Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-45/2022 20.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxx 1979-cu ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Balakən rayonu Talalar kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 01 dekabr 2021-ci il tarixdə saat 20 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Kamaz-53229” markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobillə Balakən şəhərindən rayonun Talalar kəndi istiqamətində hərəkətdə olarkən rayonun Talalar kəndi ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları və yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, bunları etmədən yolun sağından soluna doğru keçən piyada Zərərçəkmiş şəxs yolun sol çiynində idarə etdiyi avtomobilin ön sol hissəsi ilə vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan Ağır travmatik şokla müşaiyət olunan alnında sıyrıq, burnunda şişkinlik, sol 8-9-10-11-ci qabırğaların qapalı sınıqları, dalağın travmatik partlaması, mədəaltı vəzin quyruğunda qansızma, sol saidin aşağı 1/3-dən aşağısının sümüklərin, əzələ, vətərlərin, qan damarların travmatik sınıbdağılıb-cırılması nəticəsində amputasiyası, yəni dərəcələrinə görə onun həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayonu Talalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda özünə məxsus olan “Kamaz 53229” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yük daşıyaraq ailəsinin dolanmasını təmin edir. 01 dekabr 2021-ci il tarixdə Ağcabədi rayonundan idarə etdiyi “Kamaz” markalı avtomaşına 230 ədəd ot presi yükləyərək özünə məxsus iribuynuzlu heyvanlara yem etmək üçün rayonun Talalar kəndində yerləşən yaşadığı evə gətirmək məqsədilə təxminən saat 14 radələrində Balakən rayonu istiqamətində yola düşmüşdür. Saat təxminən 20 radələrində Balakən şəhərinə çatmış və Balakən şəhərindən yaşadığı Talalar kəndi istiqamətinə hərəkətini davam etdirmişdir.Talalar kəndi ərazisində yerləşən Talalar kənd uşaq bağçasının qarşısına çatdığı zaman qarşısından, yəni yolun sağından soluna doğru iki nəfər şəxsin hərəkət etmək istədiyini görmüşdür. Həmin şəxslərdən biri yolun sol ehtiyat hissəsində dayansa da digəri yolun hərəkət hissəsinə doğru istiqamətlənmişdir. Bu zaman o, həmin şəxsə yaxınlaşdığı və yük maşını idarə etdiyi üçün avtomobili piyadadan uzaqlaşdırmaq məqsədilə sola doğru istiqamətləndirmişdir ki,piyada yolun hərəkət hissəsindən geri qayıtsın. Lakin o, avtomobili sola doğru istiqamətləndirməyinə baxmayaraq piyada yolun soluna doğru qaçaraq keçmək istəmiş, o, da artıq avtomobilini sola doğru istiqamətləndirdiyi üçün piyadanı yolun sol ehtiyat hissəsinə çıxdıqdan sonra avtomobilin qabaq sol hissəsi ilə vurmuşdur. Həmin zaman o, avtomobilini elə piyadanı vurduğu və artıq ehtiyat hissəyə çıxdığı üçün tormozlamış və təxminən 10 metr qarşıda yolun sol ehtiyat hissəsində dayanmışdır. Daha sonra o, tez avtomaşından aşağı düşüb baxdıqda adını sonradan Rəşad olaraq bildiyi şəxsin avtomaşının qabaq buferinin sol baş tərəfində sol qolunun sıxışmış və bədəninin də qabaq sol təkər istiqamətində asılı vəziyyətdə qaldığını görmüşdür. O, tez həmin şəxsi yerə düşürüb yerə uzatmış və kənara baxdıqda Qoçu ləqəbi ilə tanıdığı Əziz adlı şəxsin olduğunu görüb tez avtomaşınla yaxına gəlməsini xahiş etmişdir. Əziz də idarə etdiyi avtomobillə yaxınlaşdıqdan sonra hazırda xatırlamadığı şəxslərin köməyi ilə Rəşadı avtomaşının arxa sərnişin oturacağına uzadaraq rayon mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanada Rəşada ilkin tibbi yardım göstərilmiş və əməliyyat olunması üçün reanimasiya şöbəsinə yerləşdirilmişdir. Daha sonra da hadisə yerində polis əməkdaşlarının gəlməsini gözləmişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Həmin protokol da ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Hadisədən əvvəl idarə etdiyi avtomaşınında heç bir nasazlıq olmamışdır. Həmçinin avtomaşını idarə etməyi ilə əlaqədar BC kateqoriyalı sürücülük vəsiqəsi var.Lakin həmin sürücülük vəsiqəsinin müddəti 04.04.2021-ci il tarixdə başa çatmışdır. Həmin vaxtdan sonra isə sürücülük vəsiqəsini yenisi ilə dəyişdirməmişdir. Onunla barışmışdır.Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir, əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olaraq ailəsinin dolanmasını təmin edir. 01 dekabr 2021-ci il tarixdə səhər saat təxminən 09 radələrində rayonun Tülü kəndi ərazisində yaşayan Elşən adlı şəxsin evinə günəmuzd işləmək üçün getmişdir. Həmin gün saat təxminən 17 radələrinə kimi olan müddət ərzində orada işlədikdən sonra yaşadığı evə qayıtmışdır. Yaşadığı evdə çörək yeyib bir miqdar da spirtli içki qəbul etdikdən sonra kənd ərazisində yerləşən uşaq baxçasının yaxınlığındakı mağazaya siqaret almaq məqsədilə getmişdir. Həmin zaman onlarda qonaq olan qaynı Şahid1 da onunla birlikdə mağazaya gəlmişdir. O, mağazaya daxil olub siqaret və enerji içkisi alıb geri çıxmışdır.O, mağazanın qarşısında enerji içkisini içdikdən sonra yolun sağ tərəfində yerləşən mağazada təmir işləri edən qardaşı Eldənizin yanına getmişdir. İlham da onunla birlikdə oraya gəlmişdir. O, həmin mağazada bir müddət qardaşı Eldənizə taxta vurulmasında kömək etmişdir. İlham da mağazanın qarşısında onu gözləmişdir. Bundan sonra isə o, mağazadan küçəyə çıxmış və dörd yol adlanan yerə tərəf yolun sağı ilə hərəkət etmişdir. İlham da ondan bir neçə metr arxadan gəlmişdir. Həmin yerə çatdıqda o, yolun soluna keçib yaşadığı evə qayıtmaq istəmişdir. Elə o, yolun hərəkət hissəsinə daxil olub yolu sola doğru keçmək istədiyi zaman Balakən şəhəri istiqamətindən “Kamaz” markalı avtomaşının gəldiyini görmüşdür.O, bir anlıq özünü itirmiş və nə edəcəyini bilməmişdir. Daha sonra isə tez yolu sola doğru qaçaraq keçmək istəmişdir. Elə bu zaman hərəkətdə olan “Kamaz” markalı avtomaşın hərəkətini yolun sol ehtiyat hissəsinə doğru, yəni onun qaçdığı istiqamətə doğru istiqamətləndirmiş və xatırladığı qədəri ilə yolun sol ehtiyat hissəsində Kamazın qabaq hissəsi ilə onu vurmuşdur. O, həmin zaman zərbənin nəticəsindən özündən getmişdir. Bir neçə gün sonra isə özünə gəldikdə rayon mərkəzi xəstəxanasında olduğunu və “Kamaz” markalı avtomobilin onu vurması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bilmişdir. Aldığı xəsarətlərdən sol qolu dirsəkdən aşağı kəsilmişdir.O, əmək qabiliyyətini tam itirmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Lakin o, pensiya alana kimi təqsirləndirilən şəxsin onun xərclərini ödəməsini tələb edir.O təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci ilin noyabr ayının sonlarında kürəkəni olan Rəşadın yaşadığı Talalar kəndində yerləşən evinə arvadı Jalə ilə birlikdə müvəqqəti qalmaq məqsədilə getmişlər. 01 dekabr 2021-ci il tarixdə Rəşad səhər saatlarında işləmək üçün evdən çıxıb getmiş, həmin gün axşam saatlarında isə Rəşad geri evə qayıtmışdır. Bundan sonra isə Rəşad ona siqaret almaq üçün kənd ərazisində yerləşən Talalar uşaq bağçasının yaxınlığındakı mağazaya getmək istədiyini bildirdiyinə görə Rəşadla birlikdə həmin mağazaya getmişdir. Oraya çatdıqda o, mağazanın qarşısında dayanmış, Rəşad da mağazadan siqaret alaraq küçəyə çıxmışdır. Həmin zaman onun bildiyi qədəri ilə Rəşad enerji içkisi də alıb içərək içkinin qutusunu əlində əzərək kənara atmışdır. Bu zaman Rəşad ona yolun sağ tərəfində yerləşən mağazanı təmir edən qardaşı Eldənizin yanına getmək istədiyini bildirmişdir. Buna görə də onlar birlikdə Eldənizin yanına getmişlər. Rəşad həmin mağazada təxminən 5-10 dəqiqəlik qardaşı Eldənizə taxta vurulması üçün kömək etmişdir. Bundan sonra isə Rəşad mağazadan küçəyə çıxmış, ondan bir neçə metr qarşıda hərəkət etməyə başlamışdır. Asfalt yola çatan zaman Rəşad yolu sola doğru keçmək istəmiş, bu zaman da o, Rəşada Balakən şəhəri istiqamətindən “Kamaz” markalı avtomaşının gəldiyini deyərək dayanmasını bildirmişdir. Özü isə yolun sol ehtiyat hissəsində yolu keçməyərək gözləmişdir. Rəşad isə həmin vaxtı yolu sola doğru qaçaraq keçmək istəmişdir. Elə bu zaman hərəkətdə olan “Kamaz” markalı avtomaşın hərəkətini yolun sol ehtiyat hissəsinə doğru istiqamətləndirmiş və yolun sol ehtiyat hissəsində qabaq hissəsi ilə Rəşadı vuraraq bir neçə metr qarşıya doğru aparmış və “Kamaz” markalı maşın dayanmışdır. Həmin vaxtı o, tez həmin yerə qaçdıqda Rəşad avtomaşının qabaq buferinin sol baş tərəfində sol qolunun sıxışmış və özünün də asılı vəziyyətdə olduğunu görmüşdür. Həmin zaman Kamazın sürücüsü, sonradan adının Mayis olaraq bildiyi şəxs Rəşadı yerə uzatmış və tez Kamazı biraz arxaya sürərək orada bir nəfər şəxsi maşını ilə çağırmışdır. Bundan sonra isə Rəşadı həmin avtomaşının arxa sərnişin oturacağına uzadaraq rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada Rəşada ilkin tibbi yardım göstərilmiş və əməliyyat olunması üçün reanimasiya şöbəsinə yerləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1la oxşar məzmunlu ifadə vermişlər. İşin 23-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş AD 497600 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kamaz- 53229” markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobil Bərdə rayonu Böyük Qacar kənd sakini X5 mülkiyyətindədir. İşin 22-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 30.09.2021-ci il tarixli, reyestrdə 7E-21277 nömrə ilə qeydə alınmış nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki,“Kamaz-53229” markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X8 həmin avtomaşını bir il müddətinə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər etmək hüququ ilə Təqsirləndirilən şəxs etibar etmişdir. İşin 23-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş AB 632210 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan xx.xx.1979-cu il təvəllüdlü, Təqsirləndirilən şəxs 04.04.2011-ci il tarixdə etibarlılıq müddəti 04.04.2021-ci il tarixədək olan AB 632210 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi almışdır. İşin 55-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 10 dekabr 2021-ci il tarixli 391 saylı rəyində göstərilmişdir ki, vət. Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə, tibbi sənədində qeyd edilənlərə, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlirəm: Vət. Qarakişiyevdə müəyyən edilmiş xəsarətlər- Ağır travmatik şokla müşaiyət olunan alnında sıyrıq, burnunda şişkinlik, sol 8-9-10-11-ci qabırğaların qapalı sınıqları, dalağın travmatik partlaması, mədəaltı vəzin quyruğunda qansızma, sol saidin aşağı 1/3-dən aşağısının sümüklərin, əzələ, vətərlərin, qan damarların travmatik sınıb-dağılıb-cırılması nəticəsində amputasiyası- bərk küt əşyanın (əşyaların) tasirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, 01.12.2021-ci ildə yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin dəyməsi təsirindən əmələ gələ bilərdilər, dərəcələrinə görə onun həyatı üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilirlər. İşin 58-59-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 10 yanvar 2022-ci il tarixli 8/3259 saylı rəyindən görünür ki, 1.2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara asasən Kamaz-53229 markalı 09BJ146 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşin 83-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RMX-dan alınmış 24.02.2022-ci il tarixli 63 saylı sərxoşluq vəziyyətinin və alkoqol qəbulu faktının təyini üçün tibbi müayinənin protokolunda qeyd olunanlara əsasən hadisə zamanı sürücü Təqsirləndirilən şəxs alkoqol qəbulu aşkar edilməmişdir. İşin 29-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş AR DİN BDYP-nin Şəki Regional Qİ və TB şöbəsindən alınmış 02.12.2021-ci il tarixli 016-300- 269-1221 nömrəli məktubda göstərilmişdir ki, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan xx.xx.1979-cu il təvəllüdlü, Təqsirləndirilən şəxs 04.04.2011-ci il tarixdə etibarlılıq müddəti 04.04.2021-ci il tarixədək olan AB 632210 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi almışdır. Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 3(019)- 127/2016 nömrəli qərarına əsasən 11.05.2016-cı il tarixdən 11.11.2016-cı il tarixədək 6 (altı) ay müddətinə, Balakən Rayon Məhkəməsinin 3(019)-344/2019 nömrəli qərarına əsasən 14.11.2019-cu il tarixdən 14.06.2020-ci il tarixədək 7 (yeddi) ay müddətinə və Balakən Rayon Məhkəməsinin 3(019)-172/2020 nömrəli qərarına əsasən 11.06.2020-ci il tarixdən 11.12.2020-ci il tarixədək 6 (altı) ay müddətinə sürücülük hüququ məhdudlaşdırılmışdır. İşin 53-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 38-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB Talalar kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilmişdir. İşin 39-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB Talalar kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 08 dekabr 2021-ci il tarixli 1177 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Talalar kəndində qeydiyyatda olmaqla, himayəsində işləməyən arvadı, 03.03.2005-ci il təvəllüdlü qızı Aytac, 16.05.2006-cı il təvəllüdlü oğlu Hüseyin və 18.02.2009-cu il təvəllüdlü qızı Aysel vardır. Məhkəmə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər- Şahid2, Şahid3 və Şahid1 ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu əsasında bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına Ağır zərər vurmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulduqda Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxsə törətdiyi əmələ görə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə, himayəsində bir azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və aradan qaldırılması Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda onun məhkəmə qərarı ilə nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan uzun müddət (30.09.2021-ci ildən 02.12.2021-ci il tarixədək) “Kamaz-53229” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobili idarə etməsini,dəfələrlə inzibati qaydada nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzadan azad edilməsi, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərinə əməl etdiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə iş üzrə maddi sübut olan, Balakən RPŞ-nin nəqliyyat vasitəsinin duracağında saxlanılan “Kamaz-53229” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobilin Bərdə rayonu Böyük Qacar kənd sakini X5 mülkiyyətində olmasını, həmin avtomaşının 30 sentyabr 2021-ci il tarixli etibarnamə əsasında 1 il müddətinə Təqsirləndirilən şəxs sahibliyinə verilməsini, etibarnamədə sonuncuya sürücülük hüququ olduğu halda avtomaşını idarə etmək hüququ verilməsinə baxmayaraq Təqsirləndirilən şəxs mülkiyyətçinin etibarından sui istifadə edərək 04 aprel 2021-ci il tarixdən nəqliyyat vasitələrini idarə etmək hüququ olmadığı halda uzun müddət həmin avtomaşını nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etməsini, avtomaşın ona qaytarılacağı halda bu qanunsuz əməllərini bundan sonra da davam etdirəcəyini, hazırkı hökmlə ona azadlıqdan məhrumetmə növündə cəza təyin ediləcəyini və müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum ediləcəyini nəzərə alaraq bu nəticəyə gəlir ki, “Kamaz-53229” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra mülkiyyətçisi X7 qaytarılmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Mahmudov X3 Mayis Əlipaşa oğluna hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx"ASC-in X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2(iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2(iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut olan,Balakən RPŞ-nin nəqliyyat vasitəsinin duracağında saxlanılan “Kamaz-53229” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra mülkiyyətçisi, Bərdə rayonu Böyük Qacar kənd sakini X7 qaytarılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-45/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-45/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver