Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-37/2021 31.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi –Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1970-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Balakən şəhəri, Heydər Əliyev prospekti, ev 114 ünvanında qeydiyyatda olan və hal- hazırda həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 237.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının əvvəlində Balakən şəhəri, Heydər Əliyev prospekti, ev 114 ünvanında yerləşən yaşadığı evin yaxınlığında 1 ədəd “West” markalı siqaret qutusunun içərisində kağıza bükülmüş halda tapdığı 5 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını 3 ədəd dibçəklərə torpaq dolduraraq qəsdən, qanunsuz olaraq əkmiş, həmin əkdiyi toxumlardan bitərək inkişaf etmiş 3 ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etmiş, 16 aprel 2021-ci il tarixdə, saat 13 radələrində Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsindəki evinin sağ tərəfində yerləşən toyuq saxlamaq üçün nəzərdə tutulan hinin içərisindən qəsdən qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etdiyi, 22 sm, 23 sm və 25 sm ölçülərdə olan 03 ədəd, xeyli miqdar hesab olunan narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri qeyd olunan dibçəklərdə aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, o, yuxarıda qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Hər hansı psixi xəstəliklər keçirməmişdir. Fərdi əməklə məşğul olaraq, ailəsini dolandırır. Azərbaycan Respublikası CM-nin 237.1 -ci maddəsinin mahiyyətini anlayır və həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli sayır. Təxminən 2-3 aydır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2021-cı ilin mart ayının əvvəlində evinin yanında qonşu ilə sərhəddə heyvanları otaran zaman orada yerdən 1 ədəd üzərində “West” yazısı olan siqaret qutusu aşkar etmiş, həmin siqaret qutusunun içərisinə baxdıqda orada kağızda bükülü vəziyyətdə 5 ədəd bitki toxumu olduğunu görmüş, toxumların narkotik bitkisinin toxumu olduğunu bilmişdir. Həmin siqaret qutusunun içərisindəki toxumları götürüb, özündə saxlamışdır. Daha sonra həmin toxumları əkib gələcəkdə özü istifadə etmək üçün narkotik əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin toxumlardan 3 ədədini 1 ədəd dibçəkdə, digər 2 ədəd toxumları isə hər birini ayrı-ayrı 2 ədəd dibçəklərdə əkib, hər üç dibçəyi yaşadığı evin sağ yan tərəfində olan əvvəllər toyuq-cücəyə baxmaq üçün hin kimi istifadə etdiyi yerə qoymuşdur. Həmin toxumlardan 3 ədədi bir müddət sonra cücərib inkişaf etməyə başlamış, 2 ədəd toxum bitməmişdir. Bitmiş 3 ədəd narkotik bitkisinə qulluq etmiş, həmin bitkilərin köklərini alaq otlarından təmizləmiş,suvarmışdır. 16.04.2021-ci il tarixdə, saat təxminən 13 radələrində yaşadığı evdə olduğu zaman evin giriş qapısından çağrıldığını eşitmiş, baxdıqda isə Balakən RPŞ-nin əməkdaşları olduqlarını görmüşdür. Polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə və evində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, ona görə də yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmişlər.Onu bu barədə qərarla tanış etmişlər. O, baxış keçirilməsinə etiraz etməmiş, həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyini və həmin yeri də göstərəcəyini bildirmişdir. Daha sonra polis əməkdaşları mütəxəssis-aqronom kimi təqdim edilən Şahid3 və onun iştirakı ilə baxış keçirməyə başlamışlar. Baxış zamanı evinin sağ yan tərəfində olan köhnə toyuq hinində 3 ədəd dibçəklərdə, hər dibçəkdə 1 ədəd olmaqla əkib-yetişdirdiyi ümumi sayı 3 ədəd olan narkotik tərkibli bitkiləri polis əməkdaşlarına göstərmişdir. Aşkar edilən 3 ədəd narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən kökündən çıxarılmış, ölçülərkən isə hündürlüklərinin 22 sm-dən 25-sm-dək olduğu müəyyən olunmuşdur. Baxışda iştirak edən mütəxəssis-aqronom Şahid3 3 ədəd bitkiyə aqrotexniki qulluq edildiyini bildirmişdir. Həmin 3 ədəd narkotik bitkiləri polis əməkdaşları tərəfindən 1 ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılıb, üzəri möhürlənərək götürülmüşdür. Bundan əlavə polis əməkdaşları evinin arxa hissəsinə, həyətyanı sahədə olan tikililərə və yaşadığı evə də baxış keçirmiş, lakin əlavə qanunsuz saxlanılan əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra protokol özü və və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisinin şitillərini əkməsindən heç kimin məlumatı olmamışdır. Əvvəllər narkotik vasitənin satışı və ya qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Narkotik vasitə istifadə etdiyi üçün əkmiş olduğu narkotik tərkibli bitkiləri də özü istifadə etmək üçün narkotik əldə etmək məqsədilə əkmişdir. Polis şöbəsində ona nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Həmçinin eskpertizanın rəyindən sonra ona məlum olmuşdur ki, onun əkdiyi bitkilər narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Cinayət əməli törətməsini etiraf edir və bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 aprel 2021 -ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi və yaşadığı evdə narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında saat təxminən 13 radələrində Balakən RPŞ-nin bir qrup əməkdaşı ilə birlikdə, həmçinin dəvət edilmiş mütəxəssis-aqronomun iştirakı ilə Balakən şəhəri, Heydər Əliyev prospekti, ev 114-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı qeyd olunan ünvana getmiş və Təqsirləndirilən şəxs iştirakı və razılığı ilə onun evinə və həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış keçirilən zaman videokamera vasitəsilə çəkiliş aparılmışdır. Baxış başlanmazdan əvvəl Təqsirləndirilən şəxs həyətində narkotik tərkibli bitkilər əkib-bəcərməsi haqda soruşulduqda, o, həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-bəcərdiyini etiraf etmiş və həmin bitkilərin yerini göstərəcəyini bildirmişdir. Daha sonra o, yaşadığı evin sağ tərəfində əvvəllər toyuq-cücə baxılması üçün istifadə olunmuş hində 3 ədəd dibçəklərdə hər bir dibçəkdə 1 ədəd olmaqla 3 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkiləri göstərərək, təqdim etmişdir. Baxışda iştirak edən mütəxəssis-aqronom həmin bitkilərə baxış keçirərək, bildirmişdir ki, bitkilərə aqrotexniki qaydada qulluq göstərilmiş, suvarılmış və dibləri yumşaldılaraq, alaq otlarından təmizlənmişdir. 3 ədəd bitki kökündən çıxarılmış, bitkilərin hündürlüklərinin 22 sm-dən 25 sm-dək olduğu müəyyən olunmuşdur. Aşkar edilmiş 3 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərinə oxşar bitkilər 1 ədəd kağız zərfə qablaşdırılmış, üzəri Balakən RPŞ-nin “Arayışlar üçün” 185 nömrəli möhürü ilə möhürlənmişdir. Baxışda iştirak edən ev sahibi Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini 2021 -ci ilin aprel ayının əvvəlində əkib, qulluq etdiyini bildirmişdir. Ev və həyətyanı sahədə baxış davam etdirilərkən başqa qanunsuz əşya, predmet aşkar edilməmişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilib, ucadan oxunmuş və protokolun doğru olması bütün iştirakçılarla yanaşı, onun tərəfindən də imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis baş serjantı Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş mütəxəssis-aqronom Şahid3 ifadəsində göstərmişdir ki, Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İxtisasca bitkiçilik üzrə ali təhsilli alim-aqronomdur. Hal-hazırda rəsmi olaraq Balakən rayonunda X15 Mərkəzinin bitkiçilik sektorunda baş məsləhətçi vəzifəsində çalışır. 16 aprel 2021-ci il tarixdə, saat təxminən 13 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən dəvət edilərək, Balakən şəhəri, Heydər Əliyev prospekti, ev 114-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı qeyd olunan ünvanda yerləşən evinə və həyətyanı sahəsinə baxış keçirilərkən mütəxəssis-aqronom kimi iştirak etmişdir. Baxış başlanmazdan əvvəl ona bu barədə hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı videoçəkilişdən də istifadə edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən toyuq hininin içərisində 3 ədəd dibçəklərdə hər birində 1 ədəd olmaqla əkilmiş 3 ədəd hündürlükləri 22 sm-dən 25 sm-dək olan narkotik tərkibli çətənə bitkisinin şitillərinə oşxar bitkilər aşkar edilərək kökündən çıxarılıb, qablaşdırılaraq götürülmüşdür. Tərəfindən həmin bitkilərə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmiş, suvarılmış və dibləri yumşaldılaraq, alaq otlarından təmizlənmişdir. Aşkar edilmiş bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsi haqqında tərəfindən rəy tərtib edilmişdir. Baxışda iştirak edən ev sahibi Təqsirləndirilən şəxs sorğu zamanı qeyd edərək, bildirmişdir ki, həmin çətənə bitkilərini 2021-ci ilin aprel ayının əvvəlində dibçəklərə əkərək, qulluq etmişdir. Təqsirləndirilən şəxs ev və həyətyanı sahəsində baxış davam etdirildikdə başqa bitki nümunələri və ya digər kütlə aşkar edilməmişdir. Bu barədə polis işçiləri tərəfindən protokol tərtib edilib, ucadan oxunmuş və protokolun doğru olması bütün iştirakçılarla yanaşı, onun tərəfindən də imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Balakən şəhəri, Heydər Əliyev prospekti, ev 114 ünvanında əri Təqsirləndirilən şəxs, qızları X4, X5 və qaynanası X1 ilə birlikdə yaşayır. 16 aprel 2021-ci il tarixdə o, Balakən Rayon Mərkəzi Xəstəxanasına getmiş, geri qayıdanda qaynanası yaşadıqları ünvana Balakən RPŞ-nin əməkdaşlarının gəlməsi, həyətyanı sahə və evə baxış keçirmələri, həyətyanı sahədə yerləşən vaxtilə toyuq hini kimi istifadə etdiyi yerdən 3 ədəd narkotik tərkibli bitki şitillərini aşkar etmələri barədə ona məlumat vermişdir. O, yalnız bundan sonra əri Təqsirləndirilən şəxs həyətyanı sahədə narkotik təbiətli çətənə bitkisinin şitillərini əkibbecərməsini bilmişdir. Polis əməkdaşları gəlib həyətyanı sahədə həmin bitkiləri aşkar edənədək, narkotik tərkibli bitkilərin əri Təqsirləndirilən şəxs tərəfindən həyətyanı sahədə əkilib-becərilməsindən onun və ailə üzvlərinin məlumatı olmamışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 16 aprel 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, 16 aprel 2021-ci il saat 12:50 radələrindən 13:30 radələrinədək Təqsirləndirilən şəxs yaşadığı evə və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Balakən şəhəri, Heydər Əliyev prospekti, ev 114-də yaşayan Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsində yaşayış evinin sağ tərəfində toyuq hini yerləşir. Toyuq hininin içərisində 3 ədəd plastik qablardan ibarət dibçəklərin hər birində 1 ədəd olmaqla 3 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar edilmişdir. Daha sonra aşkar edilmiş ümumi sayı 3 ədəd bitkilər kökündən çıxarılmışdır, hündürlükləri isə ölçüldükdə 22 sm-dən 25 sm-dək ölçülərdə olması müəyyən edilmişdir. Sonra isə bir ədəd kağız zərfə qablaşdırılıb möhürlənərək, götürülmüşdür. Daha sonra həyətyanı sahədə baxış davam etdirilmiş, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahədə yerləşən altıaçığa baxış keçirilmişdir. Baxış davam etdirilərkən hər hansı qadağan edilmiş əşya , narkotik tərkibli bitki və narkotik vasitə aşkar edilməmişdir. Baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış videogörüntünün əks olunduğu 1 ədəd CD disk protokola əlavə edilmişdir. Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, hər hansı əlavə şikayət və vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 16.04.2021-ci il tarixli ixtisasca aqronom-mütəxəssis Şahid3 verdiyi rəydən görünür ki, 16.04.2021-ci il tarixdə Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində 3 ədəd dibçəklərdə aşkar edilmiş, hündürlükləri 22 sm-dən 25 sm-dək 3 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarına aqrotexniki qaydada qulluq edilmiş, alaq otlarından təmizlənmiş, suvarılmışdır. İşdə olan olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 16 aprel 2021-ci il tarixli, 17/272 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində « Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 03 ədəd» sözləri yazılmış zərfin içərisindəki hündürlükləri 22 sm, 23 sm və 25 sm, ümumi təmiz çəkiləri-0.83 qram olan 03 (üç) ədəd bitki şitilləri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləridir; aqronom-mütəxəssis Şahid3 16 aprel 2021-ci il tarixli rəyinə əsasən 03 (üç) ədəd çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşdə olan olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsinin ekspertiza xərclərinə dair 16.04.2021-ci il tarixli, 17/272 saylı bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 34,55 manatdır. İşdə olan olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının 19 aprel 2021-ci il tarixli, 402 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui- istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş şübhəli şəxsi tutma protokolundan görünür ki, 16 aprel 2021-ci ildə saat 14:20-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 18 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərarından görünür ki, Balakən rayonu Mahamalar kəndində yaşayan Təqsirləndirilən şəxs oğlunun yaşadığı evə, evin həyətyanı sahəsinə və yardımçı tikililərə baxış keçirilməsinə dair Balakən Rayon Polis Şöbəsinin İTQ-nin təhqiqatçısı, polis kapitanı X9 16 aprel 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş tələbnamə üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi 21.04.2021-ci il tarixli, 02 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu məhkumluğu olmayan şəxsdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 24 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş bir ədəd möhürlənmiş zərfdə saxlanılan 03 ədəd çətənə bitkiləri maddi sübut qismində tanınaraq, saxlanılması üçün Balakən RPŞ-nin saxlanc anbarına verilmiş, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirilərkən aparılmış videoçəkiliş zamanı qeydə alınmış videogörüntülər əks olunmuş 01 ədəd CD diski sübut növü kimi qiymətləndirilərək, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, 16 aprel 2021-ci il tarixli baxış keçirilməsi barədə protokolu, 16 aprel 2021-ci il tarixli aqronom-mütəxəssisin rəyini, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirilərkən aparılmış videoçəkiliş zamanı qeydə alınmış videogörüntülər əks olunmuş 01 ədəd CD diskini, məhkəmə-bioloji ekspertizasının 16 aprel 2021-ci il tarixli, 17/272 nömrəli rəyini, Balakən Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərarını, ambulator məhkəmə-narkoloji ekspertizasının 19 aprel 2021-ci il tarixli, 402 nömrəli rəyini, maddi sübutları, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X2rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs oğlu qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmə cinayət əməlini törətmişdir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplamaya görə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİqanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, Avropa Konvensiyasının 6-cı maddəsində və Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə,məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlar əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onların xeyrinə şərh edərək və tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan həmin cinayətin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, işin faktiki hallarına və qanun normasının tələbinə əsasən cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs cinayət əməli törətməsini etraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkir. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, o cümlədən cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun 16 aprel 2021-ci il tarixdən 18 aprel 2021-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, dörd gün azadlığın məhdudlaşdırılması cəzasına gətirilib, həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının 19 aprel 2021ci il tarixli, 402 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunmalı və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X10 Şəxsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş bir ədəd möhürlənmiş zərfdə saxlanılan 03 ədəd çətənə bitkiləri məhv edilməli, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirilərkən aparılmış videoçəkiliş zamanı qeydə alınmış videogörüntülər əks olunmuş 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs oğlunun hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs oğlunda Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materialları ilə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyədək icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf edilməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, həqiqətən də müdafiəçi tərəfindən şübhəli və təqsirləndirilən şəxsin müdafiəsinə məhkəməyədək icraata zamanı 10 saat vaxt sərf edilməsi işin həcmi və keçirilən prosessual hərəkətlərin sayına və vaxtına görə ağlabatan və əsaslıdır. Eyni zamanda iş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat olmaqla cəmi 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 16 aprel 2021-ci il tarixdən 18 aprel 2021-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X10 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs oğlundan tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş bir ədəd möhürlənmiş zərfdə saxlanılan 03 ədəd çətənə bitkiləri məhv edilsin; Təqsirləndirilən şəxs həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirilərkən aparılmış videoçəkiliş zamanı qeydə alınmış videogörüntülər əks olunmuş 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Hazırki iş üzrə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat olmaqla cəmi 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-37/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-37/2021
31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver