Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-42/2021 07.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X20 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs oğlunun-xx.xx.1992-ci il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmişdir ki, o, 20 fevral 2021-ci il tarixdə saat 15 radələrində Balakən şəhəri Fizulu küçəsi ilə piyada getdiyi zaman həmin yolda zibil qutusunun yanından yerdən “Rothmans” markalı siqaret qutusunun içərisində tapdığı 01 ədəd sellofana bükülmüş 09 ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda çəkiləri 0,051 qram, 0,053 qram, 0,036 qram, 0,046 qram, 0,043 qram, 0,039 qram, 0,032 qram, 0,035 qram, 0,107 qram, ümumi təmiz çəkisi 0,442 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd sellofan bükümün içərisində 04 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, ayrı-ayrılıqda 0,134, 0,142, 0,139, 0,135 qram, ümumi təmiz çəkisi 0,550 qram və bir ədəd sellofan bükümün içərisində 03 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ayrı-ayrılıqda 0,079, 0,073, 0,068 qram çəkidə, ümumi təmiz çəkisi 0,220 qram, birlikdə təmiz çəkisi 0,770 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əldə edib daşiyaraq üzərində saxlamış, həmin tarixdə saat 15 radələrində həmin heroinin 0,107 qramını 01 ədəd bükümdə Balakən şəhəri H.Əliyev prospektində tanışı Şahid1 10 manata qəsdən, qanunsuz olaraq, tamah məqsədi ilə satmış, geri qalan 0,051 qram, 0,053 qram, 0,036 qram, 0,046 qram, 0,043 qram, 0,039 qr, 0,032 qram, 0,035 qram, ümumi təmiz çəkisi 0,335 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 04 ədəd kağız bükümdə, ayrı-ayrılıqda 0,134 qram, 0,142 qram, 0,139 qram, 0,135 qram olmaqla 0,550 qram və bir ədəd sellofana bükülmüş 03 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda 0,079 qram, 0,073 qram, 0,068 qram olmaqla 0,220 qram, birlikdə təmiz çəkisi 0,770 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini isə qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əynindəki gödəkçənin sağ ön cibində daşıyaraq saxlamışdır. 20 fevral 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid1 saat 16 radələrində şübhəli şəxs qismində tutularaq onun üzərində Balakən RPŞ-də şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün 10 manata aldığı bir ədəd kağız bükümdə təmiz çəkisi 0,107 qram olan narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroin, həmçinin həmin tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq üzərində Balakən RPŞ-də şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sağ ön cibindən 01 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə əldə edib daşıyaraq saxladığı 0,051 qram, 0,053 qram, 0,036 qram, 0,046 qram, 0,043 qram, 0,039 qram, 0,032 qram, 0,035 qram, ümumi təmiz çəkisi 0,335 qram olan, Şahid1 üzərindən aşkar edilmiş heroin ilə tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış heroin, 04 ədəd kağız bükümdə, ayrı-ayrılıqda 0,134 qram, 0,142 qram, 0,139 qram, 0,135 qram, ümumi təmiz çəkisi 0,550 qram və bir ədəd sellofana bükülmüş 03 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda 0,079 qram, 0,073 qram, 0,068 qram çəkidə, ümumi təmiz çəkisi 0,220 qram, birlikdə çəkisi 0,770 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Balakən şəhəri Xətai küçəsi ev 5-də atası X6, anası X4, qardaşı X11, həyat yoldaşı X17, azyaşlı uşaqları X2 və X7 ilə birlikdə yaşayır. Təxminən 3-4 aydır ki, narkotik vasitə marixuanadan istifadə edir. 20 fevral 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı evdən çıxıb mağazaya siqaret almaq üçün getdiyi zaman Balakən şəhəri, Fizuli küçəsi ilə Balakən şəhəri, Heydər Əliyev prospektinin kəsişməsinə doğru hərəkətdə olarkən, öz hərəkəti istiqamətində yolun solunda zibil qutusunun yanında yerə düşmüş qapağı açıq, içərisindən kağızlar çıxmış vəziyyətdə olan siqaret qutusunu görüb yerdən götürmüşdür. Qutunun içərisində şəffaf sellofanlar və içərisində bükümlər olduğunu görmüşdür. Həmin bükümlər ona maraqlı gəldiyi üçün siqaret qutusunu cibinə qoymuşdur. Qutunun içərisində olan, sonradan ona məlum olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini üzərində saxlamağının hər hansı bir səbəbi olmamışdır. Maraqlı gəldiyi üçün üzərində saxlamış və evinə gedəndə açıb baxacağını fikirləşmişdir. Daha sonra Heydər Əliyev prospektinə çıxmağa az qalmış qonşusu Şahid1 ilə rastlaşmış, həmin vaxtı Rövşənlə salamlaşmış və ondan uzaqlaşıb marketə doğru getmişdir.Mağazaya çatdıqda mağazanın qapısının bağlı olduğunu görmüşdür. Bu zaman geri qayıtmaq istəmiş, həmin vaxtı da polis əməkdaşları ona yaxınlaşmış və onu Balakən rayon polis şöbəsinə dəvət etmişlər.Balakən rayon polis şöbəsində isə ona qonşusu Şahid1 narkotik vasitə satdığını bildirmişlər. O da polis əməkdaşlarına Şahid1 narkotik vasitə satmadığını demişdir. Bundan sonra isə o, şübhəli şəxs qismində tutulmuş, ona təqdim edilmiş vəkillərin siyahısından seçdiyi dövlət hesabına dəvət edilmiş Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşı ona üzərində narkotik vasitə, yaxud hər hansı qadağan edilmiş əşya olub-olmamasını soruşmuş və əgər vardırsa təqdim etməsi təklif edilmişdir. O da yoldan zibil qutusunun yanından tapdığı içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan “Rothmans” markalı siqaret qutusunu əynindəki gödəkçənin sağ ön cibindən çıxarıb polis əməkdaşına təqdim etmişdir. Həmin siqaret qutusuna baxış keçirilərkən içərisində 03 ədəd sellofan bükümlər olması müəyyən edilmişdir. Birinci sellofan bükümün içərisindən 08 ədəd kağız bükümdə narkotik vasitə heroin, digər iki ədəd şəffaf sellofanların içərisində olan kağız bükümlərin birinin içərisində 04 ədəd, digərinin içərisində isə 03 ədəd kağız bükümlərdə “şüşə” adlandırılan ekspertizadan sonra adı ona məlum olmuş psixotrop maddə metamfetamin olması aşkar olunmuşdur. Daha sonra üzərində şəxsi axtarış davam etdirilmiş və əlavə qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin 1 ədəd sellofan bükümün içərisində olan 08 ədəd kağız bükümlərdə heroin çəkildikdə kağızla birlikdə çəkisi ümumilikdə 0.76 qram olmuşdur. Digər içərisində 4 ədəd kağız bükümlərdə psixotrop maddə metamfetamin olan bükümlər kağızla birlikdə çəkisi 0,74 qram və içərisində 3 ədəd büküm olan sellofan bükümün içərisindəki kağız bükümlər kağızla birlikdə çəkildikdə çəkisi 0.34 qram olmuşdur. Daha sonra üzərindən aşkar edilmiş narkotik maddə heroin və psixotrop maddə metamfetamin kağız zərfə qoyulmuş, üzəri möhürlənmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı fasiləsiz videoçəkilişdən istifadə edilmişdir.O, polis əməkdaşları tərəfindən saxlanıldığı gün Şahid1 ilə telefonla danışmamış, ona narkotik vasitə heroin satmamışdır. Rövşən narkotiki Maqa adlı şəxsdən aldığını bildirmişdir. Onun ləqəbi isə “Maqa” deyil, “Motudur”. Üzərində aşkar edilmiş, yoldan tapdığı siqaret qutusunun içərisindəki bükümlərdə narkotik vasitə olduğunu Balakən RPŞ-də aparılan şəxsi axtarış zamanı bilmişdir. Barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 8 aydır ki, vaxtaşırı narkotik vasitə olan heroindən istifadə edir. Balakən şəhər sakini Təqsirləndirilən şəxs tanıyır. Məhəmmədlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Onu polis əməkdaşları evinin yanında tutaraq Balakən rayon polis şöbəsinə gətirmişər. O, polis şöbəsinə gətirilən zaman Təqsirləndirilən şəxs görməmişdir. Həmin vaxt halı pis olmuş, yəni “lomka” vəziyyətində olmuşdur. O cibindən narkotik vasitəni çıxararaq masanın üzərinə qoymuş və sonra ona sənədlərə imza etdirmişlər. 48 saat bitməsinə 4-5 saat qalmış onu polis şöbəsində vəkillərin iştirakı ilə Təqsirləndirilən şəxsla üzləşdirmişlər. Üzləşmədə o bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır.Özünün istifadə etdiyi heroini Bakıdan gətirmişdir. Onu tutulduğu zaman bir dəfə dindirmişlər. O tutulmazdan bir neçə gün öncə Məhəmmədə zəng vurub narkotik vasitənin olub-olmaması barədə soruşmuşdur. Məhəmməd ona narkotik vasitənin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı onun adından yazılan ifadələri təsdiq etmir. Çünki, həmin ifadələr düz deyildir, müstəntiq yazdığı ifadələri ona oxumamış, özü də latın əlifbasını bilmədiyi üçün ifadələrini oxumamışdır.Hazırda məhkəmə zamanı verdiyi sərbəst ifadəsi düzdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin X1 əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, hal-hazırda Balakən rayon polis şöbəsinin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 fevral 2021-ci il tarixdə Balakən şəhər sakini Şahid1 və Balakən şəhər sakini Təqsirləndirilən şəxs üzərlərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan tərəfindən Balakən rayon polis şöbəsinə dəvət edilmişlər. Osmanov X9 rayon polis şöbəsində şübhəli şəxs qismində tutulmuş və ona təqdim edilmiş vəkillərin siyahısından dövlət hesabına təqdim edilmiş vəkil X8 iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl təhqiqatçı tərəfindən Şahid1 üzərində narkotik vasitə, yaxud qadağan edilmiş əşya olub-olmaması barədə sual verilmiş, həmçinin Şahid1 əgər üzərində narkotik vasitə, yaxud qadağan edilmiş hər hansı əşya, yaxud vasitə varsa təqdim etməsi təklif edilmişdir. Həmin vaxtı Şahid1 əynində olan şalvarın sağ ön yan cibindən 1 ədəd büküm çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində narkotik vasitə olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Şahid1 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən cinayət xarakterli əşya və yaxud narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulmuş Şahid1 təqdim etdiyi bir ədəd kağız bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə hesab edilən heroinə oxşar toz halında maddə olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Şahid1 həmin narkotik vasitəyə oxşar maddəni Maqa adı ilə tanıdığı Balakən şəhər sakinindən öz şəxsi istifadəsi üçün 10 (on) manata aldığını bildirmişdir. Daha sonra aşkar edilmiş 1 ədəd kağız bükümdə olan narkotik vasitə hesab edilən heroinə oxşar maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş, çəkisi kağız bükümlə birlikdə 0,15 (sıfır tam yüzdə on beş) qram olduğu müəyyən olmuşdur. Həmin 1 ədəd kağız bükümdə olan narkotik vasitə hesab edilən heroinə oxşar maddə 1 ədəd ağ rəngli kağız zərfə qoyulmuş, üzəri Daxili İşlər Nazirliyinin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış prosesi Balakən rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri polis baş serjantı Arif Ağcayev tərəfindən “Panasonic” markalı videokamera vasitəsi ilə fasiləsiz videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Şəxsi axtarış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, hər hansı əlavə şikayət və vəsatət daxil olmadığından tərtib edilmiş protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa 20 fevral 2021-ci il tarixdə Zamanov X10 rayon polis şöbəsində şübhəli şəxs qismində tutulmuş və ona təqdim edilmiş vəkillərin siyahısından dövlət hesabına təqdim edilmiş vəkil Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, yaxud qadağan edilmiş əşya olub-olmaması barədə sual verilmiş, həmçinin üzərində narkotik vasitə, yaxud qadağan edilmiş hər hansı əşya, yaxud vasitə varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkcənin sağ ön iç döş cibindən 1 ədəd "Rothmons" adlı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilərkən 5, 10 və 20 manatlıq kağız pul əskinazlarından ibarət 305 manat pul aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin “Rothmons” markalı siqaret qutusunu Balakən şəhəri ərazisində yol gedərkən zibil qutusunun kənarından tapdığını bildirmişdir. Həmin qutunun içərisinə baxıldıqda 3 ədəd sellofan büküm olduğu müəyyən olunmuşdur. Sellofan bükümlərin biri açıldıqda içərisindən 8 ədəd kağız bükümlərdə narkotik vasitə hesab edilən heroinə oxşar maddə olması aşkar edilmişdir. Həmin 8 ədəd büküm elektron tərəzi vasitəsi ilə çəkilərkən çəkisinin 0,76 qram olması müəyyən olunmuşdur. Digər sellofan büküm açılıb içərisinə baxılarkən həmin bükümün içərisində 4 ədəd kağız bükümlər olması aşkar edilmişdir. Həmin 4 ədəd bükümün içərisində psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Həmin 4 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə elektron tərəzidə çəkilərkən çəkisi 0,74 qram olmuşdur. Digər, yəni 3-cü sellofan bükümün içərisində 3 ədəd kağız bükümdə psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə olduğu aşkar olunmuş və həmin 3 ədəd metamfetaminə oxşar maddə olan bükümlər elektron tərəzidə çəkildikdə çəkisi 0,34 qram olması müəyyən olunmuşdur. Həmin “Rothmons” markalı siqaret qutusunda olan 15 ədəd bükümlər 1 ədəd kağız zərfə qoyulmuş, üzəri DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmişdir. 305 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış zamanı Balakən rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti Sadiq Vəzirov tərəfindən “Panasonic” markalı videokamera vasitəsi qeydə alınmışdır. Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, şəxsi axtarış zamanı hər hansı əlavə şikayət və vəsatət daxil olmadığından protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid3 Şahid2 ifadəsində göstərdiklərini təsdiq edərək onun ifadəsinin məzmununa uyğun ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki o, rayon polis şöbəsinin İB-də müstəntiq vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinin istintaqı özü tərəfindən aparılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 20 fevral 2021-ci il tarixdə “Maqa” deyə çağırılan Təqsirləndirilən şəxs 10 manata almışdır. Lakin qonşu olduğundan Təqsirləndirilən şəxs ilə üzləşməkdən imtina etmişdir. Ona görə də onlar arasında üzləşmə keçirilməmişdir.Təqsirləndirilən şəxs cinayət əməli sübuta yetdiyindən onun barəsində olan cinayət işi üzrə ittiham aktı tərtib olunmuş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroru tərəfindən iş baxılması üçün məhkəməyə göndərilmişdir. İşin 3-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş, Balakən RPŞ-nin X1 əməliyyat müvəkkili Şahid2 Balakən Rayon Polis Şöbəsinin rəisinin adına yazdığı 20.02.2021-ci il tarixli raportda göstərilmişdir ki, ”məruzə edirəm ki, 20.02.2021-ci il tarixdə Balakən şəhəri H.Əliyev prospekti ev 37-də yaşayan üzərində narkotik saxlamaqda şübhəli olan Şahid1 və ona narkotik satmaqda şübhəli olan Balakən şəhər sakini Zamanov X10 RPŞ-nə dəvət olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq Şahid1 və Təqsirləndirilən şəxs barəsində müvafiq tədbir görülməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verməyinizi Sizdən xahiş edirəm.” Balakən Rayon Polis Şöbəsinin rəisi tərəfindən dərkənar qoyularaq Y.İbrahimliyə müvafiq araşdırma aparılması tapşırılmış, Y.İbrahimli isə dərkənarla İsa Yolçuyevə araşdırıb qanuni qərar qəbul etməsi tapşırılmışdır. İşin 20-23-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 20.02.2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında protokolda göstərilmişdir ki, 20.02.2021-ci il tarixdə Balakən RPŞ-də şübhəli şəxs Şahid1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl şübhəli şəxs Şahid1 hüquq və vəzifələri izah edilmiş, daha sonra Şahid1 təklif edilmişdir ki, üzərində qanunsuz olaraq cinayət xarakterli əşya, vasitə həmçinin narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Şahid1 əynində olan şalvarın sağ ön yan cibindən 1 ədəd büküm (çet) çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində narkotik vasitə olduğunu, üzərində öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra Şahid1 üzərində şəxsi axtarış davam etdirilərkən onun üzərindən cinayət xarakterli əşya və yaxud narkotik vasitə aşkar edilməmişdir. Şübhəli şəxs qismində tutulmuş Şahid1 təqdim etdiyi bir ədəd kağız bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə hesab edilən heroinə oxşar toz halında maddə olması aşkar olunmuşdur. Həmin narkotik vasitəyə oxşar maddəni biriki ay əvvəl Maqa adı ilə tanıdığı Balakən şəhər sakinindən 10 (on) manata aldığını bildirmişdir. Aşkar edilmiş 1 ədəd kağız bükümdə olan narkotik vasitə hesab edilən heroinə oxşar maddə elektron tərəzi vasitəsi ilə çəkilərkən kağız bükümlə birlikdə çəkisinin 0,15 (sıfır tam yüzdə on beş) qram olduğu məlum olmuşdur. Həmin 1 ədəd kağız bükümdə olan narkotik vasitə hesab edilən heroinə oxşar maddə 1 ədəd ağ rəngli kağız zərfə qoyulmuş, üzəri Daxili İşlər Nazirliyinin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış prosesi Balakən RPŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı Arif Ağcayev tərəfindən “Panasonic” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Qeydə alınmış videogörüntülər protokola əlavə edilmişdir. İşin 24-cü vərəqəsində olan, 20.02.2021-ci il tarixdə Balakən RPŞ-də şübhəli şəxs Şahid1 üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntüyə baxış keçirilərkən müəyyən edildi ki, Şahid1 üzərinə şəxsi axtarış Balakən RPŞ-nin X1 əməliyyat müvəkkili Şahid2, Balakən RPŞ-nin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid3 və müdafiəçi Hidayət Muradovun iştirakları ilə keçirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl şübhəli şəxs Şahid1 hüquq və vəzifələri izah edilmiş, daha sonra Şahid1 təklif edilmişdir ki, üzərində qanunsuz olaraq cinayət xarakterli əşya, vasitə, həmçinin narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Şahid1 əynində olan şalvarın sağ ön yan cibindən 1 ədəd büküm (çet) çıxarıb stolun üzərinə qoymuşdur. Həmin bükümün içərisində narkotik vasitə olduğunu, üzərində öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra Şahid1 üzərində şəxsi axtarış davam etdirilərkən onun üzərindən cinayət xarakterli əşya və yaxud narkotik vasitə aşkar edilməmişdir. Şübhəli şəxs qismində tutulmuş Şahid1 təqdim etdiyi bir ədəd kağız bükümün içərisindəki narkotik vasitə hesab edilən heroinə oxşar toz halında maddəni bir-iki ay əvvəl tanıdığı, Maqa adı ilə tanıdığı Balakən şəhər sakinindən 10 (on) manata aldığını bildirmişdir. Aşkar edilmiş 1 ədəd kağız bükümdə olan narkotik vasitə hesab edilən heroinə oxşar maddə elektron tərəzi vasitəsi ilə çəkilərkən kağız bükümlə birlikdə çəkisinin 0,15 (sıfır tam yüzdə on beş) qram olduğu məlum olmuşdur. Həmin vaxt Şahid1 onda olan narkotik vasitənin bu olmadığını, bu narkotik vasitənin onda olandan iki-üç dəfə çox olduğunu bildirmişdir. O, həmçinin bildirmişdir ki, polislər tərəfindən tutularkən narkotik vasitə əlində olmuş, polislər onu yoxlayıb əlindəki narkotik vasitəni müsadirə edib baxmış, sonra o cibinə qoymuşdur. O, həmçinin narazılığını bildirərək, heç bir ölkədə belə şey olmadığını, yalnız Azərbaycanda gördüyünü, 48 saatdan sonra kağız yazıb evinin trubasından özünü asacağını demişdir. O bir neçə dəfə nə isə demək istəmiş, lakin çəkinib demədiyi aşkar hiss olunmuşdur. Həmin 1 ədəd kağız bükümdə olan narkotik vasitə hesab edilən heroinə oxşar maddə 1 ədəd ağ rəngli kağız zərfə qoyulmuş, üzəri Daxili İşlər Nazirliyinin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmişdir. Şahid1 baxış zamanı etdiyi qeyri-ixtiyarı, rabitəsiz hərəkətlərdən, danışarkən və polis əməkdaşının suallarına cavab verərkən duruxmasından onun kənar təsir və təzyiq altında olduğu aşkar hiss olunmuşdur. İşin 44-47-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 20.02.2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, 20.02.2021-ci il tarixdə Balakən RPŞ-də şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Daha sonra üzərində qanunsuz olaraq cinayət xarakterli əşya, vasitə, həmçinin narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkcənin sağ ön iç döş cibindən 1 ədəd "Rothmans" adlı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Daha sonra onun üzərində şəxsi axtarış davam etdirilərkən 5, 10 və 20 manatlıq kağız pul əskinazlarından ibarət 305 manat pul aşkar edilmişdir. Həmçinin 1 ədəd “Rothmans” siqaret qutusu aşkar edilmişdir. Həmin qutunun içərisində içərisi tütünlə doldurulmuş papiroslar olmuşdur. Təqsirləndirilən şəxs “Rothmans" siqaret qutusunu Balakən şəhəri ərazisində yol gedərkən tapdığını bildirmişdir. Həmin qutunun içərisinə baxıldıqda 3 ədəd sellofan büküm olduğu müəyyən olunmuşdur. Sellofan bükümlərin biri açıldıqda içərisindən 8 ədəd kağız bükümlərdə narkotik vasitə hesab ediən heroinə oxşar maddə aşkar edilmişdir. Həmin 8 ədəd büküm elektron tərəzidə çəkilərkən çəkisi 0,76 qram gəlmişdir. Digər sellofan büküm açılıb içərisinə baxılarkən həmin bükümün içərisindən 4 ədəd kağız büküm çıxmışdır. Həmin 4 ədəd bükümün içərisində psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə vardır. Həmin dörd ədəd kağız bükümdə olan metamfetaminə oxşar maddə elektron tərəzidə çəkilərkən çəkisi 0,74 qram gəlmişdir. Digər, yəni 3-cü sellofan bükümün içərisində 3 ədəd kağız bükümdə psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə olduğu müəyyən olunmuşdur. Həmin 3 ədəd metamfetaminə oxşar maddə olan bükümlər elektron tərəzidə çəkildikdə çəkisi 0,34 qram olmuşdur. Həmin 15 ədəd “Rothmans" markalı siqaret qutusunda olan bükümlər 1 ədəd kağız zərfə qoyulub üzəri DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmişdir. 305 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışıdr. Şəxsi axtarış “Panasonic” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Qeydə alınmış videogörüntülər protokola əlavə edilmişdir. Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, hər hansı əlavə şikayət və vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 55-58-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X16 bölməsinin 21.02.2021-ci il tarixli 17/143 nömrəli rəyində göstərmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Vət. Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə....." sözləri yazılmış zərfin içərisindəki 01 (bir) bir ədəd kağız bükümdə, təmiz çəkisi - 0,107 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə.... və psixotrop maddə...." sözləri yazılmış zərfin içərisində 01(bir) ədəd siqaret qutusundakı; - 01 (bir) ədəd sellofana bükülmüş 08 (səkkiz) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,051 qr., 0,53 qr., 0,036 qr., 0,046 qr., 0.43 qr., 0.039 qr., 0,32 qr., 0,035 qr., ümumi təmiz çəkisi - 0,335 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir, - 01 (bir) ədəd sellofana bükülmüş 04 (dörd) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,134 qr., 0,142 qr., 0,139 qr., 0,135 qr., ümumi təmiz çəkisi - 0,550 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminlərdir, - digər 01 (bir) ədəd sellofana bükülmüş 03 (üç) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,079 qr., 0,073 qr., 0,68 qr., ümumi təmiz çəkisi - 0,220 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminlərdir. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd kağız bükümdə olan heroin ilə digər 01 (bir) ədəd zərfdə siqaret qutusundakı sellofana bükülmüş 08 (səkkiz) ədəd kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. İşin 167-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Səhiyyə idarəsinin Narkoloji dispanserinin 15 aprel 2021-ci il tarixli 378 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui -istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 39-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş “Cinayət törətməkdə şübhə edilən şəxsin cinayət işi başlananadək tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 20 fevral 2021-ci ildə saat 16:55-də Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 86-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 4(019)-17/2021 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 fevral 2021-ci il tarixdən hesablanmışdır. İşin 141-142-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Zamanov X10 Rayon Məhkəməsinin 18 fevral 2013-cü il tarixli hökmü ilə CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat miqdarında cərimə cəzasına məhkum olunmuş, məhkumluğu ödənmişdir, məhkumluğu olmayan şəxsdir. İşin 145-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 08 aprel 2021-ci il tarixli cinayət işinə aid materialın ələ keçirilməsinə dair protokoldan görünür ki, ”Bakcell” MMC-in 05 aprel 2021-ci il tarixli BKC/LGL-5348/21nömrəli məktubuna əlavə edilmiş 01 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə Şahid1 istifadə etdiyi ***- ***-**-** mobil nömrələr arasında 12 fevral 2021-ci il tarixdə saat 15:54 radələrində 26 saniyə, həmçinin 14.02.2021-ci il tarixdə saat 23:26 radələrində isə 22 saniyə telefon danışığı olmuşdur. İşin 123-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 09 mart 2021-ci il tarixdə verilmiş 550 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu Balakən şəhəri Xətai küçəsi 5 nömrəli evdə qeydiyyatdadır, himayəsində işləməyən bibisi, atası, anası, 19.03.2019-cu il təvəllüdlü qızı Alina və 09.08.2016-cı il təvəllüdlü oğlu Əsədullah və işləməyən qardaşı vardır. İşin 122-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs oğlu müsbət cəhətdən xarakterizə olunur, barəsində nümayəndəliyə şikayət və narazılıq daxil olmadığı göstərilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 29 avqust 2020-ci il tarixdə verilmiş 670 nömrəli doğum akt qeydindən çıxarışdan görünür ki, Zamanov Əsədullah Məhəmməd oğlu 09 avqust 2016-cı ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X17 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 29 avqust 2020-ci il tarixdə verilmiş 671 nömrəli doğum akt qeydindən çıxarışdan görünür ki, X7 19 mart 2019-cu ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X17 qeyd edilmişdir. İşin 192-207-ci vərəqələrində olan 05 may 2021-ci il tarixli ”sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq zamanı 02 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüş, ümumi çəkisi 0,442 qram çəkidə və fizikikimyəvi ekspertizasının rəyindən sonra faktiki çəkisi 0,262 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin ümumi təmiz çəkisi 0,770 qram çəkidə və məhkəmə fiziki kimyəvi eksperizasının rəyindən sonra faktiki çəkisi 0,630 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin saxlanması üçün Balakən RPŞ-yə təhvil verilmişdir. Şahid1 əməlində narkotik vasitə kustar üsulla hazırlanmış heroin saxlaması xüsusatı üzrə Azərbaycan Respublikası CM-in 234-cü maddəsi cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin istintaqı zamanı və şəxsi axtarışlar zamanı həkk edilmiş 02 ədəd DVD diskləri, həmçinin ”Bakcell” MMC daxil olmuş 1 ədəd CD diski sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir.Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Belə ki, Cinayət Məcəlləsinin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur.Cinayət tərkibinin əlamətləri Cinayət Məcəlləsinin cinayət-hüquqi qadağaları müəyyənləşdirən Xüsusi hissəsində formalaşdırılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. ”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə,habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına,cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət və ədalət prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (Cinayət Məcəlləsinin 5.1, 7.1 və 8.1-ci maddələri). Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə,daşımaya görə,Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrirn və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdəki sübutlardan görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham verməsini onunla əsaslandırmışdır ki, o, 20.02.2021-ci il tarixdə saat 15 radələrində 0,107 qram heroini 01 ədəd bükümdə Balakən şəhəri H.Əliyev prospektində tanışı Şahid1 10 manata qəsdən, qanunsuz olaraq, tamah məqsədi ilə satmış, geri qalan 0,051 qram, 0,053 qram, 0,036 qr, 0,046 qram, 0,043 qram, 0,039 qr, 0,032 qram, 0,035 qram, ümumi təmiz çəkisi 0,335 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 04 ədəd kağız bükümdə, ayrı-ayrılıqda 0,134 qr, 0,142 qr, 0,139 qr, 0,135 qram olmaqla 0,550 qram və bir ədəd sellofana bükülmüş 03 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda 0,079 qr, 0,073 qr, 0,068 qram olmaqla 0,220 qr, birlikdə təmiz çəkisi 0,770 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini isə qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əynindəki gödəkçənin sağ ön cibində daşıyaraq saxlamışdır. İbtidai istintaq zamanı yazılmış ifadələrindən fərqli olaraq məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona narkotik vasitə satmamışdır, şübhəli şəxs qismində saxlanılarkən o “lomka” vəziyyətində olmuş, sonradan isə latın əlifbası ilə yazıb oxuya bilmədiyindən ifadələrinə nə yazıldığını bilmədən imza etmişdir, həmin ifadələri təsdiq etmir. Məhkəmə istintaqında sübutların tədqiqi əsasında müəyyən edildi ki, 20 fevral 2021-ci il tarixdə Şahid1 və Təqsirləndirilən şəxs Balakən RPŞ-nin X1 əməliyyat müvəkkili Şahid2 tərəfindən Balakən rayon Polis Şöbəsinə gətirilmiş, sonuncu tərəfindən “araşdırma” aparıldıqdan sonra Balakən rayon Polis Şöbəsinin rəisinə raportla müraciət olunaraq 20.02.2021-ci il tarixdə Balakən şəhəri H.Əliyev prospekti ev 37-də yaşayan, üzərində narkotik saxlamaqda şübhəli olan Şahid1 və ona narkotik satmaqda şübhəli olan Balakən şəhər sakini Təqsirləndirilən şəxs Balakən RPŞ-nə dəvət olunması bildirilmiş, Şahid1 və Təqsirləndirilən şəxs barəsində müvafiq tədbir görülməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsi xahiş olunmuşdur. Bundan sonra təhqiqatçı İsa Yolçuyev tərəfindən Şahid1 üzərinə onu polis şöbəsinə gətirmiş əməliyyat müvəkkili Şahid2, baş əməliyyat müvəkkili Şahid3 və müdafiəçi Hidayət Muradovun iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 kənar təsir və təzyiq altında olduğu aydın hiss olunmuş, o cibindən çıxarıb təqdim etdiyi narkotik vasitəni bir-iki ay əvvəl tanıdığı “Maqa” adlı şəxsdən 10 manata aldığını, narkotik vasitənin tutularkən əlində olduğunu, onda az miqdarda heroin olduğunu, cibindən çıxarıb təqdim etdiyi heronin çox olduğunu, hətta 48 saatdan sonra özünü asıb öldürəcəyini bildirmişdir. Həmin vaxt o narkotik vasitəni bir-iki ay əvvəl tanıdığı “Maqa” adlı şəxsdən aldığını bildirmiş, həmin vaxt “Maqa”nın şəxsiyyəti, harada yaşaması barədə ona heç bir sual verilməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Şahid1la Təqsirləndirilən şəxs qonşudurlar, uzun müddətdir ki, bir-birilərini tanıyırlar. Təqsirləndirilən şəxs ləqəbi də “Maqa” deyil “Motu”dur. Yəni, Şahid1 öz qonşusu Təqsirləndirilən şəxs tanıdığı və onun ləqəbini bildiyi üçün “Maqa” ləqəbli şəxslə “Motu” ləqəbli Təqsirləndirilən şəxs səhv salması ehtimalı azdır. Eyni zamanda Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, 20 fevral 2021-ci il tarixdə saat 15 radələrində o, ailəsinin ümumilikdə istifadə etdiyi ***-***-**- ** nömrəli mobil telefonla Təqsirləndirilən şəxs zəng etmiş və görüşmək istədiyini bildirmişdir. "Görüşmək istəyirəm" sözü isə narkotik qəbul edən şəxslər arasında şərti söz olduğunu bilmişdir. Yəni narkotik vasitə istifadə edən şəxslər narkotik satışı ilə məşğul olan şəxslərdən narkotik vasitə almaq istədikdə zəng edərək görüşmək istədiklərini bildirirlər. Həmin vaxt da narkotik satışı ilə məşğul olan şəxs qarşı tərəfin ondan narkotik vasitə almaq istədiyini başa düşür. Yəni narkotik alacağını dərhal başa düşür. O da Təqsirləndirilən şəxs görüşmək istədiyini bildirdikdə Məhəmməd ona 10 dəqiqədən Balakən şəhəri H.Əliyev prospekti ilə Fizulu küçəsinin kəsişdiyi yerdə görüşə biləcəklərini demişdir. Məhəmmədlə zəngləşdikdən təxminən 10 dəqiqə sonra Balakən şəhəri, Heydər Əliyev prospekti ilə Fizuli küçəsinin kəsişməsində görüşmüşlər. Həmin vaxtı o, Məhəmmədə 10 manat pulu vermiş, Məhəmməd də ona bir büküm narkotik vasitə heroin vermişdir. Həmin yerdə Məhəmmədlə heç bir söhbət etməmişlər və narkotik vasitəni Təqsirləndirilən şəxs alaraq uzaqlamışdır. Yaşadığı evinə doğru gedərkən isə polis əməkdaşı ona yaxınlaşmış və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Balakən rayon polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsində ona təqdim edilmiş vəkillər siyahısından seçdiyi vəkil Hidayət Muradovun iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini Təqsirləndirilən şəxs ona 10 manat məbləğində pula satdığını etiraf etmiş və həmin narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra təqdim etdiyi narkotik vasitə heroin kağız bükümlə birlikdə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 0.15 qram olduğu məlum olmuşdur. Bundan sonra həmin narkotik 1 ədəd kağız zərfə qoyulmuş, üzəri möhürlənmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. "xxxx" MMC-in 05 aprel 2021-ci il tarixli BKC/LGL-5348/21nömrəli məktubuna əlavə edilmiş 01 ədəd CD diskə baxış zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə Şahid1 istifadə etdiyi ***- ***-**-** mobil nömrələr arasında 12 fevral 2021-ci il tarixdə saat 15:54 radələrində 26 saniyə, həmçinin 14.02.2021-ci il tarixdə saat 23:26 radələrində isə 22 saniyə telefon danışığı olmuşdur. 14.02.2021-ci il tarixdən sonra, eləcə də 20 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Şahid1 arasında qeyd edilən mobil nömrələrlə telefon danışığı olmamışdır. Bundan başqa istintaqı orqanı tərəfindən müəyyən edilmişdir ki, içərisində 01 ədəd sellofana bükülmüş 09 ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda çəkiləri 0,051 qram, 0,053 qram, 0,036 qram, 0,046 qram, 0,043 qram, 0,039 qram, 0,032 qram, 0,035 qram, 0,107 qram ümumi təmiz çəkisi 0,442 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd sellofan bükümün içərisində 04 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, ayrı-ayrılıqda 0,134, 0,142, 0,139, 0,135 qram, ümumi təmiz çəkisi 0,550 qram və bir ədəd sellofan bükümün içərisində 03 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ayrı-ayrılıqda 0,079, 0,073, 0,068 qr çəkidə, ümumi təmiz çəkisi 0,220 qr, birlikdə təmiz çəkisi 0,770 qr olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan “Rothmans” markalı siqaret qutusunu Təqsirləndirilən şəxs 20 fevral 2021-ci il tarixdə saat 15 radələrində Balakən şəhəri Fizulu küçəsi ilə piyada getdiyi zaman həmin yolda zibil qutusunun yanından yerdən tapmışdır və saat 15 radələrində də həmin bükümlərdən 0,107 qram heroini Şahid1 satmışdır. Göründüyü kimi istintaq orqanının özünün gəldiyi bu nəticə inandırıcı deyildir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitə tapacağını hardan bilə bilərdi ki, onu tapan kimi də Şahid1 tapıb ona narkotik vasitə satsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun 20 fevral 2021ci il tarixdə saat 15 radələrində Balakən şəhəri, Füzuli küçəsində yerdən tapdığı həmin narkotik vasitələrdən olan 0,107 qram heroini təxminən eyni vaxtda, yəni saat 15 radələrində Balakən şəhərinin digər istiqamətində, konkret olaraq Balakən şəhəri, H.Əliyev prospektində Şahid1 satmasının mümkünlüyü də şübhə doğurur. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində narkotik vasitəni Təqsirləndirilən şəxs 10 manat pula aldığı göstərilsə də,onun pulu hansı əskinazlarla verməsi soruşulmamış, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş 305 manat pul 5,10 və 20 manatlıqlardan ibarət əskinazlarla olduğu halda, Şahid1 aldığı pulun həmin pulların içərisində olub-olmaması araşdırılmamış, pullar Şahid1 tanınma üçün təqdim edilməmiş, heç bir tədqiqat aparılmadan Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan başqa ifadələri arasında kəskin ziddiyyət olmasına baxmayaraq Şahid1la Təqsirləndirilən şəxs üzləşdirilməsinin protokollaşdırılmaması, Şahid1 üzləşmək istəməməsi barədə həqiqətə uyğun olmayan arayışın tərtib edilib işə əlavə edilməsi ilə də təsdiq olunur ki, Şahid1 ifadələri onun sözləri ilə yazılmamış, Şahid1 oxunmadan ona imza etdirilmişdir. Yəni Şahid1 ifadələrində nə yazıldığını bilməmişdir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən : 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; 125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; 125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; 125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 125.7. Cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. İşin qeyd edilən hallarına, yəni Şahid1 üzərində şəxsi axtarışın kənar təsir və təzyiq altında aparılmasına, onun ifadələrinin öz sözləri ilə yazılmamasına əsaslanaraq məhkəmə Şahid1 üzərində şəxsi axtarış aparılması barədə protokolu və onun ibtidai istintaq zamanı verdiyi ifadələrini sübut kimi qəbul etməmiş, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi işin hallarına uyğun olduğundan sübut kimi qəbul edilmişdir. Narkotik vasitənin çəkisi və onun bükümlərə bükülməsi ilə bağlı məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, həmin narkotik vasitələr olduğu vəziyyətdə, yəni bükümlərə bükülmüş vəziyyətdə Təqsirləndirilən şəxs tərəfindən 20 fevral 2021-ci il tarixdə saat 15 radələrində Balakən şəhəri Füzuli küçəsi ilə piyada getdiyi zaman həmin yolda zibil qutusunun yanından yerdən tapılmışdır. Belə olan halda narkotik vasitələrin bir neçə büküm halında olması, həmçinin həmin narkotik vasitələrin bükümlərə ayrılaraq qablaşdırılması Təqsirləndirilən şəxs tərəfindən deyil, istintaqla müəyyən edilməmiş şəxs tərəfindən icra edilməsi onun Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edilməsi, saxlanılması kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 20 fevral 2021-ci il tarixdə saat 15 radələrində Şahid1 narkotik vasitə satmamış, üzərindən aşkar edilmiş 0,051 qram, 0,053 qram, 0,036 qram, 0,046 qram, 0,043 qram, 0,039 qram, 0,032 qram, 0,035 qram, ümumi təmiz çəkisi 0,335 qram olan kustar üsulla hazırlanmış heroini, 04 ədəd kağız bükümdə, ayrı-ayrılıqda 0,134 qram, 0,142 qram, 0,139 qram, 0,135 qram, ümumi təmiz çəkisi 0,550 qram və bir ədəd sellofana bükülmüş 03 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda 0,079 qram, 0,073 qram, 0,068 qram çəkidə, ümumi təmiz çəkisi 0,220 qram, birlikdə çəkisi 0,770 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil, şəxsi istehlakı üçün taparaq əldə edib üzərində saxlamışdır. Onun bu əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, müdafiəçinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir. Təqsirləndirilən şəxs oğlunun əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmədiyindən onun əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından təqsirləndirilən şəxsə törətdiyi əmələ görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Onun cəzasını ağırlaşdıran hallar (Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan) yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmamasını, ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini nəzərə alaraq , onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə uyğun olaraq Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, narkomaniyadan məcburi müalicə olunmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X13 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 (yetmiş bir manat 94 qəpik) manat Təqsirləndirilən şəxs Rasim oğlundan tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan, 02 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüş, ümumi təmiz çəkisi 0,442 qram və fiziki-kimyəvi ekspertizasının rəyindən sonra faktiki çəkisi 0,262 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin ümumi təmiz çəkisi 0,770 qram çəkidə və məhkəmə fiziki kimyəvi eksperizasının rəyindən sonra faktiki çəkisi 0,630 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin dövlət nəfinə müsadirə olunmalı, 02 ədəd DVD və 01 ədəd CD diski işin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 15 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 90 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 20 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X13 Şəxsinə göndərilsin. İş üzrə 71.94 (yetmiş bir manat 94 qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan 02 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüş, ümumi təmiz çəkisi 0,442 qram və fiziki-kimyəvi ekspertizasının rəyindən sonra faktiki çəkisi 0,262 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin ümumi təmiz çəkisi 0,770 qram çəkidə və məhkəmə fiziki kimyəvi eksperizasının rəyindən sonra faktiki çəkisi 0,630 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. 2 ədəd DVD və 01 ədəd CD diski iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Rasim oğluna məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 90 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-42/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-42/2021
07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver