Məhkəmə qərarları › İş №1(019)-36/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-36/2021

19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-36/2021 19.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs-xx.xx.1994-cü ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayının sonlarında Balakən şəhəri ərazisindən keçən Balakən çayın kənarından tapıb qəsdən qanunsuz olaraq əldə etdiyi bir ədəd nömrəsi silinmiş, 9 mm kalibrli, istifadəyə yararlı, odlu və yivli döyüş silahı hesab edilən BHP modelli, Belçikada zavod üsulu ilə istehsal olunmuş tapançanı, üç ədəd 9 mm kalibrli, həmin kalibrə malik avtomatik konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı döyüş sursatı hesab edilən patronları və bir ədəd tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 ədəd 9 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçanı üzərində daşıyaraq yaşadığı ünvan 2 ünvanda yerləşən otaqdakı dolabın içərisində saxlamışdır. 30 yanvar 2021-ci il tarixdə saat 15 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs öz könüllü razılığı və iştirakı ilə yaşadığı evə keçirilən baxış zamanı qəsdən, qanunsuz olaraq əldə edərək daşıyıb yaşadığı evin otağındakı dolabın içərisində saxladığı bir ədəd nömrəsi silinmiş, 9 mm kalibrli, istifadəyə yararlı, odlu və yivli döyüş silahı hesab edilən BHP modelli, Belçikada zavod üsulu ilə istehsal olunmuş tapança, üç ədəd 9 mm kalibrli, həmin kalibrə malik avtomatik konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı döyüş sursatı hesab edilən patronlar və bir ədəd tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 ədəd 9 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqça aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən şəhəri Ə.Ansuxski küçəsi ev-1 mənzil-36 ünvanında tək yaşayır.Sonuncu dəfə 10 avqust 2017-ci il tarixli Balakən Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 1 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 25 iyul 2018-ci il tarixdə cəzasının sonu ilə həbsdən azad edilmişdir.Heç bir yerdə işləmədiyi üçün bəzi vaxtlarda Balakən şəhəri ərazisindən keçən Balakən çayın kənarına gedib orada tullantı olan dəmirləri yığıb dəmir alanlara sataraq özünə gəlir əldə etmişdir. 2020-ci ilin dekabr ayının sonlarında yenidən Balakən çayının kənarında, Balakən şəhərinin giriş hissəsindəki körpünün altında çaylaq hissədən dəmir yığmaq üçün getmişdir. Bu zaman çaylaqda yerdə bir ədəd sellofan bükülünün olduğunu görmüş, həmin sellofan bükülünü götürərək içərisinə baxdığı zaman orada bir ədəd qara rəngli üzərində əcnəbi dildə yazılar olan tapançaya oxşar silahın, 1 ədəd qara rəngli sandığın və 3 ədəd patronun olduğunu görmüşdür. Həmin tapança və hissələri bir-birindən ayrı olsalar da sellofanın içərisində olmuşlar. Tapdığı bir ədəd tapançanı, bir ədəd sandığı və 3 ədəd patronu maraqlı olduğu üçün saxlamaq məqsədi ilə özü ilə birlikdə yaşadığı evə gətirmiş, onları evin istifadəsiz otağında olan dolabın içərisindəki çantada qırmızı şərfə bükərək saxlamışdır.İlk əvvəl tapdığı bir ədəd tapançanı, bir ədəd sandığı və 3 ədəd patronu polisə təqdim etmək istəsə də qorxub təqdim etməmişdir. Onları saxladığı yerdə qoymuşdur. 30 yanvar 2021-ci il tarixdə polis əməkdaşları onu üzərində qanunsuz silah saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-yə dəvət etmişlər.Balakən RPŞ-də onu silah saxlamaqda şübhəli olduğundan şübhəli şəxs kimi tutmuşlar, vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı onun üzərindən hər hansı bir qanunsuz əşya, vasitə, odlu silah aşkar edilməmişdir. Şəxsi axtarış zamanı üzərində deyil, yaşadığı evdə odlu silah hesab edilən tapança saxladığını polis əməkdaşlarına bildirmişdir. Daha sonra polis əməkdaşları və vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi iştirakı ilə, onun razılığı əsasında yaşadığı Balakən şəhəri Ə.Ansuxsiki küçəsi ev-1, mənzil-36 da yerləşən evinə baxış keçirmişlər. Baxış zamanı yaşadığı evin istifadəsiz otağında olan dolabın içərisindəki çantada qırmızı rəngli şərfə bükərək saxladığı 1 ədəd tapançanı, 1 ədəd sandığı və 3 ədəd patronu polis əməkdaşlarına təqdim etmişdir. Sonra polis əməkdaşları onun təqdim etdiyi 1 ədəd tapançanı, bir ədəd sandığı və 3 ədəd patronu 1 ədəd kağız zərfə qablaşdıraraq üzərini möhürləyərək götürmüşlər.Yaşadığı evdən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Bundan sonra 30 yanvar 2021-ci il tarixli 17/81 saylı ekspert rəyi ilə tanış olandan sonra bilmişdir ki, yaşadığı evdə saxladığı bir ədəd nömrəsi silinmiş silah BHP modelli, 9 mm kalibrli olmaqla Belçikada zavod üsulu ilə istehsal olunmuş tapançadır, yivli, odlu döyüş silahıdır, istifadəyə yararlıdır. 3 ədəd patron isə 9 mm kalibrli olmaqla zavod üsulu ilə hazırlanmış patronlardır, döyüş sursatı hesab edilirlər, istifadəyə yararlıdırlar. Həmçinin 1 ədəd sandıq isə 8 ədəd 9 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış sandıqçadır.Tapdığı və evdə saxladığı 1 ədəd tapançadan 1 ədəd sandıqdan və 3 ədəd patrondan heç kimin xəbəri olmamışdır.Tapdığı və evdə saxladığı bir ədəd tapançadan, bir ədəd sandıqdan və 3 ədəd patrondan heç vaxt istifadə etməmişdir. Heç vaxt odlu silahın və onun sursatının, həmçinin onun hissələrinin alqı-satqısı ilə məşğul olmamışdır. Əməlindən peşimandır.Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 30.01.2021-ci il tarixdə Balakən şəhəri Ə.Ansuxski küçəsi ev-1 mənzil 36-da qeydiyyatda olan və yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs üzərində və yaşadığı evində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-yə dəvət edilmişdir və bu barədə raportla RPŞ rəhbərliyinə məruzə etmişdir. 30.01.2021-ci il tarixdə saat 15 radələrində Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs, onun hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, təhqiqatçı Natiq Muradov, RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2, PPXB-nin polis nəfəri Şahid4 və RPŞnin KTQ-nun baş inspektoru Sadiq Vəzirov iştirak etmişlər. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs Balakən şəhəri Ə.Ansuxski küçəsi ev-1 mənzil-36 ünvanında yaşadığı evdə markasını bilmədiyi tapança silahını saxladığını, həmin silahı bir ay əvvəl çaylağa dəmir yığmağa getdiyi zaman tapdığını bildirmişdir. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. 30.01.2021-ci il tarixdə saat 16 radələrində şübhəli şəxs Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən evinə baxış keçirilməsində iştirak etmişdir. Baxışda ondan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs, onun hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, təhqiqatçı Natiq Muradov, RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2, PPXB-nin polis nəfəri Şahid4 və RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov iştirak etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman evdə tək yaşadığını bildirmiş və evin istifadəsiz otağındakı dolabın içərisindən bir ədəd çantaya qoyulmuş qırmızı -ağ zolaqlı şərfə büküb saxladığı odlu silah hesab edilən bir ədəd qara rəngli tapança, bir ədəd tapança sandığı və 3 ədəd patronu təqdim etmişdir.Onları 1 ay əvvəl çaylağa dəmir yığmağa gedərkən bir ədəd sellofan bükümün içərisində tapdığını bildirmişdir. Tapançanın markasını bilmədiyini, tapdığı tapançanı, sandığı və patronları tapdığı zaman polisə təqdim etmək istədiyini, lakin qorxduğuna görə bunu etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli tapança, bir ədəd qara rəngli tapança sandığı və 3 ədəd patron təhqiqatçı Natiq Muradov tərəfindən bir ədəd zərfə qablaşdırılaraq möhürlənərək götürülmüşdür. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı qeydə alınmış videogörüntulərin köçürüldüyü DVD disk protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişlər. İşin 19-22-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 30 yanvar 2021-ci il tarıxli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış 30.01.2021-ci il tarixdə Balakən RPŞ-nin inzibati binasında saat 14:50-dən 15:20-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış aparılan zaman müəyyən olunmuşdur:30.01.2021-ci il tarixdə Balakən şəhəri Ə.Ansuxski küçəsi ev-1 mənzil-36-da yaşayan Təqsirləndirilən şəxs üzərində və yaşadığı evində qanunsuz olaraq odlu silah saxlaması barədə RPŞ-yə daxil olmuş məlumat əsasında Balakən RPŞ-yə dəvət edilmiş, təhqiqatçı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutularaq onun üzərində vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əgər üzərində hər hansı bir qanunsuz əşya, vasitə, odlu silah varsa təqdim etməsi bildirilmişdir. Şəxsi axtarış zaman Təqsirləndirilən şəxs üzərində deyil, yaşadığı Balakən şəhəri Ə.Ansuxski küçəsi ev-1 mənzil 36-da yerləşən evində markasını bilmədiyi tapança silahının olduğunu, saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən hər hansı bir qanunsuz əşya, vasitə, odlu silah aşkar edilməmişdir. Təqsirləndirilən şəxs evində saxladığı tapançanı bir ay əvvəl çaylağa dəmir yığmağa getdiyi zaman tapdığını bildirmişdir. Şəxsi axtarış “Sony” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib olunmuşdur, doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarışın qeydə alındığı videogörüntülərin köçürüldüğü DVD disk protokola əlavə edilmişdir. İşin 24-28-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 30 yanvar 2021-ci il tarixli ilkin araşdırma zamanı baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış 30.01.2021-ci il tarixdə Balakən şəhəri Ə.Ansuxski küçəsi ev-1 mənzil-36 ünvanına saat 15:50-dən 16:30-dək olan müddət ərzində keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir: 30.01.2021-ci il tarixdə Balakən şəhəri Ə.Ansuxski küçəsi ev-1 mənzil 36-da yaşayan Təqsirləndirilən şəxs üzərində və yaşadığı evində qanunsuz olaraq odlu silah saxlanılması barədə RPŞ-yə daxil olmuş məlumat əsasında sonuncu Balakən RPŞyə dəvət edilmiş, təhqiqatçı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutularaq onun üzərində şəxsi axtarış aparılarkənTəqsirləndirilən şəxs üzərindən qanunsuz əşya, vasitə, odlu silah aşkar edilməmişdir.Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı yaşadığı evdə odlu silah hesab edilən tapança saxladığını bildirmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs yaşadığı Balakən şəhəri Ə.Ansuxski küçəsi ev-1 mənzil-36-da yerləşən yaşayış evinə, onun vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Balakən RPŞ-yə ərizə ilə müraciət edərək polis əməkdaşlarının onun yaşadığı evə baxış keçirmələrinə icazə verdiyini, etirazının olmadığını bildirmişdir.Təqsirləndirilən şəxs məxsus ev binanın 4-cü mərtəbəsində yerləşmişdir, 2 otaq, 1 mətbəx və 1 hamam otağından ibarətdir. Təqsirləndirilən şəxs evdə tək yaşadığını bildirərək evin istifadəsiz otağında dolabın içərisindəki çantanın içərisində qırmızı ağ zolaqlı şərfə bükərək saxladığı bir ədəd odlu silah hesab edilən qara rəngli tapança, bir ədəd tapança sandığı və 3 ədəd patronu təqdim edərək saxladığı tapança, sandıq və 3 ədəd patronu bir ay əvvəl çaylaqda dəmir yığmağa getdiyi zaman sellofan bükümdə tapdığını, tapdığı tapançanın markasını bilmədiyini, tapdığı tapança, sandıq və patronları polisə təqdim etmək istədiyini, lakin qorxduğundan onları evində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, üzərində əcnəbi dildə “Orique Nationale oarkiesde GUFREE Herstal Belgique” yazısı həkk olunmuş markası bilinməyən bir ədəd qara rəngli odlu silah hesab edilən tapançaya oxşar silah, 3 ədəd patron və bir ədəd qara rəngli tapança sandığı təhqiqatçı Natiq Muradov tərəfindən bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmışdır, üzəri möhürlənərək iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evinin digər otaqlarına baxış keçirilən zaman başqa qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Baxış “Sony” markalı videokamera vasitəsi ilə qedə alınmışdır. Protokol tərtib olunmuşdur və doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 35-38-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X4 Bölməsinin 30 yanvar 2021-ci il tarixli 17/81 nömrəli ekspert rəyində göstərilmişdir: -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd nömrəsi silinmiş silah 9 mm kalibrli olmaqla, BHP modelli, Belçikada zavod üsulu ilə istehsal olunmuş tapançadır, yivli odlu döyüş silahıdır, istifadəyə yararlıdır. -Tədqiq edilən 3 (üç) ədəd predmet 9 mm kalibrli olmaqla, həmin kalibrə malik avtomatik konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patronlardır, döyüş sursatı hesab edilirlər, istifadəyə (atəşə) yararlıdırlar. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 ədəd 9 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır. İşin 98-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasə DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 20 aprel 2021-ci il tarixli 011-3598-1221 nömrəli məktubda göstərilmişdir ki, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinə təqdim edilmiş 01 ədəd 9x19 mm kalibrli, nömrəsi silinmiş Brauninq konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Təqdim edilmiş 03 ədəd 9x19 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. İşin 13-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 30 yanvar 2021-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 30 yanvar 2021-ci ildə saat 14:30-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 72-79-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsində imtina edilmişdir. İşin 67-68-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 01 fevral 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 94-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli 656 nömrəli arayışdan görünür ki, Həsənov X2 şəhəri, Ə.Ansuxski küçəsi, ev-1 mənzil-36 ünvanında yaşayır. İşin 93-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 80-81-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Həsənov X2 Rayon Məhkəməsinin 10.08.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 234.1-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25.07.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Döyüş sursatını qanunsuz əldə etmə, saxlama, daşımağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar,təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər məhkum olunub cəza çəkməsini, buna baxmayaraq yenidən hazırkı cinayət əməlini törətməsini, CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 30 yanvar 2021-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs oğlu tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 51.06 (əlli bir manat 06 qəpik) manat Təqsirləndirilən şəxs oğlundan tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Balakən rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı Balakən şəhəri Ə.Ansuxski küçəsi ev-1 mənzil-36 ünvanından aşkarlanaraq götürülmüş bir ədəd nömrəsi silinmiş, 9 mm kalibrli, istifadəyə yararlı, odlu və yivli döyüş silahı hesab edilən BHP modelli, Belçikada zavod üsulu ilə istehsal olunmuş tapança, DİN-in KTİ-də eksperimental atəş keçirilən zaman 2 ədəd patrondan istifadə edildikdən sonra sonra geriyə qalmış bir ədəd 9 mm kalibrli, həmin kalibrə malik avtomatik konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı döyüş sursatı hesab edilən patron və bir ədəd tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 ədəd 9 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqça hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının DİN-in silah sursat anbarına təhvil verilməlidir. İş üzrə maddi sübut olan iki ədəd DVD diski cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 11 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 01(bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun 30 yanvar 2021-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəza çəkmə müddətinin əvvəli 19 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin, o məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə 51.06 (əlli bir manat 06 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı Balakən şəhəri Ə.Ansuxski küçəsi ev-1 mənzil-36 ünvanından aşkarlanaraq götürülmüş bir ədəd nömrəsi silinmiş, 9 mm kalibrli, istifadəyə yararlı, odlu və yivli döyüş silahı hesab edilən BHP modelli, Belçikada zavod üsulu ilə istehsal olunmuş tapança, DİN-in KTİ-də eksperimental atəş keçirilən zaman 2 ədəd patrondan istifadə edildikdən sonra sonra geriyə qalmış bir ədəd 9 mm kalibrli, həmin kalibrə malik avtomatik konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı döyüş sursatı hesab edilən patron və bir ədəd tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 ədəd 9 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqça hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının DİN-in silah sursat anbarına təhvil verilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar