Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-33/2022 17.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi -Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS -xx xxxxxx 1984-cü il tarixdə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının sonlarında yaşadığı Balakən rayonu Mahamalar kəndinin çöl sahəsində yerləşən qarğıdalı sahəsində əkib-becərdiyi, istintaqa məlum olmayan sayda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin hissələrini 2021-ci ilin oktyabr ayının ortalarında yığıb qurudaraq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 384,51 qram olan 01 ədəd sellofan torbadakı narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq aparıb əvvəlcə Balakən rayonu Mahamalar kəndində yerləşən yaşadığı evin həyətindəki mal təzəyi anbarının altında gizlədib öz istifadəsi məqsədi ilə saxlamış, daha sonra 02 yanvar 2022-ci il tarixdə eyni məqsədlə daşıyaraq həmin marixuananın 9,51 qram olan hissəsini 01 ədəd açıq-qırmızı rəngli salfet kağıza yığaraq əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibində, 375 qramını isə yaşadığı evin həyətindəki istixananın içərisindəki xəzəllərin arasında 01 ədəd sellofan torbada saxlamışdır. Təqsirləndirilən şəxs 03 yanvar 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində RPŞ-nə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib daşıyaraq üzərində və Mahamalar kəndində yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumilikdə 384,51 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 01 ədəd açıq-qırmızı rəngli salfet kağızı bükümündə təmiz çəkisi 9,51 qram olan hissəsi saat 22:20-dən saat 22:40-dək olan müddət ərzində onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən, narkotik vasitə qurudulmuş marixuananın 01 ədəd sellofan torbada olan 375 qram hissəsi isə saat 23:10-dan saat 23:40-dək olan müddət ərzində Balakən rayonu Mahamalar kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətyanı sahəsində olan istixanadan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Mahamalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Uzun müddətdir ki, narkotik vasitə marixuanadan istifadə edir. 2006-cı ildə, dəqiq xatırlamadığı tarixdə yaşadığı Mahamalar kəndinin ərazisində yerləşən çöl sahəsinə gedən zaman orada yabanı halda bitən çoxlu sayda narkotik tərkibli çətənə bitkilərinin olduğunu görmüş və həmin bitkilərin üzərində olan toxumlardan çoxlu sayda yığaraq yaşadığı evə aparmışdır. Həmin toxumların bir hissəsini sonradan atsa da, 06 ədəd toxumları sellofan torbaya büküb yaşadığı evin divarında künc tərəfdə gizlədib saxlamışdır.2006-cı ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə həbs olunmuş və 2015-ci ildə cəzasının sonu ilə azadlığa buraxılmışdır. 2021-ci ilin aprel ayının sonlarında o, yaşadığı evdə gizlədib saxladığı çətənə bitkisinin toxumlarını əkmək fikrinə düşmüşdür. Buna görə də həmin toxumları divarın künc tərəfindən taparaq özü ilə götürüb evinin yaxınlığında yerləşən çöl sahəsindəki qarğıdalı sahəsinə aparmış və həmin 06 ədəd toxumları qarğıdalı sahəsində əkmişdir. Bundan sonra vaxtaşırı gedib yaxşı bitməsi üçün toxumlara qulluq etmişdir. Bir müddət sonra əkdiyi 06 ədəd toxumlar cücərsə də, sonradan 02 ədədi qurumuş, digər 01 ədədi isə erkək olduğu üçün məhsul verməmişdir. Lakin geri qalan 03 ədəd narkotik tərkibli bitkilər inkişaf edib məhsul vermişdir. 2021-ci ilin oktyabr ayının ortalarında həmin sahəyə gedərək əkdiyi 06 ədəd narkotik tərkibli bitkilərdən qalan 03 ədədinin üzərindən yararlı hissələrini yığıb yaşadığı evin həyətinə aparmışdır. Daha sonra həmin narkotik vasitə marixuananı evin həyətində olan dirrik sahəsində yerə sərib qurutmuşdur. Bir müddət sonra narkotik vasitə marixuana quruduğu üçün sellofan torbaya yığıb evin həyətində olan mal təzəyi anbarının altında gizlədib saxlamışdır. Həmçinin həmin narkotik vasitə marixuanadan arada götürüb özü istifadə etmişdir. 02 yanvar 2022ci il tarixdə o, yaşadığı evin həyətində xiyar əkmək məqsədilə istixana düzəltmişdir. İşləri bitəndən sonra mal təzəyinin altında saxladığı narkotik vasitə marixuananı oradan götürüb istixananın baş tərəfində yığdığı yarpaq xəzəlinin arasında gizlədib saxlamışdır. Həmin vaxt narkotik vasitə marixuanadan bir qədər götürüb özü istifadə etmək məqsədi ilə qırmızı rəngli salfetə bükərək əynində olan şalvarının sağ yan cibinə qoyub saxlamışdır. 03 yanvar 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evdə olan zaman küçədən onu kiminsə səslədiyini eşitmiş və buna görə küçəyə çıxmışdır. Həmin vaxt salfet bükümündə olan narkotik vasitə marixuana üzərində olmuşdur. Küçəyə çıxan zaman yaşadığı evin qarşısında olan iki nəfər mülki geyimli şəxslər özlərini təqdim edərək Balakən rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək onu Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində o, əvvəlcə şübhəli şəxs qismində saxlanılmış, daha sonra ona təqdim edilmiş vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi Polis Şöbəsinə dəvət olunmuş və bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə Təhqiqat Bölməsinin təhqiqatçısı Zaur Xəlilov tərəfindən ona hüquq və vəzifələri izah olunmuş və üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılan zaman ona üzərində hər hansı qeyri-qanuni əşya və predmet olub-olmaması barədə sual verilmiş, bu zaman o, üzərində narkotik vasitə olduğunu polis əməkdaşlarına bildirmiş və əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd salfet bükümündə olan narkotik vasitə marixuananı könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Həmin narkotik vasitə marixuana təhqiqatçı tərəfindən salfetka ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 10,80 qram təşkil etmişdir. Daha sonra narkotik vasitə təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı başqa hər hansı bir yerdə narkotik vasitə saxlayıb-saxlamamağı barədə ona sual verilmiş, o da səmimi etiraf edərək yaşadığı evin həyətində narkotik vasitə saxladığını bildirmişdir. Şəxsi axtarış bitdikdən sonra təhqiqatçı tərəfindən protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış keçirilən zaman o, yaşadığı evin həyətində düzəltdiyi istixananın içərisindəki xəzəl yarpaqlarının arasında sellofan torbada saxladığı narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan torba içərisindəki narkotik vasitə ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 415 qram təşkil etmişdir. Həmin sellofan torba içərisindəki narkotik vasitə ilə birlikdə təhqiqatçı tərəfindən digər bir sellofan torbada qablaşdırılmış, möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda təhqiqatçı tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-bioloji ekspertizasının 04 yanvar 2021 -ci il tarixli rəyi ilə tanış olduğu zaman isə ona məlum olmuş ki, üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın təmiz çəkisi 9,51 qram, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik vasitə marixuananın təmiz çəkisi isə 375 qramdır və həmin marixuanalar tərkiblərinə görə eynidirlər. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, üzərindən və yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanadan heç kimə pay verməmiş və ya satmamışdır. Üzərindən və yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün saxlamışdır. Üzərindən aşkar edilmiş 01 ədəd salfet bükümündə olan narkotik vasitə qurudulmuş marixuanadan bir dəfə, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 01 ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanadan isə bir neçə dəfə götürüb istifadə etmiş, lakin istifadə etdiyi hissənin miqdarını, çəkisini dəqiq bilmir. Əməlindən peşimandır. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru rütbəsini daşıyır. 03 yanvar 2022-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuşdur. Daha sonra həmin məlumatın yoxlanılması, yəni Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı həmin tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək Təqsirləndirilən şəxs həyətin giriş qapısından səsləyib bayıra çağırmışlar. Təqsirləndirilən şəxs küçəyə çıxdıqda özlərini təqdim edərək Balakən rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. X9 Bayramov əvvəlcə şübhəli şəxs qismində saxlanılmış, daha sonra ona təqdim edilmiş vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi Polis Şöbəsinə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə Təhqiqat Bölməsinin təhqiqatçısı Zaur Xəlilov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya və predmet olub-olmaması barədə sual verilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə marixuana olduğunu bildirmiş və əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd salfet bükümündə olan narkotik vasitə marixuananı könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Həmin narkotik vasitə marixuana təhqiqatçı tərəfindən salfetka ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 10,80 qram təşkil etmişdir. Daha sonra narkotik vasitə təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs başqa hər hansı bir yerdə narkotik vasitə saxlayıb-saxlamaması barədə sual verilmiş, o da səmimi etiraf edərək yaşadığı evin həyətində narkotik vasitə saxladığını bildirmişdir. Şəxsi axtarış bitdikdən sonra təhqiqatçı tərəfindən protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan istixananın içərisindəki xəzəl yarpaqlarının arasında 01 ədəd sellofan torbada gizlədib saxladığı narkotik vasitə marixuananı təqdim etmişdir. Həmin sellofan torba içərisindəki narkotik vasitə marixuana ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 415 qram təşkil etmişdir. Həmin sellofan torba içərisindəki narkotik vasitə ilə birlikdə təhqiqatçı tərəfindən digər bir sellofan torbada qablaşdırılmış, möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda təhqiqatçı tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin İTB-nin polis sahə nəfəri Şahid2 Şahid1 ifadəsində göstərdiklərini təsdiq edib eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Balakən RPŞnin MSY-nin polis nəfəri vəzifəsində çalışır və polis serjantı rütbəsini daşıyır. 03 yanvar 2022-ci il tarixdə axşam saatlarında Balakən rayonu Mahamalar kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman iştirak etmişdir. Baxış Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Zaur Xəlilov tərəfindən keçirilmişdir. Baxışda ondan başqa Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1, Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri polis serjantı Şahid2, Balakən RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X3, Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirak etmişlər. Baxış Balakən RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X3 tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan istixananın içərisindəki xəzəl yarpaqlarının arasında gizlədib saxladığı 01 ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan torba təhqiqatçı tərəfindən açılan zaman içərisində yaşıl rəngli, bitki mənşəli, narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin sellofan torba içərisindəki kütlə ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 415 qram təşkil etmişdir. Daha sonra həmin sellofan torba içərisindəki narkotik vasitə marixuanaya oxşar bitki kütləsi ilə birlikdə təhqiqatçı tərəfindən digər bir sellofan torbada qablaşdırılmış, möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda təhqiqatçı tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Videogörüntünün əks olduğu diskə məhkəmə iclasında baxılmış, protokolda göstərilənlərin düzgünlüyü müəyyən edilmişdir. İşin 24-27-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 03 yanvar 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, daxil olmuş məlumat əsasında həmin tarixdə saat 22:20-dən saat 22:40-dək olan müddət ərzində iştirakçılar və vəkilin iştirakı ilə Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya, predmet olub- olmaması barədə sual verildikdə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə marixuana olduğunu bildirmiş və əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd salfet bükümündə olan narkotik vasitə marixuananı çıxarıb masanın üzərinə qoymuşdur. Həmin narkotik vasitə marixuana təhqiqatçı tərəfindən salfetka ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 10,80 qram təşkil etmişdir. Daha sonra narkotik vasitə təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs başqa hər hansı bir yerdə narkotik vasitə saxlayıb-saxlamaması barədə sual verildikdə o, yaşadığı evin həyətində narkotik vasitə saxladığını bildirmişdir. Şəxsi axtarış bitdikdən sonra təhqiqatçı tərəfindən protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış Panasonic markalı videokamera vasitəsilə görüntülənmiş, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Videogörüntünün əks olunduğu diskə məhkəmə istintaqı zamanı baxılmış, protokolda göstərilənlərin düzgünlüyü müəyyən edilmişdir. İşin 29-32-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 03 yanvar 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin tarixdə saat 23:10-dan saat 23:40-dək olan müddət ərzində iştirakçılar və vəkilin iştirakı ilə Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Balakən rayon Mahamalar kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan istixananın içərisindəki xəzəl yarpaqlarının arasında 01 ədəd sellofan torbada gizlədib saxladığı narkotik vasitə marixuananı təqdim etmişdir. Həmin sellofan torba içərisindəki narkotik vasitə marixuana ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 415 qram təşkil etmişdir. Həmin sellofan torba içərisindəki narkotik vasitə ilə birlikdə təhqiqatçı tərəfindən digər bir sellofan torbada qablaşdırılmış, möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda təhqiqatçı tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. Baxış Panasonic markalı videokamera vasitəsilə görüntülənmiş, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Videogörüntünün əks olunduğu diskə məhkəmə istintaqı zamanı baxılmış, protokolda göstərilənlərin düzgünlüyü müəyyən edilmişdir. İşin 38-41-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 04 yanvar 2021-ci tarixli 17/9 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş "sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd açıq qırmızı rəngli salfet kağızı bükümündə təmiz çəkisi 9,51 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki ixtixanadan aşkar edilmiş "sözləri yazılmış sellofan torbanın içərisindəki digər 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi-375 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd açıq qırmızı rəngli salfet kağızı bükümündə və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin 94-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 19 yanvar 2022-ci il tarixli 80 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 17-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 03 yanvar 2022-ci il tarixli şübhəli şəxsi tutulması haqqında protokoldan görünür ki, 03 yanvar 2022-ci ildə saat 22:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 66-67-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında 05 yanvar 2022-ci il tarixli qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Balakən Rayon PŞ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 87-88-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da məhkumluğu ödənmişdir, o,məhkumluğu olmayan şəxsdir. İşin 91-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 21.01.2022-ci il tarixli 50 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Mahamalar kəndində yaşayır. Himayəsində işləməyən arvadı, 17.04.2005-ci il təvəllüdlü qızı Nuray, 05.06.2006-cı il təvəllüdlü qızı Nigar və 16.10.2016cı il təvəllüdlü oğlu Nicat vardır. İşin 90-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-in Mahamalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. Məhkəmə iş üzrə şahidlər- Şahid1, Şahid2 və Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti,mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir,həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır, onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq,törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağından əlavə iki yetkinlik yaşına çatmayan uşaqlarının da olmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını,habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu cinayəti törətmiş bir şəxsin azadlıqda qalmasının cəmiyyətdə mənfi emosiyalar doğura biləcəyini,digər şəxslərin də bu cinayətə meyllənəcəyinə səbəb olacağını, ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Onun 03 yanvar 2022-ci il tarixdən 05 yanvar 2022ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə uyğun olaraq Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik ) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd sellofan torbada təmiz çəkisi 375 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0.05 qram miqdarı nəzərə alınmaqla,qalıq təmiz çəkisi 374,95 qram olan narkotik vasitə qurudulmuş marixuana,həmçinin şəxsi axtarış zamanı üzərindən aşkar edlərək götürülmüş təqdiqata təqdim edilmiş 01 ədəd salfet bükümdə təmiz çəkisi 9,51 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0.05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 9,46 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN:**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Onun 03 yanvar 2022-ci il tarixdən 05 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 1(bir) il 02(iki) ay 28 (iyirmi səkkiz ) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 17 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilsin. 35.97 (otuz beş manat 97 qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan,Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd sellofan torbada təmiz çəkisi 375 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0.05 qram miqdarı nəzərə alınmaqla,qalıq təmiz çəkisi 374,95 qram olan narkotik vasitə qurudulmuş marixuana,həmçinin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş təqdiqata təqdim edilmiş 01 ədəd salfet bükümdə təmiz çəkisi 9,51 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0.05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 9,46 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-33/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-33/2022
17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver