Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-31/2024 13.03.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi -Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxx 1993-cü il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdə axşam saatlarında Balakən rayon Mahamalar kəndi ərazisində asfalt yolun kənarından, yerdən taparaq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əldə etdiyi bir ədəd kibrit qutusunun içərisində, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,80 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı öz şəxsi istifadəsi məqsədi ilə əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində daşıyaraq üzərində saxlamışdır. 11 yanvar 2024-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs RPŞ-nə dəvət edilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdə saat 18:40 dəqiqədən saat 19:15 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz istifadəsi məqsədi ilə əldə edib üzərində daşıyaraq üzərində saxladığı 01 ədəd kibrit qutusunun içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,80 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır.Evlidir,hazırda işləmir.Təxminən 3-4 ildir ki,narkotik vasitə marixuanadan istifadə edir.O, tutulmamışdan bir müddət əvvəl özü istifadə etmək üçün onlayn qaydada 04 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana almış, yaşadıqları evin həyətində gizlətmişdir. Lakin həmin narkotik vasitəni aldıqdan sonra çəkisini ölçməmişdir. 10 yanvar 2024-cü il tarixdə həmin narkotik vasitəni götürüb, təxminən 1 qramından istifadə etmiş, sonra isə cibində saxlamışdır. 11 yanvar 2024-cü il tarixdə saat 13:30 radələrində dostu Mətinlə birlikdə Balakən şəhəri Əli Ansuxski küçəsində yaşadığı evdə yemək yeyib, Mətinin gətirdiyi bir şüşə arağı içmişlər və mobil telefonunda canlı yayım açıb müxtəlif ünvanlarda yaşayan dost-tanışları ilə söhbət edib zarafatlaşmışlar. Saat 16:30 radələrində 10 nəfərə yaxın polis əməkdaşları qapını döymədən yaşadığı mənzilə daxil olmuşlar.O, polis əməkdaşlarının narkotik vasitəyə görə gəldiklərini bildiyindən dərhal üzərindəki, içərisində 03 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd kibrit qutusunu könüllü olaraq onlara vermişdir. Bundan sonra polis əməkdaşları onun qoluna və Mətinin qoluna qandal vurmuşlar və ilk olaraq Mətini aparmışlar.O, isə evdə qalmışdır. Polis əməkdaşları təxminən 20 dəqiqə yaşadığı evdə heç bir qərar olmadan, qanunsuz olaraq axtarış aparmışlar. Lakin başqa heç nə tapmamışlar. Sonra onu Balakən rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində onu üçüncü mərtəbədə hansı isə əməkdaşın otağına aparmışlar. Həmin otaqda olarkən qolları qandallı olduğundan polis əməkdaşları kibrit qutusunu cibindən çıxarıb stolun üstünə qoymuşlar. Bundan sonra onu sorğu-sual üçün başqa otağa aparmışlar. Ondan götürülmüş kibrit qutusu isə əvvəl olduğu otaqda qalmışdır. Ondan narkotik vasitəni haradan aldığı soruşulmuş, o da onlayn qaydada aldığını bildirmişdir. Sonra razılaşmışlar ki, narkotiki tapdığını bildirsin. Onu sorğu sual üçün başqa otağa aparanda ondan götürülmüş ,içərisində 03 qram marixuana olan 01 ədəd kibrit qutusu əvvəlki otaqda qaldığına görə müəyyən müddət ərzində ,yəni 15-20 dəqiqə nəzarətindən tamamilə çıxmışdır.Bu isə polis əməkdaşları üçün kibrit qutusunu içərisində daha çox marixuana olan başqa bir kibrit qutusu ilə dəyişmək üçün şərait yaratmışdır. Onlar bunu qəsdən etmişlər. Çəkiliş edib sənədləşdirmək üçün aparılarkən ona içərisində narkotik vasitə olan kibrit qutusunu götürüb cibinə qoymasını demişlər.O, da stolun üzərindən kibrit qutusunu götürüb əynindəki gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Sonra onu çəkiliş üçün aparmışlar. Orada o, sonradan döyüləcəyindən qorxaraq polis əməkdaşlarının dediyinə uyğun olaraq ifadə vermiş, narkotik vasitəni tapdığını, polislərin onu yaşadığı evin qarşısından gətirdiklərini bildirmişdir. Onu polis Şöbəsində 48 saat saxladıqdan sonra azad etmişlər.O,ibtidai istintaq zamanı qeyd etdikləri ilə bağlı heç yerə şikayət etməmişdir. Atası məhkəməyə ərizə yazaraq ona qarşı qanunsuzluqlar edildiyini bildirmişdir. Bir daha belə əməllərə yol verməyəcəkdir. Ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki,hazırda Balakən RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində çalışır.11 yanvar 2024-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və mütəmadi olaraq gəzdirməsi barədə məlumat daxil olmuş, daha sonra həmin məlumat tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə tərəflərindən keçirilən tədbirlər zamanı Təqsirləndirilən şəxs 11 yanvar 2024cü il tarixdə saat 16:58-də Balakən şəhəri Əli Ansuxski küçəsi ev 8 ünvanının qarşısında, küçədə tərəflərindən saxlanılmışdır.Daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və mütəmadi olaraq gəzdirməkdə şübhəli olduğunu deyərək Balakən RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir.Polis şöbəsində təhqiqatçı Cəngavər Təhməzli tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Hüquq və vəzifələrinin izah olunmasına dair yazılı bildiriş Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra onun şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar ona elan edilmiş və həmin qərarla tanış olmuşdur.Daha sonra onun hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş və sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi PŞ-nə dəvət olunmuş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs bir daha Müdafiəçi tərəfindən onun hüquqlarının müdafiə edilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Cəngavər Təhməzli tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir.Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya oxşar kütləni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan kütlənin narkotik vasitə marixuana olduğunu bildirmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya oxşar kütlə kibrit qutusu ilə birlikdə təhqiqatçı Cəngavər Təhməzli tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 9,75 qram təşkil etmişdir.Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusundakı narkotik vasitə marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış,zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür.Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X6 tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır.Sonda təhqiqatçı Cəngavər Təhməzli tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, həmçinin göstərdi ki,yaşadığı evdə tutulub qoluna qandal vurularaq Polis Şöbəsinə gətirilməsi, yaşadığı evdə axtarış aparılması, onda 03 qram marixuana olması, polis əməkdaşlarının onda olan narkotiki dəyişdirmələri barədə Təqsirləndirilən şəxs göstərdikləri yalandır. Təqsirləndirilən şəxs 11 yanvar 2024-cü il tarixdə saat 16:58-də Balakən şəhəri Əli Ansuxski küçəsi ev 8 ünvanının qarşısında, küçədə saxlanılmış və Polis Şöbəsinə dəvət edilmişdir.O, da könüllü olaraq Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində müdafiəçinin iştirakı ilə onun üzərində axtarış aparılmış, o,cibində olan narkotik vasitəni özü təqdim etmişdir.Təqsirləndirilən şəxs həmin vaxt heç bir narazılığı, etirazı olmamışdır.Onlar Təqsirləndirilən şəxs yaşadığı evə girməmişlər, orada axtarış aparmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. O, da göstərdi ki, yaşadığı evdə tutulub qoluna qandal vurularaq Polis Şöbəsinə gətirilməsi, yaşadığı evdə axtarış aparılması, onda 03 qram marixuana olması, polis əməkdaşlarının onda olan narkotiki dəyişdirmələri barədə Təqsirləndirilən şəxs göstərdikləri yalandır. Təqsirləndirilən şəxs 11 yanvar 2024-cü il tarixdə saat 16:58-də Balakən şəhəri Əli Ansuxski küçəsi ev 8 ünvanının qarşısında, küçədə saxlanılmış və Polis Şöbəsinə dəvət edilmişdir.O, da könüllü olaraq Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində müdafiəçinin iştirakı ilə onun üzərində axtarış aparılmış, o,cibində olan narkotik vasitəni özü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt heç bir narazılığı etirazı olmamışdır. Onlar Təqsirləndirilən şəxs yaşadığı evə girməmişlər, orada axtarış aparmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. O, da göstərdi ki,yaşadığı evdə tutulub qoluna qandal vurularaq Polis Şöbəsinə gətirilməsi, yaşadığı evdə axtarış aparılması, onda 03 qram marixuana olması, polis əməkdaşlarının onda olan narkotiki dəyişdirmələri barədə Təqsirləndirilən şəxs göstərdikləri yalandır. Təqsirləndirilən şəxs 11 yanvar 2024-cü il tarixdə saat 16:58-də Balakən şəhəri Əli Ansuxski küçəsi ev 8 ünvanının qarşısında, küçədə saxlanılmış və Polis Şöbəsinə dəvət edilmişdir.O, da könüllü olaraq Polis Şöbəsinə gəlmişdir.Polis Şöbəsində müdafiəçinin iştirakı ilə onun üzərində axtarış aparılmış, o,cibində olan narkotik vasitəni özü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt heç bir narazılığı etirazı olmamışdır.Onlar Təqsirləndirilən şəxs yaşadığı evə girməmişlər, orada axtarış aparmamışlar. Təqsirləndirilən şəxsin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Onların yaşadıqları ev iki mərtəbəlidir.Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə ikinci mərtəbədə, o, isə birinci mərtəbədə yaşayır. Təqsirləndirilən şəxs tutulan vaxt o, öz yaşadığı mənzildə olmuşdur. Mətbəxdə yemək bişirmişdir. Həmin vaxt o, həyətdə bir neçə nəfərin dayandığını görmüş, təxminən 20 dəqiqə sonra isə mətbəxin pəncərəsindən Elvini bir neçə nəfərin qolundan tutub pilləkəndən aşağı düşürtdüklərini görmüşdür.Həmin vaxt Elvinin əlləri arxa tərəfdən qandalla bağlanmışdır. Elvinin valideynləri xahiş etdiklərindən o, gəlib məhkəmədə ifadə verməyə razı olmuşdur. O, həmçinin göstərdi ki, qeyd olunan müddət ərzində Elvindən başqa hər hansı bir şəxsin polis əməkdaşları tərəfindən evdən çıxarılaraq aparılmasının şahidi olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq,iş üzrə şahid- Şahid4 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid4 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır.Subaydır.Fərdi əməklə məşğul olur.Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. Hal-hazırda da barəsində Balakən RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ibtidai istintaqı aparılır.Həmin iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.Balakən şəhər sakini Təqsirləndirilən şəxs onun tanışıdır. 11 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən o, da orada olmuşdur.Həmin vaxtlarda o, da polis əməkdaşları tərəfindən saxlanılmışdır.Tanışı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olmasından onun məlumatı olmamışdır.Həmçinin həmin narkotik vasitə ilə də onun heç bir əlaqəsi olmamışdır. Həmin gün o da polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə dəvət edilərək aparılmış və üzərindən də bir ədəd sellofan bükümdə təmiz çəkisi 12,84 qram narkotik vasitə qurudulmuş marixuanada aşkar edilib götürülmüşdür.Lakin onun Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olmasından xəbəri olmamışdır.Həmçinin Təqsirləndirilən şəxs da onun üzərində narkotik vasitə qurudulmuş marixuana olmasından xəbəri olmamışdır. İşin 27-29-cu vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 11 yanvar 2024-cü il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı Cəngavər Təhməzli tərəfindən tərtib olunmuş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 18:40 dəqiqədən saat 19:15 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs onun Balakən rayon Vəkillər Bürosunun adlı siyahısından seçdiyi vəkil Müdafiəçi və digər iştirakçıların iştirakı ilə Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilərək şübhəli şəxs qismində tutulduğu bildirilmişdir.Təqsirləndirilən şəxs ona hüquq və vəzifələrinin aydın olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs onun üzərində narkotik vasitə və ya başqa qanunla qadağan edilən vasitə, əşya, predmet olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunu təqdim etmiş və həmin 01 ədəd kibrit qutusunun içərisindəki kütlənin narkotik vasitə marixuana olduğunu bildirmiş, özünün şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin kütləni bir neçə gün əvvəl Balakən rayon Mahamalar kəndindəki evinə gedən zaman yoldan tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin bitki kütləsində bir dəfə istifadə etdiyini, geri qalan hissəsini isə gələcəkdə istifadə etmək üçün əynindəki qış gödəkçəsinin cibinə qoyaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən onun yanında qonşusunun olduğunu, onun üzərində narkotik vasitə marixuana bənzər kütlə olmasından qonşusunun xəbərinin olmadığını bildirmişdir.Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunun içərisindəki qurudulmuş marixuanaya oxşar kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkildikdə ümumi çəkisi 9,75 qram təşkil etmişdir. Həmin 01 ədəd kibrit qutusu 01 ədəd zərfə qablaşdırılmış, zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş vasitə, kütlə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona qarşı Balakən RPŞ-də hər hansı fiziki və psixi təsir göstərilib- göstərilmədiyi soruşulduqda, Təqsirləndirilən şəxs belə bir halın olmadığını ona qarşı Balakən RPŞ-də hansı fiziki və psixi təsir göstərilmədiyini bildirmişdir.Şəxsi axtarış prosesi “Panasonic” markalı videokamera vasitəsi ilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk şəxsi axtarış protokoluna əlavə olunmuşdur.Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 57-58-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 12 yanvar 2024-ci tarixli 17/47 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər bitki kütləsi.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 6,80 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin 41-42-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 26 yanvar 2024-cü il tarixli 111 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 18-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsi tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 17:35-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 69-70,71 vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 13 yanvar 2024-cü il tarixli qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə saat 16:58-də Balakən Rayon PŞ-nin MSY-dən azad edilmişdir və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 81-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respulikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinb, CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş,xx.xx.2021-ci ildə cəzası başa çatmışdır. İşin 78-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16 yanvar 2024-cü il tarixli 78 nömrəli arayışdan görünür ki, Borayev X7 şəhəri Ə.Ansuxski küçəsi bina 8, mənzil 4 saylı ünvanda yaşayır. Himayəsində təqaüdçü anası,işləməyən arvadı, xx.xx.2015-ci il təvəllüdlü Rauf adında bir azyaşlı uşağı vardır. İşin 85-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-in şəhər inzibati ərazi dairəsi tərəfindən 16 yanvar 2024-cü il tarixdə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. Təqsirləndirilən şəxsin təqdim etdiyi, videogörüntünün əks olunduğu 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilərkən müəyyən edildi ki, görüntü yaşayış sahəsində çəkilmiş, çəkiliş 52 saniyədir, görüntüdə daha çox qarışıq səslərdir, “bax Soltan”, “qolum”,”qolum,qolum”,”heç nə eliyən” deyil, çıxar” sözləri eşidilir. Təqsirləndirilən şəxs göstərdi ki, çəkiliş olan yer onların evidir, lakin orada o görünmür və orada olan şəslərin heç biri ona aid deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyini bu sübutları tənzimləyən hüquq normalarının işığında qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə iş üzrə şahidlər-Şahid1,Şahid2, Şahid3 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələrini, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Yaşadığı evdə tutulub qoluna qandal vurularaq Polis Şöbəsinə gətirilməsi, yaşadığı evdə axtarış aparılması, onda olan marixuananın çəkisinin 03 qram olması, polis əməkdaşlarının onda olan narkotiki dəyişdirmələri barədə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar iş materialları ilə (ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri, şübhəli şəxs qismində üzərində axtarış aparılarkən qeydə alınmış video görüntü, şahidlərin ifadələri və s. ) təkzib olunduğundan məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır.Evlidir.Fərdi əməklə məşğul olur.Onların Balakən rayon Mahamalar kəndində də fərdi yaşayış evi vardır.İşin mahiyyəti üzrə bildirimişdir ki, 08 yanvar 2024-cü il tarixdə axşam saatlarında Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən evinə gedən zaman asfalt yolun kənarında bir ədəd siqaret paketini görmüş, ayağı ilə həmin paketə vuran zaman içərisində nə isə olduğunu hiss etmişdir. Daha sonra siqaret paketini götürüb içərisinə baxan zaman bir ədəd içərisi narkotik vasitə qurudulmuş marixuana ilə dolu olan kibrit qutusu olduğunu görmüşdür və təxminən 3-4 il ildir ki, narkotik vasitə marixuanadan istifadə etdiyinə görə gələcəkdə özünün şəxsi istifadəsi üçün kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı əynindəki qara rəngli qış gödəkçəsinin cibinə qoymuş və siqaret paketini isə atmışdır.Həmin gündən içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu üzərində olan gödəkçənin cibində qalmışdır.O, həmin narkotik vasitə qurudulmuş marixuanadan tutulduğu günədək cəmi bir dəfə istifadə etmişdir. Bildirmişdir ki, 11 yanvar 2024-cü il tarixdə yaşadığı Balakən şəhəri Əli Ansuxski küçəsində yaşadığı evin qarşısında yolda olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər.Bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək onu Balakən rayon polis şöbəsinə dəvət etmişlər.O, polis əməkdaşlarının dəvəti ilə etiraz etmədən polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunmuşdur.Hüquq və vəzifələrinin izah olunmasına dair yazılı bildiriş ona təqdim edilmişdir.Bundan sonra onun şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar ona elan edilmişdir və həmin qərarla tanış olmuşdur.Daha sonra onun hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı ona təqdim edilmişdir.O, təqdim edilmiş Balakən rayon vəkil bürosunun vəkillərinin siyahısından Balakən rayon vəkil bürosunun vəkili Müdafiəçi onun hüquqlarını müdafiə etməsini istəmişdir.Bir neçə dəqiqə sonra Müdafiəçi polis şöbəsinə dəvət edilmiş, müdafiəçi kimi ona təqdim edilmişdir.O, bir daha Müdafiəçi tərəfindən hüquqlarının müdafiəsinə etirazının olmadığını bildirmişdir. Daha sonra şübhəli şəxs qismində tutulması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ilə tanış olduqdan sonra imzalarla təsdiq etmişlər.Eyni zamanda tutulması ilə bağlı ailə üzvlərinə telefon vasitəsilə məlumat vermişdir. Bir daha hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə fasiləsiz video çəkilişlə üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl ona bir daha hüquq və vəzifələri, yəni müdafiəçi tutmaq, öz əleyhinə ifadə verməmək və digər hüquq və vəzifələri ona izah edilmişdir.Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir.Şəxsi axtarış zamanı ondan üzərində hər hansı narkotik vasitə və ya əşya, predmet olub-olmadığı soruşulduqda, o, əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində kibrit qutusunda saxladığı narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir.Şəxsi axtarış zamanı onun üzərindən başqa hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır.Bundan sonra təqdim etdiyi 01 ədəd kibrit qutusundakı narkotik vasitə marixuana təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış prosesi bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə-bioloji ekspertizasının 12 yanvar 2024-cü il tarixli 17/47 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusundakı, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 6,80 qramdır. Əlavə olaraq göstərmişdir ki, 11 yanvar 2024-cü il tarixdə, saat 16:58-də polis əməkdaşları tərəfindən yaşadığı ünvan 5 ünvanının qarşısında, küçədə saxlanılmışdır.Onu saxlayan həmin polis əməkdaşlarını əvvəllər görsə də tanımır, onlarla heç bir ədavəti və düşmənçiliyi olmayıb, saxlanılan zaman orada tanışı Şahid4 olmuşdur.Onun polis əməkdaşları tərəfindən saxlanılmasını Şahid4 görmüşdür.Orada Şahid4 başqa heç kim olmamışdır. Lakin Şahid4 onun üzərində narkotik vasitə marixuana olduğunu bilməmişdir. Şahid4 onun üzərində aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana ilə əlaqəsi yoxdur və üzərində narkotik vasitə marixuana olmasından xəbəri olmamışdır.Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuanadan heç kimə pay verməmişdir.Üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə saxlamışdır.Onun üzərində narkotik vasitə qurudulmuş marixuana saxlamasından heç kimin məlumatı olmamışdır. Hazırda yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə qurudulmuş marixuana saxlamır.Narkotik vasitə marixunanı tapdığı yolu bilir.Lakin tapdığı yer tam dəqiq yadında deyil.Buna görədə narkotik vasitə qurudulmuş marixuana tapdığı yeri göstərə bilmir.Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24” dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. İş materiallarından,həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən aydın oldu ki, o, 11 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 yanvar 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. İş üzrə ibtidai istintaq 22 fevral 2024-cü il tarixdə başa çatmışdır. Bu müddət ərzində Təqsirləndirilən şəxs bütün ifadələrində eyni məzmunlu ifadə vermiş, 11 yanvar 2024-cü il tarixdə yaşadığı Balakən şəhəri Əli Ansuxski küçəsində yaşadığı evin qarşısında yolda olduğu zaman polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim etdiklərini, özünün də heç bir etiraz etmədən Polis Şöbəsinə getdiyini, şəxsi axtarış zamanı üzərindən aşkar olunan narkotik vasitəni Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən evinə gedən zaman asfalt yolun kənarından tapdığını, Balakən RPŞdə ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilmədiyini göstərmişdir. O, həmin müddətdə heç bir dövlət orqanına,o cümlədən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, DİN-nə ona qarşı qanunsuzluğa yol verilməsi ilə bağlı müraciət etməmişdir. İşin qeyd edilən hallarını nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir. Odur ki, onun həmin ifadəsi sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materialları ilə, o cümlədən özünün üzərində şəxsi axtarış aparılarkən göstərdikləri ilə təsdiq olunduğundan məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini sübut kimi qəbul edir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 ifadəsini sübut kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şahid5 təqsirləndirilən şəxslə qonşudur və təqsirləndirilən şəxsin valideynlərinin xahişi ilə ifadə vermək üçün gəlmişdir. Onun hadisənin nəinki hansı saatda,hansı gündə olmasını, hətta hansı ayda olmasını xatırlamadığı halda təqsirləndirilən şəxsin qolu qandallı yaşadığı evdən aparılmasını görməsi inandırıcı deyildir. Təqsirləndirilən şəxs pilləkəndən düşürülərkən yaşadığı evin mətbəxindən baxaraq bir-iki saniyəlik görməklə onun qolunda qandal olmasını bildirməsi də onun həqiqətəuyğun olmayan ifadə verməsini təsdiq edir. Eyni zamanda onun ifadəsi işin faktiki hallarına uyğun olmamaqla , işdə olan digər mötəbər sübutlarla təkzib edilir. Odur ki, məhkəmə onun ifadəsini sübut kimi qəbul etmir. Bundan başqa təqsirləndirlən şəxsin təqdim etdiyi, videogörüntünün və səs yazılarının əks olunduğu DVD diskini də məhkəmə sübut kimi qəbul etmir. Belə ki, DVD diskdəki videogörüntünün hansı tarixdə və hansı şəraitdə çəkilməsini müəyyən etmək mümkün deyildir. Həmin diskdə Təqsirləndirilən şəxs barəsində hər hansı görüntü və ya səs yazısı yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sözügedən DVD diskdəki görüntülərin həqiqiliyi , yaranma mənbəyi və əldə edilməsi halları şübhələr doğurduğundan məhkəmə hesab edir ki, həmin DVD diski də sübut kimi qəbul edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 05 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir,təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır, onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş,xx.xx.2021-ci ildə cəzası başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.2-ci maddələrinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində- onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 50-ci maddəsində məhkəmələrə izah olunmuşdur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Qanunvericiliyin və Ali Məhkəmənin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu ödənilmişdir, məhkumluğu ödəndiyindən onun həmin məhkumluğu cəza təyini zamanı hər hansı şəkildə, o cümlədən şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq ,törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 11 yanvar 2024-cü il tarixdən 13 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə uyğun olaraq Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkomaniyadan məcburi müalicə olunmalıdır.O,narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunmalı və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı,onun qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X3 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş təmiz çəkisi 6,80 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 6,75 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 08 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 48 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 11 yanvar 2024-cü il tarixdən 13 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniyadan məcburi müalicə olunsun. O,narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın, onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X3 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. 34.55 (otuz dörd manat əlli beş qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş təmiz çəkisi 6.80 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 6,75 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 48 manat tutulub vəkil Müdafiəçinaya ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-31/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-31/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver