Məhkəmə qərarları › İş №1(019)-38/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-38/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-38/2023 11.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, X3 oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) iştirakı ilə xx.xx.1991-ci ildə Gürcüstanın Tbilisi şəhərində anadan olmuş, Gürcüstan vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş-Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində «8 X13 münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclsinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 7 ay 16 gün azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay azaldılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırki cinayət işi üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Balakən rayonu Qullar kəndində daimi yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə başqa bir cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hazırda həbsdə olan- Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs (Khalilov Ruslani) qəsdən, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə 1,659 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə- heroini və 0,15 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı əldə edib həmin narkotik vasitə - heroini ayrı-ayrılıqda təmiz çəkiləri 0,133qr., 0,144qr., 0,157qr., 0,098qr., 0,105 qr.,0,152qr., 0,162qr., 0,105qr., 0,095qr., 0,119qr., 0,105qr. və 0,284 qr. olmaqla 11 (on bir) ədəd kağız bükümlərə və 01 (bir) ədəd sellofan bükümə bölərək və tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə-qurudulmuş marixuananı isə 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümə büküb cəmi 13 (on üç) ədəd bükümləri 01 ədəd “Sobranie” siqaret qutusuna dolduraraq əynindəki qara rəngli cins şalvarın arxa sol cibinə qoymaqla satış məqsədi ilə daşıyaraq üzərində saxlamışdır. 15 oktyabr 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Balakən rayonu Qullar kəndində daimi yaşayan Təqsirləndirilən şəxs (Khalilov Ruslani) Balakən RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 20:45-dən 21:20-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən onun qəsdən, qanunsuz olaraq,satış məqsədi və tamah niyyəti ilə əldə edib 11 (on bir) ədəd kağız bükümlərə və 01 (bir) ədəd sellofan bükümə bölərək bir ədəd “Sobranie” siqaret qutusuna qoymaqla daşıyaraq üzərində saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 0,133qr., 0,144qr., 0,157qr., 0,098qr., 0,105 qr.,0,152qr., 0,162qr., 0,105qr., 0,095qr., 0,119qr., 0,105qr. və 0,284 qr. olmaqla ümumi təmiz çəkisi 1,659 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə - heroin və 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümə büküb daşıyaraq üzərində saxladığı 0,15 qram çəkidə olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə-qurudulmuş marixuana əynindəki qara rəngli cins şalvarının arxa sol cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs (Khalilov Ruslani) ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Gürcüstan vətəndaşıdır, lakin 17 ildən artıqdır ki, daimi olaraq Balakən rayonu Qullar kəndində anası və əlil qardaşı ilə birlikdə yaşayır. Burada orta məktəbi Azərbaycan dilində bitirmişdir. Heç bir yerdə işləmir. Balakən Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə barəsində amnistiya tətbiq edilərək cəzası 6 ay azaldılmış və o, 2021-ci ilin dekabr ayında azadlığa çıxmışdır, məhkumluğu ödənilməmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Saray qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin qarşısındakı zibillik kimi yerdə daşın altında olan karton stəkanın içərisinə doldurulmuş narkotik vasitə- heroin karton stəkanın içərisində 11 ədəd kağız bükümlərə və bir ədəd sellofan bükümə bölünmüş vəziyyətdə olmuş və o, həmin narkotik vasitələri belə vəziyyətdə əldə etmişdir. Şahid3 adlı şəxslə birlikdə əvvəllər narkotik vasitədən istifadə etməmişdir. Nə Abdulla ona, nə də o, Abdullaya narkotik vasitə verməmişlər. Şahid3 özünün tanışıdır. Abdulla idarə etdiyi avtomobillə əvvəllər bəzən taksi fəaliyyəti ilə məşğul olmuşdur. Ola bilər ki, Abdulla 30 sentyabr 2022-ci il tarixdə özünü harasa aparmağını xahiş etmişdir, lakin bunu dəqiq xatırlamır. xx.xx.2022-ci il tarixdə gecə radələrində mikroavtobuslardan birinə minib Xırdalan şəhərinə getmişdir. Mobil telefonunun cərəyanı bitdiyindən həmin vaxt telefondan istifadə edə bilməmişdir. Bir də ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə gecə evə çatdıqda telefondan istifadə etmişdir. Həmin müddət ərzində də başqa mobil telefondan istifadə etməmişdir. 01 sentyabr 2022-ci il tarixdə 055 *** ** ** mobil telefon nömrəsindən onunla əlaqə saxlayan şəxsin kim olduğunu xatırlamır. Çoxlu Elvin adlı tanışları var. Həmin şəxs ona sms yazsa da, geri həmin şəxsə cavab verməmiş, elə bir şəxsə narkotik vasitə verməmişdir. 07 sentybar 2022-ci il tarixdə 077 *** ** ** mobil nömrəsinin istifadəçisini və həmin nömrəyə həmin sms-ləri hansı məqsədlə yazdığını hazırda xatırlamır. X9 şəhərində telefon mağazası işlədir. Təxminən 2022-ci ilin sentyabr ayının axırlarında Pərvizdən mobil telefon almışdır. Həmin telefonun alqı-satqısı ilə bağlı Pərviz ilə zəngləşmişlər. Onun Pərvizə həmin vaxtı 20 manat borcu qalmışdı. Sonradan da bir neçə dəfə zəng edib Pərviz ondan həmin pulu istəmişdir. Pərvizə həmin pulu ödəmişdir. O, özü Xırdalana gedənə qədər Şahid3 onunla görüşmək istəmiş, bu məqsədlə Abdulla ona həmin sms-ləri yazmışdır. Lakin Abdulla ilə görüşmədən Xırdalana getmişdir. Abdullayla görüşərək, ona bir büküm narkotik vasitə verməli idi, lakin əvvəl həm özü bir xeyli ləngimiş, Abdulla ona sms-lər yazmağına baxmayaraq, Abdulla ilə görüşə bilməmişdir. Sonra isə həmin gün axşam radələrində Balakən RPŞ-də şübhəli şəxs qismində tutulduğundan Abdulla ilə görüşə bilməmişdir. Onun narkotik vavsitələrin satışı niyyəti olmamış və kiməsə narkotik vasitə satmamışdır. Həmçinin o, özü narkotik vasitələri bükümlərə bölməmiş, narkotik vasitəni həmin bükümlərə bükülmüş vəziyyətdə götürmüşdür. Elektron tərəzini isə narkotik vasitələrin satışı üçün deyil, narkotik vasitələri çəkərək çəkidə onu aldadıb-aldatmamalarını müəyyən etmək üçün almışdır. O, həmin tərəzi ilə ümumiyyətlə narkotik vasitələri çəkməmiş və çəki ilə bükümlərə bükməmişdir. Özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilir. CM-nin 234.1-ci maddəsilə barəsində ittiham hökmünün çıxarılmasına etiraz etmir. Təqsirləndirilən şəxs (Khalilov Ruslani) ibtidai istintaqda verdiyi ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək, göstərmişdir ki, Gürcüstan vətəndaşıdır, lakin daimi olaraq Balakən rayonu Qullar kəndində anası və əlil qardaşı ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Balakən Rayon Məhkəməsi tərəfindən AR CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmişdir. Psixi xəstəliklər keçirməmişdir. Təxminən iki ildir ki, narkotik vasitələrdən istifadə edir. Bir müddət əvvəl “İnstaqram” internet şəbəkəsindən onlayn narkotik vasitələrin satışı ilə məşğul olan şəxsin xarici ölkə telefon nömrəsini əldə edib, həmin nömrə ilə internet üzərindən narkotik vasitə əldə etmək üçün əlaqə saxlamışdır. Nömrəni hazırda xatırlamır. Həmin nömrə mobil telefonundadır. Həmin nömrədəki şəxslə əlaqə saxladıqdan sonra narkotik vasitə əldə etmək üçün xx.xx.2022-ci il tarixdə gecə radələrində mikroavtobuslardan birinə minib Bakıya getmişdir. xx.xx.2022-ci il tarixdə gündüz vaxtı Bakı şəhərində terminal vasitəsi ilə onlayn qaydada yuxarıda qeyd etdiyi, internet vasitəsi ilə tanış olduğu, adını dəqiq bilmədiyi iranlı olan şəxsin ona verdiyi hesab nömrəsinə 40 manat pul köçürmüşdür. Həmin hesab nömrəsi də mobil telefonunda olmalıdır. Həmin pulun müqabilində ona 02 (iki) qram narkotik vasitə-heroin çatmalı idi. Pulu köçürdükdən sonra həmin şəxsin dediyi yerdən, yəni Bakı şəhəri Saray qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin qarşısındakı zibillik kimi yerdə daşın altında olan karton stəkanın içərisinə doldurulmuş narkotik vasitə- heroini götürmüşdür. Həmin narkotik vasitədən əlavə də üzərində bir tanışının ona verdiyi bir ədəd kağız bükümdə olan qurudulmuş marixuana olmuşdur. Həmin narkotik vasitələri üzərində daşıyaraq xx.xx.2022-ci il tarixdə Balakən rayonuna qayıtmışdır. Özü narkotik vasitə istifadəçisi olduğundan onlayn qaydada aldığı həmin narkotik vasitə - heroini kağız bükümlərə və sellofan bükümə bölünmüş vəziyyətdə rahat istifadə etmək üçün üzərində saxlamışdır. Bakı şəhərindən qayıdarkən avtovağzaldan bir ədəd elektron tərəzi də almışdır ki, həmin narkotik vasitəni çəksin. Narkotik vasitəni çəkdikdə narkotik vasitənin-heroinin çəkisi 1,87 qram olmuşdur. Yəni ona narkotik vasitəni satmış şəxsin dediyi çəkidən az olmuşdur. xx.xx.2022-ci il tarixdə axşam vaxtı Balakən rayonuna qayıtmışdır. Həmin narkotik vasitə heroindən bir ədəd sellofan torbaya doldurduğu narkotik vasitə-heroini xx.xx.2022-ci il tarixdə axşam radələrində Balakən rayon sakini Şahid3 aparmışdır. Əvəzində Abdulla ona yol pulu verəsi idi. Birlikdə də həmin narkotik vasitədən istifadə edəcəkdilər. Bükümlərdə olan digər narkotik vasitə-heroin və bir ədəd bükümdə olan qurudulmuş marixuana da üzərində olmuşdur. Abdullaya narkotik vasitəni tərəzidə çəkib vermək üçün elektron tərəzini də üzərində götürmüşdür. Əvvəllər onda narkotik vasitə olmayanda Abdulla ona istifadə etmək üçün narkotik vasitə verirdi. xx.xx.2022-ci il tarixdə Balakən rayonu Qullar kəndində olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, onu RPŞ-yə dəvət etmişlər. RPŞdə təhqiqatçı ona şübhəli şəxs qismində tutulduğunu bildirmiş və ona təqdim olunmuş siyahıdan hüquqlarını müdafiə etmək üçün seçdiyi vəkil Müdafiəçi1 və digər polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində narkotik vasitə və ya başqa qanunsuz saxladığı əşya varsa təqdim etməyini təklif etdikdə əynindəki qara rəngli cins şalvarının arxa sol cibində bir ədəd “Sobranie” siqaret qutusunun içərisinə doldurub saxladığı 11 ədəd kağız bükümlərdə və bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroini və bir ədəd kağız bükümdə olan narkotik vasitə-qurudulmuş marixuananı və bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Üzərində şəxsi axtarış aparılarkən başqa qanunsuz heç bir şey aşkarlanmamışdır. Üzərindən aşkarlanmış narkotik vasitə-heroin bükümlər və qurudulmuş marixuana olan büküm elektron tərəzidə çəkildikdə hamısının birlikdə çəkisi 2,59 qram olmuşdur. Üzərindən aşkarlanmış narkotik vasitələr və bir ədəd elektron tərəzi polis əməkdaşı tərəfindən iki ədəd kağız zərfə qablaşdırılaraq möhürlənərək maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış polis əməkdaşı tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Hüquqlarını müdafiə edən vəkil Müdafiəçi1 iştirakı ilə AR ƏN MEM X12 tərəfindən verilmiş ekspert rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki, üzərindən aşkarlanmış narkotik vasitə ayrı-ayrılıqda təmiz çəkiləri 0,133qr., 0,144qr., 0,157qr., 0,098qr., 0,105 qr.,0,152qr., 0,162qr., 0,105qr., 0,095qr., 0,119qr., 0,105qr. və 0,284 qr. olmaqla ümumi təmiz çəkisi 1,659 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə -heroin, 01 (bir) ədəd kağız bükümdə olan narkotik vasitə isə 0,15 qram çəkidə olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 11 ədəd kağız bükümlərdə və bir ədəd sellofan bükümdə olan narkotik vasitə-heroinin ekspert rəyinə görə tərkiblərinə görə eyni olması ona aydın olmuşdur. Ekspert rəyi ona mahiyyəti üzrə izah olunmuşdur, aydındır, ekspert rəyləri ilə razıdır., Balakən rayon sakini Şahid3 ilə birlikdə əvvəllər narkotik vasitəheroindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə tutulmazdan əvvəl də Abdullaya sellofan torbada satmaq üçün narkotik vasitə heroin aparırdı. Əvvəldən Abdulla ilə zəngləşib bu barədə danışmışdılar. Həmin vaxt üzərində olan tərəzi ilə də sellofan torbadan heroini götürüb çəkib Abdullaya verəcəkdi. Abdulla da əvəzində ona yol pulu verəcəkdi. Əvvəllər heç kimə narkotik vasitə satmamışdır. İki ildir ki, mütəmadi olaraq narkotik vasitələrdən istifadə edir. Üzərində narkotik vasitə saxlamaqda məqsədi özü üçün istifadə etmək olmuşdur. Təqsirləndirilən şəxs (Khalilov Ruslani) ibtidai istintaqa verdiyi xx.xx.2022-ci il tarixli əlavə ifadəsində özünü Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək, bildirmişdir ki, Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmazdan təxminən 20 gün əvvəl “İnstaqram” internet şəbəkəsindən onlayn narkotik vasitələrin satışı ilə məşğul olan İran vətəndaşının **********4114 mobil telefon nömrəsini əldə edib həmin nömrə ilə “Vatsap” internet proqramı vasitəsi ilə narkotik vasitə əldə etmək üçün onunla əlaqə saxlayırdı. Həmin nömrədəki şəxslə əlaqə saxladıqdan sonra narkotik vasitə əldə etmək üçün xx.xx.2022-ci il tarixdə gecə radələrində mikroavtobuslardan birinə minib Xırdalan şəhərinə getmişdir. xx.xx.2022-ci il tarixdə gündüz vaxtı Xırdalan şəhərində 10 saylı orta məktəbin yaxınlığındakı hazırda adını xatırlamadığı mağazadan terminal vasitəsi ilə onlayn qaydada yuxarıda qeyd etdiyi, internet vasitəsi ilə tanış olduğu, adını bilmədliyi İran vətəndaşının ona verdiyi **********784021 hesab nömrəsinə 40 manat pul köçürmüşdür. Həmin pulun müqabilində ona 02 (iki) qram narkotik vasitə-heroin çatmalı olmuşdur. Pulu köçürdükdən sonra həmin şəxsin dediyi yerdən, daha doğrusu “Vatsap” internet proqramı vasitəsi ilə ona “konum” atdıqdan sonra, yəni “olduğu yeri” göndərdikdən sonra Bakı şəhəri Saray qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin qarşısındakı zibillik kimi yerdə daşın altında olan karton stəkanın içərisinə doldurulmuş narkotik vasitə-heroini götürmüşdür. Həmin narkotik vasitədən əlavə də üzərində bir tanışının ona verdiyi bir ədəd kağız bükümdə olan qurudulmuş marixuana olmuşdur. Hal-hazırda ona həmin bir ədəd kağız bükümdə olan qurudulmuş marixuananı vermiş tanışının kim olduğunu xatırlamır. Narkotik vasitəni aldığını qeyd etdiyi İran vətəndaşından birinci dəfə idi ki, narkotik vasitə əldə edirdi. Bakı şəhəri dedikdə ümumilikdə də Xırdalanı Bakı hesab edərək, əvvəlki ifadələrində elə bildirmişdir. Hazırki ifadəsində olduğu kimi qeyd etmişdir. Yəni Balakəndən getdikdən sonra Xırdalan şəhərində mikroavtobusdan düşmüş, pulu Xırdalan şəhərindəki 10 saylı məktəbin yaxınlığındakı hazırda adını xatırlamadığı mağazanın terminalından İran vətəndaşının hesabına köçürmüş, həmin İran vətəndaşının ona “Vatsap” internet proqramı vasitəsilə atdığı “konum”a , yəni “olduğu yer” ə uyğun olaraq Bakı şəhəri Saray qəsəbəsinə gedib orada zibillikdən narkotik vasitəni götürmüş, oradan Bakı şəhərindəki beynəlxalq avtovağzala gedərək avtovağzaldan bir ədəd elektron tərəzini alıb, Bakı- Balakən işləyən Balakən taksilərindən birinə minib Balakənə qayıtmışdır. İbtidai istintaqa xx.xx.2022-ci il tarixdə verdiyi əlavə ifadəsində Təqsirləndirilən şəxs (Khalilov Ruslani) özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilmədiyini qeyd edərək bildirmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin mahiyyətini anlayır və həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilmir. Gürcüstan vətəndaşıdır, lakin daimi olaraq Balakən rayonu Qullar kəndində anası və əlil qardaşı ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Balakən Rayon Məhkəməsi tərəfindən AR CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Saray qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin qarşısındakı zibillik kimi yerdə daşın altında olan karton stəkanın içərisinə doldurulmuş narkotik vasitə- heroin karton stəkanın içərisində 11 ədəd kağız bükümlərə və bir ədəd sellofan bükümə bölünmüş vəziyyətdə olmuşdur. Şahid3 düz deyir. Şahid3 ilə birlikdə əvvəllər narkotik vasitədən istifadə etməmiş, nə Abdulla ona, nə də o, Abdullaya narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs (Khalilov Ruslani) xx.xx.2022-ci il tarixdə saat 17:16:16-da istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsindən “Ay qaqu corek yemeye qedirik atamgilnen katexe geri gele bilmeyesiyem acsa görüşek” məzmununda sms göndərilməsi ilə bağlı suala cavab olaraq Şahid3 özünün tanışı olduğunu, Abdullanın idarə etdiyi avtomobillə əvvəllər bəzən taksi fəaliyyəti ilə məşğul olduğunu, ola bilər ki, Abdulladan həmin vaxtı özünü harasa aparmağını xahiş etdiyini, lakin bunu dəqiq xatırlamadığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə gecə radələrində mikroavtobuslardan birinə minib Xırdalan şəhərinə getmişdir. Mobil telefonunun cərəyanı bitdiyindən həmin vaxt telefondan istifadə edə bilməmişdir. Bir də ertəsi günü, yəni xx.xx.2022-ci il tarixdə gecə evə çatdıqda telefondan istifadə etmişdir. Həmin müddət ərzində də başqa mobil telefondan istifadə etməmişdir.Təqsirləndirilən şəxs (Khalilov Ruslani) xx.xx.2022-ci il tarixdə saat 15:33:35-də 050 *** ** ** mobil telefon nömrəsinə 055 *** ** ** mobil telefon nömrəsindən “Ay qaqu bir cavab desa habirda seni gözdüyüb qalmişiq sen gelirsen gelmirsen bir kelme desan can qaqu” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 18:24:27-də “ay qaqu menem Elvindi evdekilerin telefonudu seni gözdüyüb qalmışam ay qaqa niye bele eleyirsen men dedim axı pisəm” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 19:32:30-da “Qaqu 5 nağd, 20 də kartda düzəltmişəm 1 dene mene axırıncı yaxşılığı ele 1 dene bütov düz qoş can qaqu pisem lap” məzmununda sms göndərilməsi ilə bağlı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 055 *** ** ** mobil telefon nömrəsindən onunla əlaqə saxlayan şəxsin kim olduğunu xatırlamır. Çoxlu Elvin adlı tanışları var. Həmin şəxs ona sms yazsa da geri həmin şəxsə cavab verməmişdir, elə bir şəxsə narkotik vasitə verməmişdir.Təqsirləndirilən şəxs (Khalilov Ruslani) xx.xx.2022-ci il tarixdə saat 20:39:01-də 050 *** ** ** mobil telefon nömrəsindən 077 *** ** ** mobil telefon nömrəsinə “Ay brat postu kecdim 4-5 dəqiqə agsaray yandayam” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 20:41:00-da “Yanımda taksi helə bilir topaza girdim. Ay brat sen de kecsene zehmet deyilse topaz yana...orda potixorya eleyerik taksi şübhelenmesin nese iş verene oxşuyur” məzmununda sms göndərməsi ilə bağlı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 077 *** ** ** mobil nömrəsinin istifadəçisini və həmin sms-ləri hansı məqsədlə yazdığını hazırda xatırlamır. Təqsirləndirilən şəxs (Khalilov Ruslani) X2 istifadəsində olan 051 *** ** ** mobil telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdə gecə gec radələrdə zəng edərək əlaqə saxlaması ilə bağlı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, X9 şəhərində telefon mağazası işlədir. Təxminən 2022-ci ilin sentyabr ayının axırlarında Pərvizdən mobil telefon almışdır. Həmin telefonun alqı-satqısı ilə bağlı Pərviz ilə zəngləşmişlər. Onun Pərvizə həmin vaxt 20 manat borcu qalmışdı. Sonradan da bir neçə dəfə zəng edib Pərviz ondan həmin pulu istəmişdir. Pərvizə həmin pulu ödəmişdir. Təqsirləndirilən şəxs (Khalilov Ruslani) xx.xx.2022-ci il tarixdə saat 17:53:19-da 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “Ay qaqu saat yarımdır seni gözlüyürem agrıda saat 6-ya kimi gelirem dedin saat da 6 olur acmırsan acıb bir kelme desen men de işimi bilm” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 17:58:44-də “Ay qaqu acıb bir kelme desen niye bele eleyirsen saat 6 dedin 6 da oldu qelmirsense de işimi bilim ağrıdayam” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 18:06:33-də “Ay qaqu menim zaryatqam da sonur bir kelme desa gelmirsen de gelmirem men de işimi bilim de ağrıdayam” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 18:13:10-da “Yeke oğlansan bu ne hereketdi 2 saat adamı gözledib telefon sondurursen gelmirdin de gelmirdim de meni ağrıda yolda izde niye gözledirsen ki” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 18:19:36-da “Mende maşın zat yoxdu svetafordayam yol üstü dey mene hele get de artıxda pulum yoxdu nece saatdı burda seni qozluyurem” məzmununda sms göndərilməsi ilə bağlı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, özü Xırdalana gedənə qədər Şahid3 onunla görüşmək istəmiş, bu məqsədlə Abdulla ona həmin sms-ləri yazmışdır, lakin Abdulla ilə görüşmədən Xırdalana getmişdir. Təqsirləndirilən şəxs (Khalilov Ruslani) xx.xx.2022-ci il tarixdə saat 19:02:18-də 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “Can qaqu yene basladinmi eve qetmeliyem evden yığa yığa dururlar bir kelme desan ağrıdayam ozumde” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 19:05:33-də “Qelmirsenmi ay qaqu açıb bir kelme desan mende işimi bilim” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 19:12:04də “Ay qaqu 20 deyqe dedin saat oldu evden yığa yığa dururlar qelmirsense de yalannan qozlemiyim burda” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 19:32:00-da “Mezelenirsenmi ay qaqu” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 19:34:52-də “Ay qaqu men xeste ayağımla seni burda 2 saat gözleyirem noldu qelmirsenmi evden yığa yığa dururlar” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 19:39:41-də “bu ne hereketdi eleyirsen ay qaqu 3 deyqe 5 deyqe diye diye uje 3 saatdı ac bir kelme desa gelmirsen cixip gedimde” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 19:46:58-də “Yeke oğlansan sene deyirem xeste ayağımnan seni qozluyurem evden de yığa yığa dururlar qelmirsen de qelmiremde” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 19:50:39-da “Qelmirsense men qedirem ac bir kelme de bu ne hereketdi” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 19:53:18-də “Qelirsenmi qelmirsenmi he yox acıb desa” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 19:58:50-də “Yekə kişisen asıb bir kelme desa telefonum da sonur qelmirsen de qelmirem de yoxsa meni iqruska yerine qoyursanki” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 20:06:12-də “Bu hereketin adı nedi alınmır ac de alınmırda yoxsa gözle gelirem deyib telefonu acmırsan sene deyirem eve getmeliyem qelmirsen de qozleme qet de” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 20:13:41-də “Yeke oğlansan acip bir kelme de alınmırsa çıxıp eve qedim yolda izde qoydunki meni” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 20:18:10-də “Ay qaqaş sen ananın canı ac bir kelme de işimi bilim veziyyet lap pisdi qelirsenmi qelmirsenmi he yox desa” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 20:25:40-da “Sen nece adamsan bir kelme demek ne cetindi qelmirsense de başıma care cekim sene dedim ağrıdayam” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 20:36:26-da “bir kelme desa emele qelmirse de çıxım qedim yoxsa bu ne hereketdi” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 22:29:05-də “Yeke oğlansan bu ne hereketdi eledin meni qelirem deyib xeste ayağımnan 3 saat gözletdin sene men nağarmışdımki sen bele eledin meni bir sozden ağrıda qoydun da” məzmununda sms, xx.xx.2022-ci il tarixdə saat 22:56:56-da “saat 1 olsa da yıg qoruşek pul da cibimdedi evdeyem agrıyıram onsuzda yata bilmiyesiyem bele eleme veziyet çox pisdi” məzmununda sms göndərilməsi ilə bağlı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki,xx.xx.2022-ci il tarixdə əvvəlki ifadələrində də qeyd etdiyi kimi Abdullayla görüşərək ona bir büküm narkotik vasitə verməli idi, lakin əvvəl həm özü bir xeyli ləngimiş, Abdulla ona sms-lər yazmağına baxmayaraq Abdulla ilə görüşə bilməmişdir. Sonra isə həmin gün axşam radələrində Balakən RPŞ-də şübhəli şəxs qismində tutulduğundan Abdulla ilə görüşə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə ona daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs (Khalilov Ruslani) həmin tarixdə Balakən RPŞ-yə dəvət olunaraq gətirilmiş və bu barədə raportla RPŞ rəhbərliyinə məruzə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) üzərində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Ruslan Quliyev, şübhəli şəxs Təqsirləndirilən şəxs (Khalilov Ruslani), Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) hüquqlarını müdafiə edən vəkil Müdafiəçi1, Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 və RPŞ-nin PPXB-nin polis nəfəri Arif Ağcayev də iştirak etmişlər. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs (Khalilov Ruslaniyə) üzərində hər hansı qeyri-qanuni əşya və ya narkotik vasitə saxlayırsa təqdim etməsini təklif etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs (Khalilov Ruslani) əynindəki şalvarın arxa sağ cibindən bir ədəd elektron tərəzini və şalvarın arxa sol cibindən bir ədəd «Sobranie» markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Bir ədəd «Sobranie» markalı siqaret qutusu açıldıqda onun içərisindən bir ədəd siqaret, 3 (üç) ədəd gümüşü - ağ rəngli kağız bükümlər və 01 (bir) ədəd sellofan büküm aşkarlanmışdır. Gümüşu-ağ rəngli kağız bükümlərdən biri açıldıqda onun içərisindən 07 (yeddi) ədəd xırda gümüşü-ağ rəngli kağız bükümlər aşkarlanmışdır. Həmin kağız bükümlər açıldıqda hər birinin içərisində narkotik vasitə olan heroinə bənzər maddə aşkarlanmışdır. Digər gümüşü ağ-rəngli kağız büküm açıldıqda onun içərisindən qurudulmuş marixuanaya bənzər bitki kütləsi, bir ədəd sellofan büküm açılıqda onun içərisindən narkotik vasitə olan heroinə bənzər maddə, növbəti gümüşü ağ rəngli kağız büküm açıldıqda isə onun içərisindən 04 (dörd) ədəd xırda gümüşü-ağ rəngli kağız bükümlər aşkarlanmışdır. Həmin 04 (dörd) ədəd gümüşü-ağ rəngli kağız bükümləri açdıqda onların da içərisindən narkotik vasitə olan heroinə bənzər maddə aşkarlanmışdır. Həmin siqaret qutusunun içərisindən 01 (bir) ədəd bükülmüş folqa parçası da aşkarlanmışdır. Həmin folqa parçası açıldıqda boş olduğu aşkarlanmışdır. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs (Khalilov Ruslanidən) həmin folqanın nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs (Khalilov Ruslani) folqa olduğunu, narkotik vasitəni tapdığı zaman folqa vasitəsi ilə yoxlamaq üçün istifadə etdiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs (Khalilov Ruslani) təhqiqatçının ona verdiyi suallara cavab olaraq təqdim etdiyi siqaret qutusunun içərisindən aşkarlanmış bir ədəd kağız bükümdə olan kütlənin «nəşə» olduğunu, digər bükümlərdən aşkar olunmuş küitlələrin isə «kokos» olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) təqdim etdiyi bir ədəd siqaret qutusundan aşkarlanmış narkotik vasitə olan heroinə bənzər və narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr üzərlərindəki kağızlarla və sellofanla birlikdə elektron tərəzidə çəkildikdə ümumi çəkiləri 2,59 qram olmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs (Khalilov Ruslani) təhqiqatçının ona verdiyi suallara cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitəni Qullar kəndində körpünün yanında yerdən tapdığını, həmin yerdə parıldayan əşya olduğunu görüb götürdüyunu, əvvəllər narkotik vasitədən istifadə etdiyinə görə tapdığı əşyanın narkotik vasitə olduğunu bildiyini, folqaya töküb yoxladıqda «kokos», yəni «heroin» olduğunu gördüyünü, şəxsi istifadəsi üçün üzərində saxladığını, kənddə polis əməkdaşlarının yaxınlaşaraq onu saxladıqlarını, üzərindən aşkarlanmış narkotik vasitəni satış məqsədi ilə saxlamadığını, tərəzini də narkotik vasitə ilə birlikdə eyni yerdən tapdığını, həmin vaxtı tərəzini də evə aparmaq məqsədi ilə üzərində saxladığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs (Khalilov Ruslani) müdafiəçisi Müdafiəçi1 suallarına cavab olaraq polis şöbəsində ona qarşı heç bir fiziki və psixi təsir göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) üzərindən aşkarlanmış bir ədəd elektron tərəzi, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi və narkotik vasitə olan heroinə bənzər kütlələr qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçıları tərəfindən imzalanaraq təhqiqatçı tərəfindən maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs (Khalilov Ruslani) üzərindən başqa heç bir qanunsuz vasitə və ya əşya aşkarlanmamışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış RPŞ-nin PPXB-nin polis nəfəri Arif Ağcayev tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslanidən) heç bir narkotik vasitə almamış və ona heç nə satmamışdır. Təqsirləndirilən şəxs (Khalilov Ruslanini) əvvəllər tanımışdır. Ruslani ilə pula bilyard oynamış, oradan Ruslaniyə 20 manat borclu qalmışdır. Ruslaniyə onun yanına gələrək narotik vasitə istifadə edəcəklərini, ona da 20 manat yol pulu verəcəyini demişdir. Təqsirləndirilən şəxsla (Khalilov Ruslanilə) bir yerdə narkotik vasitə istifadə etmişlər. Lakin aralarında narkotiklə bağlı alver olmamışdır. Ruslaniyə gəlib narkotik vasitə istifadə etmələri ilə bağlı sms göndərmişdir. 20 manatı Ruslani tutumamışdan 2-3 gün qabaq ona borclanmışdır. Əvvəllər Ruslani ilə birlikdə narkotik vasitə istifadə etməmişdir. Lakin Ruslani onun narkotik vasitə istifadəçisi olduğunu bilirdi. Ona görə də Ruslani ona bir yerdə narkotik vasitə istifadə etmələrini bildirmişdir. Ruslaniyə yazdığı sms-ə Ruslani geri cavab verməmişdir. Buna səbəb yəqin Ruslaninin onun telefonunu tanımaması olmuşdur. Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində isə bildirmişdir ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. 3-cü qrup əlildir. Əvvəllər məhkum olunmamış və psixi xəstəliklər keçirməmişdir. Təxminən bir ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Təqsirləndirilən şəxs (Khalilov Ruslani) tanışıdır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur və olmamışdır. Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) də narkotik vasitə olan heroin istifadəçisi olduğu barədə məlumatı olmuşdur. Ruslani Balakən RPŞ-də tutulmazdan bir neçə gün əvvəl ona Bakı şəhərinə narkotik vasitə əldə etmək üçün gedəcəyini bildirdikdə Ruslaniyə 20 manat pul verəcəyini bildirərək, həmin pulun müqabilində özünə də narkotik vasitə gətirməyini xahiş etmişdir. Lakin Ruslani Bakıya gedəndə ona pul vermək üçün görüşə bilməmişdir. 15 oktyabr 2022-ci il tarixdə artıq Ruslaninin Bakıdan gəldiyini biləndə zəng edərək görüş təyin etmişdir. Ruslani ilə birlikdə heroindən istifadə etməli idilər. Həm də Ruslaniyə həmin narkotik vasitənin müqabilində yol pulu olaraq 20 manat pul vermək üçün razılaşmışlar. Elə həmin gün axşamtərəfi Ruslaninin istifadəsində olan mobil telelefon nömrəsinə istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsindən zəng etdikdə Ruslani zənginə cavab verməmişdir. Ruslani cavab vermədikdə hətta ona «gəlmirsənmi» deyə sms də yazmışdır. Sonradan ona məlum olmuşdur ki, Ruslani Balakən RPŞ-də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulmuşdur. Əvvəllər Ruslanidən narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) hər hansı başqa bir şəxsə narkotik vasitə satdığını görməmiş və bu barədə eşitməmişdir. Əvvəllər Ruslani ilə birlikdə narkotik vasitələrdən də istifadə etməmişdir. Şahid3 ibtidai istintaqa verdiyi əlavə ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17:16:16-da Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsinə istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsindən “Ay qaqu corek yemeye qedirik atamgilnen katexe geri gele bilmeyesiyem acsa görüşek” məzmununda sms göndərməkdə məqsədi həmin vaxtı Təqsirləndirilən şəxs (Khalilov Ruslani) ilə hal-əhval tutmaq üçün görüşmək istəməsi olmuşdur. Buna görə də Ruslaniyə sms yazmış, lakin Ruslani ilə görüşə bilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 17:53:19dan 18:19:36-a qədər olan müddət ərzində Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsinə istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsindən “Ay qaqu saat yarımdır seni gözlüyürem agrıda saat 6-ya kimi gelirem dedin saat da 6 olur acmırsan acıb bir kelme desen men de işimi bilm”,“Ay qaqu acıb bir kelme desen niye bele eleyirsen saat 6 dedin 6 da oldu qelmirsense de işimi bilim ağrıdayam”, “Ay qaqu menim zaryatqam da sonur bir kelme desa gelmirsen de gelmirem men de işimi bilim de ağrıdayam”, “Yeke oğlansan bu ne hereketdi 2 saat adamı gözledib telefon sondurursen gelmirdin de gelmirdim de meni ağrıda yolda izde niye gözledirsen ki”, “Mende maşın zat yoxdu svetafordayam yol üstü dey mene hele get de artıxda pulum yoxdu nece saatdı burda seni qozluyurem” məzmununda sms-lər göndərməsi ilə bağlı verilmiş suala cavab olaraq Şahid3 bildirmişdir ki, əvvəlki ifadəsində də qeyd etdiyi kimi Təqsirləndirilən şəxs (Khalilov Ruslani) narkotik vasitə gətirmək üçün Bakı şəhərinə getməli idi. O da Ruslaniyə özünə də şəxsi istifadəsi üçün narkotik vasitə gətirməsindən ötrü pul vermək istəyirdi. Bu məqsədlə Ruslani ilə görüşmək istəyirdi, lakin Ruslani onunla görüşə gəlməmişdir. xx.xx.2022-ci il tarixdə artıq Ruslaninin Bakıdan qayıtdığını biləndə zəngləşib görüş təyin etmişdir. Əvvəlcədən olan razılaşmaya əsasən Ruslani ona bir büküm narkotik vasitə- heroin verməli idi, o da həmin narkotik vasitənin müqabilində Ruslaniyə 20 manat pul verəcəkdi. Lakin Ruslani onunla görüşə gəlməmişdir. Sonrakı günlər ona məlum olmuşdur ki, Ruslani Balakən RPŞ-də tutulmuşdur. Əvvəllər nə Ruslani ona, nə də o Ruslaniyə narkotik vasitə verməmiş, heç vaxt birlikdə narkotik vasitədən istifadə etməmişlər. Şahid3 xx.xx.2022-ci il tarixdə istintaqa ərizə ilə müraciət edərək ********* nömrəli cinayət işi üzrə verdiyi ifadələrini təsdiq etdiyini, yaxın tanışı olduğundan aralarında olan münasibətləri pozmaq istəmədiyinə görə həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs (Khalilov Ruslani) ilə üzləşməkdən imtina etdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-nin inzibati binasında saat 20:45-dən 21:20-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Şəxsi axtarış Balakən RPŞ-də həyata keçirilmişdir. Balakən RPŞ-yə daxil olmuş məlumata əsasən Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs (Khalilov Ruslani) üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli olduğundan üzərində şəxsi axtarış keçirilməsi üçün vətəndaşa hüquq və vəzifələri izah olunmuşdur. Heç bir etiraz daxil olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs (Khalilov Ruslani) üzərində olan qanunsuz əşya və predmetləri təqdim etmişdir. Üzərinə təkrar axtarış keçirilmişdir. Təqdim etdiyi əşyalar 1 ədəd «Sobranie» markalı siqaret qutusu və 1 ədəd elektron tərəzi olmuşdur. Həmin 1 ədəd siqaret qutusunun içərisindən 4 ədəd (1-i sellofan olmaqla) büküm çıxmışdır. Həmin bükümlərdə 1 ədəd sellofan bükümdən və 2 ədəd kağız bükümün içərisində olan 11 ədəd kağız bükümdən ibarət narkotik vasitə olan heroinə bənzər bitki kütlələri və 1 ədəd kağız bükümdə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Təhqiqatçı tərəfindən həmin bitki kütlələri elektron tərəzi vasitəsilə ölçülmüş və ümumi çəkisi 2,59 qram təşkil etmişdir. Aşkar edilmiş 1 ədəd elektron tərəzi 1 ədəd ağ rəngli kağız zərfdə və aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütlələri isə 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq təhqiqatçı tərəfindən maddi sübut kimi götürülmüşdur. Şəxsi axtarış «Canon» markalı kamera vasitəsi ilə PPXB-nin polis nəfəri, polis baş serjantı Arif Ağcayev tərəfindən qeydə alınmışdır. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X10 Bölməsinin materialların məhkəmə ekspertizasının 16 oktyabr 2022-ci il tarixli 17/787 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət.Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) üzərindən aşkar olunmuş..” sözləri və imzalar yazılmış zərfin içərisindəki:-11 (on bir) ədəd kağız bükümlərdə və 01 (bir) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,133qr., 0,144qr., 0,157qr., 0,098qr., 0,105qr.,0,152qr., 0,162qr., 0,105qr., 0,095qr., 0,119qr., 0,105qr. və 0,284 qr.,ümumi çəkiləri -1,659 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir; 01 (bir) ədəd gümüşü-ağ rəngli kağızh bükümdə, təmiz çəkisi - 0,15 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır; tədqiqata təqdim olunmuş 11 (on bir) ədəd kağız bükümlərdə və 01 (bir) ədəd sellofan bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Qeyd:a) Marixuananın təmiz çəkisi-0,15 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq- 0,13 qram; b) Heroinlərin ümumi təimz çəkisi-1,659 qram, cəmi tədqiqata sərf edildi-0,650 qram, qalıq-1,009 qram. Ekspertiza tədqiqatının dəyəri 103,65 manat təşkil edir. İş materiallarında olan Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 16 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, 15 oktyabr 2022-ci il tarixli qərara əsasən tədqiqata təqdim edilən 11 ədəd kağız və 01 ədəd sellofan bükümlərdə heroinə bənzər maddələr və 01 ədəd kağız bükümdə bitki mənşəli kütlə CAS/CAS-MWP300/ CAS-CUW 420H markalı tərəzidə çəkildi. Ümumi 1,659, 0,15 qram/ml maddə (kütlə) qəbul olundu, tarix xx.xx.2022 saat 11.15; 0,650, 0,02 qram/ml nümunə götürüldü, 1,009, 0,13 qram/ml maddə (kütlə) geri qaytarıldı, tarix xx.xx.2022 saat 12.30. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 10 noyabr 2022-ci il tarixli 1708 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslani) narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslani) 15 oktyabr 2022-ci il tarixdə saat 20.30-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, xx.xx.2022-ci il tarixdə saat 19.45-də Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1 (019)- 54/2021 nömrəli hökmündən və Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli 5 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslani) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 27 aprel 2021-ci il tarixdən 29 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəza müddətinə hesablanmaqla həmin cəzadan çıxılmış və üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuş, cəza çəkməsinin əvvəli 23 iyun 2021-ci il tarixdən hesablanmış, həmçinin ona narkomaniyadan məcburi müalicə təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3, 93.1.2-ci maddələrinə əsasən 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs (Khalilov Ruslani) barəsində “8 X13 münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 7 ay 16 gün azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay azaldılmışdır. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə Təqsirləndirilən şəxs (Khalilov Ruslani) barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 20 fevral 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Balakən rayon İcra Hakimiytəi Başçısının Qullar İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 926 nömrəli arayışından və həmin arayışa əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslani) 2006-cı ildən ailəsi ilə Balakən rayonu Qullar kəndində yaşayır. Balakən rayon Nizami adına şəhər 1 saylı məktəbində orta təhsilini bitirmişdir. Ora məktəbi bitirdikdən sonra Qullar kəndində yaşamış, anasına və yataq xəstəsi olan qardaşına yaxından kömək göstərmişdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 06 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,659 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 1,009 qramı, təmiz çəkisi 0,15 qram olan narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,13 qramı və 01 ədəd elektron tərəzi, həmçinin Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) üzərində aparılmış şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski protokola əlavə kimi cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən ələ keçirilmiş telefon danışıqları haqqında məlumatlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi X1 adına sənədləşdirilmişdir. Qeyd edilən nömrədən 01 sentyabr 2022-ci il tarixdən 16 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində çoxsaylı mobil telefon nömrələri ilə əlaqə saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə saat 15:33:35-də 050 *** ** ** mobil telefon nömrəsinə 055 *** ** ** mobil telefon nömrəsindən “Ay qaqu bir cavab desa habirda seni gözdüyüb qalmişiq sen gelirsen gelmirsen bir kelme desan can qaqu” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 18:24:27-də 050 *** ** ** mobil telefon nömrəsinə 070 *** ** ** mobil telefon nömrəsindən “ ay qaqu menem Elvindi evdekilerin telefonudu seni gözdüyüb qalmışam ay qaqa niye bele eleyirsen men dedim axı pisəm” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 19:32:30-da 050 *** ** ** mobil telefon nömrəsinə 055 *** ** ** mobil telefon nömrəsindən “Qaqu 5 nağd, 20 də kartda düzəltmişəm 1 dene mene axırıncı yaxşılığı ele 1 dene bütov düz qoş can qaqu pisem lap” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 20:39:01-də 050 *** ** ** mobil telefon nömrəsindən 077 *** ** ** mobil telefon nömrəsinə “Ay brat postu kecdim 4-5 dəqiqə agsaray yandayam” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 20:41:00-da 050 *** ** ** mobil telefon nömrəsindən 077 *** ** ** mobil telefon nömrəsinə “Yanımda taksi helə bilir topaza girdim. Ay brat sen de kecsene zehmet deyilse topaz yana...orda potixorya eleyerik taksi şübhelenmesin nese iş verene oxşuyur ” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 20:44:58-də 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsindən “Ay qaqu agrıyıram hemde evden yığa yığa dururlar acsa görüşek eve girsem çıxa bilmirem” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 00:59:31-də 050 *** ** ** mobil telefon nömrəsinə X2 adına qeydə alınmış 051 *** ** ** mobil telefon nömrəsindən “Zaryatka yoxdu acsa Ruslan” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 17:16:16-da 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “Ay qaqu corek yemeye qedirik atamgilnen katexe geri gele bilmeyesiyem acsa görüşek” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 17:53:19-da 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “ Ay qaqu saat yarımdır seni gözlüyürem agrıda saat 6-ya kimi gelirem dedin saat da 6 olur acmırsan acıb bir kelme desen men de işimi bilm” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 17:58:44-də 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “Ay qaqu acıb bir kelme desen niye bele eleyirsen saat 6 dedin 6 da oldu qelmirsense de işimi bilim ağrıdayam” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 18:06:33-də 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “Ay qaqu menim zaryatqam da sonur bir kelme desa gelmirsen de gelmirem men de işimi bilim de ağrıdayam” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 18:13:10-da 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “Yeke oğlansan bu ne hereketdi 2 saat adamı gözledib telefon sondurursen gelmirdin de gelmirdim de meni ağrıda yolda izde niye gözledirsen ki” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 18:19:36-da 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “Mende maşın zat yoxdu svetafordayam yol üstü dey mene hele get de artıxda pulum yoxdu nece saatdı burda seni qozluyurem” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 18:54:26-da 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “Ay qaqu qelmirsenmi burdayam men” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 19:02:18-də 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “Can qaqu yene basladinmi eve qetmeliyem evden yığa yığa dururlar bir kelme desan ağrıdayam ozumde” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 19:05:33-də 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “Qelmirsenmi ay qaqu açıb bir kelme desan mende işimi bilim” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 19:12:04-də 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “Ay qaqu 20 deyqe dedin saat oldu evden yığa yığa dururlar qelmirsense de yalannan qozlemiyim burda” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 19:32:00-da 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “Mezelenirsenmi ay qaqu” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 19:34:52-də 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “Ay qaqu men xeste ayağımla seni burda 2 saat gözleyirem noldu qelmirsenmi evden yığa yığa dururlar” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 19:39:41-də 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “bu ne hereketdi eleyirsen ay qaqu 3 deyqe 5 deyqe diye diye uje 3 saatdı ac bir kelme desa gelmirsen cixip gedimde” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 19:46:58-də 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “Yeke oğlansan sene deyirem xeste ayağımnan seni qozluyurem evden de yığa yığa dururlar qelmirsen de qelmiremde” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 19:50:39-da 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “Qelmirsense men qedirem ac bir kelme de bu ne hereketdi” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 19:53:18-də 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “Qelirsenmi qnlmirsenmi he yox acıb desa” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 19:58:50-də 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “Yekə kişisen asıb bir kelme desa telefonum da sonur qelmirsen de qelmiremde yoxsa meni iqruska yerine qoyursanki” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 20:06:12-də 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “Bu hereketin adı nedi alınmır ac de alınmırda yoxsa gözle gelirem deyib telefonu acmırsan sene deyirem eve getmeliyem qelmirsen de qozleme qetde” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 20:13:41-də 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “Yeke oğlansan acip bir kelme de alınmırsa çıxıp eve qedim yolda izde qoydunki meni” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 20:18:10-də 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “Ay qaqaş sen ananın canı ac bir kelme de işimi bilim veziyyet lap pisdi qelirsenmi qelmirsenmi he yox desa” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 20:25:40-da 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “Sen nece adamsan bir kelme demek ne cetindi qelmirsense de başıma care cekim sene dedim ağrıdayam” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 20:36:26-da 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “bir kelme desa emele qelmirse de çıxım qedim yoxsa bu ne hereketdi” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 22:29:05-də 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “Yeke oğlansan bu ne hereketdi eledin meni qelirem deyib xeste ayağımnan 3 saat gözletdin sene men nağarmışdımki sen bele eledin meni bir sozden ağrıda qoydun da” məzmununda sms göndərilmişdir, xx.xx.2022-ci il tarixdə saat 22:56:56-da 050 *** ** ** mobil telefon nömrəsinə Şahid3 adına qeydə alınmış 050 *** ** ** mobil telefon nömrəsindən “saat 1 olsa da yıg qoruşek pul da cibimdedi evdeyem agrıyıram onsuzda yata bilmiyesiyem bele eleme veziyet çox pisdi” məzmununda sms göndərilmişdir. Həmçinin iş materiallarında olan "xxxx" MMC-dən ələ keçirilmiş telefon danışıqları haqqında məlumatlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdə saat 11:22 radələrinədək və xx.xx.2022-ci il tarixdə saat 22:44 radələrindən xx.xx.2022-ci il tarixədək Balakən rayonunun ərazisində olmuşdur. Eyni zamanda "xxxx" MMC-dən ələ keçirilmiş telefon danışıqları haqqında məlumatlardan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə saat 11:22 radələrindən xx.xx.2022-ci il tarixdə saat 22:44 radələrinə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) istifadəsində olan qeyd edilən telefon nömrəsindən istifadə olunmamışdır və həmin müddət ərzində onun əhatə dairəsi müəyyən edilməmişdir. İş materiallarından o da müəyyən olunur ki, “Azercell» MMC-dən ələ keçirilmiş telefon danışıqları haqqında məlumatların köçürüldüyü 01 (bir) ədəd CD diski protokola əlavə edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, xx.xx.2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış keçirilməsi haqqında protokolu, şəxsi axtarış aparılarkən videoçəkilişlərin əks olunduğu 01 ədəd DVD diskini, maddi sübutları, “Azercell» MMC-dən ələ keçirilmiş telefon danışıqları haqqında məlumatları və həmin məlumatların köçürüldüyü 01 (bir) ədəd CD diskini və protokolu, materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 17/787 nömrəli rəyini,ambulator məhkəmə-narkoloji ekspertizasının 10 noyabr 2022-ci il tarixli 1708 nömrəli rəyini, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(019)-54/2021 nömrəli hökmünü, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli 5 saylı arayışı, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarını, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarını, Balakən RPŞ-nin İB-nin müstəntiqinin 06 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarını, məhkəmənin və ibtidai istintaq orqanının işdə olan digər qərarlarını və hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslani) ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bildiyini qeyd etmiş, lakin məhkəmə istintaqında verdiyi ifadəsində və ibtidai istintaqda verdiyi xx.xx.2022-ci il tarixli əlavə ifadəsində isə özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilmədiyini, 11 ədəd kağız büküm və 01 ədəd sellofan bükümdə olan narkotik vasitə-heroini və 01 ədəd kağız bükümdə olan narkotik vasitə-qurudulmuş marixuananı özü bükümlərə bölmədiyini, həmin narkotik vasitələri bükümlərə bölünmüş vəziyyətdə əldə etdiyini, üzərindən aşkarlanmış narkotik vasitələri şəxsi istifadəsi üçün üzrində saxladığını bildirmiş, eyni zamanda ibtidai istintaq hamanı bütün ifadələrində Şahid3 20 manat pul müqabilində narkotik vasitə-heroin satmaq üçün əvvəlcədən razılaşdıqlarını və bu məqsədlə narkotik vasitəni çəkib Şahid3 vermək üçün üzərində elektron tərəzi gəzdirdiyini qeyd etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələri ilə məhkəmə istintaqı zamanı və ibtidai istintaqda təqsirləndirilən şəxs qismində xx.xx.2022-ci il tarixdə verdiyi ifadələri arasında ziddiyyətə işdəki mötəbər sübutlarla müqayisəli şəkildə hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələri daha mötəbər sayılmalı və qəbul olunmalıdır. Belə ki, ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində Təqsirləndirilən şəxs (Khalilov Ruslani) özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilmiş, 11 ədəd kağız büküm və 01 ədəd sellofan bükümdə olan narkotik vasitə-heroini və 01 ədəd kağız bükümdə olan narkotik vasitə-qurudulmuş marixuananı özünün bükümlərə böldüyünü, istəyən olarsa narkotik vasitəni satmaq niyyətinin olduğunu və narkotik vasitələri çəkmək üçün tərəzi əldə etdiyini bildirmiş, həmin ifadələrində Balakən RPş-də polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi təzyiqin edilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs (Khalilov Ruslani) bu ifadələrini müdafiəçisinin iştirakı ilə vermiş və bu ifadələr alınan zaman ona fiziki və ya psixi təsirin edilməsi müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs (Khalilov Ruslani) heç bir əsaslı səbəb göstərmədən məhkəmə istintaqında və ibtidai istintaqda xx.xx.2022-ci il tarixdə əlavə ifadə olaraq tamamilə fərqli ifadələr vermiş, bu ifadələrində özünü CM-nin 234.2-ci maddəsilə təqsirli bilmədiyini, narkotik vasitələri özünün bükümlərə bölmədiyini, bükümlərə bölünmüş vəziyyətdə əldə etdiyini, narkotik vasitələri özünün şəxsi istifadəsi üçün üzərində saxladığını və elektron tərəzini narkotik vasitələrin çəkisini yoxlamaq və bununla da onun aldadılıb-aldadılmamasını müəyyən etmək üçün əldə etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs (Khalilov Ruslani) ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini nəyə görə dəyişməsini, ibtidai araşdırmada ilkin olaraq şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində CM-nin 234.2-ci maddəsilə təqsirli olduğunu etiraf etdiyini, narkotik vasitələri özünün bükümlərə böldüyünü, istəyən olarsa narkotik vasitəni satmaq niyyətinin olduğunu və narkotik vasitələri çəkmək üçün tərəzi əldə etdiyini bildirdiyi təqdirdə, sonradan xx.xx.2022-ci il tarixdə verdiyi əlavə ifadəsində və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bu xüsusatları nəyə görə inkar etdiyini tutarlı əsaslar göstərmədən və mötəbər sübutlar təqdim etmədən ağlabatan formada izah edə bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) ibtidai istintaqda təqsirləndirilən şəxs qismində xx.xx.2022-ci il tarixdə verdiyi əlavə ifadəsində və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilənlər iş üzrə mötəbər sübutlarla, o cümlədən onun ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələri, xx.xx.2022-ci il tarixli üzərində keçirilən şəxsi axtarış protokolu, bu şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski, maddi sübutlar, materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 17/787 nömrəli rəyi, ambulator məhkəmə-narkoloji ekspertizasının 10 noyabr 2022-ci il tarixli 1708 nömrəli rəyi, "xxxx" MMC-dən götürülmüş məlumatlar, o cümlədən sms mətnləri barədə məlumatlar, həmin məlumatların əks olunduğu protokol və 01 ədəd CD diski, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokolları və sair sübutlarla tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) məhkəmə istintaqı zamanı verdiyi ifadəsində və xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsində CM-nin 234.2-ci maddəsilə özünü təqsirli bilməməsi, narkotik vasitələri bükümlərə bölməməsi, həmin vasitələri bükümlərə bölünmüş vəziyyətdə əldə etməsi, narkotik vasitələri satmaq niyyətinin olmaması və öz şəxsi istifadəsi üçün üstündə saxlaması barədə göstərdiyi bu məlumatları özünümüdafiə kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) məhkəmə istintaqı zamanı verdiyi ifadəsində və xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsində CM-nin 234.2-ci maddəsilə özünü təqsirli bilməməsi, narkotik vasitələri bükümlərə bölməməsi, həmin vasitələri bükümlərə bölünmüş vəziyyətdə əldə etməsi, narkotik vasitələri satmaq niyyətinin olmaması və öz şəxsi istifadəsi üçün üstündə saxlaması barədə göstərdiyi bu xüsusatlar Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ konteksində nəzərə alınmalıdır. Belə ki, özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) məhkəmə istintaqı zamanı verdiyi ifadəsində və xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsində CM-nin 234.2-ci maddəsilə özünü təqsirli bilməməsi, narkotik vavsitələri bükümlərə bölməməsi, həmin vasitələri bükümlərə bölünmüş vəziyyətdə əldə etməsi, narkotik vasitələri satmaq niyyətinin olmaması və öz şəxsi istifadəsi üçün üstündə saxlaması barədə göstərdiyi bu hallar nə həmin cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Məhkəmə həmçinin Şahid3 məhkəmə istintaqı zamanı və ibtidai istintaqda şahid qismində verdiyi ifadələri arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, işdəki mötəbər sübutlarla təsdiq olunduğu üçün Şahid3 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsində əks olunmuş məlumatlar daha mötəbər sayılmalı və qəbul olunmalıdır. Onun məhkəmə istintaqında verdiyi ifadəsində göstərilən məlumatlar isə işdəki mötəbər sübutlarla təkzib olunduğu üçün mötəbər sübut sayılmır və qəbul olunmur. Məhkəmə işdəki mötəbər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslani) qəsdən, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Repsublikası CPM) 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra - nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslani) Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs (Khalilov Ruslani) Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs (Khalilov Ruslani) törətdiyi cinayət əməlinə görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən hallar, həmin Məcəllənin 61-ci maddəsində isə cəzanı ağırlaşdıran hallar müəyyən edilmişdir. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azrbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslani) Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 7 ay 16 gün azadlıqdan məhrum etmə cəzası 6 ay azaldılmış, o, 2021-ci ilin dekabr ayında cəzasının sonu ilə azad olunmuşdur. Lakin Təqsirləndirilən şəxs (Khalilov Ruslani) Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəticəsində yaranmış məhkumluq müddəti ödənilmədən yenidən qəsdən CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmiş, bununla da cinayətin residivinə yol vermişdir. Bu da qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. İşin faktiki hallarına və qanun normasının tələbinə əsasən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) əməli cinayətin residivini yaratdığından ona Azərbaycan Respublikası CM-nin 65.2-c maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs (Khalilov Ruslaniyə) cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilməsi zamanı onların xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə, Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmamasını və cinayətin residivi kimi cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslani) Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 15 oktyabr 2022-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlandığı 02 gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs (Khalilov Ruslaniyə) qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun cəza çəkməsinin əvvəli hazırki hökmün çıxarıldığı 11 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət…Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs (Khalilov Ruslaniyə) təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslani) ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, əməli cinayətin residivini yaratdığı və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün Təqsirləndirilən şəxs (Khalilov Ruslani) Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslaniyə) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyi üçün Təqsirləndirilən şəxs (Khalilov Ruslani) barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair başqa bir cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilərək hazırda həbsdə olması nəzərə alınmalı, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 10 noyabr 2022-ci il tarixli 1708 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan heroindən və kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslaniyə) Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən rayon X6 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə 103,65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs (Khalilov Ruslanidən) tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 1,659 qram olan narkotik vasitə-heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 1,009 qramı, təmiz çəkisi 0,15 qram olan narkotik vasitəqurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,13 qramı və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski və "xxxx" MMC-dən daxil olmuş məlumatların əks olunduğu 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) hazırkı cinayət əməlini törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslanidə) Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslani) Gürcüstan vətəndaşıdır, lakin 2006-cı ildən olmaqla beş ildən artıq müddətdir ki, Azərbaycan Republikasının ərazisində-Balakən rayonu Qullar kəndində daimi yaşayır. Ona görə də Azərbaycan Respublikası CM-nin 52-ci maddəsinin tələbləri qaydasında ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.2.1-ci maddəsinə əsasən barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslaniyə) məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 60 maat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs (Khalilov Ruslani) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 15 oktyabr 2022-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixədək tutulub həbsdə saxlandığı 02 gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs (Khalilov Ruslaniyə) qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs (Khalilov Ruslani) cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkməsinin əvvəli hazırki hökmün çıxarıldığı 11 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və onun barəsində Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair başqa bir cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilərək hazırda həbsdə olması nəzərə alınsın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (Khalilov Ruslaniyə) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs (Khalilov Ruslani) narkoloji kabinetdə qeydiyyata alınsın; onun narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X6 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə 103,65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs (Khalilov Ruslanidən) tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 1,659 qram olan narkotik vasitə-heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 1,009 qramı, təmiz çəkisi 0,15 qram olan narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,13 qramı və 01 ədəd elektron tərəzi məhv edilsin; Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski və "xxxx" MMC-dən daxil olmuş məlumatların əks olunduğu 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs (Khalilov Ruslaniyə) məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar