Məhkəmə qərarları › İş №1(019)-34/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-34/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-34/2023 26.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 katibliyi,dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx.xx.1978-ci ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Balakən rayonu Qazma kəndlində yaşayan,barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-nin (həmin dövrdə QSC-nin) satıcı-anbardarı vəzifəsində işləyərkən maddi məsul şəxs olduğu halda, ona etibar olunmuş xeyli miqdarda özgə əmlakını qəsdən, əvəzsiz və qanunsuz olaraq, tamah motivi ilə vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib mənimsəmə yolu ilə talamaq məqsədi ilə cəmiyyətlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən inzibati idarə heyəti tərəfindən ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlamaq, görüləcək işləri layiqincə yerinə yetirmək, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, heç bir halda idarəyə, müəssisəyə və təşkilata ziyan vurmamaq, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmaq, müəssisə, idarə və təşkilatın rəhbərliyinə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə vaxtlı-vaxtında məlumat vermək və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmaq, ona həvalə edilmiş maddi dəyərlilərin inventarizasiyasında iştirak etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi özünə məxsus olan Balakən rayonu Qazma kəndində yerləşən satış nöqtəsinə xx.xx.2020-ci il tarixli, AT00-001060 nömrəli təhviltəslim aktı ilə təhvil verilmiş 2500 kq Ammofos/Apatit/Phosagro,5400 kq Nitroammofos/Minudobreniya, 20000 kq Ammonium Nitrat/Rustavi Azot və 2100 kq Nitroammofos/Dorogobuj, xx.xx.2020-ci il tarixli,AT00-001089 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 20000 kq Nitroammofos/ Minudobreniya, xx.xx.2020-ci il tarixli, AT00- 001205 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 20000 kq Ammonium Nitrat/Rustavi Azot, xx.xx.2020-ci il tarixli, AT00-001302 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 20000 kq Nitroammofos/Minudobreniya, xx.xx.2020-ci il tarixli, AT00-001305 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 2500 kq Ammofos/Apatit/Phosagro, xx.xx.2020-ci il tarixli, AT00- 001378 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 32100 kq Ammonium Nitrat/Minudobreniya, xx.xx.2020-ci il tarixli, AT00-001434 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 20000 kq Ammonium Nitrat/Rustavi Azot, xx.xx.2020-ci il tarixli, AT00- 001531 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 31750 kq Ammonium Nitrat/Minudobreniya,xx.xx.2020-ci il tarixli, AT00-001703 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 32000 kq Ammonium Nitrat/ Minudobreniya, xx.xx.2020-ci il tarixli, AT00- 003458 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 10 kq X40 PG 9A, 100 kq X72 və 10 kq X57 PGFU 8, xx.xx.2020-ci il tarixli, AT00-003659 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 5000 kq Buğda, xx.xx.2021-ci il tarixli, AT00-000196 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 30000 kq Ammonium Nitrat/Evroxim, xx.xx.2021-ci il tarixli, AT00-003331 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 19000 kq Nitroammofos/Dorogobuj və xx.xx.2021-ci il tarixli, AT00-003371 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 9300 kq Nitroammofos/Minudobreniya və 10350 kq Nitroammofos/Dorogobuj və şifahi razılaşma əsasında 300 manata icarəyə götürərək özünün idarə etdiyi arvadı X13 adına olan Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən satış nöqtəsinə xx.xx.2020-ci il tarixli, AT00-001529 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 32000 kq Ammonium Nitrat/Minudobreniya, xx.xx.2020-ci il tarixli, AT00-001524 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 32000 kq Ammonium Nitrat/Minudobreniya, xx.xx.2020-ci il tarixli, AT00- 001532 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 32050 kq Ammonium Nitrat/Minudobreniya xx.xx.2020-ci il tarixli, AT00-001662 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 10000 kq Ammonium Nitrat/Rustavi Azot,7500 kq Nitroammofos/Dorogobuj və 2500 kq Ammofos/ Apatit/ Phosagro, xx.xx.2020-ci il tarixli, AT00-001702 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 20000 kq Nitroammofos/ Minudobreniya, xx.xx.2020-ci il tarixli, AT00-001981 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 5000 kq Ammofos/ Apatit/ Phosagro və 2500 kq Nitroammofos/Minudobreniya, xx.xx.2020-ci il tarixli, AT00-001977 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 20000 kq Ammonium Nitrat/Rustavi Azot, xx.xx.2020-ci il tarixli, AT00-003656 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 4000 kq Buğda, xx.xx.2020-ci il tarixli, AT00-004361 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 4950 kq X63 R1, xx.xx.2020-ci il tarixli, AT00-006282 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 3000 kq Nitroammofos/ Minudobreniya, 2025 kq X63 Elit və 5000 kq Ammofos/Evroxim, xx.xx.2020-ci il tarixli, AT00-006421 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 5000 kq Karbamid Marka B və xx.xx.2021-ci il tarixli, AT00-000087 nömrəli təhviltəslim aktı ilə təhvil verilmiş 30000 kq Ammonium Nitrat/Evroxim olmaqla ümumilikdə 313026,525 manat (təhvil verildiyi vaxtki qiymətlərinə uyğun olaraq 311680,32 manat) məbləğindəki yuxarıda qeyd olunan malların xx.xx.2021-ci il tarixli, AT00-000848 nömrəli təhvil-təslim aktı ilə 18000 kq 9900 manatlıq hissəsini cəmiyyətin digər işçisinə təhvil verib yerdə qalan 303126,525 manatlıq malın 281265,8 manatlıq hissəsini sataraq əldə etdiyi vəsaitin hamısını cəmiyyətin bank hesablarına ödəməli olduğu halda, həmin vəsaitin 23573,155 manatını cəmiyyətin bank hesablarına ödəməyərək, həmçinin özünə məxsus olan satış nöqtəsində, eləcə də, arvadının adına olan satış nöqtəsində maddi məsuliyyətində satış qiymətlərinə uyğun olaraq qalmalı olan müvafiq olaraq 9235 manat və 12625,725 manat olmaqla cəmi 21860,725 manat dəyərindəki malın 10257,275 manatlıq hissəsini 2022-ci ilin yanvar ayından etibarən cəmiyyətə məlumat vermədən sataraq əldə etdiyi pulları cəmiyyətin bank hesablarına ödəməyib ələ keçirərək, qalan 11603,45 manatlıq malı isə arvadının adına olan satış nöqtəsinə yığıb saxlamaqla cəmiyyətə qaytarmayaraq özgə əmlakını, yəni "xxxx" ASC-yə məxsus məhsulların satışından əldə edib bank hesabına köçürməli olduğu 33830,43 manat məbləğində pulu və icarəyə götürdüyü satış nöqtəsində saxlayıb qaytarmadığı 11603,45 manat dəyərində malları mülkiyyətinə keçirməklə ona etibar edilmiş ümumilikdə 45433,88 (qırx beş min dörd yüz otuz üç manat səksən səkkiz qəpik) manat məbləğindəki əmlakı qəsdən, əvəzsiz və qanunsuz olaraq, tamah motivi ilə vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurub mənimsəməklə talamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2020-ci ilin təxminən aprel ayında "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə əmək müqaviləsi bağlayıb satıcı-anbardar vəzifəsinə işə qəbul olunmuş və həmin vaxtdan işləməyə başlamışdır. Bir şəxsin adına 2 satış nöqtəsi ola bilmədiyi üçün arvadı Leyla Rəsulovanın da adına Qabaqçöl qəsəbəsinin mərkəzində satış nöqtəsi açmışdır. Özünün adına olan satış nöqtəsi Qazma kəndində yerləşir və özünə məxsusdur, digər satış nöqtəsi isə icarəyə götürdüyü obyektdir. İcarəyə götürdüyü obyektin icarə haqqı 300 manat olmuş və icarə haqqını özü ödəmişdir. Cəmiyyət hər kəslə bu qaydada işləmişdir. Satış nöqtəsi arvadı Leyla Rəsulovanın adına olduğu üçün arvadı ilə də cəmiyyət arasında əmək müqaviləsi bağlanmışdır. Qazma kəndində və Qabaqçöl qəsəbəsində olan satış nöqtələrini özü idarə etmiş və özü işlətmişdir. Arvadı ona öz adından etibarnamə verdiyi üçün arvadının adına olan bəzi sənədlərə, eləcə də, arvadının adına olan satış nöqtəsinə gətirilən malların qeyd olunduğu təhvil-təslim aktlarının bəzilərinə arvadının adından özü imza etmişdir. 2021-ci ilin yanvar ayında cəmiyyətin Şəki regionu üzrə bölgə müdiri Tərlan gəlib onun satış nöqtələrini yoxlayıb ona borcunun olduğunu söyləmiş,nə qədər borcunun olmasını soruşanda Tərlan demişdir ki, onun 600 yaxud 700 manat arası borcu var. O da Tərlana yerindəcə həmin məbləği ödəmiş,Tərlan da həmin məbləği onun adına ödəyib qəbzin şəklini onun telefonuna göndərmişdir. 2021-ci ilin yanvar ayında cəmiyyətin bölgə müdiri Toğrul adlı şəxsə və Tərlana demişdir ki, satış nöqtələrini bağlayır, gəlib mallarını götürsünlər. Həmin vaxtı onun şirkətə borcu olmamışdır.2021-ci ilin təxminən mart ayında cəmiyyətin Toğrul və Tərlan adlı əməkdaşları Balakənə gəlib ondan satış nöqtələrini niyə bağladığını soruşduqda o, həmin şəxslərə demişdir ki, cəmiyyət məhsulları nisyə vermir, amma digər şirkət verir. Həmin şəxslər ona nisyə mal verməyini, heç bir problem olmayacağını bildirmişlər. O da malları həm nəğd, həm də nisyə satmışdır. Tərlan və Toğrulun sözlərindən sonra 2021-ci ilin sentyabr-oktyabr aylarına qədər malları nisyə vermiş, daha sonra Tərlan demişdir ki, malları niyə nisyə vermiş, gəlib pullarını ödəsin. O da Tərlana bildirmişdir ki, gəlib mallarını daşısın, özü pulunu ödəyəcəyək. Toğrul və Tərlana dəfələrlə bildirsə də, satış nöqtələrinə gəlməmişlər və mallarını təhvil götürməmişlər.Ona ümumilikdə 163795,50 manatlıq mal təhvil verilmişdir. O, təhvil verilmiş 163795,50 manatlıq malın 111468,33 manatını satıb cəmiyyətin satış sisteminə satış kimi işləmiş və satdığı malın pulunu cəmiyyətin bank hesablarına ödəmişdir. Həmçinin qalan 52327,17 manatlıq malın təxminən 15000 manatlıq hissəsini arvadının adına olan “Tapaqro” sistemi vasitəsilə satıb cəmiyyətin satış sisteminə satış kimi işləmiş və satdığı malın pulunu cəmiyyətin bank hesablarına ödəmişdir.Ona verilmiş malın 9900 manatlıq hissəsini cəmiyyətə geri qaytarmış, təxminən 20000 manatlıq hissəsi arvadı Leyla Rəsulovanın anbarındadır.Ümumiyətlə onun cəmiyyətə heç bir borcu yoxdur. Əksinə Cəmiyyət ona 2 ədəd Kapital bankın terminalı və 2 ədəd mobies aparatına görə ödədiyi 2000 manat pulu, ödənməmiş əmək haqqılarını və 11.040 (on bir min qırx) manat bonusu ödəməlidir.O,cinayət əməli törətməmişdir.Barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi . Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə yarım ştat işə qəbul edilərək "xxxx" ASCnin satıcı-anbardarı vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs Balakən rayonunun Qazma kəndində özünün adına satış nöqtəsi açmışdı. Bir şəxsin adına 2 satış nöqtəsi ola bilmədiyi üçün arvadı Leyla Rəsulovanın da adına Qabaqçöl qəsəbəsində ikinci satış nöqtəsi açıb fəaliyyət göstərmişdir. Satış nöqtəsi arvadı Leyla Rəsulovanın adına olduğu üçün arvadı ilə də cəmiyyət arasında əmək müqaviləsi bağlanmışdır. Qazma kəndində və Qabaqçöl qəsəbəsində olan satış nöqtələrini Azər özü idarə etmiş və özü işlətmişdir. Satılmış malların vəsaiti kassaya mədaxil etməli idi.Lakin o,bu vəsaitləri tam olaraq kassaya mədaxil etməmiş,mənimsəmişdir.Göstərilən cinayət əməli nəticəstində zərərçəkmiş şəxs-"xxxx" Açıq Səhmdar Cəmiyyətinə 45 304,44 manat maddi ziyan vurulmuşdur.İstintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə toplanmış istintaq sübutları, ekspert rəyləri, şahid ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir.Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vurduğu maddi ziyanın 20 000 manatını ödəmişdir.Vurulmuş maddi ziyanın 25304,44 manatı ödənməmiş qalmışdır.Təqsirləndirilən şəxs anbarlarında gübrə və toxum olsa da onlar həmin malları qəbul etmirlər.Çünki o malları Təqsirləndirilən şəxs vaxtında qaytarmamış,hazırda isə həmin məhsullar keyfiyyətlərini itirmişlər.Odur ki, onlar ödənilməmiş qalan 25304,44 manatı tam tələb edirlər. Eyni zamanda Təqsirləndirilən şəxs cinayət əməllərinin araşdırılması məqsədi ilə onun işlədiyi dövr ərzində fəaliyyətinin yoxlanılması məqsədi ilə “Aqrar İnnovasiya və Təchizat Şirkəti» ASC ilə "xxxx" MMC arasında “Auditor xidməti göstərilməsi barədə” müqavilə imzalanmış və bu müqavilə üzrə cinayət işi üzrə zərərçəkmiş şəxs "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 500 (beş yüz) manat miqdarında xidmət haqqı ödənilmişdir. Həmçinin Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxs "xxxx" ASC-yə vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi məqsədi ilə ASC tərəfindən 166 manat dövlət rüsumu ödənilmişdir.İddia tələbinin təmin edilməsi, Təqsirləndirilən şəxs 25304,44 manat vurulmuş maddi ziyanın, 500 (beş yüz) manat miqdarında sərbəst auiditor xidməti xərclərinin, 166 manat məbləğində ödənilmiş dövlət rüsumunun ,cəmi 25970,44 manat məbləğində vəsaitin tutulub mülki iddiaçı"xxxx" ASC-nə ödənməsi barədə,həmçinin təqsirləndirilən şəxs barəsində qanuni cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" ASC-nin digər nümayəndəsi Nümayəndə2 Nümayəndə1 ilə eyni məzmunlu ifadə verərək mülki iddianın təmin edilməsi və təqsirləndirilən şəxs barəsində qanuni cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşıdır. Özü İİ qrup əlildir, hərbi xidmətdə baş vermiş qəza zamanı xəsarət almışdır. Qardaşı Azər "xxxx" Qapalı Səhimdar Cəmiyyətindən gübrə və toxum alıb onun satışını həyata keçirmiş və həmin cəmiyyətlə təxminən 2 il işləmişdir. Azər eyni vaxtda öz adına 2 anbar aça bilmədiyi üçün anbarın birini öz adına, digərini arvadı Leyla Rəsulovanın adına açmışdır. Azər və Leyla ilə cəmiyyət arasında əmək müqavilələri bağlanmışdır. Qardaşı Azərin işləri çox olduğundan 2021-ci ilin fevral ayında qardaşı ona demişdir ki,onun işlərinə köməklik etsin.Qardaşı buna görə ona aylıq maaş verməmiş, əlil olduğu üçün işləməmiş, qardaşı daim onun dolanışığına köməklik edib aradabir pul vermişdir. Ona görə də qardaşına bu işdə köməklik etməyə başlamışdır. Azər hər iki anbarı özü idarə etmiş, amma Azərin arvadı Lelya Rəsulova heç bir anbarda işləməmişdir. Qazma kəndində olan anbar Azərin özünün olmuş, Qabaqçöl qəsəbəsində yerləşən anbarı isə Azər icarəyə götürmüş və icarə haqqını da özü ödəmişdir.Azər həmin şirkətdən mal alıb fermerlərə satmış, fermerlərə malı satdıqdan sonra “Bitrix” proqramı vasitəsilə satış kimi sistemə işləmiş, sonra fermer kartlarından pos-terminal vasitəsilə pulları silmişdir.Əvvəllər nəğd ödənişlər olduqda Azərə ödənmiş,Azər də pulu cəmiyyətin hesabına ödəmişdir.Cəmiyyət tərəfindən Azərə ondan qabaq müxtəlif məhsullar verilmiş, Azər də aktlara qol çəkib onları təhvil almışdır.İşə başladığı 2021-ci ilin fevral ayından qabaq Tərlan Azərlə görüşdükdə Tərlan Azərə kassa borcunun olduğunu demiş, Azər də pulu yerindəcə Tərlana ödəmişdir.Bundan başqa, 2021-ci ilin mart, ya da aprel ayında cəmiyyətin Toğrul və Tərlan adlı əməkdaşları Balakənə gəlib Azərlə görüşüb Azərə demişlər ki, satış nöqtələrini niyə bağlayır. Azər də Toğrul və Tərlana bildirmişdir ki, cəmiyyət məhsulları nisyə vermir, amma digər şirkət verir.Toğrul və Tərlan Azərə nisyə mal verməyini, heç bir problem olmayacağını demişlər. Azər də malları həm nəğd, həm də nisyə satmışdır. O, həmin vaxtı orada olmamış, bunu ona Azər demişdir. Sonradan öyrənmişdir ki, Azər hər iki satış nöqtəsinə verilən 2 ədəd Kapital bank terminalına və 2 ədəd mobies aparatına görə cəmi 2000 manat pulu cəmiyyətin hansısa əməkdaşına ödəmişdir.Azər Tərlan və Toğrulun sözlərindən sonra 2021-ci ilin aprel-may aylarında malları nisyə vermiş, daha sonra Tərlan Azərə demişdir ki, malları niyə nisyə vermiş, gəlib pullarını ödəsin. Azər də Tərlana bildirmişdir ki, gəlib mallarını daşısın,özü pulunu ödəyəcək.Azər cəmiyyətin əməkdaşları ilə öncədən danışanda demişdir ki, o, malları nisyə verir, pulların qaytarılmasına özü cavabdehdir. 2021-ci ilin aprel ayından sonra Azər həm arvadının adına, həm də öz adına olan satış nöqtələrindən malların satışını etməmiş və həmin vaxtdan satışı dayandırmışdır. Nisyə verilən malları isə sonradan kartlara pul yükləndiyindən kartlardan silmişdir. Bundan əlavə, cəmiyyətin hansısa əməkdaşı ona cədvəl atmış, həmin cədvəldə yan-yana olan qrafalarda 163795,50, 111468,33 və 52445.50 rəqəmləri yazılmışdır. O, cədvəldən elə başa düşmüşdür ki, qardaşına 163795,50 manatlıq mal gəlmiş, qardaşı həmin malın 111468,33 manatını satıb ödəmiş və qardaşının 52327,17 manat borcu qalmışdır. O da həmin cədvəli xx.xx.2021-ci ildə Çingiz müəllimə “whatsapp” vasitəsilə göndərmişdir. Həmçinin xx.xx.2021-ci il tarixdə Çingiz müəllimə “whatsapp” vasitəsilə səs göndərib demişdir ki, “bu məsələ həll olunmadımı, cavab verərdiniz, heç olmasa bu terminalların birini açdırardız, camaatın tələsdirən kartlarını işləyib verərdik”. Çingiz müəllimlə xeyli danışdıqdan sonra Leyla Rəsulovanın adına “Tapaqro” sistemi açılmış, həmin sistem vasitəsilə 27014 manat ödəniş etmişlər.Tərlan və Toğrul həmin ödənişləri etmələri üçün onlara köməklik etmişlər. Daha sonra Toğrul və Tərlan cəmiyyətin 9900 manat dəyərindəki 360 ədəd Rusiya istehsalı olan azotunu geri aparmışdır.Azərin cəmiyyətə təxminən 3000 manat borcu qalmışdır.Sonradan Azər həmin pulu da ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" QSC-nin İmişli və Bərdə regionları üzrə bölgə müdiri Şahid1 ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayından "xxxx" QSC-nin satış təmsilçisi vəzifəsinə qəbul edilmişdir. Cəmiyyət ancaq gübrə, toxum və dərmanların alış-satışı ilə məşğul olur. Həmin məhsulların əksər hissəsi xaricdən alınır, az bir qismi yerli istehsaldır. Alınan məhsullar müxtəlif rayonlarda olan satış nöqtələri vasitəsilə müştərilərə satılır. Satış təmsilçisi kimi 5 rayona, yəni İmişli, Füzuli,Beyləqan, Biləsuvar və Kürdəmir rayonlarına nəzarət etmiş, o, həmin rayonlarda yerləşən səyyar satış nöqtələrini işlədən şəxslərdən ya telefon, ya da digər vasitələrlə (whatsapp və s.) sifariş götürmüş,sifarişi götürəndən sonra cəmiyyətə məxsus “Mobies” proqram vasitəsilə satış nöqtəsini işlədən şəxsin anbar qalığını yoxlamışdır. “Bitrix” proqramı satış nöqtələrini işlədən şəxslər üçün nəzərdə tutulmuş, onlar həm anbar qalıqlarını, həm kassa borclarını yoxlamış, həm də şirkətdə olan yeniliklərlə tanış olmuşlar. Həmin sifarişin göndərilməsi zərurəti olduqda sifarişi sistemə daxil etmişdir. Sifariş sistemə daxil olduqda İmişli şəhərində yerləşən regional anbar müdiri sifarişi görüb sifariş edən şəxsə malları göndərmişdir. Belə ki, anbar müdiri sifarişi hazırlayıb sürücüyə təhvil-təslim aktı ilə təqdim edir. Həm anbar müdiri, həm də sürücü həmin aktları 3 nüsxədə imzalayırlar. Sürücü malları aparıb satış nöqtəsini işlədən şəxsə təqdim edir və hər 3 nüsxə həm sürücü, həm də satış nöqtəsini işlədən şəxs tərəfindən imzalanır. 3 nüsxənin biri satış nöqtəsini işlədən şəxsdə qalır, digər 2-ni sürücü regional anbar müdirinə təqdim edir. Əsas nüsxə Bakı şəhərində yerləşən ofisə göndərilir, digəri anbar müdirində qalır. Bundan başqa, əvvəllər xaricdən alınan məhsullar vaqonla regional bölməyə gətirilmişdir.Sifariş olduqda mallar anbara aparılmamış, oradan birbaşa sürücüyə sifarişə əsasən sayılıb təhvil verilmiş, sürücü də aparıb satış nöqtəsinə çatdırmışdır.Eyni qaydada,təhvil verən və alanlar 3 nüsxədə aktları imzalamışlar, aktın biri satış nöqtəsində, digərləri vaqon nəzarətçisi və Bakı şəhərində yerləşən ofisdə olmuşdur.Hər bir satış nöqtəsini işlədənə cəmiyyət tərəfindən “Caspos” aparatı və pos-terminal təqdim edilmişdir. 2021-ci ilin iyun ayına qədər satış nöqtəsini işlədənlər satışı “Caspos” aparatı vasitəsilə etmişlər, yəni sifariş olduqda onu birbaşa aparat vasitəsilə sistemə işləmişlər. Malı alan fermerlər məhsulun dəyərinin 30 faizini yerindəcə satış nöqtəsini işlədən şəxsə əlbəəl vermiş, qalan 70 faizlik hissə isə fermer kartından pos-terminal vasitəsilə silinmişdir.Satış nöqtəsini işlədən şəxs malı satdıqdan sonra alınmış 30 faiz ödənişi cəmiyyətin bank hesabına ödəmişdir. Fermer olmayan şəxslər malı aldıqda isə sifariş sistemə işlənmiş və ödəniş birdəfəlik yerindəcə satış nöqtəsini işlədən şəxsə edilmişdir. Satış nöqtəsini işlədən şəxs malı satdıqdan sonra ödənişi cəmiyyətin bank hesabına ödəmişdir. 2021-ci ilin iyun ayından sonra “bitrix” proqramı vasitəsilə edilən satışlar ləğv edilmiş, bunun yerinə mobil telefonlarda Kənd Təsərrüfatı Nazirliyinin proqramı olan “tapaqro” proqramı açılmış və həmin proqram vasitəsilə məhsullar satılmışdır. “Caspos” aparatı vasitəsilə müştəriyə ancaq satışların qəbzi verilmişdir. Satış nöqtəsini işlədən “tapaqro” proqramı vasitəsilə satışı proqrama işləmiş, fermerlərin kartlarından proqrama kartın üzərindəki 16 rəqəm daxil edilməklə pulun hamısı birbaşa oradan silinmişdir. Fermer olmayan şəxslər yerindəcə satış nöqtəsini işlədənə məhsulun dəyərini tam olaraq ödəmiş, satış nöqtəsini işlədən sifarişi “tapaqro” proqramına yerləşdirib alınan pulu cəmiyyətin bank hesabına ödəniş terminalları vasitəsilə ödəmişdir. “Bitrix” proqramı vasitəsilə satış nöqtələrinin anbar qalıqlarına, mobil telefonda olan “mobies” proqramı vasitəsilə satış nöqtələrinin anbar qalıqlarına, satılmış məhsulların ödənişinə və qalıq borclarına nəzarət edir. Qalıq borcları o zaman yaranır ki, fermer yaxud digər şəxs sifarişi verib məhsulu götürür, yerindəcə pulun bir hissəsini ödəyir, satış nöqtəsini işlədən həmin pulu sistemə işləyir, bundan sonra qalan məbləğ borc kimi sistemdə görünür. Həmçinin qeyd etmişdir ki, satış nöqtələri birbaşa cəmiyyətə məxsus obyektlər deyildir. Hansısa rayonda gübrə və toxum satışı ilə məşğul olmaq istəyən şəxs cəmiyyətə müraciət edir. Cəmiyyət həmin şəxsi araşdırır. Əgər etibar olunan şəxsdirsə və özünün yaxud icarəyə götürdüyü anbarı varsa, onunla əlaqə yaradılır. Yaxud cəmiyyətin əməkdaşı bu işlə məşğul olmaq istəyən şəxsi özü tapıb onun bu işlə məşğul olub-ola bilməyəcəyini, etibar olunan biri olub-olmadığını araşdırır, sonra həmin şəxslə qarşılıqlı fəaliyyətə başlanılır.İcarə pulunu satış nöqtəsini işlədən şəxs özü ödəyir.Həmin anbara baxış keçirilir. Anbar gübrə və toxumları saxlamağa uyğundursa, satış nöqtəsini işlədəcək şəxslə əmək müqaviləsi bağlayırlar. Satış nöqtəsini işlədən şəxs məhsulun satışından 4 faiz bonus alır. Əgər satış nöqtəsini işlədən şəxsin sistemdə borcunun olduğu görünərsə, ona pul ödənilmir, borc ödənildikdən sonra satış nöqtəsini işlədən şəxsin fərdi bank hesabına pul köçürülür. Borc ödənməsə, satış nöqtəsini işlədən şəxsə bildirməklə bonuslar borca silinir. Təqsirləndirilən şəxsla problemlər olduğundan ona bonus hesablanmamışdır. Bundan əlavə, satış təmsilçisi kimi satış nöqtələrini gedib yoxlamışdır. Yəni satış nöqtələrinin anbar qalıqlarını görsə də, həmin qalıqların yerində olubolmamasını özü şəxsən yoxlamışdır. 2021-ci ilin aprel ayından 2022-ci ilin aprel ayına qədər cəmiyyətin Şəki regionu üzrə bölgə müdiri vəzifəsində işləmişdir. Bölgə müdiri kimi cəmiyyətin 6 rayona, yəni Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonları üzrə işçilərə nəzarət etmiş, həmçinin bölgədə olan problemlərin həlli ilə məşğul olmuşdur. O, Şəki regionu üzrə bölgə müdiri təyin olunduqda Təqsirləndirilən şəxs artıq 1 il olardı ki, Balakən rayonunda həm öz, həm də arvadının adına olan satış nöqtələrini açıb fəaliyyət göstərmişdir. Şəki regionu üzrə bölgə müdiri təyin olunduğu vaxt həm Leyla Rəsulovanın, həm də Təqsirləndirilən şəxs adlarına olan satış nöqtələrinə gedib oranı işlədən şəxslərlə yerində tanış olmuş, amma Leyla Rəsulovanı bir dəfə də olsun satış nöqtəsində görməmişdir. O, oraya təyin olunduqdan sonra öyrənmişdir ki, Təqsirləndirilən şəxs və Leyla Rəsulovanın adlarına satışdan ödənməmiş pullar, yəni borc var. Amma həmin şəxslərin nə qədər borclarının olmasını bilməmişdir.Həmçinin 2021-ci ilin aprel ayında Şəki regionu üzrə bölgə müdiri təyin olunduqdan sonra Təqsirləndirilən şəxs Tərlana zəng edərək anbarları bağlayacağını və gəlib malları götürmələrini demiş, Tərlan bu barədə ona dedikdə o da cəmiyyətə maillə “Təqsirləndirilən şəxs anbarların bağlanması üçün müraciət edir, maşın göndərin malları yığaq, çünki Azər nisyə mal verilmədiyini əsas gətirib anbarları bağlamaq istədiyini deyir” deyə məlumat vermişdir. Digər bir maillə başqa bir satış nöqtəsini tapdığını da cəmiyyətə bildirmişdir. Həmin vaxt Azərin kassa borcu olmuşdur. Tərlan Azərə qeyd olunan məbləğdə kassa borcunun olduğunu demiş, Azər də yerindəcə pulu Tərlana ödəmiş, Tərlan da pulu million aparatı vasitəsilə ödəyib qəbzini Azərə atmışdır. Maşın gəlsə də, Azər müxtəlif bəhanələr gətirərək malları yığmalarına şərait yaratmamışdır.Aprel ayının ortalarında Azər onunla əlaqə saxlayaraq əlavə məhsullar verilməsini, cəmiyyətlə işləməyə davam etmək istədiyini, əlində kartların olduğunu, həm əvvəlki, həm də göndərilən malları satıb kartlar vasitəsilə borcunu və satılan malların pulunu siləcəyini bildirmişdir. O da bu barədə rəhbərliyə məlumat vermişdir ki, Azər cəmiyyətlə işləməyə davam etmək istədiyini, mal verilməsini, borclarını, eləcə də, satılan malların pulunu özündə olan kartlar vasitəsilə siləcəyini deyir. Rəhbərlik də Azərə mal göndərməyini və buna nəzarət etməyini bildirmişdir. Çünki cəmiyyət nisyə mal vermir və nəğd ödəniş prinsipi ilə işləyir.Azər işləməyə davam etmək istədiyi üçün başqa şəxsin adına yeni yerin tapılmasına zərurət görülməmişdir. Təqsirləndirilən şəxs malları göndərmiş, Azər də məhsulları qəbul etmişdir. 2-3 gün keçdikdən sonra sistemdə görmüşdür ki, Azər satış nöqtəsinə göndərdikləri məhsulları sataraq sistemə satış kimi işləmiş, lakin heç bir ödəniş olmamışdır. Azərlə telefon vasitəsilə əlaqə saxlamışdır ki, bu nə məsələdir, satış etmiş, lakin heç bir ödəniş olmamışdır.Azər ona onun malları nisyə verməsini demişdir.O, da Azərə cavab vermişdir ki, cəmiyyət onu buraya ərazidə olan borcları yığmağa göndərmiş, axı o, ona nisyə mal verməyini deməmişdir. Belə dedikdə Azər həmin vaxtı satış təmsilçisi işləyən Tərlanın malları nisyə verməyini söylədiyini bildirmişdir. O da Tərlanı götürüb Balakənə Azərlə üzləşməyə getmişdir.Balakəndə Bayraq meydanın yaxınlığında yerləşən kafelərin birində Azərlə görüşmüşlər. Orada Azərin yanında Tərlandan soruşmuşdur ki, Azərə nisyə mal verməyini demişdirmi.Tərlan Azərə belə bir şey demədiyini bildirmişdir. Azər onları səhv başa düşdüyünü, ona görə də malları nisyə verdiyini demişdir. Azər iyun-iyul aylarında biçinin olacağını və kartlara köçən subsidiyalardan satış etdiyi məhsulların pulunu siləcəyini bildirmişdir.2021-ci ilin iyul ayının sonuna Təqsirləndirilən şəxs və Leyla Rəsulovanın anbar qalıq borcları xeyli artıb təxminən 75000 manat civarında olmuşdur.Belə ki, Təqsirləndirilən şəxs həm öz, həm də arvadının adından məhsulların satışını həyata keçirsə də, satılan məhsulların ödənişini etməmişdir. O da, Tərlan da Təqsirləndirilən şəxs ödənişini etməsini, yoxsa sonuncunu prokurorluq orqanlarına şikayət edəcəklərini bildirmişlər. Bundan sonra Azər arvadının adına təxminən 27000 manatlıq ödəniş etmişdir. Həm o, həm də Tərlan dəfələrlə Təqsirləndirilən şəxs qalan ödənişi etməsini bildirsələr də, Azər heç bir ödəniş etməmişdir. Sonradan Azərlə danışdıqda yenə gəlib malları götürmələrini demişdir. O, Balakənə gedib Leyla Rəsulovanın adına olan anbarın qarşısında gözləmişdir ki, Azər gəlsin, pul verib maşın tutsun və malları yığıb aparsınlar. Azər yenə də bəhanələr gətirərək oraya gəlməmişdir. Azərlə çoxlu danışıqlardan sonra razılaşmışlar ki, gedib malları oradan götürsünlər. 2021-ci ilin oktyabr ayının 26-da Leyla Rəsulovanın adına olan anbara getmişlər. Orada maşın tutub maşının tutumu qədər olan 18000 kq mal yığılmış və həmin mal aparılıb Zaqatalada olan başqa bir anbara təhvil verilmişdir. Anbarda qalan digər malları götürmək üçün səhərisi gün anbara gedilsə də, anbarın sahibi malları ikinci dəfə gəlib oradan götürməyə imkan verməyərək Azərin borcu olduğunu, ona görə də malları aparmalarına imkan verməyəcəyini demişdir. Anbar sahibinin adını bilmir. 2-3 gün sonra Balakənə gəlib Azərlə danışmışdır ki, mallarını götürməyə niyə icazə vermir. Azər də anbara borcunun olduğunu, ona görə anbar sahibinin malları aparmağa imkan vermədiyini, gedib anbar sahibi ilə razılaşıb, yəni anbar sahibinə borcu ödəyib mallarını götürmələrini, bu məsələyə aidiyyatının olmadığını və necə lazımdısa, etmələrini bildirmişdir. O, Azərə onun icarəyə götürdüyü obyektin icarə haqqını ödəyəcəklər deyə razılaşmalarının olmadığını demişdir. O da Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib demişdir ki, Təqsirləndirilən şəxs mallarını aparmağa imkan vermir. Bununla bağlı onu Katex kəndi üzrə sahə rəisi Ramil Ağayev qəbul edib izahatını almışdır. Sahə rəisi ona məhkəməyə müraciət etməyini bildirmişdir. Polis əməkdaşları da malları götürmələrinə köməklik göstərə bilməmişlər.Ondan sonra Azər malları verməmiş və hər hansı ödəniş etməmişdir. Təqsirləndirilən şəxs arvadının adına olan satış nöqtəsinin sahibinə icarə haqqına görə borcunun olduğunu,borcunu ödəyə bilmədiyini və satış nöqtəsinin sahibinin malları götürməyə icazə vermədiyini deyərək bəhanə gətirib malları götürmələrinə imkan verməmişdir. Təqsirləndirilən şəxs Qazma kəndindəki anbarına getsələr də, Azər başqa yerdə olduğunu deyib oraya baxış keçirib mallarını götürməyə imkan verməmişdir.Ona görə də Təqsirləndirilən şəxs və Leyla Rəsulovanın adlarına olan satış nöqtələrində anbar qalıqları proqram vasitəsilə yoxlanılmış,sistemə satış kimi işlənməmiş məhsulları Azərlə Leylanın adlarına borc kimi yazılmışdır. Çünki həmin məhsullar müddətdən artıq qaldığı halda yararsız hala düşəcək və satışa yaramayacaq. Belə olduğu təqdirdə cəmiyyət qazanc əldə etmək əvəzinə ziyana düşəcək. Təqsirləndirilən şəxs isə nə zənglərə cavab vermiş, nə də Azəri tapmaq mümkün olmamışdır.Belə olduğu təqdirdə cəmiyyət tərəfindən audit dəvət olunub Leyla Rəsulova və Təqsirləndirilən şəxsnın adına olan satış nöqtələri ilə bağlı audit yoxlaması keçirilmişdir.Yoxlama nəticəsində Təqsirləndirilən şəxs adına olan satış nöqtəsində təxminən 60000 manatlıq borc və əmlak kəsiri aşkar olunmuş, Leyla Rəsulovanın adına olan satış nöqtəsində isə 12111,51 manatlıq əmlak kəsiri, 27014,06 manat artıq ödəniş aşkar edilmişdir. Audit yoxlamasından sonra müəyyən olunmuşdur ki, Leyla Rəsulovanın adına əmlak kəsirini çıxdıqdan sonra 14902,55 manat artıq ödəniş edilmişdir. Çox güman ki, Təqsirləndirilən şəxs arvadı Leyla Rəsulovanın adına artıq ödəniş etmişdir. Təqsirləndirilən şəxs öz adına heç bir ödəniş etməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs və Leyla Rəsulovanın audit yoxlamasında iştirak etmələri üçün əlaqə saxlanılsa da, həmin şəxslərlə əlaqə yaratmaq mümkün olmamışdır. X47 yoxlamada iştirak etmələri üçün yaşadıqları ünvana məktublar göndərilmişdir. 2022-ci ilin aprel ayında cəmiyyətin Cəlilabad, 2022-ci ilin iyul ayından isə İmişli və Bərdə regionları üzrə bölgə müdiri vəzifəsinə təyin olunmuşdur. O,həmçinin göstərdi ki,işlədiyi müddətdə gübrə və toxum satışı ilə məşğul olmaq istəyənlərə 15000 manat, yaxud hər hansı bir məbləğdə depozit qoyulması halları olmamışdır.Cəmiyyət satış nöqtəsi açmaq istəyən şəxsi araşdırdıqdan sonra təmənnasız olaraq məhsulları satıcıya verir,satıcı da satışını həyata keçirir.Təqsirləndirilən şəxs həm öz, həm də arvadı ilə bağlanmış əmək müqavilələrini özünün imzalaması, Azərin arvadının ona etibarnamə verməsi barədə məlumatı olmamışdır. Azər onun işlədiyi vaxtda həmin etibarnaməni cəmiyyətə təqdim etməmişdir.O və Tərlan Azərə malları nisyə verməsini deməmişlər və 2021-ci ilin mart ayında Azərlə görüşməmişlər. Onlar aprel ayında Azərlə görüşmüşlər. Həmçinin işlədiyi vaxtdan hazırki vaxtadək satış nöqtəsini açan şəxsə 1 ədəd Kapital Bank terminalına və 1 ədəd “caspos”aparatı satılmamış və yaxud buna görə həmin şəxdən avans pul alınmamışdır. Azərin 2000 manat pulu kimə yaxud cəmiyyətin hesabına ödəməsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" QSC-nin Şəki regionu üzrə bölgə müdiri Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" QSC-nin Pərakəndə Satış müdiri Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdən "xxxx" QSC-nin Şimal Bölgəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 2021-ci ilin mart ayının 1-dən "xxxx" QSC-nin pərakəndə satış müdiri vəzifəsinə təyin edilmişdir. Cəmiyyət ancaq gübrə, toxum və dərmanların alış-satışı ilə məşğul olur. Həmin məhsulların əksər hissəsi xaricdən alınır, az bir qismi yerli istehsaldır.Alınan məhsullar müxtəlif rayonlarda olan satış nöqtələri vasitəsilə müştərilərə satılır. Pərakəndə satış müdiri kimi bölgələrdə işin düzgün təşkil edilməsinə, satışın və satışdan əldə olunmuş ödənişin cəmiyyətin hesabına ödənilməsi prosesinə və s. nəzarət edir.Hazırki vəzifəyə təyin olunduqda bölgələrdəki vəziyyəti ilə birbir maraqlanmışdır.Belə ki, cəmiyyətə məxsus sistem vasitəsilə satış nöqtələrinin fəaliyyətinə baxış keçirmişdir. Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs cəmiyyətə məxsus məhsulların satışını həyata keçirmək üçün satış nöqtələrini açması ilə bağlı cəmiyyətə müraciət edib-etməməsini bilmir. Çünki həmin vaxt o deyil, Şahin adlı əməkdaş Balakən rayonu üzrə satış təmsilçisi işləmişdir.O, hazırki vəzifəyə təyin olunduqda Təqsirləndirilən şəxs artıq 1 il idiki Balakən rayonunda həm öz, həm də arvadının adına olan satış nöqtələrini açıb fəaliyyət göstərmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs və Leyla Rəsulovanın adlarına satışdan ödənməmiş pullar, yəni borc olmuşdur. Amma onların nə qədər borclarının olmasını xatırlamır. 2021-ci ilin aprel ayında cəmiyyətin Şəki regionu üzrə bölgə müdiri Şahid1 ona zəng edərək Təqsirləndirilən şəxs zəng edərək anbarları bağlayacağını və gəlib malları götürmələrini dediyini bildirmişdir. Toğrul da cəmiyyətə elektron poçtla məlumat vermişdir ki, Təqsirləndirilən şəxs nisyə mal verilmədiyini əsas gətirib anbarları bağlamaq üçün müraciət etmiş, maşın göndərilsin ki, mallar yığılsın. Toğrul həm də maillə başqa bir satış nöqtəsini tapdığını da qeyd etmişdir. Cəmiyyət tərəfindən maşın göndərilsə də, Azər müxtəlif bəhanələr gətirərək malların yığılmasına şərait yaratmamışdır.Həmin vaxt Azərin məbləğini xatırlamadığı kassa borcu olmuşdur. Tərlan Azərlə görüşdükdə Tərlan Azərə qeyd olunan məbləğdə kassa borcunun olduğunu demiş, Azər də yerindəcə pulu Tərlana ödəmiş, Tərlan da pulu million aparatı vasitəsilə ödəyib qəbzini Azərə göndərmişdir.X48 əlaqə saxlayaraq əlavə məhsullar verilməsini, cəmiyyətlə işləməyə davam etmək istədiyini, əlində kartların olduğunu, həm əvvəlki, həm də göndərilən malları satıb kartlar vasitəsilə borcunu və satılan malların pulunu siləcəyini bildirmiş, Torğul da bu barədə ona məlumat vermişdir.Müzakirədən sonra Toğrula mal göndərməyini və buna nəzarət etməyini bildirmişdir.Toğrul Təqsirləndirilən şəxs malları göndərmiş, Azər də məhsulları qəbul etmişdir.Sonradan Toğrul ona məlumat vermişdir ki,Azər satış nöqtəsinə göndərdikləri məhsulları sataraq sistemə satış kimi işləmiş,lakin heç bir ödəniş etməmişdir.O,Toğrula Azərlə əlaqə saxlayıb ödənişi tələb etməsini bildirmişdir. Toğrul da Azərlə əlaqə saxlayıb satış edib heç bir ödəniş etmədiyini demiş və ödənişləri etməsini tələb etmişdir. Azər Toğrula demişdir ki, sonuncu malları nisyə verməsini demişdir. Cəmiyyət Toğrulu Şəki regionu üzrə həmin ərazilərdə olan borcları yığmağa görə göndərmişdir. Toğrul da Azərə ona nisyə mal verməsini demədiyini bildirmişdir. Daha sonra Azər həmin vaxtı satış təmsilçisi işləyən Tərlanın ona nisyə mal verməyini söylədiyini bildirmişdir.Toğrul da Tərlanı götürüb Balakənə Azərlə üzləşməyə getmişdir.Tarixini dəqiq xatırlamır. Balakəndə kafelərin birində Azərlə görüşmüşlər. X64 üzünə Azərə nisyə mal verməyini demədiyini bildirmişdir. Azər də onları səhv başa düşdüyünü, ona görə də malları nisyə verdiyini bildirmişdir.Azər iyun-iyul aylarında biçinin olacağını və kartlara köçən subsidiyalardan satış etdiyi məhsulların pulunu siləcəyini demişdir.Toğrul da, Tərlan da dəfələrlə Təqsirləndirilən şəxs ödənişini etməsini, yoxsa onu prokurorluq orqanlarına şikayət edəcəklərini bildirmişlər. Bundan sonra Azər arvadının adından təxminən 27000 manatlıq ödəniş etmişdir. Bundan sonra həm Toğrul, həm də Tərlan Təqsirləndirilən şəxs qalan ödənişi etməsini bildirsələr də, Azər hazırki vaxtadək heç bir ödəniş etməmişdir. X49 danışdıqda yenə gəlib malları götürmələrini desə də, Azər nə Toğrula, nə də Tərlana malları götürmələri üçün şərait yaratmışdır. Azərlə çoxlu danışıqlardan sonra Toğrul Azərlə razılaşmışdır ki, gedib malları oradan götürsün. 2021-ci ilin oktyabr ayının 26-da Toğrul maşın götürüb Leyla Rəsulovanın adına olan anbara getmiş, orada maşın tutub maşının tutumu qədər olan 18000 kq mal yığmış və həmin mal aparılıb Zaqatalada olan başqa bir anbara təhvil verilmişdir. Daha sonra qalan malları anbardan götürmək istəsələr də, anbar sahibi onlara malları anbardan götürməyə imkan verməmişdir. Azər də anbara borcunun olduğunu, ona görə anbar sahibinin malları aparmağa imkan vermədiyini, gedib anbar sahibi ilə razılaşıb, yəni onun borcunu ödəyib mallarını götürmələrini demişdir. Onların Azərlə onun icarəyə götürdüyü obyektin icarə haqqını ödəyəcəklər deyə razılaşmaları olmamışdır. 2-3 gün sonra Toğrul Azərlə görüşüb Azərdən soruşmuşdur ki, mallarını götürməyə niyə icazə vermir. Azər bunun ona aid məsələ olmadığını, borcu olduğunu bildirmişdir. Toğrul da Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib məlumat vermişdir ki, Təqsirləndirilən şəxs mallarını aparmağa imkan vermir. Bununla bağlı onu polis əməkdaşı qəbul edib izahatını almışdır. Lakin polis əməkdaşları da malları götürmələrinə köməklik göstərə bilməmişlər. Ondan sonra hazırki vaxtadək Azər malları verməmiş və hər hansı ödəniş etməmişdir. Təqsirləndirilən şəxs arvadının adına olan satış nöqtəsinin sahibinə icarə haqqına görə borcunun olduğunu, borcunu ödəyə bilmədiyini və satış nöqtəsinin sahibinin malları götürməyə icazə vermədiyini deyərək bəhanə gətirmiş və malları götürmələrinə imkan verməmişdir. Bununla əlaqədar olaraq Leyla Rəsulova və Təqsirləndirilən şəxs barələrində hüquqi tədbir görülməsi üçün məsələ qaldırmışdır. Prosedura əsasən Təqsirləndirilən şəxs və Leyla Rəsulovaya borcların ödənilməsi üçün xəbərdarlıq məktubları göndərilmişdir. Onlar tərəfindən heç bir ödəniş olunmadığı üçün kənar audit dəvət olunub onların fəaliyyəti yoxlanılmış və onların fəaliyyətlərində nöqsanlar aşkar olunmuşdur. Həmin nöqsanlar da auditor hesabatlarında öz əksini tapmışdır. O,həmçinin göstərmişdir ki,işlədiyi müddətdə gübrə və toxum satışı ilə məşğul olmaq istəyənlərə 15000 manat yaxud hər hansı bir məbləğdə depozit qoyulması halları olmamışdır. Cəmiyyət satış nöqtəsi açmaq istəyən şəxsi araşdırdıqdan sonra təmənnasız olaraq məhsulları satıcıya verir, satıcı da satışını həyata keçirir. Təqsirləndirilən şəxs həm öz, həm də arvadı ilə bağlanmış əmək müqavilələrini özünün imzalaması, eləcə də, Azərin arvadının ona etibarnamə verməsi barədə məlumatı yoxdur. Habelə Şahid2 2021-ci il yanvar ayında cəmiyyətdə işləməmiş, o cümlədən Şahid1 də 2021-ci ilin yanvar ayında Şəki regionu üzrə bölgə müdiri işləməmişdir. İşlədiyi vaxtdan hazırki vaxtadək satış nöqtəsini açan şəxsə 1 ədəd Kapital Bank terminalı və 1 ədəd “caspos” aparatı satılmamış və yaxud buna görə həmin şəxsdən avans pul alınmamışdır.Azərin 2000 manat pulu kimə yaxud cəmiyyətin hesabına ödəməsini bilmir.O, Azərə demişdir ki, 2000 manatı ona keçər, qalan borcunu ödəsin. Cəmiyyət üçün önəmli məsələ qalan bütün borcun ödənilməsi olmuşdur. Amma o, Azərə 2000 manat pulu qaytaracağını deməmişdir. Satış nöqtəsini işlədən şəxs məhsulun satışından 4 faiz bonus alır.Təqsirləndirilən şəxsla problemlər olduğundan ona bonus hesablanmamışdır.Tərlan və Şahid1 Azərə malları nisyə verməsini deməmişlər. Cəmiyyət heç bir satış nöqtəsini işlədən şəxsə malları nisyə verməsini tapşırmamış və icazə verməmişdir. Azərin göstərdikləri yalandır. Audit aktında onun cəmiyyətə ödəməli olduğu məbləğ qeyd edilmişdir.Həmçinin Təqsirləndirilən şəxs göstərdikləri yalandır. Təqsirləndirilən şəxs nə qədər mal verilməsini və onun nə qədər pul ödəməsini dəqiq bilmir. Auditor hesabatlarında Azərə nə qədər mal verilməsi və onun nə qədər ödəməli olması göstərilmişdir.Ona təqdim olunan cədvəli özü tərtib etmiş və Azərin qardaşı Faiqə göndərmişdir. O, həmin cədvəli şirkətin sistemindən götürməmiş və özü hazırlamışdır Cədvəli Azərə verməkdə məqsədi o olmuşdur ki, Azərin nə qədər mal satması və borcunun olmasını sonuncuya cədvəl formasında təqdim etsin və sonuncudan ödənişi tələb etsin. Həmin cədvələ baxdıqda görünür ki, cədvəl şirkətin sistemindən götürülməmişdir.Həmin cədvəldə qeyd olunanlarla audit hesabatı arasındakı fərqin səbəbi odur ki, Azər müxtəlif şəxslərə sistem üzərindən satış etmiş, sonradan malı alanlar həmin malı şirkətə sistem üzərindən geriyə qaytarmışlar. O da satış olunmuş və geri qaytarılmış malı həm satış, həm də ödəniş kimi Azərin fəaliyyəti ilə bağlı hesabat hazırladıqda orada qeyd etmiş və bunu orada qaytarılmış mal kimi göstərməmişdir. Ona görə də Azərin etdiyi satışı həmin cədvəldə 268255 kq kimi qeyd etmişdir.Əslində audit hesabatında qeyd edildiyi kimi, Azərə 282120 kq mal göndərilmiş, Azər malın 252000 kq satmış, 24150 kq digər anbarlara göndərmiş və öz anbarında 5970 kq qalmışdır. Audit yoxlaması zamanı həmin geri qaytarma nə satış, nə də ödəniş kimi nəzərə alınmışdır. Habelə ola bilsin ki, anbarda olan malların qiymətini səhv yazmış, çünki cədvəli özü tərtib etdiyi üçün belə səhv ola bilər. Amma audit hesabatında göstərilən daha dəqiq və doğrudur. Habelə geri qaytarılmış malı cədvəldə qeyd etmədiyi üçün cədvəldən Azərin 163795,50 manatlıq satış etməsi, 111468,33 manat ödəniş etməsi görünür. Əslində audit aktında qeyd olunduğu kimi, Azər 154251,50 manat satış etmiş, 101959,51 manat ödəniş etmiş və Azərin 52291,99 manat borcu qalmışdır. Hətta audit aktında Azərin borcu onun cədvəldə qeyd etdiyindən daha az göstərilmiş və audit aktı daha doğrudur. O, maliyyəçi olmadığı üçün hesablarda səhv etmiş ola bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ki,İ Qarabağ müharibəsinin iştirakçısıdır və İİ qrup əlildir. Dolanışığını təmin etmək üçün özünə məxsus maşınla kiminsə gübrəsi, toxumu yaxud yükünü müvafiq məbləğ qarşılığında daşıyır. 2020-ci ilin əvvəlində X52 şəhəri H.Əliyev prospektində yerləşən Asan Xidmətlə üzbəüz yolun digər tərəfində anbar icarəyə götürüb gübrə və toxum satışını həyata keçirməyə başlamışdır. Həmin anbarın üzərində “Azgübrə” sözləri yazılmışdır. O, oradan gübrə yaxud toxum alan şəxslərin mallarını maşını ilə 10-15 manat qarşılığında daşımışdır. 2021-ci ilin təxminən mart-aprel aylarında Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb demişdir ki, onun işlədiyi şirkət malları nisyə verir, kim mal almaq istəyirsə, ona müraciət edə bilər. Eləcə də, Azər ona bildirmişdir ki, onun mallarını aparıb satsa, ona da hansısa məbləğdə pul verəcək. O, da Azərin daha çox Qazma kəndindəki anbarından,bir dəfə də Qabaqçöl qəsəbəsindəki anbarından malları maşınıyla aparıb yaşadığı binanın həyətinə yığmışdır ki, kimsə müraciət etsə, ona satar. Özü də Rasim Çunayevin işlətdiyi “Azgübrə” mağazasının qarşısında olmuşdur. Həmin vaxtlar həmin şirkət Rasimə nisyə mal satmağa icazə verməmişdir. Zaqatala rayonu Uzuntala kənd sakinləri oraya gübrə yaxud toxum almağa gələndə Rasimdə mal olmadığından o, gələnlərə özündə mal olduğunu demiş, onlar da gəlib ondan almışlar. Belə ki, o, müraciət edənlərə DAİM-dən kartlarına nə qədər pul vurulacağını göstərən arayış alıb gətirmələrini demişdir. DAİM-dən arayış verilmişdir ki, gübrə almaq istəyənə müvafiq məbləğdə pul vurulacaq. Həmin arayışı vətəndaş ona təqdim edib kartına pul vurulacağını demişdir. O da arayışa baxıb vətəndaşa nə qədər gübrə düşdüyünü hesablayıb demiş, əgər razılaşmışsa, vətəndaş kartını verib gübrəsini götürüb getmiş yaxud gübrəni ona satıb pulunu almışdır. Hər bir şəxsdən bir kisəni zəhmət haqqı kimi götürmüşdür, onlar da vermişlər. Daha sonra o, vətəndaşların kartlarını aparıb Azərə yaxud ona kömək edən qardaşı Faiqə vermişdir. Onlar da kartları götürüb işlədiyi şirkətin sisteminə məhsulları qeyd etmiş, karta pul vurulduqda isə kartdan pul silinmişdir. Azər “Gübrəaz” şirkəti ilə işləmişdir. Azərin başqa hansısa şirkətlə işləyib-işləməməsini bilmir. Azərin satışı və satışdan əldə olunan gəliri şirkətin sisteminə hansı qaydada və necə etməsini bilmir. Azər işləri barədə ona heç nə deməmiş və o da Azərdən bu barədə heç nə soruşmamışdır. Çünki ona 3-5 manat pul qazanıb dolanışığını təmin etmək lazımdır. 2021ci ilin aprel ayının müxtəlif günlərində Zaqatala rayonu Uzuntala kənd sakinləri Əli Çalabov, Rəcəb Çalabov və digərləri gəlib ona müraciət edib demişlər ki, kartlarına müvafiq məbləğdə pul vurulacaq, ona görə də onlar kartlarını ona verib ondan gübrə almışlar, yaxud aldıqları gübrəni ona satıb pulunu götürmüşlər. Onların kartlarını aparıb Azərə yaxud Faiqə vermişdir. O, kartları Azərə verib əvəzində karta vurulacaq məbləğ qarşılığında mal götürmüşdür. Onlar da kartları sistemə işləmişlər.Adlarını qeyd etdiyi şəxslərin heç birinin fermer kartına pul vurulmamış və onların şirkətə borcları yaranmışdır. Çünki onların çıxarışları yox imiş. Çıxarışı olmayan fermere sonradan pul yüklənməmişdir. Həmin şəxslərin torpağın onlara məxsus olmasına dair dövlət aktları olsa da, bu çıxarışı əvəz etməmişdir. Həmçinin Azər satış etməyinə görə ona 1 qəpik də olsa, pul verməmiş və demişdir ki, vətəndaşların borcları var, borclar ödənsin, sonra ona da pul verəcək. Hazırki vaxta qədər də Azər ona pul verməmişdir. Onların borcları olduğundan Azər ona bildirmişdir ki, gedib həmin şəxslərə borclarını ödəməsini desin. O da onların evlərinə gedib kartlarına pul vurulmadığını və borclarını ödəmələrini demişdir. Həmin şəxslərdən 2- 3 nəfəri hansısa məbləğdə pul ödəmiş, amma kimlərin və nə qədər ödəmələrini xatırlamır. Faiq də bunu təsdiq edə bilər. Digərləri imkanlarının olmadığını deyib borclarını ödəməmişlər.Daha sonra Faiqlə birlikdə gedib onlardan borclarını ödəmələrini istəsə də, onlar borclarını ödəməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır. X5 Balakən rayonu Qazma kəndində torpaq sahələri var. Oğlu Balakəndə yaşamadığı üçün həmin torpaq sahələrini özü idarə edir.2021-ci ilin təxminən may ayında Azərin Qazma kəndində anbarına yaxınlaşıb fermer kartını Azərə vermişdir ki, ona gübrə versin, kartına da pul yükləndikdə gübrəni oradan silsin. Azərdən təxminən 1990 manatlıq gübrəni götürüb istifadə etmişdir. 2021-ci ilin noyabr ayında Azər onunla əlaqə saxlayıb fermer kartına yüklənən pulları sildiyini, borcunun olmadığını və fermer kartını götürməyini bildirmişdir. O da Azərdən fermer kartını götürmüşdür. Onun Təqsirləndirilən şəxs ümumiyyətlə borcu yoxdur. Eləcə də, o, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən də gübrə və toxum almamış, ümumiyyətlə həmin şirkəti tanımır və həmin şirkətə borcu yoxdur. Yuxarıda qeyd etdiyi kimi, o, Azərdən gübrə almış və borcunu tam olaraq ödəmişdir. O, Azərdən 5760 manatlıq məhsul almamışdır. 2021-ci ilin may ayında Azərdən təxminən 1990 manatlıq gübrə almış, Azər də pulu kartından silib kartını ona qaytarmışdır. Onun Azərə, eləcə də, adı çəkilən şirkətə borcu yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs fermer kimi tanıyır. 2021-ci ilin aprel ayında Azərin Qazma kəndində olan anbarına gedib Azərin qardaşı Şahid5 yaxınlaşıb bildirmişdir ki, fermer kartını sonuncuya verib gübrə alsın, pul da yüklənəndə sonuncu kartdan həmin pulu silsin.Həmin vaxt Faiqə qardaşı Arif Musayev, Elmir Dovşanov, Mominat Dovşanova və adını xatırlamadığı digər 2 qohumuna da gübrə lazım olduğunu demişdir. Faiq ondan fermer kartını və şəxsiyyət vəsiqəsinin surətini götürüb xatırlamadığı miqdarda neçəsə kisə gübrə vermişdir. 2021-ci ilin iyul ayında onun və qohumlarının kartlarına pullar yüklənmiş, qohumlarının da kartlarını götürüb Faiqin yanına getmişdir. Faiq onun və qohumlarının kartlarından pulları silib kartları ona qaytarmış və borclarının olmadığını demişdir.O da özünün və qohumlarının kartlarını götürüb qayıtmışdır. Onun Təqsirləndirilən şəxs ümumiyyətlə borcu yoxdur. Eləcə də, o, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən də gübrə və toxum almamış, ümumiyyətlə həmin şirkəti tanımır və həmin şirkətə borcu yoxdur. o, Azərin anbarından gübrə almış və borcunu tam olaraq ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs fermer kimi tanıyır. "xxxx" QSC-nin satış təmsilçisi işləmişdir. Cəmiyyət ancaq gübrə, toxum və dərmanların alış-satışı ilə məşğul olur. Həmin məhsulların əksər hissəsi xaricdən alınır, az bir qismi yerli istehsaldır. Alınan məhsullar müxtəlif rayonlarda olan satış nöqtələri vasitəsilə müştərilərə satılır. Satış təmsilçisi kimi 15 satış nöqtələrinə nəzarət etmişdir. Təqsirləndirilən şəxs Balakən rayonunda həm öz, həm də arvadının adına olan satış nöqtələrini açıb fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs və Leyla Rəsulovanın adlarına satışdan ödənməmiş pullar,yəni borc olmuşdur. Nə qədər borclarının olmasını xatırlamır. Azər nisyə mal verilmədiyini əsas gətirib anbarları bağlamaq istədiyini deyirdi.Cəmiyyət nisyə mal vermir və nəğd ödəniş prinsipi ilə işləyir. 2021-ci ilin oktyabr ayında Şahid1 maşın götürüb Leyla Rəsulovanın adına olan anbara getmiş, orada maşın tutub maşının tutumu qədər olan 18000 kq mal yığmış və həmin mal aparılıb Zaqatalada olan başqa bir anbara təhvil verilmişdir. Daha sonra qalan malları anbardan götürmək istəsələr də, anbar sahibi onlara malları anbardan götürməyə imkan verməmişdir. Azər də anbara borcunun olduğunu, ona görə anbar sahibinin malları aparmağa imkan vermədiyini, gedib anbar sahibi ilə razılaşıb, yəni onun borcunu ödəyib mallarını götürmələrini demişdir. Sonradan Azər əlavə məhsullar verilməsini, cəmiyyətlə işləməyə davam etmək istədiyini, əlində kartların olduğunu, həm əvvəlki, həm də göndərilən malları satıb kartlar vasitəsilə borcunu və satılan malların pulunu siləcəyini bildirmişdir.O,işini dəyişdiyi üçün bu iş barədə əlavə məlumatı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq,iş üzrə şahid- Şahid6 məhkəmə iclasına gəlməmişdir. Balakən Rayon İcra Hakimiyyəti Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli 472 nömrəli məktubundan görünür ki,Şahid6 Rusiya Federasiyasındadır.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid6 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki,əmisi Təqsirləndirilən şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən gübrə və toxum alıb onun satışını həyata keçirir. Əmisinin həmin cəmiyyətlə nə vaxtdan işləməyə başladığını,həmin cəmiyyətlə əmisi arasında müqavilə bağlanıb-bağlanmadığını, satışdan nə qədər qazandığını bilmir. Əmisinin 2 anbarı var. Biri Qazma kəndində, biri də Qabaqçöl qəsəbəsində yerləşir. Qazma kəndində olan anbar əmisinin özünündür, Qabaqçöl qəsəbəsində olan anbarı isə əmisi icarəyə götürmüş və icarə haqqını özü ödəmişdir. Əmisinin oranı icarəyə götürməsi ilə bağlı anbar sahibi ilə müqavilə bağlayıb-bağlamamasını bilmir. Əmisi hər iki anbarı özü işlətmişdir. Əmisinin arvadı X32 həmin anbarlardan hansınısa işlətməmişdir. Əmisi həmin şirkətdən mal alıb fermerlərə satmışdır. Əmisinin satışı hansı qaydada etməsi, satışdan əldə olunan gəliri hansı qaydada şirkətə ödəməsini bilmir. O, Talalar kəndində icarəyə mağazaya götürüb ərzaq satışı ilə məşğul olur. Bəzən əmisi işləri ilə bağlı Balakəndə olmadığı vaxt əmisi ona zəng edib şirkətdən mal gəldiyini və həmin malı təhvil alıb akta imza etməyini demişdir. O da şirkətin əməkdaşından malı götürüb təhvil almış və akta da özü qol çəkmişdir. Bəzən aktlarda əmisinin, bəzən də əmisi arvadının adı olmuş, o da malı alıb oraya imza etmişdir. Çünki əmisi anbarın birini öz adına, digərini arvadının adına açmışdır. O, əmisinin hansısa anbarında işləməmişdir. Arada əmisi ondan xahiş etdikdə gedib malı təhvil alıb anbara yığdırmışdır. Əmisiylə şirkətin əməkdaşları arasında baş verən danışıqlar barədə heç bir məlumatı yoxdur. Əmisinin şirkətə borcunun olub-olmaması, əmisinin və əmisi arvadının fəaliyyəti ilə bağlı audit yoxlaması keçirilib-keçirilməməsi, ümumiyyətlə əmisi ilə şirkət arasında baş verən məsələlər barədə heç bir məlumatı yoxdur. Əmisi bu barədə ona heç nə deməmiş, o da əmisindən işləri ilə bağlı heç nə soruşmamışdır. Əmisinin hazırda həmin şirkətlə işləyib-işləməməsini bilmir. Çünki o, Talalar kəndində ərzaq mağazası işlədir və daimi olaraq orada olur. İşin 1-ci cild 11-14,139-142-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş "xxxx" QSC-nin sabiq satıcı-anbardarı Təqsirləndirilən şəxs fəaliyyəti ilə bağlı keçirilmiş xx.xx.2022-ci il tarixli auditor hesabatına görə Təqsirləndirilən şəxs satışa əsasən mədaxil etməli olduğu məbləğ 154251,50 (yüz əlli dörd min iki yüz əlli bir manat əlli qəpik) manat olmasına baxmayaraq sonuncu cəmiyyətin bank hesabına 101959,51 (yüz bir min doqquz yüz əlli doqquz manat əlli bir qəpik) manat vəsait daxil etmiş, bununla da, 52291,99 (əlli iki min iki yüz doxsan bir manat doxsan doqquz qəpik) manat kənarlaşma yaranmışdır. Həmçinin yoxlama nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs maddi məsuliyyətində qalan mallar üzrə 5970,00 kq, yəni cari satış qiymətlərinə uyğun olaraq 7915,00 (yeddi min doqquz yüz on beş manat) manat çatışmazlıq yaranmışdır. Beləliklə, Təqsirləndirilən şəxs toplamda 60206.99 manat kənarlaşması yaranmışdır. "xxxx" QSC-nin sabiq satıcı-anbardarı X13 fəaliyyəti ilə bağlı keçirilmiş xx.xx.2022-ci il tarixli auditor hesabatına görə X2 əsasən mədaxil etməli olduğu məbləğ 127014,30 (yüz iyirmi yeddi min ön dörd manat otuz qəpik) manat olmasına baxmayaraq sonuncu cəmiyyətin bank hesabına 154028,36 (yüz əlli dörd min iyirmi səkkiz manat otuz altı qəpik) manat vəsait daxil etmiş, bununla da, 27014,06 (iyirmi yeddi min ön dörd manat otuz altı qəpik) manat kənarlaşma-artıq ödəmə yaranmışdır. Həmçinin yoxlama nəticəsində müəyyən edilmişdir ki, X13 maddi məsuliyyətində qalan mallar üzrə 12488,78 kq, yəni cari satış qiymətlərinə uyğun olaraq 12111,51 (on iki min yüz on bir manat əlli bir qəpik) manat çatışmazlıq yaranmışdır. Beləliklə, X13 toplamda 14902,55 manat kənarlaşması-artıq ödəməsi yaranmışdır. İşin 2-ci cild 88-89-cu vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş "xxxx" QSC-dən rayon prokurorluğuna xx.xx.2022-ci il tarixdə daxil olmuş məktublardan görünür ki, X15, X25 və X7 ümumiyyətlə şirkətin məhsulları satılmamış, bu səbəbdən də onların şirkətə borcları yoxdur. Araşdırma nəticəsində məlum olmuşdur ki, digər 4 şəxsə mallar Təqsirləndirilən şəxs tərəfindən pərakəndə və nəğd qaydada satılmış, lakin ödənilən vəsait şirkətin hesabına mədaxil edilməmişdir. Onların Təqsirləndirilən şəxs borcları aşağıdakı kimidir: X33 680.7 manat borcu var. Ona cəmi 748.76 manat satış olmuş, 60 manat kart vasitəsilə, 8.06 manat isə nağd qaydada ödənilmişdir. X19 503.5 manat borcu var. Ona cəmi 503.5 manat satış olmuş, lakin ödəniş olunmamışdır. X16 540 manat borcu var. Ona cəmi 540 manat satış olmuş, lakin ödəniş olunmamışdır. X17 635.6 manat borcu var. Ona cəmi 684 manat satış olmuş, 48.4 manat kart vasitəsilə ödənilmişdir. Qeyd edilən məbləğlər Təqsirləndirilən şəxs mənimsədiyi vəsaitə daxil edilmişdir. Bundan başqa,auditor hesabatında da qeyd edildiyi kimi, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində AT00-002988 və AT01-000848 təqdim olunmuş təhvil-təslim aktlarına əsasən 18000 kq olan Ammonium Nitrat/ Evroxim 50 kq və 6150 kq olan Ammonium Nitrat/Rustavi Azot 50 kq şirkətə məxsus olan digər anbarlara təhvil verilmişdir. Təqsirləndirilən şəxs mənimsəmə əməlinə yol verməsi ilə bağlı aparılan hesablamada qeyd edilən mallar nəzərə alınmamışdır. Həmçinin bu mallar Təqsirləndirilən şəxs adına onun etdiyi satış kimi nəzərə alınmamışdır. İşin 3-cü cild 32-33-cü vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş "xxxx" QSC-dən rayon prokurorluğuna xx.xx.2022-ci il tarixdə daxil olmuş məktubdan görünür ki, Şahid5 Balakən rayon prokurorluğuna təqdim etdiyi Təqsirləndirilən şəxsla bağlı olan excel cədvəli şirkətin X31 müdiri Şahid3 tərəfindən hazırlanaraq Təqsirləndirilən şəxs qardaşı Şahid5 göndərilmişdir. Həmin cədvəldə qeyd olunanlarla auditor hesabatı arasında fərqin olmasının səbəbi ondan ibarətdir ki, Təqsirləndirilən şəxs müxtəlif şəxslərə sistem üzərindən satış etmiş, bir müddət sonra malı alanlar həmin malı Təqsirləndirilən şəxs qaytarmış,Təqsirləndirilən şəxs da həmin malları şirkətə sistem üzərindən geriyə qaytarmışdır. Şahid3 sistem üzərindən satış olunmuş və geri qaytarılmış malı həm satış, həm də ödəniş kimi Təqsirləndirilən şəxs fəaliyyəti ilə bağlı hesabat hazırladıqda hesabatda qeyd olunan məsələni göstərməmişdir. Ona görə də Şahid3 Şahid5 göndərdiyi hesabatla auditor hesabatı arasında fərqlər meydana gəlmişdir. Ancaq auditor hesabatında qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs 282120 kq mal göndərilmiş, Təqsirləndirilən şəxs onun 252000 kq-nı satmış, 24150 kq malı digər anbarlara göndərmiş və onun anbarında 5970 kq mal qalmışdır. Təqsirləndirilən şəxs fəaliyyəti ilə bağlı audit yoxlaması zamanı həmin geri qaytarma satış və ödəniş kimi nəzərə alınmamışdır. Anbarda olan malın qiymətləndirməsi arasındakı fərqin səbəbi malların qiymətinin cəmiyyətin satış siyasətinə uyğun olaraq dəyişməsi ilə bağlıdır. Çünki bəzi məhsulların qiyməti zaman keçdikdə ya azalmış, ya da artmışdır. O cümlədən Şahid3 Şahid5 göndərdiyi hesabatda satış olunaraq geri qaytarılmış malın qiyməti ilə bağlı hər hansı qeyd olmadığından Təqsirləndirilən şəxs 163795,50 manatlıq satış etməsi və 111468,33 manat ödəniş etməsi görünür.Lakin audit aktında qeyd olunduğu kimi, Təqsirləndirilən şəxs 154251,50 manatlıq satış edib cəmiyyətin hesabına qeyd olunan məbləği ödəməli olsa da, 101959,51 manat ödəniş etmiş və 52291,99 manat ödənməmiş vəsait qalmışdır.Audit aktında Təqsirləndirilən şəxs borcu Şahid3 hazırladığı hesabatda qeyd olunandan az göstərilmişdir. Bundan əlavə, Rəsulova Leyla ilə bağlı olan excell cədvəli şirkətin X31 müdiri Şahid3 tərəfindən hazırlanaraq Təqsirləndirilən şəxs qardaşı Şahid5 göndərilmişdir.Həmin cədvəl tərəflərindən araşdırılarkən məlum olmuşdur ki, auditor rəyi ilə sözügedən cədvəldə olan rəqəmlərdə fərqlər vardır. Belə ki, X13 adına olan satış nöqtəsinə təhvil-təslim aktları ilə 223 675,00 kq mal təhvil verilmiş və həmin məhsullar Təqsirləndirilən şəxs tərəfindən təhvil alınmışdır.Sonradan Təqsirləndirilən şəxs həyat yoldaşının adından əlavə olaraq 27014,06 manat ödəniş etdiyindən Şahid3 hazırladığı hesabatda göstərilməmişdir.Ona görə də auditor hesabatı ilə Şahid3 hazırladığı hesabat arasında fərq yaranmışdır. Lakin auditor hesabatına nəzər yetirildikdə Leyla Rəsulovanın adından edilmiş ödənişlər dəqiq ve excelldə qeyd olunandan daha artıq göstərilmişdir. Belə ki, auditor hesabatına əsasən 127014,30 mal satılmasına baxmayaraq, faktiki olaraq toplamda 154028,36 manat vəsait daxil olmuşdur. Bu səbəbdən qeyd edilən fərqlər yaranmışdır. İşin 3-cü cild 51-54-cü vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş "xxxx" QSC-dən rayon prokurorluğuna xx.xx.2022-ci il tarixdə daxil olmuş məktubdan görünür ki, təhvil verildiyi tarixin qiymətlərinə görə Təqsirləndirilən şəxs 175860 manat məbləğində 282120 kq mal, X20 139079,82 manat məbləğində 223675 kq mal təhvil verilmişdir. Şirkət tərəfindən təyin olunan satış siyasətinə uyğun olaraq dəyəri 154251,50 manat olan 250250,00 kq mal,1 ədəd endirimli məhsul paketi (1 ədəd “KAMP/Ammofos /Phosagro 10+1” = Ammofos / Apatit / Phosagro (12:52 NP) 50 kq - 550,00 kq) və 4 ədəd endirimli məhsul paketi (KAMP/X54 R1 Semena Stavropolya” = Ammofos / Apatit / Phosagro (12:52 NP) 50 kq - 200,00 kq ; X54 R1 / Semena Stavropolya 50 kq -1000 kq) kənd təsərrüfatı işləri ilə məşğul olan sahibkarlara subsidiya yolu ilə Təqsirləndirilən şəxs tərəfindən satılmışdır. xx.xx.2022-ci il tarixinədək satılan məhsullar əsasında əldə oldunan nağd vəsaitdən "xxxx" ASC-dən alınmış AZ35PAHA40060AZNHC********** İBAN nömrəli hesabdan bank çıxarışına əsasən 34163,00 manat vəsait, həmçınin subsidiya kartlarından "xxxx" ASCdən alınmış AZ75AİİB******************** İBAN nömrəli hesabdan bank çıxarışa əsasən 67796,51 manat vəsait Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətin bank hesablarına mədaxil edilmişdir. İşin 3-cü cild 83-93-cü vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş istintaq zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/8225 saylı ekspert rəyində göstərilmişdir ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs adına olan satış nöqtəsinə 10 çeşiddə müxtəlif məhsullar olmaqla dövrün qiymətlərinə uyğun olaraq ümumilikdə 175.860 manat məbləğində 282120 kq mal verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 0848 nömrəli təhvil-təslim aktı(1-ci cild c.i.v. 35) və xx.xx.2020-ci il tarixli, 2988 nömrəli təhvil-təslim aktına(1-ci cild c.i.v. 36) əsasən Təqsirləndirilən şəxs adına olan satış nöqtəsindən digər anbarlara dövrün qiymətlərinə uyğun müvafiq olaraq 9.900 manat məbləğində 18000 kq olan Ammonium Nitrat-Evroxim 50kq və 3.295,50 manat məbləğində 6150 kq olan Ammonium Nitrat- Rustavi Azot, ümumilikdə 13.159,5 manat məbləğində 24150 kq mal təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli auditor hesabatı və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs adına olan satış nöqtəsinə verilmiş malın dövrün qiymətlərinə uyğun olaraq ümumilikdə 154.251,50 manat məbləğində olan 252000 kq-ı satılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixədək satılan məhsullar əsasında "xxxx" QSC tərəfindən verilən "xxxx" ASC-dən alınmış AZ35PAHA40060AZNHC********** İBAN nömrəli hesabdan bank çıxarışına əsasən nəğd vəsaitdən 34.163 manat vəsait, həmçinin subsidiya kartlarından "xxxx" ASC-dən alınmış AZ75AİİB******************** İBAN nömrəli hesabdan bank çıxarışına əsasən 67.796,51 manat məbləğində vəsait, ümumilikdə isə 101.959,51 manat vəsait Təqsirləndirilən şəxs tərəfindən "xxxx" QSC-nin bank hesablarına mədaxil edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 3659 nömrəli təhvil-təslim aktı(1-ci cild c.i.v. 38) ilə Təqsirləndirilən şəxs adına olan satış nöqtəsinə 5000 kq buğda təhvil verilmiş və həmin vaxtı "xxxx" QSC tərəfindən verilən xx.xx.2022-ci il tarixli “Arayış” məlumatlarına əsasən (1-ci cild c.i.v. 178) buğda məhsulunun dəyəri 1 kq = 1.10 manat məbləğində qeyd olunmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs satış nöqtələrində qalan buğda məhsulu üzrə çatışmazlıq 4.400,00 manat (4000*1.10) məbləğində müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli auditor hesabatı və ona əlavə edilmiş sənədlərə əsasən Təqsirləndirilən şəxs maddi məsuliyyətində qalan mallar üzrə 5970 kq, yəni satış qiymətlərinə uyğun olaraq 9235 manat məbləğində çatışmazlıq müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq təqdim olunmuş iş materiallarında olan auditor hesabatına,cədvəl məlumatlarına,borc qalığına dair qarşılıqlı üzləşdirmə aktları, balans və mühasibat proqramı məlumatlarına əsasən Təqsirləndirilən şəxs adına olan satış nöqtəsianbara təhvil verilmiş malların məbləği və miqdarı, satış olunmuş malların məbləği və miqdarı, kassaya təhvil verilmiş satış pullarının məbləği, digər anbarlara göndərilmiş malların məbləği və miqdarı və Təqsirləndirilən şəxs öhdəsində qalmalı olan malların məbləği və miqdarı müəyyən edilmiş və sabiq satıcı-anbardar Təqsirləndirilən şəxs hesabı üzrə yaranmış çatışmazlıq 61.526,99 manat məbləğində müəyyən edilir. İş materiallarına əsasən X13 adına olan satış nöqtəsinə 11 çeşiddə müxtəlif məhsullar olmaqla dövrün qiymətlərinə uyğun olaraq ümumilikdə 139.079,82 manat məbləğində 223675 kq mal verilmişdir.İş materiallarında olan xx.xx.2022-ci il tarixli auditor hesabatı və ona əlavə edilmiş sənədlərdən görünür ki, X13 adına olan satış nöqtəsinə verilmiş malın dövrün qiymətlərinə uyğun olaraq ümumilikdə 127.014,30 manat məbləğində olan 211186,22 kq-ı satılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixədək satılan məhsullar əsasında "xxxx" QSC tərəfindən verilən "xxxx" ASC-dən alınmış AZ35PAHA40060AZNHC********** İBAN nömrəli hesabdan bank çıxarışına əsasən nəğd vəsaitdən 28.127 manat vəsait, həmçinin subsidiya kartlarından "xxxx" ASC-dən alınmış AZ75AİİB******************** İBAN nömrəli hesabdan bank çıxarışına əsasən 79.106,39 manat məbləğində vəsait, eləcə də,Tapaqro çıxarışına əsasən 46.794,97 manat vəsait, ümumilikdə isə 154.028,36 manat vəsait X32 tərəfindən "xxxx" QSC-nin bank hesablarına mədaxil edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 3656 nömrəli təhvil-təslim aktı(1-ci cild c.i.v. 161) ilə Leyla Rəsulovanın adına olan satış nöqtəsinə 5000 kq buğda təhvil verilmiş və həmin vaxtı "xxxx" QSC tərəfindən verilən xx.xx.2022-ci il tarixli “Arayış” məlumatlarına əsasən (1-ci cild c.i.v. 178) buğda məhsulunun dəyəri 1 kq = 1.10 manat məbləğində qeyd olunmuşdur. Belə olan halda X3 nöqtəsində qalan buğda məhsulu üzrə çatışmazlıq 1.714,04 manat (1558,223 kq kq *1.10) məbləğində müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli auditor hesabatı və ona əlavə edilmiş sənədlərə əsasən X13 maddi məsuliyyətində qalan mallar üzrə 12488,78 kq, yəni satış qiymətlərinə uyğun olaraq 12625,725 manat məbləğində çatışmazlıq müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq təqdim olunmuş iş materiallarında olan auditor hesabatına, cədvəl məlumatlarına, borc qalığına dair qarşılıqlı üzləşdirmə aktları, balans və mühasibat proqramı məlumatlarına əsasən X13 adına olan satış nöqtəsi-anbara təhvil verilmiş malların məbləği və miqdarı, satış olunmuş malların məbləği və miqdarı, kassaya təhvil verilmiş satış pullarının məbləği və miqdarı və Leyla Rəsulovanın öhdəsində qalmalı olan malların məbləği və miqdarı müəyyən edilmiş və sabiq satıcı-anbardar X13 hesabı üzrə yaranmış kənarlaşma – artıq ödəmə 14.388,31 manat məbləğində müəyyən edilir. Şahid4 X33, X19, X17 və X16 adlarına Təqsirləndirilən şəxs götürdüyü malları və X33 355 manat və X17 300 manat ödəniş etməsini nəzərə alaraq Şahid4 Təqsirləndirilən şəxs ümumilikdə 1.704,8 manat borcu müəyyən edilir. Rəyin təsviri hissəsində göstərilənlərə əsasən iş materiallarında öz əskini tapmış yuxarıda qeyd olunan sənədlərdə göstərilən əməliyyatların aparılması istintaq orqanı tərəfindən qəbul olunduğu təqdirdə "xxxx" QSC-nin sabiq satıcı-anbardarı Təqsirləndirilən şəxs hesabı üzrə yaranmış 61.526,99 manat məbləğində və X13 hesabı üzrə yaranmış 14.388,31 manat məbləğində kənarlaşma–artıq ödəməni nəzərə alaraq Təqsirləndirilən şəxs hesabı üzrə yaranmış ümumi çatışmazlıq 47.138.68 manat məbləğində müəyyən edilir. Şahid4 Təqsirləndirilən şəxs olan 1.704,8 manat borcunun Təqsirləndirilən şəxs hesabı üzrə yaranmış 47.138.68 manat məbləğindəki çatışmazlığından silinib-silinməməsi istintaq yolu ilə müəyyən edilməlidir. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. İşin 2-ci cild 216-221-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş istintaq zamanı Şahid5 şahid qismində verdiyi ifadəsinə əlavə etdiyi "xxxx" QSC-nin əməkdaşı Çingiz adlı şəxsin whatsapp vasitəsilə ona göndərdiyi və onun Çingiz adlı şəxsə göndərdiyi səs yazıları, fayl və excel cədvəllərinin olduğu və üzərində “1” rəqəmi yazılmış 01 ədəd diskə, habelə həmin cəmiyyətin bölgə müdiri Toğrul adlı şəxsin whatsapp vasitəsilə ona göndərdiyi və onun Toğrul adlı şəxsə göndərdiyi səs yazıları və excel cədvəllərinin olduğu və üzərində “2” rəqəmi yazılmış 01 ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" QSC-nin əməkdaşı Çingiz adlı şəxsin whatsapp vasitəsilə Şahid5 göndərdiyi və Şahid5 Çingiz adlı şəxsə göndərdiyi səs yazıları, fayl və excel cədvəllərinin olduğu diskin bir üzü ağ rəngli olmaqla digər üzü parıltılı açıq yaşılı rəngdədir və diskin üzərində “1” rəqəmi yazılmışdır. Diskə baxış keçirilmişdir. Belə ki, diskin içərisində 2 ədəd səs yazısı olan fayl, 2 ədəd excel faylı və 1 ədəd word faylı vardır. Səs yazıları olan faylların adı “AUD-20221012-WA0001.opus” və “AUD-20221012-WA0002.opus”, word faylının adı “AZRRSU~1”, excel fayllarının adı “rəsulovlar (1).xlsx” və “R`sulova Leyla.xlsx”-dir.

1. “AUD-20221012-WA0001.opus” adlı faylda olan səs yazısı 22 saniyə davam edir. Həmin səs yazısında bir nəfər kişi danışır. Danışan şəxsin səsi Şahid5 səsinə oxşayır. Danışığın məzmunu isə aşağıdakı kimidir. - Çingiz müəllim salam Balakəndən Faiqdir, Çingiz müəllim bu məsələ həll olunmadımı, bir cavab verərdiz, heç olmasa, heç olmasa, bu terminalların birisini açdırardız, bu terminalla işləyərdik. Terminalı tələsdirən kartları verərdik camaata heç olmasa, xahiş edirəm baxardız bu məsələyə.

2. “AUD-20221012-WA0002.opus” adlı faylda olan səs yazısı 33 saniyə davam edir. Həmin səs yazısında bir nəfər kişi danışır. Danışan şəxsin səsi "xxxx" QSC-nin Pərakəndə satış müdiri Şahid3 səsinə oxşayır. Danışığın məzmunu isə aşağıdakı kimidir. -Salam, salam Faiq. Bizdə neçə müddətdir ki, maliyyənin personalı məzuniyyətdəydi, ona görə hesabat verə bilmirdik.Bugünləri axır ki hesabatı hazırlatdırıb göndərdim Toğrula. Qoy Azər müəllim və Lelya xanım qol çəksinlər, təhvil-təslim aktıdır. Məhsullar Azərin anbarından Leyla xanımın anbarına primişeniya olunmalıdır. Olunsun, tapaqro keçirdək, başla Leyladan silməyə.

3. “AZRRSU~1” word faylına baxış zamanı müəyyən edildi ki, faylda təhvil-təslim aktı öz əksini tapmışdır. Həmin aktda "xxxx" QSC-nin adının qeyd olunması nəzərdə tutulan satıcı anbardarının cəmiyyətin adının qeyd olunması nəzərdə tutulan digər satıcı anbardarına aşağıda qeyd edilən malları təhvil alması, Təhvil alanın isə həmin malları Təhvil verəndən təhvil alması göstərilmişdir. Həmin mallar aşağıdakılar: Ölç № Malların (iş və xidmətlərin) adı ü Miqdarı vahidi 1 Ammofos / Apatit / Phosagro (12:52 NP) 50 kq, kq 6284,72 2 Ammonium Nitrat / Evroxim (34.4% AN) 50 kq, kq 28550 3 X54 R1 / Semena Stavropolya 50 kq, kq 4 000,00 4 Nitroammofos / Minudobreniya (NPK 16-16-16) 50 kq, kq 15 100,00 5 Nitroammofos/ Dorogobuj (NPK 16-16-16) 50 kq, kq 29 000,00 6 X40 PG 9A / Freudenberger 10 kq, kq 10,00 7 X72 / Freudenberger 10 kq, kq 100,00 8 X57 PGFU 8 / Freudenberger 10 kq, kq 10,00 Cəmi 79 070,00

4. “rəsulovlar (1).xlsx” adlı excel faylına baxış zamanı müəyyən edildi ki, excel faylı “Hesabat”, “Gələn mallar”, “Anbarda olan malın qiymətləndir”, “Satış”, “Debitor borcu”, “Satış sənədləri” və “Sheet2” adlı hissələrdən ibarətdir. İ. “Hesabat” adlı hissədə aşağıdakılar qeyd olunmuşdur: Şəki Təqsirləndirilən şəxs/1670 m2/Balakən gələn Mal Sum of Sa Nomenklatura Koliçestvo tış Qalıq Ammofos / Apatit / Phosagro (12:52 31 NP) 50 kq 5000 50 1850 Ammonium Nitrat / Evroxim (34.4% 30 AN) 50 kq 30000 000 0 Ammonium Nitrat / Minudobreniya 95 (34.4% AN) 50 kq 95850 850 0 Ammonium Nitrat / Rustavi Azot 53 (34.4% AN) 50 kq 60000 850 0 10 4 000, X54 R1 / Semena Stavropolya 50 kq 5000 00 000 Nitroammofos / Minudobreniya (NPK 54 16-16-16) 50 kq 54700 700 0 Nitroammofos/ Dorogobuj (NPK 16- 31 16-16) 50 kq 31450 450 0 X40 PG 9A / Freudenberger 10 kq 10 0 10 X72 / Freudenberger 10 kq 100 0 100 X57 PGFU 8 / Freudenberger 10 kq 10 0 10 Grand Total 282120

Satılan Mallar Sum of Nomenklatura Koliçestvo Ammofos / Apatit / Phosagro (12:52 NP) 50 kq 2400 Ammonium Nitrat / Evroxim (34.4% AN) 50 kq 30000 Ammonium Nitrat / Minudobreniya (34.4% AN) 50 kq 95850 Ammonium Nitrat / Rustavi Azot (34.4% AN) 50 kq 53850 KAMP/Ammofos / Phosagro 10+1 1 KAMP/X54 R1 Semena Stavropolya 4 Nitroammofos / Minudobreniya (NPK 16-16-16) 50 kq 54700 Nitroammofos/ Dorogobuj (NPK 16- 16-16) 50 kq 31450 Grand Total 268255

İİ. “Gələn mallar” adlı hissədə Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə göndərilmiş məhsulların miqdarı aşağıdakı şəkildə göstərilmişdir:

Ammofos / Apatit / Phosagro (12:52 k 2 NP) 50 kq q 500,000 Ammofos / Apatit / Phosagro (12:52 k 2 NP) 50 kq q 500,000 Ammonium Nitrat / Evroxim (34.4% k 30 AN) 50 kq q 000,000 Ammonium Nitrat / Minudobreniya k 32 (34.4% AN) 50 kq q 100,000 Ammonium Nitrat / Minudobreniya k 31 (34.4% AN) 50 kq q 750,000 Ammonium Nitrat / Minudobreniya k 32 (34.4% AN) 50 kq q 000,000 Ammonium Nitrat / Rustavi Azot k 20 (34.4% AN) 50 kq q 000,000 Ammonium Nitrat / Rustavi Azot k 20 (34.4% AN) 50 kq q 000,000 Ammonium Nitrat / Rustavi Azot k 20 (34.4% AN) 50 kq q 000,000 X54 R1 / Semena Stavropolya 50 kq k 5 q 000,000 Nitroammofos / Minudobreniya (NPK k 5 16-16-16) 50 kq q 400,000 Nitroammofos / Minudobreniya (NPK k 20 16-16-16) 50 kq q 000,000 Nitroammofos / Minudobreniya (NPK k 20 16-16-16) 50 kq q 000,000 Nitroammofos / Minudobreniya (NPK k 9 16-16-16) 50 kq q 300,000 Nitroammofos/ Dorogobuj (NPK 16- k 2 16-16) 50 kq q 100,000 Nitroammofos/ Dorogobuj (NPK 16- k 19 16-16) 50 kq q 000,000 Nitroammofos/ Dorogobuj (NPK 16- k 10 16-16) 50 kq q 350,000 X40 PG 9A / Freudenberger 10 kq k 10,00 q 0 X72 / Freudenberger 10 kq k 100,0 q 00 X57 PGFU 8 / Freudenberger 10 kq k 10,00 q 0

İİİ. “Anbarda olan malın qiymətləndir” adlı hissədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs anbarında 7965 manat dəyərində 5970 kq olan məhsullar, yəni 2035 manat dəyərində 1850 kq olan Ammofos /Apatit/Phosagro(12:52 NP)50 kq, 3600 manat manat dəyərində 4000 kq olan X54 R1/Semena Stavropolya 50 kq, 120 manat dəyərində 10 kq olan X40 PG 9A/Freudenberger 10 kq, 1800 manat dəyərində 100 kq olan X72/Freudenberger 10 kq və 140 manat dəyərində 10 kq olan X57 PGFU 8 / Freudenberger 10 kq vardır. İV. “Satış” adlı hissədə hesabatın xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə etməsi və aşağıdakılar qeyd olunmuşdur.

Şəki Təqsirləndirilən şəxs/1670 m2/Balakən Şəki nümayəndəliyi Sklad Podrazdelenie Nomenklatura Data Ü Summa ustanovka üen ena Koliçestvo vıruçki Ammofos / Apatit / Phosagro xx.xx.2020 0, 588 (12:52 NP) 50 kq 98 600,00 Ammofos / Apatit / Phosagro xx.xx.2020 0, 582 (12:52 NP) 50 kq 97 600,00 Ammofos / Apatit / Phosagro xx.xx.2020 0, 1 1116 (12:52 NP) 50 kq 93 200,00 Ammonium Nitrat / Evroxim xx.xx.2021 0, 30 15900 (34.4% AN) 50 kq 53 000,00 Ammonium Nitrat / xx.xx.2020 0, 95 53676 Minudobreniya (34.4% AN) 50 kq 56 850,00 Ammonium Nitrat / Rustavi Azot xx.xx.2020 0, 53 28540,5 (34.4% AN) 50 kq 53 850,00 KAMP/Ammofos / Phosagro xx.xx.2020 4 1,00 465 10+1 65 KAMP/X54 R1 Semena xx.xx.2020 2 4,00 900 Stavropolya 25 Nitroammofos / Minudobreniya xx.xx.2020 0, 54 39384 (NPK 16-16-16) 50 kq 72 700,00 Nitroammofos/ Dorogobuj (NPK xx.xx.2020 0, 31 22644 16-16-16) 50 kq 72 450,00

163795,5 V. “Debitor borcu” adlı hissədə hesabatın xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə etməsi və Təqsirləndirilən şəxs etdiyi satış, ödəniş və borcu aşağıdakı kimi qeyd edilmişdir. Uveliçeni Umenğşe Koneçnıy ostatok Salğdo e dolqa nie dolqa dolqa klienta klienta Dolq Naş dolq (koneçnoe) klienta

163 111 52 445,60 118,43 52 327,17 795,50 468,33 163 111 52 445,60 118,43 52 327,17 795,50 468,33 163 111 52 445,60 118,43 52 327,17 795,50 468,33 163 111 52 445,60 118,43 52 327,17 795,50 468,33 163 111 52 445,60 118,43 52 327,17 795,50 468,33

Vİ. “Satış sənədləri” adlı hissədə müxtəlif şəxslərə müxtəlif tarixlərdə satış olunması qeyd olunmuşdur. Vİİ. “Sheet2” adlı hissədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs anbarındakı faktiki qalıq 7695 manat dəyərindədir, debitor qaytarma isə 52327,18 manatdır.

5. “R`sulova Leyla.xlsx” adlı excel faylında aşağıdakılar göstərilmişdir: X68/Balakən Şəki nümayəndəliyi Ammofos / Apatit / Phosagro (12:52 xx.xx.2020 0, 650 630,5 NP) 50 kq 97 Ammofos / Apatit / Phosagro (12:52 xx.xx.2020 0, 5 450,0 5 068,50 NP) 50 kq 93 00 Ammofos / Apatit / Phosagro (12:52 xx.xx.2021 1, 5 311,2 4 939,73 NP) 50 kq 1 41 Ammofos / Evroxim (12:52 NP) 50 kq xx.xx.2020 0, 550 511,5 93 Ammofos / Evroxim (12:52 NP) 50 kq xx.xx.2021 1, 4 486,7 4 172,90 1 63 Ammonium Nitrat / Evroxim (34.4% xx.xx.2021 0, 550 291,5 AN) 50 kq 53 Ammonium Nitrat / Minudobreniya xx.xx.2020 0, 96 044, 53 784,64 (34.4% AN) 50 kq 56 000 Ammonium Nitrat / Minudobreniya xx.xx.2020 0, 6 3,18 (34.4% AN) 50 kq 53 Ammonium Nitrat / Rustavi Azot xx.xx.2020 0, 33 800, 17 914,00 (34.4% AN) 50 kq 53 000 X63 R1 / Semena Stavropolya 45 kq xx.xx.2020 0, 1 800,0 1 620,00 9 00 X54 R1 / Semena Stavropolya 50 kq xx.xx.2020 1, 951 1 046,10 1 X54 R1 / Semena Stavropolya 50 kq xx.xx.2020 0, 240,777 216,7 9 KAMP/X63 X41 xx.xx.2020 24 18 4 455,02 7,5 KAMP/X63 R1 Semena Stavropolya xx.xx.2020 20 15 3 037,50 2,5 KAMP/Azot Rustavi 4+1 xx.xx.2020 10 2 212 6 KAMP/Azot Rustavi 5+1 xx.xx.2020 13 2 265 2,5 KAMP/X54 R1 Semena Stavropolya xx.xx.2020 22 5 1 125,00 5 Karbamid Marka B / SOCAR 40 kq xx.xx.2020 0, 3 520,0 1 724,81 49 00 Nitroammofos / Minudobreniya (NPK xx.xx.2020 0, 25 500, 18 360,00 16-16-16) 50 kq 72 000 Nitroammofos / Minudobreniya (NPK xx.xx.2021 0, 2 000,0 1 439,92 16-16-16) 50 kq 82 00 Nitroammofos/ Dorogobuj (NPK 16- xx.xx.2020 0, 7 500,0 5 400,00 16-16) 50 kq 72 00 Nitroammofos/ Dorogobuj (NPK 16- xx.xx.2021 0, 2 089,5 1 505,25 16-16) 50 kq 82 90

Bundan başqa, "xxxx" QSC-nin bölgə müdiri Toğrul adlı şəxsin whatsapp vasitəsilə Şahid5 göndərdiyi və Şahid5 Toğrul adlı şəxsə göndərdiyi səs yazıları və excel cədvəllərinin olduğu diskin bir üzü ağ rəngli olmaqla digər üzü parıltılı açıq yaşılı rəngdədir və üzərində “2” rəqəmi vardır. Diski xidməti istifadəmdə olan stolüstü kompüterin “Dell” markalı prosessoruna daxil etdikdən sonra “Dell” markalı monitora gələn məlumatlara baxış keçirməyə başladım. Belə ki, diskin içərisində 6 ədəd səs yazısı olan fayl və 6 ədəd excel faylı vardır. Səs yazıları olan faylların adı “AUD-20221018-WA0002.opus”, “AUD- 20221018-WA0003.opus”, “AUD-20221018-WA0004.opus”, “AUD-20221018- WA0005.opus”, “AUD-20221018-WA0006.opus”, “AUD-20221018-WA0007.opus” və “AUD-20221018-WA0008.opus”, excel fayllarının adı “Təqsirləndirilən şəxs Final.xlsx”, “Azər.xlsx”, “Leyla.xlsx”, “Təqsirləndirilən şəxs (3).xlsx”, “rəsulovlar (1).xlsx” və “R`sulova Leyla.xlsx”-dir.

1. “AUD-20221018-WA0002.opus” adlı faylda olan səs yazısı 15 saniyə davam edir. Həmin səs yazısında bir nəfər kişi danışır. Danışan şəxsin səsi Şahid5 səsinə oxşayır. Danışığın məzmunu isə aşağıdakı kimidir. - Salam əleykum. Toğrul nətərsən, necəsiniz, nə var, nə yox? Bu şirkətə dünəndən zəng edirəm, heç kəs telefonunu açmır. Səbəb nədir bilmək olarmı?

2. “AUD-20221018-WA0003.opus” adlı faylda olan səs yazısı 14 saniyə davam edir. Həmin səs yazısında bir nəfər kişi danışır. Danışan şəxsin səsi "xxxx" QSC-nin İmişli və Bərdə regionları üzrə bölgə müdiri (əvvəllər Şəki regionu üzrə bölgə müdiri) Şahid1 səsinə oxşayır. Danışığın məzmunu isə aşağıdakı kimidir. - Vallah öyrənsən Faiq, mənə də deyərsən.Day bezmişəm. Bugün də yazmışam Çingiz müəllimə, indi atıram sənə Whatsappda skrin edib, nə oldu sənəd göndərməli idi, cavab gəlmədi axı, heç nə boş.

3. “AUD-20221018-WA0004.opus” adlı faylda olan səs yazısı 27 saniyə davam edir. Həmin səs yazısında bir nəfər kişi danışır. Danışan şəxsin səsi Şahid5 səsinə oxşayır. Danışığın məzmunu isə aşağıdakı kimidir. - Müəllim bir dənə siz bir onunla danışardınız. Bax burda Azgübrədən terminalla silirlər pulu.Heç olmasa bu tələsdirənləri, kartı istəyənləri bu terminalları açardı, terminalla silərdim də. Qalanını yenə sonra yoluna qoymaq olardı da. Bir dənə onu danış. Mən bugün Çingiz müəllimə zəng elədim, telefonumu açmadı. Deyərdiz bir dənə terminalları açardılar, terminalla o pulları silərdim kartı tələsdirənləri. Geri qalan da qalardı da.

4. “AUD-20221018-WA0005.opus” adlı faylda olan səs yazısı 7 saniyə davam edir. Həmin səs yazısında bir nəfər kişi danışır. Danışan şəxsin səsi "xxxx" QSC-nin İmişli və Bərdə regionları üzrə bölgə müdiri (əvvəllər Şəki regionu üzrə bölgə müdiri) Şahid1 səsinə oxşayır. Danışığın məzmunu isə aşağıdakı kimidir. - Faiq qoy zəng edim görüm mənim zəngimi açacaq ya yox.Ən yaxşısı odur sən ordan sıfırla, bunlar Bakıdan işləsin.

5. “AUD-20221018-WA0006.opus” adlı faylda olan səs yazısı 12 saniyə davam edir. Həmin səs yazısında bir nəfər kişi danışır. Danışan şəxsin səsi "xxxx" QSC-nin İmişli və Bərdə regionları üzrə bölgə müdiri Şahid1 səsinə oxşayır. Danışığın məzmunu isə aşağıdakı kimidir. - Faiq bəy bir dənə buna baxarsınız. Bakıdan göndərdilər. Debitor borcudu, qalan maldı, burada yazılıb. Baxarsınız. Yarıyırsa, bunu şey edək.

5. “AUD-20221018-WA0007.opus” adlı faylda olan səs yazısı 4 saniyə davam edir. Həmin səs yazısında bir nəfər kişi danışır. Danışan şəxsin səsi "xxxx" QSC-nin İmişli və Bərdə regionları üzrə bölgə müdiri (əvvəllər Şəki regionu üzrə bölgə müdiri) Şahid1 səsinə oxşayır. Danışığın məzmunu isə aşağıdakı kimidir. - Faiq qaqa bir dənə buna bax. Bunu da təzə atdılar bu siyahını mənə. Bir dənə bax qardaşımsan.

6. “AUD-20221018-WA0008.opus” adlı faylda olan səs yazısı 3 saniyə davam edir. Həmin səs yazısında bir nəfər kişi danışır. Danışan şəxsin səsi "xxxx" QSC-nin İmişli və Bərdə regionları üzrə bölgə müdiri (əvvəllər Şəki regionu üzrə bölgə müdiri) Şahid1 səsinə oxşayır. Danışığın məzmunu isə aşağıdakı kimidir. - Faiq bax bu siyahıdı. Bir dənə bax qardaşım.

7. “Təqsirləndirilən şəxs Final.xlsx” adlı excel faylına baxış zamanı müəyyən olundu ki, fayla daxil olduqda başlıq hissəsində “Təqsirləndirilən şəxs Debitor” sözləri yazılmışdır. Fayl cədvəl şəklindədir və cədvəl “Müştərinin adı”, “Müştərinin FİN-i”, “Müştərinin kart kodu”, “Borc”, “Malın adı” və “Malın çəkisi” adlı qrafalara bölünmüşdür. Cədvəldə qeyd olunan borc hesablandıqda borcun 52329 manat olması aşkar olundu. Həmin cədvələ baxış zamanı Təqsirləndirilən şəxs özünün 8136 manat və 2988 manat olmaqla cəmi 11124 manat borcunun olması, X10 756 manat borcunun olması müşahidə edildi. X6 Rəsulovun qardaşıdır.

8. “Azər.xlsx” adlı excel faylına baxış zamanı daxil olan malın miqdarının hesablandıqda 216020 kq olması, 163795,50 manat satış olunması, geri qaytarmanın olmaması, 67796,51 manat pos-terminaldan mədaxilin olması, Tapaqro mədaxilinin olmaması, 34162,55 manat nəğd mədaxilin olması aşkar olundu.

9. “Leyla.xlsx” adlı excel faylına baxış zamanı müəyyən edildi ki, daxil olan malın miqdarının hesablandıqda 171925 kq olması, 127723,50 manat satış olunması, geri qaytarmanın 14727,6 manat olması, 78926,39 manat pos-terminaldan mədaxilin olması, Tapaqro mədaxilin 14206,1 manat olması, 29711,68 manat nəğd mədaxilin olması aşkar olundu.

10. “Təqsirləndirilən şəxs (3).xlsx adlı excel faylına baxış zamanı faylın yuxarı hissəsində Təqsirləndirilən şəxs sözlərinin yazılması müəyyən edildi. Fayl cədvəl şəklindədir, Cədvəl “Musderi”, “Problem” və “Kartdan çıxan vəsait” adlı 3 hissədən ibarətdir. “Musderi” adlı hissədə 100 nəfər borcu olan şəxslərin adları, “Problem” adlı hissədə onların adlarına müxtəlif məbləğlərdə satış vurulub, lakin kartdan vəsaitin çıxarılmadığı, “Kartdan çıxan vəsait” adlı hissədə satış vurulmuş vəsaitlərin kartlardan çıxarılması göstərilmişdir. Həmin borc hesablandıqda 52329 manat oldu.

11. “rəsulovlar (1).xlsx” və “R`sulova Leyla.xlsx” adlı excel faylları ilkin diskdə olan excel fayllarının eynisidir. İşin 2-ci cild 36-40-cı vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş istintaq zamanı Təqsirləndirilən şəxs və X13 adlarına olan satış nöqtələrinəanbarlara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına olan satış nöqtəsində-anbarda "xxxx" QSC-yə məxsus məhsul aşkar edilməmişdir. X13 adına olan satış nöqtəsində-anbarda aşağıdakı məhsullar aşkar edilmişdir.

1. Buğda - 50 kq-lıq 107 kisə, təxminən dağılmış halda 4 kisə cəmi 111 kisə

2. Rustavi Azotu- 50 kq-lıq 23 kisə

3. Cəmən otu – 2 kisə

4. Yonca toxumu - 10 kisə

5. Ammofos Evroxim – 50 kq-lıq 5 kisə

6. Karbamid- 40 kq-lıq 70 kisə

7. Ammosfos apatit – 50 kq-lıq 12 kisə İşin 2-ci cild, 84-86, 252-253-cü vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş "xxxx" ASC-dən rayon prokurorluğuna xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə daxil olmuş məktublardan görünür ki, X3 nöqtəsinə keçirilən baxış zamanı satış nöqtəsində aşkar olunmuş məhsullarla faktiki olaraq anbarda qalmalı olan məhsullar uyğunluq təşkil etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs anbarında qalmalı olan 7915 manat dəyərindəki 5970 kq mallar aşağıdakılar:

1. 37 kisə 50kq-lıq Ammosfos/Apatit–2775 manat dəyərində 1850 kq(1 kq-1.5 manat)

2. 80 kisə 50kq-lıq Buğda toxumu–3080 manat dəyərində 4000 kq(1 kq-0,77 manat)

3. 1 kisə 10kq-lıq Qarışıq Çəmənotu –120 manat dəyərində 10 kq(1 kq-12 manat)

4. 10 kisə 10kq-lıq Qarışıq Çəmənotu –1800 manat dəyərində 100 kq(1 kq-18 manat)

5. 1 kisə 10kq-lıq X55–140 manat dəyərində 10 kq(1 kq-14 manat) X22 anbarında qalmalı olan 12111,51 manat dəyərində 12488,789 kq mallar aşağıdakılar:

1. 26,04 kisə 50kq-lıq Ammosfos/Apatit–1953,02 manat dəyərində 1302,008kq(1kq-1.5 man)

2. 15,49 kisə 50kq-lıq Ammosfos/Evroxim–1161,72 manat dəyərində 774,484kq(1kq- 1.5 man)

3. 0,1 kisə 50kq-lıq Ammonium Nitrat/Evroxim–3,45 manat dəyərində 5 kq(1 kq-0,69 manat)

4. 25 kisə 50kq-lıq Ammonium Nitrat/Rustavi Azot–862,5 manat dəyərində 1250 kq(1 kq-0,69 manat)

5. 31,164 kisə 50kq-lıq Buğda toxumu–1199,83 manat dəyərində 1558,223kq(1kq-0,77 manat)

6. 61,631 kisə 50kq-lıq Karbamid –1509,95 manat dəyərində 3081,531 kq(1 kq-0,49 manat)

7. 2,454 kisə 50kq-lıq Minudobreniya –147,26 manat dəyərində 122,723 kq(1 kq-1.2 manat)

8. 87,896 kisə 50kq-lıq Dorogobuj –5273,78 manat dəyərində 4394,820 kq(1 kq-1.2 manat) Şirkətin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və Rəsulova Leylanın satış nöqtələrinə baxış keçirilərək orda olan məhsullar götürmək istədikləri zaman həmin şəxslər buna şərait yaratmamışlar.Bu barədə orada olan şirkətin əməkdaşları tərəfindən polisə (102 çağrı mərkəzinə) məlumat verilmişdir. İşin 3-cü cild, 96-cı vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş "xxxx" ASC-dən rayon prokurorluğuna xx.xx.2022-ci il tarixdə daxil olmuş məktubdan görünür ki, X13 adına olan satış nöqtəsinə baxış zamanı aşkar olunmuş malların məbləği cəmiyyətin satış qiymətlərinə uyğun olaraq cəmi 11603,45 manatdır və aşağıdakı kimidir:

1. 50 kq-lıq 111 kisə Buğda- 5500 kq *1.1=6105 manat

2. 50 kq-lıq 23 kisə Ammonium Nitrat/Rustavi Azot - 1150 kq * 0,69=793,5 manat

3. 10 kq-lıq 1 kisə X40 PG 9A - 10 kq * 12=120 manat

4. 10 kq-lıq 10 kisə Yonca toxumu - 100 kq * 18=1800 manat

5. 50 kq-lıq 5 kisə Ammofos/Evroxim 250 kq * 1,5=375 manat

6. 40 kq-lıq 61,631 kisə Karbamid Marka B - 3081,531 kq * 0,49=1509,95 manat

7. 50 kq-lıq 12 kisə Ammofos/Apatit/Phosagro - 600 kq * 1,5 = 900 manat Həmçinin Təqsirləndirilən şəxs 2 kisə yox, cəmi 1 kisə X40 PG 9A verilmişdir. Eləcə də, Leyla Rəsulovanın adına olan satış nöqtəsində 70 kisə yox, 61,631 kisə Karbamid Marka B məhsulu qalmalı imiş. İşin 1-ci cild, 15-23,144-152-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş 13 aprel 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X23 ilə bağlamış olduğu həmin müqaviləyə əsasən QSC-də anbardar-satıcı vəzifəsinə işə götürülmüşdür. İşin 1-ci cild, 15-23,144-152-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş 28 aprel 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, X32 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X23 ilə bağlamış olduğu həmin müqaviləyə əsasən QSC-də anbardar-satıcı vəzifəsinə işə götürülmüşdür. İşin 1-ci cild, 15-23,144-152-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, "xxxx" QSC-nin direktoru X23 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 13 aprel 2020-ci il tarixli əmək müqaviləsi elektron informasiya sistemində qeydə alınmışdır. İşin 1-ci cild, 15-23,144-152-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, "xxxx" QSC-nin direktoru X23 ilə X32 arasında bağlanmış 28 aprel 2020-ci il tarixli əmək müqaviləsi elektron informasiya sistemində qeydə alınmışdır. İşin 1-ci cild, 24-25,153-154-cü vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş 13 aprel 2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" QSC-nin direktoru X23 ilə bağlamış olduğu həmin müqaviləyə əsasən tam məsuliyyətlə inzibati idarə heyəti tərəfindən ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlamağı, görüləcək işləri layiqincə yerinə yetirməyi, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmağı, heç bir halda idarəyə,müəssisəyə və təşkilata ziyan vurmamağı,ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmağı, müəssisə,idarə və təşkilatın rəhbərliyinə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə vaxtlı-vaxtında məlumat verməyi və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmağı, ona həvalə edilmiş maddi dəyərlilərin inventarizasiyasında iştirak etməyi öhdəsinə götürmüşdür. İş materialarında olan 28 aprel 2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, X32 "xxxx" QSC-nin direktoru X23 ilə bağlamış olduğu həmin müqaviləyə əsasən tam məsuliyyətlə inzibati idarə heyəti tərəfindən ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlamağı, görüləcək işləri layiqincə yerinə yetirməyi, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmağı, heç bir halda idarəyə,müəssisəyə və təşkilata ziyan vurmamağı,ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmağı, müəssisə, idarə və təşkilatın rəhbərliyinə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə vaxtlıvaxtında məlumat verməyi və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmağı,ona həvalə edilmiş maddi dəyərlilərin inventarizasiyasında iştirak etməyi öhdəsinə götürmüşdür. İşin 2-ci cild, 82,108-109-cu vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş "xxxx" MMC-dən rayon prokurorluğuna daxil olmuş məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində "xxxx" QSC tərəfindən 272038 və 272039 nömrəli qaimələr ilə göndərilən Balakən rayonu Qazma kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs və X26 aid olan məktublar "xxxx" MMC-nin kuryeri Vəli Alvasov tərəfindən götürülmüş, ********* izləmə kodu ilə həmin ünvana aparılmışdır. Qeyd edilən məktublar təyinatı üzrə aparılmış və xx.xx.2022-ci il tarixdə həmin ünvanda ailə üzvü (oğlu Natiq Rəsulov) tərəfindən qəbul edilmişdir. İstintaq zamanı Balakən rayon X61 kənd poçt filialının poçtalyonu X18 ifadəsinə əlavə etdiyi çatdırma vərəqəsində göstərilmişdir ki,xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs evdə tapılmadığı üçün məktublar ailəsinə verilmişdir. İşin 2-ci cild, 87-88-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş "xxxx" QSC-dən rayon prokurorluğuna xx.xx.2022-ci il tarixdə daxil olmuş məktublardan görünür ki, X13 adına açılmış “Tapaqro” sistemi xx.xx.2022-ci il tarixdən etibarən bağlıdır.Həmçinin Təqsirləndirilən şəxs hazırki vəziyyətdə pos-terminal, Tapaqro, yaxud digər vasitələr ilə ödəniş etmək, eləcə də, fermer kartlarında olan pulları cəmiyyətin hesabına köçürmək imkanı yoxdur. Habelə Təqsirləndirilən şəxs “Tapaqro” sistemi vasitəsilə ödəniş etməmişdir. Çünki şirkət tərəfindən onun üçün “Tapaqro” sistemi aktiv edilməmişdir. Buna səbəb odur ki, “Tapaqro” sistemi fəaliyyətə başlayan zaman Təqsirləndirilən şəxs anbarında kəsirlərin olduğu aşkarlanmışdır. xx.xx.2020-ci il tarixdən hazırki vaxtadək Təqsirləndirilən şəxs Kapital Bank vasitəsilə etdiyi ödənişin cəmi məbləği 67796,51 manat təşkil edir. İşin 2-ci cild, 176-180-cı vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş "xxxx" QSC-dən rayon prokurorluğuna xx.xx.2022-ci il tarixdə daxil olmuş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən 2021-ci ilin mart ayına qədər olan müddət ərzində məhsulların satışından şirkətə 1764 manat borcu olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs öz qardaşına, yəni X11 həmin dövrdə 1536 manatlıq mal satmış, lakin 756 manat ödənilməmişdir(həmin məbləğ hazırki vaxtadək də ödənilməmişdir).Bundan əlavə,Təqsirləndirilən şəxs X27 həmin dövrdə 1440 manatlıq mal satmış, lakin 1008 manat ödənilməmişdir. X1 xx.xx.2020-ci il tarixdən 2021-ci ilin mart ayına qədər olan müddət ərzində məhsulların satışından şirkətə 2430 manat borcu olmuşdur. Belə ki, X32 öz həyat yoldaşına, yəni Təqsirləndirilən şəxs həmin dövrdə 10920 manatlıq mal satmış, lakin 2430 manat ödənilməmişdir(həmin məbləğ hazırki vaxtadək də ödənilməmişdir). Bununla yanaşı, işə qəbul olunan zaman həm Təqsirləndirilən şəxs, həm də X20 Kapital Banka məxsus olub şirkətin istifadəsində olan pos-terminallar və “Caspos” adlı nəzarət-kassa aparatları təhvil verilmişdir. “Caspos" adlı nəzarət-kassa aparatlarının birinin qiyməti 334,12 manatdır. Qeyd edilən şəxslər işdən çıxarılmalarına baxmayaraq qeyd edilən avadanlıqları hələ də şirkətə təhvil verməmişlər. Bundan başqa, şirkət işə qəbul olunmağa görə əməkdaşlardan hər hansı bir ödəniş tələb etmir. İşin 3-cü cild, 32-34-cü vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş "xxxx" QSC-dən rayon prokurorluğuna xx.xx.2022-ci il tarixdə daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs özü-özünə 16190,50 manatlıq məhsul satmış, 9028,54 manat ödəniş etmiş və onun 7161,96 manat borcu qalmışdır.Habelə Təqsirləndirilən şəxs qardaşı X11 1311 manatlıq məhsul satılmış, 555 manat ödəniş olunmuş və onun 756 manat borcu qalmışdır. Eyni zamanda, X12 şirkətin Şəki regional bölgəsi üzrə satış təmsilçisi vəzifəsində çalışmışdır. Sorğuda adı qeyd olunan Əhməd adlı şəxs isə hazırda şirkətin Şəki regional bölgəsi üzrə anbardar vəzifəsində işləyən X28r. X36 müvafiq satış nöqtələrindən nağd satış əməliyyatı üzrə pul vəsaitlərini (həmin vəsaitlər arasında 2 ədəd 1000 manat da var) müxtəlif vaxtlarda şirkətin kassa hesabına mədaxil edilməsi üçün X4 (X12 həmin vəsaitlərin təyinatını bildirməmişdir) almış və şirkətin kassa hesabına mədaxil etmişdir. İşin 3-cü cild, 96-98-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş "xxxx" ASC-dən rayon prokurorluğuna xx.xx.2022-ci il tarixdə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs və X32 ilə bağlanmış əmək müqavilələrinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İşin 3-cu cild, 178 184-cü vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş "xxxx" ASC-dən rayon prokurorluğuna xx.xx.2022-ci il tarixdə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə vurulmuş maddi ziyanın 4349 manatlıq hissəsini ödəmişdir. "xxxx" ASC-dən rayon prokurorluğuna xx.xx.2022-ci il tarixdə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə vurulmuş maddi ziyanın 15651,48 manatlıq hissəsini ödəmişdir. İşin 2-ci cild, 121-126-cı vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-dən rayon prokurorluğuna göndərilmiş "xxxx" MMC-nin əməkdaşı Şahid1 DİN-nin “102” xidmətinə müraciəti əsasında toplanmış materialdan görünür ki, Şahid1 xx.xx.2021-ci il tarixdə Balakən RPŞ-yə ərizə ilə müraciət edərək həmin tarixdə saat 16 radələrində Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən mağazada olduğu zaman Təqsirləndirilən şəxsla borc üstündə mübahisəsi yaranmışdır. İşin 2-ci cild, 77-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon X24 Hüquqi Şəxsdən rayon prokurorluğuna daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin psixiatriya və narkoloji kabinetlərində qeydiyyatda olmamış və onun hər hansı bir xəstəliklə bağlı müraciət etməsi barədə qeydiyyatı tapılmamışdır. İşin 2-ci cild, 81-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Şəki rayon Psixiatriya Xəstəxanasından rayon prokurorluğuna daxil olmuş məktubdan görünür ki,Təqsirləndirilən şəxs xəstəxananın dispanser müşahidəsində olmamışdır. İşin 2-ci cild, 83-cü vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Respublika Psixiatriya Xəstəxanası X56 rayon prokurorluğuna daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adı çəkilən xəstəxanada müalicə olmamışdır. İşin 2-ci cild,120-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Respublika Narkoloji Mərkəzi X56 rayon prokurorluğuna daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adı çəkilən xəstəxanada müalicə olmamış və qeydiyyatda olmamışdır. İşin 2-ci cild,185-186-cı vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən rayon prokurorluğuna daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adında “77BN577” dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GL500” markalı minik avtomobil, “08BK299” dövlət qeydiyyat nişanlı, “DAF FTFX 105.460T”” markalı yük avtomobili və “08ZA047” dövlət qeydiyyat nişanlı,“Kelberg” markalı yarımqoşqu qeydiyyatdan keçmişdir. İşin 3-cü cild,35-36-cı vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən rayon prokurorluğuna daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına dövlət reyestrində Balakən rayonu Qazma kəndində fərdi yaşayış evi, 0,05 ha, 1,06 ha, 1,93 ha, 0,778 ha, 1,39 ha, 0,41 ha, 0,38 ha, 0,255 ha, 0,22 ha, 1,308 ha, 1,04 ha, 0,13 ha, 1,12 ha, 0,387 ha, 0,416 ha, 0,89 ha, 2,58 ha, 1,226 ha, 1,226 ha, 0,456 ha, 1,16 ha, 0,937 ha, 1,57 ha, 0,69 ha,1 ha, 1,42 ha, 2,54 ha, 0,976 ha, 1,638 ha, 0,61 ha, 1,44 ha, 1,04 ha, 1,39 ha,1,288 ha, 1 ha, 0,96 ha və 1,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, paylı mülkiyyət kimi 2,37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ümumi birgə mülkiyyət kimi 2,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,18 ha həyətyanı torpaq sahəsi, eləcə də, icarəyə götürdüyü 60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Balakən rayonu Mahamalar kəndində 0,49 ha, 0,17 ha, 0,66 ha, 0,165 ha, 0,66 ha, 0,83 ha, 0,26 ha, 0,497 ha, 0,847 ha və 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, həmçinin Balakən rayonu Hənifə kəndində 1,417 ha və 1,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, Balakən rayonu Talalar kəndində 0,20 ha həyətyanı torpaq sahəsi qeydiyyatdan keçmişdir. İşin 3-cü cild, 55-65-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsindən rayon prokurorluğuna daxil olmuş məktublardan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin kompüter uçot bazasına əsasən etibarnamə ilə Təqsirləndirilən şəxs və X13 istifadələrində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Təqsirləndirilən şəxs adında “77BN577” dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GL500” markalı minik avtomobil, “08BK299” dövlət qeydiyyat nişanlı, “DAF FTFX 105.460T”” markalı yük avtomobili və “08ZA047” dövlət qeydiyyat nişanlı, “Kelberg” markalı yarımqoşqu, X13 adında “08BJ949” dövlət qeydiyyat nişanlı, “Zil MMZ 554” markalı yük avtomobili qeydiyyatdan keçmişdir. X29 adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. O cümlədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Təqsirləndirilən şəxs (VÖEN **********) və X13 (VÖEN **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olmaları barədə məlumat mövcuddur. İşin 3-ci cild,188-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Qazma bələdiyyəsindən rayon prokurorluğuna daxil olmuş məktubdan görünür ki,Qazma kəndində kənd təsərrüfatına yararlı torpaq sahəsinin bazar qiyməti torpaqların münbitliyindən asılı olaraq 1 ha üçün 5000-8000 manat aralığındadır. İşin 4-cü cild, 71-74-cü vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsininin 20 dekabr 2022-ci il tarixli 5(019)-58/2022 nömrəli qərarından görünür ki,Təqsirləndirilən şəxs adında qeydiyyatdan keçmiş “08BK299” dövlət qeydiyyat nişanlı, “DAF FTFX 105.460T” markalı yük avtomobili və Balakən rayonu Qazma kəndində 1,06 ha, 1,93 ha, 1,39 ha, 1,308 ha, 1,04 ha, 1,12 ha, 0,89 ha, 2,58 ha və 1,226 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. İşin 2-ci cild 78-80-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki,Rəsulov X39 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 188.3, 70-ci maddələri ilə 3 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına 03 il şərti sınaq müddəti ilə məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkumluğu ödənmişdir. İşin 2-ci cild 63-66-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Qazma kəndi üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəsininin arayışından görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Qazma kəndində yaşayır,himayəsində arvadı,2006-cı il təvəllüdlü oğlu-X43, 2007-ci il təvəllüdlü oğlu-X44, 2015-ci il təvəllüdlü oğlu-X45 və 2015-ci il təvəllüdlü oğlu- X46 vardır. İşin 4-cü cild 93-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-nın Qazma kəndi üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunduğu, barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmadığı qeyd edilir. İş materiallatrına əlavə edilmiş iddia ərizəsindən görünür ki, mülki iddiaçı "xxxx" ASC mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı cinayət əməli nəticəsində dəymiş maddi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə "xxxx" Açıq Səhmdar Cəmiyyətini mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 25 304,44 manat məbləğində vurulmuş maddi ziyanının, 500 (beş yüz) manat məbləğində sərbəst auditor xidmətləri xərclərinin, 166 manat məbləğində məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun, cəmi 25,970.44 manat məbləğində vəsaitin tutulmasının təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o,mülki iddianın təmin edilməsi üçün üzərinə həbs qoyulmuş ** BK *** dövlət qeydiyyat nişanlı, “DAF FTFX 105.460T” markalı yük avtomobilin üzərindən həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə zərərçəkmiş hüquqi şəxsin,mülki iddiaçının nümayəndələrinin, şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin əmlakını mənimsəməməsi,onun cəmiyyətə heç bir borcunun olmaması barədə Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi xüsusatlar iş materialları ilə təkzib olunduğundan məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki,Təqsirləndirilən şəxs ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını qəsdən vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib mənimsəmə yolu ilə talama cinayət əməlini törətmişdir. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsində, xeyli miqdarda ziyan vurmaqla törədildikdə isə Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Məhkəmə təqsirləndirilən şəxsin,zərərçəkmiş şəxsin,mülki iddiaçının nümayəndələrinin və şahidlərin ifadələrini, dövlət ittihamçısının, müdafiəçinin çıxışını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir,həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətlərin törədilməsində təqsirlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir,əməllərin cinayət olmasını aradan qaldıran hallar,təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur,təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması, onun cinayət nəticəsində dəymiş ziyanı qismən-45433.88 manat ziyandan 20000 manatını ödəməsini onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq,törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini,yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını,cəzanı yüngülləşdirən halları,cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablanmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmasa da, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini zəruri hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 46.1-46.3-cü maddələrinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini,təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs alınıb Az. MEM; VÖEN-**********; AZ34CTRE********************,X9, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba keçirilməlidir. Mülki iddia ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-179.2-ci maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-nin(həmin dövrdə QSC-nin) satıcı-anbardarı vəzifəsində işləyərkən maddi məsul şəxs olduğu halda, ona etibar olunmuş xeyli miqdarda özgə əmlakını qəsdən, əvəzsiz və qanunsuz olaraq, tamah motivi ilə vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib mənimsəmə yolu ilə talamaq məqsədi ilə cəmiyyətlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən inzibati idarə heyəti tərəfindən ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlamaq, görüləcək işləri layiqincə yerinə yetirmək, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, heç bir halda idarəyə, müəssisəyə və təşkilata ziyan vurmamaq, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmaq, müəssisə, idarə və təşkilatın rəhbərliyinə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə vaxtlı-vaxtında məlumat vermək və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmaq,ona həvalə edilmiş maddi dəyərlilərin inventarizasiyasında iştirak etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi özünə məxsus olan Balakən rayonu Qazma kəndində yerləşən satış nöqtəsinə xx.xx.2020-ci il tarixli, AT00-001060 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 2500 kq Ammofos/Apatit/Phosagro,5400kq Nitroammofos/Minudobreniya, 20000 kq Ammonium Nitrat/Rustavi Azot və 2100 kq Nitroammofos/Dorogobuj, xx.xx.2020-ci il tarixli, AT00- 001089 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 20000 kq Nitroammofos/ Minudobreniya, xx.xx.2020-ci il tarixli, AT00-001205 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 20000 kq Ammonium Nitrat/Rustavi Azot, xx.xx.2020-ci il tarixli, AT00-001302 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 20000 kq Nitroammofos/Minudobreniya, xx.xx.2020-ci il tarixli, AT00-001305 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 2500kq Ammofos/Apatit/Phosagro, xx.xx.2020-ci il tarixli, AT00-001378 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 32100 kq Ammonium Nitrat/Minudobreniya, xx.xx.2020-ci il tarixli, AT00- 001434 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 20000 kq Ammonium Nitrat/Rustavi Azot, xx.xx.2020-ci il tarixli, AT00-001531 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 31750 kq Ammonium Nitrat/Minudobreniya, xx.xx.2020-ci il tarixli, AT00-001703 nömrəli təhviltəslim aktı ilə təhvil verilmiş 32000 kq Ammonium Nitrat/Minudobreniya, xx.xx.2020-ci il tarixli, AT00-003458 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 10 kq X40 PG 9A, 100 kq X72 və 10 kq X57 PGFU 8, xx.xx.2020-ci il tarixli, AT00-003659 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 5000 kq Buğda, xx.xx.2021-ci il tarixli, AT00-000196 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 30000 kq Ammonium Nitrat/Evroxim, xx.xx.2021-ci il tarixli, AT00- 003331 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 19000 kq Nitroammofos/Dorogobuj və xx.xx.2021-ci il tarixli, AT00-003371 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 9300 kq Nitroammofos/Minudobreniya və 10350 kq Nitroammofos/Dorogobuj və şifahi razılaşma əsasında 300 manata icarəyə götürərək özünün idarə etdiyi arvadı X13 adına olan Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən satış nöqtəsinə xx.xx.2020-ci il tarixli, AT00-001529 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 32000 kq Ammonium Nitrat/Minudobreniya, xx.xx.2020-ci il tarixli, AT00-001524 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 32000 kq Ammonium Nitrat/Minudobreniya, xx.xx.2020-ci il tarixli, AT00- 001532 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 32050 kq Ammonium Nitrat/Minudobreniya xx.xx.2020-ci il tarixli, AT00-001662 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 10000 kq Ammonium Nitrat/Rustavi Azot, 7500 kq Nitroammofos/Dorogobuj və 2500 kq Ammofos/Apatit/Phosagro, xx.xx.2020-ci il tarixli, AT00-001702 nömrəli təhviltəslim aktı ilə təhvil verilmiş 20000 kq Nitroammofos/ Minudobreniya, xx.xx.2020-ci il tarixli, AT00-001981 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 5000 kq Ammofos/Apatit/Phosagro və 2500 kq Nitroammofos/Minudobreniya, xx.xx.2020-ci il tarixli, AT00-001977 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 20000 kq Ammonium Nitrat/Rustavi Azot, xx.xx.2020-ci il tarixli, AT00-003656 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 4000 kq Buğda, xx.xx.2020-ci il tarixli, AT00-004361 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 4950 kq X63 R1, xx.xx.2020-ci il tarixli, AT00-006282 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 3000 kq Nitroammofos/ Minudobreniya, 2025 kq X63 Elit və 5000 kq Ammofos/Evroxim, xx.xx.2020-ci il tarixli, AT00-006421 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 5000 kq Karbamid Marka B və xx.xx.2021-ci il tarixli, AT00-000087 nömrəli təhviltəslim aktı ilə təhvil verilmiş 30000 kq Ammonium Nitrat/Evroxim olmaqla ümumilikdə 313026,525 manat (təhvil verildiyi vaxtki qiymətlərinə uyğun olaraq 311680,32 manat) məbləğindəki yuxarıda qeyd olunan malların xx.xx.2021-ci il tarixli, AT00-000848 nömrəli təhvil-təslim aktı ilə 18000 kq 9900 manatlıq hissəsini cəmiyyətin digər işçisinə təhvil verib yerdə qalan 303126,525 manatlıq malın 281265,8 manatlıq hissəsini sataraq əldə etdiyi vəsaitin hamısını cəmiyyətin bank hesablarına ödəməli olduğu halda, həmin vəsaitin 23573,155 manatını cəmiyyətin bank hesablarına ödəməyərək, həmçinin özünə məxsus olan satış nöqtəsində, eləcə də, arvadının adına olan satış nöqtəsində maddi məsuliyyətində satış qiymətlərinə uyğun olaraq qalmalı olan müvafiq olaraq 9235 manat və 12625,725 manat olmaqla cəmi 21860,725 manat dəyərindəki malın 10257,275 manatlıq hissəsini 2022-ci ilin yanvar ayından etibarən cəmiyyətə məlumat vermədən sataraq əldə etdiyi pulları cəmiyyətin bank hesablarına ödəməyib ələ keçirərək, qalan 11603,45 manatlıq malı isə arvadının adına olan satış nöqtəsinə yığıb saxlamaqla cəmiyyətə qaytarmayaraq özgə əmlakını, yəni "xxxx" ASC-yə məxsus məhsulların satışından əldə edib bank hesabına köçürməli olduğu 33830,43 manat məbləğində pulu və icarəyə götürdüyü satış nöqtəsində saxlayıb qaytarmadığı 11603,45 manat dəyərində malları mülkiyyətinə keçirməklə ona etibar edilmiş ümumilikdə 45433,88 (qırx beş min dörd yüz otuz üç manat səksən səkkiz qəpik) manat məbləğindəki əmlakı qəsdən, əvəzsiz və qanunsuz olaraq, tamah motivi ilə vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurub mənimsəməklə talama cinayət əməlinin törətmişdir. “Aqrar İnnovasiya və Təchizat Şirkətinin direktoru Tofiq Niftəliyev Təqsirləndirilən şəxs qarşı cinayət əməli nəticəsində dəymiş maddi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə "xxxx" Açıq Səhmdar Cəmiyyətini mülki iddiaçı qismində tananması və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq «Aqrar İnnovasiya və Təchizat Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 25 304,44 manat məbşləğində vurulmuş maddi ziyanının, 500 (beş yüz) manat məbləğində sərbəst auditor xidmətləri xərclərinin, 166 manat məbləğində məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun, cəmi 25,970.44 manat məbləğində vəsaitin tutulmasının təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqunu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə işin hallarını, Təqsirləndirilən şəxs "xxxx" ASC-nə 45.304.44 manat ziyan vurmasını, vurulmuş ziyandan 20000 manatını ödəməsini, mülki iddiaçı "xxxx" ASC-nin ziyana görə 25.304.44 manat tələb etməsini nəzərə alaraq hesab edir ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 25304,44 manat maddi ziyana görə, 500 manat məbləğində sərbəst auditor xidmətləri xərclərinə görə və 166 məbləğində ödənmiş dövlət rüsumuna görə, cəmi 25970,44 manat tutulub zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin xeyrinə ödənməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2023-cü il tarixli Qərarının 73-cü bəndində göstərilmişdir ki, mülki iddianı təmin etmək üçün təqsirləndirilən şəxsin və yaxud onun törətdiyi cinayətə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsin əmlakı üzərinə həbs qoyulmuşsa, məhkəmə hökmün nəticəvi hissəsində təmin olunmuş tələblər üzrə ödənilməli olan pul məbləğınə uyğun olan dəyərdə üzərinə qoyulmuş həbsin saxlanıldığı əmlakı göstərməlidir. Məhkəmə hesab edir ki, mülki iddianın təmin edilməsi üçün Təqsirləndirilən şəxs mülkiyyətində olan ** BK *** dövlət qeydiyyat nişanlı, “DAF FTFX 105.460T” markalı yük avtomobili və Balakən rayonu Qazma kəndində yerləşən 1,06 ha, 1,93 ha, 1,39 ha, 1,308 ha, 1,04 ha, 1,12 ha, 0,89 ha, 2,58 ha və 1,226 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə qoyulmuş həbs qüvvədə saxlanmalıdır. Mülki iddianın təmin edilməsi üçün üzərinə həbs qoyulmuş ** BK *** dövlət qeydiyyat nişanlı, “DAF FTFX 105.460T” markalı yük avtomobilin üzərindən həbsin götürülməsinə dair Təqsirləndirilən şəxs vəsatəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməsi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq,

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs alınıb Az. MEM; VÖİN **********; AZ34CTRE********************, X9, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba keçirilsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 25304,44 manat maddi ziyana görə, 500 manat məbləğində sərbəst auditor xidmətləri xərclərinə görə və 166 məbləğində ödənmiş dövlət rüsumuna görə, cəmi 25970,44 manat tutulub zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin xeyrinə ödənsin. Mülki iddianın təmin edilməsi üçün Təqsirləndirilən şəxs mülkiyyətində olan ** BK *** dövlət qeydiyyat nişanlı, “DAF FTFX 105.460T” markalı yük avtomobili və Balakən rayonu Qazma kəndində yerləşən 1,06 ha, 1,93 ha, 1,39 ha, 1,308 ha, 1,04 ha, 1,12 ha, 0,89 ha, 2,58 ha və 1,226 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə qoyulmuş həbs qüvvədə saxlansın. Mülki iddianın təmin edilməsi üçün üzərinə həbs qoyulmuş ** BK *** dövlət qeydiyyat nişanlı, “DAF FTFX 105.460T” markalı yük avtomobilin üzərindən həbsin götürülməsinə dair Təqsirləndirilən şəxs vəsatəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar