Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-32/2023 25.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində DİMÜŞ-nin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx.xx.1990-cı ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əldə etdiyi ümumi təmiz çəkisi 8,82 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı hər birində 3,32 qram, 3,08 qram və 2,42 qram olmaqla 3 ədəd kağız bükümlərə bölüb 03 ədəd siqaret qutularına doldurub əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoymaqla satış məqsədi ilə daşıyaraq üzərində saxlamışdır. 24 sentyabr 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub həmin gün saat 15:30-dan 15:55-dək olan müddət ərzində üzərində şəxsi axtarış keçirilərkən qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əldə edib daşıyaraq üç ədəd siqaret qutularına doldurub üzərində saxladığı üç ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,32 qram, 3,08 qram və 2,42 qram, ümumi təmiz çəkisi – 8,82 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə-qurudulmuş marixuana əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, Balakən rayonu Qazma kəndində anası, arvadı və iki azyaşlı övladı ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. Təxminən 7-8 aydır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Təxminən bu ilin avqust ayının ortalarında Qazma kəndinin çöllük ərazisindən moruq yığdığı zaman bir ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisini tapmışdır. Həmin bitkinin üzərindən yarpaqlarını yığıb qurudaraq öz istifadəsi üçün narkotik vasitə əldə etmişdir. Həmin narkotik vasitəni kağız bükümlərə bölüb üç ədəd siqaret qutularına doldurub üzərində saxlamışdır.Həmin narkotik vasitəni Qazma kənd sakini Bəhruzla birlikdə bir neçə dəfə çəkmişdir. Əvəzində Bəhruzdan heç nə götürməmişdir. Bəhruza təmənnasız olaraq narkotik vasitə vermişdir. Başqa heç kimə narkotik vasitə verməmişdir, narkotik vasitə satmamışdır, heç kimlə birlikdə narkotik vasitədən istifadə etməmişdir. xx.xx.2022-ci il tarixdə günorta vaxtı yaşadığı Balakən rayonu Qazma kəndinin ərazisində olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə onu Balakən RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı ona şübhəli şəxs kimi tutulduğunu bildirmişdir və ona təqdim olunmuş vəkillər siyahısından dövlət hesabına hüquqlarını müdafiə etmək üçün seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibində 03 ədəd siqaret qutusunun içərisində saxladığı 03 ədəd kağız bükümdə olan narkotik vasitə-qurudulmuş marixuananı və bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 03 ədəd kağız bükümdə olan narkotik vasitə –qurudulmuş marixuana üzərlərindəki kağızla birlikdə elektron tərəzidə çəkildikdə ayrı –ayrılıqda çəkiləri 4,71 qram, 2,45 qram və 3,22 qram təşkil etmişdir. Üzərindən aşkarlanmış həmin 03 ədəd kağız bükümlərdə olan narkotik vasitə –qurudulmuş marixuana və üzərindən aşkarlanmış 01 ədəd elektron tərəzi təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir qanunsuz əşya, narkotik vasitə aşkarlanmamışdır. Protokol tərtib edilmiş və şəxsi axtarışda iştirak edənlər tərəfindən imzalanmışdır. Şəxsi axtarış fasiləsiz olaraq polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə qeydə alınmışdır. Hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı ilə AR ƏN MEM X8 tərəfindən verilmiş ekspert rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki, üzərindən üç ədəd bükümdə aşkarlanmış kütlə ayrı-ayrılıqda təmiz çəkiləri 3,32 qram, 3,08 qram və 2,42 qram, ümumi çəkiləri 8,82 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, hər üç bükümdəki narkotik vasitələr tərkiblərinə görə eynidirlər.Əməlindən peşimandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə ona daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs həmin tarixdə Balakən RPŞ-yə dəvət olunaraq gətirilmişdir və əməliyyat müvəkkili Şahid1 bu barədə raportla RPŞ rəhbərliyinə məruzə etmişdir. xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Ruslan Quliyev, şübhəli şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, əməliyyat müvəkkili Şahid1 və RPŞ-nin KTQnun baş inspektoru Sadiq Vəzirov da iştirak etmişlər. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində saxladığı qeyri-qanuni əşya varsa təqdim etməsini təklif etmişdir.Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən bir ədəd elektron tərəzini və əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 03 (üç) ədəd siqaret qutularını çıxardıb otaqdakı masanın üzərinə qoymuşdur. Siqaret qutularının hər birinin içərisindəki bir ədəd kağız bükümlərdə, yəni cəmi 03 (üç) ədəd kağız bükümlərdə qurudulmuş marixuanaya bənzər bitki kütlələri aşkarlanmışdır.Həmin bitki kütlələri elektron tərəzidə çəkildikdə ayrı-ayrılıqda çəkiləri 4,71 qram, 2,45 qram və 3,22 qram olmuşdur. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitənin “çəkəni” olduğuna görə üzərində həmin narkotik vasitəni saxladığını, düşəndə narkotik vasitəni qohumlara-zad satdığını, narkotik vasitəni üzərində saxladığı tərəzinin üzərinə qoyub çəkib satdığını, hər gün deyil, arada satdığını, ümumiyyətlə isə özü istifadə etdiyini, üzərindən aşkarlanmış narkotik vasitəni tanışı Elçindən hər bükümü 40 manata olmaqla cəmi 120 manata alıb əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs vəkil Müdafiəçi sualına cavab olaraq polis şöbəsində ona hər hansı psixi və ya fiziki təsir göstərilmədiyini bildirmişdir. Həmin bir ədəd elektron tərəzi və narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütlələri qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçıları tərəfindən imzalanaraq təhqiqatçı tərəfindən maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz vasitə və ya əşya aşkarlanmamışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmişdir və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərmişdir ki, Balakən rayonu Qazma kəndində qeydiyyatdadır və həmin ünvanda valideynləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Sənədləşmədə adı Fariz olsa da ikinci adı Nurlandır. Atasının da üzündə çapıq olduğundan ona da ləqəb qoşaraq “Çapay” deyə çağırırlar. Özü arada narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs həmkəndlisidir, onunla yaxın tanışlıq münasibətləri vardır. Kənd sakini kimi birlikdə çay içib söhbətləşirlər. Təqsirləndirilən şəxs da narkotik vasitə istifadəçisi olduğunu bilir. İki dəfə Röyalla birlikdə narkotik vasitədən istifadə etmişdir. Hər dəfə də narkotik vasitə Röyalın olmuşdur. O, Röyaldan narkotik vasitə almamışdır. İbtidai istintaq zamanı qorxduğundan Röyaldan bir neçə dəfə, hər dəfəsində bir siqaretlik olmaqla 5 manata ya da 3 manata narkotik vasitə olan qurudulmuş marixuana alması, son dəfə Röyaldan bir neçə ay əvvəl narkotik vasitə olan qurudulmuş marixuana alıb istifadə etməsi barədə ifadə vermişdir . Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərmişdir ki, Balakən rayonu Qazma kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur.Təqsirləndirilən şəxs həmkəndlisi və yaxın dostudur. Arada bir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs ilə birlikdə bir neçə dəfə qurudulmuş marixuanadan istifadə etmişdir. Əvəzində Röyala heç nə verməmişdir. Təqsirləndirilən şəxs Balakən RPŞ-də tutulmazdan təxminən 5-6 gün əvvəl onun istifadəsində olan hazırda xatırlamadığı telefon nömrəsindəki “vatsap” proqramına istifadəsində olan 050 *** ** ** nömrəli mobil telefondakı “vatsap” proqramından səsli sms göndərərək “mənə bir dənə çəkmək üçün nəşə hazırla, gəlib götürüm” demişdir. Röyal ona cavabında “yola çıxanda gətirərəm” yazmışdır. Bir müddət sonra Röyalın dediyi yerə getsə də Röyal gəlməmişdir. Röyalın gəlmədiyini görüb ona zəng etmiş, lakin zənginə cavab verməmişdir. Həmin vaxtı idarə etdiyi “Kamaz” markalı ** XG *** dövlət qeydiyyat nişanlı yük maşını ilə Bakı şəhərinə daş karyerinə tələsik getməli olduğuna görə daha Röyalla maraqlanmamışdır.Röyaldan pul müqabilində narkotik vasitə almamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq,iş üzrə şahid-Şahid1 məhkəmə iclasına gəlməmişdir. Balakən Rayon Polis Şöbəsinin 25 yanvar 2023-cü il tarixli 3-13-66/2-1513/2023 nömrəli məktubundan görünür ki, əməliyyat müvəkkili polis leytenantı Şahid1 qiyabi təhsil aldığı DİN-in Polis Akademiyasında təhsili ilə məhkəmə iclasında iştirakı mümkün deyildir.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid1 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə ona daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs həmin tarixdə Balakən RPŞ-yə dəvət olunaraq gətirilmişdir və o, bu barədə raportla RPŞ rəhbərliyinə məruzə etmişdir. xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Ruslan Quliyev, şübhəli şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 və RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov da iştirak etmişlər. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində saxladığı qeyri-qanuni əşya varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən bir ədəd elektron tərəzini və əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 03 (üç) ədəd siqaret qutularını çıxardıb otaqdakı masanın üzərinə qoymuşdur. Siqaret qutularının hər birinin içərisindəki bir ədəd kağız bükümlərdə, yəni cəmi 03 (üç) ədəd kağız bükümlərdə qurudulmuş marixuanaya bənzər bitki kütlələri aşkarlanmışdır. Həmin bitki kütlələri elektron tərəzidə çəkildikdə ayrı-ayrılıqda çəkiləri 4,71 qram, 2,45 qram və 3,22 qram olmuşdur. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitənin “çəkəni” olduğuna görə üzərində həmin narkotik vasitəni saxladığını, düşəndə narkotik vasitəni qohumlara-zad satdığını, narkotik vasitəni üzərində saxladığı tərəzinin üzərinə qoyub çəkib satdığını, hər gün deyil, arada satdığını, ümumiyyətlə isə özü istifadə etdiyini, üzərindən aşkarlanmış narkotik vasitəni tanışı Elçindən hər bükümü 40 manata olmaqla cəmi 120 manata alıb əldə etdiyini bildirmişdir.Təqsirləndirilən şəxs vəkil Müdafiəçi sualına cavab olaraq polis şöbəsində ona hər hansı psixi və ya fiziki təsir göstərilmədiyini bildirmişdir.Həmin bir ədəd elektron tərəzi və narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütlələri qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçıları tərəfindən imzalanaraq təhqiqatçı tərəfindən maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz vasitə və ya əşya aşkarlanmamışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmişdir və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. İşin 23-27-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında 24 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında xx.xx.2022-ci il tarixdə saat 15:35-dən 15:55-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-yə daxil olmuş məlumat əsasında üzərində narkotik vasitə gəzdirilməsində şübhəli olan Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 Zeynalabid oğlu və Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti X7 iştirak etmişlər. Şəxsi axtarışa başlayarkən vət. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir, heç bir etiraz və vəsatət daxil olmamışdır. Bundan sonra şübhəli şəxsdən üzərində olan qanunsuz əşya və ya predmetləri təqdim etmək xahiş olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 3 qutu siqaretin içərisində olan 3 büküm narkotik vasitə olan marixuanaya bənzər bitki kütlələrini çıxarıb təqdim etmişdir. Sol yan cibindən isə 1 ədəd elektron tərəzini çıxararaq təqdim etmişdir. Daha sonra vətəndaşın üzərinə bir daha axtarış keçirilmişdir, heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya oxşar bitki kütlələrini haradan əldə etdiyini soruşduqda həmkəndlisi Elçin adlı şəxsdən 1 bükümünü 40 manatdan aldığını, şəxsi istifadə üçün üzərində saxladığını, yaxın tanışlarından bir neçə nəfərə satdığını bildirmişdir. Bundan sonra şübhəli şəxsin üzərindən aşkar edilmiş 3 ədəd kağız bükümdə olan narkotik vasitəqurudulmuş marixuanaya bənzər bitki kütlələri və 1 ədəd tərəzi bir ədəd kağız zərfdə qablaşdırılaraq və möhürlənərək maddi sübut kimi götürülmüşdür. Həmin 3 ədəd kağız bükümlərdə olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütlələrinin çəkisi 4,71, 3,22 və 2,45 qram olaraq ölçülmüşdür. Axtarış Balakən RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis mayoru X7 tərəfindən «Canon» markalı kamera tərəfindən qeydə alınmışdır. Protokol tərtib olunmuşdur, imzalarla təsdiq olunmuşdur.Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir İşin 62-63-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş AR Ədliyyə Nazirliyinin Məhkəmə X3 Regional Bölməsinin 25 sentyabr 2022-ci il tarixli 17/745 nömrəli ekspert rəyində göstərilmişdir ki: Tədqiqata təqdim olunmuş, üzərində “...Balakən rayon Qazma kənd sakini Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş ...” sözləri yazılmış zərfin içərisindəki 03 (üç) siqaret qutusunun içərisindəki kağız bükümlərdəki ayrı-ayrılıqda təmiz çəkiləri -3,32 qram, 3,08 qram və 2,42 qram, ümumi təmiz çəkisi – 8,82 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş 03 (üç) ədəd siqaret qutusunun içərisindəki kağız bükümlərdəki qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin 166-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Məhkəmə-Narkoloji ekspert komissiyasının 05 noyabr 2022-ci il tarixli 1692 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 15-16-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci ildə saat 15:00-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 105-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. İşin 130-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 142-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Qazma kənd sakinidir, himayəsində anası, arvadı, 2015-ci il təvəllüdlü oğlu Miran və 2016-cı il təvəllüdlü qızı Milana vardır. İşin 141-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur. Cinayət işinin istintaqı zamanı və şəxsi axtarışlar zamanı həkk edilmiş 01 ədəd DVD diski obyektiv və iş materiallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə narkotik vasitələri və psixotrop maddələri əldə etmə, daşıma, saxlama və satış məqsədi olmadan, qəsdən, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma, saxlama cinayət əməllərini törətmişdir. Məhkəmə şahidlər- Şahid2 Zeynalabid oğlunun, Şahid3 məhkəmə iclasında verdikləri ifadələrini, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə həmçinin Şahid4 da ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut kimi qəbul edir. Belə ki, Şahid4 məhkəmə istintaqında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs həmkəndlisidir,onunla yaxın tanışlıq münasibətləri vardır. Röyaldan bir neçə dəfə, hər dəfəsində bir siqaretlik olmaqla 5 manata ya da 3 manata narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Həmin aldığı narkotik vasitədən həm Röyalla birlikdə, həm də təklikdə istifadə etmişdir. Son dəfə Röyaldan bir neçə ay əvvəl narkotik vasitə olan qurudulmuş marixuana alıb istifadə etmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun olduğundan, digər sübutlarla təsdiq edildiyindən,məhkəmə iclasında verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmamaqla digər sübutlarla təkzib edildiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut kimi qəbul edir.Məhkəmə iclaısında verdiyi ifadəsini isə qəbul etmir. Məhkəmə həmçinin üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməməsi, narkotik vasitə satmaması, üzərindən aşkar olunmuş narkotik vasitəni özü istifadə etmək üçün saxlaması barədə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları işdə olan digər sübutlar - şahidlərin ifadələri, müvafiq ekspertiza rəyləri və digər sənədlərlə tam təkzib olunduğundan məhkəmə onun bu dəlillərini özünü müdafiə xarakterli dəlillər kimi qiymətləndirərək qəbul etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki,cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Cinayət Məcəlləsinin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, müdafiəçinin, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti , o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda təqsirli bilindiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrumetmə cəzasının olmasını, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu cinayəti törətmiş bir şəxsin cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Onun 24 sentyabr 2022-ci il tarixdən 26 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla və həmin cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Ekspert rəyinə uyğun olaraq Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, narkomaniyadan məcburi müalicə olunmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 51.06 (əlli bir manat 06 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspert rəyindən sonra təmiz çəkisi 8,77 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə –qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv olunmalı, bir ədəd elektron tərəzi dövlət nəfinə müsadirə olunmalıdır. Maddi sübut olan 01 ədəd CD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 09 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, “KAPİTALBANK” X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 3( üç ) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun 24 sentyabr 2022-ci il tarixdən 26 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun.O,narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilsin. İş üzrə 51.06 (əlli bir manat 06 qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspert rəyindən sonra təmiz çəkisi 8,77 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə –qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv olunsun, bir ədəd elektron tərəzi dövlət nəfinə müsadirə olunsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-32/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-32/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver