Məhkəmə qərarları › İş №1(019)-43/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-43/2021

09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-43/2021 09.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi,dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs-19 avqust 1969-cu il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu 12 fevral 2021-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Suraxanı rayonu ərazisində piyada gedərkən yolun kənarından yerdən taparaq qəsdən,satış məqsədi olmadan,qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,181 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,194 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq Balakən rayon ərazisinə gətirmiş və öz istifadəsi məqsədi ilə üzərində saxlamışdır. 19 fevral 2021-ci il tarixdə Quliyev X3 RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində RPŞ-nə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra saat 13:00-dan saat 13:30-dək üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq öz istifadəsi məqsədi ilə üzərində saxladığı həmin 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,181 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,194 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki boz rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, hazırda Balakən şəhəri H.Əliyev prospekti ev 53 mənzil 14 ünvanında atası Cəfər Quliyev, həyat yoldaşı Vüsalə Mahmudova və qızı Dilşad Quliyeva ilə birlikdə yaşayır. Təxminən 10 ildir narkotik vasitələrdən istifadə edir. 12 fevral 2021-ci il tarixdə təxminən saat 17:00 radələrində Bakı şəhəri Suraxanı rayonu ərazisində küçədə gəzən zaman yolun kənarından yerdən 02 ədəd gümüşü-ağ rəngli kağız büküm tapmışdır. Həmin 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərin içərisinə baxanda birinin içərisində “kokos” adlanan narkotik vasitə, digərinin içərisində isə “şüşə” adlanan psixotrop maddə, yəni metamfetamin olduğunu görmüş, həmin maddələri özü istifadə etmək üçün bükümləri cibinə qoyub oradan uzaqlaşmışdır. 14 fevral 2021-ci il tarixdə həmin bükümləri üzərində daşıyıb saxlayaraq yaşadığı Balakən şəhərinə qayıtmışdır. 19 fevral 2021-ci il tarixdə təxminən günorta saatlarında Balakən şəhər ərazisində olan zaman Balakən RPŞ-nin əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğuna görə onu RPŞ-nə dəvət etmişlər. O, razılaşaraq Polis şöbəsinə getmiş, orada onu şübhəli şəxs kimi saxlamışlar. Vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində şəxsi axtarış aparılacağını bildirmişlər və üzərində hər hansı qanunsuz əşya olub-olmamasını soruşmuşlar. Həmin vaxt o, əynindəki boz rəngli şalvarın sol yan cibindən üzərində saxladığı 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdəki narkotik vasitə “kokosu” və 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdəki psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin, şalvarının sağ diz cibində “Rothmans” markalı siqaret qutusunun içərisində saxladığı, içərisində şpris iynəsi olan 01 ədəd boş şüşə flakonu və 01 ədəd içərisi boş olan şprisi iynəsi ilə birlikdə polis əməkdaşlarına təqdim edərək həmin şprisdən və flakondan narkotik vasitə və psixotrop maddə qəbul etmək üçün istifadə etdiyini bildirmişdir. Bundan əlavə, həmin vaxt üzərində olan özünə məxsus 01 ədəd mobil telefonu, içərisində 03 ədəd papiros olan “Rothmans” markalı siqareti, 01 ədəd alışqanı, 11 manat pulu və içərisi boş olan limon duzu paketini də polis əməkdaşlarına təqdim etmişdir. Onun təqdim etdiyi 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan narkotik vasitə “kokos” elektron tərəzidə çəkilərək üzərindəki kağızla birlikdə ümumi çəkisi 0.20 qram təşkil etmiş və həmin büküm 01 ədəd ağ rəngli kağız zərfə qoyulub möhürlənərək götürülmüşdür. Sonra digər 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilərək üzərindəki kağızla birlikdə ümumi çəkisi 0.22 qram təşkil etmiş və həmin büküm də 01 ədəd ağ rəngli kağız zərfə qoyulub möhürlənərək götürülmüşdür. Daha sonra üzərində saxlayıb narkotik vasitə və psixotrop maddə qəbul etmək üçün istifadə etdiyi, içərisində şpris iynəsi olan 01 ədəd boş şüşə flakon və 01 ədəd içərisi boş şpris iynəsi ilə birlikdə polis əməkdaşları tərəfindən başqa 01 ədəd ağ rəngli kağız zərfə qoyularaq möhürlənmiş və götürülmüşdür. Şəxsi axtarış zamanı onun üzərindən başqa qanunsuz heç bir əşya və ya vasitə aşkar edilməmişdir. Şəxsi axtarış bitdikdən sonra 01 ədəd mobil telefon, içərisində 03 ədəd papiros olan “Rothmans” markalı siqaret, 01 ədəd alışqan, 11 manat pul və içərisi boş olan limon duzu paketi ona qaytarılmışdır. 19 fevral 2021-ci il tarixdə ekspert rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdəki narkotik vasitə heroinin təmiz çəkisi 0,181 qram, digər 01 ədəd gümüş-ağ rəngli kağız bükümdəki psixotrop maddə metamfetaminin təmiz çəkisi isə 0,194 qramdır.Əməlindən peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 19 fevral 2021-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlaması barədə daxil olmuş məlumat əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə edilmiş və məlumatın yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs onun tərəfindən rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs Polis şöbəsinə gəldikdən sonra üzərində şəxsi axtarış aparılması üçün Təhqiqat Bölməsinin təhqiqatçısı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi dəvət olunmuşdur. Bundan sonra dəvət olunmuş müdafiəçinin, onun, Balakən RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 və Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X2 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunaraq üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Üzərində şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən 02 ədəd gümüşü-ağ rəngli kağız bükümləri çıxarıb masanın üzərinə qoyaraq bükümlərdən birinin içərisində “kakos”, digərinin içərisində “şüşə”, yəni metamfetamin olduğunu bildirmişdir. Bundan sonra şalvarın sağ diz cibindən “Rothmans” markalı siqaret qutusunu çıxarıb təqdim etmiş, həmin siqaret qutusu açılan zaman içərisində 01 ədəd iynəsi ilə birlikdə boş şpris və 01 ədəd içərisində şpris iynəsi olan boş şüşə flakon olduğu aşkar olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs üzərində olan mobil telefonu, içərisində 03 ədəd papiros olan “Rothmans” markalı siqareti, 01 ədəd alışqanı, 11 manat pulu və içərisi boş olan limon duzu peketini çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükülülər açılan zaman birinin içərisində açıq qəhvəyi rəngli tozşəkilli maddə, digərinin içərisində ağ rəngli kristalşəkilli maddə olması müəyyən edilmişdir. İçərisində açıq qəhvəyi rəngli tozşəkilli maddə olan 01 ədəd büküm elektron tərəzi vasitəsi ilə ölçülərək çəkisinin 0,20 qram, içərisində ağ rəngli kristalşəkilli maddə olan 01 ədəd bükümün çəkisinin isə 0,22 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlər, 01 ədəd iynəsi ilə birlikdə şpris və 01 ədəd boş şüşə flakon təhqiqatçı tərəfindən ayrıayrılıqda ağ kağız zərflərə qoyulub qablaşdırılmış və zərflər bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış bitdikdən sonra mobil telefon, içərisində 03 ədəd papiros olan “Rothmans” markalı siqaret, 01 ədəd alışqan, 11 manat pul və içərisi boş olan limon duzu peketi Təqsirləndirilən şəxs qaytarılmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd gümüşü-ağ rəngli bükümləri 12 fevral 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisində yerdən tapdığını və özü istifadə etmək üçün üzərində daşıyaraq saxladığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 19 fevral 2021-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlaması barədə daxil olmuş məlumat onun tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə edilmiş və məlumatın yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs onun tərəfindən rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs Polis şöbəsinə gəldikdən sonra üzərində şəxsi axtarış aparılması üçün Təhqiqat Bölməsinin təhqiqatçısı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi dəvət olunmuşdur. Bundan sonra dəvət olunmuş müdafiəçinin, onun, Balakən RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 və Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X2 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunaraq üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Üzərində şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən 02 ədəd gümüşü-ağ rəngli kağız bükümləri çıxarıb masanın üzərinə qoyaraq bükümlərdən birinin içərisində “kakos”, digərinin içərisində “şüşə”, yəni metamfetamin olduğunu bildirmişdir. Bundan sonra şalvarın sağ diz cibindən “Rothmans” markalı siqaret qutusunu çıxarıb təqdim etmiş, həmin siqaret qutusu açılan zaman içərisində 01 ədəd iynəsi ilə birlikdə boş şpris və 01 ədəd içərisində şpris iynəsi olan boş şüşə flakon olduğu aşkar olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs üzərində olan mobil telefonu, içərisində 03 ədəd papiros olan “Rothmans” markalı siqareti, 01 ədəd alışqanı, 11 manat pulu və içərisi boş olan limon duzu paketini çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükülülər açılan zaman birinin içərisində açıq qəhvəyi rəngli tozşəkilli maddə, digərinin içərisində ağ rəngli kristalşəkilli maddə olması müəyyən edilmişdir. İçərisində açıq qəhvəyi rəngli tozşəkilli maddə olan 01 ədəd büküm elektron tərəzi vasitəsi ilə ölçülərək çəkisinin 0,20 qram, içərisində ağ rəngli kristalşəkilli maddə olan 01 ədəd bükümün çəkisinin isə 0,22 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlər, 01 ədəd iynəsi ilə birlikdə şpris və 01 ədəd boş şüşə flakon təhqiqatçı tərəfindən ayrı-ayrılıqda ağ kağız zərflərə qoyulub qablaşdırılmış və zərflər bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış bitdikdən sonra mobil telefon, içərisində 03 ədəd papiros olan “Rothmans” markalı siqaret, 01 ədəd alışqan, 11 manat pul və içərisi boş olan limon duzu peketi Təqsirləndirilən şəxs qaytarılmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd gümüşü-ağ rəngli bükümləri 12 fevral 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisində yerdən tapdığını və özü istifadə etmək üçün üzərində daşıyaraq saxladığını bildirmişdir. İşin 22-25-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 19.02.2021-ci il tarixli şübhəli şəxsin üzərində axtarış aparılması barədə protokoldan görünür ki, 19 fevral 2021-ci il tarixdə saat 13:00-dan 13:30-dək olan müddət ərzində Balakən şəhəri H.Əliyev prospekti ev 53 mənzil 14 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-nə dəvət edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs təhqiqatçı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuş və onun üzərinə vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı İntizar Quliyev əynindəki boz rəngli şalvarın sol yan cibindən 02 ədəd kağız büküm çıxardaraq təqdim etmişdir. Həmin saxladığı 02 ədəd gümüşü-ağ rəngli kağız bükümün birinin içərisində “kakos” adlandırdığı narkotik vasitənin və digər ikinci kağız bükümdə isə psixotrop maddə metamfetamin (“şüşə”) olduğunu bildirdi. Həmçinin, Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən “Rothmans” markalı, içərisində 03 ədəd siqaret olan qutunu, gödəkçənin sağ yan cibindən 01 ədəd alışqan və mobil telefonu, şalvarının sağ yan cibindən 11 manat pulu və əynindəki şalvarın sağ diz cibindən “Rothmans” markalı siqaret qutusunu təqdim etmişdir. “Rothmans” markalı siqaret qutusunun içərisinə saxladığı 01 ədəd içərisi boş şprisi, 01 ədəd içərisi boş limon duzu bağlamasını və 01 ədəd üzərində “Oskamp natri” yazısı olan, içərisində şprisin iynəsi olan boş flakonu təqdim edərək həmin şprislə üzərində saxladığı narkotik vasitəni və psixotrop maddəni flakonda həll etməklə qəbul etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni limon duzu ilə qarışdıraraq istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxladığı 01 ədəd bükümdə olan heroinə oxşar maddəni və 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar maddəni 01 həftə əvvəl Bakı şəhəri Suraxanı rayonu ərazisində yolun kənarından taparaq istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş 01 ədəd gümüşü kağız bükümdə olan narkotik vasitə heroinə oxşar maddə elektron tərəzidə çəkilərkən 0,20 qram gəlmiş, aşkar edilmiş kütlə 01 ədəd kağız zərfə qoyularaq möhürlənmiş və götürülmüşdür. Daha sonra aşkar edilmiş 01 ədəd gümüşü-ağ kağız bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə üzərindəki kağızla birlikdə elektron tərəzidə çəkilərkən 0,22 qram gəlmişdir. Aşkar edilmiş kütlə 01 ədəd kağız zərfə qoyularaq möhürlənmiş və götürülmüşdür. Həmçinin, 01 ədəd şpris, 01 ədəd içi boş flakon 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Təqdim edilmiş digər 11 manat pul, içərisində 03 ədəd siqaret olan qutu, mobil telefon Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sol əlinin balaca çeçələ və adsız barmağında sarğı olduğu müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs həmin barmaqlarını 01 gün əvvəl evdə kafel kəsdiyi zaman ehtiyatsızlıqdan kəsdiyini, şikayətinin olmadığını bildirmişdir. Şəxsi axtarış “Sony” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır və disk gələcəkdə protokola əlavə olunacaqdır. Protokol tərtib olunmuş,doğruluğu imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış bitdikdən sonra 01 ədəd boş limon duzu paketi və siqaret qutuları əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. İşin 33-37-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X7 Bölməsinin 19 fevral 2021-ci tarixli 17/140 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kağız bükümdə... heroinə oxşar maddə.....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,181 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... metamfetaminə oxşar maddə....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşüağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,194 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... flakon və 01 ədəd şpris...” sözləri yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd 2ml-lik şprisdən və 01 (bir) ədəd şüşə flakondan aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri – heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. - Tədqiqata təqdim edilmiş, 01 (bir) şprisdən və 01 (bir) ədəd şüşə flakondan aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduğuna görə həmin obyektlərlə 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroinin müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Qeyd:Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 0,131 qram, metamfetaminin qalıq çəkisi 0,144 qram olmuşdur. İşin 93-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 15 aprel 2021-ci il tarixli 375 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 16-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 19 fevral 2021-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 19 fevral 2021-ci ildə saat 12:50-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 73-74-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 20 fevral 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 20 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Polis Şöbəsinin 09 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs 19.02.2021-ci il tarixdə saat 12:50-də şübhəli şəxs qismində tutulmuş və 20.02.2021-ci il tarixdə saat 19:45-də rayon polis şöbəsinin MSY-dən azad edilmişdir. İşin 97-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli 547 nömrəli arayışdan görünür ki, Quliyev X3 şəhəri H.Əliyev prospekti 53/14 nömrəli evdə yaşayır, himayəsində işləməyən atası və 10.06.2002-ci il təvəllüdlü qızı Dilşad vardır. İşin 95-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 91-92-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.09.2009-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş,20.06.2011-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxsin məhkumluğu ödənmişdir. Məhkəmə iş üzrə şahidlər-Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq,Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda Təqsirləndirilən şəxs dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmasına baxmayaraq yenidən hazırkı cinayət əməlini törətməsini, CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 19 fevral 2021-ci il saat 12:50-dən 20 fevral 2021-ci il saat 19:45-ə kimi şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə uyğun olaraq Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkomaniyadan məcburi müalicə olunmalıdır.O,narkoloji kabinetdə qeydiyyata alınmalıdır.Onun qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 71.94 (yetmiş bir manat 94 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 (iki) ədəd zərfdəki təmiz çəkisi 0,181 qram olan narkotik vasitə heroin və təmiz çəkisi 0,194 qram olan psixotrop maddə metamfetamin - məhkəmə fiziki-kimyəvi ekspertizasının tədqiqatından sonra qalıq çəkisi 0,131 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,144 qram psixotrop maddə metamfetamin, eləcə də, onun üzərindən aşkar edilərək götürülmüş, içərisində narkotik vasitə heroinin hissəcikləri olan 01 (bir) ədəd 2ml-lik şpris 01 (bir) ədəd şüşə flakon hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd CD diski cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəm hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Onun 19 fevral 2021-ci il tarixdən 20 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 09 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək,onun barəsində həbs qətimkan tədbiri seçilsin, o məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması üçün hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilsin. İş üzrə 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 (iki) ədəd zərfdəki məhkəmə fiziki-kimyəvi ekspertizasının tədqiqatından sonra qalıq çəkisi 0,131 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,144 qram psixotrop maddə metamfetamin, eləcə də, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, içərisində narkotik vasitə heroinin hissəcikləri olan 01 (bir) ədəd 2ml-lik şpris, 01 (bir) ədəd şüşə flakon hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd CD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Emçiyeva Məlahət Maisovnaya ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar