Məhkəmə qərarları › İş №1(019)-35/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-35/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-35/2024 30.04.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1994-cü il tarixdə Zaqatala rayonu Uzun Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən,məhkum olunmamış, Zaqatala rayonu Uzun Tala kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 263.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Ramazan oğlu idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Belə ki, o, 02 noyabr 2023-cü il tarixdə saat 23 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəddi avtomobil yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən 145-ci kilometrliyində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan atası Zərərçəkmiş şəxs məxsus Mitsubishi-Pajero-İO markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zaqatala rayonundan Balakən rayonu istiqamətində hərəkətdə olan zaman “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməli olduğu halda, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda yolun sağ kənarında arxasında aqreqat qoşulmuş traktorun dayanmasını nəzərə almalı və həmin nəqliyyat vasitəsindən təhlükəsiz yan məsafə seçərək hərəkətini davam etdirməli olduğu halda, bunlara əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yol hərəkəti qaydalarını pozaraq, yolun sağ kənarında nasazlıq səbəbindən qəza işıq siqnalı qoşulu vəziyyətdə dayanmış Balakən rayonu Hənifə kənd sakini Şahid3 məxsus Belarus 892 markalı 90 A 782 dövlət qeydiyyat nişanlı traktorun aqreqatının arxa sol hissəsindən vuraraq, ehtiyatsızlıqdan avtomobildə olan arxa sağ oturacaqda oturmuş sərnişin Zərərçəkmiş şəxs sağ yuxarı alnında yara çapığı, sol çənədə altda yara çapığı, sağ əlin 3cü barmağının dırnaq falanqası defektli yarası, baş beyin silkələnməsi, sol qaşın sol yanağın, üst dodağın, alt çənənin kəsilmiş cırılmış yaraları, alt çənə, burun və əng sümüklərinin qapalı sınıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarətlər, həmçinin avtomobildə sağ ön oturacaqda olan, Zaqatala rayonu uzun Tala kənd sakini X11 hər iki körpücük sümüyünün döş sümüyü proyeksiyasında qəlpəli yerdəyişməli sınıqları, döş sümüyündə yuxarıdan köndələn istiqamətdə tam yerdəyişməli sınığı, sağdan 1-5-ci, soldan 1-6-cı qabırğalarda orta xətt üzrə yerdəyişməli qəlpəli sınıqlar, qırtlağın ön hissəsində qansızma, sol ağ ciyərin yuxarı sol payında cırılmış yara, sifətin sol hissəsində sıyrıq, yuxarı ön orta döş nahiyyəsindəı hematomalı-qırmızımtıl sıyrıq, sağ çənəaltında yara, yara daxilində çənə sümüyünün qəlpəli defektli sınığı, sağ bazunun iç səthində yara, sağ saidində sıyrıqlar, sağ said sümüklərində orta 1/3-də qapalı yerdəyişməli sınıqlar, sağ mil-biləkdə üst və yan səthində yara, yara daxilində mil-biləyin çıxığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Əli Çalabovun yol-nəqliyyat hadisəsi zamanı aldığı kəskin qanitirmə ilə müşayiət olunan sol ağ ciyərin travmatik cırılmasından ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində 02 noyabr 2023-cü il tarixdə saat 23 radələrində Yevlax- Zaqatala-Gürcüstan sərhəddi avtomobil yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən 145-ci kilometrliyində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan atası Zərərçəkmiş şəxs məxsus Mitsubishi-Pajero-İO markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zaqatala rayonundan Balakən rayonu istiqamətində hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozaraq, yolun sağ kənarında nasazlıq səbəbindən qəza işıq siqnalı qoşulu vəziyyətdə dayanmış Balakən rayonu Hənifə kənd sakini Şahid3 məxsus Belarus 892 markalı 90 A 782 dövlət qeydiyyat nişanlı traktorun aqreqatının arxa sol hissəsindən vuraraq, ehtiyatsızlıqdan avtomobildə olan arxa sağ oturacaqda oturmuş atası Zərərçəkmiş şəxs bədən xəsarəti yetirdiyini, həmçinin avtomaşında oturmuş əmisi X10 öldüyünü, ilk dəfədir ki, cinayət əməli törətdiyini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi X8 dəymiş ziyanı könüllü olaraq tam ödədiyini və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etdiyini, həmçinin zərərçəkmiş şəxs olan atası Zərərçəkmiş şəxs dəymiş ziyanı könüllü olaraq tam ödədiyini və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirdiyini göstərmişdir. İbtidai istintaqda da təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər məhkumluq həyatı yaşamamış, psixi xəstəliklər keçirməmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir, günəmuzd işlərlə məşğul olur. 2018-ci ildən Rusiya Federasiyasında yaşayaraq işləmişdir. 2023-cü ilin sentyabr ayının əvvəllərində şəxsi işləri ilə bağlı yaşadığı kəndə gəlmişdir. Onun ailəsinə məxsus Mitsubishi Pajero İO markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Həmin avtomobili əsasən atası Rəcəb idarə etmiş, müəyyən hallarda atası yanında olduqda isə o, idarə etmişdir. 02 noyabr 2023-cü il tarixdə Zaqatala rayonunda yerləşən “Talaçay” çadlıq sarayında qohumlarının toyu olmuşdur. Onlar həmin toya ailəlikcə, yəni atası, anası, əmisı Əli və arvadı ilə birlikdə getmişlər. Onlar toyda iştirak etmiş, təxminən 22:30 radələrində toydan çıxmışlar. Atası Rəcəb spirtli içki qəbul etdiyindən avtomobili idarə etmək üçün o, sükan arxasında oturmuşdur. Əmisi Əli sağ ön oturacaqda, atası Rəcəb arxa oturacaqda əmisinin arxasında, anası arxa orta oturacaqda, arvadı isə onun arxasında olan oturacaqda oturmuşdur. Onlar kəndin ərazisinə Zaqatala rayonundan yol olmadığından həmişə Balakən rayonu tərəfdən gedirmişlər. Həmin gündə o, avtomobili Balakən rayonu istiqamətində idarə etməyə başlamışdır. Balakən rayonu Katex kəndinin çıxışına yaxınlaşdıqda yolda icazə verilən sürət 90 km\saat olduğundan avtomobili təxminən 80 km/saat sürətlə idarə etmişdir. Katex ferma adlı yerdə körpünü və nisbətən döngəli yolu keçdiyindən yolun sağında bir traktorun qəza işıqları yandırıb dayandığını görmüşdür. Qarşıdan başqa avtomobillər gəldiyindən o, avtomobilini yaxın işıqlarla idarə etmiş, ona görə də uzaqdan traktorun arxasında hər hansı qoşqu olub-olmamasını görməmişdir. Traktora yaxınlaşmağa təxminən 15 metr qalmış traktorun arxasında yer hamarlayan aqreqatın olmasını görmüşdür. Aqreqat yuxarıda olduğundan yaxın işıqlarda görünməmişdir. Həmin anda aqreqatla toqquşacağını gördüyündən tez sükanı sola çəkmişdir. Lakin məsafə az oldğundan hər hansı tormuzlama edə bilməmişdir. Sükanı sola çəksə də, aqreqatın sol küncü onun avtomobilinin sağ tərəfinə dəymişdir. Zərbədən sonra avtomobildə nə hadisə baş verməsini bilməmişdir. Bir qədər irəli getdikdən sonra təxminən 100 irəlidə avtomobili saxlamış və həmin vaxt baxıdqda əmisi Əlinin tərpənmədiyini görmüşdür. Əmisi olan tərəfin qapısını açmaq istəsə də, aça bilməmişdir. Atası oturan qapı da açılmamışdır. Arvadı ilə anası avtomobildən düşdükdən sonra atası da avtomobildən düşmüşdür. Həmin vaxtı baxdıqda atanın sifətinin qan olmasını görmüşdür. Əmisini avtomobildən düşürə bilmədiyindən sürücü tərəfdən əmisini dartıb avtomobildən çıxarmışlar. Bu zaman traktorun yanında olan şəxslər onların yanına gəlmişlər. Onlardan biri orada olan avtomobilini yaxına sürmüş və tez atası Rəcəblə əmisi Əlini həmin avtomobilə qoyaraq xəstəxanaya aparmışlar. Onlar sonradan xəstəxanaya getdikdə həkimlərin atasına ilkin tibbi yardım göstərdiklərini, əmisi Əlinin isə öldüyünü görmüşlər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, həmin ifadəyə istinadən ifadəsində göstərmişdir ki, X14 atasıdır. Bir müddət əvvəl o, şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. 02 noyabr 2023-cü il tarixdə Zaqatala rayonu Tala kəndində yerləşən “Talaçay” şadlıq sarayında uzaq qohumunun toy məclisi keçirilmişdir. Həmin toy məclisinə atası tək getməyi fikirləşmişdir. Anası Xalisət atası vəfat etdiyindən həmin toy məclisinə getməmişdir. Atası da həmin gün toya yaxınlıqda yaşayan əmisi Rəcəbin avtomobili ilə getmişdir. Həmin vaxtı avtomobildə atası Əli, əmisi Rəcəb, əmisi arvadı Kəlimə, əmisi oğlu Şaban və Şabanın arvadı olmuşdur. Onlar toya getdiyindən həmin axşam o, zəng edərək bu barədə heç nə soruşmamışdır. 03 noyabr 2023-cü il tarixdə yaxın qohumlarından biri ona zəng edərək 02 noyabr 2023-cü il tarixdə atasıgil toydan gəldiyi zaman Balakən rayonu Katex kəndinin çıxışında qəza keçirdiklərini və qəza nəticəsində atasının öldüyünü bildirmişdir. Bundan sonra o, dərhal yaşadığı rayona gəlmişdir. Rayona gəldikdən sonra o, bilmişdir ki, atasıgil toydan çıxdıqları zaman əmisi Rəcəb spirtli ikçi qəbul etdiyindən avtomobili əmisi oğlu Şaban idarə etmiş, atası ön oturacaqda, digərləri isə arxa oturacaqda oturmuşlar. Onlar Balakən rayonu Katex kəndinin çıxışına çatdıqları zaman Şaban yolda dayanmış vəziyyətdə olan traktorun olmasını görmüş, lakin toraktorun arxasında olan qoşqu yuxarıda olduğundan həmin qoşqunu görməmiş, traktordan yan keçib getmək istədiyi zaman traktorun arxasında olan qoşqu avtomobilin sağ tərəfindən dəyərək atasına və arxasında oturan əmisinə ciddi xəsarətlər yetirmişdir. Aldığı xəsarətlərdən atası hadisə yerində ölmüşdür. Onun eşitdiyinə görə traktor həmin yerdə nasaz olduğundan qalmış, həmçinin traktorun arxasında olan qoşqusu 1.5 metr yola doğru çıxmış vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi olaraq ona dəymiş ziyanı könüllü olaraq tam ödəmiş və onunla barışıq əldə etmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib ona istinadən ifadəsində göstərmişdir ki, onun özünə məxsus MİTSUBİSHİ PAJERO-İO markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmçinin avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi də vardır. Həmin avtomobili o, öz işlərinə sürmüşdür. 02 noyabr 2023-cü il tarixdə Zaqatala rayonu Tala kəndində yerləşən şadlıq saraylarının birində qohumlarının birinin toyu olmuşdur. Onlar da həmin toya dəvətli olduğundan ailə üzvləri ilə birlikdə həmin toya getmişlər. O, toyda oturub yemək yeyərək spirtli içki qəbul etmişdir. Saat təxminən 22 radələrində onlar toydan çıxmış, o, spirtli içki qəbul etdiyindən avtomobili idarə etməyi oğlu Şabana demişdir. Şaban sükan arxasına keçdikdə onlarla birlikdə toya gedən qardaşı Əli ön oturacaqda oturmuş, o, Əlinin arxasında olan oturacaqda, arvadı Kəlimət ortada, Şabanın arvadı Türkan isə Şabanın arxasında olan oturacaqda oturmuşdur. O, avtomobilə oturduqdan sonra yuxulayaraq yatmışdır. Həmin vaxtdan sonra heç nədən xəbəri olmamışdır. O, ayıldıqda xəstəxanada olduğunu, həkimlərin ona yardım etdiyini görmüşdür. Həmin vaxt o, Şabanın yolda qəza törətdiyini bilmişdir. Onun ağır xəsarətləri olduğundan xəstəxanada yatmış, həmin vaxt ailə üzvləri ona Əlinin də xəsarət aldığını bildirmişlər. O, xəstəxanadan çıxdıqdan sonra bilmişdir ki, Şaban avtomobili idarə edərək gəldiyi zaman Balakən rayonu Katex kəndi ərazisindən keçərkən avtomobili yolda dayanaraq qalmış traktorun arxasında olan yer düzləyən aqreqata vurmuş və hadisə nəticəsində qardaşı Əli hadisə yerində ölmüşdür. Lakin hadisənin necə baş verməsini, traktorun harada dayanmasını, hadisədən sonra onları kimlərin xəstəxanaya aparması barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs kimi ona dəymiş ziyanı könüllü olaraq ona tam ödəmiş və onunla barışıq əldə etmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib ona istinadən ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Onun özünə məxsus Belarus 892 markalı 90 A 782 dövlət qeydiyyat nişanlı traktoru vardır. Həmin traktoru o, lizinqlə almış və üç aydan bir kredit borcunu ödəmişdir. 02 noyabr 2023-cü il tarixdə Balakən rayonu Katex kəndi ərazisində torpaq sahəsinə mala çəkmək üçün getmiş və həmin vaxt traktorun arxasında yer hamarlayıcı aqreqat da olmuşdur. Saat təxminən 18 radələrində o, işini qurtardıqdan sonra yaşadığı ev istiqamətində getməyə başlamışdır. Balakən rayonu Katex kəndinin çıxışına yaxınlaşdıqda traktorda problem yaranmış və o, traktoru yolun kənarına çəkərək saxlamış və həmin vaxt traktor sönmüşdür. O, nə qədər cəhd etsə də traktoru işə sala bilməmişdir. Buna görə də artıq hava qaranlıq olduğundan yol keçən avtomobillərin traktoru görməsi üçün qəza işıqlarını yandırmış, daha sonra trakordan 15-16 metr aralıda asfaltın üzərinə yolun sağ kənarından 1.5 metr asfalta doğru qəza olması barədə nişan qoymuş, həmçinin aqreqatın üzərinə arxadan gələn atomobillərin görə bilməsi üçün parıltılı kisə də bağlamışdır. O, traktoru işə sala bilmədiyindən traktor təmir etməyi bacaran Tamerlan və Elnur adlı tanışlarıa zəng edərək bu barədə məlumat vermişdir. Bir qədər sonra qardaşı X13 gətirib gəlmişdir. Saat təxminən 23 radələrinə kimi onlar traktoru təmir etmiş, həmin vaxt o, traktora minərək işə sala bilib-bilməyəcəyini yoxlamaq istəmişdir. O, traktoru işə salmaq istədikdə qəfildən arxadan zərbə olmuş və traktor bir az irəli atılmışdır. O, qəza olmasını başa düşdüyündən tez traktordan düşmüş və bir avtomobilin onlardan təxminən 150 metr irəlidə dayandığını görmüşdür. O, traktorun arxasına baxdıqda traktorun arxasında olan aqreqatın qırılaraq tərs vəziyyətdə durmasını görmüşdür. Yanında olan şəxslər tez həmin avtomobilin yanına qaçmışlar. O da getdikdə həmin avtomobilin sağ tərəfindən traktorun aqreqatına dəydiyini görmüşdür. O, baş vermiş hadisəyə görə çox həyacanlı olduğundan avtomobilə tam yaxın gedə bilməmişdir. Qardaşı İlqar isə həmin avtombildən iki nəfəri öz avtomobilinə mindirərək xəstəxanaya aparmışdır. O, sonradan həmin avtomobildə olan şəxslərdən birinin öldüyünü, digərinin isə ağır xəsarət aldığını bilmişdir. Yolun sağ kənarında yeraltı internet xətti çəkilişinə görə qazıntı işləri getdiyindən o, traktoru daha çox sağ kənara çəkə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid4 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, onun ailəsinə məxsus Mitsubishi Pajero İO markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobili əsasən əri Rəcəb idarə etmiş, müəyyən hallarda əri Rəcəb yanında olduqda isə oğlu Şaban idarə etmişdir. 02 noyabr 2023-cü il tarixdə Zaqatala rayonunda yerləşən “Talaçay” şadlıq sarayında qohumlarının toy məclisi olmuşdur. Onlar ailəlikcə, yəni əri Rəcəb, oğlu Şaban, qaynı Əli və Şabanın arvadı Türkan birlikdə toy məclisinə getmişlər. Onlar toyda iştirak etmiş, saat təxminən 22:30 radələrində onlar toydan çıxmışlar. Əri Rəcəb spirtli içki qəbul etdiyindən avtomobili oğu Şaban idarə etmək üçün sükan arxasında oturmuşdur. Qaynı Əli sağ ön oturacaqda, əri Rəcəb arxa oturacaqda qaynının arxasında, o, arxa orta oturacaqda, Türkan isə onun yanında solda oturmuşdur. Onların kəndinin ərazisinə Zaqatala rayonundan yol olmadığından onlar həmişə Balakən rayonu tərəfdən yaşadıqları kəndə gedirmişlər. Həmin gündə oğlu Şaban avtomobili Balakən rayonu istiqamətində idarə etməyə başlamışdır. Yolda Rəcəb içkili olduğundan yatmışdır. O, orta hissədə oturduğundan yolu görmüşdür. Balakən rayonu Katex kəndinin çıxışına yaxın hissədə nisbətən döngəli yolda olan körpünü keçdikdən sonra o, qarşıda yolun sağında işıq yanmasını görmüşdür. Lakin nə işıq omasını bilməmişdir. Həmin vaxt qarşıdan başqa avtomobildə gəldiyindən yolu tam görə bilməmişdir. Həmin anda Şaban avtomobili qəflətən sola çəkmiş və avtomobilə zərbə ilə nəsə dəymişdir. O, ilk olaraq nə baş verməsini başa düşməmişdir. Şaban avtomobili bir qədər irəli irəli sürərək dayandırmışdır. Şaban tez avtomobildən düşərək sağ tərəfə gələrək qaynı Əlinin qapısını açmaq istəmiş, lakin aça bilməmişdir. Həmin vaxtı zərbə ön tərəfdən olduğundan o, Əliyə nəsə ola biləcəyini düşünmüş və Əlini çağırmağa başlamışdır. Lakin Əli heç bir cavab verməmişdir. Bu zaman kənardan gələn şəxslər arxa qapını açmış, əri Rəcəbin üzünə nəsə qoymuşlar. Bu zaman o, Rəcəbin də xəsarət aldığını bilmişdir. Həmin vaxt orada olan şəxslər Əlini də avtomobildən çıxararaq Rəcəblə birlikdə xəstəxanaya aparmışlar. Bir qədər sonra isə onlar, yəni Şaban, gəlini Türkan və o, xəstəxanaya getmişlər. Xəstəxanada onlar bilmişlər ki, baş vermiş hadisə nəticəsində qaynı Əli vəfat etmiş, əri Rəcəb isə sifətindən ağır dərəcəli xəsarətlər almışdır. O, yolda sadəcə işıq olmasını görmüş, traktoru və onun arxasında olan qoşqunu görməmişdir. Məhkəmə iclasında ittiham və müdafiə tərəflərinin razılığı əsasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid6 da şahid X4 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış protokolundan görünür ki, hadisə baş verən ərazi Yevlax-Zaqatala-Gürcüstan sərhəddi avtomobil yolunun 145-cı kilometrliyindədir, maksimum icazə verilən sürət həddi 90 km/saatdır. Yolun hərəkət hissəsi asfalt örtüklüdür, hamardır, düz və qurudur. Yol-nəqliyyat hadisəsi yolun sağ hərəkət hissəsində Belarus markalı 90 A 782 dövlət qeydiyyat nişanlı traktorun dayandığı zolaqda baş vermişdir. Yolun hərəkət hissəsinin eni 7.5 metrdir. Yolun sağ hərəkət hissəsinin eni 3.7 metrdir. Yolun sol kənarında eni 2 metr sağ kənarında isə eni 2 metr enində yol çiyni vardır. Lakin sağ yol çiynində olan hissə qazıldığından avtomobillərin saxlanması üçün yararsızdır. Həmçinin yolun sol və sağ tərəfində hər hansı yaşayış binası yoxdur, kənarlarda ağaclar vardır. Belarus markalı 90 A 782 dövlət qeydiyyat nişanlı traktor yolun sağ hərəkət hissəsinin kənarında sağ hissəsi 0.7 metri yol çiynində, 1.2 metr hissəsi isə sağ hərəkət zolağında dayanmış vəziyyətdədir. Traktorun arxasında 3.4 metr uzunluğunda şumlanmış sahələri düzləmək üçün nəzərdə tutulmuş aqreqat vardır. Aqreqatın sol hissəsində, həmçinin traktorun arxasında ağ rəngli kisə vardır. Aqreqat qırılmış vəziyyətdədir. Traktordan 15 metr arxada yolun sağ kənarından sola doğru 1.5 mert məsafədə qəza dayanacağı nişanı vardır. Mitsubshi Pajero İO markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma yerindən 150 metr qabaqda yolun sağ hərəkət hissəsinin kənarında dayanıqlı vəziyyətdədir. Yolda hər hansı tormuz və sürüşmə izi yoxdur. Həmçinin yol işıqlandırılmır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 19 (meyitin ekspertizası) nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, 1. X1 meyitinin müayinəsində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: kəskin qanitirmə ilə müşayiət olunan hər iki körpücük sümüyünün döş sümüyü proyeksiyasında qəlpəli yerdəyişməli sınıqları, döş sümüyündə yuxarıdan köndələn istiqamətdə tam yerdəyişməli sınığı, sağdan 1-5-ci, soldan 1-6-cı qabırğalarda orta xətt üzrə yerdəyişməli qəlpəli sınıqlar, qırtlağın ön hissəsində qansızma, sol ağ ciyərin yuxarı sol payında cırılmış yara, sifətin sol hissəsində sıyrıq, yuxarı ön orta döş nahiyyəsində hemotomalı-qırmızımtıl sıyrıq, sağ çənəaltında yara, yara daxilində çənə sümüyünün qəlpəli defektli sınığı, sağ bazunun iç səthində yara, sağ saidində sıyrıqlar, sağ said sümüklərində orta 1/3-də qapalı yerdəyişməli sınıqlar, sağ mil-biləkdə üst və yan səthində yara, yara daxilində mil-biləyin çıxığı. 2. Yuxarıda qeyd edilmiş xəsarətlərin hamısı müxtəlif bərk əşyanın (əşyaların) dəyməsi-sıyırması təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə canlı şəxslərdə təyin edildiyi kimi, onun həyatı üçün təhlükəli olan ölümlə nəticələnən ağır zərər vurmaya aid edilirlər. 3. X1 ölümünün səbəbi kəskin qanitirmə ilə müşayiət olunan sol ağ ciyərin rtavmatik cırılması olmuşdur. 4. X1 ölümü meyit əlamətlərinə görə meyitin müayinəsindən 10-12 saat əvvəl baş verməyə uyğun gəlir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 355 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər- sağ yuxarı alnında yara çapığı, sol çənədə altda yara çapığı, sağ əlin 3-cü barmağının dırnaq falanqası defektli yarası, baş beyin silkələnməsi, sol qaşın sol yanağın, üst dodağın, alt çənənin kəsilmiş cırılmış yaraları, alt çənə, burun və əng sümüklərinin qapalı sınıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 8/5 nömrəli məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, 1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mitsubishi Pajero İO markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “ Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; 2. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən tədqiq olunan şəraitdə Belarus markalı 90 A 782 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Şahid3 hərəkətlərinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli 551 nömrəli sərxoşluq vəziyyətinint tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00.47 dəqiqədə sərxoşluq müayinəsindən keçirilmiş və onun hadisə zamanı ayıq olduğu müəyyən edilmişdir. İş materiallarında olan sürücülük vəsiqəsindən görünür ki, Azərbaycan Respublikaksı DİN BDYPİ Şəki RQİTBŞ tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə xx.xx.2031-ci il tarixədək qüvvədə olmaqla BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2023-cü il tarixli 3-13-16/2-176584/2023 nömrəli arayışından görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BD 704917 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb. İş materiallarında olan Zaqatala RİB-nın Uzuntala kənd İƏD üzrə nümayəndəsi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli 8 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqinin 27 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından və ümumən iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus Mitsubishi Pajero İO markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomaşın və Şahid3 məxsus Belarus markalı 90A 782 dövlət qeydiyyat nişanlı traktor maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs cinayət işi ilə tanış olduqdan sonra Mitsubishi Pajero İO markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşın onun sahibi Təqsirləndirilən şəxs və Belarus markalı 90A 782 dövlət qeydiyyat nişanlı traktor onun sahibi Şahid3 qaytarılmışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi X7 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan könüllü şəkildə tam olaraq ona ödənilmiş və onunla barışıq əldə edilmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan könüllü şəkildə tam olaraq ona ödənilmiş və onunla barışıq əldə edilmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş iş materiallarında olan və yuxarıda qeyd olunan mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə hesab edir ki, bu etirafın əks olunduğu təqsirləndirilən şəxsin ifadəsi könüllü şəkildə, nəyəsə məcbur edilmədən verildiyi üçün sübut kimi qəbul edilməli, həmçinin bu etiraf təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X2rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya və təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hal kimi dəyərləndirilə bilər. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsinə baxaraq, qeyd edir ki, CMnin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü tarixli 5 №-li qərarının 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün hallar, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq, zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə və digər zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinə və digər zərərçəkmiş şəxsə ödəməsini, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsin yaxun qohumu və zərərçəkmiş şəxsin hüquqi varisinin qohumu olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan cinayət əməli törətməsi və yaşadığı ərazidə müsbət xarakterizə olunması işdəki sübutlarla təsdiq olunur. İlk dəfə cinayət əməli törətməsi və yaşadığı ərazidə müsbət xarakterizə olunması onun psixikasında kriminogen meyllərin model davranışa çevrilməməsini göstərir ki, bu hallar da vurduğu ziyanı tamamilə ödəməsi və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə və zərərçəkmiş şəxslə barışlıq əldə etməsi konteksində onu davamlı kriminogen davranışa malik cinayət törətmiş digər şəxslərdən fərqləndirmək üçün nəzərə alınmalıdır. Belə yanaşma təqsirləndirilən şəxsin törətdiyi əmələ və onun şəxsiyyətinə ədalətli münasibətdən başqa onun islah olunması və qanunlara hörmət etmə yoluna qayıtması üçün bir stimul rolunu da oynayacaqdır. Ona görə də işin faktoloji halları və hüquqi qiymətləndirmə baxımından təqsirləndirilən şəxsin ilk dəfə hadisələrin təsadüfi axarı zəminində cinayət əməli törətməsi və kriminogen meyllərdən uzaq olması konteksində yaşadığı ərazidə müsbət xarakterizə olunmasının cəzasını yüngülləşdirən hal qismində nəzərə alınması əsaslıdır. Məhkəmə həmçinin nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə səmimi peşman olduğunu bildirməsi, onun öz əməlinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə qeyd edilməlidir ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu xüsusda diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (AR CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstünyalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi məhz onun istinad olunan Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və ona görə də onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Həm də təqsirləndirilən şəxsin cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə səmimi peşman olması onun yaşadığı ərazidə müsbət xarakterizə olunması və işin qanunda nəzərdə tutulmuş digər yüngülləşdirici halları (hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətiməsi, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə və zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq zərərçəkmiş şəxsin hüquqi varisinə və digər zərərçəkmiş şəxsə tamamilə ödəməsi və sair) konteksində də əsaslıdır və qəbul olunmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə bildirir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır və ehtiyatsızlıqdan törədilən cinayətdir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətmiş, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə və digər zərərçəkmiş şəxslə barışıq əldə etmiş, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmişdir. Həmçinin o, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkir və yaşadığı ərazidə müsbət xarakterizə olunur. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, bu hallar, onun ictimai təhlükəliliyini azaldan hallar sayılmaqla, eyni zamanda onun cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olmasına, ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması istəyinə dəlalət edir. Məhkəmə işin faktoloji hallarına istinadən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli davamlı antisosial yönümün nəticəsi olmamışdır. Ona görə də şərh olunan bu hallar cəzanın məqsədlərinə nail olunması baxımından Təqsirləndirilən şəxs cəza təyin edilməsində mütləq nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə və digər zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinə və digər zərərçəkmiş şəxsə tamamilə ödəməsi, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi, yaşadığı ərazidə müsbət xarakterizə olunması və zərərçəkmiş şəxsin yaxın qohumu və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin qohumu olması kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsində cəzanın icrası müddətinin məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasının müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********;AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən məhkəmə xərclərini kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Mitsubishi Pajero İO markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşının onun sahibi Təqsirləndirilən şəxs və Belarus markalı 90A 782 dövlət qeydiyyat nişanlı traktorun onun sahibi Şahid3 qaytarılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; onun cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********;AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilsin. İş üzrə maddi sübut olan Mitsubishi Pajero İO markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşının onun sahibi Təqsirləndirilən şəxs və Belarus markalı 90A 782 dövlət qeydiyyat nişanlı traktorun onun sahibi Şahid3 qaytarılması nəzərə alınsın. Hökmün icrası Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar