Məhkəmə qərarları › İş №1(019)-33/2020

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-33/2020

08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-33/2020 08.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçilər-fərdi qaydada fəaliyyət göstərən vəkillər X4 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə Təqsirləndirilən şəxs1-xx.xx.1998-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç bir yerdə işləməyən, məhkum olunmamış, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə; Təqsirləndirilən şəxs2-xx.xx.1992-ci ildə Balakən rayonu Gərəkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç bir yerdə işləməyən, məhkum olunmamış, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə tanışı olan Balakən rayonu Mahamalar kənd sakini Şahid3 öz istifadəsindən ötrü narkotik vasitə əldə etmək üçün ona verdiyi 10 manat pula özündən 15 manat pul əlavə edərək cəmi 25 manat pula Balakən rayonu Gərəkli kənd sakini olan tanışı Təqsirləndirilən şəxs2 Gərəkli kəndinin ərazisində xx.xx.2020-ci il tarixdə saat 21 radələrində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 7,1 qram kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana alıb əldə edərək daşıyıb üzərində saxlamış, əvvəlcədən aldığı 10 manatın müqabilində həmin narkotik vasitənin bir hissəsini, yəni 0,49 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananı istifadə etməsi üçün xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Balakən rayonu Mahamalar kəndinin ərazisində Şahid3 vermiş, qalan hissəsini, yəni 6,61 qram qurudulmuş marixuananı isə öz istehlakı üçün üzərində saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Misirov X6 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 alıb ona verdiyi bir ədəd sellofan bükümdəki ümumi təmiz çəkisi 0,49 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana Şahid3 əynindəki cins şalvarın sağ cibindən aşkar edilərək götürülmüş, xx xxxxxx 2020-ci il tarixdə saat 02 radələrində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində Xalayev X7 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 aldığı 7,1 qram narkotik vasitə-qurudulmuş marixuananın qalan hissəsi – ümumi təmiz çəkisi 6,61 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana onun əynindəki cins şalvarın arxa cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 2019-cu ilin yay aylarında dağ massivindən tapdığı yabanı halda bitmiş 1 ədəd narkotik tərkibli çətənə bitkisinin üzərindən topladığı toxumları yaşadığı evin həyətində əkmiş, həmin toxumlardan bitmiş 01 ədəd çətənə bitkisini aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 2019-cu ilin oktyabr ayında həmin çətənə bitkisinin üzərindən hissələrini toplayıb qurutmaqla qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda-146,69 qram kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı daşıyaraq yaşadığı evin həyətindəki sanitar qovşağında saxlamış, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində tanışı olan Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 həyətində saxladığı ümumi təmiz çəkisi 146,69 qram olan həmin narkotik vasitəqurudulmuş marixuananın bir hissəsini, təmiz çəkisi 7,1 qram olan narkotik vasitəqurudulmuş marixuananı 25 manat pula Balakən rayonu Gərəkli kəndinin ərazisində satmış, qalan hissəsini, yəni şəxsi istehlak miqdarından artıq miqdarda-139.59 qram narkotik vasitə-kustar üsulla hazırlanmış qurudulmuş marixuananı satış məqsədi olmadan qəsdən, qanunsuz olaraq öz istifadəsi üçün Balakən rayonu Gərəkli kəndində yaşadığı evin həyətindəki sanitar qovşağında bir ədəd sellofan torbada saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində Misirov X6 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 alıb ona verdiyi ümumi təmiz çəkisi 0,49 qram olan narkotik vasitə-qurudulmuş marixuana Şahid3 əynindəki cins şalvarın sağ cibindən aşkar edilərək götürülmüş, xx xxxxxx 2020-ci il tarixdə saat 02 radələrində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində Xalayev X7 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 25 manat pula aldığı 7,1 qram narkotik vasiitə-qurudulmuş marixuananın qalan hissəsi-ümumi təmiz çəkisi 6,61 qram olan narkotik vasitə-qurudulmuş marixuana onun əynindəki cins şalvarın arxa cibindən aşkar edilərək götürülmüş, xx xxxxxx 2020-ci il tarixdə saat 09-10 radələrində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat– axtarış tədbirləri nəticəsində Abbasov X8 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub Balakən rayonu Gərəkli kəndində yaşadığı evinə və həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman onun yaşadığı evin həyətindəki sanitar qovşağından bir ədəd sellofan torbada saxladığı ümumi təmiz çəkisi 139,59 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərini törətmələri məhkəmə iclasında özlərinin səmimi etirafedici ifadələri, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Balakən rayonu Mahamalar kəndində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamış və psixi xəstəliklərdən əziyyət çəkməmişdir. Özü narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisidir. Təxminən bir il olar ki, qurudulmuş marixuanadan az-az istifadə edir. İstifadə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı da təsadüfən meşədən və ya çay kənarından tapdığı yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin üzərindən birdəfəlik istifadə miqdarında yığıb çəkmişdir. Gərəkli kənd sakini olan Təqsirləndirilən şəxs2 onun tanışıdır. Onun Mahirbəyin narkotik vasitə istifadəçisi olduğundan xəbəri olmuşdur. Hətta bir neçə dəfə birlikdə narkotik vasitə də çəkmişlər. Birlikdə çəkdikləri zaman istifadə etdiyi narkotik vasitə qeyd etdiyi kimi yabanı halda bitmiş çətənə biktisindən yığdığı narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs2 da özündə olan narkotik vasitədən istifadə etmişdir. Əvvəllər Mahirbəydən istifadə etmək üçün narkotik vasitə almamış və ya Mahirbəy ona pay olaraq narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs2la yaxşı münasibətləri olmuşdur. Şahid3 Bəyoğlun oğlu da həmkəndlisi və tanışıdır. Kənanın da narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olduğunu bilir. Onunla da yoldaşlıq münasibətləri olmuşdur. Mahirbəylə Kənanın isə tanışlığı yoxdur. xx.xx.2020-ci il tarixdə narkotik vasitədən istifadə etmək istədiyinə görə Mahirbəylə öz telefonunda olan Whatsapp proqramı ilə danışaraq narkotik vasitə tapmağını Mahirbəydən xahiş etmişdir.Mahirbəylə münasibətləri yaxşı olduğundan Mahirbəy ona bu işə baxacağını bildirmişdir. Pulla bağlı ona heç nə deməmiş, çünki Mahirbəy ona özündə narkotik vasitənin olduğunu, kimdənsə tapdığını və ya özündən satacağını konkret olaraq deməmişdir. Bu işə baxacağını bildirmişdir. Elə həmin gün, xx.xx.2020-ci il tarixdə Şahid3la telefonuna yüklənmiş «Vootsap» proqramı vasitəsi ilə danışdığı zaman Kənan ona narkotik vasitədən istifadə etmək istədiyini, 10 manat pulunun olduğunu, həmin pula bir çəkimlik narkotik vasitə tapıb almağını ondan xahiş etmişdir. Onda da 15 manat pul olmuşdur. Təqsirləndirilən şəxs2la Vootsap proqramı vasitəsi ilə yenidən əlaqə saxlayaraq özünə narkotik vasitə təşkil etməyini xahiş etmişdir. Yəni, əgər Mahirbəydə varsa 25 manat pul müqabilində ona istifadə etməsi üçün narkotik vasitə satmağını birdə xahiş etmişdir. Təqsirləndirilən şəxs2 da ona bu işi düzüb-qoşacağını bildirmişdir. Mahirbəyə Kənan üçün də narkotik vasitə alacağını deməmişdir. Mahirbəyin Kənanla münasibəti olmadığından, əgər Kənan üçün də aldığını desə bundan ehtiyat edəcəyini və narkotik vasitəni satmayacağını fikirləşmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə satdığını kimdənsə eşitməmiş və onun daimi narkotik vasitə satıcısı olduğunu əminliklə deyə bilmir. Lakin Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olduğundan onda özü istifadə etməkdən ötrü ehtiyat üçün saxladığı narkotik vasitə olacağını hesab etmiş və aralarında yaxşı münasibətləri olduğundan sözünü yerə salmayacağını və əgər narkotik vasitə varsa verəcəyini fikirləşmişdir. Bu səbəbdən də narkotik vasitə almaq üçün Mahirbəyə müraciət etmişdir. Mahirbəy 25 manat pul qarşılığında ona narkotik vasitə satmağa razı olmuşdur. xx.xx.2020-ci il tarixdə axşam radələrində Şahid3 ilə Mahamalar kəndində görüşmüş, Kənan ona 10 manat pul verərək özü istifadə etməsi üçün narkotik vasitə almağını bir daha xahiş etmişdir. Vootsap vasitəsi ilə danışarkən də narkotik vasitəni başqa şəxsdən alacağını Kənana demiş, lakin həmin şəxsin kim olduğunu deməmişdir. Kənan həmin narkotik vasitəni onun başqa şəxsdən alıb verəcəyini bilmişdir. Hətta Kənanla aralarında olan Vootsap sms-lərindən də görünür ki, Kənan onu tələsdirir və ona «hələ sənin ora gedib gəlməyinə var» məzmununda sms yazır. Kənan özü də bunu təsdiq edə bilər. Kənandan götürdüyü 10 manatın üstünə özü 15 manat pul qoyaraq Təqsirləndirilən şəxs2la axşam saat 21 radələrində Gərəkli kəndində görüşmüş və ondan bir kağız bükülüdə narkotik vasitə almışdır. O,danışıqlarına uyğun olaraq 25 manat pulu Mahirbəyə vermiş, lakin Mahirbəy pulu onun özünə qaytarmış, istəməmişdir. Mahirbəy həmin narkotik vasitəni ona tərəzidə çəkərək verməmiş və ya həmin narkotik vasitənin çəkisinin nə qədər olduğunu deməmişdir. Narkotik vasitənin çəkisi ilə bağlı Mahirbəylə aralarında heç bir söhbət olmamışdır. Mahirbəy ona bir neçə çəkimlik narkotik vasitəni gözəyarı vermişdir. Mahirbəyin verdiyi narkotik vasitəyə baxanda verdiyi 25 manat pula yetdik yox, daha çox narkotik vasitəni ona verdiyini görmüşdür. Özü əvvəllər narkotik vasitəni almasa da narkotik vasitələrin təxmini qiymətlərini bildiyindən Mahirbəyin ona verdiyi narkotik vasitənin 50 manat dəyərində və daha artıq dəyərdə olduğunu görmüşdür. Mahirbəyin aralarında olan yaxşı münasibətə görə 25 manatlıq yox, daha artıq məbləğə yetdik narkotik vasitəni ona əlavə olaraq verdiyini bilmişdir. xx.xx.2020-ci il tarixdə axşam saat 22 radələrində Mahamalar kəndində Şahid3la görüşərək Təqsirləndirilən şəxs2 25 manata aldığı narkotik vasitənin 10 manat dəyərində olan bir çəkimlik hissəsini ayırıb ona vermiş və Kənanın 10 manatını özünə qaytarmışdır. Narkotik vasitənin qalan hissəsini isə istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin yerdə də Kənandan ayrılmışlar. xx.xx.2020-ci il tarixdə gecə radələrində polis əməkdaşları onu üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində ona təqdim edilmiş vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi1 və digər polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparılmışdır. Axtarış zamanı əynindəki cins şalvarın arxa cibində siqaret kağızına bükərək saxlamış olduğu narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları üzərindən aşkarlanmış narkotik vasitəni elektron tərəzidə çəkmişlər. Həmin bir ədəd bükümdə saxladığı narkotik vasitənin ümumi çəkisi 7,99 qram olmuşdur. Həmin narkotiki bir ədəd ağ zərfə qoyaraq möhürləyib maddi sübut kimi götürmüşlər. Üzərindən başqa heç bir şey aşkarlanmamışdır. xx.xx.2020-ci il tarixdə səhər radələrində polis əməkdaşları Mahamalar kəndində yaşadığı evə də baxış keçirmiş və baxış zamanı heç bir qanunsuz əşya aşkarlanmamışdır. Üzərində axtarış aparılan zaman və yaşadığı evə baxış keçirilən zaman fasiləsiz videoçəkilişdən istifadə edilmişdir. Üzərindən aşkarlanmış narkotik vasitə olan qurudulmuş marixuananı özü istifadə etmək üçün saxlamışdır. Üzərində narkotik vasitə saxlamağını Şahid3 və ona narkotik vasitəni satmış Təqsirləndirilən şəxs2 bilmişdir. Başqa heç kimin bu barədə məlumatı olmamışdır. Əvvəllər Mahirdən narkotik vasitə almamış, nə də Mahirbəy ona narkotik vasitəni pay olaraq verməmişdir. Heç vaxt narkotik vasitələrin əkilib-becərilməsi və satışı ilə məşğul olmamışdır. Bundan əvvəl heç vaxt üzərində və ya hər hansı başqa bir yerdə narkotik vasitələri saxlamamışdır. Mahirbəy 25 manat pul qarşılığında ona narkotik vasitə satmağa razı olsa da narkotiki verərkən onun verdiyi 25 manatı geri özünə qaytarmış, narkotik satmadığını bildirmişdir. O, da Kənanın 10 manatını özünə qaytarmışdır. Lakin ibtidai istintaq zamanı ona heç bir təzyiq təsir olmasa da bunları qorxusundan deməmişdir. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Göstərdiklərini nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindiriilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Balakən rayonu Gərəkli kəndində anası Sevda Abbasova ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. 2019-cu ilin yay aylarının birində dağdan tapdığı yabanı halda bitmiş çətənə bitkisinin üzərindən yığdığı 3-4 ədəd toxumu yayda yaşadığı evin həyətyanı torpaq sahəsində əkib-becərmişdir. Həmin toxumlardan bitmiş bir ədəd çətənə bitkisinin üzərindən 2019-cu ilin oktyabr ayında hissələrini yığıb özü istifadə etmək üçün yaşadığı evin həyətindəki ayaq yolunda gizlətmişdir. Özü narkotik vasitədən istifadə etdiyinə görə arada bir saxladığı yerdən qurudulmuş marixuananı götürüb istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1 zəng edərək ondan narkotik vasitə almaq istədiyini bildirmişdir. Həsrətə narkotik vasitə satmağa razılaşaraq onunla xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Balakən rayonu Gərəkli kəndinin ərazisində görüşmüşdür. Həsrətə cibində apardığı narkotik vasitəni vermişdir. Həsrətdə qarşılığında ona 25 manat pul vermiş, lakin o pulu Həsrətin özünə qaytarmış, narkotik satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 qurudulmuş marixuana verdiyi zaman həmin marixuananı tərəzidə çəkməmişdir. Həsrət tanışı olduğundan ona gözəyarı artıqlaması ilə qurudulmuş marixuana vermişdir. Üzərində narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğundan xx.xx.2020 ci il tarixdə səhər tez radələrində polis əməkdaşları onu Balakən RPŞ-yə aparmışlar. Polis şöbəsində ona təqdim olunmuş vəkil siyahısından seçdiyi vəkil Müdafiəçi2 və polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparılan zaman üzərindən qanunsuz heç bir əşya aşkarlanmamışdır. Üzərində axtarış aparılarkən yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik vasitə olan qurudulmuş marixuananı saxladığını polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.2020-ci il tarixdə səhər Balakən rayonu Gərəkli kəndində yaşadığı evə və həyətyanı torpaq sahəsinə baxış keçirmişlər. Baxış keçirilən zaman həyətdəki ayaqyolunda bir ədəd sellofan torbada saxladığı narkotik vasitə-qurudulmuş marixuananı polis əməkdaşlarına təqdime tmişdir. Təqdim etdiyi bir ədəd sellofan torbada olan narkotik vasitə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilərkən 155,50 qram gəlmişdir. Polis əməkdaşları həmin saxladığı narkotik vasitəni bir ədəd zərfə qoyu bmöhürləyib götürmüşlər. Baxış keçirilərkən yaşadığı evdən və həyətyanı torpaq sahəsindən başqa heç bir qanunsuz əşya aşkarlanmamışdır. Həm üzərində axtarış aparılan zaman, həmdə yaşadığı evə baxış keçirilərkən fasiləsiz videoçəkilişdən istifadə edilmişdir. Protokol tərtib edilmişdir. Yaşadığı evdə narkotik vasitə olan qurudulmuş marixuana saxlamağını ondan başqa heç kim bilməmişdir. Əvvəllər Təqsirləndirilən şəxs1 və ya hər hansı başqa bir şəxsə narkotik vasitə satmamışdır. Həmçinin Kənan adlı şəxsi əvvəllər tanımamış və ona narkotik vasitə satmamış, Həsrət də ondan Kənan üçün narkotik vasitə almasını və 25 manat pulun 10 manatının Kənana məxsus olduğunu deməmişdir. İbtidai istintaq zamanı düzgün olmayaraq ifadə vermişdir ki, narkotik vasitəni Həsrətə 25 manata satmışdır. O, narkotik vasitəni Həsrətə satmamış, pay olaraq vermişdir. Həsrət ona 25 manatı vermiş, lakin o götürməmişdir. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Göstərdiklərini nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Balakən rayonu Mahamalar kəndində anası ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 onun tanışıdır. Onunla yaxın tanışlıq münasibətləri vardır. Narkotik vasitə olan qurudulmuş marixuanadan bəzən az-az istifadə edir. Təqsirləndirilən şəxs1də narkotik vasitə istifadəçisi olduğunu bilir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1lə istifadəsində olan 070 ******* nömrəli mobil telefona yüklədiyi Vootsapp roqramı vasitəsi ilə danışdığı zaman Həsrətdən özüüçün 10 manatlıq narkotik vasitə tapmağını, yəni kimdənsə almağını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 özünün narkotik vasitə satmadığını bilmiş, lakin narkotik vasitə istifadəçisi olduğundan kimdənsə alıb ona verməyini xahiş etmişdir. Həsrət kömək edəcəyini, yəni başqa bir şəxsdən alıb gətirəcəyini ona bildirmişdir. Həsrət özü üçün də öz puluna narkotik vasitə almaq fikrində olduğunu ona demişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 20-21 radələri arasında Təqsirləndirilən şəxs1lə Balakən rayonu Mahamalar kəndində görüşüb 10 manat pulu ona vermişdir. Həsrət ona gözləməyini, gedib kimdənsə alıb ona narkotik vasitə gətirəcəyini bildirmişdir. Həsrətin narkotik vasitəni kimdən alıb gətirəcəyi ilə maraqlanmamış, Həsrət özüdə bu barədə ona heç nə deməmişdir. Sonradan istintaq zamanı Həsrətin həmin narkotik vasitəni Mahirbəy adlı Gərəkli kənd sakinindən aldığını bilmişdir. Təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs1 onun gözlədiyi yerə gəlmiş və əlindəki kağız bükümdə olan narkotik vasitə-qurudulmuş marixuananın 10 manatlıq hissəsini ayırıb ona vermiş, qalan hissəsini isə cibinə qoyaraq üzərində saxlamışdır. Həsrət onun 10 manat pulunu da özünə qaytarmış, aldığı narkotik vasitəyə görə pul vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona narkotik vasitə almağının müqabilində pul və ya hər hansı başqa bir şey verməmiş, nədəki, verməyi vəd etməmişdir. Həsrət ondan heç bir qazanc və mənfəət əldə etməmişdir. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları onu üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona təqdim olunmuş vəkillər siyahısından seçmiş olduğu vəkil Hidayət Muradovun və digər polis əməkdaşlarının iştirakı ilə onun üzərində axtarış keçirmiş və axtarış zamanı onun əynindəki cins şalvarın sağ cibində sellofan bükümdə saxlamış olduğu narkotiki polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun üzərində olan narkotiki elektron tərəzidə çəkmiş, həmin bir ədəd sellofan bükümdə saxladığı narkotik vasitə 0,71 qram gəlmiş, həmin narkotiki bir ədəd ağ zərfə qoyaraq möhürləmiş və maddi sübut kimi götürmüşlər. Onun üzərindən başqa qanunsuz heçnə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları onun yaşadığı ünvana baxış keçirmiş, yaşadığı ünvandan da qanunsuz heç nə aşkar olunmamışdır. Hüqüqlarını müdafiə edən vəkil Hidayət Muradovun iştirakı ilə ekspert rəyi ilə tanış olduğu zaman üzərindən aşkarlanmış narkotik vasitənin çəkisinin ekspert rəyinə görə 0,49 qram olduğu bilmişdir. O, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ona verdiyi 10 manatı geri qaytarmasını bildirməmişdir. Balakən rayon polis şöbəsində ona heç bir fiziki və psixi təsir göstərilməsə də o, qorxduğu üçün belə ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Balakən rayonu Mahamalar kənd sakini Şahid3 üzərində narkotik vasitə saxlaması barədə ona məlumat daxil olmuş və bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edərək bildirmişdir. xx.xx.2020-ci il tarixdə gecə radələrində Şahid3 onun tərəfindən Balakən RPŞyə gətirilmişdir. Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Şahid3 üzərində axtarış aparılmasında iştirak etmişdir. Axtarışda ondan başqa Şahid3 hüquqlarını müdafiə edən vəkil Hidayət Muradov, təhqiqatçı Natiq Muradov, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və KTQ-nun baş inspektoru Sadiq Vəzirov iştirak etmişlər. Axtarış başlamazdan əvvəl təhqiqatçı Natiq Muradov Şahid3 üzərində qanunsuz saxladığı əşya varsa təqdim etməyi təklif etmişdir. Şahid3 üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki cins şalvarın sağ cibindən bir ədəd sellofan bükümdə narkotik vasitəyə oxşar bitki kütləsini çıxardıb təqdim etmişdir. Həmin bitki kütləsinin narkotik vasitə oduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını və tanışı Təqsirləndirilən şəxs1 10 manata aldığını bildirmişdir. Təqdim edilmiş bitki kütləsi elektron tərəzidə çəkildikdə çəkisi 0,71 qram olmuşdur. Həmin sellofan bükümdə olan bitki kütləsi bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür. Şahid3 üzərindən qanunsuz başqa heç bir əşya aşkarlanmamışdır. Axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Axtarış fasiləsiz videoçəkilişlə qeydə alınmışdır. Şahid3 üzərində şəxsi axtarış aparılan zaman aşkarlanmış narkotik vasitəni Təqsirləndirilən şəxs1 10 manata aldığını bildirdiyinə görə xx.xx.2020-ci il tarixdə gecə Təqsirləndirilən şəxs1 onun tərəfindən Balakən RPŞ-yə gətirilmişdir. Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmasında iştirak etmişdir. Axtarışda Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə edən vəkil Müdafiəçi1, təhqiqatçı Natiq Muradov, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və KTQ-nun baş inspektoru Sadiq Vəzirov da iştirak etmişlər. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən əynindəki cins şalvarının arxa cibində saxladığı bir ədəd kağız bükümdə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsini təqdim edərək həmin bitkinin narkotik vasitə olduğunu bildirmiş və həmin narkotik vasitəni Balakən rayonu Gərəkli kənd sakini Mahirbəy adlı şəxsdən 25 manata aldığını demişdir. Təqdim edilmiş bir ədəd kağız bükümdə narkotik vasitəyə oxşar bitki kütləsi elektron tərəzidə çəkilərkən çəkisi 7,99 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar bitki kütləsi bir ədəd zərfə qoyularaq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Şahid3 narkotiki satmamışdır. Kənan ona 10 manat pul verərək istifadə etməsi üçün narkotik vasitə almağını ondan xahiş etmiş, o da Şahid3 götürdüyü 10 manat pulun üstünə əlavə olaraq 15 manat pul qoyaraq Gərəkli kənd sakini Mahirbəydən 25 manatlıq narkotik vasitə almış və həmin nakotik vasitənin 10 manatlıq hissəsini Şahid3 vermişdir. Digər 15 manatlıq narkotik vasitəni isə özündə saxlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Axtarış fasiləsiz videoçəkilişlə qeydə alınmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 həm öz üzərindən, həm də Şahid3 üzərindən aşkarlanmış narkotik vasitəni Gərəkli kənd sakini olan Mahirbəy adlı şəxsdən aldığını bildirdiyinə görə xx.xx.2020-ci il tarixdə səhər radələrdə Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs2 onun tərəfindən Balakən RPŞ-yə gətirilmişdir. Balakən RPŞdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılmasında iştirak etmişdir. Axtarışda Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə edən vəkil Müdafiəçi2, təhqiqatçı Natiq Muradov, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və KTQ-nun baş inspektoru Sadiq Vəzirov iştirak etmişlər. Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir qanunsuz əşya, vasitə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir qanunsuz əşya, vasitə olmadığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış aparılan zaman qanunsuz hər hansı bir əşya, vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tanıdığını bildirmişdir. xx.xx.2020-ci il tarixdə onunla Gərəkli kəndində görüşdüyünü və bu zaman Təqsirləndirilən şəxs1 25 manat dəyərində narkotik vasitə satdığını demişdir. Təqsirləndirilən şəxs2 halhazırda yaşadığı ünvanda narkotik vasitə saxladığını, saxladığı narkotik vasitəni həyətyanı sahəsinə əkmiş olduğu 3-4 ədəd çətənə bitkilərinin birindən yığdığını bildirmişdir. Həmin saxladığı narkotik vasitəni təqdim edəcəyini demişdir. Axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Axtarış fasiləsiz videoçəkilişlə qeydə alınmışdır. xx.xx.2020-ci il tarixdə səhər saat 10 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçirilmişdir. Baxışda Təqsirləndirilən şəxs2, onun hüquqularını müdafiə edən vəkil Müdafiəçi2, təhqiqatçı Natiq Muradov, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və KTQ-nun baş inspektoru Sadiq Vəzirov iştirak etmişlər. Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda narkotik vasitənin olduğunu bildirərək yaşadığı evin həyətində olan ayaqyolunu göstərərək onun içərisində taxta döşəmənin üstündə saxladığı bir ədəd sellofan torbada narkotik vasitə-qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olduğu yeri göstərmişdir. Bir ədəd sellofan torbada saxladığı qurudulmuş marixuanaya oxşar bitki kütləsini yaşadığı evin həyətyanı sahəsində əkdiyi 3-4 ədəd çətənə bitkisinin birindən yığaraq qurudub şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 satmış olduğu 25 manat dəyərində narkotik vasitə ilə sellofan torbadakı narkotik vasitənin eyni olduğunu demişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd sellofanda olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə 155,50 qram gəlmişdir. Həmin bitki kütləsi bir ədəd ağ zərfə qoyularaq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs2 həyətyanı sahəsində olan yeri göstərərək bildirmişdir ki, orada yay aylarında çətənə toxumlarını əkmiş, onlardan yalnız biri yetişmiş, həmin bir ədəd bitkidən yığaraq evin həyətində saxlamışdır. Təqsirləndirilən şəxs2 qeyd etdiyi yerdə heç bir bitki qalıqları, kökləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçirilən zaman əlavə heç nə aşkar edilməmişdir. Baxış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır.Baxış fasiləsiz videoçəkilişlə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşin 1-ci cild 1-21-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, Balakən rayonu Mahamalar kənd sakini Şahid3 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında Balakən RPŞ-yə dəvət olunmuş, təhqiqatçı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Polis əməkdaşlarının və onun seçdiyi vəkil X5 iştirakı ilə Şahid3 üzərində şəxsi axtarış aparılmışdır. Şahid3 üzərində qanunsuz əşya, vasitə varsa təqdim etməsi bildirilmişdir. Şahid3 üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki cins şalvarın sağ cibindən bir ədəd sellofan bükümdə narkotik vasitəyə oxşar bitki kütləsini təqdim etmişdir. Həmin bitki kütləsinin narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün saxladığını, narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs1 10 manata aldığını bildirmişdir. Təqdim edilmiş bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilərkən 0,71 qram gəlmişdir. Həmin bitki kütləsi olan sellofan büküm bir ədəd kağız zərfə qoyulmuş, möhürlənmiş və təhqiqatçı tərəfindən maddi sübut kimi götürülmüşdür. Şahid3 üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Şəxsi axtarış «Sony» markalı videokamera vasitəsi ilə qeydə alınmışdır.İştirakçılar tərəfindən hər hansı bir şikayət və vəsatət daxil olmamışdır. Protokol tərtib olunmuş və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 1-ci cild 40-42-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, Balakən RPŞ-nə Balakən rayon Mahamalar kənd sakini Şahid3 üzərində narkotik vasitə saxlaması ilə bağlı məlumat daxil olmuş, həmin məlumat əsasında xx.xx.2020-ci il tarixdə Şahid3 Balakən RPŞ-yə gətirilmiş, şübhəli şəxs qismində tutularaq onun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən bir ədəd sellofan bükümdə narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Həmin bitki kütləsini haradan əldə etməsi barədə Şahid3 soruşduqda o, saxladığı narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs1 10 manata aldığını bildirmişdir. Balakən rayonu Mahamalar kənd sakini Xalayev X7 RPŞ-yə gətirilərək şübhəli şəxs qismində tutulmuş və onun üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılarkən onun əynindəki cins şalvarının arxa cibində saxlamış olduğu bir ədəd kağız bükümdə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsini təqdim edərək həmin bitkinin narkotik vasitə olduğunu bildirmiş və həmin narkotik vasitəni Balakən rayonu Gərəkli kənd sakini Mahir adlı şəxsdən 25 manata aldığını bildirmişdir. Təqdim edilmiş bir ədəd kağız bükümdə narkotik vasitəyə oxşar bitki kütləsi elektron tərəzidə çəkilərkən 7,99 qram gəlmişdir. Həmin narkotik vasitəyə oxşar bitki kütləsi bir ədəd zərfə qoyularaq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid3 narkotiki satmamışdır. Kənan ona 10 manat pul verərək istifadə etməsi üçün narkotik vasitə almağını ondan xahiş etmiş, Şahid3 götürdüyü 10 manat pulun üstünə əlavə olaraq 15 manat pul qoyaraq Gərəkli kənd sakinindən 25 manatlıq narkotik vasitə almış və həmin vasitənin 10 manatlıq hissəsini Şahid3 vermişdir. Digər 15 manatlıq narkotik vasitəni isə özündə saxlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa qanunsuz hər hansı əşya, vasitə aşkar edilməmişdir. Şəxsi axtarış «Sony» markalı videokamera ilə qeydə alınmış və videogörüntünün olduğu disk protokola əlavə olunmuşdur. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən hər hansı bir şikayət və vəsatət daxil olmamışdır. Protokol tərtib olunmuş, ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. İşin 1-ci cild 67-69-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan RPŞ-yə gətirilmiş, təhqiqatçı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs2 üzərindən qanunsuz hər hansı bir əşya, vasitə aşkar edilməmiş, lakin Təqsirləndirilən şəxs2 bildirmişdir ki, yaşadığı evində narkotik vasitə saxlayır. Həmin tədbirlərin davamı olaraq Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda narkotik vasitənin olduğunu bildirərək yaşadığı evin həyətyanı sahəsində olan sanitar qovşağını göstərərək onun içərisində taxta döşəmənin üstündə saxladığı bir ədəd sellofan torbada olan içərisində narkotik vasitə-qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olduğu yeri göstərmişdir. Bir ədəd sellofan torbada saxladığı qurudulmuş marixuanaya oxşar bitki kütləsini yaşadığı evin həyətyanı sahəsində əkdiyi 3-4 ədəd çətənə bitkisinin birindən yığaraq qurudub şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 satmış olduğu 25 manat dəyərində narkotik vasitə ilə sellofan torbadakı narkotik vasitənin eyni olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd sellofanda olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi elekiron tərəzidə çəkildikdə 155,50 qram gəlmişdir. Həmin bitki kütləsi bir ədəd ağ zərfə qoyularaq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs2 həyətyanı sahəsində kolun kənarında olan yeri göstərərək bildirmişdir ki, orada yay aylarında 6-7 ədəd çətənə toxumunu əkmiş, onlardan yalnız biri yetişmiş, həmin bir ədəd bitkidən yığaraq evin həyətində saxlamışdır. Təqsirləndirilən şəxs2 qeyd etdiyi yerdə heç bir bitki qalıqları, kökləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçirilən zaman əlavə heç nə aşkar edilməmişdir. Baxış «Sony» markalı videokamera vasitəsi ilə qeydə alınmış, videogörüntünün olduğu disk protokola əlavə olunmuşdur. Baxış zamanı iştirakçılar tərəfindən əlavə vəsatət və şikayətlər daxil olmamışdır. Baxış zamanı protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 1-ci cild 91-93-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X12 Bölməsinin xx xxxxxx 2020-ci il tarixli 119 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid3 üzərindən aşkar edilmiş bitki kütləsi” sözləri və imzalar yazılmış zərfi açdıqda içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi-0,49 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 6,61 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətindən aşkar edilmi...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi - 139,59 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətən (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş hər 03 (üç) ədəd zərfin içərisində olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin 2-ci cild 17-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Məhkəmə-Narkoloji ekspert komissiyasının xx xxxx 2020-ci il tarixli 190 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 2-ci cild 18-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Məhkəmə-Narkoloji ekspert komissiyasının xx xxxx 2020-ci il tarixli 192 nömrəli rəyindən görünürki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cild 35-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 21 fevral 2020-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 01:25-də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 1-ci cild 56-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxxxx 2020-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, xx xxxxxx 2020-ci ildə saat 07:35-də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 1-ci cild 161-162-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmış və qərar icra edilməsi üçün surəti Balakən RPŞnə göndərilmişdir. İşin 1-ci cild 165-166-cı vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmış və qərar icra edilməsi üçün surəti Balakən RPŞnə göndərilmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid3 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşin 2-ci cild 23-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 389 nömrəli arayışdan görünür ki, Xalayev X7 rayonu Mahamalar kəndində yaşayır, himayəsində işləməyən atası, anası və qardaşı vardır. İşin 2-ci cild 25-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Mahamalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 1-ci cild 203-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cild 212-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 345 nömrəli arayışdan görünür ki, Abbasov X8 rayonu Gərəkli kəndində yaşayır. İşin 1-ci cild 211-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Gərəkli kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 1-ci cild 204-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2095 nömrəli təkrar ambulator X3 rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərdən suiistifadə etməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Müayinə zamanı abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını, öz vəziyyətinə tənqidi münasibətin formalaşmasını nəzərə alaraq, həmçinin narkomaniya xəstəliyinə xas olan xarakterik klinik təzahürlərin sönməsi ilə əlaqədar, hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə,daşıma və saxlama cinayət əməlini, Təqsirləndirilən şəxs2 həmçinin qəsdən qanunsuz olaraq narkotik vasitələri satma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 7,1 qram narkotik vasitəni Təqsirləndirilən şəxs1 satmaması, pay olaraq verməsi barədə məhkəmə baxışında verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmadığı, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunduğu üçün məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış ifadə hesab edərək sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəmə baxışında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələrinin mahiyyətini anlayır. CM-nin 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə özünü təqsirli bilir. 2019-cu ilin yay aylarının birində dağdan tapdığı yabanı halda bitmiş çətənə bitkisinin üzərindən yığdığı 3-4 ədəd toxumu yayda yaşadığı evin həyətyanı torpaq sahəsində əkib-becərmişdir. Həmin toxumlardan bitmiş bir ədəd çətənə bitkisinin üzərindən 2019-cu ilin oktyabr ayında hissələrini yığıb özü istifadə etmək üçün yaşadığı evin həyətindəki ayaqyolunda gizlətmişdir. Özü narkotik vasitədən istifadə etdiyinə görə arada bir saxladığı yerdən qurudulmuş marixuananı götürüb istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1 zəng edərək ondan narkotik vasitə almaq istədiyini bildirmişdir. Həsrətə narkotik vasitə satmağa razılaşaraq onunla xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Balakən rayonu Gərəkli kəndinin ərazisində görüşmüşdür. Həsrətə cibində apardığı narkotik vasitəni vermişdir. Həsrətdə qarşılığında ona 25 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 qurudulmuş marixuana satdığı zaman həmin marixuananı tərəzidə çəkməmişdir. Həsrət tanışı olduğundan ona gözəyarı artıqlaması ilə qurudulmuş marixuana vermişdir. Narkotik vasitə satmasada qurudulmuş marixuanının qramının təxminən 10 manata və ya ondan artıq qiymətə olduğunu bilir. 5 manatada, 6 manatada, 15 manatada, yəni müxtəlif qiymətlərə ola bilər. Qurudulmuş marixuananın keyfiyyətinə görə qiymətləridə dəyişir. Həsrətədə marixuananı tərəzidə çəkərək və ya qiymət hesablayaraq verməmişdir. Həsrət tanışı olduğundan ona 25 manat dəyərində yox, 50 manat dəyərində, bəlkədə daha çox qurudulmuş marixuana vermişdir. Həsrətin özü nədə bu barədə deməmişdir. Üzərində narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğundan xx.xx.2020-ci il tarixdə səhər tez radələrində polis əməkdaşları onu Balakən RPŞ-yə aparmışlar. Polis Şöbəsində ona təqdim olunmuş vəkil siyahısından seçdiyi vəkil Müdafiəçi2 və polis əməkdaşlarının iştirakı üzərində axtarış aparılan zaman üzərindən qanunsuz heç bir əşya aşkarlanmamışdır. Üzərində axtarış aparılarkən yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik vasitə olan qurudulmuş marixuananı saxladığını polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.2020-ci il tarixdə səhər Balakən rayonu Gərəkli kəndində yaşadığı evə və həyətyanı torpaq sahəsinə baxış keçirmişlər. Baxış keçirilən zaman həyətdəki ayaq yolunda bir ədəd sellofan torbada saxladığı narkotik vasitə-qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəni qorxub verdiyini bildirsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki ki, iş materiallarından görünür ki, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, yəni o azadlıqda olmuş, müdafiəçisi olmuş, ona hər hansı təsir, təzyiq olduğu halda bu barədə müvafiq dövlət orqanına məlumat vermək imkanı olmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi işin hallarına uyğun və daha inandırıcı olduğuna, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla təsdiq olunduğu üçün məhkəmə onun həmin ifadələrini sübut kimi qəbul edir. Həmçinin Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 narkotik vasitəni ona satmaması, onun verdiyi 25 manatı götürməməsi, özünün də Şahid3 verdiyi 10 manatı sonuncuya qaytarması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmadığı, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunduğu üçün məhkəmə bu ifadəni Təqsirləndirilən şəxs2 müdafiə etməyə hesablanmış ifadə hesab edərək sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, təxminən bir il olar ki, qurudulmuş marixuanadan az-az istifadə edir. Gərəkli kənd sakini Təqsirləndirilən şəxs2 tanışıdır. Onun narkotik vasitə istifadəçisi olduğundan xəbəri olmuşdur. Hətta bir neçə dəfə birlikdə narkotik vasitə də çəkmişlər. Birlikdə çəkdikləri zaman istifadə etdiyi narkotik vasitə qeyd etdiyi kimi yabanı halda bitmiş çətənə biktisindən yığdığı narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs2 da özündə olan narkotik vasitədən istifadə etmişdir. Əvvəllər Mahirbəydən istifadə etmək üçün narkotik vasitə almamış və ya Mahirbəy ona pay olaraq narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs2la yaxşı münasibətləri olmuşdur. Şahid3 Bəyoğlun oğlu da həmkəndlisi və tanışıdır. Kənanın da narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olduğunu bilir. Onunla da yoldaşlıq münasibətləri olmuşdur. Mahirbəylə Kənanın tanışlığı yoxdur. xx.xx.2020-ci il tarixdə narkotik vasitədən istifadə etmək istədiyinə görə Mahirbəylə öz telefonunda olan Whatsapp proqramı ilə danışaraq narkotik vasitə tapmağını Mahirbəydən xahiş etmişdir. Mahirbəylə münasibətləri yaxşı olduğundan Mahirbəy ona bu işə baxacağını bildirmişdir. Pulla bağlı ona heç nə deməmişdir, çünki Mahirbəy ona özündə narkotik vasitənin olduğunu, kimdənsə tapdığını və ya özündən satacağını konkret olaraq deməmişdi. Bu işə baxacağını bildirmişdi. Elə həmin gün, xx.xx.2020-ci il tarixdə Şahid3la telefonuna yüklənmiş «Whatsapp» proqramı vasitəsi ilə danışdığı zaman Kənan ona narkotik vasitədən istifadə etmək istədiyini, 10 manat pulunun olduğunu, həmin pula bir çəkimlik narkotik vasitə tapıb almağını ondan xahiş etmişdir. Onda da 15 manat pul olmuşdur. Təqsirləndirilən şəxs2la whatsapp proqramı vasitəsi ilə təzədən əlaqə saxlayaraq özünə narkotik vasitə təşkil etməyini xahiş etmişdir. Yəni, əgər Mahirbəydə varsa 25 manat pul müqabilində ona istifadə etməyi üçün narkotik vasitə satmağını bir də xahiş etmişdir. Təqsirləndirilən şəxs2 da ona bu işi düzüb-qoşacağını bildirmişdir. Mahirbəyə Kənan üçün də narkotik vasitə alacağını deməmişdir. Mahirbəyin Kənanla münasibəti olmadığından əgər Kənan üçün də aldığını desə bundan ehtiyat edəcəyini və narkotik vasitəni satmayacağını fikirləşmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə satdığını kimdənsə eşitməmişdir və onun narkotik vasitə satıcısı olduğunu hesab etmir. Lakin Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olduğundan onda özü istifadə etməkdən ötrü ehtiyat üçün saxladığı narkotik vasitə olacağını hesab etmiş və aralarında yaxşı münasibətləri olduğundan sözünü yerə salmayacağını və əgər narkotik vasitə varsa verəcəyini fikirləşmişdir. Bu səbəbdən də narkotik vasitə almaq üçün Mahirbəyə müraciət etmişdir. Mahirbəy 25 manat pul qarşılığında ona narkotik vasitə satmağa razı olmuşdur. xx.xx.2020-ci il tarixdə axşam radələrində Şahid3 ilə Mahamalar kəndində görüşmüş, Kənan ona 10 manat pul verərək özü istifadə etməsi üçün narkotik vasitə almağını bir daha xahiş etmişdir. Vatsap vasitəsi ilə danışarkən də narkotik vasitəni başqa şəxsdən alacağını Kənana demişdir, lakin həmin şəxsin kim olduğunu deməmişdir. Kənan həmin narkotik vasitəni onun başqa şəxsdən alıb verəcəyini bilmişdir. Hətta Kənanla aralarında olan vatsap sms-lərindən də görünür ki, Kənan onu tələsdirir və ona «hələ sənin ora gedib gəlməyinə var» məzmununda sms yazır. Kənan özü də bunu təsdiq edə bilər. Kənandan götürdüyü 10 manatın üstünə özü 15 manat pul qoyaraq Təqsirləndirilən şəxs2la axşam saat 21 radələrində Gərəkli kəndində görüşmüş və 25 manat pulu verərək ondan bir kağız bükülüdə narkotik vasitə almışdır. Mahirbəy həmin narkotik vasitəni ona tərəzidə çəkərək verməmiş və ya həmin narkotik vasitənin çəkisinin nə qədər olduğunu deməmişdir. Narkotik vasitənin çəkisi ilə bağlı Mahirbəylə aralarında heç bir söhbət olmamışdır. Mahirbəy ona bir neçə çəkimlik narkotik vasitəni gözəyarı vermişdir. Mahirbəyin verdiyi narkotik vasitəyə baxanda verdiyi 25 manat pula yetdik yox, daha çox narkotik vasitəni ona verdiyini görmüşdür. Özü əvvəllər narkotik vasitəni almasa da narkotik vasitələrin təxmini qiymətlərini bildiyindən Mahirbəyin ona verdiyi narkotik vasitənin 50 manat dəyərində və daha artıq dəyərdə olduğunu görmüşdür. Mahirbəyin aralarında olan yaxşı münasibətə görə 25 manatlıq yox, daha artıq məbləğə yetdik narkotik vasitəni ona əlavə olaraq verdiyini bilmişdir. Mahirbəylə həmin narkotik vasitənin çəkisi ilə əlaqədar olaraq heç nə danışmayaraq ona pulu verib təşəkkür edib piyada Mahamalar kəndinə Kənanın onu gözlədiyi yerə qayıtmışdır. xx.xx.2020-ci il tarixdə axşam saat 22 radələrində Mahamalar kəndində Şahid3la görüşərək Təqsirləndirilən şəxs2 25 manata aldığı narkotik vasitənin 10 manat dəyərində olan bir çəkimlik hissəsini ayırıb ona vermişdir. Narkotik vasitənin qalan hissəsini isə istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin yerdə də Kənandan ayrılmışlar. xx.xx.2020-ci il tarixdə gecə radələrində polis əməkdaşları onu üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində ona təqdim edilmiş vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi1 və digər polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparılmışdır. Axtarış zamanı əynindəki cins şalvarın arxa cibində siqaret kağızına bükərək saxlamış olduğu narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri qorxub verdiyini bildirsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki ki, iş materiallarından görünür ki, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş,yəni o azadlıqda olmuş, müdafiəçisi olmuş, ona hər hansı təsir, təzyiq olduğu halda bu barədə müvafiq dövlət orqanına məlumat vermək imkanı olmuşdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi işin hallarına uyğun və daha inandırıcı olduğuna, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla təsdiq olunduğu üçün məhkəmə onun həmin ifadələrini sübut kimi qəbul edir. Habelə şahid qismində dindirilmiş Şahid3 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 verdiyi 10 manatı sonuncunun ona qaytarması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmadığı, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunduğu üçün məhkəmə bu ifadəni təqsirləndirilən şəxsləri müdafiə etməyə hesablanmış ifadə hesab edərək sübut kimi qəbul etmir. Belə ki, Şahid3 məhkəmə baxışında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, Balakən rayonu Mahamalar kəndində anası ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 tanışıdır. Onunla yaxın tanışlıq münasibətləri vardır. Narkotik vasitə olan qurudulmuş marixuanadan bəzən az-az istifadə edir. Təqsirləndirilən şəxs1də narkotik vasitə istifadəçisi olduğunu bilir. xx.xx.2020ci il tarixdə Təqsirləndirilən şəxs1lə istifadəsində olan 070 ******* nömrəli mobil telefona yüklədiyi Vatsap proqramı vasitəsi ilə danışdığı zaman Həsrətdən özü üçün 10 manatlıq narkotik vasitə tapmağını, yəni kimdənsə almağını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 özünün narkotik vasitə satmadığını bilir, lakin narkotik vasitə istifadəçisi olduğundan kimdənsə alıb ona verməyinin xahiş etmişdir. Həsrət kömək edəcəyini, yəni başqa bir şəxsdən alıbgətirəcəyinionabildirmişdir. Həsrət özü üçün də öz puluna narkotik vasitə almaq fikrində olduğunu ona demişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 20-21 radələri arasında Təqsirləndirilən şəxs1lə Balakən rayonu Mahamalar kəndində görüşüb 10 manat pulu ona vermişdir. Həsrət ona gözləməyini, gedib kimdənsə alıb ona narkotik vasitə gətirəcəyini bildirmişdir. Həsrətin narkotik vasitəni kimdən alıb gətirəcəyi ilə maraqlanmamış, Həsrət özü də bu barədə ona heç nə deməmişdir. Sonradan istintaq zamanı Həsrətin həmin narkotik vasitəni Mahirbəy adlı Gərəkli kənd sakinindən aldığını bilmişdir. Təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs1 onun gözlədiyi yerə gəlmiş və əlindəki kağız bükümdə olan narkotik vasitə-qurudulmuş marixuananın 10 manatlıq hissəsini ayırıb ona vermiş, qalan hissəsini isə cibinə qoyaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs1 ona narkotik vasitə almağının müqabilində pul və ya hər hansı başqa bir şey verməmişdir, nə dəki, verməyi vəd etməmişdir. Sonradan da Həsrətə bunun müqabilində pul verməsi və ya hər hansı bir onun xeyrinə olan xidməti göstərməsi ilə bağlı heç bir razılıqları olmamışdır. Həsrətə verdiyi 10 manatın müqabilində Həsrət ona yaxşılıq etmək məqsədi ilə narkotik vasitə qurudulmuş marixuananı başqa tanımadığı şəxsdən alıb ona gətirib vermişdir. Şahid3 məhkəmə baxışı zamanı verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi həmin ifadələri qorxub verdiyini bildirsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki ki, iş materiallarından görünür ki, o, sözügedən işdə şahid qismində dindirilmiş, ona hər hansı təsir, təzyiq olduğu halda bu barədə müvafiq dövlət orqanına məlumat vermək imkanı olmuşdur. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələri işin hallarına uyğun və daha inandırıcı olduğuna, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla təsdiq olunduğuna görə məhkəmə onun həmin ifadələrini sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, Kənan Misirxanov ibtidai istintaq zamanı verdiyi obyektiv ifadədən fərqli olaraq məhkəmə baxışı zamanı bilə-bilə yalan ifadə verdiyi üçün onun əməlində CM-nin 297.1-ci maddəsinin tərkibi olduğundan, onun həmin hərəkətlərinin araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna məlumat verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər, həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər həmin cinayətlərin törədilməsində təqsirlidirlər, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə cəzalanmalıdırlar. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilikdərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkündür, ona görə də Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə vaxtı saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və qonşu Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəməqərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən rayon X9 Hüquqi Şəxsə göndərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini,yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onunn islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təqsirli bilindiyi CM-in 234.1 və 234.2-ci maddələrindən CM-nin 234.2-ci maddəsinin sanksiyasında yalnız üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulduğunu, barəsində CM-in 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının müddətinə daxil olunmaqla həmin cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbs olunacağı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən rayon X9 Hüquqi Şəxsə göndərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin ediləcək cəzanı çəkməlidirlər. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2095 nömrəli təkrar Ambulator X3 rəyini daha mötəbər sübut edərək məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat 55 qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan Şahid3 götürülmüş ekspert rəyindən sonra ümumi təmiz çəkisi 0,47 qram olan narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 götürülmüş ekspert rəyindən sonra ümumi təmiz çəkisi 6,59 qram olan və iş üzrə Təqsirləndirilən şəxs2 götürülmüş ekspert rəyindən sonra ümumi təmiz çəkisi 139,57 qram olan narkotik vasitə-qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut olan 06 ədəd DVD diskləri iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayətləri törətdikləri zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 19 iş saatı sərf etmişdir. Vəkil Müdafiəçi1 məhkəmə icraat zamanı isə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 11 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********,kod 200695,Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına cəmi 180 manat köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqimüəyyənlikprinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə “Balakən Rayon Mərkəzi Xəstəxanası” X16 göndərilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə оna qəti оlаrаq 3 (üç) il 6 (altı) ay müddətə аzаdlıqdаn məhrum etmə cəzаsı təyin edilsin. Onun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin, o məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın, onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə “Balakən Rayon Mərkəzi Xəstəxanası” X16 göndərilsin. İş üzrə 34.55 (otuz dörd manat əlli beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan Şahid3 götürülmüş ekspert rəyindən sonra ümumi təmiz çəkisi 0,47 qram olan narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 götürülmüş ekspert rəyindən sonra ümumi təmiz çəkisi 6,59 qram olan və Təqsirləndirilən şəxs2 götürülmüş ekspert rəyindən sonra ümumi təmiz çəkisi 139,57 qram olan narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan 06 ədəd DVD diskləri iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 aid hissədə hökmün icrası Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri:VÖEN **********,kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına 180 manat köçürülsün. Kənan Misirxanovun məhkəmə baxışı zamanı bilə-bilə yalan ifadə verməsi ilə bağlı əməlində CM-nin 297.1-ci maddəsinin tərkibi olduğundan, onun həmin hərəkətlərinin araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna məlumat verilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar