Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-39/2022 06.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx xxxxxxxx 1968-ci ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının sonlarında Balakən rayonunun Poştbinə kəndi ərazisindən keçən “Mazımçay” çayının kənarından tapıb qəsdən, qanunsuz olaraq, əldə etdiyi 1 ədəd “LE 3110” nömrəli 7.62 mm kalibrli, “TT” (Tula-Tokarev) konstruksiyalı 1942-ci ildə Rusiyada zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı yivli-odlu döyüş silahı hesab edilən tapançanı, 1 ədəd 7.62 mm kalibrli “TT” konstruksiyalı tapançalarda, “PPŞ”, “PPS” konstruksiyalı tapança-pulemyotlarda, yəni yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab edilən, istifadəyə yararlı 1 ədəd patronu və 1 ədəd tapançanın komplekt hissəsi olmaqla 8 ədəd 7.62 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış “TT” konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçanı üzərində daşıyaraq əvvəlcə yaşadığı ünvan 2 ünvanda yerləşən toyuq hininin içərisində gizlədərək saxlamış, daha sonra isə 13 yanvar 2022-ci il tarixdə saat 18 radələrindən başlayaraq əynindəki tünd göy rəngli cins şalvarın kəmər taxılan yerin qabaq sol iç hissəsində daşıyıb saxlamaqla üzərində gəzdirmişdir. 12 yanvar 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdə saat 19:35-dən saat 20:10-dək üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, qanunsuz olaraq, əldə edib daşıyaraq əvvəlcə yaşadığı evin həyətində yerləşən toyuq hininin içərisində saxladığı, daha sonra isə 13 yanvar 2022-ci il tarixdə saat 18 radələrindən başlayaraq üzərində daşıyıb saxlamaqla gəzdirdiyi 1 ədəd “LE 3110” nömrəli 7.62 mm kalibrli, “TT” (Tula-Tokarev) konstruksiyalı 1942-ci ildə Rusiyada zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı yivli-odlu döyüş silahı hesab edilən tapança, 1 ədəd 7.62 mm kalibrli “TT” konstruksiyalı tapançalarda, “PPŞ”, “PPS” konstruksiyalı tapança-pulemyotlarda, yəni yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab edilən istifadəyə yararlı patron və 1 ədəd tapançanın komplekt hissəsi olmaqla 8 ədəd 7.62 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış “TT” konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqça Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın kəmər taxılan yerin qabaq sol iç hissəsindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən şəhəri A.Məmmədov küçəsi dalan 2 ev 2 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşamışdır. 2021-ci ilin avqust ayının sonlarında rayonun Poştbinə kəndi ərazisindən keçən “Mazımçay” çayına çimmək üçün getmişdir. Həmin vaxtı çayın kənarında yerdə bir ədəd sellofan bükülünün olduğunu görmüşdür. Həmin sellofan bükülünü götürmüş və içərisinə baxdığı zaman içərisində 1 ədəd TT markalı tapançaya oxşar silahın, həmin silahın 1 ədəd sandığı və 1 ədəd patronun olduğunu görmüşdür. Həmin tapança və hissələri bir-birindən ayrı olsalar da sellofanın içərisində olmuşlar. Bundan sonra o, tapdığı 1 ədəd tapançanı, 1 ədəd sandığı və 3 ədəd patronu maraqlı olduğu üçün saxlamaq məqsədi ilə özü ilə birlikdə yaşadığı evə gətirmiş, daha sonra isə evin həyətində yerləşən toyuq hininin içərisində şiferin altında saxlamışdır. İlk əvvəl tapdığı 1 ədəd tapançanı, 1 ədəd sandığı və 1 ədəd patronu polisə təqdim etmək istəmiş, lakin qorxub təqdim etməmişdir. 12.01.2022-ci il tarixdə isə saat təxminən 18 radələrində həmin tapdığı 1 ədəd tapançanı, 1 ədəd sandığı və 1 ədəd patronu saxladığı toyuq hininin içərisindən götürərək meşəlik əraziyə apararaq saxlamaq istəmişdir. Çünki, həmin silahın evdə övladının əlinə keçərək hadisə baş verməsindən çəkinmişdir. Bu məqsədlə də içərisində bir ədəd sandıq, həmin sandığın içərisində də bir ədəd patron olan TT markalı tapancanı əynindəki tünd göy rəngli cins şalvarın kəmər taxılan yerin qabaq sol iç hissəsində saxlayaraq yaşadığı A.Məmmədov küçəsinə çıxmışdır. Bir müddət küçədə dayandıqdan sonra meşəlik əraziyə getmək istəmiş,bu zaman sonradan polis əməkdaşları olaraq bildiyi şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində qanunsuz olaraq odlu silah saxlamağında şübhəli olduğundan onu Balakən RPŞ-yə dəvət etmişlər. O da polis əməkdaşlarına heç bir etiraz etmədən polis şöbəsinə gəlmişdir. Balakən rayon polis şöbəsində ona təqdim edilmiş vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi iştirakı ilə üzərində silah saxlamağında şübhəli olduğundan şübhəli şəxs kimi tutulmuş və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz olaraq saxlanılan əşya olub-olmadığı soruşulmuş, o da əynindəki tünd göy rəngli cins şalvarın kəmər taxılan yerin qabaq sol iç hissəsində saxladığı 1 ədəd LE 3110 nömrəli 1942 yazıları olan tapançanı çıxarıb təqdim etmişdir. Həmçinin tapançaya baxıldıqda da içərisində bir ədəd patron olan bir ədəd sandıqça da aşkar edilmişdir. Daha sonra polis əməkdaşları onun təqdim etdiyi 1 ədəd tapançanı, 1 ədəd sandığı və 1 ədəd patronu 1 ədəd kağız zərfdə qablaşdırmış, üzərini möhürləmiş və maddi sübut kimi götürmüşlər. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Daha sonra isə üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunmuş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər.Bundan sonra da 13 yanvar 2022-ci il tarixli 17/43 saylı ekspert rəyi ilə tanış olduğu zaman üzərində saxladığı 1 ədəd “LE 3110” nömrəli 7.62 mm kalibrli, “TT” (Tula-Tokarev) konstruksiyalı 1942-ci ildə Rusiyada zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı yivliodlu döyüş silahı hesab edilən tapança, 1 ədəd 7.62 mm kalibrli patron “TT” konstruksiyalı tapançalarda, “PPŞ”, “PPS” konstruksiyalı tapança-pulemyotlarda yəni yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab edilən istifadəyə yararlı patron olduğunu və 1 ədəd tapançanın komplekt hissəsi olmaqla 8 ədəd 7.62 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış “TT” konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş sandıqça olduğunu bilmişdir.Əməlindən çox peşimandır.Bir daha belə əməllərə yol verməyəcəkdir. Himayəsində 80 yaşlı xəstə anası, iki azyaşlı uşağı vardır. Ailə vəziyyətini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Ziyad oğlu ifadəsində göstərdi ki, Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 12 yanvar 2022-ci il tarixdə Balakən şəhərində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq üzərində odlu silah və onun komplekt hissələrini saxlaması, daşıması və gəzdirməsi barədə Balakən RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə tərəfindən RPŞ-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra müvafiq göstəriş əsasında həmin gün saat təxminən 19 radələrində Təqsirləndirilən şəxs Balakən şəhəri ərazisində saxlanılaraq RPŞ-nə gətirilmiş və barəsində tədbir görülməsi məqsədilə RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs da əynindəki tünd göy rəngli cins şalvarın kəmər taxılan yerinin qabaq sol iç hissəsindən üzərində LE 3110 və 1942 yazıları olan bir ədəd tapançaya oxşar predmeti təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi LE 3110 və 1942 yazıları olan bir ədəd tapançaya oxşar predmetə baxılmış və bir ədəd patrona oxşar predmetin bir ədəd sandıqçaya oxşar predmetin içərisində olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin tapançaya oxşar predmeti haradan əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs da 2021-ci ilin avqust ayında çay kənarından tapdığını bildirmişdir. Bundan sonra bir ədəd tapançaya oxşar predmet, bir ədəd patrona oxşar predmet və bir ədəd sandıqçaya oxşar predmet bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılaraq DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, ucadan oxunmuş və protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək ifadəsində onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İşin 20-22-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 12 yanvar 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutularaq həmin gün saat 19:35-dən 20:10-dək olan müddətdə üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs Balakən rayon vəkillər bürosunun adlı siyahısından seçdiyi vəkil Müdafiəçi iştirakı ilə hüquq vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predmet, olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs da əynindəki tünd göy rəngli cins şalvarın kəmər taxılan yerin qabaq sol iç hissəsində saxladığı üzərində LE 3110 1942 yazıları olan bir ədəd tapançaya oxşar predmeti çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi LE 3110 1942 yazılı tapançaya oxşar predmetə baxıldıqda içərisində 1 ədəd patrona oxşar predmet olan sandıqçaya oxşar predmetin olduğu müəyyən edilmişdir. Daha sonra da Təqsirləndirilən şəxs təqdim etdiyi tapançaya oxşar predmetin haradan əldə edildiyi soruşulmuş, Təqsirləndirilən şəxs da həmin predmeti 2021-ci ilin avqust ayında çay kənarından tapdığını bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tapançaya oxşar predmet 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən iştirakçılar tərəfindən üzəri imzalanaraq götürülmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən hər-hansı qanunsuz əşya, predmet, vasitə aşkar edilməmişdir. Şəxsi axtarış Balakən RPŞ-nin baş inspektor kriminalisti X4 tərəfindən videokamera vasitəsilə qeydə alınmış və həmin videoçəkiliş disk formasında protokola əlavə olunmuşdur. Daha sonra da şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunmuş, ucadan oxunmuş, əlavə qeydlər, vəsatətlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. Videogörüntünün əks olduğu diskə məhkəmə iclasında baxılmış, protokolda göstərilənlərin düzgünlüyü müəyyən edilmişdir. İşin 30-33-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şəki Regional bölməsindən alınmış 13 yanvar 2022-ci il tarixli 17/43 nömrəli ekspert rəyindən göstərilmişdir: Tədqiqata təqdim edilmiş bir ədəd tapança 7,62 mm kalibrli olmaqla, "TT" (Tula-Tokarev) konstruksiyalı, " LE 3110" №li 1942-ci ildə Rusiyada zavod üsulu ilə istehsal edilmiş tapançadır, yivli-odlu döyüş silahdır, istifadəyə yararlıdır. - Tədqiqata təqdim edilmiş bir ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 7,62 mm kalibrli, "TT" konstruksiyalı tapançalarda, "PPŞ", "PPS" konstruksiyalı tapançapulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilir, istifadəyə yararlıdır. - Tədqiqata təqdim edilmiş bir ədəd predmet 08 ədəd 7,62 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış "TT" konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçadır (daraqdır), istifadəyə yararlıdır. - 1ədəd sandıq və 1 ədəd patron 7,62 mm kalibrli "TT" (Tula-Tokarev) konstruksiyalı, " LE 3110" № li tapançanın komplekt hissələridir. İşin 88-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 10.02.2022-ci il tarixli 011-1539-1222 saylı məktubdan görünür ki, 1 ədəd patron 7,62 mm kalibrli, " LE 3110" № li Tokarev (TT) konstruksiyalı tapançadan eksperimental qaydada atılmış “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik vaitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İşin 14-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 12 yanvar 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 12 yanvar 2022-ci ildə saat 19:25-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 68-71-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 14.01.2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 12 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İşin 85-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 04 fevral 2022-ci il tarixli 224 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır, himayəsində 01.07.1942-ci ildə anadan olmuş anası Layizət, 03.08.1980-ci ildə anadan olmuş arvadı Sevil, 26.07.2005-ci ildə anadn olmuş oğlu- Həsən və 01.05.2010-cu ildə anadan olmuş oğlu- İsmayıl vardır. İşin 86-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 80-81-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə iş üzrə şahidlər- Şahid2 və Şahid1 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayət əməlinin törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Döyüş sursatını qanunsuz əldə etmə, saxlama, daşımağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə cinayət əməlini təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır, onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, məhkumluğunun olmamasını, himayəsində bir nəfər azyaşlı uşağı ilə yanaşı 79 yaşlı anasının, bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzalarının nəzərdə tutulmasını, eyni zamanda Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30.60 (otuz manat 60 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Balakən rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış 1 ədəd “LE 3110” nömrəli 7.62 mm kalibrli, “TT” (Tula-Tokarev) konstruksiyalı 1942-ci ildə Rusiyada zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı yivli odlu döyüş silahı hesab edilən tapança, 1 ədəd 7.62 mm kalibrli zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab edilən istifadəyə yararlı patron və 1 ədəd tapançanın komplekt hissəsi olmaqla 8 ədəd 7.62 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış sandıqça hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının DİN-in silah sursat anbarına təhvil verilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin,1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 12 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə 30.60 (otuz manat 60 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN**********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış 1 ədəd “LE 3110” nömrəli 7.62 mm kalibrli, “TT” (Tula-Tokarev) konstruksiyalı 1942-ci ildə Rusiyada zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı yivli odlu döyüş silah hesab edilən tapança, 1 ədəd 7.62 mm kalibrli zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab edilən istifadəyə yararlı patron və 1 ədəd tapançanın komplekt hissəsi olmaqla 8 ədəd 7.62 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış sandıqça hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının DİN-in silah sursat anbarına təhvil verilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-39/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-39/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver