Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-44/2022 11.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1,Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 oğlunun, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs Qaracayev Emil İlqar oğlunun iştirakları ilə təqsirləndirilən şəxs-xx xxxxxxx 1995-ci il tarixdə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məkhum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən 17 dekabr 2021-ci il tarixdə cəzadan azad olunmuş, məhkumluğu olmayan, Balakən Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X5 saxlanılan, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu qəsdən, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmək məqsədilə 2021-ci ilin iyul ayının ortalarında tanışı olan Balakən şəhər sakini Zərərçəkmiş şəxs1 avtomobil ehtiyat hissələrinin alqısatqısı ilə məşğul olaraq qazanc əldə etmək adı ilə yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 21 iyul 2021-ci il tarixdən başlayaraq 31 avqust 2021-ci il tarixədək olan müddət ərzində onun göstərişi ilə Bakı və Balakən şəhərləri ərazisində yerləşən “eManat” və “Milli ön” ödəmə terminalları vasitəsilə müxtəlif tarixlərdə hissə-hissə olmaqla X1 adına olan Kapital Banka məxsus **********893189 nömrəli kartın hesabına, həmçinin X8 adına olan Kapital Banka məxsus hesab nömrəsi: ******************** kart hesabına və sonuncunun adına olan AzərTürkBanka məxsus hesab nömrəsi: ******************** kart hesabına köçürdüyü ümumilikdə 34700 manat məbləğində pulu qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmək məqsədilə 04 avqust 2021-ci il tarixdə tanışı olan Balakən rayon sakini Zərərçəkmiş şəxs2 ilə telefonda danışan zaman ilkin ödənişi 1000 manat olmaqla sonuncuya Gürcüstandan VAZ 21074 markalı avtomobil alıb gətirəcəyini, həmçinin ilkin ödənişi 400 manat olmaqla Zərərçəkmiş şəxs2 “İphone 11 Pro” markalı mobil telefon alacağını yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 onun göstərişi ilə Balakən şəhəri ərazisində yerləşən “eManat” ödəmə terminalı vasitəsilə X1 adına olan Kapital Banka məxsus **********893189 nömrəli kartın hesabına 05 avqust 2021-ci il tarixdə 1000 manat və 19 avqust 2021-ci il tarixdə 400 manat olmaqla köçürdüyü ümumilikdə 1400 manat məbləğində pulu qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmək məqsədilə 04 avqust 2021-ci il tarixdə tanışı olan Balakən şəhər sakini Zərərçəkmiş şəxs3 ilə telefonda danışan zaman ilkin ödənişi 3000 manat olmaqla sonuncuya Gürcüstandan VAZ 21114 markalı avtomobil alıb gətirəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs3 onun göstərişi ilə Balakən şəhəri ərazisində yerləşən “eManat” ödəmə terminalı vasitəsilə 09 avqust 2021-ci il tarixdə 600 manat, 12 avqust 2021-ci il tarixdə 1150 manat, 22 avqust 2021-ci il tarixdə 500 manat, 27 avqust 2021-ci il tarixdə 250 manat, 31 avqust 2021-ci il tarixdə 330 manat və sonuncu dəfə 04 sentyabr 2021-ci il tarixdə 200 manat olmaqla X1 adına olan Kapital Banka məxsus **********893189 nömrəli kartın hesabına köçürdüyü ümumilikdə 3030 manat məbləğində pulu qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işdə olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, barəsində istintaqı aparılan cinayət işi üzrə 11 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini təsdiq edir. O, istintaqın ilkin mərhələsində özünü müdafiə etmək və məsuliyyətini yüngülləşdirmək üçün yalan danışaraq Zərərçəkmiş şəxs1 aldığı pulları geri qaytardığını və sonuncuya cəmi 2500 manat borcu qaldığını bildirmişdir. Lakin istintaqın sonrakı mərhələsində o, hər şeyi olduğu kimi bildirməyi, həqiqətləri danışmağı qərara almışdır. Belə ki, o, 2021-ci ilin əvvəllərində Bakı şəhərində yaşadığı ərəfədə avtomobil ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olmaq üçün müxtəlif sosial şəbəkələrdə profillər açaraq, bu barədə elanlar yerləşdirmişdir. Həmin ərəfələrdə o, özünə məxsus şəxsiyyət vəsiqəsini itirmiş və Balakən rayonunda mülki axtarışda olduğuna görə qorxudan şəxsiyyət vəsiqəsini dəyişə bilməmişdir. Buna görə o, hər kəsə özünü X4 təqdim etmişdir. X11 isə əvvəllər onun dostluq etdiyi şəxs olmuşdur və hazırda Türkiyə Respublikasında yaşayır. Orxanın şəxsiyyət vəsiqəsinin şəkilləri onun mobil telefonunda olduğuna görə sonuncunun adından rahat şəkildə istifadə edə bilmişdir. Həmin ərəfələrdə təsadüfən Bakı şəhərində yaşayan və əslən Tərtər rayonundan olan X3 ilə tanış olmuşdur. İlahə ilə getdikcə aralarında çox yaxın münasibət yaranmış və buna görə Bakı şəhərində ev kirayələyib qeyri-rəsmi ərarvad kimi birlikdə yaşamışlar. O, öz adına bank kartı açdırma bilmədiyinə görə, İlahədən öz adına banka kartı açdırıb işlə bağlı istifadə etmək üçün ona verməsini xahiş etmişdir. İlahə də Kapital Banka müraciət edərək 416974******3189 nömrəli plastik kart alıb ona vermişdir. Əvvəllər İlahə də onu Orxan Hüseynli kimi tanımış, sonradan o, İlahəyə həqiqətləri danışaraq Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. İlahənin adına olan Kapital Banka məxsus 416974******3189 nömrəli kart adətən onda olmuş və gördüyü işlə bağlı həmin kartın hesabına köçürülən pulları adətən o, özü bankomatdan nağdlaşdırmışdır. İlahənin əri vəfat etdiyinə görə, iki övladı sonuncunun himayəsində qalmışdır. Buna görə İlahənin atası və bacıları bəzi vaxtlarda İlahəyə kömək olmaq üçün həmin kartın hesabına pullar göndərirmişlər. Həmin vaxtlarda İlahə kartı ondan götürüb özünə aid olan pulu nağdlaşdırmış və daha sonra kartı yenidən ona qaytarmışdır. Təxminən 2021-ci ilin may-iyun aylarında, dəqiq yadında qalmayan tarixdə sosial şəbəkədə avtomobil ehtiyat hissələrinin satışı ilə bağlı elanlar yerləşdirdiyinə görə, Balakən şəhər sakini Şahid1 onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona zəng edərək bu işlə məşğul olmaq istədiyini bildirmiş və bu istiqamətdə yol göstərməsini, bəzi məsləhətlər verməsini xahiş etmişdir. Onlar bu mövzuda xeyli söhbətdən etdikdən sonra o, Şahid1 məsləhət edərək bildirmişdir ki, bu işlə məşğul olmaq üçün əvvəlcə müştəri tapıb sifariş qəbul etməli, daha sonra qəbul etdiyi sifarişi ona bildirməli, o, qiymətləri dedikdən sonra pulu göndərməli və bundan sonra o, sirafiş etdiyi malları alıb Nurlana göndərməlidir. Nurlan da onun təklifi ilə razılaşaraq bir müddət sonra müştərilər tapıb sifarişlər qəbul etmiş, həmin sifarişləri ona bildirmiş, o, qiymətləri hesablayıb deyəndən sonra Nurlan pulları onun göstərişi ilə İlahənin adına olan kartın hesabına köçürmüş, o da sifarişləri alıb Nurlana göndərmişdir. O, Bakı şəhərindən alıb Nurlana göndərdiyi malların üzərinə cüzi qazanc pulu qoymuşdur. Bu minvalla Nurlan ilə təxminən 02 ay işləmişdir. Təxminən 2021-ci ilin iyun ayının ortalarından başlayaraq 2021-ci ilin avqust ayının ortalarınadək o, müxtəlif tarixlərdə Bakı-Balakən şəhərləri arası taksi fəaliyyəti ilə məşğul olan Hizbullah, İsmayıl, Kənan, Rövşən, Elçin, Zaur, Rauf və Elvin adlı şəxslər vasitəsi ilə Nurlana müxtəlif məbləğlərdə, müxtəlif çeşiddə yeni və işlənmiş avtomobil ehtiyat hissələri alıb göndərmişdir. Ala bilmədiyi avtomobil ehtiyat hissələrinin pulunu isə Nurlana geri qaytarmışdır. İşlədikləri dövr ərzində onun Nurlana bir qədər pul borcu yaranmış və o, həmin borcu Nurlana avtomobil ehtiyat hissələri göndərdikcə əvəzləməyi düşünmüşdür. Lakin sonradan işləri arzu etdikləri kimi olmadığına görə o, Nurlana olan borcunu qaytara bilməmişdir. Bundan başqa, o, Nurlanla işlədiyi müddət ərzində sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 maddi imkanının yaxşı olduğunu öyrənmişdir. Təxminən 2021-ci ilin iyul ayının ortalarında Şahid1 xəstələndiyini deyərək, işə bir müddət ara vermişdir. Həmin ərəfələrdə o, Zərərçəkmiş şəxs1 istifadə etdiyi mobil telefon nömrəsini əldə edib zəng edərək sonuncuya birlikdə işləməyi təklif etmiş və Vüqar onun təklifi ilə razı olmuşdur. Vüqar da onu X4 tanımışdır. O, Vüqarla danışan zaman işə başlamaq üçün ilkin olaraq ona pul göndərməsini bildirmiş, lakin Vüqar ona pul göndərməkdən imtina etmişdir. O da Vüqarın etibarını qazanmaq üçün hələ ki, ona pul göndərməsinə ehtiyac olmadığını, ilkin olaraq öz vəsaiti hesabına avtomobil ehtiyat hissələri göndərəcəyini demiş və Vüqara mağaza kirayələməsini, hətta satıcı da tapmasını tapşırmışdır. Vüqar da razlaşaraq Balakən şəhərində mağaza kirayələmiş və mağazaya satıcı kimi Nurlan adlı şəxsi işə götürmüşdür. Bundan sonra Vüqar sifarişlər qəbul edərək, siyahını və sifarişlərin pullarını ona göndərməyə başlamışdır. Vüqar da pulları onun göstərişi ilə İlahənin adına olan kartın hesabına köçürmuşdür. Danışdıqları gündən təxminən 10 gün sonra o, öz pulu ilə 1400 manat dəyərində avtomobil ehtiyat hissələri alıb, Bakı-Balakən şəhərləri arası taksi fəaliyyəti ilə məşğul olan Hizbullah adlı şəxs vasitəsi ilə Vüqara göndərmişdir. Vüqar həmin avtomobil ehtiyat hissələrini mağazaya yığdıqdan sonra daha çox sifariş qəbul edib pullarını ona göndərməyə başlamışdır. O da Vüqarın göndərdiyi pulları şəxsi ehtiyaclarına xərcləməyə başlamış, Vüqar hər dəfə ondan sifarişlər barədə soruşanda sonuncunun müxtəlif bəhanələrlə aldadaraq, vaxtı uzatmağa çalışmışdır. Təxminən 40 gün ərzində Vüqar avtomobil ehtiyat hissələri almaq üçün ona ümumilikdə 34700 manat pul göndərmişdir. Vüqar həmin pulun cəmi 4300 manatını onun göstərişi ilə tanışı olan və avtomobil ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olan X8 adına olan kartların hesabına köçürmüş, Röyal da həmin 4300 manat pulu bankomatdan çıxarıb ona vermişdir. Lakin həmin pulun kim tərəfindən və hansı məqsədlə göndərilməsi barədə Röyalın heç bir məlumatı olmamışdır. Vüqar onun hərəkətlərindən şübhələnməsin deyə həmin ərəfədə arvadı İlahənin hamilə olduğunu və müalicəyə ehtiyacı olduğunu deyərək, Vüqardan təxminən 2500 manat borc pul almış və sonradan həmin pulu hissə-hissə olaraq Vüqarın kart hesabına köçürməklə geri qaytarmışdır. Lakin 34700 manat pulun qarşılığında Vüqara hər hansı bir avtomobil ehtiyat hissəsi göndərməmiş və həmin puldan Vüqara hər hansı bir məbləğdə pul qaytarmamışdır. Əksinə Vüqar ona daha artıq pul göndərmiş, ilkin olaraq onun göndərdiyi 1400 manat dəyərində olan avtomobil ehtiyat hissələrinin pulunu həmin pullarla əvəz etmiş və sonradan hesablaşmaları nəticəsində onun Vüqara 34700 manat pul qaytarmalı olduğu məlum olmuşdur. Bundan başqa, 04 avqust 2021-ci il tarixdə Vüqarın işlətdiyi mağazada satıcı işləyən Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayaraq, özünə VAZ 21074 avtomobil almaq istədiyini bildirmiş və avtomobil almaqda köməklik etməsini xahiş etmişdir. O da ilkin ödənişi 1000 manat olmaqla Nurlana VAZ 21074 markalı avtomobil ala biləcəyini demişdir. Bir qədər sonra özünü Nurlanın xalası oğlu kimi təqdim edən Zərərçəkmiş şəxs3 ona zəng edərək, Nurlanla bir yerdə olduğunu, özünə VAZ 21114 markalı avtomobil almaq istədiyini demiş və avtomobil almaqda köməklik etməsini ondan xahiş etmişdir. O da heç bir problem olmadığını, ilkin ödənişi 3000 manat olmaqla Vahidə VAZ 21114 markalı avtomobil ala biləcəyini demişdir. Telefonda danışan zaman Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 razılaşaraq pulları ona göndərəcəklərini bildirmişlər. O da İlahənin adına olan kartın nömrəsini mesajla Nurlangilə göndərərək, pulu həmin kartın hesabına göndərmələrini söyləmişdir. Səhəri gün Nurlan həmin kartın hesabına 1000 manat pul köçürmüşdür. Bir neçə gündən sonra telefonda danışan zaman Nurlan özünə İphone markalı mobil telefon almaq istədiyini bildirmiş, o da ilkin ödənişi 400 manat olmaqla istədiyi mobil telefonu alıb Nurlana göndərəcəyini demişdir. Buna görə təxminən 15 gündən sonra Nurlan ona əlavə 400 manat pul göndərmişdir. Vahid isə təxminən 10 avqust 2021-ci il tarixdən başlayaraq hissə-hissə olmaqla kartın hesabına pul köçürməyə başlamışdır. Nurlan ona ümumilikdə 1400 manat, Vahid isə ona ümumilkdə 3030 manat pul göndərmişdir. O da Nurlangilin avtomobil və mobil telefon almaq məqsədi ilə göndərdikləri pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan Zərərçəkmiş şəxs1 onun Balakən rayon sakini Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Buna görə Vüqar da, qardaşı Nurlan da onunla ticarət əlaqələrini kəsmişlər. Daha sonra Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ondan pullarını geri tələb etməyə başlamışlar. O da sonuncuların pullarını şəxsi ehtiyaclarına, geyim əşyalarına, gəzməyə, ev kirayəsinə, yeyib-içməyə və sair xərclədiyi üçün geri qaytara bilməmiş və onları müxtəlif bəhanələrlə aldatmağa başlamışdır. Nəticədə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən onun mobil telefonuna və qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı İlahənin mobil telefonuna zənglər gəlməyə başlamışdır. Buna görə İlahə onun hərəkətlərindən şübhələnmiş və aralarında söz-söhbət baş vermişdir. Münasibətləri korlandığına görə İlahə ondan ayrılıb getmişdir. Daha sonra o, 2022-ci ilin yanvar ayının sonlarında Balakən rayonu Hənifə kəndində yerləşən evlərinə gəlmişdir. 25 yanvar 2022-ci il tarixdə polis əməkdaşları Hənifə kəndində yaşadığı evə gedərək onu saxlamışlar və polis şöbəsinə gətirmişlər. İlahənin özü işlədiyinə və yaxşı əmək haqqı aldığına görə onun puluna ehtiyacı olmamışdır. O, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 göndərdiyi pullardan bəzi vaxtlarda evə ərzaq məhsulları almış, lakin həmin pullardan heç kimə verməmişdir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 göndərdiyi pulları bəzi vaxtlarda özü bankomatdan çıxarmış, bəzi vaxtlarda isə bankomatın kamerasına düşməmək üçün kartı Bakı şəhərində müxtəlif ünvanlarda bankomatın qarşısında olan şəxslərə verib pul çıxarmaqda mənə köməklik etmələrini xahiş etmiş, həmin şəxslər də bankomatdan pulları çıxarıb ona vermişlər. O, Balakən şəhəri, eləcə də, hansısa digər şəhər və rayon ərazisində başqa heç bir cinayət əməli törətməmişdir. O, hazırda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurmuş olduğu maddi ziyanları ödəmək iqtidarında deyildir. Çünki o, zərərçəkmiş şəxslərin pullarını şəxsi ehtiyaclarına, geyim əşyalarına, gəzməyə, ev kirayəsinə, yeyib-içməyə və sair xərcləmişdir. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir.Hazırda da ödəniş edə bilmir. Törətdiyi əməlindən peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hazırda ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 2021-ci ilin iyul ayının ortalarında onun istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng gəlmiş, o, telefona cavab verəndə zəng edən şəxs özünü Orxan Hüseynli kimi təqdim edərək, onun nömrəsini bizneslə məşğul olan Cavid adlı qohumundan aldığını, onun fərdi qaydada bizneslə məşğul olduğunu Cavid adlı şəxsdən öyrəndiyini, özlərinin hazırda avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olduqlarını, Şəki şəhərində, Qax rayonunda avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan mağazalarının olduğunu, Balakən rayonunda da bu biznesi qurmaq istədiklərini və onunla şərik işləmək istədiyini bildirmişdir. Həmin vaxt o, Cavid adlı şəxsi tanımadığını bildirərək, özünü Orxan Hüseynli kimi təqdim edən şəxsdən Cavidin kim olduğunu, onu haradan tanıdığını soruşmuşdur. Orxan adlı şəxs isə vaxtlarını bu söhbətlərə sərf etməməyi bildirmiş və əsas məsələyə keçmək lazım olduğunu deyərək, söhbətinə davam etmişdir. Telefonda danışan zaman Orxan adlı şəxs ona şərikli işləməyi təklif etmişdir. Belə ki, aralarında olan danışığa əsasən Orxan adlı şəxs yaşadığı Bakı şəhərindən Balakən şəhərinə, yəni ona müxtəlif çeşidli avtomobil ehtiyat hissələri göndərməli, o, Balakən şəhərində həmin ehtiyat hissələrinin satışını həyata keçirməli və nəticədə əldə olunan qazanc ikisinin arasında bölünməli idi. Həmçinin, Orxan adlı şəxs işə başlamaq üçün Balakən şəhəri ərazisində mağaza açmağı ona bildirmişdir. O, Orxan adlı şəxsə özünün də Balakən şəhərinə gəlməsini, bu işləri birlikdə yerinə yetirməyi təklif etmiş, lakin Orxan adlı şəxs vaxtı olmadığını, Balakən şəhərinə gələ bilməyəcəyini demiş və bu işlərlə onun məşğul olmasını bildirmişdir. Telefonda danışan zaman Orxan adlı şəxs işə başlamaq üçün ilkin olaraq ona 12000 manat civarında pul göndərməsini təklif etmiş, lakin o, hazırda o qədər pulu olmadığını, həmçinin Orxan adlı şəxsi tanımadığı üçün 12000 manat pulu sonuncuya göndərə bilməyəcəyini demişdir. Beləliklə, Orxan adlı şəxslə danışığı bitirmişlər. Təxminən 03 saatdan sonra Orxan adlı şəxs yenidən ona zəng edərək demişdir ki, “mən indi sənin üçün avtomobil ehtiyat hissələri toplayıram, ilkin olaraq sənin pul göndərməyin lazım deyil, sən əsas mağaza tap, malları göndərim sat, sonrasına baxarıq”. O da Orxan adlı şəxsin təklifi ilə razılaşaraq, təxminən 02 gün ərzində Balakən şəhəri R.Səmədov küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən mağazanı kirayələmişdir. 01 avqust 2021-ci il tarixdə axşam saatlarında Orxan adlı şəxs Balakən- Bakı şəhərlərarası sərnişindaşıma ilə məşğul olan “Totu” ləqəbli sürücünün idarə etdiyi “X20” markalı avtomobillə ilkin olaraq ona 1400 manat civarında avtomobil ehtiyat hissələri göndərmişdir. O da həmin malları “Totu” ləqəbli sürücüdən təhvil alıb mağazaya yerləşdirmişdir. Bundan sonra o, “İnstagram” sosial şəbəkəsindəki “Balakən” adlı səhifədə elan yerləşdirərək mağazaya satıcı axtarmağa başlamışdır. Elanda həm özünün, həm də Orxan adlı şəxsin istifadə etdiyi mobil telefon nömrələrini qeyd etmişdir. Səhəri gün Balakən rayonu Qullar kənd sakini Zərərçəkmiş şəxs2 ona müraciət edərək, satıcı işləmək istədiyini demiş, o da Orxan adlı şəxsin nömrəsini Nurlana verərək, Orxan adlı şəxslə əlaqə saxlayıb iş rejimi və əmək haqqı barədə danışmasını demişdir. Nurlan Orxan adlı şəxsə zəng edib danışdıqdan sonra sonuncu onunla əlaqə saxlayaraq, Nurlanı işə götürməsini bildirmişdir. Bundan sonra o, Nurlanı satıcı kimi işə götürmüş və mağaza fəaliyyətə başlamışdır. Mağaza fəaliyyətə başladıqdan sonra Orxan adlı şəxs ona müxtəlif avtomobil ehtiyat hissələrinin, müxtəlif avadanlıqların, yük qaldırıcı kranların (telfir) şəkillərini göndərərək, həmin əşyaları reklam etməsini və müştəri tapmasını demişdir. O da Orxan adlı şəxsin dediyi kimi hərəkət edərək, müxtəlif avadanlıqları və ehtiyat hissələrini satmaq üçün yetəri qədər müştəri toplamışdır. Sonradan Orxan adlı şəxslə danışanda sonuncu malları Gürcüstan Respublikasından tankerlə gətirməli olduğunu, lakin tanker dolmadığı üçün yola düşmədiyini, tankerin dolub yola düşməsi üçün sifariş olunan malların pulunu göndərməli olduğunu bildirmişdir. O da Orxan adlı şəxsin sözlərinə inanıb mal sifariş edən müştərilərdən müxtəlif məbləğlərdə pullar alaraq, Orxan adlı şəxsin göstərişi ilə aldığı pulları 21 iyul 2021-ci il tarixdən başlayaraq 31 avqust 2021-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla “eManat” və “Milli ön” ödəmə terminalları vasitəsi ilə X1 adına olan Kapital Banka məxsus **********893189 nömrəli kartın hesabına, həmçinin X8 adına olan Kapital Banka məxsus və AzərTürkBanka məxsus kart hesabınlarına ümumilikdə 34700 (otuz dörd min yeddi yüz manat) pul köçürmüşdür. Həmin pulları o, Balakən şəhəri R.Səmədov küçəsində yerləşən “İdeal” marketin içərisindəki, Balakən rayonu Mahamalar kəndində yerləşən “Sultan” marketin içərisindəki və Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin içərisindəki ödəmə terminalları vasitəsi ilə köçürmüşdür. Aralarında olan danışığa əsasən təxminən 15 gün ərzində sifariş olunan malları Orxan adlı şəxs ona göndərməli, yəni təhvil verməli idi. Lakin 15 gündən sonra Orxan adlı şəxs ona heç bir mal göndərməmişdir. O, əlaqə saxlayan zaman isə Orxan adlı şəxs hələ ki, Gürcüstan Respublikasında tankerin dolmadığını, ona görə tankerin yola düşmədiyini və sifarişlərin təxminən 01 ay gecikəcəyini bildirmişdir. O, yenə də Orxan adlı şəxsin sözlərinə inanıb gözləmişdir. Lakin 01 ay keçdikdən sonra hər dəfə zəng edəndə Orxan adlı şəxs onu müxtəlif bəhanələrlə aldatmağa başlamışdır. Xeyli müddət keçməsinə baxmayaraq, Orxan adlı şəxs ona heç bir mal göndərməmiş və tələb etməsinə baxmayaraq, aldığı pulları geri qaytarmamışdır. Sonradan o, Orxan adlı şəxsin əslində 1995-ci il təvəllüdlü Balakən rayon sakini Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Bundan sonra o, Emilə zəng edərək, nəyə görə ona yalan danışdığını, özünü niyə “Orxan” adlı şəxs kimi qələmə verdiyini soruşmuş, Emil də onu hər kəsin Orxan kimi tanıdığını bildirmişdir. Nəticədə o, Emilin əvvəldən yalan danışdığını, Emilin iş görmək niyyəti olmadığını və onun göndərdiyi pulları ələ keçirdiyini anlamışdır. Buna görə o, bankdan pul krediti götürüb müştərilərdən aldığı pulların bir qismini geri qaytarmışdır. Hazırda onun avtomobil ehtiyat hissələri və müxtəlif avadanlıqlar sifariş edən müştərilərə təxminən 22000 manat civarında borcu qalmışdır. Lakin bu günə kimi Təqsirləndirilən şəxs ona hər hansı məbləğdə pul qaytarmamışdır. Ona görə də o, məcbur olub Təqsirləndirilən şəxs barəsində ərizə ilə Balakən Rayon Polis Şöbəsinə müraciət etmişdir. Hazırda ona 34700 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, “tanker dolmamış Gürcüstan Respublikasından yola düşə bilməz. Ona görə də, sifarişlərin pullarını alıb göndərməlisən və mən malları alıb tankeri doldurmalıyam”. O da Emilin sözlərinə inanıb həmin pulları müştərilərdən toplayaraq Təqsirləndirilən şəxs ona hər hansı mal göndərmədiyi halda, 21 iyul 2021-ci il tarixdən başlayaraq 31 avqust 2021-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla “eManat” və “Milli ön” ödəmə terminalları vasitəsi ilə X1 adına olan Kapital Banka məxsus **********893189 nömrəli kartın hesabına, həmçinin X8 adına olan Kapital Banka məxsus və AzərTürkBanka məxsus kart hesabınlarına ümumilikdə 34700 manat pul köçürmüşdür. O, hazırda həmin məbləğləri hansı mal üçün göndərdiyini dəqiq xatırlaya və bu barədə açıqlama verə bilmir. Qeyd edilən məbləğlərin hamısını o, Təqsirləndirilən şəxs göstərişi ilə həmin şəxslərin bank hesabına köçürmüşdür. Həmin pulların qarşılığında Emil ona müxtəlif çeşidli avtomobil ehtiyat hissələri və bir ədəd qaldığıcı qurğu kran (telfir) göndərməli idi. O, köçürdüyü pulların qəbzlərin bəzilərini itirmiş və əlində qalan qəbzləri polisə təqdim etmişdir. Ona görə də, məbləğlər arasında ziddiyyət yaranmışdır. Əslində isə o, Təqsirləndirilən şəxs hissə-hissə olmaqla ümumilikdə 34700 manat pul göndərmişdir. O, Balakən RPŞ-nə ərizə yazarkən ola bilsin texniki səhv edərək Təqsirləndirilən şəxs ona ilk dəfə zəng etdiyi tarixi 27 iyul kimi qeyd etmişdir. Əslində isə Təqsirləndirilən şəxs onunla ilk dəfə 2021-ci ilin iyul ayının ortalarında əlaqə saxlamışdır. O, Balakən RPŞ-nə ərizə yazarkən Təqsirləndirilən şəxs göndərdiyi bəzi pulları unutmuşdur. Sonradan isə göndərdiyi məbləğləri xatırlayaraq ümumilikdə 34700 manat göndərdiyini dəqiqləşdirmişdir. Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı ödəməmiş və onunla barışıq əldə etməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni qərarın çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Qullar kəndində ailə üzvləri ilə birlikdə yaşayır və fərdi qaydada dərzi işləyərək özünü dolandırır. O, 26 iyul 2021-ci il tarixdən 18 avqust 2021-ci il tarixədək Balakən rayon sakini olan və Balakən şəhəri R.Səmədov küçəsində yerləşən avtomobil ehtiyat hissələri mağazasını işlədən Zərərçəkmiş şəxs1 həmin mağazasında satıcı işləmişdir. Zərərçəkmiş şəxs1 Bakı şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs ilə əməkdaşlıq etmişdir. Belə ki, Vüqar Balakən rayonundan Emilə müxtəlif məbləğlərdə pul göndərirmiş, Emil də bunun qarşılığında Vüqara avtomobil ehtiyat hissələri göndərmişdir. O, əvvəllər Emili “Orxan” adlı şəxs kimi tanımışdır. Sonradan sonuncunun Balakən rayon sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. 04 avqust 2021-ci il tarixdə o, özünə VAZ 2107 markalı avtomobil almaq istəmişdir. Buna görə həmin tarixdə “Orxan” adlı şəxs kimi tanıdığı Təqsirləndirilən şəxs istifadə etdiyi 055/***- ***-**-** nömrəli mobil telefonla əlaqə saxlayaraq özünə VAZ 2107 markalı avtomobil almaq istədiyini bildirmiş və bu işdə ona köməklik etməsini xahiş etmişdir. Həmin vaxt Emil Gürcüstan Respublikasından ucuz qiymətə avtomobil almağın mümkün olduğunu, bunun üçün onun ilkin olaraq beh qismində 1000 manat pul ödəməli olduğunu, avtomobili 15 gündən sonra ona təhvil verəcəyini və bundan sonra onun əlavə 2200 manat pul verəcəyini bildirmişdir. O da Emilin təklifi ilə razılaşmış və 1000 manat pulu göndərəcəyini demişdir. Bundan sonra o, özünə avtomobil almaq istəyən xalası oğlu Zərərçəkmiş şəxs3 ilə əlaqə saxlayaraq Emillə danışdıqlarını Vahidə söyləmişdir. Bir qədər sonra Vahid onun yanına gəlmiş və onun yanında Emilə zəng edərək özünə VAZ 21114 markalı avtomobil almaq istədiyini bildirmişdir. Həmin vaxt Emil ona dediyi sözləri təkrar Vahidə də demiş, lakin VAZ 21114 markalı avtomobil almaq üçün beh qismində 3000 manat pul ödəməli olduğunu Vahidə bildirmişdir. Beləliklə onlar, yəni Vahidlə o, Emilin təklifi ilə razılaşaraq sonuncunun göstərişi ilə 05 avqust 2021-ci il tarixdə Balakən şəhəri ərazisində yerləşən “Milli ön” ödəmə terminalı vasitəsilə X1 bank hesabına 1000 və 3000 manat olmaqla, ümumilikdə 4000 manat pul köçürmüşlər. Aralarında olan razılaşmaya əsasən 15 gündən sonra Emil avtomobilləri onlara təhvil verməli imiş. Bundan başqa, yadında qalmayan tarixdə o, Emillə əlaqə saxlayanda özünə “İphone 11 Pro” markalı mobil telefon almaq istədiyini bildirmiş, Emil də ilkin ödəniş 400 manat olmaqla ona “İphone 11 Pro” markalı mobil telefon alıb göndərəcəyini demişdir. Buna görə o, 19 avqust 2021-ci il tarixə yenidən Emilin göstərişi ilə X1 bank hesabına ödəmə terminalı vasitəsi ilə 400 manat pul köçürmüşdür. Lakin pulu köçürdükləri tarixdən xeyli müddət keçməsinə baxmayaraq, Emil nə onların avtomobillərini, nə də ona almalı olduğu mobil telefonu təhvil verməmişdir. Buna görə onlar, yəni xalası oğlu Vahid və o, mütəmadi olaraq Emilə zəng edib maraqlanmağa başlamışlar. Emil də hər dəfə onları müxtəlif bəhanələrlə aldatmağa başlamışdır. Bundan sonra onlar pullarının Emil tərəfindən ələ keçirildiyini, onlara qarşı dələduzluq etdiyini anlamışlar. Sonuncu dəfə xalası oğlu Vahid 08 oktyabr 2021-ci il tarixdə Emillə əlaqə saxlayaraq pulları geri ödəməsini tələb etmiş, həmin vaxt Emil polisə şikayət etməmələrini xahiş etmiş və pulların əvəzində 11 oktyabr 2021-ci il tarixdə onlara avtomobil ehtiyat hissələri göndərəcəyini bildirmişdir. Onlar yenə də Emilin təklifi ilə razılaşmışlar. 11 oktyabr 2021-ci il tarixdə xalası oğlu Vahid yenidən Emillə əlaqə saxlayanda sonuncu yenə bəhanə gətirib onları aldatmağa başlaçışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs əməlləri barədə hüquq-mühafizə orqanlarına şikayət etmək qərarına gəlmişlər. Hazırda ona 1400 manat məbləğində maddi ziyan dəymişdir. O, 1000 və 400 manat pulu Balakən rayonu R.Səmədov küçəsində yerləşən “Halal” marketin içərisində olan “Milli ön” ödəmə terminalı vasitəsilə X1 bank hesabına köçürmüşdür. Həmin ərəfələrdə o, Zərərçəkmiş şəxs1 mağazasında satıcı işlədiyinə görə xalası oğlu Vahidin köçürdüyü və özünün köçürdüyü pulların qəbzlərini mağazada olan qeyd dəftərinin arasına qoyub saxlamışdır. Lakin sonradan avtomobil almaq üçün pul köçürdükləri qəbzləri tapa bilməmişdir. Mobil telefon almaq üçün 400 manat pul köçürdüyü qəbzi isə İstintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ona ödənilməmişdir. Təqsirləndirilən şəxs qanuni cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hazırda ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, 2021-ci ilin yay aylarında xalası oğlu Zərərçəkmiş şəxs2la söhbət edən zaman özünə avtomobil almaq istədiyini bildirmişdir. 04 avqust 2021-ci il tarixdə Nurlan ona zəng edərək, işlədiyi mağazanın sahibi Vüqarın iş gördüyü Orxan adlı şəxslə telefonda avtomobil almaq barədə danışdığını, ilkin olaraq 1000 manat pul ödəməklə Orxan adlı şəxsin Gürcüstan Respublkasından ona VAZ 2107 markalı avtomobil alacağını bildirmişdir. Buna görə o, Nurlanın işlədiyi mağazaya getmiş, Orxan adlı şəxsin istifadə etdiyi mobil telefon nömrəsini Nurlandan alıb zəng etmiş və danışıq zamanı özünə VAZ 21114 markalı avtomobil almaq istədiyini demişdir. Həmin vaxt Orxan adlı şəxs VAZ 21114 markalı avtomobil almaq üçün beh qismində onun 3000 manat pul ödəməli olduğunu, avtomobili Gürcüstan Respublikasından alıb gətirəcəyini, təxminən 15 gündən sonra avtomobili ona təhvil verəcəyini və bundan sonra onun əlavə 1600 manat pul verəcəyini bildirmişdir. O da Orxan adlı şəxsin təklifi ilə razılaşmış və 3000 manat pulu sonuncuya göndərəcəyini söyləmişdir. Orxan adlı şəxs onun xalası oğlu Nurlana da eyni qaydada təklif etmişdir. Yəni Nurlan beh qismində Orxan adlı şəxsə 1000 manat pul ödəməli, 15 gündən sonra sonuncu avtomobili Nurlana təhvil verməli və bundan sonra Nurlan Orxan adlı şəxsə əlavə 2200 manat pul ödəməli imiş. Bundan sonra onlar, yəni xalası oğlu Nurlan və o, Zərərçəkmiş şəxs1 yanına gedərək, Orxan adlı şəxsin təklifi barədə danışmış və sonuncuya pul göndərməyin nə dərəcədə doğru olub-olmadığını soruşmuşlar. Həmin vaxt Zərərçəkmiş şəxs1 onları arxayın edərək, Orxan adlı şəxsin sinif yoldaşı olduğunu, ailəvi münasibətləri olduğunu, Orxan adlı şəxsin DTX-nın əməkdaşı olduğunu, hazırda özlərinin də ticarət əlaqələri olduğunu demiş və narahat olmamalarını bildirmişdir. Beləliklə onlar, yəni Nurlanla o, Orxan adlı şəxsin təklifi ilə razılaşaraq, sonuncunun göstərişi ilə 05 avqust 2021-ci il tarixdə Balakən şəhəri ərazisində yerləşən “Halal” marketin içərisindəki “Milli ön” ödəmə terminalı vasitəsilə X1 bank hesabına 1000 və 3000 manat olmaqla, ümumilikdə 4000 manat pul köçürmüşlər. Aralarında olan razılaşmaya əsasən 15 gündən sonra Emil avtomobilləri onlara təhvil verməli imiş. Sonradan ona məlum olmuşdur ki, xalası oğlu Nurlan özünə “İphone 11 Pro” markalı mobil telefon almaq üçün 19 avqust 2021-ci il tarixə yenidən Emilin göstərişi ilə X1 bank hesabına ödəmə terminalı vasitəsi ilə 400 manat pul köçürmüşdür. Lakin pulu köçürdükləri tarixdən xeyli müddət keçməsinə baxmayaraq, Emil nə onların avtomobillərini, nə də Nurlanın mobil telefonunu gətirib təhvil verməmişdir. Sonradan ona məlum olmuşdur ki, onlara avtomobil almaq üçün vəd verən şəxsin adı Orxan deyil, əsl soyadı, adı və atasının adı Təqsirləndirilən şəxsdur və o, Balakən rayon sakinidir. Buna görə onlar, yəni xalası oğlu Nurlan və o, mütəmadi olaraq Təqsirləndirilən şəxs zəng edib maraqlanmağa başlamışlar. Emil də hər dəfə onları müxtəlif bəhanələrlə aldatmağa başlamışdır. Bundan sonra onlar pullarının Emil tərəfindən ələ keçirildiyini, onlara qarşı dələduzluq etdiyini anlamışlar. Sonuncu dəfə o, 08 oktyabr 2021-ci il tarixdə Emillə əlaqə saxlayaraq, pulları geri ödəməsini tələb etmişdir. Həmin vaxt Emil polisə şikayət etməmələrini xahiş etmiş və pulların əvəzində 11 oktyabr 2021-ci il tarixdə onlara avtomobil ehtiyat hissələri göndərəcəyini bildirmişdir. Onlar yenə də Emilin təklifi ilə razılaşıb gözləmişlər. 11 oktyabr 2021-ci il tarixdə o, yenidən Emillə əlaqə saxlayanda sonuncu yenə bəhanə gətirib onları aldatmağa başlamışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs əməlləri barədə hüquq-mühafizə orqanlarına şikayət etmək qərarına gəlmişlər. O, “Milli ön” ödəmə terminalı vasitəsilə X1 bank hesabına 3000 manat pul köçürdüyü barədə qəbzi xalası oğlu Nurlana vermiş, Nurlan da həmin qəbzi satıcı işlədiyi mağazada saxlamışdır. Lakin sonradan hər ikisinin pul köçürdükləri qəbzlər itmiş və tapa bilməmişlər. Balakən RPŞ-nin İstintaq Bölməsində verdiyi ilkin izahat və ifadələrində özünə avtomobil almaq üçün Təqsirləndirilən şəxs 05 avqust 2021-ci il tarixdə 3000 manat pul verdiyini bildirmişdir. O, Emil Qaracyayevin barəsində polis şöbəsinə müraciət etdiyi ərəfədə sonuncuya göndərdiyi pulların qəbzlərini tapa bilmədiyi üçün xalası oğlu Zərərçəkmiş şəxs2la eyni gündə Təqsirləndirilən şəxs 3000 manat pul göndərdiyini bildirmişdir. Lakin 15 fevral 2022-ci il tarixdə yaşadığı evdə özünə məxsus əşyaları səliqəsəhmana salan zaman Təqsirləndirilən şəxs göndərdiyi pullar barədə qeydlər etdiyi dəftəri və bəzi qəbzləri tapmışdır. Göndərdiyi bəzi pulları kağıza qeyd etməsinə səbəb isə həmin vaxt ödəmə terminalının qəbz verməməsi olmuşdur. Buna görə pul köçürdükdən sonra həmin pullar barədə evdə dəftərə qeydlərini etmişdir. Həmin dəftərin qeydlər apardığı vərəqini və 03 ədəd qəbzləri İstintaqa təqdim etməklə bildirmişdir ki, o, özünə avtomobil almaq məqsədi ilə beh qismində 09 avqust 2021-ci il tarixdə 600 manat, 12 avqust 2021-ci il tarixdə 1150 manat, 22 avqust 2021-ci il tarixdə 500 manat, 27 avqust 2021-ci il tarixdə 250 manat, 31 avqust 2021-ci il tarixdə 330 manat və sonuncu dəfə 04 sentyabr 2021-ci il tarixdə 200 manat olmaqla, Təqsirləndirilən şəxs göstərişi ilə X1 adına olan Kapital Banka məxsus kart hesabına ümumilikdə 3030 manat pul köçürmüşdür. O, Emil Qaracyayevin barəsində Polis Şöbəsinə müraciət etdiyi ərəfədə sonuncuya göndərdiyi pulların qəbzlərini tapa bilmədiyi üçün xalası oğlu Zərərçəkmiş şəxs2la eyni gündə, yəni 05 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 3000 manat pul göndərdiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs göndərdiyi pulların siyahısını tapdığına görə hər şeyi olduğu kimi dəqiqliklə göstərmişdir. Hazırda ona 3030 manat məbləğində maddi ziyan dəymişdir. O, Təqsirləndirilən şəxs göndərdiyi pulları fəhləçilik edərək, əzab-əziyyətlə qazanıb toplamış, həm də həyətdə bəslədiyi bir baş iribuynuzu heyvanı satıb əldə etdiyi 1150 manat pulu Emilə göndərmişdir. Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 onun doğma qardaşıdır. O, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin may ayının sonlarından etibarən tanıyır. Belə ki, o, həmin ərəfələrdə fərdi qaydada ticarətlə məşğul olmaq üçün variantlar fikirləşərkən hazırda yadında qalmayan sosial şəbəkədə təsadüfən özünü X4 təqdim edən, əslində isə Balakən rayon sakini olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs sosial şəbəkədə avtomobil ehtiyat hissələrinin satışı ilə bağlı elanlar yerləşdirdiyinə görə o, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlayaraq, bu işlə məşğul olmaq istədiyini bildirmiş və ona bu istiqamətdə yol göstərməsini, bəzi məsləhətlər etməsini xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona avtomobil ehtiyat hissələrinin satışı anbarında işlədiyini bildirmişdir. Onlar bir neçə gün bu mövzuda söhbətlər apardıqdan sonra Emil onunla razılaşaraq bildirmişdir ki, o əvvəlcə müştəri tapıb sifariş qəbul etməli, daha sonra qəbul etdiyi sifarişin nədən ibarət olmasını Emilə bildirməli, sonuncu qiymətləri ona dedikdən sonra pulu göndərməli və bundan sonra Emil onun sirafiş etdiyi malları yığıb ona göndərməlidir. O da Emilin təklifi ilə razılaşaraq, müştəri axtarmağa başlamışdır. Beləliklə, bir müddət sonra o, bir neçə müştəri tapıb sifarişlər qəbul etmiş, həmin sifarişləri Emilə yazmış, sonuncu qiymətləri hesablayıb ona deyəndən sonra pulları Emilin göstərişi ilə sonuncunun arvadı X1 adına olan Kapital banka məxsus kartın hesabına köçürmüşdür. Beləliklə o, bu minvalla Emillə təxminən 02 ay birlikdə işləmişdir. Yəni o, müxtəlif avtomobillərə məxsus ehtiyat hissələrinin sifarişini qəbul edib, pulunu Emilə göndərirmiş, sonuncu da həmin ehtiyat hissələrini alıb, Bakı-Balakən şəhərləri arası taksi fəaliyyəti ilə məşğul olan şəxslərlə ona göndərmişdir. Emil təxminən 2021-ci ilin iyun ayının ortalarından başlayaraq avqust ayının sonlarınadək müxtəlif tarixlərdə Bakı-Balakən şəhərlərarası taksi fəaliyyəti ilə məşğul olan Hizbullah, İsmayıl, Kənan, Rövşən, Elçin, Zaur, Rauf, Elvin şəxslərə ona müxtəlif məbləğlərdə, müxtəlif çeşiddə yeni və işlənmiş avtomobil ehtiyat hissələri göndərmişdir. Hətta bir dəfə yadında qalmayan tarixdə onun köməkçisi Şahid4 Kənan adlı şəxsin idarə etdiyi yük avtomobili ilə Bakı şəhərinə gedərək, Emildən avtomobil ehtiyat hissələri alıb gətirmişdir. O da həmin avtomobil ehtiyat hissələrini təhvil alan kimi sahiblərinə, yəni sifarişçilərə çatdırmışdır. Emil ala bilmədiyi avtomobil ehtiyat hissələrinin pulunu isə ona geri qaytarmışdır. Emil ona Balakən şəhərində mağaza açmağı təklif etsə də, onun maddi imkanı zəif olduğuna görə bu təklifi rədd etmişdir. Emil onunla işlədiyi müddət ərzində qardaşı Vüqarın istifadə etdiyi mobil telefon nömrəsini əldə etmiş, daha sonra qardaşına zəng edərək, birlikdə mağaza açıb şərik işləməyi təklif etmişdir. Qardaşı Vüqar da Emilin təklifini qəbul edərək, Balakən şəhəri ərazisində yerləşən “Bazar başı” adlanan yerdə mağaza kirayələmişdir. Hətta mağazaya Nurlan adlı bir satıcı oğlan da işə götürmüşdür. Lakin qardaşı Vüqarın işləri arzu etdiyi kimi olmamışdır. Emil onunla normal işləsə də, təxminən 02 ay müddətinə qardaşı Vüqarın avtomobil ehtiyat hissələri almaq məqsədi ilə göndərdiyi 34700 manat pulu müxtəlif bəhanələrlə ələ keçirmişdir. O, pərakəndə satışla məşğul olmuş, qardaşı Vüqar isə kirayələdiyi mağazanı ehtiyat hissələri ilə doldurmaq və konkret olaraq bu işlə məşğul olmaq istəmişdir. Ona görə ardıcıl olaraq Emilə pullar göndərmişdir. Emil isə pulları aldıqdan sonra müxtəlif bəhanələr edərək, qardaşı Vüqarın sifariş etdiyi malları göndərmişdir. Həmin ərəfələrdə o, səhhətində yaranmış problemlərlə əlaqədar olaraq müalicə olunmuş və bir neçə gün işə fasilə vermişdir. Elə həmin vaxtlarda qardaşı Vüqar özünü onlara X4 təqdim edən şəxsin əslində Balakən rayon sakini Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Daha sonra onlar maraqlandıqda Emilin dələduz olduğunu, Balakən rayonunda da bir neçə şəxsə qarşı dələduzluq etdiyini öyrənmişlər. Buna görə o, Təqsirləndirilən şəxslə işləməyə son qoymuşdur. Qardaşı Vüqar da Emildən pullarını geri qaytarmasını tələb etməyə başlamış, lakin Təqsirləndirilən şəxs həbs olunan günədək onun qardaşı Vüqarı aldatmağa davam edərək sonuncuya heç bir pul qaytarmamış və ya avtomobil ehtiyat hissəsi göndəməmişdir. Təqsirləndirilən şəxslə aralarında olan işbirliyi zamanı Emilin ona təxminən 12000 manat civarında borcu yaranmışdır. Lakin hazırda bununla bağlı onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə o, borc məsələsi ilə əlaqədar Təqsirləndirilən şəxs aidiyyəti üzrə məhkəmə orqanına müraciət edəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Onun oğlu Şahid1 əvvəllər fərdi qaydada ticarətlə məşğul olaraq, Bakı şəhərindən avtomobil ehtiyat hissələri alıb, yaşadıqları Balakən şəhərində sataraq pul qazanmışdır. Nurlanın Bakı şəhərindən aldığı malları Bakı-Balakən şəhərlərarası taksi fəaliyyəti ilə məşğul olan şəxslər gətirib təhvil verirmişlər. Xatırladığı qədərilə bir dəfə də Nurlana gələn malları taksi sürücüsündən o, təhvil almışdır. Daha sonra 2021-ci ilin yay aylarında digər oğlu Zərərçəkmiş şəxs1 da bu işlə məşğul olmağa başlamışdır. Hətta Vüqar bu işə həvəslə başladığına görə mağaza da kirayələmişdir. Sonradan ona məlum olmuşdur ki, oğlu Vüqarla birlikdə avtomobil ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olan və Bakı şəhərində yaşayan şəxs oğlu Vüqarın avtomobil ehtiyat hissələri almaq məqsədi ilə göndərdiyi pulları ələ keçirmişdir. Sonradan onlara məlum olmuşdur ki, oğlu Vüqara qarşı dələduzluq etmiş şəxs Balakən rayon sakini olan Təqsirləndirilən şəxsdir. Buna görə oğlu Nurlan da həmin şəxslə ticarət əlaqələrini kəsmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun digər oğlu Nurlana da maddi ziyan vurmuşdur. Hazırda ona heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Nurlan və Zərərçəkmiş şəxs1 qardaşları onun doğma oğullarıdır. Onun oğlu Nurlan əvvəllər fərdi qaydada ticarətlə məşğul olaraq Bakı şəhərindən avtomobil ehtiyat hissələri alıb gətirmiş və həmin ehtiyat hissələrini Balakən şəhərində sataraq pul qazanmışdır. Belə ki, Nurlan sifarişlər qəbul edib pulunu Bakı şəhərində avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan Orxan adlı şəxsə göndərmişdir. Orxan adlı şəxs də sifariş olunan ehtiyat hissələrini Nurlana göndərmişdir. Orxan adlı şəxsin göndərdiyi malları Bakı-Balakən şəhərlərarası taksi fəaliyyəti ilə məşğul olan şəxslər yaşadıqları ünvana gətirib,Nurlana təhvil verirmişlər. 2021-ci ilin yay aylarında oğlu Nurlan xəstələnmiş və müalicə olunduğuna görə işlərinə bir müddət ara vermişdir. Həmin ərəfələrdə digər oğlu Vüqar Balakən şəhəri ərazisində mağaza kirayələyib bu işlə məşğul olmağa başlamışdır. Oğlu Vüqar həmin Orxan adlı şəxslə danışıb razılaşmış və mağazanı şərikli işlətmək qərarına gəlmişlər. Belə ki, aralarında olan razılaşmaya əsasən oğlu Vüqar sifariş qəbul edib, Bakı şəhərində yaşayan Orxan adlı şəxsə bildirməli və sifarişlərin pulunu göndərməli, Orxan adlı şəxs də sifariş olunan malları alıb Vüqara göndərməli və mallar satıldıqdan sonra əldə olunan qazanc pulu ikisinin arasında bölünməli idi. Bu minvalla oğlu Vüqar Balakən şəhər sakinlərindən xeyli sifariş qəbul edərək ümumilikdə 34700 manat pulu Orxan adlı şəxsə göndərmişdir. Lakin Orxan adlı şəxs oğlu Vüqarı müxtəlif bəhanələrlə aldadaraq, oğlunun avtomobil ehtiyat hissələri almaq üçün göndərdiyi 34700 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmçinin Orxan adlı şəxsin işlədikləri dövr ərzində digər oğlu Nurlana da xeyli borcu yaranmışdır. Sonradan onlara məlum olmuşdur ki, oğlu Vüqara qarşı dələduzluq etmiş şəxs Balakən rayon sakini Təqsirləndirilən şəxsdur. Sadəcə olaraq Təqsirləndirilən şəxs dələduzluq əməllərini həyata keçirmək məqsədi ilə özünü Orxan adlı şəxs kimi qələmə vermişdir. Bundan sonra oğlu Vüqar dəfələrlə Təqsirləndirilən şəxs zəng edərək, mesajlar yazaraq, pulları geri qaytarmasını tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs isə hər dəfə yaxın günlərdə pulları geri qaytaracağını deyərək, oğlu Vüqarı aldatmağa başlamış və həbs olunanadək oğluna heç bir pul qaytarmamışdır. Təqsirləndirilən şəxs həbs olunandan sonra sonuncunun ailə üzvləri bir neçə dəfə onların yaşadıqları evə gedərək üzrxahlıq etmiş və oğlu Vüqara dəymiş maddi ziyanı ödəmək istədiklərini bildirmişlər. Lakin bu günədək oğlu Vüqara dəymiş 34700 manat maddi ziyanın bir manatı da geri qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Tülü kəndində ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Şahid1 xeyli müddətdir tanıyır və sonuncu ilə yaxın münasibətləri vardır. Nurlan təxminən 2021-ci ilin əvvəllərindən avtomobil ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olmuşdur. Belə ki, Nurlan Bakı şəhərindən müxtəlif avtomobil ehtiyat hissələri alıb, Balakən şəhərinə gətirmiş və özü satışını həyata keçirmişdir. Bir neçə dəfə də o, Nurlanın xahişi ilə müştərilərə avtomobil ehtiyat hissələri aparıb təhvil vermişdir. 2021-ci ilin yay aylarında Nurlan bu işlərdə kömək etməsini ona təklif etmiş və qarşılığında ona müəyyən məbləğlərdə pul da verəcəyini bildirmişdir. O da Nurlanın təklifi ilə razılaşaraq bir müddət sonuncu ilə birlikdə işləmiş və Nurlan qazandığı puldan onun da payını vermişdir. Həmin vaxtlarda Nurlan bu işləri Bakı şəhərində yaşayan Orxan adlı şəxslə birlikdə görmüşdür. Belə ki, Nurlan qəbul etdiyi sirafişlərin pullarını Orxan adlı şəxsə göndərmiş, sonuncu da Bakı şəhərindən ehtiyat hissələrini alıb taksi avtomobilləri ilə Nurlana göndərmişdir. 2021ci ilin yay aylarında, dəqiq yadında qalmayan tarixdə Nurlan xeyli sayda avtomobil ehtiyat hissələri sifarişi olduğunu və Sumqayıt şəhərinə gedib həmin ehtiyat hissələrini gətirmək lazım olduğunu ona bildirmişdir. O da tanıdığı taksi sürücülərindən xahiş etmişdir ki, onu bu işlə məşğul olan bir şəxsə yönəltsinlər. Səhəri gün səhər saatlarında Kənan adlı şəxs onunla əlaqə saxlayaraq, yükün nədən ibarət olmasını soruşmuş, o, ətraflı məlumat verdikdən sonra Kənan Sumqayıt şəhərinə gedib qayıtmağa görə ondan 150 manat pul alacağını demişdir. O da bu barədə Nurlana məlumat verdikdən sonra Kənanla razılaşmış, daha sonra Kənan idarə etdiyi Ford Transit markalı avtomobillə Balakən şəhərində yerləşən “Bazar başı” adlanan yerə gedib onu götürmüş və birlikdə Sumqayıt şəhərinə yollanmışlar. Onlar Sumqayıt şəhərinə çatanda Nurlanla əlaqə saxlayıb məlumat vermiş, bir qədər sonra hazırda yadında qalmayan bir mobil nömrədən ona məkan bildirişi gəlmiş, o da Kənana həmin ünvana getməli olduqlarını bildirmiş və Kənan avtomobili sürüb həmin ünvana getmişdir. Xatırladığı qədərilə həmin yerdə ancaq işlənmiş avtomobil ehtiyat hissələri satılırmış. Orada onu özünü Orxan kimi təqdim edən arıq bədən quruluşlu cavan bir oğlan qarşılamış, daha sonra Orxan adlı şəxs Nurlanın sifariş etdiyi avtomobil ehtiyat hissələrini almış və həmin avtomobil ehtiyat hissələrini Orxan adlı şəxslə birlikdə avtomobilə yığmışlar. Bundan sonra o, Kənanla birlikdə oradan geri qayıdıb, Meyvəli Bazara getmiş, Kənan Meyvəli Bazardan müxtəlif meyvələr alıb avtomobilinə yığdıqdan sonra birlikdə Balakən şəhərinə qayıtmışlar. Onlar Balakən şəhərinə çatanda saat təxminən 03:00 radələri olmuş, Kənan avtomobili Balakən şəhərində yerləşən “Bazar başı” adlanan yerə sürmüş, o, gətirdiyi avtomobil ehtiyat hissələrini orada yerə boşaltmış, daha sonra Kənana zəhmət haqqı olaraq 150 manat pul vermiş və sonuncu oradan getmişdir. Bundan sonra o, Nurlana zəng edib “Bazar başı” adlanan yerə çağırmış, bir qədər sonra Nurlan oraya getmiş və onun gətirdiyi avtomobil ehtiyat hissələrini öz avtomobilinə yığıb aparmışdır. O da oradan yaşadığı evə getmişdir. Həmin ərəfələrdə Nurlan səhhətində yaranmış problemlərlə əlaqədar işə bir müddət fasilə vermişdir. O, sonradan eşitmişdir ki, Nurlanın qardaşı Vüqar da avtomobil ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olmaq üçün Orxan adlı şəxsə xeyli miqdarda pullar göndərmiş və Orxan adlı şəxs Vüqarı aldadaraq göndərdiyi pulları ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Qullar kəndində ailə üzvləri ilə birlikdə yaşayır və Balakən rayon bazarında meyvə ticarəti ilə məşğul olaraq pul qazanıb ailəsini dolandırır. İşi ilə əlaqədar mütəmadi olaraq özünə məxsus Ford Transit markalı **-SY-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhərində yerləşən Meyvəli bazarına gedib oradan müxtəlif çeşiddə meyvələr alaraq Balakən bazarına gətirib satır. Buna görə Balakən şəhərində yaşayan sürücülərin “votsapp” proqramında yaratdıqları “YÜK” adlı qrupa qoşulmuşdur. Balakən şəhərindən Bakı şəhərinə aparmalı və ya Bakı şəhərindən Balakən şəhərinə gətirməli nəsə bir yük olanda həmin qrupda elan paylaşaraq, bir-birilərinə məlumat verirlər. 2021-ci ilin yay aylarında, dəqiq yadında qalmayan tarixdə həmin qrupda Bakı şəhərindən Balakən şəhərinə gətirilməli yük olması ilə bağlı elan paylaşılmışdır. O, həmin elanda qeyd edilən nömrə ilə əlaqə saxlayanda telefona cavab verən şəxs adının Elvin olduğunu, Balakən şəhərində yerləşən “Bazar başı” adlanan yerdə mağazada işlədiyini, onunla birlikdə Sumqayıt şəhərinə gedəcəyini və oradan avtomobil ehtiyat hissələri gətirəcəyini bildirmişdir. O da həmin gün Meyvəli bazara getməli idi. Buna görə Elvin adlı şəxslə razılaşaraq, Sumqayıt şəhərinə gedib qayıtmağa görə sonuncudan 150 manat pul alacağını demiş, Elvin adlı şəxs də onunla razılaşmışdır. Daha sonra o, həmin tarixdə səhər saatlarında idarə etdiyi avtomobillə Balakən şəhərində yerləşən “Bazar başı” adlanan yerə gedib, Elvin adlı şəxsi götürmüş və birlikdə Sumqayıt şəhərinə yollanmışlar. Onlar Sumqayıt şəhərinə çatanda Elvinin göstərişi ilə avtomobili hazırda xatırlamadığı bir ünvana sürmüş, Elvin adlı şəxs həmin ünvanda onun tanımadığı bir şəxsdən müxtəlif avtomobil ehtiyat hissələri alıb, onun avtomobilinə yığmış və birlikdə oradan geri qayıdıb, Meyvəli bazara getmişlər. O, Meyvəli bazardan meyvələr alıb avtomobilə yığdıqdan sonra Elvin adlı şəxslə birlikdə Balakən şəhərinə qayıtmışlar. Onlar Balakən şəhərinə çatanda artıq saat təxminən 03:00 radələri olmuşdur. O, avtomobili Balakən şəhərində yerləşən “Bazar başı” adlanan yerə sürmüş, Elvin adlı şəxs aldığı avtomobil ehtiyat hissələrini orada yerə boşaltmış, daha sonra ona zəhmət haqqı olaraq 150 manat pul vermiş və o, oradan yaşadığı evə getmişdir. O, Təqsirləndirilən şəxs tanımır. 2021-ci ilin sentyabr ayının əvvəllərində deyil, təxminən 2021-ci ilin iyul ayının sonlarında Elvin adlı şəxslə birlikdə Sumqayıt şəhərinə getmişdir. Orada da onun heç kimlə ünsiyyəti olmamışdır. Elvin adlı şəxs özü bir neçə ədəd avtomobil ehtiyat hissələri alıb, onun avtomobilinə yığmışdır. Həmçinin, onun bildiyinə görə Elvin adlı şəxs orada cəmi 500 manat dəyərində müxtəlif avtomobil ehtiyat hissələri almışdır. O, həmin avtomobil ehtiyat hissələrini Balakən şəhərinə gətirib hansısa mağazaya deyil, “Bazar başı” adlanan yerə boşaltmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hazırda ünvan 7 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və özünə məxsus Mercedes Vito markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən-Bakı şəhərləri arası fərdi qaydada taski fəaliyyəti ilə məşğul olaraq pul qazanıb ailəsini dolandırır. O, 2021-ci ilin yay aylarında, dəqiq yadında qalmayan tarixdə həmişə olduğu kimi Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Neftçilər metrostansiyasının yaxınlığında dayanıb Balakən şəhərinə gəlmək istəyən müştəri gözləyən vaxt özünü Orxan kimi təqdim edən bir şəxs ona yaxınlaşaraq, avtomobilin arxa sərnişin oturacaqlarını boş saxlamasını xahiş etmiş və Balakən şəhərinə avtomobil ehtiyat hissələri aparmaq lazım olduğunu bildirmişdir. O da zəhmət haqqı olaraq Orxan adlı şəxsdən 60 manat pul istəmişdir. Orxan adlı şəxs razılaşaraq orada ona 50 manat pul vermişdir. Bundan sonra Orxan adlı şəxslə birlikdə, sonuncunun göstərişi ilə Nizami rayonu ərazisinə getmişlər. Daha sonra hazırda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı bir avtomobil onların olduqları yerə gəlmiş və Orxan adlı şəxs də həmin avtomobildən müxtəlif avtomobil ehtiyat hissələri götürüb onun idarə etdiyi avtomobilin arxa sərnişin oturacaqlarına yükləmişdir. Daha sonra Orxan adlı şəxs ona hazırda xatırlamadığı bir mobil telefon nömrəsi verərək, Balakən şəhərinə çatanda həmin nömrə ilə əlaqə saxlayıb ehtiyat hissələrini təhvil verməsini xahiş etmişdir. O, həmin tarixdə Balakən şəhərinə yola düşmüş və gecə saatlarında gəlib Balakən şəhərinə çatanda Orxan adlı şəxsin ona verdiyi nömrə ilə əlaqə saxlayıb məlumat vermişdir. Beləliklə, o, Balakən şəhəri ərazisində, hazırda dəqiq xatırlamadığı ünvanda həmin şəxslə görüşüb, Orxan adlı şəxsin göndərdiyi avtomobil ehtiyat hissələrini təhvil vermişdir. Lakin o, həmin şəxsin kim olduğunu bilməmiş və hadisənin üzərindən xeyli müddət keçdiyinə görə artıq həmin şəxsin istifadə etdiyi mobil telefon nömrəsi artıq onun istifadə etdiyi mobil telefonun yaddaşında qalmamışdır. Orxan adlı şəxs artıq onun zəhmət haqqını verdiyinə görə o, avtomobil ehtiyat hissələrini verdiyi şəxslə dialoqa girməmiş, sadəcə olaraq həmin şəxslə təyin etdikləri yerdə görüşmüşlər. Həmin vaxt o, idarə etdiyi avtomobilin içərisindən ehtiyat hissələrini yerə boşaltmış və həmin şəxsə təhvil verib oradan yaşadığı evə getmişdir. Həmçinin, həmin vaxt artıq gecə saatları olduğuna görə o, həmin şəxsin zahiri görünüşlərini dəqiq görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, hazırda Balakən rayon Qullar kəndində ailə üzvləri ilə birlikdə yaşayır və özünə məxsus Mersedes Vito markalı **-DZ-*** dövlət nömrə nişanlı avtomobillə Balakən-Bakı şəhərlərarası fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq pul qazanıb ailəsini dolandırır. 2021-ci ilin yay aylarında əvvəllər tanıdığı Balakən rayon sakini Təqsirləndirilən şəxs mobil telefonla ona zəng edərək, Balakən şəhər sakini olan Vüqar adlı şəxsə avtomobil ehtiyat hissələri göndərmək istədiyini bildirmiş, o da avtomobilə sərnişin götürmədən avtomobilin içərisini və yük hissəsini tam ehtiyyat hissələri ilə doldurmaq şərtilə Balakən rayonuna 150 manat müqabilində aparacağını Emilə bildirmişdir. Sonuncu razılaşdıqdan sonra o, Bakı şəhəri ərazisində yerləşən Əhmədli metrostansiyasının yaxınlığına gedib oradan Emili götürmüş və onlar birlikdə Sumqayıt şəhəri Saray qəsəbəsində yerləşən tanımadığı şəxsə məxsus fərdi yaşayış evindəki avtomobil ehtiyat hissələri olan anbara getmişlər. Bundan sonra o, avtomobilin içərisində dayanmış, Emil və həmin ev sahibinin oğlu müxtəlif avtomobillərə aid xeyli sayda müxtəlif çeşiddə işlənmiş avtomobil ehtiyyat hissələrini gətirib ona vermişlər. O da həmin ehtiyat hissələrini avtomobilə yükləmişdir. Eyni zamanda həmin ehtiyat hissələrindən iki ədəd bamper böyük olduğuna görə avtomobilin üzərindəki yük yerinə qoymuşdur. Onun bildiyinə görə həmin vaxt avtomobilə təxminən 2000 manat civarında avtomobil ehtiyyat hissələri yükləmişlər. Daha sonra o, Balakən rayonuna gələrək həmin ehtiyyat hissələrini Vüqar adlı şəxsin Balakən şəhərində yaşadığı fərdi yaşayış evinin həyətinə boşaltmışdır. Bundan sonra o, cəmi 04 dəfə Emilin Bakı və Sumqayıt şəhərlərindən göndərdiyi, təxmini qiymətləri ***-**** manat civarında olan işlənmiş avtomobil ehtiyat hissələrini gətirərək, bir dəfə Vüqar adlı şəxsin Balakən şəhəri ərazisində işlətdiyi mağazanın qarşısına, bir dəfə sonuncunun yaşadığı evin həyətinə boşaltmış, bir dəfə Vüqarın qardaşı Nurlana, bir dəfə də anasına təhvil vermişdir. Həmin avtomobil ehtiyat hissələrini Balakən rayonuna gətirməsinin qarşılığında iki dəfə Emil, bir dəfə Vüqar, bir dəfə də sonuncunun qardaşı Nurlan ona zəhmət haqqı olaraq pul vermişdir. O, 2021-ci ilin yay aylarında cəmi 05 dəfə Təqsirləndirilən şəxs göndərdiyi avtomobil ehtiyat hissələrini Balakən şəhərinə gətirmişdir. İlk dəfə gətirdiyi avtomobil ehtiyat hissələrini şəxsən Vüqar adlı şəxsə təhvil vermiş, qalan avtomobil ehtiyat hissələrini isə bir dəfə Vüqar adlı şəxsin Balakən şəhəri ərazisində işlətdiyi mağazanın qarşısına, bir dəfə sonuncunun yaşadığı evin həyətinə boşaltmış, bir dəfə Vüqarın qardaşı Nurlana, bir dəfə də anasına təhvil vermişdir. Xatırladığı qədəri ilə o, gecə saatlarında avtomobil ehtiyat hissələrini gətirib mağazanın qarşısına boşaldan zaman Nurlan orada olmuş və ondan təhvil almışdır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs hansı məbləğdə pul göndərməsi və ya Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pul qaytarıb-qaytarmaması barədə, yəni, sonuncuların arasında olan haqq-hesab barədə onun heç bir məlumatı olmamışdır.Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxslə Şahid1 qardaşı Nurlan arasında da işbirliyi olmuşdur. Təqsirləndirilən şəxs ondan başqa Balakən-Bakı şəhərlərarası taksi fəaliyyəti ilə məşğul olan digər şəxslər vasitəsi ilə də Zərərçəkmiş şəxs1 dəfələrlə xeyli sayda avtomobil ehtiyat hissələri göndərdiyini özü ona demişdir. Bu barədə onun heç bir dəqiq məlumatı olmamışdır. Üzərindən xeyli müddət keçdiyinə görə Təqsirləndirilən şəxs onun vasitəsi ilə Balakən şəhərinə göndərdiyi avtomobil ehtiyat hissələrinin nədən ibarət olmasını dəqiq xatırlamır. İş materiallarında olan 30 yanvar 2022-ci il tarixlti diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 01 ədəd CD diskə baxış keçirilmişdir.Baxış zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, istintaqa təqdim etdiyi həmin 01 ədəd CD diskdə Təqsirləndirilən şəxs ilə onun arasında olan telefon danışıqlarına aid səs yazıları, votsapp yazışmaları, Təqsirləndirilən şəxs göndərdiyi pulların qəbzlərinin fotoşəkilləri və Təqsirləndirilən şəxs aid olan bəzi məlumatlar vardır. CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 23 sentyabr 2021-ci il tarixdə saat 16:19-da Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona “votsapp” proqramı vasitəsi ilə “Danishdim vuracaq karta pul, sənin borcuda yazdim bu siyahını senede atdim”, “Dibirov orxana mersedes zapcasti gətirəsiydin 5000 AZN sənə vermişəm, Kran gətirəsiydin bu ay sentyabr ayinin 9-na guya 10000 AZN sənə vermişəm, Pərvinin bmw maşinina zapçast gətirəsiydin onada 5000 AZN vermisən, Əlinin toyota camry maşınına zapçast 2000 AZN beh vermişəm sənə, Saday, Abdulməcid, Məhəmməd maşın yiğib satirdilar yadindami? 1200 AZN onunda pul səndədi sənə vermişəm, Mersedes ML 6.3 mator hələ var ona 2000 AZN səndədi, Əsas məsələ 2500 AZN sənə pul verdim camaatdan borc alib dedin faiz verəcem yadinda? 1900 AZN sənə verdi. “012 lada” maşinin qabaq hissəsi guya gətirəsiydin, Volsvagen 1.4 karobkasi Elmirin maşini yadinda 540 sənə verdim? Oda ogun evə gəlib. Şakanin 39 kuza bmw qabaq fara 190 azn beh səndədi sənə vermişəm. Kia optimanin qulşiteli 135 AZN sənə vermişəm, Şevrolet cruz maşınına tayvan fara 2cüt 200 AZN səndədi beh, X21 gətirəcəydin guya 1000 AZN səndədi pul, Əsas mənim qohum Elvinin ford maşınına karobka 250 AZN sənə vermişəm, Mersedes 4göz karobka 250 AZN səndə, Kia optima fəridin masina güzgülərin matoru 110 AZN səndə, Mersedes Şessot markali maşın 250 AZN səndədi beh”, saat 16:21-də “Hers ey bir yana yəni mənə verəcek pulun budu verəsi vədlərin bu siyahida olandi” məzmunlu mesaj yazmışdır. Həmin tarixdə saat 16:21-də Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***- **-** nömrəli mobil telefondan “votsapp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 “He qaqa” məzmunlu cavab mesajı yazmışdır. Bundan başqa, naməlum tarixdə saat 14:50-də Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan “votsapp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 “Aya kiwi 20 versem gerisine nece gun verirsen vaxt?” məzmunlu mesaj yazmışdır. Həmin tarixdə saat 14:53-də Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona “votsapp” proqramı vasitəsi ilə “Anlamadim 20 nedi” məzmunlu cavab mesajı yazmışdır. Təqsirləndirilən şəxs də həmin dəqiqədə Zərərçəkmiş şəxs1 cavab olaraq “Deyirem sabah axwama kimide yeni en gec 20 min versem gerisine ne qeder vaxt verirsen” məzmunlu mesaj yazmışdır. Zərərçəkmiş şəxs1 da həmin dəqiqədə Təqsirləndirilən şəxs “Oz dediyine ozun inanisami?” məzmunlu cavab mesajı yazmışdır. Təqsirləndirilən şəxs də saat 14:54-də Zərərçəkmiş şəxs1 cavab olaraq “Sene sual verdim Geri 12500 bele pul qalir” məzmunlu mesaj yazmışdır. Bundan başqa, naməlum tarixdə saat 19:43-də Zərərçəkmiş şəxs1 “votsapp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona “Mənə lazim 34700 AZN pulumu ver. Yada malimi ver. Bugundə ayin 21.10.2021 ci il. Ama ortada hecnə yoxdu.” məzmunlu mesaj yazmışdır. Təqsirləndirilən şəxs də saat 19:45-də Zərərçəkmiş şəxs1 cavab olaraq “Sebirli ol Sen” məzmunlu mesaj yazmışdır. Bundan başqa, 19 oktyabr 2021-ci il tarixdə saat 14:31-də Zərərçəkmiş şəxs1 “votsapp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona “Emil sene bir söz deyim bilesen, sene verdiyim 34700 AZN pulumu nə vaxt qaytarassan? Bugun oktyabrin 19du.” məzmunlu mesaj yazmışdır. Təqsirləndirilən şəxs də naməlum tarixdə saat 19:35-də Zərərçəkmiş şəxs1 cavab olaraq “Sene ele cavab yazacam oxuyub sevineceksen” məzmunlu mesaj yazmışdır. Zərərçəkmiş şəxs1 da saat 19:42-də Təqsirləndirilən şəxs cavab olaraq “Aha yenə eyni yalanlar eyni vədlər yalan sözlər hə emil?” məzmunlu mesaj yazmışdır. Bundan başqa, naməlum tarixdə saat 12:10da Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan “votsapp” proqramı vasitəsi ilə “Noldu 6 noyabr pul vurasiydin 34700 manat pulun yerine. Ozunde bilisen uzadisan fırladısan. Ya mal vermisen ya pul. Nolacaq bunun axiri?” məzmunlu mesaj yazmışdır. Təqsirləndirilən şəxs də saat 12:58-də Zərərçəkmiş şəxs1 “Yaxwi olacaqdi biz azcada doz” məzmunlu cavab mesajı yazmışdır. Bundan başqa, diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında olan telefon danışıqlarına dair 07 ədəd faylda səs yazıları vardır. Həmin səs yazılarından aydın olmuşdur ki, Təqsirləndirilən şəxs ilkin olaraq özünü V.X2 kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs1 danışıq zamanı Təqsirləndirilən şəxs avtomobil ehtiyat hissələrinin, müştərilərin adlarını, həmçinin ehtiyat hissələrini almaq üçün verdiyi pulların məbləğlərini sadalamış və sonda ümumilikdə 34700 manat pul verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs1 dediklərini təsdiq edərək sonuncunun həmin pulları X1 adına köçürdüyünü təsdiq etmiş və danmadığını bildirmişdir. Digər bir səs yazısında Təqsirləndirilən şəxs pulun yerinə mal verəcəyini Zərərçəkmiş şəxs1 bildirmişdir. Digər bir səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 köhnə klientləri, tanışları olduğunu, həmin şəxslərin onu Orxan kimi tanıdıqlarını, sadəcə olaraq üzbəüzdə onu Emil kimi tanıdıqlarını bildirmiş, daha sonra məsuliyyəti özünün daşıdığını deyərək sosial şəbəkələrdə 4-5 ədəd səhifə açmağı, öz klientlərini Zərərçəkmiş şəxs1 yönləndirməyi, həmin klientlərdən sifariş qəbul edib əvvəlcədən pul almağı, sifarişləri 01-02 ay ərzində çatdıracağını deyərək klentlərdən alınan pulları ikisinin arasında yarı bölməyi, klentlərə TİR-ın xarab olub yolda qaldığını deməyi Zərərçəkmiş şəxs1 təklif etmiş, Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs təklifini rədd etmişdir. Digər bir səs yazısında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs deyir ki, “sən bu günə kimi mənimlə Təqsirləndirilən şəxs adı ilə danışsaydın nə olardı? X15 kimi danışırsan. Nə mənası oldu?” Təqsirləndirilən şəxs də, cavabında Zərərçəkmiş şəxs1 deyir ki, “ən nifrət etdiyim şey Qaracayev nəsli olmağımdı”. Daha sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs deyir ki, “yaxşı, bəs keçən dəfə mənə niyə dedin ki, Orxan Hüseynlinin vəsiqəsinə 400-500 manat xərcim çıxıb? yekə oğlansan, necə inandırdın məni”. Təqsirləndirilən şəxs də cavabında Orxan Hüseynlinin ünvanına nalayiq söyüş söyür. Digər bir səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 deyir ki, “yəni pula görə qəhbə olaram, nakişi olaram, istəsən qurana ələ basaram ki, Zərərçəkmiş şəxs1, nədisə qəpiyinə kimi hamısı qayıdacaqdır, yəni pulun 01 manat o tərəf, 01 manat bu tərəf ola bilməz”. Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs deyir ki, “başa düşdüm, mən sənə bayaq votsappa yazdım ki 34700 manat sənin mənə borcun var”. Təqsirləndirilən şəxs də cavabında Zərərçəkmiş şəxs1 deyir ki, “bildim, nə yazmısansa, odusa qaqa, mən sənə nəsə demirəm”. Digər bir səs yazısında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs deyir ki, “nə oldu, sən bir-iki günə söz deyirdin, pulu nə vaxt verirsən?” Təqsirləndirilən şəxs də cavabında Zərərçəkmiş şəxs1 deyir ki, “deyəcəyəm, səbirli ol, sabah olar, bəlkə bu gün axşam oldu”. Digər bir səs yazısında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs deyir ki, “Şahid6, bir də X9. Onları tayırsan sən?” Təqsirləndirilən şəxs də “yox” deyə cavab verir. Diskə baxış zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, diskdə olan səs yazıları Təqsirləndirilən şəxslə onun arasında olan telefon danışıqlarına aiddir. Təqsirləndirilən şəxs əvvəllər özünü ona Orxan Hüseynli kimi təqdim etmiş, daha sonra o, Emilin əslində Balakən rayon sakini Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. İş materiallarında olan 01 fevral 2022-ci il tarixli diskə və bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı cinayət işi üzrə Kapital Bank ASC-dən əldə edilərək götürülmüş sənədlərə və 01 ədəd CD diskə baxış keçirilmişdir. Sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, 21 iyul 2021-ci il tarixdən 07 dekabr 2021ci il tarixədək olan müddət ərzində X1 adına olan 416974******3189 nömrəli kart hesabına ümumilikdə 56499 (əlli altı min dörd yüz doxsan doqquz) manat pul mədaxil olunmuş, 56498.86 (əlli altı min dörd yüz doxsan səkkiz manat səksən altı qəpik) manat məxaric olunmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi qəbzlərdə göstərilən məbləğlər, yəni X1 adına olan 416974******3189 nömrəli kart hesabına 23 iyul 2021-ci il tarixdə 400 manat, 24 iyul 2021-ci il tarixdə 50 manat, 24 iyul 2021-ci il tarixdə 3344 manat, 29 iyul 2021-ci il tarixdə 400 manat, 30 iyul 2021-ci il tarixdə 215 manat, 31 iyul 2021-ci il tarixdə 2000 manat, 31 iyul 2021-ci il tarixdə 2000 manat, 01 avqust 2021-ci il tarixdə 1650 manat, 03 avqust 2021-ci il tarixdə 200 manat, 06 avqust 2021-ci il tarixdə 2500 manat, 06 avqust 2021-ci il tarixdə 2500 manat, 06 avqust 2021-ci il tarixdə 260 manat, 13 avqust 2021-ci il tarixdə 900 manat, 15 avqust 2021-ci il tarixdə 2000 manat, 15 avqust 2021-ci il tarixdə 1640 manat, 28 avqust 2021-ci il tarixdə 2000 manat, 28 avqust 2021-ci il tarixdə 1000 manat və 31 avqust 2021-ci il tarixdə 2500 manat pul köçürməsi, eləcə də, X8 adına olan 416974******1435 nömrəli kart hesabına 03 avqust 2021-ci il tarixdə 200 manat pul köçürməsi bank sənədlərində öz əksini tapmışdır. Bəzi pullar şənbə günləri köçürüldüyünə görə, növbəti iş günü, yəni bazar ertəsi günü hesaba yatmışdır. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi qəbzlərdə və ifadəsində göstərilən məbləğlər, yəni X1 adına olan 416974******3189 nömrəli kart hesabına 05 avqust 2021-ci il tarixdə 1000 manat və 19 avqust 2021-ci il tarixdə 400 manat pul köçürməsi bank sənədlərində öz əksini tapmışdır. İş materiallarında olan 09 fevral 2022-ci il tarixli bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı cinayət işi üzrə Azər-Türk Bank ASCdən əldə edilərək götürülmüş sənədlərə baxış keçirilmişdir. Sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, 21 iyul 2021-ci il tarixdən 07 dekabr 2021-ci il tarixədək olan müddət ərzində X8 adına olan Azər-Türk Bank ASC-yə məxsus **********985631 nömrəli kart hesabına ümumilikdə 11749,14 (on bir min yeddi yüz qırx doqquz manat on dörd qəpik) manat pul mədaxil olunmuş və kart hesabından 11748,17 (on bir min yeddi yüz qıxr səkkiz manat on yeddi qəpik) manat pul məxaric olunmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi qəbzdə göstərilən məbləğ, yəni X8 adına olan Azər-Türk Bank ASC-yə məxsus **********985631 nömrəli kart hesabına 21 avqust 2021-ci il tarixdə 4100 manat pul köçürülməsi bank sənədlərində öz əksini tapmışdır. Həmin pul şənbə günü köçürüldüyünə görə, növbəti iş günü, yəni 23 avqust 2021-ci il tarixdə bazar ertəsi günü hesaba yatmışdır. İş materiallarında olan 16 fevral 2022-ci il tarixli bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Kapital Bank ASC-dən əldə edilərək götürülmüş sənədlərə və 01 ədəd CD diskə baxış keçirilən zaman Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi qəbzlərdə və ifadəsində göstərilən məbləğlər, yəni X1 adına olan 416974******3189 nömrəli kart hesabına 09 avqust 2021-ci il tarixdə 600 manat, 12 avqust 2021-ci il tarixdə 1150 manat, 22 avqust 2021-ci il tarixdə 500 manat, 27 avqust 2021-ci il tarixdə 250 manat, 31 avqust 2021-ci il tarixdə 330 manat və 04 sentyabr 2021-ci il tarixdə 200 manat olmaqla ümumilikdə 3030 manat pul köçürməsi bank sənədlərində öz əksini tapmışdır. Bəzi pullar şənbə günləri köçürüldüyünə görə, növbəti iş günü, yəni bazar ertəsi günü hesaba yatmışdır. İş materiallarında olan 01 yanvar 2022-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında protokoldan görünür ki,01 yanvar 2022-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 19 yanvar 2022-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnərək ibtidai istintaq davam etdirilmiş, həmin tarixdə cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilmiş və 19 yanvar 2022-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan 25 yanvar 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə olan protokoldan görünür ki,25 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq İstintaq Bölməsinə təhvil verilmişdir. İş materiallarında olan 25 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki,25 yanvar 2022-ci il tarixdə saat 16.44-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli bilinərək cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 4(019)-13/2022 nömrəli qərarından görünür ki, həmin qərar ilə X6 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 25 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 1 (012)- 372/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsilə təqsirli bilinib, ona 01 il 06 ay müddətə aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilmişdir. İş materiallarında olan Aministiya aktının tətbiq edilməsi barədə 17 dekabr 2021-ci il tarixli qərardan görünür ki, həmin qərarla «8 noyabr-Zəfər günü münasibəti ilə aministiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 1 (012)-372/2020 nömrəli hökmü ilə ona təyin olunmuş cəzadan azad edilmişdlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamə üzrə arayışdan görünür ki, Təqsirləndirilən şəxs İlqar oğlu Abşerov Rayon Məhkəməsininin 05.06.2020-ci il tarixli hökmü ilə Azərbacan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, 17.12.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli aministiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinn 23 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında qərarından görünür ki, istintaq zamanı Kapital Bank ASC-dən əldə edilərək götürülmüş sənədlər və 02 ədəd CD diski, Azər-Türk Bank ASC-dən əldə edilərək götürülmüş sənədlər, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd CD diski və ödəniş qəbzləri, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təqdim etdiyi ödəniş qəbzləri cinayət işi üzrə sübut kimi qiymətləndirilmiş və iş materiallarına əlavə edilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən,təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə, xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlinin təkrar törədilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində, xeyli miqdarda törədilməsinə görə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1ci bəndinə görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Sözügedən Qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İlqar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs İlqar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində cəzanı yüngülləşdirən hallar, həmin Məcəllənin 61-ci maddəsində isə cəzanı ağırlaşdıran hallar nəzərdə tutulmuşdur. «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,eyni zamanda onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə və azadlığın məhdudlaşdırılması cəza növlərinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq Balakən RPŞ-in əməkdaşları tərəfindən 25 yanvar 2022-ci il tarixdə, saat 15.00-da məhdudlaşdırıldığından onun cəzaçəkmə müddətinin əvvəli tutulduğu 25 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi qiymətləndirilmiş Kapital Bank ASC-dən əldə edilərək götürülmüş sənədlər və 02 ədəd CD diski, Azər-Türk Bank ASC-dən əldə edilərək götürülmüş sənədlər, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd CD diski və ödəniş qəbzləri, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təqdim etdiyi ödəniş qəbzləri hazırki cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə həmçinin hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Rizvan oğluna və Zərərçəkmiş şəxs3 oğluna vurulmuş ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğluna qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 10 iş saatı sərf edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzaçəkmə müddətinin əvvəli tutulduğu 25 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi qiymətləndirilmiş Kapital Bank ASC-dən əldə edilərək götürülmüş sənədlər və 02 ədəd CD diski, Azər-Türk Bank ASC-dən əldə edilərək götürülmüş sənədlər, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd CD diski və ödəniş qəbzləri, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təqdim etdiyi ödəniş qəbzləri hazırki cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Rizvan oğluna və Zərərçəkmiş şəxs3 oğluna vurulmuş ziyanın ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs oğluna qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-44/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-44/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver