Məhkəmə qərarları › İş №1(019)-4/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-4/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-4/2023 14.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Hənifə Bələdiyyəsinin nümayəndəsi Nümayəndə,müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1974-cü il tarixdə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, barəsində başqa cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 cəza çəkən, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla həbs olunan vaxta kimi həmin kənddə yaşamış- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 259.2.4-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, qəsdən, tamah niyyəti ilə, qanunsuz olaraq, külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz ağac kəsmə cinayət əməlini törətmiş, belə ki, o, Balakən rayonu Hənifə Bələdiyyəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdıqdan sonra ağac kəsməli olduğu halda, bunları etməyərək 2021-ci ilin aprel ayının sonlarında Hənifə kəndinin Kortala Meşəbəyliyinin 1 saylı dolayısı ilə həmsərhəd olan ərazisində yerləşən Hənifə bələdiyyəsinə məxsus olan torpaq sahəsindəki, həmin Bələdiyyənin mülkiyyətində olan ağacları, qəsdən, tamah niyyəti ilə, qanunsuz olaraq kəsmək qərarına gəlmiş, bu məqsədlə 06 ədəd 20 sm diametrində hər biri 180 manat olmaqla 1080 manat dəyərində, 01 ədəd 22 sm diametrində 200 manat dəyərində, 02 ədəd 23 sm diametrində hər biri 200 manat olmaqla 400 manat dəyərində, 04 ədəd 24 sm diametrində hər biri 200 manat olmaqla 800 manat dəyərində, 04 ədəd 25 sm diametrində hər biri 250 manat olmaqla 1000 manat dəyərində, 01 ədəd 26 sm diametrində 250 manat dəyərində, 11 ədəd 28 sm diametrində hər biri 250 manat olmaqla 2750 manat dəyərində, 22 ədəd 30 sm diametrində hər biri 300 manat olmaqla 6600 manat dəyərində, 07 ədəd 32 sm diametrində hər biri 300 manat olmaqla 2100 manat dəyərində, 02 ədəd 33 sm diametrində hər biri 350 manat olmaqla 700 manat dəyərində, 02 ədəd 34 sm diametrində hər biri 350 manat olmaqla 700 manat dəyərində, 03 ədəd 35 sm diametrində hər biri 350 manat olmaqla 1050 manat dəyərində, 01 ədəd 36 sm diametrində 350 manat dəyərində, 03 ədəd 38 sm diametrində hər biri 400 manat olmaqla 1200 manat dəyərində, 17 ədəd 40 sm diametrində hər biri 400 manat olmaqla 6800 manat dəyərində, 02 ədəd 42 sm diametrində hər biri 500 manat olmaqla 1000 manat dəyərində, 02 ədəd 43 sm diametrində hər biri 550 manat olmaqla 1100 manat dəyərində, 01 ədəd 44 sm diametrində 600 manat dəyərində, 01 ədəd 48 sm diametrində 800 manat dəyərində, 01 ədəd 50 sm diametrində 900 manat dəyərində, 01 ədəd 60 sm diametrində 1400 manat dəyərində, 01 ədəd 62 sm diametrində 1500 manat dəyərində qızılağac ağaclarını və 01 ədəd 62 sm diametrində 1500 manat dəyərində söyüd ağacını ümumilikdə 96 (doxsan altı) ədəd yaş, köküstə ağacları özününkü kimi təqdim edib həmin ağacların öz sifarişi əsasında Şahid1 və Şahid2 tərəfindən kəsilməsinə nail olaraq Hənifə Bələdiyyəsinə külli miqdarda, yəni 34780 (otuz dörd min yeddi yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qəsdən, tamah niyyəti ilə, qanunsuz olaraq ağac kəsmə cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ona CM-nin 259.1-ci maddəsilə ittiham verilməli olmaqla özünü CM-nin 259.1-ci maddəsilə təqsirli bilərək, ifadəsində göstərdi ki, azadlıqda olduğu müddət ərzində fərdi əməklə məşğul olaraq ailəsini dolandırmışdır. Əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamışdır, hazırda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Balakən Rayon Məhkəməsi tərəfindən ona təyin edilmiş 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkir. Rayonun Hənifə kəndinin meşəlik ərazi ilə həmsərhəd olan ərazisində özünə məxsus ferması və balıq gölü vardır. 2021-ci ilin aprel ayının sonlarında balıq gölləri və fermasının yaxınlığındakı Bələdiyyə ərazilərindən həmin kənd ərazisində yaşayan və yanacağı olmayan şəxslər özləri üçün ağacları kəsib oduncaq edərək aparmışlar. O da həmin şəxslərdən hansı səbəbə ağacları kəsmələrini soruşduqda ona “sənə aidiyyəti yoxdur, bələdiyyə mülkiyyətində olan ağaclardır” deyə cavab vermişlər. Həmçinin ehtiyacları olduğu üçün kəsib apardıqlarını bildirmişlər. Buna görə də o, həmin şəxslərə başqa nə isə deməmişdir. Bundan sonra xatırladığı qədəri ilə 2021-ci ilin iyun ayında 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə Hənifə Bələdiyyəsinin iştirakı ilə həmin ərazidən qanunsuz ağacların kəsildiyi əraziyə baxış keçirilərək sənədləşmə işləri aparılmışdır. Bildirir ki, onun göstərişi əsasında Şahid1 tərəfindən Balakən rayonu Hənifə Bələdiyyəsinə məxsus diametri 28 sm və dəyəri 250 manat olan 1 ədəd qızılağac, diametri 40 sm və dəyəri 400 manat olan 1 ədəd qızılağac, diametri 44 sm və dəyəri 400 manat olan 1 ədəd qızılağac və diametri 48 sm və dəyəri 400 manat olan 1 ədəd qızılağac olmaqla ümumi dəyəri 1450 manat dəyərində olan 4 ədəd qızılağac cinsindən olan ağaclar kəsilmişdir ki, o, həmin 4 ədəd qızılağac cinsindən olan ağacların kəsilməsinə görə məsuliyyət daşıyır. Başqa Hənifə Bələdiyyəsinə məxsus olan hər hansı ağacı kəsməmiş və ya kəsilməsinə göstəriş verməmişdir. 91 ədəd qızılağac ağaclarının və 01 ədəd söyüd ağacının kəsilməsinin ona heç bir aidiyyəti yoxdur. Şahid2 da bələdiyyə meşəsində və ya ərazisində deyil, onun fermasında olan bir neçə ağacı kəsmişdir ki, həmin ağacların bələdiyəyə aidiyyəti yoxdur. Həmin ferma ağacları bu 96 ağaca aid deyildir və onun xüsusi mülkiyyətində olmuşdur. Şahid2 və ya başqa kiməsə 2021-ci ilin aprel ayının sonlarında fermasının yaxınlığında yerləşən balıq gölünün ətrafından və ya başqa yerdən qızılağac və ya başqa ağacların kəsilməsinə göstəriş verməmişdir. Bundan başqa Nümayəndə ifadəsində göstərdiyi xüsusatlar tamamilə yalandır. Onun qeyd olunan ərazidən Şahid3 və ya başqa kiminsə ağac kəsməsindən məlumatı olmamışdır. Bunun üçün də Nümayəndə yalan deyir. Şahid6 2021-ci ilin aprel ayının sonlarında onun yanına gələrək qaz yandırmaq üçün imkanının olmadığını, bunun üçün də balıq gölünün ətrafından çırpı aparmaq istədiyini bildirmişdir. O da Nərimana balıq gölünün ətrafına və içərisinə çırpı töküldüyünü, lakin həmin çırpının kimin tökdüyünü bilmədiyini, bunun üçün də həmin çırpını apara biləcəyini demişdir. Nərimanın və ya digər şəxslərin ibtidai istintaqda hansı səbəbə onun ağacları kəsdiyini bildirmələrini də başa düşə bilmir. Həmçinin o, düşünür ki, onun hazırda həbsdə olmağından istifadə edərək onun adını çəkmişlər. Onun əməlinin CM-nin 259.2.4-cü maddəsindən həmin Məcəllənin 259.1-ci maddəsinə tövsif edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Hənifə Bələdiyyəsininin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq Balakən rayonu Hənifə Bələdiyyəsinin vergi müfəttişi vəzifəsində xidmət aparır. 2021-ci ilin aprel ayının sonlarında dəqiq xatırlamadığı tarixdə Bələdiyyə sədri Şahid4 ona telefonla zəng edərək, kənd sakini olan Təqsirləndirilən şəxs məxsus balıq göllərinin yaxınlığında qanunsuz ağacların kəsilməsi faktının olduğunu, bunun üçün də əraziyə gedərək bu barədə maraqlanmağını xahiş etmişdir. O da Oqtaya həmin əraziyə yaxın olduğu üçün gedəcəyini bildirmişdir. Bir müddət sonra Oqtayın ona bildirdiyi yerə getdiyi zaman Şahid3 özünə məxsus UAZ markalı avtomaşına kök hissəsindən kəsilmiş qızılağac ağaclarını yüklədiyini görmüşdür. Həmin ağacların kəsildiyi ərazinin Hənifə Bələdiyyəsinin ərazisi olduğu üçün Nasruddindən nə məsələ olduğunu soruşmuşdur. Bu zaman Nasruddin ona həmin ağacların Təqsirləndirilən şəxs tərəfindən satıldığını, bunun üçün də öz maşınına yüklədiyini bildirmişdir. O da bu barədə yenidən Şahid4 zəng etdikdə rəsmi olaraq lazımı orqanlara müraciət edəcəyini bildirmişdir. Daha sonra Nasruddin həmin ərazidən olan ağacların Bələdiyyəyə məxsus olduğunu bildiyi üçün oradan uzaqlaşaraq getmişdir. Həmçinin həmin vaxt Mübarizlə Şahid4 telefonla danışmış, bu zaman Oqtay Mübarizə “bəs deyilmi sənin etdiklərin niyə təbiətə ziyan vurursan hansı səbəbə icazə almadan ağacları kəsirsən» demiş, Mübariz də konkret olaraq bir cavab verə bilməmişdir. Buna görə də o, oradan uzaqlaşaraq getmişdir. Həmçinin xatırladığı qədəri ilə bir gün sonra o, Bələdiyyə sədri Şahid4lə yenidən ağacların kəsildiyi əraziyə baxmaq üçün getdikləri zaman Hənifə kənd sakini Nəriman adlı şəxsin özünə məxsus traktorla kök hissəsindən kəsilmiş olan qızılağac ağaclarının oduncağından geri qalmış çırpını yüklədiyini görmüşlər. Onlar Nərimana yaxınlaşdıqda Şahid4 Nərimandan bu nə deməkdir, bələdiyyəyə məxsus ərazidən hansı səbəbə kəsilmiş ağacların hissələrini apardığını soruşmuşdur. Nəriman da Şahid4 həmin ağacların kəsilmiş, yəni əsas oduncaqdan geriyə qalan çırpısını ona Mübarizin verdiyini, həmin ərazinin Mübarizə məxsus olduğunu düşündüyünü, həmçinin eşitdiyinə görə Mübarizin həmin ərazidə olan ağacları kəsərək özünə yenidən balıq gölü üçün yer hazırlamaq istədiyini bildirmişdir. Onlar Nəriman adlı şəxsə həmin ərazinin Bələdiyyə mülkiyyətinə aid olduğunu bildirdikdə, Nəriman adlı şəxs də traktorla oradan uzaqlaşaraq getmişdir. Həmin vaxt o, yolun kənarından içəriyə doğru bir az bataqlıq olan əraziyə doğru piyada gedərək hansı sayda ağacların kəsilməsinə baxmaq istədikdə, çoxlu sayda ağacların kəsildiyini görüb geri qayıtmışdır. Daha sonra Bələdiyyə sədri Oqtay Mehdieyev 04 may 2021-ci il tarixdə 28 nömrəli məktubla 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etmişdir. Bundan sonra isə 04 iyun 2021-ci il tarixdə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Şahid8 iştirakı ilə X3 Meşəbəyliyinin 1 saylı dolayısı ilə həmsərhəd olan ərazisindən qanunsuz ağacların kəsildiyi əraziyə Şahid4 iştirakı ilə baxış keçirilmişdir. Həmçinin sonradan onun bildiyinə görə baxış zamanı həmin ərazidən 06 ədəd 20 sm, 01 ədəd 22 sm, 02 ədəd 23 sm, 02 ədəd 23 sm, 04 ədəd 24 sm, 04 ədəd 25 sm, 01 ədəd 26 sm, 11 ədəd 28 sm, 22 ədəd 30 sm, 07 ədəd 32 sm, 02 ədəd 33 sm, 02 ədəd 34 sm, 03 ədəd 35 sm, 01 ədəd 36 sm, 03 ədəd 38 sm, 17 ədəd 40 sm, 02 ədəd 42 sm, 02 ədəd 43 sm, 01 ədəd 44 sm, 01 ədəd 48 sm, 01 ədəd 50 sm, 01 ədəd 60 sm, 01 ədəd 62 sm olmaqla qızılağac ağaclarının və 01 ədəd 62 sm olmaqla söyüd cinsindən olan ağacların kəsilməsi müəyyən edilmişdir. X3 Meşəbəyliyinin 1 saylı dolayısı ilə həmsərhəd olan ərazisindən, yəni Bələdiyyə mülkiyyətindən ağacların konkret olaraq Təqsirləndirilən şəxs tərəfindən kəsilməsini təmin edən, yəni motorlu mişarla işləyən şəxslərdən onun bildiyi qədəri ilə Şahid2 və Şahid1 olmuşdur. Həmin ağacların bir hissəsinin Nasruddin adlı şəxs tərəfindən, həmçinin çırpı hissəsinin Nəriman adlı şəxs tərəfindən daşındığını bilir. Bundan başqa həmin ağacların kəsilməsində və daşınmasında iştirak edən digər şəxslərin kim olmalarını bilməmişdir. Mübarizin həmin ağacları kəsməsini onlar, yəni Hənifə Bələdiyyəsi sonradan bilmişdir. Ağacların kəsilməsi ilə bağlı Mübariz Bələdiyyəyə heç bir müraciət etməmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci ilin il aprel ayının sonu olardı. Mübariz ona zəng vurub çağırıb dedi ki, odunu yoxdur, balıq gölünün üstündəki ağacları kəsmək lazımdır. Mübarizin kəsdirmək istədiyi həmin ağaclar Balakən rayonu Hənifə Bələdiyyəsinə məxsus diametri 28 sm 1 ədəd qızılağac, diametri 40 sm olan 1 ədəd qızılağac, diametri 44 sm 1 ədəd qızılağac və diametri 48 sm olan 1 ədəd qızılağac ağacları olmuşdur. Eşitdiyinə görə ekspertiza rəyi əsasındla həmin kəsilən 4 ədəd ağacın ümumi qiyməti 1450 manat olmuşdur. O, ağacların kimin olduğunu soruşduqda, Mübariz dedi ki, onundur. Bu ağacları kəsmək üçün Mübarizdən 80 manat pul almışdır. Ehtimal edir ki, ağaclar Novruzun at arabası ilə daşınıb. Onun məhkəmədə verdiyi ifadəsi həqiqəti əks etdirir. İbtidai istintaqda onun adına yazılmış ifadə isə həqiqəti əks etdirmir. Belə ki, ibtidai istintaqda ifadə müstəntiq tərəfindən kompüterdə yazılmış və oxunmadan ona imza etdirilmişdir. O, dəqiq bilir ki, Mübariz ona gölünün yanında olan 4 ədəd köklü ağac kəsdirmişdir və həmin ağacların xeyli sayda xırda budaqları olmuşdur. Ancaq həmin budaqlar ağac olmamışdır. İbtidai istintaqda adına yazılmış ifadəsində kəsilmiş ağacların sayını dəqiq xatırlamaması barədə yazılanlar düz deyildir. O dəqiq xatırlayır ki, Mübarizin göstərişi ilə gölün yanında olan və gölə mane olan 4 ədəd ağacı kəsmişdir. Meşədə olan bələdiyyəyə aid digər ağacları isə kəsməmişdir, kim tərəfindən kəsilməsindən də xəbəri yoxdur. Belə ki, həmin ərazi mühafizə olunmayan açıq ərazidir və kənd adamları, o cümlədən kənar şəxslər oradan ağac kəsirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onu fermada odun doğramaq üçün çağırmışdı. Mübarizə məxsus fermada bağının yanında quruyan ağaclar və içi boş ağaclar var idi. O, Mübarizin fındıq bağının yanında budama kimi 3-4 quruyan və içi boş ağac kəsmişdir. İbtidai istintaqda onun ifadəsi kimi yazılmış guya Mübarizin onun balıq gölünün yanında ona qızılağac ağaclarını kəsdirməsi və həmin ağacların guya Ekologiya İdarəsinə və bələdiyyəyə məxsus olması barədə göstərilənlər həqiqətə uyğun deyildir. Həqiqət isə ondan ibarətdir ki, o, Mübarizin göstərişi ilə onun balıq gölünün yanında heç bir qızılağac ağaclarını və digər ağacları kəsməmişdir. Ümumiyyətlə Mübarizin gölünün yanında hər hansı ağac kəsməmişdir. Mübarizin xahişi ilə onun fermasında olan 3-4 ədəd ağacı kəsmişdir ki, həmin ağaclar da Mübarizin xüsusi mülkiyyətində olmuşdur. Onun kəsdiyi 3-4 ədəd ağacın həmin 96 ağaca aidiyyəti yoxdur. Onun adına ibtidai istintaqda yazılmış ifadəni müstəntiq kompüterdə yazmış və ona imza etdirmişdir. O, həmin ifadəni oxumamış və orada nə yazıldığını bilməmişdir. Belə ki, latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb oxumağı bilmir. Müstəntiqə inanıb həmin ifadəni oxuya bilmədiyi halda imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, odun üçün ağac alırdı. Bir gün Təqsirləndirilən şəxs zəng vurdu ki, odun lazımdır. O, Mübarizin fermasındakı bağından ağacları götürmüşdür. O, əvvələr odun satışı ilə məşğul olmuşdur. Mübarizdən odunu yandırmaq məqsədilə almışdır. Mübarizlə onun bağında görüşmüşdür. Odunlar bağda idi. Təxminən orada ən çoxu 4 ağac olardı. O, Mübarizin bağından odunu götürəndə bir UAZ maşını dolmadı. Ağacları o, Mübariz və Novruz yükləmişlər. Meşəlikdə, Mübarizin fermasının və gölünün ətrafında ağac kəsilməsini, ağac kəsilən yeri görməmişdir. Təqsirləndirilən şəxs da ona həmin ağaclardan söyüd ağacının fermasına gedən yolun kənarındakı kanalın üzərindən kəsdiyini bildirməmişdir. Həmçinin Mübariz odunla bağlı ona birinci zəng etməmiş, o, Mübarizə odunla bağlı zəng etmişdir. Belə ki, odun alqı-satqısı ilə məşğul olur. Bununla da ailəsini dolandırır. Həmçinin 2021-ci ilin aprel ayının sonlarında Mübariz ona satlıq ağac materialı olduğunu bildirməmiş və onu Hənifə kəndi ərazisində yerləşən fermasının həyətinə çağırmamış və Mübarizdən ağac materialı almamışdır. Bələdiyyə sədri Şahid4lə birlikdə Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının Mübarizə məxsus fermanın yaxınlığında yerləşən Bələdiyyə ərazisindən qanunsuz olaraq ağacların da Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini eşitdiyi də doğru deyildir. O, belə bir məlumatı eşitməmişdir. O, məhkəmədə verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaqda onun adına yazılan ifadə isə həqiqətə uyğun deyildir. Həmin ifadə müstəntiq tərəfindən kömpüterdə yazılmış və ona oxunmadan imza etdirilmişdir. O, heç latın qrafikalı Azərbaycan əlifbasını bilmir. Belə olan halda o, latın qrafikası ilə yazılan ifadəni oxuya bilməzdi . Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, orada çölə yıxılan ağacların budamasını görmüşdür. Mübarizin fermasında olur. Ferma ora yaxın ərazidə yerləşir. Mübariz onu nə vaxt köməyə çağırsa getmişdir. Şahid1 ağac budayanda görmüşdür. Ondan əvvəl budama olmamışdır. Həmin ərazidə başqa şəxslərin ağac kəsməsi mümkündür. Belə ki, həmin ərazi mühafizə olunmayan açıq ərazidir. Lakin orada kiminsə ağağ kəsməsini görməmişdir. Şahid2 tanıyır. Mehmanın gölün ətrafında ağac kəsdiyini görməmişdir. Şahid1 tərəfindən Təqsirləndirilən şəxs göstərişi əsasında gölün yanında Balakən rayonu Hənifə Bələdiyyəsinə məxsus diametri 28 sm olan 1 ədəd qızılağac, diametri 40 sm olan 1 ədəd qızılağac, diametri 44 sm olan 1 ədəd qızılağac və diametri 48 sm olan 1 ədəd qızılağac olmaqla 4 ədəd qızılağac cinsindən olan ağaclar kəsilmişdir. Onların da qiyməti eşitdiyinə görə 1450 manat edir. Latın qrafikalı Azərbaycan əlifbası ilə yazub oxumağı bilmir. Orta məktəbi kiril qrafikası ilə oxumuşdur. 2021-ci ilin aprel ayının sonlarında Mübariz fermanın və balıq göllərinin yaxınlığında olan qızılağac ağaclarını kəsib odun etmək, həmçinin bir hissəsini satmaq istədiyini ona bildirməmişdir. Bu tamamilə ağ yalandır. Mübariz gölün ətrafında olan 4 ədəd yarı qırılmış xırda ağacları gölə mane olurlar deyə kəsmək qərarına gələrək, məhz həmin 4 ağacı kəsmək üçün kənd sakini olan Şahid1 adlı şəxsi motorlu mişarı ilə həmin yerə dəvət etmişdir. Şahid1 da həmin gölə mane olan 4 xırda ağacı kəsmişdir. Bunu Mübariz və Sahib də verdikləri ifadələrində təsdiq edirlər. Əlavə Mübariz gölün ətrafında olan ağacları kəsməmiş və kəsmək üçün kiməsə göstəriş verməmişdir. Mehman adlı şəxs də gölün ətrafında olan ağacları Mübarizin göstərişi ilə kəsməmişdir. Mehmanın kəsdiyi ağaclar Mübarizin fermasında olan ağaclar olub və həmin ağacları Mübariz odun kimi istifadə edib. Mübarizin fermasının həyətində bağda kəsilən ağaclar Mübarizin xüsusi mülkiyyətində olan ağaclar olublar. Onun məhkəmədə verdiyi ifadəsi doğrudur. İbtidai istintaqda onun adına yazılan ifadə doğru deyildir. Belə ki, müstəntiq həmin ifadəni kömpüterdə latın qrafikası ilə yazmış və o, həmin ifadəni oxumamışdır. Latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb oxuya bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, həmin vaxt Balakən rayonu Hənifə Bələdiyyəsinin sədri vəzisində işləmişdir. Ona ağac kəsilməsi barədə xəbər gəldi. Həmin məlumatı yoxlamaq üçün əvvəl işçisi Nümayəndə göndərmiş, sonra isə özü həmin əraziyə getmişdir. Həmin ərazidə 3-4 ağacın kəsildiyini görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs zəng etmiş və ondan ağacların onun tərəfindən kəsilibkəsilmədiyini soruşmuşdur. Cavabında Mübariz ağacların onun tərəfindən kəsilmədiyini bildirmişdir. Həmin yerdə Nəriman var idi. Nərimandan burada nə etdiyini soruşduqda, Nəriman qırıntı aparmağa gəldiyini demişdir. O, Mübarizin bələdiyyəyə məxsus həmin ərazidə ağac kəsdiyini görməmişdir. O, ümumiyyətlə həmin yerdə ağac kəsən və aparan adam görməmişdir. Sonradan Şahid3 bələdiyyəyə çağırmışdır. Nasruddin də ağacları kəsmədiyini bildirmişdir. O, Ekologiya İdarəsinə bu barədə məlumat vermiş və sonra onlar araşdırma aparmışlar. Ağacların kəsilməsi barədə məlumata gəldikdə isə Şahid7 ona zəng edərək, meşədə motor səsinin gəldiyini bildirmiş, o, üç dəfə həmin əraziyə getmiş, lakin kiminsə ağac kəsdiyini görməmişdir. Sonradan gölün üstü ilə keçən zaman 4 ağacın yerdə olduğunu görmüşdür. Digər kəsilməsi ehtimal olunan ağacların olduğu yer bataqlıq olduğuna görə o tərəfə gedə bilməmişdir. Gölün üstündə isə 4 ədəd ağac və budaqlar var idi. 95 ədəd qızılağac və 1 ədəd söyüd ağacının qırılmasını görməmişdir. Belə ki, həmin əraziə bataqlıq olduğu üçün ora girmək mümkün olmamışdır. Uzaqdan gördüyü qədəri ilə həmin ağaclar tam dibindən kəsilməmişdi.Nasruddin idarədə ona apardığı odunu Mübarizdən aldığını bildirmişdir. Nasruddinin Mübarizdən aldığı odun Mübarizin fermasının həyətində bağından kəsilən və bələdiyyəyə aid olmayan odunlar olmuşdur. Mübarizin ferması ilə gölü arasında 300 metr məsafə vardır. Onun məhkəmə istintaqında verdiyi ifadəsi həqiqətə uyğundur. İbtidai istintaqda onun adına yazılmış ifadə isə həqiqəti əks etdimir, belə ki, yalnız ehtimal olaraq yazılmışdır. Həmin ifadəni müstəntiq kömpüterdə yazmaqla ona imza etdirmişdir. Həmin ifadənin düzgün olmaması onunla təsdiq olunur ki, əvvəla o, Mübarizə zəng etdikdə, “bəs deyilmi sənin etdiklərin niyə təbiətə ziyan vurursan hansı səbəbə icazə almadan ağacları kəsirsən» sözlərini deməmiş, yalnız ondan ağacları kəsib-kəsmədiyini soruşmuşdur. İbtidai istintaq zamanı yazılmış «Mübariz ona konkret olaraq bir cavab verə bilməmişdir» sözləri də yalandır. Belə ki, Mübariz ona cavab vermiş və onluq olmadığını bildirmişdir. Digər tərəfdən onun Mübarizin 95 qızılağac və 1 ədəd söyüd ağacını kəsdiyini eşitməsi də yalandır. Belə ki, o, gölün ətrafında olan meşəlikdə 96 ağacın kəsilməsini bilməmiş və məhz həmin sayda ağacların Mübariz tərəfindən kəsilməsini kimdənsə eşitməmişdir. Bu ağacların məhz Mübariz tərəfindən kəsilməsini də kimsə ona bildirməmşdir. Həmin yer bataqlıq olduğundan ora girə bilmədiyi üçün həmin yerdə nə qədər ağac kəsilməsi belə ona məlum olmamışdır. Ağacların Mübarizin kəsdirməsini də bilmir. Nəriman adlı şəxs də ona həmin ağacların kəsilmiş, yəni əsas oduncaqdan geriyə qalan çırpısını ona Mübarizin verdiyini, Mübarizin həmin ərazidə olan ağacları kəsərək özünə yenidən balıq gölü üçün yer hazırlamaq istədiyini deməmişdir. Bunun ehtimal olaraq onun ibtidai istintaqdakı ifadəsinə yazılmasının hansı məqsəd daşınmasını isə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, traktor sürücüsü işləyir. Yol keçəndə Təqsirləndirilən şəxs gölün yanında dayanmışdı. Mübarizə ona 1 hektar əkib mala çəkəsi yerin olduğunu demişdir. Həmin vaxt Mübarizdən haradasa qırıntı olub-olmadığını soruşmuşdur. Mübariz sabah gəlib qırıntını götürmədiyini söyləmişdir. Qırıntı götürdüyü zaman bələdiyyədən Şahid4 və Nümayəndə gəlmiş və ona buranın dərəbəylik olmadığını bildirmişlər. O da çıxıb getmişdir. Gölün yanında cəmi 2-3 ağacın qırıntısı olardı. Qırıntı bir və ya ən çox iki at arabası olardı. Məhkəmədə verdiyi ifadəsi daha doğrudur. İbtidai istintqda verdiyi ifadəsi doğru deyildir. İbtidai istintaqda olan ifadəsi müstəntiq tərəfindən kömpüterdə yazılıb və o, həmin ifadəni oxumayıb. Belə ki, latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb oxumağı bilmir. Ona görə həmin ifadəni oxumamış və bu ifadədə nə yazıldığından xəbəri olmamışdır. İbtidai istintaqda verdiyi ifadəsində gölün ətrafında olan ağacların Mübariz tərəfindən kəsdirilməsini və guya bunun balıq gölünün genişlənməsi üçün edilməsini bildirməsi yalandır. O, belə bir sözü heç kimə deməmişdir. Belə ki, Mübarizin gölün ətrafında olan ağacları kəsməsini və kəsdirməsini görməmiş, həmçinin Mübariz gölünü genişləndirməyi barədə planının olmasını ona bildirməmişdir. Belə ki, o, kimdir ki, Mübariz belə planının olub-olmadığını ona bildirsin. Oqtaya və Qüdrətə də ağacların Mübarizin kəsdirməsini və gölünü genişləndirmək məqsədi ilə etməsini deməmişdir. Gölün ətafında olan ağacların çırpılarını ümumiyyətlə aparmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, motorlu mişar səsini eşidib bu barədə Oqtaya məlumat vermişdir. O, həmin əraziyə gedəndə motorlu mişar görməmiş, həmçinin Təqsirləndirilən şəxs ağac kəsəndə görməmişdir. Orada bir-iki ədəd kəsilən və yıxılan ağac görmüşdür. İş materiallarında olan 04 iyun 2021-ci il tarixli 69510 nömrəli aktda Balakən rayonu Hənifə Bələdiyyəsinin ərazisində 95 sayda qızılağac və 1 ədəd söyüd ağaclarının kəsilməsi və onların ümumi məbləğinin 34780 manat olması göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X13 Təsərrüfatı Mərkəzinin xx.xx.2021-ci il tarixli 118 nömrəli məktubundan görünür ki, Zaqatala RMTM-nin Kortala meşəbəyliyinin 1 saylı meşə dolayının həmsərhəddində olan, qanunsuz kəsilmiş 96 ədəd müxtəlif cins və diametrlərdən olan ağacların yerləşdiyi ərazi X16 aid deyildir. İş materiallarında olan Balakən rayonu Hənifə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 33 saylı arayışından görünür ki, həqiqətən Kortala meşəbəyliyinin 1 saylı meşə dolayısının sərhəddində ağaclar qırılmış ərazi Hənifə Bələdiyyəsinə aiddir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2021-ci il tarixli qərarından örünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini töərətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun tutulduğu 18 iyun 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 3 (üç) ay, yəni 18 yanvar 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.1-ci və 237.2.3-cü maddələrilə təqsirli bilinib 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2013-cü il tarixli qərarı ilə 10 ay 16 gün vaxtından əvvəl şərti azad etmə ləğv edilmiş, CM-nin 67-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2012-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 ay 16 günü yeni hökm ilə təyin edilmiş cəzaya qismən birləşdirilmiş və Təqsirləndirilən şəxs qəti olaraq 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 28 aprel 2016-cı il tarixli qərarından görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinmiş Təqsirləndirilən şəxs həmin maddələrlə təyin edilmiş 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 4 il 6 aya, CM-nin 76.6.3 və 67-ci maddələrinə əsasən qəti olaraq təyin edilmiş 7 il müddətə azadlıqdan məhrum etmə cəzası isə 5 ilə endirilmişdir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək o, cəzadan şərti olaraq 1 il 29 gün vaxtından əvvəd azad edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1039 nömrəli rəyindən görünür ki, AR Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 69510 №-li akt və ona əlavə edimiş “Hesablama Cədvəli”nə əsasən Balakən rayonu X7 ərazisindən köküstə yaş olmaqla müxtəlif diametrli ümumilikdə 95 ədəd qızılağac və 1 ədəd söyüd ağaclarının qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumilikdə məbləği 2021-ci ilin aprel ayına 34780,00 manat müəyyən edilir. Həmin ağacların ayrı-ayrılıqda adları, diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli hökmü ilə CM-nin 237.2.1,237.2.3,67 maddəsinə əsasən 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Şəki Apellyasiya Məhkəməsininin xx.xx.2016-cı il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 05 ilə endirilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 01 il 29 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2020-ci il də cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Balakən rayon İHB-ın Hənifə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 27 yanvar 2022-ci il tarixli 65 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində işləməyən arvadı, xx.xx.2002-c il təvəllüdlü qızı Fatimə, xx.xx.2004-cü il təvəllüdlü oğlu Abid və xx.xx.2003-cü il təvəllüdlü qızı Lalə vardır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında 05 aprel 2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə ifadənin yerində yoxlanması zamanı aparılmış videoçəkilişin köçürüldüyü 02 ədəd DVD diski protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(01xx-xx/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəza çəkmə müddətinin əvvəlinin 18 iyun 2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması protokolundan görünür ki, Təqsirləndirilən şəxs göstərişi əsasında balıq gölünün ətrafında Şahid1 tərəfindən Balakən rayonu Hənifə Bələdiyyəsinə məxsus diametri 28 sm olan 1 ədəd qızılağac, diametri 40 sm olan 1 ədəd qızılağac, diametri 44 sm olan 1 ədəd qızılağac və diametri 48 sm olan 1 ədəd qızılağac olmaqla 4 ədəd qızılağac cinsindən olan ağacların kəsildiyi yeri göstərmiş, həmin ağacların kəsilmiş hissələrində diametrləri ölçülmüş və 10 mart 2022-ci il tarixli ekspertiza rəyində göstərilən qiymət cədvəli ilə yoxlanılmış və həmin kəsilmiş ağacların rəydə əks olunan qiymət cədvəlinin 7-ci sıra sayında göstərilən diametri 28 sm və qiyməti 250 manat olan 1 ədəd qızılağac cinsli,15-ci sıra sayında göstərilən diametri 40 sm olan 400 manat dəyərində 1 ədəd qızılağac cinsli, 18-ci sıra sayında göstərilən diametri 44 sm olan 400 manat dəyərində 1 ədəd qızılağac cinsli və 19-cu sıra sayında göstərilən diametri 48 sm olan 400 manat dəyərində 1 ədəd qızılağac cinsli ağac, ümumilikdə 4 ədəd 1450 manat dəyərində ağaclar olması müəyyən olunmuşdur. İlk əvvəl məhkəmə Təqsirləndirilən şəxs, iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 ibtidai istintaqda verdiyi ifadələrinə istinadən bildirir ki, həmin ifadələrdə istər təqsirləndirilən şəxs, istərsə də həmin şahidlər Təqsirləndirilən şəxs Balakən rayonu Hənifə Bələdiyyəsinə məxsus sahədən 95 ədəd qızılağac və 1 ədəd söyüd ağacı olmaqla 96 ədəd ağacın yaş köküstə kəsilməsini göstərmirlər. Bu ifadələrin heç bir birində bu qədər ağacların kəsilməsi və bu ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi və ya məhz bu 96 ədəd ağacın onun göstərişi əsasında kəsilməsi müəyyən olunmur. Ümumiyyətlə ittihamın predmetinə aid 96 ağacın kəsilməsi bu ifadələrədə əks olunmamışdır. 96 ədəd ağacın kəsilməsi barədə məlumat 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 iyun 2021-ci il tarixli aktında qeyd olunmuşdur ki, onların da 2021-ci ilin aprel ayının sonlarında məhz Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi həmin aktda və əlavə olunmuş sənədlərdə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələrində və şahidlərin ifadələrində, həmçinin iş üzrə hər hansı digər sənəddə öz təsdiqini tapmır. 04 iyun 2021-ci il tarixli aktda, həmçinin digər istintaq materiallarında həmin ağacların kəsilməsinin vaxtları müəyyən olunmamış, bunun üçün lazımi mütəxəssis rəyləri alınmamış, məhkəmə bioloji ekspertizası keçirilməmiş və digər sübutlar əldə edilməmişdir. Halbuki bu hərəkətlərin edilməsi ittihamın təsdiqi üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, qeyd edildiyi kimi, ittimamın təqdim etdiyi heç bir sübutda, o cümlədən şahid ifadələrində həmin 96 ədəd ağacların 2021-ci ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi və ya onun göstərişi əsasında kəsilməsi müəyyən olunmur. Təqdim olunan ifadələrdə və digər sübutlarda bu ağacların ittihamda qeyd olunan vaxtda Təqsirləndirilən şəxs tərəfindən və ya onun göstərişi ilə kəsilməsi təsdiq olunmur. İş üzrə şahidlərin ifadələrində həmin sahədə olan ağacların müxtəlif adamlar tərəfindən müxtəlif vaxtlarda kəslməsi qeyd olunur. Bunu Təqsirləndirilən şəxs da ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin ifadəsində 2021-ci ili aprel ayının sonlarında balıq gölləri və fermasının yaxınlığında bələdiyyə ərazisində həmin kənd ərazisində yaşayan və yanacağı olmayan şəxslərin özləri üçün ağacarı kəsib oduncaq edərək aparmasını, həmin şəxslərdən hansı səbəbə görə ağacları kəsməsini soruşduqda ona aidiyyətinin olmamasını, bələdiyyə mülkiyyətində olan ağac olmasını, ehtiyaclarının olması üçün kəsib aparmalarını bildirdiklərini göstərmişdir. Həmin sahənin açıq, mühafizə olunmayan sahə olmaqla orada ağacların başqa şəxslər tərəfindən kəsilməsi ilə bağlı Şahid1 da məhkəmədə verdiyi ifadəsində bildirmişdir. Lakin həmin ağacların digər şəxslər, o cümlədən Təqsirləndirilən şəxs göstərdiyi şəxslər tərəfindən kəsilib-kəsilməməsi hal istintaq orqanı tərəfindən yoxlanılmamış və qiymətləndirilməmişdir. Sadəcə ittihama görə 96 ədəd ağacın bir yerdə 2021-ci ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi yalnız ehtimala əsaslanmışdır. Bu ehtimal da həmin ərazinin Təqsirləndirilən şəxs balıq gölünün yanında olmasından irəli gəlmişdir. Heç bir mötəbər sübutlar olmadan şəxsə ehtimallar əsasında ittiham verilməsi və onun təqsirli bilinməsi isə qanunun tələblərinə ziddir və yolverilməzdir. Eyni zamanda Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadələrin onların iradə ifadəsinin nəticəsi olması və həqiqəti əks etdirməsi böyük şübhələr doğurur. Belə ki, həmin ifadələr müstəntiq tərəfindən kömpüterdə latın qrafikalı Azərbaycan əlifbası ilə yazılmış, bu zaman bu şahidlərin bir çoxunun latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb oxuya bilmədikləri halda, ifadələrin altında onların kiril qrafikalı əlifba ilə guya bu latın qrafikalı Azərbaycan əlifbası ilə yazılmış ifadələri oxuduqları və düzgün yazıldığı qeydi yazılmışdır. Belə ki, Şahid2, Şahid3, Şahid5 və Şahid6 latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb oxuya bilmədikləri və bunun iş materialları və həmin şəxslərin məhkəmədə verdiyi ifadələri ilə təsdiq olunduğu halda həmin şəxslərin ibtidai istintaqda verdiyi ifadələri müstəntiq tərəfindən kömpüterdə yazılmış və həmin şəxslərə imza etdirilmişdir. Bu zaman Şahid2, Şahid3, Şahid5 və Şahid6 həmin ifadələri oxumaları və onların düzgün yazılması barədə kiril əlifbası ilə qeyd yazmışlar ki, bu qeydlərin özü də bu ifadələrin onların dilindən yazılmadığını və onların iradə ifadəsini əks etdirmədiyini göstərir. Belə ki, latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst yazıb oxuya bilməyən şəxs, konkret halda sözügedən şahidlər bu əlifba ilə yazılmış ifadələri oxuya bilməzdilər. Əgər oxuya bilsəydilər, onda həmin ifadələri oxumaları və onların düzgün yazılması barədə kiril ədlifbası ilə deyil, elə latın qrafikalı Azərbaycan əlifbası ilə qeyd yazardılar. Bu hal, həmçinin həmin ifadələrin standart formada çap hərfləri ilə kompüterdə yazılaraq həmin şəxslərə imza edilməsi bu ifadələrin onların iradə ifadəsini əks etdirməsinə və doğru olmasına böyük şübhələr yaradır. Eynilə iş üzrə həmin şahidlər məhkəmədə verdiyi ifadələrində onların ibtidai imstintaqda olan ifadələrində bir sıra məlumatların düzgün yazılmadığını göstərmişlər ki, bu hallar da həmin şəxslərin ibtidai istintaqda verdiyi ifadələrinin həqiqəti əks etdirməməsinə dəlalət edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs ona gölün üstündə olan 4 ədəd qızılağac kəsdirdiyini, bu zaman həmin ağacların xırda budaqlarının olduğunu, başqa Mübarizin ona həmin ərazidən ağac kəsdirmədiyini, onun da bu 4 ağacdan əlavə digər hər hansı ağac kəsmədiyini bildirmişdir. Lakin onun ibtibai istintaqda verdiyi ifadəsində guya Mübarizin ona kəsdirdiyi qızılağac ağaclarının sayını bilmədiyi, lakin onların sayının 96-dan az olacağını bildirdiyi göstərilir ki, Şahid1 da həmin ibtidai istintaqda olan ifadəsinin həqiqəti əks etdirmədiyini qeyd etmiş və bunu ümumiyyətlə ifadənin kompüterdə müstəntiq tərəfindən yazılması, onun isə bu ifadəni oxumaması ilə əlaqələndirmiş və onun məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Eynilə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Mübarizin öz fermasında, yəni bələdiyyəyə aid olmayan ərazidə 3-4 ədəd qızılağac ağaclarını odun kimi kəsdirdiyini və həmin ağacların Mübarizin mülkiyyətində olan ağaclar olduğunu bildirdiyi halda, ibtidai istintaqdakı ifadəsində guya Mübarizin ona bələdiyyə ərazisində olan sayını bilmədiyi ağacları kəsdirdiyini göstərmişdir. Halbuki Şahid2 məhkəmədə ibtidai istintaqda yazılmış bu ifadəsini təkzib edərək, Mübarizin bələdiyyəyə aid ərazidə ona ağac kəsdirmədiyini, fermada özünə aid olan 3-4 ədəd ağacı odun kimi kəsdirdiyini göstərmiş, məhkəmə istintaqında verdiyi ifadəsinin düzgün olduğunu bildirmiş, ibtidai istintaqdakı ifadəsinin müstəntiq tərəfindən latın qrafikası ilə yazıldığı, onun isə latın əlifbasını bilmədiyi üçün bu ifadəni oxuya bilməməsi ilə əsaslandırmışdır. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində odun alqısatqısı ilə məşğul olduğunu, bir gün Mübarizə zəng vurub odun lazım olduğunu soruşduğunu, Mübarizin bağından ağacları götürdüyünü, orada ən çoxu 4 ağac olduğunu, odunu götürəndə bir UAZ maşınının dolmadığını, meşəlikdə, Mübarizin fermasının və gölünün ətrafında ağac kəsilməsini və ağac kəsilən yeri görmədiyini bildirmişdir. İbtidai istintaqda onun adından ifadənin düzgün yazılmadığını, Təqsirləndirilən şəxs ona həmin ağaclardan söyüd ağacının fermasına gedən yolun kənarındakı kanalın üzərindən kəsdiyini bildirmədiyini, həmçinin Mübarizin odunla bağlı ona birinci zəng etmədiyini, onun Mübarizə odunla bağlı birinci zəng etdiyini, belə ki, odun alqı-satqısı ilə məşğul olduğunu, bununla da ailəsini dolandırdığını, həmçinin 2021-ci ilin aprel ayının sonlarında Mübarizin ona satlıq ağac materialı olduğunu bildirmədiyini və onu Hənifə kəndi ərazisində yerləşən fermasının həyətinə çağırmadığını, Bələdiyyə ərazisindən ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini eşitmədiyini, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin doğru olduğunu qeyd etmişdir. Həmin şahid ibtidai istintaqdakı ifadəsinin həqiqəti əks etdirməməsini latın qrafikalı Azərbaycan əlifbası ilə kompüterdə yazıldığı üçün bu əlifbanı oxuya bilməməsi və ona görə də həmin ifadənin düzgünlüyünü yoxlaya bilməməsi ilə əsaslandırmışdır ki, məhkəmə də bu arqumenti əsaslı sayır və qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 da məhkəmə iclasında verdiyi ifadəsinin boğru olduğunu, onun yalnız gölün ətrafında 4 ağac kəsildiyinin şahidi olduğunu, bataqlıq olduğundan ora girmək mümkün olmadığı üçün meşəliyin içində nə qədər ağacın kəsilməsini görmədiyini, həmçinin bələdiyyəyə məxsus ağacların kim tərəfindən kəsilməsini görmədiyini və eşitmədiyini bildirmişdir. Şahid4 məhkəmədəki ifadəsinə görə o, Mübarizə “bəs deyilmi sənin etdiklərin niyə təbiətə ziyan vurursan hansı səbəbə icazə almadan ağacları kəsirsən» sözlərini deməmiş, yalnız ondan ağacları kəsib-kəsmədiyini soruşmuşdur. Şahidin bildirdiyinə görə ibtidai istintaq zamanı yazılmış Mübarizin ona konkret olaraq bir cavab verə bilməməsi sözləri də həqiqətə uyğun deyildir. Belə ki, Mübariz ona cavab vermiş və onluq olmadığını bildirmişdir. Digər tərəfdən ibtidai istintaqda yazılmış onun Mübarizin 95 qızılağac və 1 ədəd söyüd ağacını kəsdiyini eşitməsi də yalandır. Belə ki, o, gölün ətrafında olan meşəlikdə 96 ədəd ağacın kəsilməsini bilməmiş və məhz həmin sayda ağacların Mübariz tərəfindən kəsilməsini kimdənsə eşitməmişdir. Bu ağacların məhz Mübariz tərəfindən kəsilməsini də kimsə ona bildirməmşdir. Ağacların Mübarizin kəsdirməsini də bilmir. Nəriman adlı şəxs də ona həmin ağacların kəsilmiş, yəni əsas oduncaqdan geriyə qalan çırpısını ona Mübarizin verdiyini, Mübarizin həmin ərazidə olan ağacları kəsərək özünə yenidən balıq gölü üçün yer hazırlamaq istədiyini deməmişdir. Bunun ehtimal olaraq ora yazılmasının hansı məqsəd daşınmasını isə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində Şahid2 Mübarizin gölünün ətrafında ağac kəsdiyini görmədiyini, həmçinin Şahid1 Mübarizin göstərişi ilə gölün üstündə olan 4 ədəd xırda ağacı kəsdiyini, 4 ədəd ağacdan əlavə Mübarizin gölün ətrafında olan digər ağacları kəsməyə göstəriş vermədiyini və həmin ağacların kəsilmədiyini bildirmiş, ibtidai istintaqda müstəntiq tərəfindən kompüterdə yazılmış ifadəsinin doğru olmadığını, belə ki, 2021-ci ilin aprel ayının sonlarında Mübarizin fermanın və balıq göllərinin yaxınlığında olan qızılağac ağaclarını kəsib odun etmək, həmçinin bir hissəsini satmaq istədiyini ona bildirmədiyini, bunun tamamilə ağ yalan olduğunu, Mehman adlı şəxsin də gölün ətrafında olan ağacları Mübarizin göstərişi ilə kəsmədiyini, Mehmanın kəsdiyi ağacların Mübarizin fermasında bağında olan ağaclar olduğunu və ittiham üzrə verilən həmin 96 ədəd ağaca aidiyyətinin olmadığını, latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb oxuya bilmədiyi üçün ibtidai istintaqda yazılan ifadəsində göstərilənlərlə tanış ola bilmədiyini, onun məhkəmə istintaqında verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 da ifadəsində Mübarizə ona 1 hektar əkib mala çəkəsi yerin olduğunu dediyini, həmin vaxt Mübarizdən haradasa qırıntı olubolmadığını soruşduğunu, Mübarizin sabah gəlib qırıntını götürmədiyini söylədiyini, qırıntı götürdüyü zaman Oqtay və Qüdrətin gəldiyini, ona buranın dərəbəylik olmadığını bildirdiklərini, onun da çıxıb getdiyini, gölün yanında cəmi 2-3 ağacın qırıntısının olduğunu, qırıntının bir və ya ən çox iki at arabası olduğunu və məhkəmədə verdiyi ifadəsinin daha doğru olduğunu bildirmişdir. Şahidin məlumatına görə ibtidai istintqda verdiyi ifadəsi müstəntiq tərəfindən kömpüterdə yazılıb və o, həmin ifadəni oxumayıb. Belə ki, latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb oxumağı bilmir. İbtidai istintaqda verdiyi ifadəsində gölün ətrafında olan ağacların Mübariz tərəfindən kəsdirilməsini və guya bunun balıq gölünün genişlənməsi üçün edilməsini bildirməsi yalandır. O, bunu heç kimə deməmişdir. Belə ki, Mübarizin gölün ətrafında olan ağacları kəsməsini və kəsdirməsini görməmiş, həmçinin Mübariz gölünü genişləndirməyi barədə planının olmasını ona bildirməmişdir. Oqtaya və Qüdrətə də ağacların Mübarizin kəsdirməsini və gölünü genişləndirməsini deməmişdir. Gölün ətafında olan ağacların çırpılarını ümumiyyətlə aparmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid7 isə ümumiyyətlə Təqsirləndirilən şəxs ağac kəsəndə görmədiyini, orada bir-iki ədəd kəsilən və yıxılan ağac gördüyünü bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 124.2.1-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri sübut növü kimi qəbul olunur. Azərbaycan Respublikası CPM-nin 126.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Azərbaycan Respublikası CPM-nin 126.2-ci maddəsinə əsasən yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 227.1-ci maddəsinə əsasən şahid cinayət təqibi üzrə əhəmiyyəti olan hər bir hal üzrə, o cümlədən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin, digər şahidlərin şəxsiyyəti barədə dindirmək olar. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanun normalarının mənasından görünür ki, şahidin və cinayət prosesində iştirak edən digər şəxsin ifadəsi onun bilavasitə müşahidə və dərk etdiyi (qavradığı) hallar (faktlar) barəsində verildikdə sübut kimi qəbul edilə bilər (birbaşa sübut). Şahidin cinayət prosesini həyata keçrən orqana özgənin sözlərindən verdiyi məlumatlar sübut kimi qəbul edilə bilməz. Yalnız vəfat etmiş şəxsin söylədiyi məlumatlara istinad edilməklə şahidin verdiyi ifadə sübut kimi qəbul oluna bilər ki, bu da qanunda əsas tutulan yeganə haldır. Eynilə qanuna görə zərərçəkmiş şəxsin ifadəsi cinayət işi və ya digər materiallar üzrə zərərçəkmiş şəxs qismində cəlb edilmiş şəxsin sübut edilməli olan hallar barəsində bilavasitə qavradığı, yaxud vəfat etmiş şəxsin sözlərindən ona məlum olan faktlara dair dindirmə zamanı verdiyi məlumatlardır. Qanunvericiliyə görə şübhəli, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri özgənin sözlərindən bəlli olan məlumatlara əsaslandıqda, həmin ifadələr sübut kimi qəbul olunmamalıdır. Burada vəfat etmiş şəxsin sözlərinə istinad halı istisna təşkil edir. Həmçinin bu ifadələr onun bilavasitə müşahidəsi nəticəsində sərbəst dərk etdiyi, yəni qavradığı faktların təsvirini ehtiva etməlidir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlataban müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsnin 3-cü bəndinin d) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun əlehinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə verimş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağrılması və dindirilməsi hüququna malikdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəsinin şərh və tətbiqi ilə bağlı bir sıra presedentlərində şahidlərin məhkəmədə dindirilməsinin və onların məhkəmədə verdiyi ifadələrinin ibtidai araşdırmada verdiyi ifadələrindən daha üstün tutulmasının vacibliyini vurğulamışdır. Belə ki, X2rşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, məhkəmələr tərəfindən baxılan işlər zamanı şahidlərin iştirakının təmin edilməsi və dindirilməsi vacibdir. Məhkəmə öz fəaliyyətini təkcə ibtidai araşdırma zamanı tərtib olunmuş protokollarda və ya hər hansı digər yazılı sənədlərdə əks olunmuş ifadələrin öyrənilməsi ilə məhdudlaşdıra bilməz. Belə bir yanaşma şəxsin ədalətli məhkəmə araşdırması hüququnu heçə endirir. Şahidlərin məhkəmə iclasında dindirilməsi və bu zaman onlardan alınmış ifadələrə üstünlük verilməsi sübutların bilavasitə məhkəmədə araşdırmasının qanunvericilikdəki təsbitindən də irəli gəlir ki, bu da Azərbaycan Respublikası CPM-nin 144, 145, 344-347 və sair maddələrində öz əksini tapmışdır. X11rşı işdə Avropa Məhkəməsi göstərmişdir ki, cənab Günəş özünün və müdafiəçisinin iştirakı olmadan ibtidai istintaq tərəfindən bilavasitə və ya məhkəmə tapşırığı nəticəsində alınmış jandarm ifadələri əsasında məhkum edilmişdi. Ərizəçi həmin şəxslərin dindirilməsi hüququndan, həmçinin onların məhkəmə istintaqında dindirilməsi və onlara suallar verilməsi hüququndan məhrum edilmişdi. Cənab Günəşin vəsatətlərinə baxmayaraq həmin şəxslər məhkəməyə cəlb edilməmiş və onların məhkəmədə dindirilməsinə şərait yaradılmamışdı ki, bu da Konvensiyanın 6-cı maddəsinin pozulmasına şərait yaratmışdı. Ramsaxai Niderlanda qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, vacib şahidlərin məhkəmə iclasına çağrılıb dindirilməməsi və işin halları nöqteyi-nəzərindən onlara hərtərəfli, tam və obyektiv hüquqi qiymətin verilməməsi ictimaiyyətdə dövlətin qanunun aliliyi prinsipinə sədaqətliliyini şübhə altına alan bir nəsnəyə çevrilməklə şəxsin ədalətli məhkəmə araşdırmasını məhdudlaşdırır. Şahidlərin məhkəmədə verdiyi ifadələrinin ibtidai araşdırmada verdiyi ifadələrindən daha üstün olması barədə Avropa Məhkəməsinin hüquqi mövqeyi son presedentlərdən biri ilə Erkapiç Xorvatiyaya qarşı iş üzrə qərarda da öz əksini tapmışdır. Erkapiç Xorvatiyaya qarşı işdə Avropa Məhkəməsi xüsusi olaraq vurğulamışdır ki, müəyyən xüsusi əsaslar olmadığı halında ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, şahidlərin məhkəmədə verdiyi ifadələrinə onların ibtidai araşdırmada verdiyi ifadələrindən daha çox önəm verilsin. Belə ki, şahidlərin ibtidai araşdırmada verdiyi ifadələr əks olunmuş protokollar birinci növbədə ittiham tərəfinin öz mövqeyini müdafiə etmək üçün məlumatların toplanması prosesini əks etdirir. Belə ki, həmin işdə şəxsin istinad olunan cinayət əməlində təqsirli bilinməsi üçün üç şəxsin ifadəsi xüsusi əhəmiyyət daşımış və şəxs həmin şəxslərin ibtidai istintaqda verdiyi ifadələri əsasında məhkum olunmuşdu. Məhkəmə iclasında müəyyən edlilmişdi ki, həmin şəxslər narkomandır və onlardan biri isə hadisəni dərk etmək və faktlar barəsində sərbəst mühakimə yürütmək imkanında deyildi. İşin məhkəmə baxışında da bu hallara fikir verilməmişdi. Dikmə Türkiyəyə qarşı iş üzrə qərarın 38-ci bəndində Avropa Məhkəməsi xüsusi vurğulamışdır ki, cinayət hüququnu tətbiq edərkən Türkiyə məhkəmələrinin bərqərar etdikləri prinsiplərdən aydın olur ki, şübhəli şəxsin dindirilməsi onun özünü müdafiə etməsinə imkan vermək vasitəsidir, bu vasitə onun xeyrinə işləməlidir və onun əleyhinə sübutlar əldə etmək məqsədi daşıyan tədbir deyil. Hakim iş üzrə faktları qiymətləndirərkən dindirmə zamanı verilmiş ifadələri nəzərə ala bilər, lakin həmin ifadələr könüllü surətdə verilməlidir və təzyiq və ya zor tətbiqi altında alınan sübut qismində qəbul edilə bilməz. CPM-nin 247-ci maddəsinə görə (həmin maddəyə Kassasiya Məhkəməsi tərəfindən şərh verilib), polis və ya dövlət prokurorluğuna verilmiş istənilən ifadənin qeydə alındığı dindirmə protokolunun cinayət təqibi üçün sübut qismində qəbul edilə bilməsi üçün həmin ifadə hakimin yanında təkrar olunmalıdır. Əgər ifadədəki etiraflar təkrar olunmursa, sözügedən protokolların məhkəmədə ucadan oxunmasına icazə verilmir və müvafiq surətdə, ittihamı müdafiə etmək üçün onlara istinad edilə bilməz. Bununla belə, hətta ifadədəki etiraflar məhkəmədə təkrar olunsa belə, həmin sübut özlüyündə həlledici sübut sayıla bilməz və əlavə sübutlarla təsdiq olunmalıdır. Avropa Məhkəməsinin presedentləri baxımından şahid ifadələri təkcə milli qanunvericilikdə şahid sayılan şəxslərin ifadələrini deyil, eyni zamanda şübhəli və təqsirləndirilən şəxsin, onların nümayəndələrinin, zərərçəkmiş şəxslərin və onların nümayəndələrinin, habelə cinayət prosesində iştirak edən digər şəxslərin (məsələn ekspertin və sair) ifadələrini də nəzərdə tutur. İstər Azərbaycan Respublikasının daxili qanunvericiliyi, istərsə də Avropa Konvensiyasının 6-cı maddəsi və həmin maddə üzrə Avropa Məhkəməsinin müəyyən etdiyi standartlara görə ifadələr şahidin hadisəni öz nöqteyi-nəzərincə təsvir etməsini ehtiva edir. Yəni şahid ifadəsində özünün dərk etdiyi və qavradığı formada işin hallarını təsvir etməlidir. Məhkəmə iş materiallarına istinadən bir daha qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 ibtidai istintaqdakı ifadələri əks olunmuş protokollar müstəntiq tərəfindən kompüterdə standart şəkildə eyni stilistikadan istifadə edilməklə və eyni halların təsdiqi formasında yazılmış, bununla da həmin şəxslər dərk etdiyi və qavradığı formada hadisəni öz nöqteyinəzərincə təsvir etmək imkanından məhrum edilmişlər. Həmin ifadələrdə cümlə quruluşunun və stilistik ifadə tərzinin eyni olması, fkirlərin bir nəticəyə gəlinməsi üçün eyniləşdirilməsi bu ifadələrin həmin şəxslərin sərbəst düşüncə və dərketmə nəticəsində hadisəni həqiqi təsvir etməsinin əsaslılığına böyük şübhələr yaradır. Həmçinin həmin ifadələrin onların iradə ifadəsinin nəticəsi olmamasını aşağıdakı əsas da sübut edir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, bu ifadələr latın qrafikalı Azərbaycan əlifbası ilə müstəntiq tərəfindən kompüterdə tərtib olunmuşdur. İş materialları ilə də müəyyən olunur ki, Şahid2, Şahid3, Şahid5 və Şahid6 latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst yazıb oxuya bilmirlər. Belə ki, onlar latın qrafikalı Azərbaycan əlifbası ilə deyil, kiril qrafikalı Azərbaycan əlifbası ilə təhsil alimışlar. Latın qrafikalı Azərbaycan əlifbası isə kiril qrafikalı Azərbaycan əlifbasından fərqlənir ki, bu da ümumməlum faktdır. Lakin Şahid2, Şahid3, Şahid5 və Şahid6 latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb oxuya bilmədikləri və onlara mütəxəssis verilmədiyi halda həmin şəxslər oxuyub yaza bilmədikləri qrafika ilə tərib olunmuş ifadələri guya oxuduqları barədə ifadələrin altında kiril qrafikalı Azərbaycan əlifbası ilə qeyd yazmış və ifadələrin doğuluğunu guya bununla təsdiq etmişlər. Bu halın özü sübut edir ki, həmin şəxslərin ifadələri onların öz dərketmə və qavrayışı əsasında hadisənin təsvirinə əsaslanmamış, müstəntiqin öz mülahizəsinə uyğun hadisənin təsvirinə əsaslanmış və həmin şəxslər müstəntiqin bu mülahizəsinin nəticəsi olaraq tərtib olunmuş ifadələrin əks olunduğu protokollara imza etmişlər. Digər tərəfdən bu şəxslərdən ibtidai istintaqda alınmış ifadələr ehtimallara söykənməklə heç də verilən ittihamı təsdiq etmirlər. Belə ki, Şahid6 ibtidai istintaqda verilmiş ifadəsində 15-20 ədəd qızılağacların kəsildiyini görməsi həmin ağacların məhz Təqsirləndirilən şəxs tərəfindən və ya onun göstərişi ilə kəsilməsinin görülməsi halını ehtiva edə bilməz. Belə ki, Şahid6 həmin 15-20 qızılağacın məhz Təqsirləndirilən şəxs tərəfindən və ya onun göstərişi ilə kəsilməsini bildirmir və ya bunun konkret olaraq hansısa konkret şəxsdən eşitdiyini demir. Həmin 15-20 ədəd qızılağıcın kəsilməsinin görülməsinin bunun məhz Təqsirləndirilən şəxs tərfindən törədilməsi ilə bağlı hansı bağlılıqda olması qətiyyən əsaslandırılmamış və müəyyən edilməmişdir. Belə olan halda Şahid6 ibtidai istintaqda verdiyi ifadəsinin 96 ədəd ağac kəsməsi ilə bağlı Təqsirləndirilən şəxs verilmiş ittihamın təsdiqi üçün mötəbər sübut kimi qəbul oluna bilməz. Eynilə Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsilməsini eşitdiyini göstərsə də, bunu kimdən eşitdiyini, yəni bu məlumatların kimə məxsus olmasını bildirməmişdir. Həmçinin Şahid4 Təqsirləndirilən şəxs məhz 96 ədəd ağac kəsməsini nə ibtidai istintaqda, nə də məhkəmə istintaqında verdiyi ifadəsində təsdiq etməmişdir. Belə olan halda qanunvericiliyin tələbinə görə onun söylədiyi bu məlumatların mənbəyi bilinmədiyi üçün onun ibtidai istintaqda verdiyi ifadəsi Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsirli bilinməsi üçün mötəbər sübut ola bilməz. Digər tərəfdən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi ifadəsi də ittihamın təsdiqi üçün sübut kimi qəbul oluna bilməz. Belə ki, həmin ifadədə Nümayəndə verilən ittiham üzrə 96 ədəd ağacın məhz Təqsirləndirilən şəxs tərəfindən kəsilməsini və ya onun göstərişi ilə kəsilməsini gördüyünü bildirməmişdir. O, sayını göstərmədiyi ağacları Mübarizin kəsməsini Şahid1 və Şahid2dən eşitdiyini bildirmişdir. Şahid1 və Şahid2 isə ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi ifadələrində onların məhz 95 ədəd qızılağac və 1 ədəd söyüd ağacı olmaqla 96 ədəd ağacları Təqsirləndirilən şəxs göstərişi ilə kəsməsini göstərməmişlər. Ümumiyyətlə həmin şəxslər ibtidai istintaqdakı ifadələrində kəsilən ağacların sayı barədə hər hansı məlumat bildirməmişlər. Həmçinin iş materiallarından görünür ki, verilən ittiham üzrə 96 ədəd ağac Mubariz Qabilova məxsus fermada olan ağacların kəsilməsini əhatə etmir. Ona görə də Nümayəndə ifadəsi verilən ittihamın təsdiqi üçün sübut kimi qəbul oluna bilməz. Eynilə Şahid1, Şahid2, Şahid3 və Şahid5 ibtidai istintaqda verdiyi ifadələri Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, həmin şəxslər ibtidai istintaq zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə Balakən rayonu Hənifə Bələdiyyəsinə məxsus sahədə 95 ədəd qızılağac və 1 ədəd söyüd ağacı olmaqla 96 ədəd ağacların kəsilməsini göstərməmişlər. Bu şəxslər ümumiyətlə kəsilmiş ağacların sayı barədə heç bir məlumat bildirməmişlər. İş materiallarından da görünür ki, bələdiyyəyə məxsus həmin meşəlik ərazidə digər şəxslərin də ağac kəsməsi halları qeyd edilmişdir. Lakin bununla bağlı ibtidai istintaq orqanı tərəfindən hər hansı araşdırma aparılmamış, şahidlərə və digər şəxslərə ağacların başqa kimlər tərəfindən kəsilməsini görüb-görmədikləri barədə suallar verilməmiş, bununla bağlı heç bir əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilməmişdir. Sözügedən şəxslər məhkəmədə verdiyi ifadələrində də Mübariz Qabiliovun həmin 96 ədəd ağacı kəsməsini və ya kəsilməsinə göştəriş verməsini görmədiklərini və bilmədiklərini göstərmişlər. Şahid1 isə məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs məxsus gölün yaxınlığında diametri 28 sm olan 1 ədəd qızılağac, diametri 40 sm olan 1 ədəd qızılağac, diametri 44 sm olan 1 ədəd qızılağac və diametri 48 sm olan 1 ədəd qızılağac olmaqla 4 ədəd qızılağac növündə ağacları kəsdiyini bildirmişdir. Bu hal Təqsirləndirilən şəxs və Şahid5 məhkəmədə verdliyi ifadələri ilə də təsdiq olunmuşdur. Belə olan halda Şahid1, Şahid2, Şahid3 və Şahid5 ibtidai istintaqda verdiyi ifadələri məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul olunmur. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqda şahid qismində alınmış ifadəyə, həmçinin şahid kimi Təqsirləndirilən şəxs X9, Şahid2 və Nümayəndə ilə üzləşdirmələri əks edilən üzləşdirmə protokollarına da hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs şahid ifadəsi və həmin üzləşdirmə protokolları onun hüquqlarının pozuntusu və kobud qanun pozuntusu ilə əldə edildiyi üçün verilmiş ittihamın təsdiqi üçün mötəbər sübut sayıla bilməz. Belə ki, Təqsirləndirilən şəxs şahid kimi dindirilən 02 mart 2022-ci il tarixdə artıq həmin ağacların onun tərəfindən kəsilməsi ehtimalı barədə Şahid4 və digər şəxslərin ifadələrində və sair iş materiallarında məlumatlar olmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs yalan ifadə verməyə və ifadə verməkdən imtinaya görə cinayət məsuliyyəti daşıması barədə xəbərdarlıq adı altında şahid qismində dindirilmiş, həmçinin şahid kimi digər şahidlər Şahid1 və Şahid2, həmçinin Nümayəndəla onun üzləşdirilməsi aparılmış, faktiki olaraq bu şahid ifadəsindən və üzləşdirmə protokollarından Təqsirləndirilən şəxs ittihamın verilməsi üçün sübutlar kimi istifadə edilməklə ittihamın sübut edilmə yükü təqsirləndirilən şəxs kimi onun üzərinə qoyularaq, onun təqsirsizlik prezumpsiyası hüququ kobud şəkildə pozulmuşdur. Bu zaman onun şahid qismində yalan ifadə verməyə və ifadə verməkdən imtinaya görə cinayət məsuliyyəti daşıması adı altında dindirilə bilməmək, özünə qarşı ifadə verməmək, ittihamın sübuta yetirilməsinin onun üzərinə qoyula bilməməsi, müdafiəçiyə malik olmaq hüququ və sair hüquqları ona izah edilməmiş və bu hüquqları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən İ.hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ.Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittizham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Ekkle Niderlanda qarşı işdə Avropa Məhkəməsi bildirdi ki, 6-cı maddənin 1-ci bəndinin məqsədləri baxımından ittihama «şəxsin cinayət əməli törətməsi barədə səlahiyyətli orqan tərəfindən ona təqdim edilən rəsmi bildiriş» kimi anlayış verilə bilər. Fotinin işində Avropa Məhkəməsi bu anlayışı bu cür ittihamın nəticəsi olan və şübhə edilən şəxsin vəziyyətinə əhəmiyyətli təsir göstərən başqa tədbirlərə də şamil etdi. Məhkəmə hesab etdi ki, polis araşdırılmasına başlama, şahidlərin dindirilməsi və ya bilavasitə sözügedən şəxsə aid olmayan başqa hərəkətlər də şəxsin vəziyyətinə əhəmiyyətli təsir göstərən hərəkətlərdir və artıq ittiham sayıla bilər. Belə olan halda şahid kimi dindirilməyə qədər ağacların onun tərəfindən kəsilməsi barədə ibtidai araşdırmanın başlanması, istintaqın aparılması, bir sıra şahidlərin dindirilməsi və onların ifadələrində onun adının cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs kimi çəkilməsi və sair hallar şübhəli şəxs kimi onun vəziyyətinə əhəmiyyətli təsir göstərən hərəkətlər sayıla bilər. Bu hərəkətləri də Təqsirləndirilən şəxs Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri nöqteyri-nəzərindən cinayət ittihamının irəli sürülməsi nəticəsi kimi qiymətləndirmək olar. Lakin buna baxmayaraq kobud qanun pozuntusuna yol verilərək, ibtidai istintaq zamanı ittihamı sübut etmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası CPM-nin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikasının Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının dijgər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdər çıxdığı beynəlxalq müqavilələrin müddəaların ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 125.1-maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda… Azərbaycan Respublikası CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs şahid ifadəsi və şahid adı ilə onun Şahid1, Şahid2 və Nümayəndəla üzləşdirmə protokolları ona verilən ittihamı sübut etmək vəzifəsi onun üzərinə qoyulmaqla, şübhəli və ya təqsirləndirilən şəxs kimi ona verilən hüquqlarının izah edilməməsi və məhdudlaşdırılması, bu zaman müdafiəçisinin iştirak etməməsi, yalan ifadə verməyə və ifadə verməkdən imtinaya görə cinayət məsuliyyəti barədə xəbərdar olunmaqla qanunsuz yolla əldə edilmişdir və Azərbaycan Respublikası Konstitusiyası və qanunlarının kobud pozuntusu ilə alındığı üçün mötəbər sübut sayıla bilməz. Eynilə işdə olan 04 iyun 20221 iyun tarixli akt, həmin akta əlavə olunmuş sənədlər, ifadələrin yerində yoxlanması protokolu və ona əlavə olunmuş 02 ədəd DVD diski, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 mart 2022-ci il tarixli rəyi və ibtidai istintaq orqanının topladığı digər sübutlar Təqsirləndirilən şəxs Balakən rayonu Hənifə Bələdiyyəsinə məxsus sahədə 96 ədəd ağac kəsməsini və bununla da Hənifə Bələdiyyəsinə 34780 manat maddi zyan vurmasını təsdiq etmir. Belə ki, nə 04 iyun 2021-ci il tartixli aktda və ona əlavə olunmuş sənədlərdə, nə ifadədələrin yerində yoxlanması protokolunda və disklərdə, nə 10 mart 2022-ci il tarixli ekspertiza rəyində, nə də hər hansı digər sübutda Təqsirləndirilən şəxs 2021-ci ili aprel ayının sonlarında Hənifə Bələdiyyəsinə məxsus sahədə 95 ədəd qızılağac və 1 ədəd söyüd ağacı olmaqla 96 ədəd ağacları kəsməsi və onun bələdiyyəyə 34780 manat ziyan vurması qeyd olunmur və sübut olunmur. Bu xüsusda məhkəmə həmçinin bildirir ki, Təqsirləndirilən şəxs şahid qismində ifadəsinin yerində yoxlanması protokolu və disklər də qanunsuz yolla əldə edilmiş sübutlara aid olduğundan mötəbər sübut standartına cavab vermir. Təqsirləndirilən şəxs məhz təqsirləndirilən şəxs qismində şahidlər Şahid1, Şahid2, həmçinin Nümayəndə və digər şahidlər arasında üzləşdirmə keçirilməməklə onun həmin şahidlərin ibtidai istintaqdakı ifadələrində göstərilənlərə münasibət bildirmək və onları təkzib etmək hüququ təmin edilməmişdir. Bu da Təqsirləndirilən şəxs münasibətdə ibtidai istintaqın ədalət standartlara cavab vermədiyini göstərir. Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının sonlarında Balakən rayonu Hənifə Bələdiyyəsinə məxsus sahədə 96 ədəd ağac kəsməsi və bələdiyyəyə 34780 manat maddi ziyan vurması yalnız ehtimallara əsaslanmışdır və işdəki heç bir mötəbər sübutla təsdiqini tapmır. İşdə heç bir mötəbər sübutla təsdiqi tapmadığı üçün Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının sonlarında Balakən rayonu Hənifə Bələdiyyəsinə məxsus sahədə 96 ədəd ağac kəsməsi və bələdiyyəyə 34780 manat maddi ziyan vurması əsaslı şübhələr yaradır ki, ittiham tərəfi də bu əsaslı şübhələri aradan qaldıran və Təqsirləndirilən şəxs verilən ittiham üzrə CM-nin 259.2.4-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qanunun tələbinə görə ittiam tərəfindən aradan qaldırıla bilməyən bu əsaslı şübhələr də təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Həmçinin qanunun tələbinə görə (CPM-nin 351.2-ci maddəsi) məhkəmənin ittiam hökmü ehtimallara əsaslana bilməz. Təqsiri sübuta yetirilmədən yalnız ehtimallar əsasında Təqsirləndirilən şəxs CM-nin 259.2.4-cü maddəsilə təqsiri bilinməsi və məhkum edilməsi isə qanunun tələblərinə zidd olmaqla yolverilməzdir. Məhkəmə həmçinin yuxarıda göstərilən arqumentlərə istinadən şahidlər Şahid1, Şahid2 Cəbrayıl oğlunun, Şahid3, Şahid4, Şahid5 və Şahid6 ibtidai istintaqda verdikləri ifadələri ilə məhkəmə istintaqında verdikləri ifadələr arasında ziddiyyətə işin müəyyən olunmuş halları və qanun normaları əsasında hüquqi qiymət verərək, hesab edir ki, şahidlər Şahid1, Şahid2 Cəbrayıl oğlunun, Şahid3, Şahid4, Şahid5 və Şahid6 məhkəmə istintaqında verdiyi ifadələr mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə həmin şəxslərin ibtidai istintaqda verdiyi ifadələrini, həmçinin ittihamın istinad etdiyi digər sübutları yuxarıda göstərilən arqumentlər və hüquqi əsaslandırma nəticəsində mötəbər sübutlar kimi qəbul etmir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə hüquqi qiymət verərək, hesab edir ki, işin faktiki halları və digər mötəbər sübutlarla təsdiq olunduğundan onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi daha mötəbər və əsaslıdır və ona görə də mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə işdəki mötəbər sübutlara istinad edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə CM-nin 259.2.4-cü maddəsilə təqsirli olması müəyyən edilməsə də, həmin mötəbər sübutlarla onun Balakən rayonu Hənifə Bələdiyyəsinə məxsus diametri 28 sm və dəyəri 250 manat olan 1 ədəd qızılağac, diametri 40 sm və dəyəri 400 manat olan 1 ədəd qızılağac, diametri 44 sm və dəyəri 400 manat olan 1 ədəd qızılağac və diametri 48 sm və dəyəri 400 manat olan 1 ədəd qızılağac olmaqla ümumi dəyəri 1450 manat olan 4 ədəd qızılağac cinsindən olan ağacları kəsməsinə göstəriş verməsi və həmin ağacların kəsilməsində, bununla da Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zaman verdiyi ifadəsi, onun ifadəsinin yerində yoxlanması protokolu, şahidlər Şahid1 və Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizanın 10 mart 2022-ci il tarixli 9/1039 nömrəli rəyi (rəyin qiymət cədvəlində olan 7,15,18 və 19-cu sıra sayları üzrə ağacların diametri və qiyməti) və sair mötəbər sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs tərəfindən Balakən rayonu Hənifə Bələdiyyəsinə məxsus diametri 28 sm və dəyəri 250 manat olan 1 ədəd qızılağac, diametri 40 sm və dəyəri 400 manat olan 1 ədəd qızılağac, diametri 44 sm və dəyəri 400 manat olan 1 ədəd qızılağac və diametri 48 sm və dəyəri 400 manat olan 1 ədəd qızılağac olmaqla ümumi dəyəri 1450 manat olan 4 ədəd qızılağac cinsindən olan ağaclar yaş köküstə kəsilmiş və nəticədə Hənifə Bələdiyyəsinə 1450 manat maddi ziyan vurulmuşdur. Bu da Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin olduğunu göstərir və sübut edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin «Qeyd» hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə işdə mötəbər hesab etdiyi sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, təqsirləndirilən şəxsin həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş həmin əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki,istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə təqsirli bilindiyi CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətdir. Belə olan halda qanunvericiliyin tələbinə əsasən CMnin 259.1-ci maddəsində nəzərdə tutulmuş bu cinayət Təqsirləndirilən şəxs münasibətdə residivin müəyyən olunması üçün nəzərə alınmamalıdır. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketrizə edən amillərdəndir. Bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi üçün onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Şübhəsiz ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli qəsdən törədilən və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli davamlı antisosial yönümün nəticəsi olmuşdur. Onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cəzanın məqsədlərinə nail olunması nöqteyinəzərindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azalıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü çıxarıldıqdan sonra onun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl hazırki iş üzrə CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində də təqsirli olduğu müəyyən olunduğu üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinin tələbləri qaydasında cəza təyin edilməidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın nın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri qaydasında hazırki hökmlə təyin olunacaq cəzaya Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il hökmü ilə təyin olunmuş 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə qəti olaraq müəyyən müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Balakən Rayon Məhkəməsinin 30.03. 2022-ci il tarixli hökmünə əsasən çəkilən cəza bu qəti cəza müddətinə hesablanmaqla ona qəti olaraq təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını çəkməsinin əvvəli tutulduğu 18 iyun 2021-ci il tarixdən hesablanmalı, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi və onun hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2.ev dustaqlığında saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X10 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut kimi tanınmış ifadənin yerində yoxlanması zamanı aparılmış videoçəkilişin köçürüldüyü 02 ədəd DVD diski sənədləri hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Balakən rayonu Hənifə Bələdiyyəsinə vurulan ziyanın ödənilməsi ilə bağlı iddia ərizəsi mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 40 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 240 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsindən həmin Məcəllənin 259.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Balakən Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Balakən Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli hökmü ilə ona təyin edilərək hazırda çəkilən azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli tutulduğu 18 iyun 2021-ci il tarixdən hesablansın. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi və onun hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X10 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut kimi tanınmış ifadənin yerində yoxlanması zamanı aparılmış videoçəkilişin köçürüldüyü 02 ədəd DVD diski sənədləri hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Balakən rayonu Hənifə Bələdiyyəsinə vurulan ziyanın ödənilməsi ilə bağlı iddia ərizəsi mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 240 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar