Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-33/2021 02.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1,müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1972-ci il tarixdə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs oğlunun- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, mü ə y y ə n e t d i : Təqsirləndirilən şəxs qəsdən satış məqsədi və tamah niyyətilə, qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 2020-ci ilin sentyabr ayında Bakı şəhəri Türkan qəsəbəsindəki köhnə metal alqı-satqısı yerində işlədiyi zaman oradakı sahədən 01 (bir) ədəd sellofan torbada taparaq qəsdən satış məqsədi və tamah niyyəti ilə qanusuz olaraq əldə etdiyi ümimi təmiz çəkisi 105,35 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı üzərində daşıyaraq yaşadığı Balakən rayonu Hənifə kəndində yerləşən evinə gətirib həyətindəki tikilidə 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisində 13 (on üç) ədəd kibrit qutularında, 09 (doqquz) ədəd kagız bükümlərdə, 01 (bir) ədəd səffaf sellofan torbada, həmin tikilidəki quş yuvasında 01 (bir) ədəd kibrit qutusunda, həmin tikilidə olan əl-arabasının alt dəmirinin altında “Arqo” adda siqaret qutusunun içərisində 04 (dörd) ədəd kağız bükümlərdə və yaşadığı evindəki çarpayının altındakı çemodanın içərisində 06 (altı) ədəd kibrit qutularında saxlamışdır. 23.01.2021-ci il tarixdə, saat 16 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib daşıyaraq həyətindəki tikilidə 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisində saxladığı 13 ədəd (on üç) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri - 2,30qr., 3,15qr, 1,96qr., 1,98qr., 2,69qr., 2,44qr., 2,19qr., 2,48qr., 1,78qr., 2,10qr., 2,11qr., 2,39qr., 2,29qr., 09 (doqquz) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 3,16qr., 1,98qr., 2,16qr., 4,04qr., 2,28qr., 1,86qr., 3,10qr., 2,09qr., 1,52qr., 01 (bir) ədəd səffaf sellofan torbada təmiz çəkisi - 23,42qr., ümumi çəkisi 75,47 qram, həmçinin 25.01.2021-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs arvadı Şahid1 tərəfindən təqdim edilmiş, evlərindəki çarpayının altındakı cemodanın içərisində əri Təqsirləndirilən şəxs tərəfindən saxlanılmış 06 (altı) ədəd və həyətlərindəki tikilidəki quş yuvasında 01 (bir) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri - 2,36qr., 5,17., 3,97., 3,79., 3,87., 4,21., 4,81qr. və həmin tikilidəki əl-arabasının alt dəmirinin altında “Arqo” markalı siqaret qutusunun içərisində 04 (dörd) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,41qr., 0,39qr., 0,40qr., 0,50qr., ümumi çəkisi 29,88 qram, ümumilikdə təmiz çəkisi 105,35 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar ösulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, Balakən rayonu Hənifə kəndində yerləşən ailəsinə məxsus olan evdə arvadı Şahid1, qızları Telli və Aytacla birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq ailəyə çörək pulu qazanır. Əvvəllər məhkum olunmayıb və psixi xəstəliklər keçirməyib. Uzun müddətdir ki, narkotik vasitə marixuanadan istifadə edib və spirtli içkilər içib. Ancaq son bir neçə aydır ki, həmin vərdişlərə son qoyub. 23 yanvar 2021-ci il tarixdə günorta saatlarında həyətinə gəlmiş polis işçiləri ona bildiriblər ki, narkotik vasitə satmağı barədə məlumat daxil olub və həmin səbəbdən yaşadığı evə və həyətinə baxış keçirilməlidir. Bu barədə qəbul olunmuş qərarla polis işçiləri onu tanış etmişlər. Polis işçilərinin baxış keçirilməsinə etiraz etməyib. Polis işçiləri videoçəkiliş aparmaqla əvvəl həyətdəki dam kimi istifadə etdikləri köhnə tikiliyə baxış keçirmişlər. Baxış zamanı həmin tikilinin girişindən sol tərəfdə asılı vəziyətdə olan qara rəngli sellofan torbanın içərisindən 13 ədəd kibrit qutusunda, 9 ədəd kağız bükümdə və 1 ədəd açıq rəngli sellofan torbada olan narkotik vasitə marixuana aşkar edilib. Həmin kütlələr polis işçiləri tərəfindən elektron tərəzidə çəkilərək, kağız zərfin içərisinə yığılıb qablaşdırılaraq, möhürlənib götürülüb. Eyni zamanda oradan qızı Aytacın əvvəllər ali məktəbə hazırlaşarkən istifadə etdiyi vərəqləri cırılmış şəkildə olan test jurnalı götürülüb. Çünki kağız bükümlərdə olan narkotik vasitə bükülmüş kağız həmin test jurnalının vərəqinə oxşar idi. Bundan sonra polis işçiləri tərəfindən evinə və həyətinə baxış keçirilib. Lakin evdən və həyətdən əlavə hər-hansı bir maddə və sair aşkar edilib götürülməyib. Bu barədə polis işçisi tərəfindən tərtib edilmiş protokol ucadan oxunduqdan sonra protokolun doğru olması hər bir iştirakçıyla yanaşı, onun da tərəfindən imzalanıb. Sonra həmin tarixdə polis işçiləriylə birgə Balakən Rayon Polis Şöbəsinə gəlib və orada seçdiyi vəkil Müdafiəçi iştirakıyla şübhəli şəxs kimi tutulduqdan sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılıb. Lakin üzərindən hər hansı bir qanunsuz saxladığı əşya və sair aşkar edilməyib. Polis şöbəsində ekspert rəyiylə tanış olduqdan sonra bilib ki, həyətindəki köhnə tikilidən götürülmüş 13 ədəd kibrit qutusunda, 09 ədəd kağız bükümdə və 01 ədəd şəffaf sellofan torbada olan narkotik vasitə marixuananın ümumi çəkisi 75,47 qramdır. Həmin marixuana ona məxsus deyil. Narkotik vasitə marixuana istifadəçisi olsa da, həmin narkotik vasitəni həyətindəki köhnə tikilidə kimlərin və hansı məqsədlə saxlamasını bilmir, bu haqda məlumatı yoxdur. Elə fikirləşir ki, ona məxsus həyətdə yerləşən tikilidə kənar şəxslər narkotik vasitə saxlaya bilməzlər. Həmin narkotik vasitəni orada kim və hansı məqsədlə saxlayıb bilmir, ancaq həmin narkotik vasitə onun deyil. 102 xidmətinə məlumat verən 050.804.73.50 mobil nömrənin kimə məxus olması haqda məlumatı yoxdur. Qonşuluqda Nüranə adlı qadın ailəsiylə birlikdə yaşayır. Həmin qadın qonşuluğa 1 ilə yaxındır ki, köçüb ailəlikcə yaşayır. Onunla heç bir əlaqəsi və salam-kalamı yoxdur. Evdə çarpayının altında olan çemodanın içərisindəki kibrit qutularındakı narkotik vasitə ona məxsusdur. Əvvəllər narkotik vasitə marixuanadan istifadə etdiyi üçün 2020-ci ilin sentyabr ayında Bakı şəhərində Türkan qəsəbəsində köhnə dəmir metal alıb satmaqla məşğul olduğu zaman orada çöllükdə olan dəmir anbarının kənarında bir ədəd sellofan torba tapıb və həmin torbanı açıb içərisinə baxdıqda içərisində 7 ədəd kibrit qutularındakı ona tanış olan marixuana olduğunu görüb həmin marixuananı götürüb öz istifadəsi üçün Balakən rayonuna gəldikdə saxlamışdır. Həmin kibrit qutularının 1 ədədinin üzərindən özü üçün istifadə etmək məqsədilə 4 xırda kağız bükümlərdə bükərək həyətindəki dam kimi istifadə etdikləri tikilidə əl arabasının altındakı dəmirin altında “Arqo” siqaret qutusunda saxlamışdır. 1 ədəd kibrit qutusunda olan marixuananı isə həmin tikilidə olan qaranquş yuvasında, qalan 6 ədəd kibrit qutularını isə özünə məxsus geyim əşyaları olan çemodanın cib hissəsində saxlayaraq, çemodanı evindəki kravatın altına qoymuşdur. Həmin marixuananı öz istifadəsi üçün saxlamış, marixuanadan heç kimə satmamışdır. 23 yanvar 2021-ci il tarixdə günorta saatlarında həyət darvazasına polis işçilərinin gəldiklərini görüb, arvadı Mahirəyə həmin saxladığı kibrit qutularını başqa yerdə saxlamasını bildirib. 25 yanvar 2021-ci il tarixdə təqdim olunaraq evindən və həyətindəki köhnə tikilidən götürülmüş 07 ədəd kibrit qutularında və 04 ədəd kağız bükümlərdə ümumi təmiz çəkisi 29,88 qram olan narkotik vasitə qurudulmuş marixuanayla bağlı verilmiş ekspert rəyiylə tanış olub və rəydə 23 yanvar 2021-ci tarixdə həyətindəki köhnə tikilidən aşkar edilib götürülmüş narkotik vasitə marixuanayla eyni tərkibli olmasını bilir. 23 yanvar 2021-ci il tarixdə həyətindəki tikilidən götürülmüş narkotik vasitə marixuananın kimə məxsus olması haqda heç bir məlumatı yoxdur. Lakin 25 yanvar 2021-ci il tarixdə təqdim olunaraq evdəki cemodandan götürülmüş 6 ədəd kibrit qutularında olan, həyətdəki tikilidəki quş yuvasından və oradakı əl-arabasının alt dəmirinin altındakı “Arqo” siqaret qutusunun içərisindən götürülmüş 04 ədəd kağız bükümlərdə olan narkotik vasitə marixuana ona məxsusdur və həmin marixuananı 2020-ci ilin sentyabr ayında Bakı şəhərində Türkan qəsəbəsində sahədəki dəmir anbarının yaxınlığından taparaq özü üçün istifadə etmək məqsədilə saxlayıb. Kibrit qutularının birinin üzərindən götürüb 4 kağız bükümdə özü üçün istifadə etmək məqsədilə həyətdəki tikilidə olan əl arabasının alt dəmirin altında “Arqo” siqaret qutusunun içərisində saxlamışdır. Həmin bir ədəd kibrit qutusunu isə tikilidəki quş yuvasına qoymuşdur ki, gələcəkdə özü üçün istifadə etsin. 6 ədəd kibrit qutularında olan marixuananı isə evdə çemodanda saxlamışdır. Həmin narkotik vasitələrin tərkibləri eyni olmasına baxmayaraq, 23 yanvar 2021-ci il tarixdə həyətindəki tikilidən götürülmüş narkotik vasitə ona məxsus deyil və kim tərəfindən orada saxlanılıb bilmir. Həmin narkotik vasitəni Bakı şəhərindən gələndən sonra saxlamış və fikrindən çıxıb saxladığı yerlərdə qalmışdır. Həmin marixuanadan istifadə etməyib. Bu barədə ailə üzvlərindən heç kimin məlumatı olmayıb, yalnız 23 yanvar 2021-ci il tarixdə polis işçiləri onlara gəldikdə fikirləşib ki, çemodanda narkotik vasitə qalmış ola bilər və həmin səbəbdən arvadı Mahirəyə bildirib ki, çemodanda kibrit qutuları varsa, oradan götürüb başqa yerdə saxlasın. Yaşadığı ünvanda narkotik vasitələrin satışıyla məşğul olması haqda 102 xidmətinə verilmiş məlumatla bağlı bildirir ki, həmin məlumatı arvadı Mahirə verib və o, tutulmasının tərəfdarıdır, çünki onunla ər-arvad kimi münasibətləri yoxdur və aralarında uzun müddətdir ki, mübahisə vardır. Barəsində başqa heç kim məlumat verməyib. Çünki evdə olan ona məxsus marixuananı da arvadı Mahirə polisə təqdim edib. Narkotik vasitələrin satışıyla məşğul olmur, arvadı Mahirənin təqdim etdiyi evində çemodanda və həyətindəki tikilidə quş yuvasında, həmçinin orada olan arabanın dəmirinin altında siqaret qutusunda 04 ədəd kağız bükümlərdə saxladığı narkotik vasitəni öz istifadəsi üçün saxlamışdır. İstifadəsində 050.804.73.50 mobil nömrəsi olmayıb, adına belə bir nömrənin olmasını yalnız indi bilib. Barəsində həmin məlumatı arvadı Mahirə verib və o, adına mobil nömrə alıb istifadə etməklə məlumat verə bilər, çünki şəxsiyyət vəsiqəsi çox hallarda evdə olur. Barəsində başqa heç kim məlumat verməyib. Çünki evdə olan ona məxsus marixuananı da arvadı Mahirə polisə təqdim edib. Narkotik vasitələrin satışıyla məşğul olmur, arvadı Mahirənin təqdim etdiyi evində çemadanda və həyətimdəki tikilidə quş yuvasında, həmçinin orada olan arabanın dəmirinin altında siqaret qutusunda 04 ədəd kağız bükümlərdə saxladığı narkotik vasitəni öz istifadəsi üçün saxlayıb. 23.01.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən əvvəl həyətlərindəki tikiliyə, sonra isə, evinə baxış keçirilib. İfadələrini qeyri dəqiq göstərmişdir və elə başa düşüb ki, bunun fərqi yoxdur. Ancaq əslində 23.01.2021-ci il tarixdə polis işçiləri əvvəl yaşadığı evə baxış keçirmişlər, sonra isə, həyətindəki köhnə tikiliyə baxış keçirilərək orada saxlanılan narkotik vasitə aşkar edilib götürülmüşdür. O, özünü qismən təqsirli bilir, əməlində CM-nin 234.2-ci maddəsinin deyil, CM-nin 234.1-ci maddəsinin tərkibi vardır. Onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən rayonu Hənifə kəndində yerləşən ailəsinə məxsus olan evdə əri Təqsirləndirilən şəxs, qızları Şahid2 və Şahid3yla birlikdə yaşayır. Balakən MRX-nın terapiya şöbəsində tibb bacısı işləyir. Böyük qızı Telli Balakən MRX-nın poliklinika şöbəsində tibbi qeydiyyatçı işləyir. Kiçik qızı Aytac isə Gəncə şəhərində yerləşən Aqrar Universitetinin 4-cü kurs tələbəsidir. 1994-cü ildə həmkəndlisi Təqsirləndirilən şəxs ilə rəsmi qaydada ailə həyatı qurub və birgə nikahdan 2 qız övladları var. Əri Tofiq uzun müddətdir ki, ailədə özünü narahat apardığı üçün münasibətləri pisləşib. Əri Tofiq spirtli içkilərə meyilli bir insandır, həm də onun narkotik qəbul etdiyini şəxsən görüb bilir. Əri Tofiqin narkotik vasitənin satışıyla məşğul olduğunu da bilir. Bu barədə Tofiq özü ona bildirib. Son bir ay olar ki, Tofiq bildirib ki, içkiyə və narkotikə tövbə edib. Əri Tofiqin əvvəllər də pis əməllərlə məşğul olmayacağına tövbə etdiyi hallar olub, ancaq yenidən həmin əməllərlə məşğul olub. Tofiqin yanına gəlib-gedən şəxslər çox olurdu, ancaq Tofiqə xəbərdarlıq etmişdir ki, evdə qız uşaqları olduğu üçün evə adam gətirməsin, əgər gətirsə qovacaq. Tofiqin yanına gələn şəxslər həyətlərində yerləşən köhnə və əvvəllər mal damı kimi istifadə etdikləri binaya girirdilər, çünki həmin şəxsləri qeyd etdiyi binaya girib-çıxanda görürdü. 23 yanvar 2021-ci il tarixdə günorta saatlarında ailəlikcə evdə nahar etməyə hazırlaşdıqları zaman küçə qapısından çağıran səs olub. Əri Tofiq pəncərədən küçə qapısına baxdıqdan sonra ona bildirib ki, “polislər gəlib, kimsə məni satıb, kravatın altındakı çemadanın içində kibrit qutularında nəşə var, götür saxla”. Tofiq əri olduğu üçün həmin onun dediyi çemadanın içərisindəki 6 (altı) ədəd içərisində yaşıl kütlə olan kibrit qutularını oradan götürüb yataq otağındakı şkafın arxasına qoyub. Həmin qutuları təqdim edə bilər. Həmin tarixdə saat 15 radələrində həyətlərinə gəlmiş Balakən Rayon Polis Şöbəsinin işçiləri bildiriblər ki, Tofiq narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün həyətə və evə baxış keçirilməlidir. Buna etiraz etməyiblər. Polis işçiləri videoçəkiliş aparmaqla həyətlərinə və həyətdə yerləşən köhnə tikiliyə baxış keçirmişlər. Baxış zamanı həyətdə yerləşən əvvəllər tövlə kimi istifadə etdikləri köhnə tikilinin girişindən sol tərəfdə asılmış vəziyətdə olan qara rəngli sellofan torbanın içərisindən 13 ədəd kibrit qutusunda, 9 ədəd kağız bükümdə və 1 ədəd şəffaf sellofan torbada olan yaşıl kütlə polis işçiləri tərəfindən aşkar edilib götürülmüşdür. Ancaq Tofiq həmin vaxt bildirirdi ki, həmin yaşıl kütlədən onun xəbəri yoxdur. Qeyd olunan kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilərək, qaplaşdırılıb möhürlənərək götürülüb. Evlərinə və həyətə baxış keçirilərkən əlavə olaraq hər hansı bir kütlə və sair aşkar edilməyib. Bu barədə poliş işçisi tərəfindən tərtib edilmiş protokol ucadan oxunduqdan sonra protokolun doğru olması hər bir iştirakçıyla birgə tərəfindən imzalanıb. Evdəki çemodanın içərisindən götürüb şkafın arxasında saxladığı 6 ədəd kibrit qutusunu geriyə çemodana qoyub. Çünki bilib ki, əri Tofiq həmin qutuları ondan soruşub iştəyəcək. Səhəri gün, 24 yanvar 2021-ci il tarixdə həyətlərindəki tikilidə təmizlik işləri apardığı zaman orada tavan hissədə olan qaranquş yuvasında 1 ədəd kibrit qutusunu görüb. Həmin qutunu oradan götürüb içərisinə baxdıqda görüb ki, içərisində yaşıl kütlə var. Ancaq həmin qutunu yerinə qoyub. Bundan sonra həmin tilkilidə olan köhnə əl-arabasıyla zibil atdığı zaman arabanın alt dəmirinin altında olan siqaret qutusunun içərisindəki 4 ədəd kağız bükülülərə baxdıqda görüb ki, bükülülərin içərisində yaşıl kütlə var. Ancaq həmin kütlələrə dəyməyib olduğu yerinə qoyub. Çünki bilirdi ki, əri Tofiq buna görə özüylə dava salacaq ki, nə üçün həmin bükümlərə və kibrit qutusuna dəyib. Həmin kibrit qutusunu və bükümləri təqdim edə bilər. Həyətlərindəki tikiliyə baxış keçirilən zaman oradan qara rəngli sellofan torbanın içərisindən aşkar edilmiş 13 ədəd kibrit qutusunda, 9 ədəd kağız bükümdə və 1 ədəd şəffaf selofan torbanın içərisində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın orada saxlanması barədə əvvəlcədən bilməyib, yalnız bu barədə polis işçiləri aşkar etdikdən sonra bilib. Həmin narkotik vasitə əri Tofiqə aiddir. Orada əlavə kimsə narkotik saxlaya bilməz. Çünki əri Tofiq narkotik vasitə qəbul edir və satır. Onda dəfələrlə narkotik vasitə görüb və buna görə ailədə çox narazılıqlar və mübahisələr olub. Ancaq Tofiq əri olduğu üçün və uşaqlarının xatirinə hal-hazırki dövrədək dözüb. 23 yanvar 2021-ci il tarixdə polis işçiləri darvazadan onları səslədikdə Tofiq kravatın altındakı çemodanın içərisindəki 6 ədəd kibrit qutularında olan narkotik vasitəni oradan götürüb saxlamağını ona bildirib. 24.01.2021-ci il tarixdə həyətdəki tikilidə olan qaranquş yuvasının içərisində 1 ədəd kibrit qutusu və arabanın alt dəmirinin alt hissəsində siqaret qutusunun içərisində 4 ədəd kağız bükümdə yaşıl kütlə görsə də, Tofiq əri olduğu üçün bu barədə məlumat verə bilməzdi. Ancaq hazırda bunları səmimi etiraf edir. Həmin yaşıl kütləlkər əri Tofiqə məxsusdur. Əri Tofiq həyətlərindəki tikilidən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını və həmin narkotik vasitənin orada saxlanlımasından məlumatı olmadığını qeyd etsə də, dəqiq bilir ki, həmin narkotik vasitə əri Tofiqə məxsusdur və onun tərəfindən saxlanılıb, çünki Tofiq narkotik vasitə qəbul edirdi və satırdı, bunu dəqiq bilir və şahidi olub, həm də Tofiq özü bu barədə bildirirdi. Həyətlərində kənar kimsə narkotik saxlaya bilməz. Həm də Tofiq uzun müddətdir ki, belə işlərlə məşğul olur, bunun dəfələrlə şahidi olub. Onun yanına çox sayda şəxslər gəlib-gedirdi. Əri Tofiqi xəbərdar etmişdir ki, həyətə və evə kənar şəxsləri gətirməsin, evdə qızları var. Ancaq onun yanına gələn şəxslər həmin həyətlərində yerləşən köhnə tikiliyə girib-çıxırdılar. Tofiq əri olduğu üçün bu barədə ona heç bir söz deyə bilmirdi. Ancaq dəfələrlə xahiş edərək, ona belə əməllərinə son qoymasını bildirib. Tofiq bir neçə dəfə and vermişdir ki, belə əməllərə son qoyub, ancaq yenə o, həmin çirkli əməllərlə məşğul olurdu. 23.01.2021-ci il tarixdə özünü Balakən rayonu Hənifə kənd sakini Nuranə kimi təqdim edərək 050.804.73.50 mobil nömrədən DİN-nin “102” xidmətinə məlumat verərək qonşusu Təqsirləndirilən şəxs evində narkotik maddə satması barədə məlumat verən şəxsi tanımır və həmin mobil nömrə ona tanış deyil. Qonşuluqda Nuruş kimi çağırdıqları gəlin var. Ancaq onun dəqiq adını bilmir. İstifadəsində özünə məxsus olan “Samsung-J1” markalı smatfon mobil telefonu var, həmin telefonda olan özünə məxsus 070.524.05.18 mobil nəmrədən istifadə edir. 23 yanvar 2021-ci il tarixdə, saat 14 radələrində özü, qızları Telli, Aytac, həmçinin əri Tofiq evdə olmuşlar. Həyətlərindəki tikilidən götürülmüş test kitabı qızı Aytac ali məktəbə hazırlaşarkən istifadə edilən kitabdır. Həmin kitab hazırda istifadə edilmədiyi üçün digər artıq əşyalarla birgə həyətlərindəki tikilidə saxlanılmışdır. Tofiqin həmin test jurnalının vərəqələrini cıraraq istifadə etdiyini şəxsən görməyib, ancaq onun evdə olan dəftər-kitabın vərəqələrini cırdığını görüb ona bildirib ki, vərəqələri cırmasın, gələcəkdə lazım gələ bilər. Əri Tofiqin barəsində 23.012021-ci il tarixdə 102 xidmətinə məlumat verən 050.804.73.50 mobil nömrənin kimə məxsus olması barədə və məlumat verən şəxsin kimliyi haqda heç bir söz deyə bilmir, çünki Tofiq onun əridir və uşaqlarının atasıdır. Buna baxmayaraq təsdiq edir ki, əri Tofiq narkotik vasitələrdən istifadə edir və satır, ancaq kimlərə satması barədə dəqiq deyə bilmir. 23.01.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə məlumat verən 050.804.73.50 mobil nömrənin 01.01.2021-ci il tarixdən 24.01.2021-ci il tarixədək **********8166 imei kodlu mobil telefonda istifadə olunması, həmin mobil telefonda qızı Şahid2 Toqiq qızına məxsus 051.396.73.18 mobil nömrənin və 02.01.2021-ci ilı tarixdə özünə məxsus olan 070.524.05.18 Azerfon mobil nömrədən istifadə olunmasıyla bağlı Tofiq əri olduğu üçün bu barədə heç bir söz deyə bilmir və nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Balakən rayonu Hənifə kəndində yerləşən evlərində atası Təqsirləndirilən şəxs, anası Şahid1 və bacısı Telli ilə birlikdə yaşayır. X9 Universitetinin 4-cü kurs tələbəsidir. Atası Tofiq əvvəllər spirtli içkilərə meyilli olub və içki içdikdə ailədə mübahisə edib, onları narahat edərək qorxudub. Ona dəfələrlə pis vərdişləri tərgitməsini bildirmişlər. 23 yanvar 2021-ci il tarixdə günorta vaxtı evdə nahar etməyə hazırlaşdıqları zaman evə polislər gəlmişlər. Həmin vaxt özü evin mətbəxində olub. Ona sonradan məlum olub ki, polis işçiləri həyətdəki damdan narkotik vasitə tapıb götürmüşlər. Sonradan bilib ki, atası Tofiqin evdə çemadanda saxladığı kibrit qutularında olan narkotik vasitəni anasına başqa yerdə saxlamasını bildirib. Anası Mahirə həmin kibrit qutularını və mal damında quş yuvasındakı və orada olan əl arabasındakı narkotik vasitəni polisə təqdim edib. Atası Tofiqin evdə və həyətdəki mal damında narkotik vasitə saxlaması haqda əvvəlcədən məlumatı olmayıb, bu barədə sonradan bilib. Atası Tofiq onun yanında spirtli içkilərə və narkotikə tövbə etmişdir. Həmin an bilib ki, atası Tofiq narkotik vasitə qəbul edir. Atası Tofiqin narkotik vasitə satmasının şahidi olmayıb, onun narkotik vasitə satması barədə yalnız 23 yanvar 2021-ci il tarixdə polis tərəfindən aşkar edildikdən sonra bilib. İstifadəsində özünə məxsus olan “Samsug A 10” markalı mobil telefonu var, həmin telefonda özünə məxsus olan 070.514.21.83 mobil nömrədən istifadə edir. 050.804.73.50 mobil nömrədən istifadə edən şəxsi tanımır və haqqında heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Balakən rayonu Hənifə kəndində ailə üzvləriylə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq ailəni saxlayır. Əvəllər məhkum olunmayıb. Təqsirləndirilən şəxs ailəsiylə sərhəd qonşuluqda yaşayır. Tofiqlə bir qonşu kimi pis münasibəti yoxdur və heç vaxtı aralarında düşmənçilik və ədavət olmayıb. Son bir neçə ildir ki, Tofiqin ailəsində narazılıqlar vardır. Tofiq arvadı Mahirəylə ər-arvad olsalar da, Tofiq bir evdə ayrıca yaşayırdı. Tofiqin narkotik vasitələrdən istifadə etdiyini və spirtli içkilərə meyilli olduğunu bilirdi. Ona bir qonşu kimi bir neçə dəfə xəbərdarlıq edərək, məsləhət görmüşdür ki, belə vərdişlərə son qoysun. Sonradan ona məlum olub ki, Tofiqin evindən və həyətindən narkotik vasitə aşkar edildiyi üçün həbs edilib. Tofiqin narkotik vasitələrdən istifadə etməsi haqda bilsə də, onun narkotik vasitələrin satışıyla məşğul olması haqda dəqiq məluimatı yoxdur. 23 yanvar 2021-ci il tarixdə 102 xidmətinə 050.804.73.50 mobil nömrədən zəng vuraraq özünü Nuranə kimi təqdim edən şəxsin kimliyini və həmin mobil nömrənin kimə məxsus olmasını bilmir və Nüranə adlı şəxsi tanımır. Elə başa düşür ki, Tofiqin barəsində məlumat verən şəxs ona yaxın, hətda ailə üzvüdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Balakən rayonu Hənifə kəndində ailə üzvləriylə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq ailəni dolandırır. Təqsirləndirilən şəxs ilə əmi oğludurlar və uzaq qonşuluqda yaşayırlar. Bir qohum kimi onunla yaxşı münasibətləri olub, heç vaxtı aralarında düşmənçilik və ədavət olmayıb. Son bir neçə il olar ki, Tofiqin arvadı Mahirəylə aralarında mübahisələri olduğunu bilir. Bildiyinə görə Tofiqlə Mahirə bir evdə yaşasalar da, onların ər-arvad kimi münasibətləri olmayıb. Tofiqin yaşadığı evinin həyətindəki tikilidən narkotik vasitə aşkar olunduğunu sonradan eşidib bilib. Tofiqin narkotik vasitə qəbul etdiyini bilirdi, ancaq onun deməsinə görə son zamanlar o, həmin vərdişlərə son qoymuşdur. Onun narkotik vasitələrin satışıyla məşğul olması haqda eşitməyib. 23 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verərək özünü Nüranə kimi təqdim edən şəxsi tanımır və Tofiqin narkotik vasitə satması haqda eşitməyib, ancaq qəbul etməsini bilib, ona belə vərdişlərə son qoymasını məsləhət bilib. Dəqiq bilir ki, Tofiqin barəsində məlumatı yalnız onun arvadı Mahirə verə bilər, çünki Mahirəylə Tofiqin münasibətləri pis idi, hətda onların ər-arvad münasibətləri olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin İTB-nin ərazi polis nəfəri vəzifəsində xidmət edən Şahid8 ifadəsində göstərdi ki, 23.01.2021-ci il tarixdə Balakən rayonu Hənifə kənd sakini olan Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə satması barədə Balakən RPŞ-nə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş və 23 yanvar 2021-ci il tarixdə saat 15 radələrində Balakən rayonu Hənifə kənd sakini olan Təqsirləndirilən şəxs qeyd olunan ünvanda yerləşən evinə, həyətinə və həyətində yerləşən tikiliyə baxış keçirilərkən ev sahibi olan Təqsirləndirilən şəxs və digər pois işçiləriylə birgə iştirak edib. İlk növbədə Təqsirləndirilən şəxs qeyd olunan ünvanda yerləşən yaşayış evinə baxış keçirilmiş, lakin evdən qanunsuz olaraq saxlanılan əşya, kütlə və sair aşkar edilib götürülmədi. Lakin onun həyətyanı sahəsində yerləşən köhnə tikiliyə baxış keçirilərkən, tikiliyə giriş qapıdan daxil olduqda sol tərəfdə yuxarı tavan hissədə asılmış vəziyətdə olan qara rəngli sellofan torbanın içərisində saxlanılmış 13 ədəd kibrit qutularında, 9 ədəd kağız bükümlərdə və 1 ədəd şəffaf sellofan torbada olan spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl kütlə aşkar edilib götürülüb Həmin kibrit qutuları ayrı ayrılıqda elektron tərəzidə çəkilərkən təxmini çəkiləri 5,18, 5,08, 5,03, 5,25, 4,80, 4,96, 5,30, 4,72, 5,29, 6,21, 5,23, 5, 5,20 qram, 9 ədəd kağız bükümlər isə, 3,49, 41,9, 5,95, 2,43, 5,27, 5,85, 3,23, 3,46 və 2,96 qram, 01 ədəd səffaf sellofanda olan kütlənin çəkisi isə 24,67 qram təskil etmişdir. İçərilərində yaşıl kütlə olan 09 ədəd kağız bükümlər orada olan test abiturient jurnalının vərəqləriylə eynilik təşkil etməsi ehtimalı olduğundan həmin jurnal götürülüb. Götürülmüş 13 ədəd kibrit qutularında, 09 ədəd kağız bükümlərdə və 01 ədəd şəffaf sellofanda olan yaşıl kütlələr bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülüb. Baxış zamanı əlavə əhəmiyyət kəsb edə biləcək əşya, predmet və sair aşkar edilməyib. Baxış zamanı ekspert-kriminalist tərəfindən “Sony HD” markalı videokamera vasitəsilə videoçəkiliş aparılıb. Baxış zamanı tərtib edilmiş protokolun doğru olması hər bir iştirakçı ilə yanaşı tərəfindən imzalanıb. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahidlər Şahid2, Şahid6 və Şahid7 məhkəmə iclasına gəlməmiş və gətirilməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə şahidlər Şahid2, Şahid6 və Şahid7 ibtidai istintaqda şahid qismində verdiyi ifadələrinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərdi ki, Balakən rayonu Hənifə kəndində yerləşən evlərində atası Tofiq, anası Mahirə və bacısı Aytacla birlikdə yaşayır. Balakən MRX-da tibbi qeydiyyatçı işləyir. Atası Tofiq əvvəllər spirtli içkilərə meyilli olub və ailədə narahatçılıq yaradıb dava edirdi. 1 ay öncə o, spirtli içkiyə və narkotik çəkməyə tövbə etmişdir. 23 yanvar 2021-ci il tarixdə günorta saatlarında evdə nahar etməyə hazırlaşdıqları zaman polislər gəlib. Atası Tofiq pəncərədən baxıb anasına bildirib ki, “polis gəlib məni satıblar”. Həmdə o, anasına bildirib ki, çarpayının altında çemodanın içərisində kibrit qutuları var və oradan götürüb saxlasın. Anasına bu hal təəcüblü gəlsə də, o, çemodandakı kibrit qutularını yataq otağındakı şkafın arxasına qoyub. Polis işçiləri baxış keçirdikləri zaman həyətdəki mal damından narkotik vasitə tapdıqlarını sonradan bilib. Atası Tofiqin narkotik vasitə qəbul etməsini bilsə də, bunun şahidi olmayıb, həmçinin narkotik vasitə satmasının və evdə saxlamasının şahidi omayıb, bu barədə 23 yanvar 2021-ci il tarixdə bilib. İstifadəsində özünə məxsus olan “Redmi Note 9” smatfon mobil telefonu var. Həmin telefonda özünə məxsus olan 051.396.73.18 mobil nömrədən istifadə edir. Nüranə adlı 050.804.73.50 mobil nömrə istifadə edən şəxsi tanımır. Ailədə gedən söz-söhbətdən eşidib bilib ki, atası Tofiq narkotik vasitə qəbul edir və satır. İstifadəsində olan “Redmi Note 9” smatfon mobil telefonu 2020-ci ilin avqust ayından etibarən 051.396.73.18 mobil nömrəylə istifadə edir, başqa mobil nömrəsi yoxdur və olmayıb. 23 yanvar 2021-ci il tarixdə 102 xidmətinə zəng edib məlumat verən 050.804.73.50 mobil nömrənin kimə məxsus olması barədə məlumatı yoxdur. DİN-nin 102 xidmətinə məluumat verən 050.804.73.50 mobil nömrənin 01.01.2021-ci il tarixdən 24.01.2021-ci il tarixədək **********8166 imei kodlu mobil telefon aparatında istifadə olunmayıb və həmin mobil telefon aparatında 02.01.2020-ci il tarixdən 16.08.2020-ci il tarixədək ona məxsus 051.396.73.18 mobil nömrədən və 02.01.2021-ci il tarixdə anası Mahirəyə məxsus olan 070.524.05.18 Azerfon mobil nömrədən istifadə edilməyib. Telefonunu baxış keçirilməsi üçün təqdim edə bilər. Əlavə mobil telefonu yoxdur və həmin telefonu istifadə üçün kimsəyə verməmişdir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadələri elan olunmuş Şahid6 və Şahid7 da Şahid8 ifadəsinə uyğun ifadələr verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişlər. İş materiallarından görünür ki, 23.01.2021-ci il tarixdə, saat 16 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həyətindəki tikilidə 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisində saxladığı 13 ədəd (on üç) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri - 2,30qr., 3,15qr, 1,96qr., 1,98qr., 2,69qr., 2,44qr., 2,19qr., 2,48qr., 1,78qr., 2,10qr., 2,11qr., 2,39qr., 2,29qr., 09 (doqquz) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 3,16qr., 1,98qr., 2,16qr., 4,04qr., 2,28qr., 1,86qr., 3,10qr., 2,09qr., 1,52qr., 01 (bir) ədəd səffaf sellofan torbada təmiz çəkisi - 23,42qr., ümumi çəkisi 75,47 qram, həmçinin 25.01.2021-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs arvadı Şahid1 tərəfindən təqdim edilmiş, evlərindəki çarpayının altındakı cemodanın içərisində əri Təqsirləndirilən şəxs tərəfindən saxlanılmış 06 (altı) ədəd və həyətlərindəki tikilidəki quş yuvasında 01 (bir) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri - 2,36qr., 5,17., 3,97., 3,79., 3,87., 4,21., 4,81qr. və həmin tikilidəki əl-arabasının alt dəmirinin altında “Arqo” markalı siqaret qutusunun içərisində 04 (dörd) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,41qr., 0,39qr., 0,40qr., 0,50qr., ümumi çəkisi 29,88 qram, ümumilikdə təmiz çəkisi 105,35 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-bioloji ekspertizanın 24 yanvar 2021-ci il tarixli, 17/65 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan tikilidən aşkar edilmiş” sözləri yazılmış zərfin içərisindəki 13 (on üç) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri - 2,30qr., 3,15qr, 1,96qr., 1,98qr., 2,69qr., 2,44qr., 2,19qr., 2,48qr., 1,78qr., 2,10qr., 2,11qr., 2,39qr., 2,29qr., 09 (doqquz) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 3,16qr., 1,98qr., 2,16qr., 4,04qr., 2,28qr., 1,86qr., 3,10qr., 2,09qr., 1,52qr. və 01 (bir) ədəd səffaf sellofan torbada təmiz çəkisi - 23,42qr., ümumi təmiz çəkisi - 75,47 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır; tədqiqata təqdim olunmuş 13 (on üç) ədəd kibrit qutularında, 09 (doqquz) ədəd kağız bükümlərdə və 01 (bir) ədəd şəffaf sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd:marixuanaların ümumi təmiz çəkisi-75,47 qram, tədqiqata sərf edildi-0,46 qram (hər obyektə-0,02 qram), qalıq-75,01 qram. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 24.01.2021-ci il tarixli, 1/65 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 35,97 manatdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-bioloji ekspertizanın 26 yanvar 2021-ci il tarixli, 17/73 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Şahid1 təqdim etdiyi kütlə” sözləri yazılmış zərfin içərisindəki 07 (yeddi) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri - 2,36 qr., 5,17qr, 3,97qr., 3,79qr., 3,87qr., 4,21qr., 4,81qr., 01 (bir) ədəd “Arqo” markalı siqaret qutusundakı 04 (dörd) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,41qr., 0,39qr., 0,40qr., 0,50qr., ümumi təmiz çəkisi - 29,88 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır; tədqiqata təqdim olunmuş üzərində “Vət. Şahid1 təqdim etdiyi kütlə” sözləri yazılmış zərfin içərisindəki 07 (yeddi) ədəd kibrit qutularında və 01 (bir) ədəd “Arqo” markalı siqaret qutusundakı 04 (dörd) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər;tədqiqata təqdim olunmuş üzərində “Vət. Şahid1 təqdim etdiyi kütlə” sözləri yazılmış zərfin içərisindəki 07 (yeddi) ədəd kibrit qutularında, 01 (bir) ədəd “Arqo” markalı siqaret qutusundakı 04 (dörd) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar ilə üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan tikilidən aşkar edilmiş” sözləri yazılmış zərfin içərisindəki 13 (on üç) ədəd kibrit qutularında, 09 (doqquz) ədəd kağız bükümlərdə, 01 (bir) ədəd səffaf sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd:a) marixuanaların (1-12 №-li ob.) ümumi təimz çəkisi-29,88 qram, tədqiqata sərf edildi-0,22 qram (hər ob-0,02 qram), qalıq-29,66 qram; b) marixuanaların (13-35 №-li ob.) ümumi təmiz çəkisi-75,01 qram, tədqiqata sərf edildi-0,46 qram (hər ob.- 0,02 qram), qalıq 74,55 qram. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 26.01.2021-ci il tarixli, 17/73 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 35,97 manatdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Balakən rayonu Hənifə kəndində yerləşən yaşadığı evinə, evin həyətyanı sahəsinə və yardımçı tikililərə daxil olma və baxış keçirilməsinə dair Balakən Rayon Polis Şöbəsinin İTQ-nun təhqiqatçısı polis kapitanı X3 23 yanvar 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ambulator məhkəmənarkoloji ekspertizanın 19 mart 2021-ci il tarixli, 275 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Cinayət törətməkdə şübhə edilən şəxsin cinayət işi başlananadək tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2021-ci ildə, saat 15:50-də şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş şübhəli şəxsin MSYdən azad edilməsi və barəsində qətimkan tədbirin seçilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədlbiri seçilmiş və o, Balakən PPŞ-nin MSY-dən azad edilmişdlir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsininin 29 yanvar 2021-ci il tarixli qərarından görünür ki,həmin qərarla Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri sesilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalından azad edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsininin Cinayət Kollegiyasının 08.02.2021-ci il tarixli, 4(107)-12/2021 nömrəli qərarından görünür ki, həmin qərarla protest təmin edilmiş, Balakən Rayon Məhkəməsininin 29 yanvar 2021-ci il tarixli, 4(019)-12/2021 nömrəli qərarı ləğv edilmiş, CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində 23 aprel 2021-ci il tarixədək müddətə həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından həbs edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsininin 15 aprel 2021-ci il tarixli, 2(019)-26/2021 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Aydlın oğlunun həbsdə saxlanılma müddəti 01 (bir) ay müddətinə, yəni 23 may 2021-ci il tarixədək uzadılmışdır İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamə üzrə 01.03.2021-ci il tarixli, 13 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan 15 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, Şahid1 təqdim etdiyi 07 ədəd kibrit qutularında və 01 ədəd «Arqo» markalı siqaret qutusundakı 04 ədəd kağız bükümlərdə ümumi təmiz çəkisi 29,88 qram narkotik vasitə-qurudulmuş marixuanının ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 29,66 qramı və Təqsirləndirilən şəxs həyətyanı sahəsindəki tikilidən 23 yanvar 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilərək götürülmüş 01 ədəd kağız zərfdə qablaşdırılmış 13 ədəd kibrit qutularında, 09 ədəd bükümlərdə və 01 ədəd şəffaf sellofan torbada ümumi təmiz çəkisi 75,47 qram olan narkotik vasitə-qurudulmuş marixuanının ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 74,55 qramı, cəmi 104,21 qram narkotik vasitə-qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, iş üzrə 23.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs həyətində yerləşən köhnə tikilidən götürülmüş test kitabı iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs həyətinə baxış zamanı, həmçinin götürmə istintaq hərəkəti aparılarkən videoçəkilişlərin əks olunduğu CD disklər maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, 23 yanvar 2021-ci il tarixli baxış protokolunu, məhkəmə-bioloji ekspertizanın 24 yanvar 2021-ci il tarixli, 17/65 nömrəli və 26 yanvar 2021-ci il tarixli, 17/73 nömrəli rəylərini, ambulator məhkəmə-narkoloji ekspertizasının 19 mart 2021-ci il tarixli, 275 nömrəli rəyini, maddi sübutları, Təqsirləndirilən şəxs Aydın oğlunun yaşayış evinə baxış və üzərində şəxsi axtarış keçirilərkən aparılmış videoçəkilişlər əks olunmuş CD disklərini, 15 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını və verilən ittihamı təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Bu xüsusda məhkəmə Təqsirləndirilən şəxs həyətindəki köhnə tikilidən götürülmüş 13 ədəd kibrit qutusunda, 09 ədəd kağız bükümdə və 01 ədəd şəffaf sellofan torbada olan narkotik vasitə marixuananın ona məxsus olmaması barədə ibtidai istintaqda və məhkəmə istintaqındakı ifadələrində verdiyi məlumatı özünümüdafiə cəhdi kimi qiymətləndirərək, qəbul etmir. Belə ki, həmin məlumat işdəki digər sübutlarla tam təkzib olunur və əsassızdır. Məhkəmə onu da qeyd edir ki, bu xüsusat Azərbaycan Respublikası Konstitusiyasının 63, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6 və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ konteksində nəzərə alınmalıdır. Belə ki, özünü müdafiə etmək və bu konteksdə özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu hal nə cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Cinayət Məcəlləsinin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Məhkəmə, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, müdafiəçinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən hallar, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində isə cəzanı ağırlaşdıran hallar nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 yanvar 2021-ci il tarixdən 25 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, onun 08 fevral 2021-ci il tarixdən hazırki günədək həbsdə saxlandığı müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 08 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 19 mart 2021-ci il tarixli, 275 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 71,94 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Şahid1 təqdim etdiyi 07 ədəd kibrit qutularında və 01 ədəd «Arqo» markalı siqaret qutusundakı 04 ədəd kağız bükümlərdə ümumi təmiz çəkisi 29,88 qram narkotik vasitə-qurudulmuş marixuanının ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 29,66 qramı və Təqsirləndirilən şəxs həyətyanı sahəsindəki tikilidən 23 yanvar 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilərək götürülmüş 01 ədəd kağız zərfdə qablaşdırılmış 13 ədəd kibrit qutularında, 09 ədəd bükümlərdə və 01 ədəd şəffaf sellofan torbada ümumi təmiz çəkisi 75,47 qram olan narkotik vasitə-qurudulmuş marixuanının ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 74,55 qramı, cəmi 104,21 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilməli, iş üzrə 23.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs həyətində yerləşən köhnə tikilidən götürülmüş test kitabı onun məxsus olduğu Təqsirləndirilən şəxs qızı Şahid3 qaytarılmalı, Təqsirləndirilən şəxs həyətinə baxış zamanı, həmçinin götürmə istintaq hərəkəti aparılarkən videoçəkilişlərin əks olunduğu CD disklər hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 20 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hö k m e t d i : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 yanvar 2021-ci il tarixdən 25 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun 08 fevral 2021-ci il tarixdən hazırki günədək həbsdə saxlandığı müddət ona təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 08 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilsin. İş üzrə 71,94 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Şahid1 təqdim etdiyi 07 ədəd kibrit qutularında və 01 ədəd «Arqo» markalı siqaret qutusundakı 04 ədəd kağız bükümlərdə ümumi təmiz çəkisi 29,88 qram narkotik vasitə-qurudulmuş marixuanının ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 29,66 qramı və Təqsirləndirilən şəxs həyətyanı sahəsindəki tikilidən 23 yanvar 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilərək götürülmüş 01 ədəd kağız zərfdə qablaşdırılmış 13 ədəd kibrit qutularında, 09 ədəd bükümlərdə və 01 ədəd şəffaf sellofan torbada ümumi təmiz çəkisi 75,47 qram olan narkotik vasitə-qurudulmuş marixuanının ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 74,55 qramı, cəmi 104,21 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin; iş üzrə 23.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs həyətində yerləşən köhnə tikilidən götürülmüş test kitabı onun məxsus olduğu Təqsirləndirilən şəxs qızı Şahid3 qaytarılsın; Təqsirləndirilən şəxs həyətinə baxış zamanı, həmçinin götürmə istintaq hərəkəti aparılarkən videoçəkilişlərin əks olunduğu CD disklər hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-33/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-33/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver