla bilməz. Heç kim qanunla müəyyən edilən əsaslara və prosedurlara uyğun olmayan qaydada azadlıqdan məhrum edilə bilməz. Bu hallardan kənara çıxmalar təbii ki, Avropa Konvensiyasının 5-ci maddəsinin pozuntusunu təşkil edir. Anqelova Bolqarıstana qarşı işdə Avropa Məhkəməsi ərizəçinin oğlunun faktiki həbs olunma vaxtı, yeri və əsasları sənədləşdirilmədiyi üçün, ona münasibətdə Avropa Konvesiyasının 5-ci maddəsinin 1-ci bəndinin pozuntusunu qeyd etmişdir. Eyni hal Şimovolos Rusiya Federasiyasına qarşı və Navalnıy Rusiya Federasiyasına qarşı işlər üzrə qərarlarda da qeyd edilmişdir. Hazırki işin hallarına Avropa Konvensiyasının 5-ci maddəsi və Avropa Məhkəməsinin Anqelova Bolqarıstana qarşı, Şimovolos Rusiya Federasiyasına qarşı və Navalnıy Rusiya Federasiyasına qarşı işlər üzrə göstərilən presedentləri işığında qiymət verən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs faktiki tutulan zaman, yəni azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan həbsi dərhal sənədləşdirilmədiyindən, müvafiq qaydada onun tutulmasının vaxtı, yeri, məqsədləri, şübhənin mahiyyəti və əsasları qeyd edilmədiyindən, ona münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi, Azərbaycan Respublikası CPM-nin 14-cü maddəsi və Avropa Kovensiyasının 5-ci maddəsinin 1-ci bəndi pozulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs faktiki qanunsuz həbsinin yeri, vaxtı və şübhənin mahiyyəti qeyd edilməməklə faktiki tutulduğu vaxtdan onun polis şöbəsində tutulması ilə bağlı protokol tərtib olunduğu vaxtadək bir müddət ərzində hansı statusda tutulması (həbs olunması) və nəyə görə həbsdə saxlanması aydın olmamış, tutulan (həbs olunan) şəxs kimi onun hüquqları təmin olunmamış, onun azadlıq hüququna qanunsuz və əsassız müdaxilə baş vermişdir. Bu da şəxsin azadlıq hüququna təminat verən Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin, Azərbaycan Respublikası CPM-nin 14-cü maddəsinin və Avropa Konvensiyasının 5-ci maddəsinin mənası və məqsədləri ilə bir araya sığmayan faktoloji haldır. Bu hal da X11 münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin, Azərbaycan Respublikası CPM-nin 14-cü maddəsinin və Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin pozuntusunun müəyyən edilməsinə tam əsas verir. Bu pozuntular eyni zamanda Təqsirləndirilən şəxs barəsində Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusuna da şərait yaratmışdır. V Avropa Konvensiyasının 6-cı maddəsinin iddia edilən pozuntusu 1.Tərəflərin gətirdiyi əsaslar Təqsirləndirilən şəxs onun üstündə tapılmış narkotik maddənin polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. O, eyni zamanda həbs edilən zaman onun üstündə dərhal axtarış və götürmənin aparılmadığını, Balakən RPŞ-nin X12 bir neçə saat saxlandıqdan sonra polis bölməsində formal axtarışa məruz qaldığını, polis əməkdaşlarının cibinə qoyduğu narkotik vasitənin üstündə «tapıldığını», bu zaman üstündə axtarış aparılacağı barədə ona heç bir məlumatın verilmədiyini, onun hüquq və vəzifələrinin izah edilmədiyini və bir çox prosessual hüquqlarının pozulduğunu qeyd etmişdir. İttiham tərəfi təqsirləndirilən şəxsin cibinə heç bir narkotik vasitə qoyulmadığını və ona münasibətdə ibtidai araşdırmanın tam qanuni aparıldığını bildirmişdir. 2.Məhkəmənin Avropa Məhkəməsinin presedentlərinə istinad etməklə qiymətləndirməsi Məhkəmə qeyd edir ki, baxılan işdə təqsirləndirilən şəxs və onun müdafiəsi tərəfindən Təqsirləndirilən şəxs ədalətli məhkəmə araşdırması hüququnun pozulması haqqında məsələ qaldırıldığından və bu, təqsirləndirilən şəxsin üstündə tapılmış narkotik vasitənin polis əməkdaşları tərəfindən cibinə qoyulması, tutulandan dərhal sonra üstündə axtarış aparılmaması, prosessul hüquqlarının pozulması və onun ittihamı üçün sübutlar bazasının məhz bu yolla yaradılması ilə əlaqələndirildiyindən, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin bu məsələyə dair geniş presedent təcrübəsi olduğundan, məhkəmə bu məsələnin həlli ilə bağlı Avropa Məhkəməsinin Tacir Layıcov Azərbaycana qarşı (22062/07 nömrəli iş üzrə 10 aprel 2014-cü il tarixli qərar) və Sakit Zayidov Azərbaycana qarşı (51164/07 nömrəli iş üzrə 12 noyabr 2015-ci il tarixli qərar) qərarlarına istinad etməyi zəruri hesab edir. Belə ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dar cinayt işi ilə Tacir Layıcov və Sakit Zayidovun işləri arasında olan bənzərlik həmin presedentlərin hazırki işə tətbiqini şərtləndirir. A) Tacir Layıcov Azərbaycana qarşı olan işdə Avropa Məhkəməsinin qiymətləndirməsi və gəldiyi nəticə Avropa Məhkəməsi həmin qərarında Tacir Layıcova qarşı Avropa Konvensiyasının 3-cü maddəsinin (işgəncəyə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara və ya cəzaya məruz qalmamaq hüququ) və 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusunu müəyyən etmişdir. Həmin işin Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusunun müəyyən edilməsi hissəsində Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 19-cu maddəsinə görə onun vəzifəsi Konvensiyanın iştirakçısı olan dövlət tərəfindən üzərinə götürdükləri öhdəliklərinə əmələ etmələrini təmin etməkdir. Xüsusilə, milli məhkəmələr tərəfindən törədilməsi iddia olunan fakta və ya hüquqa aid səhvlə məşğul olmaq, əgər bu səhvlər Konvensiya ilə qorunan hüquq və azadlıqların pozulmasına səbəb olmuşdursa, Məhkəmənin funksiyası deyil (bax: Şenk İsveçrəyə qarşı iş). Buna görə prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verməli olan sual bütünlüklə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmamasıdır. Avropa Məhkəməsi xüsusi olaraq vurğulamışdır ki, prosesin bütünlüklə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: «Xan» işi, 35 və 37-ci bəndlər). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha çox əhəmiyyət kəsb etmiş olur (bax «Allan» işi, Bıkov Rusiyaya qarşı iş). Qeyd olunan standartları hazırki işə tətbiq edən Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin əvvəldən təqsirləndirildiyi üç cinayətdən ikisi üzrə ittiham sonradan bir çox maddi və prosessual hüquq normalarının pozulması ilə əlaqədar yerli məhkəmələr tərəfindən rədd edilmiş və ərizəçi sonda qanunsuz narkotik saxlamağa görə məhkum edilmişdir. Onun barəsində ittiham hökmü yalnız maddi sübuta, yəni polis tərəfindən 2005ci il 17 martda həyata keçirilmiş axtarış nəticəsində onun üzərində və avtomobilində tapılmış narkotik maddəyə əsasən çıxarılmışdır. Belə olan halda Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbədə, sübutun mötəbərliyini təkzib etmək və ölkə daxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmışdır («Bıkov» işi və Lisica Xorvatiyaya qarşı iş). Həmin iş üzrə birinci məsələ ilə bağlı Avropa Məhkəməsi bir sıra çatışmazlıqlar üzə çıxarmışdır. Belə ki, Məhkəmə bildirmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır. Belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Məhkəmə bundan əlavə qeyd etmişdir ki, istintaq orqanları ölkədə keçirilmiş məhkəmə prosesləri zamanı ərizəçinin və onun avtomobilinin axtarışının videoçəkilişinin surətini təqdim etməmiş və Hökumətdən açıq şəkildə xahiş edilsə də, o, sözügedən videoçəkilişin surətini Məhkəməyə təqdim etməmişdir. Hər bir halda hazırki işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyildir. İkincisi, məhkəmə hazırki işdə ərizəçinin 2005-i il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyn etmişdir. Üçüncüsü, məhkəmə qeyd etmişdir ki, sonralar yerli məhkəmələr tərəfindən də müəyyən edildiyi kimi, ərizəçinin 2005-i il 17 martda həbsi sənədləşdirilməmiş və o, bir gün qanunsuz olaraq polis idarəsində saxlanmışdır. İkinci məsələyə gəlincə, Məhkəmə qeyd etmişdir ki, ərizəçi onun üzərində və avtomobilində tapılmış maddi sübutun mötəbərliyi məsələsini istər cinayət prosesinin başlanğıcında, istərsə də bütün məhkəmələrdə keçirilmiş proseslərdə qaldırmışdır. Lakin bu məsələyə ölkə məhkəmələri adekvat şəkildə baxmamışdır. Belə ki, onların qərarlarında bu məsələyə toxunulmamışdır. Məhkəmə bununla bağlı həmçinin qeyd etmişdir ki, ərizəçinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə məhkum edilməsini son olaraq müəyyən etmiş Apellyasiya Məhkəməsinin 2006-cı il 22 dekabr tarixli qərarı ərizəçinin əleyhinə N.V və H.M.-nin ifadələri kimi digər sübutların istifadə edilməsini istisna etmiş, lakin 2005-ci il 17 mart tarixində həyata keçirilmiş axtarış zamanı əldə edilmiş sübutlardan istifadə məsələsinə toxunmamışdır. Ali Məhkəmənini ərizəçinin üzərində və avtomobilində axtarışın hansı səbəbdən həbs yerində dərhal həyata keçirilmədiyini araşdırmağa apellyasiya məhkəmələrindən xahiş etməsinə baxmayaraq, Apellyasiya Məhkəməsi 2006cı il 22 dekabr tarixli qərarında bu məsələyə toxunmamışdır. Bu işlə bağlı Avropa Məhkəməsi daha sonra bildirmişdir: «Hər bir halda ərizəçinin sübutun mötəbərliyi və ondan ölkə məhkəmələri tərəfindən istifadə edilməsi ilə bağlı şikayətlərinə ölkə məhkəmələri tərəfindən onun barəsində sözü gedən bu sübut əsasında ittiham hökmü çıxarılan zaman baxılmasının səbəblərinə ölkə məhkəmələri və ya Hökumət tərəfindən hər hansı izah verilməmişdir. Buna görə də Məhkəmə ərizəçiyə sübutun mötəbərliyini təkzib etməsi və ondan ölkə məhkəmələrində istifadəyə etiraz etməsi üçün imkan yaradılmadığı nəticəsinə gəlməyə gilməz. Belə ki, onun bununla bağlı şikayətlərini ölkə məhkəmələri heç bir səbəb göstərmədən araşdırmamışlar. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq, hesab edir, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlüklə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir». B) Sakit Zayidov Azərbaycana qarşı iş üzrə Avropa Məhkəməsinin qiymətləndirməsi və gəldiyi nəticə Hazırki işdə də Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi nəticədə Cinayət Məcəllənin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsilə məhkum olunmuşdur. Ərizəçinin ittiham olunduğu əməldə təqsirli olması yalnız 23 iyun 2006-cı ildə keçirilən şəxsi axtarış zamanı onun üstündə tapılmış maddi sübuta (narkotik vasitə) əsasən müəyyən olunmuşdur. Hansı ki, həmin maddi sübut olmadığı halda, belə nəticəyə gəlmək qeyri-mümkün idi. Belə olan halda, Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmışdır. Araşdırılan birinci məsələ ilə bağlı Məhkəmə vurğulamışdır ki, tərəflər arasında mübahisə doğurmur ki, ərizəçinin şəxsi axtarışı onun 23 iyun 2006-cı il tarixdə, saat 19-da tutulmasından dərhal sonra keçirilməmişdir. Həmin axtarış 23 iyun 2006-cı il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində 23 iyun 2006-cı il tarixdə, saat 19.20-də keçirilmişdir. Həbslə axtarış arasında təxminən 20 dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaradır. Belə ki, bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində idi. Hər bir halda, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmasını güman etməyə heç bir əsas yoxdur. Daha sonra məhkəmə qeyd etmişdir ki, ərizəçi tərəfindən birbaşa vəsatət verilməsinə baxmayaraq, milli məhkəmələr axtarışın video çəkilişini tədqiq etməkdən imtina etmişlər. Bundan əlavə, Hökümət Məhkəmənin soruğusuna baxmayaraq, bu videoçəkilişin surətini təqdim etməmişdir. Məhkəmə o halı da nəzərdən qaçıra bilməz ki, polis əməkdaşları ərizəçinin tutulmasını dərhal sənədləşdirməmişlər. O cümlədən tərəflər ərizəçinin polis əməkdaşları tərəfindən 23 iyun 2006-cı il tarixdə, saat 19-da tutulması faktını mübahisələndirməsələr də, tutulma protokolu 23 iyun 2006-cı il tarixə, saat 22.50-ə qədər tərtib olunmamışdı. Bundan əlavə, deyəsən, tutulma və DİN BNMİ-də axtarış zamanı ərizəçi müdafiəçi ilə təmin olunmamışdır. Qeyd edilənlərə əsasən Avropa Məhkəməsi belə hesab etmişdir ki, ərizəçinin təqsirli bilinməsi üçün milli məhkəmələrin gəldiyi nəticənin əsasında duran maddi sübutun keyfiyyəti şübhəldir. Belə ki, onun əldə edilməsi üsulu onun mötəbərliliyini şübhə altında qoyur. İkinci məsələ ilə bağlı Məhkəmə qeyd etmişdir ki, ərizəçi maddi sübutun mötəbərliyini və onun istifadə edilməsini bütün milli məhkəmələrdə qaldırmışdır. Bununla bağlı Məhkəmə nəzərə çatdırmışdır ki, ərizəçinin konkret şikayətinin olmasına baxmayaraq, 23 iyun 2006cı il tarixdə keçirilən axtarış zamanı əldə edilmiş sübutun istifadəsi məsələsi qulaqardına vurulmuşdur. Xüsusilə onlar, nəyə görə ərizəçinin axtarışının dərhal onun tutulduğu yerdə həyata keçirilməməsi və ümumiyyətlə axtarışın prosessual normalara uyğun keçirilibkeçirilməməsi məsələsini araşdırmamışlar. Milli məhkəmələr heç ərizəçinin yuxarıda göstərilən şikayətinə baxmamaqla, o qərara gəlməklə kifayətlənmişlər ki, onun cibinə narkotik vasitənin qoyulması barədə ərizəçinin bildirdikləri özünü müdafiə xarakteri daşıyır və məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlməyə bilməz ki, ərizəçiyə bu məsələnin qaldırılması üçün imkan yaradılmamışdır. Belə ki, onun bununla bağlı şikayətlərini ölkə məhkəmələri heç bir səbəb göstərmədən araşdırmamışlar. Məhkəmə daha sonra qeyd etmişdir: «Məhkəmə ərizəçinin üzərində tapılmış maddi sübutun onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yuxarıdakı mülahizlər Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilməsi üsulu və bu sübutun mötəbərliliyi ilə bağlı onun etirazlar və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. C) Avropa Məhkəməsinin Tacir Layıcov Azərbaycana qarşı və Sakit Zayidov Azərbaycana qarşı işlər üzrə presedentlərinin hazırki işə tətbiqi. Məhkəmə tərəfindən bu xüsusda işin hallarının milli və beynəlxalq qanunvericiliyin və həmin presedentlərin tələbinə əsasən qiymətləndirilməsi. İlk əvvəl məhkəmə onu qeyd edir ki, Avropa Məhkəməsinin bəzi presedentlərinə görə Avropa Konvensiyasının 6-cı maddəsi təkcə işin məhkəmə mərhələsinə deyil, məhkəməyəqədərki mərhələyə də (hazırki işdə ibtidai araşdırma mərhələsinə) tətbiq oluna bilər. Belə ki, Salduz Türkiyəyə qarşı işdə (27 noyabr 2008-ci il tarixli qərar) Avropa Məhkəməsi belə bir hüquq mövqe formalaşdırmışdır ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi «cinayət məsuliyyəti»ni müəyyən etmək üçün səlahiyyəti olan «məhkəmə» tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu həmin maddənin məhkəməyəqədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər. Məhz bu nöqteyi-nəzərdən çıxış edən Avropa Məhkəməsi Tacir Layıcov və Sakit Zayidovun işləri üzrə qərarlarında Avropa Konvensiyasının 6-cı maddəsində göstərilən təminatları işin məhkəməyəqədərki mərhələsinə aid etmiş və bunun əsası kimi Salduz Türkiyəyə qarşı işə istinad etmişdir. Layıcov Azərbaycana qarşı və Sakit Zayidov Azərbaycana qarşı işlər üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən olunan standartları hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, bu işdə də iki məsələ:birincisi, sübutun, yəni 17 noyabr 2022-ci il tarixli şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs «tapılan» narkotik vasitə olan qurudulmuş marixuanadan ibarət maddi sübutun keyfiyyəti, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığı, ikincisi, sübutun mötəbərliyini təkzib etmək və ölkədaxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyi məsələsi araşdırılacaqdır. İşin hallarına hüquqi qiymət verən məhkəmə birinci məsələ ilə bağlı qeyd edir ki, bir sıra çatışmazlıqlar və qanun pozuntuları olmuş və bunlar maddi sübutun mötəbərliyinə əsaslı kölgə salmışdır. Belə ki, ittiham tərəfi ilə müdafiə tərəfi arasında mübahisə doğurmur ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış onun tutulmasından (həbsindən), yəni polis əməkdaşlarının bildirdiyinə görə onun 17 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Balakən rayonu Sarıbulaq kəndində, təqsirləndirilən şəxsin məhkəmədə bildirdiyinə görə 17 noyabr 2022ci il tarixdə saat 12-13 radələrində Balakən şəhərində tutulmasından dərhal sonra həyata keçirilməmişdir. Eyni zamanda tərəflər arasında o da mübahisələndirilmir ki, polis əməkdaşlarına görə Təqsirləndirilən şəxs tutulduğu Balakən rayonu Sarıbulaq kəndindən X16 təxminən 10-15 dəqiqəlik məsafə, həmçinin Təqsirləndirilən şəxs görə onun tutulduğu Balakən şəhərindən X16 təxminən 30 dəqiqəlik məsafə vardır və o, müvafiq olaraq təxminən 10-15 dəqiqə ərzində Sarıbulaq kəndində polis bölməsinə, həmçinin təxminən 30 dəqiqə ərzində Balakən şəhərindən polis bölməsinə aparılmışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən Balakən şəhərində «Bazarbaşı» adlanan ərazidə 17 noyabr 2022-ci il tarixdə, saat 12-13 arası tutulduğu, sonra Qabaqçöl qəsəbəsinə Balakən RPŞ-nin X16 aparıldığı və orada bir neçə saat tanımadığı polis əməkdaşının otağında saxlandığı, orada ona qarşı zor tətbiq olunduğu, cibinə narkotik vasitə qoyulduğu, həmçinin üstünə qoyulan narkotik vasitənin ona məxsus olmadığını bildirdiyi təqdirdə onun narkotik vasitənin satışı və külli miqdarda saxlanması ilə məsuliyətə cəlb olunacağı, həmçinin arvadının cinayət məsuliyyətinə cəlb olunacağı ilə hədələndiyini və məcburiyyət qarşısında qalıb narkotik vasitənin ona məxsus olmasını boynuna götürdüyünü, sonra üstünə guya şəxsi axtarışın keçirildiyini göstərimşdir. Polis əməkdaşları isə məhkəmə iclasında verdiyi ifadələrində Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Balakən rayonu Sarıbulaq kəndində tutularaq Balakən RPŞ-nin Polis Bölməsinə təqribən 10-15 dəqiqə ərzində aparıldığını qeyd etmişlər. İşdə olan şübhəli şəxsi tutma protokolunda isə təqsirləndirilən şəxsin 17 noyabr 2022-ci il tarixdə saat 16.30-da şübhəli şəxs qismində tutulduğu, işdə olan şəxsi axtarış protokolunda isə həmin gün saat 16.50-dən 17.30-dək üstündə şəxsi axtarışın həyata keçirildiyi göstərilir. Buradan belə nəticə çıxır ki, Təqsirləndirilən şəxs həbsi ilə onun üstündə həyata keçirilən şəxsi axtarış arasında müəyyən vaxt, polis əməkdaşlarının ifadələrinə əsasən 50 dəqiqə, şübhəli şəxsi tutma protokoluna görə 20 dəqiqə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə görə isə təxminən bir neçə saat vaxt keçmişdir. İttiham tərəfi təqsirləndirilən şəxsin Balakən rayonu Sarıbulaq kəndində tutulmasından onun üstündə şəxsi axtarış aparılmasınadək dəqiq nə qədər vaxt keçdiyi barədə məhkəməyə hər hansı fakt və sübut təqdim etməmiş, eyni zamanda həmin tutulmanın hansı əsaslarla, harada və nə vaxt həyata keçirilməsi barədə videoçəkiliş aparılmamış və həmin videogörüntülər məhkəməyə təqdim edilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs real həbsi ilə şəxsi axtarış arasında olan bu vaxt boşluğu maddi sübutun təqsirləndirilən şəxsin cibinə «qoyulması» mümkünlüyü ilə bağlı qanuni və əsaslı narahatlıqlar yaradır. Belə ki, bu vaxt, yəni ittihama görə istər onun Balakən rayonu Sarıbulaq kəndində, istərsə də müdafiə tərəfinə görə Balakən şəhərində tutulub Balakən RPŞ-nin X16 gətirilməsindən sonra və polis bölməsində saxlanması zamanı Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Bunda əlavə, işdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın onun həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Heç şübhəsiz ki, belə hallara tutulan şəxsin ağır xəstəliyi, onun qaçması, bunun həyata keçirilməsinə digər şəxslər tərəfindən yaradılmış maneələr, texnogen qəzalar, sosial kataklizmlər (müharibə vəziyyəti, fövqəladə vəziyyət və s. bu kimi hallar), təbii kataklizimlər (zəlzələ, sel, daşqınlar və s.) aiddir. Hər halda Təqsirləndirilən şəxs barəsində əməliyyat hazırlayan polis əməkdaşları onun tutulmasını həyata keçirən zaman, onun üzərində şəxsi axtarışın həyata keçirilməsi üçün müvafiq hazırlıq işləri görməli, yəni axtarışın həmin ərazidə keçirildiyi yeri müəyyən etməli, videoçəkiliş təşkil etməli və yaxud videoçəkiliş olmadığı halında hal şahidlərini cəlb etməli, təqsirləndirilən şəxsin prosessual hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsinə şərait yaratmalıydılar. Lakin bunlar həmin vaxt edilməmişdir. İttiham tərəfi də Təqsirləndirilən şəxs Balakən şəhərində və ya Balakən rayonu Sarıbulaq kəndində tutulan zaman onun üstündə axtarışın dərhal həyata keçirilməsini mümkünsüz edən halların olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs real həbs olunma vaxtı və yeri, eyni zamanda şübhənin mahiyyəti və əsasları göstərilməməklə onun faktiki tutulması sənədləşdirməmiş və onun azadlıq hüququ pozulmuş, həmçinin bu hal da onun ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına və üstündə qanunsuz axtarışın keçirilməsinə şərait yaratmışdır. Məhkəmə hazırki işlə bağlı yuxarıda göstərilən xüsusda onu da qeyd edir ki, Balakən şəhərində və yaxud Balakən rayonu Sarıbulaq kəndində tutulan zaman Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmamış, öz müdafiəsini hazırlamaq üçün ona şərait yaradılmamışdır. Halbuki tutulduğu vaxtdan seçdiyi müdafiəçiyə malik olmaq, bu zaman keyfiyyətli hüquqi yardım almaq, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt və imkana malik olmaq və müdafiə taktikasını hazırlamaq üçün görüşlərinin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçi ilə görüş imkanlarına, o, cümlədən konfidensial görüş imkanlarına malik olmaq onun hüququdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü yarımbəndində cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsait kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiəçidən pulsuz istifadə etmək hüququ təsbit edilmişdir. Mayzit Rusiyaya qarşı işdə (20 yanvar 2005-ci il tarixli qərar) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3 «c» yarımbəndində təsbit olunmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim etməkdən ibarətdir. Bulut Avstriyaya qarşı (22 fevral 1996-cı il tarixli iş üzrə qərar), həmçinin Popov Rusiyaya qarşı (13 sentyabr 2006cı il tarixli iş üzrə qərar) işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki, çəkişmə prinsipi baxımından bu müddəanın məqsədi təqsirləndirilən şəxsə qarşı tərəflə müqayisədə onu əlverişsiz vəziyyətə qoymayan şərtlərlə öz müdafiəsini qura bilməsi üçün ağlabatan imkan verməkdir. Puatrimol Fransaya qarşı işdə (23 noyabr 1993-cü il tarixli qərar) Avropa Məhkəməsi öz hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir. Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edir. Avropa Məhkəməsi Pisalnikov Rusiyaya qarşı işdə (24 sentyabr 2009-cu il tarixli qərar) nəzərə çatdırmışdır ki, tələb olunan hüquqdan imtina təkcə könüllü deyil, eyni zamanda bilikli və şüurlu olmalıdır. Ədalətli məhkəmə araşdırılmasının anlayışını təşkil edən fundamental hüquqlardan biri olaraq və Konvensiyanın 6-cı maddəsinin təminatlarının səmərəliliyini təmin edən müdafiəçiyə malik olmaq hüququ bilikli və şüurlu imtina standartlarının xüsusi mühafizəsini tələb edən hüquqların vacib nümunəsidir. «Dayanan» Türkiyəyə qarşı iş üzrə Avropa Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, məhkəmənin qəbul etdiyi və özünün presedent hüququnun əsaslandığı hamılıqla qəbul olunmuş beynəlxalq hüquq normalarının vurğuladığı kimi, təqsirləndirilən şəxs məruz qaldığı dindirmələrdən asılı olmadan, tutulduğu andan vəkilin yardımından istifadə edə bilməlidir. Həqiqətən prosesin ədalətliliyi tələb edir ki, təqsirləndirilən şəxs məsləhətə xas olan bütün geniş imkanlardan istifadə edə bilsin. Bununla bağlı işin müzakirəsi, müdafiənin təşkili, təqsirləndirilən şəxsin xeyrinə olan sübutların toplanması, dindirmələrin hazırlanması, narahatlıq içində olan təqsirləndirilən şəxsə dəstək olması və həbsin şərtlərinə nəzarət olunması vəkilin sərbəst keçirməli olduğu müdafiənin fundamental elementlərini təşkil edir. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tutulduğu andan vəkilin yardımından istifadə edə bilməmiş, işinin müzakirəsi, müdafiənin təşkili, onun xeyrinə sübutların toplanması, dindirmələrin hazırlanması, şəxsi axtarışda necə iştirak etməsi və onu gözləyən hüquqi risklərdən necə müdafiə olunması ilə bağlı müdafiəçinin hüquqi məsləhətlərindən yararlana bilməmiş, narahatlıq içində olan şəxs kimi ona çox vacib olan hüquqi və mənəvi dəstəyi almamışdır. Bu da onun müdafiə hüquqlarının pozulmasına şərait yaratmışdır. Belə ki, iş materiallarında olan 17 noyabr 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılmasının videogörüntüləri əks olunmuş 1 ədəd DVD diskinə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özünə qarşı ifadə verməmək hüququ izah edilməmiş, bu zaman ondan «aşkar olunmuş» narkotik vasitə ilə bağlı ifadə alınmış, faktiki olaraq bu xüsusda ittihamın irəli sürülməsi üçün bu ifadə məlumatından istifadə edilmiş, eyni zamanda onun üstündəki narkotik vasitəni ködəkcəsinin cibindən çıxararaq təqdim etməsi tələb edilməklə və Təqsirləndirilən şəxs da bu tələbə riayət etməsilə onun əlbarmaq izlərinin həmin narkotik vasitə olan sellofan bükümdə qalacağı və ona qarşı istifadə olunacağına şərait yaradılmış, müdafiəçi də bu hallar barədə təhqiqatçıya iradını bildirməmiş, şübhəli şəxsin özünə qarşı ifadə verməməsinə və «cibində olan» narkotik vasitənin özü tərəfindən cibindən çıxarılmaması, bunun polis əməkdaşları tərəfindən edilməsi üçün heç bir qanuni tədbir görməmişdir. Bununla da Təqsirləndirilən şəxs müdafiə hüququ pozulmuşdlur. Həmçinin qeyd edilməlidir ki, ümumiyyətlə ibtidai araşdırmada iştirak edən müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs səlahiyyətli əməliyyat-axtarış subyektinin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı və əməliyyat-qeydiyyat işi olmadan, eyni zamanda hər hansı adı və yaşayış yeri bəlli olan fiziki şəxsin, hüquqi şəxsin, kütləvi informasiya vasitəsinin araşdırılmış məlumatı olmadan və şübhəli şəxs kimi tutulması üçün heç bir qanuni əsas olmadan Təqsirləndirilən şəxs qanunsuz tutulmasına hər hansı münasibət bildirilməmiş, Təqsirləndirilən şəxs onun cibinə narkotik vasitəni polis əməkdaşlarının qoyduğunu bildirdiyi halda həmin polis əməkdaşların əllərində sözügedən narkotik vasitənin izlərinin aşkar olunması məqsədilə onların əllərinin tibbi tamponla yuyulmasının həyata keçirilməsi və nəticədə həmin tamponun narkotik vasitə ilə birlikdə məhkəmə fiziki-kimyəvi ekspertizasına göndərilməsi, eyni zamanda narkotik vasitənin olduğu sellofan bükümdə bu polis əməkdaşlarının əl-barmaq izlərinin aşkar olunması üçün həmin bükümdə olan əl-barmaq izləri ilə bağlı məhkəmə-daktilaskopik ekspertizasının keçirilməsi, həmin vaxt Təqsirləndirilən şəxs Balakən şəhərində tutulmasını təsdiqi üçün ərazidə olan kamera görüntülərinin vaxtında (15 gün ərzində) götürülməsi, müdafiə tərəfinin şahidlərinin dindirilməsi üçün heç bir vəsatət verilməmiş, prosessual tədbirlər görməmiş, ibtidai istintaqda bu halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün heç bir təşəbbüs göstərilməmiş, şəxsi axtarış protokoluna bu məsələlərlə bağlı heç bir qeyd və etiraz edilməmiş, qanunsuz tutulan Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilməsi tələb edilməmiş və bu barədə heç bir etiraz və qeydin protokola daxil edilməsi tələb olunmamışdır. Əslində qeyd olunanlar Təqsirləndirilən şəxs müdafiəçi ilə konfidensial ünsiyyət saxlamasına və prosessual hərəkətlərdən əvvəl, o cümlədən şəxsi axtarışdan əvvəl müdafiəçi ilə müdafiə taktikasının hazırlanmasına və müdafiəçinin hüquqi yardımından yararlanmasına böyük şübhələr yaradır. Müəyyən olunmuş bu hallar da şübhəsiz ki, tutulan və polis bölməsində saxlanılan vaxt, üstündə şəxsi axtarış adı altında tədbir keçirilən zaman, həmçinin işin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiə hüquqlarının kobud pozuntusunu, keyfiyyətli hüquq yardım almamasını birbaşa göstərir. İşin faktiki hallarına həmin məhkəmə presedentlərinin tələbləri işığında qiymət verən məhkəmə belə qənaətə gəlir ki, faktiki olaraq tutulduğu vaxt Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilməməklə, o, digər tərəfə münasibətdə işinin ədalətli, tam və obyektiv araşdırılması ilə bağlı olduqca əlverişsiz vəziyyətə salınmış, bu hal ona qarşı ittihamın əsasını təşkil edən maddi sübutun məhz həmin vaxt, yəni polisin tam nəzarətində olduğu və müdafiəçi ilə təmin olunmadığı vaxt «qoyulması» nı mümkün edən əsaslı şübhələr və narahatlıqlar ortaya qoymuşdur. Şəxsi axtarışda da Təqsirləndirilən şəxs müdafiəçisi ilə görüşmək, konfidensial ünsiyyət saxlamaq, həmçinin həmin vaxt öz müdafiəsini hazırlamaq üçün imkan yaradılmamışdır. İşin halları onu deməyə əsas verir ki, şəxsi axtarış zamanı dövlət hesabına təyin olunmuş müdafiəçi sadəcə olaraq polsin hərəkətlərinin müşahidəçisi roluna salınmışdır. Həmçinin şəxsi axtarışın dərhal Təqsirləndirilən şəxs tutulduğu yerdə nəyə görə aparılmadığını müəyyən etmədən, tutulma və şəxsi axtarışın cinayət-prosessual qanunvericiliyin normalarına uyğun aparılıb-aparılmadığına düzgün hüquqi qiymət vermədən, cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 12 dekabr 2022-ci il qərarında ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs üstündən narkotik vasitə tapılması qeyd olunan 17 noyabr 2022-ci il tarixli şəxsi axtarış protokolunu, həmin axtarışın videogörüntüləri ilə bağlı 01 ədəd DVD diskini, həmçinin bu hərəkət nəticəsində yaranmış digər əsasları, yəni şahid ifadələrini, ekspertiza rəylərini, 5,71 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 5,66 qramını sübut kimi tanımışdır. Həmin sübutların mötəbərliyinə böyük şübhələr olduğu halda, əldə edilməsi üsuluna görə şübhəli olan və bu səbəbdən mötəbər sayılmayan sübutların şəxsin təqsirli bilinməsinə yol verilmədiyini tələb edən qanunun tələbinə əməl etməyən ibtidai araşdırma orqanı həmin sübutlardan istifadə etməklə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmiş, ona həmin maddə ilə ittiham vermişdir. Bununla da ibtidai araşdırma orqanı Azərbaycan Respublikası CPM-nin tələblərini də pozmuşdur. Belə ki, Qanuna görə cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə bütün halları hərtərəfli, tam və obyektiv araşdırılması və onlara düzgün hüquqi qiymət verilməsi vəzifəsini daşıyır. Azərbaycan Respublikası CPM-nin 8.0.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaqdan ibarətdir. Azərbaycan Respublikası CPM-nin 85.2.1, 86.2.1 və 207-209-cu maddələrinə əsasən müstəntiq və təhqiqatçı törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək vəzifəsini daşıyır. Bu vəzifələr həmçinin həmin mərhələdə şəxsin işinin ədalətli aradırılması hüququnun təmin edilməsi zərurətindən doğur ki, təhqiqatçı və müstəntiq də ibtidai araşdırma mərhələsində həmin hüququ təmin etməmişlər. Eyni zamanda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən də CPM-nin 84, 289-cu maddələrinin və sair aidiyyəti maddələrin tələbləri pozularaq, bu hallara müvafiq hüquqi qiymət verilməmiş, Təqsirləndirilən şəxs ibtidai araşdırma mərhələsində ədalətli məhkəmə araşdırması hüququ təmin edilməmişdir. Məhkəmə hazırki işlə bağlı təqsirləndirilən şəxsin üstündə «tapılmış» maddi sübutun ona verilmiş ittihamın yeganə sübutu kimi çıxış etdiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yuxarıdakı mülahizələr Təqsirləndirilən şəxs qarşı ibtidai araşdırmada istifadə olunmuş maddi sübutun əldə edilməsi üsulu və bu sübutun mötəbərliliyi ilə bağlı onun prosessual hüquqlarının təmin olunmaması və qanunun tələbləri zərurətinə istintaq orqanı tərəfindən baxılmaması bu məhkəməyəqədərki proseslərin bütünlüklə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Avropa Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Məhkəmə gəldiyi bu nəticəni həm də onunla əsaslandırır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs münasibətdə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və ona qarşı ittihamın əsasını təşkil edən sübutlar cinayət-prosessual qanunvericiliyinin normalarının pozulması ilə əldə edilmişdir. Ona görə də bu konteksdə ittihamın təqdim etdiyi həmin sübutlara ayrı-ayrılıqda hüquqi qiymət verilməsi zəruridir. Belə ki, məhkəmə tərəfindən işin faktoloji halları olaraq müəyyən edilmişdir ki, Əzizov X15 şəhərində, ittihamın iddia etdiyinə görə isə Balakən rayonu Sarıbulaq kəndində polis əməkdaşları tərəfindən tutularkən, onun prosessual statusu, yəni hansı qisimdə-şübhəli və ya təqsirləndirilən şəxs qismində və ya digər statusda tutulması, tutulmanın əsasları və halları müəyyən olunmamış, ona tutulmanın əsasları barədə hər hansı məlumat verilməmiş, onun həmin vaxt tutulması sənədləşdirilməmiş, yəni tutulma faktı qeydə alınmamış, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri, o cümlədən özünə və yaxın qohumalarına qarşı ifadə verməmək, tutulduğu andan müdafiəçinin yardımından istifadə etmək, tutulmadan dərhal sonra tutulmasını o cümlədən yaxın qohumlarına xəbər vermək hüququ izah edilməmiş, onun tutulma faktının qeydə alınmaq, tutulma sənədləri ilə tanış edilmək, tutulma barədə ailə üzvlərinə xəbər vermək, tutulduğu andan öz vəkili və qanun nümayəndələri ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, öz vəkili olmadıqla, ona müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını almaq və seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək, maddi vəziyyəti imkan vermədikdə dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı əldə etmək və ya vəkildən imtina etmək hüquqları pozulmuşdur. Hətta təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə saat 16.30-da tutulması haqqında yazılan protokolda onun hansı əsaslarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulan əməli törətməsində şübhəli bilinərək tutulması hallarının (CPM-nin 148.2.1-148.2-3 və 148.3.1-148.3.3-cü maddələri) olması göstərilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2011-ci il 4 mart tarixli, 2 №-li qərarının 28-ci bəndində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah eldilsin ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə edilmiş sübutların mümkünlüyü məsələsini Azərbaycan CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. 17 noyabr 2022-ci il tarixli şəxsi axtarış protokolu və həmin axtarışın videogörüntüləri əks olunmuş DVD diski İslam Əzizoun şübhəli şəxs statusu müəyyən olunmamaqla qanunsuz tutulmasının və bir sıra prosessual hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulmasının nəticəsi olaraq və prosessal pozuntularla həyata həyata keçirildiyi üçün Azərbaycan CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən mötəbər sübut kimi qəbul oluna bilməz. Bu xüsusda Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələri axtarış və ya götürmə, o cümlədən şəxsi axtarış və götürmənin prosessual əsaslarını: bu hərəkətlərin keçirilməsi halları, şərtləri, qaydaları, ardıcıllığı və bu hərəkətin kimin qərarı əsasında aparılmasını, həmçinin bu hərəkətlər zamanı hansı sənədlərin tərtib olunması və həmin prosessual sənədlərdə hansı halların göstərilməli olması, bu prosessul hərəkətlərdə iştirak edən şəxslərin müvafiq hüquq və vəzifələrinin izah olunaraq, həmin hüquqların təmin olunmasını təsbit etmişdir. Bununla da qanun cinayət prosesi tərəfləri üçün bərabər imkanlar yaratmaq, həmçinin müdafiə tərəfini cinayət prosesini həyata keçirən orqanın mümkün özbaşınalığından qorumaq üçün əsas yaratmışdır. Axtarış və götürmə, o cümlədən şəxsi axtarış zamanı bu prosessual hüquqların pozulması, müdafiə tərəfinə öz hüquqlarının həyata keçirilməsinə lazımi şəraitin yaradılmaması təbii ki, həmin prosessual hərətlərin nəticələrinə böyük kölgə salır və onların mötəbərliyinə ciddi şübhə yaradır. Əldə olunma üsulu və qaydası şübhəli olan, prosessual qanunvericiliyin tələblərinin pozulması ilə xarakterizə olunan şəxsi axtarış və götürmənin nəticələrini əks etidrən müvafiq protokol da bu mənada şəxsin təqsirliylini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Hazırki işdə də 17 noyabr 2022-ci il tarixli şəxsi axtarış haqqında prosessual hərəkətə, o cümlədən onun protokollaşdırılmasına dair qanunda nəzərdə tutulmuş tələblər də pozulmuşdur. Belə ki, protokola görə həmin vaxt kim tərəfindən həmin hərəkətin prosessual əsasları və məqsədi barədə iştirakçılara elan olunmamış, Təqsirləndirilən şəxs və Müdafiəçi1 hansı prosesul statusda, yəni Təqsirləndirilən şəxs şübhəli şəxs, Müdafiəçi1 isə onun müdafiəçisi qismində həmin hərəkətdə iştirakı onlara bildirilməmiş, onlar yalnız iştirakçılar kimi protokola daxil edilmiş, bu zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri və məsuliyyəti, o cümlədən özünə qarşı ifadə verməmək hüququ, eyni zamanda müdafiəçisi güman olunan şəxsin hüquq və vəzifələri izah olunmamış, Təqsirləndirilən şəxs özünə qarşı ifadə verməmək, axtarış və götürmənin qanunun tələblərinə uyğun keçirilməsini tələb etmək, protokolda yazılmalı olan qeydlər vermək, həmin hərəkəti həyata keçirən şəxsə etiraz etmək, bunu həyata keçirən şəxsin hərəkətlərindən şikayət etmək hüquqları pozulmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs üstündə maddi sübutun «tapılmasına» və həmin sübutun əldə edilməsi mötəbərliyinə böyük şübhə yarandığı və həmin maddi sübut mötəbər sayılmadığı halda həmin sübutun təqsirləndirilən şəxsdə «tapılmasını» ehtiva edən 17 noyabr 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokol və həmin axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski də mötəbər sübut sayıla bilməz. Məhkəmə onu da nəzərə çatdırır ki, qanunda təxirə salına bilməyən hallarda axtarışın, həmçinin o cümlədən şübhəli şəxs tutulduqda və polis və digər hüquq-mühafizə orqanlarına gətirildikdə onun üstündə şəxsi axtarışın müstəntiq və təhqiqatçı tərəfindən aparılması nəzərdə tutulmuşdur. Axtarışın və ya götürmənin, o cümlədən şübhəli şəxsin üzərində şəxsi axtarışın və götürmənin aparılmasının təxirəsalınmazlığı məhz bu axtarış və götürməni təxirəsalınmaz edən halların aradan qaldırılmasını təmin etmək, başqa şəxslərin hüquq və azadlıqlarını qorumaq, onların təhlükəsizliyini təmin etmək, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri götürməkdən ibarətdir. Bu hərəkətlərin təxirəsalınmazlığı məhz onların dərhal həyata keçirilməsini labud və zəruri edir və qanun da bunu cinayət prosesini həyata keçirən orqandan tələb edir. Amma bu xüsusda məhkəmə üçün qətiyyən aydın və başadüşülən deyildir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan dərhal sonra onun üzərində şəxsi axtarış və götürmə dərhal aparılmamışdır. Belə ki, qanunun tələbinə və sadə məntiqə görə əgər o, narkotik vasitələrin qanunsuz saxlanmasında şübhələnib, buna görə tutulmuşdursa, onda tutulma həyata keçirildikdən dərhal sonra onun üstündə bu narkotik vasitənin və digər iş üçün əhəmiyyət kəsb edən əşya və sənədlərin olub-olmamasının müəyyən edilməsi, müəyyən olunduqda isə götürülməsi üçün təxirəsalınmaz şəxsi axtarış və götürmə aparılmalı idi. Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi, şübhəli şəxs onun tutulmasından dərhal sonra dindirilməlidir (CPM-nin 232.1-ci maddəsi). Lakin hazırki işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tutulması müvafiq protokolla 17 noyabr 2022-ci il tarixdə saat 16.30da rəsmiləşdirilsə də, onun şübhəli şəxs qismində dindirilməsi 18 noyabr 2022-ci il tarixdə saat 12.30-da, yəni 1 gün sonra sonra həyata keçirilmişdir. Qanunun bu tələbinin pozulması isə heç bir halla əsaslandırılmamışdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/847 nömrəli rəyi də Təqsirləndirilən şəxs «tapılması»ı göstərilən, əslində isə təqsirləndirilən şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə qanunuz yolla əldə edilməklə, mötəbər sayılmayan maddi sübuta (narkotik vasitə olan qurudulmuş marixuanaya) əsaslandığından mötəbər sayılı bilməz. Ona görə də məhkəmə məhkəməbioloji ekspertizasının xx.xx.2022-ci il traixli 17/847 nömrəli rəyini də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinməsinə əsas verən mötəbər sübut saymır. İttiham tərəfi həmin ekspertiza rəyinin tək mötəbər sayılmayan maddi sübuta istinad edilməklə verilməməsi və həmin maddi sübut olmadan da Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlanmasını əks etdirməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair ittiham tərəfinin digər sübutu şahid ifadələridir. İfadələri alınmış bu şahidlər də 17 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs tutulmasını həyata keçirən və 17 noyabr 2023-cü il tarixdə onun üstündə şəxsi axtarışı həyata keçirilməsi prosesində iştirak edən Balakən RPŞ-nin X13 əməliyyat müvəkkili Şahid1 və Balakən RPŞ-nin TH-nin inspektoru Şahid2dur. Azərbaycan Respublikası CPM-nin 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağrılıb şahid qismində dindirilə bilər. İlk öncə məhkəmə qeyd edir ki, istənilən əməliyyat-axtarış tədbiri, o cümlədən cinayətkarlıqla mübarizə fəaliyyəti qanunsuz yolla, şəxsin qanuni hüquqlarının pozulması yolu ilə onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktiki əsasların «yaradılmasını» deyil, polisin müdaxiləsi olmadan hazırlanan və ya yaxud törədilmiş cinayətin ifşa edilməsini təmin etməli və məhz belə olduqda həmin əməliyyatın özü və həm də həmin əməliyyat nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də, şəxsin təqsirliliyinin müəyyən olunmasında istifadə edilə bilən əsaslar kimi qəbul edilməlidir. Bunun əksinə olaraq, əgər şəxsin polisin müdaxiləsi olmadan da ona istinad edilən cinayəti törədəcəyini və yaxud törətməyə hazırlaşdığını göstərən əsaslar yoxdursa və törədilmiş əməl, həmçinin şəxsin təqsirliliyi barədə nəticənin əsaslandırılmasında istifadə olunmuş sübutlar polisin qanunsuz müdaxiləsinin nəticəsidirsə, şəxsin cinayət məsuliyyətinə cəlb edilib, cinayətdə təqsirli bilinməsi sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən araşdırmanın nəticəsi kimi qiymətləndirilə bilməz. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, ittiham tərəfinin bu şahidlərinin ifadələri məhz qanunilik tələbinə cavab verməyən, hüquq və azadlıqların kobud pozuntusu ilə əldə edilən, son nətitcədə şəxsin ədalətli məhkəmə araşdırması hüququna cavab verməyən araşdırmanın nəticəsi kimi ortaya çıxan maddi sübut-Təqsirləndirilən şəxs «üstündən çıxan» narkotik vasitə ilə bağlı olmuşdur. Həmin şahidlər məhkəmədə həmin maddi sübut olmadığı halda, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulan cinayəti törətməsi barədə hər hansı fakta malik olmadıqlarını bildirmişlər. İş materiallarında da əsas sübut olan maddi sübut olmadığı hada, bu şahidlərin təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi barədə məlumata malik olması haqqında heç bir sübut yoxdur və ittiham tərəfi də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üstündə aparılması göstərilən şəxsi axtarış qanununun tələblərinə zidd olaraq, onun konstitusion və prosessual hüquqlarının kobud pozuntusu ilə aparıldığı və onun həqiqiliyinə əsaslı təsir göstərdiyi, Şahid1 və Şahid2, Təqsirləndirilən şəxs üstündə narkotik vasitənin aşkarlanması barədə ifadələri mənbə kimi 17 noyabr 2022-ci il tarixli şəxsi axtarış protokolu və qanunsuz yolla əldə edilmiş maddi sübuta əsaslandığı və həmin 17 noyabr 2022-ci il tarixli şəxsi axtarış protokolu, həmin axtarışın videogörüntüləri əks olunmuş DVD diski və şəxsi axtarış əsasında «aşkar edilmiş» maddi sübut mötəbər sübutlar kimi qəbul olunmadığı üçün, həmin şahid ifadələri də həqiqilik, mötəbərlik baxımından şübhə doğurmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyini sübut edən mötəbər sübutlar kimi qəbul oluna bilməz və qəbul olunmur. Vanyan Rusiyaya qarşı işdə (15 dekabr 2005-ci il tarixli qərar) Avropa Məhkəməsi qeyd etmişdir ki, narkotiklərlə bağlı qanunsuz keçirilmiş milis əməliyyatı nəticəsində əldə edilmiş sübutlar nəticəsində şəxs haqqında cinayət işinin qaldırılması ədalət mühakiməsinin ədalətliliyinə zərbə vurmuşdur. Həmin işdə Avropa Məhkəməsi qanunsuz yolla əldə edilmiş sübutların şəxsə qarşı cinayət işi qaldırılması və onun təqsirliliyinin sübut olunmasında istifadəsini Avropa Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusu kimi qiymətləndirmişdir. Eynilə məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş 07 dekabr 2022-ci il tarixli 1847 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi də aşağıda göstərilənlərə əsasən mötəbər sübut kimi qəbul olunmur. Belə ki, həmin rəy də mənbə olaraq Təqsirləndirilən şəxs qanunsuz əldə edilmiş və mötəbər sayılmayan maddi sübuta söykənmişdir. Təbii ki, ittihamın əsasını təşkl edən maddi sübut mötəbər sübut sayılmadığı halda, bu sübutdan doğan ambulator narkoloji tibbi yoxlamanın rəyi və digər sübutlar da mötəbər sübut sayıla bilməz. Digər tərəfdən, həmin rəy Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarında artıq miqdarda narkotik vasitə əldə etməsi, daşınması və saxlamasını sübut etmir. Hətta rəyə inanılaraq, təqsirləndirilən şəxsdə narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəlyinin aşkar olunması qəbul edilsə belə, bu təqsirləndirilən şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, daşıması və saxlamasının sübutu anlamına gəlmir. Belə ki, həmin narkotik vasitə şəxsi istehlak miqdarında da əldə edilə, daşına və saxlanıla bilərdi ki, bu əmələ görə də cinayət məsuliyyəti yox, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati məsuliyyət nəzərdə tutulur. Bundan başqa, həmin rəyin konkret olaraq, hansı tədqiqat metodlarına, anamnez məlumatlarına, qan və sidik analizi məlumatlarına əsaslanması rəydə göstərilməmişdir. Eyni zamanda həmin rəydə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyi və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığı qeyd olunur. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. Belə olan halda Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuana əldə etməsi, daşıması və üstündə saxlaması ağlabatan və əsaslı deyildir. Göstərilənlər əsasında məhkəmə həmin ambulator məcburi- narkoloji tibbi yoxlamanın 07 dekabr 2022-ci il tarixli 1847 nömrəli rəyinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul etmir. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai araşdırmada şübhəli şəxs va təqsirləndirilən şəxs qsmində verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsi mötəbər sayılmalı və qəbul ediməlidir. Onun ibtidai araşdırmada şübhəli şəxs və təqsrləndirilən şəxs qismində verdiyi fadələri isə onun iradə ifadəsini əks etdirməmişdir. Belə ki, məhkəmədə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs polisin tam nəzarətinə keçərək tutulması rəsmiləşdirilməmiş, hüquq və vəzifələri izah edilməmiş, həmin vaxt üstündə dərhal axtarış aparılmamış, o, müdafiəçi ilə təmin olunmamış, sonrakı hərəkətlər zamanı da onun sıra hüquqları kobub şəkildə pozulmuşdur. Ona qarşı ittihamın əsasını qanunsuz yolla əldə edilmiş maddi sübut təşkil etmişdir. Eyni zamanda iş materiallarından da görünür ki, ona müdafiəçi ilə görüşmək, konfidensial ünsiyyət saxlamaq, öz müdafiəsini hazırlamaq imkanı verilməmişdir. Onun müəyyən zaman ərzində müdafiəçisiz tam şəkildə polisin nəzarəti altında olduğu, hüquqlarının izah edilmədiyi və polisin təsiri altında özü üçün əlverişsiz vəziyyətdə müəyyən qorxu və təşviş keçirdiyi halda, həmin şəratdə verdiyi ifadələri iradə ifadəsinin nəticəsi kimi qəbul oluna bilməz. Digər tərəfdən, Təqsirləndirilən şəxs ibtidai araşdırmada verdiyi ifadələri məhkəmə iclasında tədqiq olunmş və qiymətləndirilmiş hər hansı mötəbər sübutla və ya sübutların məcmuyu ilə təsdiqini tapmamışdır. Əksinə onun məhkəmə iclasında verdiyi ifadəsi işin real faktiki halları ilə tam təsdiqini tapır. İşin halları və onların hüquqi qiymətləndirməsi isə o nəticəyə bir daha gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs qarşı ədalətli məhkəmə araşdırması hüququ pozulmaqla, ittihamın əsasını təşkil edən sübutlar qanunsuz yolla əldə edilmişdir, mötəbər deyildir və ittihamın təsdiqi üçün qəbul edilə bilməz. Məhkəmə iclasında verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə öz təqsirini etiraf etməmiş və onun cinayət məsuliyətəinə cəlb edilməsinin polisin onun cibinə narkotik vasitə qoyması ilə əlaqələndirmişdir. Məhkəmə istintaqı və qiymətləndirilməsi ilə də Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində dediklərinin həqiqəti əks etdirdiyi, yəni ona qarşı ittihamın əsasını təsdiq edən maddi sübutun qanunsuz yolla əldə edildiyi və həmin sübutun və bunun əsasında yaranmış digər sübutların mötəbər olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs isə ona verilən ittihamda öz təqsirini etiraf etməmiş və onun ibtidai istintaqda verdiyi ifadələri iş üzrə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut kimi qəbul edir. Həm də Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu xüsusda İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də Avropa Konvensiyasının 6-cı maddəsinin şərh və tətbiqi ilə bağlı bir sıra presedentlərində şübhəli və təqsirləndirilən şəxslərin və şahidlərin məhkəmədə dindirilməsinin və onların məhkəmədə verdiyi ifadələrinin ibtidai araşdırmada verdiyi ifadələrindən daha üstün tutulmasının vacibliyini vurğulamışdır. Belə ki, X4rşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, məhkəmələr tərəfindən baxılan işlər zamanı proses iştirakçılarının iştirakının təmin edilməsi və dindirilməsi vacibdir. Məhkəmə öz fəaliyyətini təkcə ibtidai araşdırma zamanı tərtib olunmuş protokollarda və ya hər hansı digər yazılı sənədlərdə əks olunmuş ifadələrin öyrənilməsi ilə məhdudlaşdıra bilməz. Belə bir yanaşma şəxsin ədalətli məhkəmə araşdırması hüququnu heçə endirir. Şahidlərin məhkəmə iclasında dindirilməsi və bu zaman onlardan alınmış ifadələrə üstünlük verilməsi sübutların bilavasitə məhkəmədə araşdırmasının qanunvericilikdəki təsbitindən də irəli gəlir ki, bu da Azərbaycan Respublikası CPM-nin 144, 145, 344-347 və sair maddələrində öz əksini tapmışdır. X20rşı işdə Avropa Məhkəməsi göstərmişdir ki, cənab Günəş özünün və müdafiəçisinin iştirakı olmadan ibtidai istintaq tərəfindən bilavasitə və ya məhkəmə tapşırığı nəticəsində alınmış jandarm ifadələri əsasında məhkum edilmişdi. Ərizəçi həmin şəxslərin dindirilməsi hüququndan, həmçinin onların məhkəmə istintaqında dindirilməsi və onlara suallar verilməsi hüququndan məhrum edilmişdi. Cənab Günəşin vəsatətlərinə baxmayaraq həmin şəxslər məhkəməyə cəlb edilməmiş və onların məhkəmədə dindirilməsinə şərait yaradılmamışdı ki, bu da Konvensiyanın 6-cı maddəsinin pozulmasına şərait yaratmışdı. Ramsaxai Niderlanda qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, vacib şahidlərin məhkəmə iclasına çağrılıb dindirilməməsi və işin halları nöqteyi-nəzərindən onlara hərtərəfli, tam və obyektiv hüquqi qiymətin verilməməsi ictimaiyyətdə dövlətin qanunun aliliyi prinsipinə sədaqətliliyini şübhə altına alan bir nəsnəyə çevrilməklə şəxsin ədalətli məhkəmə araşdırmasını məhdudlaşdırır. Proses iştirakçılarının məhkəmədə verdiyi ifadələrinin ibtidai araşdırmada verdiyi ifadələrindən daha üstün olması barədə Avropa Məhkəməsinin hüquqi mövqeyi son presedentlərdən biri ilə Erkapiç Xorvatiyaya qarşı iş üzrə qərarda da öz əksini tapmışdır. Erkapiç Xorvatiyaya qarşı işdə Avropa Məhkəməsi xüsusi olaraq vurğulamışdır ki, müəyyən xüsusi əsaslar olmadığı halında ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, proses iştirakçılarının məhkəmədə verdiyi ifadələrinə onların ibtidai araşdırmada verdiyi ifadələrindən daha çox önəm verilsin. Belə ki, bu şəxslərin ibtidai araşdırmada verdiyi ifadələri əks olunmuş protokollar birinci növbədə ittiham tərəfinin öz mövqeyini müdafiə etmək üçün məlumatların toplanması prosesini əks etdirir. Məhkəmə işin hallarını ümumiləşdirib onlara hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, hazırki işin ibtidai araşdırma mərhələsində tərəflərin bərabərliyi prinsipinin real olaraq tətbiqi heçə enmişdir ki, bu hal da hazırki işin ibtidai araşdırmasının ədalətli və qanuni şəkildə həyata keçirilməsini tam şübhə altına alır. Halbuki yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının 25, 61-ci maddəsinin 3-cü bəndi, 63-cü maddəsi, 67-ci maddəsinin 1-ci bəndi, 127-ci maddəsi, Avropa Konvensiyasının 6-cı maddəsinin 1 və 3-cü bəndləri, Azərbaycan Respublikası CPM-nin 10.1, 10.2, 10.5, 11.1, 12.1. 14.2, 14.4, 19.1, 19.4.1, 19.4.2, 21.1, 21.2, 21.3, 32.1, 33.1 və 33.2-ci maddələrinə əsasən cinayət prosesinin ədalətli şəkildə və qanun əsasında həyata keçirilməsi, bu zaman cinayət prosesi tərəflərinə bərabər şəraitin yaradılması, onların hüquqlarının təmin edilməsi, şübhə altına alınan şəxsin və təqsirləndirilən şəxsin bütün hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsi istər mili qanunvericilikdə, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə imperativ qaydada qeyd edilmişdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs bir sıra konstitutsion hüquqları pozulmaqla, kobud qanun pozuntularına yol verilməklə (yuxarıda istinad olunan Konstitusiyanın 25, 61-ci maddəsinin 3-cü hissəsi, 67-ci maddənin 1-ci hissəsi, 127-ci maddəsi, Avropa Konvensiyasının 6-cı maddəsi, Azərbaycan Respublikası CPM-nin 19.1,19.4.1 və 19.4.2-ci maddələrinin pozuntusu və s), ona qarşı sübutlar əldə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 9.2, 125,2.1, 125.2.3, 125.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 63cü maddəsinin 4-cü hissəsi, Avropa Konvensiyasının 6-cı madddəsi və həmin maddənin tətbiqi ilə bağlı yuxarıda göstərilən presedentlərin tələbinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də ittihamın təqdim etdiyi sübutlar Təqsirləndirilən şəxs qarşı ittihamın təsdiqi üçün əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. İttihamdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə etməsi, daşınması və saxlaması ittihamı verilmişdir. Lakin işdə hər hansı mötəbər sübut olmadığı şəraitdə Təqsirləndirilən şəxs tərəfindən qurudulmuş marixuanadan ibarət narkotik vasitə əldə etməsi, yəni satın alması, başqa əmlakla və əşya ilə dəyişdirməsi, borc və ya bəxşiş kimi alması, borc əvəzinə qəbul etməsi, hardansa tapması və tapılmış narkotik vasitəni mənimsəməsi, mühafizə olunmayan əkin sahələrindən yığması və ya onlara başqa üsullarla yiyələnməsi, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hər hansı qaydanı pozmaqla narkotik vasitələrə yiyələnməsində ifadə olunan hərəkətlər etməsi, onun daşımasını həyata keçirməsi, həmçinin ona faktiki malik olması, yəni onu öz ixtiyarında saxlaması sübut olunmur. Bu barədə də hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. İttiham tərəfi də Təqsirləndirilən şəxs Azərbaycan Respubllkası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxsin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də həmin şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunur (Konstitusiyanın 63-cü maddəsi, CPM-nin 21.2-ci maddəsi). D) Məhkəmənin gəldiyi yekun nəticə İşdəki sübutlara istinad edən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə etməsi, daşıması və saxlaması və bununla da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmamışdır. Qeyd olunan hal isə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən onun haqqında bəraət hökmünün çıxarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn möhtəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Barbera, Messege və Xabardo İspaniyaya qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, ittiham verilən şəxsin təqsirsiz sayılmaq hüququ tələb edir ki, məhkəmənin üzvləri öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsin təqsirləndirildiyi cinayəti törətməsi kimi yanlış fikirdən çıxış etməsinlər; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Rinqvold Norveçə qarşı işdə Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, bəraət hökmü çıxarıldıqdan və ya qanunla nəzərdə tutulan müddət keçdiyinə görə prosesə xitam verildikdən sonra məsrəflərin əvəzinin ödənilməsi və kompensasiya üzrə işlərə, hətta həmin işlərdə müvafiq şəxs daha «cinayət törətməkdə ittiham olunan» şəxs olmasa belə, 6-cı maddənin 2-ci bəndi tətbiq edilə bilər. Kompensasiyaya dair proses cinayət prosesinin nəticəsidirsə və ya həmin proseslə əlaqədar olub paralel həyata keçirilirsə, bu halda da 6-cı maddənin 2-ci bəndi tətbiq edilir. «Taxqet Belçikaya qarşı» iş üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən «Xalqa» izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkaredici cavab verməsinin səbəbləri göstərilsin. Qeyd olunanlara əsasən məhkəmə, hesab edir ki, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə bəraət verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 353.5.2-ci maddəsinə əsasən məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan imkan tədbiri seçildiyi halda onun dərhal ləğv edilməsi barəat hökmündə göstərilməlidir. Eyni zamanda «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası CPM-nin 62-ci maddəsinə əsasən barəsində bəraət hökmü çıxarılmış Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınan 5,71 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 5,66 qramı mənbəyi (sahibi) müəyyən edilənə kimi Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs bəraət verilməsi nəticəsinə gəlindiy üçün, həmçinin hesab edir ki, iz üzrə 35,97 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 55.1, 344-347, 349-350, 352-353, 356-358, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə bəraət verilsin; barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. İbtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınmış 5,71 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 5,66 qramı mənbəyi (sahibi) müəyyən edilənə kimi Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılsın. İş üzrə 35,97 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər

Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar