Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-33/2025 27.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx.xx.2001-ci il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN-xxxxxxx, subay, orta təhsilli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1ində qeydiyyatda olan və həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Şibliyev X1 Muxtar Respublikası, Naxçıvan şəhəri, Babək küçəsi, ev 11/49-da yaşayan Zərərçəkmiş şəxs mobil “kazino” oyununa pul qoyaraq və torpaq sahəsi sənədləşdirib sataraq əldə olunan gəliri böləcəyinə dair yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan cinayətkar qəsdlə Zərərçəkmiş şəxs Şahid1 adına olan "xxxx" ASC-yə aid 5239-1517-5822-2148 saylı, özünün adına olan "xxxx" ASC-yə məxsus 5239-1517-7280-2644 saylı və Şahid2 adına olan "xxxx" ASC-yə aid 5239-1517- 0362-3291 saylı kart hesablarına xx.xx.2024-cü il tarixdə hər dəfə 200 manat olmaqla iki dəfəyə göndərdiyi cəmi 400 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 500 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 200, 400 və 500 manat,xx.xx.2024-cü il tarixdə göndərdiyi 200 manat, xx.xx.2024-cü il tarixdə hər dəfə 100 manat olmaqla iki dəfəyə göndərdiyi cəmi 200 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 500 manat, xx.xx.2024-cü il tarixdə hər dəfə 70 manat olmaqla iki dəfəyə göndərdiyi cəmi 140 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 30 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 20 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 30 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 800 manat, xx.xx.2024cü il tarixdə göndərdiyi 120,42 və 130,10 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 50 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 10 və 11 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 70 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 60 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 676 və 198 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 36 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 10 və 36 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 380 və 230 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 20 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 10 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 250 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 90 və 252 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 5000 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 12 və 14 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 22 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 10 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 30 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 5 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 15 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 5 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 6 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 5 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 7,47 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 3,89 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 3 manat, xx.xx.2024cü il tarixdə göndərdiyi 3,09 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 3 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 2 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 2 manat, xx.xx.2024-cü il tarixdə hər dəfə 2 manat olmaqla iki dəfəyə göndərdiyi cəmi 4 manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 190 manat və xx.xx.2024-cü il tarixdə göndərdiyi 260 manat olmaqla xeyli miqdarda ümumilikdə 12161.97 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə Balakən rayonu ərazisində ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 12161.97 (on iki min bir yüz altmış bir manat doxsan yeddi qəpik) manat ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işdə olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, onun istifadəsində “Samsung A14” markalı mobil telefon və ***-***-**-**, ***-***- **-** və ***-***-**-** saylı mobil nömrələr vardır. Həmçinin onun “İnstagram” sosial şəbəkəsində “ehli_sunne_62” və “_allahu_ekber_08” adlı hesabları vardır. Bundan başqa onun “Tik-tok” sosial şəbəkəsində “_allahu_ekber_08” və “Qarabağ_veterani” adlı hesabları vardır. 2024-cü ilin iyulun 16-da “İnstagram” sosial şəbəkəsində “ehli_sunne_62” adlı profil hesabından “İnji_04” adlı hesabın paylaşdığı paylaşımı görüb yazmış və həmin hesabı işlədən qız ilə tanış olmuşdur. Tanış olduqda həmin qızın Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində yaşayan 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs olduğu ona məlum olmuşdur. 10-15 gün “İnstagram” sosial şəbəkəsində yazışdıqdan və danışdıqdan sonra o, İncinin mobil nömrəsini istəmiş və İnci ona özünün ***-***-**-** saylı nömrəsini vermişdir. Bundan sonra o, ***-***-**-** saylı mobil nömrəsi ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə İncinin qeyd etdiyi mobil nömrəsinə yazmış və onlar yazışmağa və danışmağa davam etmişlər. Həmin vaxtdan onlar İnci ilə sevgili münasibətində olmuşlar. Təxminən bir aya yaxın həmin nömrə ilə yazışdıqdan və danışdıqdan sonra o, ***-***-**-** saylı mobil nömrə ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə İncinin qeyd etdiyi mobil nömrəsi ilə yazışmağa və danışmağa başlamışdır. Həmin nömrə ilə də təxminən 20-25 gün əlaqə saxladıqdan sonra o, 2024-cü ilin təxminən oktyabr ayından ***-***-**-** saylı mobil nömrə ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə İncinin qeyd etdiyi mobil nömrəsi ilə yazışmağa və danışmağa başlamışdır. 2024-cü ilin avqust ayında o, İnciyə mobil telefonda meyvə, kazino oyunu oynayıb pul qazanmağı və xeyri şərik olaraq yarı-yarıya bölməyi təklif etmişdir. İnci də razılaşmış və bu məqsədlə İnci onun dediyi "xxxx" ASC-yə aid 5239-1517- 7280-2644 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 800 manat, xx.xx.2024-cü il tarixdə 120 və 130 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 60 manat, xx.xx.2024-cü il tarixdə 676 və 198 manat, xx.xx.2024-cü il tarixdə 380 və 230 manat, xx.xx.2024-cü il tarixdə 250 manat, xx.xx.2024-cü il tarixdə 90 və 252 manat pullar göndərmişdir. O isə həmin pullardan 676 və 800 manatı oyuna yükləyib oyunda uduzmuş, lakin geri qalan qeyd etdiyi pulları öz şəxsi istifadəsi üçün xərcləmişdir. 2024-cü ilin noyabr ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə o, İnciyə 1000 manata ehtiyacı olduğunu demiş və ona köməklik etməyini xahiş etmişdir. İnci də lombarda anasının qızılını qoyaraq 1000 manatı götürüb göndərəcəyini demiş və səhəri gün onun istifadəsində olan “Kapital Bank ASC”yə məxsus 5239-1517-7280-2644 saylı kart hesabına 1000 manat pulu göndərmişdir. O da həmin pulu xərcləmiş, bundan sonra o, İncidə pul olduğunu və ona inanıb pul verdiyini görmüş və İnciyə yalandan anasının adına olan Qullar kəndində yerləşən 05 sot torpaq sahəsini sənədləşdirib 5600 manata satmaq istədiyini və torpağı satdıqdan sonra 5000 manat mayanı qaytaracağını və həmin işdən olan 600 manat xeyiri yarı-yarıya, yəni hərəsinə 300 manat olmaqla böləcəyini, lakin sənədləşmə işi üçün 5000 manat pul lazım olduğunu demiş, varsa 5000 manat verməyini təklif etmiş. İnci də ona etibar edib onun İnciyə dediyi onun adına olan "xxxx" ASC-yə aid 5239-1517-7280-2644 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 5000 manat pulu göndərmişdir. O da həmin pulu bir ay yarım ərzində özünun şəxsi ehtiyyacları üçün xərcləmiş, İnci də ondan bu müddət ərzində torpaq işi barədə soruşanda o, İnciyə hələ sənədləşmə prossesi getdiyini, səbrli olmağı və gözləməyi demişdir. Bundan sonra o, 2024-cü ilin noyabr ayı ərzində müəyyən sənədləşmə işlərinin olduğunu deyib İncidən pullar istəmiş və İnci də onun İnciyə dediyi anası Şahid1 adına olan "xxxx" ASC-yə aid 5239-1517-5822-2148 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə iki dəfə 200 və bir dəfə 500 manat, xx.xx.2024-cü il tarixdə 200, 400 və 500 manat, onun adına olan “Kapital Bank ASC”yə məxsus 5239- 1517-7280-2644 saylı kart hesabına isə xx.xx.2024-cü il tarixdə iki dəfə 100 manat, xx.xx.2024-cü il tarixdə iki dəfə 100 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xalası oğlu Şahid2 adına olan "xxxx" ASC-yə aid 5239-1517-0362-3291 saylı kart hesabına isə xx.xx.2024-cü il tarixdə 190 və xx.xx.2024-cü il tarixdə 260 manat pullar göndərmişdir. O, həmin pulları isə götürüb bir hissəsinə, yəni 1850 manatına “İphone 14 Pro” markalı mobil telefon alıb sonra satmış, geri qalan hissəsini isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldadaraq İncinin pulunu ələ keçirmişdir. Lakin İnciyə ona pul verməsi üçün hədə qorxu gəlməmişdir. Sadəcə ona pul verdiyini heç kimə deməməyi üçün hədə-qorxu gəlmişdir. O, Zərərçəkmiş şəxs aldadıb İnciyə qarşı dələduzluq etdiyi üçün peşmandır. O, anasına məxsus olan 5 sot torpaq sahəsini sənədləşdirmək və satmaq üçün real heç bir hərəkət etməmişdir. Zərərçəkmiş şəxs torpağı sənədləşdirib satacağını bildirərək aldığı 5 min manat pulu öz şəxsi ehtiyyacları üçün istifadə etmişdir. O, İncidən 5000 manat pulu istəyəndə və alandan sonra da qeyd olunan torpaq sahəsini sənədləşdirib satmaq niyyəti olmamışdır. O, Zərərçəkmiş şəxs mobil telefonda olan kazino oyunu oynayaraq İncinin pulunu qaytaracağını bildirərək aldığı yuxarıda da qeyd etdiyi pullardan yalnız 676 və 800 manatı oyuna qoymuşdur. Geri qalan pulları öz şəxsi ehtiyacları və digər insanlara olan borcları üçün xərcləmişdir. Onun reallıqda İncidən pulu alarkən pulu oyuna qoyub uduzaraq İnciyə pulu qaytarmaq niyyəti olmamışdır. O, Zərərçəkmiş şəxs pul almamışdan qabaq pul almaq məqsədi ilə İncini və ya başqa birini hədələməmişdir. Lakin sonradan İnci ondan göndərdiyi pulları geri istəyəndə o, İnciyə bu söhbəti heç kimə deməməyi üçün qorxutmaq məqsədi ilə bir iki söz, “ona problem yaranacağını və s.” demişdir. Xalası oğlu Şahid2 və anası Şahid1 bu məsələ ilə bağlı aidiyyəti və ona hər hansı bir köməkliyi olmamışdır. Anasının kartı həmişə onun istifadəsində olmuşdur. Şahid2 onun pulu haradan və necə əldə etdiyindən xəbəri olmamışdır. Sadəcə o, Kamilə deyəndə kartına gələn pulları onun kartına göndərmişdir. O, Zərərçəkmiş şəxs ona pulları göndərən zaman Balakən rayonu ərazisində olmuş, göndərilən pulları da Balakən rayonu ərazisində yerləşən müxtəlif bankomatlardan nağdlaşdıraraq və onlayn şəkildə digər kartlara göndərərək xərcləmişdir.Törətdiyi əməlindən peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, onun istifadəsində “Samsung A51” markalı mobil telefon və ***-***-**-** saylı mobil nömrə vardır. xx.xx.2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində onun istifadəsində olan “İnji_04” hesabına bir nəfər əvvəlcədən tanımadığı şəxs “ehli_sunne_62” adlı profil hesabından yazmış və həmin hesabı işlədən şəxslə tanış olmuşdur. Tanış olduqda həmin şəxsin Balakən rayon sakini Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. 10-15 gün “İnstagram” sosial şəbəkəsində yazışdıqdan sonra Təqsirləndirilən şəxs ona mobil nömrəsini verməyi demiş, o da özünün ***-***-**-** saylı nömrəsini Elmara vermişdir. Bundan sonra Elmar ***-***-**- ** saylı mobil nömrədən “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onun qeyd etdiyi nömrəsinə yazmış və onlar yazışıb danışmağa davam etmişdir. Həmin vaxtdan o, Elmar ilə dost münasibətində olmuşdur. Təxminən bir aya yaxın Elmarın həmin nömrəsi ilə danışdıqdan sonra Elmar ***-***-**-** saylı mobil nömrə ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onun nömrəsinə yazmış və onlar yazışmağa başlamışlar. Həmin nömrə ilə də təxminən bir aya qədər əlaqə saxladıqdan sonra Elmar təxminən 2024-cü ilin oktyabr ayından başqa nömrə ilə, yəni ***-***-**-** saylı mobil nömrə ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onun nömrəsinə yazmış və onlar yazışmağa və danışmağa başlamışlar. 2024-cü ilin avqust ayında Elmar ona telefonunda meyvə kazino oyunu oynayıb pul qazanmağı və xeyri şərik olaraq yarı-yarıya bölməyi təklif etmiş, o da Elmarla razılaşmış və bu məqsədlə Elmarın ona dediyi "xxxx" ASC-yə aid 5239-1517- 7280-2644 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 800 manat, xx.xx.2024-cü il tarixdə 120 və 130 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 60 manat, xx.xx.2024-cü il tarixdə 676 və 198 manat, xx.xx.2024-cü il tarixdə 380 və 230 manat, xx.xx.2024-cü il tarixdə 250 manat, xx.xx.2024-cü il tarixdə 90 və 252 manat pullar göndərmişdir. Sonradan Elmara pul udub udmadığını soruşanda Elmar pulların hamısını oyuna qoyduğunu və uduzduğunu demiş, daha sonra 2024-cü ilin noyabr ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə Elmar ona 1000 manata ehtiyacı olduğunu deyərək köməklik etməyini xahiş etmişdir. O da lombarda anasına məxsus qızılları qoyaraq 1000 manat pul götürüb Elmarın ona bildirdiyi “Kapital Bank ASC”yə məxsus 5239-1517-7280-2644 saylı kart hesabına 1000 manat pulu göndərmişdir. Bundan sonra Elmar ona anasının adına olan Qullar kəndində yerləşən 05 sot torpaq sahəsini sənədləşdirib 5600 manata satmaq istədiyini və torpağı satdıqdan sonra 5000 manat mayanı ona qaytaracağını və həmin işdən olan 600 manat xeyiri yarı-yarıya, yəni hərəsinə 300 manat olmaqla böləcəyini, lakin sənədləşmə işi üçün 5000 manat pul lazım olduğunu, onda varsa 5000 manat verməyini təklif etmişdir. O da Elmara inandığı üçün etibar edib Elmarın ona bildirdiyi "xxxx" ASC-yə aid 5239-1517-7280-2644 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 5000 manat pulu göndərmişdir. Daha sonra o, bir ay keçsə də Elmardan bir xəbər çıxmadığını görüb bu barədə, yəni torpaq işi barədə soruşanda Elmar ona hələ sənədləşmə prossesi getdiyini, səbrli olub gözləməyini demişdir. Bundan sonra o, Elmardan pullarını ödəməyini istəyəndə Elmar 2024-cü ilin noyabr ayı ərzində ona müəyyən sənədləşmə işlərinin olduğunu deyib ondan əlavə pullar istəmiş, o da Elmarın ona bildirdiyi "xxxx" ASC-yə aid 5239-1517-5822-2148 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə iki dəfə 200 və bir dəfə 500 manat, xx.xx.2024-cü il tarixdə 200, 400 və 500 manat, “Kapital Bank ASC”yə məxsus 5239-1517-7280-2644 saylı kart hesabına isə xx.xx.2024cü il tarixdə iki dəfə 100 manat, xx.xx.2024-cü il tarixdə iki dəfə 100 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, "xxxx" ASC-yə aid 5239-1517-0362-3291 saylı kart hesabına isə xx.xx.2024-cü il tarixdə 190 və xx.xx.2024-cü il tarixdə 260 manat pullar göndərmişdir. Sonradan o, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edib onu aldadaraq pulunu ələ keçirmişdir. Hətta Elmar ona pul verdiyini heç kimə deməməyi üçün hədə-qorxu da gəlmişdir. Təqsirləndirilən şəxs indiyədək müxtəlif bəhanələr gətirərək onu aldadıb aldığı pulları ödəməmiş, onun etibarından sui-istifadə edib ona qarşı dələduzluq etmişdir. Buna görə də o, bu barədə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona ümumilikdə 12161 manat 97 qəpik maddi ziyan vurmaqla onu aldadaraq pullarını ələ keçirmişdir. Lakin ona hədə-qorxu gəlməmişdir.Təqsirləndirilən şəxs ona dəymiş ziyandan ödəniş etmişdir . O, qalan pulunun da tam ödənməsini tələb edir. Təqsirləndirilən şəxs barəsində qanuni cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, onun istifadəsində “İphone 14 Pro” markalı mobil telefon, ***-***-**-** saylı mobil nömrə və "xxxx" ASC-yə aid 5239-1517-0362-3291 saylı plastik kart vardır. Təqsirləndirilən şəxs onun atasının doğma xalası oğludur. Elmarı o, uşaqlıqdan tanıyır. "xxxx" ASC-yə aid 5239-1517-0362-3291 saylı plastik kartı o, 2024-cü ilin aprel ayından özü istifadə edir. O, 2024-cü ilin noyabr ayının əvvəllərində Balakən rayonunda olan zaman Təqsirləndirilən şəxs onların yaşadığı evdə işləməyə, ona kömək etməyə gəlmiş, həmin günlərdən birində Elmar ona öz kartında problem olduğunu, telefonunda bank tətbiqinin olmadığını və adını bildirmədiyi tanışı olan bir nəfər şəxsin pul göndərəcəyini deyib pulu onun kartına köçürməyini xahiş etmişdir. O, də razılaşmış və Elmara öz adına olan "xxxx" ASC-yə aid 5239-1517-0362-3291 saylı plastik kartın nömrəsini demiş, bundan sonra xx.xx.2024-cü il tarixdə saat 14:24-də onun qeyd etdiyi kart hesabına 190 manat pul gəlmişdir. O da həmin karta gələn 190 manat pulu Təqsirləndirilən şəxs bildirdiyi hazırda nömrəsi yadında qalmayan kart hesabına köçürmüşdür. Bundan sonra xx.xx.2024-cü il tarixdə Elmar onun kartına yenidən pul gələcəyini bildirmiş və həmin gün saat 12:50-də "xxxx" ASC-yə aid 5239-1517-0362-3291 saylı plastik kart hesabına 260 manat da pul gəlmişdir. O da eynilə əvvəlki kimi həmin 260 manat pulu Elmarın ona bildirdiyi hazırda nömrəsi yadında qalmayan plastik kart hesabına göndərmişdir. Bundan sonra Elmar onların evində olan işlər bitdikdən sonra çıxıb getmiş və o da Bakı şəhərinə getmişdir. Sonrakı dövr ərzində isə Elmarla görüşməmişdir. Təqsirləndirilən şəxs ona göndərilən pulları onun tanımadığı, adını bildirmədiyi tanışının göndərdiyini bildirmiş, lakin nə məqsədlə və nə üçün göndərildiyi barədə heçnə bildirməmiş və o da bu barədə soruşmamışdır. Təqsirləndirilən şəxs göndərilən pullardan ona verməmiş, o, göndərilən pulların hamısını dərhal Elmarın bildirdiyi kart hesabına göndərmişdir. Təqsirləndirilən şəxs ona telefonunda tətbiq olmadığı üçün göndərilən pulları ilk öncə onun kart hesabına göndərtdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq,iş üzrə şahid - Şahid1 məhkəmə iclasına gəlməmişdir. Təqsirləndirilən şəxs göstərmişdir ki, Şahid1 onun anasıdır. Anası borcun ödənməsi üçün Türkiyə Respublikasında işləyib,orada yaşayır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid1 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun "xxxx" ASC-yə aid 5239-1517-5822-2148 saylı plastik kartı vardır. Təqsirləndirilən şəxs onun doğma oğludur. 5239-1517-5822-2148 saylı plastik kart onun adına olsa da oğlu Elmarın istifadəsində olmuşdur. Həmin kartı o, özü Elmara istifadə etməsi üçün vermişdir. Zərərçəkmiş şəxs tərəfindən Elmara göndərilən pullar və onların arasında olan digər məsələlər barədə onun heç bir məlumatı və aidiyyəti olmamışdır. İşin 19-30-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş, Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi diskdən çap edilərək iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 416973******4175 nömrəli kartdan xx.xx.2024-cü il tarixdə **********3 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus 523915******2644 nömrəli karta 500 AZN, xx.xx.2024-cü il tarixdə **********4 nömrəli qəbzə əsasən Şahid2 məxsus 523915******3291 nömrəli karta 260 AZN, xx.xx.2024-cü il tarixdə **********8 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 100 AZN, xx.xx.2024-cü il tarixdə **********1 nömrəli qəbzə əsasən Şahid2 məxsus karta 190 AZN, xx.xx.2024-cü il tarixdə **********5 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 100 AZN, xx.xx.2024cü il tarixdə **********7 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 100 AZN, xx.xx.2024-cü il tarixdə **********4 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 100 AZN, xx.xx.2024-cü il tarixdə **********7 nömrəli qəbzə əsasən Şahid1 məxsus 523915******2148 nömrəli karta 500 AZN, xx.xx.2024-cü il tarixdə **********7 nömrəli qəbzə əsasən Şahid1 məxsus karta 400 AZN, xx.xx.2024-cü il tarixdə **********0 nömrəli qəbzə əsasən Şahid1 məxsus karta 200 AZN, xx.xx.2024-cü il tarixdə **********2 nömrəli qəbzə əsasən Şahid1 məxsus karta 500 AZN, xx.xx.2024-cü il tarixdə **********1 nömrəli qəbzə əsasən Şahid1 məxsus karta 200 AZN, xx.xx.2024-cü il tarixdə **********8 nömrəli qəbzə əsasən Şahid1 məxsus karta 200 AZN, xx.xx.2024-cü il tarixdə **********1 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 5000 AZN, xx.xx.2024-cü il tarixdə **********8 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 252 AZN, xx.xx.2024cü il tarixdə **********9 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 90 AZN, xx.xx.2024-cü il tarixdə **********7 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 250 AZN, xx.xx.2024-cü il tarixdə **********1 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs 230 azn, xx.xx.2024-cü il tarixdə **********3 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 380 AZN, xx.xx.2024-cü il tarixdə **********2 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 198 AZN, xx.xx.2024-cü il tarixdə **********4 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 676 AZN, xx.xx.2024-cü il tarixdə **********4 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 62 AZN (2 AZN komissiya), xx.xx.2024-cü il tarixdə **********3 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 130 AZN, xx.xx.2024-cü il tarixdə **********7 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 120 AZN, xx.xx.2024-cü il tarixdə **********2 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 800 AZN, xx.xx.2024-cü il tarixdə **********5 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 70 AZN, xx.xx.2024cü il tarixdə **********7 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 30 AZN, xx.xx.2024-cü il tarixdə **********8 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 20 AZN, xx.xx.2024-cü il tarixdə **********5 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 30 AZN, xx.xx.2024-cü il tarixdə **********2 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 70 AZN, xx.xx.2024-cü il tarixdə **********6 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 20 AZN, xx.xx.2024-cü il tarixdə **********5 nömrəli qəbzə əsasən Şahid1 məxsus karta 10 AZN, xx.xx.2024-cü il tarixdə **********8 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 22 AZN, xx.xx.2024cü il tarixdə **********5 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 16 AZN( 2 AZN komissiya), xx.xx.2024-cü il tarixdə **********6 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 12 AZN, xx.xx.2024-cü il tarixdə **********1 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 36 AZN, xx.xx.2024-cü il tarixdə **********4 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 12 AZN (2 AZN komissiya), xx.xx.2024-cü il tarixdə **********8 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 10 AZN, xx.xx.2024-cü il tarixdə **********2 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 13 AZN (2AZN komissiya), xx.xx.2024-cü il tarixdə **********7 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 50 AZN, xx.xx.2024cü il tarixdə **********0 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 30 AZN, xx.xx.2024-cü il tarixdə **********5 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 5 AZN, xx.xx.2024-cü il tarixdə **********1 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 15 AZN, xx.xx.2024-cü il tarixdə **********3 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 5 AZN, xx.xx.2024-cü il tarixdə **********9 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus karta 6 AZN pul göndərmişdir. İşin 55-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şübhəli şəxsin tutulması barədə 14 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan 14 yanvar 2025-ci il tarixdə saat 17:40 radələrində cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırılması vaxtdan 14 yanvar 2025-ci il tarixdə saat 16:00dəqiqədən tutulmuş hesab edilmişdir. İşin 77-78-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 16 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və həbsdən azd edilmişdir. İşin 102-ci vərəqəsində elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 119-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli 200 nömrədli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 sakinidir. İşin 120-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən İHB Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 17 mart 2025-ci il tarixdə verilmiş 201 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvü anasıdır. İşin 121-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB Qullar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, onun barəsində nümayəndəliyə yazılı,şifahi şikayət daxil olmadığı qeyd edilir. İşdə olan 1-24733 nömrəli,1-19170 nömrəli,1-22195 nömrəli və 1-71676 nömrəli Azərbaycan Respublikası medalının vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamları ilə “Fizulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə, Azərbaycan Respublikasının Baş Nazirinin 21 aprel 2022-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyandan 500 manat ödəniş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ziyana görə zərərçəkmiş şəxsə 100 manat ödəniş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ziyana görə zərərçəkmiş şəxsə 600 manat ödəniş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ziyana görə zərərçəkmiş şəxsə 500 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137.Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144.Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1.Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs,şahidlər-Şahid1 və Şahid2 ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Repsublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin töfsifi törədilən kokret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin töfsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Töfsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan inan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli örənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlinin xeyli miqdarda törədilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1ci bəndinə görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Sözügedən Qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə dövlət ittihamçısının və müdafiəçinin çıxışını dinləyib, işdə olan hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yerindən müsbət xasiyyətnamə ilə xarakterizə olunmasını, Vətən Müharibəsi iştirakçısı olmaqla göstərdiyi şücaətlərə görə medallarla təltif edilməsini, əməlini etiraf etməklə əməlindən peşiman olmasını, əvvəllər məhkum olunmamasını,cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdən 16 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət təyin ediləcək cəzadan çıxılmalıdır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir.Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların icrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs üzərinə ünvan 1i ünvanındakı yaşayış yerini gecə saat 22:00dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə 12161.97 manat maddi ziyandan 1700 manat ödənmişdir, 10461,97 manat hissəsi ödənməmişdir. Zərərçəkmiş şəxs izah olunur ki, dəymiş ziyanın ödənməmiş qalan hissəsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməsi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 11 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 11 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 121 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 14 yanvar 2025-ci il tarixdən 16 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə ünvan 1i ünvanındakı yaşayış yerini gecə saat 22:00dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs izah olunur ki, dəymiş ziyanın ödənməmiş qalan 10461,97 manat hissəsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 121 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №1(019)-33/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-33/2025
27.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver