Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-42/2022 13.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS -xx xxxxxx 1991-ci il tarixdə Balakən rayonu Poştbinə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, işləməyən, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Hudulov X3 rayonu Gərəkli kəndi ərazisindən keçən “Mazımçay” çayının yaxınlığında aşkar etdiyi bir ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin yararlı hissələrini yığıb qurudaraq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əldə etdiyi 02 ədəd kibrit qutularında şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 6,21 qram və 6,15 qram olmaqla ümumi təmiz çəkisi 12.36 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq Gərəkli kəndi ərazisindəki meşəlik sahədə, 04.02.2022-ci il tarixdən etibarən isə əynindəki isti qış gödəkcəsinin sol iç cibində saxlamışdır. 04 fevral 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 20:35-dən saat 21:05-dək üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən-satış məqsədi olmadan, qanunsuz olaraq, əldə edib daşıyaraq üzərində saxladığı 02 ədəd kibrit qutularında şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 6,21 qram və 6,15 qram olmaqla ümumi təmiz çəkisi 12.36 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki isti qış gödəkcəsinin sol iç cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hal-hazırda Balakən rayonu, Gərəkli kəndində ailə üzvləri ilə birlikdə yaşayır.Təxminən 2 ildir ki, narkotik vasitələrdən istifadə edir.Narkotik vasitəni çox hallarda yaşadığı Balakən rayonu Gərəkli kəndində yerləşən evinin yaxınlığındakı meşəlik sahədə yabanı halda bitmiş bitkilərin üzərindən yığaraq əldə edir. 2021-ci ilin oktyabr ayının ortalarında yaşadığı kəndin yaxınlığında olan meşəlik əraziyə odun yığmaq üçün getmişdir. Həmin meşəlik ərazinin yaxınlığından axan “Mazımçay” çayının kənarında yabanı halda bitmiş bir ədəd narkotik tərkibli çətənə bitkisinin olduğunu görmüşdür. Həmin bitkinin üzərindən yararlı hissələrini yığıb özü istifadə etmək məqsədi ilə çayın kənarındakı daşın üzərində qurutmuş, sonra isə 03 ədəd kibrit qutusuna dolduraraq yaşadığı evin yaxınlığındakı meşəlik sahədə saxlamışdır. Həmin narkotik vasitədən də vaxtaşırı olmaqla 1 kibrit qutusunu təxminən 3-4 dəfə istifadə etmişdir. 04 fevral 2022-ci il tarixdə isə həmin meşəlik sahədə saxladığı geriyə qalan 02 ədəd kibrit qutularında olan narkotik vasitəni özü istifadə etmək məqsədi ilə götürüb üzərindəki isti gödəkcənin sol iç cibində saxlamışdır. Həmin gün saat təxminən 20 radələrində isə yaşadığı Gərəkli kəndi ərazisində olduğu zaman sonradan polis əməkdaşları olaraq bildiyi şəxslər ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş və onu Balakən rayon polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona təqdim edilmiş vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi1 iştirakı ilə onu şübhəli şəxs kimi tutmuşlar. Bundan sonra isə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra isə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl ona üzərində hər hansı qanunsuz saxlanılan əşyanın olub-olmaması, olduğu halda isə təqdim etməyi bildirilmişdir. O da əynindəki gödəkcənin sol iç cibində saxlamış olduğu iki ədəd kibrit qutusunda olan narkotiki vasitə marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi iki ədəd kibrit qutularında olan narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş, iki ədəd kibrit qutusunda olan narkotik vasitənin kibrit qutuları ilə birlikdə ümumi çəkisi 18.20 qram təşkil etmişdir. Daha sonra da həmin iki ədəd kibrit qutusu bir ədəd ağ rəngli kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və maddi sübut kimi götürülmüşdür. Üzərində şəxsi axtarış davam etdirilərkən üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Daha sonra isə təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra imzalarla doğruluğunu təsdiq etmişlər. Həmçinin qeyd etmişdir ki, məhkəmə bioloji ekspertizasının 05 fevral 2022-ci il tarixli 17/120 nömrəli ekspert rəyi ilə tanış olduğu zaman üzərindən aşkar edilmiş iki ədəd kibrit qutularındakı narkotik vasitələrin ayrı-ayrılıqda təmiz çəkilərinin 6,21 qram və 6,15 qram ümumi təmiz çəkisi isə 12,36 qram olmasını bilmişdir. Əməlindən peşimandır.Gələcəkdə belə hallara yol verməyəcəkdir. Himayəsində iki azyaşlı uşağı vardır. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 04 fevral 2022-ci il tarixdə Balakən rayon Gərəkli kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Balakən RPŞ-nə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə tərəfindən RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmiş, müvafiq göstəriş əsasında həmin gün saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı Gərəkli kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilmiş və barəsində tədbir görülməsi məqsədi ilə RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs da əynindəki isti qış gödəkcəsinin sol içəri cibindən 02 ədəd kibrit qutusu çıxardıb təqdim etmişdir. Həmçinin həmin kibrit qutularının içərisindəki bitki kütləsinin nəşə olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd kibrit qutusuna baxış keçirilmiş, içərisində tünd yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. Bundan sonra da Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd kibrit qutusu elektron tərəzidə çəkilmiş, kibrit qutuları ilə birlikdə çəkisi 18,20 qram olmuşdur. Daha sonra da həmin 02 ədəd kibrit qutusunun içərisindəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi kibrit qutuları ilə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmiş, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş və üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz saxlanılan əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunda nəzərdə tutulmuş qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahid, Balakən RPŞ-nin əməkdaşı Şahid2 məhkəmə iclasına gəlməmişdir. Balakən Rayon Polis Şöbəsinin rəisinin 13 aprel 2022-ci il tarixli 109-9087-1222 nömrəli cavab məktubunda göstərilmişdir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşı ,polis sıravisi Şahid2 DİN-in A. Heydərov adına Sıravi və X7 Hazırlayan Məktəbində növbəti tədris kursunda olduğundan onun məhkəmə iclasında iştirak etməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə,məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Məhkəmə, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid2 gəlməməsinin cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmamasını nəzərə alaraq onun ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Balakən RPŞ-də polis nəfəri vəzifəsində xidmət aparır. 04 fevral 2022-ci il tarixdə Balakən rayon Gərəkli kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Balakən RPŞ-nə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə Balakən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 tərəfindən RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmiş, müvafiq göstəriş əsasında həmin gün saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı Gərəkli kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilmiş və barəsində tədbir görülməsi məqsədi ilə RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs da əynindəki isti qış gödəkcəsinin sol içəri cibindən 02 ədəd kibrit qutusu çıxardıb təqdim etmişdir. Həmçinin həmin kibrit qutularının içərisindəki bitki kütləsinin nəşə olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd kibrit qutusuna baxış keçirilmiş, içərisində tünd yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. Bundan sonra da Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd kibrit qutusu elektron tərəzidə çəkilmiş, kibrit qutuları ilə birlikdə çəkisi 18,20 qram olmuşdur. Daha sonra da həmin 02 ədəd kibrit qutusunun içərisindəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi kibrit qutuları ilə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmiş, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş və üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz saxlanılan əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. İşin 20-22-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 04 fevral 2022-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutularaq həmin gün saat 20:35-dən 21:05-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim edilmiş Balakən rayon vəkillər bürosunun adlı siyahısından seçdiyi vəkil Müdafiəçi1 hüquqlarını dövlət hesabına müdafiə etməsini istəmişdir. Təqsirləndirilən şəxs hüquq vəzifələri izah edildikdən sonra şübhəli şəxs qismində tutulduğu izah edilmişdir. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet, vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs da əynindəki qara rəngli gödəkcənin sol iç cibində saxladığı iki ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir.Həmçinin Təqsirləndirilən şəxs həmin iki ədəd kibrit qutusunda olan kütlənin narkotik vastiə olduğunu bildirmiş və həmin kütləni 2021-ci ilin oktyabr ayında çay kənarında tapdığı ağacdan yığdığını, daha sonra həmin ağacdan yığdığı kütləni qurudaraq kibrit qutularına yığdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş iki ədəd içərisi qurudulmuş marixuanaya oxşar kütlə ilə olan kibrit qutuları elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 18,20 qram gəlmişdir. Daha sonra həmin iki ədəd kibrit qutusu bir ədəd ağ zərfdə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa heç bir qanunla qadağan edilmiş əşya, predmet, vasitə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 Təqsirləndirilən şəxs ona qarşı Polis şöbəsində hər hansı psixi və ya fiziki təsir göstərildiyi soruşulmuş, Təqsirləndirilən şəxs da ona qarşı polis şöbəsində heç bir təsir göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti Sadiq Vəzirov tərəfindən videokamera vasitəsilə qeydə alınmış və həmin videoçəkiliş disk formasında protokola əlavə olunmuşdur. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunmuş, ucadan oxunmuş, əlavə qeydlər, vəsatətlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış aparılarkən videogörüntünün əks olunduğu diskə məhkəmə iclasında baxış keçirilmiş, 04 fevral 2022-ci il tarixli protokolda əks olunanların düzgünlüyü müəyyən edilmişdir. İşin 30-34-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin məhkəmə-bioloji ekspertizanın 05 fevral 2022-ci il tarixli, 17/120 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə "sözləri yazılmış zərfin içərisindəki 02(iki) ədəd kibrit qutularında,ayrı-ayrılıqda təmiz çəkiləri - 6,21 qr., 6,15 qr., ümumi təmiz çəkisi - 12,36 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır,təqdim olunmuş 02 (iki) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: 1)Marixuananın təmiz çəkisi -6,21 qr,. tədqiqata sərf edildi-0,05 qr, qalıq-6,16 qr. 2)Marixuananın təmiz çəkisi -6,15 qr,. tədqiqata sərf edildi-0,05 qr, qalıq-6,10 qr. İşin 94-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Gəncə Səhiyyə İdarəsinin Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasından alınmış 16 fevral 2022-ci il tarixli 192 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 1-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 04 fevral 2022-ci il tarixli “şübhəli şəxsi tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2022-ci ildə saat 20:20-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 68-69-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş qətimkan tədbiri seçilməsi haqqında 06 fevral 2022-ci il tarixli qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş,onun Balakən RPŞ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. İşin 72-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 06 fevral 2022-ci il tarixli Aktdan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2022-ci il tarixdə saat 20:15-də Balakən Rayon PŞ-nin MSY-dən azad edilmişdir. İşin 90-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 76-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 09.02.2022-ci il tarixli 120 nömrəli arayışdan görünür ki,Hudulov X3 rayonu Gərəkli kəndində yaşayır. Himayəsində işləməyən atası, anası, arvadı, 2014-cü ildə anadan olmuş Zeynəb və 2015-ci ildə anadan olmuş Nəzrin adlı iki qızı vardır. İşin 77-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-in Gərəkli kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs Məhəmməd oğlu qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir,təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs Məhəmməd oğlunun himayəsində iki nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır, onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, təqsirləndirilən şəxsə dövlət ittihamçısının üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasının, müdafiəçinin bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə təkliflərini dinləyib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini,əvvəllər məhkum olunmamasını,əməlindən peşiman olmasını,cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını,habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu cinayəti törətmiş bir şəxsin azadlıqda qalmasının cəmiyyətdə mənfi emosiyalar doğura biləcəyini, digər şəxslərin də bu cinayətə meyllənəcəyinə səbəb olacağını, ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini,onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Onun 04 fevral 2022-ci il tarixdən 06 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs Məhəmməd oğluna təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs Məhəmməd oğlu Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə uyğun olaraq Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs Məhəmməd oğlundan tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs Məhəmməd oğlunun üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış iki ədəd kibrit qutularında ekspert rəyindən sonra təmiz çəkisi 6.16 və 6,10 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin,6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin.Onun 04 fevral 2022-ci il tarixdən 06 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 13 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilsin. 35.97 (otuz beş manat 97 qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az .MEM ; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış iki ədəd kibrit qutularında ekspert rəyindən sonra təmiz çəkisi 6.16 və 6,10 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-42/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-42/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver