Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-38/2025 24.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclаs kаtibi X4 оğlunun kаtibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi şimal-qərb regional filialının hüquqşünası Nümayəndə, müdafiəçilər Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi3, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1, qanuni nümayəndəsianası Qanuni nümayəndə1 və təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsi-atası Qanuni nümayəndə2 iştirаklаrı ilə xx xxxxxxxx 2007-ci il tarixdə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, təhsili olmayan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə; xx xxxxxxxx 2007-ci il tarixdə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, təhsili olmayan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qanunsuz olaraq təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qanunsuz olaraq, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu niyyətlərini həyata keçirmək məqsədilə 03 fevral 2025-ci il tarixdə saat 02 radələrində Balakən rayonu Kortala kəndinin Qarahacılı yaşayış məntəqəsinin ərazisindən Zərərçəkmiş şəxs MMC-yə məxsus mövcud fiziki kabel şəbəkəsindən üzəri izolyasiya edilmiş, 13 mm diametrliyində üzərində KPO-AP 50x2x0,4 yazısı olan 170 metr uzunluğunda kabeli kəsib oğurlayaraq zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMCyə 986 (doqquz yüz səksən altı) manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qanunsuz olaraq, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu niyyətlərini həyata keçirmək məqsədilə 06 fevral 2025-ci il tarixdə saat 02 radələrində Kortala kəndinin Beçaqar yaşayış məntəqəsinin ərazisindən Zərərçəkmiş şəxs MMC-yə məxsus mövcud fiziki kabel şəbəkəsindən üzəri izolyasiya edilmiş, 13 mm diametrliyində üzərində KPO-AP 50x2x0,4 yazısı olan 240 metr uzunluğunda kabeli kəsib oğurlayaraq zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMCyə 1392 (min üç yüz doxsan iki) manat məbləğində maddi ziyan vurmaqla təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq təkrarən, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qanunsuz olaraq, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu niyyətlərini həyata keçirmək məqsədilə 03 fevral 2025-ci il tarixdə saat 02 radələrində Balakən rayonu Kortala kəndinin Qarahacılı yaşayış məntəqəsinin ərazisindən Zərərçəkmiş şəxs MMC-yə məxsus mövcud fiziki kabel şəbəkəsindən üzəri izolyasiya edilmiş, 13 mm diametrliyində üzərində KPO-AP 50x2x0,4 yazısı olan 170 metr uzunluğunda kabeli kəsib oğurlayaraq zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMCyə 986 (doqquz yüz səksən altı) manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qanunsuz olaraq, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu niyyətlərini həyata keçirmək məqsədilə 06 fevral 2025-ci il tarixdə saat 02 radələrində Kortala kəndinin Beçaqar yaşayış məntəqəsinin ərazisindən Zərərçəkmiş şəxs MMC-yə məxsus mövcud fiziki kabel şəbəkəsindən üzəri izolyasiya edilmiş, 13 mm diametrliyində üzərində KPO-AP 50x2x0,4 yazısı olan 240 metr uzunluğunda kabeli kəsib oğurlayaraq zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMCyə 1392 (min üç yüz doxsan iki) manat məbləğində maddi ziyan vurmaqla təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham aşağıdakı qaydada tam sübuta yetirilmişdir: Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Hənifə kəndində anası ilə birlikdə yaşayır. Dəmir yığıb, alıb satmaqla məşğul olur. Yığdığı yaxud aldığı dəmirləri Eşqinə satır. 03 fevral 2025-ci il tarixdə gecə 02 radələrində Sərxan ilə birlikdə onun at arabası ilə Kortala kəndinin Qarahacılı yaşayış məntəqəsinin ərazisinə getmişlər. Oraya çatıb məftilin olduğu dirəklərin yanında at arabasını saxlayıb hərəsi bir dirəyə çıxmışlar və onun evdən götürdüyü kəlbətinlər ilə məftilləri kəsib aşağı salmışlar. Onlar məftili kəsib aşağı saldıqdan sonra üstünün rezin olan hissəsini yandırıb çıxarmışlar və içərisindəki mis hissəsini götürmüşlər. Daha sonra həmin məftili ağ rəngli kisəyə qoyaraq onun yaşadığı evə aparmışlar və yaşadığı evin zirzəmisində gizlətmişlər. Bundan sonra 06 fevral 2025-ci il tarixdə saat gecə 02 radələrində onlar yenə onun at arabası ilə Kortala kəndinə gedib Beçaqar yaşayış məntəqəsinin ərazisindən eyni qaydada məftil kəsmiş və üstünün rezinini yandırıb çıxartdıqdan sonra ağ rəngli kisəyə qoyub onun yaşadığı evə gətirib zirzəmidə saxlamışlar. Bundan sonra 09 fevral 2025-ci il tarixdə saat 14 radələrində həmin məftilləri yaşadığı evin zirzəmisindən götürüb ağ rəngli sintetik kisənin içərisində Eşqinin dəmir qəbulu yerinə gətirmişlər. Eşqin onlara həmin məftilə görə 234 manat pul vermişdir. Onlar həmin pulu Sərxan ilə aralarında bölüşmüşlər. Onlar Eşqinə həmin məftili aldıqlarını bildirmişlər. Maddi vəziyyəti ağır olduğu, anası xəstə olduğu üçün oğurluq etmişdir. Dəymiş ziyandan 700 manat ödəniş etdiklərini, qalan ziyanı ödəyəcəklərini, mülki iddia ilə razı olduğunu bildirmişdir. Törətdiyi əməldən çox peşman olmasını, bir daha belə əməl törətməyəcəyini, yaşını, əsgərliyə gedəcəyini nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Hənifə kəndində ailəsi ilə birlikdə yaşayır, dəmir yığıb yaxud alıb satmaqla məşğul olur. 2024-cü ilin dekabr ayının sonunda Bakı şəhərindən Balakən rayonuna gəlmişdir. Bakı şəhərindən qayıtdıqdan sonra uzaq qohumu olan Təqsirləndirilən şəxs1 ilə birlikdə Balakən rayonunda dəmir alıb, yığıb satmaqla məşğul olmağa başlamışdır. Onlar yığıdıqları yaxud aldıqları dəmirləri Eşqinə satırmışlar. 02 fevral 2025-ci il tarixdə Balakən rayonu Kortala kəndinin ərazisində olan kabelləri Aslan ilə birlikdə kəsib götürmək qərarına gəlmişlər. 03 fevral 2025-ci il tarixdə gecə 02 radələrində Aslan ilə birlikdə Aslanın at arabası ilə Kortala kəndinin Qarahacılı yaşayış məntəqəsinin ərazisinə getmişlər. Oraya çatıb məftilin olduğu dirəklərin yanında at arabasını saxlayıb hərəsi bir dirəyə çıxmışlar və Aslanın gətirdiyi kəlbətinlər ilə məftilləri kəsib aşağı salmışlar. Onlar məftili kəsib aşağı saldıqdan sonra üstünün rezin olan hissəsini yandırıb çıxarmış və içərisindəki mis hissəsini götürmüşlər. Daha sonra həmin məftili ağ rəngli kisəyə qoyaraq Aslanın yaşadığı evə aparmışlar və Aslan həmin məftili zirzəmidə gizlətmişdir. Bundan sonra 06 fevral 2025-ci il tarixdə gecə 02 radələrində onlar yenə Aslanın at arabası ilə Kortala kəndinə gedib Beçaqar yaşayış məntəqəsinin ərazisindən eyni qaydada məftil kəsmiş və üstünün rezinini yandırıb çıxartdıqdan sonra ağ rəngli kisəyə qoyub Aslanın yaşadığı evə aparıb zirzəmidə saxlamışlar. Bundan sonra 09 fevral 2025-ci il tarixdə 14 radələrində həmin məftilləri gizlətdikləri yerdən götürüb ağ rəngli kisənin içərisində Eşqinin dəmir qəbulu yerinə aparmışlar. Həmin məftilləri Eşqin tərəzidə çəkmiş və 26 kq təşkil etmişdir. Eşqin onlara həmin məftilə görə 234 manat pul vermişdir. Onlar həmin pulu Aslan ilə aralarında bölüşmüşlər. Onların həmin kabelləri kəsib oğurlamaqda məqsədləri satıb qazanc əldə etmək olmuşdur. Şahid1 onlardan həmin məftilin haradan və ya necə əldə olunmasını soruşduqda onlar Eşqinə həmin məftili aldıqlarını bildirmişlər. Maddi vəziyyəti ağır olduğu üçün oğurluq etmişdir. Dəymiş ziyandan 700 manat ödəniş etdiklərini, qalan ziyanı ödəyəcəklərini, mülki iddia ilə razı olduğunu bildirmişdir. Törətdiyi əməldən çox peşman olmasını, bir daha belə əməl törətməyəcəyini, yaşını, əsgərliyə gedəcəyini nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin şimal-qərb regional filialının hüquqşünası vəzifəsində işləyir. 03 fevral 2025-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin şimal-qərb regional filialının Balakən şöbəsinin əməkdaşları tərəfindən Balakən rayonu Kortala kəndi ərazisində yerləşən Qarahacılı yaşayış məntəqəsində ATS-ə məxsus 170 metr uzunluğunda TPP 50x2 kabelinin naməlum şəxslər tərəfindən kəsilərək oğurlandığı müəyyən edilmişdir. Bundan sonra 09 fevral 2025-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin şimal-qərb regional filialının Balakən şöbəsinin əməkdaşları tərəfindən Kortala kəndinin Beçaqar yaşayış məntəqəsinin ərazisində olan ATS-ə məxsus 240 metr uzunluğunda TPP 50x2 kabelinin eyni qaydada kəsilərək naməlum şəxslər tərəfindən oğurlandığı müəyyən edilmişdir. Bununla bağlı Balakən rayon polis şöbəsinə məlumat verilmişdir. Kortala kəndinin Qarhacılı yaşayış məntəqəsindən 170 metr uzunluğunda TPP 50x2 kabelinin oğurlanması nəticəsində Zərərçəkmiş şəxs MMC-yə 1059,17 manat, Kortala kəndinin Beçaqar yaşayış məntəqəsinin ərazisindən 240 metr uzunluğunda TPP 50x2 kabelinin oğurlanması nəticəsində isə Zərərçəkmiş şəxs MMC-yə 1495,30 manat olmaqla ümumilikdə 2554,47 manat məbləğində maddi ziyan dəymiş, ziyan hesablanarkən ƏDV də nəzərə alınmışdır. Dəymiş ziyandan 700 manat ödəniş edildiyini, cavabdehlərin qalan məbləği 2 ay ərzində ödəyəcəklərinə söz verdiklərini, ödəniş qəbzinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edəcəklərini, mülki iddianı müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 03 fevral 2025-ci il tarixdə Kortala kəndi ərazisində olduğu zaman Qarahacılı yaşayış məntəqəsində ATS-ə məxsus TPP 50x2 kabelinin naməlum şəxslər tərəfindən kəsilərək oğurlandığını müəyyən etmişdir. Bundan sonra o, sektor müdiri olan Şahid3 zəng edərək məlumat vermişdir. Daha sonra Xallahacı həmin yerə gəlib baxış keçirərkən məlum olmuşdur ki, 170 metr kabel kəsilərək oğurlanmışdır. Bundan sonra onlar aidiyyəti üzrə həmin məsələ ilə bağlı Balakən RPŞ-yə məlumat vermişlər. Bundan sonra 09 fevral 2025ci il tarixdə o, yenə Kortala kəndinin Beçaqar yaşayış məntəqəsinin ərazisində olan zaman ATS-ə məxsus TPP 50x2 kabelinin eyni qaydada kəsilərək naməlum şəxslər tərəfindən oğurlandığını müəyyən etmiş və yenə də Şahid3 zəng edərək məlumat vermiş və Xallahacı dərhal həmin yerə gəlib baxış keçirən zaman 240 metr kabelin kəsilərək naməlum şəxslər tərəfindən oğurlandığı məlum olmuşdur. Bundan sonra yenə də Balakən RPŞ-yə bununla bağlı müraciət etmişlər. Həmin kabel şəbəkəsi istifadədə olmamış və yeni kabel şəbəkəsi ilə əvəz olunacaqmış. Həmin kabel həmin vaxt istifadəyə yararlı vəziyyətdə olsa da, yeni kabel ilə əvəz olunacağı üçün internetin verilməsində istifadə olunmurdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Hənifə kəndi ərazisində dəmir alır və daha sonra Bakı şəhərinə aparıb zavoda satır. 09 fevral 2025-ci il tarixdə təxminən saat 14 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oraya gəlmişlər. Aslan xeyli müddətdir ki, ona dəmir gətirib satır, lakin yanında olan Təqsirləndirilən şəxs2 isə bir aydır ki, oraya dəmir gətirirmiş. Aslan və Sərxan gəlib ona dəmir gətirdiklərini bildirmişlər. Aslan və Sərxan ağ sintetik kisənin içərisində mis məftil də gətirdiklərini bildirmişlər. O, Aslan və Sərxandan həmin məftili haradan əldə etdiklərini soruşanda onlar həmin məftili aldıqlarını bildirmişlər. Həmin mis məftil tərəzidə çəkilən zaman 26 kq təşkil etmişdir. O, Aslan və Sərxana hər kq üçün 9 manat olmaqla həmin məftil üçün cəmi 234 manat pul vermişdir. Daha sonra polis əməkdaşları gələrk həmin məftilləri ondan götürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Şahid1 dəmir qəbulu yerində fəhlə kimi işləyir. Eşqin orada dəmir alır və daha sonra Bakı şəhərinə aparıb zavoda satır. 09 fevral 2025-ci il tarixdə Eşqin Bakı şəhərinə zavoda aparmaq üçün alınan dəmir məmulatlarını yük maşınına yüklədirmiş. Həmin gün təxminən saat 14 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oraya gəlmişlər. Aslan və Sərxan bir müddətdir ki, Eşqinə dəmir satırmışlar. Aslan və Sərxan torbada dəmir gətirmişlər. Lakin o, həmin yerdən aralıda olduğu üçün onların nə danışdıqlarını eşitməmişdir. Məhkəmə iclasında Şahid3 iştirak etmədiyindən istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, o, Şahid4 ifadəsinə oxşar ifadə vermişdir. 250320019 nömrəli cinayət işinin: 5-ci vərəqində olan xx.xx.2025-ci il tarixli Balakən rayonu Kortala kəndi Qaracıl yaşayış məntəqəsində xx.xx.2025-ci il tarixdə naməlum şəxslər tərəfindən kabelin kəsilərək oğurlanması faktı ilə bağlı tərtib olunmuş smetadan görünür ki, 170 m Kabel TTP 50x2 qiyməti 1059.17 AZN-dir. 13-cü vərəqində olan xx.xx.2025-ci il tarixli Balakən rayonu Kortala kəndi Paçağar yaşayış məntəqəsində xx.xx.2025-ci il tarixdə naməlum şəxslər tərəfindən kabelin kəsilərək oğurlanması faktı ilə bağlı tərtib olunmuş smetadan görünür ki, 240 m Kabel TTP 50x2 qiyməti 1495.30 AZN-dir. 26-33-cü vərəqlərində olan 10 fevral 2025-ci il tarixdə tərtib olunmuş “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs MMC-yə məxsus məftillərin oğurlandığı yer Balakən rayonu Kortala kəndinin Qarahacılı yaşayış məntəqəsində yerləşir. Həmin məftillər yolun kənarı ilə sıra ilə düzülmüş dirəklərin üstündə yerləşmişdir. Baxış zamanı kəsilmiş məftillərin dirəklərin arası ilə aşağı sallandığı və dirəklərin üzərində topa şəklində yığıldığı qalıq hissələri aşkar edilmişdir. Baxışda iştirak edən Şahid4 həmin kəsilmiş olan naqilləri ərazidə olarkən müəyyən edərək işlədiyi idarənin müdiriyyətinə məlumat verdiyini bildirmişdir. Baxış zamanı qeyd olunan ərazidə olan kabel şəbəkəsindən məftillərin kəsilərək götürüldüyü müəyyən edilmişdir. Baxışın keçirildiyi yer Şahid3 tərəfindən göstərilmişdir. Baxış zamanı protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. 34-41-ci vərəqlərində olan 10 fevral 2025-ci il tarixdə tərtib olunmuş “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs MMC-yə məxsus kabel şəbəkəsindən kəsilərək oğurlanan məftillərin yerləşdiyi digər yer Balakən rayonu Kortala kəndinin Beçaqar yaşayış məntəqəsinin ərazisində yerləşir. Həmin ərazidə yolun kənarı ilə sıra ilə yerləşən dirəklərin üzərindəki kabellərin kəsilib götürüldüyü müəyyən edilmişdir. Dirəklərin birinin üzərində kəsilib götürüldükdən sonra qalan hissələrinin topa şəklində yığıldığı, həmin dirəklərin arasından kəsildikdən sonra aşağıya doğru sallanmış kabelin olması müəyyən olunmuşdur. Baxışda iştirak edən Şahid4 ərazidə olarkən həmin hissədə kabel şəbəkəsinin kəsilərək götürüldüyünü və bu barədə dərhal müdiriyyətə xəbər verdiyini bildirmişdir. Baxış zamanı protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. 44-cü vərəqində olan AZ-ll seriyalı 301430 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2007-ci ildə doğulmuşdur, atası X2, anası X1r. 80-ci vərəqində olan 11 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 11 fevral 2025-ci ildə saat 10:20 dəqiqədən tutulmuş hesab edilir. 107-ci vərəqində olan 11 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 11 fevral 2025-ci ildə saat 11:40 dəqiqədən tutulmuş hesab edilir. 115-119-cu vərəqində olan 11 fevral 2025-ci il tarixdə tərtib olunmuş “Götürmə və baxış keçirmə haqqında” protokoldan görünür ki, Şahid1 təqdim etdiyi 01 ədəd sintetik kisədə ümumilikdə 410 metr TPP 50x2 kabeli götürülmüşdür. Şahid1 təqdim etdiyi 01 ədəd sintetik kisədə ümumilikdə 410 metr TPP 50x2 kabelinin üzərindəki plastik hissə çıxarılmışdır və kabelin içərisindəki mis metaldan ibarət hissə mövcuddur. Götürmə zamanı əşyaların fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. 136-138-ci vərəqlərində olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 13 fevral 2025-ci il tarixli qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs1 13 fevral 2025-ci il tarixdə saat 10:15-də Balakən RPŞ-nin MSY-dən azad edilmişdir və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 150-151-ci vərəqlərində olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 13 fevral 2025-ci il tarixli qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs2 13 fevral 2025-ci il tarixdə saat 11:35-də Balakən RPŞ-nin MSY-dən azad edilmişdir və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 175-ci vərəqində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. 187-ci vərəqində olan Balakən rayon İcra Hakimiyyəti Başçısının Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmadığı göstərilir. 189-cu vərəqində olan Balakən rayon İcra Hakimiyyəti Başçısının Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmadığı göstərilir. 193-cü vərəqində olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2007-ci il tarixdə doğulmuşdur. 194-199-cu vərəqlərində olan 05 aprel 2025-ci il tarixdə tərtib olunmuş “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 göstərməsi ilə Balakən rayonu Kortala kəndinin Qarahacılı yaşayış məntəqəsinə gedilmiş, orada Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə kabelləri kəsib götürdükləri yeri əyani olaraq göstərmiş, Təqsirləndirilən şəxs2 göstərdiyi həmin yerdə iş üçün əhəmiyyət kəsb edən alət, vasitə, və ya predmet aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 göstərməsi ilə Balakən rayonu Kortala kəndinin Beçaqar yaşayış məntəqəsinə gedilmiş, orada da Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə kabelləri kəsib götürdükləri yeri əyani olaraq göstərmişdir. Təqsirləndirilən şəxs2 göstərdiyi həmin yerdə iş üçün əhəmiyyət kəsb edən alət, vasitə, və ya predmet aşkar edilməmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti başa çatdıqdan sonra protokol tərtib edilməsi üçün iştirakçılarla birlikdə Balakən RPŞ-nin inzibati binasında olan xidməti otağına gedilmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkildikdikdən sonra həmin fotoşəkillərə baxılmış və protokola əlavə edilmişdir. 200-206-cı vərəqlərində olan 05 aprel 2025-ci il tarixdə tərtib olunmuş “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 göstərməsi ilə Balakən rayonu Kortala kəndinin Qarahacılı yaşayış məntəqəsinə gedilmiş, orada Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə kabelləri kəsib götürdükləri yeri əyani olaraq göstərmiş, Təqsirləndirilən şəxs1 göstərdiyi həmin yerdə iş üçün əhəmiyyət kəsb edən alət, vasitə və ya predmet aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 göstərməsi ilə Balakən rayonu Kortala kəndinin Beçaqar yaşayış məntəqəsinə gedilmiş, orada da Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə kabelləri kəsib götürdükləri yeri əyani olaraq göstərmiş, Təqsirləndirilən şəxs1 göstərdiyi həmin yerdə iş üçün əhəmiyyət kəsb edən alət, vasitə və ya predmet aşkar edilməmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti başa çatdıqdan sonra protokol tərtib edilməsi üçün iştirakçılarla birlikdə Balakən RPŞ-nin inzibati binasında olan xidməti otağa gedilmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkildikdikdən sonra həmin fotoşəkillərə baxılmış və protokola əlavə edilmişdir. 212-ci vərəqində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 aprel 2025-ci il tarixli 9/1881 nömrəli rəyindən görünür ki, Bakı şəhərində yerləşən inşaat malları satışı mağazalarında (Dərnəgül-Eurohome) olan məlumatlardan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, üzəri izolyasiya edilmiş, 13 mm diametrliyində üzərində KPO-AP 50x2x0.4 yazısı olan kabelin təqdim edilmiş nümunəyə əsasən 2025-ci ilin fevral ayına olan 1 metrinin orta bazar qiyməti təxminən 5,80 manat, 410 metrinin isə 2378,00 (410 metr x 5,80 manat) manat müəyyən edilir. 240-cı vərəqində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. 241-250-ci vərəqlərində olan 28 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Şahid1 götürülmüş 01 ədəd sintetik kisədə 410 metr TTP 50x2 kabelinin qalıq mis hissəsi öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə iş üzrə maddi sübut kimi tanınması və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş iddiaçı Zərərçəkmiş şəxs MMC tərəfindən verilən mülki iddia ərizəsindən görünür ki, cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 03 fevral 2025-ci il tarixdə Balakən rayonu Kortala kəndi Qaracıl yaşayış məntəqəsindən və 08 fevral 2025-ci il tarixdə Balakən rayonu Kortala kəndi Peçağar yaşayış məntəqəsi ərazisindən Zərərçəkmiş şəxs (bundan sonra Cəmiyyət) Şimal-qərb regional filialının Balakən şöbəsinin balansında olan rabitə kabelləri oğurlamışdır. Belə ki, Qaracıl yaşayış məntəqəsindən 1059,17 manat dəyərində 170 metr TPP 50x2 rabitə kabeli, Peçağar yaşayış məntəqəsindən isə 1495,30 manat dəyərində 240 metr TPP 50x2 markalı rabitə kabeli oğurlanmış, nəticədə Cəmiyyətə ümumilikdə 2554,47 manat maddi zərər dəymişdir. Balakən Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis leytenantı Nurlan Bazarovun arayışında qeyd edildiyi kimi iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi ziyan ödənilməmişdir. Cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2554.47 manat məbləğində ziyanın və ödənilmiş 46 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş ərizədən görünür ki, cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı məhkəmə işində oğurlanmış kabellərin bazar qiymətinə əsasən Zərərçəkmiş şəxs MMC-yə 2378 manat maddi ziyan dəymişdir. Ümumilikdə oğurlanmış 410 metr kabelin yandırılması nəticəsində əldə edilmiş misin bazar qiyməti xx.xx.2025-ci il tarixli ittiham aktına əsasən 234 manat təşkil edir. Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyanın məbləğinin təhvil veriləcək misin qiyməti - 234 manat məbləğində azaldılmasına köməklik göstərilməsini xahiş etmişlər. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, dəymiş zərər ilə bağlı 700 manat məbləğində pul Zərərçəkmiş şəxs MMC-nin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələrini, baxış keçirilməsi haqqında, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və digər iş materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları mötəbər sübutlar kimi qəbul edir və cinayət təqibi üzrə toplanmış həmin sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslərin ittiham olunduğu əməldə təqsirini etiraf etməsi digər sübutların məcmusu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamın əsası kimi qəbul edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-in 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrinin tərkibinin olması, onların cinayətin törədilməsində aidiyyəti və cinayətin törədilməsində təqsirliliyi sübuta yetir. Onların əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, CM-in 85.1-ci maddəsi ilə bu kateqoriyadan olan şəxslər üçün cəmi beş cəza növü (cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrumetmə) nəzərdə tutulmuş və CM-in 85.2-85.5-ci maddələri ilə onların hər biri üçün azaldılmış məbləğ və ya qısaldılmış müddətlər müəyyən edilmişdir. O cümlədən CM-in 85.5-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Ona görə də, yetkinlik yaşına çatmayanlara CM-in 85.2-85.5-ci maddələrinin tələblərinə əsasən CM-in Xüsusi hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin etmək zərurəti yarandıqda, bu cəza CM-in 62-ci maddəsinə istinad edilmədən təyin edilməlidir. Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi yetkinlik yaşına çatmayan şəxs olması və dəymiş ziyanın qismən ödənilməsi müəyyən edilmişdir. Həmçinin təqsirləndirilən şəxsin əməlini etiraf etməklə səmimi peşman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını bildirməsi ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına, islah yoluna qədəm qoymasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Bundan başqa məhkəmə onun yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunması, əvvəllər məhkum olmamasını da cəzasını yüngüllədirici hal kimi nəzərə alır. Belə ki, cəzanın əsas məqsədinin məhkumun islah olunması, məhkumların islah edilməsi isə onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunması və əvvəllər məhkum olmaması onun insana, cəmiyyətə, birgəyaşayış qayda və ənənələrinə hörmət etməsinə, onun daha tez islah olunacağına, yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail olunacağına dəlalət edən hallardır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, azadlığın məhdudlaşdırılması cəzasının yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin olunmasını nəzərə alaraq, CM-in 62-ci maddəsinə istinad edilmədən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddindən az həddə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli sayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin növ və həddə cəza təyin edilməsi cəzanın məqsədlərini tam təmin edəcəkdir. Onun 11 fevral 2025-ci il tarixdən 13 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri Balakən rayonu Hənifə kəndindəki ünvanı gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Bundan başqa məhkəmə CPM-in 346.1.15-ci maddəsinə əsasən yetkinlik yaşına çatmamış təqsirləndirilən şəxs barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətsə də, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi yetkinlik yaşına çatmayan şəxs olması və dəymiş ziyanın qismən ödənilməsi müəyyən edilmişdir. Həmçinin təqsirləndirilən şəxsin əməlini etiraf etməklə səmimi peşman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını bildirməsi ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına, islah yoluna qədəm qoymasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Bundan başqa məhkəmə onun yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunması, əvvəllər məhkum olmamasını da cəzasını yüngüllədirici hal kimi nəzərə alır. Belə ki, cəzanın əsas məqsədi məhkumun islah olunması, məhkumların islah edilməsi isə onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunması və əvvəllər məhkum olmaması onun insana, cəmiyyətə, birgəyaşayış qayda və ənənələrinə hörmət etməsinə, onun daha tez islah olunacağına, yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail olunacağına dəlalət edən hallardır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, azadlığın məhdudlaşdırılması cəzasının yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin olunmasını nəzərə alaraq, CM-in 62-ci maddəsinə istinad edilmədən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddindən az həddə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli sayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin növ və həddə cəza təyin edilməsi cəzanın məqsədlərini tam təmin edəcəkdir. Onun 11 fevral 2025-ci il tarixdən 13 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri Balakən rayonu Hənifə kəndindəki ünvanı gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Bundan başqa məhkəmə CPM-in 346.1.15-ci maddəsinə əsasən yetkinlik yaşına çatmamış təqsirləndirilən şəxs barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətsə də, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat - Təqsirləndirilən şəxs1 25 manat və Təqsirləndirilən şəxs2 25 manat olmaqla tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, 01 ədəd sintetik kisədə 410 metr kabelin qalıq mis hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-yə qaytarılmalıdır. Mülki iddia ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1104.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının: 68-ci bəndinə əsasən cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. 69-cu bəndinə əsasən iştirakçılıqla törədilmiş cinayətlər nəticəsində vurulmuş maddi ziyan cinayətin iştirakçılarından Mülki Məcəllənin 1113-cü maddəsinə əsasən müştərək qaydada və yaxud mülki iddiaçının vəsatəti ilə və onun mənafeyi üçün hər bir iştirakçıdan məhkəmə tərəfindən müəyyən edilmiş hissələr (paylar) üzrə tutula bilər. Bir neçə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş mülki iddia (mülki iddialar) təmin edildiyi halda ittiham hökmünün nəticəvi hissəsində hansı hissənin (konkret məbləğin) müştərək, hansı məbləğlərin isə hər bir təqsirləndirilən şəxsdən paylar üzrə, eləcə də hansı mülki iddiaçının xeyrinə tutulması göstərilməlidir. Mülki iddia ərizəsindən görünür ki, Qaracıl yaşayış məntəqəsindən 1059,17 manat dəyərində 170 metr TPP 50x2 rabitə kabeli, Peçağar yaşayış məntəqəsindən isə 1495,30 manat dəyərində 240 metr TPP 50x2 markalı rabitə kabeli oğurlanmış, nəticədə Cəmiyyətə ümumilikdə 2554,47 manat maddi zərər dəymişdir. Odur ki, iddiaçı Zərərçəkmiş şəxs MMC 2554,47 manat ziyanın ödənilməsini tələb etmişdir. Lakin məhkəməəmtəəşünaslıq ekspertizasının 01 aprel 2025-ci il tarixli 9/1881 nömrəli rəyinə əsasən 13 mm diametrliyində üzərində KPO-AP 50x2x0.4 yazısı olan kabelin 410 metrinin orta bazar qiyməti 2378,00 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən Zərərçəkmiş şəxs MMC tərəfindən tərtib olunmuş smetalara münasibətdə ekspert rəyi daha mötəbər sübut kimi qiymətləndirildiyindən cavabdehlər tərəfindən dəymiş ziyan 2378.00 manat hesablanmalıdır. Belə ki, həmin rəydə aparılmış tədqiqatın müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr göstərilməklə və qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə əmtəəşünaslıq tədqiqi ixtisası üzrə ixtisaslaşmış ekspert tərəfindən tərtib edilmiş, odur ki, işin hallarını obyektiv və ədalətli şəkildə əks etdirir. Ekspert rəyi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, rəydəki məlumatların həqiqiliyinə təminat kifayət qədər yüksəkdir, iddiaçı ekspert rəyini təkzib edəcək, onun mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə işin hallarını, təqsirləndirilən şəxslərin 2378.00 manat ziyan vurmasını, vurulmuş ziyandan 700 manat ödəmələrini, 410 metr kabelin qalıq mis hissəsinin hökm qanuni qüvvəsini aldıqdan sonra iddiaçı Zərərçəkmiş şəxs MMC-yə qaytarılmasını və iddiaçının iddia tələbinin onun dəyəri olan 234 manat məbləğində azaldılması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, mülki iddia qismən təmin edilməlidir, cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurulmuş maddi ziyana görə 1444.00 manat pul və 26.00 manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-nin hesabına ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub vəkil Müdafiəçi3 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 144-146, 346-347, 349, 351-353 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 11 fevral 2025-ci il tarixdən 13 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri Balakən rayonu Hənifə kəndindəki ünvanı gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli təqsirli bilinərək 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 11 fevral 2025-ci il tarixdən 13 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri Balakən rayonu Hənifə kəndindəki ünvanı gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Ekspertiza tədqiqatının dəyəri 50 manat - Təqsirləndirilən şəxs1 25 manat və Təqsirləndirilən şəxs2 25 manat olmaqla tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, 01 ədəd sintetik kisədə 410 metr kabelin qalıq mis hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-yə qaytarılsın. İş üzrə mülki iddia qismən təmin edilsin, mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurulmuş maddi ziyana görə 1444.00 manat pul və 26.00 manat dövlət rüsumu müştərək qaydada tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub vəkil Müdafiəçi3 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №1(019)-38/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-38/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver