Məhkəmə qərarları › İş №1(019)-43/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-43/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-43/2023 01.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs(mülki iddiaçı) Zərərçəkmiş şəxs, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- 08 avqust 1993-cü il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Balakən Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan, Balakən Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 4(019)-70/2022 saylı qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 03 dekabr 2022-ci il tarixdə saat 20 radələrində Balakən rayonu Tülü kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdə keç kimin olmadığına əmin olub qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu niyyətini həyata keçirmək məqsədilə saxlanc yeri hesab edilən evin ön sağ tərəfindəki plastik pəncərəni üzərindəki vintaçandan kustar üsulla hazırlanmış alətlə açaraq evə daxil olub dəhlizin sağ tərəfində yerləşən yataq otağındakı dolabın 2-ci siyirməsində sellofan paketin içərisində saxlanılan 12100 ABŞ dolları pulu, yəni Azərbaycan manatına nisbətdə 20570 manat məbləğində nağd pulu və 2800 manat məbləğində nağd pulu, həmin otaqdakı digər dolabın 1-ci siyirməsində saxlanılan 1 ədəd sarı-gümüşü rəngli 583 əyarlı qızıl metaldan hazırlanmış, üzərində hər birinin ölçüsü 0,030 karat olmaqla 14 ədəd 4/3 keyfiyyətli brilyant qaşları olan 7,36 qram çəkidə 1000,0 manat dəyərində sırğa cütünü, 1 ədəd sarı-gümüşü rəngli 583 əyarlı qızıl metaldan hazırlanmış, üzərində hər birinin ölçüsü 0,030 karat olmaqla 9 ədəd 3/3 keyfiyyətli qırıntı hesab olunan brilyant qaşları olan 3,70 qram çəkidə 500,0 manat dəyərində sırğa tayını, 1 ədəd sarı rəngli 585 əyarlı qızıl metaldan hazırlanmış, ürək formalı elementi üzərində qiymətli qaşlara aid olmayan ağ şəffaf qaşları olan 1,49 qram çəkidə 70,0 manat dəyərində sırğa cütünü, 1 ədəd sarı rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində qiymətli qaşlara aid olmayan ağ şəffaf qaşları və ağ rəngli hissəsi olan 2,31 qram çəkidə 5,0 manat dəyərində sırğa cütünü, 1 ədəd sarı rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində qiymətli qaşlara aid olmayan və qırıntı hesab olunan ağ şəffaf qaşları olan 2,37 qram çəkidə 90,0 manat dəyərində sırğa tayını, 1 ədəd gümüşü rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində qiymətli qaşlara aid olmayan və qırıntı hesab olunan ağ şəffaf qaşları olan 2,66 qram çəkidə 100,0 manat dəyərində sırğa tayını və 01 ədəd adi sarı rəngli metaldan hazırlanmış 110,0 manat dəyərində Casio markalı qadın qol saatını, həmçinin dəhlizin baş tərəfində yerləşən digər yataq otağında olan pul kisəsinin içərisində saxlanılan 200 manat nağd pulu saxlanc yerinə, yəni yaşayış sahəsinə daxil olmaqla, tamah niyyəti ilə gizli olaraq talayıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 25445 (iyirmi beş min dörd yüz qırx beş) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, işdə olan digər sübutların bilavasitə tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Balakən rayonu Tülü kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır, heç yerdə işləmir, əvvəllər hər hansı bir psixi və ya fiziki xəstəliklər keçirməmişdir. Sonuncu dəfə Balakən Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 03 yanvar 2022-ci il tarixdə “Zəfər günü” ilə əlaqədar Şəki Rayon Məhkəməsinin qərarı ilə cəzası 06 ay azaldılmaqla azadlığa buraxılmışdır. 03 dekabr 2022-ci il tarixdə evindən oğurluq etdiyi Zərərçəkmiş şəxs onun həmkəndlisidir. O, Zərərçəkmiş şəxs tək yaşadığını, sonuncunun övladlarının Bakı şəhərində yaşadıqlarını və yaxşı gəliri olan işlərdə çalışdıqlarını bilmişdir. Zərərçəkmiş şəxs qaynı Əsildar da sonuncu ilə qonşuluqda yaşayır. Onun yaşadığı evlə Zərərçəkmiş şəxs və sonuncunun qaynı Əsildarın yaşadığı evin arasında təxminən 800 metr məsafə var. O, təxminən 2022-ci ilin noyabr ayının sonlarında yaşadığı küçədə dayanan zaman kənd sakini kimi üzdən tanıdığı, lakin adını bilmədiyi cavan bir oğlanın əlində toy dəvətnamələri olduğunu və bəzi qapıları döyüb ev sahiblərinə dəvətnamə verdiyini görmüşdür. Həmin cavan oğlan onun yanına çatanda kimin toyu olacağını soruşmuş, həmin oğlan da 03 dekabr 2022-ci il tarixdə Əsildarın oğlunun toy məclisi olacağını ona bildirmişdir. Həmin vaxt o, Əsildarın oğlunun toy məclisinin Balakən şəhərində yerləşən şadlıq saraylarından birində olacağını həmin oğlanın əlindəki dəvətnamələrin üz qabığından anlamışdır. Bundan sonra o, toy məclisi olan gün Zərərçəkmiş şəxs yaşadığı evə gedib oğurluq etmək qərarına gəlmişdir. Beləliklə, o, 03 dekabr 2022-ci il tarixdə təxminən saat 20 radələrində yaşadığı evdən motorlu mişarın sepini bərkitmək üçün vintaçandan kustar üsulla hazırlanmış dəmir aləti götürüb cibinə qoymuş və piyada Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gedərək küçədə bir neçə dəqiqə dayanıb evdə kiminsə olub-olmamasına baxmış, həmin vaxt evin işıqları sönmüş vəziyyətdə olduğuna görə o, evdə heç kimin olmadığına əmin olmuş, bundan sonra evə daxil olmaq qərarına gəlmiş, lakin Zərərçəkmiş şəxs yaşadığı evin həyətinin hasarı hündür olduğuna görə o, yan tərəfdən, yəni Zərərçəkmiş şəxs qaynı Əsildarın həyətinin nisbətən alçaq olan hasarından evə daxil olmaq qərarına gəlmiş, daha sonra hasardan Əsildarın həyətinə daxil olmuş, oradan da iki həyətin arasında olan açıq qapıdan Zərərçəkmiş şəxs həyətinə daxil olmuş, həyətdə də bir neçə dəqiqə dayanıb evdə heç kimin olmadığına tam əmin olduqdan sonra evin ön sağ tərəfində olan plastik pəncərəyə yaxınlaşaraq üzərində olan dəmir alətlə pəncərəni açmış və evin içərisinə, yəni əvvəlcə mətbəxə daxil olmuşdur. Daha sonra o, mətbəxdən evin dəhlizinə çıxaraq sağ tərəfdə olan yataq otağına daxil olmuş və həmin otaqdakı dolabları axtaran zaman otağın təxminən orta hissəsində yerləşən dolabın 2-ci siyirməsində sellofan paketin içərisində ABŞ dolları və Azərbaycan manatı olmaqla xeyli sayda pullar olduğunu görmüş, buna görə həmin sellofan paketi pullarla birlikdə götürüb cibinə qoymuş, daha sonra həmin otaqdakı çarpayının yanında olan dolabın 1-ci siyirməsini açan zaman orada bir neçə ədəd qızıl-zinət əşyaları və 01 ədəd qol saatı olduğunu görmüş, həmin qızıl-zinət əşyalarının bir neçəsini və qol saatını götürüb cibinə qoymuş, bundan sonra həmin yataq otağından çıxıb dəhlizin baş tərəfində olan digər yataq otağına daxil olmuş, həmin yataq otağındakı çarpayının üzərində olan paltarların üzərində pul kisəsi olduğunu, pul kisəsini açan zaman isə içərisində 200 manat pul və müxtəlif plastik kartlar olduğunu görmüş, o, həmin 200 manat pulu da götürüb cibinə qoymuş, pul kisəsini isə bağlayıb otağa atmışdır. O, daha sonra evin içərisində digər dolabların və sandığın içərisinə baxmış, lakin diqqətini cəlb edən başqa bir dəyərli əşya olmadığına görə evə daxil olduğu həmin pəncərədən bayıra çıxıb oradan uzaqlaşmışdır. O, küçədə olan zaman pəncərəni açmaq üçün istifadə etdiyi dəmir alətin üzərində olmadığını və evin içərisində harasa düşüb qaldığını görmüş, lakin buna görə evə geri qayıtmamış və oradan piyada Tülü kəndində yerləşən köhnə məktəbin yanına getmişdir. Evdən oğurladığı qızıl-zinət əşyalarını və qol saatını orada cibindən çıxarıb baxmış, həmin vaxt oğurladığı əşyaların üzəri qaşlarla bəzədilmiş və parıltılı metaldan hazırlanmış dairə formalı sırğanın bir tayı, üzəri qaşlarla bəzədilmiş və sarı rəngli metaldan hazırlanmış “C” formalı sırğanın bir tayı, üzəri qaşlarla bəzədilmiş və sarı rəngli metaldan hazırlanmış “V” formalı 1 cüt sırğa, üzəri qaşlarla bəzədilmiş və sarı rəngli metaldan hazırlanmış ürək formalı 1 cüt sırğa, üzəri qaşlarla bəzədilmiş və sarı rəngli metaldan hazırlanmış sırğanın bir tayı, üzəri qaşlarla bəzədilmiş və sarı rəngli metaldan hazırlanmış dairəvi formalı 1 cüt sırğa və 01 ədəd sarı rəngli metaldan hazırlanmış Casio markalı qol saatı olduğunu müəyyən etmişdir. O, həmin qızıl-zinət əşyalarını köhnə məktəbin hasarının üzərində çökək bir yerə qoyub gizlətmiş, qol saatını isə özü istifadə etmək üçün yenidən cibinə qoymuş və orada yoldan keçən bir taksi avtomobilini saxlayıb Balakən şəhəri ərazisinə gəlmişdir. Bundan sonra evdən oğurladığı pulları sellofan paketdən çıxarıb saymış, 100 dollarlıq əskinazlardan ibarət 12100 ABŞ dolları, 100 və 50 manatlıq əskinazlardan ibarət 2800 manat pul olduğunu müəyyən etmişdir. Yəni, evdən oğurladığı pullar cəmi 12100 ABŞ dolları və 3000 manat olmuşdur. Daha sonra o, Balakən şəhəri ərazisində yerləşən və hazırda adını xatırlamadığı kafeyə getmiş, həmin vaxt Balakən rayon sakinləri olan tanışları Turan və Şahmar adlı şəxslərin orada pivə içdiklərini görmüş, sonuncularla görüşdükdən sonra kafedə xidmətçi işləyən qadına 50 manat pul verərək Turan və Şahmarın oturduğu masaya yaxşı qulluq etməsini, sifariş etdikləri içki və məzələrin pulunu həmin 50 manatdan çıxmasını xahiş etmiş, bundan sonra təcili Bakı şəhərinə getməli olduğunu deyərək Turan və Şahmarla sağollaşmış, həmin vaxt cibindən 100 ABŞ dolları pul çıxarıb xəlvət Turana, 300 ABŞ dolları da pul çıxarıb xəlvət Şahmara vermiş, həmin pulları sonunculara pay verdiyini bildirmiş və kafedən çıxıb getmişdir. Lakin o,Turangilə pulları haradan əldə etməsi barədə heç nə deməmiş, sonuncular da ondan bu barədə heç nə soruşmamışlar. Həmçinin, onun Turana pul verdiyini Şahmar, Şahmara pul verdiyini isə Turan bilməmişdir. Bundan sonra o, təxminən saat 22:30 radələrində Balakən şəhəri ərazisində yerləşən Bayraq Meydanı adlanan yerə getmiş, orada üzdən tanıdığı, lakin adını bilmədiyi Bakı-Balakən şəhərləri arası taksi fəaliyyəti ilə məşğul olan şəxsə yaxınlaşaraq təcili Bakı şəhərinə getməli olduğunu bildirmiş və onu tək Bakı şəhərinə neçə manata apara biləcəyini soruşmuşdur. Sonradan adının Vüsal olduğunu bildiyi həmin taksi sürücüsü onu 120 manat müqabilində tək Bakı şəhərinə apara biləcəyini demiş, o, razılaşaraq avtomobilin ön sərnişin oturacağına əyləşmiş və Vüsal avtomobili hərəkətə gətirib üzü Bakı şəhəri istiqamətinə yollanmışdır. Bir qədər yol getdikdən sonra o, Vüsal adlı sürücüyə 150 manat pul vermiş, sonuncu da ona 30 manat pul qaytarmışdır. Onlar Zaqatala şəhərinə çatanda o, avtomobili saxladıb orada bacısının əri Fərid Məmmədovla görüşmüş, Fəridlə bir neçə dəqiqə söhbət edib hal-əhval tutduqdan sonra avtomobilə əyləşib yoluna davam etmişdir. Xatırladığı qədərilə onlar Şəki rayonu ərazisində magistral yolda hərəkətdə olarkən o, həmin saatı cibindən çıxarıb baxmış, lakin saatın qızıl olmadığını və qadın qol saatı olduğunu görmüş, buna görə həmin saatı magistral yolda, yadında qalmayan bir yerdə avtomobilin pəncərəsindən bayıra atmışdır. Daha sonra yatmış və Bakı şəhərinə çatmağa bir qədər qalmış oyanmışdır. Bundan sonra əmisi oğlu Şahid5 zəng edərək Bakı şəhərinə getdiyini, hazırda yolda olduğunu, sonuncu ilə görüşmək istədiyini demiş və saat 03 radələrində “Torqovıy” adlanan ərazidə olmasını xahiş etmişdir. Daha sonra Vüsal adlı sürücüdən onu aparıb Səbail rayonu “Torqovıy” adlanan yerdə düşürməsini xahiş etmişdir. Vüsal adlı sürücü də etiraz etmədən onu aparıb 04 dekabr 2022-ci il tarixdə təxminən saat 03 radələrində “Sahil” metrostansiyasının yaxınlığında düşürmüş, özü isə oradan geri qayıtmışdır. O, düşdüyü yerdən piyada bir qədər irəli gedib əmisi oğlu Təmrazla görüşmüş, həmin vaxt Təmraz yanında olan Şamil adlı şəxsi ona təqdim edərək otaq yoldaşı olduğunu, eyni evdə kirayədə yaşadıqlarını bildirmişdir. Bundan sonra o, Təmrazgilə həmin ərazidə yerləşən “Hiss” adlı gecə klubuna gedib əylənməyi təklif etmiş, lakin Təmrazgil buna maddi imkanları olmadığını bildirmişlər. O isə üzərində yetəri qədər pul olduğunu demiş və heç bir narahatçılıq olmayacağını bildirmişdir. Bundan sonra Təmrazgil onun təklifini qəbul etmişlər və onlar birlikdə “Hiss” adlı gecə klubuna daxil olub əylənməyə başlamışlar. O, orada masaya müxtəlif spirtli içkilər sifariş etmiş, onlar təxminən 02 saat ərzində içki içib əyləndikdən sonra o, həmin vaxta qədər yaranmış 200 manat hesabı ödəmiş, vacib işi olduğuna görə təcili getməli olduğunu, təxminən 01 saata geri qayıdacağını Təmraza demiş və cibindən 100 ABŞ dolları pul çıxarıb Təmraza verərək içki içməyə davam etmələrini bildirmişdir. Bundan sonra o, gecə klubunda tanış olduğu bir qızı götürüb klubdan bayıra çıxmış və oradan qızla birlikdə otelə getmişdir. Daha sonra onu heç kimin narahat etməməsi üçün mobil telefonunu söndürmüş və oğurladığı pullarla Bakı şəhərində əylənməyə başlamışdır. Beləliklə, o, Zərərçəkmiş şəxs evindən oğurladığı pullarla 04 gün ərzində müxtəlif qızlarla birlikdə müxtəlif kafelərdə, restoranlarda, otellərdə, gecə klublarında yeyib-içib əylənmişdir. Oğurladığı pulların bir hissəsi ilə özünə geyim əşyaları almış, qalan pulların hamısını isə 04 gün ərzində qızlara, otellərə, restoranlara, gecə klublarına, bahalı spirtli içkilərə, əyləncəyə xərcləmişdir. O, 07 dekabr 2022-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhərində Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən kafedə olan zaman Balakən rayon Polis Şöbəsinin əməkdaşları onu saxlamışlar və onu oradan Balakən rayon Polis Şöbəsinə gətirmişlər. O,həmçinin göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı evdən oğurladığı 12100 ABŞ dolları və 3000 manat nağd pulların çox hissəsini öz şəxsi ehtiyaclarına, yəni Bakı şəhərindəki gecə klublarında əyləncəyə, geyim əşyalarına, restoran və kafelərdə yeməyə, otellərdə qalmağa, bahalı içkilərə və cinsi tələbatını ödəmək üçün müxtəlif qadınlara xərcləmişdir. Oğurladığı pulların cuzi bir hissəsini isə müxtəlif dost və tanışlarına bağışlamışdır. Belə ki, o, oğurladığı puldan əmisi oğlu Umud Umudova olan 20 manat borcunu qaytarmış və əlavə olaraq sonuncuya 30 manat pul bağışlamışdır. Digər əmisi oğlu Şahid5 100 ABŞ dolları, Balakən rayon sakini olan dostu Turan Şindiyevə 100 ABŞ dolları, Balakən rayon sakini olan Şahmar adlı tanışına 300 ABŞ dolları məbləğində pul bağışlamışdır. Həmçinin, dostu Turan Şindiyevin və Şahmar adlı tanışının oturub pivə içdikləri kafedə işləyən Naciyə adlı qadına Turangilə yaxşı qulluq etməsi üçün 50 manat pul vermişdir. Bundan başqa, Bakı-Balakən şəhərləri arası taksi fəaliyyəti ilə məşğul olan Vüsal adlı şəxsə onu təcili Bakı şəhərinə aparması üçün 120 manat pul vermişdir. 300 ABŞ dollarına özünə 01 ədəd qara rəngli qış gödəkçəsi, 200 ABŞ dollarına özünə 01 ədəd ağ rəngli cins şalvar, 200 ABŞ dollarına özünə 01 ədəd qara rəngli ayaqqabı, 130 manata özünə 01 ədəd pulover, 60 manata özünə 01 ədəd kepka papaq alımış, həmçinin, 350 manat pul verib özünə əlavə bir dəst geyim əşyaları almışdır. Bundan başqa, Bakı şəhərində yaşayan əmisi oğlu Şahid5 və sonuncunun tanışı olan Şamil adlı şəxsi gecə klubuna dəvət edərək orada sonunculara 200 manat pul xərcləmişdir. Bundan başqa, Bakı şəhərində kafe işlədən və Zaqatala rayon sakini olan, hazırda adını xatırlamadığı qadının işlətdiyi kafedə tanımadığı bir qızla yeyib-içdikdən sonra orada 150 ABŞ dolları hesab ödəmişdir. Bakı şəhərində olduğu müddət ərzində həmin kafeyə əlavə olaraq iki dəfə getmiş, həmin kafedə əlavə olaraq bir dəfə 100 ABŞ dolları və bir dəfə 50 manat hesab ödəmişdir. Bundan başqa, 4 gün ərzində Bakı şəhərində “Torqovıy” adlanan ərazidə yerləşən Gecə klublarında spirtli içkilər içmək və qızlarla əylənmək üçün 570 manat və 4200 ABŞ dolları, içərisində rəngbərəng zər olan fişəng partlatmaq üçün 500 manat, rəngbərəng işiq topunun onun adına yandırılması üçün 250 manat pul xərcləmiş, həmçinin iki müxtəlif gecə klubuna girmək üçün mühafizəçilərin hərəsinə 50 manat olmaqla ümumilikdə 100 manat, başqa bir kluba girmək üçün mühafizəçiyə100 ABŞ dolları və müxtəlif klublarda musiqi sifariş etmək üçün Dj-lərə ümumilikdə 600 ABŞ dolları pul vermişdir. Həmçinin, gecə klublarındakı qızları əyləndirmək üçün biri 8 manat olan gül alıb qızlara paylamışdır. Beləliklə, o, 4 gün ərzində gül alıb gecə klublarındakı qızlara paylamaq üçün təxminən 180 manat pul xərcləmişdir. Bundan başqa, 4 gün ərzində Bakı şəhərində cinsi ehtiyaclarını ödəmək üçün müxtəlif otellərdə müxtəlif qızlarla görüşmüşdür. O, günün gecə saatlarında müxtəlif gecə klublarında qızlarla əylənmiş, günün qalan saatlarını isə demək olar ki yatmadan qızlarla birlikdə otellərdə keçirmişdir. Buna görə o, 04 gün ərzində Bakı şəhərində yerləşən müxtəlif otellərdə qalmaq və orada viski içmək üçün ümumilikdə 700 ABŞ dolları pul xərcləmişdir. Həmin otellərdə gün ərzində müxtəlif qızlarla görüşmüş, görüşüb cinsi əlaqədə olduğu qızlara 300, 250, 300, 300, 100, 200 və 1000 ABŞ dolları olmaqla ümumilikdə 2450 ABŞ dolları, həmçinin 50 və 100 manat olmaqla ümumilikdə 150 manat pul vermişdir. Bundan başqa, görüşdüyü qızlardan ikisinə onun yanına taksi ilə gəlib-getmələri üçün 50 və 50 manat olmaqla ümumilikdə 100 manat yol pulu vermişdir. Bundan başqa, Bakı şəhərində “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən gecə klubunda işləyən bir qızı onunla görüşməyə razı salması üçün həmin klubu işlədən oğlana 1000 ABŞ dolları pul vermiş və həmin qızla görüşüb cinsi əlaqədə olduqdan sonra qıza 200 ABŞ dolları pul vermişdir. Həmçinin, həmin klubda spirtli içmək üçün 100 manat pul xərcləmişdir. Bundan başqa, 4 gün ərzində Bakı şəhərində yerləşən müxtəlif masaj salonlarına gedərək orada masaj olunmaq və qızlara əylənmək üçün ümumilikdə 900 ABŞ dolları pul xərcləmiş, həmin pulların demək olar ki, çox hissəsini qızlara vermişdir. Bundan başqa, “Torqovıy” adlanan ərazidə yerləşən kafelərin birində şam yeməyi üçün 100 ABŞ dolları xərcləmişdir. O, 4 gün ərzində bir neçə dəfə Bakı şəhərində “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən və hazırda adını xatırlamadığı kafeyə gedərək orada yeyib içmiş və həmin kafedə ümumilikdə 100 ABŞ dolları və 150 manat hesab ödəmişdir. Cibində olan sonuncu 100 manat pulu da həmin kafedə işləyən Lamiyə adlı qıza bağışlamışdır. O, oğurladığı pulun cəmi 300 ABŞ dollarını Bakı şəhərində “Torqovıy” adlanan ərazidə yerləşən mübadilə məntəqəsində Azərbaycan manatına çevirmişdir. Həmçinin, 04 gün ərzində Bakı şəhərində hər yerə taksi ilə gedibgəlmiş və nəticədə taksilərə ümumilikdə təxminən 300 manat pul xərcləmişdir. O, yuxarıda qeyd etdiklərindən başqa Zərərçəkmiş şəxs evindən digər hər hansı bir dəyərli əşya oğurlamamışdır. Xatırladığı qədərilə o, Zərərçəkmiş şəxs evindən oğurladığı qol saatını Şəki rayonu ərazisində magistral yolda hərəkətdə olarkən avtomobilin pəncərəsindən bayıra atmışdır. Lakin saatı atdığı yeri hazırda xatırlamır və buna görə həmin yeri göstərə bilməz. O, Əsildar adlı şəxsin evindən və ya həyətindən hər hansı bir dəyərli əşya oğurlamamış, sadəcə olaraq Əsildar adlı şəxsin həyətindən keçərək Zərərçəkmiş şəxs yaşadığı evə daxil olmuşdur. O, Zərərçəkmiş şəxs evindən oğurluq edən zaman tək olmuş, həmin vaxt yanında heç kim olmamışdır. Həmçinin, onun Zərərçəkmiş şəxs evindən oğurluq etməsi barədə heç kimin məlumatı olmamışdır. Bakı şəhərində gecə klubunda olan zaman əmisi oğlu Şahid5 xərclədiyi pulları haradan əldə etməsi barədə ona sual vermiş, o da həmin vaxt içkili olduğuna görə öz iradəsindən asılı olmadan ağzından qaçırıb Təmraza “Balakəni dağıtmışam” deyə cavab vermiş, sonra Təmraz bu barədə ona əlavə suallar verməyə başlamış, o isə gecə klubunda olan səs-küyü bəhanə gətirərək, həmçinin, əyləncə vaxt bu mövzuları danışmağın yersiz olduğunu deyərək Təmraza başqa heçnə deməmişdir. O, Zərərçəkmiş şəxs evindən oğurladığı pullardan ailə üzvlərinə hər hansı bir məbləğdə pul verməmişdir. O, qeyd olunan cinayət əməlindən başqa digər hər hansı bir cinayət əməli törətməmişdir. Törətdiyi cinayət əməlindən peşimandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Mülki iddianı etiraf edir və təmin edilməsinə etirazı yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Balakən rayonu Tülü kəndində tək yaşayır. Balakən RMX-nin Tülü kəndində yerləşən tibbi məntəqəsində tibb bacısı işləyir. Mərhum əri X12 2014-cü ildə vəfat etmişdir. X2, Şahid1, qızı Şahid2 Bakı şəhərində yaşayırlar. O, tətil vaxtlarında, həmçinin məzuniyyət müddətlərində Bakı şəhərinə övladlarının yanına gedib-gəlir. Həmçinin, onun övladları da vaxtaşırı onun Balakən rayon Tülü kəndində yaşadığı evə gəlib bir neçə gün qalırlar. 03 dekabr 2022-ci il tarixdə onun Balakən rayon Tülü kəndində qonşuluğunda yaşayan qaynı X7 oğlu- X6 toy məclisi olmuşdur. Toy məclisi Balakən şəhəri Səttar Gözəlov küçəsində yerləşən Grand Place şadlıq sarayında olmuşdur. Toy məclisində oğlu -X8 və onun həyat yoldaşı Şahid3, oğlu Şahid1 və onun həyat yoldaşı X9, həmçinin qızı Şahid2 iştirak etmişdir. Yəni, onlar ailə olaraq birlikdə toy məclisinə getmişlər, 04 dekabr 2022-ci il saat 01:30 radələrində yaşadıqları evə qayıtmışlar. O, evə gedib mətbəxə keçdikdə mətbəxin pəncərəsinin açıq olduğunu görmüşdür. O, evdən çıxdıqda mətbəxin pəncərəsi bağlı olmuşdur. Bu zaman o, evə kiminsə girməsindən şübhələnib tez yataq otağına keçmiş və orada sellofannın içərisində saxladığı 12100 ABŞ dolları və 3000 manat pulu saxladığı dolaba baxmış, dolaba baxdıqda 12100 ABŞ dolları və 3000 manat pulun qoyduğu yerdə olmadığını görmüşdür. Daha sonra çarpayının yanında olan dolaba yaxınlaşmış və həmin dolabda olan qızıl-ziynət əşyalarının yerində olub-olmamasına baxmış, bu zaman qızıl-ziynət əşyalarının yerində olmadığını görmüşdür. Digər yataq otağına keçdikdə isə orada olan sandığın yerindən biraz irəli çəkildiyini görmüş, bu zaman onun oğlu Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək evlərindən oğurluq olması barədə məlumat vermişdir. Həmçinin, o da bu barədə Polis Şöbəsinə ərizə vermişdir. Təqsirləndirilən şəxs onun yaşadığı evindən üzərində ürək formasında ağ rəngli xırda qaşları olan 1 qram çəkidə qiyməti 70 manat olan 585 əyarlı 1 cüt qızıl sırğa, ümumi dəyəri 1500 manat olan 1 cüt 585 əyarlı brilyant qaşlı 7,5 qram çəkidə sırğa və 1 ədəd brilyant qaşlı 585 əyarlı 3,5 qram çəkisi olan üzük, həmçinin üzərində gül formalı brilyant qaşları olan 1000 manat dəyərində 585 əyarlı 7,5 qram çəkisi olan 01 cüt sırğa , 12100 ABŞ dolları və 3000 manat oğurlamışdır. Həmin pulu o, özü uzun illər yığıb dar gününə saxlamışdır. Polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülmüş 1765 manat dəyərində qızıl- zinət əşyaları ona saxlanması üçün qaytarılmışdır. Vurulmuş ziyanın qalan hissəsi ödənməmişdir.O, ziyanın ödənməmiş hissəsi ilə bağlı mülki iddia qaldırmışdır.Mülki iddianın təmin edilməsi, Təqsirləndirilən şəxs barəsində qanuni cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Bakı şəhəri ünvan 1 ünvanında arvadı X9 və bacısı Şahid2 ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun doğma anasıdır. Anası Zərərçəkmiş şəxs hazırda Balakən rayonu Tülü kəndində yerləşən evlərində tək yaşayır. 03 dekabr 2022-ci il tarixdə onun Balakən rayonu Tülü kəndində yaşayan əmisi oğlu X6 toy məclisi olduğuna görə, o, arvadı Nərmin Bayramova, qardaşı Elçin Bayramov, qardaşının arvadı Şahid3 və bacısı Şahid2 yaşadıqları Bakı şəhərindən Balakən rayonuna, yəni anasının yaşadığı evə qonaq gəlmişlər. Toy məclisi Balakən şəhəri ərazisində yerləşən “Grand” şadlıq sarayında keçirildiyinə görə onlar ailəliklə, yəni o, arvadı Nərmin Bayramova, qardaşı Elçin Bayramov, qardaşının arvadı Şahid3, bacısı Şahid2 və anası Zərərçəkmiş şəxs 03 dekabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində evdən birlikdə çıxıb “Grand” şadlıq sarayına toy məclisinə getmişlər. Həmin vaxt anasının yaşadığı evdə heç kim qalmadığına görə, onlar evdən çıxan zaman anası evin bütün qapı və pəncərələrini bağlamışdır. Onlar toy məclisində sona qədər iştirak edib 04 dekabr 2022-ci il saat 01:30 radələrində evə qayıdan zaman mətbəxin pəncərəsinin açıq olduğunu və evin içərisindəki əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşlər. Buna görə anası dərhal evə baxış keçirmiş, həmin vaxt evdə saxladığı 12100 ABŞ dolları və 3000 manat pulunun, həmçinin qızıl-zinət əşyalarının oğurlandığını aşkar etmişdir. Bundan sonra onlara məlum olmuşdur ki, onlar şadlıq evində toy məclisində olan zaman naməlum şəxs və ya şəxslər evə daxil olaraq anasının pullarını və qızıl-zinət əşyalarını oğurlayıblar. Daha sonra o, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları hadisə yerinə gedərək ilkin araşdırma aparmağa başlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Bakı şəhəri Xətai rayonu ərazisində nömrəsini bilmədiyi evdə Zaqatala rayon sakini Şamil adlı şəxslə birlikdə kirayədə yaşayır və Bakı şəhərində fəaliyyət göstərən bir plastik qapıpəncərə emalatxanasında fəhlə işləyir. Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur. O, 04 dekabr 2022-ci il tarixdə təxminən saat 01:30 radələrində yaşadığı evdə olan zaman Pərviz ona zəng edərək Bakı şəhərinə getdiyini, hazırda yolda olduğunu, təxminən saat 03 radələrində Bakı şəhərinə çatacağını, onunla görüşmək istədiyini demiş və saat 03 radələrində “Torqovıy” adlanan ərazidə onu gözləməsini bildirmişdir. O da Pərvizlə razılaşaraq dediyi vaxtda həmin yerdə olacağını bildirmiş, bundan sonra əmisi oğlu Pərvizlə görüşməli olduğunu otaq yoldaşı Şamilə demiş və onunla birlikdə “Torqovıy” adlanan əraziyə gedib-gəlməsini xahiş etmişdir. Şamil də etiraz etmədən onunla razılaşmış və bundan sonra onlar hazırlaşıb təxminən saat 03 radələrində taksi avtomobili ilə Bakı şəhəri Səbail rayonunda yerləşən “Torqovıy” adlanan əraziyə getmişlər. Onlar orada bir neçə dəqiqə gözlədikdən sonra Pərviz onların yanına gəlmiş, onlar görüşüb hal-əhval tutduqdan sonra otaq yoldaşı Şamili əmisi oğlu Pərvizə təqdim etmişdir. Bundan sonra Pərviz həmin ərazidə yerləşən “Hiss” adlı gecə klubuna gedib əylənməyi onlara təklif etmişdir. Həmin vaxt o, buna maddi imkanları olmadığını bildirdikdə, Pərviz üzərində yetəri qədər pul olduğunu demiş və heç bir narahatçılıq olmayacağını bildirmişdir. Buna görə onlar Pərvizin təklifini qəbul edərək “Hiss” adlı gecə klubuna daxil olmuşlar. Orada Pərviz masaya müxtəlif spirtli içkilər sifariş etmiş, onlar orada təxminən 02 saat ərzində içki içib əyləndikdən sonra Pərviz həmin vaxta qədər yaranmış 200 manat hesabı ödəmiş, daha sonra Pərviz cibindən 100 ABŞ dolları pul çıxarıb ona verərək içki içməyə davam etmələrini bildirmiş, özünün isə bir qədər işi olduğuna görə getməli olduğunu və təxminən 01 saata geri qayıdacağını demişdir. Bundan sonra Pərviz orada tanış olduğu bir qızı da götürüb klubdan bayıra çıxmışdır. Şamillə o isə klubda təxminən 01 saatdan çox oturub əlavə spirtli içki viski içmişlər, lakin həmin vaxta qədər Pərviz geri qayıtmadığına görə onlar evə getmək qərarına gəlmişlər. Buna görə o, hesabı ödəmək üçün bara yaxınlaşmış və hesabın 160 manat olduğunu öyrənmiş, bundan sonra o, Pərvizin verdiyi 100 ABŞ dolları pulu cibindən çıxarıb klubun işçisinə vermiş və üzərində başqa pul olmadığını bildirmişdir. Həmin işçi də 100 ABŞ dolları pulu götürüb ona 10 manat pul qaytarmışdır. Daha sonra Şamillə o, klubdan bayıra çıxıb oradan taksi avtomobili ilə yaşadıqları evə getmişlər və evə çatan kimi yatmışdır. O, yuxudan oyandıqdan sonra dəfələrlə Pərvizə zəng etmiş, lakin sonuncunun mobil telefon nömrəsinə zəng çatmamışdır. Həmin vaxtdan sonra da onun Pərvizlə hər hansı bir əlaqəsi olmamışdır.O, gecə klubunda olan zaman əmisi oğlu Təqsirləndirilən şəxs xərclədiyi pulları haradan əldə etməsi barədə sual vermiş, Pərviz də ona “Balakəni dağıtmışam” deyə cavab vermişdir. O, Pərvizə bu barədə əlavə suallar versə də, sonuncu gecə klubunda olan səs-küyü bəhanə gətirərək, həmçinin, əyləncə vaxt bu mövzuları danışmağın yersiz olduğunu deyərək ona başqa heçnə deməmişdir. Daha sonra da Pərvizlə onun əlaqəsi kəsildiyinə görə həmin pulları haradan əldə etməsi barədə heç bir məlumat əldə edə bilməmişdir. O, əmisi oğlu Təqsirləndirilən şəxs üzərində hansı məbləğdə pul olduğunu bilməmiş, Pərviz bu barədə ona heç bir söz deməmiş, həmçinin, gecə klubunda işıqlar yanmadığına görə, Pərviz cibindən 100 ABŞ dolları çıxarıb ona verəndə sonuncunun cibində olan pulların həcmini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hazırda ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və özünə məxsus Mercedes Benz markalı avtomobillə Balakən-Bakı şəhərləri arası taksi fəaliyyəti məşğul olur. O, 03 dekabr 2022-ci il tarixdə təxminən saat 22 radələrində idarə etdiyi avtomobillə Balakən şəhərində Bayraq Meydanı adlanan ərazidə dayanıb müştəri gözləyən zaman Balakən rayon sakini kimi üzdən tanıdığı, lakin adını bilmədiyi bir cavan oğlan ona yaxınlaşaraq təcili Bakı şəhərinə getməli olduğunu bildirmiş və onu tək Bakı şəhərinə neçə manata apara biləcəyini soruşmuşdur. O da həmin cavan oğlana, yəni sonradan adının Pərviz olduğunu bildiyi şəxsə Bakı şəhərinə təcili və tək 120 manata apara biləcəyini demiş, Pərviz adlı şəxs də etiraz etmədən qapını açıb avtomobilin ön sərnişin oturacağına əyləşmiş və o, avtomobili hərəkətə gətirib Bakı şəhəri istiqamətinə yollanmışdır. Onlar bir qədər yol getdikdən sonra Pərviz adlı şəxs ona verməli olduğu 120 manat pulu cibindən çıxaran zaman cibindən xeyli sayda pul çıxıb ayaqaltı qaloşun üzərinə tökülmüşdür. Həmin vaxt o, pulların 100 ABŞ dolları, 100 manatlıq və 50 manatlıq əskinazlar olduğunu görmüş, lakin ona aidiyyəti olmadığına görə Pərviz adlı şəxsə pullar barədə heç bir sual verməmişdir. Pərviz adlı şəxs pulları ayaqaltından götürüb ona 150 manat pul vermiş, o da sonuncuya 30 manat pul qaytarmışdır. Onlar Zaqatala şəhəri ərazisinə çatanda Pərviz avtomobili saxladıb yol kənarında kimləsə görüşmüş, həmin şəxslə 3-4 dəqiqə söhbət etmiş və yenidən yola davam etmişlər. Pərviz adlı şəxs yolda bir neçə dəfə mobil telefonla danışmış, lakin o, sonuncunun kimlə və nə barədə danışdığına fikir verməmişdir. Onlar Şəki rayonunun ərazisindən çıxanda Pərviz adlı şəxs yatmış və bir də Bakı şəhərinə çatanda oyanmışdır. Bakı şəhərinə çatanda Pərviz adlı şəxs onu aparıb Səbail rayonu “Torqovıy” adlanan yerdə düşürməsini xahiş etmiş, o da etiraz etmədən Pərviz adlı şəxsi aparıb 04 dekabr 2022-ci il tarixdə təxminən saat 03 radələrində “Sahil” metrostansiyasının yaxınlığında düşürmüş, özü isə müştəri tapıb Balakən rayonuna qayıtmaq üçün oradan Bakı Beynəlxalq Avtovağzal Kompleksinə getmişdir. Umudov X11 rayonu Tülü kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etməsi barədə ona heç bir məlumat verməmişdir. Onlar Şəki rayonu ərazisində yol gedərkən Təqsirləndirilən şəxs cibindən bir qol saatı çıxarıb bir qədər baxmış, daha sonra avtomobilin şüşəsini aşağı endirib saatı bayıra atmışdır. Həmin vaxt o, saatı nə üçün bayıra atdığını soruşmuş, Pərviz isə saatın köhnə və xarab olduğunu, buna görə atdığını bildirmişdir. O, isə bu barədə daha Pərvizə heç bir sual verməmişdir. İşin 1-ci cild 6-12-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş 04 dekabr 2022-ci il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 01:50 dəqiqədən saat 03:00 dəqiqəyədək olan müddət ərzində Zərərçəkmiş şəxs yaşadığı evdə baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Balakən rayonu Tülü kəndində Şahid1 anası Balakən rayonu Tülü kənd sakini Zərərçəkmiş şəxs tək yaşayır. Yaşayış evinə daxil olduqda Zərərçəkmiş şəxs bildirmişdir ki, Balakən rayonu Tülü kəndində yerləşən yaşayış evində tək yaşayır. Onun övladları X8, Şahid1 və Şahid2 isə Bakı şəhərində yaşayırlar. Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı ev kürsülü və beş otaqdan ibarət yaşayış evidir. Zərərçəkmiş şəxs baxış zamanı bildirmişdir ki, 03 dekabr 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə Balakən rayonu Tülü kənd sakini olan qaynı X7 oğlu X6 Balakən şəhəri Səttar Gözəlov küçəsində yerləşən Grand Palace şadlıq sarayında toy məclisi olmuşdur. Onlar ailəliklə birlikdə həmin şadlıq sarayına getmişlər, 04 dekabr 2022-ci il tarixdə saat 01:30 radələrində yaşadıqları evə gəlmişlər. Evə gəldikdən sonra o, evin mətbəxinə keçmiş, bu zaman mətbəxin pəncərəsinin açıq olduğunu görmüşdür. Lakin o, evdən çıxdığı zaman mətbəxin pəncərəsi açıq olmamışdır. Bu zaman evə kiminsə kənar şəxsin (şəxslərin) daxil olmasından şübhələnib yataq otağına keçmiş və orada sellofanın içərisində saxladığı, dolabda olan 12100 ABŞ dolları və 3000 manat nağd pulunun, həmçinin yataq çarpayısının yanındakı dolabda olan qızıl-zinət əşyalarının oğurlandığını, yəni yerində olmadığını, kənar şəxs (şəxslər) tərəfindən oğurlandığını görmüş, bu zaman bu barədə oğlanlarına demiş, daha sonra isə oğlu Şahid1 bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Yaşayış evinə baxış zamanı Zərərçəkmiş şəxs mətbəxdə pəncərənin açıq vəziyyətdə olduğunu bildikdən sonra naməlum şəxslərin evinə daxil olduğundan şübhələndiyini, daha sonra isə oğlunun polisə zəng etdiyini bildirmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs mətbəxin pəncərəsini, daha sonra yataq otağında olan dolabı, həmçinin çarpayının yanında olan dolabı göstərərək bildirmişdir ki, naməlum şəxs (şəxslər) mətbəxin pəncərəsini açdıqdan sonra içəri daxil olub dolabdan 12100 ABŞ dolları və 3000 manat nağd pulunu, həmçinin çarpayının yanında olan dolabdan 1 cüt qızıl sırğanı, 1 cüt brilyant qaşlı və üzüyü ilə birlikdə sırğanı, həmçinin 1 cüt brilyant qaşlı sırğanı oğurlamışdır. Baxış zamanı Zaqatala RPŞ-nin KTQnun baş inspektor-kriminalisti X10 tərəfindən mətbəx pəncərəsinin açılan hissəsinin çöl tərəfindən, mətbəx pəncərəsinin aşağı tərəf iç hissəsindən, mətbəx pəncərəsinin içəri açılan balaca havalandırma qapağının üstündən, mətbəx pəncərəsinin açılan hissəsinin çöl tərəfindən, mətbəx pəncərəsinin çərçivəsinin çölündən, yataq otağındakı sandığın içərisində olan ağ rəngli karton qutunun üstündən və ağ rəngli qızıl qabının üstündən lent kəsikləri (izlər) götürülmüşdür. Bundan əlavə mətbəx pəncərəsinin içəri tərəf qarşısında yerləşən qızdırıcı radiatorun üstündə ayaq izi aşkar edilmişdir. Bundan başqa, baxış zamanı evdə olan sandığın içərisindən bir ədəd sındırma aləti vintaçan tərəfimdən götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilmiş, həmin fotoşəkillər çap olunaraq protokola əlavə edilmişdir. Protokol tərtib edildikdən sonra ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 1-ci cild 99-103-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş 08 dekabr 2022-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 15:41 dəqiqədən saat 16:18 dəqiqəyədək olan müddət ərzində iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi qızıl-zinət əşyalarını gizlətdiyi yerə, yəni Balakən rayonu Tülü kəndində yerləşən köhnə məktəbin ətrafında baxış və götürmə aparılmışdır. Baxış və götürmə zamanı şübhəli şəxs Umudov X11 rayonu Tülü kəndi ərazisində yerləşən köhnə məktəbin hasarını əyani şəkildə göstərərək bildirmişdir ki, həmkəndlisi Zərərçəkmiş şəxs 03 dekabr 2022-ci il tarixdə şadlıq evində toy məclisində olacağına, yəni Zərərçəkmiş şəxs evinin nəzarətsiz qalacağına dair məlumat əldə etdikdən sonra sonuncunun evindən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 03 dekabr 2022ci il tarixdə təxminən saat 20 radələrində yaşadığı evdən motorlu mışarın sepini bərkitmək üçün istifadə edilən, vintaçandan kustar üsulla hazırlanmış aləti götürüb Zərərçəkmiş şəxs yaşadığı evə getmiş, üzərində olan alətlə mətbəxin pəncərəsini açaraq evə daxil olmuş, evin yataq otağındakı dolabın birindən 12100 ABŞ dolları və 2800 manat pul, digər dolabdan müxtəlif qızıl-zinət əşyaları, digər otaqdakı pul kisəsindən 200 manat pul oğurlamış, daha sonra evdən çıxıb Tülü kənd məktəbinin yanına gedərək oğurladığı qızılzinət əşyalarını orada məktəbin hasarının üzərinə, nisbətən çökək yerə qoyub gizlətmiş, oğurladığı pulları isə cibində saxlamış və həmin gün Bakı şəhərinə getmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, üzəri ağ rəngli bəzəkli, qaşlarla bəzədilmiş “V” formalı sarı rəngli metaldan hazırlanmış 1 cüt sırğa, üzəri qaşlarla bəzədilmiş, adi parıltılı metaldan hazırlanmış dairə formalı sırğanın bir tayı, üzəri qaşlarla bəzədilmiş sarı rəngli metaldan hazırlanmış “C” formalı sırğanın bir tayı, üzəri qaşlarla bəzədilmiş sarı rəngli metaldan hazırlanmış sırğanın bir tayı, üzəri qaşlarla bəzədilmiş sarı rəngli metaldan hazırlanmış ürək formalı 1 cüt sırğa və üzəri qaşlarla bəzədilmiş sarı rəngli metaldan hazırlanmış 1 cüt sırğa iş üçün sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür. Baxış və götürmə zamanı texniki vasitələrdən – mobil telefondan istifadə edilmişdir. Baxış və götürmə günəşli havada, təbii işıqlandırma şəraitində aparılmışdır. Baxış və götürmə zamanı iştirakçılar tərəfindən heç bir irad, təklif irəli sürülməmiş, protokol düzgün tərtib edilmiş, ucadan oxunmuş, düzgünlüyü imzalarla təsdiq olunmuşdur. İşin 1-ci cild 125-131-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş 09 dekabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 16:10 dəqiqədən saat 16:51 dəqiqəyədək olan müddət ərzində iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. İş üzrə Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması zamanı bildirmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tək yaşadığını, sonuncunun 03 dekabr 2022-ci il tarixdə şadlıq sarayına toy məclisinə gedəcəyini bildiyi üçün Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etmək qərarına gəlmiş, 03 dekabr 2022-ci il tarixdə təxminən saat 20 radələrində yaşadığı evdən motorlu mişarın sepini bərkitmək üçün kustar üsulla vintaçandan hazırlanmış aləti götürüb Zərərçəkmiş şəxs evinə getmiş, üzərində olan alətlə mətbəxin pəncərəsini açıb evə daxil olmuş, oradan da yataq otağına daxil olaraq dolabın 2-ci siyirməsində olan 12100 ABŞ dolları pulu, 2800 manat pulu, həmin yataq otağında çarpayının yanında olan dolabın 1-ci siyirməsindən 03 cüt sırğa və 03 ədəd sırğa tayı, həmçinin digər yataq otağında olan pul kisəsinin içərisindəki 200 manat pulu oğurlamışdır. Təqsirləndirilən şəxs evə necə daxil olduğunu, içərisindən pul və qızıl-zinət əşyaları oğurladığı dolabları, həmçinin evdə olan əşya sandığını əyani şəkildə göstərərək bildirmişdir ki, evdən qeyd etdiyi pul və qızıl-zinət əşyalarını oğurladıqdan sonra sandığı açıb içərisinə baxmış, lakin sandığın içərisindən hər hansı dəyərli əşya və ya pul tapmamışdır. Bundan sonra sandığı bağlayaraq evdən çıxıb getmişdir. Həmin vaxt üzərində olan alətin evin içərisində düşdüyünü anlamış, lakin buna görə geri qayıtmamış, oradan çıxıb getmişdir. Daha sonra Tülü kəndi ərazisində yerləşən köhnə məktəbin yanına gedərək evdən oğurladığı qızılzinət əşyalarını orada hasarın üzərində gizlətmişdir. Daha sonra Bakı şəhərinə gedərək evdən oğurladığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Balakən RPŞ-nin MSY-nin konvoy polis nəfəri, polis serjantı X13 iştirak etmişdir. Protokol düzgün tərtib edilmiş, ucadan oxunmuş, əlavələr, düzəlişlər və ya qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı texniki vasitələrdən – mobil telefondan istifadə edilmiş və protokola əlavə edilməsi üçün 08 ədəd fotoşəkil çəkilmişdir. İşin 1-ci cild 141-143-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş 13 dekabr 2022-ci il tarixdə tərtib edilmiş “əşyanın tanınmaya təqdim edilməsi” haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi, üzəri qaşlarla bəzədilmiş və parıltılı metaldan hazırlanmış dairə formalı sırğanın bir tayı, üzəri qaşlarla bəzədilmiş və sarı rəngli metaldan hazırlanmış “C” formalı sırğanın bir tayı, üzəri qaşlarla bəzədilmiş və sarı rəngli metaldan hazırlanmış “V” formalı 1 cüt sırğa, üzəri qaşlarla bəzədilmiş və sarı rəngli metaldan hazırlanmış ürək formalı 1 cüt sırğa, üzəri qaşlarla bəzədilmiş və sarı rəngli metaldan hazırlanmış gül formalı sırğanın bir tayı, üzəri qaşlarla bəzədilmiş və sarı rəngli metaldan hazırlanmış dairəvi formalı 1 cüt sırğa eyni növdən olan nömrələnmiş vəziyyətdə əşyalar arasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim olunmuşdur. Tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim edilən əşyaları nəzərdən keçirib bildirmişdir ki, üzəri svarovski qaşları ilə bəzədilmiş və adi parıltılı metaldan hazırlanmış dairə formalı sırğanın bir tayı, üzəri svarovski qaşları ilə bəzədilmiş və adi sarı rəngli metaldan hazırlanmış “C” formalı sırğanın bir tayı, üzəri adi qaşlarla bəzədilmiş və adi sarı rəngli metaldan hazırlanmış “V” formalı 1 cüt sırğa, üzəri adi qaşlarla bəzədilmiş və 585 əyarlı təxminən 1,0 qram çəkidə sarı rəngli qızıl metaldan hazırlanmış ürək formalı 1 cüt sırğa, üzəri briliyant qaşlarla bəzədilmiş və 583 əyarlı təxminən 3,0 qram çəkidə sarı rəngli qızıl metaldan hazırlanmış gül formalı sırğanın bir tayı, üzəri briliyant qaşlarla bəzədilmiş və təxminən 7,5 qram çəkidə 583 əyarlı sarı rəngli qızıl metaldan hazırlanmış dairəvi formalı 1 cüt sırğa ona məxsusdur, o, 03 dekabr 2022-ci il tarixdə şadlıq evində toy məclisində olan zaman həmin qızıl-zinət əşyaları onun yaşadığı evdən oğurlanmışdır. İşin 1-ci cild 224-227-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Kompleks məhkəmə-əmtəəşunaslıq və kimyəvi ekspertizasının 23 dekabr 2022-ci il tarixli 6/7076-9/9117 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: -1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü – üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 7,36 qramdır, qaşları brilyantdır, 14 ədədinin hər birinin ölçüsü 0,030 karat, 4/3 keyfiyyətlidirlər – 928,0 manat; -1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa tayı – üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 3,70 qramdır, qaşları brilyantdır, 9 ədədinin hər birinin ölçüsü 0,030 karat, 3/3 keyfiyyətlidirlər, qırıntı hesab olunur – 403,0 manat; -1 ədəd sarı rəngli metaldan, ürək formalı elementi üzərində ağ şəffaf qaşları olan sırğa cütü – üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1,49 qramdır, qaşları qiymətli qaşlara aid deyil – 127,0 manat; -1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları və ağ əngli hissəsi olan sırğa cütü – metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 2,31 qramdır, qaşları qiymətli qaşlara aid deyil – 10,0 manat; -1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa tayı – metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 2,37 qramdır, qaşları qiymətli qaşlara aid deyil, qırıntı hesab olunur – 4,0 manat; -1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa tayı – metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 2,66 qramdır, qaşları qiymətli qaşlara aid deyil, qırıntı hesab olunur – 5,0 manat; -Təqdim olunmayan 01 ədəd adi sarı rəngli metaldan hazırlanmış Casio markalı qadın qol saatı – 110,0 manat. -Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən tədqiqata təqdim olunmuş məmulatların 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1477,0 manat müəyyən edilir. Təqdim olunmayan 01 ədəd sarı rəngli metaldan hazırlanmış Casio markalı qadın qol saatının 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə dəyəri 110,0 manat müəyyən edilir. İşin 2-ci cild 1-22-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda göstərilmişdir ki, “ zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs evindən oğurlanmış qızıl-zinət əşyalarının dəyəri ilə bağlı ifadəsində göstərdiyi məbləğlərlə ekspert rəyində göstərilən məbləğlər fərqlilik təşkil edir. Odur ki, ekspert rəyində göstərilən məbləğlərin 2022-ci ilin dekabr ayına olan orta bazar qiymətinə əsasən hesablanması nəzərə alınsın və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs evindən oğurlanmış qızıl-zinət əşyalarının dəyəri ilə bağlı ifadəsində göstərdiyi məbləğlər əsas götürülsün”. İşin 1-ci cild 81-83-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 08 dekabr 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 08 dekabr 2022-ci il tarixdə saat 10:205-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cümaddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cild 135-138-cı vərəqələrində olan Balakən Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 4(019)-70/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir, həbs etmənin əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İşin 1-ci cild 179-780-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Umudov X11 Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 1-ci cild 172-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən RİHB-nın Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 13 dekabr 2022-ci il tarixli 1127 nömrəli arayışından görünür ki, Umudov X11 rayonu Tülü kəndində qeydiyyatdadır. İşin 1-ci cild 173-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən RİHB-nın Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 13 dekabr 2022-ci il tarixli 1128 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində anası, bacısı və qardaşı vardır. İşin 1-ci cild 174-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən RİHB-nın Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. İşin 1-ci cild 187-196-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli 1(019)-25/2020 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 1-ci cild 222-223-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 7(075)-244/2021 nömrəli qərarınının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən, Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 noyabr Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 7 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılmışdır. İş materiallarına əlavə edilmiş X4 28 fevral 2023-cü il tarixli, 3-16-17/33/2-1032/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs , ona Balakən Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından, cəzanın sonu ilə- xx.xx.2022-ci il tarixdə azad olunmuşdur. Məhkəmə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər-Şahid1, X1, Şahid4 və Şahid5 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə saxlanc yeri olan yaşayış sahəsinə daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində, özgənin əmlakının xeyli miqdarda talanmasına görə isə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir , həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətlərin törədilməsində təqsirlidir, onların cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur,təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur. Onun cəzasını ağırlaşdıran hal CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residividir. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi Umudov X11 Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdlan məhrum etmə cəzasına məhkum edilmiş, o, 03 yanvar 2022-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad edilmişdir. O,cəzadan azad edildiyi vaxtdan iki il keçmədən, yəni məhkumluğu ödənmədən hazırkı cinayət əməlini törətdiyindən onun hazırkı əməli cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-65.2-ci maddələrinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmamasını, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə, Cinayət Məcəlləsinin 65.1-65.2-ci maddələrinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 07 dekabr 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz ) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN**********; AZ34CTRE********************, X5, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Balakən rayon Polis Şöbəsində saxlanılan, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı evə baxış və götürmə aparılan zaman sandığın içərisindən aşkar edilərək götürülmüş 01 ədəd vintaçandan kustar üsulla hazırlanmış alət hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 1 ədəd sarı-gümüşü rəngli 583 əyarlı qızıl metaldan hazırlanmış, üzərində hər birinin ölçüsü 0,030 karat olmaqla 14 ədəd 4/3 keyfiyyətli brilyant qaşları olan 7,36 qram çəkidə sırğa cütü, 1 ədəd sarı-gümüşü rəngli 583 əyarlı qızıl metaldan hazırlanmış, üzərində hər birinin ölçüsü 0,030 karat olmaqla 9 ədəd 3/3 keyfiyyətli qırıntı hesab olunan brilyant qaşları olan 3,70 qram çəkidə sırğa tayı, 1 ədəd sarı rəngli 585 əyarlı qızıl metaldan hazırlanmış, ürək formalı elementi üzərində qiymətli qaşlara aid olmayan ağ şəffaf qaşları olan 1,49 qram çəkidə sırğa cütü, 1 ədəd sarı rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində qiymətli qaşlara aid olmayan ağ şəffaf qaşları və ağ rəngli hissəsi olan 2,31 qram çəkidə sırğa cütü, 1 ədəd sarı rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində qiymətli qaşlara aid olmayan və qırıntı hesab olunan ağ şəffaf qaşları olan 2,37 qram çəkidə sırğa tayı və 1 ədəd gümüşü rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində qiymətli qaşlara aid olmayan və qırıntı hesab olunan ağ şəffaf qaşları olan 2,66 qram çəkidə sırğa tayının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs özgəninkiləşdirilməməsi şərti ilə, saxlamaq üçün verilməsi nəzərə alınmalı, həmin qızıl- zinət əşyaları üzərində hər cür sərəncam vermək hüququ ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalıdır. Mülki iddia ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-179.2-ci maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2022-ci il tarixdə saat 20 radələrində Balakən rayonu Tülü kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin ön sağ tərəfindəki plastik pəncərəni vintaçandan kustar üsulla hazırlanmış alətlə açaraq evə daxil olub dəhlizin sağ tərəfində yerləşən yataq otağındakı dolabın 2-ci siyirməsində sellofan paketin içərisində saxlanılan 12100 ABŞ dolları pulu, yəni Azərbaycan manatına nisbətdə 20570 manat məbləğində nağd pulu və 2800 manat məbləğində nağd pulu, həmin otaqdakı digər dolabın 1-ci siyirməsində saxlanılan 1 ədəd sarı-gümüşü rəngli 583 əyarlı qızıl metaldan hazırlanmış, üzərində hər birinin ölçüsü 0,030 karat olmaqla 14 ədəd 4/3 keyfiyyətli brilyant qaşları olan 7,36 qram çəkidə 1000,0 manat dəyərində sırğa cütünü, 1 ədəd sarı-gümüşü rəngli 583 əyarlı qızıl metaldan hazırlanmış, üzərində hər birinin ölçüsü 0,030 karat olmaqla 9 ədəd 3/3 keyfiyyətli qırıntı hesab olunan brilyant qaşları olan 3,70 qram çəkidə 500,0 manat dəyərində sırğa tayını, 1 ədəd sarı rəngli 585 əyarlı qızıl metaldan hazırlanmış, ürək formalı elementi üzərində qiymətli qaşlara aid olmayan ağ şəffaf qaşları olan 1,49 qram çəkidə 70,0 manat dəyərində sırğa cütünü, 1 ədəd sarı rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində qiymətli qaşlara aid olmayan ağ şəffaf qaşları və ağ rəngli hissəsi olan 2,31 qram çəkidə 5,0 manat dəyərində sırğa cütünü, 1 ədəd sarı rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində qiymətli qaşlara aid olmayan və qırıntı hesab olunan ağ şəffaf qaşları olan 2,37 qram çəkidə 90,0 manat dəyərində sırğa tayını, 1 ədəd gümüşü rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində qiymətli qaşlara aid olmayan və qırıntı hesab olunan ağ şəffaf qaşları olan 2,66 qram çəkidə 100,0 manat dəyərində sırğa tayını və 01 ədəd adi sarı rəngli metaldan hazırlanmış 110,0 manat dəyərində Casio markalı qadın qol saatını, həmçinin dəhlizin baş tərəfində yerləşən digər yataq otağında olan pul kisəsinin içərisində saxlanılan 200 manat nağd pulu saxlanc yerinə, yəni yaşayış sahəsinə daxil olmaqla, tamah niyyəti ilə gizli olaraq talayıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 25445 (iyirmi beş min dörd yüz qırx beş) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. İddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı vurulmuş ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona dəymiş 23500 (iyirmi üç min beş yüz) manat maddi ziyanın alınaraq ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqunu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə işin hallarını, Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs 25445 manat dəyərində əmlakını gizli yolla oğurlamasını, bu əmlaklardan 1765 manat dəyərində qızılzinət əşyalarının maddi sübut kimi götürülüb saxlanması üçün Zərərçəkmiş şəxs verilməsini, 23680 manat ziyanın ödənməməsini, mülki iddiaçı Zərərçəkmiş şəxs ziyana görə 23500 manat tələb etməsini, cavabdehin mülki iddianın təmin edilməsinə etirazının olmamasını nəzərə alaraq hesab edir ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs dəymiş ziyana görə 23500 (iyirmi üç min beş yüz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənməlidir. Həmçinin iddiaçı Zərərçəkmiş şəxs tərəfindən ödənmiş 165 manat dövlət rüsumu xərci Təqsirləndirilən şəxs tutulub iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, “KAPİTALBANK” X15 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 3 (üç) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Çəzaçəkmə müddətinin əvvəli 07 dekabr 2022ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN**********; AZ34CTRE********************, X5, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Balakən rayon Polis Şöbəsində saxlanılan, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı evə baxış və götürmə aparılan zaman sandığın içərisindən aşkar edilərək götürülmüş 01 ədəd vintaçandan kustar üsulla hazırlanmış alət hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 1 ədəd sarıgümüşü rəngli 583 əyarlı qızıl metaldan hazırlanmış, üzərində hər birinin ölçüsü 0,030 karat olmaqla 14 ədəd 4/3 keyfiyyətli brilyant qaşları olan 7,36 qram çəkidə sırğa cütü, 1 ədəd sarı-gümüşü rəngli 583 əyarlı qızıl metaldan hazırlanmış, üzərində hər birinin ölçüsü 0,030 karat olmaqla 9 ədəd 3/3 keyfiyyətli qırıntı hesab olunan brilyant qaşları olan 3,70 qram çəkidə sırğa tayı, 1 ədəd sarı rəngli 585 əyarlı qızıl metaldan hazırlanmış, ürək formalı elementi üzərində qiymətli qaşlara aid olmayan ağ şəffaf qaşları olan 1,49 qram çəkidə sırğa cütü, 1 ədəd sarı rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində qiymətli qaşlara aid olmayan ağ şəffaf qaşları və ağ rəngli hissəsi olan 2,31 qram çəkidə sırğa cütü, 1 ədəd sarı rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində qiymətli qaşlara aid olmayan və qırıntı hesab olunan ağ şəffaf qaşları olan 2,37 qram çəkidə sırğa tayı və 1 ədəd gümüşü rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində qiymətli qaşlara aid olmayan və qırıntı hesab olunan ağ şəffaf qaşları olan 2,66 qram çəkidə sırğa tayının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs özgəninkiləşdirilməməsi şərti ilə, saxlamaq üçün verilməsi nəzərə alınsın, həmin qızılzinət əşyaları üzərində hər cür sərəncam vermək hüququ ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş ziyana görə 23500 (iyirmi üç min beş yüz) manat, dövlət rüsumu xərcinə görə 165 manat, cəmi 23665 (iyirmi üç min altı yüz altmış beş) manat məbləğində pul vəsaiti tutulub iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, “KAPİTALBANK” X15 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar