Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-37/2025 20.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclаs kаtibi X4 оğlunun kаtibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirаklаrı ilə xx.xx.1989-cu ildə Balakən rayonu Tülü kəndində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, Balakən Rayon Məhkəməsinin 1(019)-114/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15 (on beş) faiz pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(019)-14/2024 nömrəli qərarı ilə cəzası 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatmış, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dаir məhkəməyədək sadələşdirilmiş icraat materialına аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyədək sadələşdirilmiş icraat materialından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Balakən rayonu Tülü kənd sakini Şahid yaşadığı evdə olduğunda qonşularından musiqi səsini eşitdiyi zaman oğlu Təqsirləndirilən şəxs həmin yerdə ola biləcəyini düşünərək sonuncunu çağırmaq üçün həmin evə getmiş, Şahid Təqsirləndirilən şəxs evə gəlməsini bildirərək evə qayıtdıqdan təxminən 30 dəqiqə sonra sonuncu sərxoş vəziyyətdə evə qayıdaraq Şahid ilə mübahisə etməyə başlamış, mübahisə zamanı Təqsirləndirilən şəxs Şahid etdikləri barədə onunla qonşu yaşayan qardaşı Zərərçəkmiş şəxs deməsi üçün sonuncunun yaşadığı həyətə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evdən çağırdığı zaman Şahid da həmin həyətə gəlmiş və həmin zaman yenidən Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs Şahid yerə yıxaraq başına bir neçə dəfə yumruqla vurduğunu görən Zərərçəkmiş şəxs araya girərək Təqsirləndirilən şəxs Şahid ayırmış, həmin zaman Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sifət nahiyyəsindən bir dəfə yumruqla vurduğunda onlar bir-birilərini itələməyə başlamış, Təqsirləndirilən şəxs kənarda olan odun parçasını götürərək qəsdən Zərərçəkmiş şəxs vurmaq istədiyi zaman sonuncu odun parçasını tutmaq istədiyində odun parçası Zərərçəkmiş şəxs sol əlinə dəymiş nəticədə Təqsirləndirilən şəxs Şahid sağlamlığa zərər vurmayan xəsarət və Zərərçəkmiş şəxs isə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurma xəsarətini yetirmişdir. Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi aşağıdakı qaydada tam sübuta yetirilmişdir: Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bilmiş və təhqiqat zamanı verdiyi ifadəsini təsdiq edərək, onun Balakən rayonu Tülü kəndində ailəsi ilə birlikdə yaşadığını, onlarla birgə anasının da yaşadığını, yaşadığı ev ilə yanaşı İsmayılın öz ailəsi ilə yaşadığını, xx.xx.2025-ci il tarixdə gündüz saatlarında qonşularına getdiyini, orada tanışları ilə yeyib-içdiklərini və spirtli içki qəbul etdikdə sərxoş olduğunu, həmin gün saat 17 radələrində anasının onun olduğu yerə gələrək onu evə çağırdığını və sərxoş olduğu üçün bundan bərk əsəbləşdiyini, çünki tanışlarının yanında anasının onun arxasıyca gəlməsi xoşuna gəlmədiyini, anası evə getdikdən təxminən 30 dəqiqə sonra evə qayıtdığını, yaşadığı həyətə çatdığı zaman anası ilə aralarında mübahisə yarandığını, mübahisə zamanı anasının küçəyə getdiyini, sonra İsmayılın həyətinə gedərək sonuncunu evdən çağırdığını, İsmayıla anasının etdiklərini demək istədiyini, həmin zaman anasının da onun arxasıyca İsmayılın yaşadığı həyətə gəldiyini, orada anası yenə ona acıqlandığı zaman aralarında mübahisə yarandığını, əsəbiləşərək anasını itələdiyi zaman sonuncunun yerə yıxıldığını, sonra anasına olan əsəbindən sonuncunun başına bir neçə dəfə yumruq vurduğunu, həmin zaman evdən çölə çıxan İsmayılın yanlarına gələrək onu anasından ayırdığını və onu təhqir etdiyini, bundan bərk əsəbiləşərək İsmayılın dodaq nahiyəsindən bir dəfə yumruqla vurduğunu, sonra İsmayıl ilə tutaşdıqları zaman anasının ayağa qalxaraq onu İsmayıldan ayırdığını, onun isə hələ də İsmayıla əsəbi olduğunu, həmin səbəbdən kənarda olan odun parçasını götürüb İsmayıla vurmaq istədiyi zaman sonuncunun odun parçasını tutmaq istədiyini və odunun İsmayılın əlinə dəydiyini, mübahisə zamanı yanlarında başqa heç kimin olmadığını qeyd etmişdir. Barışığa cəhd etmişdir. Törətdiyi əməldən peşman olmasını, 2 uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində Balakən rayonu Tülü kəndində ailəsi ilə birlikdə yaşadığını, yaşadığı ev ilə yanaşı qardaşı Təqsirləndirilən şəxs öz ailəsi və anası Şahid ilə yaşadığını, xx.xx.2025-ci il tarixdə yaşadığı evdə olduğu zaman qardaşı Elçinin sərxoş vəziyyətdə həyətinə gələrək onu çağırdığını, həyətə düşdüyü zaman anasının da həyətinə gəldiyini, Elçinin anasının boynundan tutaraq yerə yıxdığını və başından bir neçə dəfə yumruqla vurduğunu, tez Elçindən tutaraq anasından kənarlaşdırmaq istədiyini, Elçini kənara çəkərək anasını döydüyü üçün sonuncuya irad bildirdiyi zaman, Elçinin qəfildən bir dəfə yumruqla onun dodaq nahiyəsindən vurduğunu, sonra Elçin ilə bir-birlərindən tutaraq dartışdıqlarını, Elçinin kənarda olan odun parçasını götürərək onun üzərinə gəldiyini, odunun onun əlinə dəydiyini, mübahisə zamanı yanlarında başqa heç kimin olmadığını, mübahisənin onun yaşadığı evin həyətində baş verdiyini, Elçini bağışlamadığını qeyd etmişdir. Məhkəmə iclasında Şahid ifadəsində Balakən rayonu Tülü kəndində oğlu Təqsirləndirilən şəxs ailəsi ilə yaşadığını, onlarla yanaşı digər oğlu Zərərçəkmiş şəxs öz ailəsi ilə yaşadığını, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində qonşuluqdakı evdə Elçinin bir neçə nəfər kənd sakinləri ilə yeyib-içdiyini, həmin zaman Elçinə əsəbləşərək evə gəlməsini bildirdiyini, evə qayıtdıqdan təxminən 30 dəqiqə sonra Elçinin sərxoş vəziyyətdə evə gəldiyini, Elçinin evə gələrək ona “sən kimsən ki, mənim arxamca gəlirsən” dediyini və həyətdə aralarında mübahisə yarandığını, mübahisə zaman Elçinin onlarla yanaşı yaşayan İsmayılın həyətinə keçərək İsmayılı çağırdığını, İsmayılın həyətinə keçdiyi zaman Elçinin həyətdə olduğunu və İsmayılın da evin pilləkanında olduğunu, həyətə çatdığı zaman Elçinin onun üzərinə cumduğunu və onu təhqir edərək yerə yıxdığını, Elçinin onu yerə yıxdıqdan sonra başından bir neçə dəfə yumruqla vurduğunu, İsmayılın tez yanlarına gələrək Elçinə onu döydüyü üçün əsəbiləşdiyini və Elçini ondan ayırdığı zaman qəfildən bir dəfə İsmayılın dodaq nahiyəsindən yumruqla vurduğunu, sonra Elçin və İsmayılın birbirlərindən tutaraq dartmağa başladıqlarını, Elçinin isə kənarda olan odun parçasını götürərək İsmayılın başından vurmaq istədiyini, lakin Elçinin vurduğu odun parçasının İsmayılın əlindən dəydiyini qeyd etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının: 36-cı vərəqəsində olan Balakən rayon MTE və PA şöbəsinin xx.xx.2025-ci il tarixli 77 saylı ekspert rəyində göstərilmişdir ki, Şahid müəyyən edilmiş xəsarətlər - sol dizinin iç səthində qançır küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci ildə əmələ gələ bilərdi, sağlamlığa ZƏRƏR vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. 38-ci vərəqəsində olan Balakən rayon İHB-nin Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 246 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017-ci il təvəllüdlü X2 və 2019-cu il təvəllüdlü X3 adlı 2 azyaşlı uşağı vardır. 39-cu vərəqəsində olan Balakən rayon Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. 42-ci vərəqəsində olan Balakən rayon MTE və PA şöbəsinin xx.xx.2025-ci il tarixli 78 saylı ekspert rəyində göstərilmişdir ki, 1.Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər aşağıdakılardır: a) Sol üst dodağında yara b) Sol əlin 1-ci daraq sümüyündə sümüküstlüyü qalınlaşması. 2.Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər — küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci ildə əmələ gələ bilərdilər, dərəcələrinə görə a) bəndində göstərilən onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya, b) bəndində göstərilən də onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. 71-ci vərəqəsində olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1293 saylı tibbi müayinə protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:58-də müayinə zamanı Təqsirləndirilən şəxs qanda alkoqolun konsentrasiyasının 1,057% promilli olmasına əsasən alkoqol sərxoşluğu müəyyən edilmişdir. 80-85-ci vərəqələrində olan Balakən Rayon Məhkəməsinin 1(019)-114/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və aylıq qazancından 15 (on beş) faiz pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. 86-93-cü vərəqələrində olan Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(019)-14/2024 nömrəli qərarında göstərilmişdir ki, məhkum Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 1(019)-114/2023-cü il tarixli hökmü ilə təyin edilmiş aylıq qazancından 15 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzası, iki gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması cəzası hesablanmaqla 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatmışdır. Balakən Rayon Məhkəməsinin 1(019)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına CM-in 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdikləri ifadələrini, ekspert rəyini və digər iş materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları mötəbər sübutlar kimi qəbul edir və cinayət təqibi üzrə toplanmış həmin sübutlar Təqsirləndirilən şəxs törətdiyi cinayət üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə təqsirini etiraf etməsi digər sübutların məcmusu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamın əsası kimi qəbul edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-in 346-cı maddəsinin tələbinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin tərkibinin olması, onun cinayətin törədilməsində aidiyyəti və cinayətin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 72-ci maddəsinin “Qeyd” hissəsinin 1. bəndinə əsasən Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən haldır. Məhkəmə hesab edir ki, onun əməlini etiraf etməklə səmimi peşman olması da onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, bu hal onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, 18.4cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri Balakən rayonu Tülü kəndindəki ünvanı gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.12-ci maddəsinə uyğun olaraq təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 5 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 55 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 144-146, 346-347, 349, 351-353 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri Balakən rayonu Tülü kəndindəki ünvanı gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 55 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №1(019)-37/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-37/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver