Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-41/2025 15.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Mirzəyeva Afina Şakir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1960-cı il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, o, 28 yanvar 2025-ci il tarixdə günorta saatlarında tanışı Balakən rayonu Talalar kəndində qeydiyyatda olmaqla yaşayan Şahid5 yaşadığı evin qarşısında sonuncudan qanunsuz olaraq satış məqsədi ilə 01 ədəd sellofan bükümdə xeyli miqdarda - 23,84 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı 30 manat müqabilində alıb əldə etməklə üzərində daşıyaraq saxlamış, həmin narkotik vasitənin 14,96 qram hissəsini 28 yanvar 2025-ci il tarixdə axşam saat 19 radələrində yaşadığı Balakən rayonu Tülü kəndində yerləşən evinin qarşısında tanışı Şahid4 qanunsuz olaraq 40 manat müqabilində satmış, geriyə qalan xeyli miqdarda - 8,88 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuananı isə satış məqsədi ilə, qanunsuz olaraq üzərində daşıyaraq saxlamış, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4 30 yanvar 2025-ci il tarixdə saat 18 radələrində Balakən şəhəri 28 May küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üzəri yoxlanılan zaman Təqsirləndirilən şəxs 40 manat müqabilində almış olduğu xeyli miqdarda - 14,96 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana 01 ədəd sellofan bükümdə olmaqla əynindəki qış gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs 30 yanvar 2025-ci il tarixdə saat 19:25-də Balakən şəhəri T.Musayev küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üzəri yoxlanılan zaman Şahid5 almış olduğu narkotik vasitənin geri qalan hissəsi yəni, xeyli miqdarda - 8,88 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana 01 ədəd sellofan bükümdə olmaqla əynindəki dəri gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, polis əməkdaşları tərəfindən tutularaq saxlanıldığı gün özünün xəstə olması ilə əlaqədar səhər saat 6 radələrində Şəki şəhərinə getmiş, qayıtdıqdan bir saat sonra polis əməkdaşları onu evindən götürüb Balakən Rayon Polis Şöbəsinə gətirmişlər. Həmin zaman onun üzərində hər hansı gödəkçə və ya digər oxşar üst geyim olmamışdır. Gödəkçəni ora bacısı gətirmişdir. Daha sonra onu Balakən şəhəri Teyyub Musayev küçəsinə gətirmişlər. 3 dəfə videoçəkiliş aparılmış, nəhayət 3-cü çəkilişdə polis əməkdaşlarının dediyi kimi yolda hərəkətdə olan zaman yaxınlaşan polis əməkdaşlarına cibinə qoyduqları narkotiki çıxarıb təqdim etmişdir. Video görüntülərdə əks olunan gödəkçə isə bacısının ona polis şöbəsində olan zaman gətirdiyi geyimdir. Gödəkçə bölmədə polis əməkdaşları tərəfindən yoxlanılmış, cibindən hər hansı narkotik vasitə və ya digər cinayət əməlində istifadə olunan vasitə aşkar edilməmişdir, yalnız cib dəsmalı aşkar edilmişdir. Onu polis əməkdaşları haqsız yerə tutaraq polis şöbəsinə gətirmişlər. Onu bölmədə polis əməkdaşları döydükləri üçün bu əməli etiraf etmişdir. Həkim tərəfindən yoxlanılmış, lakin döyüldüyünü ona deməmişdir. Döyülməsi barədə prokurorluğa və ya məhkəməyə şikayət etməmişdir. Onu nə narkotik vasitədən istifadə edən zaman, nə də ki, narkotik vasitəni satan zaman tutmuşlar. İstintaq zamanı verilən ifadə ona məxsus deyildir. Ondan sənədləri imzalamasını istəmişlər, onun da Azərbaycan dilində oxuma-yazması olmadığından həmin sənədlərə imza çəkmişdir. Həmin vaxt ona hər hansı vəkil tərəfindən hüquqi yardım göstərilməmişdir. Bundan əvvəl barəsində iki dəfə narkotiklə bağlı cinayət işləri açılmış və orada səmimi etiraf edərək cinayət əməllərini boynuna almışdır, lakin hazırki cinayət işində onun heç bir təqsiri yoxdur. Şahid4lə və daha sonra Şahid5lə telefon danışıqları zamanı aralarında narkotik vasitə ilə bağlı heç bir danışıq olmamışdır, onlar qonşudular, sadəcə onlarla hal-əhval tutmuşdur. Onun təqsiri yoxdur. İfadəsində göstərdiklərinin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, Cəlildən narkotik vasitə almamışdır. Şahid5 tanımır. Bir ildir ki, xəstəliyi ilə əlaqədar xəstəxanada müalicə alır. Təqsirləndirilən şəxslə ən son qonşusu Abdullayev Yaşarın yas mərasimində olarkən söhbətləşmişlər. Cəlillə telefonda nə danışdıqlarını xatırlamır. Balakən Rayon Polis şöbəsində qorxduğu üçün məcbur qalaraq o məzmunda ifadə vermişdir. Ümumiyyətlə xəstə olduğu baş verən çox şeyi unudur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Balakən RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində çalışır. 30 yanvar 2025-ci il tarixdə Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şahid4 qanunsuz olaraq narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində saxlaması barədə Balakən RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, daha sonra daxil olmuş məlumatla bağlı Şahid4 cinayət əməllərinin ifşa olunması ilə bağlı Balakən rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edilmiş və rəhbərliyin qanuni göstərişinə əsasən 30 yanvar 2025-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbiri zamanı Şahid4 saat 18:25 radələrində Balakən şəhəri 28 may küçəsində piyada hərəkət edən zaman yolda tərəflərindən saxlanılmışdır. Daha sonra Şahid4 özlərini təqdim edərək üzərində narkotik vasitə əldə edib istifadə etməsi narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğu bildirilmiş, ona hüquq və vəzifələri izah edilmiş və Şahid4 üzərində narkotik vasitə, psixotrop maddə həmçinin qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid4 əynindəki qış gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə marixuanaya oxşar bitki kütləsini təqdim etmişdir. Həmin bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin bitki kütləsini 29 yanvar 2025-ci il tarixdə Jora ləqəbli Cəlil adlı şəxsdən sonuncunun yaşadığı evin qarşısında 40 manata öz şəxsi istifadəsi üçün aldığını, aldıqdan sonra bir dəfə istifadə etdiyini bildirmişdir. Sonra Şahid4 Cəlil adlı şəxsin yaşadığı evin Balakən şəhəri Qabaqçöl vağzalı ərazisindən aşağı düşdükdə 2-ci döngədən sağa döndükdən sonra yerləşdiyini qeyd etmişdir. Həmin tədbirin davamı olaraq 30 yanvar 2025-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbiri zamanı narkotik vasitə əldə edib saxlamaqda və satmaqda şübhəli olan Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs Balakən şəhəri Teyyub Musayev küçəsində tərəflərindən saxlanılmışdır. Ona özlərini təqdim edərək üzərində narkotik vasitə əldə edib istifadə etməsi narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğu bildirilmişdir. Daha daha hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə həmçinin qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki dəri gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə marixuanaya oxşar bitki kütləsini təqdim etmişdir. Həmin bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin bitki kütləsini 29 yanvar 2025-ci il tarixdə Balakən rayon Talalar kənd sakini Şahid5 30 manata aldığını, bir hissəsini isə 29 yanvar 2025-ci il tarixdə həmkəndlisi Şahid4 satdığını bildirmişdir. Həmin tədbirin davamı olaraq 30 yanvar 2025-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbiri zamanı Balakən rayonu Talalar kənd sakini Şahid5 qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda və satmaqda şübhəli olduğundan Balakən rayon Talalar kəndində yerləşən yaşadığı evdən çağırılaraq həyət qapısının qarşısında yolda saxlanılmışdır. Daha sonra Şahid5 özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğu bildirilmişdir. Daha daha sonra ona hüquq və vəzifələri izah edilmiş və Şahid5 üzərində narkotik vasitə, psixotrop maddə həmçinin qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid5 əynindəki idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan büküm təqdim etmişdir. Həmin bükümün içərisində narkotik vasitə marixuana olduğunu, həmin bitki kütləsini Balakən rayonu Poştbinə kəndində keçən çaya çimmək üçün getdiyi zaman çayın kənarındakı kolluq sahədə bitən çətənə bitkisinin üzərindən yığaraq əldə etdiyini, şəxsi istifadəsi üçün saxladığını, narkotik bitki kütləsinin bir hissəsini 29 yanvar 2025-ci il tarixdə Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs 30 manat pul müqabilində satdığını bildirmişdir. Aparılan tədbirlər zamanı təqsirləndirilən şəxsə hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi izahatında dedikləri yalandır. Məhkəmə iclasında şahid Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 və şahid Balakən RPŞ-nin PPXB-nin manqa komandiri Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid5 iştirakı mümkün olmadığından istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, o, ifadəsində göstərmişdir ki, 2024-cü ilin sentyabr ayının əvvələrində Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsindən keçən Mazım çayına çimmək üçün getmişdir. Həmin vaxt kolluq sahədə bitən 2 ədəd yabanı halda bitən narkotik tərkibli çətənə bitkisi görmüşdür. Daha sonra həmin bitkilərin yararlı hissələrindən yığıb yaşadığı evə gətirmişdir. Ailə üzvlərindən gizli şəkildə saxlamışdır. Həmin narkotik vasitə marixuananı saxlaması barədə heç kimə bir söz deməmişdir. Daha sonra müxtəlif vaxtlarda bir neçə dəfə narkotik vasitə marixuandan özü çəkib istifadə etmişdir. Həmçinin göstərmişdir ki, Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Onun tanışıdır. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 28 yanvar 2025-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ***-***-**-** mobil telefon nömrəsi vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edib ondan almaq üçün narkotik vasitə marixuana istəmişdir. O da Cəlilə yarım saatdan görüşə biləcəklərini, yaşadığı ünvana gəlməsini bildirmişdir. Təxminən yarım saatdan sonra Cəlil onun Balakən rayon Talalar kəndində yaşadığı evin qarşısına gəlib yol qapısından onu çağırmışdır. Daha sonra o, yola çıxmışdır. Cəlil onunla görüşdükdə narkotik vasitə almaq istədiyini bir daha ona bildirmişdir. Cəlilə onda narkotik vasitə olduğunu həmçinin ona 30 manata sata biləcəyini demişdir. Cəlil də onunla razılaşmış və yaşadığı evin qarşısında ona 30 manat vermişdir. O da həmin 30 manat pulun müqabilində ona sellofan bükümdə narkotik vasitə marixuananı vermişdir. Daha sonra Cəlil onunla sağollaşıb ondan ayrılmışdır. Daha sonra narkotik vasitə marixuananın geri qalan hissəsini əynində olan idman gödəkçəsinin sağ yan cibində saxlamışdır. 30 yanvar 2025-ci il tarixdə Balakən rayon Talalar kəndində yaşadığı evində olduğu zaman saat 21:47-də kimsə onu yol qapısından çağırmışdır. O, yola çıxmışdır. Həmin şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və Balakən rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt üzərində saxladığı narkotik vasitə əynində olan idman gödəkçəsinin sağ yan cibində olmuşdur. Bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar və varsa təqdim etməsini təklif etmişlər. Həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra o, əynində olan idman gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Daha sonra onun üzəri yoxlanılmışdır. Lakin üzərindən başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Sellofan bükümdə təqdim etdiyi narkotik vasitə marixuananı 2024-cü ilin sentyabr ayının əvvəllərində Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində Mazım çayının kənarından kolluq ərazidən tapdığı 02 ədəd çətənə bitkilərinin üzərindən yığıb əldə etdiyini bildirmişdir. Həmçinin həmin narkotik vasitə marixuananın bir hissəsini isə 29 yanvar 2025-ci il tarixdə Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs 30 manat müqabilində satdığını bildirmişdir. Lakin sonradan vaxtı düzgün deyərək istintaqa yenidən verdiyi ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitəni 28 yanvar 2025-ci il tarixdə satdığını bildirmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuana sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 15,45 qram təşkil etmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuana polis əməkdaşı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra polis şöbəsinə gəldikdən sonra onun hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı ona təqdim edilmişdir. O, təqdim edilmiş Balakən rayon vəkil bürosunun vəkillərinin siyahısından Balakən rayon vəkil bürosunun vəkili X2 tərəfindən onun hüquqlarını müdafiə etməsini istəmişdir. Bir neçə dəqiqə sonra Afər Mahmudov polis şöbəsinə dəvət edilmiş, müdafiəçi kimi ona təqdim edilmişdir. Əlavə olaraq göstərmişdir ki, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Lakin 28 yanvar 2025-ci il tarixdə həmin narkotik vasitə marixuananın bir hissəsini Təqsirləndirilən şəxs 30 manata satmışdır. Üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə saxlamışdır, lakin daha sonra gəlir əldə etmək üçün bir hissəsini Təqsirləndirilən şəxs 40 manata satmışdır. Hazırda yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə qurudulmuş marixuana saxlamır. Cəmilə narkotik vasitə satdığını heç kim bilməmişdir. Bu barədə heç kimə bir söz deməmişdir. Cəmil aldığı narkotik vasitə marixuananı kiməsə satacağı barədə ona heç bir söz deməmişdir. Polis əməkdaşları onu saxladıqları vaxt heç kim görməmişdir. Polis əməkdaşları tərəfindən 30 yanvar 2025-ci il tarixdə saat 21:47-də Balakən rayon Talalar kəndində yaşadığı evdən çağırılaraq həyət qapısının qarşısında yolda saxlanılmışdır. Onu narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli kimi saxlayan polis əməkdaşlarını əvvəldən tanımamışdır. Həmin polis əməkdaşları ilə əvvəllər hər hansı bir düşmənçiliyi və ədavəti olmamışdır. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. 250320035 nömrəli cinayət işinin: 1-ci cild 11-13-cü vərəqələrində olan 30 yanvar 2025-ci il tarixdə tərtib olunmuş “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, 30 yanvar 2025-ci il tarixdə saat 18:25 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamasında şübhəli bilinən Şahid4 Balakən şəhəri 28 May küçəsində piyada hərəkət edən zaman saxlanılmış, sonuncuya hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Balakən şəhəri 28 May küçəsində üzərinin yoxlanmasına başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Şahid4 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid4 əynindəki qış gödəkçəsinin sağ yan cibində olan 1 ədəd selofan bükümü təqdim etmiş və bükümün içərisində nəşə kimi tanıdığı narkotik tərkibli bitki olan marixuana olduğunu, həmin kütləni “Jora” kimi tanıdığı Cəlil adlı şəxdən sonuncunun yaşadığı evin qarşısında 40 manata özü istifadə etməsi üçün aldığını, aldıqdan sonra bir dəfə istifadə etdiyini bildirmişdir. Sonra Şahid4 “Jora” ləqəbli Cəlil adlı şəxsin yaşadığı evin Balakən şəhəri Qabaqçöl vağzalından aşağı düşdükdə 2-ci döngədən sağa döndükdən sonra yerləşdiyini qeyd etmişdir. Şahid4 üzərindən aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və büküm ilə birlikdə ümumi çəkisi 17.19 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə saxlanılan şəxs və iştirakçılar tərəfindən qablaşdırılmış, möhürlənmiş, imzalanmış və götürülmüşdür. Bundan başqa Şahid4 üstünü yoxlayan zaman üzərindən əlavə hər hansı bir qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Üstünü yoxlama Balakən şəhəri 28 May küçəsində keçirilmişdir. Üstünü yoxlama zamanı “Samsung A21S” markalı mobil telefon ilə Balakən RPŞ-nin PPXB-nin manqa komandiri polis baş serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Balakən RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokola 1 ədəd DVD əlavə olunmuşdur. 1-ci cild 19-20-ci vərəqlərində olan 30 yanvar 2025-ci il tarixdə tərtib olunmuş “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Üzərində “Şahid4 üzərindən aşkar edilmiş” yazılı zərfdən 1 (bir) ədəd sellofan bükümdə, açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1 (bir) ədəd DVD-yə “HP” markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitə marixuanaya bənzər kütlənin aşkar olunması, Şahid4 ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur. 1-ci cild 38-40-cı vərəqlərində olan 30 yanvar 2025-ci il tarixdə tərtib olunmuş “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, 30 yanvar 2025-ci il tarixdə saat 19:25 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamasında və satmasında şübhəli bilinən Təqsirləndirilən şəxs Balakən şəhəri T.Musayev küçəsində piyada hərəkət edən zaman saxlanılmış, sonuncuya hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Balakən şəhəri T.Musayev küçəsində üzərini yoxlanmasına başlanmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki dəri gödəkçənin sağ yan cibində olan 1 ədəd selofan bükümü təqdim etdi və bükümün içərisində nəşə kimi tanıdığı narkotik tərkibli bitki olan marixuana olduğunu, həmin kütləni Balakən rayonu Talalar kənd sakini Şahid5 30 manata aldığını, bir hissəsini həmkəndlisi Şahid4 40 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və büküm ilə birlikdə ümumi çəkisi 9.84 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə saxlanılan şəxs və iştirakçılar tərəfindən qablaşdırılmış, möhürlənmiş, imzalanmış və götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üstünü yoxlayan zaman üzərindən əlavə hər hansı bir qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Üstünü yoxlama Balakən şəhəri T.Musayev küçəsində keçirilmişdir. Üstünü yoxlama zamanı «Samsung S24” markalı mobil telefon ilə Balakən RPŞ-nin PPXB-nin manqa komandiri polis baş serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Balakən RPŞ- nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur. 1-ci cild 43-45-ci vərəqlərində olan 30 yanvar 2025-ci il tarixdə tərtib olunmuş “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan Şahid4 narkotik vasitələri əldə edib üzərində saxlamaqda şübhəli bilindiyi üçün, 30 yanvar 2025-ci ildə, saat 18:25 dəqiqədə Balakən şəhəri 28 May küçəsində piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, bu zaman onun əynindəki qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümdə ümumi çəkisi 17,19 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və maddi sübüt kimi götürülmüşdür. Üstünə baxış zamanı Şahid4 üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütlənin Cəlil adlı şəxsdən sonuncunun yaşadığı evin qarşısında 40 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Həmin tədbirin davamı olaraq Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib üzərində saxlamaqda və satmaqda şübhəli bilindiyi üçün, 30 yanvar 2025-ci ildə saat 19:25-də Balakən şəhəri T.Musayev küçəsində piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, bu zaman onun əynindəki dəri gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan bükümdə ümumi çəkisi 9,84 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və maddi sübüt kimi götürülmüşdür. Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazılı zərfdən 1 (bir) ədəd sellofan bükümdə, açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1 (bir) ədəd DVD-yə “HP” markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması və narkotik vasitə satması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə zamanı “Panasonic" markalı videokamera vasitəsi ilə Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Yüzbaşiyev Vasif Cavanşir oğlu tərəfindən video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur. 1-ci cild 54-cü vərəqində olan 30 yanvar 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 30 yanvar 2025-ci ildə saat 19:25 dəqiqədən tutulmuş hesab edilir. 1-ci cild 69-71-ci vərəqlərində olan 30 yanvar 2025-ci il tarixdə tərtib olunmuş “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, 30 yanvar 2025-ci il tarixdə saat 21:47 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamasında və satmaqda şübhəli bilinən Şahid5 yaşadığı Balakən rayonu Talalar kəndində yerləşən evindən çağırılaraq həyət qapısının qarşısında, yolda saxlanılmış, sonuncuya hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerda, yaşadığı evin həyət qapısının qarşısında, yolda üzəri yoxlanmasına başlanmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Şahid5 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid5 əynindəki idman gödəkçəsinin sağ yan cibində olan 1 ədəd selofan bükümü təqdim etmiş və bükümün içərisində nəşə kimi tanıdığı narkotik tərkibli bitki olan marixuana olduğunu, həmin kütləni Balakən rayonu Poştbinə kəndindən keçən çaya çimmək üçün getdiyi zaman çayın kənarındakı kolluq sahədə bitən çətənə bitkisinin üzərindən yığmaqla əldə etdiyini, şəxsi istifadəsi üçün saxladığını, həmin kütlənin bir hissəsini isə tanışı Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs 30 manat pul müqabilində satdığını bildirmişdir. Şahid5 üzərindən aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və büküm ilə birlikdə ümumi çəkisi 15,45 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə saxlanılan şəxs və iştirakçılar tərəfindən qablaşdırılmış, möhürlənmiş, imzalanmış və götürülmüşdür. Üstünü yoxlama və evə baxış zamanı "Panasonik” markalı videokamera vasitəsi ilə Balakən RPŞ-nin PPXB-nin manqa komandiri polis baş serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur 1-ci cild 74-76-cı vərəqlərində olan 30 yanvar 2025-ci il tarixdə tərtib olunmuş “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Üzərində “Şahid5 üzərindən aşkar edilmiş” yazılı zərfdən 1 (bir) ədəd sellofan bükümdə, açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1 (bir) ədəd DVD-yə “HP” markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Şahid5 ondan narkotik vasitə aşkar olunması və narkotik vasitə satması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə zamanı “Panasonic” markalı videokamera vasitəsi ilə Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Yüzbaşiyev Vasif Cavanşir oğlu tərəfindən video çəkiliş aparılmışdır. Protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur 1-ci cild 104-108-ci vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 31 yanvar 2025-ci il tarixli 17/70 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Balakən rayonu Tülü kənd sakini Şahid4 üzərindən götürülmüş kütlə.çəkisi 17,19 qr.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 14,96 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olmuş 9,84 qr kütlə.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 8,88 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Balakən rayonu Talalar kənd sakini Şahid5 üzərindən aşkar olunmuş çəkisi 15,45 qr olan kütlə.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 13,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 03 (üç) ədəd şəffaf sellofan bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. 1-ci cild 167-169-cu vərəqlərində olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 01 fevral 2025-ci il tarixli qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2025-ci il tarixdə saat 19:25-də Balakən RPŞ-nin MSY-dən azad edilmişdir və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 1-ci cild 201-203-cü vərəqlərində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir, məhkumluğu ödənilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Şəki Rayon Məhkəməsinin qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci ildə Şəki Rayon Məhkəməsinin qərarı ilə 02 ay 08 gün vaxtından əvvəl şərti azad edilmişdir, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilmişdir. 2-ci cild 3-cü vərəqində olan Balakən rayon İcra Hakimiyyəti Başçısının Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. 2-ci cild 20-ci vərəqində olan 03 aprel 2025-ci il tarixli "xxxx" MMC-dən təqdim edilmiş 01 ədəd CD diskinə baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin iş üzrə Təqsirləndirilən şəxs istifadə etdiyi "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə, Şahid5 istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə, Şahid4 istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***- **-** saylı mobil telefon nömrəsinə 01 dekabr 2024-ci il tarixdən 31 yanvar 2025-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin ələ keçirilməsi ilə bağlı Azercell Telecom MMC-dən 02 aprel 2025-ci il tarixli 6475 nömrəli məktubla Balakən RPŞyə daxil olmuş bir ədəd CD diskinə baxış keçirilmişdir. Baxış zamanı Azercell Telecom MMC-dən götürülmüş məlumatlara əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid5 istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasında, həmçinin Təqsirləndirilən şəxs istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid4 istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə mütəmadi olaraq, yəni çoxsaylı telefon zənglərinin olması müəyyən edilmişdir. Bundan başqa 28 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə, Şahid5 istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***- **-** saylı mobil telefon nömrəsi arasında yəni Təqsirləndirilən şəxs və Şahid5 arasında saat 15:23-də, 18:49-da, 19:16-da, 19:31-də, 19:55-də, bundan başqa Təqsirləndirilən şəxs istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə, Şahid4 istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasında yəni Təqsirləndirilən şəxs və Şahid4 arasında saat 15:59da, 18:50-də, 19:15-də, 19:20-də,19:41-də,19:59-da telefon danışıqları olması müəyyən edilmişdir. Həmçinin 30 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid5 istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasında saat 14:27-də 119 saniyə telefon danışığı olmuş, bundan başqa həmin tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid4 istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***- **-** saylı mobil telefon nömrəsi arasında saat 15:05-də 32 saniyə telefon danışığı olmuşdur. 2-ci cild 37-39-cu vərəqlərində olan istintaq zamanı dindirilmiş Şahid4 göstərmişdir ki, Balakən rayonu Tülü kəndində ailəsi ilə birlikdə yaşayır. Psixi xəstəliklər keçirməmişdir. Evlidir. Lakin Rusiya Federasiyasında yaşadığı zaman evlənmişdir. Azərbaycan Respublikasında rəsmi nigahı yoxdur. Rəsmi sənədlərdə subay olduğu yazılır. Narkotik vasitə marixuanadan istifadə edir. Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Onun həmkəndlisidir. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 28 yanvar 2025-ci il tarixdə gündüz saatlarında Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs yolda görüb ondan özü istifadə etmək məqsədi ilə narkotik vasitə marixuana istəmişdir. Çünki Cəlilin narkotik vasitə marixuanadan istifadə etdiyini bilmişdir. Lakin onunla birlikdə heç vaxt narkotik vasitə istifadə etməmişdir. Həmçinin əvvəllər Cəlildən narkotik vasitə almamışdır. Cəlil də ona xəbər edəcəyini bildirmişdir. Həmin gün, yəni 28 yanvar 2025-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs onunla özünün istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsi vasitəsi ilə özünün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edib əlaqə saxlayaraq ona özündə narkotik vasitə marixuana olduğunu, həmçinin 40 manata sata biləcəyini demişdir. O da Cəlillə razılaşmışdır. Həmin tarixdə Cəlillə bir neçə dəfə də zəngləşib danışmışdır. 28 yanvar 2025-ci il tarixdə axşam saat 19 radələrində o, Təqsirləndirilən şəxsla zəngləşib onun Balakən rayon Tülü kəndində yaşadığı evin qarşısında ona 40 manat vermişdir. Cəlil də ona sellofan bükümdə narkotik vasitə marixuananı vermişdir. Daha sonra Cəlillə sağollaşıb ondan ayrılmışdır. Cəlildən aldığı narkotik vasitə marixuanadan bir dəfə çəkib istifadə etmişdir. Daha sonra geri qalan narkotik vasitə qurudulmuş marixuananı əynindəki gödəkçənin sağ yan cibinə qoymuşdur ki, başqa vaxt çəkib istifadə edər. 30 yanvar 2025ci il tarixdə Balakən şəhəri 28 may küçəsində piyada hərəkət etdiyi zaman saat 18:25 radələrində üç nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar və varsa təqdim etməsini təklif etmişlər. Həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra o, əynində olan qış gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə Təqsirləndirilən şəxs aldığı narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Daha sonra onun üzəri yoxlanılmışdır. Lakin üzərindən başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Sellofan bükümdə təqdim etdiyi narkotik vasitə marixuananı 29 yanvar 2025ci il tarixdə əvvəldən tanıdığı Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Lakin istintaq zamanı sonradan vaxtı tam dəqiq xatırlayaraq ifadəsində narkotik vasitə marixuananı Təqsirləndirilən şəxs 28 yanvar 2025-ci il tarixdə aldığını bildirmişdir. Daha sonra təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuana sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 17,19 qram təşkil etmişdir. Bundan sonra onun təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuana polis əməkdaşı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra polis şöbəsinə gəldikdən sonra hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı ona təqdim edilmişdir. Təqdim edilmiş Balakən rayon vəkil bürosunun vəkillərinin siyahısından Balakən rayon vəkil bürosunun vəkili X5 tərəfindən hüquqlarını müdafiə etməsini istəmişdir. Bir neçə dəqiqə sonra Məlahət Emçiyeva polis şöbəsinə dəvət edilmiş, müdafiəçi kimi ona təqdim edilmişdir. Əlavə olaraq göstərmişdir ki, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuanadan heç kimə pay verməmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə Təqsirləndirilən şəxs alıb saxlamışdır. Hazırda yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə qurudulmuş marixuana saxlamır. Cəlilin ona narkotik vasitə satdığını heç kim bilməmişdir. Bu barədə heç kimə bir söz deməmişdir. Təqsirləndirilən şəxs ona satdığı həmin narkotik vasitə marixuananı haradan əldə etdiyini bilməmişdir. Həmçinin Cəlil ona həmin narkotik vasitə marixuananı haradan əldə etməsi barədə heç bir söz deməmişdir. Polis əməkdaşları onu saxladıqları vaxt yolda hər hansı başqa şəxsin olduğunu görməmişdir. Polis əməkdaşları tərəfindən 30 yanvar 2025-ci il tarixdə saat 18:25-də Balakən şəhəri 28 may küçəsində saxlanılmışdır. Onu narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli kimi saxlayan polis əməkdaşlarını əvvəldən tanımamışdır. Həmin polis əməkdaşları ilə əvvəllər aralarında hər hansı bir düşmənçiliyi və ədavəti olmamışdır. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. 2-ci cild 47-50-cu vərəqlərində olan təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Balakən rayonu Tülü kəndində yaşayır. Psixi xəstəliklər keçirməmişdir. Heç yerdə işləmir. Narkotik vasitə marixuanadan istifadə edir. Balakən rayon Tülü kənd sakini Şahid5 tanıyır. Onun tanışıdır. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Həmçinin Balakən rayonu Tülü kənd sakini Şahid4 tanıyır. Onun həmkəndlisidir. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Mahiyyəti üzrə göstərmişdir ki, 28 yanvar 2025-ci il tarixdə Şahid4 səhər saatlarında onu kənddə görüb narkotik vasitə marixuana almaq istədiyini bildirmişdir. O da Şakirə olsa xəbər edəcəyini demişdir. Həmin gün yəni 28 yanvar 2025-ci il tarixdə günorta saatlarında Şahid5 özünün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə Şahid5 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edib ondan almaq üçün narkotik vasitə marixuana istəmişdir. Fazil də ona yarım saatdan görüşə biləcəklərini, yaşadığı ünvana gəlməsini bildirmişdir. Çünki Fazilin narkotik vasitə marixuanadan istifadə etdiyini bilmişdir. Lakin onunla birlikdə heç vaxt narkotik vasitə istifadə etməmişdir. Həmçinin əvvəllər Fazildən narkotik vasitə almamışdır. Təxminən yarım saatdan sonra Fazilin Balakən rayon Talalar kəndində yaşadığı evin qarşısına getmişdir. Yolda dayanıb yol qapısından Fazili çağırmışdır. Fazil yola çıxmışdır. Narkotik vasitə almaq istədiyini bir daha Fazilə bildirmişdir. Fazil ona özündə narkotik vasitə olduğunu həmçinin ona 30 manata sata biləcəyini demişdir. O da Fazillə razılaşmış və yaşadığı evin qarşısında ona 30 manat vermişdir. Fazil də ona sellofan bükümdə narkotik vasitə marixuananı vermişdir. Daha sonra Fazillə sağollaşıb ondan ayrılmışdır. Daha sonra Şakirin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək özündə narkotik vasitə marixuana olduğunu ona 40 manata sata biləcəyini demişdir. Həmin gün, yəni 28 yanvar 2025-ci il tarixdə Şakirlə bir neçə dəfə mobil telefonla əlaqə saxlamış və Şakir axşam saat 19 radələrində onun Balakən rayon Tülü kəndində yaşadığı ünvana gəlmişdir. Daha sonra Şakir ona 40 manat məbləğində pul vermişdir. O da Şakirə Fazildən aldığı narkotik vasitə marixuananın bir hissəsini satmışdır. Daha sonra Şakirlə sağollaşıb ayrılmışdır. Fazildən aldığı geri qalan narkotik vasitə marixuanadan bir dəfə çəkib istifadə etmişdir. Daha sonra geri qalan narkotik vasitə qurudulmuş marixuananı əynindəki gödəkçənin sağ yan cibinə qoymuşdur ki, başqa vaxt çəkib istifadə edər. 30 yanvar 2025-ci il tarixdə Balakən şəhəri Teyyub Musayev küçəsində piyada hərəkət etdiyi zaman saat 19:25 radələrində üç nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar və varsa təqdim etməsini təklif etmişlər. Həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra o, əynində olan dəri gödəkçəmin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə Şahid5 aldığı narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Daha sonra üzəri yoxlanılmışdır. Lakin üzərindən başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Sellofan bükümdə təqdim etdiyi narkotik vasitə marixuananı 29 yanvar 2025ci il tarixdə əvvəldən tanıdığı Balakən rayon Talalar kənd sakini Şahid5 40 manata aldığını, həmçinin həmin narkotik vasitənin bir hissəsini Balakən rayon Tülü kənd sakini Şahid4 satdığını bildirmişdir. Lakin sonradan istintaqa ifadə verərək Fazildən həmin narkotik vasitə marixuananı 28 yanvar 2025-ci il tarixdə aldığını həmin tarixdə isə həmin narkotik vasitə marixuananın bir hissəsini Şahid4 satdığını bildirmişdir. Yəni dəqiq tarixi 28 yanvar 2025-ci il olaraq göstərmişdir. Daha sonra təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuana sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 9,84 qram təşkil etmişdir. Bundan sonra onun təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuana polis əməkdaşı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra polis şöbəsinə gəldikdən sonra onun hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı ona təqdim edilmişdir. Təqdim edilmiş Balakən rayon vəkil bürosunun vəkillərinin siyahısından Balakən rayon vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən hüquqlarını müdafiə etməsini istəmişdir. Bir neçə dəqiqə sonra Müdafiəçi1 polis şöbəsinə dəvət edilmiş, müdafiəçi kimi ona təqdim edilmişdir. Əlavə olaraq göstərmişdir ki, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Lakin 28 yanvar 2025-ci il tarixdə Şahid5 30 manata aldığı narkotik vasitə marixuananın bir hissəsini Şahid4 40 manata satmışdır. Üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə Fazildən alıb saxlamış, lakin daha sonra gəlir əldə etmək üçün bir hissəsini Şahid4 40 manat satmışdır. Hazırda yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə qurudulmuş marixuana saxlamır. Şahid5 ona narkotik vasitə satdığını heç kim bilməmişdir. Bu barədə heç kimə bir söz deməmişdir. Şahid5 ona satdığı həmin narkotik vasitə marixuananı haradan əldə etdiyini bilməmişdir. Həmçinin Fazil ona həmin narkotik vasitə marixuananı haradan əldə etməsi barədə heç bir söz deməmişdir. Şahid5 həmin narkotik vasitədən Şakirə satacağı və satması barədə heç bir söz deməmişdir. Polis əməkdaşları məni saxladıqları vaxt yolda hər hansı başqa şəxsin olduğunu görməmişdir. Polis əməkdaşları tərəfindən 30 yanvar 2025-ci il tarixdə saat 19:25-də Balakən şəhəri Teyyub Musayev küçəsində saxlanılmışdır. Onu narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli kimi saxlayan polis əməkdaşlarını əvvəldən tanımamışdır. Həmin polis əməkdaşları ilə əvvəllər aralarında hər hansı bir düşmənçiliyi və ədavəti olmamışdır. Həmin polis əməkdaşlarını əvvəldən tanımır, onlar ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. 2-ci cild 69-cu vərəqində olan Gəncə şəhəri Narkoloji Dispanserinin 01 aprel 2025-ci il tarixli 482 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. 2-ci cild 73-93-cü vərəqlərində olan 04 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 8.83 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 07 ədəd disk iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunan 18 saylı tutulmuş şəxsin tibbi kitabçasından görünür ki, ilkin tibbi müayinə sənədinə əsasən Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və baxış zamanı xəsarətlər aşkar olunmamış və bu barədə şikayəti daxil olmamışdır. Balakən Rayon Məhkəməsinin 1(019)-34/2025 nömrəli, 11 iyun 2025-ci tarixli hökmündən və məhkəmə iclasının audio-videoyazısının əks olunduğu bir ədəd diskdən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Balakən rayonu Tülü kəndində yaşayır, heç yerdə işləmir, narkotik vasitə marixuanadan istifadə edir. Balakən rayon Tülü kənd sakini Şahid5 tanıyır. Onun tanışıdır. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Həmçinin Balakən rayon Tülü kənd sakini Şahid4 tanıyır. Onun həmkəndlisidir. Onunla da heç bir düşmənçiliyi və ədavəti yoxdur. 28 yanvar 2025-ci il tarixdə Şahid4 səhər saatlarında onu kənddə görüb narkotik vasitə marixuana almaq istədiyini bildirmişdir. O da Şakirə olsa xəbər edəcəyini demişdir. Həmin gün, yəni 28 yanvar 2025-ci il tarixdə günorta saatlarında Şahid5 özünün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə Şahid5 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edib ondan almaq üçün narkotik vasitə marixuana istəmişdir. Fazil də ona yarım saatdan görüşə biləcəklərini, yaşadığı ünvana gəlməsini bildirmişdir. Çünki Fazilin narkotik vasitə marixuanadan istifadə etdiyini bilmişdir. Lakin onunla birlikdə heç vaxt narkotik vasitə istifadə etməmişdir. Həmçinin əvvəllər Fazildən narkotik vasitə almamışdır. Təxminən yarım saatdan sonra Fazilin Balakən rayon Talalar kəndində yaşadığı evin qarşısına getmişdir. Yolda dayanıb yol qapısından Fazili çağırmışdır. Fazil yola çıxmışdır. Narkotik vasitə almaq istədiyini bir daha Fazilə bildirmişdir. Fazil ona özündə narkotik vasitə olduğunu, həmçinin ona 30 manata sata biləcəyini demişdir. O da Fazillə razılaşmış və yaşadığı evin qarşısında ona 30 manat vermişdir. Fazildə ona sellofan bükümdə narkotik vasitə marixuananı vermişdir. Fazillə sağollaşıb ondan ayrılmışdır. Şahid5 həmin narkotik vasitədən Şakirə satacağı və satması barədə heç bir söz deməmişdir. Sonra Şakirin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək özündə narkotik vasitə marixuana olduğunu, ona 40 manata sata biləcəyini demişdir. Həmin gün, yəni 28 yanvar 2025-ci il tarixdə Şakirlə bir neçə dəfə mobil telefonla əlaqə saxlamış və Şakir axşam saat 19 radələrində onun Balakən rayon Tülü kəndində yaşadığı ünvana gəlmişdir. Daha sonra Şakir ona 40 manat məbləğində pul vermişdir. O da Şakirə Fazildən aldığı narkotik vasitə marixuananın bir hissəsini satmışdır. Sonra Şakirlə sağollaşıb ayrılmışdır. Fazildən aldığı geri qalan narkotik vasitə marixuanadan bir dəfə çəkib istifadə etmiş, qalan narkotik vasitə qurudulmuş marixuananı əynindəki gödəkçənin sağ yan cibinə qoymuşdur ki, başqa vaxt çəkib istifadə edər. 30 yanvar 2025ci il tarixdə Balakən şəhəri Teyyub Musayev küçəsində piyada hərəkət etdiyi zaman saat 19:25 radələrində üç nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar və varsa təqdim etməsini təklif etmişlər. Həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra o, əynində olan dəri gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə Şahid5 aldığı narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Daha sonra üzəri yoxlanılmışdır. Lakin üzərindən başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Sellofan bükümdə təqdim etdiyi narkotik vasitə marixuananı 29 yanvar 2025-ci il tarixdə əvvəldən tanıdığı Balakən rayon Talalar kənd sakini Şahid5 40 manata aldığını, həmçinin həmin narkotik vasitənin bir hissəsini Balakən rayon Tülü kənd sakini Şahid4 satdığını bildirmişdir. Lakin sonradan istintaqa ifadə verərək Fazildən həmin narkotik vasitə marixuananı 28 yanvar 2025-ci il tarixdə aldığını həmin tarixdə isə həmin narkotik vasitə marixuananın bir hissəsini Şahid4 satdığını demişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuana sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 9,84 qram təşkil etmişdir. Bundan sonra onun təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuana polis əməkdaşı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Polis şöbəsinə gəldikdən sonra da onun hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı ona təqdim edilmişdir. Təqdim edilmiş Balakən rayon vəkil bürosunun vəkillərinin siyahısından Balakən rayon vəkil bürosunun vəkili Müdafiəçi1 hüquqlarını müdafiə etməsini istəmişdir. Bir neçə dəqiqə sonra Müdafiəçi1 polis şöbəsinə dəvət edilmiş, müdafiəçi kimi ona təqdim edilmişdir. O da ifadə verərək olanları bildirmişdir. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. İş materiallarına əlavə olunan Balakən Rayon Məhkəməsinin 1(019)-34/2025 nömrəli, 11 iyun 2025-ci tarixli hökmündən görünür ki, iş üzrə 34.55 manat ekspertiza xərci təqsirləndirilən şəxs Şahid5 tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8, 1.0.9, 1.0.10 və 1.0.11-ci maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində qeyd edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadəsini, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələrini, əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokolları, məhkəmə-bioloji ekspertizasının rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi, "xxxx" MMC-dən təqdim edilmiş diskə baxış keçirilməsi barədə protokol və digər iş materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları mötəbər sübutlar kimi qəbul edir və cinayət təqibi üzrə toplanmış həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsini özünümüdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirir. Onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillər – polis əməkdaşları tərəfindən ona fiziki güc tətbiq edilməsi, buna görə şöbədə narkotik vasitə satmasını etiraf etməsi, 28 yanvar 2025-ci il tarixdə Şahid4 və Şahid5lə hal-əhval tutmaq üçün telefonla əlaqə saxlaması barədə verdiyi ifadə əsassızdır. Onun məhkəmə iclasında verdiyi ifadə şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokolları, "xxxx" MMC-dən təqdim edilmiş diskə baxış keçirilməsi barədə protokol və digər iş materialları ilə tam təkzib edilmişdir. Buna görə də onun ibtidai istintaq zamanı verdiyi ifadə mötəbər sübut kimi qəbul edilir. Belə ki, saxlanılan zaman və istintaq zamanı heç bir fiziki və ya psixi təzyiqə məruz qalmadan dindirilmişdir. Təqsirləndirilən şəxs Şahid5 CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılan zaman şahid qismində dindirilmiş, həmin məhkəmə iclasında da istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Onun hazırki məhkəmə iclasında verdiyi ifadəsində qeyd etdiyi polis əməkdaşları tərəfindən ona fiziki təzyiq edilməsi öz təsdiqini tapmamışdır. Belə ki, ilkin tibbi müayinə sənədlərinə əsasən Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və baxış zamanı xəsarətlər aşkar olunmamış və bu barədə şikayəti daxil olmamışdır, eyni zamanda döyülməsi barədə prokurorluq və ya məhkəməyə heç bir şikayət etməmişdir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs 28 yanvar 2025-ci il tarixdə Şahid4 və Şahid5lə hal-əhval tutmaq üçün telefonla əlaqə saxlaması dəlili ilə bağlı qeyd edir ki, həmin tarixdə Təqsirləndirilən şəxs və Şahid5 arasında saat 15:23-də, 18:49-da, 19:16-da, 19:31-də, 19:55-də, Təqsirləndirilən şəxs və Şahid4 arasında saat 15:59-da, 18:50-də, 19:15-də, 19:20-də,19:41-də,19:59-da telefon danışıqları olması müəyyən edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs bir gün ərzində Şahid4lə 6 dəfə və Şahid5lə isə 5 dəfə telefonla danışmış, danışıqlar əsasən saat 18:49-19:59 aralığında olmuş və biri ilə danışdıqdan dərhal və ya bir neçə dəqiqə sonra digəri ilə əlaqə saxlamışdır. Bu da Təqsirləndirilən şəxs bu danışıqların sadəcə hal-əhval tutmaq üçün aparıldığı bildirməsinin həqiqətə uyğun olmadığını göstərir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsini dəyişməsi məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-in 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 234.2-ci maddəsinin tərkibinin olması, onun cinayətin törədilməsində aidiyyəti və cinayətin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxsin 30 yanvar 2025-ci il tarixdən 01 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməli və məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin əvvəli məhkəmə iclas zalında həbs edildiyi 15 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” Qaydasının İİ fəsil 3.7-ci bəndinə əsasən 60 yaşından yuxarı olan kişilərə məcburi müalicə tətbiq oluna bilməz. Odur ki, Təqsirləndirilən şəxs yaşı 60-dan yuxarı olduğundan narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. O, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış çəkisi 8.83 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, təqdim olunan əşyaya baxış keçirilməsi və götürməni, "xxxx" MMC-dən təqdim edilmiş məlumatları, məhkəmə iclasının audio-video yazısını əks etdirən 08 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Ekspertiza xərci olan 34.55 manat Balakən Rayon Məhkəməsinin 1(019)-34/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmünə əsasən təqsirləndirilən şəxs Şahid5 tutulduğundan hazırki iş üzrə Təqsirləndirilən şəxs ekspertiza xərci tutulmamalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 10 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 110 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 144-146, 346-347, 349, 351-353 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş 03 (üç) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 8.83 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, təqdim olunan əşyaya baxış keçirilməsi və götürməni, "xxxx" MMC-dən təqdim edilmiş məlumatları, məhkəmə iclasının audio-video yazısını əks etdirən 08 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 110 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №1(019)-41/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-41/2025
15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver