Məhkəmə qərarları › İş №1(019)-38/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-38/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-38/2021 24.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X1, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1976-cı ildə Balakən rayonu Püştətala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Balakən rayonu Kortala kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 259.1-ci maddəsilə təqsirləndirilmsəsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsi cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə Balakən rayonu Kortala Bələdiyyəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdıqdan sonra ağac kəsməli olduğu halda, bunları etməyərək, 17 dekabr 2021-ci il tarixdə saat 18 radələrində Balakən rayonu Kortala kənd İnzibati Ərazi Vahidinin daxilində Kortala Bələdiyyəsinə məxsus olan kənd təsərrüfatı təyinatlı kolluq ərazidən motorlu mişardan istifadə edərək köküstə yaş 21 santimetr diametrdə olan 200 manat dəyərində 1 ədəd qoz ağacını, köküstə yaş 27 santimetr diametrdə olan 250 manat dəyərində 1 ədəd qoz ağacını, köküstə yaş 35 santimetr diametrdə olan 350 manat dəyərində 1 ədəd qoz ağacını, köküstə yaş 45 santimetr diametrdə olan 650 manat dəyərində 1 ədəd qoz ağacını və köküstə yaş 60 santimetr diametrdə olan 1400 manat dəyərində 1 ədəd qoz ağacını, ümumilikdə 5 ədəd qoz cinsindən olan ağacları qanunsuz olaraq kəsərək, Balakən rayonu Kortala Bələdiyyəsinə xeyli miqdarda, yəni 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində maddi zərər vurmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, işdə olan və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Balakən rayonu Kortala kəndində iki azyaşlı oğlu Əmrah və Elgün Şirbidovla birlikdə yaşayır. Azyaşlı uşaqları onun himayəsindədir. Heç bir yerdə işləmir. Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinin mahiyyətini anlayır və həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilir. Əvvəllər məhkum olunmamış və psixi xəstəliklərdən əziyyət çəkməmişdir. Balakən rayonu Kortala kəndində yaşadığı evdə qaz sobası olsa da, yandırdığı qazın pulunu verə bilmədiyinə görə 2020-ci ilin dekabr ayının 17-də saat 18 radələrində yaşadığı evin qarşısında yerləşən torpaq sahəsində mərhum atası Cuma Şirbidovun əkdiyi 5 ədəd müxtəlif diametrli, köküstə yaş qoz ağaclarını özünə məxsus olan motorlu mişarla kökündən kəsmişdir. Həmin qoz ağaclarının əkildiyi torpaq sahəsindən həmişə mərhum atası Cuma Şirbidov istifadə etdiyindən torpaq sahəsinin atasına məxsus olduğunu hesab etmişdir. Kəsdiyi 5 ədəd qoz ağacını doğrayıb, odun kimi istifadə etmək fikri olmuşdur. İşi olduğundan elə həmin gün Bakı şəhərinə getməli olmuşdur. Təxminən 3- 4 gündən sonra Bakı şəhərindən qonşusu Mahir Beydiyevə zəng edərək, kökündən kəsdiyi 5 ədəd qoz ağaclarını doğramasını ondan xahiş etmişdir. Mahirə kəsdiyi 5 ədəd ağacların atasına məxsus olan torpaq sahəsində bitmiş qoz ağacları olduğunu bildirmişdir. Mahirə həmin ağacları doğraması müqabilində 30 manat pulu vermək üçün razılaşmışlar. Mahir Beydiyevdən kəsdiyi ağacları doğrayaraq, yaşadığı evin həyətinə daşımasını xahiş etmişdir. Mahir Beydiyev təxminən 2 gün sonra ona zəng edərək, kəsdiyi 5 ədəd qoz ağaclarını oduncaq şəklində doğrayaraq, yaşadığı evin həyətinə daşıdığını bildirmişdir. Bakı şəhərindən qayıtdığı zaman Mahir Beydiyevə 30 manat pul verəcəyini söyləmişdir. Lakin sonradan qardaşı Elmar Şirbidovun onun 5 ədəd qoz ağacını kəsməsi ilə bağlı polisə şikayət etdiyini eşitmişdir. Yaşadığı evin qarşısındakı içərisində bitmiş 5 ədəd qoz ağacını kəsdiyi torpaq sahəsinin mərhum atası Cuma Şirbidova məxsus olduğunu hesab etmişdir. Çünki həmin qoz ağaclarını atası Cuma Şirbidov əkmişdir. Bu barədə ona mərhum atası demişdir. Qoz ağaclarını kəsdikdən sonra ona məlum olmuşdur ki, həmin ağacların bitdiyi torpaq sahəsi Balakən rayonu Kortala Bələdiyyəsinə aiddir. 5 ədəd qoz ağacını kəsdiyi zaman yanında heç kim olmamışdır. Həmin hadisəni heç kim görməmişdir. Qeyd etdiyi kimi, 5 ədəd qoz ağacını kəsdiyi gün Bakı şəhərinə getmişdir. Həmin hadisənin üstündən 2-3 gün keçdikdən sonra Mahir Beydiyevə zəng edib, 30 manat pul müqabilində ondan kəsdiyi 5 ədəd qoz ağacını doğrayıb, həyətə daşımasını xahiş etmişdir. Mahirə həmin ağacların mərhum atasının əkdiyini, atasına məxsus torpaq sahəsində əkildiyini bildirmişdir. 5 ədəd qoz ağacını kəsdiyi motorlu mişar Bakı şəhərindədir. Yaxşı işləmədiyindən elə həmin vaxtdan Bakı şəhərinə ustaya aparmışdır. Ustaya apardıqda motorlu mişarı təmir etmək mümkün olmadığından, onu elə həmin ustaya yararlı ehtiyat hissələrindən istifadə etmək üçün satmışdır. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçkmiş şəxs Balakən rayonu Kortala Bələdiyyəsinin nümayəndəsi X4 ifadəsində göstərmişdir ki, Balakən rayonu Kortala kəndində ailəsi ilə birlikdə yaşayır. Balakən rayonu Kortala Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tərəfindən 5 ədəd qoz ağacının kəsildiyi ərazi Kortala Bələdiyyəsinin mülkiyyətində olan ərazi olmaqla həmin ağaclar bələdiyyəyə məxsusdur. Bələdiyyə mülkiyyətində olan ağac və kolların götürülməsi üçün ilkin olaraq vətəndaş ərizə ilə bələdiyyəyə müraciət edərək, həmin ağac və kolun tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar olduğunu, yaşayış və qeyri-yaşayış binalarında işıqlanma rejimini pozduğunu, texnogen və ya təbii xarakterli fövqəladə hallar baş verdiyinə görə onların nəticələrinin aradan qaldırılması üçün və sairə halları göstərir. Həmin ərizə əsasında bələdiyyə tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq sənədlər təqdim olunur və ayrılmış mütəxəssis tərəfindən həmin əraziyə baxış keçirilir və müvafiq rəy tərtib edilir. Rəydə həmin ağacların və ya kolların götürülməsi əsaslandırılır, bundan sonra həmin yaşıllığın götürülməsinə müvafiq icazə verilir. Təqsirləndirilən şəxs qeyd edilən 5 ədəd qoz ağaclarını kəsmək üçün Kortala Bələdiyyəsinə hər hansı rəsmi müraciət etməmişdir. Təqsirləndirilən şəxs həmin ağaclardan köküstə yaş 21 santimetr diametrdə, köküstə yaş 27 santimetr diametrdə, köküstə yaş 35 santimetr diametrdə, köküstə yaş 45 santimetr diametrdə və köküstə yaş 60 santimetr diametrdə, ümumilikdə 5 ədəd qoz ağaclarını heç bir rəsmi icazə olmadan qanunsuz kəsərək, Balakən rayonu Kortala Bələdiyyəsinə 2850 manat məbləğində zərər vurmuşdur. Həmin zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 25 dekabr 2020-ci il tarixdə Balakən rayonu Kortala kəndində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısındakı torpaq sahəsinə baxış keçirilməsində iştirak etmişdir. Baxışda ondan başqa təhqiqatçı Natiq Muradov, Kortala kənd sakinləri X9, mütəxəssis kimi dəvət edilmiş Şahid2, hal şahidləri kimi dəvət edilmiş Elnarə Şirbidova və Nəsrəddin Gondolov adlı Kortala kənd sakinləri də iştirak etmişlər. Baxış keçirilən ərazi Balakən rayonu Kortala kəndində yolun sağ hissəsində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında yerləşmişdir. Həmin torpaq sahəsinin kənarları torpağa əkilmiş cır limon kolu ilə əhatə olunmuşdur. Baxışda iştirak edən Elmar Şirbidov ağacların kəsildiyi torpaq sahəsinin Balakən rayonu Kortala Bələdiyyəsinə məxsus olduğunu bildirmişdir. Baxış zamanı qeyd olunan torpaq sahəsindən 05 ədəd olmaqla 21 santimetr, 27 santimetr, 45 santimetr, 35 santimetr və 60 santimetr diametrdə ağacların kəsildiyi müəyyən olunmuşdur. Elmar Şirbidov kəsilmiş ağacları qardaşı Təqsirləndirilən şəxs öz yaşadığı evin həyətinə apardığını və ağacların kötük hissələrinin və budaqlarını evin həyətində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə keçirilən baxış zamanı evin giriş qapısından sağ tərəfdə yerləşən torpaq sahəsində kəsilmiş ağacların kötük hissələri və budaqları aşkar edilmişdir. Elmar Şirbidov qardaşı Təqsirləndirilən şəxs ağacları gecə vaxtı kəsdiyini və dərhal evin həyətinə daşıdığını demişdir. Baxış zamanı fotoşəkillər çəkilmişdir. Protokol tərtib olunmuş, doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Balakən rayonu Püştətala kəndində ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi vəzifəsində işləyir. 25 dekabr 2020-ci il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı Natiq Muradov mütəxəssis qismində dəvət etmə barədə qərarı ona təqdim edərək, Balakən rayonu Kortala kənd sakini Təqsirləndirilən şəxs Balakən rayonu Kortala Bələdiyyəsinə məxsus olan torpaq sahəsindən 5 ədəd qoz ağacını kəsməsi barədə Balakən RPŞ-yə məlumat daxil olduğu barədə məlumat verərək, baxış keçirmək üçün mütəxəssis qismində dəvət olunduğunu bildirmişdir. Mütəxəssis kimi hüquq və vəzifələri ona izah olunmuş, məsuliyyət barədə xəbərdar olunmuş, mütəxəssis kimi dəvət olunması barədə qərar və hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş ona təqdim olunmuşdur. Baxışda ondan başqa təhqiqatçı Natiq Muradov, Kortala kənd sakinləri X9, Şahid1 adlı polis əməkdaşı, hal şahidləri kimi dəvət edilmiş Elnarə Şirbidova və Nəsrəddin Gondolov adlı Kortala kənd sakinləri də iştirak etmişlər. Baxış keçirilən ərazi Balakən rayonu Kortala kəndində yolun sağ hissəsində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında yerləşmişdir. Həmin torpaq sahəsinin kənarları torpağa əkilmiş cır limon kolu ilə əhatə olunmuşdur. Baxışda iştirak edən Elmar Şirbidov ağacların kəsildiyi torpaq sahəsinin Balakən rayonu Kortala Bələdiyyəsinə məxsus olduğunu bildirmişdir. Baxış zamanı qeyd olunan torpaq sahəsindən 05 ədəd olmaqla 21 santimetr, 27 santimetr, 45 santimetr, 35 santimetr və 60 santimetr diametrdə ağacların kəsildiyi müəyyən olunmuşdur. Həmin ağacların diametrləri onun tərəfindən ölçülmüşdür. Elmar Şirbidov kəsilmiş ağacları qardaşı Təqsirləndirilən şəxs öz yaşadığı evin həyətinə apardığını və ağacların kötük hissələrinin və budaqlarını evin həyətində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə keçirilən baxış zamanı evin giriş qapısından sağ tərəfdə yerləşən torpaq sahəsində kəsilmiş ağacların kötük hissələri və budaqları aşkar edilmişdir. Elmar Şirbidov qardaşı Təqsirləndirilən şəxs ağacları gecə vaxtı kəsdiyini və dərhal evin həyətinə daşıdığını demişdir. Baxış zamanı fotoşəkillər çəkilmişdir. Protokol tərtib olunmuş, doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahid X5 məhkəmə iclasına gəlməmiş və gətirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə şahid X2 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Beydiyev Mahir Məhəmməd oğlu ifadəsində göstərmişdir ki, Balakən rayonu Kortala kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Təxminən 2020-ci ilin dekabr ayının ortalarında (dəqiq tarixi xatırlamır) qonşusu Təqsirləndirilən şəxs ona zəng edərək, yaşadığı evin qarşısında yerləşən torpaq sahəsindən 5 ədəd qoz ağaclarını kəsməsini və Bakı şəhərində olduğundan həmin ağacları doğrayaraq yaşadığı evin həyətinə daşımağını ondan xahiş etmişdir. Bunun qarşılığında Arzuman ona 30 manat pul verəcəyini bildirmişdir. Arzuman zəng etdikdən bir neçə gün sonra onun yaşadığı evin qarşısındakı torpaq sahəsindən kəsdiyi 5 ədəd köküstə yaş qoz ağaclarını doğrayaraq, oduncaq şəklinə salıb, Arzumanın yaşadığı evin həyətinə daşımışdır. Həmin işi başa çatdırdıqdan sonra zəng edib, bu barədə Arzumana məlumat vermişdir. Arzuman da ona gördüyü işin müqabilində Bakı şəhərindən qayıtdıqda 30 manat pul verəcəyini bildirmişdir. Səhv etmirsə, Arzuman ona həmin ağacların atası mərhum Cuma Şirbidov tərəfindən əkildiyini, torpaq sahəsinin də özlərinə məxsus olduğunu bildirmişdir. Həm də həmin torpaq sahəsi Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında yerləşir. O, özü də torpaq sahəsinin Təqsirləndirilən şəxs məxsus olduğunu fikirləşmişdir. Təqsirləndirilən şəxs qeyd edilən 5 ədəd qoz ağacını kəsən zaman Arzumanın yanında olmamışdır. Arzuman tərəfindən kəsilmiş qoz ağaclarını doğradığı zaman tək olmuşdur. Onu həmin vaxt hər hansı bir şəxsin görüb-görmədiyini bilmir. İşdə olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş 25.12.2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış 25.12.2021-ci il tarixdə saat 13:30dan 14:10-dək olan müddət ərzində Balakən rayonu Kortala kəndində keçirilmişdir. Baxış keçirilən zaman müəyyən olunmuşdur: Balakən rayonu Kortala kənd sakini X9 25.12.2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, qardaşı Təqsirləndirilən şəxs 5 ədəd qoz ağacını kəsməsi barədə məlumat vermişdir. Bununla bağlı Elmar Şirbidovun qeyd etdiyi 5 ədəd ağacların kəsildiyi əraziyə baxış keçirilmişdir. Baxış keçirilən ərazi Balakən rayonu Kortala kəndində yolun sağ hissəsində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında yerləşir. Həmin torpaq sahəsinin kənarları torpağa əkilmiş cır limon kolu ilə əhatə olunmuşdur. Elmar Şirbidov ağacların kəsildiyi torpaq sahəsinin Balakən rayonu Kortala kənd Bələdiyyəsinə məxsus olduğunu bildirmişdir. Baxış zamanı qeyd olunan torpaq sahəsindən 05 ədəd olmaqla 21 santimetr, 27 santimetr, 45 santimetr, 35 santimetr, 60 santimetr diametrdə ağacların kəsildiyi müəyyən olunmuşdur. Elmar Şirbidov kəsilmiş ağacları qardaşı Təqsirləndirilən şəxs öz yaşadığı evin həyətinə apardığını və ağacların kötük hissələrinin və budaqlarını evin həyətində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə keçirilən baxış zamanı evin giriş qapısından sağ tərəfdə yerləşən torpaq sahəsində kəsilmiş ağacların kötük hissələri və budaqları aşkar edilmişdir. Elmar Şirbidov qardaşı Təqsirləndirilən şəxs ağacları gecə vaxtı kəsdiyini və dərhal evin həyətinə daşıdığını bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilmişdir. Baxış zamanı dəvət olunmuş hal şahidləri və iştirakçılar tərəfindən əlavə, vəsatət və şikayət daxil olmamışdır. Protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən daxil olmuş 10 fevral 2021-ci il tarixli, **********43 nömrəli məktubda əlavə edilmiş arayışda göstərilmişdir ki,Şəki Layihə-Tədqiqat İdarəsinin mühəndisləri və vəkalətli nümayəndələr mübahisəli əraziyə baxış keçirmişlər. Mübahisə predmeti olan torpaq sahəsinin GPS aləti vasitəsi ilə sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin olunmuşdur. Çöl ölçmə işlərinin nəticəsinə və Mərkəzin elektron məlumat bazasına əsasən məlum olmuşdur ki, mübahisə predmeti olan kəsilmiş 5 ədəd ağacların yerləşdiyi torpaq sahəsi Balakən rayonu Kortala İnzibati Ərazi Vahidinin daxilində Kortala Bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı kolluq ərazidə yerləşir. İşdə olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 19.02.2021-ci il tarixli, 169 nömrəli məktubda göstərilmişdir ki, Balakən rayonu Kortala kənd İnzibati Ərazi Vahidinin daxilində Kortala kənd Bələdiyyəsinə məxsus olan kənd təsərrüfatı təyinatlı kolluq əraziyə əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Kortala Bələdiyyə mülkiyyətinə məxsus ərazidən köküstə yaş 20, 27, 35, 45 və 60 sm diametrlərində 5 ədəd qoz cinsindən olan ağacların kəsilməsi faktı müəyyən olunmuşdur. Odur ki, dəymiş ziyan Azərbaycan Respublikası NK-nın 2016-cı il 27 oktyabr tarixli «Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası» haqqında 421 nömrəli Qərarının 1 nömrəli əlavəsinə əsasən aşağıdakı kimi hesablanmışdır:1 ədəd -21 sm=1x200=200 manat; 1 ədəd -27 sm=1x250=250 manat; 1 ədəd -35 sm=1x350=350 manat; 1 ədəd -45 sm=1x650=650 manat;1 ədəd -60 sm=1x1400=1400 manat; cəmi: 2850 (iki min səkkiz yüz əlli) manat. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə 6 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından həmçinin görünür ki, 2008-ci ildə doğulmuş X6 və 2009-cu il tarixdə doğulmuş X7 olmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin İB-nin müstəntiqinin 29 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Balakən rayonu Kortala Bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı kolluq ərazidən kəsdiyi köküstə yaş 21 santimetr diametrdə 1 ədəd qoz ağacının, köküstə yaş 27 santimetr diametrdə 1 ədəd qoz ağacının, köküstə yaş 35 santimetr diametrdə 1 ədəd qoz ağacının, köküstə yaş 45 santimetr diametrdə 1 ədəd qoz ağacının və köküstə yaş 60 santimetr diametrdə 1 ədəd qoz ağacının, ümumilikdə 5 ədəd qoz cinsindən olan ağacların doğranmış hissələri iş üzrə maddi sübut kimi tanınmışdır və Balakən rayonu Kortala Bələdiyyəsinin inzibati binasının həyətyanı torpaq sahəsində saxlanılır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsi cinayət əməlini törətmiş; qəsdən, tamah niyyəti ilə Balakən rayonu Kortala Bələdiyyəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdıqdan sonra ağac kəsməli olduğu halda, bunları etməyərək, 17 dekabr 2021-ci il tarixdə saat 18 radələrində Balakən rayonu Kortala kənd İnzibati Ərazi Vahidinin daxilində Kortala Bələdiyyəsinə məxsus olan kənd təsərrüfatı təyinatlı kolluq ərazidən motorlu mişardan istifadə edərək köküstə yaş 21 santimetr diametrdə olan 200 manat dəyərində 1 ədəd qoz ağacını, köküstə yaş 27 santimetr diametrdə olan 250 manat dəyərində 1 ədəd qoz ağacını, köküstə yaş 35 santimetr diametrdə olan 350 manat dəyərində 1 ədəd qoz ağacını, köküstə yaş 45 santimetr diametrdə olan 650 manat dəyərində 1 ədəd qoz ağacını və köküstə yaş 60 santimetr diametrdə olan 1400 manat dəyərində 1 ədəd qoz ağacını, ümumilikdə 5 ədəd qoz cinsindən olan ağacları qanunsuz olaraq kəsərək, Balakən rayonu Kortala Bələdiyyəsinə xeyli miqdarda, yəni 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində maddi zərər vurmuşdur. Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Həmin maddənin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 259.1-ci maddəsində «xeyli miqdar» dedikdə min manatdan yeddi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki,istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normalarının tələbinə əsasən məhkəmə himayəsində iki azyaşlı uşağın olmasını və ilk dəfə cinayət əməli törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketrizə edən amillərdəndir. Bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi üçün onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Şübhəsiz ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli qəsdən törədilən və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli davamlı antisosial yönümün nəticəsi olmamışdır, belə ki, o, ilk dəfədir ki, cinayət əməli törədir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır. Yuxarıda göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Məhkəmə xüsusi qeyd edir ki, humanizm insanın şəxsiyyət kimi dəyərini müəyyən edən, onun ləyaqətinə hörmətlə yanaşmağı aşılayan, onun rifahını ictimai prosesin məqsədi kimi qəbul edən mənəvi mövqedir. Humanizm prinsipi insan şəxsiyyətini əsas prioritet sayan Azərbaycan Respublikasının konstitusion quruluşundan irəli gələn bir meyardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının qarantı olan Azərbaycan Respublikası Prezidentinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» 10 fevral 2017-ci il tarixli Sərəncamı da Azərbaycan Dövlətinin humanizm siyasətinin, o cümlədən cəza siyasətində humanizminin bariz nümunəsidir. Cəza siyasətinə məhz bu mövqedən yanaşan Azərbaycan Dövləti cəza təyin edilməsi zamanı mediasiya, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza və şərti məhkum etmə institutlarının geniş tətbiq olunmasını qanunvericilik qaydasında təsbit edir. Qanunla təqsirləndirilən şəxsin bağışlanması hüququnun sahibi olan o cümlədən dövlət böyük ictimai təhlükə törətməyən cinayətə görə təqsirləndirilən şəxsə humanizmlə yanaşılmasını-ona mərhəmət göstərilməsini, onun bağışlanmasını tələb edirsə, Azərbaycan Respublikasının Prezidenti dövlətin strateji xətti kimi cəzanın humanistləşdirilməsini, xüsusilə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə nisbətən digər alternativ cəzaların tətbiq edilməsini, şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsini, mediasiya institutundan daha geniş istifadə olunmasını, cinayətlərin, xüsusilə iqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılmasını müəyyən edirsə, təbii ki, bu tələblər hazırki iş üzrə də mütləq qaydada nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin tətbiqi humanizm prinsipinin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və humanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Heç şübhəsiz ki, hazırki iş üzrə də təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özünə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində iki azyaşlı uşağın olması və ilk dəfə cinayət əməli törətməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və saxlanc üçün Balakən rayonu Kortala Bələdiyyəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs Balakən rayonu Kortala Bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı kolluq ərazidən kəsdiyi köküstə yaş 21 santimetr diametrdə 1 ədəd qoz ağacının, köküstə yaş 27 santimetr diametrdə 1 ədəd qoz ağacının, köküstə yaş 35 santimetr diametrdə 1 ədəd qoz ağacının, köküstə yaş 45 santimetr diametrdə 1 ədəd qoz ağacının və köküstə yaş 60 santimetr diametrdə 1 ədəd qoz ağacının, ümumilikdə 5 ədəd qoz cinsindən olan ağacların doğranmış hissələri Balakən rayonu Kortala Bələdiyyəsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, hazırki iş üzrə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs Balakən rayonu X3 Arzuman Cuma oğlunun cinayət əməli nəticəsində vurulmuş zərərin tələb edilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və saxlanc üçün Balakən rayonu Kortala Bələdiyyəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs Balakən rayonu Kortala Bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı kolluq ərazidən kəsdiyi köküstə yaş 21 santimetr diametrdə 1 ədəd qoz ağacının, köküstə yaş 27 santimetr diametrdə 1 ədəd qoz ağacının, köküstə yaş 35 santimetr diametrdə 1 ədəd qoz ağacının, köküstə yaş 45 santimetr diametrdə 1 ədəd qoz ağacının və köküstə yaş 60 santimetr diametrdə 1 ədəd qoz ağacının, ümumilikdə 5 ədəd qoz cinsindən olan ağacların doğranmış hissələri Balakən rayonu Kortala Bələdiyyəsinə qaytarılsın. Hazırki iş üzrə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Zərərçəkmiş hüquqi şəxs Balakən rayonu X3 Arzuman Cuma oğlunun cinayət əməli nəticəsində vurulmuş zərərin tələb edilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar