Məhkəmə qərarları › İş №1(019)-44/2020

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-44/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-44/2020 01.12.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçilər-fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) və X19 oğlunun iştirakı ilə xx.xx.1971-ci il tarixdə Gürcüstan Respublikasının Laqodexi rayonunda anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 05 ay 04 gün cəzadan vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulan günə kimi həmin ünvanda daimi yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, haqqında olan başqa cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş - Əlləzov Ziyadxan Cəlil oğlunun (Zıatkhan Allazovun) və xx.xx.1986-ci il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Balakən şəhəri, Əli Ansuxski küçəsi, ev 1, mənzil 24 ünvanında qediyyatda olmaqla tutulan günə kimi həmin ünvanda daimi yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) satış məqsədi olmadan, qəsdən, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, o, 2019-cu ilin noyabr ayının sonu dekabr ayının əvvəllərində yaşadığı evin yaxınlığındakı dağlıq sahədə yabanı halda bitən narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrini toplayıb, qurudaraq, satış məqsədi olmadan, qəsdən, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 8,38 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, daşıyaraq, əynindəki gödəkcənin cibində saxlamışdır. xx xxxxx 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) Balakən RPŞ-yə dəvət edilərək, həmin tarixdə, saat 20 radələrində şübhəli şəxs qismində tutulub, üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcənin sol yan cibindən həmin 1 ədəd sellofan bükümdə 8,38 qram kustar üsulla hazırlanmış olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs X11 məqsədi olmadan, qəsdən, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, o, 2019-cu ilin iyul ayında Balakən çayının Balakən şəhərindən keçən hissəsində meşəlik sahədə yabanı halda bitən narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrini toplayıb, qurudaraq, satış məqsədi olmadan, qəsdən, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 5,77 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, daşıyaraq, əynindəki şalvarın cibində saxlamışdır.xx xxxxx 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində X5 RPŞyə dəvət edilərək, həmin tarixdə, saat 23 radələrində şübhəli şəxs qismində tutulub, üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən həmin 1 ədəd kibrit qutusunda 5,77 qram kustar üsulla hazırlanmış olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş, sonuncu dəfə Şəki Apelyasiya Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin xx.xx.2019-cu il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə 5 ay 4 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir. Hal-hazırda məhkumluğu ödənilməmişdir. 2015-ci ildən narkotik vasitədən istifadə edir, lakin daimi istifadəçisi deyildir. İbtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2019-cu ilin noyabr ayının sonu, dekabr ayının əvvəllərində yaşadığı evin yaxınlığında olan dağ sahəsinə mal-qarasını otarmaq üçün getdiyi zaman dağda kolun kənarında olan meşə sahəsində yabanı halda bitmiş 01 ədəd çətənə bitkisi kolu görmüş, narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün buna görə də həmin ağacın üzərində olan hissələrini özü üçün çəkib istifadə etmək üçün yığmış, daha sonra həmin bir ədəd yabanı halda bitmiş çətənə bitkisinin üzərindən yığdığı bitkini meşə sahəsində daşlıq yerdə sərərək, qurutmuş, həmin bitki kütləsi narkotik vasitə olan qurudulmuş marixuananı qurutduqdan sonra 1 ədəd sellofan bükümə yığmış və üzərində çəkib istifadə etmək üçün saxlamış, lakin həmin narkotik vasitədən çəkib istifadə etməmiş, həmin narkotik vasitə olan qurudulmuş marixuana özünə məxsus olan gödəkçənin cibində qalmış və polisdə aparılan axtarış zamanı cibində tapılmışdır. Əslində isə ibtidai istintaqda dedikləri həqiqətə uyğun deyildir. Belə ki, xx.xx.2020-ci il tarixdə, saat 15 rədələrində yaşadığı evin həyətində olan altıaçıqda tanışları Qəhrəman Bayramov, Şahid1, Elçin Əliyevlə birlikdə oturub çörək yeməyə başladıqları zaman polis əməkdaşları həyətinə gəlmiş, həyətdə polis əməkdaşı onun cibinə kokos qoymuş, sonra isə «tapdım, rəis» deyə qışqırmışdır. Sonradan polis şöbəsində kokosu dəyişdirərək, cibinə qurudulmuş marixuana qoymuşlar. O da bununla razılaşmışdır. Artıq 5-6-cı dəfədir ki, bu işi edirlər. xx xxxxxx 2020-ci il tarixdə polisdən prokuora şikayət etmiş, bundan sonra polis əməkdaşları iki dəfə onun evinə gəlmişlər. Polis əməkdaşları Elçini də onun həyətində yoxlamış, Elçində də heç bir narkotik vasitə aşkarlanmamışdır. Onun cibinə qurudulmuş marixuananı polis şöbəsində polis əməkdaşları qoymuşlar. Onu şöbəyə aparanda polis əməkdaşları ona təzyiq etmişlər. Onun heç bir təqsiri yoxdur. Üstündə axtarış aparılanda vəkil iştirak etmiş və videoçəkiliş olmuşdur. Polislərin ona təzyiq etməsi barədə prokurora şikayət etməmişdir. O, uzun müddətdir, yəni beş ildən çoc-çox artıqdır ki, Azərbaycanda yaşayır. Himayəsində bir yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşı olan uşaq vardır. Haqqında qanuni qərarın çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X34 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, evli olmuş, lakin sonradan boşanmışdır, azyaşlı qızı X25 aliment ödəyir. Bir ildir ki, müxtəlif vaxtlarda narkotik vasitə olan marixuanadan istifadə edir, lakin daimi istifadəçisi deyildir. 2019-cu ilin iyul ayının axırlarında Balakən çayının kənarında olan meşə sahəsində yabanı halda bitmiş 02 ədəd çətənə bitkisi kolu görmüşdür. Narkotik vasitə olan marixuanadan istifadə etdiyinə görə həmin ağacın birinin üzərində olan hissələrini özü üçün çəkib istifadə etmək üçün yığmışdır. Lakin hal-hazırda həmin çətənə bitkisinin gördüyü yeri xatırlamır.Həmin bir ədəd yabanı halda bitmiş çətənə bitkisinin üzərindən yığdığı bitkini meşə sahəsinin gün düşən hissəsində quru yerə sərərək, qurutmuş, lakin həmin bitkini yığıb gətirməyi və qurutmağı barədə heç kimə bir söz deməmişdir. Həmçinin həmin bitkinin qurumuş hissələrindən hər hansı bir şəxsə pay olaraq verməmiş və ya satmamış, satmaq fikri də olmamışdır. Çətənə bitkisini qurutmaqda məqsədi özü çəkib istifadə etmək olmuşdur. Narkotik vasitə marixuananın az bir hissəsini çəkib istifadə etmişdir.Həmin bitki kütləsi narkotik vasitə olan qurudulmuş marixuananı qurutduqdan sonra 1 ədəd kibrit qutusuna yığmış və çəkib istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2020-ci il tarixdə əvvəldən tanıdığı Şahid1la birlikdə spirtli içki olan araq içmişlər. Sonra isə Şahid1la birlikdə Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) evinə çatdıqda orada əvvəldən tanıdıqları Qəhrəman Bayramovun da orada olduğunu görmüşdür. Onların Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) evinə getməkdə məqsədləri Ziyadxanın evində oturub, çay içmək və çörək yemək olmuşdur. Başqa bir məqsədləri isə olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) evinə getdiyi zaman onun üzərində kibrit qutusunda saxladığı narkotik vasitə olan qurudulmuş marixuana da olmuşdur. Lakin həmin narkotik vasitənin üzərində olması barədə heç kimə bildirməmişdir. Onlar Ziyadxanın evində yenicə oturmuşlar ki, həmin vaxt polis əməkdaşları Ziyadxanın yaşadığı evin yol qapısından Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovu) çağırmış, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) onlara yaxınlaşdıqda, polis əməkdaşları Ziyadxana, həmçinin həyətdə altıaçıqın altında oturan ona, Qəhrəman Bayramova və Şahid1 üzərlərində narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirmişlər. Buna görə də onları Balakən Rayon Polis Şöbəsinə dəvət etmişlər. Daha sonra polis şöbəsində vəkillərin siyahısından seçmiş olduğu Balakən rayonunda fəaliyyət göstərən müdafiəçisi Müdafiəçi2 və digər polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı əynindəki şalvarın qabaq sağ cibindən 1 ədəd kibrit qutusunda saxlamış olduğu narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları üzərində olan narkotik vasitə olan marixuananı kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkmiş, həmin 1 ədəd kibrit qutusunda saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi 8,53 qram gəlmişdir. Bundan sonra həmin narkotik vasitə olan qurudulmuş marixuana 1 ədəd ağ zərfə qoyularaq, möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Bundan başqa üzərindən heç nə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları onun yaşadığı evə baxış keçirmişlər. Həmçinin baxış keçirilməsi barədə qərar ona elan edilmişdir. O isə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə də vermişdir. Üzərində şəxsi axtarış aparılarkən və yaşadığı evə baxış keçirilərkən fasiləsiz videoçəkilişdən istifadə edilmişdir. Yaşadığı evə baxış keçirlən zaman evdən hər hansı bir qanunsuz saxlanılan əşya və ya başqa maddə aşkar edilməmişdir. Daha sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından, digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Narkotik vasitə olan marixuana çəkir, lakin mütəmadi olaraq istifadə etmir. Məhkəmə-bioloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 17/217 nömrəli rəyindən sonra üzərində saxladığı və polis əməkdaşlarına təqdim etdiyi qurudulmuş marixuananın təmiz çəkisinin 5,77 qram olması ona məlum olmuşdur. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasında şahid qismində dindlirmlmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən rayon Təhsil Şöbəsinin metodisti vəzifəsində işləyir.Əvvəllər məhkum edilməmişdir.xx xxxxx 2020-ci ildə Balakən şəhər sakini X34 ilə birlikdə spirtli içki olan araq işmişlər. Sonra isə Elçin Əliyevlə tanışları olan Balakən şəhərində yaşayan Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) evinə qonaq getmişlər. Elçinlə Ziyadxanın (Zıatkhan Allazovun) həyətinə girdikdə, orada X7 Təqsirləndirilən şəxs1la (Zıatkhan Allazovla) söhbət etdiyini görmüşlər. Sonra isə Təqsirləndirilən şəxs1, (Zıatkhan Allazov) Qəhrəman Bayramov və Elçin Əliyevlə birlikdə çörək yemək üçün oturmuşlar. Həmin vaxt polis əməkdaşları Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovu) onun yol qapısından çağırmış, sonra isə Ziyadxanla birlikdə həyətə daxil olaraq, polis əməkdaşları onu, Qəhrəman Bayramovu, Elçin Əliyevi və Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) özünü polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində o, şübəhli şəxs qismində tutulmuşdur.Bundan sonra ona təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil X12 iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərində narkotik vasitə, yaxud qadağan edilmiş əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır.xx xxxxx 2020-ci ildə onun Balakən rayonu Tülü kəndində yaşadığı evə baxış keçirilməsi barədə qərar ona elan edilmiş, o, baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə də vermişdir. Həmin tarixdə onun öz könüllü razılığı və iştirakı ilə yaşadığı evə baxış keçirilmiş, baxış zamanı yaşadığı evdən narkotik vasitə, yaxud qadağan edilmiş əşya aşkar edilməmişdir. Narkotik vasitələrdən istifadə etmir. Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) evinə qonaq getmiş, həmçinin Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun), Qəhrəman Bayramovun və Elçin Əliyevin üzərində narkotik vasitə- qurudulmuş marixuana olmasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə ünvan 3 ünvanında daimi yaşayan Gürcüstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) yaşadığı evə bir qrup şəxsin üzərində gəzdirdikləri narkotik vasitələr ilə gələcəkləri və onun evində qəbul edəcəkləri barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat polis əməkdaşları tərəfindən yoxlanılarkən Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) həyətində onun özünün, vətəndaşlar Şahid1, X7 və X19 olması müəyyən edilmişdir. Həmin şəxslər polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilmişlər. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) şübhəli şəxs qismində tutularaq, onun Balakən və Zaqatala rayonlarında fərdi fəaliyyət göstərən vəkillərin siyahısından dövlət hesabına seçmiş olduğu vəkil Müdafiəçi1 iştirakı ilə saat 20 radələrində üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) üzərində şəxsi axtarış aparılarkən təhqiqatçı X35 Əlləzovdan (Zıatkhan Allazovdan) üzərində narkotik vasitə, yaxud qadağan olunmuş əşya olub-olmaması barədə soruşmuş, həmçinin əgər narkotik vasitə, yaxud qadağan edilmiş əşya vardırsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) üzərində narkotik vasitə marixuanana saxladığını bildirərək, əyindəki gödəkçənin cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini təqdim etmişdir. Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzi vasitəsilə çəkilərkən çəkisinin 8,39 qram olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) narkotik vasitədən istifadə etdiyini, yaşadığı evin yaxınlığında olan dağ səhəsinə mal-qarasını otarmaq üçün getdiyi zaman orada bir ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisi ağacı gördüyünü, həmin ağacın üzərindən yığaraq, qurutduğunu və öz şəxsi sitifadəsi üçün gödəkçəsinin cibində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi ağ rəngli kağız zərfə qoyularaq, qablaşdırılaraq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Daha sonra isə təhqiqatçı Natiq Muradov tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa xx xxxxx 2020-ci il tarixdə, saat 12 radələrində X7 yaşadığı evə onun özünün, həmçinin polis əməkdaşlarının və müdafiəçisi X20 iştirakı ilə baxış keçirilmişdir. X13 da baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək, bu barədə Balakən Rayon Polis Şöbəsinə ərizə də vermişdir. Baxış zamanı X7 yaşadığı evdən narkotik vasitə, yaxud qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra isə təhqiqatçı tərəfindən baxış keçirilməsinə dair protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. xx xxxxx 2020-ci il tarixdə, saat 13 radələrində isə X19 yaşadığı evə onun özünün, həmçinin polis əməkdaşlarının və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə baxış keçirilmişdir. X34 da baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək, bu barədə Balakən Rayon Polis Şöbəsinə ərizə də vermişdir. Baxış zamanı X19 yaşadığı evdən narkotik vasitə, yaxud qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən baxış keçirilməsinə dair protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin xx xxxxx 2020-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) yaşadığı evə onun özünün, polis əməkdaşlarının və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) da baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək, bu barədə Balakən Rayon Polis Şöbəsinə ərizə də vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) yaşadığı evdən narkotik vasitə, yaxud qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra isə təhqiqatçı tərəfindən baxış keçirilməsinə dair protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin axtarış üzrə əməliyyat müəvəkkili X3 da Şahid4 ifadəsində göstərdiklərini təsdiq edərək, onun ifadəsinin məzmununa uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinin növbətçisi Şahid6 oğlu ifadəsində göstərdi ki,xx xxxxx 2020-ci ildə ünvan 4 ünvanında daimi yaşayan Gürcüstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) yaşadığı evə bir qrup şəxsin üzərində gəzdirdikləri narkotik vasitələr ilə gələcəkləri və Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) evində qəbul edəcəkləri barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat polis əməkdaşları tərəfindən yoxlanılarkən Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) həyətində onun özünün, vətəndaşlar Şahid1, X7 və X19 olması müəyyən edilmişdir. Həmin şəxslər polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. xx xxxxx 2020-ci il tarixdə, saat 12 radələrində X7 yaşadığı evə onun özünün, həmçinin polis əməkdaşlarının və müdafiəçisi X20 iştirakı ilə baxış keçirilmişdir. X13 da baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək, bu barədə polisə ərizə də vermişdir. Baxış zamanı X7 yaşadığı evdən narkotik vasitə, yaxud qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra isə təhqiqatçı tərəfindən baxış keçirilməsinə dair protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. xx xxxxx 2020-ci il tarixdə, saat 13 radələrində isə X19 yaşadığı evə onun özünün, həmçinin polis əməkdaşlarının və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə baxış keçirilmişdir. X45 oğlu da baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək, bu barədə Balakən Rayon Polis Şöbəsinə ərizə də vermişdir. Baxış zamanı X19 yaşadığı evdən narkotik vasitə, yaxud qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən baxış keçirilməsinə dair protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin xx xxxxx 2020-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) yaşadığı evə onun özünün, polis əməkdaşlarının və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 oğlu (Zıatkhan Allazov) da baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək, bu barədə Balakən Rayon Polis Şöbəsinə ərizə də vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) yaşadığı evdən narkotik vasitə, yaxud qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra isə təhqiqatçı tərəfindən baxış keçirilməsinə dair protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, Şahid2 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci ildə ünvan 4 ünvanında daimi yaşayan Gürcüstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) yaşadığı evdə bir qrup şəxsin üzərində gəzdirdikləri narkotik vasitələr ilə gələcəkləri və evində qəbul edəcəkləri barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat polis əməkdaşları tərəfindən yoxlanılarkən Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) həyətində onun özünün, vətəndaşlar Şahid1, X7 və X19 olması müəyyən edilmişdir. Həmin şəxslər polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. xx xxxxx 2020-ci il tarixdə, saat 23 radələrində X19 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı X19 Balakən-Zaqatala rayonlarında fəaliyyət göstərən vəkillərin siyahısından seçdiyi və dövlət hesabına dəvət edilmiş vəkil Müdafiəçi2 iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Natiq Muradov tərəfindən X19 üzərində narkotik vasitə, yaxud qadağan edilmiş əşya olub-olmaması soruşulmuş, əgər narkotik vasitə, yaxud qadağan edilmiş əşya vardırsa, təqdim etməsini təklif etmişdir. Bu zaman Elçin Əliyev üzərində narkotik vasitə marixuana olduğunu bildirərək, əynindəki şalvarın cibindən bir ədəd kibrit qutusunu çıxararaq, təqdim etmişdir. Həmin kibrit qutusunun içərisində narkotik vasitə marixuanaya oxşar qurudulmuş bitki kütləsinin olması müəyyən edilmişdir. X38 şifahi sorğu zamanı 2019-cu ilin iyul ayının sonlarında Balakən çayının kənarında olan meşə sahəsində iki ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisi ağacları gördüyünü, həmin ağacların birinin üzərində olan bitkini yığaraq, öz şəxsi isitfadəsi üçün kibrit qutusunun içərisinə yığaraq, üzərində saxladığını bildirmişdir. X19 təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzi vasitəsilə çəkilərkən çəkisinin 8,53 qram olması müəyyən edilmişdir. Daha sonra Elçin Əliyevin təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixunanaya oxşar bitki kütləsi ağ rəngli kağız zərfə qoyularaq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı təhqiqatçı Natiq Muradov tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol təhqiqatçı tərəfindən ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında çağırış vərəqəsi ilə xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Şahid3 məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid3 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan Balakən Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi Şahid3 ifadəsində göstərdi ki,xx xxxxx 2020-ci ildə ünvan 3 ünvanında daimi yaşayan Gürcüstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) yaşadığı evdə bir qrup şəxsin üzərlərində gəzdirdikləri narkotik vasitələr ilə gələcəkləri və Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) evində qəbul edəcəkləri barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat polis əməkdaşları tərəfindən yoxlanılarkən Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) həyətində onun özünün, vətəndaşlar Şahid1, X7 və X19 olması müəyyən edilmişdir. Həmin şəxslər polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Daha sonra xx xxxxx 2020-ci il tarixdə, saat 23 radələrində X19 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Balakən-Zaqatala rayonlarında fəaliyyət göstərən vəkillərin siyahısından seçdiyi və dövlət hesabına dəvət edilmiş vəkil Müdafiəçi2 iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Natiq Muradov tərəfindən X19 üzərində narkotik vasitə, yaxud qadağan edilmiş əşya olub-olmaması soruşulmuş, əgər narkotik vasitə, yaxud qadağan edilmiş əşya vardırsa, təqdim etməsini təklif etmişdir. Bu zaman Elçin Əliyev üzərində narkotik vasitə marixuana olduğunu bildirərək, əynindəki şalvarın cibindən bir ədəd kibrit qutusunu çıxararaq, təqdim etmişdir. Həmin kibrit qutusunun içərisində narkotik vasitə marixuanaya oxşar qurudulmuş bitki kütləsinin olması müəyyən edilmişdir. X38 şifahi sorğu zamanı 2019-cu ilin iyul ayının sonlarında Balakən çayının kənarında olan meşə sahəsində iki ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisi ağacları gördüyünü, həmin ağacların birinin üzərində olan bitkini öz şəxsi istifadəsi üçün kibrit qutusunun içərisinə yığaraq, üzərində saxladığını bildirmişdir. X19 təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzi vasitəsilə çəkilərkən çəkisinin 8,53 qram olması müəyyən edilmişdir. Daha sonra Elçin Əliyevin təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixunanaya oxşar bitki kütləsi ağ rəngli kağız zərfə qoyularaq, möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı təhqiqatçı Natiq Muradov tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol təhqiqatçı tərəfindən ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. xx xxxxx 2020-ci il tarixdə isə gecə saat 00 rədələrində Şahid1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid1 müdafiəçisi kimi Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən vəkillərin siyahısından seçdiyi dövlət hesabına dəvət edilmiş vəkili X12 iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Natiq Muradov tərəfindən Şahid1 üzərində narkotik vasitə, yaxud hər hansı qeyri-qanuni əşya olub-olmadığını soruşulmuş, Şahid1 isə üzərində narkotik vasitə, həmçinin qeyri-qanuni əşya olmadığını bildirmişdir. Bundan sonra Şahid1 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində narkotik vasitə, yaxud qeyri-qanuni əşya aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış aparılmasına dair təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra xx xxxxx 2020-ci il tarixdə, saat 11 radələrində Şahid1 yaşadığı evə özünün, həmçinin polis əməkdaşlarının və müdafiəçisi X12 iştirakı ilə baxış keçirilmişdir. Şahid1 baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə Balakən Rayon Polis Şöbəsinə ərizə də vermişdir. Baxış zamanı Şahid1 yaşadığı evdən narkotik vasitə, yaxud qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra isə təhqiqatçı tərəfindən baxış keçirilməsinə dair protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İşin İ cild 18-20-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxxx 2020-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolda Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) Balakən RPŞ-yə dəvət edilərək, həmin tarixdə, saat 20 radələrində şübhəli şəxs qismində tutulub, üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcənin sol yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 8,38 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi, həmçinin X7 Balakən RPŞ-yə dəvət edilərək, həmin tarixdə saat 22 radələrində şübhəli şəxs qismində tutulub, üzərində şəxsi axtarış aparılarkən, əynindəki gödəkcənin sol yan cibindən, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 6,78 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın götürülməsi və X19 Balakən RPŞ-yə dəvət edilərək, həmin tarixdə saat 23 radələrində şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən həmin 1 ədəd kibrit qutusunda, təmiz çəkisi 5,77 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi göstərilmişdir. İşin 1-ci cild 102-105-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X30 Bölməsinin xx xxxxx 2020-ci il tarixli, 17/217 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) üzərindən aşkar edilmiş, sözləri və imzalar yazılmış zərfin içərisindəki, 01 ədəd sellofan paketdə təmiz çəkisi 8,38 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində X7 üzərindən aşkar edilmiş, sözləri və imzalar yazılmış zərfin içərisindəki, 01 ədəd sellofan paketdə təmiz çəkisi 6,78 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində X19 üzərindən aşkar edilmiş, sözləri və imzalar yazılmış zərfin içərisindəki, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,77 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 03 (üç) ədəd zərfin içərisindəki 02 (iki) ədəd sellofan paketdə və 01 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar ayrı-ayrılıqda tərkiblərinə görə bir-birlərindən fərqlidirlər İşin 2-ci cild 99-cu vərəqəcində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 382 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovda) narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 2-ci cild 98-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 381 saylı rəyində göstərilmişdir ki, X21 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cild 13-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 10 aprel 2020-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, 10 aprel 2020-ci ildə, saat 20:05-da Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 1-ci cild 49-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 10 aprel 2020-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, 10 aprel 2020-ci ildə, saat 22:50-də X34 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 1-ci cild 217-218-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş xx xxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, onun Balakən RPŞ-nin MSY-dən azad olunması qərara alınmış və qərarın icra edilməsi Balakən RPŞ-yə həvalə edilmişdir. İşin 1-ci cild 221-222-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş xx xxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, X19 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, onun Balakən RPŞ-nin MSY-dən azad olunması qərara alınmış və qərarın icra edilməsi Balakən RPŞ-yə həvalə edilmişdir. İşin 2-ci cild 80-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli,1463 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) Balakən şəhəri, Xalqlar Dostuluğu 3 ünvanında yaşayır, himayəsində işləməyən arvadı, 1999-cu il təvəllüdlü oğlu Elmar, 2003-cü il təvəllüdlü qızı Bahar vardır. İşin 2-ci cild 82-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir yazılı şikayət ərizəsi daxil olmamışdır. İşin 2-ci cild 32-34-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamə üzrə arayışdan və iş materialarından görünür ki, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, X6 xx.xx.2019-cu il tarixli qərarı ilə ona Azərbaycan Respublikası CM-ninin 234.1-ci maddəsti ilə 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, o, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 05 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmişdir. İşin 2-ci cild 64-66-cı vərəqələrindlə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Rəhkəməsininin 09 iyun 2015-ci il tarixli, 1(0019)-2015 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) həmin hökmlə Azərbaycan Respublikası CM-ninin 234.1-ci maddəsti ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 2-ci cild 77-79-cu vərəqələrində olan və məhkəmə icasındla elan olunmaqla tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) həmin hökmlə Azərbaycan Respublikası CM-ninin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudluşdarılması cəzasına məhkum edilmişdir. İşin 2-ci cild 70-72-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.12019-cu il tarixli, 1(107)-127/2019 nömrədli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Cəlil oğlunun (Zıatkhan Allazovun) CM-ninin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsininin 08 yanvar 2018-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, təqsirləndiridlən şəxs X10 (Zıatkhan Allazovun) xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdlır. İşin 2-ci cild 67-69-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Rayon Məhkəməsininin xx.xx.2019-cu il tarixli, 7(075)-276/2019 nömrəli qərarının surətindən görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) cəzadan şərti olaraq 5 ay 4 gün vaxtından əvvəl azad edilmişdir. İşin 2-ci cild 83-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1461 nömrəli arayışdan görünür ki, X5 şəhəri, Ə.Ansuxski küçəsi, bina 1, mənzil 24 ünvanında yaşayır, himayəsində işləməyən anası, bacısı, qardaşı və bacısı qızı vardır. İşin 2-ci cild 85-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə X34 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 2-ci cild 83-cı vərəqəsində olan 05 iyul 2017-ci il tarixli, 2(019)-444/2017 nömrəli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən xx.xx.2017-ci il tarixdən başlayaraq azyaşlı xx.xx.2011-ci il tarixdə anadan olmuş X17 yetkinlik yaşıqna çatana kimi saxlanması üçün cavabdeh X18 hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub, X22 verilməsi qərara alınmışdır. İşin 2-ci cild 35-36-cı vərəqədərində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamə üzrə arayışdan görünür ki, X34 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) və X18 götürülmüş 14,15 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 14,05 qramı maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) və X19 üzərindən götürülmüş narkotik vasitə qurudulmuş marixuananın çəkiləri ilə ekspert rəyində göstərilən çəki fərqinin bir qədər az olması tədbir zamanı götürülmüş maddi sübutlar sellofan paket və kibrit qutusu ilə birlikdə çəkildiyi üçün ekspert rəyində göstərilən çəki fərqini verməsi və təqsirləndirilən şəxslərə ekspert rəyinə uyğun olaraq ittiham elan olunması, ekspert rəyində göstərilən təmiz çəkilər əsas götürülməklə nəzərə alınmış, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) və X45 oğlunun üzərinə şəxsi axtarış aparılarkən və həmçinin həmin şəxslərin yaşadıqları evlərə baxış keçirilərkən videoçəkilişlər əks olunmuş 04 ədəd CD diski maddi sübut kimi tanıraraq, iş materiallarına əlavə edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇSlə Mübarizə X30 Laboratoriyasının xx.xx.2020-ci il tarixli, 016397 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovda) viruslu hepatit C xəstəliyi vardır. İşə əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4(019)- 48/2020 №-li qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, 10 aprel 2020-ci il tarixli şəxsi axtarış və baxış protokolllarını, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) və X19 üzərinə axtarış və evlərə baxış zamanı videoçəkilişlər əks olunmuş 04 ədəd CD disklərini, məhkəmə-bioloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 17/217 nömrəli rəyini, maddi sübutları, ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 381 və 382 nömrəli rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs X45 oğlunun ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxs X45 oğlunun şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. X41 Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X4rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) onda şəxsi axtarış aparılması zamanı tapılan qurudulmuş marixuananın ona məxsus olmaması və polis tərəfindən cibinə qoyulması, bu zaman polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi ilə bağlı məhkəmə istintaqında verdiyi ifadəsi ilə şəxsi axtarış zamanı üstündə tapılan qurudulmuş marixuananın ona məxsus olması və onu meşə sahəsində olan çətənə kolundan yığması və istifadə üçün üstündə saxlaması barədə ibtidai istintaqda verdiyi ifadəsi arasında ziddiyyətə işdəki mötəbər sübutlarla müqayisəli şəkildə qiymət verərək, hesab edir ki, onun məhkəmədə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi bu məlumatlar iş üzrə mövcud sübutlarla təsdiq olunmadığından, məsuliyyətdən yayınma cəhdi və özünümüdafiə kimi qiymətləndirilməklə, həmin ifadə ittihamı təsdiq edən sübut kimi qəbul olunmamalıdır. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) ibtidai istintada verdiyi ifadəsi yuxarıda istinad olunan sübatlarla təsdiq edildiyindən, həqiqəti əks etdirir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) məhkəmə istintaqı zamanı özünümüdafiə üçün verdiyi və məhkəmədə tədqiq olunmuş sübutlarla təkzib olunan ifadəsi nə cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Məhkəmə, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) və X34 qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişlər. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) və X34 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxslər Əlləzov Ziyadxan Cəlil oğlu (Zıatkhan Allazov) və X34 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidirlər, onların cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) və X34 törətdiyi əmələ görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki,hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olmasını və viruslu hepatit C xəstəliyinin olmasını X10 (Zıatkhan Allazovun) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) Şəki Rayon Məhkəməsininin xx.xx.2019-cu il tarixli, 7(075)-276/2019 nömrəli qərarı əsasında Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.12019-cu il tarixli, 1(107)- 127/2019 nömrəli qərarı ilə CM-nin 234.1-ci maddəsi ona təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq 5 ay 4 gün vaxtından əvvəl azad edilmiş, lakin həmin müddət ərzində yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə himayəsində bir azyaşlı uşağın olmasını və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini X19 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən X19 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazova) və X26 cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən,kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) və X19 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Bu zaman Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran hal, həmçinin X19 cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmalıdır. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) və X19 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) əməli cinayətin residivini yaratdığından ona Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinin və 65.2ci maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) Şəki Rayon Məhkəməsininin xx.xx.2019-cu il tarixli, 7(075)-276/2019 nömrəli qərarı əsasında Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.12019-cu il tarixli, 1(107)- 127/2019 nömrəli qərarı ilə CM-nin 234.1-ci maddəsi üzrə ona təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının vaxtından əvvəl şərti azad edilmiş 5 ay 4 gün müddətində qəsdən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş az ağır cinayət törətdiyindən, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğ edilməli və Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazova) Azərbaycan Respublikası CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 2 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası müddətinə bir günə bir gün hesablanmaqla ona təyin edilmiş qəti cəzadan çıxalmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olması və viruslu hepatit C xəstəliyinin olması kimi cəzasını yüngülləşdirən halları və əməli cinayətin residivini yaratması kimi cəzasını ağırlaşdıran halı, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunmasının mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Əlləzov Ziyadxan Cəlil oğluna (Zıatkhan Allazova) Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri qaydasında təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Şəki Rayon Məhkəməsininin xx.xx.2019cu il tarixli, 7(075)-276/2019 nömrəli qərarı əsasında barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.12019-cu il tarixli, 1(107)-127/2019 nömrəli qərarı ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 5 ay 04 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.12019-cu il tarixli, 1(107)-127/2019 nömrəli qərarı ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 5 ay 04 gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazova) qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı müddət ona təyin edilmiş cəza müddətindən çıxılıb, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, əməli cinayətin residivini yaratdığı və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4 (019)-48/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair başqa bir cinayət işi üzrə 04 ay müddətində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, hazırki hökm üzrə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir.Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə;…52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ dərəcə əlilliyi olan şəxs olan şəxslərə… Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) beş ildən artıq Azərbaycan Respublikasının ərazisində daimi yaşadığından, himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşaq olduğundan qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazova) Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs X19 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində bir azyaşlı uşağın olması və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da cəzanın məqsədlərinə nail olunmasının mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, X26 təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun xx xxxxx 2020-ci il tarixdən 12 aprel 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 2 gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazova) və X26 təyin ediləcək cəzanı çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi, yaxud barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X34 oğlunun üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Səlahiyyətlərinə aid hissədə hazırki hökmün icrası X19 yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, X34 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 19 may 2020-ci il tarixli, 381 saylı və xx xxx 2020-ci il tarixli, 382 nömrəli rəylərinə hüquqi qiymət verib, həmin rəylərlə Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) və X19 narkomaniya xəstəliyindən əzab çəkmədiklərinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadıqlarının və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalarının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazova) və X26 narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin onlar ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) və X34 ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onların yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X23 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri olan 51,06 (əlli bir manat altı qəpik) manat məbləğin 25,53 manatı Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovdan) və 25,53 manatı X45 oğlundan tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az. MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Həmçinin hazırki hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsində saxlanılan Əlləzov Ziyadxan Cəlil oğlu (Zıatkhan Allazov) və X18 götürülmüş cəmi 14,15 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 14,05 qramı tam həcmdə məhv edilməli, Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) və X19 üzərinə axtarış və evlərə baxış zamanı videoçəkilişlər əks olunmuş 04 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxslər Əlləzov Ziyadxan Cəlil oğlunun (Zıatkhan Allazovun) və X34 oğlunun hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovda) və X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarında olan vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlarda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) hüquqlarının müdafiəsinə 23 saat, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs X19 hüquqlarının müdafiəsinə 20 saat və Zaqatala Rayon Vəkil Bürosunun vəkili X12 məhkəməyədək icraat zamanı şübhəli şəxs Şahid1 hüquqlarının müdafiəsinə 30 iş saatı vaxt sərf etməsi göstərilmişdir. Məhkəmə hesabatları iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, həmin hesabatlar qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, müdafiəçilərin təqsirləndirilən şəxslərə və şübhəli şəxsə məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımın hesabatda göstərilən vaxtları şişirdilmişdir və ağlabatan deyildir. İş materiallarından aydın olur ki, Müdafiəçi1 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) hüquqlarının müdafiəsinə 15 iş saatı, məhkəmə icraatı zamanı isə Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) hüquqlarının müdafiəsinə 5 iş saatı sərf etmişdir. Müdafiəçi X32 məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs X19 hüquqlarının müdafiəsinə 15 iş saatı, məhkəmə icraatı zamanı isə həmin təqsirləndirilən şəxsin müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. Digər müdafiəçi- Zaqatala Rayon Vəkil Bürosunun vəkili X27 məhkəməyədək icraat zamanı şübhəli şəxs Şahid1 hüquqlarının müdafiəsinə 8 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxslərin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətlərini, habelə digər halları nəzərə alaraq həmin şəxslərin müdafiəçilər tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazova) məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat, cəmi 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 nəfinə, «KAPİTALBANK» X24 Rekvizitləri: VÖEN **********,kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına köçürülməli, X26 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat, cəmi 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 nəfinə, X37 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Hidayət X8 hesabı: AZ71AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülməli, Zaqatala Rayon Vəkil Bürosunun vəkili X27 tərəfindən şübhəli şəxs Şahid1 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat Zaqatala Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin;Şəki Rayon Məhkəməsininin xx.xx.2019-cu il tarixli, 7(075)-276/2019 nömrəli qərarı əsasında barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(107)-127/2019 nömrəli qərarı ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 5 ay 04 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki yeni hökm üzrə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.12019-cu il tarixli, 1(107)-127/2019 nömrəli qərarı ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 5 ay 04 gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazova) qəti olaraq 1 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı müddət ona təyin edilmiş bu cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) üzərində qəti olaraq 1 il 7 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı xx xxxxxx 2020-ci il tarixdən hesablansın; Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4 (019)-48/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair başqa bir cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə X16 X39 göndərilsin. X34 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 10 aprel 2020-ci il 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və X19 üzərində qəti olaraq 1 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X19 üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X19 cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X34 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X34 ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə X16 X39 göndərilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 51,06 (əlli bir manat altı qəpik) manat məbləğin 25,53 manatı Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovdan) və 25,53 manatı X18 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az. MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hazırki hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazov) və X18 götürülmüş cəmi 14,15 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 14,05 qramı tam həcmdə məhv edilsin; Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazovun) və X19 üzərinə axtarış və evlərə baxış zamanı videoçəkilişlər əks olunmuş 04 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 (Zıatkhan Allazova) məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat, cəmi 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 nəfinə, «KAPİTALBANK» X24 Rekvizitləri: VÖEN **********,kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına köçürülsün. X26 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat, cəmi 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 nəfinə, X37 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Hidayət X8 hesabı: AZ71AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülsün. Zaqatala Rayon Vəkil Bürosunun vəkili X27 tərəfindən hazırki iş üzrə şübhəli şəxs Şahid1 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat Zaqatala Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası səlahiyyətlərinə aid hissədə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar