Məhkəmə qərarları › İş №1(019)-4/2025

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-4/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-4/2025 07.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxx 1993-cü il tarixdə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,subay,orta təhsilli, fərdi əməklə məşğul olan, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 01 (bir) il 09 (doqquz) ay 04 (dörd) gün müddətə çəkilməmiş cəzası qalan, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan, həmin ünvanda yaşayan, 09 iyun 2024cü il tarixdə ünvan 2 dustaqlığı qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə xeyli miqdarda-13,23 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşımış, 06 iyun 2024-cü il tarixdə saat 21 radələrində həmin narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarında, yəni 01 ədəd polietilen paketdə təmiz çəkisi 2,62 qram hissəsini 50 manat müqabilində Balakən rayonu Sarıbulaq kəndi ərazisində, tanışı Şahid6 satmış, geriyə qalan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,61 qram olan hissəsini isə satış məqsədi ilə əynindəki şalvarın sağ yan cibində daşıyaraq üzərində saxlamış, Balakən rayon polis X20 bölməsinin əməkdaşları tərəfindən keçirilmiş müvafiq tədbir nəticəsində 07 iyun 2024-cü il tarixdə saat 12:10 radələrində Şahid6 Balakən rayon Sarıbulaq kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Balakən Rayon Polis Şöbəsinin X17 gətirilib üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs 50 manat müqabilində aldığı 01 ədəd polietilen paketdə təmiz çəkisi 2,62 qram narkotik vasitə-qurudulmuş marixuana Şahid6 əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq Balakən rayon polis X20 bölməsinin əməkdaşları tərəfindən keçirilmiş müvafiq tədbir nəticəsində 07 iyun 2024-cü il tarixdə saat 14:15 radələrində Balayev X6 rayon Talalar kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Balakən rayon polis şöbəsinin X17 gətirilib üzərinə şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə əldə edib üzərində daşıyaraq saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,61 qram olan narkotik vasitə-qurudulmuş marixuana əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Balakən rayon Talalar kəndində yaşayır,fərdi əməklə məşğuldur,subaydır. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırkı cinayət əməlinə görə barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyindən cəza çəkməsi dayandırılmışdır. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməmişdir, Şahid6 narkotik vasitə satmamışdır. Belə ki, 07 iyun 2024-cü il tarixdə Balakən rayon polis şöbəsinin X17 polis əməkdaşları tərəfindən gətirildikdən sonra onun üzərinə narkotik vasitə marixuananı Şahid4 adlı polis əməkdaşı qoymuşdur. Rəşad Qabaqçöl polis bölməsinin baş əməliyyat müvəkkilidir.Onun üzərində narkotik vasitə olmamışdır.Rəşad özünün X13 olan otağında ona narkotik vasitə vermiş və demişdir ki, həmin narkotik vasitə marixuananı cibinə qoysun. Həmçinin videoşəkiliş zamanı üzərində olan həmin narkotik vasitəni Balakən rayon Qazma kənd sakini Şahid5 aldığını bildirməsini demişdir. Həmçinin Şahid6 də həmin narkotik vasitə marixuanadan satdığını bildirməsini demişdir.Daha sonra onun üzərində şəxsi axtarış aparılarkən o, Rəşadın dediyini təsdiq etmədiyi üçün videoçəkilişi saxlamışlar və Rəşad onu öz otağına aparıb Şahid3 adlı polis əməkdaşı ilə birlikdə onu döymüşlər ki, onların dediklərini etsin. Həmçinin Rəşad bildirmişdir ki, indi onun yaşadığı evə gedib evdən külli miqdarda narkotik vasitə çıxaracaq və həmin narkotiklə onu sənədləşdirəcək. Oda bundan sonra evdə xəstə anası olduğuna görə Rəşadın dediyi ilə razılaşmış və videoçəkiliş zamanı Cəmildən narkotik vasitə götürdüyünü və Ruslana 50 manata narkotik vasitə satdığını demişdir. Lakin o, heç kimə narkotik vasitə satmamışdır.Ruslanla olan telefon danışığı ilə bağlı bildirir ki,onunla narkotik vasitədən danışmamışdır. Ruslanla onlar arasında danışdıqları heyvan alveri ilə, yəni quzu alveri ilə bağlı olmuşdur. Həmin danışıq polis əməkdaşları tərəfindən telefona yazılmışdır.Şahid6 hədələməsi ilə bağlı bildirir ki,Ruslan yalan deyir o, Ruslanı hədələməmişdir,başqa şəxsə də Ruslanı hədələtməmişdir.Ona görə də ilkin istintaq zamanı ifadəsində göstərdiklərini təsdiq etmir. Ona bəraət verilməsi barədə hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, barəsində Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə olan cinayət işinin istintaqı ilə əlaqədar barəsində həbs qətimkan tədbiri seçilmişdir, Şəkidəki istintaq təcridxanasında saxlanılır.Təqsirləndirilən şəxs tanıyır, qohumluğu və ədavəti yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs ona narkotik vasitə satmamışdır. Həmin vaxt onun üzərindən aşkar olunmuş narkotik vasitə özünün olmuşdur. X13 onu döyüb tələb etmişlər ki,narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını desin.O,da özünün döyülməsindən, ailəsinin şərlənəcəyindən qorxub narkotiki Seymurdan aldığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri də təsdiq etmir. Orada yazılanların heç biri düzgün deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki,hazırda ailə üzvləri ilə birlikdə Balakən rayon Talalar kəndində yaşayır.Subaydır.Fərdi əməklə məşğuldur.07 iyun 2024-cü il tarixdə saat 16:30 radələrində Balakən rayonu Qazma kəndi ərazisində olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda, həmçinin narkotik vasitə satmaqda şübhəli olduğunu bildirərək onun üzərində şəxsi axtarış keçirilməsi üçün X17 dəvət etmişlər.O da etiraz etmədən polis əməkdaşlarının dəvəti ilə Balakən rayon polis şöbəsinin X17 gəlmişdir.Polis Bölməsində ona hüquq və vəzifələri izah olunmuş, hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş ona təqdim edilmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar ona elan edilmiş və həmin qərarla tanış olmuş,daha sonra hüquqlarının müdafiə edilməsi məqsədilə Balakən rayon Vəkil Bürosunun vəkillər siyahısı ona təqdim edilmişdir.O, təqdim edilmiş vəkillərin siyahısından X15 tərəfindən hüquqlarının dövlət hesabına müdafiə edilməsini xahiş etmişdir.Bir neçə dəqiqə sonra müdafiəçi X2 şöbəsinə dəvət edilmişdir, müdafiəçi kimi ona təqdim edilmişdir.O,bir daha Nurlan Muradov tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını bildirmişdir.Daha sonra şübhəli şəxs qismində tutulması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ilə tanış olduqdan sonra imzalarla təsdiq etmiş, eyni zamanda tutulması ilə bağlı ailə üzvlərinə telefon vasitəsilə məlumat vermişdir. Bundan sonra müdafiəçi Nurlan Muradov və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı üzərində hər hansı narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya,predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanısa da, ona narkotik vasitə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin Qabaqçöl polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 07 iyun 2024-cü il tarixdə Balakən rayonu Talalar kəndində yaşayan Şahid6 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və mütəmadi olaraq gəzdirməsi barədə məlumat daxil olmuş,daha sonra həmin məlumat tərəfindən raportla Balakən RPŞ-nin Qabaqçöl polis bölməsinin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə keçirilən tədbir zamanı Şahid6 07 iyun 2024-cü il tarixdə saat 12:10-da Balakən rayon Sarıbulaq kəndi ərazisində yolda tərəflərindən saxlanılmışdır.Daha sonra Şahid6 özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və mütəmadi olaraq gəzdirməkdə şübhəli olduğunu deyərək Balakən RPŞ-nin X17 dəvət etmişlər.Şahid6 də etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişdir.Polis bölməsində X7 tərəfindən Şahid6 hüquq və vəzifələri izah olunmuşdur. Hüquq və vəzifələrinin izah olunmasına dair yazılı bildiriş Şahid6 təqdim edilmişdir.Bundan sonra onun şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar Şahid6 elan edilmiş və həmin qərarla tanış olmuşdur. Daha sonra onun hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı Şahid6 təqdim edilmiş və sonuncunun vəkillər siyahısından seçdiyi müdafiəçi X1 bölməsinə dəvət olunmuş və Şahid6 təqdim edilmişdir. Şahid6 bir daha müdafiəçi X16 tərəfindən onun hüquqlarının müdafiə edilməsinə heç bir etirazının olmadığını bildirmişdir.Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Təhməzli Cəngavər tərəfindən Şahid6 hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Şahid6 üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir.Bu zaman Şahid6 əynindəki şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm təqdim edərək onun içərisindəki kütlənin narkotik vasitə nəşə olduğunu şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Şəxsi axtarış zamanı Şahid6 uzun zamandır ki, narkotik vasitədən istifadə etmədiyini, hərdən bir istifadə etdiyini, üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni həmkəndlisi Təqsirləndirilən şəxs adlı şəxsdən 06 iyun 2024-cü il tarixdə axşam saatlarında 50 manat pul verib aldığını bildirmişdir.Həmin kütləni Təqsirləndirilən şəxs haradan əldə etməsi barədə heç bir məlumatının olmadığını qeyd etmişdir.Şəxsi axtarış zamanı Şahid6 üzərindən başqa hər hansı bir qanunla qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Aşkar edilmiş kütlə X7 tərəfindən elektron tərəzidə çəkilərkən üzərində olan sellofanla birlikdə ümumi çəkisi 3,59 qram təşkil etmişdir. Aşkar edilmiş kütlə 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb və möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Şahid6 Balakən RPŞ-nin Qabaqçöl PB-də ona qarşı hər hansı bir psixi və fiziki təsir göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış prosesi Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X21 tərəfindən “Panasonic” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş,protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Həmin tədbirin davamı olaraq 07 iyun 2024-cü il tarixdə Balakən rayon Talalar kənd sakini Təqsirləndirilən şəxs saat 14:15-də Balakən rayon Talalar kəndi ərazisində saxlanılmışdır.Daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və mütəmadi olaraq gəzdirməkdə, həmçinin narkotik vasitələri satmaqda şübhəli olduğunu deyərək Balakən RPŞ-nin X17 dəvət etmişlər.Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində təhqiqatçı Təhməzli Cəngavər tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Hüquq və vəzifələrinin izah olunmasına dair yazılı bildiriş Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra onun şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar Təqsirləndirilən şəxs elan edilmiş və həmin qərarla tanış olmuşdur. Daha sonra onun hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş və sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi Polis bölməsinə dəvət olunmuş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs bir daha Müdafiəçi tərəfindən onun hüquqlarının müdafiə edilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Təhməzli Cəngavər tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya olubolmaması barədə sual verilmişdir.Bu zaman Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm təqdim edərək içərisindəki kütlənin narkotik vasitə nəşə olduğunu şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin kütləni tanışı Cəmil adlı şəxsdən şəxsi istifadəsi üçün pay götürdüyünü, qeyd olunan kütlədən istifadə etmədiyini, 06 iyun 2024-cü il tarixdə Şahid6 ona 50 manat pul verdiyini, qeyd olunan tarixdə axşam saatlarında 05 iyun 2024-cü il tarixdə Cəmil adlı tanışından götürərək saxladığı kütlədən az miqdarda Şahid6 verdiyini, qalanını isə şəxsi istifadəsi üçün saxladığını bildirmişdir.Həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin onda olmasından heç kimin xəbərinin olmadığını, həmin kütlədən başqa hər hansı bir şəxsə satmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə Cəngavər Təhməzli tərəfindən elektron tərəzidə çəkilərkən üzərində olan sellofanla birlikdə ümumi çəkisi 12,93 qram təşkil etmişdir. Həmin kütlə Cəngavər Təhməzli tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Balakən RPŞnin Qabaqçöl PB-də ona qarşı hər hansı bir psixi və fiziki təsir göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış prosesi Balakən RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X21 tərəfindən “Panasonic” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş,əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir.Həmin tədbirin davamı olaraq 07 iyun 2024-cü il tarixdə saat 16:30-da Balakən rayon Qazma kənd sakini Sarıyev X10 rayon Qazma kəndi ərazisində tərəflərindən saxlanılmışdır. Daha sonra Şahid5 özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və mütəmadi olaraq gəzdirməkdə,həmçinin narkotik vasitələri satmaqda şübhəli olduğunu deyərək Balakən RPŞ-nin X17 dəvət etmişlər. Şahid5 də etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişlər. Polis bölməsində təhqiqatçı Təhməzli Cəngavər tərəfindən Şahid5 hüquq və vəzifələri izah olunmuşdur.Hüquq və vəzifələrinin izah olunmasına dair yazılı bildiriş Cəmil Saıryevə təqdim edilmişdir. Bundan sonra onun şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar Şahid5 elan edilmiş və həmin qərarla tanış olmuşdur. Daha sonra onun hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı Şahid5 təqdim edilmiş və sonuncunun vəkillər siyahısından seçdiyi müdafiəçi X2 bölməsinə dəvət olunmuş və Şahid5 təqdim edilmişdir.Şahid5 bir daha müdafiəçi X15 tərəfindən onun hüquqlarının müdafiə edilməsinə heç bir etirazının olmadığını bildirmişdir.Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Təhməzli Cəngavər tərəfindən Şahid5 hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid5 üzərindən qanunla qadağan edilmiş hər hansı bir narkotik vasitə əşya və ya predmet aşkar olunmamışdır.X7 Şahid5 şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin aşkar edildiyi və həmin kütləni ondan aldığını bildirdiyini deyərək ondan Təqsirləndirilən şəxs hər hansı bir narkotik vasitə verib-vermədiyini, onunla görüşüb görüşmədiyini, onunla telefon zəng əlaqəsinin olub olmadığını soruşduqda Şahid5 Təqsirləndirilən şəxslə heç bir zəng əlaqəsinin olmadığını, onunla görüşmədiyini və ona heç bir narkotik vasitə vermədiyini bildirmişdir.Şəxsi axtarış zamanı Şahid5 Balakən RPŞ-nin Qabaqçöl PB-də ona qarşı hər hansı bir pxisi və fiziki təsir göstərilmədiyini bildirmişdir.Şəxsi axtarış prosesi Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X21 tərəfindən “Panasonic” markalı videokamera vasitəsi ilə qeydə alınmış və şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. O, həmçinin göstərdi ki, narkotik vasitənin ona məxsus olmaması,döyülməsi, hədələnməsi barədə Təqsirləndirilən şəxs göstərdikləri,habelə narkotik vasitənin özünə aid olması,Təqsirləndirilən şəxs almaması,döyülməsi,hədələnməsi barədə Şahid6 göstərdikləri yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin Qabaqçöl PB-nin sahə rəisi Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin Qabaqçöl polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır.Təqsirləndirilən şəxs tanıyır.Bir dəfə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilmişdir. Təqsirləndirilən şəxslə heç bir düşmənçiliyi və ədavəti yoxdur,heç vaxtda olmamışdır.07 iyun 2024-cü ildə Balayev X6 rayon polis şöbəsinin Qabaqçöl PBnin əməliyyat müvəkkili Şahid1 müvafiq raportu əsasında Balakən rayon Talalar kənd sakini Şahid6 üzərində narkotik vasitə aşkarlanmasından sonra həmin narkotik vasitəni Şahid6 satdığı üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır.O,Qabaqçöl polis bölməsinin baş əməliyyat müvəkkili olduğuna görə həmin tədbirin keçirilməsindən xəbəri vardır.Lakin həmin tədbirdə iştirak etməmişdir.Nə də ki, Təqsirləndirilən şəxs döyməmişdir. Seymurun üzərinə narkotik vasitə qoymamışdır. Həmçinin onun yaşadığı evə narkotik vasitə qoyacağı ilə hədələməmişdir.Təqsirləndirilən şəxslə ümumiyyətlə danışmamışdır. Həmin tədbir əməliyyat müvəkkili Şahid1 tərəfindən rəhbərliyin müvafiq göstərişinə əsasən keçirilmişdir.Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilmişdir.Buna görə də hazırda ona elan edilmiş ittihamdan yayınmaq üçün qərəzli şəkildə ona böhtan atır.Təqsirləndirilən şəxs nə onun, nə Şahid3 nə də ki, başqa bir polis əməkdaşı tərəfindən polis bölməsində heç bir psixi və fiziki təsir olmamışdır.Təqsirləndirilən şəxs artıq məhkəmə tərəfindən həbs ediləcəyi ehtimalı çox olduğuna görə ona böhtan ataraq ona elan edilmiş ittihamdan yayınmaq istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşin 24-27-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 07 iyun 2024-cü il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Cəngavər Təhməzli tərəfindən tərtib olunmuş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, 07 iyun 2024-cü il tarixdə Balakən rayon Talalar kənd sakini Şahid6 qanunsuz olaraq üzərində narkotik vasitə əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğundan Balakən rayon Sarıbulaq kəndi ərazisində saxlanılaraq Balakən RPŞ-nin Qabaqçöl PB-nə gətirilmiş Balakən RPŞ-nin TB-nin təhqiqatçısı Cəngavər Təhməzli tərəfindən şübhəli şəxs qismində tutulmuş, üzərində vəkillər siyahısından seçmiş olduğu vəkili X8 və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış aparılmamışdan əvvəl Şahid6 Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir.Şəxsi axtarış zamanı Şahid6 üzərində qanunsuz olaraq hər hansı bir narkotik vasitə əşya və ya predmet olubolmadığını soruşduqda o, əynindəki şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm təqdim edərək onun içərisindəki kütlənin narkotik vasitə nəşə olduğunu şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Şəxsi axtarış zamanı Şahid6 uzun zamandır ki, narkotik vasitədən istifadə etmədiyini hərdən bir istifadə etdiyini, üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni həmkəndlisi Təqsirləndirilən şəxs adlı şəxsdən xx.xx.2024-cü il tarixdə axşam saatlarında 50 manat pul verib aldığını bildirmişdir. Həmin kütləni Təqsirləndirilən şəxs haradan əldə etməsi barədə heç bir məlumatının olmadığını qeyd etmişdir. Bundan başqa şəxsi axtarış zamanı Şahid6 üzərindən başqa hər hansı bir qanunla qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır.Aşkar edilmiş kütlə X7 tərəfindən elektron tərəzidə çəkilərkən üzərində olan sellofanla birlikdə ümumi çəkisi 3,59 qram təşkil etmişdir. Aşkar edilmiş kütlə 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb və möhürlənərək götürülmüşdür.Şəxsi axtarış zamanı Şahid6 Balakən RPŞ-nin Qabaqçöl PB-də ona qarşı hər hansı bir pxisi və fiziki təsir göstərilmədiyini bildirmişdir.Şəxsi axtarış prosesi Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Yüzbaşıyev Vasif Cavanşir oğlu tərəfindən “Panasonic” markalı videokamera vasitəsi ilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk şəxsi axtarış protokoluna əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 48-51-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 07 iyun 2024-cü il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Cəngavər Təhməzli tərəfindən tərtib olunmuş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, 07 iyun 2024-cü il tarixdə Balakən rayon Talalar kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərində saxlamaqda və daşımaqda, həmçinin satmaqda şübhəli olduğundan saxlanılaraq Balakən RPŞ-nin Qabaqçöl PB-nə gətirilmiş və X7 tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun üzərində vəkillər siyahısından seçmiş olduğu vəkili Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq hər hansı bir narkotik vasitə əşya və ya predmet olub-olmadığını soruşduqda o, əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm təqdim edərək içərisindəki kütlənin narkotik vasitə nəşə olduğunu şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir . Həmin kütləni tanışı Cəmil adlı şəxsdən şəxsi istifadəsi üçün pay götürdüyünü, qeyd olunan kütlədən istifadə etmədiyini, xx.xx.2024-cü il tarixdə Şahid6 ona 50 manat pul verdiyini, qeyd olunan tarixdə axşam saatlarında xx.xx.2024-cü il tarixdə Cəmil adlı tanışından götürərək saxladığı kütlədən az miqdarda Şahid6 verdiyini, qalanını isə şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin onda olmasından heç kimin xəbərinin olmadığını, həmin kütlədən başqa hər hansı bir şəxsə satmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə Cəngavər Təhməzli tərəfindən elektron tərəzidə çəkilərkən üzərində olan sellofanla birlikdə ümumi çəkisi 12,93 qram təşkil etmişdir. Həmin kütlə Cəngavər Təhməzli tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb və möhürlənərək götürülmüşdür.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Balakən RPŞ-nin Qabaqçöl PB-də ona qarşı hər hansı bir psixi və fiziki təsir göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış prosesi Balakən RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X21 tərəfindən “Panasonic” markalı videokamera vasitəsi ilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk şəxsi axtarış protokoluna əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 72-75-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 07 iyun 2024-cü il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı,polis baş leytenantı Cəngavər Təhməzli tərəfindən tərtib olunmuş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, 07 iyun 2024-cü il tarixdə Balakən rayon Qazma kənd sakini Şahid5 qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərində saxlamaqda və daşımaqda, həmçinin satmaqda şübhəli olduğundan saxlanılaraq Balakən RPŞ-nin Qabaqçöl PB-nə gətirilmiş və X7 tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun üzərində vəkillər siyahısından seçmiş olduğu vəkili X9 və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış aparılmamışdan əvvəl Şahid5 Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı Şahid5 üzərindən qanunla qadağan edilmiş hər hansı bir narkotik vasitə əşya və ya predmet aşkar olunmamışdır. Şahid5 şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin aşkar edildiyi və həmin kütləni ondan aldığını bildirdiyini deyərək ondan Təqsirləndirilən şəxs hər hansı bir narkotik vasitə verib-vermədiyini, onunla görüşüb görüşmədiyini, onunla telefon zəng əlaqəsinin olub olmadığını soruşduqda o, Təqsirləndirilən şəxslə heç bir zəng əlaqəsinin olmadığını, onunla görüşmədiyini və ona heç bir narkotik vasitə vermədiyini bildirmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Balakən RPŞ-nin Qabaqçöl PB-də ona qarşı hər hansı bir pxisi və fiziki təsir göstərilmədiyini bildirmişdir.Şəxsi axtarış prosesi Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X21 tərəfindən “Panasonic” markalı videokamera vasitəsi ilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk şəxsi axtarış protokoluna əlavə olunmuşdur.Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 90-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 Bölməsinin 08 iyun 2024-cü il tarixli 3-16-16-2-17/523 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində vət “Şahid6 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd polietilen paketdə, təmiz çəkisi- 2,62 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş,üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi- 10,61 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin 224-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 22 iyul 2024-cü il tarixli 1248 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 41-42-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 07 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki,Təqsirləndirilən şəxs 07 iyun 2024-cü ildə saat 14:15-də Azərbaycan Respublikası CMnin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 151-157-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(019)-22/2024 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İşin 196-197-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Balayev X6 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin 204-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki,Balayev X6 rayonu Talalar kənd sakinidir,himayəsində anası və atası vardır. İşin 202-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2024-cü il tarixdə Balakən rayon İHB Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur. İşin 226-233-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(019)-3/2024-cü il tarixli hökmün surətindən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsili bilinib 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzadan 1 il 9 ay 4 gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi X19 X11 18 fevral 2025-ci il tarixli 947 nömrəli rəyində göstərilmişdir ki;Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində əlavə ifadəsi alınarkən Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmasını bildirməsi ilə əlaqədar toplanmış sənədlər əsasında aparılmış araşdırma üzrə 1949-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137.Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144.Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1.Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə şahidlər- Şahid1,Şahid2, Şahid3,Şahid4, Şahid5 məhkəmə iclasında verdikləri ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. 07 iyun 2024-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinin X17 polis əməkdaşları tərəfindən gətirilərkən onun üzərində narkotik vasitə olmaması,polis şöbəsinə gətirildikdən sonra onun üzərinə narkotik vasitə marixuananı Şahid4 adlı polis əməkdaşının qoyması,Şahid4 ona videoçəkiliş zamanı üzərində olan həmin narkotik vasitəni Balakən rayon Qazma kənd sakini Şahid5 aldığını deməsi,Şahid6 də həmin narkotik vasitə marixuanadan satdığını bildirməsi, Şahid4 və Şahid3 adlı polis əməkdaşları tərəfindən döyülməsi,Şahid4 onun yaşadığı evə gedib evdən külli miqdarda narkotik vasitə çıxaracağı və həmin narkotiklə onu sənədləşdirəcəyi barədə Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi xüsusatlar iş materialları ilə (ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələr, şübhəli şəxs qismində üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış video görüntülər,telefon danışığı,şahidlərin ifadələri və s.ilə) təkzib olunduğundan, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı onun döyülməsi təsdiq olunmadığından əməliyyat müvəkkili Şahid4 Təqsirləndirilən şəxslə bağlı keçirilmiş əməliyyatda iştirak etmədiyindən məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir.Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, hazırda Balakən rayonu Talalar kəndində yaşayır.Fərdi əməklə məşğuldur.Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda cəza çəkir.Təxminən 1 həftə müddətdir ki, həmkəndlisi Balakən rayonu Talalar kənd sakini Şahid6 ona zəng edərək narkotik vasitə marixuana istəmişdir. O da Ruslana onda narkotik vasitə marixuana olmadığını bildirmişdir.06 iyun 2024-cü il tarixdə günorta saatlarında Şahid6 yenidən ona zəng edərək Balakən rayon Talalar kəndində kafedə olduğunu və görüşmək istədiyini bildirmişdir. O da ona daha sonra zəng edəcəyini demişdir. Bundan təxminən 1 saat sonra o, Talalar kəndinə gedərək Ruslana zəng etmiş və görüşmək istədiyini bildirmişdir.Təxminən saat 14 radələrində idarə etdiyi avtomobillə gedərək kənd ərazisindən Ruslanı idarə etdiyi avtomobilə götürmüşdür. Onlar birlikdə Mazım çayının kənarına getmişlər. Avtomobilin yanında olduqları zaman Şahid6 öz istifadəsi üçün ona narkotik vasitə marixuana lazım olduğunu,öz istifadəsi üçün marixuana tapmasını ona xahiş etmişdir.O da razılaşaraq maraqlanıb Ruslana narkotik vasitə marixuana tapacağını bildirmişdir. Həmin yerdə Ruslan ona 50 manat pul vermişdir. Həmin 50 manat məbləğində pulu Ruslan ona narkotik vasitə marixuana təşkil etməsi müqabilində vermişdir. Çünki Ruslan 50 manat pulu ona verdikdə 50 manatlıq narkotik vasitə marixuana istədiyini bildirmişdir. Yəni o, Ruslana həmin 50 manatın əvəzində narkotik vasitə marixuana verməli idi .Onda narkotik vasitə marixuana olmuşdur, lakin o, özündə narkotik vasitə marixuana olduğunu Ruslana bildirməmişdir.Qeyd etmişdir ki,05 iyun 2024-cü il tarixdə təxminən saat 20:50 radələrində tanışı Balakən rayonu Qazma kənd sakini Şahid5 zəng edib onunla Balakən rayon Talalar kəndi ərazisində görüşərək Cəmildən narkotik vasitə marixuana istəmişdir.Cəmil də ona narkotik vasitə marixuana verəcəyini demişdir.Daha sonra həmin tarixdə axşam saatlarında Şahid5 ilə Balakən rayon Talalar kəndi ərazisində görüşərək ondan sellofan bükümdə olan narkotik vasitə marixuana götürmüş və aparıb Talalar kəndindəki yaşadığı evə yaxın işıq dirəyinin dibində gizlədərək saxlamışdır. Həmin narkotik vasitə marixuananı Cəmil ona pay olaraq vermişdir. 06 iyun 2024-cü tarixdə saat 21 radələrində Şahid6 onun istifadəsində olan mobil telefonuna yenidən zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Daha sonra o, idarə etdiyi Vaz 21011 markalı avtomobillə gedərək Şahid6 Balakən rayon Talalar kəndində yerləşən evinin qarşısından götürmüşdür.Ruslanla görüşməmişdən əvvəl Cəmildən götürdüyü narkotik vasitə marixuananın bir hissəsini Şahid6 vermək üçün ayırıb üzərində saxlamışdır. Onlar Ruslanla birlikdə onun idarə etdiyi avtomobillə Balakən rayonunun Sarıbulaq kəndinə getmişlər. Sarıbulaq kəndi ərazisində avtomobilin içərisində Ruslan üçün ayırıb saxladığı 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı Ruslana vermişdir. Daha sonra Ruslan avtomobildən düşərək getmişdir.O, da idarə etdiyi avtomobillə yaşadığı Talalar kəndi istiqamətinə getmişdir.07 iyun 2024-cü il tarixdə saat 14:15 radələrində Balakən rayonu Talalar kəndi ərazisində olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda,həmçinin narkotik vasitə satmaqda şübhəli olduğunu bildirərək onun üzərində şəxsi axtarış keçirilməsi üçün Balakən rayon polis şöbəsinin X17 dəvət etmişlər.O da polis əməkdaşlarının dəvəti ilə Balakən rayon polis şöbəsinin X17 gəlmişdir. X5 hüquq və vəzifələri izah olunmuş, hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş ona təqdim edilmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar ona elan edilmiş və həmin qərarla tanış olmuşdur.Daha sonra hüquqlarının müdafiə edilməsi məqsədilə Balakən rayon Vəkil Bürosunun vəkillər siyahısı ona təqdim edilmişdir.O, təqdim edilmiş vəkillərin siyahısından Müdafiəçi tərəfindən hüquqlarının dövlət hesabına müdafiə edilməsini xahiş etmişdir.Bir qədər sonra Müdafiəçi polis bölməsinə dəvət edilmiş,müdafiəçi kimi ona təqdim edilmişdir.O, bir daha Müdafiəçi tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra şübhəli şəxs qismində tutulması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ilə tanış olduqdan sonra imzalarla təsdiq etmiş, eyni zamanda tutulması ilə bağlı ailə üzvlərinə telefon vasitəsilə məlumat vermişdir. Bundan sonra Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı üzərində hər hansı narkotik vasitə və ya əşya, predmet olub-olmadığı soruşulduqda, o, əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd sellofan bükümü təqdim etmiş və həmin bükümün içərisində olan kütlənin narkotik vasitə marixuana olduğunu bildirmişdir.Şəxsi axtarış zamanı üzərindən başqa hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı üzərində aşkar edilmiş bir ədəd sellofan bükümün içərisində olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkildikdə ümumi çəkisi 12,93 qram təşkil etmiş və həmin narkotik vasitə olan sellofan büküm qablaşdırılaraq və möhürlənərək götürülmüşdür.Məhkəmə-bioloji ekspertizasının 08 iyun 2024-cü il tarixli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 10,61 qramdır. Həmçinin Şahid6 50 manat müqabilində pula satdığı və şəxsi axtarış zamanı Şahid6 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd polietilen paketdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 2,62 qramdır.Üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə Şahid6 50 manat müqabilində pula satdığı və onun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Əlavə olaraq göstərmişdir ki, 07 iyun 2024-cü il tarixdə saat 14:15 radələrində polis əməkdaşları tərəfindən Balakən rayonu Talalar kəndi ərazisində saxlanılmışdır.Onu narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli kimi saxlayaraq Balakən RPŞ-nin Qabaqçöl PB-yə gətirən polis əməkdaşlarını əvvəldən tanımır, onlarla heç bir düşmənçiliyim və ya ədavətim yoxdur. Polis əməkdaşları onu saxladıqlarında ətrafda başqa heç kim olmamışdır.Üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı istifadə etməyi üçün saxlamışdır.Üzərində aşkar edilmiş həmin narkotik kütlənin onda olmasını Ruslan bilmişdir.Üzərində narkotik vasitə qurudulmuş marixuana saxlamasını başqa heç kim bilməmiş, bu barədə heç kimə bir söz deməmişdir.Çünki o, Ruslana narkotik vasitə verdikdə ona demişdir ki, həmin narkotik vasitə marixuanadan biraz da özünün şəxsi istifadəsi üçün saxlamışdır.O, narkotik vasitə marixuanadan istifadə edir.Üzərində aşkar olunan narkotik vasitə qurudulmuş marixuanadan isə istifadə etməmişdir.Cəmildən götürdüyü narkotik vasitə marixuananın bir hissəsin ayırıb Şahid6 50 manata satmışdır.Lakin miqdarını təxmini müəyyən etmişdir.Yəni 50 manatlıq olacaq qədər vermişdir.Çünki narkotik vasitə marixuananın satış qiyməti baha olur.Az miqdarda yəni bir kibrit qutusu belə olduqda qiyməti 100-150 manat olur.Buna görə də onun Ruslana verdiyi narkotik vasitə marixuananın qiymətinin 50 manat olmasını təxmini bilmişdir.Şahid6 narkotik vasitəni haradan əldə etməsini deməmişdir. İstifadəsində ***-***-**-** və ***-***-**- ** saylı mobil telefon nömrələri vardır. Şahid6 onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə öz istifadəsində olan 050-482-47-9 mobil telefon nömrəsi ilə zəng etmişdir. Həmçinin Ruslanla görüşdükdə onun yanında heç kim olmamışdır.Ruslan onunla görüşərkən tək olmuşdur.Şahid5 mobil telefon nömrəsi onda olmuşdur.Lakin onun mobil telefon nömrəsini və ona zəng etməsini Cəmildən narkotik vasitə marixuananı götürdükdən sonra telefonundan silmişdir.Buna görə də Cəmilin mobil telefon nömrəsi onun yadında qalmamışdır.O,Cəmilə öz istifadəsində ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə zəng etmişdir.Əvvəllər Şahid6 və başqa şəxslərə narkotik vasitə marixuana satmamışdır.Şahid5lə normal münasibətləri olub. Aralarında normal münasibətləri var, aralarında hər hansı bir ədavət və ya düşmənçilik yoxdur. Şahid5 əvvəllər ona narkotik vasitə marixuana satmamışdır.Şahid6lə və Şahid5lə əvvəllər narkotik vasitə marixuana istifadə etməmişdir. X5 qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi və təqsirləndirilən şəxs qismində cəlb olunarkən verdiyi ifadəsi iş materialları ilə təsdiq olunduğundan məhkəmə onun həmin ifadələrini sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs ona narkotik vasitə satmaması,üzərindən aşkar olunmuş narkotik vasitənin özünün olması,Balakən Rayon Polis Şöbəsinin X13 döyülməsi,qorxudulması barədə Şahid6 məhkəmə iclasında göstərdiyi xüsusatlar iş materialları ilə (ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələr, şübhəli şəxs qismində üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış video görüntülər,şahidlərin ifadələri və s. ilə ) təkzib olunduğundan məhkəmə onun bu ifadəsini digər cinayətə görə həbs olunduqdan sonra Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına kömək etmək üçün hesablanmış ifadə hesab edərək sübut kimi qəbul etmir. Şahid6 məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda ailə üzvləri ilə birlikdə Balakən rayon Talalar kəndində yaşayır. Subaydır. Orta təhsillidır. Balakən rayon Talalar kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Onunla aralarında heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxslə bir həmkəndli olaraq normal və mehriban münasibətləri vardır.06 iyun 2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Həmin gün, yəni 06 iyun 2024-cü il tarixdə saat təxminən 14 radələrində Seymur idarə etdiyi avtomobillə gələrək Balakən rayon Talalar kəndi ərazisindən onu götürmüşdür.Onlar birlikdə Seymurun idarə etdiyi avtomobillə Mazım çayının kənarına getmişlər. Daha sonra avtomobildən düşüb çayın kənarında dayanmışlar. Söhbət zamanı o, Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün ona narkotik vasitə marixuana lazım olduğunu, şəxsi istifadəsi üçün marixuana tapmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs razılaşaraq ona şəxsi istifadəsi üçün narkotik vasitə marixuana tapacağını bildirmişdir. Bunun qarşılığında Seymur ona 50 manat pul verməli olduğunu, 50 manatlıq narkotik vasitə marixuana tapacağını, narkotik vasitə tapdıqda ona zəng edəcəyini bildirmişdir. Həmin yerdə Seymura 50 manat pul vermişdir. Seymura verdiyi 50 manatın qarşılığında Seymur ona 50 manatlıq narkotik vasitə marixuana verməli imiş. 06 iyun 2024-cü il tarixdə axşam saatlarında Seymur onun mobil telefonuna zəng edərək görüşmək istədiyini bildirmişdir.O isə Seymura hazırda Balakən rayon Talalar kəndində yerləşən evində olduğunu, onu evdən götürməsini xahiş etmişdir. Bir qədər sonra Seymur idarə etdiyi Vaz 21011 markalı avtomobillə gələrək onu Talalar kəndində yerləşən evinin qarşısından götürmüşdür. Onlar birlikdə Seymurun idarə etdiyi avtomobillə Balakən rayon Sarıbulaq kəndi istiqamətinə getmişlər. Həmin yerdə avtomobilin içərisində Təqsirləndirilən şəxs ona 50 manat dəyərində olan 1 ədəd sellofan bükümdə narkotik vasitə marixuana vermiş və bildirmişdir ki, həmin sellofanda 50 manat dəyərində narkotik vasitə qurudulmuş marixuana vardır.Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitə marixuananın bir hissəsini də özündə saxlayıb.Daha sonra Seymurla sağollaşıb onun idarə etdiyi avtomobildən düşərək Balakən rayonu Talalar kəndi istiqamətinə tərəf getmişdir. Seymur da idarə etdiyi avtomobillə Talalar kəndi istiqamətinə getmişdir. Həmin gündən Seymurdan 50 manat pul müqabilində aldığı narkotik vasitə qurudulmuş marixuana əynindəki şalvarın cibində qalmışdır. 07 iyun 2024-cü il tarixdə öz şəxsi işləri ilə bağlı Balakən rayon Sarıbulaq kəndinə getmişdir. Həmin tarixdə saat 12:10 radələrində Balakən rayonu Sarıbulaq kəndi ərazisində yolda olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün X17 dəvət etmişlər.Həmin vaxt Təqsirləndirilən şəxs aldığı narkotik vasitə qurudulmuş marixuana əynindəki şalvarın sol yan cibində olmuşdur. Polis əməkdaşlarının dəvəti ilə etiraz etmədən Balakən rayon polis şöbəsinin X17 gəlmişdir.Polis Bölməsində ona hüquq və vəzifələri izah olunmuş, hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar ona elan edilmiş və həmin qərarla tanış olmuş, daha sonra hüquqlarının müdafiə edilməsi məqsədilə Balakən rayon Vəkil Bürosunun vəkillər siyahısı ona təqdim edilmişdir.O,təqdim edilmiş vəkillərin siyahısından X16 tərəfindən hüquqlarının dövlət hesabına müdafiə edilməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra müdafiəçi X1 şöbəsinə dəvət edilmiş, müdafiəçi kimi ona təqdim edilmişdir.O,bir daha Hidayət Muradov tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını bildirmişdir.Daha sonra şübhəli şəxs qismində tutulması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ilə tanış olduqdan sonra imzalarla təsdiq etmiş, eyni zamanda tutulması ilə bağlı ailə üzvlərinə telefon vasitəsilə məlumat vermişdir. Bundan sonra müdafiəçi Hidayət Muradov və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı üzərində hər hansı narkotik vasitə və ya əşya, predmet olub-olmadığı soruşulduqda, o, əynindəki şalvarın sol yan cibində saxladığı bir ədəd sellofan bükümü təqdim etmiş və həmin bükümün içərisində olan kütlənin narkotik vasitə marixuana olduğunu bildirmişdir.Şəxsi axtarış zamanı onun üzərindən başqa hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı üzərində aşkar edilmiş bir ədəd sellofan bükümün içərisində olan narkotik vasitə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdə ümumi çəkisi 3,59 qram təşkil etmiş və həmin içərisində narkotik vasitə olan sellofan büküm qablaşdırılaraq və möhürlənərək götürülmüşdür. Əlavə olaraq göstərmişdir ki, 07 iyun 2024-cü il tarixdə saat 12:10 radələrində polis əməkdaşları tərəfindən Balakən rayonu Sarıbulaq kəndi ərazisində yolda saxlanılmışdır. Onu narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli kimi saxlayaraq Balakən RPŞ-nin Qabaqçöl PB-yə gətirən polis əməkdaşlarını tanımır, onlarla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Polis əməkdaşları onu saxladıqlarında ətrafda başqa heç kim olmamışdır. Üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün saxlamışdır.Üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın onda olmasını Təqsirləndirilən şəxs bilmişdir.Çünki həmin narkotik vasitə marixuananı ona 50 manat müqabilində Təqsirləndirilən şəxs satmışdır.Başqa bu barədə heç kimə bir söz deməmişdir. Narkotik vasitələrdən istifadə edir və üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanadan bir dəfə istifadə etmişdir. Həmçinin həmin narkotik vasitə qurudulmuş marixuananın təsirinin zəif olduğunu görüb bu barədə Seymurla da danışmışdır ki, ona satdığı narkotik vasitənin təsiri zəifdir.Ona qarşı Qabaqçöl PB-də hər hansı bir psixi və fiziki təsir göstərilməmişdir.Təqsirləndirilən şəxs ona narkotik vasitə satdığı zaman həmin narkotik vasitəni haradan əldə etməsi barədə mənə heç söz deməmişdir.Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə zəng etmişdir.Həmçinin Seymurla o, görüşdükdə onun yanında heç kim olmamışdır.Təqsirləndirilən şəxs onunla görüşərkən tək olmuşdur. Balakən rayon Qazma kənd sakini Şahid5 tanıyır.Onunla salam sağolu var.Ancaq başqa heç bir münasibəti yoxdur.Əvvəllər Təqsirləndirilən şəxs ona narkotik vasitə marixuana satmamışdır.Həmçinin Şahid5 də ona heç vaxt narkotik vasitə satmamışdır.Təqsirləndirilən şəxslə əvvəllər narkotik vasitə marixuana istifadə etməmişdir. Təqsirləndirilən şəxs 50 manata alıb üzərində saxladığı narkotik vasitə qurudulmuş marixuanadan bir dəfə çəkib istifadə etmişdir.Lakin istintaqın ilkin mərhələsində həmin narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmədiyini demişdir.Çünki fikirləşmişdir ki, əgər narkotik vasitə marixuanadan istifadə etdiyini desə ona ağır cəza verilə bilər.Lakin hal-hazırda isə həqiqətləri demək qərarına gəlib bildirmişdir ki, Təqsirləndirilən şəxs 50 manata aldığı narkotik vasitə marixuanadan bir dəfə çəkib istifadə etmişdir. İstintaqın sonrakı mərhələsində Təqsirləndirilən şəxs ona narkotik vasitə marixuana satmaması ilə bağlı göstərdiyi xüsusatla bağlı göstərmişdir ki, Təqsirləndirilən şəxs yalan deyir.Onun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı ona 50 manata Təqsirləndirilən şəxs satıb və istintaq zamanıda ona narkotik vasitə satdığını etiraf edib.Bu barədə Təqsirləndirilən şəxslə aralarında olan danışıqda olmuşdur.O,Seymurla danışdığı zaman mobil telefonunda olan səs yazan vasitəsi ilə həmin aralarında olan danışıq qeydə alınmışdır.Ümumiyyətlə onun mobil telefonunda səs yazan olduğuna görə danışıqlar səsyazan vasitəsi ilə yazılır.O,həmin səs yazısını da bir ədəd CD diskinə köçürmüş və istintaqa təqdim edir.Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 50 manata aldığı narkotik vasitə marixuananı çəkib bir dəfə istifadə etmiş və narkotik vasitənin təsirinin zəif olduğunu görüb Seymura zəng etmiş və narkotik vasitə marixuananın təsirinin zəif olduğunu bildirmişdir.O, Seymurla danışdığı zaman narkotik vasitənin adını çəkməmək üçün narkotik vasitənin adını şərti olaraq “quzu”adlandırmışlar.Seymura ona satdığı narkotik vasitə marixuananın zəif olduğunu demişdir.Seymur da ona narkotikin təzə olduğu üçün zəif olduğunu deyərək cavab vermişdir.Sonradan isə mobil telefonunda Seymurla aralarında olan həmin danışığı silməmiş və saxlamışdır ki, gələcəkdə Seymur əgər ona güclü təsiri olan narkotik vasitə marixuana gətirməsə ondan narkotik vasitə alan zaman verdiyi 50 manatı geri tələb etsin və həmin səs yazısını sübut kimi bir daha Seymura göstərsin.Təqsirləndirilən şəxs isə ona narkotik vasitə satmadığını deyərək özü məsuliyyətdən yayınmaq və onu məsuliyyətə cəlb etdirmək istəyir.Hal-hazırda o, həmin səs yazısını bir ədəd CD diskə köçürmüş və istintaqa təqdim edir.Həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs onun barəsində kənddə əsassız sözlər deyir ki, o, polislər tərəfindən tutulduğu zaman narkotik vasitəni ondan aldığını demişdir.Yəni o, Seymurun adını polislərə deməli deyilmiş.Lakin o, həqiqətləri demişdir.Həmçinin Təqsirləndirilən şəxs də ona narkotik vasitə marixuana satdığını demişdir.Lakin sonradan məsuliyyətdən yayınmaq üçün məsuliyyəti onun üzərinə atmaq üçün ona narkotik vasitə satmadığını deyir.Həmçinin ona Rusiya Federasiyasından tanımadığı telefon nömrəsindən zəng gəlmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə almadığını desin.Əgər belə deməsə gələcəkdə ona problem yaradacaqlarını bildirmişlər.O, buna görə qorxub gələcəkdə ona və ailə üzvlərinə problem yaranacağından qorxub Təqsirləndirilən şəxs səs yazısıda göndərmişdir ki,ondan narkotik vasitə almamışdır.O,həmin səsi qorxub Seymura göndərmişdir ki, guya ki,Seymurdan narkotik vasitə almamışdır.Lakin Seymura həmin səsi qorxduğu üçün göndərmişdir.Lakin həmin narkotik vasitəni Təqsirləndirilən şəxs 50 manata almışdır.Sadəcə qorxub həmin səs yazısını Seymura göndərmişdir ki,gələcəkdə daha ona zənglər gəlməsin.Göstərmişdir ki,Rusiya Federasiyasının mobil telefon nömrəsindən ona zəng edən şəxs kimliyini bildirməmişdir.Həmçinin bir qədər sonra həmin nömrənində telefonundan silindiyini görmüşdür. Buna görə də həmin nömrəni polisə təqdim edə bilməmişdir.Nömrədə yadında qalmamışdır.Həmin nömrə ona whatsap vasitəsi ilə zəng etmişdir.Bir daha bildirmişdir ki, o,üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs 50 manata almışdır.Seymura göndərdiyi səs yazısı da mobil telefonundan silindiyi üçün həmin səs yazısını təqdim edə bilməmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materialları ilə təsdiq olunduğundan məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini sübut kimi qəbul edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 22 iyul 2024-cü il tarixli 1248 nömrəli rəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi Şəxsinin 18 fevral 2025-ci il tarixli 947 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi arasında ziddiyyət olmasını, Respublika Narkoloji Mərkəzi Publik hüquqi Şəxsinin 18 fevral 2025-ci il tarixli 947 nömrəli rəyinin daha sonra verilməsini,Respublika üzrə ixtisaslaşmış tibb müəssisəsi tərəfindən verilməsini nəzərə alaraq məhkəmə Gəncə Səhiyyə İdarəsinin Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasının 22 iyul 2024-cü il tarixli 1248 nömrəli rəyini sübut kimi qəbul etmir,Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi Şəxsinin 18 fevral 2025-ci il tarixli 947 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki,cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki,yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Repsublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin töfsifi törədilən kokret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin töfsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Töfsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan inan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli örənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Cinayət Məcəlləsinin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında,1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında,habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq,Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına,hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə,başqa mallara və əşyalara dəyişdirilməsinə,mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 08 nömrəli qərarının 8-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini,dövlət ittihamçısının çıxışını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq,məhkəmə baxışında ittihamın baxılması nəticələrinə,məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir,Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir,təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki,hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki,cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini,yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,eyni zamanda əvvəllər məhkum olunmasını, təqsirli bilindiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrumetmə cəzasının olmasını, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında qəti cəza təyin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Balayev X6 Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il, 11 (on bir) ay,26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş,onun 01 (bir) il, 09 (doqquz) ay, 04 (dörd) gün müddətə çəkilməmiş cəzası vardır.Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək cəzaya Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən təyin edilmiş 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 09 (doqquz) ay 04 (dörd) gün müddəti Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinin tələbləri qaydasında azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla hesablandığı 10(on) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə,Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 07 iyun 2024-cü il tarixdən hesablanmalıdır.Belə ki, CPM-inin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan,o,tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət . Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək,onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli,barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündə Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınması, onun qeydiyyata alınması üçün hökmün surətinin yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X14 Şəxsinə göndərilməsi qeyd edilsə də, hazırkı cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmasına dair məlumat olmadığından məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X14 Şəxsinə göndərilməlidir İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat 55 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş təmiz çəkisi 10,61 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 10,56 qram, Şahid6 üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş təmiz çəkisi 2,62 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 2,57 qram,olan narkotik,vasitə qurudulmuş marixuanalar hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv olunmalı, bir ədəd elektron tərəzi dövlət nəfinə müsadirə olunmalıdır. Maddi sübut olan 05 ədəd disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 3(üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu cəzaya Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq təyin olunmuş 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinin tələbləri qaydasında azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla hesablandığı 10 (on) ay 17(on yeddi ) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 4(dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin;Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun 07 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq saxlandığı 2 gün müddət və 09 iyun 2024-cü il tarixdən hazırki vaxtadək ev dustaqlığında saxlandığı müddət ona təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 07 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Onun qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X14 Şəxsinə göndərilsin. İş üzrə 34.55 (otuz dörd manat 55 qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş təmiz çəkisi 10,61 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 10,56 qram, Şahid6 üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş təmiz çəkisi 2,62 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 2,57 qram olan narkotik, vasitə qurudulmuş marixuanalar hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv olunsun. İş üzrə maddi sübut olan 05 ədəd disklər cinayət işinin materiallarında saxlansın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar