Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-4/2024 31.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Katex Bələdiyyəsinin nümayəndəsi Nümayəndə, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1979-cu il tarixdə Balakən rayonu Katex kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməyən, işləməyən, Balakən rayon Katex kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, təkrarən, qanunsuz olaraq, xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Belə ki, o, Balakən rayonu Katex Bələdiyyəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdırdıqdan sonra ağac kəsməli olduğu halda, bunları etməyərək həmin bələdiyyəyə məxsus torpaq sahəsindən qəsdən, qanunsuz olaraq ağac kəsmək qərarına gəlmiş, bu məqsədlə 10 oktyabr 2022-ci il tarixdə Balakən rayon Katex kəndi ərazisində qeyd olunan bələdiyyəyə məxsus, meşə fonduna daxil olmayan 1,60 ha ərazidə yerləşən, Katex kənd Bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təssərrüfatı təyinatlı çoxillik əkmələr ərazisinə aid olan torpaq sahəsindən 1 ədəd 52 sm diametrində 1000 manat dəyərində, 1 ədəd 39 sm diametrində 400 manat dəyərində ümumilikdə 02 ədəd, köküstə yaş qızılağac ağaclarını özünə məxsus motorlu mişarla qəsdən, qanunsuz kəsərək Katex Bələdiyyəsinə xeyli miqdarda, yəni 1400 (min dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qəsdən, qanunsuz olaraq ağac kəsmə cinayət əməlini törətmişdir. Bundan başqa o, Balakən rayonu Katex kənd Bələdiyyəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdırdıqdan sonra ağac kəsməli olduğu halda, bunları etməyərək həmin bələdiyyəyə məxsus torpaq sahəsindən qəsdən, təkrarən, qanunsuz olaraq ağac kəsmək qərarına gəlmiş, bu məqsədlə 2022-ci ilin noyabr ayının əvvəllərində Balakən rayon Katex kəndi ərazisində qeyd olunan bələdiyyəyə məxsus, meşə fonduna daxil olmayan 1,60 ha ərazidə yerləşən, Katex kənd Bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təssərrüfatı təyinatlı çoxillik əkmələr ərazisinə aid olan torpaq sahəsindən 1 ədəd 46 sm diametrində 700 manat dəyərində yalanqoz ağacını, 1 ədəd 53 sm diametrində 1050 manat dəyərində qovaq ağacını, 1 ədəd 22 sm diametrində 200 manat dəyərində, 1 ədəd 55 sm diametrində 1150 manat dəyərində, 1 ədəd 46 sm diametrində 700 manat dəyərində, 1 ədəd 41 sm diametrində 450 manat dəyərində, 1 ədəd 50 sm diametrində 900 manat dəyərində, 1 ədəd 44 sm diametrində 600 manat dəyərində, 1 ədəd 26 sm diametrində 250 manat dəyərində, 1 ədəd 45 sm diametrində 650 manat dəyərində qələmə qovaq ağaclarını, ümumilikdə 10 (on) ədəd köküstə yaş ağacları özününkü kimi təqdim edərək həmin ağacların 450 manata satılmasına dair Şahid2 ilə razılaşıb onun sifarişi ilə Şahid3 tərəfindən qəsdən, qanunsuz kəsilməsinə nail olaraq Katex Bələdiyyəsinə xeyli miqdarda yəni, 6650 (altı min altı yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qəsdən, qanunsuz olaraq, təkrarən ağac kəsmə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, işdə olan və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 259.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində həqiqətən də Balakən rayonu Katex Bələdiyyəsinə məxsus ağacları kəsdiyini, həmin ağacları özünün və ailə üzvlərinin əkdiyini və həmin ağacların onlara məxsus torpaq sahəsində oduğunu fikirləşdiyini, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkdiyini, himayəsində azyaşlı uşaqların olduğunu bildirərək, ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 259.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Balakən rayon Katex kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, psixi xəstəliklər keçirməmişdir. Heç yerdə işləmir. 10 oktyabr 2022-ci il tarixdə ona məxsus olan torpaq sahəsinin baş tərəfində olan Katex kəndinin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən mühərrikli mişar vasitəsi ilə 2 ədəd qızılağac cinsinə məxsus ağacları kəsmişdir. Daha sonra ağacları oduncaq etmiş və öz ehtiyacları üçün evində və həyətində olan sobada yemək bişirmək üçün və həmçinin təndirdə çörək bişirərkən yandıraraq istifadə etmişdir. Onun 2 ədəd qızılağac ağaclarını kəsdiyi Katex kəndinin bələdiyyə mülkiyyətinə aid olan 1 ha 60 sot torpaq sahəsindən əvvəllər mərhum atası X1 dövründən istifadə etmişdir. Həmin torpaqların sonradan bir qismi bələdiyyə mülkiyyətinə bir qismi isə kənd təsərrüfatlı pay torpaqları kimi istifadə edilmişdir. Kənd sakinlərinin torpaq sahələrinin yaxınlığında olan, həmçinin həmin torpaqlarla həmsərhəd olan bələdiyyə torpaqları Balakən rayon Katex kənd Bələdiyyəsinin şifahi razılığı əsasında yaxud da müqavilə əsasında kənd sakinlərinə istifadə etmək üçün paylanmışdır. Onun mərhum atası X3 17 fevral 1997-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra isə Balakən rayon Katex kənd Bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təsərrüfatlı təyinatlı çoxillik əkmələr ərazisinə aid olan 1 ha 60 sot torpaq sahəsindən o və anası Həvva Musayeva istifadə etmişlər. Hal- hazırda isə anası Havva Musayeva yaşlı olduğuna görə təsərrüfat işi görə bilmir və Balakən rayon Katex kənd Bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təsərrüfatlı təyinatlı çoxillik əkmələr ərazisinə aid olan 1 ha 60 sot torpaq sahəsindən o, istifadə etmişdir.Torpaq sahəsində fındıq ağacları var. Həmçinin həmin sahənin otunu biçərək iribuynuzlu mallarına verir. 2 ədəd kəsdiyi qızılağac ağaclarını isə onun mərhum atası X3 vəfat etməmişdən əvvəl əkmişdir. 2022-ci ilin noyabr ayının əvvəllərində isə o, Balakən rayon Katex kənd Bələdiyyəsinin mülkiyyətində olan bələdiyyənin şifahi razılığına əsasən istifadə etdiyi torpaq sahəsində müxtəlif cinsli ağacları kəsib satmaq qərarına gəlmişdir. Çünki pula ehtiyacı olmuşdur. Həmin ağacları da mərhum atası X3 vəfat etməmişdən əvvəl əkmişdir. Daha sonra ağac alan şəxslərlə maraqlanmış, Balakən rayon Tülü kənd sakini Şahid2 adlı şəxsin ağac aldığını öyrənmişdir. Buna görə də Əfqanın mobil telefon nömrəsinə zəng edərək müxtəlif cinsli ağacların olduğunu və satdığını bildirmişdir. Ona Balakən rayon Tülü kəndində yaşayan Şahid2 adlı şəxsin mobil telefonunu kürəkəni Şahid4 vermişdir. Çünki o, ağacları kəsib satmaq istədiyini kürəkəni Ələsgərə demişdir. Əfqanla telefon daşınığı zamanı Əfqan ona ağaclara baxmağa gələcəyini bildirmişdir. Əfqan ilə mobil telefon vasitəsi ilə danışdıqdan bir gün sonra, yəni 2022-ci ilin noyabr ayının əvvəllərində Uaz markalı avtomobil ilə yanında iki nəfərlə Katex kəndinə gəlmiş, daha sonra o, Əfqanla yolda görüşmüşdür. Həmin vaxt Əfqan özü Uaz markalı avtomobili idarə etmişdir. Yanında olan isə tanımadığı şəxslər olmuşdur. Sonradan adını bildiyi həmin şəxslər Əfqanın fəhlələri olmuşdur. Birinin adı Elçin, digərinin adı isə Eldar olmuşdur. Daha sonra o, Əfqanın idarə etdiyi Uaz markalı avtomobilə minmiş və birlikdə onun Balakən rayon Katex kəndində yerləşən evinin həyətindən keçərək fındıq bağının baş tərəfində olan həmin bağ ərazisinə gəlmişlər. O, bağ ərazisinə gəldikdə Əfqana satmaq istədiyi ağacların olduğu ərazinin bələdiyyə mülkiyyətinə aid olduğunu bildirmişdir. O, həmin əraziyə uzun illərdir ki, özü nəzarət etdiyini və ona təcili pul lazım olduğu üçün ağacları satdığını demişdir. Lakin Əfqana onun həmin ağacları kəsməyə və satmağa heç bir rəsmi icazəsi olmadığını, yəni ağacları kəsib satmaq üçün rəsmi icazə almadığını bildirmişdir. Həmin vaxt Əfqan ona özü məsələni həll edəcəyini demişdir. Yəni Əfqan ona ağacların kəsilməsi ilə bağlı onun üçün heç bir problem olmayacağını bildirmişdir. Bu zaman o da ağacları satmağa razılaşmışdır. Daha sonra o, satdığı 8 ədəd qələmə qovaq ağacını, bir ədəd qovaq və bir ədəd yalanqoz ağacını Əfqana göstərmişdir. Əfqan da ağacları kəsib Uaz markalı avtomobilin yük yerinə doldurub hər yük yeri dolduqda ona 150 manat pul verəcəyini bildirmişdir. O da razılaşmışdır. Daha sonra Əfqanın yanında gələn Eldar adlı şəxs mühərrikli mişarı işə salmış və ağacları kəsməyə başlamışdır. Həmin gün Eldar 3 ədəd qələmə qovaq ağacı kəsmiş və doğramışdır. Daha sonra Əfqan, Eldar və Elçin ağacları Uaz markalı avtomobilin yük yerinə yığmışlar. Daha sonra Əfqan ona 150 manat pul vermişdir. Sonra Əfqan, Eldar və Elçin Əfqanın idarə etdiyi avtomobilinə əyləşərək getmişlər. 2 gün sonra isə yenidən Əfqan idarə etdiyi Uaz markalı avtomobillə Eldar və Elçin adlı şəxslərlə birlikdə yaşadığı Balakən rayon Katex kəndinə gəlmiş və onlar birlikdə bağa getmişlər. Həmin gün isə geri qalan 7 ədəd, yəni 1 ədəd yalanqoz, 5 ədəd qələmə qovaq və 1 ədəd qovaq ağacını Əfqanın yanında gələn Eldar adlı şəxs mühərrikli mişarla kəsmişdir. Daha sonra isə digər fəhlə Elçinlə birlikdə hər üçü köməkləşib kəsilmiş ağacları Əfqanın idarə etdiyi Uaz markalı avtomobilin yük yerinə doldurmuşlar. Daha sonra Əfqan həmin şəxslərlə birlikdə getmişdir. Həmin gün Əfqan avtomobildə olan ağacları boşaldıb yenidən idarə etdiyi avtomobillə yanında olan Eldar və Elçin adlı şəxslərlə bağa gəlmişdir. Geri qalan kəsilmiş ağacları da Əfqanın idarə etdiyi Uaz markalı avtomibilin yük yerinə doldurmuşlar. Əfqan ona aralarında olan razılığa əsasən hər maşın üçün 150 manat olmaqla 300 manat vermişdir. Beləcə də Əfqan ona həmin ağacları özünə satmağı müqabilində ümumilikdə 450 manat məbləğində pul vermişdir. O, həmin ağacların kəsilməsinin qanunsuz olduğunu bilmişdir. Buna görə də Əfqan adlı şəxsə ağacların kəsilməsi üçün icazəsi olmadığını, həmin ağacların kəsilməsinin qanunsuz olduğunu, ağacların əkildiyi torpaq sahəsinin Katex Bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təsərrüfatlı çoxillik əkmələr ərazisinə aid torpaq sahəsi olduğunu bildirmişdir. 23 noyabr 2022-ci il tarixdə isə polis əməkdaşları həmin ağacların qanunsuz kəsildiyini müəyyən edib qeyd edilən əraziyə onun və 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Şahid1 iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı o, özünün kəsdiyi 2 ədəd qızılağac ağacını, həmçinin onun Əfqana 450 manat müqabilində satdığı Əfqan adlı şəxsin fəhləsi olan Eldar adlı şəxs tərəfindən mühərrikli mişarla kəsilmiş və Əfqan, Elçin və Eldar tərəfindən Əfqanın idarə etdiyi Uaz markalı avtomobilin yük hissəsinə doldurularaq aparılmış ağacları göstərmişdir. Baxış zamanı ağacların cinsi, diametrləri və sayı müəyyən edilmişdir. Katex Bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təsərrüfatlı çoxillik əkmələr ərazisinə aid torpaq sahəsindən 8 ədəd qələmə qovaq ağacı, 2 ədəd qızılağac ağacı, bir ədəd yalanqoz ağacı, bir ədəd qovaq cinsinə məxsus olmaqla ümumilikdə 12 ədəd yaş köküstə ağaclar kəsildiyi müəyyən edilmişdir. Baxış zamanı mobil telefon vasitəsi ilə fasiləsiz olaraq videoçəklişdən istifadə edilmişdir. Həmçinin baxış zamanı protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. 2 ədəd qızılağac ağacını o, özü 10 oktyabr 2022-ci il tarixdə özünə məxsus olan motorlu mişarla kəsmiş, daha sonra evində və həyətində olan sobada yandıraraq istifadə etmişdir. Həmçinin geri qalan hissəsini isə təndirdə çörək bişirirərkən yandırıb istifadə etmişdir. 8 ədəd qələmə qovaq ağacını, 1 ədəd qovaq ağacını, 1 ədəd yalanqoz ağacını isə Balakən rayon Tülü kənd sakini Şahid2 ümumilikdə 450 manata satmışdır. Həmin ağaclar isə 2022-ci ilin noyabr ayının əvvəllərində Əfqanın yanında gələn Eldar adlı şəxs tərəfindən motorlu mişarla kəsilmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2023-cü il tarixli 9/280 nömrəli rəyindən sonra ona məlum olmuşdur ki, 02 ədəd 52 sm və 39 sm diametrlərdə qızılağac ağaclarının, 08 ədəd 22 sm, 55 sm, 46 sm, 41 sm, 50 sm, 44 sm, 26 sm, və 45 sm diametrli qələmə qovaq ağaclarının, həmçinin 01 ədəd 46 sm diametrli yalanqoz ağacının, 01 ədəd 53 sm diametrli qovaq cinsindən olan ağacın kəsilməsi nəticəsində təbiətə 8050,00 manat məbləğində ziyan dəymişdir. Əfqanla aralarında olan söhbət zamanı yanlarında heç kim olmamışdır. Hətta Əfqanın ona hansı məbləğdə pul verdiyini Əfqanın yanında olan Elçin və Eldar adlı şəxslər də bilməmişdir. O, Əfqana həmin ağacları razılaşmalarına əsasən satmışdır. Hər dolmuş maşını isə Əfqana 150 manata satmışdır. O, Şahid2 ağacları satdığını bildirdikdə həmin torpaq sahəsinin Katex Bələdiyyəsinin mülkiyyətinə aid olduğunu və ağacları kəsmək üçün heç bir icazəsi olmadığını, yəni satdığı ağacların özünə aid olmadığını bildirdiyi zaman Əfqan ona ağacların kəsilməsi ilə bağlı onun üçün heç bir problem olmayacağını dedikdə ona hər hansı bir açıqlama verməmişdir. Lakin ağacların kəsilməsi ilə bağlı onun üçün heç bir problem olmayacağını və məsələni özü həll edəcəyini bildirmişdir. Həmçinin o, kürəkəni Şahid4 həmin ağacların bələdiyyə mülkiyyətinə aid olması barədə heç bir söz deməmişdir. Ələsgərə özünə məxsus torpaq sahəsində olan ağacları satdığını demişdir. Bir daha belə əməllərə yol verməyəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Balakən rayon Katex Bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində Katex Bələdiyyəsində vergi üzrə müfəttiş işldədiyini, Təqsirləndirilən şəxs Katex Bələdiyyəsinə məxsus ağacları bilmədən kəsdiyini və ona qarşı heç bir tələblərinin olmadığını bildirmişdir. İbtidai istintaqda zərərçəkmiş hüquqi şəxs Balakən rayon Katex Bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq 09 aprel 2004-cü ildən etibarən Balakən rayon Katex kənd Bələdiyyəsində vergi müfəttişi vəzifəsində işləyir. 22 noyabr 2022- ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Balakən rayon Katex kənd sakini Təqsirləndirilən şəxs tərəfindən Balakən rayon Katex kənd Bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatlı təyinatlı çoxillik əkmələr ərazisinə aid torpaq sahəsindən müxtəlif cinsli ağacların qanunsuz kəsilməsi müəyyən edilmişdir. Bununla bağlı 23 noyabr 2022-ci il tarixdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilmiş, həmin ərazidən Təqsirləndirilən şəxs tərəfindən 02 ədəd qızılağac ağaclarının, 08 ədəd qələmə qovaq ağaclarının, həmçinin 01 ədəd yalanqoz ağacının, 01 ədəd qovaq cinsindən olan ağacın qanunsuz kəsilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında yerləşən Balakən rayon Katex kənd Bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatlı təyinatlı çoxillik əkmələr ərazisinə aid torpaq sahəsindən istifadə üçün Balakən rayon Katex kənd Bələdiyyəsindən şifahi icazə almışdır. Təxminən 1970-1980-cı illərdə kolxoz tərəfindən həmin sahələr əkilərək istifadə edilmişdir. Daha sonra kənd əhalisi arasında kənd təsərrüfatlı əkin sahələri olaraq dövlət tərəfindən paylanmışdır. Həmin kənd təsərrüfatlı əkin sahələri, həmçinin həyətyanı torpaq sahələri Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin yaxınlığında yerləşdiyi zaman kənd bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsindən istifadə edilməsi üçün şifahi razılıq verilmiş və kənd sakinləri həmin bələdiyyə torpaqlarından istifadə etmişlər. Təqsirləndirilən şəxs də qeyd etdiyi torpaq sahəsi Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olduğundan, özünün istifadəsində olan həyətyanı və pay torpaqlarına bitişik torpaq sahəsi olduğu üçün kolxoz dövründən Musanın mərhum atası İbrahim Musayev həmin torpaq sahəsini istifadə etmiş, sonradan isə torpaq sahəsi bələdiyyə mülkiyyətinə keçdikdən sonra isə Təqsirləndirilən şəxs istifadə etmişdir. Buna görə də Təqsirləndirilən şəxs həmin torpaq sahəsindən istifadəsi ilə bağlı tərəflərindən hər hansı bir şikayət və irad olmamışdır. Musayev X5 rayon Katex kənd Bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatlı təyinatlı çoxillik əkmələr ərazisinə aid torpaq sahəsindən müxtəlif cinsli ağacları qanunsuz olaraq kəsmiş, bu barədə həm Balakən rayon Katex Bələdiyyəsinə, həmçinin də hər hansı bir aidiyyəti quruma məlumat verməmişdir. Əgər Təqsirləndirilən şəxs bu barədə Balakən rayon Katex kənd Bələdiyyəsinə müraciət edərdisə Musaya Bələdiyyə mülkiyyətində olan ağacların kəsilməsi barədə qəti şəkildə icazə verilməzdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid5 ifadələri ilə, həmçinin ittiham və müdafiə tərəflərinin razılığı əsasında ibtidai istintaqda şahid qismində verdiyi ifadələri elan olunmuş Şahid2 və Şahid4 ifadələri ilə Təqsirləndirilən şəxs qəsdən, təkrarən, qanunsuz olaraq, xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz ağac kəsməsi, onun Balakən rayonu Katex Bələdiyyəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdırdıqdan sonra ağac kəsməli olduğu halda, bunları etməyərək həmin bələdiyyəyə məxsus torpaq sahəsindən qəsdən, qanunsuz olaraq ağac kəsmək qərarına gəlməsi, bu məqsədlə 10 oktyabr 2022-ci il tarixdə Balakən rayon Katex kəndi ərazisində qeyd olunan bələdiyyəyə məxsus, meşə fonduna daxil olmayan 1,60 ha ərazidə yerləşən, Katex kənd Bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təssərrüfatı təyinatlı çoxillik əkmələr ərazisinə aid olan torpaq sahəsindən 1 ədəd 52 sm diametrində 1000 manat dəyərində, 1 ədəd 39 sm diametrində 400 manat dəyərində ümumilikdə 02 ədəd, köküstə yaş qızılağac ağaclarını özünə məxsus motorlu mişarla qəsdən, qanunsuz kəsərək Katex Bələdiyyəsinə xeyli miqdarda, yəni 1400 (min dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qəsdən, qanunsuz olaraq ağac kəsmə cinayət əməlini törətməsi, bundan başqa onun Balakən rayonu Katex kənd Bələdiyyəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdırdıqdan sonra ağac kəsməli olduğu halda, bunları etməyərək həmin bələdiyyəyə məxsus torpaq sahəsindən qəsdən, təkrarən, qanunsuz olaraq ağac kəsmək qərarına gəlməsi, bu məqsədlə 2022-ci ilin noyabr ayının əvvəllərində Balakən rayon Katex kəndi ərazisində qeyd olunan bələdiyyəyə məxsus, meşə fonduna daxil olmayan 1,60 ha ərazidə yerləşən, Katex kənd Bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təssərrüfatı təyinatlı çoxillik əkmələr ərazisinə aid olan torpaq sahəsindən 1 ədəd 46 sm diametrində 700 manat dəyərində yalanqoz ağacını, 1 ədəd 53 sm diametrində 1050 manat dəyərində qovaq ağacını, 1 ədəd 22 sm diametrində 200 manat dəyərində, 1 ədəd 55 sm diametrində 1150 manat dəyərində, 1 ədəd 46 sm diametrində 700 manat dəyərində, 1 ədəd 41 sm diametrində 450 manat dəyərində, 1 ədəd 50 sm diametrində 900 manat dəyərində, 1 ədəd 44 sm diametrində 600 manat dəyərində, 1 ədəd 26 sm diametrində 250 manat dəyərində, 1 ədəd 45 sm diametrində 650 manat dəyərində qələmə qovaq ağaclarını, ümumilikdə 10 (on) ədəd köküstə yaş ağacları özününkü kimi təqdim edərək həmin ağacların 450 manata satılmasına dair Şahid2 ilə razılaşıb onun sifarişi ilə Şahid3 tərəfindən qəsdən, qanunsuz kəsilməsinə nail olaraq Katex Bələdiyyəsinə xeyli miqdarda yəni, 6650 (altı min altı yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qəsdən, qanunsuz olaraq, təkrarən ağac kəsmə cinayət əməlini törətməsi təsdiq olunmuşdur. İş materiallarında olan 23 noyabr 2023-cü il tarixdə saat 10:15 dəqiqədən saat 11:20 dəqiqəyədək baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Şahid5 raportla RPŞ-nə rəhbərliyə məruzə edərək 22.11,2022-ci il tarixdə saat 16 radələrində RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı X9 ilə təhkim olunduqları xidməti ərazidə olduqları xx.xx.1979-cu il təvəllüdlü Balakən rayonu Katex kənd sakini Təqsirləndirilən şəxs 2 ədəd qızılağac və bir neçə növ digər ağacların kəsməsini aşkar etmələrini bildirməsi əsasında Balakən rayonu Katex kəndində aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs kəsdiyi ağacları təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs kəsdiyi ağacları təqdim etmişdir. Baxışda iştirak edən 7 saylı Ekologiya və Təbii Sərvət İdarəsinin ətraf mühiti mühafizəsi və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi müfəttişi vəzifəsində işləyən Şahid1 Təqsirləndirilən şəxs təqdim etdiyi ağaclara baxış keçirmiş və həmin ağacların diametrlərini ölçmüş, həmin kəsilən ağacların 8 ədəd qələmə qovaq ağacları olmaqla hər birinin diametrləri, 22 sm, 55 sm, 46 sm, 41 sm, 50 sm, 44 sm, 26 sm, 45 sm olan ağaclar, 2 ədəd qızılağac ağacı olmaqla diametrləri 52 sm və 39 sm olan ağaclar, 1 ədəd qovaq ağacı olmaqla diametri 53 sm olan ağac və 1 ədəd yalanqoz ağacı olmaqla diametri 46 sm olan ağac olması məlum olmuşdur. Şahid1 baxış zamanı qeyd edilən ağacların kökü yaş vəziyyətdə kəsildiklərini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin ağacları 1 ay yarım əvvəl özünə məxsus mühərrikli mişar ilə kəsdiyini, həmin kəsdiyi ağacların Bələdiyyə mülkiyyətində yerləşdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs məxsus 1 ədəd mühərrikli mişar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür.Baxış zamanı Balakən RPŞ- nin İTB-nin sahə rəisi, polis mayoru Şahid5 tərəfindən Redmi markalı mobil telefon vasitəsi ilə qeydə alınmış videogörüntülərin əks olunduğu DVD disk şəxsi axtarış protokoluna əlavə olunmuşdur. Baxış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Şahid1 arayışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 421 №-li qərarına əsasən Balakən rayon Katex kənd sakini Təqsirləndirilən şəxs tərəfindən 12 ədəd kök yaş üstə müxtəlif növ ağacların kəsilməsi nəticəsində cəmi dəymiş ziyanın məbləği 8050 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X10 olmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq və bir yetkinlik yaşına çatmayan uşaq vardır. İş materiallarında olan Azərbaycan Repsublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2022-ci il tarixli 5 saylı arayışdan görünür ki. Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 22 dekabr 2022-ci il tarixli **********05 nömrəli məktubundan görünür ki, Balakən Rayon Polis X2 aparılan HK-1/809 nömrəli material üzrə istintaq zərurəti olduğundan Balakən rayonu, Katex kəndi ərazisində Təqsirləndirilən şəxs tərəfindən köküstə yaş, müxtəlif diametrlərdə, 12 ədəd müxtəlif cinsli ağacların kəsilməsi ilə bağlı qeyd edilən ərazinin mülkiyyətçisinin müəyyənləşdirilməsi zərurəti yarandığından mütəxəssisin ayrılmasına köməklik göstərilməsi barədə məktuba "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Məlumat üçün bidirilir ki, sözügedən torpaq sahəsinə Balakən Rayon Polis Şöbəsinin əməkdaşının iştirakı ilə tərəflərindən yerli baxış keçirilmiş və mübahisə predmeti olan torpaq sahəsinin GPS aləti vasitəsi ilə sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin olunmuşdur. Çöl-ölçmə işlərinin nəticəsinə və 18 saylı Zaqatala Ərazi İdarəsinin xidməti İstifadəsində olan elektron məlumat bazasına əsasən məlum olmuşdur ki, kəsilmiş 12 ədəd müxtəlif cinsli ağacların yerləşdiyi torpaq sahəsi Katex Bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisinə aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “Hesablama Cədvəli"nə əsasən Balakən rayon Katex kənd sakini Təqsirləndirilən şəxs tərəfindən köküstə yaş olmaqla 12 ədəd müxtəlif növ ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 2022-ci ilin oktyabr-noyabr aylarına 8050,00 manat müəyyən edilir. Həmin ağacların ayrı- ayrılıqda adları, diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 yanvar 2023-cü il tarixli 9/280 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “Hesablama Cədvəli"nə əsasən Balakən rayon Katex kənd sakini Təqsirləndirilən şəxs tərəfindən köküstə yaş olmaqla 12 ədəd müxtəlif növ ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 2022-ci ilin oktyabr-noyabr aylarına 8050,00 manat müəyyən edilir. Həmin ağacların ayrı- ayrılıqda adları, diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan 03 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdə saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarındla olan 04 mart 2023-cü il tarixli qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında Aktdan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə saat 19:30-da Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 06 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından və 09 mart 2023-cü il tarixli maddi sübutun təhvil verilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs 2 ədəd qızılağac ağaclarını kürədə və təndirdə yandırma yolu ilə istifadə etməsi və Şahid2 Sədər oğlunun 10 ədəd köküstə yaş ağacları yeşik taxtası edib yeşik düzəldərək satıb istifadə etməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd motorlu mişar maddi sübut kimi tanınmış və sahibi Təqsirləndirilən şəxs qaytarılmış, hadisə yerinə baxış keçirilərkən qeydə alınmış videoçəkilişin əks olunduğu 01 ədəd DVD diski sübut kimi qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş mədaxil qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 10 manat və xx.xx.2023-cü il tarixdə 10 manat olmaqla zərərçəkmiş şəxs Balakən rayon Katex Bələdiyyəsinə 540 manat ziyan məbləği ödəmişdir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Katex Bələdiyyəsinin heç bir tələbi yoxdur. Məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, baxış keçirilməsi barədə protokolu, həmin baxışın əks olunduğu 01 ədəd DVD diskini, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesablanmış ziyanın hesablanması cədvəlini, maddi sübutu, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 yanvar 2023-cü il tarixli 9/280 nömrəli rəyini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən daxil olmuş xx.xx.2022-cü il tarixli **********05 nömrəli məktubu, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2022-ci il tarixli 5 saylı arayışı, Balakən RPŞ-nin İB-nin baş müstəntiqinin 06 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarını, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, işdə olan sair sənədləri işin hallarını bir-biri ilə əlaqəli şəkildə zidiyyət olmadan təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini etiraf etməsini ona verilən ittihamın əsası kimi qəbul edir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxsn qəsdən, təkrarən, qanunsuz olaraq, xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Həmin maddənin Qeyd hissəsinə əsasən; 1. Bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir.2. Bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. 259.2. Eyni əməllər:259.2.1. təkrar törədildikdə; 259.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 259.2.4. külli miqdarda ziyan vurmaqla törədildikdə -yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair» 29 noyabr 2022-ci il tarixli qərarında göstərilir ki, 1. Kənd təsərrüfatı məqsədi ilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz; 2. Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər; 3. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57, 83.0.6 və 85.4-cü maddələri ilə müəyyən olunmuş tələblərə riayət edilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazənin verilməsi həmin ərazidə tikinti işlərinin aparılması məqsədilə yaşıllıqların kəsilməsi (götürülməsi) halında cinayət məsuliyyətinin yaranmasını istisna edir; 4. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9cu maddələrinin mənasına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr yaşıllıqların mühafizəsi tədbiri olaraq qanun pozuntularının qarşısının alınması vəzifəsini daşıyırlar. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinə, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarına istinad edib, işdə olan sənədləri və digər sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, işin faktoloji hallarına və qanun normalarının tələbinə əsasən himayəsində azyaşlı uşağın və yetkinlik yaşına çatmayan uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs kriminal meyilli şəxslərdən fərqləndirmək və antisosial yönümün psixikasında model davranışa çevrilməməsini göstərmək üçün ağlabatan əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə eyni zamanda bildirir ki, Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, heç şübhəsiz ki, ona istinad olunan əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusat həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və CM-nin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstünyalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona istinad olunan Azərbaycan Respublikası CM-nin 259.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar vardır və onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.2.1-ci maddəsinin sanksiyasında yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyinatında nəzərə alır ki, işdə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olmaqla, onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.2.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasından əvvəl cərimə, və azadlığın məhdudlaşdırılması növündə cəzalar nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs əvvəllər hər hansı cinayət əməli törətməmişdir. Bu hal Təqsirləndirilən şəxs törətdiyi CM-nin 259.2.1-ci maddəsində nəzərdə tutulmuş az ağır cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olmadığına, psixologiyasında dominantlıq təşkil edərək, model davranışa çevrilmədiyinə, həmçinin onu cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması istəyinə dəlalət edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Heç şübhəsiz ki, hazırki iş üzrə də təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özünə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların işığında heç şübhəsiz ki,Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi formasında cəzaya, yəni azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, cəzasını yüngülləşdirən halların olduğu, cəzasını ağırlaşdıran halların olmadığı, həmçinin onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmədən əvvəl digər cəzaların nəzərdə tutulduğu şəraitdə, Təqsirləndirilən şəxs ən sərt cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi,onun fərdi azadlıq hüququ ilə ekoloji təhlükəsizliyin mühafizəsi ilə bağlı ictimai münasibətlərin qorunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı, işin hallarına əsasən heç də cəzanın məqsədlərinə nail olunmasına xidmət etməzdi və bir növ ondan qisas almağa xidmət edərdi ki, bu da qanunla yolverilməzdir. Belə ki, qeyd edildiyi kimi, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir.Cəzanın məqsədi sosial ədalətin bərpası,xüsusi prevensiyanın (şəxsin özünü cinayət əməlinin törədilməsindən çəkindirmək) və ümumi prevensiyanın (başqa şəxsləri cinayət əməlinin törədilməsindən çəkindirmək) təmin edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə lüzum görmür. Həmçinin Təqsirləndirilən şəxs cərimə cəzasının təyin edilməsi də onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəliliyinə, şəxsiyyətinə, ədalət və humanizm prinsiplərinə adekvat olmamaqla cəzanın məqsədlərinə uyğun deyildir və əsassızdır. Bu xüsusda onu da nəzərə almaq lazımdır ki, aylıq gəlirinin (qazancının) müəyyən olunmadığı şəraitdə Təqsirləndirilən şəxs yeddi min manatdan doqquz min manatadək cərimə cəzasanın təyin edilməsi də onun əməlinə mütənasib olmamaqla və onun üçün maddi ağır maddi məhrumiyyətlər yaratmaqla ədalətsiz cəza olardı. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə və ailəsinin həyat şəraitinə uyğunluğu nöteyinəzərindən ədalətli cəzadır. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, ədalət və humanizm prinsiplərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən onun 03 mart 2023-cü il tarixdə və 04 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdulaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 2 ədəd qızılağac ağaclarını kürədə və təndirdə yandırma yolu ilə istifadə etməsi və Şahid2 Sədər oğlunun 10 ədəd köküstə yaş ağacları yeşik taxtası edib yeşik düzəldərək satıb istifadə etməsi və iş üzrə maddi sübut kimi tanınmış bir ədəd motorlu mişarın sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, hadisə yerinə baxış keçirilərkən qeydə alınmış videoçəkilişin əks olunduğu 01 ədəd DVD diski hazırki cinayət işi üzə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs Balakən rayonu Katex Bələdiyyəsinə vurulan ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 20 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 03 mart 2023-cü il tarixdə və 04 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 ( əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs 2 ədəd qızılağac ağaclarını kürədə və təndirdə yandırma yolu ilə istifadə etməsi və Şahid2 Sədər oğlunun 10 ədəd köküstə yaş ağacları yeşik taxtası edib yeşik düzəldərək satıb istifadə etməsi və iş üzrə maddi sübut kimi tanınmış bir ədəd motorlu mişarın sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın; hadisə yerinə baxış keçirilərkən qeydə alınmış videoçəkilişin əks olunduğu 01 ədəd DVD diski hazırki cinayət işi üzə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxs Balakən rayonu Katex Bələdiyyəsinə vurulan ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 120 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X7 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Z.C.Tahirov
Məhkəmə qərarları › İş №1(019)-4/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-4/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver