Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-39/2025 04.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs,onun müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs -xx xxxx 1994-cü il tarixdə Balakən rayonu Sarıbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,FİNxxxxxxx, evli, natamam orta təhsilli,fərdi əməklə məşğul olan,məhkum olunmamış, Balakən rayonu Sarıbulaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan,19 fevral 2025-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 08 fevral 2025-ci il tarixdə saat 01 radələrində qanunsuz olaraq, tamah niyyəti ilə Balakən rayonu Sarıbulaq kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə daxil olaraq sonuncuya məxsus tövlənin nəzarətsiz qaldığına əmin olub özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu niyyətini həyata keçirmək məqsədi ilə saxlanc yeri hesab edilən həmin tövlənin qıfılını güc tətbiq edərək dəmir parçası ilə açmaqla tövləyə daxil olaraq 01 baş, yaş yarım, diri çəkisi 80 kiloqram, təmiz ətinin çəkisi 40 kiloqram, Qarabağ qoyun cinsinə məxsus, xırdabuynuzlu, erkək cinsli heyvanı (qoç) oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidin ifadələri,işdə olan digər sübutların bilavasitə tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, hazırda Balakən rayon Sarıbulaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır.Fəhləliklə məşğul olur.Evlidir, iki azyaşlı uşağı vardır.Balakən rayon Sarıbulaq kənd sakini Zərərçəkmiş şəxs tanıyır,onun həmkəndlisidir. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur.Həmkəndli olaraq yaxşı münasibətləri var. Həmkəndlisi olduğu üçün, həmçinin Zərərçəkmiş şəxs tanıdığı üçün onun həyətində xırdabuynuzlu heyvanlar,yəni qoyun və qoç olduğunu bilmişdir.Zərərçəkmiş şəxs kənd təssərrüfatı işləri ilə məşğul olur,həmçinin xırdabuynuzlu heyvan saxlayır. Buna görə də Zərərçəkmiş şəxs həyətində heyvan saxlamaq üçün tikilmiş damdan bir baş xırdabuynuzlu heyvan oğurlamaq qərarına gəlmişdir.Bu barədə heç kimə bir söz deməmişdir. Fikirləşmişdir ki, heyvanı kəsib ətini yeyib istifadə edər. 08 fevral 2025-ci il tarixdə gecə saat 01 radələrində yaşadığı evdən kənd ərazisinə çıxmışdır. Daha sonra Balakən rayon Sarıbulaq kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin istiqamətinə tərəf gedib onun həyətinə daxil olmaq üçün yol hasarının yanında dayanmışdır.Həmin hasar limon kolundan ibarət hasardır. Əvvəlcə hasarın yanında dayanıb bir qədər gözləmişdir ki, həyətdə it olub-olmadığını, həmçinin həyətdə adam olub-olmadığını müəyyən etsin. Bir qədər dayanıb müşahidə aparmış və həyətdə it hürmədiyini və adam olmadığını görüb limon kolundan ibarət hasarın üzərindən həyətə keçmişdir. Daha sonra isə heyvanların saxlanıldığı tövlənin qapısının yanına getmşdir. Orada qapının üzərində qıfıl olduğunu görmüşdür. Bundan sonra qıfılı açmaq üçün tövlənin qarşısında balaca dəmir parçası tapmış və həmin dəmir parçasını qıfılın arasına salaraq qıfılı bağlanan yerindən qoparmış və yerdən tapdığı dəmiri və qıfılı yerə atmışdır. Lakin qıfıl qırılmamış sadəcə güc tətbiq etdiyi üçün bağlandığı yerdən çıxmış, yəni açılmışdır. Bundan sonra o, qoyunların olduğu yerə daxil olmuşdur. Əlində işıq olmasa da ən böyük olan qoç heyvanını seçə bilmiş və çölə çıxarmışdır. Sonra tövlədən tapdığı ipi heyvanın boynuna bağlamış, daha sonra isə qoçun boynuna bağladığı ipi dartaraq limon kolundan ibarət hasarın yanına gətirmişdir. Əvvəlcə baş və sinə nahiyyəsini limon kolundan ibarət hasarın üzərindən aşırıb daha sonra arxa tərəfini qaldırıb fındıq bağının içərisində olan yola keçirmişdir.Sonra həmin yolla çöl yoluna keçmişdir.Oradan çöl yolları ilə qoçu gətirib yaşadığı evə gəlmişdir.Daha sonra yaşadığı evə çatmış və qoçu kəsmişdir. Dərisini soymuş və təmizlədikdən sonra doğrayaraq ətini soyuducuya yığmışdır. Ailə üzvlərinə qoçu oğurlamağı barədə heç bir söz deməmişdir. Həyat yoldaşı Şahid demişdir ki, həmin qoçu ona tanışı verib və bunun əvəzində onun bağında iş görəcək. Həmin qoçun ətini dəfələrlə kabab çəkib öz evində ailə üzvləri ilə birlikdə yemişdir.Həmçinin bir hissəsini həyətində olan itlərə atmışdır ki, ət tez qurtarsın. Çünki Zərərçəkmiş şəxs qoçunun oğurlanması barədə polisə məlumat verəcəyini bildirmişdir.Buna görə də narahat olmuşdur ki,polislər onun həmin xırdabuynuzlu qoç heyvanını oğurladığını bilib onu tutacaqlar.12 fevral 2025-ci il tarixdə polis əməkdaşları onu Balakən rayon X4 polis bölməsinə dəvət etmişlər. Daha sonra o, izahat vermiş və Zərərçəkmiş şəxs həyətində olan damdan Fikrətə məxsus 01 baş xırdabuynuzlu qoç heyvanını oğurladığını etiraf etmişdir. Həmçinin göstərmişdir ki, arvadı Şahid evdə soyuducuda qalan həmin qoçun ətini həyətində olan itlərin qarşısına atmışdır və itlər həmin əti yemişdir.O, yoldaşı Şahid həmin qoçu oğurlaması barədə bir söz deməmişdir. Lakin polislər onu polis bölməsinə dəvət etdiklərini bildikdən sonra Nişanə onun həmin heyvanı oğurlayıb gətirməsindən şübhələnərək qoçun ətini itlərə atmışdır.Qeyd etmişdir ki, qoçun baş və ayaqlarını, həmçinin iç hissəsinin dərisini arabaya qoyaraq həmin gecə Balakən rayon Sarıbulaq kəndi ərazisinin kənarından keçən Mazım çayına tullamış və çayda axıb getmişdir.Həmçinin göstərmişdir ki, qoçun ətinin çəkisini müəyyən etmək üçün tərəzidə çəkməmişdir. Balakən rayon X4 polis bölməsində ona qarşı hər hansı pxisi və fiziki zor tətbiq edilməmişdir.O, vurulmuş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışdır, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Balakən rayon Sarıbulaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır.Fərdi əməklə məşğuldur.Özünə məxsus təsərrüfatında 26 ədəd xırda buynuzlu qoyunları vardır. Həmin qoyunlar üçün 2025-ci ilin yanvar ayının əvvəllərində Zaqatala rayonunda yerləşən Əliabad qəsəbəsinin bazarından bir baş, Qarabağ qoyun cinsinə məxsus, xırdabuynuzlu qoç heyvanını toxumluq üçün bazarda qoyun satan tanımadığı şəxsdən 500 manata almışdır. Həmin qoç yaş yarımlıq qoç olmuşdur. Diri çəkisi 80 kiloqram olmuşdur.Təmiz əti isə 40 kiloqram olmuşdur.O, qoyunları gündüz evinin arxasında olan torpaq sahəsinə salır. Qoyunlar həmin sahədə otlayırlar. Axşam isə həmin heyvanları tövləyə salaraq qapını qıfıl ilə bağlayır.08 fevral 2025-ci il tarixdə səhər təxminən saat 07:30 radələrində həyətə düşdüyü zaman qoyunların həyətdə olduqlarını görmüşdür. Lakin o, həmişə olduğu kimi əvvəlki günün axşamı qoyunları tövləyə salıb tövlənin qapısını qıfıl ilə bağlamışdır.Səhəri günü tövlənin qapısına baxdığında qapının açıq olduğunu və qapının üzərində olan qıfılın açıq vəziyyətdə qapının qarşısında yerdə olduğunu görmüşdür. Həmin vaxt kiminsə tövlədən oğurluq etdiyini düşünmüşdür.Sonra qoyunları saydığı zaman bir ədəd həmin qoç heyvanının olmadığını görmüşdür.Həmçinin həmin qoç heyvanı digər qoyunlardan böyük olmuş və qoyunlar arasında seçilmişdir. Sonra bir neçə gün qoç heyvanını tövlədən aparan şəxsin gəlib bu barədə ona deməsini gözləmiş, lakin heç kim ona bu barədə heç bir söz deməmişdir.Bu səbəbdən Balakən rayon X4 polis bölməsinə müraciət etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun həyətindəki tövlədən həmin qoçu oğurlayan Balakən rayon Sarıbulaq kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmçinin göstərmişdir ki, sonradan o, həmin qıfıla açarı salıb yoxladığı zaman qıfılın işlək vəziyyətdə olduğunu görmüşdür Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, hazırda Balakən rayon Sarıbulaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Heç yerdə işləmir. Təqsirləndirilən şəxs onun əridir.08 fevral 2025-ci il tarixdə gecə saat 02-03 radələrində əri Təqsirləndirilən şəxs yaşadığı evə bir baş xırdabuynuzlu heyvan, qoç gətirmişdir.Əri Əsəbəlidən həmin heyvanı haradan gətirdiyini soruşmuşdur.Çünki ailə vəziyyətləri kasıb olduğu üçün əri Əsəbəlinin nə isə almaq üçün pulu olmadığını bilmişdir. Həmçinin Əsəbəlinin həmin qoçu gecə saatlarında gətirməsi onu daha da şübhələndirmişdir ki,birdən həmin qoçu haradansa oğurlayıb gətirər.Əsəbəli ona bildirmişdir ki, həmin heyvanı ona tanışı verib və bunun əvəzində isə onun bağında iş görəcək.O, Əsəbəliyə tam olaraq inanmamışdır. Lakin Əsəbəli əvvəllər heç vaxt cinayət törətmədiyinə görə, həmçinin pul qarşılığında kənddə olan bağlarda iş gördüyünə görə demişdir ki, bəlkə hər hansı bir bağ sahibi pul qarşılığında iş görməsi üçün həmin xırdabuynuzlu qoçu əri Əsəbəliyə verib. Bundan sonra əri Əsəbəli qoçu kəsmiş,dərisini soymuş və təmizlədikdən sonra doğrayaraq ətini soyuducuya yığmışdır.Həmin qoçun ətini dəfələrlə kabab çəkib öz evlərində ailə üzvləri ilə birlikdə yemişlər.12 fevral 2025-ci il tarixdə polis əməkdaşlarının əri Əsəbəlini Balakən rayon X4 polis bölməsinə dəvət etmələrini eşitmişdir. Bu zaman o, Əsəbəlidən şübhələnməkdə haqlı olduğunu bilərək Əsəbəlinin evə gətirdiyi qoçun oğurluq olmasını düşünüb soyuducuda qalan qoçun ətini bütünlüklə həyətində olan itlərin qarşısına atmışdır. İtlərdə həmin əti yemişlər. Əri Əsəbəli qoçun baş ayaqlarını, həmçinin iç hissəsinin dərisini arabaya qoyaraq həmin gecə Balakən rayon Sarıbulaq kəndi ərazisinin kənarından keçən Mazım çayına tullamışdır. Balakən rayon X4 polis bölməsinə dəvət edildikdən sonra ona dəqiq məlum olmuşdur ki, əri Təqsirləndirilən şəxs evə gətirdiyi qoçu həmkəndlisi, Balakən rayon Sarıbulaq kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin həyətində olan xırdabuynuzlu heyvanlar saxlanılan damdan oğurlayaraq gətirmişdir. İşin 7-12-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş 11 fevral 2025-ci il tarixli Balakən RPŞ-nin TB-nin təhqiqatçısı X5 tərəfindən tərtib edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, Balakən rayonu Sarıbulaq kənd sakini Zərərçəkmiş şəxs Balakən RPŞ-nin Qabaqçöl PB-yə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə gecə saatlarında ona məxsus tövlədən bir baş qoç heyvanının oğurlandığını bildirməsi əsasında sonuncuya məxsus mal tövləsinə keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs hər gün axşam tövlənin qapısını qıfıl ilə bağladığını, xx.xx.2025-ci il tarixdə saat 07:30 radələrində həyətə düşdüyü zaman ona məxsus xırda buynuzlu heyvanları həyətdə gördüyünü, tövlənin qapısının açıq vəziyyətdə və qapı üzərində olan qıfılın qırılmış vəziyyətdə yerdə aşkar etdiyini, heyvanları saydığında bir ədəd 500 manat dəyərində qoç heyvanını aşkar etmədiyini, həmin gecə qoç heyvanının naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığını, qoç heyvanının oğurlanmasında heç kimdən şübhələnmədiyini, həyətindən başqa oğurluq olmadığını bildirmişdir.Baxış hal şahidlərinin iştirakı ilə keçirilmişdir.Baxış zamanı fotoşəkillər çəkilmiş və həmin fotoşəkillər baxış protokoluna əlavə edilmişdir. Baxış zamanı tərtib edilmiş protokol ucadan oxunmuş, əlavə şikayət və tələb daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 69-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 85-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İH-nin Sarıbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 28 aprel 2025-ci il tarixli 118 nömrəli arayışından görünür ki, Əliyev X2 rayonu Sarıbulaq kənd sakinidir. İşin 86-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İH-nin Sarıbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 28 aprel 2025-ci il tarixli 119 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində qardaşları, qardaşı arvadı və xx.xx.2016-cı il təvəllüdlü qızı Mətanət və xx.xx.2019-cu il təvəllüdlü oğlu X6 vardır. İşin 87-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İH-nin Sarıbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. İşin 90-92-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspretizasının 03 aprel 2025-ci il tarixli 9/1867 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 baş, yaş yarım, diri çəkisi 80 kiloqram,təmiz ətinin çəkisi 40 kiloqram,Qarabağ cinsinə məxsus, xırdabuynuzlu erkək cinsli heyvanın (qoç) 2025-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 600 manat müəyyən edilir. İşin 94-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizəsində göstərilmişdir ki, istintaq dövründə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödəmişdir. Ona dəymiş ziyanın ödənməsini və Təqsirləndirilən şəxs hər hansı bir şikayətinin olmadığının nəzərə alınmasını xahiş edir. İşdə olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs Balakən Rayon Məhkəməsinə verdiyi ərizəsində göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxsdir. İş üzrə təqsirləndirilən şəxs ona vurduğu 600 manatı tam ödəmişdir.Onunla barışmışdır, şikayət və tələbi yoxdur, yüngül cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137.Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144.Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1.Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs və Şahid məhkəmə iclasında verdiyi ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə,eynizamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir,həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir,təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması,zərərçəkmiş şəxslə barışıq əldə etməsi,vurulmuş zərəri könüllü olaraq tam ödəməsi Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq,törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini,əməlini etiraf etməklə əməlindən peşiman olmasını,yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları,cəzanı ağırlaşdıran halların olmamasını,habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir.Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların icrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə göstərilən hüquq normalarının tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, onun üzərinə Balakən rayonu Sarıbulaq kəndi ünvanındakı yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 7 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 11 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 77 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-nin X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasını yaşayış yeri üzrə çəksin.Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Sarıbulaq kəndi ünvanındakı yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayonu İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 77 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-39/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-39/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver