Məhkəmə qərarları › İş №1(019)-39/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-39/2021

22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-39/2021 22.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1992-ci il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş-Balakən Rayon Məhkəməsinin 27.02.2019-cu tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli qərarı ilə 02 ay 22 gün cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməyən, müvəqqəti işləməyən, Balakən şəhəri, Heydər Əliyev prospekti, ev 35 mənzil 1-də qeydiyyatında olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsilə ittiham verilmişdir ona görə ki, o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə -metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmiş; 19 fevral 2021-ci il tarixdə, saat 12 radələrində Balakən şəhəri ərazisində yerləşən “Kapital” bankın yaxınlığından, yolun kənarından bir ədəd siqaret qutusunun üzərindəki sellofana bükülmüş vəziyyətdə 03 ədəd kağız bükümlərdə təmiz çəkiləri - 0,102 qr, 0,146 qr. və 0,039 qram olmaqla ümumi təmiz çəkisi - 0,287 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamini və 01 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,18 qram olan, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı taparaq, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərindəki gödəkçəsinin sağ yan cibində öz istifadəsi məqsədi ilə daşıyaraq saxlamış, 23 fevral 2021-ci il tarixdə, saat 17 radələrində Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əzizov X4 RPŞ-yə dəvət edilərək, şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış aparılarkən, onun üzərindəki gödəkcəsinin sağ yan cibindən 03 ədəd kağız bükümlərdə təmiz çəkiləri - 0,102 qr, 0,146 qr və 0,039 qram, ümumi təmiz çəkisi - 0,287 qram olan, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin və 01 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,18 qram olan, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marxiuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona 0,287 qram olan psixotrop maddə metamfetaminin qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlaması ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, Balakən şəhəri, Heydər Əliyev prospekti ev 35, mənzil 1-də ailə üzvləriylə birlikdə yaşayır. Evlidir, 1 azyaşlı övladı var. Əvvəllər Balakən Rayon Məhkəməsinin hökmüylə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunub. Şəki Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qərarı ilə 02 ay 22 gün vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. 25 avqust 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. 19 fevral 2021-ci il tarixdə, saat təxminən 12 radələrində Balakən şəhəri ərazisində yerləşən “Kapital” bankın yaxınlığından piyada gedərkən yolun kənarında 1 ədəd siqaret qutusuna aid sellofanın içində kağız bükümlər olduğunu görmüşdür. Həmin sellofanı götürüb, içərisindəki bükümlərə baxdıqda, 1 ədəd bükümün içərisində nəşə adı ilə tanıdığı narkotik vasitə marixuana, digər 3 ədəd bükümdə isə “şüşə” adı ilə tanıdığı psixotrop maddəmetamfetaminin olduğunun şahidi olmuşdur. Narkotik istifadəçisi olduğu üçün həmin bükümləri götürüb üzərində saxlamışdır. Bükümlərin birinin içərisində olan “şüşə” adı ilə tanıdığı psixotrop maddə olan-metamfetamindən tapdığı gün bir dəfə gümüşü kağıza büküb yandırmaqla istifadə etmişdir. Həmin maddədən birinci dəfə idi ki, istifadə etmişdir. Qalan bükümləri isə istifadə etmək məqsədilə üzərində saxlamışdır. 23.02.2021-ci il tarixdə, saat təxminən 17 radələrində Balakən şəhəri, R.Səmədov küçəsi ilə piyada evə getdiyi zaman tanıdığı Ümid adlı şəxsin idarə etdiyi VAZ 2121 markalı avtomobil ilə yol getdiyini görüb, onu saxladıb və ondan xahiş edib ki, özünü evə çatdırsın. Avtomobilə əyləşib onunla birlikdə yolu davam edərkən, Balakən şəhəri ərazisində aşağı sürətlə hərəkətdə olmuşlar. Qarşıda Kamaz markalı yük avtomobili dayandığından, onlar da dayanmalı olmuşlar. Həmin vaxt qarşı tərəfdən gələn Balakən RPŞ-nin DYPB-nin YPX-nin işçilərinin idarə etdiyi avtomobil onları bir neçə metr ötüb saxlayaraq, tez onun sərnişin kimi əyləşdiyi avtomobilə yaxınlaşmışlar. Polis əməkdaşları ona üzərində narkotik saxlamaqda şübhəli olduğunu bildirmişlər. Məsələnin nə yerdə olduğunu başa düşüb, üzərində özü üçün istifadə etmək məqsədilə saxladığı narkotik vasitə olduğunu polis işçilərinə söyləmişdir. Polis işçiləri onu Balakən RPŞ-yə dəvət etmişlər. Daha doğrusu YPX-nin avtomaşınına əyləşərək, polis əməkdaşları ilə birlikdə Balakən RPŞ-yə gəlmişdir. Həmçinin Ümid də öz avtomobili ilə birlikdə Balakən RPŞ-yə dəvət olunmuşdur. Balakən RPŞ-də ona təqdim edilmiş vəkillərin siyahısından müdafiəçi olaraq seçdiyi vəkil Müdafiəçi iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla, üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl ona üzərində qanunsuz olaraq saxladığı əşya və ya maddə varsa, könüllü təqdim etmək təklif edilmişdir. Əynində olan gödəkçənin sağ yan cibində saxladığı 4 ədəd kağız bükümdəki narkotiki və “şüşə” adı ilə tanıdğı maddəni təqdim etmişdir. Üzərində şəxsi axtarış davam etdirilərkən əlavə heç nə aşkar edilməyib. Polis əməkdaşları tərəfindən həmin kağız bükümlərin içərisinə baxıldıqda, 1 ədəd bükümdə olan nəşə adı ilə tanıdığı narkotik vasitə olan marixuana və 3 ədəd bükümdə olan maddənin isə psixotrop maddə olan -metamfetaminə oxşadığını bildirmişlər. Elektron tərəzidə çəkilərkən narkotikin üzərindəki kağızla birlikdə çəkisi 0.35 qram olduğu məlum olub. Metamfetaminə oxşar maddə olan bükümlər kağızlarla birlikdə çəkildikdə isə, 0,24, 0,22, və 0,12 qram gəlib. Həmin 4 ədəd büküm 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq üzəri möhürlənib. Özü və digər iştirakçılar tərəfindən imzalanıb. Bundan sonra şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilib, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Balakən RPŞ-də ekspert rəyiylə tanış olarkən bilib ki, üzərindən aşkar edilmiş 1 ədəd kağız bükümdə saxladığı narkotik vasitə qurudulmuş marixunanaın təmiz çəkisi 0,18 qram, 3 ədəd kağız bükümdə saxladığı psixotrop maddə-metamfetaminin ümumi çəkisi isə 0,287 qramdır. Daha sonra isə Ümid adlı şəxsin idarə etdiyi VAZ-2121 markalı avtomobilə baxış keçirilib. Baxış zamanı avtomaşından qanunsuz saxlanılan əşya və vasitə aşkar edilməyib. Baxış keçirilməsi ilə bağlı protokol tərtib edilib, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Üzərindən aşkar olunmuş 3 ədəd bükümlərdə təmiz çəkisi 0,287 qram olan psixotrop maddə hesab edilən metamfetamini və 1 ədəd bükümdə təmiz çəkis 0,18 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı özü istifadə etmək üçün üzərində saxlamışdır. Üzərində saxladığı narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə hesab edilən metamfetamindən Şahid1 və ya başqa şəxslərin məlumatı olmamışdır. Həmin 4 ədəd bükümləri sellofandan çıxarıb, cibində saxlamışdır ki, ürəyi istədikdə özü üçün istifadə etsin. Bükümləri həmin vəziyətdə tapıb, yəni marixuananı və -metamfetamini bükümlərə özü bölüşdürməyib. Həmin vaxt yanında heç kim olmayıb və həmin bükümləri tapmağı haqda heç kimə bir söz deməyib. Törətdiyi əməlini səmimi olaraq etiraf edir və bu əməlindən peşmandır. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Özü xəstədir. Himayəsində bir azyaşlı uşağı vardır. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən rayonu Hənifə kəndində valideynləri və ailə üzvləriylə birlikdə yaşayır. 23.02.2021-ci il tarixdə, saat təxminən 16 radələrində atasına məxsus VAZ- 2121 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərək, Balakən şəhəri ərazisində hərəkətdə olduğu zaman tanıdığı Balakən şəhər sakini Təqsirləndirilən şəxs əllə işarə edib, onu saxlatmışdır. Onu tanıdığı üçün avtomaşını saxlamışdır. İslam avtomaşına əyləşərək, onu evlərinə çatdırmağını xahiş etmişdir. Balakən şəhəri ərazisində avtomaşınlar sıx hərəkət etdiyindən, avtomaşını asta surətlə idarə edərək, hərəkətdə olduğu zaman qarşıdan gələn yol-patrul xidməti avtomomaşını onu ötüb dayanmışdır. Həmin vaxt qarşıda hərəkət edən «Kamaz» markalı avtomobil dayandığından, özü də avtomaşını saxlamışdır. Həmin vaxtı YPX avtomaşınından düşən DYP əməkdaşları idarə etdiyi avtomaşına yaxınlaşmışlar. Polis əməkdaşları İslamdan avtomobildən düşməyi tələb etmiş, İslama üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. İslam da üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Onu YPX avtomobilinə əyləşdirmişlər. Həmçinin özünü də Balakən RPŞ-yə dəvət etmişlər. Balakən RPŞ-də Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə İslamın üzərində video çəkiliş aparılmaqla, şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı özü də iştirak etmişdir. Şəxsi axtarış başlanmazdan əvvəl polis işçisi İslamdan üzərində qanunsuz olaraq saxladığı vasitə və sair olub-olmaması haqda soruşduqda, İslam əynində olan gödəkçəsinin sağ yan cibindən 4 ədəd kağız bükümü çıxarıb, təqdim etmiş və bildirmişdir ki, 3 bükümdəki şüşə, 1 bükümdə olan isə nəşədir. Polis əməkdaşları tərəfindən həmin kağız bükümlərə baxıldıqda, 1 ədəd bükümdə narkotik vasitə olan marixuanaya oxşar bitki kütləsi və 3 ədəd bükümdəki psixotrop maddə olanmetamfetaminə oxşar maddə olduğu aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilərkən 1 ədəd bükümdəki marixuanaya oxşar bitki kütləsinin çəkisi kağız bükümlə birlikdə 0,35 qram, metamfetaminə oxşar 3 ədəd kağız bükümdəki kütlələrin çəkisi isə kağız bükümlərlə birgə 0,24, 0,22 və 0,12 qram gəlmişdir. Həmin 4 ədəd bükümlər 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq, üzəri möhürlənmişdir. Özü və digər iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Daha sonra idarə etdiyi avtomaşına videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı onun idarə etdiyi avtomaşından qanunsuz olaraq saxlanılan hər hansı əşya və ya vasitə aşkar edilməmişdir. İslam idarə etdiyi avtomaşına əyləşərkən onun üzərində narkotik vasitə olması barədə əvvəlcədən bilməmişdir. İslamı şəhər sakini kimi tanıyır və salam-kalamı var, onunla başqa əlaqəsi yoxdur. İslamın narkotik vasitələrdən istifadə etməsi və ya alqı satqısıyla məşğul olması barədə heç bir məlumatı yoxdur. İdarə etdiyi avtomaşın atasına məxsus olsa da, həmin avtomaşını idarə etmək üçün etibarnaməsi yoxdur, lakin sürücülük hüququ vardır. Bununla bağlı, yəni etibarnaməsi olmadan həmin avtomaşını idarə etdiyi üçün barəsində Balakən RPŞ-nin DYPB-də müvafiq inizibati tədbir görülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə olan vaxt Balakən RPŞ-nin DYPB-nin (Dövlət yol polisi bölməsi) baş yol-patrul inspektoru vəzifəsində xidmət etmişdir. 23.02.2021-ci il tarixdə, saat təxminən 16 radələrində YPXnin xidməti avtomaşınıyla YPX-nin inspektoru, polis serjantı Şahid3lə birlikdə Balakən şəhəri ərazisində xidmətdə olduqları zaman, şəhərin Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin sıx və asta surətlə hərəkət etdikləri hissədə hərəkətdə olan VAZ-2121 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşında əyləşmiş sərnişin, sonradan adı və soyadı ona məlum olan Təqsirləndirilən şəxs qeyri-adi hərəkətləri ilə özünü şübhəli aparması, həmin şəxsin narkotik vasitə istifadəçisi olması və üzərində narkotik vasitə saxlamasına şübhə doğurduğundan həmin avtomaşın tərəflərindən saxlanılmışdır. Avtomaşında olan sərnişin Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olması bildirildikdə o, üzərində narkotik vasitə saxladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs nəzarətləri altında YPX-nin avtomaşınına əyləşməsini bildirərək, öz iştiraklarıyla Balakən RPŞ-yə dəvət edilmişdir. Həmçinin qeyd olunan VAZ-2121 markalı avtomaşının sürücüsü, Balakən rayonu Hənifə kənd sakini olan Şahid1 tərəflərindən Balakən RPŞ-yə dəvət edilmişdir. Bu barədə tərəfindən raporla RPŞ-nin rəhbərliyinə məruzə edilmişdir. VAZ-2121 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşında olan şərnişin, Balakən şəhər sakini olan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan, müdafiəçisinin iştirakıyla şübhəli şəxs kimi tutulduqdan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı digər polis işçiləriylə birgə iştirak etmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə və sair varsa, könüllü təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs üzərindəki gödəkçəsinin sağ yan cibindən 04 ədəd xırda kağız bükümləri çıxararaq, masanın üstünə qoymuş və bildirmişdir ki, 3 bükümdəki «şüşə», 1 bükümdə olan isə «nəşə»dir. Həmin kağız bükümlərə baxıldıqda, 1 ədəd bükümdə narkotik vasitə olan marixuanaya oxşar bitki kütləsi və 3 ədəd bükümdəki psixotrop maddə olan-metamfetaminə oxşar maddə olduğu aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilərkən 1 ədəd bükümdəki marixuanaya oxşar bitki kütləsinin çəkisi kağız bükümlə birlikdə 0,35 qram, metamfetaminə oxşar 3 ədəd kağız bükümdəki kütlələr isə kağız bükümlərlə birgə 0,24, 0,22 və 0,12 qram gəlmişdir. Həmin 4 ədəd bükümlər 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq, üzəri möhürlənmişdir. Özü və digər iştirakçılar zərfin üzərini imzalamışlar. Həmçinin şəxsi axtarış aparılması haqda təhqiqatçı tərəfindən tərtib edilmiş protokolun doğru olması hər bir iştirakçı ilə yanaşı, tərəfindən də imzalanmışdır. Daha sonra Şahid1 idarə etdiyi VAZ-2121 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşına videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı həmin avtomaşından qanunsuz olaraq saxlanılan hər hansı əşya və ya vasitə aşkar edilməmişdir. Bu barədə tərtib edilmiş protokolun doğru olması tərəfindən imzalanmışdır. VAZ 2121 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən Şahid1 idarə etdiyi həmin avtomaşının onun atasına məxsus olduğu və həmin avtomaşını idarə etmək üçün onun etibarnaməsinin olmadığı müəyyən olunmuşdur. Bununla bağlı Şahid1 barəsində müvafiq inzibati tədbir görülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Şahid3 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid3 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid3 da Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 23 fevral 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, 23 fevral 2021-ci il tarixdə Balakən şəhəri, Heydər Əliyev prospekti ev 35 mənzil 1-də yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olması barədə daxil olmuş məlumat əsasında 23.02.2021-ci il tarixdə saat 18:05dən 18:40-dək olan müddətdə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindəki gödəkçəsinin sağ yan cibində 4 ədəd kağız bükümlərdə saxladığı, onlardan 03 ədəd kağız bükümlərdə psixotrop maddə metamfetaminə oxşar kütləni və 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini cibindən çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddəni və narkotik vasitəni özü üçün istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş psixotrop maddə-metamfetaminə oxşar kütlə və narkotik vasitə marixuanaya bənzər yaşıl bitki kütləsi elektron tərəzidə çəkilərkən, 03 ədəd kağız bükümlərdə olan psixotrop maddə-metamfetaminə oxşar kütlənin ayrıayrılıqda kağız bükümlərlə birgə təxmini çəkiləri - 0,24, 0,22 və 0,12 qram, 01 ədəd kağız zərfdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin kağız bükümlə birgə təxmini çəkisi 0,35 qram olmuşdur. Həmin 04 ədəd kağız bükümlərdə olan kütlələr 01 ədəd kağız zərfə qoyularaq, qablaşdırılmış, DİN-nin 185 nömrəli möhürü ilə möhürlənib, maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman qeyd olunanlardan əlavə qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Şəxsi axtarış “Panasonik” markalı videokamera ilə qeydə alınmış, şəxsi axtarış zamanı iştirakçılar tərəfindən hər hansı şikayət və vəsatət daxil olmamışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 23 fevral 2021-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə protokoldan görünür ki, 23 fevral 2021-ci il tarixdə Balakən şəhəri, Heydər Əliyev prospekti ev 35 mənzil 1-də yaşayan Təqsirləndirilən şəxs sərnişini olduğu, Balakən rayonu Hənifə kənd sakini Şahid1 idarə etdiyi VAZ-2121 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşına 23.02.2021-ci il tarixdə saat 18:55-dən 19:15-dək olan müddətdə baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan nəqliyyat vasitəsindən qanunsuz olaraq saxlanılan kütlə və vasitə, həmçinin əşya və ya predmet aşkar edilib götürülməmişdir. Şahid1 idarə etdiyi avtomaşına baxış “Panasonik” markalı videokamera ilə qeydə alınmış, baxış zamanı iştirakçılar tərəfindən hər hansı şikayət və vəsatət daxil olmamışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-bioloji, materialların məhkəmə ekspertizasının 24 fevral 2021-ci il tarixli, 17/152 nömrəli rəyində göstərilmişdir ki,-Tədqiqata təqdim edilmiş, üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 03 (üç) ədəd ağ-qara rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,102 qr., 0,146 qr. və 0,039 qr., ümumi təmiz çəkiləri - 0,287 qram olan maddələr “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan-metamfetamindir; həmin zərfin içərisindəki, 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi - 0,18 qram olan bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd:metamfetaminlərin ümumi təmiz çəkisi-0,287 qram, tədqiqata sərf edildi-0,06 qram, qalıq-0,227 qram. Qeyd: marixuananın təmiz çəkisi-0,18 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-0,16 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 103,65 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ambulator məhkəmənarkoloji ekspertizanın 15 aprel 2021-ci il tarixli, 380 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 23 fevral 2021-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma haqqında protokoldan görünür ki, 23 fevral 2021-ci ildə saat 17:40-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 25 fevral 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Əzizov X4 RPŞ-nin MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 dekabr 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 384815 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 17.11.2019-cu il tarixdə doğulmuş X5 adında bir azyaşlı uşaq vardır. İş materiallarından həmçinin görünür ki,Əzizov X4 Rayon Məhkəməsinin 27 fevral 2019cu il tarixli, 1 (019)-9/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 16 sentyabr 2018-ci il tarixdən 18 sentyabr 2018-ci il tarixə kimi tutulub saxlandığı 02 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuş, cəza çəkmə müddətinin əvvəli 27 fevral 2019-cu il tarixdən hesablanmış, Şəki Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli, 7 (075)-121/2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq iki ay iyirmi iki gün vaxtından əvvəl azad edilmiş, o, 25.08.2020-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Mərkəzi X2 Şəxsinin 11.03.2021-ci il tarixli, 79 nömrəli məktub-arayışından görünür ki, Təqsirləndirilən şəxs psixiatriya kabinetində qeydiyyatda yoxdur. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında 10 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 0,287 qram psixotrop maddə-metamfetaminin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,227 qramı və 0,18 qram narkotik tərkibli çətənə (kannabis) biktisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,16 qramı maddi sübut kimi tanınaraq, saxlanması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın və Şahid1 idarə etdiyi VAZ-2121 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşına keçirilən baxışın videogörüntüləri əks olunmuş 02 ədəd CD diski sübut kimi qiymətləndirilərək, cinayət işinə əlavə edilmişdir. Beləliklə, işdəki sübutlarla Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə -metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlama cinayət əməlini törətməsi təsdiq olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin qanunla təsdiq edilmiş psixotrop maddələrin siyahısında (İİ siyahı) bu miqdar psixotrop maddə olan metamfetamin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixdə, saat 12 radələrində Balakən şəhəri ərazisində yerləşən «Kapital» bankın yaxınlığından, yolun kənarından bir ədəd siqaret qutusunun üzərindəki sellofana bükülmüş vəziyyətdə satış məqsədi olmadan, qanunsuz olaraq 03 ədəd kağız bükümlərdə təmiz çəkiləri 0,102 qram, 0,146 qram və 0,039 qram olmaqla ümumi təmiz çəkisi 0,287 qram olan psixotrop maddə-metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlaması ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixdə, saat 12 radələrində Balakən şəhəri ərazisində yerləşən «Kapital» bankın yaxınlığından, yolun kənarından bir ədəd siqaret qutusunun üzərindəki sellofana bükülmüş vəziyyətdə satış məqsədi olmadan, qanunsuz olaraq 03 ədəd kağız bükümlərdə təmiz çəkiləri 0,102 qram, 0,146 qram və 0,039 qram olmaqla ümumi təmiz çəkisi 0,287 qram olan psixotrop maddə-metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlaması ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 19 fevral 19 fevral 2021-ci il tarixdə, saat 12 radələrində Balakən şəhəri ərazisində yerləşən «Kapital» bankın yaxınlığından, yolun kənarından 01 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,18 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı taparaq, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərindəki gödəkçəsinin sağ yan cibində öz istifadəsi məqsədi ilə daşıyaraq saxlaması, 23 fevral 2021-ci il tarixdə, saat 17 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əzizov X4 RPŞ-yə dəvət edilərək, şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış aparılarkən, onun üzərindəki gödəkcəsinin sağ yan cibindən 01 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,18 qram olan, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marxiuananın aşkar edilərək götürülməsi barədə verilmiş ittiham ona qarşı irəli sürülən ümumi ittihamdan xaric edilməlidir. Belə ki, ittiham aktında Təqsirləndirilən şəxs həmçinin 19 fevral 19 fevral 2021-ci il tarixdə, saat 12 radələrində Balakən şəhəri ərazisində yerləşən «Kapital» bankın yaxınlığından, yolun kənarından 01 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,18 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı taparaq, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərindəki gödəkçəsinin sağ yan cibində öz istifadəsi məqsədi ilə daşıyaraq saxlaması və 23 fevral 2021-ci il tarixdə, saat 17 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əzizov X4 RPŞ-yə dəvət edilərək, şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış aparılarkən, onun üzərindəki gödəkcəsinin sağ yan cibindən 01 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,18 qram olan, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marxiuananın aşkar edilərək götürülməsi istinad olunmuşdur. Halbuki qanunvericiliyə görə Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixdə, saat 12 radələrində 01 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,18 qram olan narkotik tərkibili çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı taparaq, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib, öz istifadəsi məqsədi ilə daşıyaraq saxlaması onun əməlində CM-nin 234.1-ci maddənin tərkibini yaratmır, bu əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 206-cı maddəsinin tərkibini yaradır. Belə ki, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısında şəxsin o cümlədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edilməsi, daşınması və saxlanmasına gösrə cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə-qurudulmuş marixunanın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram təşkil etməlidir. Başqa sözlə qanun normasının tələbinə əsasən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı o cümlədən əldə etməsi, daşıması və saxlamasına görə cinayət məsuliyyətinə cəlb edilə bilməsi üçün həmin qurudulmuş marixuananın miqdarı azından 5 qram olmalıdır. Qanuna görə qurudulmuş marixuananın bu 5 qramdan aşağı miqdarı şəxsi istehlak miqdarı sayılır ki, onun da əldə edilməsi, daşınması və saxlanmasına görə də cinayət məsuliyyəti müəyyən edilməmişdir. Bu 5 qram miqdardan aşağı miqdarda, yəni şəxsi istehlak miqdarında narkotik vasitə qurudulmuş marixuananın satış məqsədi olmadan əldə edilməsi, saxlanması, daşınmasına görə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs müəyyən edilmişdir. İşdəki sübutlardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilən və ona satış məqsədi olmadan qanunsuz olaraq əldə edilməsi, daşınması və saxlanması istinad edilən narkotik vasitə qurudulmuş marixuananın miqdarı 0,18 qram olmuşdur, yəni şəxsi istehlak miqdarından artıq miqdarda deyil, şəxsi istehlak miqdarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs əməlində onda aşkar edilmiş şəxsi istehlak miqdarında-0,18 qram qurudulmuş marixuananın satış məqsədi olmadan əldə edilməsi, daşınması və saxlanmasına görə CM-nin 234.1-ci maddəsinin tərkibm deyil, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi yaranır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 19 fevral 19 fevral 2021-ci il tarixdə, saat 12 radələrində Balakən şəhəri ərazisində yerləşən «Kapital» bankın yaxınlığından, yolun kənarından 01 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,18 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı taparaq, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərindəki gödəkçəsinin sağ yan cibində öz istifadəsi məqsədi ilə daşıyaraq saxlaması, 23 fevral 2021-ci il tarixdə, saat 17 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əzizov X4 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış aparılarkən, onun üzərindəki gödəkcəsinin sağ yan cibindən 01 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,18 qram olan, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marxiuananın aşkar edilərək götürülməsi barədə Təqsirləndirilən şəxs verilən ittiham ona qarşı irəli sürülən ümumi ittihamdan xaric edilməli və Təqsirləndirilən şəxs ona istinad olunan şəxsi istehlak miqdarında-0,18 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, daşıması və saxlamasına görə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün hazırki hökmün surəti və müvafiq iş materialları Balakən Rayon Polis Şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Bu qanun normasının tələbinə əsasən məhkəmə himayəsində bir azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Əzizov X4 Rayon Məhkəməsinin 27.02.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 bir il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli qərarı ilə bu cəzanın 02 ay 22 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş müddətdə qəsdən hazırkı CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qanun normasının tələbinə görə onun əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratdığından ona Azərbaycan Respublikası CM-nin 65.2-c maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri əsasında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 fevral 2021-ci il tarixdən 25 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı iki gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, bu cəzaçəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratdığından və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə uyğun olaraq o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2021-ci il tarixli, 380 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X2 Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri olan 103.65 (bir yüz üç manat 65 qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Əzizov İslam Əjdər oğlunun üzərindən götürülmüş 0,287 qram çəkidə psixotrop maddəmetamfetaminin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,227 qramı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 0,18 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) biktisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,16 qramı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılanadək Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın və Şahid1 idarə etdiyi VAZ-2121 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşına keçirilən baxışın videogörüntüləri əks olunmuş 02 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 23 fevral 2021-ci il tarixdən 25 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı 22 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 19 fevral 19 fevral 2021-ci il tarixdə, saat 12 radələrində Balakən şəhəri ərazisində yerləşən «Kapital» bankın yaxınlığından, yolun kənarından 01 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,18 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı taparaq, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərindəki gödəkçəsinin sağ yan cibində öz istifadəsi məqsədi ilə daşıyaraq saxlaması, 23 fevral 2021-ci il tarixdə, saat 17 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əzizov X4 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış aparılarkən, onun üzərindəki gödəkcəsinin sağ yan cibindən 01 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,18 qram olan, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marxiuananın aşkar edilərək götürülməsi barədə Təqsirləndirilən şəxs verilmiş ittiham ona qarşı irəli sürülən ümumi ittihamdan xaric edilsin; Təqsirləndirilən şəxs ona istinad edilən şəxsi istehlak miqdarında-0,18 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, daşıması və saxlamasına görə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün hazırki hökmün surəti və müvafiq iş materialları Balakən Rayon Polis Şöbəsinə göndərilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X2 Şəxsinə göndərilsin. İş üzrə 103.65 (bir yüz üç manat 65 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Əzizov İslam Əjdər oğlunun üzərindən götürülmüş 0,287 qram çəkidə psixotrop maddə-metamfetaminin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,227 qramı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; 0,18 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) biktisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,16 qramı Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılanadək Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılsın; Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın və Şahid1 idarə etdiyi VAZ-2121 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşına keçirilən baxışın videogörüntüləri əks olunmuş 02 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar