Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-45/2020 28.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs-xx.xx.1991-ci ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, Balakən rayonunun Qullar kəndində yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə təxminən saat 21:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Qullar kəndinin ərazisindən keçən 153-cü km-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/ saat sürətlə idarə etdiyi Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən şəhəri istiqamətindən Mazımçay Gömrük X4 istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, qarşıda nəqliyyat vasitəsinin sola dönmə işığını qoşub sola dönmək üçün sol kənar vəziyyəti tutmasını nəzərə almalı və dönmək üçün sürətini azaltmış nəqliyyat vasitəsinin hərəkətinə üstünlük verməli, təhlükəsizliyin təmin olunması məqsədi ilə onu sağ tərəfdən ötməklə hərəkətini davam etdirməli və ötmə əməliyyatı aparmaq üçün əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqü nişanlanma xəttini kəsib keçməməli olduğu halda bunu etməyib, avtomobili sol hərəkət zolağına çıxararaq ötmə əməliyyatı apararaq eyni istiqamətdə hərəkətdə olub sola dönmə əməliyyatı aparan Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz-21065 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sol qanadından vurub toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Ravon Nexia R3 markalı avtomobilin salonunda olan sərnişin Zərərçəkmiş şəxs2 başın sol təpə-gicgah-ənsə nahiyəsində yaralar, sıyrıqlar, sağ qulaq seyvanında yara, dizlərində sıyrıqlar, sağ gicgah payında işemiya, sol sirkə kasasının qapalı sınığının əmələ gəlməsi ilə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır, Vaz-21065 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sol yuxarı gicgah-təpə nahiyəsində əllədikdə ağrılı, şişkinlifluktasiyalı hematoma-qan yığımının əmələ gəlməsi ilə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül, həmin avtomobilin salonunda olan sərnişin Zərərçəkmiş şəxs3 sol tərəf çiynin əziyinin əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarətlər, habelə Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində "xxxxxxxxx" MMC-yə 13930 (on üç min doqquz yüz otuz) manat, Vaz-21065 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində isə Zərərçəkmiş şəxs1 4384 (dörd min üç yüz səksən dörd) manat məbləğində ziyan vurmuşdur. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil xxxxxxxxx MMC-yə məxsusdur, həmin avtomobili etibarnamə əsasında idarə edir və onun avtomobilləri idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi vardır. Ailəsini dolandırmaq üçün Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə tanışları Zərərçəkmiş şəxs2 və Şahid2 ilə birlikdə idarə etdiyi Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən şəhərindən Qullar kəndinə gedərkən İntiqam qabaq oturacaqda əyləşmiş, Mahir arxa oturacaqda sol tərəfdə əyləşmiş, o, isə avtomobili Balakən şəhəri istiqamətindən Mazımçay Gömrük X4 istiqamətində təxminən 90 km/saat sürətlə idarə etmişdir. Təxminən saat 21:20 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun Balakən rayonunun Qullar kəndinin ərazisindən keçən 153-cü km-də sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz-21065 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə təxminən 100 metrlikdən Balakən rayonunun Gərəkli kəndi yolundan baş yola çıxıb sola manevr edərək Balakən rayonunun Tülü kəndinə gedən yola daxil olmaq istəmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz- 21065 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmamaq üçün idarə etdiyi Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobili əks hərəkət zolağına çıxardıb ötmə əməliyyatı aparmışdır. Lakin məsafə yaxın olduğundan idarə etdiyi Ravon Nexia R3 markalı avtomobilin qarşı sağ hissəsi Vaz-21065 markalı avtomobilin qarşı sol qanadından dəyib toqquşmuş, zərbədən idarə etdiyi Ravon Nexia R3 markalı avtomobil qarşıya doğru hərəkət etdikdən sonra arxası üstə aşıb yolun sağındakı su kanalına düşmüşdür. Nəticədə Şahid2 heç bir xəsarət almasa da o və idarə etdiyi Ravon Nexia R3 markalı avtomobilin salonunda olan sərnişin Zərərçəkmiş şəxs2 xəsarət almışlar. Bundan sonra onlar avtomobildən çıxmışlar, o, Vaz- 21065 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf getmiş və həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 xəsarət aldığını görmüşdür. Bundan sonra ətrafa toplaşan tanımadığı şəxslər yoldan keçən tanımadıqları avtomobillə onları Balakən RMX-na yola salmışlar. Əməlindən peşimandır, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışmışdır, onlara dəymiş zərər və ziyanı tam ödəmişdir. Həmin şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Vaz-21065 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur, onun avtomobilləri idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi vardır.xx.xx.2020-ci il tarixdə qonşusu Şahid3 onun mobil telefonuna zəng vurmuşdur ki, idarə etdiyi avtomobillə Balakən rayonunun Gərəkli kəndindən onu və ailəsini götürsün. Bundan sonra o, idarə etdiyi Vaz-21065 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Gərəkli kəndinə getmişdir. Kənddən qonşuları Şahid3, Zərərçəkmiş şəxs3 və X1 götürüb Balakən rayonunu Tülü kəndinə yola düşmüşlər. Təxminən saat 21:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Qullar kəndinin ərazisindən keçən 153-cü km-də idarə etdiyi Vaz-21065 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən rayonunun Gərəkli kəndi yolundan baş yola çıxıb yola düzəldikdən sonra sola dönmə xəbərdarlıq işığını yandırıb güzgüdən arxaya baxmışdır. O, arxadan avtomobil gəlmədiyini görüb Balakən rayonunun Tülü kəndinə gedən yola daxil olmaq üçün yolun ortasındakı qırıq xətdən sola manevr etmişdir. Həmin vaxt Balakən şəhəri istiqamətindən Mazımçay Gömrük X4 istiqamətində hərəkətdə olan, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Ravon Nexia R3 markalı ** PK *** dövləl qeydiyyat nişanlı avtomobillə böyük sürətlə əks hərəkət zolağına çıxıb ötmə əməliyyat aparmışdır. Həmin vaxt məsafə yaxın olduğundan Ravon Nexia R3 markalı avtomobilin qarşı sağ hissəsi idarə etdiyi Vaz-21065 markalı avtomobilin qarşı sol qanadından dəyib toqquşmuş, zərbədən idarə etdiyi avtomobil yerində fırlanmışdır. Nəticədə o, xəsarət almış, bundan sonra ətrafa toplaşan tanımadığı şəxslər onu avtomobildən çıxardıb yoldan keçən tanımadığı avtomobillə Balakən RMX-na aparmışdır. Xəstəxanada ona məlum olmuşdur ki, baş vermiş hadisə nəticəsində Ravon Nexia R3 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və həmin avtomobilin salonunda olan sərnişin Zərərçəkmiş şəxs2 xəsarət almışlar və idarə etdiyi avtomobilin salonunda olan sərnişin Zərərçəkmiş şəxs3 səhəri gün bədənində ağrılar hiss etdiyindən Balakən RMX-na müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona məxsus Vaz-21065 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 4384 (dörd min üç yüz səksən dörd) manat ziyan dəymişdir. O, təqsirləndirilən şəxslə barışmışdır. Ona dəymiş maddi və mənəvi zərər ödənmişdir. İşin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə tanışı Şahid2 ilə birlikdə digər tanışı Təqsirləndirilən şəxs idarə etdiyi Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən şəhərindən Qullar kəndinə gedərkən maşında qabaq oturacaqda əyləşmiş, Mahir arxa oturacaqda sol tərəfdə əyləşmiş, Mübariz isə salonunda olduğu avtomobili Balakən şəhəri istiqamətindən Mazımçay Gömrük X4 istiqamətində idarə etmişdir. Təxminən saat 21:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Qullar kəndinin ərazisindən keçən 153-cü km-də sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz-21065 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən rayonunun Gərəkli kəndi yolundan baş yola çıxıb sola manevr edərək Balakən rayonunun Tülü kəndinə gedən yola daxil olmaq istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz-21065 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmamaq üçün Mübariz salonunda olduğu Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobili əks hərəkət zolağına çıxardıb ötmə əməliyyatı aparmışdır. Lakin məsafə yaxın olduğundan salonunda olduğu Ravon Nexia R3 markalı avtomobilin qarşı sağ hissəsi Vaz-21065 markalı avtomobilin qarşı sol qanadından dəyib toqquşmuş, zərbədən salonunda olduğu Ravon Nexia R3 markalı avtomobil qarşıya doğru hərəkət etdikdən sonra arxası üstə aşıb yolun sağındakı su kanalına düşmüşdür. Nəticədə Şahid2 heç bir xəsarət almasada o, və Mübariz xəsarət almışlar. Bundan sonra onlar avtomobildən çıxmışlar və orada Vaz-21065 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 xəsarət aldığını görmüşdür. Bundan sonra ətrafa toplaşan tanımadığı şəxslər yoldan keçən tanımadıqları avtomobillə onları Balakən RMX-na yola salmışlar. Ona dəymiş maddi və mənəvi zərər ödənmişdir. İşin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə oğlu Şahid3 və gəlini X2 ilə birlikdə yaşadıqları Tülü kəndindən Balakən rayonunun Gərəkli kəndinə qonaq getmişlər. Qonaqlıqda iştirak etdikdən sonra Tülü kəndinə qayıtmaq üçün Fəyyaz qonşusu Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng vurmuşdur ki, idarə etdiyi avtomobillə gəlib onları götürsün. Bundan sonra Fərrux idarə etdiyi Vaz-21065 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Gərəkli kəndinə gəlib onları götürmüş, həmin vaxt qabaq sağ oturacaqda Fəyyaz əyləşmiş, o, arxada sağ tərəfdə əyləşmiş və X2 isə arxada sol tərəfdə əyləşmişdir.Təxminən saat 21:20 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun Balakən rayonunun Qullar kəndinin ərazisindən keçən 153- cü km-də Fərrux salonunda olduğu Vaz-21065 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən rayonunun Gərəkli kəndi yolundan baş yola çıxıb yola düzəldikdən sonra Balakən rayonunun Tülü kəndinə gedən yola daxil olmaq üçün yolun ortasındakı qırıq xətdən sola manevr etmişdir. Həmin vaxt Balakən şəhəri istiqamətindən Mazımçay Gömrük X4 istiqamətində hərəkətdə olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobillə salonunda olduğu Vaz-21065 markalı avtomobilin qarşı sol qanadından vurub toqquşmuş, zərbədən salonunda olduğu avtomobil yerində bir iki dəfə fırlanmışdır. Nəticədə nə o, nə gəlini X2, nədə oğlu Şahid3 heç bir xəsarət almasalar da Zərərçəkmiş şəxs1 xəsarət almışdır. Bundan sonra Fəyyaz avtomobildən çıxıb Fərruxu, onu və Züleyxanı avtomobildən çıxartmış və ətrafa toplaşan tanımadığı şəxslərlə birlikdə Fərruxu Balakən RMX-na yola salmışlar. Sonradan ona məlum olmuşdur ki, baş vermiş hadisə nəticəsində Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və həmin avtomobilin salonunda olan sərnişin Zərərçəkmiş şəxs2 xəsarət almışlar. Səhərisi onda ağrılar çoxaldığından Balakən RMX-na müraciət etmişdir. Ona dəymiş maddi və mənəvi zərər ödənmişdir. İşin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxx” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onlar məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını mülki iddia üzrə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası CM-in 315.2-ci maddəsinə uyğun olaraq cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsini, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasını mümkün hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, "xxxxxxxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxxxxxxx" MMC-nə məxsusdur, lakin etibarnamə əsasında Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması Təqsirləndirilən şəxs həvalə olunmuşdur. xx.xx.2020-ci il tarixdə "xxxxxxxxx" MMC-nə Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Qullar kəndinin ərazisindən keçən 153-cü km-də Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsinə düşməsi barədə məlumat almışlar. Bundan sonra hadisə barədə məlumat aldıqda ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 21:20 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun Balakən rayonunun Qullar kəndinin ərazisindən keçən 153-cü km-də Təqsirləndirilən şəxs idarə etdiyi Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən şəhəri istiqamətindən Mazımçay Gömrük X4 istiqamətində hərəkətdə olarkən, əks hərəkət zolağına çıxaraq eyni istiqamətdə hərəkətdə olub sola dönmə əməliyyatı aparan Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz-21065 markalı ** BJ *** dövlət qeydiyyat nişanl avtomobilin qarşı sol qanad hissəsindən vurub toqquşmuş, nəticədə Ravon Nexia R3 markalı avtomobilin salonunda olan sərnişin Zərərçəkmiş şəxs2 və Vaz-21065 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 müxtəlif bədən xəsarətləri almışlar. Qeyd etmişdir ki, həmin hadisə nəticəsində "xxxxxxxxx" MMC-nin balansında olan Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə 13930 (on üç min doqquz yüz otuz) manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə verib onun ifadəsində göstərdiyi xususatları təsdiq etmişldir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verib onun ifadəsində göstərdiyi xususatları təsdiq etmişldir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, BDYPİ-nin 5-ci tağım üzrə inspektor vəzifəsində işləyir, polis serjantıdır. xx.xx.2020-ci il tarixdə xidmətdə olduğu zaman təxminən saat 21:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Qullar kəndinin ərazisindən keçən 153-cü yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. O, həmin məlumata əsasən qeyd olunan əraziyə getmiş, həmin vaxt orada ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 21:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Qullar kəndinin ərazisindən keçən 153-cü km-də vət. Təqsirləndirilən şəxs idarə etdiyi Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən şəhəri istiqamətindən Mazımçay Gömrük X4 istiqamətində hərəkətdə olarkən, əks hərəkət zolağına çıxaraq eyni istiqamətdə hərəkətdə olub sola dönmə əməliyyatı aparan Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz-21065 markalı ** BJ *** dövlət qeydiyyat nişanl avtomobilin qarşı sol qanad hissəsindən vurub toqquşmuş, nəticədə Ravon Nexia R3 markalı avtomobilin salonunda olan sərnişin Zərərçəkmiş şəxs2 və Vaz-21065 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 müxtəlif bədən xəsarətləri almışlar. Bundan sonra o, hadisə yerini mühafizə edərək baxış keçirilməsində iştirak etmiş və bu barədə tərtib olunmuş protokol və sxemə digər iştirakçılar ilə birlikdə imza etmişdir. İşin 51-52-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zaqatala rayonu «Avtoservis 100» Sexlərinin xx.xx.2020-ci il tarixli 4 saylı aktından görünür ki, Vaz-21065 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 4384 (dörd min üç yüz səksən dörd) manat dəyərində ziyan dəymişdir. İşin 176-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş "xxxxxxxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 572 saylı aktından görünür ki, həmin MMC-nin balansında olan Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə 13930 (on üç min doqquz yüz otuz) manat dəyərində ziyan dəymişdir. İşin 94-97-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibbi ekspertin xx.xx.2020-ci il tarixli 13 N°-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarətlər:başın sol təpə-gicgah-ənsə nahiyəsində yaralar, sıyrıqlar, sağ qulaq seyvanında yara, dizlərində sıyrıqlar, sağ gicgah payında işemiya, sol sirkə kasasının qapalı sınığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə onun sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid edilir. İşin 84-87-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Məhkəmə-tibbi ekspertin xx.xx.2020-ci il tarixli 14 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarətlər:-sol yuxarı gicgah-təpə nahiyəsində əllədikdə ağrılı, şişkinli-fluktasiyalı hematoma-qan yığımı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə onun sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. İşin 91-93-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Məhkəmə-tibbi ekspertin xx.xx.2020-ci il tarixli 15 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarətlər:- sol tərəf belin və sol əlin 3-4-cü barmaqlarının sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, birlikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşin 88-90-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Məhkəmə-tibbi ekspertin xx.xx.2020-ci il tarixli 25 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarət:- sol tərəf çiyin əziyi -bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşin 146-150-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli 8/224 №-li rəyindən görünür ki; İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 51-ci maddəsinin 2-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanı ilə 60 km/saat sürətə qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İşin 34-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş AE seriyalı 734171 nömrəli sürücülük vəsiqəsindən görünür ki, xx.xx.1991-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə AE seriyalı 734171 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İşin 21-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2020-ci il tarixli 142 nömrəli sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 22:30-da Təqsirləndirilən şəxs ayıq olmuşdur. İşin 80-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuşAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs X6 Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən hökm dəyişdirilib təyin olunmuş cəzası 4 il 6 ay müddətə endirilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəza 3 il 3 ay azadlıqdan məhrum etmə təyin edilib, Suraxanı Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 6 ay 18 gün vaxtından əvvəl şərti azad olunub, xx.xx.2019-cu il tarixdə cəzasının müddəti başa çatmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş iddiaçı "xxxxxxxxx" MMC-nin cavabdeh Təqsirləndirilən şəxs qarşı ziyan tələbinə dair iddia ərizəsindən görünür ki, iddiaçı "xxxxxxxxx" MMC balansında olan Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 13930 (on üç min doqquz yüz otuz) manatın cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı "xxxxxxxxx" MMC-nin xeyrinə ödənməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayət əməlini törətmişdir. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, cinayət işinin icraatına xitam verilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara dəymiş ziyanın tam ödənildiyini, ondan heç bir şikayət və tələblərinin olmadığını göstərmişlər və cinayət işinə xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 vurulmuş ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin onu bağışladığını, ondan heç bir şikayət və tələblərinin olmadığını göstərmiş və cinayət işinə xitam verilməklə cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə işin hallarını, dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin işin icraatına xitam verilməsini xahiş etmələrini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İddiaçı "xxxxxxxxx" MMC-nin cavabdeh Təqsirləndirilən şəxs qarşı cinayət əməli nəticəsində vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı "xxxxxxxxx" MMC-nin balansında olan Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 13930 (on üç min doqquz yüz otuz) manatın cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı "xxxxxxxxx" MMC-nin xeyrinə ödənməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı "xxxxxxxxx" MMC-in balansında olan Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli nəticəsində, yəni onun təqsiri üzündən 13930 (on üç min doqquz yüz otuz) manat zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarını maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçı "xxxxxxxxx" MMC-nin balansında olan Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 13930 (on üç min doqquz yüz otuz) manat cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı "xxxxxxxxx" MMC-nin xeyrinə ödənməlidir. İş üzrə maddi sübut olan Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və maddi sübut olan Vaz-21065 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə - AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesab AZ41NABZ ******************** SFİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. Qərarın surəti Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin olması məsələsinə baxılması üçün Balakən rayon prokuroruna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 43.3, 321.2.1, 347 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İddiaçı "xxxxxxxxx" MMC-in iddiası təmin edilsin. Cavabdeh Təqsirləndirilən şəxs iddiaçı "xxxxxxxxx" MMC-nin balansında olan Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 13930 (on üç min doqquz yüz otuz) manat tutularaq iddiaçı "xxxxxxxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə maddi sübut olan Ravon Nexia R3 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və maddi sübut olan Vaz-21065 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə- AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesab AZ41NABZ ******************** SFİFT BİK CTREAZ22 hesaba ödənilsin. Qərarın surəti Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin olması məsələsinə baxılması üçün Balakən rayon prokuroruna göndərilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №1(019)-45/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-45/2020
28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver