Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-34/2025 11.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi- Bakı şəhəri “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx xxx 1965-ci il tarixdə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN OSMFLP8, evli, natamam orta təhsilli, məhkumluğu olmayan, işləməyən,Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 01 fevral 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə, xeyli miqdarda-37,82 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamış,həmin narkotik vasitənin 01 ədəd sellofan bükümdə olmaqla 23,84 qram hissəsini 28 yanvar 2025-ci il tarixdə günorta saatlarında yaşadığı Balakən rayonu Talalar kəndində yerləşən evinin qarşısında tanışı Şahid5 qanunsuz olaraq 30 manat müqabilində satmış, geriyə qalan xeyli miqdarda-13,98 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananı isə satış məqsədi ilə, qanunsuz olaraq üzərində daşıyaraq saxlamışdır. Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4 30 yanvar 2025-ci il tarixdə saat 18 radələrində Balakən şəhəri 28 may küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üzəri yoxlanılan zaman Şahid5 40 manat müqabilində almış olduğu xeyli miqdarda - 14,96 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana 01 ədəd sellofan bükümdə olmaqla əynindəki qış gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq Şahid5 30 yanvar 2025-ci il tarixdə saat 19 radələrində Balakən şəhəri T.Musayev küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üzəri yoxlanılan zaman Təqsirləndirilən şəxs almış olduğu narkotik vasitənin geri qalan hissəsi yəni, xeyli miqdarda - 8,88 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana 01 ədəd sellofan bükümdə olmaqla əynindəki dəri gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüş, həmçinin Təqsirləndirilən şəxs 30 yanvar 2025-ci il tarixdə saat 21:47-də yaşadığı Balakən rayon Talalar kəndi ərazisində yerləşən evinin qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üzəri yoxlanılan zaman, satış məqsədi ilə, qanunsuz olaraq, əldə edib daşıyaraq üzərində saxladığı xeyli miqdarda-13,98 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana 01 ədəd sellofan bükümdə olmaqla əynindəki idman gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki,Balakən rayonu Talalar kəndində yaşayır. Heç yerdə işləmir.Narkotik vasitə marixuanadan istifadə edir.2024-cü ilin sentyabr ayının əvvələrində Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsindən keçən Mazım çayına çimmək üçün getmişdir. Həmin vaxt kolluq sahədə bitən 2 ədəd yabanı halda bitən narkotik tərkibli çətənə bitkisi görmüşdür.Daha sonra həmin bitkilərin yararlı hissələrindən yığıb yaşadığı evə gətirmişdir.Ailə üzvlərindən gizli şəkildə saxlamışdır.Həmin narkotik vasitə marixuananı saxlaması barədə heç kimə bir söz deməmişdir.Daha sonra müxtəlif vaxtlarda bir neçə dəfə narkotik vasitə marixuandan özü çəkib istifadə etmişdir. Balakən rayon Tülü kənd sakini Şahid5 tanıyır,onun tanışıdır.Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur.28 yanvar 2025-ci il tarixdə günorta saatlarında Şahid5 ***-***-**-** mobil telefon nömrəsi vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edib ondan almaq üçün narkotik vasitə marixuana istəmişdir.O da Cəlilə yarım saatdan görüşə biləcəklərini, yaşadığı ünvana gəlməsini bildirmişdir.Təxminən yarım saatdan sonra Cəlil onun Balakən rayon Talalar kəndində yaşadığı evin qarşısına gəlib yol qapısından onu çağırmışdır. O, yola çıxıb Cəlillə görüşmüş, Cəlil yenə də narkotik vasitə almaq istədiyini bildirmişdir. Cəlilə onda narkotik vasitə olduğunu, həmçinin ona 30 manata sata biləcəyini demişdir.Cəlil də onunla razılaşmış və yaşadığı evin qarşısında ona 30 manat vermişdir.O da həmin 30 manat pulun müqabilində ona sellofan bükümdə narkotik vasitə marixuananı vermişdir. Cəlil onunla sağollaşıb ondan ayrılmışdır.Narkotik vasitə marixuananın geri qalan hissəsini əynində olan idman gödəkçəsinin sağ yan cibində saxlamışdır.30 yanvar 2025-ci il tarixdə Balakən rayon Talalar kəndində yaşadığı evində olduğu zaman saat 21:47-də kimsə onu yol qapısından çağırmışdır.O, yola çıxmışdır.Həmin şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və Balakən rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər.Həmin vaxt üzərində saxladığı narkotik vasitə əynində olan idman gödəkçəsinin sağ yan cibində olmuşdur.Bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olubolmadığını soruşmuşlar və varsa təqdim etməsini təklif etmişlər.Həmçinin hüquq və vəzifələri izah edilmişdir.Bundan sonra o, əynində olan idman gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir.Daha sonra onun üzəri yoxlanılmışdır.Lakin üzərindən başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir.Sellofan bükümdə təqdim etdiyi narkotik vasitə marixuananı 2024-cü ilin sentyabr ayının əvvəllərində Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində Mazım çayının kənarından kolluq ərazidən tapdığı 02 ədəd çətənə bitkilərinin üzərindən yığıb əldə etdiyini bildirmişdir.Həmçinin həmin narkotik vasitə marixuananın bir hissəsini 29 yanvar 2025-ci il tarixdə Balakən rayon Tülü kənd sakini Şahid5 30 manat müqabilində satdığını bildirmişdir. Lakin sonradan o,vaxtı düzgün deyərək istintaqa yenidən verdiyi ifadəsində Şahid5 narkotik vasitəni 28 yanvar 2025-ci il tarixdə satdığını bildirmişdir.Onun təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuana sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 15,45 qram təşkil etmişdir.Bundan sonra təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuana polis əməkdaşı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra polis şöbəsinə gəldikdən sonra onun hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı ona təqdim edilmişdir.O, təqdim edilmiş Balakən rayon vəkil bürosunun vəkillərinin siyahısından Balakən rayon vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən onun hüquqlarını müdafiə etməsini istəmişdir.Bir neçə dəqiqə sonra Müdafiəçi1 polis şöbəsinə dəvət edilmiş, müdafiəçi kimi ona təqdim edilmişdir.O, da əməlini etiraf etmişdir. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Əməlindən peşimandır.Bir daha belə əməllərə yol verməyəcəkdir. Müdafiəçi3 vəsatəti əsasında məhkəmə iclasında yenidən dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ibtidai istintaq və əvvəlki məhkəmə iclasında verdiyi ifadələrini təsdiq etməyərək göstərdi ki, o, Balakən rayon Tülü kənd sakini Şahid5 tanıyır,mehriban münasibətləri vardır. O, Cəlilə narkotik vasitə satmamışdır.Cəlilə 28 yanvar 2025-ci il tarixdə bir dəfə istifadəlik qurudulmuş marixuana vermişdir.O,narkotikə görə Cəlildən pul almamışdır.Cəlildən bu hadisədən təxminən bir həftə əvvəl 100 manat borc istəmişdir. Cəlil 50 manat verəcəyini bildirmişdir.30 yanvar 2025-ci il tarixdə tutulmamışdan əvvəl Cəlil ona 30 manat pul vermişdir. Lakin Cəlil ona pulu narkotikə görə deyil, borc olaraq vermişdir.30 yanvar 2025-ci il tarixdə saat 19-20 radələrində onu evdən küçəyə çağırmışlar.O,həyətdən çıxanda dörd nəfərin dayandığını görmüşdür.Onlar polis əməkdaşları olduqlarını bildirərək onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər.O,əynini dəyişmək istədikdə buna imkan verməmişlər və onu olduğu vəziyyətdə Balakən Rayon Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində onun üstünü yoxlamışlar və üzərindən bir dəfə istifadəlik qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan sonra ona bildirmişlər ki, Şahid5 narkotik vasitə satmışdır.O,bunun yalan olduğunu bildirmiş və demişdir ki,gəlib bunu üzünə desin.Lakin onları üzləşdirməmişlər. Onu qapının arxasında saxlamışlar və Cəlili gətirmişlər.Cəlil ondan 30 manata narkotik vasitə aldığını demişdir. Bundan sonra Cəlili aparmışlar. Bundan sonra ona təzyiqlər başlanmış, hər şeyi etiraf etməsi tələb olunmuşdur.Bir-iki saat onu şöbədə saxlayıb,müxtəlif sənədlərə imza etdirmişlər.Sonra bildirmişlər ki,çəkiliş üçün evə gediləcək və onu da görüb yaşadığı evə getmişlər.Orada həyətə girib 5-6 addım getdikdən sonra dayanmasını demişlər. Həmin vaxt arvadı və bacısı evdə olmuşlar.Polis əməkdaşları onları bir otağa salıb çölə çıxmalarına imkan verməmişlər. Sonra Vüsal adlı əməliyyatçı içərisində xeyli qurudulmuş marixuana olan sellofan torpanı ona verərək cibinə qoymasını və çəkiliş zamanı təqdim etməsini bildirmişdir. O, bu narkotik ona məxsus olmadığını, özündə bir dəfə istifadəlik narkotik olduğunu bildirdikdə ona demişlər ki, narahat olmasın,bunun işə dəxli yoxdur. Sonra onu həyətdən küçəyə çıxartmışlar və çəkiliş etmişlər.O,da məcbur olub çəkiliş zamanı Vüsalın verdiyi sellofanı cibindən çıxarıb təqdim etmişdir.Bundan sonra onu Balakən Rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində baş müstəntiq onunla söyüşlə danışaraq onların dediklərinə uyğun ifadə verməsini tələb etmişdir. Bu səbəbdən o, polislərin yazdıqlarının hamısına imza etmişdir. Səhəri günü onu prokurorun yanına aparanda baş müstəntiq yenə ona demişdir ki, dilini dəyişsən sənin üçün yaxşı olmayacaqdır.Ona görə də o,olanlar barədə prokurora bildirməmişdir.İstintaq dövründə onun yanında heç bir vəkil olmamışdır.Onun yazılanlardan məlumatı olmamışdır. O, həmçinin göstərdi ki, vəkil Müdafiəçi3 ilə müqavilə bağlayana kimi göstərdikləri barədə heç kimə bildirməmiş, heç bir dövlət orqanına şikayət etməmişdir. Barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Balakən rayonu Tülü kəndində yaşayır, heç yerdə işləmir, narkotik vasitə marixuanadan istifadə edir. Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs tanıyır.Onun tanışıdır.Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Həmçinin Balakən rayon Tülü kənd sakini Şahid4 tanıyır.Onun həmkəndlisidir.Onunla da heç bir düşmənçiliyi və ədavəti yoxdur.28 yanvar 2025-ci il tarixdə Şahid4 səhər saatlarında onu kənddə görüb narkotik vasitə marixuana almaq istədiyini bildirmişdir.O da Şakirə olsa xəbər edəcəyini demişdir.Həmin gün, yəni 28 yanvar 2025-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs özünün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edib ondan almaq üçün narkotik vasitə marixuana istəmişdir.Fazil də ona yarım saatdan görüşə biləcəklərini, yaşadığı ünvana gəlməsini bildirmişdir.Çünki Fazilin narkotik vasitə marixuanadan istifadə etdiyini bilmişdir.Lakin onunla birlikdə heç vaxt narkotik vasitə istifadə etməmişdir.Həmçinin əvvəllər Fazildən narkotik vasitə almamışdır. Təxminən yarım saatdan sonra Fazilin Balakən rayon Talalar kəndində yaşadığı evin qarşısına getmişdir.Yolda dayanıb yol qapısından Fazili çağırmışdır.Fazil yola çıxmışdır. Narkotik vasitə almaq istədiyini bir daha Fazilə bildirmişdir. Fazil ona özündə narkotik vasitə olduğunu, həmçinin ona 30 manata sata biləcəyini demişdir.O da Fazillə razılaşmış və yaşadığı evin qarşısında ona 30 manat vermişdir.Fazildə ona sellofan bükümdə narkotik vasitə marixuananı vermişdir.Fazillə sağollaşıb ondan ayrılmışdır.Təqsirləndirilən şəxs həmin narkotik vasitədən Şakirə satacağı və satması barədə heç bir söz deməmişdir. Sonra Şakirin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək özündə narkotik vasitə marixuana olduğunu,ona 40 manata sata biləcəyini demişdir. Həmin gün, yəni 28 yanvar 2025-ci il tarixdə Şakirlə bir neçə dəfə mobil telefonla əlaqə saxlamış və Şakir axşam saat 19 radələrində onun Balakən rayon Tülü kəndində yaşadığı ünvana gəlmişdir.Daha sonra Şakir ona 40 manat məbləğində pul vermişdir.O da Şakirə Fazildən aldığı narkotik vasitə marixuananın bir hissəsini satmışdır.Sonra Şakirlə sağollaşıb ayrılmışdır.Fazildən aldığı geri qalan narkotik vasitə marixuanadan bir dəfə çəkib istifadə etmiş, qalan narkotik vasitə qurudulmuş marixuananı əynindəki gödəkçənin sağ yan cibinə qoymuşdur ki, başqa vaxt çəkib istifadə edər. 30 yanvar 2025-ci il tarixdə Balakən şəhəri Teyyub Musayev küçəsində piyada hərəkət etdiyi zaman saat 19:25 radələrində üç nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar və varsa təqdim etməsini təklif etmişlər.Həmçinin hüquq və vəzifələri izah edilmişdir.Bundan sonra o, əynində olan dəri gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə Təqsirləndirilən şəxs aldığı narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir.Daha sonra üzəri yoxlanılmışdır. Lakin üzərindən başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Sellofan bükümdə təqdim etdiyi narkotik vasitə marixuananı 29 yanvar 2025-ci il tarixdə əvvəldən tanıdığı Balakən rayon Talalar kənd sakini Təqsirləndirilən şəxs 40 manata aldığını, həmçinin həmin narkotik vasitənin bir hissəsini Balakən rayon Tülü kənd sakini Şahid4 satdığını bildirmişdir. Lakin sonradan istintaqa ifadə verərək Fazildən həmin narkotik vasitə marixuananı 28 yanvar 2025-ci il tarixdə aldığını həmin tarixdə isə həmin narkotik vasitə marixuananın bir hissəsini Şahid4 satdığını demişdir.Təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuana sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 9,84 qram təşkil etmişdir. Bundan sonra onun təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuana polis əməkdaşı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür.Polis şöbəsinə gəldikdən sonra da onun hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı ona təqdim edilmişdir.Təqdim edilmiş Balakən rayon vəkil bürosunun vəkillərinin siyahısından Balakən rayon vəkil bürosunun vəkili Müdafiəçi2 hüquqlarını müdafiə etməsini istəmişdir.Bir neçə dəqiqə sonra Müdafiəçi2 polis şöbəsinə dəvət edilmiş, müdafiəçi kimi ona təqdim edilmişdir.O, da ifadə verərək olanları bildirmişdir. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, hazırda Balakən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 30 yanvar 2025-ci il tarixdə Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şahid4 qanunsuz olaraq narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində saxlaması barədə Balakən RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, daha sonra daxil olmuş məlumatla bağlı Şahid4 cinayət əməllərinin ifşa olunması ilə bağlı Balakən rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin qanuni göstərişinə əsasən 30 yanvar 2025-ci il tarixdə keçirilən əməliyyataxtarış tədbiri zamanı Şahid4 saat 18:25 radələrində Balakən şəhəri 28 may küçəsində piyada hərəkət edən zaman yolda tərəflərindən saxlanılmışdır.Daha sonra Şahid4 özlərini təqdim edərək üzərində narkotik vasitə əldə edib istifadə etməsi narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğu bildirilmişdir. Sonra ona hüquq və vəzifələri izah edilmiş və Şahid4 üzərində narkotik vasitə, psixotrop maddə həmçinin qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid4 əynindəki qış gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə marixuanaya oxşar bitki kütləsini təqdim etmişdir. Həmin bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin bitki kütləsini 29 yanvar 2025-ci il tarixdə Jora ləqəbli Cəlil adlı şəxsdən sonuncunun yaşadığı evin qarşısında 40 manata öz şəxsi istifadəsi üçün aldığını, aldıqdan sonra bir dəfə istifadə etdiyini bildirmişdir.Sonra Şahid4 Cəlil adlı şəxsin yaşadığı evin Balakən şəhəri Qabaqçöl vağzalı ərazisindən aşağı düşdükdə 2-ci döngədən sağa döndükdən sonra yerləşdiyini qeyd etmişdir.Yoxlama zamanı Şahid4 üzərindən əlavə olaraq hər hansı bir qadağan edilmiş əşya aşkar edilməmişdir.Şahid4 üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş və sellofan büküm ilə birlikdə çəkisi 17,09 qram təşkil etmişdir.Bundan sonra həmin bitki kütləsi qablaşdırılmış, möhürlənmiş, saxlanılan şəxs Şahid4 və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür.Şahid4 üstünü yoxlama prosesi Balakən şəhəri 28 may küçəsində keçirilmiş və Samsung S21 markalı mobil telefon ilə Balakən RPŞ-nin PPXB- nin manqa komandiri Şahid3 tərəfindən fasiləsiz olaraq vedeoçəkiliş aparılmaqla qeydə alınmışdır.Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Balakən RPŞ-nin inzibati binasında tərtib edilmişdir.Protokol iştirakçılara ucadan oxunmuş,doğruluğu imzalarla təsdiq edilmişdir,protokola Şahid4 üstünün yoxlanılmasının video görüntüsünün əks olunduğu 01 ədəd disk əlavə olunmuşdur.Daha sonra həmin material və maddi sübut təhqiqatçıya təhvil verilmiş və təhqiqatçı Azay Məmmədov tərəfindən maddi sübuta və Şahid4 üstünün yoxlanılmasının əks olunduğu diskə baxış keçirilmişdir.Həmin tədbirin davamı olaraq 30 yanvar 2025-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbiri zamanı narkotik vasitə əldə edib saxlamaqda və satmaqda şübhəli olan Balakən rayon Tülü kənd sakini Şahid5 Balakən şəhəri Teyyub Musayev küçəsində tərəflərindən saxlanılmışdır.Ona özlərini təqdim edərək üzərində narkotik vasitə əldə edib istifadə etməsi narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğu bildirilmişdir.Daha sonra ona hüquq və vəzifələri izah edilmiş və Şahid5 üzərində narkotik vasitə, psixotrop maddə həmçinin qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir.Bu təklifdən sonra Şahid5 əynindəki dəri gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə marixuanaya oxşar bitki kütləsini təqdim etmişdir.Həmin bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin bitki kütləsini 29 yanvar 2025-ci il tarixdə Balakən rayon Talalar kənd sakini Təqsirləndirilən şəxs 30 manata aldığını,bir hissəsini isə 29 yanvar 2025-ci il tarixdə həmkəndlisi Şahid4 satdığını bildirmişdir.Şahid5 üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş və sellofan büküm ilə birlikdə çəkisi 9,84 qram təşkil etmişdir. Bundan sonra həmin bitki kütləsi qablaşdırılmış, möhürlənmiş, saxlanılan şəxs Şahid5 və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür.Şahid5 üstünü yoxlama prosesi Balakən şəhəri 28 may küçəsində keçirilmiş və Samsung S24 markalı mobil telefon ilə Balakən RPŞ- nin PPXB-nin manqa komandiri Şahid3 tərəfindən fasiləsiz olaraq vedeoçəkiliş aparılmaqla qeydə alınmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Balakən RPŞ-nin inzibati binasında tərtib edilmişdir.Protokol iştirakçılara ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmiş, Şahid5 üstünün yoxlanılmasının video görüntüsünün əks olunduğu 01 ədəd disk əlavə olunmuşdur.Daha sonra həmin material və maddi sübut təhqiqatçıya təhvil verilmiş və təhqiqatçı Azay Məmmədov tərəfindən maddi sübuta və Şahid5 üstünün yoxlanılmasının əks olunduğu diskə baxış keçirilmişdir.Həmin tədbirin davamı olaraq 30 yanvar 2025-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbiri zamanı Balakən rayon Talalar kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda və satmaqda şübhəli olduğundan Balakən rayon Talalar kəndində yerləşən yaşadığı evdən çağırılaraq həyət qapısının qarşısında yolda saxlanılmışdır.Təqsirləndirilən şəxs özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğu bildirilmişdir.Sonra ona hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə həmçinin qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan büküm təqdim etmişdir.Həmin bükümün içərisində narkotik vasitə marixuana olduğunu, həmin bitki kütləsini Balakən rayonu Poştbinə kəndində keçən çaya çimmək üçün getdiyi zaman çayın kənarındakı kolluq sahədə bitən çətənə bitkisinin üzərindən yığaraq əldə etdiyini, şəxsi istifadəsi üçün saxladığını, narkotik bitki kütləsinin bir hissəsini 29 yanvar 2025- ci il tarixdə Balakən rayon Tülü kənd sakini Şahid5 30 manat pul müqabilində satdığını bildirmişdir.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və büküm ilə birlikdə ümumi çəkisi 15,45 qram olduğu müəyyən edilmişdir.Bundan sonra həmin bitki kütləsi qablaşdırılmış, möhürlənmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür.Daha sonra Təqsirləndirilən şəxs razılığı əsasında onun Balakən rayon Talalar kəndində yerləşən evinə baxış keçirilmişdir.Baxış zamanı evdən hər hansı qanunla qadağan edilmiş əşya, vasitə aşkar edilməmişdir.Üstünü yoxlama prosesi Təqsirləndirilən şəxs yaşadığı Balakən rayon Talalar kəndində yerləşən evinin həyət qapısının qarşısında yolda keçirilmişdir.Üstünü yoxlama və baxış zamanı Panasonic markalı videokamera vasitəsi ilə Balakən RPŞ-nin PPXB-nin manqa komandiri polis baş serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır.Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Balakən RPŞ-nin inzibati binasında tərtib edilmişdir.Protokol iştirakçılara ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının və yaşadığı evə baxış keçirilməsinin video görüntüsünün əks olunduğu 01 ədəd disk əlavə olunmuşdur.Daha sonra həmin material və maddi sübut təhqiqatçıya təhvil verilmiş və təhqiqatçı Azay Məmmədov tərəfindən maddi sübuta və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının və yaşadığı evə baxış keçirillməsinin əks olunduğu diskə baxış keçirilmişdir. O, həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs, ona polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi,üzərindən bir dəfə istifadəlik marixuana aşkar olunması,onun tərəfindən sellofan torbada qurudulmuş marixuananın Fazilə verilməsi və s. barədə göstərdikləri yalandır. Təqsirləndirilən şəxs Balakən Rayon Polis Şöbəsində heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə də onun özünə aid olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid2 və Balakən RPŞ-nin PPXB-nin manqa komandiri, polis serjantı Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Onlar da əlavə olaraq göstərmişlər ki, Təqsirləndirilən şəxs Balakən Rayon Polis Şöbəsində heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahid- Şahid4 məhkəmə iclasına gəlməmişdir. Balakən Rayon Polis Şöbəsindən bildirilmişdir ki,o, xəstədir,Bakı şəhərində müalicə olunur.Odur ki,məhkəmə iclasında iştirak etməsi mümkün deyildir.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır.Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli,tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat,davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə,habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə,video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid4 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Balakən rayonu Tülü kəndində ailəsi ilə birlikdə yaşayır.Psixi xəstəliklər keçirməmişdir. Evlidir. Lakin Rusiya Federasiyasında yaşadığı zaman evlənmişdir. Azərbaycan Respublikasında rəsmi nigahı yoxdur.Rəsmi sənədlərdə subay olduğu yazılır.Narkotik vasitə marixuanadan istifadə edir. Balakən rayon Tülü kənd sakini Şahid5 tanıyır.Onun həmkəndlisidir.Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 28 yanvar 2025-ci il tarixdə gündüz saatlarında Balakən rayon Tülü kənd sakini Şahid5 yolda görüb ondan özü istifadə etmək məqsədi ilə narkotik vasitə marixuana istəmişdir. Çünki Cəlilin narkotik vasitə marixuanadan istifadə etdiyini bilmişdir. Lakin onunla birlikdə heç vaxt narkotik vasitə istifadə etməmişdir. Həmçinin əvvəllər Cəlildən narkotik vasitə almamışdır. Cəlildə ona xəbər edəcəyini bildirmişdir.Həmin gün yəni 28 yanvar 2025-ci il tarixdə günorta saatlarında Şahid5 onunla özünün istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsi ilə özünün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edib əlaqə saxlayaraq ona özündə narkotik vasitə marixuana olduğunu,həmçinin 40 manata sata biləcəyini demişdir.O da Cəlillə razılaşmışdır. Həmin tarixdə Cəlillə bir neçə dəfə də zəngləşib danışmışdır. 28 yanvar 2025-ci il tarixdə axşam saat 19 radələrində o, Şahid5la zəngləşib onun Balakən rayon Tülü kəndində yaşadığı evin qarşısında ona 40 manat vermişdir.Cəlil də ona sellofan bükümdə narkotik vasitə marixuananı vermişdir. Sonra Cəlillə sağollaşıb ondan ayrılmışdır. Şahid5 ona satdığı həmin narkotik vasitə marixuananı haradan əldə etdiyini bilməmişdir. Cəlildən aldığı narkotik vasitə marixuanadan bir dəfə çəkib istifadə etmişdir.Daha sonra geri qalan narkotik vasitə qurudulmuş marixuananı əynindəki gödəkçənin sağ yan cibinə qoymuşdur ki, başqa vaxt çəkib istifadə edər. 30 yanvar 2025-ci il tarixdə Balakən şəhəri 28 may küçəsində piyada hərəkət etdiyi zaman saat 18:25 radələrində üç nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər.Bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar və varsa təqdim etməsini təklif etmişlər.Həmçinin hüquq və vəzifələri izah edilmişdir.Bundan sonra o, əynində olan qış gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə Şahid5 aldığı narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir.Sonra onun üzəri yoxlanılmışdır.Lakin üzərindən başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Sellofan bükümdə təqdim etdiyi narkotik vasitə marixuananı 29 yanvar 2025-ci il tarixdə əvvəldən tanıdığı Balakən rayon Tülü kənd sakini Şahid5 aldığını bildirmişdir. Lakin istintaq zamanı sonradan vaxtı tam dəqiq xatırlayaraq ifadəsində narkotik vasitə marixuananı Şahid5 28 yanvar 2025-ci il tarixdə aldığını bildirmişdir. Daha sonra təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuana sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 17,19 qram təşkil etmişdir. Bundan sonra onun təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuana polis əməkdaşı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra polis şöbəsinə gəldikdən sonra hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı ona təqdim edilmişdir.Təqdim edilmiş Balakən rayon vəkil bürosunun vəkillərinin siyahısından Balakən rayon vəkil bürosunun vəkili X3 tərəfindən hüquqlarını müdafiə etməsini istəmişdir. Bir neçə dəqiqə sonra Məlahət Emçiyeva polis şöbəsinə dəvət edilmiş, müdafiəçi kimi ona təqdim edilmişdir. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. İşin 1-ci cild 7-9-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 30 yanvar 2025-ci il tarixdə Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki,30 yanvar 2025-ci il tarixdə saat 18:25 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamasında şübhəli bilinən Şahid4 Balakən şəhəri 28 may küçəsində piyada hərəkət edən zaman saxlanılmış, sonuncuya hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur.Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Balakən şəhəri 28 may küçəsində üzərinin yoxlanmasına başlanılmışdır.Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Şahid4 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir.Bu təklifdən sonra Şahid4 əynindəki qış gödəkçəsinin sağ yan cibində olan 1 ədəd selofan bükümü təqdim etmiş və bükümün içərisində nəşə kimi tanıdığı narkotik tərkibli bitki olan marixuana olduğunu, həmin kütləni “Jora” kimi tanıdığı Cəlil adlı şəxdən sonuncunun yaşadığı evin qarşısında 40 manata özü istifadə etməsi üçün aldığını, aldıqdan sonra bir dəfə istifadə etdiyini bildirmişdir. Sonra Şahid4 “Jora” ləqəbli Cəlil adlı şəxsin yaşadığı evin Balakən şəhəri Qabaqçöl vağzalından aşağı düşdükdə 2-ci döngədən sağa döndükdən sonra yerləşdiyini qeyd etmişdir.Şahid4 üzərindən aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və büküm ilə birlikdə ümumi çəkisi 17.19 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə saxlanılan şəxs və iştirakçılar tərəfindən qablaşdırılmış, möhürlənmiş, imzalanmış və götürülmüşdür. Bundan başqa Şahid4 üstünü yoxlayan zaman üzərindən əlavə hər hansı bir qanunsuz əşya, vasitə aşkar edilməmişdir.Üstünü yoxlama Balakən şəhəri 28 may küçəsində keçirilmişdir.Üstünü yoxlama zamanı “Samsung A21S” markalı mobil telefon ilə Balakən RPŞ-nin PPXB-nin manqa komandiri polis baş serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır.Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Balakən RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur. İşin 1-ci cild 15-16-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 30 yanvar 2025-ci il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı X6 tərəfindən tərtib olunmuş “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan Şahid4 narkotik vasitələri əldə edib üzərində saxlamaqda şübhəli bilindiyi üçün, 30 yanvar 2025-ci ildə, saat 18:25 dəqiqədə Balakən şəhəri 28 may küçəsində piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, bu zaman onun əynindəki qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümdə ümumi çəkisi 17,19 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və maddi sübüt kimi götürülmüşdür.Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Üzərində “Şahid4 üzərindən aşkar edilmiş” yazılı zərfdən 1 (bir) ədəd sellofan bükümdə, açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1 (bir) ədəd DVD-yə “HP” markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitə marixuanaya bənzər kütlənin aşkar olunması, Şahid4 ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır.Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı “Panasonic” markalı videokamera vasitəsi ilə Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Yüzbaşiyev Vasif Cavanşir oğlu tərəfindən video çəkiliş aparılmışdır.Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur. İşin 1-ci cild 34-36-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 30 yanvar 2025-ci il tarixdə Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki,30 yanvar 2025-ci il tarixdə saat 19:25 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamasında və satmasında şübhəli bilinən Şahid5 Balakən şəhəri T.Musayev küçəsində piyada hərəkət edən zaman saxlanılmış, sonuncuya hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur.Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Balakən şəhəri T.Musayev küçəsində üzərini yoxlanmasına başlanmışdır.Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Şahid5 paltarlarında,əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid5 əynindəki dəri gödəkçənin sağ yan cibində olan 1 ədəd selofan bükümü təqdim etdi və bükümün içərisində nəşə kimi tanıdığı narkotik tərkibli bitki olan marixuana olduğunu, həmin kütləni Balakən rayonu Talalar kənd sakini Təqsirləndirilən şəxs 30 manata aldığını, bir hissəsini həmkəndlisi Şahid4 40 manata satdığını bildirmişdir.Şahid5 üzərindən aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və büküm ilə birlikdə ümumi çəkisi 9.84 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə saxlanılan şəxs və iştirakçılar tərəfindən qablaşdırılmış, möhürlənmiş,imzalanmış və götürülmüşdür. Bundan başqa Şahid5 üstünü yoxlayan zaman üzərindən əlavə hər hansı bir qanunsuz əşya, vasitə aşkar edilməmişdir.Üstünü yoxlama Balakən şəhəri T.Musayev küçəsində keçirilmişdir.Üstünü yoxlama zamanı “Samsung S24” markalı mobil telefon ilə Balakən RPŞ-nin PPXB-nin manqa komandiri polis baş serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Balakən RPŞ- nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur. İşin 1-ci cild 39-41-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 30 yanvar 2025-ci il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı X6 tərəfindən tərtib olunmuş “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında" protokoldan görünür ki, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan Şahid4 narkotik vasitələri əldə edib üzərində saxlamaqda şübhəli bilindiyi üçün, 30 yanvar 2025-ci ildə saat 18:25 dəqiqədə Balakən şəhəri 28 may küçəsində piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, bu zaman onun əynindəki qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümdə ümumi çəkisi 17,19 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və maddi sübüt kimi götürülmüşdür. Üstünə baxış zamanı Şahid4 üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləşin Cəlil adlı şəxsdən sonuncunun yaşadığı evin qarşısında 40 manata özü istifadə etmək üçün aldığını bildirmişdir.Həmin tədbirin davamı olaraq Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan Şahid5 narkotik vasitələri əldə edib üzərində saxlamaqda və satmaqda şübhəli bilindiyi üçün, 30 yanvar 2025-ci ildə, saat 19:25-də Balakən şəhəri T.Musayev küçəsində piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış,bu zaman onun əynindəki dəri gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan bükümdə ümumi çəkisi 9,84 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və maddi sübüt kimi götürülmüşdür. Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Üzərində “Şahid5 üzərindən aşkar edilmiş” yazılı zərfdən 1 (bir) ədəd sellofan bükümdə, açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur.Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1(bir) ədəd DVD-yə “HP” markalı kompüterdə baxış keçirilmişdir.DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Şahid5 ondan narkotik vasitə aşkar olunması və narkotik vasitə satması baradə bildirməsi əksini tapmışdır.Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir.Baxış və götürmə zamanı “Panasonic" markalı videokamera vasitəsi ilə Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Yüzbaşiyev Vasif Cavanşir oğlu tərəfindən video çəkiliş aparılmışdır.Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur. İşin 1-ci cild 65-67-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 30 yanvar 2025-ci il tarixdə Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki,30 yanvar 2025-ci il tarixdə saat 21:47 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamasında və satmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu Talalar kəndində yerləşən evindən çağırılaraq həyət qapısının qarşısında, yolda saxlanılmış, sonuncuya hüquq və vəzifələri,o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə,yaşadığı evin həyət qapısının qarşısında, yolda üzəri yoxlanmasına başlanmışdır.Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki idman gödəkçəsinin sağ yan cibində olan 1 ədəd selofan bükümü təqdim etmiş və bükümün içərisində nəşə kimi tanıdığı narkotik tərkibli bitki olan marixuana olduğunu, həmin kütləni Balakən rayonu Poştbinə kəndindən keçən çaya çimmək üçün getdiyi zaman çayın kənarındakı kolluq sahədə bitən çətənə bitkisinin üzərindən yığmaqla əldə etdiyini, şəxsi istifadəsi üçün saxladığını, həmin kütlənin bir hissəsini isə tanışı Balakən rayonu Tülü kənd sakini Şahid5 30 manat pul müqabilində satdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və büküm ilə birlikdə ümumi çəkisi 15,45 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə saxlanılan şəxs və iştirakçılar tərəfindən qablaşdırılmış, möhürlənmiş, imzalanmış və götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üstünü yoxlayan zaman üzərindən əlavə hər hansı bir qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs razılığı əsasında onun yaşadığı evə baxış keçirilmiş, baxış zamanı evdən hər hansı bir qanunsuz əşya, vasitə aşkar edilməmişdir.Üstünü yoxlama Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu Talalar kəndində yerləşən evinin həyət qapısının qarşısında, yolda keçirilmişdir. Üstünü yoxlama və evə baxış zamanı “Panasonik” markalı videokamera vasitəsi ilə Balakən RPŞ-nin PPXB-nin manqa komandiri polis baş serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Balakən RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. lştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur. İşin 1-ci cild 70-72-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 30 yanvar 2025-ci il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı X6 tərəfindən tərtib olunmuş “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan Şahid4 narkotik vasitələri əldə edib üzərində saxlamaqda şübhəli bilindiyi üçün, 30 yanvar 2025-ci ildə, saat 18:25 dəqiqədə Balakən şəhəri 28 may küçəsində piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, bu zaman onun əynindəki qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümdə ümumi çəkisi 17,19 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və maddi sübüt kimi götürülmüşdür.Üstünə baxış zamanı Şahid4 üzərindən bitki kütləsini “Jora” ləqəbli Cəlil adlı şəxsdən sonuncunun yaşadığı evin qarşısında 40 manata özü istifadə etmək üçün aldığını bildirmişdir.Həmin tədbirin davamı olaraq Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan Şahid5 narkotik vasitələri əldə edib üzərində saxlamaqda və satmaqda şübhəli bilindiyi üçün, 30 yanvar 2025-ci ildə, saat 19:25-də Balakən şəhəri T.Musayev küçəsində piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, bu zaman onun əynindəki dəri gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan bükümdə ümumi çəkisi 9,84 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və maddi sübüt kimi götürülmüşdür.Üstünə baxış zamanı Şahid5 üzərindən aşkar olunmuş bitki kütləsini Balakən rayonu Talalar kənd sakini Təqsirləndirilən şəxs sonuncunun yaşadığı evin qarşısında 30 manata özü istifadə etmək üçün aldığını, həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin bir hissəsini özünün yaşadığı evin qarşısında həmkəndlisi Şahid4 40 manata satdığını bildirmişdir.Həmin tədbirin davamı olaraq Balakən rayonu Talalar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib üzərində saxlamaqda və satmaqda şübhəli bilindiyi üçün, 30 yanvar 2025-ci ildə saat 21:47-də yaşadığı Balakən rayonu Talalar kəndində yerləşən evindən çağırılaraq həyət qapısının qarşısında, yolda saxlanılaraq üstü yoxlanılmış, bu zaman onun əynindəki idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümdə ümumi çəkisi 15.45 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və maddi sübüt kimi götürülmüşdür.Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir.Üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazılı zərfdən 1 (bir) ədəd sellofan bükümdə, açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur.Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir.Daha sonra 1 (bir) ədəd DVD-yə “HP” markalı kompüterdə baxış keçirilmişdir.DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması və narkotik vasitə satması baradə bildirməsi əksini tapmışdır.Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı «Panasonic” markalı videokamera vasitəsi ilə Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Yüzbaşiyev Vasif Cavanşir oğlu tərəfindən video çəkiliş aparılmışdır.Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur.İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır.Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur. İşin 2-ci cild 18-20-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 03 aprel 2025-ci il tarixli "xxxx" MMC-dən təqdim edilmiş 01 ədəd CD diskinə baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin iş üzrə təqsirləndirilən şəxs Şahid5 istifadə etdiyi "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə, Təqsirləndirilən şəxs istifadə etdiyi "xxxx" MMC- yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə, Şahid4 istifadə etdiyi "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 dekabr 2024-ci il tarixdən 31 yanvar 2025-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin ələ keçirilməsi ilə bağlı "xxxx" MMC-dən 02 aprel 2025-ci il tarixli 6475 nömrəli məktubla Balakən RPŞ-yə daxil olmuş bir ədəd CD diskinə baxış keçirilmişdir. Baxış zamanı "xxxx" MMC-dən götürülmüş məlumatlara əsasən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Şahid5 istifadə etdiyi "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi "xxxx" MMCyə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasında, həmçinin Şahid5 istifadə etdiyi "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid4 istifadə etdiyi "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il,xx.xx.2024-cü il,xx.xx.2024-cü il,xx.xx.2024-cü il,xx.xx.2024-cü il,xx.xx.2024-cü il,xx.xx.2024-cü il,xx.xx.2024-cü il,xx.xx.2024-cü il,xx.xx.2024-cü il,xx.xx.2024-cü il,xx.xx.2024-cü il,xx.xx.2024-cü il,xx.xx.2024-cü il,xx.xx.2024-cü il,xx.xx.2024-cü il,xx.xx.2024-cü il,xx.xx.2024-cü il,29,12.2024-cü il,xx.xx.2024-cü il,xx.xx.2024-cü il,xx.xx.2025-ci il,xx.xx.2025-ci l,xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə mütəmadi olaraq, yəni çoxsaylı telefon zənglərinin olması müəyyən edilmişdir.Bundan başqa 28 yanvar 2025-ci il tarixdə Şahid5 istifadə etdiyi "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə, Təqsirləndirilən şəxs istifadə etdiyi "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasında, yəni Şahid5 və Təqsirləndirilən şəxs arasında saat 15:23-də, 18:49-da, 19:16-da, 19:31-də, 19:55-də, bundan başqa Şahid5 istifadə etdiyi "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə, Şahid4 istifadə etdiyi "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasında, yəni Şahid5 və Şahid4 arasında saat 15:59-da, 18:50-də, 19:15-də, 19:20-də,19:41-də, 19:59-da telefon danışıqları olması müəyyən edilmişdir. Həmçinin 30 yanvar 2025-ci il tarixdə Şahid5 istifadə etdiyi "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasında saat 14:27-də 119 saniyə telefon danışığı olmuş, bundan başqa həmin tarixdə Şahid5 istifadə etdiyi "xxxx" MMC- yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid4 istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasında saat 15:05-də 32 saniyə telefon danışığı olmuşdur. Protokol tərəfimdən tərtib edilmiş, protokolun düzgünlüyü imzamla təsdiq edilmişdir. İşin 1-ci cild 100-104-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkəmə bioloji ekspertizasının 31 yanvar 2025-ci il tarixli 17/70 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Balakən rayonu Tülü kənd sakini Şahid4 üzərindən götürülmüş kütlə,çəkisi 17,19 qr.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 14,96 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Balakən rayonu Tülü kənd sakini Şahid5 üzərindən aşkar olmuş 9,84 qr kütlə.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 8,88 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis)bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Balakən rayonu Talalar kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş çəkisi 15,45 qr olan kütlə.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-13,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis)bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 03 (üç) ədəd şəffaf sellofan bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin 2-ci cild 65-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Məhkəmə narkoloji ekspertizasının 01 aprel 2025-ci il tarixli 481 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cild 81-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 30 yanvar 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2025-ci ildə saat 23:50-də Azərbaycan Respublikası CM-nin 234.1 və234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. Təqsirləndirilən şəxs azadlığı 30 yanvar 2025-ci il tarixdən saat 21:47-də məhdudlaşdırılmışdır. İşin 1-ci cild 168-169,170-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 01 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan və akttdan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs 01 fevral 2025-ci il tarixdə saat 21:47-də Balakən RPŞnin MSY-dən azad edilmişdir. İşin 1-ci cild 200-201-ci-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Qarayev X5 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 237.1-cimaddəsi ilə təqsirli bilinib 1 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı ildə Azərbatycan Respublikası Milli Məclisinin xx.xx.2026-cı il tarixli amnistiya qərarının 3 bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir.O, məhkumluğu olmayan şəxsdir. İşin 2-ci cild 7-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 157 nömrəli arayışdan görünür ki, Qarayev X5 rayonu Talalar kənd sakinindir. İşin 2-ci cild 8-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci -cü il tarixli 158 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində arvadı, 1989-cu il təvəllüdlü qızı və 1992-ci il təvəllüdlü oğlu vardır. İşin 2-ci cild 9-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2025-ci il tarixdə Balakən rayon İHB Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 159 nömrəli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur, onun barəsində Talalar kənd İnzibati Ərazi Dairəsinə yazılı və şifahi şikayət daxil olmadığı göstərilir. Cinayət işinin istintaqı zamanı və şəxsi axtarışlar zamanı həkk edilmiş 06 ədəd DVD və 01 ədəd CD diski obyektiv və iş materiallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə şahidlər- Şahid1, Şahid2,Şahid3 və Şahid5 məhkəmə iclasında verdikləri ifadələrini, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini, ekspertiza rəylərini,məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam,hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti,mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Şahid5 narkotik vasitə satmaması, Cəlilin ona 30 manatı narkotikə görə deyil, borc olaraq verməsi, üzərində bir dəfə istifadəlik narkotik vasitə olması, üzərində yoxlama aparılarkən təqdim etdiyi narkotik vasitəni Vüsal adlı əməliyyatçının ona verməsi,polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalması barədə Təqsirləndirilən şəxs məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında təkrar dindirilərkən göstərdiyi xüsusatlar iş materialları ilə təkzib olunduğundan,məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir.Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində, məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2024-cü ilin sentyabr ayının əvvələrində Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsindən keçən Mazım çayına çimmək üçün getmişdir.Həmin vaxt kolluq sahədə bitən 2 ədəd yabanı halda bitən narkotik tərkibli çətənə bitkisi görmüşdür.Daha sonra həmin bitkilərin yararlı hissələrindən yığıb yaşadığı evə gətirib saxlamışdır.Müxtəlif vaxtlarda bir neçə dəfə narkotik vasitə marixuandan özü çəkib istifadə etmişdir.28 yanvar 2025-ci il tarixdə günorta saatlarında Şahid5 ***-***-**-** mobil telefon nömrəsi vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edib ondan almaq üçün narkotik vasitə marixuana istəmişdir.O da Cəlilə yarım saatdan görüşə biləcəklərini, yaşadığı ünvana gəlməsini bildirmişdir. Təxminən yarım saatdan sonra Cəlil onun Balakən rayon Talalar kəndində yaşadığı evin qarşısına gəlib onu çağırmışdır. O, yola çıxıb Cəlillə görüşmüş, Cəlil ona 30 manat vermiş, o da həmin 30 manat pulun müqabilində ona sellofan bükümdə narkotik vasitə marixuananı vermişdir.Narkotik vasitə marixuananın geri qalan hissəsini əynində olan idman gödəkçəsinin sağ yan cibində saxlamışdır.30 yanvar 2025-ci il tarixdə Balakən rayon Talalar kəndində yaşadığı evində olduğu zaman saat 21:47-də kimsə onu yol qapısından çağırmışdır.O, yola çıxmışdır.Həmin şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və Balakən rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt üzərində saxladığı narkotik vasitə əynində olan idman gödəkçəsinin sağ yan cibində olmuşdur.Bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar və varsa təqdim etməsini təklif etmişlər.Həmçinin hüquq və vəzifələri izah edilmişdir.Bundan sonra o, əynində olan idman gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir.Onun təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuana sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 15,45 qram təşkil etmişdir.Bundan sonra təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuana polis əməkdaşı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini məhkəmə iclasında təsdiq edərək göstərdi ki, 28 yanvar 2025-ci ildə Təqsirləndirilən şəxs 30 manata narkotik vasitə almış və həmin vasitənin bir hissəsini Şahid4 40 manata satmışdır. Üstünə baxış zamanı qeydə alınmış videogörüntülərə məhkəmə iclasında baxış keçirilərkən də müəyyən olundu ki,Şahid5 28 yanvar 2025-ci ildə Təqsirləndirilən şəxs 30 manata narkotik vasitə aldığını, Təqsirləndirilən şəxs də ona 30 manata narkotik vasitə satdığını etiraf etmişdir.Ekspert rəyi ilə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, Şahid5 və Şahid4 götürülmüş narkotik vasitələr tərkiblərinə görə eynidirlər. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı verdiyi ifadələrində,həm də məhkəmə iclasında dindirilən zaman Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqında ilkin olaraq verdiyi ifadəsini iş materialları ilə təsdiq olunduğundan məhkəmə onun həmin ifadələrini sübut kimi qəbul edir, məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında təkrar dindirilərkən verdiyi ifadəsini qəbul etmir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və satmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki,cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Cinayət Məcəlləsinin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanunun: 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 08 nömrəli qərarının 5-6-cı bəndlərində göstərilmişdir ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyataxtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür.Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər.Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları,o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olubolmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Qərarın 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir.Məhkəmələrə izah edilsin ki,Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir,onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir,təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti , o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını,cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda təqsirli bilindiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrumetmə cəzasının olmasını, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını,narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu cinayəti törətmiş bir şəxsin cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Onun 30 yanvar 2025-ci il tarixdən 01 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 1(bir) gününə hesablanmaqla həmin cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altina vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə narkoloji ekspertizasının 01 aprel 2025-ci il tarixli 481 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu göstərilsə də məhkəmə hesab edir ki, ona narkomaniyadan məcburi müalicə təyin edilə bilməz.Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs 05 may 2025-ci il tarixdə 60 yaşı tamam olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydasının 3.7-ci maddəsinə əsasən 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara məcburi müalicə təyin edilə bilməz. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı, onun qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat 55 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, təmiz çəkisi 13,98 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 13,93 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv olunmalıdır. Maddi sübut olan 07 ədəd disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 3(üç) il 4(dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Onun 30 yanvar 2025-ci il tarixdən 01 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 1(bir) gününə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altina vermə qətimkan tədbiri dəyişdirilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Onun qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilsin. İş üzrə 34.55 (otuz dörd manat 55 qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, təmiz çəkisi 13,98 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 13,93 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv olunsun. İş üzrə maddi sübut olan 07 ədəd disklər cinayət işinin materiallarında saxlansın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-34/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-34/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver