Məhkəmə qərarları › İş №1(019)-35/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-35/2021

15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-35/2021 15.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X31 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8,Zərərçəkmiş şəxs9,Zərərçəkmiş şəxs10, X8, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs20 və Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs oğlunun-xx xxxxxx 1979-cu il tarixdə Balakən rayonu Kortala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, Balakən rayonunun Kortala kəndində pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək qərarına gəlib Balakən rayon Kortala kənd sakini Zərərçəkmiş şəxs1 guya Kortala kəndi ərazisində fərdi fermer təsərrüfatı yaradacağına inandırıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala şəhərində yerləşən filialından kreditə nəğd pul götürüb ona verməsini bildirib kredit pulunun əsas məbləğini və üzərinə hesablanmış faizlərini özünün ödəyəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs1 03 iyul 2013-cü il tarixli 643\MK\13 saylı kredit müqaviləsi əsasında qeyd edilən bankdan götürdüyü 3000 (üç min) manatını Balakən rayon Kortala kəndi ərazisində, eləcə də vahid niyyətlə Zərərçəkmiş şəxs1 MBulak Bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətindən 05 fevral 2014-cü il tarixli 0602-014-943-01 saylı kredit müqaviləsi əsasında qeyd edilən kredit təşkilatından götürdüyü 1000 (min) manat pulunu Balakən şəhəri ərazisində sonuncudan almış, faizləri ilə birlikdə 1946,1(bir min doqquz yüz qırx altı manat on qəpik) AZN "xxxx" ASC-yə ödəsə də dələduzluq niyyətini həyata keçirərək geri qalan, yəni faizləri ilə birlikdə 3837 (üç min səkkiz yüz otuz yeddi) manat məbləğində pulu ödəməkdən yayınaraq Zərərçəkmiş şəxs1 3837 manat məbləğində ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib Zərərçəkmiş şəxs2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala şəhərində yerləşən filialından kreditə nəğd pul götürüb ona verməsini bildirib kredit pulunun əsas məbləğini və üzərinə hesablanmış faizlərini özünün ödəyəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs2 16 avqust 2013-cü il tarixli 710\MK\13 saylı kredit müqaviləsi əsasında qeyd edilən bankdan götürdüyü 3545,94 (üç min beş yüz qırx beş manat doxsan dörd qəpik) manat dəyərində olan 4520 (dörd min beş yüz iyirmi) ABŞ dollarını Balakən rayonunun Katex kəndi ərazisində sonuncudan almış, faizləri ilə birlikdə 2625,09 (iki min altı yüz iyirmi beş manat sıfır doqquz qəpik) manat dəyərində olan 3346,2 (üç min üç yüz qırx altı USD iyirmi sent) ABŞ dollarını "xxxx" ASC-yə ödəsə də dələduzluq niyyətini həyata keçirərək geri qalan, yəni faizləri ilə birlikdə 2146,43 (iki min bir yüz qırx altı manat qırx üç qəpik) manat dəyərində 2736,06 (iki yeddi yüz otuz altı USD sıfır altı sent ) ABŞ dollarını ödəməkdən yayınaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 2146,43 (iki min bir yüz qırx altı manat qırx üç qəpik) manat məbləğində ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib Zərərçəkmiş şəxs6 mülkiyyətində olan 1996-cı il istehsallı, C180 Mercedes-Benz markalı avtomobilini 7000 (yeddi min) manat müqabilində alacağına razılaşaraq pulunu sonradan ödəyəcəyinə dair yalan vəd verərək 2013-cü ilin mart ayında avtomaşını ondan götürmüş həmin avtomaşının pulunun 2800 (iki min səkkiz yüz) manatını ödəsə də dələduzluq niyyətini həyata keçirərək geri qalan 4200 (dörd min iki yüz) manatını ödəməkdən yayınaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 4200 (dörd min iki yüz) manat məbləğində ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib Zərərçəkmiş şəxs3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala şəhərində yerləşən filialından kreditə nəğd pul götürüb ona verməsini bildirib kredit pulunun əsas məbləğini və üzərinə hesablanmış faizlərini özünün ödəyəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs3 23 oktyabr 2013-cü il tarixli 870\MK\13 saylı kredit müqaviləsi əsasında qeyd edilən bankdan götürdüyü 2000 (iki min) manat pulunu Balakən rayonunun Kortala kəndi ərazisində sonuncudan almış, faizləri ilə birlikdə 1713 (bir min yeddi yüz on üç) manatını banka ödəsə də dələduzluq niyyətini həyata keçirərək geri qalan, yəni faizləri ilə birlikdə1162 (bir min yüz altmış iki) manatını ödəməkdən yayınaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 1162 (bir min yüz altmış iki) manat məbləğində ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib Zərərçəkmiş şəxs4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala şəhərində yerləşən filialından kreditə nəğd pul götürüb ona verməsini bildirib kredit pulunun əsas məbləğini və üzərinə hesablanmış faizlərini özünün ödəyəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs4 23 noyabr 2013-cü il tarixli 856\MK\13 saylı kredit müqaviləsi əsasında qeyd edilən bankdan götürdüyü 4000 (dörd min) manatını Balakən rayonunun Kortala kəndi ərazisində sonuncudan almış, faizləri ilə birlikdə 2050,11 (iki min əlli manat 11 qəpik) manatını banka ödəsə də dələduzluq niyyətini həyata keçirərək geri qalan, yəni faizləri ilə birlikdə 3005,16 (üç min beş manat 16 qəpik) manatını ödəməkdən yayınaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 3005,16 (üç min beş manat 16 qəpik) manat məbləğində ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib Zərərçəkmiş şəxs5 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala şəhərində yerləşən filialından kreditə nəğd pul götürüb ona verməsini bildirib kredit pulunun əsas məbləğini və üzərinə hesablanmış faizlərini özünün ödəyəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs5 13 yanvar 2014-cü il tarixli 003\MK\14 saylı kredit müqaviləsi əsasında qeyd edilən bankdan götürdüyü 2000 (iki min) manatını Balakən rayonunun Kortala kəndi ərazisində sonuncudan almış, faizləri ilə birlikdə 227,78 (iki yüz iyirmi yeddi manat 78 qəpik) manatını banka ödəsə də dələduzluq niyyətini həyata keçirərək geri qalan, yəni faizləri ilə birlikdə 2273,72 (iki min iki yüz yetmiş üç manat yetmiş iki qəpik) manatını ödəməkdən yayınaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 2273,72 (iki min iki yüz yetmiş üç manat yetmiş iki qəpik) manat məbləğində ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib Zərərçəkmiş şəxs7 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala şəhərində yerləşən filialından kreditə nəğd pul götürüb ona verməsini bildirib kredit pulunun əsas məbləğini və üzərinə hesablanmış faizlərini özünün ödəyəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs7 15 yanvar 2014-cü il tarixli kredit müqaviləsi əsasında qeyd edilən bankdan götürdüyü 2500 (iki min beş yüz) manatını Balakən rayonunun Kortala kəndi ərazisində sonuncudan almış, dələduzluq niyyətini həyata keçirərək faizləri ilə birlikdə həmin krediti ödəməkdən yayınaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 3080,14 (üç min səksən manat on dörd qəpik) manat məbləğində ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib Zərərçəkmiş şəxs8 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala şəhərində yerləşən filialından kreditə nəğd pul götürüb ona verməsini bildirib kredit pulunun əsas məbləğini və üzərinə hesablanmış faizlərini özünün ödəyəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs8 22 yanvar 2014-cü il tarixli 020\MK\14 saylı kredit müqaviləsi əsasında qeyd edilən bankdan götürdüyü 3500 (üç min beş yüz) manat pulunu Balakən rayonunun Kortala kəndi ərazisində, eləcə də vahid niyyətlə 1-2 ay müddətinə qaytaracağını vəd edərək 2250 (iki min iki yüz əlli) manat pulunu 2014-cü ilin avqust ayında həmin kəndin ərazisində sonuncudan almış, həmin kredit üzrə faizləri ilə birlikdə 592,5 (beş yüz doxsan iki manat əlli qəpik) manatını "xxxx" ASC-yə ödəsə də dələduzluq niyyətini həyata keçirərək geri qalan, yəni faizləri ilə birlikdə 4503,5 (dörd min beş yüz üç manat əlli qəpik) manatını banka ödəməkdən yayınaraq, həmçinin 2250 (iki min iki yüz əlli) manat pulu verməkdən boyun qaçıraraq Zərərçəkmiş şəxs8 ümumilikdə 6753,5 (altı min yeddi yüz əlli üç manat əlli qəpik) manat məbləğində yəni xeyli miqdarda ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə həmkəndlisi Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib aldadaraq 29 yanvar 2014-cü il tarixdə Balakən şəhər ərazisində yerləşən “KredAqro” Bank Olmayan Kredit Təşkilatından sonuncunu zamin qoymaqla 4078,36 (dörd min yetmiş səkkiz manat otuz altı qəpik) manat dəyərində 5200 (beş min iki yüz) ABŞ dolları məbləğində pulu ödəyəcəyinə yalan vəd verib öz adına götürüb faizləri ilə birlikdə 2388,97 (iki min üç yüz səksən səkkiz manat doxsan yeddi qəpik) manat dəyərində 3046 (üç min qırx altı) ABŞ dollarını banka ödəsə də dələduzluq niyyətini həyata keçirərək geri qalan, yəni faizləri ilə birlikdə 3058,69 (üç min əlli səkkiz manat altmış doqquz qəpik) manat dəyərində 3899,90 (üç min səkkiz yüz doxsan doqquz ABŞ dolları doxsan sent) ABŞ dollarını ödəməkdən yayınaraq Zərərçəkmiş şəxs9 ümumilikdə 3058,69 (üç min əlli səkkiz manat 69 qəpik) manat məbləğində ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib Zərərçəkmiş şəxs10 “Mbulak” Bank Olmayan Kredit Təşkilatı məhdud məsuliyyətli cəmiyyətindən kreditə nəğd pul götürüb ona verməsini bildirib kredit pulunun əsas məbləğini və üzərinə hesablanmış faizlərini özünün ödəyəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs10 05 fevral 2014-cü il tarixli 0602-014-943-01 saylı kredit müqaviləsi əsasında qeyd edilən kredit təşkilatından götürdüyü 1000 (min) manatını Balakən rayonunun Kortala kəndi ərazisində sonuncudan almış, faizləri ilə birlikdə 172 (yüz yetmiş iki) manatını banka ödəsə də dələduzluq niyyətini həyata keçirərək geri qalan, yəni faizləri ilə birlikdə 1118 (bir min bir yüz on səkkiz) manatını ödəməkdən yayınaraq Zərərçəkmiş şəxs10 ümumilikdə 1118 (bir min bir yüz on səkkiz) manat məbləğində ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib X13 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala şəhərində yerləşən filialından kreditə nəğd pul götürüb ona verməsini bildirib kredit pulunun əsas məbləğini və üzərinə hesablanmış faizlərini özünün ödəyəcəyinə dair yalan vədlər verərək Rüsdəm Şirbidovun 31 mart 2013-cü il tarixli 106\MK\14 saylı kredit müqaviləsi əsasında qeyd edilən bankdan götürdüyü 3500 (üç min beş yüz) manatını Balakən rayonunun Kortala kəndi ərazisində sonuncudan almış, faizləri ilə birlikdə 1195,92 (bir bir yüz doxsan beş manat doxsan iki qəpik) manatını banka ödəsə də dələduzluq niyyətini həyata keçirərək geri qalan, yəni faizləri ilə birlikdə 3547,24 (üç min beş yüz qırx yeddi manat iyirmi dörd qəpik) manatını ödəməkdən yayınaraq Rüsdəm Şirbidova ümumilikdə 3547,24 (üç min beş yüz qırx yeddi manat iyirmi dörd qəpik) manat məbləğində ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib Zərərçəkmiş şəxs12 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala şəhərində yerləşən filialından kreditə nəğd pul götürüb ona verməsini bildirib kredit pulunun əsas məbləğini və üzərinə hesablanmış faizlərini özünün ödəyəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs12 07 aprel 2014-cü il tarixli 115\MK\14 saylı kredit müqaviləsi əsasında qeyd edilən bankdan götürdüyü 2000 (iki min) manatını Balakən rayonunun Kortala kəndi ərazisində sonuncudan almış, faizləri ilə birlikdə 559,15 (beş yüz əlli doqquz manat on beş qəpik) manatını banka ödəsə də dələduzluq niyyətini həyata keçirərək geri qalan, yəni faizləri ilə birlikdə 2369,58 (iki min üç yüz altmış doqquz manat əlli səkkiz qəpik) manatını ödəməkdən yayınaraq Zərərçəkmiş şəxs12 ümumilikdə 2369,58 manat məbləğində ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib Zərərçəkmiş şəxs13 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala şəhərində yerləşən filialından kreditə nəğd pul götürüb ona verməsini bildirib kredit pulunun əsas məbləğini və üzərinə hesablanmış faizlərini özünün ödəyəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs13 07 aprel 2014-cü il tarixli kredit müqaviləsi əsasında qeyd edilən bankdan götürdüyü 3000 (üç min) manatını Balakən rayonunun Kortala kəndi ərazisində sonuncudan almış, faizləri ilə birlikdə 839,12 (səkkiz yüz otuz doqquz manat on iki qəpik) manatını banka ödəsə də dələduzluq niyyətini həyata keçirərək geri qalan, yəni faizləri ilə birlikdə 2939,88 (iki min doqquz yüz otuz doqquz manat səksən səkkiz qəpik) manatını ödəməkdən yayınaraq Zərərçəkmiş şəxs13 ümumilikdə 2939.88 (iki min doqquz yüz otuz doqquz manat səksən səkkiz qəpik) manat məbləğində ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib Zərərçəkmiş şəxs14 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala şəhərində yerləşən filialından kreditə nəğd pul götürüb ona verməsini bildirib kredit pulunun əsas məbləğini və üzərinə hesablanmış faizlərini özünün ödəyəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs14 29 aprel 2014-cü il tarixli 172\MK\14 saylı kredit müqaviləsi əsasında qeyd edilən bankdan götürdüyü 3500 (üç min beş yüz) manatını Balakən rayonunun Kortala kəndi ərazisində sonuncudan almış, faizləri ilə birlikdə 1395,24 (bir min üç yüz doxsan beş manat iyirmi dörd qəpik) manatını banka ödəsə də dələduzluq niyyətini həyata keçirərək geri qalan, yəni faizləri ilə birlikdə 2928,63 (iki min doqquz yüz iyirmi səkkiz manat altmış üç qəpik) manatını ödəməkdən yayınaraq Zərərçəkmiş şəxs14 ümumilikdə 2928,63 (iki min doqquz yüz iyirmi səkkiz manat altmış üç qəpik) manat məbləğində ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib Zərərçəkmiş şəxs15 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala şəhərində yerləşən filialından kreditə nəğd pul götürüb ona verməsini bildirib kredit pulunun əsas məbləğini və üzərinə hesablanmış faizlərini özünün ödəyəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs15 12 may 2014cü il tarixli 187\MK\14 saylı kredit müqaviləsi əsasında qeyd edilən bankdan götürdüyü 3500 (üç min beş yüz) manatını Balakən rayonunun Kortala kəndi ərazisində sonuncudan almış, faizləri ilə birlikdə 800 (səkkiz yüz) manatını banka ödəsə də dələduzluq niyyətini həyata keçirərək geri qalan, yəni faizləri ilə birlikdə 3716 (üç min yeddi yüz on altı) manatını ödəməkdən yayınaraq Zərərçəkmiş şəxs15 ümumilikdə 3716 (üç min yeddi yüz on altı) manat məbləğində ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib Balakən rayon Kortala kənd sakini Zərərçəkmiş şəxs16 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala şəhərində yerləşən filialından kreditə nəğd pul götürüb ona verməsini bildirib kredit pulunun əsas məbləğini və üzərinə hesablanmış faizlərini özünün ödəyəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs16 21 may 2014-cü il tarixli 197\MK\14 saylı kredit müqaviləsi əsasında qeyd edilən bankdan götürdüyü 2500 (iki min beş yüz) manatının 2000 (ik min) manatını Balakən rayon Kortala kəndi ərazisində, eləcə də vahid niyyətlə Zərərçəkmiş şəxs16 2014-cü ilin sentyabr ayının əvvəllərində 100 ədəd ot bağlaması verəcəyinə yalan vəd verərək 200 (iki yüz) manat pulunu Balakən rayon Kortala kəndi ərazisində sonuncudan almış, faizləri ilə birlikdə 569,48 (beş yüz altmış doqquz manat qırx səkkiz qəpik) manatını Turan Bank ASC-yə ödəsə də dələduzluq niyyətini həyata keçirərək geri qalan, yəni faizləri ilə birlikdə 1886 manat (bir min səkkiz yüz səksən altı) manat məbləğində pulu ödəməkdən yayınaraq həmçinin 200 manat pulunu qaytarmaqdan boyun qaçıraraq Zərərçəkmiş şəxs16 ümumilikdə 2086 (iki min səksən altı manat) manat məbləğində ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib Zərərçəkmiş şəxs17 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala şəhərində yerləşən filialından kreditə nəğd pul götürüb ona verməsini bildirib kredit pulunun əsas məbləğini və üzərinə hesablanmış faizlərini özünün ödəyəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs17 20 iyun 2014cü il tarixli 235\MK\14 saylı kredit müqaviləsi əsasında qeyd edilən bankdan götürdüyü 2000 (iki min) manatının 1500 (bir min beş yüz) manatını Balakən rayonunun Kortala kəndi ərazisində sonuncudan almış, faizləri ilə birlikdə 113,89 (yüz on üç manat səksən doqquz qəpik) manatını banka ödəsə də dələduzluq niyyətini həyata keçirərək geri qalan, yəni faizləri ilə birlikdə 2118,71 (iki min bir yüz on səkkiz manat yetmiş bir qəpik) manatını ödəməkdən yayınaraq Zərərçəkmiş şəxs17 ümumilikdə 2118,71 (iki min bir yüz on səkkiz manat yetmiş bir qəpik) manat məbləğində ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib Zərərçəkmiş şəxs18 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala şəhərində yerləşən filialından kreditə nəğd pul götürüb ona verməsini bildirib kredit pulunun əsas məbləğini və üzərinə hesablanmış faizlərini özünün ödəyəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs18 21 iyul 2014cü il tarixli 449\FM\14 saylı kredit müqaviləsi əsasında qeyd edilən bankdan götürdüyü 2000 (iki min) manatını Balakən rayonunun Kortala kəndi ərazisində sonuncudan almış, faizləri ilə birlikdə 223,66 (iki yüz iyirmi üç manat altmış altı qəpik) manatını banka ödəsə də dələduzluq niyyətini həyata keçirərək geri qalan, yəni faizləri ilə birlikdə 2377,7 (iki min üç yüz yetmiş yeddi manat yetmiş qəpik) manatını ödəməkdən yayınaraq Zərərçəkmiş şəxs18 ümumilikdə 2377,7 (iki min üç yüz yetmiş yeddi manat yetmiş qəpik) manat məbləğində ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib Zərərçəkmiş şəxs19 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala şəhərində yerləşən filialından kreditə nəğd pul götürüb ona verməsini bildirib kredit pulunun əsas məbləğini və üzərinə hesablanmış faizlərini özünün ödəyəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs19 24 iyul 2014cü il tarixli 458\FM\14 saylı kredit müqaviləsi əsasında qeyd edilən bankdan götürdüyü 1200 (bir min iki yüz) manatını Balakən rayonunun Kortala kəndi ərazisində sonuncudan almış, faizləri ilə birlikdə 134,2 (yüz otuz dörd manat iyirmi qəpik) manatını banka ödəsə də dələduzluq niyyətini həyata keçirərək geri qalan, yəni faizləri ilə birlikdə 1181,8 (bir min bir yüz səksən bir manat səksən qəpik) manatını ödəməkdən yayınaraq Zərərçəkmiş şəxs19 ümumilikdə 1181,8 (bir min bir yüz səksən bir manat səksən qəpik) manat məbləğində ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib Zərərçəkmiş şəxs20 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala şəhərində yerləşən filialından kreditə nəğd pul götürüb ona verməsini bildirib kredit pulunun əsas məbləğini və üzərinə hesablanmış faizlərini özünün ödəyəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs20 24 avqust 2014-cü il tarixli 524\FM\14 saylı kredit müqaviləsi əsasında qeyd edilən bankdan götürdüyü 3500 (üç min beş yüz) manatını Balakən rayonunun Kortala kəndi ərazisində sonuncudan almış, faizləri ilə birlikdə 4033,36 (dörd min otuz üç manat otuz altı qəpik) manatını banka ödəsə də dələduzluq niyyətini həyata keçirərək geri qalan, yəni faizləri ilə birlikdə 588 (beş yüz səksən səkkiz) manatını ödəməkdən yayınaraq Zərərçəkmiş şəxs20 ümumilikdə 588 (beş yüz səksən səkkiz) manat məbləğində ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri və işdə olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayon Kortala kəndində pasport qeydiyyatındadır, evlidir və 2 övladı var.1998-ci ildə Balakən rayon Kortala kənd sakini X20 ilə ailə həyatı qurmuşdur. Əvvəllər Bakı şəhərində marşrut sürücüsü işləmişdir.2009-cu və 2012-ci illər ərzində Bakı şəhərində marşrut şoferi işləmişdir. 2012-ci ildə o, Balakən rayonunda zəlzələ olduğu vaxtlarda vətəndaşlara evlər tikilərkən Qəbələ şəhərindən 10000 manata Kamaz markalı yük maşını almışdır ki, tikintidə işləsin və gəlir əldə etsin. Həmin “Kamaz” markalı yük avtomaşınını özü idarə etmişdir. 6 ay Kamazla işlədikdən sonra Balakən rayon ərazisində tikintilər yekunlaşmış və “Kamaz” markalı yük maşınını 11000 manata satmışdır. Bunun əvəzində isə 1 ədəd mirkoavtobus almışdır. Həmin mikroavtobusu o, 21000 manata almışdır. Həmin marşrutu bir müddət özü sürmüş, bir müddət isə atasının əmisi oğlu Zərərçəkmiş şəxs8 idarə etmişdir. Mikroavtobus Balakən rayon İtitala kəndi və Zaqatala rayonları arası işləmişdir. O, həmin marşrutu aldığı zaman 2014-cü ilin əvvəlləri olmuşdur. Təxminən 2-3 ay həmin marşrutu sürdükdən sonra həmin işdən pul qazana bilməmiş və marşrutu 21000 min manata satmışdır. Sonra isə Balakən rayon Şambul kəndinə işləyən marşrut xətlərini və 4 ədəd marşrutu (mikroavtobusu) Vüqar adlı şəxsdən 16 min manata, 1 ədəd isə Katex kənd sakinindən təxminən adını xatırladığı Mamed adlı şəxsdən 4500 manat məbləğində pula almışdır.Həmin 5 ədəd (mikroavtobuslarla) marşrutlarla Balakən rayon Şambul kəndinə 5 ay işləmişdir. Hər mikroavtobusun öz sürücüsü olmuşdur. Sonra isə o, həmin mikroavtobusları müxtəlif qiymətlərə satmışdır. Həmin mikroavtobusları satmağının səbəbi isə bir qrup həmkəndlilərinin adına müxtəlif banklardan kreditlər götürməklə alması olmuşdur. Sonradan isə həmin pulları ödəyə bilməmiş, həmin mikroavtobuslardan gündəlik gəliri 40 manat olmuşdur. Buna görə də mikroavtobusların birini 3500 manata, digər ikisini 8500 manata, digər iki marşrutu isə hərəsini 6000 manata yəni 12000 manata satmışdır. Həmin marşrutları aralarında 5-10 gün fərq olmaqla satmışdır. Lakin hansını əvvəl və sonra satmağı yadında deyildir. Həmin vaxt 2014-cü il olmuşdur, yəni 7 ilə yaxın vaxt keçdiyinə görə yadında qalmamışdır. 03 iyul 2013-cü il tarixdə Balakən rayon Kortala kənd sakini Zərərçəkmiş şəxs1 adına kənd təsərrüfatı, yəni fermer təsərrüfatı yaradacağını bildirərək ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 3000 manat məbləğində pul götürərək özünə verməsini xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin krediti götürüb ona verəcəyi təqdirdə vaxtı vaxtında faizləri ilə birlikdə banka ödənişi edəcəkdir. Onun xahişindən sonra Zərərçəkmiş şəxs1 kredit götürüb ona verməyə razı olmuşdur. 03 iyul 2013-cü il tarixdə o, Zərərçəkmiş şəxs1 ilə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Zərərçəkmiş şəxs1 adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 3000 manat pul verilmişdir. Cənnətey həmin pulu götürdükdən sonra onlar Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində Cənnətey Turan bankdan kreditə götürdüyü 3000 manat məbləğində pulu sayaraq ona vermişdir. Həmçinin Zərərçəkmiş şəxs1 həmin 3000 manat məbləğində krediti 24 ay müddətinə götürmüş və aylıq ödəniş məbləği də 169,29 AZN olmuşdur. Bundan sonra o, Zərərçəkmiş şəxs1 adına götürdüyü həmin kreditin 1946,1 manatını Turan banka ödəmişdir. Lakin geri qalan hissəsini ödəyə bilmədiyi üçün Zərərçəkmiş şəxs1 Turan banka 2547 manat borcu qalmışdır. Bundan başqa o, 2014-cü ilin fevral ayında Zərərçəkmiş şəxs1 yaxınlaşaraq pula ehtiyacı olduğunu və ona Balakən şəhərində yerləşən "Mbulak" bank olmayan kredit təşkilatından 1000 manat məbləğində kreditə pul götürərək özünə verməyini xahiş etmiş, həmçinin özü də ona zamın duracağını demişdir. Həmçinin də Cənnəteyə həmin krediti banka faizləri ilə birlikdə özü ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 da onunla razılaşmış və 05 fevral 2014-cü il tarixdə Balakən şəhərində yerləşən Mbulak bank olmayan kredit təşkilatına gəlmişlər, orada müvafiq sənədləşdirilmələr aparıldıqdan sonra Zərərçəkmiş şəxs1 1000 manat məbləğində kredit verilmişdir. Həmin kredit 15 ay müddətinə verilmiş və aylıq ödəniş isə 86 manat olmuşdur. Bundan sonra o, Zərərçəkmiş şəxs1 adına götürdüyü həmin krediti isə ödəyə bilməmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 həmin krediti faizləri ilə birlikdə Mbulak bank olmayan kredit təşkilatına 15 ay müddətinə ödəməklə 1290 manat pul ödəyərək tam olaraq bağlamışdır. Bundan başqa 2013-cü ilin avqust ayında əvvəldən tanıdığı Balakən rayon Katex kənd sakini Zərərçəkmiş şəxs2 pula ehtiyacı olduğunu bildirərək ondan Zaqatala rayonunda yerləşən Turan bankdan pul götürərək özünə verməsini xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 bildirmiş ki, həmin krediti götürüb ona verəcəyi təqdirdə banka vaxtlı-vaxtında faizləri ilə birlikdə ödənişi edəcəkdir. Onun xahişindən sonra Zərərçəkmiş şəxs2 kredit götürüb ona verməyə razı olmuşdur.16.08.2013-cü il tarixdə o, Zərərçəkmiş şəxs2 ilə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Orada Zərərçəkmiş şəxs2 adına müvafiq sənədləşmələr aparıldıqdan sonra ona bankdan 3545,94 manat dəyərində olan 4520 ABŞ dolları pul verilmişdir. Şəlalə həmin pulu götürdükdən sonra onlar Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Katex kəndi ərazisində Zərərçəkmiş şəxs2 Turan bankdan kreditə götürdüyü 3545,94 manat dəyərində olan 4520 ABŞ dollarını sayaraq ona vermişdir. Zərərçəkmiş şəxs2 həmin 3545,94 manat dəyərində olan 4520 ABŞ dollarını 24 aylıq götürmüş və aylıq ödəniş məbləği isə 201,93 AZN dəyərində olan 257 ABŞ dolları olmuşdur. O, Zərərçəkmiş şəxs2 adına götürdüyü həmin kreditin faizləri ilə birlikdə 2625,09 manat dəyərində olan 3346,2 ABŞ dollarını Turan bank ASC-yə 13 ay ödəmişdir. Geri qalan faizləri ilə birlikdə 2930,93 manat dəyərində 3736,06 ABŞ dollarını isə ödəyə bilməmişdir. Bundan başqa 2013-cü ilin oktyabr ayında əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini Zərərçəkmiş şəxs3 və anası X2 pula ehtiyacı olduğunu bildirərək onlardan Zaqatala rayonunda yerləşən Turan bankdan 2000 manat pul götürərək özünə verməsini xahiş etmişdir. Həmçinin onlara bildirmişdir ki, həmin krediti götürüb ona verəcəyi təqdirdə banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişi edəcəkdir. Onun xahişindən sonra Zərərçəkmiş şəxs3 kredit götürüb ona verməyə razı olmuşdur. Bundan sonra 23.10.2013-cü il tarixdə o, Zərərçəkmiş şəxs3 ilə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Orada Elviranın adına müvafiq sənədləşmələr aparıldıqdan sonra Elviraya bankdan 2000 manat məbləğində pul verilmişdir. Elvira həmin pulu götürdükdən sonra onlar Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində Elvira anası Əntiqənin işlətdiyi mağazada pulu anasına vermiş, daha sonra da anası Əntiqə Zərərçəkmiş şəxs3 Turan bankdan kreditə götürdüyü 2000 manat məbləğində pulu sayaraq ona vermişdir. Həmçinin Zərərçəkmiş şəxs3 həmin kreditə götürdüyü 2000 manat məbləğində pulu 24 aylıq götürmüş və aylıq ödəniş məbləği isə 113,89 AZN olmuşdur. O, Elviranın adına götürdüyü həmin kreditin faizləri ilə birlikdə 1713 manatını Turan bank ASC-yə ödəmişdir. Geri qalan faizləri ilə birlikdə 1162 manatı isə Zərərçəkmiş şəxs3 özü tərəfindən ödənilərək kredit bağlanmışdır. Bundan başqa 2013-cü ilin mart ayında əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini Zərərçəkmiş şəxs6 ona yaxınlaşaraq istifadəsində olan dövlət nömrə nişanını xatırlamadığı 1996-cı il istehsallı Mersedes C180 markalı avtomobilini 7000 manata satdığını bildirmişdir. O da Cavanşirə həmin avtomaşını özünə satmasını, pulunu isə Cavanşir Rusiya Federasiyasından qayıtdıqdan sonra verəcəyini bildirmişdir. Cavanşir də avtomobilini pulunu sonradan vermək şərti ilə onunla razılaşmışdır. X29 gedib 2 aydan ona zəng edərək maşının pulundan bir hissəsini yoldaşına verməyini xahiş etmişdir. Yəni gücü çatan qədər pul verməyini demişdir. O, da əlində olan puldan 2013-cü ilin may ayında 1500 manat pulu Cavanşirin yoldaşı Firəngizə vermişdir. Həmçinin Firəngizə adına 1300 manat kredit götürməsini və həmin pulu yoldaşı Cavanşirə olan borcundan çıxılmasını və həmin krediti özü ödəyəcəyini bildirmişdir. Cavanşirdən aldığı avtomobili isə pul lazım olduğundan 2014-cü ilin may ayında Sumqayıt şəhərində avtomaşın bazarında 5500 manata satmışdır. Həmçinin onun Cavanşirə borcu olan 4200 manat pulun bir hissəsinin ödənilməsi üçün Cavanşir Rusiya Federasiyasından qayıtdıqdan sonra ona yaxınlaşaraq bildirmişdir ki, həmkəndliləri X4 adına 3000 manat kredit götürmək istəyir və həmin krediti faizləri ilə birlikdə banka onun ödəməyini bildirərək özünə olan borcundan çıxılacağını demişdir. O da Cavanşirlə razılaşmışdır. Cavanşir Havvanın adına 2013-cü ilin 08 noyabr tarixində 3000 manat məbləğində kredit pul götürmüş, lakin o, imkanı olmadığına görə həmin pulu ödəyə bilməmişdir. Buna görə də Cavanşir Havvanın adına olan kreditə faizləri ilə birlikdə Turan banka 4538,90 AZN pul ödəyərək Havvanın adına olan krediti tam bağlamışdır. Lakin o, Havvanın adına olan Cavanşirin götürdüyü həmin krediti tam olaraq banka Cavanşirə olan borcunu ödəmək üçün ödəyəcəyini bildirmişdir. Pulu ödəyə bilmədiyindən həmin pul Cavanşir tərəfindən banka tam olaraq ödənilmişdir. Beləliklə də onun Cavanşirə 8738,90 AZN borcu yaranmışdır.Bundan başqa 2013-cü ilin oktyabr ayında əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini X5 yaxınlaşaraq onun əri Zərərçəkmiş şəxs6 olan 7000 manat məbləğində borcunun bir hissəsini ödəmək məqsədi ilə Firəngizə Zaqatala rayonunda yerləşən Turan bankdan 1300 manat pul götürməsini və həmin krediti özü ödəyəcəyini, həmçinin Zərərçəkmiş şəxs6 olan 7000 manat məbləğində borcundan çıxacağını bildirmişdir. Firəngiz Əfəndiyeva da onun dedikləri ilə razılaşmışdır. Bundan sonra 24.10.2013-cü il tarixdə o, Firəngiz Əfəndiyeva ilə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər.Orada Firəngizin adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 1300 manat məbləğində pul verilmişdir. Firəngiz həmin pulu götürdükdən sonra onlar Balakən rayonuna qayıtmışlar. X11 həmin kreditə götürdüyü 1300 manat məbləğində pulu 12 aylıq götürmüş və aylıq ödəniş məbləği isə 126,09 AZN olmuşdur. O, Firəngizin adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 8 ay ödəməklə 1011,24 manatını Turan bank ASC-yə ödəmişdir. Geri qalan 4 ayını isə ödəyə bilmədiyindən 504,35 manatını isə Firəngiz Əfəndiyeva özü ödəmişdir.Bundan başqa 2013-cü ilin noyabr ayında qohumu Balakən rayon Kortala kənd sakini Zərərçəkmiş şəxs4 yaxınlaşaraq pula ehtiyacı olduğunu bildirərək ondan adına Zaqatala rayonunda yerləşən Turan bankdan 4000 manat pul götürərək özünə verməsini xahiş etmişdir. Həmçinin Azada həmin krediti götürüb ona verəcəyi təqdirdə banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişi edəcəyini bildirmişdir. Onun xahişindən sonra Zərərçəkmiş şəxs4 kredit götürüb ona verməyə razı olmuşdur. Bundan sonra 27.11.2013cü il tarixdə o, Zərərçəkmiş şəxs4la birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Orada Azadın adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 4000 manat məbləğində pul verilmişdir. Azad həmin pulu götürdükdən sonra onlar Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində Azad kreditə götürdüyü həmin 4000 manat pulu sayıb ona vermişdir. Həmçinin Zərərçəkmiş şəxs4 həmin kreditə götürdüyü 4000 manat məbləğində pulu 24 aylıq götürmüş və aylıq ödəniş məbləği isə 227,79 AZN olmuşdur. O, Azadın adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 9 ay ödəməklə 2050,11 AZN Turan bank ASCyə ödəmişdir. Geri qalan faizləri ilə birlikdə 3005,16 manatı isə Azad banka özü ödəməklə ümumilikdə 5055,27 AZN krediti tam bağlamışdır. Onun Azada 3005,16 AZN borcu qalmışdır.Bundan başqa bildirmişdir ki, 2014-cü ilin yanvar ayında həmkəndlisi və əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini Zərərçəkmiş şəxs5 yaxınlaşaraq mikroavtobus almağa və xətt açdırmaq istədiyini bildirərək ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 2000 manat pul götürərək özünə verməsini xahiş etmişdir.Həmçinin ona bildirmişdir ki, həmin krediti götürüb özünə verəcəyi təqdirdə banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişi edəcəkdir. Onun bu xahişindən sonra Zərərçəkmiş şəxs5 onunla razılaşaraq kredit götürüb ona verməyə razı olmuşdur. Bundan sonra 13.01.2014-cü il tarixdə o, Zərərçəkmiş şəxs5la birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Orada Elşənin adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 2000 manat məbləğində pul verilmişdir. Elşən həmin pulu götürdükdən sonra onlar Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində Elşən kreditə götürdüyü həmin 2000 manat pulu sayıb ona vermişdir. Həmçinin Zərərçəkmiş şəxs5 həmin kreditə götürdüyü 2000 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 113,89 AZN olmuşdur. O, Elşənin adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 2 ay ödəməklə 227,78 manatını Turan bank ASC-yə ödəmişdir. Geri qalan faizləri ilə birlikdə 2501,5 manatı isə Elşən banka özü ödəməklə krediti tam bağlamışdır.Onun Elşənə 2273,72 AZN borcu qalmışdır. Bundan başqa 2014-cü ilin yanvar ayında həmkəndlisi və əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini Zərərçəkmiş şəxs7 yaxınlaşaraq mikroavtobus alıb marşuruta işləmək istədiyini bildirərək ondan Zaqatala rayonunda yerləşən “Accsess” bankdan 2500 manat pul götürərək özünə verməsini xahiş etmişdir. Həmçinin ona bildirmişdir ki, həmin krediti götürüb özünə verəcəyi təqdirdə banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişi edəcəkdir. Onun bu xahişindən sonra Zərərçəkmiş şəxs7 onunla razılaşaraq kredit götürüb ona verməyə razı olmuşdur. Bundan sonra 15.01.2014-cü il tarixdə o, Zərərçəkmiş şəxs7 ilə birlikdə Zaqatala rayonunda yerləşən Accsess banka getmişlər. Orada Məleykənin adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 2500 manat məbləğində pul verilmişdir. Məleykə həmin pulu götürdükdən sonra onlar Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində Məleykə kreditə götürdüyü həmin 2500 manat pulu sayıb ona vermişdir. Həmçinin Zərərçəkmiş şəxs7 həmin kreditə götürdüyü 2500 manat məbləğində pulu 18 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 175,93 AZN olmuşdur. Lakin o, Məleykənin adına götürdüyü həmin krediti imkanı olmadığından ödəyə bilməmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs7 həmin krediti faizləri ilə birlikdə 3080,14 AZN Accsess banka ödəməklə krediti tam bağlamışdır. Bundan başqa 2014-cü ilin yanvar ayında həmkəndlisi Balakən rayon Kortala kənd sakini Zərərçəkmiş şəxs8 yaxınlaşaraq özünə məxsus “Kamaz” markalı avtomaşını sərf eləmədiyindən satıb mikroavtobus almaq istədiyini,lakin pulu çatmadığını bildirərək ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 3500 manat pul götürərək özünə verməsini xahiş etmişdir. Həmçinin ona bildirmişdir ki, həmin krediti götürüb ona verəcəyi təqdirdə banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişi edəcəkdir. Onun bu xahişindən sonra Zərərçəkmiş şəxs8 onunla razılaşaraq kredit götürüb ona verməyə razı olmuşdur. Bundan sonra 22.01.2014-cü il tarixdə o, Zərərçəkmiş şəxs8la birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Orada Rəşadın adına müvafiq sənədləşmələr aparıldıqdan sonra ona bankdan 3500 manat məbləğində pul verilmişdir. Rəşad həmin pulu götürdükdən sonra onlar Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində Rəşad kreditə götürdüyü həmin 3500 manat pulu sayıb ona vermişdir. Həmçinin Zərərçəkmiş şəxs8 həmin kreditə götürdüyü 3500 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 197,50 azn olmuşdur. O, Elşənin adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 3 ay ödəməklə 592,50 manatını Turan bank ASC-yə ödəmişdir. Geri qalan faizləri ilə birlikdə 4503,5 manatı isə ödəməmişdir. Həmçinin Rəşada özünə pul lazım olduğunu bildirərək ondan 2250 manat nəğd pulu bir iki ay müddətinə ödəyəcəyini bildirərək 2014-cü ilin avqust ayında həmin məbləği Kortala kəndi ərazisində Rəşaddan götürmüşdür. Həmin pulu da Zərərçəkmiş şəxs8 qaytarmayaraq ümumilikdə Zərərçəkmiş şəxs8 6753,5 AZN ziyan vurmuşdur. Bundan başqa 2014-cü ilin yanvar ayında Balakən rayon Kortala kənd sakini Zərərçəkmiş şəxs9 yaxınlaşaraq Balakən şəhərində yerləşən “KredAqro” kredit təşkilatından pul götürmək istədiyini və onun maaşı olduğu üçün özünə zamın durmağını xahiş etmişdir. Zərərçəkmiş şəxs9 da onun xahişindən sonra ona zamin durmağa razılaşmışdır. Bundan sonra 29.01.2014-cü il tarixdə o, Zərərçəkmiş şəxs9la birlikdə Balakən şəhərində yerləşən “Kred Aqro” kredit təşkilatına getmişlər. Orada onun adına müvafiq sənədləşmələr aparıldıqdan sonra ona bankdan 4078,36 AZN, yəni 5200 ABŞ dolları pul almışdır. Anar da həmin kreditlə bağlı sənədlərə zamin olaraq imza etmişdir. Bundan sonra o, həmin pulun 2388,97 manatını həmin kredit təşkilatına ödəmişdir. Lakin sonradan imkanı olmadığı üçün geri qalan pulu ödəyə bilməmişdir. Buna görə də banka 3899,90 ABŞ dolları, yəni 3058,69 AZN borcu qalmışdır. Bundan sonra ona məlum olmuşdur ki, həmin iş məhkəməyə göndərilmiş və Anarın əmək haqqından kreditin ödənilməsi üçün pul tutulması barədə qərar qəbul edilmişdir. Həmçinin ödənməmiş kredit borcu 3058,69 AZN qalmışdır. Bundan başqa 2014-cü ilin fevral ayında həmkəndlisi əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini Zərərçəkmiş şəxs10 yaxınlaşaraq özünə məxsus mikroavtobusları olduğunu və həmin mikroavtobusların təmirə ehtiyacı olduğunu, lakin təmir etdirməyə imkanı olmadığına görə ondan Balakən rayonunda yerləşən “Mbulak” kredit təşkilatından 1000 manat pul götürərək özünə verməsini xahiş etmişdir. Həmçinin ona bildirmişdir ki, həmin krediti götürüb ona verəcəyi təqdirdə banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişi edəcəkdir. Onun bu xahişindən sonra Zərərçəkmiş şəxs10 onunla razılaşaraq kredit götürüb ona verməyə razı olmuşdur. Bundan sonra 05.02.2014-cü il tarixdə o, Zərərçəkmiş şəxs10la birlikdə Balakən rayonunda yerləşən Mbulak bank kredit təşkilatına getmişlər.Orada Siracəddinin adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 1000 manat məbləğində pul verilmişdir. Siracəddin həmin pulu götürdükdən sonra Balakən rayonu Kortala kəndi ərazisində həmin 1000 manat pulu sayıb ona vermişdir. Həmçinin Zərərçəkmiş şəxs10 həmin kreditə götürdüyü 1000 manat məbləğində pulu 15 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 86 AZN olmuşdur. O, Siracəddinin adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 2 ay ödəməklə 172 manatını “KredAqro” kredit təşkilatına ödəmişdir. Geri qalan faizləri ilə birlikdə 1118 manatı isə Siracəddin banka özü ödəməklə krediti tam bağlamışdır. Onun Siracəddinə 1118 AZN borcu qalmışdır. Bundan başqa 2013-cü ilin mart ayında həmkəndlisi əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini X14 yaxınlaşaraq yaşadığı evin qarşısında bağ olduğunu, həmin bağda ferma yaratmaq istədiyini bildirərək ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 3500 manat pul götürərək özünə verməsini xahiş etmişdir. Həmçinin ona bildirmişdir ki, həmin krediti götürüb ona verəcəyi təqdirdə banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişi edəcəkdir. Onun bu xahişindən sonra Rüsdəm Şirbidov onunla razılaşaraq kredit götürüb ona verməyə razı olmuşdur. Bundan sonra 31.03.2014-cü il tarixdə o, Rüsdəm Şirbidovla birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Orada Rüsdəmin adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 3500 manat məbləğində pul verilmişdir. Rüsdəm həmin pulu götürdükdən sonra onlar Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində Rüsdəm kreditə götürdüyü həmin 3500 manat pulu sayıb ona vermişdir. X26 həmin kreditə götürdüyü 3500 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 199,32 AZN olmuşdur. O, Rüsdəmin adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 6 ay ödəməklə 1195,92 manatınıTuran bank ASC-yə ödəmişdir. Geri qalan faizləri ilə birlikdə 3547,24 manatı isə Rüsdəm banka özü ödəməklə krediti tam bağlamışdır. Onun Rüsdəmə 3547,24 AZN borcu qalmışdır. Bundan başqa 2014-cü ilin aprel ayında həmkəndlisi, əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini Zərərçəkmiş şəxs12 yaxınlaşaraq özünə məxsus mikroavtobusları olduğunu və həmin mikroavtobusların təmirə ehtiyacı olduğunu, lakin təmir etdirməyə imkanı olmadığına görə ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 2000 manat pul götürərək özünə verməsini xahiş etmişdir.Həmçinin ona bildirmişdir ki, həmin krediti götürüb ona verəcəyi təqdirdə banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişi edəcəkdir. Onun bu xahişindən sonra Zərərçəkmiş şəxs12 onunla razılaşaraq kredit götürüb ona verməyə razı olmuşdur. Bundan sonra 07.04.2014-cü il tarixdə o, Zərərçəkmiş şəxs12 ilə birlikdə Zaqatala rayonunda yerləşən "xxxx" ASC-nin Zaqatala filialına getmişlər. Orada Tamilənin adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 2000 manat məbləğində pul verilmişdir. Tamilə həmin pulu götürdükdən sonra onlar Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində Tamilə kreditə götürdüyü həmin 2000 manat pulu sayıb ona vermişdir. Həmçinin Zərərçəkmiş şəxs12 həmin kreditə götürdüyü 2000 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 111,83 azn olmuşdur. O, Tamilənin adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 5 ay ödəməklə 559,15 manatını Turan bank ASC-yə ödəmişdir. Geri qalan faizləri ilə birlikdə 2369,58 manatı isə Tamilə banka özü ödəməklə krediti tam bağlamışdır. Onun Tamiləyə 2369,58 AZN borcu qalmışdır. Bundan başqa 2014-cü ilin aprel ayında həmkəndlisi, əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini Zərərçəkmiş şəxs13 yaxınlaşaraq mikroavtobuslar almaq istədiyini, lakin pulu çatmadığını bildirərək ondan Zaqatala rayonunda yerləşən "xxxx" QSC-dən 3000 manat pul götürərək özünə verməsini xahiş etmişdir. Həmçinin ona bildirmişdir ki, həmin krediti götürüb ona verəcəyi təqdirdə banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişi edəcəkdir.Onun bu xahişindən sonra Zərərçəkmiş şəxs13 onunla razılaşaraq kredit götürüb ona verməyə razı olmuşdur. Bundan sonra 07.04.2014-cü il tarixdə o, Zərərçəkmiş şəxs13la birlikdə Zaqatala rayonunda yerləşən "xxxx" QSC-ə getmişlər.Orada Hüseynin adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 3000 manat məbləğində pul verilmişdir. Hüseyn həmin pulu götürdükdən sonra onlar Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində Hüseyn kreditə götürdüyü həmin 3000 manat pulu sayıb ona vermişdir. Həmçinin Zərərçəkmiş şəxs13 həmin kreditə götürdüyü 3000 manat məbləğində pulu 18 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 209,78 AZN olmuşdur. O, Hüseynin adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 4 ay ödəməklə 839,12 manatını "xxxx" QSC-ə ödəmişdir. Geri qalan faizləri ilə birlikdə 2939,88 manatı isə Hüseyn banka özü ödəməklə krediti tam bağlamışdır. Onun Hüseynə 2939,88 AZN borcu qalmışdır. Bundan başqa 2014-cü ilin aprel ayında həmkəndlisi əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini X1 yaxınlaşaraq daha bir mikroavtobus almaq istədiyini, həmçinin həmin mikroavtobusu kürəkəni Səbuhiyə verəcəyini və “marşuruta sürər” deyərək bu məqsədlə ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 3000 manat pul götürərək özünə verməsini xahiş etmişdir. Həmçinin ona bildirmişdir ki, həmin krediti götürüb ona verəcəyi təqdirdə banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişi edəcəkdir. Onun bu xahişindən sonra Bədrəddin Rəşidov onunla razılaşaraq kredit götürüb ona verməyə razı olmuşdur. Bundan sonra 17.04.2014-cü il tarixdə o, Bədrəddin ilə birlikdə Zaqatala rayonunda yerləşən "xxxx" ASCnin Zaqatala filialına getmişlər. Orada Bədrəddinin adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 3000 manat məbləğində pul verilmişdir. Bədrəddin həmin pulu götürdükdən sonra onlar Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Katex kəndi ərazisində yol ilə gəldikləri zaman Bədrəddin kreditə götürdüyü həmin 3000 manat pulu sayıb ona vermişdir. X17 həmin kreditə götürdüyü 3000 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 170,84 AZN olmuşdur. O, Bədrəddinin adına götürdüyü həmin 3000 manat məbləğində krediti faizləri ilə birlikdə ödəyərək krediti tam bağlanmışdır. Bununla da onun Bədrəddin Rəşidova borcu qalmamışdır. Bundan başqa 2014-cü ilin aprel ayında həmkəndlisi əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini Rəfayıl Butdayevin evində olduğu zaman ona pula ehtiyacı olduğunu və Zaqatala rayonunda yerləşən Turan bankdan 3500 manat pul götürərək özünə verməsini xahiş etmişdir. Həmçinin ona bildirmişdir ki, həmin krediti götürüb ona verəcəyi təqdirdə banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişi edəcəkdir. Həmin vaxtı onların yanında Rəfayılın həyat yoldaşı Zərərçəkmiş şəxs14 da olmuşdur. Rəfayıl onun xahişindən sonra, yoldaşı Məhbubənin adına kredit götürüb ona verməyə razı olmuşlar. Bundan sonra 29.04.2014cü il tarixdə o, Zərərçəkmiş şəxs14 ilə birlikdə Zaqatala rayonunda yerləşən "xxxx" ASCnin Zaqatala filialına getmişlər. Orada Məhbubənin adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 3500 manat məbləğində pul verilmişdir. Məhbubə həmin pulu götürdükdən sonra onlar Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində Məhbubə kreditə götürdüyü həmin 3500 manat pulu sayıb ona vermişdir. Həmçinin Zərərçəkmiş şəxs14 həmin kreditə götürdüyü 3500 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 199,32 AZN olmuşdur. O, Məhbubənin adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 7 ay ödəməklə 1395,24 manatını "xxxx" ASC-yə ödəmişdir. Bundan başqa 2014-cü ilin may ayında baldızı olan Balakən rayon Kortala kənd sakini Zərərçəkmiş şəxs15 yaxınlaşaraq özünə mikroavtobuslar almaq istədiyini, lakin imkanı olmadığına görə ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 3500 manat pul götürərək özünə verməsini xahiş etmişdir. Həmçinin ona bildirmişdir ki, həmin krediti götürüb özünə verəcəyi təqdirdə banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişi edəcəkdir. Onun bu xahişindən sonra Zərərçəkmiş şəxs15 onunla razılaşaraq kredit götürüb ona verməyə razı olmuşdur. Bundan sonra 12.05.2014-cü il tarixdə o, Zərərçəkmiş şəxs15 ilə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Orada Xətimənin adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 3500 manat məbləğində pul verilmişdir. Xətimə həmin pulu götürdükdən sonra onlar Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində Xətimə kreditə götürdüyü həmin 3500 manat pulu sayıb ona vermişdir. Həmçinin Zərərçəkmiş şəxs15 həmin kreditə götürdüyü 3500 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 199,32 AZN olmuşdur. O, Xətimənin adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 4 ay ödəməklə 800 manatını Turan bank ASC-yə ödəmişdir. Lakin geri qalanını ödəyə bilmədiyi üçün ümumilikdə 3716 AZN Zərərçəkmiş şəxs15 ziyan vurmuşdur. Bundan başqa 2014-cü ilin may ayında həmkəndlisi, əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini Zərərçəkmiş şəxs16 yaxınlaşaraq özünə məxsus mikroavtobusların sayını artırmaq istədiyini, həmçinin təmir sexləri açmaq istədiyini bildirərək ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 2500 manat pul götürərək özünə verməsini xahiş etmişdir. Həmçinin ona bildirmişdir ki, həmin krediti götürüb özünə verəcəyi təqdirdə banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişi edəcəkdir. Onun bu xahişindən sonra Zərərçəkmiş şəxs16 onunla razılaşaraq kredit götürüb ona verməyə razı olmuşdur. Həmçinin Azər həmin puldan 500 manatını özü götürəcəyini və özünə düşən hissəsini özü ödəyəcəyini, 2000 manatını isə ona verəcəyini bildirmişdir. O da Azərlə razılaşmışdır.Bundan sonra 21.05.2014-cü il tarixdə o, Zərərçəkmiş şəxs16la birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Orada Azərin adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 2500 manat məbləğində pul verilmişdir. Azər həmin pulu götürdükdən sonra onlar Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində Azər kreditə götürdüyü həmin 2500 puldan 2000 manat pulu sayıb ona vermiş, 500 manatını isə özü ödəmək şərti ilə özünə götürmüşdür. Həmçinin Zərərçəkmiş şəxs16 həmin kreditə götürdüyü 2500 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 142,37 AZN olmuşdur. O, Azərin adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 4 ay ödəməklə 569,48 manatını Turan bank ASC-yə ödəmişdir.Bundan başqa 2014-cü ilin iyun ayında həmkəndlisi əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini Zərərçəkmiş şəxs17 yaxınlaşaraq çətinliyi olduğunu və pul lazım olduğunu bildirərək ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 2000 manat pul götürərək özünə verməsini xahiş etmişdir. Həmçinin ona bildirmişdir ki, həmin krediti götürüb ona verəcəyi təqdirdə banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişi edəcəkdir. Onun bu xahişindən sonra Zərərçəkmiş şəxs17 onunla razılaşaraq kredit götürüb ona verməyə razı olmuşdur. Həmçinin Şamo həmin puldan 500 manatını özü götürəcəyini və özünə düşən hissəsini özü ödəyəcəyini, 1500 manatını isə ona verəcəyini bildirmişdir. O da Şamo ilə razılaşmışdır. Bundan sonra 20.06.2014-cü il tarixdə o, Zərərçəkmiş şəxs17lə ilə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər.Orada Şamonun adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 2000 manat məbləğində pul verilmişdir. Şamo həmin pulu götürdükdən sonra onlar Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində Şamo kreditə götürdüyü həmin 2000 manat puldan 1500 manatını sayıb ona vermiş, 500 manatını isə özü ödəmək şərti ilə özünə götürmüşdür. Həmçinin Zərərçəkmiş şəxs17 həmin kreditə götürdüyü 2000 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 113,89 AZN olmuşdur. O, Şamonun adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 1 ay ödəməklə 113,89 manatını Turan bank ASC-yə ödəmişdir. Geri qalan faizləri ilə birlikdə 2118,71 manatı isə Şamo banka özü ödəməklə krediti tam bağlamışdır. Onun Şamoya 2118,71 AZN borcu qalmışdır. Bundan başqa 2014-cü ilin iyul ayında həmkəndlisi, əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini Zərərçəkmiş şəxs18 yaxınlaşaraq mikroavtobus almaq istədiyni, lakin imkanı olmadığını bildirərək ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 2000 manat pul götürərək özünə verməsini xahiş etmişdir. Həmçinin ona bildirmişdir ki, həmin krediti götürüb özünə verəcəyi təqdirdə banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişi edəcəkdir. Onun bu xahişindən sonra Zərərçəkmiş şəxs18 onunla razılaşaraq kredit götürüb ona verməyə razı olmuşdur. Bundan sonra 21.07.2014-cü il tarixdə o, Famillə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Orada Familin adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 2000 manat məbləğində pul verilmişdir. Famil həmin pulu götürdükdən sonra onlar Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində Famil kreditə götürdüyü həmin 2000 manat pulu sayıb ona vermişdir. Həmçinin Zərərçəkmiş şəxs18 həmin kreditə götürdüyü 2000 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 111,83 AZN olmuşdur. O, Familin adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 2 ay ödəməklə 223,66 manatı Turan bank ASC-yə ödəmişdir.Geri qalan faizləri ilə birlikdə 2377,70 AZN-i isə Zərərçəkmiş şəxs18 faizləri ilə birlikdə Turan banka ödəməklə krediti tam bağlamışdır. Bununla da onun Zərərçəkmiş şəxs18 2377,70 AZN borcu qalmışdır. Bundan başqa 2014-cü ilin iyul ayında baldızı olan Balakən rayon Kortala kənd sakini Zərərçəkmiş şəxs19 yaxınlaşaraq fermer təsərrüfatı yaratmaq istədiyini, lakin imkanı olmadığını bildirərək ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 1200 manat pul götürərək özünə verməsini xahiş etmişdir. Həmçinin ona bildirmişdir ki, həmin krediti götürüb özünə verəcəyi təqdirdə banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişi edəcəkdir. Onun bu xahişindən sonra Zərərçəkmiş şəxs19 onunla razılaşaraq kredit götürüb ona verməyə razı olmuşdur. Bundan sonra 24.07.2014-cü il tarixdə o, Gülmira ilə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Orada Gülmiranın adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 1200 manat məbləğində pul verilmişdir. Gülmira həmin pulu götürdükdən sonra onlar Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində Gülmira kreditə götürdüyü həmin 1200 manat pulu sayıb ona vermişdir. Həmçinin Zərərçəkmiş şəxs19 həmin kreditə götürdüyü 1200 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 67,10 AZN olmuşdur. O, Gülmiranın adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 2 ay ödəməklə 134,20 manatı Turan bank ASC-yə ödəmişdir. Geri qalan 1181,80 manatı isə Zərərçəkmiş şəxs19 faizləri ilə birlikdə Turan banka ödəməklə krediti tam bağlamışdır. Onun Zərərçəkmiş şəxs19 1181,80 AZN borcu vardır. Bundan başqa 2014-cü ilin avqust ayında həmkəndlisi, əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini Zərərçəkmiş şəxs20 yaxınlaşaraq pula ehtiyacı olduğunu bildirərək ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 3500 manat pul götürərək özünə verməsini xahiş etmişdir. Həmçinin ona bildirmişdir ki, həmin krediti götürüb ona verəcəyi təqdirdə banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişi edəcəkdir. Onun bu xahişindən sonra Zərərçəkmiş şəxs20 onunla razılaşaraq kredit götürüb ona verməyə razı olmuşdur. Bundan sonra 25.08.2014-cü il tarixdə o, Həbibə ilə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Orada Həbibənin adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 3500 manat məbləğində pul verilmişdir. Həbibə həmin pulu götürdükdən sonra onlar Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində Həbibə kreditə götürdüyü həmin 3500 manat pulu sayıb ona vermişdir. Həmçinin Zərərçəkmiş şəxs20 həmin kreditə götürdüyü 3500 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 195,69 AZN olmuşdur. O, Həbibənin adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 4033,36 manatı Turan bank ASC-yə ödəmişdir. Geri qalan faizləri ilə birlikdə 588 manatı isə ödəyə bilmədiyindən Zərərçəkmiş şəxs20 tərəfindən banka ödənilərək kredit tam bağlanmışdır. Bununla da onun Zərərçəkmiş şəxs20 588 AZN borcu qalmışdır. Bundan başqa 2014-cü ilin sentyabr ayında həmkəndlisi əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini X21 yaxınlaşaraq inək malları alacağını və təsərrüfatını genişləndirəcəyini bildirərək ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 2000 manat pul götürərək özünə verməsini xahiş etmişdir. Həmçinin ona bildirmişdir ki, həmin krediti götürüb ona verəcəyi təqdirdə banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişi edəcəkdir. Onun bu xahişindən sonra İbad Hacıyev onunla razılaşaraq kredit götürüb ona verməyə razı olmuşdur. Bundan sonra 02.09.2014cü il tarixdə o, İbadla birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Orada İbadın adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 2000 manat məbləğində pul verilmişdir. İbad həmin pulu götürdükdən sonra onlar Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində İbad kreditə götürdüyü həmin 2000 manat pulu sayıb ona vermişdir. X34 həmin kreditə götürdüyü 2000 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 112 AZN olmuşdur. O, İbadın adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 2412 manatını Turan bank ASC-yə ödəməklə krediti tam olaraq bağlamışdır. Bundan başqa 2014-cü ilin fevral ayında həmkəndlisi, əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini X2 yaxınlaşaraq pula ehtiyacı olduğunu bildirərək ondan Balakən rayonunda yerləşən “KredAqro” kredit təşkilatında 3500 manat pul götürərək özünə verməsini xahiş etmişdir. Həmçinin ona bildirmişdir ki, həmin krediti götürüb özünə verəcəyi təqdirdə banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişi edəcəkdir.Onun bu xahişindən sonra Əntiqə Akqubayeva onunla razılaşaraq kredit götürüb ona verməyə razı olmuşdr. Bundan sonra 14.02.2014-cü il tarixdə o, Əntiqə ilə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Orada Əntiqənin adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 3500 manat məbləğində pul verilmişdir. Əntiqə həmin pulu götürdükdən sonra onlar Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində Əntiqə kreditə götürdüyü həmin 3500 manat pulu sayıb ona vermişdir. X18 həmin kreditə götürdüyü 3500 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 172 AZN olmuşdur. O,Əntiqənin adına götürdüyü həmin krediti faizləri ilə birlikdə ödəyərək krediti tam bağlanmışdır. Bununla da onun Əntiqə Akqubayevaya borcu qalmamışdır.Bundan başqa 2014-cü ilin sentyabr ayında qaynatası Balakən rayon Kortala kənd sakini X3 yaxınlaşaraq qızı Ruslanənin təhsil haqqını ödəməyə imkanı olmadığından ondan Zaqatala rayonunda yerləşən "xxxx" QSC-dən 1300 manat pul götürərək özünə verməsini xahiş etmişdir. Həmçinin ona bildirmişdir ki, həmin krediti götürüb ona verəcəyi təqdirdə banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişi edəcəkdir. Onun bu xahişindən sonra qaynatası Məmməd Eminov onunla razılaşaraq kredit götürüb ona verməyə razı olmuşdur. Bundan sonra 12.09.2014-cü il tarixdə o, Məmməd ilə birlikdə Zaqatala rayonunda yerləşən "xxxx" QSC-ə getmişlər. Orada Məmmədin adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 1300 manat məbləğində pul verilmişdir. Məmməd həmin pulu götürdükdən sonra onlar Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində Məmməd kreditə götürdüyü həmin 1300 manat pulu sayıb ona vermişdir. Həmin vaxtdan sonra isə onun imkanı olmadığından həmin krediti ödəyə bilməmişdir. Buna görə də həmin krediti qaynatası "xxxx" QSC-ə ödəyərək tam olaraq krediti bağlamışdır. O,götürdüyü pulları ödəyə bilmədiyindən əmlaklarını da satıb rayondan getmişdir. Keçən müddət ərzində o heç bir ödəniş etməmişdir. Hazırda da ödəniş edə bilmir. Törətdiyi əməlindən peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, Balakən rayonu Kortala kənd sakini Təqsirləndirilən şəxs qaynıdır. O, Səmədin qardaşı mərhum X15 həyat yoldaşıdır. 2013-cü ilin iyul ayında Səməd ona yaxınlaşaraq təsərrüfat işləri yaratdığını və buna görə də özünə pul lazım olduğunu bilmişdir.Həmçinin geniş miqyaslı fermer təsərrüfatı yaradacağını, orada onu da işlə təmin edəcəyini bildirmişdir. Həmçinin də Səməd bildirmiş ki, bankdan pul götürüb özünə versə pulu vaxtı vaxtında ödəyəcəkdir. O da Səmədlə razılaşmış və 03 iyul 2013-cü il tarixdə Təqsirləndirilən şəxsla birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Orada onun adına müvafiq sənədləşmələr aparıldıqdan sonra ona bankdan 3000 manat pul verilmişdir. O, həmin pulu götürdükdən sonra Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində o,Turan bankdan kreditə götürdüyü 3000 manat məbləğində pulu sayaraq Səmədə vermişdir.O,həmin 3000 manat məbləğində krediti 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 169,29 AZN olmuşdur. Səməd onun adına götürdüyü həmin kreditin 1946,1 manatını Turan banka ödəmişdir. Lakin geri qalan hissəsini ödəmədiyindən onun Turan banka 2547 manat borcu qalmışdır. Bundan başqa 2014-cü ilin fevral ayında Səməd ona yaxınlaşaraq pula ehtiyacı olduğunu və ona Balakən şəhərində yerləşən "Mbulak" bank olmayan kredit təşkilatından 1000 manat məbləğində kreditə pul götürərək özünə verməyini xahiş etmiş, həmçinin özü də ona zamın duracağını, həmçinin də həmin krediti faizləri ilə birlikdə ödəyəcəyini bildirmişdir. O da Səmədlə razılaşmış və 05 fevral 2014-cü il tarixdə Balakən şəhərində yerləşən Mbulak bank olmayan kredit təşkilatına gəlmişlər, orada müvafiq sənədləşdirilmələr aparıldıqdan sonra adına 1000 manat məbləğində kredit verilmişdir. Həmin kredit 15 ay müddətinə verilmişdir və aylıq ödəniş isə 86 manat olmuşdur. Səməd onun adına götürdüyü həmin krediti isə ödəməmişdir. Buna görə də o, həmin krediti ödəmək məcburiyyətində qalaraq faizləri ilə birlikdə Mbulak bank olmayan kredit təşkilatına 15 ay müddətinə ödəməklə 1290 manat pul ödəyərək krediti tam olaraq bağlamışdır.Səməd hər dəfə pul götürüb ona verilməsini xahiş edəndə bildirirdi ki, bu barədə heç kimə deməsin. O, təqsirləndirilən şəxsdən şikayətçi deyildir,lakin zərərin ödənməsini tələb edir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, hal-hazırda Katex 2 saylı uşaq baxçasında xadimə işləyir. Təqsirləndirilən şəxs kürəkəninin əmisi oğludur. Təxminən 3 ildir ki, Səmədi tanıyır. 2013-cü ilin avqust ayında əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini Təqsirləndirilən şəxs ona yaxınlaşaraq pula ehtiyacı olduğunu bildirərək ondan Zaqatala rayonunda yerləşən Turan bankdan pul götürərək özünə verməyini xahiş etmişdir. Həmçinin ona həmin krediti banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişini edəcəyini bildirmişdir. Səməd pul götürüb ona verilməsini xahiş edəndə bildirdi ki, bu barədə heç kimə deməsin. O da Səmədin xahişindən sonra onunla razılaşmış və 16.08.2013-cü il tarixdə Səmədlə ilə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Orada onun adına müvafiq sənədləşmələr aparıldıqdan sonra ona bankdan 3545,94 manat dəyərində olan 4520 ABŞ dolları pul verilmişdir. O, həmin pulu götürdükdən sonra Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Katex kəndi ərazisində o, Turan bankdan kreditə götürdüyü 3545,94 manat dəyərində olan 4520 ABŞ dollarını sayaraq Səmədə vermişdir. Həmçinin o, həmin 3545,94 manat dəyərində olan 4520 ABŞ dollarını 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 201,93 AZN dəyərində olan 257 ABŞ dolları olmuşdur. Səməd onun adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 2625,09 manat dəyərində olan 3346,2 ABŞ dollarını Turan bank ASC-yə 13 ay ödəmişdir. Geri qalan hissəsini isə ödəmədiyindən o, özü 247,16 manat dəyərində 315,06 ABŞ dolları banka ödəmişdir.Sonradan isə imkanı olmadığından ödəniş etməmişdir. Bununla da Səməd ümumilikdə ona 2146,43 manat dəyərində 2736,06 ABŞ dolları ziyan vurmuşdur. Təqsirləndirilən şəxs pulları ödəmək imkanı olmuşdur, lakin o qəsdən onların pulunu ödəməmişdir. Hazırda da Səməd istəsə onların pulunu ödəyə bilər, lakin ödəmir. O, təqsirləndirilən şəxsdən şikayətçi deyildir, lakin təcili olaraq pulunun ödənməsini tələb edir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərdi ki, anası X6 və nənəsi X9 ilə birlikdə yaşayır. Evlidir və bir azyaşlı övladı var. Balakən rayon Kortala kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Onunla və ailə üzvləri ilə əvvəllər aralarında heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Hal-hazırdada Təqsirləndirilən şəxsla heç bir düşmənçiliyi və ədavəti yoxdur.2013-cü ilin oktyabr ayında əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini Təqsirləndirilən şəxs ona və anası X2 pula ehtiyacı olduğunu bildirərək onlardan Zaqatala rayonunda yerləşən Turan bankdan 2000 manat pul götürərək özünə vermələrini xahiş etmişdir. Həmçinin onlara həmin krediti banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişini edəcəyini bildirmişdir. Həmin vaxtı o, Səmədin xahişindən sonra onunla razılaşmış və bundan sonra 23.10.2013-cü il tarixdə Səmədlə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər.Orada onun adına müvafiq sənədləşmələr aparıldıqdan sonra ona bankdan 2000 manat məbləğində pul verilmişdir. O, həmin pulu götürdükdən sonra Balakən rayonuna qayıtmışlar.Balakən rayonu Kortala kəndi ərazisində o, anası Əntiqənin işlətdiyi mağazada pulu anasına vermişdir. Daha sonra da anası Əntiqə Akqubayeva onun Turan bankdan kreditə götürdüyü 2000 manat məbləğində pulu sayaraq Səmədə vermişdir. Həmçinin o, həmin kreditə götürdüyü 2000 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 113,89 AZN olmuşdur. Səməd onun adına götürdüyü həmin kreditdən faizləri ilə birlikdə 1713 manatını Turan bank ASC-yə ödəmişdir.Geri qalanını isə ödəmədiyindən faizləri ilə birlikdə 1162 manatı o, özü banka ödəyərək krediti bağlanmışdır. Onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur.Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 göstərdi ki, Balakən rayon Kortala kənd sakini Təqsirləndirilən şəxs oğlunu həmkəndlisi kimi tanıyır. Onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Həmçinin aralarında qohumluq əlaqəsi də yoxdur. Onun istifadəsində Mercedes-Benz markalı avtomaşını olmuşdur. 2013-cü ilin mart ayında əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini Təqsirləndirilən şəxs ilə görüşdüyü zaman ona özünə məxsus 1996-cı il istehsallı Mersedes C180 markalı avtomobilini 7000 manata satdığını bildirmişdir. Həmin vaxtı Səməd avtomaşını özünə satmağını, pulunu isə o, Rusiya Federasiyasından qayıtdıqdan sonra verəcəyini bildirmişdir. O da avtomobilini pulunu sonradan vermək şərti ilə Səmədə satmağa razılaşmışdır. Lakin o, Rusiyaya getdikdən 2 ay sonra Səmədə zəng edərək maşının pulundan bir hissəsini, yəni gücü çatan qədər yoldaşına verməyini xahiş etmişdir. Səməd də 2013-cü ilin may ayında 1500 manat pulu yoldaşı Firəngizə vermişdir. Sonra isə yoldaşı Firəngizin adına 1300 manat kredit də götürməsini və həmin pulu da ona olan borcundan çıxılmasını demişdir. Həmçinin həmin krediti özü ödəyəcəyini bildirmişdir. Bundan sonra o, Rusiya Federasiyasından qayıtdıqdan sonra Səmədin ona borcu olan 4200 manat pulun bir hissəsinin ödənilməsi üçün Səmədə yaxınlaşaraq bildirmişdir ki, həmkəndliləri X4 adına 3000 manat kredit götürmək istəyir və həmin krediti faizləri ilə birlikdə banka özü ödəsin və ona olan borcundan çıxılacağını demişdir. Səməd də onunla razılaşmışdır. Daha sonra o, Havvanın adına 2013-cü ilin 08 noyabr tarixində 3000 manat məbləğində kredit pul götürmüş, lakin Səməd həmin krediti ödəməmişdir. Buna görə də o, Havvanın adına olan kreditə faizləri ilə birlikdə Turan banka 4538,90 AZN pul ödəyərək Havvanın adına olan krediti tam bağlamışdır. Bununla da Səmədin ona ümumilikdə 8738,90 azn borcu yaranmışdır. O, təqsirləndirilən şəxsdən şikayətçi deyildir, lakin zərərin ödənməsini tələb edir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla qonşuluğunda yaşayır. 2014-cü ilin yanvar ayında Səməd onun yanına gələrək 2000 manat pula ehtiyacı olduğunu, həmçinin mikro avtobus aldığını və Kortala-İtitala yoluna xətt açdırmaq üçün 2000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxtı Səmədə imkanı olmadığını və həmin pulu verə bilməyəcəyini demişdir. Təqsirləndirilən şəxs ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 2000 manat pul götürərək özünə verməyini xahiş etmişdir. Həmçinin ona həmin krediti banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişini edəcəyini bildirmişdir. Səməd eyni zamanda bu barədə heç kimə deməməsini xahiş etmişdir. O da Səmədin xahişindən sonra onunla razılaşmış və 13.01.2014-cü il tarixdə Səmədlə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişdir. Orada onun adına müvafiq sənədləşmələr aparıldıqdan sonra ona bankdan 2000 manat məbləğində pul verilmişdir. O, həmin pulu götürdükdən sonra Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində o, kreditə götürdüyü həmin 2000 manat pulu sayıb Səmədə vermişdir. Həmçinin o, həmin kreditə götürdüyü 2000 manat məbləğində pulu 24 aylıq götürmüş, aylıq ödəniş məbləği isə 113,89 AZN olmuşdur. Səməd adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 2 ay ödəməklə 227,78 AZN Turan bank ASC-yə ödəmişdir. Geri qalanını isə ödəmədiyindən o, özü həmin krediti faizləri ilə birlikdə 2501,5 AZN banka ödəməklə krediti tam bağlamışdır.O, təqsirləndirilən şəxsdən şikayətçi deyildir,lakin zərərin ödənməsini tələb edir.Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla qonşuluğunda yaşamışdır. 2014-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs ona yaxınlaşaraq mikroavtobus alıb marşuruta işləmək istədiyini bildirərək ondan Zaqatala rayonunda yerləşən Access bankdan 2500 manat pul götürərək özünə verməyini xahiş etmişdir. Həmçinin ona həmin krediti banka vaxtı-vaxtında ödənişini edəcəyini bildirmişdir. O da Səmədin xahişindən sonra onunla razılaşmış və 15.01.2014-cü il tarixdə Səmədlə birlikdə Zaqatala rayonunda yerləşən Access banka getmişlər. Orada onun adına müvafiq sənədləşmələr aparıldıqdan sonra ona bankdan 2500 manat məbləğində pul verilmişdir. O, həmin pulu götürdükdən sonra Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində o, kreditə götürdüyü həmin 2500 manat pulu sayıb Səmədə vermişdir. Həmçinin o, həmin kreditə götürdüyü 2500 manat məbləğində pulu 18 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 175,93 AZN olmuşdur. Bundan sonra Səməd onun adına götürdüyü həmin krediti ödəməmişdir. Buna görə də o, məcbur olub həmin krediti faizləri ilə birlikdə 3080,14 AZN Access banka ödəməklə krediti tam bağlamışdır.O, təqsirləndirilən şəxsdən şikayətçi deyildir,lakin zərərin ödənməsini tələb edir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə icasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki,Təqsirləndirilən şəxs qohumu olmaqla həm də həmkəndlisidir.2014cü ilin yanvar ayında həmkəndlisi Balakən rayon Kortala kənd sakini Təqsirləndirilən şəxs ona yaxınlaşaraq özünə məxsus “Kamaz” markalı avtomaşını sərf eləmədiyindən satıb mikroavtobus almaq istədiyini, lakin pulu çatmadığını bildirərək ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 3500 manat pul götürərək özünə verməyini xahiş etmişdir. Həmçinin ona həmin krediti banka vaxtı vaxtında faizləri ilə birlikdə ödəyəcəyini bildirmişdir. Səməd həm də bu barədə heç kimə deməməyi xahiş etmişdir. O da Səmədin xahişindən sonra onunla razılaşmış və 22.01.2014-cü il tarixdə Səmədlə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Orada onun adına müvafiq sənədləşmələr aparıldıqdan sonra ona bankdan 3500 manat məbləğində pul verilmişdir. O, həmin pulu götürdükdən sonra Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində o, kreditə götürdüyü həmin 3500 manat pulu sayıb Səmədə vermişdir. Həmçinin o, həmin kreditə götürdüyü 3500 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 197,50 AZN olmuşdur. Səməd onun adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 3 ay ödəməklə 592,50 AZN Turan bank ASC-yə ödəmişdir. Geri qalan faizləri ilə birlikdə 4503,5 AZN ödəməmişdir. Həmçinin Səməd özünə pul lazım olduğunu bildirərək ondan 2250 manat nəğd pulu bir iki ay müddətinə ödəyəcəyini bildirərək 2014-cü ilin avqust ayında həmin məbləği Kortala kəndi ərazisində ondan götürmüşdür. Həmin pulu da ona qaytarmayaraq ümumilikdə Təqsirləndirilən şəxs ona 6753,5 AZN ziyan vurmuşdur.O,təqsirləndirilən şəxsdən şikayətçi deyildir, lakin zərərin ödənməsini tələb edir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 göstərdi ki, hal-hazırda Balakən rayon icra hakimiyyətinin Kortala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. 2014-cü ilin aprel ayından tutduğu vəzifədə işləyir. Balakən rayon Kortala kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır.2014-cü ilin yanvar ayında əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini Təqsirləndirilən şəxs ona yaxınlaşaraq Balakən şəhərində yerləşən Kred Aqro kredit təşkilatından pul götürmək istədiyini və onun maaşı olduğu üçün özünə zamın durmağını xahiş etmişdir. O da Səmədin xahişindən sonra ona zamın durmağa razılaşmış və 29.01.2014-cü il tarixdə Səmədlə birlikdə Balakən şəhərində yerləşən “KredAqro” kredit təşkilatına getmişlər. Orada Səmədin adına müvafiq sənədləşmələr aparıldıqdan sonra Səmədə bankdan 4078,36 AZN, yəni 5200 ABŞ dolları pul verilmişdir. O da həmin kreditlə bağlı sənədlərə zamın olaraq imza etmişdir. Həmin vaxtdan sonra Səməd pulun 2388,97 AZN məbləğini həmin kredit təşkilatına ödəmişdir.Lakin sonradan həmin kreditə ödəniş etməmişdir. Buna görə də banka 3899,90 ABŞ dolları, yəni 3058,69 AZN borcu qalmışdır. Ondan sonra isə həmin iş məhkəməyə göndərilmiş və onun əmək haqqından kreditin ödənilməsi üçün pul tutulması barədə məhkəmə tərəfindən qərar qəbul edilmişdir. Həmçinin ödənməmiş kredit borcu da 3058,69 AZN qalmışdır. O, təqsirləndirilən şəxsdən şikayətçi deyildir, lakin zərərin ödənməsini tələb edir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 göstərdi ki, Balakən rayonu Kortala kənd bələdiyyəsində vergi müfəttişi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs həmkəndlisidir. Atası və qardaşının Səmədlə yaxınlıqları olduğundan o da Səmədi onlara görə tanımışdır. 2014-cü ilin təxminən fevral ayında Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş, onlarda olan zaman Səməd ona mikroavtobusları olduğunu, həmin avtobusların təmirə ehtiyacı olduğunu, lakin imkanı olmadığı üçün təmir elətdirə bilmədiyini bildirmişdir. Buna görə də ondan adına 1000 manat məbləğində kredit götürüb özünə verməyini xahiş etmişdir. Həmçinin ona narahat olmamağını, pulu vaxtı vaxtında özü ödəyəcəyini bildirmişdir. Səməd tanışları olduğu üçün onunla razılaşmışdır. Bundan sonra Səmədlə birlikdə Balakən şəhərində yerləşən "MBulak" kredit təşkilatına getmişlər.Orada onun adına müvafiq sənədləşmələr aparıldıqdan sonra ona bankdan 1000 manat məbləğində pul verilmişdir. O, həmin pulu götürdükdən sonra Balakən rayonu Kortala kəndi ərazisində həmin 1000 manat pulu sayıb Səmədə vermişdir. Həmçinin o, həmin kreditə götürdüyü 1000 manat məbləğində pulu 15 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 86 AZN olmuşdur. Səməd onun adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 2 ay ödəməklə 172 AZN "MBulak" kredit təşkilatına ödəmişdir. Geri qalan hissəsini isə ödəmədiyindən o, özü həmin krediti faizləri ilə birlikdə 1118 azn banka ödəməklə krediti tam bağlamışdır.Onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur.Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. 2013-cü ilin mart ayında Təqsirləndirilən şəxs ona yaxınlaşaraq yaşadığı evin qarşısında bağ olduğunu, həmin bağda ferma yaratmaq istədiyini bildirərək ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 3500 manat pul götürərək özünə verməyini xahiş etmişdir. Həmçinin ona həmin krediti götürüb banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişini edəcəyini bildirmişdir.Səməd həm də bu barədə heç kimə deməməyi xahiş etmişdir. Səmədin xahişindən sonra onunla razılaşmış və 31.03.2014-cü il tarixdə Səmədlə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASCnin Zaqatala filialına getmişlər. Orada onun adına müvafiq sənədləşmələr aparıldıqdan sonra ona bankdan 3500 manat məbləğində pul verilmişdir.O, həmin pulu götürdükdən sonra Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində o, kreditə götürdüyü həmin 3500 manat pulu sayıb Səmədə vermişdir. Həmçinin o, həmin kreditə götürdüyü 3500 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 199,32 azn olmuşdur. Səməd onun adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 6 ay ödəməklə 1195,92 azn Turan bank ASC-yə ödəmişdir. Geri qalan hissəsini isə Səməd ödəmədiyindən o, özü həmin krediti faizləri ilə birlikdə 3547,24 azn banka ödəməklə krediti tam bağlamışdır. Onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur.Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 göstərdi ki, Balakən rayon Kortala kənd sakini Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır. Onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2014-cü ilin aprel ayında həmkəndlisi əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini Təqsirləndirilən şəxs ona yaxınlaşaraq özünə məxsus mikroavtobusları olduğunu və həmin mikroavtobusların təmirə ehtiyacı olduğunu, lakin təmir etdirməyə imkanı olmadığına görə ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 2000 manat pul götürərək özünə verməyini xahiş etmişdir. Həmçinin ona həmin krediti banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişini edəcəyini bildirmişdir.O da Səmədin xahişindən sonra onunla razılaşmış və 07.04.2014-cü il tarixdə Səmədlə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Orada onun adına müvafiq sənədləşmələr aparıldıqdan sonra ona bankdan 2000 manat məbləğində pul verilmişdir. O, həmin pulu götürdükdən sonra Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində o, kreditə götürdüyü həmin 2000 manat pulu sayıb Səmədə vermişdir. Həmçinin o, həmin kreditə götürdüyü 2000 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 111,83 AZN olmuşdur. Səməd onun adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 5 ay ödəməklə 559,15 AZN Turan bank ASC-yə ödəmişdir. Geri qalan hissəsini isə ödəmədiyindən o, özü banka faizləri ilə birlikdə 2369,58 AZN ödəyərək krediti tam bağlamışdır. Onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur.Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərdi ki, Balakən rayon Kortala kənd sakini Təqsirləndirilən şəxs onun bacanağıdır. 2014-cü ilin aprel ayında Təqsirləndirilən şəxs ona yaxınlaşaraq mikroavtobuslar almaq istədiyini, lakin pulu çatmadığını bildirərək ondan Zaqatala rayonunda yerləşən Access bankdan 3000 manat pul götürərək özünə verməyini xahiş etmişdir. Həmçinin həmin krediti banka vaxtı vaxtında faizləri ilə birlikdə ödəyəcəyini bildirmişdir. O da Səmədin xahişindən sonra onunla razılaşmış və 07.04.2014-cü il tarixdə Səmədlə birlikdə Zaqatala rayonunda yerləşən Access banka getmişlər. Orada onun adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 3000 manat məbləğində pul verilmişdir. O, həmin pulu götürdükdən sonra Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində o, kreditə götürdüyü həmin 3000 manat pulu sayıb Səmədə vermişdir. Həmçinin o, həmin kreditə götürdüyü 3000 manat məbləğində pulu 18 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 209,78 AZN olmuşdur. Səməd onun adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 4 ay ödəməklə 839,12 AZN Access banka ödəmişdir.Geri qalan faizləri ilə birlikdə 2939,88 AZN isə Səməd tərəfindən ödənmədiyindən o, banka özü ödəməklə krediti tam bağlamışdır. Bununla da Səmədin ona 2939,88 AZN borcu qalmışdır.O, təqsirləndirilən şəxsdən şikayətçi deyildir, lakin zərərin ödənməsini tələb edir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərdi ki, Balakən rayon Kortala kənd sakini Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır. Onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2014-cü ilin aprel ayında Təqsirləndirilən şəxs onların yaşadığı evdə olduğu zaman yoldaşı Rəfayıla pula ehtiyacı olduğunu və Zaqatala rayonunda yerləşən Turan bankdan 3500 manat pul götürərək özünə verməsini xahiş etmişdir. Həmçinin həmin krediti banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişini edəcəyini bildirmişdir.Yoldaşı Rəfayıl da Səmədin xahişindən sonra, onun adına kredit götürüb Səmədə verməyə razı olmuşlar. Bundan sonra 29.04.2014-cü il tarixdə o, Təqsirləndirilən şəxsla birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASCnin Zaqatala filialına getmişlər.Orada onun adına müvafiq sənədləşmələr aparıldıqdan sonra ona bankdan 3500 manat məbləğində pul verilmişdir. O, həmin pulu götürdükdən sonra Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində o, kreditə götürdüyü həmin 3500 manat pulu sayıb Səmədə vermişdir. Həmçinin o, kreditə götürdüyü 3500 manat məbləğində pulu 12 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 199,32 AZN olmuşdur. Səməd onun adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 7 ay ödəməklə 1395,24 AZN Turan bank ASC-yə ödəmişdir. Geri qalan hissəsini isə ödəməmişdir. Buna görə də o, banka 1227,63 AZN pul ödəmişdir, geriyə isə 1701 AZN borc qalmışdır. Bununla da Səməd ona 2928,63 AZN ziyan vurmuşdur. O, təqsirləndirilən şəxsdən şikayətçi deyildir, lakin zərərin ödənməsini tələb edir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 göstərdi ki, Balakən rayon Kortala kənd sakini Təqsirləndirilən şəxs bacısı X7 həyat yoldaşıdır.2014-cü ilin may ayında Təqsirləndirilən şəxs ona yaxınlaşaraq özünə mikroavtobuslar almaq istədiyini, lakin imkanı olmadığına görə ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 3500 manat pul götürərək özünə verməyini xahiş etmişdir. Həmçinin ona həmin krediti banka vaxtı vaxtında faizləri ilə birlikdə ödəyəcəyini bildirmişdir. O da Səmədin xahişindən sonra onunla razılaşmış və 12.05.2014-cü il tarixdə Səmədlə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Orada onun adına müvafiq sənədləşmələr aparıldıqdan sonra ona bankdan 3500 manat məbləğində pul verilmişdir. O, həmin pulu götürdükdən sonra Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində o, kreditə götürdüyü həmin 3500 manat pulu sayıb Səmədə vermişdir. Həmçinin o, kreditə götürdüyü 3500 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 199,32 AZN olmuşdur. Səməd onun adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 4 ay ödəməklə 800 AZN Turan bank ASC-yə ödəmişdir. Lakin geri qalanını ödəməməmişdir. Buna görə də o, həmin kreditin 2005 manatını banka özü ödəmiş, lakin geri qalan 1711 manatını ödəyə bilməmişdir. Buna görə də Səməd ona 3716 AZN ziyan vurmuşdur. O, təqsirləndirilən şəxsdən şikayətçi deyildir, lakin zərərin ödənməsini tələb edir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərdi ki, Balakən rayon Kortala kənd sakini Təqsirləndirilən şəxs tanıyır və həmçinin həmkəndlisidir. Onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2014-cü ilin əvvəllərində Təqsirləndirilən şəxs mikroavtobusunun sürücüsü olmuşdur. Həmin mikroavtobusla Balakən şəhərindən Balakən rayon Qazma kəndi ərazisinə sərnişin daşımışdır. O, həmin mikroavtobusu sürməyinin müqabilində Təqsirləndirilən şəxs ona maaş olaraq ayda 250 manat pul vermişdir. 2014-cü ilin may ayında Təqsirləndirilən şəxs onun Balakən rayon Kortala kəndində yerləşən yaşadığı evinə gələrək ona sərnişin daşıyan marşrutların sayını artırmaq istədiyini bildirmişdir. Yəni Balakən rayonunun müxtəlif kəndlərinə sərnişin daşıma reysləri açmaq istədiyini demişdir. Bundan başqa Səməd avtomobil təmiri sexləri açmaq istədiyini də bildirmişdir. Buna görə də tam olaraq pulu çatmadığını, onun adına Zaqatala rayonunda yerləşən Turan Bankdan 2500 manat məbləğində kredit götürməyini xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin pulu özü vaxtı vaxtında banka ödəyəcəyini bildirmişdir. Səməd Şiribidov onun Zaqatala rayonunda Turan bankında işləyən tanışı olduğunu onun vəsiqəsi olduğu təqdirdə bank sənədlərinin yazılacağını və yalnızca 2500 manat məbləğində kredit pulu almağa imza etmək üçün banka getməyi lazım olduğunu bildirmişdir. Həmçinin ona həmin krediti götürüb ona verəcəyi təqdirdə banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişi edəcəyini bildimişdir. O da Səmədlə razılaşmış və həmçinin Səmədə həmin puldan 500 manatını özü götürəcəyini və özünə düşən hissəsini özü ödəyəcəyini, 1500 manatını isə ona verəcəyini bildirmişdir. Səməd də onunla razılaşmışdır.Bundan sonra 21.05.2014-cü il tarixdə o, Səmədlə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Orada onun adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 2000 manat məbləğində pul verilmişdir. Həmin 2000 manat puldan 1500 manatını Səmədə vermiş, 500 manatını isə özünün təsərrüfatında iribuynuzlu mal almaq üçün özünə götürmüş və Səmədə bildirmişdir ki, özünə düşən hissəsini özü banka ödəyəcəkdir. O, Turan Bankdan 2000 manat krediti götürdüyü vaxt 2014-cü ilin iyun ayı olmuşdur. O, 2000 manat pulu Zaqatala rayonunda yerləşən Turan Bankdan həmin pulu 500 manatını özündə saxlamış və 1500 manatını isə Balakən rayon Kortala kəndində Səmədə vermişdir. O, həmin krediti 24 aylıq götürmüşdür.Həmin pulun aylıq ödənişi 115 manat olmuşdur. Həmçinin o, Səmədə bildirmişmiş ki, özü götürdüyü 500 manatın əvəzinə banka 30 manatı özü ödəyəcəkdir. Yəni o, Səmədə hər ay ödəniş vaxtı çatdıqda Səmədə 30 manat verməli olmuşdur. Qalan pulu isə Səməd düzəldib Turan banka 115 manatı keçirməli idi. Lakin Səməd bir ay pul ödədikdən sonra borcları çox olduğu üçün Balakən rayonundan qaçıb getmiş və krediti ödəməmişdir. Həmin 2000 manat krediti isə o, özü Turan banka ödəmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçi deyildir, lakin zərərin ödənməsini tələb edir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 göstərmişdir ki, 2014-cü ilin iyun ayında həmkəndlisi, əvvəldən tanıdığı Balakən rayon Kortala kənd sakini Təqsirləndirilən şəxs ona yaxınlaşaraq çətinliyi olduğunu və pul lazım olduğunu bildirərək ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 2000 manat pul götürərək özünə verməyini xahiş etmişdir. Həmçinin ona krediti vaxtı vaxtında faizləri ilə birlikdə ödəyəcəyini demişdir. O da Səmədlə razılaşmış və ona həmin puldan 500 manatını özü götürəcəyini və özünə düşən hissəsini özü ödəyəcəyini, 1500 manatını isə ona verəcəyini bildirmişdir. Səməd də onunla razılaşmışdır. Bundan sonra 20.06.2014-cü il tarixdə o, Səmədlə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Orada adına müvafiq sənədləşmələr aparıldıqdan sonra ona bankdan 2000 manat məbləğində pul verilmişdir. O, həmin pulu götürdükdən sonra Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində o, kreditə götürdüyü həmin 2000 manat puldan 1500 manatını sayıb Səmədə vermiş, 500 manatını isə özü ödəmək şərti ilə özünə götürmüşdür. Həmçinin o, həmin kreditə götürdüyü 2000 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 113,89 AZN olmuşdur. Səməd onun adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 1 ay ödəməklə 113,89 AZN Turan bank ASC-yə ödəmişdir. Lakin geri qalan hissəsini ödəmədiyindən faizləri ilə birlikdə 2118,71 manatı isə o, özü banka ödəməklə krediti tam bağlamışdır. Onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur.Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla qonşuluğunda yaşamışdır. Onunla əvvəllər heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 2014-cü ilin iyul ayında Təqsirləndirilən şəxs ona yaxınlaşaraq mikroavtobus almaq istədiyini, lakin imkanı olmadığını bildirərək ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 2000 manat pul götürərək özünə verməyini xahiş etmişdir. Həmçinin ona həmin krediti banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişini edəcəyini bildirmişdir. O, Səmədin xahişindən sonra onunla razılaşmış və 21.07.2014-cü il tarixdə Səmədlə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Orada onun adına müvafiq sənədləşmələr aparıldıqdan sonra ona bankdan 2000 manat məbləğində pul verilmişdir. O, həmin pulu götürdükdən sonra Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində o, kreditə götürdüyü həmin 2000 manat pulu sayıb Səmədə vermişdir. Həmçinin o, həmin kreditə götürdüyü 2000 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 111,83 AZN olmuşdur. Səməd onun adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 2 ay ödəməklə 223,66 manatı Turan bank ASC-yə ödəmişdir. Geri qalan hissəsini isə ödəmədiyindən o, həmin krediti faizləri ilə birlikdə 2377,70 AZN Turan banka ödəməklə krediti tam bağlamışdır. Bununla Səməd ona 2377,70 azn ziyan vurmuşdur. Onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur.Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2014-cü ilin avqust ayında Təqsirləndirilən şəxs ona yaxınlaşaraq pula ehtiyacı olduğunu bildirərək ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 3500 manat pul götürərək özünə verməyini xahiş etmişdir. Həmçinin ona həmin krediti banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişini edəcəyini bildirmişdir. Səmədin xahişindən sonra onunla razılaşmış və 25.08.2014-cü il tarixdə Səmədlə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər. Orada onun adına müvafiq sənədləşmələr aparıldıqdan sonra ona bankdan 3500 manat məbləğində pul verilmişdir. O, həmin pulu götürdükdən sonra Balakən rayonuna qayıtmışlar. Balakən rayonu Kortala kəndi ərazisində o, kreditə götürdüyü həmin 3500 manat pulu sayıb Səmədə vermişdir. Həmçinin o, kreditə götürdüyü 3500 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 195,69 AZN olmuşdur. Səməd onun adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 4033,36 AZN Turan bank ASC-yə ödəmişdir.Geri qalan faizləri ilə birlikdə 588 manatı isə ödəməmişdir. Buna görə də o, özü həmin krediti banka ödəyərək tam bağlamışdır. Bununla da Səməd ona 588 azn ziyan vurmuşdur. Onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur.Qanuni qərar qəbul edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs19 dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. O, məhkəməyə teleqram göndərərək göstərmişdir ki, o və həyat yoldaşı Eminova X10 Səməd Əzim oğlundan ziyanın ödənilməsi müqabilində şikayətçi deyildirlər. Bakı şəhərində yaşadıqları üçün gələ bilmirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs19 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsini , qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Balakən rayon Kortala kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Əksinə yaxşı münasibəti olmuşdur. 2013-cü ilin noyabr ayında qohumu Balakən rayon Kortala kənd sakini Təqsirləndirilən şəxs ona yaxınlaşaraq pula ehtiyacı olduğunu bildirərək ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 4000 manat pul götürərək özünə verməyini xahiş etmişdir. Həmçinin ona banka vaxtı vaxtında faizləri ilə birlikdə ödənişi edəcəyini bildirmişdir. O da Səmədin xahişindən sonra onunla razılaşmış və 27.11.2013-cü il tarixdə Səmədlə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASCnin Zaqatala filialına getmişlər. Orada onun adına müvafiq sənədləşmələr aparıldıqdan sonra ona bankdan 4000 manat məbləğində pul verilmişdir. O, həmin pulu götürdükdən sonra Səmədlə birlikdə Balakən rayonuna qayıtmışlar. Daha sonra isə Balakən rayonu Kortala kəndi ərazisində kreditə götürdüyü həmin 4000 manat pulu sayıb Səmədə vermişdir. Həmçinin o, həmin kreditə götürdüyü 4000 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 227,79 AZN olmuşdur. Həmin vaxtdan sonra Səməd onun adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 9 ay ödəməklə 2050,11 AZN Turan bank ASC-yə ödəmişdir. Geri qalan hissəsini isə Səməd ödəmədiyindən faizləri ilə birlikdə 3005,16 AZN isə o, özü banka ödəməklə ümumilikdə 5055,27 azn krediti tam bağlamışdır. Bununla da Səmədin ona 3005,16 AZN borcu qalmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs19 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Balakən rayon Kortala kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2014-cü ilin iyul ayında qohumu olan Balakən rayon Kortala kənd sakini Təqsirləndirilən şəxs ona yaxınlaşaraq fermer təsərrüfatı yaratmaq istədiyini, lakin imkanı olmadığını bildirərək ondan Zaqatala rayonunda yerləşən Turan bankdan 1200 manat pul götürərək özünə verməyini xahiş etmişdir. Həmçinin ona həmin krediti banka vaxtı vaxtında faizləri ilə birlikdə ödəniş edəcəyini bildirmişdir. O da Səmədlə razılaşaraq kredit götürüb ona verməyə razı olmuşdur. Bundan sonra 24.07.2014-cü il tarixdə o, Səmədlə birlikdə Zaqatala rayonunda yerləşən Turan bank ASC-nin Zaqatala filialına getmişlər.Orada onun adına müvafiq sənədləşmələr aparıldıqdan sonra adına bankdan 1200 manat məbləğində pul verilmişdir. O, həmin pulu götürdükdən sonra Balakən rayonuna qayıtmışlar. Daha sonra isə o, Balakən rayonu Kortala kəndi ərazisində kreditə götürdüyü həmin 1200 manat pulu sayıb Səmədə vermişdir. Həmçinin onun həmin kreditə götürdüyü 1200 manat məbləğində pulu 24 aylıq götürmüşdür, aylıq ödəniş məbləği isə 67,10 AZN olmuşdur. Həmin vaxtdan sonra Səməd adına götürdüyü həmin krediti faizləri ilə birlikdə 2 ay ödəməklə 134,20 AZN Turan bank ASC-yə ödəmişdir. Geri qalan hissəsini isə ödəmədiyindən o, özü faizləri ilə birlikdə 1181,80 AZN Turan banka ödəməklə krediti tam bağlamışdır. Bununla da Səməd ona 1181,80 AZN ziyan vurmuşdur. İşin 1-ci cild 170-171-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş cinayət işinin icraatının təzələnməsi haqqında 17 dekabr 2020-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işi 25 yanvar 2016-cı ildə Balakən rayon prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanmış, 08 aprel 2016-cı ildə Təqsirləndirilən şəxs qismində cəlb edilsədə o, istintaqdan yayınaraq gizləndiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamı ona elan etmək mümkün olmamışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq cinayət işinin icraatı dayandırılmışdır. 19 oktyabr 2020-ci il tarixdə cinayət işinin icraatı Balakən rayon prokuroru tərəfindən təzələnmiş, Təqsirləndirilən şəxs istintaqdan yayınaraq gizləndiyi üçün 23 oktyabr 2020-ci il tarixdə yenidən işin icraatı dayandırılmışdır. 17 dekabr 2020-ci il tarixli qərarla işin icraatı yenidən təzələnmişdir. İşin 1-ci cild 169-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş axtarışda olan şəxsin tutulması barədə 17 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 16 dekabr 2020-ci il tarixdə Quba RPŞin əməkdaşları tərəfindən həmin rayonun ərazisində saxlanmış və həmin tarixdə Quba RPŞ- nə ezam olunmuş Balakən RPŞ-in əməkdaşlarına təhvil verilməklə sonuncular tərəfindən 17.12.2020-ci il tarixdə saat 00:30-dan saat 00:45-ə kimi tərtib edilmiş protokol əsasında tutularaq Balakən RPŞ-nə gətirilmişdir. İşin 1-ci cild 220-223-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 18 dekabr 2020-ci il tarixli 4(019)-60/2020 nömrəli qərarından görünür ki,həmin qərar ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İşin 3-cü cild 20-24-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay müddətinə uzadılmışdır. İşin 2-ci cild 56-57-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İşin 2-ci cild 200-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayonu Kortala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Şirbidov Səməd Əzim oğlu Balakən rayonu Kortala kənd sakinidir. İşin 2-ci cild 201-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayonu Kortala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində işləməyən arvadı, 1999cu ildə anadan olmuş Ruslanə və 2012-ci ildə anadan olmuş Rahidə adında qızları vardır. İşin 2-ci cild 199-cu vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Kortala kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmur, onun barəsində nümayəndəliyə şikayət daxil olduğu qeyd edilir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə, yəni dələduzluq cinayət əməlini törətmişdir. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlinin təkrar törədilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində, xeyli miqdarda törədilməsinə görə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1ci bəndinə görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Sözügedən Qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə təqsirləndirilən şəxsin,zərərçəkmiş şəxslərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Məhkəmə eyni zamanda nəzərə alır ki, cinayət əməlləri 2013-2014-cü illərdə törədilsə də hazırkı cinayət işi 25 yanvar 2016-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanmış, 08 aprel 2016-cı ildə Təqsirləndirilən şəxs qismində cəlb edilsədə o, istintaqdan yayınaraq gizləndiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamı ona elan etmək mümkün olmamış, 08 aprel 2016-cı ildə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq cinayət işinin icraatı dayandırılmışdır. Təqsirləndirilən şəxs 16 dekabr 2020-ci ildə Quba RPŞ-in əməkdaşları tərəfindən saxlanılmış 17 dekabr 2020-ci il tarixdə saat 00:30-da Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilmişdir və işin icraatı 17 dekabr 2020-ci il tarixli qərarla təzələnmişdir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlindən peşiman olmasını,əvvəllər məhkum olunmamasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə və azadlığın məhdudlaşdırılması cəza növlərinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq Quba RPŞ-in əməkdaşları tərəfindən 16 dekabr 2020-ci il tarixdə məhdudlaşdırıldığından cəzaçəkmə müddətinin əvvəli 16 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. İş üzrə mülki iddia yoxdur. İş üzrə 54488 manat maddi ziyan ödənməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6,Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10,X14, Zərərçəkmiş şəxs12,Zərərçəkmiş şəxs13,Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18,Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20 izah olunur ki, dəymiş ziyanın ödənməsi ilə bağlı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməsi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 17 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 102 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X24 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 3(üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 dekabr 2020ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6,Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10,X14, Zərərçəkmiş şəxs12,Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18,Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20 izah olunur ki, dəymiş ziyanın ödənməsi ilə bağlı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 102 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X24 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar